Neytral Zona @sexavetmemmed Channel on Telegram

Neytral Zona

@sexavetmemmed


Kanalda beynəlxalq münaqişələrdən,müharibələrdən xəbərlər yayımlanır və təhlil edilir.
Kanal rəhbəri hərbi jurnalist
Səxavət Məmməd
YouTube:https://m.youtube.com/@sexavetmemmed

Neytral Zona (Azerbaijani)

Neytral Zona Telegram kanalına xoş gəldiniz! Bu kanalda beynəlxalq münaqişələrdən, müharibələrdən ən son xəbərləri oxuyun və təhlil edin. Kanal rəhbəri hərbi jurnalist Səxavət Məmməddir, kim müxtəlif dünya hadisələrini təhlil edir. Siz də bu kanala qoşularaq, dünya əhvalatından ən son xəbərləri öyrənə bilərsiniz. Həmçinin, Səxavət Məmmədin YouTube kanalına da abunə olmaq istəsəniz, m.youtube.com/@sexavetmemmed ünvanına daxil ola bilərsiniz. Neytral Zona ilə dünya hadisələri barədə daha çox məlumat əldə edin!

Neytral Zona

17 Feb, 17:33


Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilə bilər.
Kommersant

Neytral Zona

17 Feb, 17:21


Ukrayna prezidenti Volodimir Zelenski sabah, fevralın 18-də Türkiyəyə səfər edəcək və burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Neytral Zona

17 Feb, 17:00


👏Az qaldı...

Neytral Zona

17 Feb, 16:45


Ermənistanın silahlanması və artan gərginlik haqda ARB 24 efirində fikirlərimizi bölüşdük.

Neytral Zona

17 Feb, 16:17


Fevralın 17-də saat 09:20 radələrində Ermənistan ordusunun əsgəri Sevak Vardan oğlu Hovhannisyanın güllə yarası ilə meyiti aşkar edilib.

Neytral Zona

17 Feb, 14:24


Robert Fiko heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacağını və Slovakiyanın bu ölkəyə hərbi personal göndərməyəcəyini bildirib.

Neytral Zona

17 Feb, 13:49


ABŞ Rusiya ilə danışıqlar fonunda Baltikyanı ölkələrdən ordusunu çıxara bilər, Financial Times adı açıqlanmayan rəsmilərə istinadən yazır.

Avropalı rəsmilər Trampın ABŞ qoşunlarını Baltikyanı və bəlkə də qərbdən çıxarmağa razı olacağına inanırlar.

Neytral Zona

17 Feb, 13:46


Parisdə keçiriləcək sammit zamanı Aİ liderləri təhlükəsizliyin təminatı kimi xarici hərbçilərin Ukraynada yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Neytral Zona

17 Feb, 13:45


Vladimir Zelenski Rusiya Federasiyası ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar barədə Ukraynaya məlumat verilmədiyini bildirib.

Zelenski bildirib ki, Kiyev bu danışıqların nəticələrini tanımır.

Neytral Zona

17 Feb, 13:44


Rusiya hərbçiləri Xarkov vilayətinin Fiqolevka yaşayış məntəqəsini işğal edib.

Neytral Zona

17 Feb, 13:41


Polşa mümkün sülhməramlı missiyanın bir hissəsi kimi Ukraynaya qoşun göndərməyəcəyini açıqlayıb.

Neytral Zona

17 Feb, 13:16


Fransa prezidenti Emmanuel Makron Avropa liderlərini, o cümlədən Böyük Britaniyanın baş nazirini Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün fevralın 17-də Parisdə keçiriləcək fövqəladə sammitə dəvət edəcək. Bu barədə “Reuters” məlumat yayıb.

Neytral Zona

17 Feb, 10:17


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb

Neytral Zona

17 Feb, 06:33


Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenski Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yüksək vəzifəli ABŞ və Rusiya rəsmilərinin görüşünə gəliblər.
Amerika mediası ABŞ-ın Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirmək, ardınca isə birgə danışıqlar aparmaq niyyətində olduğunu yazır.

Neytral Zona

17 Feb, 05:47


️ABŞ prezidenti Donald Tramp Zelenskinin Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşdığı barədə açıqlamalarını təkzib edib.

Donald Tramp buna inanmadığını deyib.

Neytral Zona

16 Feb, 20:04


Avropa Komissiyasının rəhbəri, NATO-nun baş katibi, həmçinin Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Polşa və Danimarka liderləri sabah Ukrayna ətrafındakı vəziyyət və ABŞ-ın yeni administrasiyası ilə bağlı fövqəladə toplantı keçirəcəklər.

Neytral Zona

16 Feb, 18:13


“Ukrayna ABŞ və Rusiya arasında onun razılığı olmadan qəbul edilən hər hansı qərarı heç vaxt qəbul etməyəcək”
Zelenski

Neytral Zona

16 Feb, 17:08


Polşanın xarici işlər naziri Radoslav Sikorski bazar günü bildirib ki, ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün xüsusi nümayəndəsi Keyt Kelloqun Münhen Təhlükəsizlik Konfransında müttəfiqlərə təqdim etdiyi danışıqlar taktikası “qeyri-adi, lakin ruhlandırıcı ümiddir”. Radoslav Sikorski jurnalistlərə deyib: “General Kelloq ABŞ-ın danışıqlar strategiyasını şəxsən mənə və avropalı müttəfiqlər dairəsinə təqdim etdi.Bunu burada açıqlamayacam. Bu, müəyyən ümidlərə səbəb olur. "Onlar qeyri-adidir, lakin biz onlara uğurlar arzulayırıq".
Kelloq daha əvvəl CNBC-yə bildirib ki, Ukrayna və Rusiya üçün sülh planı günlər və ya həftələr ərzində hazırlana bilər.
Eyni zamanda Kelloq izah edib ki, Avropa sülh danışıqları masasında fiziki olaraq iştirak etməyə bilər, lakin regionun maraqları nəzərə alınacaq

Neytral Zona

16 Feb, 16:01


Livan İrannan Beyruta uçuşların fevralın 18-dək dayandırıldığını bildirib

Neytral Zona

16 Feb, 06:25


Ermənistan ordusun Baş qərargah rəisi Edvard Asryan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ, İsveç, Almaniya və Latviyadan olan həmkarları ilə təkbətək danışıqlar aparıb.

Neytral Zona

16 Feb, 06:18


Rusiya və ABŞ rəsmiləri Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında görüşəcək.
Bloomberg

Neytral Zona

15 Feb, 18:10


ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Ukrayna danışıqlar masası arxasında olacaq, lakin Avropa orada olmayacaq.

Neytral Zona

15 Feb, 15:48


Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ nümayəndələri Ukrayna prezidenti Volodimir Zelenskiyə ölkənin mineral ehtiyatlarının 50%-nə olan hüquqların Amerika tərəfinə verilməsini təklif ediblər. Lakin Zelenski belə bir sazişi imzalamaqdan imtina etdi, Washington Post Amerika nümayəndə heyətindəki mənbələrə istinadən yazır.

Neytral Zona

15 Feb, 14:07


İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü axşam saatlarında Həmas ilə girov müqaviləsinin ikinci mərhələsi üzrə danışıqlara dair təhlükəsizlik toplantısı keçirməyə hazırlaşır.

Neytral Zona

15 Feb, 13:06


Ukrayna Müdafiə naziri Rustem Umerov Ukrayna Müdafiə Təmas Qrupunun Ramşteyn formatında keçirilən 26-cı iclasından sonra verdiyi açıqlamada Danimarkanın hərbi yardım çərçivəsində söz verdiyi F-16 döyüş təyyarələrinin böyük bir hissəsini Ukraynaya təhvil verdiyini açıqlayıb.
Bildirilib ki, qalan son döyüş təyyarələri də yaxın vaxtlarda Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Neytral Zona

15 Feb, 12:59


Zelenski ABŞ-la Ukraynanın mineral ehtiyatlarına dair razılaşmanın hələ də müzakirə edildiyini bildirib.

Neytral Zona

15 Feb, 12:13


Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı əsası Ukrayna ordusundan olacaq “Avropa Silahlı Qüvvələri”nin yaradılmasına çağırışını edib.

Neytral Zona

15 Feb, 10:39


Neytral Zona pinned «https://youtu.be/RVR5naTw4Ns?si=4hKMl0rNtp-TBxKL»

Neytral Zona

15 Feb, 10:39


Müdafiə Nazirliyi

Neytral Zona

15 Feb, 10:38


https://youtu.be/RVR5naTw4Ns?si=4hKMl0rNtp-TBxKL

Neytral Zona

15 Feb, 10:37


Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə son qoymaq və razılığa gəlmək üçün Donald Trampın nümayəndələri ilə mümkün görüş üçün təcrübəli danışıqçılardan ibarət komanda toplayır.
Bu barədə Bloomberg öz mənbələrinə istinadən yazır.
Adının açıqlanmasını istəməyən vəziyyətlə tanış olan mənbələr əsas fiqurlar arasında 50 ildən çox diplomatik təcrübəyə malik Putinin beynəlxalq məsələlər üzrə baş müşaviri Yuri Uşakov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin var.

Neytral Zona

15 Feb, 09:05


Amerikanın “The Wall Street Journal” nəşri iddia edir ki, 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin, məşhur QRU-nun strukturunda məxfi və son dərəcə effektiv bölmə fəaliyyət göstərir.

WSJ-nin məlumatına görə, onun əsas vəzifələri xaricdə agentlərinin cəlb edilməsi və xarici dövlətlərin ərazisində əməliyyatlarının aparılmasıdır.

Neytral Zona

15 Feb, 09:03


ABŞ Ordusu artıq transgenderlərin orduda xidmət etməsinə icazə verməyəcək və hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi prosedurlarını yerinə yetirməyi və ya asanlaşdırmağı dayandıracaq.

Neytral Zona

14 Feb, 20:15


Livanda Hizbullah tərəfdarları BMT-nin maşın konvoyunu yandırıb.

Neytral Zona

14 Feb, 17:14


The Wall Street Journal
Tramp hazırkı milli təhlükəsizlik müşaviri Keyt Kelloqa yüz gün ərzində Ukrayna münaqişəsində atəşkəsə nail olmağı tapşırıb.

Neytral Zona

14 Feb, 16:18


Ukrayna Rusiya ilə danışıqlara hazırdır, ancaq ilk növbədə ABŞ və onun avropalı müttəfiqləri ilə ortaq mövqe razılaşdırılsa.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə deyib.

Neytral Zona

12 Feb, 17:04


Peskovun açıqlamaları
1)Putin Trampla telefonda danışıb, söhbət təxminən bir saat yarım davam edib.
2)Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər.
3)Putin Trampı Moskvaya dəvət edib.
4)Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
5)Putin Trampla razılaşdı ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.
6)Putinlə söhbətində ABŞ prezidenti Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib.
7)Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunmuş razılaşmaların həyata keçirilməsinə zəmanət verib.

Neytral Zona

12 Feb, 16:49


Rusiya ilə Azərbaycan arasında gərginliyin sonu necə olacaq deyə düşünən xeyli insan var. Bir barmağını dodaqlarının arasına qoyub, gözlərinə dərin baxış, üzünə düşüncə yükləyib, onlarca proqnoz vermək olar. Ancaq prosesləri diqqətlə izləyənlər çox sadə cavabla da dəqiq proqnoz verə bilər: Rusiya qalacaq bir kənarda, biz bir-birimizi yeyəcəyik, ittiham edəcəyik və söhbət bağlanacaq.
Təyyarənin vurulmasından sonra Azərbaycanla Rusiya arasında gərginlik yaşandı və davam edir. Gərginliyin bu həddə gəlib çıxması və hələ də qarşılıqlı ittihamların səslənməsi onu göstərir ki, təyyarə vurulmasa da, başqa bir səbəbdən bu, baş verəcəkdi.
Əvvəl də yazmışdım ki, heç bir ölkə Rusiyanın yanında sevərək dayanmır, əksinə, təhlükəni sığortalamaq üçün yanındaymış kimi görünür. Azərbaycan da belə olmalıdır. Bundan əlavə, böyük dövlətlərlə dost olmağa gərək yoxdur, onlardan istifadə etməyin yollarını tapmaq lazımdır.
Nə isə, bunlardan çox yazıb, çox danışmışıq, keçək əsas məsələyə: demək, Rusiya mətbuatından, bloqerlərindən, hətta deputatlarından Azərbaycana qarşı ağır ittihamlar səsləndirilir, hətta işğal planları açıqlanır. Azərbaycan da buna müəyyən mənada cavab verir. Proses birdən-birə yenə döndü, dolaşdı özümüzə gəldi. İndiki adla Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, mədəniyyət naziri Əbülfəz Qarayev, eləcə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun Rusiyanın adamı olması barədə yazılar ortaya çıxır. Beləcə, proses Rusiyadan daxilə yönəlmiş olur. Ruslar yenə Azərbaycanın. bizimkilər də guya yeni bir şey tapıblarmış kimi Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyir. Baxırsan, adları çəkilənlərin hamısı da vəzifədən getmişlərdir. Kənardan izləyən də deyər ki, təmizləmə aparılıb, artıq heç bir ölkənin adamı vəzifədə deyil. Gəl, fəxr eləmə də.
Bir anlıq özümü bir rus jurnalistin yerinə qoyuram: girirəm, Ramiz Mehdiyevin, Əbülfəz Qarayevin, Eldar Mahmudovun vəzifədə olduğu müddətlərə baxıram. Onların səlahiyyətlərinə, ölkədə kimlərin onların adamı olması haqqında iddiaları oxuyuram. Bu dəfə barmağımı dodaqlarıma yox, dişlərimin arasında sıxaraq, “ay da” deyirəm. Üzr istəyirəm, burada özümü rus jurnalistin yerinə qoymuşdum axı, “ay da” yox, “ay b…t” deyirəm. Sizcə, belə bir araşdırma edən jurnalist nə edər? Əvvəla, səni ciddiyə almaz. Bəziləri deyir ki, Rusiya bizi niyə ciddiyə almır? Siz Rusiyanın yerinə olsanız, alarsınız? Rus deyəcək ki, adı keçənlər bizim adam olubsa, o ölkədəki məmurların bəlkə də 90 faizinin başına onların sığalı, tumarı dəyib. Niyə o ölkədən narahat olmalıyam?
Yenidən KQB arxivlərinin açılması təklifi edilib. Ciddi müzakirələr gedir. Qoy, açılsın. Soruşmaq ayıb olmasın, o KQB arxivlərində QRU-nun agentlərinin adları da olacaq? Azərbaycan KQB-si yox, Rusiyanın özü qarşısında öhdəlikləri olanların da adları olacaq? Bunlar olmayacaqsa, cəhənnəmə açılsın, gora açılsın. Şəxsən mənə maraqlı deyil. Bu gün kimin əli kimin cibindədir o daha maraqlıdır.
Prosesə diqqət edərkən görünən nədir? Ruslar eyni mövqedə qalıblar, hədəfləri Azərbaycandır, bizimkilər isə hədəfi çeviriblər vəzifədən uzaqlaşdırılmış Rusiyanın adamlarına. Lənət şeytana, soruşacağam ki, indi kim rusun adamıdır, qan düşəcək.
Azərbaycan müstəqillikdən bəri bəlkə də ən ağır təhdid və təhlükə ilə qarşı-qarşıyadır. Rusiya əməli addımlar atır. Məsələn, vətəndaşlığı olmayan azərbaycanlıların incidilməsi barədə dəqiq informasiyalar var. Oturumu olanlar yenidən oturum almaq istəyəndə belə buna icazə verilmir və ölkəni tərk etmələri barədə vaxt verilir. Görünən odur ki, Rusiya “it əl çəkir, motal əl çəkmədi” misalı kimi Azərbaycandan yaxın zamanda əl çəkməyəcək.
Səxavət Məmməd

Neytral Zona

12 Feb, 15:39


Kreml:

Rusiya ərazi mübadiləsini müzakirə etməyəcək. Bu mümkün deyil.

Neytral Zona

12 Feb, 15:08


Böyük Britaniya Ukraynaya 150 milyon funt sterlinqlik yeni təhlükəsizlik yardım paketi verəcəyini bəyan edib.

Neytral Zona

12 Feb, 14:07


Suriya təhlükəsizlik qüvvələri S-300 və S-400 kompleksləri üçün zenit-raket kompleksləri daşıyan Rusiya hərbi maşın karvanının Tartus limanından keçməsinin qarşısını alıblar.
Ukrayna KİV

Neytral Zona

12 Feb, 12:41


İran su altından atılan yeni raketini nümayiş etdirib.

Neytral Zona

12 Feb, 12:32


İsveçrə ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən vətəndaşının öldüyünü təsdiqləyib.

Neytral Zona

12 Feb, 12:31


Sudan Xarici İşlər Nazirliyi bəyan edib ki, Xartum və Moskva bu ölkədə Rusiya hərbi-dəniz bazasının inşası ilə bağlı hər şeyi razılaşdırıblar.

Neytral Zona

12 Feb, 10:42


Elon Mask NATO-da böyük islahatlara ehtiyac olduğunu deyib.

Donald Tramp inauqurasiyadan əvvəl də artıq ABŞ-ın alyansda iştirakını azaltmaqdan danışmışdı.

Neytral Zona

12 Feb, 10:08


Misir Xarici İşlər Nazirliyi:

“Misir fələstinlilərin sağ qalmasını təmin edəcək”.

Neytral Zona

12 Feb, 09:27


Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Neytral Zona

12 Feb, 09:27


Ukraynanın müdafiə naziri bildirib ki, Kiyev münaqişəyə son qoymaq üçün Moskva ilə danışıqlara hazırdır.

Neytral Zona

12 Feb, 09:18


Çin Ordusu:

Vaşinqtonun davranışı yanlış mesaj verir və təhlükəsizlik risklərini artırır.

Neytral Zona

12 Feb, 09:17


Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampın Ukraynaya dəstəyini geri götürməsi ehtimalını dəyərləndirib
Avropa ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz
Bir torpağı digərinə dəyişəcəyik
Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa nail olsa, Kiyev administrasiyası Rusiyaya birbaşa torpaq mübadiləsi təklif edəcək.
Rusiyanın Kursk vilayətində ələ keçirilən torpaqlara qarşı Ukrayna torpaqları tələb olunacaq
Torpaq mübadiləsində prioritet yoxdur, lakin Ukrayna bütün torpaqlarını istəyir

Neytral Zona

12 Feb, 09:14


Çin ordusuna aid 30 təyyarə Tayvanın hava məkanına daxil olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçib.

Çin Ordusu təlimlər üçün Tayvan adasının şərqinə qüvvələr göndərir.

Neytral Zona

12 Feb, 09:13


İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Neytral Zona

11 Feb, 17:52


İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bildirib ki, HƏMAS gələn şənbə günü günortaya qədər zolaqda saxlanılan məhbusları geri qaytarmasa, Qəzzada atəşkəs razılaşması sona çatacaq

Neytral Zona

11 Feb, 16:22


Tramp Ukrayna üzrə "tez bir zamanda sülh razılaşmasını təmin etməkdə qərarlıdır" deyə Pentaqon rəhbəri bildirib.

Neytral Zona

11 Feb, 15:41


Neytral Zona pinned «https://youtu.be/D42LMdo-Ctc?si=MER5FDhYgUIWE9_S»

Neytral Zona

11 Feb, 15:40


Suriya limanlar idarəsi Türkiyənin Suriyadan idxala qoyulan məhdudiyyətləri aradan qaldırdığını bildirib

Neytral Zona

07 Feb, 10:46


🇦🇿

Neytral Zona

07 Feb, 09:41


Amerikanın “POLITICO” qəzeti ABŞ agentliklərinin, eləcə də prezident Donald Trampın media orqanının Amerika hakimiyyəti tərəfindən maliyyələşdirilməsi ilə bağlı ittihamlarını təkzib edib.
Qeyd edək ki,POLİTİCO dəfələrlə Azərbaycana qarşı qərəzli yazı dərc edib.

Neytral Zona

07 Feb, 09:29


Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.

Neytral Zona

07 Feb, 08:44


İranın ali dini lideri Ayətullah Əli Xamenei cümə günü deyib ki, ABŞ İranın təhlükəsizliyini təhdid edərsə, İran da onların təhlükəsizliyini təhdid edəcək.

Neytral Zona

07 Feb, 08:16


ABŞ-da USAİD-in bərpası tələbi ilə ilk məhkəmə iddiası qaldırılıb.
CNN

Neytral Zona

07 Feb, 06:09


Ermənistan baş naziri Nikol Paşinyan Vaşinqtonda Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə görüşüb. 

Neytral Zona

06 Feb, 19:12


ABŞ İran neftini Çinə daşıyan qlobal şəbəkəyə sanksiya tətbiq edib.

Neytral Zona

06 Feb, 18:17


İranın Ermənistandakı səfiri Mehdi Sobhani bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin Ermənistan-İran keçid məntəqələrindən çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib: “Bizim qiymətləndirməmiz müsbətdir, ona görə Ermənistan-İran sərhədi Ermənistan sərhədçiləri tərəfindən nəzarət edilməlidir”.

Neytral Zona

06 Feb, 15:08


Fransanın müdafiə naziri Sebastian Lekornu Ukraynaya ilk “Mirage 2000-5F” döyüş təyyarələrinin çatdırıldığını açıqlayıb

Neytral Zona

06 Feb, 13:47


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bütün işçilərinə istefa vermək və səkkiz aylıq əmək haqqına bərabər təzminat almaq imkanı təklif edib. The Wall Street Journal 

Neytral Zona

06 Feb, 12:36


Makron yeni təyin olunmuş Suriya prezidentini Fransaya dəvət edib

Neytral Zona

06 Feb, 11:32


Qəzzada güclü külək nəticəsində kranın əsgərlərin üzərinə uçması nəticəsində 2 əsgər həlak olub, 8-i yaralanıb.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

06 Feb, 09:51


Şimali Koreyanın ballistik raketləri dekabrın sonundan etibarən xeyli dəqiqləşib,bu haqda iki yüksək rütbəli ukraynalı mənbə Reuters nəşrinə bildirib. Şimali Koreya öz raketlərini təkmilləşdirmək üçün Ukraynadakı müharibədən istifadə edir.

Son bir neçə həftə ərzində Ukrayna ərazisinə Şimali Koreyanın 20-dən çox ballistik raketi buraxılıb və onların hamısı əvvəlkindən nəzərəçarpacaq dərəcədə dəqiq olduğunu sübut edib. Raketlərin dəqiqliyi 50-100 metrə qədər artıb. Əvvəllər 1-3 kilometr idi,nəşr qeyd edib.

Neytral Zona

06 Feb, 09:09


Müdafiə naziri İsrail ordusuna Qəzzalıların təxliyəsi üçün plan hazırlamağı tapşırıb.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağına nəzarəti ələ keçirmək və sakinləri evakuasiya etmək planından sonra müdafiə naziri İsrael Katz İsrail ordusuna Qəzzə sakinlərinin könüllü şəkildə tərk etməsinə imkan verəcək plan hazırlamağı tapşırıb. 

Neytral Zona

06 Feb, 08:03


Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristin Qriqoryan hələ bu vəzifəyə təyin edilməmişdən əvvəl, Ombudsman vəzifəsində olarkən hüquq mühafizə orqanları onun telefonundan xüsusi proqram vasitəsi ilə şəxsi intim 🔞görüntüləri əldə edilib.
Kanala istinad mütləqdir😠

Neytral Zona

06 Feb, 07:16


Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Neytral Zona

05 Feb, 19:58


Ukrayna tərəfi Rusiyanın Azov dənizinin sahilindəki Primorksko Axtarsk liman şəhərində yerləşən hərbi aeradromuna və digər hərbi təyinatlı obyektlərinə zərbə endirib.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

29 Nov, 10:02


🔳Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı.
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.
Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülmüşdür.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilmişdir.
Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Neytral Zona

29 Nov, 09:59


Rusiya ordusunun yaydığı məlumata görə,Donetsk vilayətinin daha bir yaşayış məntəqəsini ələ keçirib

Neytral Zona

29 Nov, 09:34


Suriya müxalifət qrupları Hələb vilayətinin bütün qərb hissəsinə nəzarəti ələ keçirdiklərini rəsmən elan ediblər.

Son 48 saat ərzində Bəşər Əsəd 50-dən çox yaşayış məntəqəsini və 15 hərbi keçid məntəqəsini itirib.

Neytral Zona

29 Nov, 03:30


Ukraynanın dron bölmələri Rusiyanın Rostov vilayətində yerləşən neft anbarlarına zərbə endirib.

Neytral Zona

28 Nov, 19:25


Netanyahu Hizbullah atəşkəsi pozduğu təqdirdə İsrail ordusuna "intensiv müharibəyə" hazırlaşmağı əmr edib.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

28 Nov, 17:29


https://youtu.be/VAedD-O2Es8?si=FgAQRKiVOuxXxXPS

Neytral Zona

28 Nov, 17:13


Sepahın Suriyadakı briqada generalı Keyumərs Porhəşmi Hələb şəhərində gedən döyüşlərdə həlak olub.

Neytral Zona

28 Nov, 16:58


👏Uğurlar!

Neytral Zona

28 Nov, 14:07


Müvəqqəti sülhləri, atəşkəsləri çox görəcəyik, ancaq böyük müharibə qaçılmazdır…
Səxavət Məmməd

Neytral Zona

28 Nov, 14:07


İsraillə Livan arasındakı sülhün əldə olunması müsbət bir addım kimi görünsə də, düşünürəm ki, bu müharibələri səngitməyəcək. Əksinə, dünya bir müharibə hazırlığının içərisindədir.
Bəzən dövlətlər sülhdən danışır, pozitiv mesajlar yayımlayır. Ancaq dövlətlərin öz xalqlarına müharibəyə hazırlaşması barədə subliminal mesajlar verir. Son zamanlar, xüsusilə Qərb ölkələrində hərbi texnikaların, silah-sursatların açıq şəkildə bir yerdə başqa yerə daşıması müşahidə olunur. İllər əvvəl də bu hallar yaşanırdı, ancaq bu tip daşımalar zamanı texnikaların, silahların üstünə çadırlar çəkərək həyat keçirilirdi. Düşünmürəm ki, Qərb ölkələrində çadır çatışmazlığı var. Sadəcə olaraq bunun açıq şəkildə nümayiş etdirilməsi əhalini hazırlamaqları ilə bağlıdır.

Azərbaycanda dövlət qurumları əhaliyə ən çox xəbərdarlığı hərbi karvanların çəkilib sosial şəbəkələrdə paylaşılmaması ilə bağlı idi. Ancaq bunun heç bir əhəmiyyəti olmurdu. Xəbərdarlıqlara baxmayaraq, yenə bu baş verirdi. İndi də avropalılar əlində telefon bunları çəkib paylaşmaqla məşğuldur. İnsanlara nə qədər xəbərdarlıq edirsən, et, hərbi texnikalara, onların çoxlu sayda bir yerdən başqa yerə daşınmasına maraq olub, olacaq da. Dövlətlər dildə sülh deyə bilər, ancaq subliminal mesaj olaraq, xalqa başqa şey verir. Bu, hazırlıq mərhələsinin ilkin variantıdır. Hesab edirəm ki, bir müddət sonra fərqli halların da şahidi olacağıq.
Ona görə də Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki müharibənin son olacağını düşünmürəm. Misal üçün, Livanla İsrail arasında sülh əldə olunur, paralel isə Suriyada proseslər yenidən alovlanır. Artıq Suriyada hökumət qüvvələri ilə müxalif qüvvələr arasında ciddi toqquşmalara start verilib. Məsələ ondadır ki, yeri əhalini də bu prosesə cəlb edə biliblər. Son günlər Türkiyə və Rusiyanın Suriyadakı patrul xidmətləri yerli əhali tərəfindən daşa basılır. Bəlkə də bu əvvəl də var idi, ancaq son günlər bu proses media qurumlarının səhifələrini bəzəməyə başlayıb. Yəni müharibə lazımdırsa, yer qəhət deyil.
Ona görə də düşünmürəm ki, bütün müharibə ocaqları qaynar saxlanıldığı bir vaxtda Cənubi Qafqazda sülh müqaviləsi asan olsun. Hətta sülh müqaviləsi imzalansa belə, bunun daimi olacağına kimsə qarantiya verə bilməz.
Azərbaycan və Ermənistan hər nə qədər sülh barəsində pozitiv mesajlar versələr də, hər iki tərəfin hərbi gücünü artırdığını görə bilirik. Ermənistan tərəfi açıq şəkildə aldığı silahları nümayiş etdirir, Azərbaycan tərəfi də həmçinin. Bundan əlavə, sülh müqaviləsi barədə danışılsa da, rəsmi olaraq da hərbi gücün artırılması yönündə həm bəyanatlar verilir, həm də fəaliyyət göstərilir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev parlamentdəki çıxışı zamanı dövlətin qarşısında duran bir nömrəli hədəfin hərbi gücün artırılması olduğunu açıq şəkildə bəyan etdi. İlham Əliyevin bu çıxışı zərurətdən irəli gəlirdi. Çünki dünyada baş verən proseslər, region dövlətlərinə diktə edir ki, istəsən də, istəməsən də müharibəyə hazır olmalısan.
Ümumiyyətlə, böyük dövlətlərin belə iqtisadiyyatlarını müharibə iqtisadiyyatına çevirdiyinin şahidi oluruq. Hətta iddialar var ki, Rusiya Ukraynada müharibə apara-apara böyük bir müharibəyə hazırlığın içərisindədir. Ukraynaya silah və sursatın azalan templə verilməsi də buna işarədir. Çünki Qərb ölkələri məcburdur ki, sursat anbarlarına əl gəzdirsinlər.
Cənubi Qafqazın katalizator dövləti də Ermənistandır. Ermənistan istər Rusiya, istər İran, istərsə də Qərb üçün həmişə istifadəyə hazır dövlətdir. Ermənistanın yanında olan ölkələr kimi ABŞ və Fransa daha çox gözə batır. Ancaq Almaniya, Yunanıstanı da gözdən kənara qoya bilmərik. Polşa rəsmilərinin şərti sərhədə gəlməsi isə prosesin daha mürəkkəb olduğunu göstərir. Yeri gəlmişkən, Ermənistan ordusunun məhz Kərki istiqamətinə silah-sursat daşıması Ermənistan mediasında və sosial şəbəkələrdə yayılmağa başlayıb. Proseslər bir-birinin ardınca gəlir. Polşa o qədər böyük dövlət, qlobal güc deyil ki, Cənubi Qafqazda hansısa maraqları olsun, yaxud diktə edə bilsin. Polşaya NATO gözü ilə baxdıqda, məsələ aydın ola bilir.

Neytral Zona

28 Nov, 11:31


ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün 725 milyon dollarlıq silah paketi hazırlayır, iki ABŞ rəsmisi çərşənbə günü deyib ki, vəzifədən gedən prezident yanvarda vəzifəsindən getməzdən əvvəl Kiyevdə hökuməti gücləndirməyə çalışır.
Reuters

Neytral Zona

28 Nov, 10:17


Prezident Bayden çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı deyib ki, Livanda atəşkəs razılaşmasına nail olduqdan sonra diqqətin indi girovların azad edilməsi və Qəzzada atəşkəsin əldə edilməsinə yönəlməsi lazımdır.

Neytral Zona

28 Nov, 09:58


İsrail tankı cümə axşamı günü Livanın cənubundakı Markaba qəsəbəsinə iki atəş açıb. Təhlükəsizlik mənbələri iki nəfərin yaralandığını bildirib. Hizbullah və İsraildən tank mərmiləri ilə bağlı dərhal şərh verilməyib.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

28 Nov, 09:30


Ermənilərin Azərbaycan ordusuna məxsus və mülki maşınların hərəkətinə maneə yaratmaq üçün aksiya keçirərək dəfələrlə bağladığı həmən yol.
Tərtər-Ağdərə-Kəlbəcər.

Neytral Zona

28 Nov, 09:14


TASS dövlət xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə, Qətərin vasitəçiliyi nəticəsində Rusiya yeddi uşağı Ukraynaya qaytarıb. Qətər müharibə başlayandan bəri ukraynalı uşaqların geri qaytarılmasını asanlaşdırmaq üçün bir neçə dəfə Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edib.

Neytral Zona

28 Nov, 09:09


Hərbçilərin qəza yerindən çəkilmiş görüntüləri paylaşmaqda məqsəd yalnız ucuz reytinq və baxış sayı toplamaqda başqa bir şey deyil.Hərbi geyimdə,qan içində, asfalta uzanan hərbçiləri gördükdə onun yaxınları və cəmiyyət ağır müharibənin dəhşətini bir daha xatırlamış olur.

Neytral Zona

27 Nov, 19:43


Britaniya bu yaxınlarda Ukraynaya hərbi yardımın bir hissəsi kimi “Storm Shadow” qanadlı raketlərinin yeni partiyasını çatdırıb.
Bloomberg, tədarüklərin ABŞ və Böyük Britaniyanın Rusiya ərazisinin dərinliklərinə uzaq mənzilli silahlarla hücumlara icazə verməsi barədə qərar verməzdən əvvəl baş verdiyini açıqlayıb.

Neytral Zona

27 Nov, 19:32


Fələstin Muxtariyyətinin sədri, 89 yaşlı Mahmud Abbas çərşənbə günü elan edib ki, öləcəyi təqdirdə, Milli Şuranın sədri Ravhi Fəttuh seçkilərin keçirilməsinə qədər 90 gün müddətində vəzifəsini icra edəcək.

Neytral Zona

27 Nov, 18:52


MN: Tovuzda yol qəzasında ölənlərdən 5 nəfəri hərbçi olub.

Noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Neytral Zona

27 Nov, 18:38


Misir nümayəndə heyəti Qəzzada atəşkəsə nail olmaq üçün İsrailə səfər edəcək.
Reuters
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

27 Nov, 17:53


Çərşənbə günü Financial Times qəzetinin verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden İsraili dəqiq silahlarla təmin etmək üçün 680 milyon dollarlıq silah müqaviləsini təsdiqləyib.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

27 Nov, 17:24


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.Hərəkətdə olan iki avtomobil toqquşub.Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib.
Ölənlərin arasında hərbiçilərin də olduğu bildirilir.

Neytral Zona

27 Nov, 14:38


Suriyalı üsyançılar hücuma keçərək Hələb ətrafında yerləşən 7 yaşayış məntəqəsini Əsəd rejimindən geri alıblar.Əsəd qoşunları üsyançıların hücumu altında mövqelərini tərk edərək geri çəkiliblər

Neytral Zona

27 Nov, 14:19


Livan ordusu İsraillə sərhəddə doğru irəliləyir.
Atəşkəs razılaşmasına görə,Hizbullah silahlıları sərhəddən geri çəkiləcək onların yerində Livan ordusu yerləşəcək

Neytral Zona

27 Nov, 10:30


ABŞ KİV
ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 24 milyard dollar hərbi yardım istəyib və Pentaqonun Kiyevə silah verməklə tükənmiş silah anbarını doldurmaq istəyib.

Neytral Zona

27 Nov, 10:27


Beynəlxalq KİV
Erməni şirkətləri Rusiyaya qızıl ticarəti ilə bağlı Qərb sanksiyalarından yan keçməyə kömək edir.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

27 Nov, 10:10


Ukrayna KİV
Avropa NATO ölkələri arasında yalnız Türkiyə 300+ km mənzilli ballistik raketlərə malikdir.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

27 Nov, 10:04


Atəşkəsin şərtlərinə əsasən, 60 gün ərzində Hizbullah öz döyüşçülərini və silahlarını Livan və İsrail arasında qeyri-rəsmi sərhəd olan Mavi Xətt və Litani çayı arasındakı ərazidən, təxminən 30 km (20 mil) şimaldan çıxaracaq.

Neytral Zona

27 Nov, 09:58


Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Türkiyənin Qəzzada davamlı atəşkəsin yaradılması üçün hər cür kömək etməyə hazır olduğunu bildirib və Livanda qüvvəyə minmiş atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib

Neytral Zona

27 Nov, 09:53


İsrail və Livan arasında atəşkəs razılaşmasından sonra Fələstin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı danışıqlara hazır olduğunu elan edib
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

27 Nov, 03:44


Hizbullah və onu dəstəkləyən tərəflər İsraillə atəşkəs razılaşmasını uğur kimi təqdim etsələr də,atəşkəsin bəndləri bunun əksini ortaya qoyur.
Hizbullahın bu razılaşmaya əməl edəcəyi ikinci plan məsələsidir ancaq faktiki olaraq şərtlər İsrailin üstünlüyünü göstərir.

Neytral Zona

24 Nov, 18:43


ARB 24 efirində Ukrayna cəbhəsini müzakirə etdik

Neytral Zona

24 Nov, 18:17


Türkiyənin Montrö Konvensiyasına uyğun olaraq Bosfor və Dardanel boğazlarını bağlaması Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı başlayandan bəri rus qoşunlarının Odessa, Nikolayev və digər əraziləri ələ keçirmək üçün dəniz üstünlüyündən istifadə etməsinə mane olub.
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar

Neytral Zona

24 Nov, 18:13


Böyük Britaniya Şərqi Avropada Rusiya ilə birbaşa toqquşmaya hazırdır
CNN
Mənbənin məlumatına görə, Böyük Britaniyanın Baş Qərargah rəisinin müavini bəyan edib ki, Rusiya digər Şərqi Avropa ölkəsinə hücum edərsə, bu ölkə döyüşməyə hazırdır.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

24 Nov, 18:07


Tiflisinin mərkəzində müxalifət parlamentə doğru yürüş edib və bütün gecəni orada keçirəcəklərini bəyan ediblər.

Neytral Zona

24 Nov, 18:02


BƏƏ Əbu-Dabidə yaşayan ravvin Zvi Koqanın qətlində şübhəli bilinən 3 nəfərin həbs edildiyini açıqlayıb.

Neytral Zona

24 Nov, 17:57


Ukraynalı hərbçilər ilk dəfə drona quraşdırılmış pulemyotdan real döyüş şəraitində istifadə edib.

Neytral Zona

24 Nov, 17:55


Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko NATO-nun Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF) ilə qadağan edilmiş hücum silahlarını Asiya ölkələrinə göndərdiyini iddia edib.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

24 Nov, 17:49


Financial Times
Yəmənlilər Rusiya tərəfdən Ukraynaya qarşı döyüşür.

Neytral Zona

24 Nov, 16:37


İran mətbuatı:

İran İsrailə cavab zərbəsi endirməyə hazırlaşır.

Neytral Zona

24 Nov, 14:23


Əvvəli⬆️
Səsdən iti sürət yaxşı taktiki xüsusiyyətdir. Həm təyyarə üçün, həm raket üçün. Bu sürətlə uça bilən silah sistemlərinin taktiki üstünlüklərini sadalamayacağam. Bu başqa mövzudur. Sual yaransa, onu da araşdırarıq.
Amma səsdən iti sürətin uçan vasitənin(raket, təyyarə) konstruksiyasının davamlılığı üçün çox böyük problemlər yaradır. Məsələn, səsdən 3 dəfə iti uça bilən təyyarələrin hava ilə təmasda olan hissələrində təxminən uçuşun 6-7 ci dəqiqəsində 340 dərəcə selsi temperatur yaranır. Bu temperatur tonqalın içinin temperaturudur. Hər bir metal bu temperaturda istilik genişlənməsinə məruz qalır. qaynaq və tikiş hissələri qopa bilir. alüminum bu temperaturda əriyib siya dönməsə də, krisrtallik strukturu deformasiyaya uğrayır. konstruksiyanın hava ilə təmas nöqtəsində havanın molekulyar strukturu dəyişir. Hava molekulları öz elektronlarını itirərək sürətlə ionlaşır. Bu o deməkdir ki, elektomaqnit dalğaları bu ionlaşma sahəsini dəf edə bilmir. Geri əks olunur. Yəni bu uçan vasitəni müşahidə edən lokatorda o daha aydın görünməyə başlayır. Lakin uçan vasitənin içindəki radiolokatorun süaları bu sahəni dəf edə bilməyərək, geri qayıdır. Yəni uçan vasitə kor-koranə hərəkət edir. Qitələr arası, orta mənzilli və qısa mənzilli raketlər üçün bu bir problem deyil. Çünki onların uçuş proqramı çox mürəkkəb riyazi hesablamalar vasitəsi ilə yalnız tuşlama qurğusunda verilir. Sonra onlar daş kimi atılır. Bu tuşlama o qədər dəqiq olmalıdır ki, 11-12 min kolometrdə 100-150 metr səhv verə bilsin. Bunu təsəvvür etmək üçün belə bir müqayisə etmək olar:
Bir yerə şüşə fincan qoyun. Qolunuzun gücündən asılı olaraq, 50-70 metr məsafəyə çəkilin. Əlinizdə olan daşı ataraq, o fincanı vurub sındırmağa çalışın. Ciddi riyazi fiziki hesablamalarsız sizin o fincanı vurub sındırmaq şansınız milyonda birə bərabərdir. lakin daş əvəzinə qumbara atsanız, qumbara fincandan 10-15 metr aralı düşsə də, vurub onu səndaracaq. Ona görə də bu ballistik raketlərə nüvə başlığı qoyurlar. 20 kilotonluq nüvə başlığı Xerosima şəhərini bütöv dağıdırsa, indiki 50-100 kilotonluq nüvə başlığının 100-150 metr hədəfdən aralı düşməsinin elə bir böyük əhəmiyyəti yoxdur.
Bayaqkı eksperimenti başqa bir formada təsəvvür edək: Fincanı 1-2 metr dərinlikdə olan bir quyunun içərisinə, dibinə qoyaq. Üstünü bir faner, və yaxud şifer parçası ilə örtək. Yenə 70 metr kənara çəkilib, bu fincanı vurub sındırmağa çalışaq. Əlinizə rahat yata bilən bir daşla bu fincanı heç cürə sındıra bilməzsiniz. Qumbara ilə, və yaxud yekə bir daşla sındırmağın yalnız bir yolu var. Gərək bu vasitə düppədüz quyunun örtüyünün üstünə düşsün. Yekə daş böyük sürətlə böyük kinetik enerji yığaraq o örtüyü dağıtmalı, sonra da fincanı sındırmalıdır. Qumbara üçün böyük kinetik enerji yığmaq vacib deyil. Onun partlayıcı maddəsi qəlpələrə müdhiş kinetik enerji verərək, örtüyü dağıdacaq. Əsas odur ki, partlayış örtüyün üzərində baş versin. Ya da artilleriya mərmisi ilə quyunun 10 metr ətrafına düşə biləsiniz. Bunu da nüvə ekvivalentinə çevirəndə, meqatonluq bomba deməkdir.
Buradan nə nəticə çıxarırıq?
Deməli yerin altında gizlədilmiş, üstü də qalın beton qatı ilə örtülmüş bir hədəfi vurmaq üçün gərək raketlə düz həmin hədəfin üstünü örtən örtüyə vurmaq lazımdır. Ya da onun yaxınlığına elə bir nüvə başlığı atmalısan ki, 4-5 Xerosima boyda şəhəri məhv etsin.
Buradan aydın olur ki, dünyanı məhv etməkdən ötrü indiki raketlərin [taktiki] gücü və imkanları tam bəsdir. Özü də onsuz da hipersəs sürətinə malikdirlər.
Dünyanı məhv etmədən, aerodrom kaponirlərində gizlədilmiş təyyarələri, yüz tonlarla ağırlığı olan qapaqların altında gizlədilmiş nüvə raketləri şaxtalarını məhv etməkdən ötrü, hərbi-siyasi rəhbərliklərin gizləndiyi, təxminən 70-80 metr qaya süxurları dərinliklərində yerləşmiş bunkerləri məhv etməkdən ötrü, dəqiqliyi 1-3 metr olan raketlərdən istifadə etmək lazımdır. Bu dəqiqliklə vurmaq üçün ballistik raketləri hətta perspektiv kvant kompüterləri ilə də tuşlasan, həmin dəqiqliyi əldə etmək mümkün deyil.
Ardı⬇️

Neytral Zona

24 Nov, 14:23


Əvvəli⬆️
Deməli, raketin başlığı hədəfi axtarıb, identifikasiya edib, özü özünü ora tuşlamalıdır. Hipersəs sürətlə uçan vasitənin bu imkanları olmadığını fizikanın qanunları ilə sübut etdik yuxarıda. Deməli hipersəs sürət silahın dəqiqliyi üçün mane yaradan amildir, üstünlük deyil.

Amma yazının sonunda dediyim taktiki xassələrə malik silah 80 ci illərin əvvəllərində var idi. Perşinq-2 raketi. Əgər maraqlıdırsa, yaza bilərəm, qərb mühəndisləri orta mənzilli ballistik raketdə buna necə nail olmuşdular.
Yazının altından qeyd edin ki, "maraqlıdır". İstirahət günümün vaxtını heç kimə maraqlı olmayan mövzuya sərf etmək istəmirəm.
Hərbi ekspert Vüqar Seyidov

Neytral Zona

24 Nov, 14:20


Son günlər hipersəs sürətli raketlər haqqında məqalələr KİV ni doldurub. Yanlışlıqlar çoxdur. Demək olar ki, yanlış olmayan bir məlumat eşitməmişəm. Bilmirəm, jurnalistlər bunu doğrudan da bilmərəkdən edirlər, yoxsa onların redaksiyalarına hansı məqsədlər üçünsə belə tapşırıq qoyulub.
Bu yanlışlıqlara düşməməkdən ötrü bir qədər mövzu ətrafında informasiya verməyə çalışacağam.
Ümumiyyətlə hipersəs sürətli raketləri almanlar Fau-2 nin təkmilləşdirilmiş formasında nail olmuşdular. Lakin onları kütləvi tətbiq edə bilmədilər. Artıq müharibə qurtarırdı. Onların texnologiyaları SSRi nin və ABŞ ın əlinə keçdi. SSRi nin əlinə Prussiya ərazisində olan raket buraxıcı qurğular və raketlərin hissələri, köməkçi sistemləri hazırlayan mütəxəssislər. ABŞ ın əlinə isə Bu raketləri yaradan Verner fon Braun. Ona görə bu iki ölkənin raket sənayesi müxtəlif cürə inkşaf etməyə başladı. SSRi nin demək olar ki bütün kosmik raketləri, 1957 сi ildə kosmosa uçmuş P-7 raketindən tutmuş "Proton" raketinə qədər Fau-2 nin təkmilləşdirilmiş, gücləndirilmiş forması idi. Və xarici görünüşü də onun təkrarıdır.
ABŞ da raketin təkrar surətini çıxarmaq üçün komponenti və köməkçi sistemlərin mühəndisləri olmadığından, Verner fon Braun ABŞ raketini ABŞ ın texnoloji imkanları və bazası əsasında yenidən layihələndirdi. Nəyə görə mən kosmik və nüvə başlıqlı raketlərdən bəhs edirəm? Cavabı çox sadədir: Bu tip raketlər ifrat səs sürətli, hipersəs raketləridir. Kosmosa uçan raketlər 7900/330=24 səs sürətinə bərabər sürətlə, Qitələr arası ballistik raketlər 6900-7200/330=21-22 səs sürətinə bərabər sürətlə, Orta mənzilli raketlər 5500-6500/330=17-19 səs sürətinə bərabər sürətlə, Yaxın mənzilli ballistik raketlər təxminən 14-15 səs sürətinə bərabər sürətlə uçur. Operativ-taktiki ballistik raketlər özünün parabolik ballistik trayektoriyasının apogeyinə qədər təxminən 10 səs sürətinə yaxın sürətlə uça bilir, amma hədəfə çatana qədər atmosferdə tormozlanaraq sürəti təxminən 2-3 səs sürətinə qədər enir.
Əgər bura qədər maraqlıdırsa, sonrakı postda davamını yazaram.
Hərbi ekspert Vüqar Seyidov
Ardı⬇️

Neytral Zona

24 Nov, 13:44


Səhər saatlarından indiyədək Hizbullah İsrailin mərkəzinə 200-dək raket atıb.
Yerli mətbuatının yaydığı məlumata görə,ən azı 5 nəfər yaralanıb.

Neytral Zona

24 Nov, 08:47


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı yüksək vəzifəli mənbə Reuters agentliyinə bildirib ki, Ukrayna bu ilin avqustunda işğalın əvvəlində Kursk vilayətində ələ keçirdiyi ərazilərin 40%-dən çoxunu itirib.
Mənbə bildirir ki, Ukrayna silahlı qüvvələri avqustun əvvəlində Kursk vilayətinə daxil olduqdan sonra ruslar 59 min əsgər yerləşdirib və sürətlə irəliləyiblər.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

24 Nov, 08:34


Rusiya 2024-cü ilin martından Şimali Koreyaya, ehtimal ki, hərbi dəstək müqabilində bir milyon bareldən çox neft tədarük edib.
BBC

Neytral Zona

24 Nov, 07:27


Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər şansı var. Ancaq əvvəlcə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün hansı təklifləri olduğunu öyrənmək lazımdır. Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

24 Nov, 06:16


Bild yazır ki, Rusiya Ukraynadan dəfələrlə uzun mənzilli raketlərə malikdir.
Rusiyanın Ukraynaya qarşı raketlərdən istifadə etməsi indiki müharibədə yenilik deyil. Münaqişənin ilk günündən Rusiya gəmilərdən “Kalibr” qanadlı raketlərindən, təyyarələrdən “X-101”dən, “İsgəndər” qısa mənzilli ballistik raketlərindən (500-dən 1000 km-ə qədər) istifadə edir.

Neytral Zona

21 Nov, 14:30


“Kommersant” xəbər verir ki, bu ilin noyabr ayının ortalarından etibarən Rusiya aviadaşıyıcıları 66 Airbus A320neo və A321peo təyyarələrindən 34-nün uçuşlarını dayandırıb.
Bu, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi sanksiyalara görə Amerikanın Pratt & Whitney mühərriklərinin saxlanmasında yaranan çətinliklərlə bağlıdır.

Neytral Zona

21 Nov, 14:12


Hollandiya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş nazir Benyamin Netanyahuya qarşı çıxardığı həbs qərarına əsasən hərəkətə keçməyə hazırdır.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı bildirib ki, Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş nazir Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasına reaksiyası məhkəmənin nizamnaməsinə uyğun olacaq.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

21 Nov, 14:01


Kanal rəhbəri bu dəfə xəstəlikdən danışıb.
Futbolumuzun sağalmaz xəstəliyindən🙃
https://youtu.be/8Oyt8ZC3pfc?si=XNQ5zzXyGHeFCqwk

Neytral Zona

21 Nov, 13:58


“Biz Abxaziya Respublikasında vəziyyətin inkişafını yaxından izləməyə davam edirik. O, bizim ən yaxın müttəfiqlərimizdən və tərəfdaşlarımızdan biridir. 
Moskva Abxaziya hakimiyyəti və müxalifəti arasında gərginliyin daha da artmasının qarşısını almağa imkan verən razılaşmaları nəzərə alıb. Abxaziyada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün lazımi şəraitin yaradılması vacibdir, anladığımız kimi, bu, 2025-ci il fevralın 19-na kimi baş tutmalıdır”
Mariya Zaxarova

Neytral Zona

21 Nov, 13:42


Ukrayna Krıma qanadlı raketlərdən istifadə etməklə hücum həyata keçirir.

Neytral Zona

21 Nov, 12:58


Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında hərbi cinayətlər törətməkdə şübhəli bilinən İsrailin Baş naziri Binyamin Netanyahunun və İsrailin keçmiş Müdafiə Naziri Yoav Qallantın həbsinə order verib

Neytral Zona

21 Nov, 10:35


Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu ləğv etməyi planlaşdırır.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

21 Nov, 06:19


Ermənistan mətbuatının yazdığı məlumata görə,sülh müqaviləsinin iki əsas şərti üzərində müzakirə gedir.
Birincisi Ermənistan-Azərbaycan münaqişəsində sərhəddə üçüncü ölkənin qüvvələrinin çıxarılması.İkincisi şərt isə sərhəd və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsidir.

Neytral Zona

21 Nov, 05:48


Hərbi ekspert Üzeyir Cəfərov Rusiya-Ukrayna müharibəsi haqda

Neytral Zona

21 Nov, 04:16


📊Bitkoin 96 min💵ötdü

Neytral Zona

21 Nov, 04:13


İsrailin 71 yaşlı təqaüdçüsü Livanda Hizbullahla gedən döyüşdə öldürülüb.

Neytral Zona

21 Nov, 04:06


Ukrayna ordusunun PUA bölmələri Rusiyanın Həştərxan vilayətinə hücumlar edir.

Neytral Zona

21 Nov, 03:48


Suriyanın mərkəzindəki Palmira şəhəri yaxınlığında hava hücumu nəticəsində biri briqada generalı da daxil olmaqla on suriyalı əsgər həlak olub. Bundan əvvəl Suriya Müdafiə Nazirliyi İsrailə aid etdiyi hücumda 36 nəfərin öldüyünü, 50-dən çox insanın yaralandığını bildirmişdi.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

21 Nov, 03:38


Ukraynanın bütün ərazisində hava hücumu ilə bağlı həyəcan siqnalı verildi.

Neytral Zona

18 Nov, 20:52


İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli hərbi zabiti, polkovnik Məhəmməd Rza Bəyazipur İran İslam Respublikasının Kirman vilayətinin Rəfsəncan şəhərində öldürülüb.

Neytral Zona

18 Nov, 20:43


Netanyahu: Aprel ayında Tehran ətrafında dörd S-300 batareyasından birini məhv etdik.

İkinci hücumdan sonra biz digər üç batareyanı məhv etdik və İranın raket istehsal etmək qabiliyyətini zədələdik.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

18 Nov, 18:42


Borrell:

"Aİ xarici işlər nazirləri Rusiya Federasiyası ərazisində Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı ümumi qərar qəbul etməyiblər, hər bir ölkə özü qərar verir".

Neytral Zona

18 Nov, 18:34


Borrell bildirib ki, Kiyev ABŞ-dan Rusiyanın “300 km-ə qədər” dərinliyinə zərbə endirmək üçün icazə alıb.

Neytral Zona

18 Nov, 18:31


Rusiya Beynəlxalq Məhkəməyə Kiyevin Donbasda soyqırım törətməsi ilə bağlı material təqdim edib. Material 522 səhifə mətn və 10 min səhifəlik əlavələrdən ibarətdir.

Neytral Zona

18 Nov, 17:34


Pentaqonun məlumatına görə, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS tərəfdaşlığı çərçivəsində hipersonik silahlarının birgə sınaqdan keçirilməsinə dair saziş imzalayıblar.

Neytral Zona

18 Nov, 16:59


Mariya Zaxarova:

"Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin hərbi əməliyyatlarda bilavasitə iştirakı demək olacaq və münaqişənin mahiyyətini dəyişəcək.

Zelenskinin dua etdiyi heç bir “möcüzə silahı” xüsusi əməliyyatın gedişatına təsir edə bilməyəcək”.

Neytral Zona

18 Nov, 16:26


Benyamin Netanyahu
İsrailin keçən ay İrana cavab hücumu onun müdafiə və raket istehsal imkanlarını aşağı salıb və həmçinin nüvə proqramının bir elementinə zərbə vurub.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

18 Nov, 16:22


Şin Bet (İsrail Təhlükəsizlik Agentliyi) rəhbəri Ronen Bar, girovlarla bağlı razılaşma əldə etmək səylərini müzakirə etmək üçün şənbə günü Türkiyəyə səfər edib,Walla mövzu ilə tanış olan mənbələrə istinadən bazar ertəsi bildirib

Neytral Zona

18 Nov, 14:15


İsrail təyyarələri Livanın cənubundakı Nəbatiyyə şəhərindəki biznes mərkəzinə zərbələr endirib.

2 nəfərin öldüyü deyilir.

Neytral Zona

18 Nov, 12:18


Yunanıstanda keçirilən "Olimpiya Əməkdaşlığı 24" hərbi təlimində Yunanıstan, Albaniya, Ermənistan, Avstriya, Bolqarıstan, Fransa, Gürcüstan, İordaniya və Kipr Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.

Neytral Zona

18 Nov, 08:29


Donald Tramap:

"Putin və Zelenskini mənimlə görüşməyə və Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll etməyə çağırıram. Biz heç vaxt III Dünya Müharibəsinə indi olduğumuz qədər yaxın olmamışıq. Biz qətli dayandırmalı və III Dünya Müharibəsinin qarşısını almalıyıq".

Neytral Zona

18 Nov, 06:47


HƏMAS-ın rəhbərlik etdiyi 7 oktyabr hücumlarının amerikalı qurbanlarının ailələri ABŞ federal məhkəməsinə İrana və bir sıra əlaqəli silahlı qruplaraa qarşı iddia qaldıraraq Tehranın hücumda iştirakına dair yeni sübutlar təqdim ediblər.

Neytral Zona

18 Nov, 04:31


Rusiya Müdafiə Nazirliyi ötən gecə Moskova,Bryansk,Kursk,Belqorod və Tula bölgəsində ümumilikdə Ukraynaya məxsus 59 PUA zərərsizləşdirdiyini açıqladı.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

18 Nov, 04:09


Rusiyanın dərinliklərindəki hədəflərinin vurulmasında istifadə olunan raketlərin müharibədəki effekti F16-lar kimi olacağını düşünürəm.
Bu icazə dünyaya Ukraynanı dəstəkləyən müttəfiqlərin özlərini müttəfiqliyə sadiqlik kimi göstəriləcək.Raketlərin sayı dəqiq bilinməsə də müəyyən sayda olması və hədəflərin seçilməsində müttəfiqlərin yaxından iştirakı şübhə doğurmur.Rusiya bu raketləri zərərsizləşdirməyə çalışsa da bütün raketlərin məhvi mümkünsüzdür.Rusiya kəşfiyyat məlumatlarına əsasən raketlərin anbarlarını və atış yerlərini vurmaqla bərabər quru sahəsində də hücumları artıracaq.
İstənilən halda ərazi itirilməsi baxımından Ukrayna,hərbi-iqtisadi cəhətdən Rusiya itirəcək.
Qazanan isə müttəfiqlər olacaq.2025 ci il Ukraynanın ərazi itirilməsi fonunda Rusiya ilə razılmaşma görünür.
#Zaur #Emil

Neytral Zona

17 Nov, 19:51


Ermənistan mətbuatında Ermənistanın Müdafiə Naziri Suren Papikyanın vəzifədən azad ediləcəyi haqda xəbərlər dolaşır.

Neytral Zona

17 Nov, 19:45


Nikol Paşinyan Daxili İşlər Naziri Vahe Qazaryanı, İqtisadi və Sosial məsələlər naziri Qnel Sanosyanı, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyanı və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanı işdən azad edib.

Neytral Zona

17 Nov, 19:36


Fransa mətbuatı
Fransa və Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərindəki hədəflərə STORM SHADOW/SCALP raketindən istifadə etməklə zərbə endirilməsinə icazə verdi.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

07 Nov, 17:15


İsrailin Qəzzada məktəbə çevrilən sığınacağa hücumu nəticəsində azı 12 nəfər ölüb

Neytral Zona

07 Nov, 15:00


https://youtu.be/DD3deUwhfIA?si=_8iZ8FTxFlYhdyy7

Neytral Zona

07 Nov, 14:25


İsrail yeni nəsil F-15 qırıcıları üçün 5,2 milyard dollarlıq müqavilə imzalayıb

Neytral Zona

07 Nov, 14:07


ABŞ-ın F-15E qırıcı təyyarələrinin eskadrilyası İranın gözlənilən hücumundan əvvəl İsrailə yollandığını bildirib

Neytral Zona

07 Nov, 13:57


“Sualtı hücum xüsusi təyinatlı kursu"nun buraxılış mərasimi keçirilib

Neytral Zona

07 Nov, 13:52


Prezident İlham Əliyevin sərəncam ilə Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib.

Neytral Zona

07 Nov, 10:27


Kanada hökuməti ilk sifarişli NASAMS hava hücumundan müdafiə sistemini Ukraynaya göndərdiyini açıqlayıb.
Ən yeni xəbər üçün👉Neytral Zona

Neytral Zona

07 Nov, 10:15


Cənubi Qafqazda vəziyyət hələ də ağırdır, lakin yaxşılaşma üçün ilkin şərtlər var ki, Qərb bunun qarşısını alır. Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən 12-ci iclası zamanı deyib.

Neytral Zona

07 Nov, 08:31


MDB ölkələri 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlayır.

Birliyin baş katibi Lebedev

Neytral Zona

07 Nov, 05:47


Vətən Mühəribəsinin 42 ci günü

Neytral Zona

06 Nov, 20:24


İsrail ordusunun çərşənbə günü verdiyi məlumata görə, İsrail ordusunun 252-ci Ehtiyat Diviziyası yüzlərlə Həmas üzvünün zərərsizləşdirilməsi, 6 mildən çox əsas tunel şəbəkəsinin məhv edilməsi və onlarla Həmasa aid infrastrukturun sökülməsi daxil olmaqla, aylarla davam edən gərgin döyüşlərdən sonra Qəzzanın mərkəzindəki missiyasını başa çatdırıb. Digər məlumata görə,artıq 99-cu Diviziya əraziyə görə məsuliyyəti öz üzərinə götürəcək.

Neytral Zona

06 Nov, 20:10


Bayden administrasiyası Tramp Ağ Evə qayıtmazdan əvvəl təcili olaraq Ukraynaya dəyəri 6 milyard dollardan çox olan yekun yardım paketi göndərməyi planlaşdırır.

Politico

Neytral Zona

06 Nov, 18:51


Ordularda qeyri-döyüş itkiləri normal haldır. Hətta hərbi təlimlərdə belə müəyyən faiz itkinin olması göz önünə alınır. Bu o demək deyil ki, qeyri-döyüş itkilərinə göz yumulmalıdır. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır.
Xatırlayırıqsa, bir müddət əvvəl (21 oktyabr) hərbi qulluqçu ürəktutmasından vəfat etdi. Əslində o vaxt bu barədə yazmaq istəyirdim. Sadəcə olaraq dəqiqləşdirə bilmədim ki, həlak olan hərbi qulluqçu çağırışçıdır, yoxsa müddətdən artıq xidmət edən şəxsdir.
Çağrışçıdırsa, orduya necə göndərilib onu sorğu-sual etmək lazımdır. Yox, çağırışçı deyilsə, problemi olduğu halda orduda necə saxlanılıb?
Diqqət ediriksə, ölkədə intiharların sayı artan vaxt orduda da intiharların sayı artır. Yəni, ordu cəmiyyətin bir parçasıdır. Ölkədəki hazırkı vəziyyəti göz önünə alsaq, oğlan uşaqlarının böyüdülmə şəklinə nəzər yetirsək psixoloji testlərə ciddi ehtiyacın olduğunu görərik. Həkim dostlar var, açıq şəkildə deyirlər ki, ölkədə geylik ciddi problem çevrilməkdədir. Bu məsələnin üzərinə çox getməyəcəm, hər kəsin bir tanış həkimi var, soruşa bilərsiniz.
Misal üçün son zamanlar ailələr açıq şəkildə deyirlər ki, uşaq əsgərə getmək istəmir. Valideyinlərin sözlərinə görə, uşaq deyir, əsgərə getsəm, özümü öldürəcəm. Çağırışçları tibbi müayindən keçirilir, ancaq psixoloji testlərdən keçirilmir. Keçirilirsə də, yola verilir. Yəni, bir şəxsin əgər psixoloji problemləri varsa, onu orduya aparmaq və o şəxsin orduda xidmət etməsi özü üçün bir təhlükədirsə, ordu üçün daha betər təhlükədir. Təsəvvür edin, psixoloji problemi olan biri ordu sıralarına qoşulur. Əslində o şəxs komandirin qucağına atılmış əl bombası kimi bir şeydir. Hər an partlaya bilər. Bir psixoloji problemi olan şəxs bir zabitin karyerası ilə də oynamış olur.
Hesab edirəm ki, psixoloji testlərə ciddi ehtiyac var. Bu önəmli bir məsələyə çevrilməlidir. Əsgərlikdə olduğum dönəmdə iki intihar edib ölən, birininsə qollarını doğrayan görmüşəm. Ölənlərin səbəbləri çox araşdırıldı, ortaya bir nəticə çıxmadı, ancaq bölük komandiri həbsə getdi. Özün doğrayana gəldikdə, ilk gündən hamı ona psixoloji problemi olan adam kimi baxırdı. O əsgərə görə də komandir cəzalandırıldı. Demirəm, komandirlər məlkdir, onların bir rolu yoxdur, ancaq orduya göndərilən əsgər də normal olmalıdır. Əsgərlikdə olan vaxt zabitlərin bəziləri deyirdi, biz kursant olanda züml verirdilər. Bunlar dözmür. Adam anlamırdı ki, ona heç kim məcburi zülm verməyib, bu sənəti özü seçib. Seçdiyi sənətə görə də, çəkdyi əziyyətin acısını əsgərdən çıxmamalıdır. Psixoloji problemi olan biri orduya gedib, bir qədər əziyyət görən kimi, onda olan problemlər daha da dərinləşir. Ona görə də, bu məsələyə diqqət ayırılmalıdır.

Səxavət Məmməd

Neytral Zona

06 Nov, 18:18


Minlərlə israilli baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qallantı istefaya göndərməsindən sonra ikinci gecə etiraz aksiyası keçirmək üçün toplaşıb

Neytral Zona

06 Nov, 16:36


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Neytral Zona

06 Nov, 14:51


Təxliyə çağırışından sonra İsrail Beyruta zərbələr endirib.

Neytral Zona

06 Nov, 14:48


Ermənilərə yaxınlığı ilə tanınan senator Şift Trampa qarşı məhkəmə işində daha çox fəallıq nümayiş etdirib

Neytral Zona

06 Nov, 14:06


Ukrayna dronları Rusiyanın Xəzər dənizində yerləşən gəmisinə zərbə endirib

Neytral Zona

06 Nov, 09:13


Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən daha iki kəndi işğal edib.

Neytral Zona

06 Nov, 08:46


İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində 20 nəfər həlak olub.