Eshq♡Shehadet @eshq_shehadet Channel on Telegram

Eshq♡Shehadet

@eshq_shehadet


Eşq kəlam istəməz can fəda etmək gərək..🥀♥️✍🏻

Eshq♡Shehadet (Azerbaijani)

Eşq♡Shehadet Telegram kanalı, sevgi ve sadakat konularında ilham dolu paylaşımların yer aldığı bir platformdur. Kanalın adı, aşk ve sadakatin önemine vurgu yaparak, içeriklerinde bu temaları işlemektedir. eshq_shehadet kullanıcı adıyla ulaşabileceğiniz bu kanal, romantizm, ilişkiler, aile konularında bilgi ve ilham arayan herkes için ideal bir kaynaktır. Kanalda yer alan paylaşımlar, sevgiye ve sadakate dair derin düşünceler içermekte ve okuyucularını duygusal bir yolculuğa çıkarmaktadır. Eşq♡Shehadet kanalı, aşkın gücünü ve değerini vurgulayan bir topluluk olma misyonunu taşımaktadır. Sevgi ve sadakat dolu bir dünyanın kapılarını aralamak ve kalpleri ısıtmak için bu kanala katılabilirsiniz. Unutmayın, Eşq kəlam istəməz can fəda etmək gərək. 🥀♥️✍🏻

Eshq♡Shehadet

05 Dec, 08:13




Cahilin üç xüsusiyyəti

İmam Sadiq (ə):

من أخلاقِ الجاهِلِ الإجابَهُ قَبلَ أنْ يَسمَعَ والمُعارَضَةُ قَبلَ أنْ يَفْهَمَ ، والحُكْمُ بما لا يَعْلَمُ

"Dinləmədən cavab vermək, anlamadan etiraz etmək və bilmədiyi şey barədə hökm çıxarmaq cahilin xüsusiyyətlərindəndir".

📗"Biharul-ənvar",c.2,səh.62

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

04 Dec, 08:42




Əyyami-Fatimiyyədə nə qədər əzadarlıq edilsə, yenə azdır. Bu sözün dəlili Əmirəlmöminin Əlinin (ə) Həzrət Zəhranın (s.ə) şəhadətinin müsibətli barədə buyurduğu bu kəlamıdır: "And olsun Allaha, bu elə bir müsibətdir ki, onun üçün əza saxlamaq bitməz və elə bir itkidir ki, onun yerini doldurmaq mümkün deyil." Nə qədər çalışsanız da, bu müsibətin yaratdığı boşluğu doldura bilməzsiniz.

©Ayətullahul Vəhid Xorasani

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

01 Dec, 11:32


Müharibə bitdi, həsrət başladı😢

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

28 Nov, 14:28




Biz o imamın oğulları və qızlarıyıq ki, Məhərrəm ayının onuncu günündə (Aşura günü) dayanıb mövqeyini açıq şəkildə bəyan etdi, nəticələri nə olursa olsun. O, uca səslə iddiaçıların üzünə qarşı dedi: "Agah olun ki, zinazadənin oğlu zinazadə məni iki şey arasında məcbur qoyub: ya qılınca əl atmalıyam, ya da zillətə boyun əməliyəm. Bilsinlər ki, zillət bizdən uzaqdır!"

© Seyid Həsən Nəsrullah (r)

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

27 Nov, 19:35




⭕️ Zəhra balasının gənc nəslə xitabı

Siz yeni nəsil, siz gənc oğlanlar və qızlar, bu (islam və müqavimət) bayrağı(nı) daşıyacaq, yolu davam etdirəcək, şəhidlərin məqsəd, arzu və ümidlərini həyata keçirəcəksiniz. Biz sizə inanırıq! Buna görə sizi həyatda ciddi olmağa, valideynlərə hörmət etməyə, qohumluq əlaqələrini qorumağa, doğruluğa, əmanətə sadiq qalmağa və gözəl davranışa dəvət edirəm. Həmçinin sizi elm öyrənməyə, biliyinizi aartırmağa, ixtisas sahibi olmağa və elmi bacarıq əldə etməyə dəvət edirəm. Çünki azadlığın qorunması, bütün bu nailiyyətlərin davamı və şəhidlərin əmanətinin qorunması sizin çiyinlərinizdədir.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

27 Nov, 13:55


Yola çıraq olan şəhidlər...

Eshq♡Shehadet

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

27 Nov, 12:16


Qəlblər səndən uzaq düşdükcə, gözlər də səni görməz oldu....

Eshq♡Shehadet

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

25 Nov, 09:23


Nə oldusa Əliyə(ə) o gün oldu...

Mən qazım titrəyən əllərimlə
Bu məzarı, gecə yarı....


ESHQ♡SHEHADET
#Əlinin_Zəhrası

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

21 Nov, 16:47




Peyğəmbərdən sonra Əlinin bu dünyada yeganə təsəllisi, onu ayaqda tutan və kədərini ona unutduran Zəhra idi. Bu o həzrətin öz sözüdür ki, deyir: "Zəhraya baxdığım zaman bütün qəm-qüssəm və kədərim aradan gedərdi".

ولَقَد كُنتُ أنظُرُ إلَيها فَتُكشَفُ عَنِّي الغُمومُ وَالأَحزانُ بِنَظَري إلَيها. (Xəvarəzmi, "Mənaqib", səh.353)

Əli yeganə dayağı olan Zəhranı itirdikdən sonra daha da kimsəsizləşdi, daha da qəribləşdi. Əli sanki Zəhradan sonra heç yaşamadı, nəfəs aldı, amma yaşamadı.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

21 Nov, 15:45


Əba Saleh(əc) o şamsız məzarın başında bizi də yad et...

Eshq♡Shehadet

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

20 Nov, 10:58


Yanan qapına dəxilik anacan!

Eshq♡Shehadet

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

18 Nov, 11:29


Zəhra(ə)! Mənəm Əli(ə)❤️‍🔥

Eshq♡Shehadet

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

18 Nov, 11:21




Gücün səni insanlara zülm etməyə sövq etdiyində Allahın sənə olan qüdrətini xatırla.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

16 Nov, 13:12




Peyğəmbərdən sonra Əlinin bu dünyada yeganə təsəllisi, onu ayaqda tutan və kədərini ona unutduran Zəhra idi. Bu o həzrətin öz sözüdür ki, deyir: "Zəhraya baxdığım zaman bütün qəm-qüssəm və kədərim aradan gedərdi".

ولَقَد كُنتُ أنظُرُ إلَيها فَتُكشَفُ عَنِّي الغُمومُ وَالأَحزانُ بِنَظَري إلَيها. (Xəvarəzmi, "Mənaqib", səh.353)

Əli yeganə dayağı olan Zəhranı itirdikdən sonra daha da kimsəsizləşdi, daha da qəribləşdi. Əli sanki Zəhradan sonra heç yaşamadı, nəfəs aldı, amma yaşamadı.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

16 Nov, 08:08




السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ، السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ،  لَعَنَ اللهُ مَانِعَكِ إِرْثَكِ، وَ دَافِعَكِ عَنْ حَقِّكِ، وَ الرَّادَّ عَلَيْكِ قَوْلَكِ، لَعَنَ اللهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ، وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ.

Salam olsun sənə, ey doğru danışan və ey şəhid olmuş xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı qaldığı xanım! Allah irsinə mane olanlara, haqqını əlindən alanlara və sözünü qəbul etməyənlərə lənət etsin! Allah onların tərəfdarlarına da, ardıcıllarına da lənət etsin və onları cəhənnəmin dərinliklərinə atsın!

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

15 Nov, 17:15




Əlinin məzlumiyyəti

يا عَمّار! لَمّا وَضَعْتُ فاطِمةَ عَلَى اَلْمُغْتَسَلِ، نَظَرتُ إلیٰ ضِلْعٍ مِنْ أضْلاعِها مَكْسورًا و َمَا يَقْرَعُ قَلْبِي يا عَمّار أنَّها كانَتْ تُخْفي ذَلِكَ عَنّي مَخافَةَ أنْ تَنَغَّصَ عَلَيّ‌ََ عَيْشِي

"Ey Əmmar! Elə ki Fatiməni qüsl verəcəyim yerə qoydum, gördüm ki, qabırğalarından biri sınıb. Əmmar, mənim qəlbimi yandıran odur ki, o, bunu məndən məni üzməmək və həyatımı kədərə boğmamaq üçün gizlədib.

📗Seyid İbn Tavus, "Turəf", səh.364

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

15 Nov, 15:21


Ey ilk hərəm müdafiəçisi!
Ya Fatimətuz Zəhra(sə)!


Eshq♡Shehadet
#əyyam
https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

15 Nov, 11:09




İmam Zaman (ə.f.)
:

أَنَا خَاتَمُ الْأَوْصِيَاءِ وَ بِي يَدْفَعُ اللهُ عَزَّ وَ جَلَّ الْبَلاَءَ عَنْ أَهْلِي وَ شِيعَتِي

"Mən vəsilərin sonuncusuyam və Allah mənim vasitəmlə öz əhlimdən və şiələrimdən bəlaları dəf edir."

📗Şeyx Tusi, "Əl-Ğəybəh", səh.246

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

15 Nov, 09:34


"Hər çadralı qadın bayraq kimidir. Bu hicabı zəiflətmək lazımdır".

🚫Kapitalist rejiminin yüksək rütbəli şəxslərindən🚫

📗Xain, s 86

#qərbin_hicabla_mübarizəsi
#düşməndən_agah_ol
#düşmənin_hiylələri

https://t.me/eshq_shehadet

Eshq♡Shehadet

13 Nov, 12:36




Ürəkdən güldüyündə, heç nəyi özünə dərd etmədiyində, əldə olanlara görə minnətdar olduğunda, xoşbəxt olmaq üçün səbəb axtarmadığında, bax o zaman həqiqətən yaşayırsan...

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

11 Nov, 06:24




Bəzən düşünürsünüz ki, uğurunuz öz səyinizin və əzminizin məhsuludur, halbuki bilmirsiniz ki, o uğurunuzun arxasında ata-ananızın duası yatıb.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

10 Nov, 05:56




Bəzi insanlar bu gün onları xoşbəxt edəcək birini tapdağında dünən özünü onlar üçün fəda edənləri unudurlar.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

10 Nov, 05:31


Əgər Qəzzə qadınların məsələsi hicabı açmaq olsaydı, Avropa onlar üçün öz hərmi donanmalarını göndərərdi. Əgər Qəzzə kişilərin məsələsi homoseksuallıq olsaydı, Amerika təyyarədaşıyan gəmisini onlara göndərərdi. Əgər Qəzzə uşaqlarının məsələsi cinsiyyət dəyişikliyi məsələsi olsaydı, Birləşmiş Millətlər Təşkilatında hamılıqla onlar üçün ağlayardılar. Lakin Qəzzə məsələsi iman və küfr məsələsidir. Çox təəssüf ki, iman yetimdir, küfrün isə çoxlu sayda tərəfdarı var.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

30 Oct, 13:26


İraqlı bir gəncdən gözəl bir sənət əsəri

نَصۡرࣱ مِّنَ ٱللَّهِ وَفَتۡحࣱ قَرِیبࣱ

"Kömək ancaq Allah tərəfindəndir və qələbə yaxındır".

📖 Səf /13

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

26 Oct, 03:49




İmam Sadiq (ə):

مَن عَذَرَ ظالِماً بظُلمِهِ سَلَّطَ اللَّهُ علَيهِ مَن يَظلِمُهُ فإن دَعا لَم يُستَجَبْ لَهُ ولَم يَأجُرْهُ اللَّهُ على‏ ظُلامَتِه‏

"Kim zalımın zülmünə bəraət qazandırsa, Allah zalım birini ona hakim edər. Sonra dua etsə, duası qəbul olmaz və çəkdiyi zülmə görə də (səbrinin müqabilində) Allah ona mükafat verməz".

📗"Əl-Kafi",c.2,səh.334

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

25 Oct, 12:14


Həm gülməli, həm də ağlamalı bir gerçək!

Tərcümə:

— Dünyada ən uzaq paytaxt haradır?
— Qüds.
— Niyə?
— Çünki ərəblər altımış ildən artıqdır ki, deyirlər: "Ey Qüds, biz gəlirik!" İndiyə qədər də gedib çata bilməyiblər.

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

25 Oct, 06:58


Gəl görüşək gizli-gizli. Gəl olmayaq sizli-bizli. Mən sən olum, sən də mən ol. Gəl bir olaq, bütövləşək. Gəl son qoyaq bu hicrana. Yığdı məni bu ayrılıq, inan, cana...

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

20 Oct, 06:14




۞ أَیۡنَمَا تَكُونُوا۟ یُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِی بُرُوجࣲ مُّشَیَّدَةࣲ

"Harada olursunuzsa olun, hətta əlçatmaz qalalarda olsanız belə, (yenə də) ölüm sizi haqlayacaqdır".

📖 Nisa/78

https://t.me/dogru_yasham

Eshq♡Shehadet

19 Oct, 12:30




Ədalətin icrasında qətiyyət

Həzrət Əlinin (ə) əmisi oğlu və bilikli köməkçisi İbn Abbas xəta etdikdə İmam məktub yazıb onu ciddi şəkildə tənqid və təhdid etdi. Ona yazdı ki, əgər xətandan dönməsən, qılıncımla səni ədəbləndirərəm. Həmin qılınc ki, onunla vurduğum hər kəs cəhənnəmə vasil olur. Sonra isə ədalətinin heç kəs üçün istisna daşımadığını ona başa salmaq üçün deyir: "Allaha and olsun, əgər Həsən və Hüseyn də bu səhvi etsəydilər, onlara da güzəştə getməzdim".

📗"İlahi ədalət",səh.222

https://t.me/shehid_mutehheri

Eshq♡Shehadet

19 Oct, 06:15




Peyğəmbər (s):

أَرْبَعَةٌ فِي الذَّنْبِ شَرٌّ مِنَ الذَّنْبِ الِاسْتِحْقَارُ وَ الِافْتِخَارُ وَ الِاسْتِبْشَارُ وَ الْإِصْرَارُ.

Dörd şey günahdan da pisdir:

❶ Günahı kiçik saymaq;

❷ Günahla fəxr etmək;

❸ Günaha sevinmək;

❹ Günaha israr etmək.


📗 "Müstədrəkul-vəsail",c.11, səh.348

https://t.me/dogru_yasham