𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/ @ozareniye Channel on Telegram

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

@ozareniye


الشخص الذي يحب روحك ذات مرة لن يتركك أبدًا.
فَصْبِر صبرا جمیلا
السلام عليكم ورحمة الله وبركاته

Kanal da Qur'an dərslərimizdən paylaşılır 🖊️

Мой тихий душевный уголочек 🧕

Digər kanalımız:
https://t.me/rus_dilii

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/ (Arabic)

مرحبًا بكم في قناة "𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/"! هذه القناة مخصصة لمحبي الروحانية والقرآن الكريم. هنا، ستجدون دروسنا اليومية من القرآن الكريم، بالإضافة إلى نصائح وتوجيهات لتحسين الروح والقلب. تقدم لكم القناة محتوى مميز ومفيد، لتحفيزكم على تعزيز علاقتكم بالله والإيمان. انضموا إلينا اليوم لتستمتعوا بتجربة روحانية فريدة! نحن هنا لتقديم الدعم والتوجيه لكم في رحلتكم الإيمانية. لا تنسوا زيارة قناتنا الأخرى للغة الروسية على الرابط التالي: https://t.me/rus_dilii

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

18 Nov, 05:05


Dünya elə eyni dünyadır; nə qədər ki, insan dünyaya aşiqdir, dünyaya yapışıb, halı və günləri də elə eynidir. Amma əgər insan başını səmaya tərəf qaldırıb, işlərini Allahın razılığını qazanmaqdan ötrü etsə, əmin olun ki, yaşayışı dəyişər, həyatın mənasını yenicə anlamağa başlayar.

Şəhid İbrahim Hadi 🕊️

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

17 Nov, 12:30


İmam Cəfər Sadiq (ع) buyurub:

- Həqiqətən də, yaxşılıq hər kim tərəfindən yerinə yetirilirsə yetirilsin, yaxşıdır, amma Biz Əhli-beytə yaxınsan deyə sən tərəfdən olarsa daha yaxşıdır.

Həqiqətən də, pislik hər kim tərəfindən baş verirsə versin, pisdir amma sən tərəfdən baş verərsə daha pisdir, çünki sən Bizə yaxınsan və Bizim şiələrimizdənsən.

📚Mənaqibu Əli ibn Əbu Talib (ə), cild-4, səh.-236.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

17 Nov, 07:25


Həqiqi eşqi bilən qəlb bir damla suya belə hörmətlə baxar.

Rumi

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

17 Nov, 05:02


Mənəvi inkişafın və mənəvi yetkinliyin ilk göstəricisi insanın zaman məsələsinə həssaslığıdır. Mənəvi inkişaf yolunda addım atan insan asanlıqla öz vaxtını hədər verə bilməz və zamanının hədər getməsinə çox nahat olar. Vaxtının hədər getməsinə əhəmiyyət verməyən yaxşı insanlar hələ mənəviyyat yoluna qədəm qoymayıblar.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

17 Nov, 00:25


Əs Salam ey Şahədəti qapısına gətirən Kövsəri Quran.

"Yolun sonu eşqdir, və eşqin sonu yoxdur".

Sədi Şirazi

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

16 Nov, 20:17


Şəhid Möhsin Höcacinin, hava limanindan dostu ilə yazişması.

Salam Haci, biz gedirik haqqını halal et.
Necəsən? Yenə gedirsən? Yenə tək gedirsən?
Belə qərarlaşmışdıq ki, bu dəfə birlikdə gedək.
Sən tənha gedən deyildin axı.
- Qardas, aparacağıma söz verirəm,
gardaşlığımıza and olsun. Gedim gəlim söz verirəm
səni ya Yəmənə ya Suriyaya aparacam,
- Insallah haci, bax söz verdin. Insallah qayıt, istəyirəm toyumda sagdişim olasan. Birlikdə də şəhid olaq
InşəAllah
- Dua el, başım hərəmin yolunda kəsilsin. Ya Əli!


https://t.me/kaktus_TX

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

16 Nov, 15:00


Mütaliə etmək Şəhid Qəceinin proqramında xüsusi yer tuturdu. Əgər bir gün mütaliə edə bilməsəydi, sadəliklə üstündən keçməzdi. Səhərisi gün mütləq dünənki günün də əvəzinə mütaliə edərdi. Dəftərçəsinə bu cür yazmışdı:

📚"Mütaliə...
Şənbə günü mütaliə etməmişəm...Bazar ertəsi: Nə yaxşı bir iş görə bilmişəm, nə də mütaliə edə bilmişəm. Mütaliə etmək istəyəndə, məni yuxu apardı..."

Şəhid Hüseyn Qəcei🕊

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

16 Nov, 05:05


Allahın Peyğəmbəri (ص) buyurur:

- Bir nəfər sizə elçiliyə gələn zaman dindarlığını və əmanətdarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə çox fəsadlar və pozğunluqlar törəyəcək.

📚Biharul-ənvar, cild-103, səh.-372, hədis-3.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

15 Nov, 16:01


Mənim qardaşlarım, ölümdən qorxmayın. Ölümü məhv olmaq, həlak olmaq hesab edənlər qorxmalıdırlar. Müsəlmanlar nə üçün ölümdən qorxsunlar? Din alimləri nə üçün ölümdən qorxmalıdırlar? Ölüm təhlükə deyil, həyatdır. O dünya həyat, bu dünya isə ölümdür.

Ölümdən qorxmayın və (bilirəm ki,) qorxmursunuz.

İmam Xomeyni (r)

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

15 Nov, 13:52


🥀 13-го числа (11-й год хиджры) - первая дата шахадата Фатимы Захры (с.а). Согласно шиитским источникам, называются две даты её мученической гибели: 13-го джамад аль-авваль (75 день после нападения на её дом) и через 20 дней - 3-го джамад ас-сани (95 день, и он считается основным). Эти 20 дней шииты по традиции проводят траурные мероприятия, посвященные поминовению мученической гибели госпожи женщин миров (мир ей).

• В день мученической смерти Фатимы (с.а) подобает проявлять скорбь, читать её зиярат, проклинать её убийц и угнетателей.

📙 Мафатихуль-джинан

T.me/Hz_Zeyneb_Mektebi

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

15 Nov, 11:52


"Həzrət İmam Hüseynin (ع) vasitəsi olmadan Allaha çatmaq (qovuşmaq) heç cür mümkün deyil."

Seyyidul urəfa Əllamə Qazi Təbatəbai (r)

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

14 Nov, 06:09


Əssəlamu ələykə ya Fatimətuz-Zəhra

Hər birinizi Allah Rəsulunun (s) atasının anası adlandırdığı Həzrət Xanım Fatimənin (s, ə) şəhadəti münasibətilə keçiriləcək elmi vebinara dəvət edərik.

Mövzu:

İslam mənbələrində Xanım Fatimeyi-Zəhranın (s.ə) təsviri.

Çıxış edən:

İlahiyyatçı Tural Salmanov.

Zaman:

- Noyabr : 15, 18 və 21
- Dekabr : 1, 3 və 5.

Saat (Bakı vaxtı ilə) 20:00

Vebinarın vaxtına az qalmış vebinara keçid üçün link paylaşılacaqdır.

© Elmin Şəhəri

#lütfən_paylaşın

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

13 Nov, 15:31


Dünya şəhidlərin məhzəridir, amma haradadır bu hüzuru dərk edə bilən sirdaş və görünən boşluq qarşılığında özünü itirməyən. Zaman keçir və yerlər çökür, amma həqiqətlər qalır...

Şəhid Murtəza Avini🕊

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

13 Nov, 05:01


Bəziləri qurbətən iləllah (Allaha xatir) günah edir, qurbətən iləllah böhtan atır, qurbətən iləllah təhqir edir və kimlərisə alçaldır.
Məsihi Corc Cordaq "İmam Əli" kitabında yazır ki, insan bəzən o qədər alçalır ki, Allahın evində Allahın vəlisini Allaha xatir qətlə yetirir!
Bəli, bu gün Allaha xatir şayiə yayan, böhtan atanlar var. Müsəlmanı hörmətdən salmaq, özü də Allaha xatir! Bu Allahla müharibədir. Bu hal xalq arasında artıb.

Ayətullah Məzahiri

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

12 Nov, 15:01


📷 Şəhidlik

İmam Əli (ع) buyurur:
- "Cihad ölümü tezləşdirmir və ondan qaçış ömrü uzatmır". Şəhidlik ölümün ən gözəlini seçməkdir ki, ölüm anı şəhid ömrünün ən gözəl anı olur və insan əbədi xoşbəxtliyə qovuşur.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

12 Nov, 09:15


Xoşbəxtlik sərmayəsi Allah ilə ədəbli olmaqdır. Bu da tam şəkildə daimi muraqibət (nəfsin keşiyində durmaq) və ömrü Haqqın hüzurunda keçirməkdir.

Əllamə Həsənzadə Amuli

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

12 Nov, 05:05


İmam Əli (ع) buyurub:

- “Sədəqə Cəhənnəm odunun qarşısında bir sipərdir.”

📚Biharul-ənvar, cild-6, səh.-258, hədis-17.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

11 Nov, 16:06


"Haradadır yerlə səma əhlini birləşdirən yol?"

"Nüdbə" duasından.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

11 Nov, 16:02


- Allaha qovuşmağın necə olmasını soruş.

- Kimdən soruşum?

- Ayrılıq acısına düçar olandan....

.....Ağlını başına topla, ey yolçu! Axşam oldu. Ömür günəşi batmağa doğru gedir.....

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

10 Nov, 08:30


Cəfər (ع) atasından nəql edərək demişdir:
“Allahın Rəsulu (ص) buyurmuşdur:


- “İzzət və cəlalət sahibi olan Allaha itaət edin! Sizi nəyin islah edəcəyini Allahdan daha yaxşı bilən yoxdur”.

📚Qurbul-isnad, səh.-115, hədis-413.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

10 Nov, 05:05


İmam Xomeyni (r)

- "Bu gün İslamın mühafizəsi üçün çalışmaqdan daha böyük bir ibadət yoxdur."

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

09 Nov, 16:13


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

09 Nov, 13:05


📷BÜTÜN BAĞLILIQLAR MƏHVƏ MƏHKUMDUR!

Həyat, İmama (ə) sevgi ilə keçməzsə, insana qəm-qüssədən başqa heç nə qalmayacaq. Bundan başqa bütün maraqlar və bağlılıqlar ötəri və məhvə məhkumdur. Allahın bizi daha yaxşı tanıdığını haçan anlayacağıq?

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

09 Nov, 09:10


"İnsan dünyaya gəldiyi andan etibarən "mən" deməyə öyrənmişdir, ancaq eşq insana "mən” deyil, “Sən" deməyi örgədir...."

Muhyiddin Şekur

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

09 Nov, 05:05


İmam Baqir (ع) buyurub:

- Əli ibn Hüseyn (İmam Zeynul-Abidin (ع)) namaza durduqda rəngi dəyişərdi. O, namazda zəlil nökərin əzəmətli qüdrət sahibinin qarşısında durduğu kimi durardı. Namaz qıldıqda onun bədən üzvləri Allah qorxusundan əsərdi. Namazını sonuncu namaz kimi qılardı. Elə bil ondan sonra heç vaxt namaz qıla bilməyəcəkdi.

📚Biharul-ənvar, cild-46, səh.-61.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

08 Nov, 16:26


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

08 Nov, 13:05


"Bir gün Mustafa Fatiməni  masanın üstünə qoydu və dedi:
" Gəl, atanın qucağına! "
Fatimə özünü atasının qucağına atdı.

Sonra mənə baxdı və dedi:
- "Görürsən, Fatimə onu tutacağıma necə möhkəm inandısa, özünü mənim qucağıma atdı.
Əgər biz də bu cür Allaha etimad bəsləyə bilsəydik, bütün çətinliklərimiz həll olardı."

Şəhid Mustafa Sədrzadə🕊

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

08 Nov, 10:00


📷 GÜZGÜYƏ BAX

Dünyaya baxışın güzgüyə baxmaq kimi olmalıdır. Belə ki, güzgüyə çox vaxt ayırma, ya özünüzü orada görüb tanımaq üçün və ya sürücülük edən şəxs kimi arxanı görmək üçün güzgüyə bax və arxada Allahı gör. Bax gör Allah səndən nə istəyir. Hər an səni nəyə istiqamətləndirir? Görün O sizinlə nə dərəcədə razıdır?

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

08 Nov, 05:05


Ustad Fatiminiyya

"Allahın insana verdiyi sınaqlar və çətinliklər insanın özünü tanıması üçündür."

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

07 Nov, 14:05


İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.

📖Bəqərə surəsi, ayə-207

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

07 Nov, 05:00


Ölümə aşiq ol!

Ölümü həmişə nəzərində saxla ki, bütün çətin işlər sənin üçün asan olsun (çün, ölümlə müqayisədə hər bir çətinlik əslində asandır). Hətta ölümə aşiq ol ki, ölüm sənə şirin gəlsin və öləndə ölümün şirinliyini dadasan, nəinki acılığını dadasan.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

06 Nov, 14:08


Həyat, qalmaq mübarizəsindən daha çox qazanmaq üçün bir yarış kimidir. Həyat, məhv olmaqdan qaçmaq cəhdi deyil, qazanmaq cəhdidir. Həyat, yaşamın və məhvin kəsişməsində qalmaq deyil, ən yaxşı seçim üçün səy göstərməkdir. Əgər özümüz- özümüzü məhv olmaq astanasına qoymasaq, Allahın imtahanlarda məqsədi ən yaxşını təyin etməkdir.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

06 Nov, 09:00


İmam Sadiq (ع) buyurub:

- Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Ona görə qəlb rahatlığını tənhalıqda tapdım.

📚Biharul-ənvar, cild-47, hədis-116.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

06 Nov, 05:00


Bəhlul Danəndə deyir:

- Sabahlar köynəmiyin düymələrini bağlayarkən fikirləşirəm ki, onları kim açacaq? Özüm yoxsa mürdəşir?
Elə isə evdən çıxarkən gəlin ailə üzüvlərimizdən küsülü və kin-küdurətlə ayrılmayaq. Kimsə geri qayıtmağına əmin deyil!

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

05 Nov, 14:05


İnsanda sevgi olmasaydı, elm və ağıl işə yaramazdı. Elm işi məhəbbətə gedən yolu işıqlandırmaqdır, ağılın işi isə məhəbbəti bacardığı qədər bilik yoluna sövq etməkdir. Bütün davalar məhəbbət üstündədir. Əvvəldən qəlbin hər hansı bir yersiz istiqamətə getməsinə imkan verməməliyik. Əks halda elm və ağıl məhəbbətlə bacarmayacaqdır.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

05 Nov, 09:05


"Xoş o kəsin halına ki, öz eyiblərini görür və başqalarının eyblərinə göz yumur. Özünü kamil və səhvsiz bilmir."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

04 Nov, 15:30


📷EŞQDƏN EŞQƏ FƏRQ VAR

Aşiq olmaq və emosional olmaq insanı reallıq və tarazlıqdan çıxartmır. Nəyə aşiq olmağımızdan və nə üçün emosional olmağınızdan çox şey asılıdır. Kainatın mərkəzi olan Allaha aşiq olmusunuzsa, O, balanslı cazibəsi və dafiəsi ilə sizi doğru yola yönəldəcəkdir. O, Yeri öz ətrafında necə fırladacağını bilən Günəş kimidir.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

04 Nov, 09:55


İmam Səccad (ع) buyurub:

- "ALLAH Abbasa (Əbəlfəzl) rəhm etsin. Bəlalar aşkar olanda özünü qardaşına fəda etdi. Hətta o cür ki, hər iki əlindən məhrum oldu".

📚Əyanuş Şiə, cild-7, səh.-429.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

04 Nov, 05:00


Ariflərdən biri şagirdinə buyurdu:
- Dünyanı aldadın!

Şagird soruşdu:
- Necə?

Arif buyurdu:
- Dünyanın çörəyini yeyin, amma axirət üçün çalışın...

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

03 Nov, 15:35


📷ALLAH NİYƏ BİZİ İMTAHANA ÇƏKİR?

Allah bizi qəbul olacağımızın və ya kəsiləcəyimizin məlum olması üçün sınağa çəkmir. Allah bütün sınaqlarda sahib olduğumuz gözəllikləri açıb ortaya qoymaq və ruhumuzun gözəlliyini göstərmək niyyətindədir. Hər imtahandan kəsildiyimiz zaman mərhəmətli Allah başqa bir yoldan bizə kömək edir ki, Mövlamızın yanında üzümüz ağ olsun. Əsas odur ki, imtahanlar zamanı Allahı unutmayaq.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

03 Nov, 09:10


İmam Xomeyni (r)

"Qadın da bir insandır. Özü də böyük bir insan. Qadın cəmiyyətin tərbiyəçisidir. Qadın ağuşunda insanlar yetişir. İnsanları qadınlar tərbiyələndirir. Ölkələrin səadəti və bədbəxtliyi qadın vücuduna bağlıdır. Qadın öz düzgün tərbiyəsi ilə insan yetişdirir, öz düzgün tərbiyəsi ilə ölkələri abadlaşdırır. Bütün xoşbəxtliklərin əsası qadınlara bağlıdır. Qadın bütün xoşbəxtliyin mənşəyi olmalıdır..."


𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

02 Nov, 16:30


Hüseynin (ع) və Zeynəbin (s.ə) məktəbində, şəhadətə aşiq oluruq və gözəllikdən başqa birşey görmürük.

Şəhid Seyid Həsən Nəsrullah🕊

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

02 Nov, 09:35


İmam Sadiq (ع) buyurub:

- "İmam Hüseynin (ع) zəvvarları Qiyamət günündə dünyadakı günahlarına görə cəhənnəm odu vacib olmuş yüz nəfərə şəfaət edəcəklər ".

📚Kamiluz-ziyarat, bab-68, hədis-2.


𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

02 Nov, 05:01


İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür.

Rumi

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

01 Nov, 10:30


Məsələyə yuxarıdan baxmaq yersiz emosiyaların qarşısını alır və böyük məqsədlərə olan sevgini artırır. Hərtərəfli baxmaq lazımsız tədbirləri aradan qaldırır, insanın uca məqsədə doğru addım atmaq cəsarətini çoxaldır, dəqiq və uzunmüddətli planlaşdırmanın gücünü artırır.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

01 Nov, 07:01


Peyğəmbərin sünnəsi (s) nədir?

https://t.me/azadrehime

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

01 Nov, 05:01


Mərhum ayətullah uzma Bəhcət:

Problem olan və çətin vaxtlarda "Fərəc" duası çox oxunmalıdır. Çünki "Fərəc"duası (həm də) şəxsi düyünlərin həll olması duasıdır. Buna görə də çətinlik zamanı bu duanı oxumaq öhdəmizdə olmalıdır.

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

25 Oct, 15:17


İmam Zamanını (ə.f) tanımayan və onunla vilayət əlaqəsi yaratmayan kimsə, nəinki Allah-Taalanın sifarişini, heç bir peyğəmbərin vəsiyyətini belə yerinə yetirməmişdir.
Belə adamın ölümü cahiliyyət ölümüdür. Əgər ölümü həyatın xülasəsi olduğunu nəzərə alsaq, demək ölüm cahilliyət ölümü olarsa, həyatın da cahiliyyət həyatı olması məlum olur:
"Yaşadığınız kimi öləcəksiniz, öldüyünüz kimi qəbirdən qalxacaqsınız".

Ayətullah Cavadi Amuli

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

25 Oct, 09:30


Ustad Əli Rza Pənahian:

"Əgər Həzrəti Məhdi (ə.f) müqəddəs nəfəsi və səmavi köməklər ilə ümumdünya dövləti qurmaq istəsə idi, onda bu işi özündən qabaq Həzrəti Rəsulullah (ص), İmam Əli (ع), İmam Həsən (ع) və digər Məsumlar (ع) da edərdi".

Ps: Ağa demək istəyir ki, hər şeyi İmamın (ə.f) üstünə atıb, İmam (ə.f) gəlib edəcək deməməliyik. Bizlər gərək İmamın (ə.f) zühuru üçün şərait yaradaq, bizlər gərək İmama (ə.f) kömək edək.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

24 Oct, 12:30


Baş verən hadisələrə görə öz müqavimətinizdə tərəddüdə düşməyin və düşmənin müqabilində qətiyyətlə mübarizəyə davam edin. Əziz Seyidin də İslam ümmətindən istəyi məhz budur.

İMAM XAMENEİ
04.10.2024

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

24 Oct, 11:25


Seyid Haşim Safiyuddinin cənazəsi💔

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

24 Oct, 08:40


İmam Həsən (ع) buyurdu:

- “Ən kəskin göz xeyri görən və onu özünə yol seçəndir. Ən gözəl eşidən qulaq dinləyən və dinlədiyindən yararlanandır.
Ən sağlam ürək şübhələrdən pak olandır”.

📚Tuhəful-Uqul, səh.-238, hədis-17.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

24 Oct, 05:05


Quranın müsəlmanlar üçün təyin etdiyi siyasət budur ki, əgər müsəlman toplumlar vəhdət yaratsalar, nəticədə Allah sizə izzət verəcək. Bununla da bütün maneələri aşacaq və düşmənlərə qələbə çalacaqsınız. Həmçinin, İlahi hikmət sizin arxanızda olacaq və yaradılış qanunları sizin hərəkət istiqamətinizdə cərəyan edəcək. Bu Quranın məntiqi və siyasətidir.

İMAM XAMENEİ
04.10.2024

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

23 Oct, 16:30


"Zülm edənlər həqiqətən böyük günahkarlardır. Bəs zülmü qəbul edənlər? İslama görə zülmü qəbul etməyin günahı, elə zülm etməyin günahı kimidir. Ey insan! Sən azadsan! Ayağa qalx! Hər cür zülmə qarşı mübarizə göstər! Sən azadsan!..."

Şəhid Behişti

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

23 Oct, 09:05


İlahi! Mən Sənin bəndən olduğumdan, Sənin Öz bəndələrini sevdiyini və onlara mərhəmət etməyindən çox sui-istifadə etdim və günaha mürtəkib oldum. Səndən xahişim budur ki, Sən də mənim ehtiyaclılığım, qəlbimin qaralması və başımın sənin yanında aşağı olması fürsətindən gözəl şəkildə istifadə edərək məni Özünə elə bağla ki, bir daha Səndən ayrılmayım.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

22 Oct, 15:15


Bəziləri öz əxlaqını hələ öz evində düzəltməyib, amma arif olmaq fikrinə düşüblər. Əxlaq, irfanı gərək evdən başlayasan.

Ayətullah Fatiminiya

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

22 Oct, 10:05


Onların bu davranışının nəticəsi qəzəblərin alovlanması, xalqların ruhiyyəsinin artması, liderlərin, qəhrəmanların və Allah yolunda canından keçən kişilərin yetişməsinə və beləliklə, bu qaniçən canavarın mühasirə halqasının daralmasına və nəhayət, onun mənfur vücudunun məhvinə səbəb olacaq.

İMAM XAMENEİ
04.10.2024

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

22 Oct, 05:05


İmam Cəfər ibn Muhəmməd (ع) buyurub:

- “Yaxşı insanlar bir-biriylə qarşılaşdığı zaman məhəbbətlərini dilə gətirməsələr belə, qəlbləri o qədər bir-birinə isinib qaynayır ki, sanki yağış suyunun çay sularına tez bir zamanda qarışması kimidir. Amma günahkar insanlar bir-biriləriylə qarşılaşdıqda məhəbbətlərini dilə gətirsələr belə, qəlblərinin bir-birindən uzaqlığı sanki uzun müddət bir otlaqda ot yemiş, hətta onların otlaması uzun sürsə belə, şəfqət və mərhəmətdə yoxsul olan heyvanların uzaqlığı kimidir”.

📚Tuhəful-Uqul, səh.-397, hədis-139.

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

21 Oct, 15:40


😍🌧️

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

21 Oct, 13:31


Hər bir əməli Allaha yaxınlaşmaq niyyəti ilə etməyə ehtiyaclıyıq. Bu addımı atmaq üçün isə yaxınlaşmaq məsələsinə dərin dərk və bu yaxınlığa böyük əhəmiyyət vermək tələb edir. Amma yaxınlaşmadan əvvəl yaxınlığın ləzzətini dada və bu şirin yaxınlıq təcrübəsindən əvvəl Allaha yaxın olmaq niyyətinin mənasını dərk edə bilmərik. Beləliklə, Allaha yaxınlaşmaq haqqında çox düşünərək bu şirinliyini təxmin etməliyik.

Ustad Əlirza Pənahian

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

21 Oct, 10:55


Müasirləri xatırlayırlar ki, Seyyid Əli Qazi Təbatəbai bazarlığı özü şəxsən edərdi. Nəcəf şəhərinin bazarına gedər, amma bəzən başqaları kimi yetişmiş və keyfiyyətli məhsulları deyil, heç kimin almadığı çürük meyvələri alardı.
Bir gün dostlarından biri bu hərəkətin səbəbini ondan soruşur.
Alim cavab verir: "Mənim alver etdiyim adam çox dindar, amma həm də kasıb adamdır. Ticarəti zəif getdiyi üçün malları çürüyür. Mən ona maddi kömək etmək üçün məhsulların içindən ən xarablarını seçib alıram. Ona köməklik kimi təmənnasız olaraq pul da verə bilərdim. Amma əvvəla, bu zaman utanıb xəcalət çəkər, mənim yanımda minnətli olardı. İkincisi, istəmirəm ki, onu havayı pul almağa öyrədib tənbəlləşdirim. Ona görə bu yolla həmin adama yardım edirəm.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

21 Oct, 05:05


Şeyx Orxan Məmmədov:
İMAM HÜSEYNİN (Ə) MİNA XÜTBƏSİNİN ŞƏRHİ
2-ci hissə
20 dekabr 2018

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

21 Oct, 05:00


İmam Rza (ع) buyurur:

- “Hər kəs az halala razı olarsa, xərclərini yüngül edərsə (qənaət) və ailəsinin dolanışığını təmin edərsə, Allah-Taala onu dünyanın dərdi və dərmanına agah edər və onu dünyadan axirət evinə (mənəviyyatı) sağlam olan halda aparar”.

📚 “Musnədul-İmam-ər-Rza(ə)”, cild-1, səh.-269.

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

20 Oct, 16:10


İmаm Sаdiq (ع) sәhаbәlәrindәn birinә buyurdu:
- "Sizi Allah Təalanın ismi-әzәmindәn (әn әzәmәtli аdındаn) аgаh еdimmi?".

Dеdilәr:
- "Bәli!".

İmаm (ع) buyurdu: 
- "Hәmd" ("Fatihə") vә "Qul huvәllаh" ("İxlas") surәləri, "Аyәtül-kürsü" vә "İnnа ənzәlnа" ("Qәdr") surәsini охuyun. Sоnrа qiblәyә üz çеvirib, istәdiyiniz duаnı еlәyin".

Yеddi sәmаnın qаpısı аçılаr.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

20 Oct, 10:00


Şəhid İmad Muğniyənin dəfn mərasimində Şəhid Seyid Həsən Nəsrullah(r.ə):

Biz hamımız peyğəmbərləri şəhid, imamları şəhid, rəhbərləri də şəhid olan bir məktəbin övladlarıyıq.

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

20 Oct, 05:02


"Əgər dünya və onun ləzzətləri olmasaydı, insanı sınağa çəkmək mümkün olmazdı. Əsas məsələ odur ki, insan günaha maraqlı olduğu halda Allahın əmrinə əsasən günahdan çəkinsin. Əgər günaha maraq olmasaydı, günahdan çəkinmək də hünər sayılmazdı. İnsanın sevdiyi şeyi tərk etməsi onun üçün iman nişanəsi sayıla bilər. Təbii ki, insan marağı olmayan işdən uzaq dayanasıdır. Belə bir uzaqlığı bəndəlik nişanəsi saymaq olmaz.

Ayətullah Misbah Yəzdi

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

19 Oct, 15:30


Əbu Abdullah (ع) buyurmuşdur:

- “İnsanlara əməllərinizlə təbliğatçı olun, dillərinizlə təbliğatçı olmayın! Bu məsələ, heç də, insanların düşündükləri kimi deyildir. Doğrudan da, bizdən olduğuna dair sövdələşməsi alınan kəs – biz onun boynunu qılıncla vursaq da – bizdən dönməz, bizdən olmayan kəsə isə dünyanı versək də, o, bizi sevməz”.

📚Qurbul-isnad, səh.-78, hədis-251.

𝓓𝓾𝓼𝓱𝓮𝓿𝓷𝓸 ♾️ @ozareniye

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

19 Oct, 09:01


Allahın adı ilə

"Silahlı qüvvələrimizin qəsbkar sionist rejminə etdiyi şey, əslində bu rejimin dəhşətli cinayətləri qarşısında verilən ən aşağı cəza idi. (İsrail) qaniçən, canavar xislətli rejimdir və Amerikanın məntəqədəki quduz itidir!

İmam Xamenei (həfizəhullah)

𝗢𝘇𝗮𝗿𝗲𝗻𝗶𝘆𝗲 /ℚ𝕦𝕣'𝕒𝕟/

19 Oct, 05:20


Ayətullah Bəhcət:

- "Qəlblər iman və mərifət nuri ilə yoğrulubdur, qəlbinizi iman və Allahı yad etməklə abad edin, ta sizin üçün imza edələr ki, imam Zaman (ə.f) o, qəlbdədir."