İmam Xamenei bir çıxışında belə deyir; heç bir düşmənimizdən mərdlik görməmişik; nə Amerikadan mərdlik gördük, nə İngiltərədən, nə də İsraildən. Biz onlardan nə gördüksə, namərdlik idi.
Burda 2 mühüm nöqtə var:
1-İmam Xamenei İslamın düşməninin 3 ölkə olduğunu bildirir-ABŞ, İngiltərə və İsrail
2-İmam Xamenei bu düşmənlərin adi düşmənlər olmadığını, çox namərd olduqlarını və bircə dəfə belə olsa onlardan mərdlik görülməyəcəyini bildirir
Bu, İmam Xomeyninin Qüds strategiyasıdır. Mərhum İmam inqilab edəndən sonra İslam Cümhuriyyətinin qarşısına qoyduğu məqsədi açıqladı: Qüdsün azadlığı. Qüdsün azadlığı dəfələrlə bildirilib ki, zühurun sirli açarıdır. Qüds ilk dəfə Britaniya tərəfindən işğal olundu, orda İsrail üçün ingilislər dövlət qurdular və sonra imperializmin estafeti Amerikaya təqdim olundu. Britaniyanı ana, Amerikanı ata, İsraili isə onların doğduğu uşaq görə bilərsiniz. Bu üçlük hər yerdə İslam Cümhuriyyətinin önündə maneə yaradır. Uzağa getməkdənsə Azərbaycana nəzər salaq. Ölkənin bütün neftini BP daşıyır, İsrailə verir və bu kontrakt Amerika səfirinin son bəyənatında dediyi kimi Amerika və Azərbaycan arasında imzalanmış ən mühüm kontraktdır. Bu üçlük İranın Qafqazdakı bütün gücünü sıfıra endirməyə çalışır. Hal-hazırda Suriyada "inqilab" eləmiş Co(la)niyə də nəzər salsaz görərsiz ki, Amerikanın silahı ilə gəldi, İsrail ilə heç bir problemimiz yoxdur dedi (baxmayaraq ki, İsrail Suriyanı ilhaq edir) və Britaniyanın nümayəndələri ilə görüşdü.
Bu misalların hamısını bir kənara qoysaq və olmamış saysaq belə, inqilabın rəhbəri açıq-aşkar, dəfələrlə öz çxışlarında bildirir ki, Amerika, İsrail və Britaniya bizim düşmənimizdir. Özünə rəhbərçi deyən insan üçün bu bəs deyilmi?
Taliban, Ərdoğan, və digərləri isə ikinci dərəcəli, bəlkə də daha aşağı dərəcəli fiqurlardır. Onların düşmənçiliyi tapşırıq və əmr əsasındadır, öz-özlüyündən qaynaqlanmır. Regiondakı bütün digər düşmən görünənlərə bu cür baxmalı və onlarla mümkün olduğu halda münaqişədən qaçmalıyıq. Misal üçün Taliban daxilində iranmeyilli qüvvələrlə, Türkiyədəki Səadət Partiyası, Kuytul kimi fiqurlarla münasibətləri daha da gücləndirməliyik. Əziz dostlar bu barədə çoxlu çıxışlar da ediblər və Ərdoğan filan fiqurdan daha yaxşıdır, Taliban filan vaxtdakı Taliban deyil deyəndə nəzərdə tutduqları şey iki pisdən pisliyi az olanı seçmək üsulu olub.
Maraqlıdır ki, bir dəstə İran üçün dayanmadan problem yaratmağa çalışır. Gah Rusiyanı, gah Talibanı təhqir edirlər. Əlbəttə ki, hər bir dövlətin digər dövlətlərdə olan xüsusi adamları olur ki, onların əleyhinə edilən işləri öz dövlətlərinə məruzə edirlər. Həmin dövlətlər də düşünür ki, bunlar İran daxilində dövlətin tapşırığı ilə bu təbliği aparırlar. Mən əlbəttə ki, zaman-zaman bu dövlətlərin etdiyi pis rəftarların qınanmasının tərəfdarıyam, amma 200 il əvvəl, 50 il əvvəl olmuş hadisələri indi danışmaq İrana ancaq qonşularla münasibətdə zərər vura bilər.
Baxın, əziz rəhbər bir zaman Səudiyyə dünyanın ən pis dövlətidir dedi. İndi onlar Yəmən şiələrinə təcavüzü dayandırıb deyə İran da Səudiyyəyə qarşı rəftarını dəyişib. Bu, çox sadə bir prosesdir. Bunu anlamaq üçün alim olmaq lazım deyil.
Bir zaman hazırda Suriyanı ələ almış vəhşilər Xanım Zeynəbin hərəmin dağıdacağıq dedi, İran ora mübariz gəncləri göndərdi. İndi dağıdacağıq demirlər. İran da onları birbaşa vurmur. Çox sadə.
Taliban da o cür. Bir zaman iranlılarla açıq düşmənçilik edirdi. İndi dayanıb. İran da dayanıb. Sabah nəsə etsə yenə də İran lazım olan addımı atacaq.
İraq bir gün İrana hücum edirdi. İndi iranlılar orda Ərbəin yürüşünü edir. Biri də İraq əvvəlki İraq deyil desə onu topa tutacağıq? Düzdür ki, İraq yenə də Amerikaya xərac verir, Amerikanın orda bazaları var, amma dəyişən şeylər də var axı. İndiki şəraitdə kimsə İraqa qarşı İran daxilində düşmən imici yaradırsa, məlumdur ki, İranın yox düşmənin maraqlarına xidmət edir.
Mən düşünürəm ki, İranın daxilində oturub bu işləri görənlər ya həqiqətən məsələləri başa düşmürlər, ya da bilərəkdən bu addımı atırlar...
https://t.me/miraga_dadas