🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋 @dinim_114 Channel on Telegram

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

@dinim_114


Bəzən Allah o qədər səsini sevir ki, sükut edir.
Taki sən dəfələrlə deyəsən

"Ey Rəbbim"

🕋 Dini Paylaşımlar (Azerbaijani)

🕋 Dini Paylaşımlar kanalı, dinimiz İslam'a dair güzel paylaşımların yer aldığı bir platformdur. Kanalın amacı, günlük yaşantımızda dinimizin bize rehberlik etmesi, manevi değerlerimizi güçlendirmemiz için bize destek olmaktır. Allah'a olan sevgimizi pekiştirmek, dua ve ibadetlerimizi hatırlamak, birlikte dini konularda bilgi alışverişi yapmak için bu kanalı takip edebilirsiniz. 'Bəzən Allah o qədər səsini sevir ki, sükut edir. Taki sən dəfələrlə deyəsən "Ey Rəbbim" ☘' Dini Paylaşımlar kanalında, günlük dua önerileri, hadisler, ayetler ve dini motivasyon içerikleri bulabilirsiniz. Siz de manevi dünyanızı güçlendirmek ve dini bilgilerinizi artırmak istiyorsanız, hemen kanala katılın ve içeriklerimizi takip edin. Dini Paylaşımlar kanalında, İslam'a dair her konuda doğru ve güvenilir bilgileri bulabilir, manevi dünyanızı zenginleştirebilirsiniz. Birlikte daha güçlü olmak, dinimizi daha iyi anlamak ve yaşamak için Dini Paylaşımlar kanalını takip etmeyi unutmayın. Allah'a olan sevgimizi pekiştirmek, günlük yaşantımızda manevi değerlerimizi hatırlamak ve daha iyi bir insan olmak için bu kanal sizleri bekliyor! 🕋

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

13 Jan, 09:17


İmam Cəfər ibn Muhəmməd (ə) buyurub:

"Bəla üzərinə bəla gələrsə, ardınca afiyət gələr".

Tuhəful-Uqul Ən Alir-Rəsul, səh.376

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

13 Jan, 02:49


İmam Sadiq(ə) buyurmuşdur:

*"Müsəlmanların halına çox təəccüb edirəm (ki, hər şey onların xeyrinə olduğu halda yenə də razı qalmırlar.) Əgər tikə-tikə doğransa da, deməli, xeyri bundadır. Əgər bütün dünyanı da ona versələr, yenə xeyri ondadır." Həmçinin buyurur: "Allah-taalanın Musa(ə) peyğəmbərə vəhy etdiyi şeylərdən biri də bu olmuşdur ki, ey Musa, heç nə bəndəmdən Mənim üçün daha əziz ola bilməz. Onu bəlalara ona görə düçar edirəm ki, xeyri ondadır. Dünya nemətlərini ondan alıramsa, deməli, məsləhət belədir. Mən nəyin onun üçün daha məsləhətli və xeyirli olduğunu daha yaxşı bilirəm. Buna görə də bəndə bəlalara qarşı səbirli olub verdiyim nemətlərə şükr etməlidir ki, Mən də onu siddiq bəndələr sırasına daxil edim." İmam Sadiqdən (ə) soruşurlar ki, mömin hansı əlaməti ilə tanınar? Həzrət buyurur: "Həm xoş, həm də narahat hallarında Allahın iradəsinə razı qalması ilə."*

> Meracus-səadə səh,429

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Jan, 10:34


İmam Baqir (ə) buyurur.

Allah-Təala həm kişilərə, həm də qadınlara cihadı vacib etmişdir. Kişilərin cihadı Allah yolunda malları və qanlarını fəda edərək öldürülməkdir. Qadınların cihadı isə öz ərlərinin əziyyət və qısqanclıqlarına səbr etməkləridir.

Şeyx Təbərsi(r.ə) Məkarimul-Əxlaq(tər) s.291 h.1477


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Jan, 03:09


Möminlərin əmiri Əli (ə) buyurur: "Kim evindən çıxarkən üzüyünü ovucunun içinə çevirib, "Qədr" surəsini oxuyub, sonra "Aməntu billahi vəhdəhu la şərikə ləhu, aməntu bisirri ali Muhəmmədin və əlaniyətihim" (Tək və şəriki olmayan Allaha iman gətirdim, Muhəmmədin (s) ailəsinin gizlin və aşkarına iman gətirdim) söyləyərsə, həmin gün sevmədiyi şeylə üzləşməz"

Məkarimul-əxlaq

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

09 Jan, 17:31


https://t.me/vehhabiyyat



Hər kəsdən kanala abunə olaraq, paylaşmağınızı rica edirik.

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Jan, 06:17


Yunus ibn Zəbyan İmam Əbu Abdullah Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:

“Həqiqətən də, Allah-Təala namaz qılan şiələrimizə xatir namaz qılmayan şiələrimizdən bəlanı sovuşdurar. Əgər onların hamısı namazı tərk etsələr, həlak olarlar. Allah şiələrimizdən oruc tutanlara xatir onların oruc tutmayanlarından bəlanı sovuşdurar. Əgər onların hamısı orucu tərk etsələr, həlak olarlar. Onların zəkat verənlərinin hörmətinə zəkat verməyən şiələrimizdən bəlanı dəf edər. Əgər onların hamısı zəkat verməyi tərk etsələr, həlak olarlar. Allah şiələrimizdən həcc edənlərə xatir onların həcc etməyənlərindən bəlanı sovuşdurar. Əgər onların hamısı həccə getməyi tərk etsələr, həlak olarlar. Bu, Allah-Təalanın sözüdür: “Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır” (Bəqərə surəsi, ayə 251). Allaha and olsun ki, bu ayə məhz sizin barənizdə nazil olub və məqsəd sizdən başqası deyil”.

(əl-Kafi, cild 2, səh 248, hədis 1.)


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

06 Jan, 11:57


İmam Hüseyn (ə) Ənsardan olan bir şəxsə belə buyurdu:

“Bu üç kimsə xaricində kimsəyə ağız açma: Dindar, igid və əsil-nəcabətli insan. Çünki dindar öz dinini qoruması üçün sənin ehtiyacını təmin edər. İgid də (səni naümid olaraq qaytarmağı) öz igidliyinə sığışdırmaz, utanar. Əsil-nǝcabətli şəxs) isə ehtiyacın olduğu üçün üzünün suyunu tökməyə məcbur qaldığını bildiyindən, heysiyyətini qorumaq üçün səni əli boş geri qaytarmaz.”

Tuhəful-Uqul, səh 247

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

06 Jan, 09:57


BƏLA VƏ MÜSİBƏTLƏRDƏN QORUNMAQ ÜÇÜN

Ayətullah Bəhcət (r.ə)

Əgər bir mömini sevindirsəniz , Allah bir mələk yaradar ki, o mələk sizi bəlalardan və müsibətlərdən qoruyar. Bəzən bəzilərinin təhlükəli hadisələrdən sağ salamat qurtulmasının səbəbi ,mömin insanlari sevindirməsidir.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

06 Jan, 05:55


İmam Sadiq (ə) buyurub:

“Mömini sevindirmək- onun aclığını aradan qaldırmaq, çətinliyini həll etmək və borcunu ödəmək Allah-Taalanın dərgahında ǝn sevimli əməllərdəndir.”

📕Əl-kafi, c 2, səh 192.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Jan, 08:39


İmam Əli (ع) möminin xüsusiyyətləri haqqında buyurur:

- Mömin özünü üstün tutmağı xoşlamır və riyakarlığa nifrət edir.

📚Nəhcül-Bəlağə, 333-cü hikmət.


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Jan, 05:16


İmam Cəfər ibn Muhəmməd (ə) buyurub:

"Hər bir bəlaya səbr etməyən, hər bir nemətə şükr etməyən və hər bir çətinlikdən sonra asanlığın yetişəcəyini gözləməyən şəxs acizdir. Mal və övladın haqqında bütün bəla və sıxıntılara səbr et. Çünki Allah şükür və səbrini imtahan etmək üçün əmanət və hədiyyəsini geri alır".

Şeyx əl-Hərrani, Tuhəful-Uqul Ən Alir-Rəsul, tərcümə; səh-382, hədis-46.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

01 Jan, 13:16


İnşaallah artlq  mübarək "Rəcəb" ayı nın astanasındayıq. 
Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın. Çünki bu ay Allah qonağlığına hazırlığın ilk ayıdır.
Bu ay həmdə səfərə hazırlıq ayının birincisibdir.
Bu ayın fəziləti haqqında:
İmam Cəfər Sadiq (ə) buyurur:
"Qiyamət günü nida edən ərşin bətnindən bir fəryad çəkər: Eynərracəbiyyun? (haradadır rəcəb ayının əhli?) Və insanlardan bir qrup ayağa qalxar və onlar işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və mələklər söyləyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun! Bu zaman Allah tərəfindən nida gələr: Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və bu nə gözəl mükafatdır o kəslər üçün ki, dünyada qazanıblar. Siz ixtiyari halda Mənim xatirimə bu ayı uca tutduz və oruc tutdunuz. Məndə sizə "Cənnəti" verəcəm. Ey mənim mələklərim! bəndələrimi behiştə aparın!".
Rəcəb ayının əməllərindən
1.Rəcəbin ilk gecəsi "Rəğaib" gecəsidir. Bu duanı oxumaq yaxşıdır:
"Əllahummə barik ləna fi rəcəbin və şəbanə və bəlliğna şəhrə Rəməzan"
2.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
3.Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs bir gündə olsa belə tutsa, ayın fəzilətindən bəhrələnə bilər.( Qeyd: Məlumdur ki, kimin qəza orucu varsa müstəhəbb oruc tuta bilməz. Yaxşıdır ki, həmin şəxs o günlərdə qəza orucu tutsun.)
4.Rəcəb ayında tövbə və istiğfar etmək və təhlil (yəni "la ilahə illəllah") demək.
5.100 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyh” demək.
6.1000 dəfə “La ilahə illəllah” demək.
7. Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desin: “Əlahumməğfirli və tub ələyyə”
8. “İxlas” surəsini çox oxumaq.
9.Bu ayın üç gününü cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.
10. Rəcəbin 15-nin kecəsində 12 rükət namaz qılmaq.
Namazın qaydası belədir:
6 niyyət 2-rükətli namaz kimi qılınır(Sübh namazı kimi); Hər rükətdə "Fatihə"dən sonra "İxlas", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni hər birini 1 dəfə, "Qədr" surəsini isə 4 dəfə oxumaq;
Namazı bitirdikdən sonra 4 dəfə demək: "Əllahu Əllahu Rabbi la uşriku bihi şəyən, və la əttəxizu min dunihi vəliyyə".
11.Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək.
Daha ətraflı məlumat üçün şeyx Abbas Quminin " Məfatihül Cinan" kitabına müraciət edə bilərsiz.
Mən bəndeyi fəqiridə  dua edin.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Dec, 06:45


Imam Sadiq (ə) öz ata-babalarından belə nəql edir. "Hər gün otuz dəfə "La ilahə illəllahul-haqqul mubin" söyləyən şəxs zənginliyi qarşılayar, yoxsulluğa arxa çevirər və Cənnətin qapısını döyər".

Məkarimul-Əxlaq, cild-1, hədis 42/2108

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

27 Dec, 10:04


İmamSadiq (ə) buyurur:

“Həqiqətən,Allah təala mömini qoruyur.Qırx gün keçməz ki, Allah onu ya bədəninə bir xəstəlik salmaqla, ya ailəsində və mal‐mülkündə bir bəla verməklə,yada dünyanın hər hansı bir bəlasına düçar etməklə mükafatlandırar”.

"Mömin və zahidlərin xüsusiyətləri"səh.16,hədis.26

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

21 Dec, 09:40


Əddulməlik ibn Kərram Xəsəmi nəql edərək deyir: "İmam Sadiq (əleyhissalam) buyurdu: "Kim vacib və əlavə namazlarda "Nəsr" surəsi ni oxusa, Allah ona bütün düşmənlərə qarşı kömək edər. O, qiyamət günü Allahın onun qəbrindən çıxartdığı danışan kitabla gələr. Onda (kitabda) cǝ hənnəm körpüsündən, odundan və havasından müdafiə vardır. O, Qiyamət günü Cənnətə daxil olana qədər onu sevindirəcək və ona xeyir xəbər verən hər hansı bir şeydən yan keçməz. Dünyada onun üçün heç arzulamadığı (ağlına gəlməyən) və qəlbinə girmədiyi xeyir səbəbləri açılar".

Səvabul-Əmal və iqabul-əmal, hədis 475

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

21 Dec, 04:33


İmam Sadiq (ə) buyurur:

Süfrə arxasında uzun-uzadı əyləşin, çünki bu, sizin ömrünüzdən hesab olunmayan saatdır.

Məkarimul-Əxlaq, hədis 3/888

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

20 Dec, 05:50


"İmam Sadiq (ə)-ın dostlarından biri belə nəql edir ki, doslarımızdan biri xəstələnmişdi və biz də bir neçə nəfər onun ziyarətinə gedirdik. Yolda İmamla (ə) rastlaşdıq. O bizdən soruşdu:
-Hara gedirsiniz? -Biz cavab verdik ki, xəstə yanına gedirik. İmam (ə) bizə buyurdu ki, dayanın. Biz də dayandıq. Daha sonra İmam (ə) bizdən soruşdu:
-Sizin yanınızda alma, heyva, və ya ətirli olan şirin bir şey varmı? Biz cavab verdik ki, bizim yanımızda bu şeylərdən heç biri yoxdur. Imam (ə) buyurdu:
- Məgər siz bilmirsinizmi ki, xəstə olan şəxs onun yanına gətirilən şeyləri görəndə sevinir?

(Məkarimul-əxlaq, səh 361-362.)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

19 Dec, 06:40


O qədər adam içində özümü tək-tənha hiss
etdim; köməksiz, adamsız, yoldaşsız və həmnəfəssiz. 😔

📚 Səndən Payım📚

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

18 Dec, 12:56


Bəzi şeylər var ki onun təsiri elə dünyadaykən zahir olur. Biri ata anaya xidmətdir digəridə sileyi rəhm etmək. Bunların təsirini elə insan bu düyadaykən görür. Bəlkədə çətin tapıla bir şəxs ata anasına qulluq edə eyni haldada bədbəxt ola.

..... Əllamə Misbah Yəzdi (r h)


Kimlərin ki , valideynləri həyatdır ,Allah ömürlərinə bərəkt versin ,aramızdan köçənlərə isə Allah rəhmət etsin ,əbədi Cənnətlə müjdələnsinlər inşəAllah..🤲

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

15 Dec, 02:20


Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın,Anasızlıq əzabını hiss etməsinlər.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

14 Dec, 12:17


Hz. Loğman (ə.s) övladına buyurdu:

"Ey mənim oğlum, iştirak etdiyin məclislərdə gözlərini yaxşı aç.
Əgər gördün, o məclisdə Allahı yad etmək üçün bir araya gəliblərsə, onlarla əyləş.
Əgər alim olsan, elmin sənə fayda gətirəcək. Əgər nadan olsan, onlar sənə elm öyrədəcəklər. Bəlkə Allah onları öz rəhmət köləsinin altına alacaq və Onun rəhməti sənə də şamil olacaq.

Əgər gördün ki, Allahı yad etməmək üçün bir araya gəliblər, onlarla əyləşmə. Əgər alim olsan, elmin sənə fayda verməz. Əgər nadan olsan, sənin nadanlığını artırarlar. Allah onları cəzalandıranda, o cəza səni də götürər.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

14 Dec, 03:14


🌹Bismilləhir-Rahmənir-Rahim🌹

Hədisdə buyrulmuşdur: Çox ola bilər ki, saçları pərişan və toz-torpaqlı olan və iki köhnəlmiş paltar geyinmiş şəxs Allahı and versə Allah onun andını rədd etməz.

Mənbə:📜 əmali,tusi, 2-ci cild, səh. 43


Heç kimi özünüzdən alçaq saymayın

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

13 Dec, 06:35


İmam Əli (ə) buyurur:
"Qadın ev işlərini görərək öz evini cənnətə çevirər."
> Nəhcül-Bəlağə, qısa sözlər

İmam Sadiq (ə) buyurur:
"Qadının ev işlərini görməsi və ərinə xidmət etməsi onun Allah yolunda cihadıdır."

> Vəsail əş-Şiə, cild 14, səh. 123

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

12 Dec, 10:28


🌹Bismilləhir Rahmənir Rahim🌹

😴Yatmaq üçün məkruh olan vaxtlar😴

1⃣Sübh namazından sonra günəş çıxanadək.

2⃣Əsr vaxtından sonra yatmaq.
📚Təqvimul muhsinin📚 kitabında rəvayət edilmişdir ki, Peyğəmbər(s) buyurdu:
Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın.

Əsr vaxtından məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə.

3⃣ Şam və xiftən namazının arasında yatmaq

Bu yuxu ruzinin kəsilməsinə səbəb olur.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

12 Dec, 05:59


Allah rəsulu (s) buyurur:

“Sükut hikmətdir və ona əməl edən azdır. Kim ona aid olmayan (bihudə) sözlər danışsa, xətaları çox olar”.

> Hədis mənzərəsi səh 17.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Dec, 10:08


Ayətullah Behcət buyurur :"Allahdan naümid olmaq böyük günahdı.#Çünki o zaman Allahın rəhmətinə, fəzlinə etimad olunmur.Allah rəhmətinə etimad olunmasına təkid edir.Allahın pənahı o qədər çoxdur ki, bəraət yoxdur (Allahın pənahından uzaq olmamısan ki, naümid olamağa əsasın ola). Naümid olmayın".

PS : Allah bizləri özünü daimi məşvərət və hesaba çəkib , nəfsini paklayan qullarından qərar versin inşəAllah .🤲

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

09 Dec, 15:13


İmam Əli (ə):

"Allahın zikri və dua ilə məşğul olan qəlb heç vaxt sıxıntıya düşməz."

(“Nəhcül-Bəlağə,” Hikmət 349)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

09 Dec, 15:12


İmam Cəfər Sadiq (ə):
"Bizim şiələrimizdən biri yaxşı bir əməl etdikdə, onu Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) hədiyyə etsə, onların sevincinə səbəb olar. Biz də onun üçün dua edər və savabını artırarıq."

(Biharül-Ənvar, c. 94, səh. 40)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Dec, 07:36


Həzrət İmam Əli (ə) buyurub:

Haqq-hesaba yetişmək cəzadan əvvəldir, mükafat isə haqq-hesabdan sonra.

(Ğürərul-Hikəm, hədis 380.)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Dec, 07:36


🪶... Bir nəfər Ayətullah Behcətin hüzuruna müşərrəf olub belə buyurdu :
-Ağa, çox istəyirəm elə bir yaxşı iş görüm ki, İmam Zamanın  (əccələllahu fəracəh) nəzərini cəlb edə bilim və qəlbini şad edim.Ayətullah Behcət başını yuxarı qaldırıb buyurdu :
-Azan vaxtı " Fərəc " duasını oxu , bu O Həzrətin qəlbini şad edən əməllərdən biridir..

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Dec, 07:36


“İmam Sadiq (ə) buyurub:

“Qaim qiyam etdikdə ədalətlə hökm edəcək. Onun günlərində zülm aradan qalxacaq, yollar əmin-amanlıqda olacaq, yer öz bərəkətlərini çıxaracaq və hər bir haqq öz sahibinə qaytarılacaq”.

( "İmam Mehdi (ə) üçün dua etməyin faydaları" kitabından.)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Dec, 07:36


"İnsan ruhunun həqiqi vətəni Allahdır. İnsan bu dünyada qəribdir. Ona görə də rahatlıq tapa bilmir, daim darıxır, çatdığı heç bir arzusu onu sonadək xoşbəxt etmir.."🕯️

🖋️... Mürtəza Mütəhhəri

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

07 Dec, 13:33


_Əgər insan Allaha yaxınlaşmaq istəyirsə, ilk növbədə evdə öz yoldaşı və uşaqları ilə münasibətini düzəltməlidir!🍁

📌... Əllamə Qazi (r)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

07 Dec, 13:31


Şeytan bəzən insanı günah vasitəsilə Allahdan uzaqlaşdırır.

❶. Bəzən məkruh vasitəsilə insanı Allaha tərəf gedən yoldan saxlayır.

❷. Bəzən müstəhəb əməllər vasitəsilə insanı vacib əməllərdən qəflətə salır.

❸. Bəzən də vacib əməllər vasitəsilə insanı daha vacib olan əməllərdən saxlayır.

❹. Xülasə, şeytan hərəni bir vasitə ilə Allahdan uzaqlaşdırır və onu qəflətə düçar edir".

📌• Ayətullah Cavadi Amuli.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

04 Dec, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

03 Dec, 13:10


10 şey digər 10 şeyi yeyir:
1⃣ Yaxşılıq pisliyi
2⃣ Təkəbbür elmi
3⃣ Tövbə günahı
4⃣ Yalan ruzini
5⃣ Ədalət zülmü
6⃣ Qəm ömrü
7⃣ Sədəqə bəlaları
8⃣ Əsəb əqli
9⃣ Peşimançılıq səxavəti
🔟 Qeybət gözəl əməli.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

03 Dec, 09:24


Ariflərdən biri şagirdinə deyib:
Dünyanın başına papaq qoyun
(Yəni ki, dünyanı aldadın)
Soruşdular: necə?
Buyurdu:
Dünyanın çörəyini yeyin, amma axirət üçün çalışın.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

03 Dec, 06:04


Bəni Adəm üçün neçə cür atəş növü var.

🍀 Şəhvət atəşi
Oruc tutmaqla sönər.

🍀 Hərislik və tamahkarlıq atəşi
Ölümü yad eləməklə sönər.

🍀 Qəflət atəşi
Allahı xatırlamaqla sönər.

🍀 Cəhalət və nadanlıq atəşi
Elm öyrənməklə sönər.

🍀 Mədənin atəşi
Halal yeməklə sönər.

🍀 Dilin atəşi
Quran oxumaqla sönər.

🍀 Günahın atəşi
Tövbə eləməklə aradan gedər.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Dec, 12:50


Dərdlərini nə qədər aşkar etsən bir o qədər də onun dərmanı gec tapılacaqdır. Əgər ədəbli olsan və heç kəsə deməsən, yolu sənə göstərəcəklər. Problemlərin sənə üz gətirdiyi halda gərək dilini idarə edəsən. Çün, öz dərdini insanlara deməklə öz  müşkülünü bir neçə dəfə çoxaldırsan. Hər nə dərdin varsa get Allahın qapısına...!

.......... Ustad Dulabi ( r.ə )

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Dec, 08:25


🌷♠️ 🌷♠️ 🌷♠️ 🌷♠️ 🌷♠️


قال امام رضا علیه السلام:👇

«اِذَا نَزَلَتْ بِکُمْ شَدِیدَةٌ فَاسْتَعِینُوا بِنَا»

İmam Rza (ə) buyurub:
"Sizə çətinliklər üz verən zaman bizdən kömək istəyin"

📚 Mustədrəkul Vəsail /cild 5/ səh 229

Bir gün Həzrət Məhdinin (ə.f) gəlməsi ümüdü ilə....

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Dec, 05:51


#Sual

Təkid olunmuş müstəhəb nə deməkdir?
O müstəhəbb əməl ki, çox-çox təkid olunub, ona deyərlər təkid olunmuş müstəhəb.

Peyğəmbər (s) buyurub:
Əgər ümmətim üçün məşəqqət (çətinlik) olmasaydı, bu müstəhəbləri (təkid olunmuş) vacib edərdim.
Məsələn:
🔺 Misvakdan istifadə etmək xüsusəndə gecələr.
🔺 Gecə namazı.
🔺 Cümə qüslü
🔺 Ziyarətə getmək
🔺 Ziyarətnamə oxumaq, xüsusən də "Aşura ziyarəti"
🔺 Sağ əlinə əqiq üzük taxmaq.
🔺 Sileyi rəhm (yaxın qohumları ziyarət etmək)
🔺 Daim dəstəmazlı olmaq
🔺 Hər namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatı və Ayətul Kursi oxumaq
🔺 Namazların təqibatın oxumaq
Və s.....
Namazdan sonra dua eləmək. Dünya və axirətiniz üçün dua edin😊

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

01 Dec, 11:39


Səhər durmaq!

Səhərləri (gecənin son üçdə bir hissəsi) oyaq qalmaq, gecə namazı qılmaq və gecənin ortasında Quran oxumaq çox tövsiyə olunub.

Amma hansısa bir gecə namaz qılmağa və dua eləməyə halınız olmasa, səhər oyaq olub, oturub çay içməyin özü də yaxşıdır. Səhərləri oyaq qalmağın özünün təsiri var.

Otur və biraz Allahın əzəməti barədə fikirləş. Özlüyündə fikirləş ki, mən harda idim? Hara gəldim? Hara gedirəm? Kim məni bura gətirdi? Elə bunları düşünsən sənin üçün kifayətdir.

Gör halın necə olacaq? Allah bilir. Əməllərin barədə fikirləş və Allaha de:
"Şeytan məni aldatdı. İstəmirdim səninlə müxalifət eliyəm (sənə günah edəm)"

Ayətullah Nasiri (r)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

01 Dec, 07:37


Həya ; Yəni, daxildə günah eləməkdən qorxmaq.

Bir adam günah edə, amma daxilində günahından qorxa;
Allah yanında günah etməyib, amma qəlbində günahdan qorxmayan adamnan daha əzizdir.
Ustad Şücayi.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

01 Dec, 05:36


Yaxşı əməllərdən dərhal təsir gözləməyin.

Rivayətdə buyurulur ki, hər hansı bir işdən əgər təsir istəyirsənsə ən azı 1 il o işi gör.

Ayətullah Behcət ağadan soruşdular:
Necə edək gecə namazını davamlı şəkildə qılaq?
Ağa buyurdu:
"Əgər yatıb qalsan səhər qəzasını yerinə yetir"

Rivayətin davamında gəlib ki, ən sevimli iş dəvamiyyətli işdir.

Əgər nəticə istəyirsənsə, gərək dəvamiyyətin ola.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

30 Nov, 07:12


Biri dedi:
Necə də pis dünyadır
Güllərin də tikanları var....

Başqa biri dedi:
Necə də gözəl dünyadır
Hətta çoxlu tikanlar arasında da gül var...

Əzəmət baxışdadır nəinki baxdığımızda.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Nov, 11:15


Region xəbərlərinin əsas mənbəyini axtarırsınız?

🔸 Ən İsti Xəbərlər
🔸 Fələstin - İran - Hizbullah - İsrail müharibəsi
🔸Dəqiq Analizlər
🔸Rusiya - Ukrayna müharibəsi
🔸Dünyana baş verənlər
Məşhur kanalların əsas xəbər mənbəyində olmaq istəyirsinizsə, o zaman
➡️ Bizi izləyin və kanalı dostlarınızla paylaşın👇👇👇

https://t.me/Ar_Rad_info

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Nov, 09:49


Diqqət edin!

Zehnin kontrolu:


Bir anda olsa belə Allaha sui zənn eləmək zehnimizdən keçməyə....
"Hətda bir an belə fikirləşmiyək ki, tənhayıq...."
Bir an olsa belə fikirləşməyək ki, Allah bizi boş verib. (Maraqlı deyilik)
Bir an belə olsa zehnimizə gətirməyək ki, Allah bizi az sevir...
Əgər bu kimi fikirlərdən bir zərrə də olsa zehnimizdən keçirmişiksə, deməli məlumdur ki, Allaha sui zənn eləmişik.
Məlumdur ki,  zehnimizi  düz kontrol eləmirik...
Allaha qarşı hüsnü zənn eləmək (gözəl düşünmək) aləmin ən şirin meyvəsidir...
Bilirsiz gündə neçə dəfə biz bu böyük günaha mürtəkib olub, Allaha qarşı sui zənn (pis güman) edirik?
Bilirsinizmi bizim bütün stress və narahatlıqlarımız zehnimizin məhsuludur ki, Allaha qarşı sui zənn nəticəsində yaranır?

Necədə pisdir ki, insan öz mövlasına (ağasına) qarşı sui zənn edə.....
Orda (zehndə) kifayətdir ki, insan bir an Allaha bədbin ola....bununlada bitər...
Bununlada bədbəxt oldu...
Ey əzizlər, bunun qabağın alın. Şeytanın əsl vəsvəsəsi insanın zehninin içərisindədir....
Daim vəsvəsə edir....
Nə qədər günaha aludə olsanda, nə qədər pis işin varsada yenədə Allaha qarşı bədbin olma, Allahdan ümüdünü üzmə. Allaha qarşı hüsnü zənn elə.
Denən ilahi sənki vəziyyətimi bilirsən, özün məni bu günah bataqlığından qurtar (təbii ki, insan özüdə gərək səy edə)
Mən sənə olan hüsnü zənnimdən əl çəkmirəm.....
Bu gündən bizim ən mühüm diqqət olunası məsələmiz bu olsun ki,  Allaha qarşı bir zərrə də olsa sui zənn etməyək.....

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

21 Nov, 13:37


Müfəzzəl ibn Ömər belə rəvayət edir: "İmam Sadiqdən (ə) soruşdum:

"Allah Rəsulu (s) Fatimənin (s.ə) dünya qadınlarının xanımı olması haqqında necə buyurmuşdur?
O, həqiqətən də aləmin xanımıdır?"
İmam (ə) buyurdu:
"O, Məryəmdir ki, öz aləminin (zamanının) xanımı olmuşdur. Fatimə(s.ə) isə əvvəlkilər və sonrakılar arasında dünya xanımlarının xanımıdır".

_📖İmamət dəlilləri,səh.92_

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

14 Nov, 10:05


İslama görə ən yaxşı dost bizə eyblərimizi deyən, ən pis dost isə bizdən eyblərimizi gizlədəndir. Biz ancaq özümüzə baxdıqda bunun əksini görürük. Bizim eyblərimizi bizə deyəndən acığımız, bizə yaltaqlanıb eyblərimizi gizlədəndən isə xoşumuz gəlir. Diqqətlə baxdıqda İslam əxlaqından nə qədər uzaq düşdüyümüzü görürük. 

İnsana eybləri deyilməsə, insan qüsursuz olduğunu düşünər və sahib olduğu eybləri düzəltməz. Nəticədə də belə bir insan təkamül əvəzinə tənəzzülə uğrayar. Ancaq, eyblərimiz bizə deyilərsə qüsurumuzu bilərik və bu qüsuru islah etməyə çalışarıq. Nəticədə də təkamülə çatarıq. İnsanı cənnətə çatdıran onun sahib olduğu təkamüldür. Tənəzzül insanı cənnətə yox, cəhənnəmə aparar. Deməli, dolayısı yolla xoşumuz gəlmədiyi, bizə eyblərimizi deyən dost bizi təkamülə və cənnətə çatdırır. Buna görə ona nəyinki nifrət etməli hətta, təşəkkür etməliyik. 

İmam Sadiq (ə) İmam və günahsız biri olmasına baxmayaraqbuyurur ki, mənim ən sevimli dostum mənə eyblərimi hədiyyə edəndir. Biz dildə özümüzə günahkar desək də biri bizə bir eybimizi dedikdə onu qəbul edə bilmirik. Qəribədir dildə özümüzə günahkar deyirik ancaq, əməldə özümüzü günahsız hesab edirik.

(Dəyişməyin zamanıdır)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

13 Nov, 17:22


İmam Əli (ə):
 
سِتَّةُ أَشْيَاءَ حَسَنٌ وَ لَكِنْ مِنْ سِتَّةٍ أَحْسَنُ، اَلْعَدْلُ حَسَنٌ وَ هُوَ مِنَ الْأُمَرَاءِ أَحْسَنُ، وَ اَلصَّبْرُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْفُقَرَاءِ أَحْسَنُ، وَ اَلْوَرَعُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْعُلَمَاءِ أَحْسَنُ، وَ اَلسَّخَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْأَغْنِيَاءِ أَحْسَنُ، وَ اَلتَّوْبَةُ حَسَنَةٌ وَ هِيَ مِنَ اَلشَّابِّ أَحْسَنُ وَ اَلْحَيَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلنِّسَاءِ أَحْسَنُ
 
“Altı iş yaxşıdır, amma onun altı dəstədən baş verməsi daha yaxşıdır:
 
1. Ədalət yaxşıdır, amma rəhbərlərin ədalətli olması daha yaxşıdır.
 
2. Səbir yaxşıdır, amma yoxsulların səbirli olması daha yaxşıdır.
 
3. Təqva yaxşıdır, amma alimlərin təqvalı olması daha yaxşıdır.
 
4. Səxavət yaxşıdır, amma varlıların səxavətli olması daha yaxşıdır.
 
5. Tövbə yaxşıdır, amma gənclərin tövbə etməsi daha yaxşıdır.
 
6. Həya yaxşıdır, amma qadınların həyalı olması daha yaxşıdır.”
 
“İrşadul-qulub”, c.1, səh.193.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Nov, 08:55


Xəlqin seçilmişləri kimlərdir?

Hz. Musa ibni İmran (ə) Allaha buyurur:
- “Allahım! Xəlqinin seçilmişləri kimlərdir?”
Cavab eşidir:
- “O kəs ki, çoxlu səxavətə malik olsun. Düz danışsın, təvazö ilə hərəkət etsin. Dağ yerindən qopar, ancaq belə bir bəndəm Mənim yolumdan azmaz”.
Musa (ə) deyir:
- “Hansı bəndələrin müqəddəs dərgahında Sənə daxil olarlar?”.
Xitab gəlir:
- “O kəslər ki, dünyaya nəzərləri yoxdur, din sirləri ifşa olmaz. Öz hökumətlərində rüşvət almazlar, haqq onların qəlbindədir. Düzlük dillərində təcəlli edibdir. Onlar dünyada Mənim örtüyüm altında, axirətdə müqəddəs dərgahımında yanımda olarlar”.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

09 Nov, 16:12


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Nov, 16:25


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Nov, 07:14


Hər bir bədən üzvünün zəkatı var

🔷 İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
👇
👁 Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.

👂 Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.

👅 Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir.

🖐 Əlin zəkatı - elm yazmaq və mal bəxşiş etməkdir.

🚶 Ayağın zəkatı - cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir.

✍️ Elmin zəkatı - onu nəşr etməkdir.

💪 Qüdrətin zəkatı - insafdır.

🌹 Gözəlliyin zəkatı - iffətdir.

✌️Qələbənin zəkatı - ehsandır.

Şücaətin zəkatı - cihaddır.

🚑 Sağlamlığın zəkatı - Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir.

👑 Hökumətin zəkatı - yoxsullara kömək çatdırmaqdır.

🤔 Ağlın zəkatı - ağılsızlara dözmək və səbir etməkdir.”

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

01 Nov, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

31 Oct, 08:06


Yaşayış düyünlərlə doludur.
Amma onların hamısını sən gərək tək və bir-bir açasan.
Ancaq əgər Allaha təvəkkül etsən Allah o düyünləri bir-bir açar səndən gözəl və asan şəkildə.
Səbir və dua bilin hər çətiniyi həll edir. Bəzən deyirik "İlahi qəbul olmadı", amma qəbul olmayan dua yoxdur. Demək bizlərə xeyir olmayan bir şeyi Allah bizə nəsib etməyib...

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

31 Oct, 06:48


💢Allaha itaət

🔸Allahın qoşununda yer almaq istəyən şəxs, Allaha Taalaya itaət etməyi öz işinin sərlövhəsi qərar verməlidir...

Ustad Təhriri

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

29 Oct, 06:59


🆕 Günah xəstəliyinin dərmanı nədir?!

🌸 Dəlidən doğru və gözəl məsləhət...
👌 Təsirli hekayə...

🔺Bayəzid Bəstami bir gün dəlixananın yanından keçirdi. Dəlixana xidmətçisinin bir qabda nəyisə döydüyünü görüb, soruşdu:
- Nə edirsən?!

🔻 Xidmətçi:
- Bura dəlixanadır, dəlilərə dərman hazırlayıram, deyə cavab verdi.

🔻Bayəzid soruşdu:
- Mənim də xəstəliyimə bir dərman tapa bilərsənmi?!

🔻 Xidmətçi tərəddüd etmədən dedi:
- “Taparam”.

➡️ Ancaq xəstəliyinin nə olduğunu hələ soruşmamışdı. Xidmətçi soruşdu:
- “Xəstəliyin nədir?”

🔻Bayəzid dedi:
- Mənim xəstəliyimin adı günahdır. Çox günah işlərim var... Əgər bilirsənsə, mənə bir dərman de,.

🔻Xidmətçinin dili dolaşdı və cavab verdi:
- Mənim günah xəstəliyindən başım çıxmır. Mən ancaq dəlilərə dərman hazırlayıram.

➡️ Elə bu vaxt dəlixananın dəmir barmaqlıqları arasından onlara qulaq asan bir dəli Bayəzidə dedi:
- Mən sənin xəstəliyinin dərmanını bilirəm.

🔻Bayəzid dedi:
- De görüm, dərdimin dərmanı nədir?

🔻Dəli dedi:
- Tövbə kökü ilə peşmanlıq yarpağını qarışdır. Qəlb həvəngində iman həvəngdəstəsi ilə döy, insaf ələyindən keçirib göz yaşı ilə yoğur, sonra da eşq təndirində bişirib, hər səhər-axşam bol-bol ye. Onda sənin xəstəliyindən əsər-əlamət qalmaz...

👌 Bu gözəl dərmanı öyrənən Bayəzid dedi :
- Ey dünya! Demək, sənə də dəli deyənlər var,
➡️- və oradan uzaqlaşdı.
Ondan sonra Bayəzid Bəstami günah xəstəliyinə tutulanlara həmişə bu “dərmanı” tövsiyə edirdi...

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Oct, 05:47


Əbuhəmzə duasının şərhi-14-cü hissə
👉 Ustad Əhmədpur


🔅 Paylaşmağı unutmayın!🔅
👇
꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Oct, 05:46


Qəlbinə bax

👌 İmam Zamanı (ə.f) gərək qəlbdə görəsən. Siz Fəth və Futuhat və s. arxasınca getməyin. Salik gərək ilk öncə mərifətul_imam məqamına çatsın.

👉Əgər bu mə'rifətə çatarsa daha İmam öz vücudundan ayrı hiss etməyəcək.

📚 Seyyid Haşim Həddad (r)


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

28 Oct, 05:46


Zahid ol!

👉 Nə vaxta kimi qəflət yuxusunda qalacaqsan?! Özün üçün bir
#xəlvət et və yuxudan ayıl və #Nəsuh tövbəsi et!

👉 Ey günahkar və cinayətkar nəfs! Fani dünyada zahid ol! Çünki, dünyaya məhəbbət bütün günahların başlanğıc nöqtəsidir.

📚 Əllamə Həsənzadə Amuli


🔅 Paylaşmağı unutmayın!🔅
👇
꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

26 Oct, 06:06


🌸 Allahla belə edirsənsə...

🔸 Bir şəxs halvasatandan nisyə halva istədi.

▫️Halvasatan dedi:
-Əvvəlcə dadına bax, gör bəyənirsən?

▫️Həmin şəxs cavab verdi:
-Ötən illərdən qəza orucum vardı, indi orucam.

▫️Halvasatan:
-Get, əzizim, sənə nisyə halva verə bilmərəm. Sən Allahın haqqını bir ildən o biri ilə saxlayırsan, mənim haqqımı necə qaytaracaqsan!

🌹🌹🌹🌹🌹
Dövrümüzdə əksər insanlar haqq-ədalətdən danışır, baxanda düşünürsən ki, bu adam cəmiyyətin ən təmiz adamıdır. Amma araşdırsan görərsən ki, nə Allahın, nə xalqın haqqını qaytarır. Xüms vermir, aldığı borcları mənimsəyir. Mömin insan verdiklərini unudur, aldıqlarını daim yadda saxlayır, ona yaxşılıq edənlərə nankorluq göstərmir. Allah bizi verdiklərini unudan, aldıqlarını yadda saxlayanlardan qərar versin.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

25 Oct, 12:54


🌸 İlahi,

Mənə ağırlıq edən günah yükündən məni azad etməyini və ağırlığı məni əldən salan və günahlara qarşı Səndən yardım diləyirəm.🍃🌸

📚 (Səhifeyi-Səccadiyyədən)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

25 Oct, 09:30


Peyğəmbər (s) buyurub:

*Elə bir mömin yoxdur ki, hər qırx  gündə bir dəfə malı, övladı və ya canı xüsusunda bəla ilə yad olunmasın. Buna görə ona mükafat verilər.*
*Yaxud da haradan gəldiyini bilmədiyi qəm-qüssəyə batar”.*

İmam Kazim (ə) buyurub:

*“Mömin tərəzinin gözləri kimidir. İmanı artdıqca bəlası da artar ki, heç bir günahı olmadan Allah-taala ilə qarşılaşsın”.*


> ^📖Hədislər toplusu

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

22 Oct, 03:20


Cabir İmam Baqirin (ə) belə buyurduğunu nəql edir:

"Özünü şiə adlandıran bir şəxsin şiə olması üçün "Əhli-beyti sevirəm!" deməsi kifayət edərmi?!
"Allaha and olsun, bizim şiələr yalnız Allahdan qorxub onun əmrlərinə itaət edənlərdir."

> ^Mənbə:📚 Kafi, c.2, səh. 60

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

22 Oct, 03:20


İmam Həsən Əskəri (ə) buyurur :

“Sizlərdən hər kim dində təqvаlı оlsа, dоğru dаnışsа, əmаnətə хəyаnət еtməsə və insаnlаrlа хоş rəftаr еtsə о, şiədir. Şiələrin bеlə əməlləri bizi şаd еdir.”

“Tuhəfül-üqul”, səh. 518.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

21 Oct, 05:12


İblis (l) insana 4 tərəfdən yaxınlaşa bilir, digər 2 tərəfdən isə yox...


Alimlərdən biri
{ (İblis dedi:) Önlərindən, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların (yəni, insanların) yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm. } (Ə'raf/ 17)
ayəsi haqqında belə söyləmişdir:

İblis 4 istiqamətdən insana yaxınlaşıb ona vəsvəsə edəcəyindən danışır, amma digər 2 tərəfin adını çəkmir.
Biri "aşağı", biri isə "yuxarı"dır.
Aşağı - yəni, bəndənin Allah üçün səcdəyə düşməsi,
yuxarı - yəni, bəndənin Allaha əl açıb dua etməsinin istiqamətidir.
Bir sözlə, İblis səcdə və dua istiqamətindən bəndəyə hücum çəkə bilmir.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

19 Oct, 15:21


🌷 İmam Baqir (ə):

أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَمُلَ إِسْلاَمُهُ وَ مُحِّصَتْ ذُنُوبُهُ وَ لَقِيَ رَبَّهُ وَ هُوَ عَنْهُ رَاضٍ مَنْ وَفَى لِلَّهِ بِمَا يَجْعَلُ عَلَى نَفْسِهِ لِلنَّاسِ وَ صَدَقَ لِسَانُهُ مَعَ اَلنَّاسِ وَ اِسْتَحْيَا مِنْ كُلِّ قَبِيحٍ عِنْدَ اَللَّهِ وَ عِنْدَ اَلنَّاسِ وَ حَسُنَ خُلُقُهُ مَعَ أَهْلِهِ

“Hər kəsdə dörd xislət olarsa, müsəlmançılığı (imanı) kamilləşər, günahları bağışlanar və (Qiyamətdə) Allah-Taalanın ondan razı olduğu halda Onun hüzurunda hazır olar:

1️⃣. Allaha xatir insanlara verdiyi əhdinə sədaqətli olarsa;

2️⃣. İnsanlarla sözü və danışığında düz olarsa;

3️⃣. Allahın və insanların nəzərində qəbahət sayılanlardan çəkinib həya edərsə;

4️⃣. Əhli-əyalı ilə yaxşı davranarsa.”


📚 “Mişkatul-ənvar”, c.1, səh.301.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

19 Oct, 08:39


*Hacət namazı*

İmam Rza (ə) buyurur: "Əgər çətin bir iş səni kədərləndirərsə, iki rəkət namaz qıl. Həmin namazın birinci rəkətində "Fatihə" və "Ayətəl kürsi", ikinci rəkətində isə "Fatihə" və "Qədr” surələrini oxu. Sonra Quranı başının üzərinə qaldırıb, belə söylə: *"Allahummə bihəqqi mən ərsəltəhu ilə xəlqikə və bihəqqi kulli ayətin fihi və bihəqqi kulli mən mədəhtəhu fihi əleykə və bihəqqikə əleyhi və la nə rifu əhədən ərəfə bihəqqikə minka"* Sonra on dəfə *"Ya Seyyidi, ya Allah"* , on dəfə *"Bihəqqi Muhəmmədin"* , on dəfə *"Bihəqqi Əliyyin"* və on dəfə *"Bihəqqi Fatimə"* de. Sonra ardıcıllıqla hər bir imamın adını sənin mövcud olduğun zamanın imamına qədər on dəfə zikr edib, onun xatirinə Allahdan istə! Sən yerindən qalxmamış, hacətin yerinə yetəcək"

"Məkarimul-əxlaq", səh.476

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

19 Oct, 03:38


İmam Əli (ə) buyurub:

"Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin."

Nəhcül-Bəlağə, hikmət 359

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

19 Oct, 03:38


Günün Şükrü
4 dəfə "Əlhəmdulillahi Rabbil ələmin"

İmam Səccad (ə) buyurur: "Kim "Əlhəmdulillah" söyləyərsə, Allah-təalanın bütün nemətlərinin şükrünü yerinə yetirmiş olar".

"Məkarimul-əxlaq", səh.477

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

18 Oct, 11:17


Təqva əhlinin 3 nişanəsi

İmam Əli (ə) buyurur: “Təqva əhlinin üç nişanəsi vardır: əməldə ixlas, arzuların qısa olması, fürsətlərdən bəhrələnmək”. (Avini)
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

“Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!”. (“Rəd” 35).

İmam Əli (ə) təqva əhlinin nişanələrini sayan zaman buyurur: “Təqva əhlinin nişanəsi (budur ki) dindarlıqda güclüdürlər, mülayim və uzaqgörəndirlər, yəqinlə dolu imana malikdirlər, elm öyrənməkdə hərisdirlər, elmə malik olmaqla səbirlikdirlər. Zəngin olan zaman mötədil olub, ibadətdə mütidirlər, yoxsul olanda isə (gözəl sifətlərə)bəzənmiş olarlar”.

“Sizin güzəşt etməyiniz təqvaya daha yaxındır”. (“Bəqərə” 237)
꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

16 Oct, 10:40


💐 İBRƏTAMİZ HEKAYƏ.

Müqəddəs Ərdəbili şəhərlərin birinə gedir. Gecə yatarkən yuxuda ona deyirlər ki, sabah gedib filankəsin cənazə namazını qılarsan. Müqəddəs Ərdəbili səhər ayılıb yuxuda ona deyilən şəxsin qapısına getdi. Gördü ki doğrudan da bu evin yiyəsi dünyasını dəyişib. Ona cənazə namazı qılmaq istəyəndə camaat ona dedi: “Bu, çox günahkar bir insan olub, ona cənazə namazı qılma.”
Müqəddəs Ərdəbili camaatın sözünə məhəl qoymayıb o günahkarın namazını qıldı. Dəfn edəndən sonra onun evinə gəlib ailəsinə başsağlığı verdi və həyat yoldaşından soruşdu: “Sənin ərin necə insan idi?” Qadın cavab verdi ki, ey alim, hamı bilir ki, çox günahkar bir insan idi, artıq mənim deməyimə ehtiyac yoxdur. Müqəddəs Ərbədili soruşdu: “Onun ömründə yaxşı bir işi olubmu?” Qadın dedi: “Ömrünün son dəqiqələrində üzünü qibləyə tutub dedi: “İlahi, Müqəddəs Ərdəbilini bağışlamaq hünər deyil. Hünər odur ki, mənim kimi günahkarı bağışlayasan.” Bu sözləri deyəndən sonra dünyasını dəyişdi.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

15 Oct, 09:25


"Təəccüblüdür ki, bir nəfər qısa müddətdə olan yuxusu üçün yumşaq yer hazırlayır, amma öz axirəti (əbədiyyəti) üçün heç bir addım atmır."

#Əl Əbd Muhəmməd Təqi Bəhcət (r)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

15 Oct, 09:25


▪️"Bir neçə əməllər sayəsində insanın bəsirət gözü açılır...
Bu əməllərdən biri də Həzrət İmam Hüseynə (ə) ağlamaqdır."

#Həzrət Ayətullah Əbdülkərim Kəşmiri (r)

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

14 Oct, 07:20


İmam Səccad (ə) buyurub:

“Həqiqətən, dindаr insаnın mərifəti və kаmilliyi, fаydаsız sözü, dаvаnı tərk еdib, hеlmli, səbirli və хоşəхlаq оlmаğıdır.”

“Üsuli-kаfi”, c. 3, səh. 33

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

14 Oct, 07:20


Salam, ey güvənilən imam! Salam, ey arzulanan sərvər! Bütün salamlar sənə olsun!

"Ali Yasin" ziyarətnaməsindən.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Oct, 10:20


Aşura ziyarətində bütün mövcudatın İmam Hüseynə (əleyhissəlam) ağladığını oxuyuruq. Bu ağlamaq həqiqidir. İmam Hüseynin (əleyhissəlam) qəminə xatir daşın altından qanın axması həqiqətdir.

Mövcudat Allahın vəlisinin olmamasından təsirlənirlər. Əgər insanın (mənəvi) baxışı bir az çoxalsa və əgər bəndəçilik (və mənəviyyat) yolunda düzgün hərəkət etsə, mövcudatın dərk etdiyini dərk edəcəkdir.

Ayətullah Təhriri

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

10 Oct, 02:12


ﺑِﺴْــــــــــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِ
​9 Şey gündəlik həyatında sənə fayda verir:​

1 / تريد السعاده = صل الصلاة في وقتها.
​1 / Xoşbəxtlik istəyirsənsə: Namazı vaxtında qıl.​

2 / تريد نور الوجه = بقيام الليل.

​2 / Üzündə nur istəyirsənsə:​
​Gecə namazına qalx.​

3 / تريد الطمئنينة = عليك بترتيل القرآن.
​3 / Hüzur istəyirsənsə:​
​Quranı ağır ağır oxu.​

4 / تريد الصحه = عليك بالصيام.
​4 / Səhhət istəyirsənsə:​
​Oruc tut.​

5 / تريد الفرج = لازم الإستغفار.
​5 / Xoşbəxtlik istəyirsənsə:​
​İstiğfar davam et.​

6 / تريد زوال الهم = لازم
الدعاء.
​6 / kədərsiz olmaq istəyirsənsə:​
​DUA'YA davam et.​

7 / تريد زوال الشده = قل لاحول ولا قوة إلا بالله
​7 / Şiddətin yox olmasını istəyirsənsə:​
​La havlә və lә quvvәtә illә billah de.​

8 / تريد البركه = صل على النبي واله الطيبين الطاهرين.
​8 / Bərəkət istəyirsənsə:​
​Peyğəmbər (sav) və Onun təmiz pak əhlinə salavat gətir.​

9 / تريد حسنات بدون تعب =
لاتحتفظ بها أرسلها لينتفع بها كل الاحبه
سبحان الله
من كان مع آلله كان آلله معه
ومن كان يحب آلله كان آلله يحبه
​9 / Yorulmadan yaxşılıq etmək istəyirsənsə:​
​Bu mesajı saxlama sevdiklərin istifadə etsin,paylaş​

​Kim Allah cc ilə olursa Allah cc Onunla bərabərdir.​

​Kim Allahı cc sevsə Allah cc Onu sevər.​

هل تعلم:
عند قرآءة آية الكرسي بعد كل صلآة
ي bb صبح بينك وبين الجنه الموت فقط
تذكير: لا تكتم علما خيرا تجزى به

Bilərsənmi:

​Ayәtәl kürsini namazdan sonra oxusan səninlə Cənnət arasında yalnız ölüm vardır.​

Not: ​xeyirlə ödüllәndirilәcәyi heç bir elmi gizləmə.​

🌏اجعلوها تلف العالم🌏

​Bu məlumat dünyanı dolaşsın​

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

08 Oct, 07:26


🌿Mumtəhinə surəsində qadınların vəzifələri🌿

Ey Peyğəmbər, mömin qadınlar sənin yanına gəlib, beyət etmək istəsələr, altı şeyi tərk etmək barədə səninlə əhd bağlanmalıdırlar:

1⃣Heç bir şeyi Allaha şərik qoşmasınlar;

2⃣Heç vaxt heç kimdən, hətta həyat yoldaşlarından belə oğurluq etməsinlər ;

3⃣Heç vaxt əxlaqsızlıq və zina etməsinlər, başqalarını günaha salmasınlar ;

4⃣Öz övladlarını öldürməsinlər və heç vaxt uşaqları siqt etməsinlər;

5⃣Heç nəyə görə yalan deməsinlər və heç kimə böhtan atmasınlar ;

6⃣Allahın Peyğəmbərilə (s) müxalifət etməsinlər və İslam dininin bütün əmrlərinə itaət etsinlər.

Bu qadınlarla deyilən şərtlərlə beyət et və onlar üçün Allahdan bağışlanma istə ki, Allah bağışlayan və mehribandır.

📚Molaqat-e banuva ba Emam-e Zəman (ə), səh. 104📚


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

07 Oct, 07:58


Həzrət Əlinin (ə) minacatlarından nümunələr

...İlahi! Mənə bu izzət bəsdir ki, Sənin bəndənəm. Mənə bu fəxr yetər ki, Sən mənim rəbbimsən. Sən eynilə mənim istədiyim kimisən, məni də öz istədiyin kimi et!..

...İlahi, Sənə nə cəhənnəm qorxusundan, nə də behişt təmənnası ilə ibadət edirəm. Səni ibadət olunmağa layiq bilib ibadət edirəm...

...Mövlam, ey mövlam! Sən mövla, mən isə bəndəyəm. Bəndəyə mövladan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən mülk sahibi, mən isə sənin mülkünəm. Mülkə malikdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən izzətli, mən isə zəliləm. Zəlilə əzizdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən xaliq, mən isə məxluqam. Məxluqa xaliqdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən əzəmətli, mən isə həqirəm. Həqirə əzimdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən qüvvətli, mən isə zəifəm. Zəifə qüvvətlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ehtiyacsız, mən isə fəqirəm. Fəqirə ehtiyacsızdan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bəxşiş verən, mən isə hədiyyə istəyənəm. Hədiyyə arzusunda olana bəxşiş verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən diri, mən isə ölüyəm. Ölüyə diridən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən baqi, mən isə faniyəm. Faniyə baqidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən daimi, mən isə gedəriyəm. Gedəri olana daimidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ruzi verən, mən isə ruzi yeyənəm. Ruzi yeyənə ruzi verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən səxavətli, mən isə simicəm. Simicə səxavətlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən şəfa verən, mən isə dərdliyəm. Dərdliyə şəfa verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən böyük, mən isə kiçiyəm. Kiçiyə böyükdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bələdçi, mən isə yolu itirmişəm. Yolu itirənə bələdçidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən rəhmli, mən isə rəhmə ehtiyaclıyam. Mərhəmətə ehtiyacı olana rəhmlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən hökmdar, mən isə rəiyyətəm. Rəiyyətə hökmdardan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bağışlayan, mən isə günahkaram. Günahkara bağışlayandan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən qalib, mən isə məğlubam. Məğluba qalibdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən rəbb (bəsləyən), mən isə bəslənənəm. Bəslənənə rəbbdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ucalıq sahibi, mən isə Səndən aşağıyam. Alçaqda olana ucalıq sahibindən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Mərhəmətinə xatir, mənə rəhm et! Səxavətinə, kəramətinə xatir, məndən razı ol! Ey bəxşiş və ehsan sahibi, ey sonsuz nemətlərin maliki!

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

06 Oct, 14:22


İmam Sadiq (ə) Allah rəsulunun (s) belə buyurduğunu rəvayət edir:

"Bir şəxs danışan zaman başqa biri asqırarsa, o (asqırmaq) haqqın şahidi (həmin şəxsin danışdığı sözün haqq olmasına işarə) olar"

> Məkarimul-əxlaq, səh.530

Ps: bizdə məşhur olan haq da şahid gəldi sözünün hədisdən qaynaqlandığını bilirdinizmi? Onu da qeyd edim ki, Məkarimul-əxlaq Şeyx Təbərsinin kitabıdır və Şeyx Təbərsi şiənin böyük alimlərinin istinad yeridir.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

05 Oct, 10:13


#Allahın_nuru

Həzrət İmam Cə'fər Sadiq (ə):
"İmam Səccad (ə) dan soruşdular:
- Necə olur ki gecəni ibadət ilə keçirənlər insanların içində ən gözəl simaya malik olurlar?
Həzrət İmam Səccad (ə) buyurdu:
- Çünki onlar öz Rəbbi ilə xəlvətdə razu-niyaz edirlər və Allah da onları Öz nuru ilə örtür."
(Bu səbəbdən gecələr ibadətlə məşğul olanlar ən gözəl simaya sahib olurlar.)


📚 *Mənbə:*

*Biharul-ənvar, c 84 səh 159

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

05 Oct, 10:07


🍂1. İlahi, məni öz əfvinə tapşır, ədalətinə yox. Ey kərim Allah!
-2 ﺍِﻟﻬﯽ ﻇَﻠَﻤﺖُ ﻧَﻔﺴﻲ ﻭَ ﺗَﺠَﺮَّﺃﺕُ ﺑِﺠَﻬﻠﻲ ﻭَ ﺳَﮑَﻨﺖُ ﺍِﻟﯽ ﻗَﺪﯾﻢِ ﺇﺣﺴﺎﻧِﮏَ ﻟﯽ ﻭَ ﻣَﻨِّﮏَ ﻋَﻠَﯽَّ ﯾﺎ ﺭَﺏَّ .
🍂2. İlahi, özümə zülm etdim və nadanlıq üzündən Səninlə müxalifət etdim və mənə verdiyin qədim yaxşılıqları yada salmaqla rahat oldum. Ey mənim Rəbbim!
-3 ﺍَﺣﯿِﻨﯽ ﯾﺎ ﺭﺏِّ ﺳَﻌﯿﺪﺍً ﻭَ ﺗَﻮَﻓَّﻨﯽ ﺷَﻬﯿﺪﺍً .
🍂3. İlahi, məni səadətlə yaşat və şəhadətlə öldür.
-4 ﺍِﻟﻬﯽ ﺃﺩﻋُﻮﮎَ ﮐَﻤَﺎ ﺃَﻣَﺮﺕَ ﻓَﺎﺳﺘَﺠِﺐ ﻟِﯽ ﮐَﻤﺎ ﻭَﻋَﺪﺕَ ﺍِﻧَّﮏَ ﻻ ﺗُﺨﻠِﻒُ ﺍﻟﻤِﯿﻌَﺎﺩَ .
🍂4. İlahi, məni dəvət etdiyin kimi Səni çağırıram. Bəs məni qəbul et, necə ki, vədə vermisən. Həqiqətən Sən öz vədinə xilaf çıxmırsan.
-5 ﺍَﻟﻠّﻬُﻢَ ﺍَﺟﻌَﻞ ﻧَﻔﺴﻲ ﻣُﻄﻤَﺌِﻨَّﺔً ﺑﻘَﺪَﺭﮎَ، ﺭﺍﺿﯿﺔً ﺑِﻘَﻀﺎﺋﮏَ، ﻣُﻮﻟَﻌَﺔً ﺑِﺬِﮐﺮِﮎَ ﻭَ ﺩُﻋَﺎﺋِﮏ .
🍂5. İlahi, məni elə et ki, Sənin təqdirinə qarşı aram, hökmünə razı, zikrinə və Səni çağırmağa həris olum.!!!

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

03 Oct, 12:40


رُوِيَ عَنِ الْعَالِمِ ع أَنَّهُ قَالَ : الْمُسْتَتِرُ بِالْحَسَنَةِ لَهُ سَبْعُونَ ضِعْفاً وَ الْمُذِيعُ لَهُ وَاحِدٌ وَ الْمُسْتَتِرُ بِالسَّيِّئَةِ مَغْفُورٌ لَهَا وَ الْمُذِيعُ لَمَا تَخُذُولُ الْمُقِرُّ بِذَنْبِهِ كَمَنْ لَا ذَنْبَ لَهُ وَ إِذَا كَانَ الرَّجُلُ فِي جَوْفِ اللَّيْلِ فِي صَلَاتِهِ يُقِرُّ لِلَّهِ بِذُنُوبِهِ وَ يَسْأَلُهُ التَّوْبَةَ وَ فِي ضَمِيرِهِ أَنْ لَا يَرْجِعَ إِلَيْهِ فَاللَّهُ يَغْفِرُ لَهُ إِنْ شَاءَ اللَّهُ.

📎 İmam Kazim (ə) buyurur: “Etdiyi yaxşılığı gizlədənə (o əməlin savabının) yetmiş qatı verilər, onu yayana isə bir (savab verilər). Etdiyi pis əməli (utanıb, ar edib) gizlədən şəxsin bu əməli bağışlanar, onu yayan isə xar olar. Günahını etiraf edən şəxs günahı olmayan kimidir. Belə ki, əgər insan gecənin bir aləmində namazında günahlarını Allaha etiraf edib, Ondan bağışlanmaq istəyər və qəlbən bir daha o günahlara qayıtmayacağını qərara alarsa, Allah onu bağışlayar, inşallah”.

📚 "Əl İxtisas" səh,180

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@dinim_114

🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋

02 Oct, 09:55


Ya Əli ibni Musə Rza ə.s.