Quran və Hədis Araşdırmaları @mirmehemmed_beshir Channel on Telegram

Quran və Hədis Araşdırmaları

@mirmehemmed_beshir


Quran və Hədis Araşdırmaları-10.03.2018

Quran və Hədis Araşdırmaları (Azerbaijani)

Quran və Hədis Araşdırmaları Telegram kanalı 10 mart 2018 tarixində məşhur müsəlman müdafiəçisi Mirməhəmməd Beşir tərəfindən yaradılmışdır. Bu kanal İslam dinin əsas mənbələri olan Qurani-Kərim və Hədisləri tədqiq edir və araşdırır. Mirməhəmməd Beşir, bu kanal vasitəsilə izləyicilərinə İslam dinin mənsub olduğu ən mühüm məlumatları və məqalələri çatdırmağa çalışır. Kanalın məqsədi insanları İslam dinin ən doğru şəkildə öyrənməsinə və başqaları ilə bölüşməsinə kömək etməkdir. Qurani-Kərim və Hədislər insanların həyatında mühüm yer tutan mətnlərdir və bu kanal vasitəsilə bu mətnlərə daha yaxından baxmaq və onların mənasını anlamaq mümkündür. Mirməhəmməd Beşir, uzun illərdir İslam dinini öyrənmə və təbliq etmə ilə məşğul olmuş bir simadır və bu kanal vasitəsilə bu sahədəki təcrübəsini izləyiciləri ilə paylaşmaq istəyir. Qurani-Kərim və Hədislər araşdırmaları ilə maraqlanırsınızsa və İslam dinini daha da yaxından tanımaq istəyirsinizsə, bu Telegram kanalı sizin üçün ideal bir mənbədir. Qurani-Kərim və Hədis Araşdırmaları kanalına abunə olaraq İslam dininə dair daha çox məlumat əldə edə bilərsiniz.

Quran və Hədis Araşdırmaları

14 Feb, 04:18


Bərat gününün əməlləri:
1). Oruc tutmaq.
2). Qüsl etmək.
3). İmam Zamanın (ə.f) ziyarətnaməsini oxumaq.

Bu gün həm də Cümə günüdür:
1. Sədəqə vermək.
2. Quran tilavəti (savabını peyğəmbərlər, imamlar, şəhidlər və ölənlərin ruhuna hədiyyə etmək).
3. Valideynləri və qohumları yoxlamaq
və sair kimi yaxşı əməllərin savabı birə min yazılır.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Feb, 04:05


🌹Mövlamız, ağamız, sərvərimiz, rəhbərimiz, Ali-Muhəmmədin Qaimi, Allah-taalanın yer üzərindəki Höccəti Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) mübarək mövludu münasibəti ilə hamınızı təbrik edirəm, əziz dostlar🌹

"... Allah-Taala bizə söz demək icazəsi verdiyi zaman haqq zahir olacaq, batil məhv olacaq və sizin sıxıntılı günləriniz qurtaracaq...".
İmam Mehdi (ə.f).
Şeyx Tusi, "Əl-Ğeybə, s.289.

Quran və Hədis Araşdırmaları

13 Feb, 12:16


Şəban ayının orucu dolanışığı yaxşılaşdırır
صِيَامُ شَهْرِ شعبان ذُخْرٌ لِلْعَبْدِ يَوْمَ الْقِيَامَةِ، وَ مَا مِنْ عَبْدٍ يُكْثِرُ الصِّيَامَ فِي شَعْبَانَ إِلَّا أَصْلَحَ اللَّهُ أَمْرَ مَعِيشَتِهِ وَ كَفَاهُ شَرَّ عَدُوِّهِ، وَ إِنَّ أَدْنَى مَا يَكُونُ لِمَنْ يَصُومُ يَوْماً مِنْ شَعْبَانَ أَنْ تَجِبَ لَهُ الْجَنَّةُ.
İmam Sadiq (ə) buyurdu: Ramazan ayının orucu mömin bəndənin Qiyamət günü üçün azuqə və zəxirəsidir. Hər kəs Şəban ayında çox oruc tutarsa, Allah-Taala onun məişət və güzəranını islah edər, yaxşılaşdırar və onu düşmənlərinin şərrindən qoruyar. Və həqiqətən də Şəban ayında bir gün oruc tutan şəxsin ən az qazancı cənnətin ona vacib olmasıdır.
Şeyx Səduq, "Fəzailu Əşhuris-Səlasə", hədis.19.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

09 Feb, 11:13


Daniyal nəbinin dəfni macərası

İranın fəthi müharibələrində Hormozan savaşından qayıdan Ərəb Xilafəti Ordusunun komandiri Əbu Musa Əşəri hazırda İranın Xuzistan əyalətinin iki yaxın şəhəri olan Şuş və Şuştər ərazisindən keçərkən onların mumyalanmış bir cəsəd qarşısında dua etdiklərini görür. Yerli əhali ona deyirlər ki, bu Daniyal nəbinin cəsədidir. Bizim yağış problemimiz olanda türbədə tabutda saxlanılan bu cəsədi türbədən açıq səmaya çıxardır və dua edirik. Allah-Taala yağış yağdırır. Biz ona türbəyə qaytaran kimi yağış dayanır.
Əbu Musa Əşəri bu barədə ikinci xəlifə Ömər bin Xəttaba yazır. Ömər isə bu barədə İmam Əli (ə) ilə məsləhətləşir. İmam Əli (ə) buyurur: O, qardaşım Daniyal nəbinin cəsədidir. Ona qüsl verin, kəfən edin, namaz qılın və üzü Kəbəyə dəfn edin. Sonra isə çayın suyunu onun dəfn edildiyi türbənin üzərinə döndərin ki, yaramaz adamlar qəbiri qarət etməsinlər".
Həmin zamandan Həzrət Daniyal nəbinin məzarı Xuzistan əyalətinin Şuş şəhərində ziyarətgahdır.
Daniyal nəbi İslam Peyğəmbərindən (s) sonra İslami qaydalar əsasında və üzü Kəbəyə dəfn edilmiş yeganə peyğəmbərdir.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

09 Feb, 11:13


İslami qaydalara əsasən dəfn edilən Bəni-İsrail peyğəmbəri kimdir?

Daniyal nəbi (ə)

Yəhuda ibn Yəqub ibn İshaq ibn İbrahimin dördüncü nəvəsi hesab edilən Həzrət Daniyal nəbi "Bəni-İsrail" peyğəmbərlərindən biridir.
Daniyal nəbi Beytul-Müqəddəsdə anadan olub. Adının mənası "Allah mənim hakimimdir" deməkdir.
Həzrət Daniyal qədim İran şahları Böyük Kuroş və Böyük Daryuş zamanında yaşayıb.
Onun adı Qurani-Kərimdə keçməsə də tarixi faktlar, Qurandan öncəki səvami kitablar və İslami hədislərdə keçib.
Həzrət Daniyal yuxu təbiri və qəzavəti (məhkəmə hakimliyi) ilə məşhur olub. Qədimdə yazılan hər bir yuxu yozma kitabında onun adı keçib.
İbri dilində olan müqəddəs kitablardan birinin adı "Daniyal kitabı"dır. Bu kitab Əhdi-Ətiqin 27-ci hissəsi sayılır və "məktublar" bölməsində yer almışdır. 12 fəsildən ibarət olan bu kitabı Həzrət Daniyal özü yazmışdır. Kitabın ilk yarısı (6 fəsl) Daniyal nəbinin həyatı və yuxu təbirlərini ehtiva edir. Kitabın ikinci yarısında Daniyal nəbinin öz yuxularından və həmin dövrün dövlətlərindən danışılır. Kitabın üçüncü yarısında (8-ci fəsildən 12-ci fəsilədək) axir-zamanda xilaskarın gəlişinə qədər baş verəcək hadisələr və müxtəlif hökumətlər barədə bəhs edilir.
Həzrət Davud peyğəmbərin nəslindən olan bu peyğəmbər axir-zamanda İslam peyğəmbərinin məbus olacağı ilə bağlı da məlumat verib.
Miladdan 655 il öncə Babil padşahı Nəbükadnessarın (Buxtun-Nəsər) Beytul-Müqəddəsə hücumu zamanı əsir düşən Daniyal nəbi yuxu yozma bacarığına görə Babil hakimiyyətinin saray əyanlarından birinə çevilir.
Babil İran şahı Kuroş tərəfindən fəth edildikdən sonra bütün yəhudi əsirlər azad edilir. Daniyal nəbi isə Kuroşla İrana gəlir. Kuroşun saray alimləri və vəzirləri sırasında böyük hörmətə sahib olur.
Kuroşun vəfatından sonra Daryuş hakimiyyəti ələ alır. Daniyal nəbi onun da sarayında öz məqamında qalır. Onun şaha daha çox yaxınlaşması və şahın digər vəzirlərə və saraya əyanlarına nisbətən daha çox Daniyal nəbiyə önəm verməsi saray əyanlarını və vəzirləri narahat etməyə başlayır. Daniyal nəbinin paxıllığını çəkən saray adamları onu şahın gözündən salmaq üçün plan hazırlayırlar.
Onlar Şaha deyirlər ki, sənin imzaladığın fərmana əsasən, 30 gün heç kim səndən başqa kimdənsə nəsə istəməməlidir. Bu qanuna əsasən hamı bütün ehtiyaclarını səndən istəyir, Daniyal nəbi isə özünü ibadət etdiyi Allahdan başqa hər kəsdən ehtiyacsız hesab edir.
Padşah məsələni eşidəndə işin nə yerdə olduğunu başa düşür və belə bir fərmanı imzaladığına görə peşiman olur. O, Daniyal nəbini nicat vermək üçün yollar axtarır. Amma madlar və parsların hakimiyyət qanunlarına əsasən padşahın imzaladığı fərman dəyişilməz idi. Buna görə də Daniyal nəbini "şirlər quyusu"na atırlar. Daniyal nəbi quyuya atılmağa aparılarkən padşah deyir: "Sənin ibadət etdiyin Allahdan istəyirəm ki, səni xilas etsin".
Daniyal nəbi quyuya atılan gecə İran şahı narahatlığından yemək yemədi, yatmadı və sübhədək oyaq qaldı. Səhər açılan kimi Daniyal nəbinin atıldığı quyunun başına gələrək qəmli səslə dedi: "Ey Allahın xidmətkarı! İbadət etdiyin Allah səni şirlərdən xilas etdimi?"
Quyudan Daniyal nəbinin səsi eşidildi: Padşahın ömürü daimi olsun! Bəli, Mənim Allahım öz mələyini göndərdi və məni xilas etdi. Çünki Allahın hüzurunda mənim təqsirim yoxdur və sənə qarşı da xəta etməmişdim".
Bunu eşidən padşah çox sevindi. Əmr verdi ki, Daniyal nəbini quyudan çıxartsınlar. Sonra əmr etdi ki, Daniyala hiylə quranları quyuya atsınlar. Daha sonra İran şahı hakimiyyəti altında olan bütün şəhərlərə məktub yazaraq hamıdan Daniyal nəbinin təbliğ etdiyi dinə və Allaha inanmağı tələb etdi: "Əmr edirəm ki, mənim məmləkətimin hər yerində Daniyalın Allahına ibadət edilsin, ona ehtiram olunsun! Çünki o diri və əbədidir, onun qüdrəti sonsuzdur, nicat verən odur, bağışlayan da odur, yerdə və göydə möcüzələr yaradan da odur".
Məşhur tarixə əsasən Daniyal nəbinin məzarı hazırda İranın Şuş şəhərində yerləşir. Bəziləri isə onun qəbrinin Misr, İraq və ya Türkiyədə olduğunu da deyiblər. Bir nəqlə görə də Teymurləng Daniyal nəbinin qəbrini İrandan Səmərqəndə daşıtdırıb.

Quran və Hədis Araşdırmaları

03 Feb, 10:24


İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində yazır: İmam Həsən (ə) buyurur: Sualın gözəlliyi (doğru qoyulması və aydın ifadə ilə bəyan edilməsi) elmin yarısı, insanlarla müdara etməyi, keçinməyi bacarmaq ağılın yarısı və dolanışıqda orta yolu tutmaq və qənaət etmək gəlirin və qazancın yarısıdır.
حسن‏ السؤال‏ نصف‏ العلم‏ و مداراة الناس نصف العقل و القصد في المعيشة نصف المئونة
İbn Əbil-Hədid, Nəhcül-bəlağə, c.18, s.108.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

02 Feb, 06:33


"Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə, Allah da onu sevər. Hüseyn "sibt"lərdən bir "sibt"dir."

«حُسَيْنٌ مِنِّي وَ أَنَا مِنْ حُسَيْنٍ، أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْنًا، حُسَيْنٌ سِبْطٌ مِنْ الْأَسْبَاطِ».

Həzrət Məhəmməd (s)

➡️Termizi (vf.279 hq), "əl-Cameus-Səhih", c.5, s.473, bab:31, hədis:3775.

➡️Digər əhli-sünnə hədis mənbələrindən İbn Macə ("əs-Sünən", hədis:144) və Əhməd ibn Hənbəl də ("əl-Müsnəd", hədis 17795) bu hədisi nəql ediblər.

Əhli-sünnə hədis qaynaqları və vəhabi hədisşünası Albani bu hədisi səhih hesab edirlər.

🔰Sibt o nəvəyə deyilir ki, babanın məqamının məsuliyyətini daşıyır və canişindir.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

31 Jan, 05:01


İmam Cəfər Sadiq (ə) buyurdu:
“Qəbirdə meyyitə namaz, oruc, həcc, sədəqə, dua və digər yaxşı əməllərin savabı çatır və bu əməllərin savabı həm əməlləri edənə və həm də meyyit üçün yazılır”.
تَدْخُلُ عَلَى الْمَيِّتِ فِي قَبْرِهِ الصَّلَاةُ وَ الصَّوْمُ- وَ الْحَجُّ وَ الصَّدَقَةُ وَ الدُّعَاءُ وَ الْبِرُّ وَ يُكْتَبُ أَجْرُهُ لِلَّذِي يَفْعَلُهُ وَ لِلْمَيِّتِ
İbn Fəhd Hilli, “Üddətud-Dai”, s.146.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

31 Jan, 05:01


🌞Həzrət İmam Cəfər Sadiq (ə) buyurdu:
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
"Hər kəs sübh və səhər çağı sədəqə verərsə, Allah-taala həmin günün nəhsliyini (şərini və bəlalarını) ondan uzaqlaşdırar".
Şeyx Küleyni, əl-Kafi, c.4, s.6, hədis:7.

Quran və Hədis Araşdırmaları

31 Jan, 04:01


Şəban ayı “istiğfar” və tövbə üçün ən gözəl fürsətdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ الطَّالَقَانِيُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الْهَمَدَانِيُّ قَالَ أَخْبَرَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ عَلِيَّ بْنَ مُوسَى الرِّضَا ع يَقُولُ‏ مَنِ اسْتَغْفَرَ اللَّهَ تَبَارَكَ‏ وَ تَعَالَى فِي شَعْبَانَ سَبْعِينَ مَرَّةً غَفَرَ اللَّهُ ذُنُوبَهُ وَ لَوْ كَانَتْ مِثْلَ عَدَدِ النُّجُومِ‏.

İmam Rza (ə) buyurur: “Hər kim Şəban ayında “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyərək günahlarından 70 dəfə tövbə edərsə, Allah-Taala onun günahlarını göyün ulduzlarının sayı qədər olsa da, bağışlayar.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

30 Jan, 10:57


Həqiqətən bu kişi sənin imamındır, yoxsa, dildə deyirsən?!

Ölümü xatırlamaq insana dünyanın həqiqətən də çox tez keçici olan dərdlərini unutdurur, qarşıda onu daha böyük bir problemin gözlədiyini xatırlayır, dünya sevgisini ürəyindən çıxarır, dünyəvi problemləri asan ötüşdürür, nəfsini təmizləməyə çalışır və onu gözləyən çətin yolçuluq üçün hazırlaşır.
İmam Zeynülabidin Əli ibn Hüseyn (ə) buyurur:
“(Əmim) İmam Həsən ibn Əli ibn Əbi Talib (ə) öz zamanında insanların ən çox ibadət edəni, ən zahidi və ən fəzilətlisi idi... (bununla belə) o, nə zaman ölümü, qəbiri, Qiyamət gününü, məhşərdə dayanmağı və Sirat körpüsünü keçməyi və axirətdə əməllərimizlə Allahın qarşısına çıxacağımızı xatırlayırdısa, hönkür-hönkür ağlayar, fəryad edib huşunu itirərdi.”
«أنَّ الْحَسَنَ بْنَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ (علیهم السلام) كَانَ أَعْبَدَ النَّاسِ فِي زَمَانِهِ وَ أَزْهَدَهُمْ وَ أَفْضَلَهُمْ ... وَ كَانَ إِذَا ذَكَرَ الْمَوْتَ بَكَى وَ إِذَا ذَكَرَ الْقَبْرَ بَكَى وَ إِذَا ذَكَرَ الْبَعْثَ‏ وَ النُّشُورَ بَكَى وَ إِذَا ذَكَرَ الْمَمَرَّ عَلَى الصِّرَاطِ بَكَى وَ إِذَا ذَكَرَ الْعَرْضَ‏ عَلَى اللَّهِ تَعَالَى ذِكْرُهُ شَهَقَ شَهْقَةً يُغْشَى عَلَيْهِ مِنْهَا...».
Şeyx Səduq, əl-Əmali, s.178, hədis:8.
P.S: Əgər bu İmam Həsəndirsə (ə), onda biz bu əməllərimizlə, bu qəflət yuxusunda yatmağımızla, saatlarla Allahın bizə verdiyi ömür sərmayəsini faydasız işlərdə xərcləməklə, görəsən kimin şiəsiyik?!
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

30 Jan, 08:26


Münafiqlərdən olmamaq üçün son fürsət

Salmanın nəql etdiyi Rəcəb ayı namazı

Cənab Salmanın (r.ə) Həzrət Rəsulullahdan (ə) rəvayət etdiyi hədisdə deyilir ki, “hər kəs Rəcəb ayında bu namazı qılarsa, Allah-taala onun bütün günahlarını bağışlayar, ona Rəcəb ayının tamamını oruc tutmuş şəxsin savabını verər, (bu namazı qıldığı andan) Allah yanında qarşıdan gələn bir ilin namazını qılmışlardan sayılar (yəni həmin gün vəfat edərək dünyadan belə gedərsə, qarşıdan gələn yaşamadığı bir ilin namazının savabı onun üçün yazılar), həmin namazı qıldığı hər gün üçün ona Bədr döyüşü şəhidlərindən bir şəhidin əməlinin savabı yazılar. Rəcəb ayında oruc tutduğu hər gün üçün ona bir ilin orucunun savabı verilər və Cənnətdəki məqamı min dərəcə yüksələr... Bu namazın hər bir rəkətinə minlərlə rəkətin savabı verilər, Cəhənnəm odudan xilas olmaq və Sirat körpüsünü keçmək üçün bəraət yazılar.
Peyğəmbər (s) buyurdu: Ey Salman, Cəbrail (ə) bu barədə mənə xəbər verərək dedi: Ey Məhəmməd (s)! Bu namaz sizinlə münafiqlər arasında bir əlamətdir. Çünki münafiqlər bu namazı qılmazlar (qıla bilmələri üçün onlara İlahi tövfiq nəsib olmaz).”

Bu namaz 30 rəkətdir.
Rəcəb ayının ilk günü on rəkət,
ortasında on rəkət
və son günü on rəkət qılınır.

Ümumilikdə 15 ədəd iki rəkətli namaz qılınır, eyni ilə Sübh namazı kimi, yəni hər iki rəkətin sonunda təşəhhüd və salam oxunur.

Hər rəkətdə Həmddən (Fatihə surəsi) sonra “Qul hu vəllah” və “Qul ya əyyuhəl kafirun” surələrinin hər biri üç dəfə oxunur.

Namazı bitirdikdən sonra əllərini səmaya ucaldır, aşağıdakı duanı oxuyursan, oxuduqdan sonra əllərini üzünə çəkirsən və hacətlərini Allahdan istəyirsən: “La ilahə illəllah, vəhdəhu, la şərikə ləhu, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun la yəmut, bi-yədihil xəyru, və huvə əla kulli şəyin qədir, - ilahən, vahidən, əhədən, fərdən, səmədən, ləm yəttəxiz sahibətən və la vələdən, - Əllahummə la maniə lima əətəytə, və mutiyə limən mənəətə, və la yənfəu zəl-cəddi minkəl cəddu, - və səlləllahu əla Muhəmmədin və alihit-tahirin, və la quvvətə illa billahil-əliyyil-əzim.”

«لا إِلهَ إِلَّا اللَّهُ‏ وَحْدَهُ‏ لا شَرِيكَ لَهُ‏، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ، يُحْيِي وَ يُمِيتُ،‏ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ، وَ هُوَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ، - إِلهاً واحِداً أَحَداً فَرْداً صَمَداً لَمْ يَتَّخِذْ صاحِبَةً وَ لا وَلَداً - اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ، - وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ».
Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.818.

@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

30 Jan, 06:46


İldə oruc tutulması müstəhəb olan dörd əsas gün
İshaq ibn Abdullah əl-Ələvi deyir: Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar bu məsələni öyrənmək üçün (şiələrin onuncu məsum imamı) mövlamız Həzrət Əbulhəsən Əli ibn Məhəmməd ən-Nəqi əl-Hadinin (ə) hüzuruna gəldilər. O zaman imam (ə) Samerraya sürgün edilməmişdi və Sürya adlı bir yerdə yaşayırdı.
Onlar imamla (ə) görüşərək dedilər ki, ey bizim Seyyidimiz, sənin yanına ixtilaf etdiyimiz bir məsələyə görə gəlmişik.
İmam Əli ən-Nəqi (ə) buyurdu: Bəli, bilirəm, məndən ilin hansı dörd günündə oruc tutmağın daha çox savab olduğunu soruşmaq üçün gəlmisiniz.
Onlar (təəccüb və heyranlıqla) dedilər: Bəli, ey seyyidimiz, biz yalnız bunun üçün sizin yanınıza gəlmişik.
İmam (ə) onlara buyurdu: “İl ərzində oruc tutulması savab olan o dörd gün bunlardır:
1) Rəbiul-Əvvəl ayının on yeddisi: Həmin gün Allahın Rəsulu (s) anadan olub.
2) Rəcəb ayının iyirmi yeddisi: Həmin gün Allah-taala həzrət Rəsulullahı (s) peyğəmbərliyə seçilib.
3) Zil-Qədə ayının iyirmi beşi: Bu gün Dəhvül-ərz günüdür, yer kürəsi Kəbə evinin altında genişlənməyə başladı. Həmçinin həmin gün Həzrət Nuhun (ə) gəmisi (baş verən böyük tufandan sonra) Cudi dağında dayandı.
Hər kəs bu günü oruc tutarsa, bu oruc onun yetmiş il günahlarının kəffarəsi olar.
4) Zil-Hiccə ayının on səkkizi: O, Qədir-Xum günüdür. Həmin gün Allahın Rəsulu (s) (imamət və vilayət məqamına seçdiyi) Əmirəlmöminin İmam Əlini (ə) insanlara hidayət bayrağı təyin etdi.
Hər kəs bu günü oruc tutarsa, bu oruc onun altımış ilin günahlarının kəffarəsi olar.”
وَ رَوَى إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ الْعَلَوِيُّ الْعُرَيْضِيُّ قَالَ: اخْتَلَفَ أَبِي وَ عُمُومَتِي فِي الْأَرْبَعَةِ الْأَيَّامِ تُصَامُ فِي السَّنَةِ.
فَرَكِبُوا إِلَى مَوْلَانَا أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُحَمَّدٍ (علیه السلام)، وَ هُوَ مُقِيمٌ بِصُرْيَا قَبْلَ مَصِيرِهِ إِلَى سُرَّ مَنْ رَأَى.
فَقَالُوا: جِئْنَاكَ يَا سَيِّدَنَا لِأَمْرِ اخْتَلَفْنَا فِيهِ.
فَقَالَ (علیه السلام): نَعَمْ، جِئْتُمْ تَسْأَلُونِّي عَنِ الْأَيَّامِ الَّتِي تُصَامُ فِي السَّنَةِ؟
فَقَالُوا: مَا جِئْنَاكَ إِلَّا لِهَذَا.
فَقَالَ (علیه السلام):
الْيَوْمُ السَّابِعَ عَشَرَ مِنْ رَبِيعٍ الْأَوَّلِ وَ هُوَ الْيَوْمُ الَّذِي وُلِدَ فِيهِ رَسُولُ اللَّهِ (ص).
وَ الْيَوْمُ السَّابِعُ وَ الْعِشْرُونَ مِنْ رَجَبٍ وَ هُوَ الْيَوْمُ الَّذِي بَعَثَ اللَّهِ فِيهِ رَسُولَ اللَّهِ (ص).
وَ الْيَوْمُ الْخَامِسُ وَ الْعِشْرُونَ مِنْ ذِي الْقَعْدَةِ وَ هُوَ الْيَوْمُ الَّذِي دُحِيَتْ فِيهِ الْأَرْضُ‏ (من تحت الكعبة)، وَ اسْتَوَتْ (استقرّت) سَفِينَةُ نُوحٍ عَلَى الْجُودِيِّ.
فَمَنْ صَامَ ذَلِكَ الْيَوْمَ كَانَ كَفَّارَةَ سَبْعِينَ سَنَةً.
وَ الْيَوْمُ الثَّامِنَ عَشَرَ مِنْ ذِي الْحِجَّةِ وَ هُوَ يَوْمُ الْغَدِيرِ، يَوْمٌ نَصَبَ فِيهِ رَسُولُ اللَّهِ (ص) عَلِيّاً أَمِيرَ الْمُؤْمِنِينَ عَلَماً.
وَ مَنْ صَامَ ذَلِكَ الْيَوْمَ كَانَ كَفَّارَةَ سِتِّينَ عَاماً.
Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.819.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

30 Jan, 04:56


Astronomik mərkəzlərin verdiyi məlumata əsasən, bu gün, 30 Yanvar 2025-ci il, həftənin Cümə Axşamı günü, 29 Rəcəb 1446-cı il, yeni ayın (Şəban) hilalını havası saf və buludsuz olan regionlarda adi gözlə görmək olacaq.
وضعية هلال شهر شعبان 1446 في بعض مدن العالم | مرکز البحوث و الدراسات الفلکیة
پیش بینی وضعیت هلال ماه شعبان 1446 در برخی از شهرهای مهم جهان | مرکز مطالعات و پژوهشهای فلکی - نجومی
Bu hesabla bu gün Rəcəb ayının sonuncu günü və bu axşam mübarək Şəban ayının ilk gecəsi və sabah (31 yanvar 2025-ci il) Şəban ayının ilk günü olacaq, İnşaallah.
Belə olan halda bu il Fevral ayı 28 gün olduğu üçün Martın ayının biri “şəkli gün olacaq”: Şəban ayı 29 gün olarsa, mübarək Ramazan ayı Martın birində başlayacaq. Əgər Şəban ayı 30 gün olarsa, mübarək Ramazan ayı Martın 2-də başlayacaq. Mart ayı da 31 gün olduğu üçün mübarək Ramazan ayı 29 gün olduğu təqdirdə Fitr bayramı Martın ayının 31-ə, Ramazan ayı 30 gün olarsa isə, Fitr bayramı Aprel ayının 1-ə təsadüf edəcəkdir.
Allah-taala bizlərə bu mübarək aylarda ibadət etməyi, Quran oxumağı və nəfsimizi paklamağı nəsib etsin, İnşaallah.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

27 Jan, 23:38


Məbəs bayramınız mübarək əziz dostlar

Bu müqəddəs bayramın gecəsi və gündüzündə edilən hər bir yaxşı əmələ görə Allah-Taala 60 ilin ibadətinin savabını verəcək.
Bu müqəddəs bayramın əməllərindən biri də Allah yolunda imkansızlara sədəqə, ehsan və xeyrat etməkdir. (Seyyid Tavus, "İqbalul-Ə'mal", c.2, 679.)

Quran və Hədis Araşdırmaları

27 Jan, 15:51


Məbəs (besət) gecəsi və gününün namazı
Besət bayramı gecəsi və gününün əməllərindən biri də 12 rəkət namazdır.
Bu namaz eyni ilə Sübh namazı kimi 6 dəfə iki rəkət (altı salam) formasında və "Məbəs bayramı gününün namazı" niyyəti ilə qılınır.
Namazı bitirdikdən sonra və ya hər iki rəkətdən sonra Həmd, İxlas (Tövhid), Fələq və Nas surələrinin hər birini 4 dəfə və həmçinin aşağıdakı zikrlərin hər birini 4 dəfə oxumaq lazımdır – (bəzi kitablarda isə buna Qədr surəsi, Kafirun surəsi və Ayətul-Kursi də əlavə olunub, həm surələrin və həm də aşağıdakı zikrlərin hər birinin 7 dəfə oxunması tövsiyə edilib):
“Subhanəllahi, vəl-həmdu lillahi, və la ilahə illəllahu, vəllahu əkbər”.
“La həv lə və la quvvətə illa billahil-əliyyil əzim”.
“Əllahu Əllahu Rəbbi, la u‏şriku bihi ‏şəya” (Allah, Allah, mən Rəbbimə heç nəyi ş‏ərik qoş‏muram).
“La uş‏riku birəbbi əhəda” (Mən heç kəsi Rəbbimə ‏şərik etmirəm).
Namazlardan sonra isə bu duanı oxumaq yaxşıdır:
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَداً وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيراً يَا عُدَّتِي فِي مُدَّتِي يَا صَاحِبِي فِي شِدَّتِي يَا وَلِيِّي فِي نِعْمَتِي يَا غِيَاثِي فِي رَغْبَتِي يَا نَجَاحِي (نجاتی) فِي حَاجَتِي يَا حَافِظِي فِي غَيْبَتِي يَا كَافِيَ‏ (كالئی) فِي وَحْدَتِي يَا أُنْسِي فِي وَحْشَتِي أَنْتَ السَّاتِرُ عَوْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُقِيلُ عَثْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُنْعِشُ‏ صَرْعَتِي‏ فَلَكَ الْحَمْدُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْتُرْ عَوْرَتِي وَ آمِنْ رَوْعَتِي وَ أَقِلْنِي عَثْرَتِي وَ اصْفَحْ عَنْ جُرْمِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي‏ فِي أَصْحابِ الْجَنَّةِ وَعْدَ الصِّدْقِ الَّذِي كانُوا يُوعَدُونَ‏
"Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti, ya sahibi fi şiddəti, ya vəliyyi fi niməti, ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti, ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs-satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl munişu sərəti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəstur əvrəti və amin rəvəti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs-sidqilləzi kanu yuədun." (Şeyx Tusi, “Misbahul-Mütəhəccid”, c.2, s.816; Şeyx Abbas Qumi, "Məfatihul-Cinan", Rəcəb ayının 27-ci gününün əməlləri.).
Tərcüməsi:
(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!)
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

27 Jan, 15:44


Məbəs bayramınız mübarək olsun, əziz möminlər

Bu gecənin sübhündə Həzrət Məhəmməd Mustafa (s) peyğəmbərliyə seçilib və Allah-Taala bizi müsəlman olmaq neməti ilə şərəfləndirib.
Bu gecə ən fəzilətli və mübarək gecələrdən biridir.
Bu gecə üçün bir sıra xüsusi əməllər qeyd edilib, yəqin ki, artıq sosial şəbəkələr vasitəsilə əlinizə çatıb.
Mən burada təkcə bir hədisi xatırlatmaq istəyirəm. Şeyx Tusi "Misbahul-Mutəhəccid" kitabında İmam Məhəmməd Təqidən (ə) nəql edir ki, Məbəs gecəsi (yəni Rəcəb ayının 26-dan 27-ə keçən gecə) etdiyiniz hər bir yaxşı əmələ görə, Allah-Taala 60 ilin ibadətinin savabını verəcək.

Buna görə də bu gecənin saniyələrini belə hədər verməyin və israf etməyin, heç bir əməli kiçik saymayın:

1. Salavat zikri (Əhli-beytə və ölənlərin ruhuna hədiyyə edə bilərsiz.).
2. Quran tilavəti.
3. Namaz.
4. İstiğfar zikri.
5. Peyğəmbəri (s) və İmam Əlinin (ə) uzaqdan ziyarət etmək.
Digər məsumları, xüsusilə xanım Zəhranı (s) ziyarət etmək.
Xanım Xədicəni (s), İslam şəhidlərini və din alimlərini salavatla yad etmək.
6. Xəstələri ziyarət etmək.
7. Valideynləri və qohumları ziyarət etmək.
8. Az da olsa sədəqə vermək.
9. Qəbiristanlıq əhlini ziyarət etmək...
və onlarla belə əməllər.

P.S: Yazdığım əməllər bu gecənin xüsusi əməlləri deyil, amma siz hansı birini etsəniz, İmam Məhəmməd Təqidən (ə) rəvayət olunan hədisə görə, Allah-Taala 60 ilin yaxşı əməlinin savabını verəcək, İnşaallah.
t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

26 Jan, 07:46


"Nəfsini hesaba çəkməyən bizdən deyil".
İmam Kazim (ə)

İnsan hər gün özünü hesaba çəkməlidir ki, ömrünün başa vurduğu hissəsində nə etmişdir və nə qazanmışdır.

İmam Musayi-Kazim (ə) buyururlar ki, "Hər gün öz nəfsini hesaba çəkməyən və sorğulamayan kəs bizim şiəmiz deyil. İnsan nəfsini hesaba çəkməlidir, baxmalıdır ki, əgər yaxşı işlər görübsə, Allahdan bu işlərin çoxalmasını istəsin, yox, əgər görsə ki, pis işlər görüb, Allahdan bağışlanmasını istəsin və tövbə etsin".
«لَیسَ مِنَّا مَنْ لَمْ یحَاسِبْ نَفْسَهُ فِی كُلِّ یوْمٍ فَإِنْ عَمِلَ حَسَناً اسْتَزَادَ اللَّهَ وَ إِنْ عَمِلَ سَیئاً اسْتَغْفَرَ اللَّهَ مِنْهُ وَ تَابَ إِلَیهِ»
İnsanın özü üçün hesab saatı olmalıdır. Həmin saatda mühasibə etməlidir ki, nə iş görüb və gördüyü işlər ona nə qazandırıb?
Özünə deməlidir ki, Allah-Taala bu gün mənə 24 saat ömür vermişdi, vaxt vermişdi, mən bu 24 saatı hara xərclədim, nə etdim, verilən bu vaxt ərzində nə qazandım? Axı mənə verilən bu saatlar barədə Bərzəxdə və Qiyamət günü məndən soruşacaqlar!
Biz dünya qazancımız barədə (hər saniyəmizdə) fikirləşirik, hesablama aparırıq, necə qazancam, haradan əldə edəcəm, hara və necə xərcləyəcəm, zərərim və faydam nə olacaq, ya bunların heç biri olmayacaq. Əgər Allahın verdiyi ömür barədə də bu sualları özümüzdən soruşmuruqsa, hansı xeyirli işləri gördüyümüzü, hansı ibadəti və hansı xidməti etdiyimizi düşünmürüksə, imam (ə) buyurur ki, bizdən deyilsiz!
Gərək nəfsimizi hesaba çəkək! Əgər ibadət etmişik, Allah bəndələrinə faydamız toxunubsa, xidmət etmişiksə, Allaha bu tövfiqə görə şükür edək və Allahdan istəyək ki, tövfiqatımızı daha da çox etsin. Yox, Allah eləməmiş, ayağımız sürüşübsə, günah etmişiksə, Allahdan bağışlanmaq diləyək və tövbə edək.

Dahi İslam mütəfəkkiri, fəqih, mütəkəllim, filosof, Quran təfsirçisi, Rəbbani alim, arifi-salik, mücahid fi-səbilillah,
Həzrət Ayətullah Üzma Şeyx Abdullah Cavadi Amuli
(Allah ömrünü uzun etsin və vücudunu qorusun)

P.S: Əgər nəfsimizi hesaba çəkməsək, hər gün qafilliyimiz çoxalacaq, günah günah üstünə gələcək. Bir də görəcəyik ki, ruhumuz və qəlbimiz qaralıb, xeyir əməllərin sorağına getmir, faydalı söz eşitmək istəmir, moizə təsir etmir, biri bizi pis işimizə görə danlayanda tez narahat oluruq, günahlarımıza yaxşı don geyindirməyə və yaxşı iş kimi göstərməyə çalışırıq. Allah eləməsin ki, insanı günah bu yerə çatdırsın...". @mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

25 Jan, 16:29


Hüseyn ibn Raşid deyir: İmam Əbu Əbdillah Cəfər Sadiqdən (ə) soruşdum: Bildiyimiz bu bayramlardan başqa bir bayram var?
İmam (ə) buyurdu: “Bəli, o bayramların ən şərəflisi və ən kamili Rəsulullahın (s) məbus olduğu (peyğəmbərliyə seçildiyi) gündür.”
Dedim: O hansı gündür?
İmam (ə) buyurdu: “Günlər dövr edir, o şənbədir*, Rəcəb ayının iyirmi yeddinci günüdür.”
Dedim: O gün nə edək?
İmam (ə) buyurdu: “Oruc tutun və Muhəmməd (s) və övladlarına (ə) çoxlu salavat deyin.”
* “o şənbədir” qeydi besətin baş verdiyi ilk günə və ya imam (ə) hədisi buyurduğu ildə Məbəs gününə işarə ola bilər.
وَ رَوَى وَهْبُ بْنُ وَهْبٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ الصَّادِقِ ع قَالَ: مَنْ صَامَ أَيَّامَ الْبِيضِ مِنْ‏ رَجَبٍ كَتَبَ اللَّهُ تَعَالَى لَهُ بِكُلِّ يَوْمٍ صَوْمَ سَنَةٍ وَ قِيَامَهَا وَ وَقَفَ يَوْمَ الْقِيَامَةِ مَوْقِفَ الْآمِنِينَ.
وَ رَوَى الْحُسَيْنُ بْنْ رَاشِدٍ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (علیه السلام) غَيْرُ هَذِهِ الْأَعْيَادِ شَيْ‏ءٌ؟
قَالَ (ع): نَعَمْ، أَشْرَفُهَا وَ أَكْمَلُهَا الْيَوْمُ الَّذِي بُعِثَ فِيهِ رَسُولُ اللَّهِ (ص).
قَالَ: قُلْتُ فَأَيُّ يَوْمٍ هُوَ؟
قَالَ (ع): إِنَّ الْأَيَّامَ تَدُورُ وَ هُوَ يَوْمُ السَّبْتِ لِسَبْعٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ.
قَالَ: قُلْتُ فَمَا نَفْعَلُ فِيهِ؟
قَالَ (ع): تَصُومُ وَ تُكْثِرُ الصَّلَاةَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ (ع).
Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.820.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Jan, 12:40


Besət gecəsinin namazı
Besət gecəsinin namazı 12 rəkətdir (altı dəfə iki rəkətli namaz qılırsan). Hər rəkətində Həmd surəsindən sonra kiçik surələrdən birini oxuyursan. Hər iki rəkətin sonunda namazın salamından sonra Həmd (Fatihə), İxlas, Fələq və Nas surələrinin hər birini dörd dəfə tilavət edirsən. Daha sonra isə:
“La ilahə illəllahu, vəllahu əkbər, vəl həmdu lillahi, və subhanəllahi, və la həvlə vəla quvvətə illa billahil əliyyil əzim”, “Allahu, Allahu rəbbi, la uşriku bihi şəy`ən” və “la uşriku birəbbi əhədən” zikrlərinin hər birini dörd dəfə deyirsən və sonra hacətlərini istəyirsən.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Jan, 12:33


Əqiqə qurabnı
İslam dinində çox təkid edilmiş və hətta bəzi alimlərin vacib saydığı müstəhəb qurbanlardan biri də ƏQİQƏ qurbanıdır.
Əqiqə qurbanı uşağın dünyaya gəldiyi gündən yeddinci gününə qədər və ən geci yeddinci günündə kəsilməlidir.
Əqiqə qurbanın kəsilməsi insanın fiziki, psixoloji və mənəvi sağlamlığında, xəstəliklərdən, şeytani insanlardan, şeytan vəsvəsəsindən, cinlərdən, bəlalardan və bəd nəzərdən qorunmasında və axirəti üçün o qədər təsirli və əhəmiyyətlidir ki, hətta ölmüş bir insan üçün də kəsilməsi tövsiyə edilib. Belə ki uşağın valideyinləri hər hansı səbəbdən bu qurbanı kəsə bilməyiblərsə, insanın digər yaxınları bu qurbanı onun üçün kəsə bilərlər. O da olmazsa, insan özü imkanı olan kimi öz niyyətinə Əqiqə qurbanı kəsməlidir. Əgər insanın özü də imkansızlıqdan və ya məsələni bilməməsi səbəbi ilə bu qurbanı kəsməyibsə, onun övladları və ya yaxınları o vəfat etdikdən sonra onun niyyətinə bu qurbanı kəsmələri tövsiyə olunub.
Əqiqə qurbanının şərtləri:
1). Qurban bayramında olduğu kimi sağlam heyvan olsun. Qoyundursa, ən azı altı aylıq, keçidirsə, ən azı yeddi aylıq olsun – (altı və yeddi ayı tamam olmuş). İmkanı olanlar inək və dəvə də kəsə bilərlər. Həmçinin müstəhəbdir ki, kəsilən heyvanın sayı birdən çox olsun.
2). Qurban uşağın anadan olmasının yeddinci günündə kəsilsin və yaxşı olar ki, əvvəlcə uşağın başı qırxılsın və tükünün ağırlığı qədər qızıl sədəqə verilsin və sonra qurban kəsilsin.
3). Oğlan uşağı üçün erkək və qız uşağı üçün dişi heyvan kəsilsin.
4). Qurbanın bir budu (və ya bir bud və ayaq daxil olmaqla ətin dörddən biri) uşağın anasına verilsin və o da həmin əti yoxsullara sədəqə versin.
5). Uşağın valideynləri, xüsusilə də anası o ətdən yeməsin.
6). Qurbanın əti xam və ya bişmiş şəkildə möminlərə paylanıla bilər.
7). Daya yaxşı olar ki, bir hissəsi evdə bişirilsin, süfrə açılsın və süfrəyə ən azı on mömin dəvət edilsin. Möminlər qurban ətini yedikdən sonra qurban kimin adına kəsilibsə həmin adam və ya uşaq üçün dua etsinlər.
8). Yaxşı olar ki, Əqiqə qurbanın əti təkcə su və duz ilə bişirilsin (qaynatma, bozartma) və başqa şey əlavə edilməsin. Əlbəttə adi qaydada digər ətli xörəklər kimi bişirməyin də eybi yoxdur.
9). Yaxşı olar ki, Əqiqə qurbanı doğrananda sümükləri sındırmasınlar və sümükləri oynaqlardan ayıraraq ətləri tikələsinlər.
10). Qurban kəsilərkən aşağıdakı dua oxunsun:
بِسْمِ اللهِ وَ بِاللهِ اللَّهُمَّ عَقِیقَةٌ عَنْ فُلَانٍ لَحْمُهَا بِلَحْمِهِ وَ دَمُهَا بِدَمِهِ وَ عَظْمُهَا بِعَظْمِهِ (وَ شَعْرُهَا بِشَعْرِهِ وَ جِلْدُهَا بِجِلْدِهِ). اللَّهُمَّ اجْعَلْهُ وِقَاءً لآِلِ مُحَمَّدٍ صلی الله علیه و آله (و لفلان بن فلان)
“Bismillahi və billahi, Əllahummə əqiqətun ən .... (nöqtələrin yerinə qurban kimin üçün kəsilirsə, onun adı deyilsin) ləhmuha bi ləhmihi və dəmuha bi dəmihi və əzmuha bi əzmihi. Əllahumməc`əlhu viqaən li Ali Muhəmmədin (səlləllahu ələyhi və alihi).”
(Allahın adı və köməyi ilə. Bu, “filan kəsin” canına qurban edilən bir əqiqədir - (“filan kəsin” sözünün yerinə qurban kimin üçün kəsilirsə, onun adı deyilsin). Bunun əti, qanı, sümüyü və tükü filankəsin əti, qanı, sümüyü və tükünün qarşılığında fəda edilir. İlahi, bu qurbanı Muhəmməd və Ali-Muhəmmədə (s) xatir “filankəs filankəs oğlunun” çətinlikləri qarşısında qoruyucu və canfədası qərar ver.)
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Jan, 12:31


Besət (Məbəs) gecəsi
Rəcəb ayının 27-ci gecəsi sevimli peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın (s) Allah-taala tərəfindən peyğəmbərliyə seçildiyi gecədir. Bu gecənin səhərində (sübh vaxtı) Həzrət Cəbrail (ə) Quranın ilk ayəsi ilə (Oxu, səni yaradan Rəbbinin adı ilə) Həzrət Məhəmmədə (s) nazil oldu. “Besət” və “Məbəs” gecəsi adlanan bu gecə İslamda ən mübarək gecədir və ən böyük bayramdır.
Besət bayramının əməlləri
Məbəs gecəsində və günündə qüsl almaq, məbəs günü oruc tutmaq və həmçinin aşağıda qeyd edəcəyimiz namazı qılmağın çox böyük savabı var.
Besət gecəsinin namazını gecənin istənilən hissəsində qılmaq olar.
Bu namaz 12 rəkətdir (altı dəfə iki rəkət şəkilində qılınır).
Hər rəkətdə Fatihə (Həmd) surəsi oxuduqdan sonra Fələq, Nas və İxlas surələrinin hər biri dörd dəfə oxuyursan.
Namazın salamından dərhal sonra dörd dəfə “La ilahə illəllahu, vəllahu əkbər, vəl həmdu lillahi, və subhanəllahi, və la həvlə vəla quvvətə illa billah” zikrini deyirsən və sonra hacətlərini istəyirsən.
Şeyx Tusi, Misbahul-mutəhəccid, c.2, s.813.
Hədislərdə deyilir ki, Rəcəb ayının Besət gecəsi Günəş şəfəqlərinin saçdığı hər bir şeydən daha xeyirlidir. Besət gecəsi və günündə edilən hər bir yaxşı əmələ altımış ilin ibadətinin savabı veriləcək. Xüsusi ilə də o kəsə ki, Besət gecəsində aşağıda qeyd etdiyimiz namazı qılarsa:
Bu namaz 12 rəkətdir (altı dəfə iki rəkətli namaz qılırsan). Hər rəkətində Həmd surəsindən sonra kiçik surələrdən birini oxuyursan. Hər iki rəkətin sonunda namazın salamından sonra Həmd (Fatihə), İxlas, Kafirun, Qədr surələrini və Ayətəl-Kürsünü yeddi dəfə tilavət edirsən. Daha sonra isə aşağıdakı duanı oxuyursan:
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَداً وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيراً اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ عِزِّكَ عَلَى أَرْكَانِ عَرْشِكَ (بمعاقد العزّ من عرشك) وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ وَ ذِكْرِكَ الْأَعْلَى الْأَعْلَى الْأَعْلَى وَ بِكَلِمَاتِكَ التَّامَّاتِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ
“Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və kəm yəkun ləhu şərikun fil mulki və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbira. Əllahummə inni əs`əlukə bi məaqidi izzikə əla ərkani ərşik (bi məaqidil izzi min ərşik) və muntəhər-rəhməti min kitabikə və biismikəl ə`zəmil-ə`zəmil-ə`zəm, və zikrikəl ə`ləl-ə`ələl-ə`la, və bi kəlimatikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təf`ələ bi ma əntə əhluhu”. (sonra hacətlərini istəyirsən).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Jan, 11:55


“Hər kəs Rəcən ayında üç gün oruc tutarsa, Allahın hər gününə bir ilin orucunun savabını yazar, hər kəs yeddi gün oruc tutarsa, yeddi cəhənnəmin qapısı onun üzünə bağlanar və hər kəs səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda on beş gün oruc tutarsa, Allah-taala onun hesabını yüngül və asan edər və hər kəs Rəcəb ayının hamısını oruc tutarsa, Allah ondan razı olduğunu yazar və hər kəsdən Allah razı olarsa, onu əzab etməz”.
مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ كَتَبَ اللَّهُ لَهُ بِكُلِّ يَوْمٍ صِيَامَ سَنَةٍ وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ غُلِّقَتْ‏ عَنْهُ سَبْعَةُ أَبْوَابِ النَّارِ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً حَاسَبَهُ اللَّهُ‏ حِساباً يَسِيراً وَ مَنْ صَامَ رَجَباً كُلَّهُ كَتَبَ اللَّهُ لَهُ رِضْوَانَهُ وَ مَنْ كَتَبَ اللَّهُ لَهُ رِضْوَانَهُ لَمْ يُعَذِّبْهُ.
Həzrət Məhəmməd (s)
Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.795.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Jan, 11:51


Həzrət Əmirəlmöminin Əli (ə) Rəcəb ayında oruc tutar və deyərdi ki, Rəcəb mənim ayımdır, Şəban Rəsullullahın (s) ayıdır və Ramazan Allahın (c.c) ayıdır.
رُوِيَ عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ (علیه السلام)،‏ أَنَّهُ كَانَ يَصُومُهُ وَ يَقُولُ رَجَبٌ شَهْرِي وَ شَعْبَانُ شَهْرُ رَسُولِ اللَّهِ (صلی الله علیه و آله) وَ شَهْرُ رَمَضَانَ شَهْرُ اللَّهِ تَعَالَى
Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.797.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Jan, 14:02


Xeybərin fəthi / Bayraq hədisi
Rəcəb ayının 24-cü günü haqqın batil üzərində qələbə etdiyi möhtəşəm günlərdən biridir. Həmin gün Xeybər qalalarına sığınmış yəhudilərlin adlı-sanlı pəhləvanları Həzrət İmam Əlinin (ə) qılıncı ilə cəhənnəmə vasil olurlar və İslam ordusu Xeybər qalasını fəth edir.
Həzrət Əlidən (ə) öncə qalanı fəth etmək üçün digər səhabələr göndərilsə də bu işi bacarmırlar, Peyğəmbəri (s) məyus edirlər. Onların bacarıqsızlığını görən Həzrət Peyğəmbər (s) buyurur ki:
اعطِینَّ الرّایةَ غَدا رَجُلاً یحِبُّ اللّهَ ورَسولَهُ، ویحِبُّهُ اللّهُ ورَسولُهُ، کرّارا غَیرَ فَرّارٍ، لا یرجِعُ حَتّى یفتَحَ اللّهُ عَلى یدَیهِ.
“Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər, o meydandan qaçmayan, dəfələrlə, ardıcıl meydana cuman bir hücumçudur, Allah-taala bu qalanı onun əli ilə fəth etməyincə meydandan geri dönməyəcək”.
Hamı həyacan və heyrət içində idi ki, görəsən sabah bayraq kimə veriləcək?
Bu zaman Peyğəmbərin (s) səsi sükutu pozdu: “Haradadır Əli?!”
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Jan, 13:37


Rəcəb ayının 24-cü gecəsinin namazı
Seyid Tavus (589-664 hq) “İqbalul-əəmal” kitabında “Şəraiul-məsar və bəzaii daril-qərar” kitabında bu gecənin namazı barədə yazır:
Bu gecənin namazı qırx rəkətdir. Hər rəkətdə Həmd (Fatihə) surəsi, “Amənər-Rəsul” ayəsi və İxlas surəsinin hər biri bir dəfə oxunur.
وَ مَنْ صَلَّى فِي اللَّيْلَةِ الرَّابِعَةِ وَ الْعِشْرِينَ مِنْ رَجَبٍ أَرْبَعِينَ رَكْعَةً بِالْحَمْدِ مَرَّةً وَ آمَنَ الرَّسُولُ مَرَّةً وَ سُورَةِ الْإِخْلَاصِ مَرَّةً كَتَبَ اللَّهُ تَعَالَى لَهُ أَلْفَ حَسَنَةٍ وَ مَحَا عَنْهُ أَلْفَ سَيِّئَةٍ وَ رَفَعَ أَلْفَ دَرَجَةٍ وَ يَنْزِلُ مِنَ السَّمَاءِ أَلْفُ مَلَكٍ رَافِعِي أَيْدِيهِمْ يُصَلُّونَ عَلَيْهِ وَ يَرْزُقُهُ اللَّهُ تَعَالَى السَّلَامَةَ فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ كَأَنَّمَا أَدْرَكَ لَيْلَةَ الْقَدْرِ.
Həzrət Peyğəmbər (s) buyurdu: “Hər kəs Rəcəb ayının 24-cü gecəsində bu namazı qılarsa, Allah-taala onun əməl dəftərinə min yaxşı əməli (savabını) yazar, min pis əməli pozar, onun (mənəvi) məqamını (axirət aləmində) min dərəcə yüksəldər, həmin gecə səmadan min mələk enər və əllərini göyə qaldırıb onun üçün salam və salavat deyərlər, Allah-taala ona dünya və axirətdə salamatçılıq ruzi edər və o (bu namazı qılmaqla savab baxımından) sanki Qədr gecəsini dərk etmiş olar.”
Seyyid Tavus, “İqbalul-əəmal”, c.2, s.667.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Jan, 13:36


Rəcəb ayında hər gecə qılınan namaz
Müstəhəbdir ki, Rəcəb ayının hər gecəsində bu iki rəkət namazı qılasan. Belə ki, bu namazın birinci və ikinci rəkətinin hər birində Həmd (Fatihə) surəsi (bir dəfə), Kafirun surəsi (üç dəfə) və İxlas surəsi (bir dəfə) oxuyursan.
Namazın salamından sonra isə əlini göyə qaldırıb aşağıdakı duanı oxuyursan və sonra əllərini üzünə çəkirsən və hacətini istəyirsən:
لا إِلهَ إِلَّا اللَّهُ،‏ وَحْدَهُ‏ لا شَرِيكَ لَهُ،‏ لَهُ الْمُلْكُ،‏ وَ لَهُ الْحَمْدُ، يُحْيِي وَ يُمِيتُ، وَ يُمِيتُ وَ يُحْيِي، وَ هُوَ حَيٌ‏ لَا يَمُوتُ‏، بِيَدِهِ‏ الْخَيْرُ، وَ هُوَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِير، و إلیه المصیر، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ، [وَ] صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ و آله.
“La ilahə illəllahu, vəhdəhu, la şərikə ləhu, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu, və yumitu və yuhyi, və huvə həyyun la yəmut, bi yədihil xəyr, və huvə əla kulli şəy`in qədir, və iləyhil məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, və səlləllahu əla Muhəmmədin-nəbiyyil-ummiyyi və alihi”.
Və həmçinin rəvayət edilib ki, hər kəs bu duanı Günəş çıxmazdan və Günəş batmazdan öncə on dəfə oxuyarsa, həmin gününü günahlarının kəffarəsini vermiş hesab edilər.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Jan, 06:50


Savab əməlin sənədi yoxdursa, nə edək?
Bəzən dini mətnlərdə bir sıra əməllərin savab olduğu qeyd edilir, amma deyilən həmin əməlin müstəhəbb olması və yerinə yetirilərsə, filan qədər savabın olacağı üçün güclü bir mənbə və sənəd göstərilmir. Belə olan halda nə etməliyik?
Qeyd edim ki, qədimdən hədis alimləri əxlaqi məsələlərdə və bir çox hallarda fiqhi məsələlərdə müstəhəb sayılan əməllər barədə rəvayət edilən hədislərin sənədini yazmağa ciddi önəm verməyiblər. Çünki əxlaqi məsələlərdə insan özü fitri olaraq nəyin yaxşı və nəyin pis olduğunu dərk edir. Əgər hədisdə sağlam fitrətin ziddinə bir şey olarsa, bunu anında anlayacaq. Həmçinin fiqhi baxımdan müstəhəb sayılan əməllər adətən ziyarət, zikr, namaz, dua və sair kimi öz-özlüyündə bəyənilən əməllərdir ki, yerinə yetirilərsə, insanı mənəvi baxımdan zənginləşdirir, kamala yaxınlaşdırır, axirətdə mükafatı var və digər tərəfdən də bu əməllərin tərk edilməsinin axirətdə cəzası olmayacaq.
Bu barədə qısa olaraq deyə bilərik ki, hər hansısa bir əməlin savab olduğunu eşitsəniz və bu deyilən söz alimlərimizin etibar etdiyi müəlliflər tərəfindən və etibarlı kitablarda yer alıbsa, imkanınız və gücünüz yetdiyi halda çalışın ki, onu yerinə yetirəsiniz. Çünki bu gün bizləri düşündürən bu sual keçmişdə də insanları düşündürdüyü üçün məsum imamlarımız (ə) buna belə cavab veriblər:
Hişam ibn Səfvan İmam Sadiqdən (ə) belə nəql edir ki, o həzrət buyurdu:
مَنْ بَلَغَهُ شَيْ‏ءٌ مِنَ الثَّوَابِ عَلَى شَيْ‏ءٍ مِنْ خَيْرٍ فَعَمِلَهُ ( فَعَمِلَ بِهِ) كَانَ لَهُ أَجْرُ ذَلِكَ وَ إِنْ كَانَ رَسُولُ اللَّهِ (ص) لَمْ يَقُلْهُ
Hər kəs bir xeyir işin barəsində eşitdiyi savaba görə o işi yerinə yetirərsə, həmin eşitdiyi savab və mükafat ona verilər, həqiqətdə Peyğəmbər (s) elə bir söz deməmiş olsa belə.” (Şeyx Səduq, “Savabul-əəmal”, s.132.)
Hişam ibn Salim İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurdu:
مَنْ‏ سَمِعَ‏ شَيْئاً مِنَ‏ الثَّوَابِ‏ عَلَى شَيْ‏ءٍ فَصَنَعَهُ كَانَ لَهُ وَ إِنْ لَمْ يَكُنْ عَلَى مَا بَلَغَهُ.
“Kimsə hər hansısa bir əməl barədə savab eşidərsə, o əməli yerinə yetirərsə, həmin savabı əldə edəcəkdir, əgər eşitdiyi kimi olmasa belə.” (Şeyx Kuleyni, “əl-Kafi”, c.2, s.87)
Məhəmməd ibn Mərvan nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Bir şəxsə Allah-taalanın hansısa bir əmələ filan savabı verəcəyi hədisi çatarsa və həmin savaba çatmaq niyyəti ilə o işi edərsə, arzuladığı savabı ona verəcəklər, əgər hədis onun eşitdiyi kimi olmasa da.”
مَنْ بَلَغَهُ ثَوَابٌ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ عَلَى عَمَلٍ فَعَمِلَ ذَلِكَ الْعَمَلَ الْتِمَاسَ ذَلِكَ الثَّوَابَ أُوتِيَهُ [يؤتاه‏] وَ إِنْ لَمْ يَكُنِ الْحَدِيثُ كَمَا بَلَغَهُ.
(Şeyx Kuleyni, “əl-Kafi”, c.2, s.87)

Bu kimi hədislərdən əldə etdiyimiz nəticə budur ki, dinimizin etibarlı qaynaqlarında bir əməlin müstəhəb və savab əməl olması barədə hədislər keçibsə, əgər həmin hədislərin sənədində zəiflik belə olsa, biz deyilən savablara çatmaq ümüidi ilə o əməlləri yerinə yetirsək, hətta hədislərdə deyilən kimi olmasa da Allah-taala bizə həmin ümid etdiyimiz savabları verəcək. Bu, Allahın bəndlərinə lütf və rəhmətinin çoxluğundandır.
Əgər həmin müstəhəbb əməlin etibarlı sənədlə “sənə” çatdığına şübhə edirsənsə, yerinə yetirməyə bilərsən, amma digərlərini də bu barədə “maarifləndirmək” və onları bu işdən çəkindirmək kimi bir vəzifən yoxdur. @mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Jan, 04:30


Son fürsətlər ...
Mübarək #Rəcəb ayının son günlərini yaşayırıq və bilmirik ki, gələn ilin Rəcəb ayı bizim ömrümüzdən olacaq, ya yox. Buna görə də gərək bu günlərimizin qədrini bilək və axirət azuqəsi toplayaq.
Bu gün həm Cümə günüdür, bu cəhətdən sədəqə verməyin savabı başqa günlərdəkindən min dəfə çoxdur, həm də Rəcəb ayında sədəqə verməyin xüsusi savabı vardır.
İmam Əli (ə) buyurur ki, Rəcəb ayında Allahın razılığını qazanmaq üçün sədəqə verən kəsə cənnətdə elə bir savab verilər ki, nə göz görüb, nə qulaq eşidib və nə də kimsənin fikrindən keçib.
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ فِی رَجَبٍ ابْتِغَاءَ وَجْهِ اللهِ أَکْرَمَهُ اللهُ یَوْمَ الْقِیَامَةِ فِی الْجَنَّةِ مِنَ الثَّوَابِ بِمَا لَا عَیْنٌ رَأَتْ وَ لَا أُذُنٌ سَمِعَتْ وَ لَا خَطَرَ عَلَی قَلْبِ بَشَرٍ
(Əllamə Məclisi, "Biharul-Ənvar", c.97, s.33)
Həmçinin Həzrət Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayında
"Əstəğfirullahəlləzi la ilahə illa huvə, vəhdəhu, la şərikə ləhu və ətubu iləyh"
zikrini yüz dəfə deyərsə və onu sədəqə ilə xətm edərsə - (zikri tamamladıqdan sonra sədəqə verərsə), Allah-Taala da onun aqibətini və işlərinin sonunu Öz rəhməti və məğfirəti ilə xətm edər.
Hər kəs həmin zikri dörd yüz dəfə deyərsə, ona yüz şəhidin savabı verilər və Qiyamət günü Allahın hüzuruna yetişdikdə Allah-Taala ona buyurar: "Həqiqətən iqrar etdin ki, mülkün sahibi Mənəm, belə isə nə arzun varsa, Məndən istə ki, sənə əta edim, həqiqətən də Məndən başqa qüdrət sahibi yoxdur".
مَنْ قَالَ فِي رَجَبٍ «أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ» مِائَةَ مَرَّةٍ وَ خَتَمَهَا بِالصَّدَقَةِ، خَتَمَ اللَّهُ لَهُ بِالرَّحْمَةِ وَ الْمَغْفِرَةِ، وَ مَنْ قَالَهَا أَرْبَعَ مِائَةَ مَرَّةٍ، كَتَبَ اللَّهُ لَهُ أَجْرَ مِائَةِ شَهِيدٍ، فَإِذَا لَقِيَ اللَّهَ يَوْمَ الْقِيَامَةِ يَقُولُ لَهُ قَدْ أَقْرَرْتَ بِمُلْكِي فَتَمَنَّ عَلَيَّ مَا شِئْتَ حَتَّى أُعْطِيَكَ فَإِنَّهُ لَا مُقْتَدِرَ غَيْرِي.
Seyid Tavus, "İqbalul-Əəmal", c.2, s.648.
Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) Rəcəb ayında oruc tuta bilməyənlərə tövsiyə edirik hər gün bir çörək miqdarında sədəqə versinlər. Bununla Rəcəb ayı üçün deyilən bütün savabları və hətta daha çoxunu əldə edərlər. Elə bir savab və fəzilət ki, bütün yaranmışlar cəm olsalar belə onun savabının ondan birini sayıb qurtara bilməzlər. (Hürr Amuli, "Vəsailuş-şiə", c.10, s.483)
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

15 Jan, 05:44


Xanım Zeynəbin (ə) məzarı barədə qısa araşdırma

Bu barədə tarixçilər arasında ixtilaf var...
Həzrət Zeynəb (s) Kərbəla hadisəsindən sonra bir an da olsa, susmadı və inqilabın hədəflərini yaydı.
Bundan qorxuya düşən Üməyyə hakimiyyəti həzrət Zeynəbi (s) Mədinədən sürgün etmək qərarına gəldi. Amma hara sürgün olunması barədə iki fikir var:
1. Misrə sürgün edilib və Kərbəla hadisəsindən sonra 1 il 6 ay yaşayan həzrət Zeynəbin qəbri Qahirədədir. Hicrinin 62-ci ili Rəcəb ayının 15-də vəfat etmişdir. (Məhəllati "Rəyahin əş-Şəriə", 3/34; Sadiq Ərdistani, "Qəhrəmane Kərbəla", s.398);
2. Şama sürgün edildi və vəfatından sonra Dəməşqin bir fərsəxliyində Raviyə məhəlləsində dəfn edildi. Bu gün Zeynəbiyyə adı ilə məşhurdur. (Seyid İbrahim Zəncani, "Vəsilətud-dareyn", s.433; "Rəyahin əş-şəriə", 3/37);
3. Bəziləri də deyir ki, həzrət Zeynəb (s) Mədinədə Bəqi qəbiristanlığında dəfn edilibdir.
Seyyid Möhsin Əmin (Ə`yanuş-şiə) və Məhəllati (Rəyahin əş-Şəriə) və Əllamə Bircəndi (Kibrite Əhmər) bu fikrin tərəfdarlarıdır.
Bəziləri deyibl ki, Şamda məşhur qəbir, əslində Ümmü Gülsüm adlı bir xanıma aiddir ki, o da Əhl-beytdəndir,yaxud Müslim ibn Əqilin xanımıdır.
Bəziləri deyir ki, Misrdəki məşhur qəbir isə, əslində İmam Səccadın (ə) nəvəsi Zeynəb bint Yəhyadır, yaxud İmam Həsənin (ə) nəslindən olan Zeynəb bint Həsən ibn Zeydindir.
P.S: Məkan fərq etmir, harada Zeynəbi (s) yad etsən, o xanımı ziyarət etmiş sayılırsan. Doktor Cəfər Şəhidi deyir ki, həzrət Zeynəbin (ə) qəbrini şəhərlərdə axtarma, onun məzarı ariflərin qəlbidir! (Həzrət Fatimənin (s) həyatı, Seyid Cəfər Şəhidi, s.262).
P.P.S: Qədimdən ən çox Şamın bu adla məşur olması, insanların bu müqəddəs məzardan gördükləri kəramətlər və aldıqları şəfalar göstərir ki, Kərbəla qəhrəmanı olan bu müqəddəs xanımın pak məzarı elə Əhl-Beyt (ə) düşmənlərinin ürəyinin başında (Şamda) qazılmış məzardır. Burada qazılıb ki, Qiyamətdək Aşura məktəbinin müdavimlərinə mayak və bu məktəbin düşmənlərinə ibrət dərsi və gözdağı olsun.

Mirməhəmməd Bəşirov

t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Jan, 15:44


Zülmətdən nura

Rabi Davud Benyamin Kildani kim olub?

Rum katolik kilsəsinin "Birləşmiş İsəvilər Firqəsi"nin yepiskopu Davud Benyamin Kildani 1867-ci ildə Cənubi Azərbaycanın Urmiyə şəhərində anadan olub.
İbtidayi təhsilini bu şəhərdə başa vurduqdan sonra Avropaya gedir, İlahiyyat elmləri üzrə BD dərəcəsini əldə edərək vətəninə qayıdır.
İrana qayıtdıqdan sonra 1886-1889-cu illər arasında Aşuri İsəvilərinin (Assuri / Nasturi xristianları) "Canterbury" Baş yepiskopunun təhsil missiyası elmi heyətinin aktiv üzvü olur.
Rumun katolik kilsəsinin kardinalı Herbert Alfred Henry Vaughan (1832–1903) onu 1892-ci ildə Ruma dəvət edir.
O, üç il burada İlahiyyat fəlsəfəsi və fihqi üzrə araşdırmalar aparır. 1895-ildə Rumun katolik kilsəsinin rəsmi "qissis" (keşiş) rütbəsini qazanır.
1897-ci ildə Urmiyə və Salmasın baş yepiskopu onu şərq kilsələrinin nümayəndəsi olaraq Fransada keçirilən "İlahi qonaqlıq" (Eucharistie) konqresinə göndərir. Onun buradakı çıxışı sonralar çap və nəşr edilir.
O, 1903-cü ildə İngiltərəyə gedir və "müvəhhidlər birliyi"nə üzv olur. 1904-cü ildə həmin birlik tərəfindən öz vətəninə təbliğ üçün göndərilir.
İrana qayıdarkən İstambul şəhərində qısa bir müddət üçün elmi araşdırma məqsədi ilə dayanır.
Bu arada onu Tövrat və İncilin Həzrət Məhəmməd (s) barədə verdiyi müjdələr mövzusu maraqlandırır və buna görə də həmin mövzuda geniş elmi araşdırma aparır. Araşdırmasının nəticəsi isə onun həyatında dönüş nöqtəsi olur.
O, İslam dinini qəbul edərək müsəlman olur və özünü Əbdüləhəd Davud adlandırır.
Professor Əbdüləhəd Davud ərəb, ibri, arami (siryani), latın, yunan, erməni, türk (azəri), ingilis, fransız və fars dillərini kamil bilirdi və bu məsələ onun yazdığı məqalə, kitab və elmi araşdırmalarında aşkar görsənir.
Binyamin Keldani xristianlıqdakı bütün nailiyyətlərinə və ən uca vəzifələrə çata biləcəyinə rəğmən həqiqət ona aşkar olduğu zaman hər şeyi ayaq altına alır, inandığı sələf peyğəmbərlərin verdiyi müjdələr əsasında Həzrət Məhəmmədin (s) nübüvvətini qəbul edir.
Onun bir çox əsərləri "İslamic Review" jurnalında çap və nəşr edilib. Müsəlman olduqdan sonra isə ən əhəmiyyətli əsəri "Məhəmməd (s) Tövrat və İncildə" kitabıdır ki, bu kitab Fars dilinə tərcümə edilmişdir.
O, bu kitabda "təslisi" (üçlük = ata, oğul və müqəddəs ruh) tənqid edərək, xristianlıq ilə İslam dininin ümdə fərqinin və ixtilafının "tövhid" məsələsində olduğunu isbat etmişdir.
#MirməhəmmədBəşir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

14 Jan, 05:24


Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə nəql edir: Həzrət Peyğəmbər (s) buyurdu:
«مَنْ أَجْرَى اللَّهُ عَلَى يَدِهِ فَرَجاً لِمُسْلِمٍ، فَرَّجَ اللَّهُ عَنْهُ كُرَبَ الدُّنْيَا وَ الْآخِرَةِ».
"Hər kəs bir müsəlmanı sıxıntıdan xilas edərsə, Allah-Taala onu dünya və axirət sıxıntısından xilas edər".
«مَنْ‏ عَالَ‏ أَهْلَ‏ بَيْتٍ‏ مِنَ الْمُسْلِمِينَ يَوْمَهُمْ وَ لَيْلَتَهُمْ، غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ».
"Hər kəs müsəlman bir ailəyə bir gecə və gündüz qəyyumluq edərsə (dolanışıq xərclərini verərsə, çətinlik və sıxıntılarını həll edərsə), Allah-Taala onun günahlarını bağışlayar".

Şeyx Tusi, "əl-Əmali", s.586, 25-ci məclis – (457-ci hicri ilinin Rəbiul-Əvvəl ayının 16-da, Cümə günü imla edilib), hədis: 1-1212 və 2-1213.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

13 Jan, 05:42


“Fatimə Əsəd qızının Əmirulmöminin Əli ibn Əbi Talibi (kərrəməllahu vəchəhu) Kəbə evinin daxilində dünyaya gətirməsi barədə olan xəbərlər mütəvatirdir (inkar edilməyəcək dərəcədə səhihdir).”
فَقَدْ تَوَاتَرَتِ الْأَخْبَارِ أَنَّ فَاطِمَةَ بِنْتَ أَسَدٍ وَلَدَتْ أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ كَرَّمَ اللَّهُ وَجْهَهُ فِي جَوْفِ الْكَعْبَةِ‌
Hakim Nişaburi, Əbu Əbdillah Məhəmməd ibn Əbdillah Təhmani (321-405 hq / 933-1014 m), “əl-Mustədrək ələs-səhiheyn”, Dar ət-təfsil çapı, 1435 hq, c. 6, s.337, hədis:6175.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

12 Jan, 08:30


"Bu barədə alimlərin heç bir ixtilafı yoxdur ki, Əli (ə) hər kəsi öldürübsə, haqq Əli (ə) ilə olub".
و لا يختلف العلماء أن عليا رضي اللّه عنه لم يقاتل أحدا الا و الحق‏ مع‏ علي‏
6-cı hicri-qəməri əsrində yaşamış məşhur əhli-sünnə alimi
Əbul-Fərəc İbn Cövzi (508-597 hq), "Seydul-Xatir", s.290-331.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

12 Jan, 08:29


İmam Məhəmmədtəqi əl-Cavad (ə) buyurdu:
"Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) min söz (elm) öyrətdi ki, hər bir söz daha min sözü açırdı".
عَلَّمَ رَسُولُ اللهِ (صلي الله عليه وآله وسلم) عَلّياً - عليه السلام - ألْفَ كَلِمَة، كُلُّ كَلِمَة يَفْتَحُ ألْفُ كَلِمَة
Şeyx Səduq, "əl-Xisal", c.2, s.650, hədis:46.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

11 Jan, 11:49


Şeyx Səduqun (306-381 hq) mübarək Rəcəb, Şəban və Ramazan aylarının fəzilətləri və əməlləri barədə qələmə aldığı bu dəyərli kitabı şəhər səthində dini kitab mağazalarından əldə edə bilərsiniz.

Quran və Hədis Araşdırmaları

07 Jan, 14:47


Sıxıntılardan nicat duası

İmam Əli (ə) buyurdu:
Hər kəs canı, malı, ailəsi və övladı barədə rastlaşdığı çətinlikdən və zalimlərin şərrindən nicat tapmaq və xilas olmaq istəyirsə, bu duaya sığınsın ki, İnşaallah, bu dua qorxduğu problemlər barədə ona kifayət edər:

«اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ وَ أَهْلِ بَيْتِهِ الَّذِينَ اخْتَرْتَهُمْ‏ عَلى‏ عِلْمٍ عَلَى الْعالَمِين. اللَّهُمَ‏ فَذَلِّلْ‏ [لِي‏] صُعُوبَتَهَا وَ حُزُونَتَهَا وَ اكْفِنِي شَرَّهَا فَإِنَّكَ الْكَافِي الْمُعَافِي وَ الْغَالِبُ الْقَاهِرُ».

“Əllahummə inni ətəvəccəhu iləykə bi-nəbiyyikə nəbiyyir-rəhməti və əhli-bəytihi, əl-ləzinə ixtərtəhum əla elmin ələl-aləmin.
Əllahummə fəzəllil li suubətəha və huzunətəha, vəkfini şərrəha, fə innəkə əl-kafi, əl-muafi, vəl-ğalibil-qahir.”

Ravəndi, “Sulvətul-Həzin” (əd-Dəəvat), s.65, hədis:161 və 162.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

06 Jan, 15:25


Həzrət Fatimə (s) ərinin kasıblığına görə atasına şikayət edibmi?

Bəzi əhli-sünnə hədis qaynaqları İbn Abbasdan belə nəql edirlər:
Peyğəmbər (s) Fatiməni Əli ilə evləndirdikdən sonra Qüreyş qadınları Fatiməyə (s) ərinin kasıb olduğunu tə`nə vururdular. Buna görə də Fatimə (s) atasına şikayətlənərək dedi ki, "məni heç nəyi olmayan kasıb bir kişi ilə evləndirdin".
Peyğəmbər (s) buyurdu: "Sən buna razı deyilsən ki, Allah-Taala yer üzündən iki kişi seçib, biri sənin atan (risalət) və digəri sənin ərindir (imamət)".
عن ابن عبّاس قال: لمّا زوّج النبيّ (ص) فاطمة من عليّ؛ قالت فاطمة: يا رسول اللّه! زوّجتني من رجل فقير ليس له شي‏ء (أي: إنّ نساء قريش تحدّثن، و قلن: زوّجك رسول اللّه من عائل لا مال له). فقال النبيّ (ص): أ ما ترضين أنّ اللّه اختار من أهل الأرض رجلين، أحدهما أبوك، و الآخر زوجك؟!
Hədisi 12-ci əsrin şiə alimi Abdullah ibn Nurullah Bəhrani İsfahani özünün "Əvalimul-Ulum vəl-Məarif vəl-Əhval minəl-Ayat vəl-Əxbar vəl-Əqval" (c.11, s.384) adlı hədic məcmuəsində Xətibin "Tarixu Bağdad" (4/195) kitabından nəql edib.
Həmçinin hədis Syutinin "Musnədu Fatimə", Təbəraninin "əl-Möcəm", Heysəminin "Məcməuz-Zəvaid" və İbn Əsakirin "Tarixu Dəməşq" (42/135) adlı əsərlərində mövcuddur.

Bu hədis gördüyünüz bu mətnlə əhli-sünnə kitablarında nəql olunub. Bir sıra əhli-sünnə hədis alimləri hədisi zəif hesab ediblər.
Şiə kitablarında isə xanım Fatimə (s) ərinin kasıblığından deyil, Qüreyş xanımlarının Əlinin (ə) kasıblığını bir ayıb və nöqsan kimi danışmasından atasına şikayət edir. Peyğəmbər (s) isə bir ata kimi qızına onun üçün Allah tərəfindən seçilən ərinin fəzilətlərindən danışaraq təskinlik verir.

Hədisdə İmam Əlinin (ə) fəzilətlərini sayan hissəsi sünni və şiə qaynaqlarında məzmunca eynidir. Bu fərqlə ki, şiə hədislərində şikayətin Qüreyş xanımlarının sözündən olduğu vurğulanır, əhli-sünnə hədislərində isə guya Fatimə (s) Əlinin (ə) kasıb olmasından gileylənir.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

06 Jan, 09:03


"Allaha, Məhəmmədə və Əliyə iman gətirməyib o kəs ki, müsəlman qardaşı bir ehtiyac üçün onun yanına gəldikdə üzünə gülməyə -(xoş qarşılamaya), əgər ehtiyacını həll edə bilərsə, onun həllinə tələsməyə və əgər özü həll edə bilmirsə, onun həllində başqasından kömək istəməyə. Hər kəs mən vəsf etdiyim kimi deyilsə, onunla bizim aramızda heç bir "VİLAYƏT" yoxdur!".
İmam Sadiq (ə).
Həkimi, "Əl-Həyat", 6/107, hədis.40;
الإمام الصّادق «ع»: ... ما آمن باللَّه و لا بمحمّد «ص» و لا بعليّ «ع»، من إذا أتاه‏ أخوه‏ المؤمن‏ في حاجة لم يضحك في وجهه، فإن كانت حاجته عنده سارع إلى قضائها، و إن لم تكن عنده تكلّف من عند غيره حتّى يقضيها له؛ فإن كان بخلاف ما وصفته، فلا ولاية بيننا و بينه...
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

05 Jan, 11:19


Qiyamət günü Həzrət Fatimə (s) Allaha övladları və şiələri barədə nigəran olduğunu bildirər. Allah-Taaladan nida gələr:
«... أَيْنَ ذُرِّيَّةُ فَاطِمَةَ وَ شِيعَتُهَا وَ مُحِبُّوهَا وَ مُحِبُّو ذُرِّيَّتِهَا فَيُقْبِلُونَ وَ قَدْ أَحَاطَ بِهِمْ مَلَائِكَةُ الرَّحْمَةِ فَتَقْدُمُهُمْ فَاطِمَةُ ع حَتَّى تُدْخِلَهُمُ الْجَنَّة».
"Hardadır Fatimənin (s) balaları və şiələri?! Hardadır Fatiməni (s) və balalarını sevənlər?!"
Onlar irəli çıxarlar. Rəhmət mələkləri onları dövrəyə alarlar. Həzrət Zəhra (s) önlərinə düşər və onları özü ilə Cənnətə daxil edər".
Şeyx Səduq, "əl-Əmali", s.17, hədis:4.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

04 Jan, 18:15


Hacətlərin alınması üçün xanım Fatimeyi-Zəhra (s) zikri
"Fatimətuz-Zəhra (s) behcətu-qəlbil-Mustafa (s)" kitabının müəllifi Əhməd Rəhmani Həmədani (1355-1424 hq) kitabın 252-ci səhifəsində öz ustadı mərhum Axund Molla Əli Məsumi Həmədanidən nəql edir ki, hər kəs kamil ixlasla Allah dərgahına üz tutub 530 dəfə aşağıdakı zikri deyərsə, hacətləri rəva olar:
«اللهمّ‏ صلّ‏ على‏ فاطمة و أبيها و بعلها و بنيها بعدد ما أحاط به علمك»
(Əllahummə səlli əla Fatimətə və əbiha, və bəliha və bəniha, bi ədədi ma əhatə bihi elmuk).
"Ey Allahım, Fatiməyə, atasına, ərinə və övladlarına Öz elminin əhatə etdiyi qədər salavat və salam göndər".
Sonra Allahdan hacətlərini istəyərək aşağıdakı zikri də 530 dəfə desin:
«إلهي بحقّ فاطمة و أبيها و بعلها و بنيها و السرّ المستودع فيه»
(İlahi, bi həqqi Fatimətə və əbiha, və bə
liha və bəniha, vəs-sirril mustəvdəi fiha).
"İlahi, Səni and verirəm Fatimənin, onun atasının, ərinin və övladlarının haqqına və Fatimədə (s) əmanət qoyulmuş sirrin haqqına".
(Abdullah ibn Nurullah Bəhrani İsfahaninin "Əvalimul-Ulum vəl-Məarif" kitabının istidrakı, Məhəmmədbaqir Müvəhhid Əbtəhi, c.11, 2-ci hissə, s.1146.)
Həmçinin qeyd edim ki, bu zikri mərhum Ayətullah Mərəşi Nəcəfi öz vəsiyyətnaməsində yazıb və övladlarına vəsiyyət etib ki, namazların qunutunda oxusunlar. Əlbəttə aşağıdakı formada və az fərqlə:
«اللهم إني أسألك بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها أن تصلي على محمد وآل محمد وأن تفعل بي ما أنت أهله ولا تفعل بي ما أنا أهله...».
(Əllahummə inni əsəlukə bi həqqi Fatimətə və əbiha, və bəliha və bəniha, bis-sirril-mustəvdəi fiha, ən tusəliyyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi ma əntə əhluhu və la təf`əl bi ma ənə əhluhu). - Seyidd Adil Ələvi, "Qəbəsatun min həyati seyyidina əl-ustaz Ayətullah əl-Uzma Seyyid Şəhabuddin Mərəşi Nəcəfi", s.124.

http://t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

04 Jan, 08:44


"Valideynə ağ olmaq (itaətsizlik) insana yoxsulluq gətirər və insanın xarlığına (zəlil olması və alçaldılmasına) səbəb olar".
العقوق‏ يعقّب‏ القلّة ويؤدّى إلى الذّلّة
İmam Əli ən-Nəqi əl-Hadi (ə)
Ayətullah Brucerdi, "Cameu əhadis əş-şiə", c.26, s.926, hədis: 1587 - 39869.
https://t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

04 Jan, 08:41


"Hikmətli söz fasid insanların təbiətində təsir qoymur (xəstə qəlblərə şəfa vermir)".
الحِكمَـةُ لا تَنْجَـعُ في الطِّباعِ الفاسِدَةِ
İmam Hadi (ə)
"Biharul-Ənvar", c.78, s.370, hədis:4.

Quran və Hədis Araşdırmaları

04 Jan, 08:41


Salehlərin yolu

"Əgər insanlar müxtəlif yollara getsələr də mən təkcə Allaha xalisanə ibadət edən şəxsin yolu ilə gedəcəm".
لو سَلَکَ النّاسُ وادِیاً وسیعاً لَسَلَکْتُ وادِی رَجُلٍ عَبَدَاللهَ وَحْدَهُ خالصاً
İmam Əli ən-Nəqi əl-Hadi (ə)
İbn Fəhd Hilli (vf.841 hq), "Üddətud-Dai və Nəcahus-Sai", s. 233.

P.S: Hansı Hacı, Məşədi, Kərbəlayi, gündə 5 dəfə məscidə gedən və s... hansı yol ilə gedir, sənin nəyinə lazım, sən Allaha xalis ibadət edənləri tanı və onların yolu ilə get.
Allah Quran- Kərimdə bizlərə Peyğəmbəri (s) və saleh insanları əməl və əxlaq nümunəsi olaraq təqdim edib, filan hacı və məşədini deyil. Əgər sən özünə pisləri nümunə götürür və öz pis əməllərin üçün onları bəhanə edirsənsə, bu sənin nəfsi istəyindir və şeytanın vəsvəsəsidir.
Onların pis əməlləri və tutduqları yol nə bu dünyada və nə də axirətdə sənin də pis əməllərinə bəarət qazandırmayacaq, deməyəcəklər ki, "ə bu babal neynəsinee, filan hacı da elə belə idi".
Həm bu dünyada və həm də axirətdə hər kəs öz əməlinə cavabdehdir. Siz dünya məhkəməsində başqasının cinayətini öz cinayətinizə dəlil olaraq göstərə bilmədiyiniz kimi, axirətdə də başqalarının günahların sizin günahlarınızın bağışlanmasına səbəb olmayacaq. Qiyamət günü belə bir bəhanə gətirməyə çalışsanız, sizə Fironun xanımı Asiyəni (Təhrim/11-12), Firon ailəsindən olan mömin kişini (Ğafir/28) və digər yüzlərlə insanı göstərəcəklər ki, ən günahkar ailə və cəmiyyətlərdə öz paklıqlarını qoruyub saxlamış və doğru yoldan azmamışlar.
Qurani-Kərim buyurur: Biz sizə şükr və küfr yolunu göstərmişik və doğru yolu tanıtdırmışıq, istəyirsiniz şakirlərdən olun, istəyirsiniz də kafirlərdən" (İnsan, ayə:3).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

28 Dec, 07:39


Şiə hədislərində də "Dəvə sidiyinin şəfa olması" barədə hədis varmı?

Fiqhi hökmə görə əti halal olan heyvanların sidiyi və fəzləsi pakdır. Amma fiqhi baxımdan hansısa bir şeyin pak olması onun həm də yemək və içmək üçün halal olması və yararlı olması mənasına deyil.
Bəzi şeylərin yeyilməsi və içilməsi qəti şəkildə haram edilməsə də, tövsiyə də edilməyib, hətta bəzən bu şeylərdən çəkinilməsi tövsiyə edilib. Və həmin nəsnələr məsumlar (ə) tərəfindən "xəbis" (xəbais) adlandırılaraq, onların qida kimi istifadə edilməsi məsləhət görülməyib. Elə əti halal olan heyvanların sidiyi və fəzləsi və ya böyrəklərinin yeyilməsi kimi.
"Xəbis" (xəbais) insana fitrətcə və təbiətcə mənfur olan və insanda ikrah doğuran şeylərə, həmçinin insanın sağlamlığı üçün zərər və ziyan doğura biləcək şeylərə deyilir. Çünki heyvanın böyrəyi və sidiyi pak olsa da insanın sağlamlığı üçün təhlükəli olan müxtəlif virus, bakteriya və mikrobların mənşəyi ola bilər.
Əti halal olan heyvanların sidiyi və həmçinin böyrəklərinin istifadəsi də insanda ikrah doğuran şey olduğu üçün insanı bunlardan çəkindirən hədislər mövcuddur. Dəvənin sidiyi də bundan müstəsna deyil. Dəvə sidiyinin dərman kimi istifadə edilməsi hədis qaynağı sayılmayan bir-iki kitabın bir-iki hədisində keçib ki, bu da zəruri hallara aiddir. Yəni həqiqətən də həkim tərəfindən dəvə sidiyi dərman kimi məsləhət görülübsə və başqa alternativ dərman da yoxdursa, istifadə etmək olar.

Bir məqamı da qeyd edim ki, müasir dövrdə tibbi hədislərin sənədini araşdırmaqdan daha çox mətninin laboratoriyada analiz, təhlil və təcrübə edilməsinə ehtiyac var. Çünki hazırda elm və texnogoliya kifayət qədər inkişaf edib və tibbi hədisləri laboratoriyada analiz yolu ilə təhlil etmək olar.
Həmçinin ola bilsin ki, heyvanın sidiyində olan hansısa müalicəvi xasiyyət qədim dövrdə zəruri bir hal kimi keçərli olub və çox güman ki, heyvan sidiyinin həmin müalicəvi xüsusiyyəti bu gün istehsal edilən müasir dərmanlarda mövcuddur.
Əlbəttə bir nöqtəni də qeyd edim ki, tibbi hədislərdə deyilən müalicə üsullarının müasir laboratoiyada öz təsdiqini tapmaması, həmin hədisin qondarma və saxta olması anlamına gəlmir, çünki dünyəvi elm öz kamalına çatmayıb və hələ da inkişaf edir və hələ də elmə məlum olmayan saysız məchullar var.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

23 Dec, 03:57


Peyğəmbər (s) üçün Əlidən əziz və Fatimədən sevimli bir kəs olmayıb

İbn Abbas deyir: Bir dəfə Həzrət Peyğəmbər (s) Əli (ə) və Fatimənin (s) görüşünə gedərəkən onların güldüyünü gördü. Onlar peyğəməri (s) görəndə sakit dayandılar.
Peyğəmbər (s) onlardan gülüşlərinin səbibini soruşduqda xanım Fatimə (s) belə izah etdi: Canım sənə fəda olsun, ey Allahın Rəsulu! Bu (Əli) mənə deyir ki, Peyğəmbər (s) məni səndən daha çox istəyir. Mən də deyirəm ki, mən Allahın Rəsulu (s) üçün daha sevimliyəm.
Peyğəmbər (s) təbəssüm edərək buyurdu: Əziz qızım, sənə olan sevgim övlada olan mehribanlıq və eşqdəndir və Əli mənim üçün daha istəkli və əzizdir."
عن بن عباس: دخَل رسولُ اللهِ (ص) على عليٍّ و فاطمةَ وهما يضحَكان فلمَّا رأيا النَّبيَّ (ص) سكَتا، - (فسألهُما عن ذلك) - فقال لهما النَّبيُّ (ص) ما لكما كنْتُما تضحَكانِ، فلمَّا رأيْتُماني سكَتُّما؟ فبادَرَتْ فاطمةُ فقالت: بأبي أنت يا رسولَ اللهِ، قال هذا (عليٌّ) أنا أحَبُّ إلى رسولِ اللهِ (ص) منكِ؟ فقلْتُ: بل أنا أحَبُّ إلى رسولِ اللهِ (ص) منك. فتبسَّم رسولُ اللهِ (ص) و قال: «يا بُنيَّةُ لك رِقَّةُ الوَلَدِ وعليٌّ أعَزُّ عليَّ منك».
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:26.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

22 Dec, 19:39


Kitabından Həzrət Zəhra (s) barədə ardıcıl hədislər paylaşdığım ŞÖVKANİ kimdir?

Şeyxul-İslam Məhəmməd bin Əli ibn Abdullah Şövkani (1173-1250 hq) Yəmənlidir. Sənada qazi (məhkəmə hakimi) işləyən atasının elm və əxlaqını mənimsəyib. Uşaqlıda Quranı və bir çox dini kitabları hifz edib. Çox az müddətdə təfsir, hədis, üsul, fiqh, məntiq, məani-bəyan və digər elmləri kamil öyrənib. 20 yaşında ikən Zeydiyyə və Əhli-Sünnənin fətva verən alimlərindən biri idi.
Hədis və təfsirdə öz dövrünün ən öndə gedən ustadı idi. Digərlər alimləri kimi köhnələrdən təqlid etmir, özü araşdırır və fikrini bildirirdi.
Valideynləri onu özlərindən uzaq buraxmadıqları üçün heç vaxt Yəməndən kənara çıxa bilmədi.
O, dünya işlərinə həvəsli olmasa da, taleyi 36 yaşında Sənanın qaziliyini onun çiynlərinə yüklədi. Sonra isə Yəmənin vəzirliyi vəzifəsinə qədər yüksələrək ölkənin daxili və xarici işlərinə nizam-intizam verirdi.
Şövkani alimlərə fiqhi məsələlərdə köhnələrdən təqlidi haram bilir, ictihad və araşdırmaya önəm verirdi.
Bütün bu müsbət cəhətlərlə yanaşı əqidə də İbn Teymiyyə və onun şagirdi İbn Qeyyim Cövziyyədən təsirlənmişdi. Sələfiliyin müdafiəsində kitab da yazıb. Buna görə də əqidə baxımından onu "sələfi" hesab etmək olar.
Şagirdləri və sələfilər tərəfindən çox təriflənən Şövakanin müxtəlif mövzularda 100-dən çox əsəri olub. Bunlardan 15-i hazırda çap və nəşr edilib və bir çoxları da əlyazma olaraq qalır. Çap və nəşr edilən kitablarından biri də Həzrət Fatimənin (s) fəzilətlərini sizinlə paylaşdığım "Dərrus-Sihabə fil-qərabəti vəs-səhabə" kitabıdır. O, bu kitabda nəql etdiyi hədisləri səhih və mötəbər hesab edib.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

21 Dec, 05:24


"Fatimə mənim bir parçamdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirib."
«‌فَاطِمَةُ ‌بَضْعَةٌ ‌مِنِّي، ‌فَمَنْ ‌أَغْضَبَهَا أَغْضَبَنِي»
Həzrət Məhəmməd (s)
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:13.
Buxarinin Səhihi, Peyğəmbərin (s) qohumlarının mənaqibi (üstünlük, dəyər, imtiyaz və fəzilət) babı, Hz. Fatimənin (s) mənqəbəti (mənaqibin təkidir), c.5, s.21, hədis: 3714.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

21 Dec, 05:21


"Fatimə mənim bir parçamdır. Onu (qəlbini və könlünü) sıxan (qəm-qüssə) məni də sıxır, onun könlünü açan (şadlıq, sevinc) mənim də könlümü açır.

Qiyamət günü bütün qohumluq nisbətləri kəsiləcək (orada kimin hansı soydan olmasının önəmi olmayacaq və ya ümumiyyətlə kimin hansı nəsildən olması bilinməyəcək), mənim nəsəbim (soy, nəsil), vasitəli qohumlarım və damadlarımdan başqa".
"فَاطِمَةُ مُضْغَةٌ مِنِّي، ‌يَقْبِضُنِي مَا قَبَضَهَا، وَيَبْسُطُنِي مَا بَسَطَهَا، وَإِنَّ الْأَنْسَابَ يَوْمَ الْقِيَامَةِ تَنْقَطِعُ غَيْرَ نَسَبِي وَسَبَبِي وَ صِهْرِي"
Həzrət Məhəmməd (s)

Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:14.
Dr. Əbdül-Mehdi Əbdül-Qadirin rəhbərliyi ilə müəlliflər qrupu, "Səhihul-Kutubit-Tis`a = Mosuətus-Sunənus-Səhihə" (Misr çapı, ikinci çap, 2019-1440 hq), s.961, hədis: 6911.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

21 Dec, 05:17


"Ey Fatimə! Allahın sənin qəzəbinlə qəzəblənir və razılığınla razı qalır"
يا فاطمة! إِنَّ اللَّهَ ‌يَغْضَبُ ‌لِغَضَبِكِ وَيَرْضَى لِرِضَاكَ
Həzrət Məhəmməd (s)

Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:20.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

21 Dec, 05:07


Peyğəmbərin (s) zövcəsi Ayişə xanım bir dəfə Həzrət Fatiməyə (s) dedi:
Sənə Peyğəmbərdən (s) eşitdiyim xoş bir xəbəri demək istəyirəm. Mən, Allahın Rəsulundan (s) eşitdim ki, buyurur:
"Cənnət xanımlarının seyyidələri 4 nəfərdir: Məryəm bint İmran, Fatimə bint Rəsulillah, Xədicə bint Xuveylid və Fironun xanımı Asiyə (bint Muzahim)".

قَالَتْ عَائِشَةُ لِفَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَلَا أُبَشِّرُكَ أَنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: ‌سَيِّدَاتُ ‌نِسَاءِ أَهْلِ الْجَنَّةِ أَرْبَعٌ: «مَرْيَمُ بِنْتُ عِمْرَانَ، وَفَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ، وَخَدِيجَةُ بِنْتُ خُوَيْلِدٍ، وَآسِيَةُ امْرَأَةُ فِرْعَوْنَ».

1). Əhməd ibn Hənbəl (vf. 241 hq), "Fəzailus-Səhabə", c.2, s.760, hədis:1336 və s.851, hədis:1576 - (Beyrut çapı, 1983, 2 cild).
2). Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:22.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

21 Dec, 04:58


Peyğəmbərin xanımı Ayişə deyir: "Mən Fatimədən daha üstün və fəzilətli bir şəxs görmədim, atasından başqa".
قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا: «مَا رَأَيْتُ ‌أَفْضَلَ ‌مِنْ ‌فَاطِمَةَ غَيْرَ أَبِيهَا»
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:24.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:46


Fatimə (s) yeganə xanımdır ki, onun üçün həyat yoldaşını Allah özü seçib

Peyğəmbər (s) buyurur: "Allah-Taala mənə əmr edib ki, Fatiməni Əli ilə evləndirim".

Əhli-sünnə mənbəsi:
1. Şovkani, "Dərrus-Səhabə", s. 278, hədis: 28.
2. Əllamə Əbul-Futuh Məğribi, "əl-Ənvar əl-Bahirə", s.18.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:45


"Ailəmdə ən çox Fatiməni sevirəm"
احب اهلی الی فاطمة
Həzrət Məhəmməd (s)
Şovkani, "Dərrus-Səhabə", s.275, hədis: 9.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:45


Cuməy ibn Umeyr deyir ki, bibimlə Ayişənin yanına getmişdik. Ondan soruşdular ki, Peyğəmbər (s) ən çox kimi istəyirdi?
Ayişə dedi: Fatiməni.
Yenə də soruşdular ki, bəs, kişilərdən kimi daha çox istəyirdi?
Ayişə dedi: (Fatimənin) Ərini. O qədər ki, mən bilirəm, o (Əli) həmişə gündüzləri oruc tutur və gecələri oyaq qalıb ibadətdə keçirir.
عن جمیع بن عمیر التمیمی: دخلتُ مع عمتي على عائشةَ فسُئِلَتْ: أَيُّ الناسِ كان أَحَبَّ إلى رسولِ اللهِ (ص)؟ قالت : فاطمةُ، فقِيلَ : مِنَ الرِّجالِ، قالت : زوجُها، إنه كان ما عَلِمْتُ صَوَّامًا قَوَّامًا
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:1.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:43


Bureydə ibn Huseyb əl-Əsləmi deyir: "İnsanların Peyğəmbər (s) yanında ən sevimlisi xanımlardan Fatimə, kişilərdən isə Əli idi".
كان أحبُّ الناسِ إلى رسولِ اللهِ صلَّى اللهُ عليْهِ وسلَّمَ منَ النساءِ فاطمةُ ، ومنَ الرجالِ عليٌّ
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:3.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:43


Peyğəmbər (s) qızı Fatiməyə buyurdu: "Cəbrayil Quranı hər ildə bir dəfə mənə gətirirdi, bu il isə iki dəfə gətirib. Belə düşünürəm ki, mənim ömürüm sona yaxınlaşıb və əcəlim çatıb. Sən, Əhli-Beytimdən (s) mənə qovuşan ilk kəs olacaqsan. Buna görə də təqvalı ol və səbr et. Həqiqətən də mən sənin üçün nə gözəl sələfəm".
إَنَّ جبريلَ كان يعارضُنِي القرآنَ كلَّ سَنَةٍ مرةً ، و إنَّهُ عارضَنِي العامَ مرتينِ ، و لا أراهُ إلَّا حضرَ أجلِي ، و إنَّكَ أولُ أهلِ بَيتِي لحاقًا بي، فَاتَّقِي اللهَ و اصْبِرِي ، فإنَّهُ نِعْمَ السَّلَفُ أنا لَكِ.
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:5.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:42


"Fatimə mənim bir parçamdır, ona əzab verən mənə əzab verir, ona əziyyət edən mənə əziyyət edir".
إِنَّما فاطمةُ بَضْعَةٌ مِنِّي ، يُؤْذِينِي ما آذَاها، و يُنْصِبُنِي ما أنْصَبَها
Həzrət Məhəmməd (s)
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:7.
** Hədisin ərəbcəsində "yu`zini" və "yunsibuni" sözləri keçib ki, birincisi "şiddətli və çox zərərli əzab və əziyyət" mənasınadır, ikincisi isə bir şəxs üçün istənilən çətinliyin və narahatlığın yaradılması, bir kəsi zəhmətə salmaq və əziyyət etmək mənasındadır.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Dec, 14:41


"Qiyamət günü pərdə arxasından bir nida gələr ki, "ey məhşər əhli, yumun gözlərinizi, Fatimə bint Məhəmməd (s) keçsin".
إذا كان يومُ القيامةِ ، نادى منادٍ من وراءِ الحجُبِ : يا أهلَ الجمْعِ ، غُضُّوا أبصارَكُمْ عنْ فاطِمَةَ بنتِ محمَّدٍ حتى تَمُرَّ
İmam Əli (ə)
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:10.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Dec, 12:57


"Bizim şiələrimiz, bizi sevənlər, bizim dostlarımızın dostları, düşmənlərimizin düşmənləri, qəlbi və dili ilə bizə tabe olanlar Cənnət əhlinin yaxşılarındandırlar".
«... شِيعَتُنَا مِنْ خِيَارِ أَهْلِ الْجَنَّةِ وَ كُلُّ مُحِبِّينَا وَ مُوَالِي أَوْلِيَائِنَا وَ مُعَادِي أَعْدَائِنَا وَ الْمُسْلِمُ بِقَلْبِهِ وَ لِسَانِهِ لَنَا...».
Həzrət Fatimə (s)
Əllamə Məclisi, "Biharul-Ənvar", c.65, s.155, bölmə:19, hədis:11.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Dec, 12:55


"Məhəmməd (s) və Əli (ə) bu ümmətin atalarıdır. Onların əmlərinə tabe olanları, itaət edənləri və (onların həyat tərzinə) müvafiq yaşayanları dünyada azğınlıq və yolunu azmaqdan qoruyarlar, axirətdə əbədi əzabdan qurtararlar və daimi Cənnət nemətlərinə qovuşdurarlar.
أَبَوَا هَذِهِ‏ الْأُمَّةِ مُحَمَّدٌ وَ عَلِيٌّ، يُقِيمَانِ أَوَدَهُمْ وَ يُنْقِذَانِهِمْ مِنَ الْعَذَابِ الدَّائِمِ إِنْ أَطَاعُوهُمَا، وَ يُبِيحَانِهِمُ النَّعِيمَ الدَّائِمَ إِنْ وَافَقُوهُمَا.
Həzrət Fatimə (s).
"İmam Həsən Əskəriyə (ə) mənsub təfsir", s.330.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Dec, 12:55


Həzrət Fatimə (s) buyurur:
“Biz (Peyğəmbərin Əhli-Beyti) Allah ilə yaranmışlar arasında əlaqə vasitəsiyik, biz Onun pak seçilmişləriyik, biz Onun (insalar üçün yer üzündə qərar verdiyi) müqəddəs qapıyıq, biz Onun tərəfindən insanlara höccətik (doğru yolu göstərən) və biz Onun peyğəmbərlərinin varisiyik”.
نَحْنُ وَسیلَتُهُ فى خَلْقِهِ، وَ نَحْنُ خاصَّتُهُ وَ مَحَلُّ قُدْسِهِ، وَ نَحْنُ حُجَّتُهُ فى غَیْبِهِ، وَ نَحْنُ وَرَثَةُ اءنْبیائِهِ.
İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, c.16, s.211.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Dec, 12:54


Qiyamət günü Həzrət Fatimə (s) Allaha övladları və şiələri barədə nigəran olduğunu bildirər. Allah-Taaladan nida gələr:
«... أَيْنَ ذُرِّيَّةُ فَاطِمَةَ وَ شِيعَتُهَا وَ مُحِبُّوهَا وَ مُحِبُّو ذُرِّيَّتِهَا فَيُقْبِلُونَ وَ قَدْ أَحَاطَ بِهِمْ مَلَائِكَةُ الرَّحْمَةِ فَتَقْدُمُهُمْ فَاطِمَةُ ع حَتَّى تُدْخِلَهُمُ الْجَنَّة».
"Hardadır Fatimənin (s) balaları və şiələri?! Hardadır Fatiməni (s) və balalarını sevənlər?!"
Onlar irəli çıxarlar. Rəhmət mələkləri onları dövrəyə alarlar. Həzrət Zəhra (s) önlərinə düşər və onları özü ilə Cənnətə daxil edər".
Şeyx Səduq, "əl-Əmali", s.17, hədis:4.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Dec, 12:53


"Allah-Taala Əlini, Xanımını (Həzrət Zəhranı) və övladlarını insanlara "höccət" qərar vermişdir. Onlar (12 imam və Həzrət Zəhra) elm qapısıdırlar, hər kəs onların vasitəsilə hidayət olarsa, doğru yola hidayət olmuşdur"
إِنَّ اللَّهَ جَعَلَ عَلِيّاً وَ زَوْجَتَهُ وَ أَبْنَائه حُجَجَ اللَّهِ عَلَى خَلْقِهِ- وَ هُمْ أَبْوَابُ الْعِلْمِ فِي أُمَّتِي- مَنِ اهْتَدَى بِهِمْ هُدِيَ إِلى صِراطٍ مُسْتَقِيمٍ
Həzrət Məhəmməd (s).
Hakim Həskani, "Şəvahid ət-Tənzil", 1/76, hədis:89.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

17 Dec, 14:41


"Hər şeyin bir zəkatı var, ağılın da zəkatı cahillərə dözməkdir"
لکل شئ زکاة و زكو'ة العقل إحتمال الجهال
İmam Əli (ə)

Quran və Hədis Araşdırmaları

30 Nov, 09:33


"Kaş Qədir-Xumda olub İmam Əliyə (ə) beyət edərdim deyənlər, kaş Əlinin (ə) tək qalıb bir-bir Mədinə əhlinin qapısını döyüb şahid axtaranda orda olub mövlanı haqqını müdafiə edərdim" arzusu ilə yaşayanlar bu fürsəti əldən verməsinlər.

Quran və Hədis Araşdırmaları

30 Nov, 04:13


Dua nədir?
Bizim istəyimizi yazıb, Allahın istədiyini pozan bir təsir vasitəsidirmi?
Dua barədə insanların ilk problemi "dua nədir?" sualına cavab tapmamalarıdır.
Əksər insanlar - "siz deyirsiz ki, Allah bir şeyi təqdir edib (qədər olaraq yazıb) və mənim dua etməyimlə Allahın bu təqdiri dəyişəcəkmi və ümumiyyətlə mən Allahın yazdığının pozulması üçün dua etməliyəmmi? Dua etsəm təsiri olacaqmı, əgər olacaqsa, necə və nə cür?" - deyirlər.
Bəziləri güman edir ki, duanın heç bir təsiri yoxdur. Çünki Allah əzəldən bir şeyi müqəddər edib (təqdir edib və miqdarını müəyyən edib). Mənim dua etməyimlə Allah öz təqdirinin üzərindən xətt çəkməyəcək.

Əvvələn, belə deyil ki, bizim həyatımızda baş verən hər bir şeyi Allah-Taala əzəldən belə yazıb. Bizim həyatımız öz əməllərimizin əsiridir. Həyatımızda rastlaşdığımız bir çox yaxşı və ya pislər öz əməllərimizin təbii nəticəsidir.

Biz dua edərək öz səhv əməlimizin bağışlanmasını və o əmələ görə dünya və axirətdə cəzalandırılmamağımızı istəyirik. Çünki bilirik ki, Allah-Taala hər şeyə təsir qoya və hər şeyin axarını dəyişə biləcək yeganə varlıqdır.

İkincisi, dua bir növ Allaha qayıdışdır, tövbədir. Buna görə də əməllərin islahı ilə birgə olmalıdır. İnsan əməlini də islah edərsə, duası qəbul edilir və öz müsbət təsirini qoyur. İnsan əməlini islah etdikdə, Allah da insanın çətin işlərini asanlıqla islah etməyə kömək edir.

Üçüncüsü ki, bir az irfani məsələdir. DUA etməklə insan yaradılışdan əvvələ qayıdır, Allahın bizim üçün təqdirindən öncə olan bir zamanda Allaha vəsl olur, birləşir, yəni hər şey yazılmamışdan öncəki zamanda olduğun ana qayıdırsan. Həmin zamanda hər şey islah oluna bilər və yeni bir həyat axarına düşmək olar və başlamaq olar. Çünki Allah hər şeydən öncədir. Və sən xalis dua ilə Allaha vasil ola bilirsənsə, deməli zaman və məkan fövqündə bir məqama birləşibsən ki, hər şey oradan idarə olunur, orada sən bu sən deyilsən, orada nura birləşmiş bir varlıqsan və orada Allahın diqqətini cəlb edə bilirsənsə, çox şeyi dəyişməyə qadirsən, demli duanın qəbulu şübhəsizdir, əlbəttə Allah bunu sənin üçün istəyəcəksə.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

30 Nov, 04:10


Həzrət İmam Rza (ə):
"Namaz vaxtlarını qoruyun - (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl vaxtına girərsə, amma üzürsüz səbəbdən namazını vaxtında qılmazsa, o xətakardır, Allah-Taalanın bu kəlamına görə ki, buyurur: “Vay olsun o namaz qılanlara ki, namazlarını yüngül sayarlar, (Maun, 5-4) – yəni namazın vaxtından qafil idilər – (namaz vaxtını izləmirdilər ki, vaxtında qılsınlar).
Fiqhur-Rza (ə), s.100.

@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

30 Nov, 04:06


Quran və Hədis Araşdırmaları pinned «Vaxtımız heç qalmayıb Bir sədəqəyə min sədəqənin savabını qazanmaq üçün təkcə bu gün fürsət var "Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda)…»

Quran və Hədis Araşdırmaları

29 Nov, 15:48


Dənizçilərə ...
"Bir gecə dəniz kənarında (su sərhədləri) keşik çəkmək min ilin gecə namazı və orucundan daha üstündür"
حَرسُ لَيلَةٍ في سَبِيلِ اللّهِ عَلى ساحِلِ البَحرِ أفضَلُ مِن صِيامِ رَجُلٍ و قِيامِهِ فِي أهلِهِ ألفَ سَنَةٍ
Həzrət Məhəmməd (s)
P.S: "Sahilil-Bəhr" (dəniz kənarı) ifadəsi keçib hədisdə. Mən su sərhədləri kimi məna etdim. Amma bu cür də məna etmək olar ki, kəndi və ya şəhəri su basmasın deyə keşiş çəkənləri, bu baxımdan dəniz və çayları nəzarətdə saxlayanları da hədis ehtiva edir. Məsələn, hətta Fövqəladə Hallar Nazirliyinin və seysmoloji xidmət idarəsinin xalq üçün xalis niyyət ilə çalışan işçilərinə də bunu aid etmək olar.

Quran və Hədis Araşdırmaları

29 Nov, 04:10


✍️Cümənin sübhündə başda mövlamız Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) olmaqla, müctəhidlərimizin, alim və ruhanilərimizin, cəbhələrdə düşmənlərlə üz-üzə dayanan qardaşlarımızın, həbsdə və qəriblikdə olanlarımızın, ailəmizin və bütün sevdiklərimizin salamatçılığı niyyəti ilə sədəqə verək, İnşaallah.

🌞
Həzrət İmam Cəfər Sadiq (ə)
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
"Hər kəs sübh və səhər çağı sədəqə verərsə, Allah-taala həmin günün nəhsliyini (xoşagəlməz hadisələri, şərr işləri, pislikləri, bəlaları) ondan uzaqlaşdırar".
Şeyx Küleyni, əl-Kafi, c.4, s.6, hədis:7.

☀️Aşağıdakı kapital kart ailə başçısı olmayan, ruzi gətirmək üçün işləyəcək gücləri olmayan ehtiyaclı bir ailəyə aiddir:
4169738841617602

@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Nov, 12:40


İmam Sadiq (ə) buyurdu: Hər bir mömin və kafir ruh hər hansısa bir günün sonunda, qüruba yaxın bir vaxtda ailəsini görməyə gələr. Əgər ailəsinin saleh və yaxşı işlər gördüyünü görərsə, buna görə Allah şükür edərə (və xoşhal halda geri dönər). Kafir ruhlar isə ailələrinin hətta yaxşı əməl sahibi olduqlarını görəndə belə həsrət çəkərlər (o əməllərdən etmədikləri üçün və kədərli halda) geri dönərlər.
ما من مؤمن و لا كافر إلا و هو يأتي أهله عند زوال الشمس فإذا رأى أهله يعملون بالصالحات حمد اللَّه على ذلك و إذا رأى الكافر أهله يعملون بالصالحات كان عليه حسرة
Əllamə Feyz Kaşani, “əl-Vafi”, c. 25, s.628, hədis: 3-24774.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Nov, 12:33


Ölənləriniz sizin ziyarətinizə gəlir

İshaq ibn Əmmar və digərləri belə nəql edirlər:
İmam Musa Kazimdən (ə) soruşdum: Ölənlərin ruhları ailələrini ziyarət edirlərmi?
İmam (ə) buyurdu: Bəli.
Soruşdum: Nə vaxtlar və neçə gündən bir?
İmam (ə) buyurdu: Bəziləri iki gündən bir, bəzilər hər üç gündə bir dəfə, bəziləri həftədə bir dəfə, bəziləri ayda və bəziləri də ildə bir dəfə - hər kəs saleh əməlinin miqdarında və axirətdəki məqamına uyğun olaraq.
Əməl baxımından ən aşağı dərəcədə olan möminlər isə ən azı hər Cümədə bir dəfə ailələrini ziyarət edirlər.
Dedim: Hansı saatda ziyarətə gəlirlər?
İmam (ə) buyurdu: Gün batar çağında və ya bir az öncəsi – (bir sıra hədislərdə də rəvayət edilib ki, Sübh azanından Günəş çıxana qədər də ruhlara ailələrini ziyarət etmək icazəsi verilir).
Soruşdum: Hansı şəkildə gəlirlər?
İmam (ə) buyurdu: Çox lətif (gözlə görünməyəcək qədər şəffaf) bir quş şəkilində gələrlər, yaxınlarının evlərinin qənşərində dayanar, onları seyr edər və danışdıqlarına qulaq asarlar.
(Ruhlar hansısa qiyafəyə girmir, axirət bədənində insanın dünyadakı şəkilində olur. Burada lətif quşa təşbih edilməsi, hüzurlarının hiss edilməyəcək qədər tez gəlib qayıtmalarına və həmçinin uca bir yerdən ailəsini və istədiklərini tam ətraflı görə bilməsinə işarə ola bilər).
Və Allah-taala onunla mələk də göndərər ki, ona xoş olmayan şeyləri ondan gizləsin və o xoşuna gələnləri görsün və qayıdarkən şad və xoşhal qayıtsın.
(Əlbəttə bu bütün ruhlar üçün belə deyil. Oxşar hədislərdə deyilir ki, bəzi ruhlar ailəsinin yaxşı əməl sahibi olduqlarını və ruzilərinin yaxşı olduğunu görərsə, xoşhal qayıdar, əks halda isə kədərli halda geri dönər).
Əllamə Feyz Kaşani, “əl-Vafi”, c.25, s.629, hədis: 247775; 247776; 24777.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Nov, 11:56


Məsum imamlarımızdan rəvayət edilən hədislərdə deyilir:
“Xanım Fatimeyi-Zəhra (s) atası Peyğəmbərdən (s) sonra yetmiş beş gün yaşadı. Bu günlər ərzində kimsə onu şad və xürrəm görmədi. Hər həftə (ən azı) iki dəfə, Bazar Ertəsi (birinci gün), Cümə Axşamı (dördüncü gün) və (digər hədislərə görə) Cümə günləri və həmçinin Şənbə günü səhərlər qəbiristanlığa gedər və şəhidlərin qəbirlərini ziyarət edərdi. Həzrət Həmzə Seyyidüş-şühədanın qəbrinə baş çəkər və onun üçün Allahdan rəhmət və bağışlanmaq diləyərdi.”
«عَاشَتْ فَاطِمَةُ (علیها السلام) بَعْدَ أَبِيهَا خَمْسَةً وَ سَبْعِينَ يَوْماً لَمْ تُرَ كَاشِرَةً وَ لَا ضَاحِكَةً؛ (کانت) تَأْتِي قُبُورَ الشُّهَدَاءِ فِي كُلِّ جُمْعَةٍ مَرَّتَيْنِ الْإِثْنَيْنَ وَ الْخَمِيسَ - فِي كُلِّ غَدَاةِ سَبْتٍ فَتَأْتِي قَبْرَ حَمْزَةَ وَ تَتَرَحَّمُ عَلَيْهِ وَ تَسْتَغْفِرُ لَهُ».
Şeyx Hürr Amuli, “Vəsailuş-şiə”, c.3, s.224, hədis: 1-3467; 1-3468.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Nov, 11:39


İmam Cəfər Sadiq (ə) cəddi, seyyidul-vəsiyyin, mövləl-muttəqin, əmirəl-mominin Həzrət İmam Əli ibn Əbi Talibdən (ə) nəql etdiyi bir hədisdə buyurur:
“Ölənlərinizi ziyarət edin. Həqiqətən onlar sizin onları ziyarət etməyiniz səbəbi ilə şad olurlar. Əgər sizdən birinizin bir çətinliyi, istək və hacəti varsa, ata və anasının qəbiri yanında (əvvəlcə) onları dua etsin (bağışlanmaqlarını Allahdan istəsin) və sonra öz hacətini Allahdan diləsin”.
زُورُوا مَوْتَاكُمْ فَإِنَّهُمْ يَفْرَحُونَ بِزِيَارَتِكُمْ وَ لْيَطْلُبْ أَحَدُكُمْ حَاجَتَهُ عِنْدَ قَبْرِ أَبِيهِ وَ عِنْدَ قَبْرِ أُمِّهِ بِمَا (بعد ما) يَدْعُو لَهُمَا.
Şeyx Hürr Amuli, “Vəsailuş-şiə”, c.2, s.223hədis: 5-3466.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

25 Nov, 11:39


İmam Cəfər Sadiq (ə) buyurur:
Həzrət Rəsulullah (s) həftənin hər Cümə Axşamı günü əsr vaxtında (günün sonunda) səhabələrinin bir dəstəsi ilə Bəqi qəbiristanlığına gedər və onlara belə deyərdi: “Salam olsun sizə, ey axirət diyarının əhli”, “Allah sizə rəhmət etsin”. Və bu sözlərin hər birini üç dəfə təkrar edərdi.”
Şeyx Hürr Amuli, “Vəsaiuluş-şiə”, c.3, s.224, hədis: 3-3469.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

23 Nov, 17:06


Şeytanı sevindirən əməl

Heç bilirdiniz ki, bu əməlinizə görə Şeytan sizə hətta dua da edir.
Bilirsiniz hansı əməliniz şeytanı daha çox sevindirir? Hətta o qədər sevinir ki, əlini əlinə vurur?
Bilmirsiniz?
Yaxşı, elə isə, eşidin Peyğəmbərdən (s).
Həzrət Rəsulullah (s) buyurur:

اِذا اخَتَصَمَتْ هِیَ وَ زَوجُها فی‌البَیتِ فَلَهُ فی کُلِّ زاویَهٍ مِن زوایَا البَیتِ شَیطانٌ یُصفِّقُ و یَقولُ: فَرَّحَ اللهُ مَن فَرَّحَنی

"Qadın evdə əri ilə savaşanda evin hər küncündə bir şeytan dayanır və şadlığından əl çalaraq deyir: Allah məni sevindirəni sevindirsin!"

Şeyx Məhəmmədnəbi Tuyəskərani (vf. 1320 hq), "Ləali əl-Əxbar", c.2, s.217.

t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

23 Nov, 09:56


Quran və Hədis Araşdırmaları pinned «✍️Cümənin sübhündə başda mövlamız Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) olmaqla, müctəhidlərimizin, alim və ruhanilərimizin, cəbhələrdə düşmənlərlə üz-üzə dayanan qardaşlarımızın, həbsdə və qəriblikdə olanlarımızın, ailəmizin və bütün sevdiklərimizin salamatçılığı…»

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:26


"Ey Əbəl-Həsən! Mən həya edirəm Allahdan ki, səni (maddi) gücün yetməyəcək bir işə məcbur edəm və səndən öhdəsindən gələ bilməyəcəyin bir şeyi istəyəm".
يَا أَبَا اَلْحَسَنِ إِنِّي لَأَسْتَحْيِي مِنْ إِلَهِي أَنْ تُكَلِّفَ نَفْسَكَ مَا لاَ تَقْدِر علیه
Həzrət Zəhra (s)
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:25


"Yemək yeyəndən sonra əllərini yumadan yatan (bədənində tapılacaq xəstəliklərə görə) özündən başqa heç kimi qınamasın".
لا یَلُومَنَّ امْرُءٌ إلاّ نَفْسَهُ، یَبیتُ وَ فی یَدِهِ ریحُ غَمَر
Həzrət Zəhra (s)
Müttəqi Hindi, "Kənzül-Ümmal", c.15, s.242, hədis:40759.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:24


"Xanımlar üçün ən xeyirlisi budur ki, onlar kişiləri və kişilər də onları görməsinlər".
Həzrət Zəhra (s).
P.S: Bu hədis qadın və kişiləri cəmiyyətdə dini çərçivədə münasibətlərə dəvət edir, yəni geyim, rəftar və danışıqda hicab və iffətin qorunması və naməhrəmə baxışların kontrol edilməsinə. Çünki qadın və kişi münasibətlərində dini çərçivələr riayət olunarsa, cəmiyyət daha sağlam və iffətli mənəviyyat və mədəniyyətə malik olar.
مكارم الأخلاق، حسن بن فضل طبرسی، ص233، الفصل التاسع...: «... خَيْرُ النِّسَاءِ أَنْ لَا يَرَيْنَ الرِّجَالَ وَ لَا يَرَاهُنَ‏ الرِّجَالُ‏...».
Həsən ibn Fəzl Təbərsi (6-cı hicri əsri), "Məkarimul-Əxlaq", 7-ci fəsil, s. 233.
Əli ibn İsa İrbili (7-8 -ci hicri əsri), "Kəşfül-Ğümmə", c1, s.466. @mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:23


"Allah-Taala Əlini, Xanımını (Həzrət Zəhranı) və övladlarını insanlara "höccət" qərar vermişdir. Onlar (12 imam və Həzrət Zəhra) elm qapısıdırlar, hər kəs onların vasitəsilə hidayət olarsa, doğru yola hidayət olmuşdur"
إِنَّ اللَّهَ جَعَلَ عَلِيّاً وَ زَوْجَتَهُ وَ أَبْنَائه حُجَجَ اللَّهِ عَلَى خَلْقِهِ- وَ هُمْ أَبْوَابُ الْعِلْمِ فِي أُمَّتِي- مَنِ اهْتَدَى بِهِمْ هُدِيَ إِلى صِراطٍ مُسْتَقِيمٍ
Həzrət Məhəmməd (s).
Hakim Həskani, "Şəvahid ət-Tənzil", 1/76, hədis:89.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:22


İmam Əli (ə) Həzrət Zəhra (s) haqqında buyurur:
"And olsun Allaha ki, onu qəzəbləndirmədim, onu bir işə məcbur etmədim... O da məni qəzəbləndirmədi, heç bir işdə mənə qarşı olmadı. Ona baxdığım zaman qəm və qüssələrimi unudurdum".
قَالَ عَلِيٌّ ع فَوَ اللَّهِ مَا أَغْضَبْتُهَا وَ لَا أَكْرَهْتُهَا عَلَى أَمْرٍ حَتَّى قَبَضَهَا اللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ وَ لَا أَغْضَبَتْنِي وَ لَا عَصَتْ لِي أَمْراً وَ لَقَدْ كُنْتُ أَنْظُرُ إِلَيْهَا فَتَنْكَشِفُ عَنِّي الْهُمُومُ وَ الْأَحْزَان
Kəşful-Ğümmə, 1/363; Biharul-Ənvar, 43/134/bab:5;
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

19 Nov, 08:10


Hacət və istəklərin həyata keçməsi üçün ən yaxşı nəzr hansıdır?

Nəzrdə ən mühüm və əhəmiyyətli məsələ niyyətin xalis və sadiq olması və bütün vücudunla Allahın məsləhət və tədbirinə iman etməkdir.
Quran ayələri, hədislər və müsəlman alimlərin irfani təcrübələri əsasında bunu demək olar ki, hansısa problemin həlli üçün qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyəti ilə) aşağıdakı nəzirləri öhdəyə almaq olar. Əlbəttə hər kəs gücü çatan şeyi nəzr etməlidir, əks halda məqbul deyildir.
1) Hacətim yerinə yetsin (xəstəlikdən şəfa tapım, oğlum əsgərlikdən salamat gəlsin və sair...) Allah üçün beş gün oruc tutaram. (Oruc günlərinin sayını hər kəs öz fiziki durumuna və iradə möhkəmliyinə görə az və ya daha çox deyə bilər).
2) Hacətim yerinə yetsin Allah üçün oruc tutaram savabını 14 məsuma, və ya xanım Zəhraya (s) və ya İmam Zamana (ə.f) hədiyyə edərəm.
3) Hacətim yerinə yetsin filan miqdarda fəqirə filan qədər Allah üçün sədəqə verərəm. (Fəqirlərin sayı və nə ehsan edəcəyini hər kəs maddi gücünə görə təyin etməlidir).
4) Hacətim yerinə yetsin 40 gecə Aşura ziyarəti xətmi tutaram.
5) Hacətim yerinə yetsin Quran oxuyaram savabını 14 məsuma, və ya xanım Zəhraya (s) və ya İmam Zamana (ə.f) və ya məsumlardan birinə (ürəyindən hansı keçsə) hədiyyə edərəm.
6) Hacətim yerinə yetsin Allah üçün 40 yetim sevindirərəm.
7) Hacətim yerinə yetsin Allah üçün fəqirləri evimə çağırıb ehsan verərəm və ya fəqirlərin evinə ərzaq göndərərəm.
8) Hacətim yerinə yetsin Allah üçün evimdə İmam Hüseyn (ə) məclisi quraram.
9) Hacətim yerinə yetsin Allah üçün fəqirləri evimə çağırıb onlara İmam Hüseyn (ə) adına ehsan verərəm.
10) Hacətim yerinə yetsin Allah üçün fəqirləri evimə çağırıb onlara xanım Fatimeyi-Zəhra (s) adına ehsan verərəm.
11) Hacətim yerinə yetsin Allah üçün evimdə xanım Zəhra (s) adına əzadarlıq məclisi quraram.
12) Hacətim yerinə yetsin Allah üçün qırx fəqir seyyidi sevindirərəm.

P.S: Bəzi irfan ustadları deyiblər ki, xətmlərin sayı və ya oruc tutulacaq günlərin sayı hər kəsin adının Əbcəd hesabına uyğun olsa daha yaxşıdır. Məsələn kiminsə adı Rəsuldursa, bu adın rəqəmi kiçik əbcəd hesabı ilə 17-dir. Yaxşı olar ki, Rəsul adında kimsə nəzr edəndə rəqəmi 17-dən az olmasın.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

18 Nov, 07:21


Dua istəyi
Əziz dostlar, çox yaxın mömin bir qardaşımızın sağlamlığında ciddi problem yaranıb. Qardaşımızın sağalması üçün tibbi müalicədən əlavə möminlərin duasına da ciddi ehtiyacımız var.
Onun şəfa tapması üçün sabah Zöhr azanınadək 14 məsuma (ə) 14 min salavat xətmi ilə təvəssül etmək istəyirik, İnşaallah.
Bu elanın çatdığı hər bir mömindən xahişihimiz budur ki, elanı paylaşsın və ən azı 14 salavat zikri hədiyyə etsin, İnşaallah.
@mirmehemmed_beshir
Salavat xətm edənlər sayını İD-yə yazsınlar: @b_mirmehemmed

Quran və Hədis Araşdırmaları

18 Nov, 07:10


Hacətlərin alınması üçün xanım Fatimeyi-Zəhra (s) zikri

"Fatimətuz-Zəhra (s) behcətu-qəlbil-Mustafa (s)" kitabının müəllifi Əhməd Rəhmani Həmədani (1355-1424 hq) kitabın 252-ci səhifəsində öz ustadı mərhum Axund Molla Əli Məsumi Həmədanidən nəql edir ki, hər kəs kamil ixlasla Allah dərgahına üz tutub 530 dəfə aşağıdakı zikri deyərsə, hacətləri rəva olar:

«اللهمّ‏ صلّ‏ على‏ فاطمة و أبيها و بعلها و بنيها بعدد ما أحاط به علمك»

(Əllahummə səlli əla Fatimətə və əbiha, və bəliha və bəniha, bi ədədi ma əhatə bihi elmuk).

"Ey Allahım, Fatiməyə, atasına, ərinə və övladlarına Öz elminin əhatə etdiyi qədər salavat və salam göndər".

Sonra Allahdan hacətlərini istəyərək aşağıdakı zikri də 530 dəfə desin:

«إلهي بحقّ فاطمة و أبيها و بعلها و بنيها و السرّ المستودع فيه»

(İlahi, bi həqqi Fatimətə və əbiha, və bə
liha və bəniha, vəs-sirril mustəvdəi fiha).

"İlahi, Səni and verirəm Fatimənin, onun atasının, ərinin və övladlarının haqqına və Fatimədə (s) əmanət qoyulmuş sirrin haqqına".

📚(Abdullah ibn Nurullah Bəhrani İsfahaninin "Əvalimul-Ulum vəl-Məarif" kitabının istidrakı, Məhəmmədbaqir Müvəhhid Əbtəhi, c.11, 2-ci hissə, s.1146.)

📋
Həmçinin qeyd edim ki, bu zikri mərhum Ayətullah Mərəşi Nəcəfi öz vəsiyyətnaməsində yazıb və övladlarına vəsiyyət etib ki, namazların qunutunda oxusunlar.
Əlbəttə aşağıdakı formada və az fərqlə:

«اللهم إني أسألك بحق فاطمة وأبيها و بعلها و بنيها و السر المستودع فيها أن تصلي على محمد وآل محمد وأن تفعل بي ما أنت أهله ولا تفعل بي ما أنا أهله...»

(Əllahummə inni əsəlukə bi həqqi Fatimətə və əbiha, və bəliha və bəniha, bis-sirril-mustəvdəi fiha, ən tusəliyyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi ma əntə əhluhu və la təf`əl bi ma ənə əhluhu).

“Allahım, Səndən Fatimənin, atasının, ərinin və övladlarının və xanım Fatimədə əmanət qoyduğun sirrin hörməti xatirinə istəyirəm ki, Muhəmməd və onun övladlarına salam və salavatını göndərəsən və mənim barəmdə Öz İlahi rəhmətinə layiq olanı edəsən, mənim (pis əməllərimə görə) layiq olduğumu deyil”.


Seyidd Adil Ələvi, "Qəbəsatun min həyati seyyidina əl-ustaz Ayətullah əl-Uzma Seyyid Şəhabuddin Mərəşi Nəcəfi", s.124.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Nov, 06:12


Sıxıntılardan nicat duası

İmam Əli (ə) buyurdu:
Hər kəs canı, malı, ailəsi və övladı barədə rastlaşdığı çətinlikdən və zalimlərin şərrindən nicat tapmaq və xilas olmaq istəyirsə, bu duaya sığınsın ki, İnşaallah, bu dua qorxduğu problemlər barədə ona kifayət edər:

«اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ وَ أَهْلِ بَيْتِهِ الَّذِينَ اخْتَرْتَهُمْ‏ عَلى‏ عِلْمٍ عَلَى الْعالَمِين. اللَّهُمَ‏ فَذَلِّلْ‏ [لِي‏] صُعُوبَتَهَا وَ حُزُونَتَهَا وَ اكْفِنِي شَرَّهَا فَإِنَّكَ الْكَافِي الْمُعَافِي وَ الْغَالِبُ الْقَاهِرُ».

“Əllahummə inni ətəvəccəhu iləykə bi-nəbiyyikə nəbiyyir-rəhməti və əhli-bəytihi, əl-ləzinə ixtərtəhum əla elmin ələl-aləmin.
Əllahummə fəzəllil li suubətəha və huzunətəha, vəkfini şərrəha, fə innəkə əl-kafi, əl-muafi, vəl-ğalibil-qahir.”

Ravəndi, “Sulvətul-Həzin” (əd-Dəəvat), s.65, hədis:161 və 162.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

15 Nov, 11:12


İmam Sadiq (ə):
الْعَمَلُ الْخَالِصُ الَّذِي لَا تُرِيدُ أَنْ يَحْمَدَكَ عَلَيْهِ أَحَدٌ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ

“Xalis əməl odur ki, ona görə səni Allah-Taaladan başqa heç kəsin tərifləməsini istəməyəsən.”
“Əl-kafi”, c.2, səh.12, hədis 4.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

14 Nov, 13:47


Niyə “Zəhra” adlanır?

Cəfər ibn Məhəmməd ibn Ümarə atasından belə nəql edir:

İmam Cəfər Sadiqdən (ə) xanım Fatimənin (s) nə üçün “Zəhra” adlandığını soruşdum. O həzrət (ə) cavab verdi: “Çünki (Allah-Taala onu Öz əzəmət nurundan yaradıb və) O, ibadət mehrabında namaza durarkən onun nuru səma əhlinə aşkar olurdu, necə ki, ulduzların işığı yer əhlinə çatır.”

Şeyx Səduq, “Məanil-Əxbar”, s.64, hədis:15.

عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عُمَارَةَ عَنْ أَبِيهِ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) عَنْ فَاطِمَةَ، لِمَ‏ سُمِّيَتْ‏ زَهْرَاءَ؟
فَقَالَ (ع): لِأَنَّهَا كَانَتْ إِذَا قَامَتْ فِي مِحْرَابِهَا زَهَرَ نُورُهَا لِأَهْلِ السَّمَاءِ كَمَا يَزْهَرُ نُورُ الْكَوَاكِبِ لِأَهْلِ الْأَرْضِ. – (و إِنَّمَا سُمِّيَتِ الزَّهْرَاءَ، لِأَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ خَلَقَهَا مِنْ نُورِ عَظَمَتِهِ).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 06:04


"Fatimə Cənnət xanımlarının, bütün dünya xanımlarının, möminlərin xanımlarının və bu ümmətin xanımlarının seyyidəsidir"
أَنَّ ‌فَاطِمَةَ ‌سَيِّدَةُ نِسَاءِ أَهْلِ الْجَنَّةِ - ‌سَيِّدَةُ نِسَاءِ المومنين - ‌سَيِّدَةُ نِسَاءِ العالمين - ‌سَيِّدَةُ نِسَاءِ هذه الامة
Həzrət Məhəmməd (s)
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:15-16-17-18-19-21.

** Bu hədis əslində qaynaqlarda bir neçə hədis kimi rəvayət edilib. Yəni "dünya xanımlarının seyyidəsi", "mömin xanımların seyyidəsi", "cənnət xanımlarının seyyidəsi", "ümmətin xanımlarının seyyidəsi" kimi ayrı-ayrı mətn və sənədlərlə keçib. Məzmunu eyni olduğu üçün hamısını bir mətnə topladım. Bu hədis Əhli-Sünnənin əksər hədis qaynaqlarında keçib, mənbə və sənəd baxımından ən güclü hədislərdəndir.
t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 06:03


"Atasının anası" olmaq dəyərdir,
"möminlərin anası" olmaq isə sadəcə sosial məsələlərin həlli üçün nəzərdə tutulmuş hüquqi bir statusdur.

Peyğəmbərin (s) xanımlarının "möminlərin anası" olmaları təkcə hüquqi (fiqhi) baxımdan verilmiş ictimai bir statusdur, bu məsələ onların Allah yanında böyük məqam sahibi olduqlarını isbatlamır. Allah yanında böyük məqam sahibi olmaları üçün saleh əməl sahibləri olmaları lazımdır. Məsələyə Quran örnəkləri ilə yanaşsaq, görəcəyik ki, Həzrət Adəmin (ə) oğlu öz qardaşını öldürüb ilk qatil olur, Həzrət Lutun (ə) arvadı ərinə xəyanət edir, Həzrət Nuhun (ə) arvadı ona iman gətirmir, Həzrət Yəqubun (ə) oğlanları qardaşları Yusifi (ə) öldürməyə çalışırlar və sair... Lutun (ə) arvadına Quranda lənət oxunduğu və Nuhun (ə) arvadı pisləndiyi halda, Fironun sarayında olan bir xanım isə Qurani-Kərimdə (Təhrim:11 və Qəsəs: 9) yaxşılıqla yad edilir.
Elə buna görə də Peyğəmbərin (s) evində, ətrafında olmaq, onunla bir süfrədə əyləşməyin, Peyğəmbərə (s) xanım, övlad və ya səhabə olmağın özü özlüyündə heç bir dəyəri yoxdur. Dəyər və üstünlük saleh əməl etməkdə, Quran və Əhli-Beytə (ə) vəfalı və sədaqətli olmaqda, bu yolda sonacan möhkəm dayanmaqda və bu yolda ölməkdədir.
Amma və lakin... "Fatimə məndən bir parçadır" kəlamı bir söz deyil, məqamdır, "atasının anası" olmaq bir dəyərdir, atanın hər səhər qızının evinin kandarına gəlib "salam olsun sizə ey ev əhli" deməsi, ev əhlini bir əbanın altına toplayaraq "Təthir" ayəsi oxuması, "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır" deməsi, "Hüseyn məndən, mən də Hüseyndənəm" buyurması, "Əlini sevən mömin, sevməyən münafiqdir" vurğulaması, bax, bunlar çox üstün bir dəyər və fəzilətdir və insanlara hidayət yolunu göstərən kəlamlardır və sahibləri üçün çox uca məqamlardır.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 06:02


Ey Fatimə (s), bu, sənə və övladlarına aid deyil!

Qazi Əbu Məhəmməd əl-Kərxi öz kitabında İmam Sadiqdən belə rəvayət edir ki, O həzrət (ə) Qurani-Kərimin Nur surəsinin 63-cü ayəsinin təfsiri barədə buyurub:
Həzrət Fatimə (s) buyurdu: “Öz aranızda Peyğəmbəri çağırmağı və səsləməyi, birinizin digərinizi çağırması və səsləməsi kimi səsləməyin və çağırmayın...” - (Peyğəmbəri çağırarkən və ona müraciət etdiyiniz zaman ədəbli olun, onu öz adı ilə səsləməyin, ona “Rəsulullah” deyə müraciət edin) – ayəsi nazil olduqdan sonra mən utanırdım ki, ona (s) “ata” deyim və çalışırdım ki, o Həzrətə (s) “ey Allahın Rəsulu” deyə müraciət edim.
Peyğəmbər (s) mənim bu işimə bir iki dəfə münasibət bildirməyib üzərindən keçsə də, növbəti dəfə mənə buyurdu: Ey Fatimə, bu ayə sənin barəndə və sənin ailən və nəsilin barədə nazil olmayıb. Bu ayə Qüreyşdən cəfa, zülm, kobudluq və təkəbbür əhli olanlar barədə nazil olub. Sən mənə “ata” de ki, bu, mənim ürəyimi daha sağlam və Allahı daha xoşhal və razı edər.
الْقَاضِي أَبُو مُحَمَّدٍ الْكَرْخِيُّ فِي كِتَابِهِ عَنِ الصَّادِقِ (ع):‏ قَالَتْ فَاطِمَةُ: «لَمَّا نَزَلَتْ‏ «لا تَجْعَلُوا دُعاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعاءِ بَعْضِكُمْ بَعْضاً»، هِبْتُ رَسُولَ اللَّهِ (ص)، أَنْ أَقُولَ لَهُ «يَا أَبَتِ»، فَكُنْتُ أَقُولُ «يَا رَسُولَ اللَّهِ».
فَأَعْرَضَ عَنِّي مَرَّةً وَ اثْنَتَيْنِ أَوْ ثَلَاثاً، ثُمَّ أَقْبَلَ عَلَيَّ، فَقَالَ (ص): يَا فَاطِمَةُ، إِنَّهَا لَمْ تَنْزِلْ فِيكِ وَ لَا فِي أَهْلِكِ وَ لَا فِي نَسْلِكِ، أَنْتِ مِنِّي وَ أَنَا مِنْكِ، إِنَّمَا نَزَلَتْ‏ فِي‏ أَهْلِ‏ الْجَفَاءِ وَ الْغِلْظَةِ مِنْ قُرَيْشٍ، أَصْحَابِ الْبَذَخِ وَ الْكِبْرِ، قُولِي «يَا أَبَتِ»، فَإِنَّهَا أَحْيَا لِلْقَلْبِ وَ أَرْضَى لِلرَّبِّ.
İbn Şəhraşub, “əl-Mənaqib”, c.3, s.320.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 06:00


Qızlarınıza bu adları qoyun

İmam Cəfər Sadiq (ə) buyurdu:
“Xanım Fatimeyi-Zəhranın (s) Allah-Taala yanında doqquz adı var (ki, bu adlar onun fəzilət və xüsusiyyətlərinin göstəricisidir):
Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddəsə və Zəhra”.

Şeyx Səduq, “əl-Xisal”, c.2, s.414, hədis:3.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:59


Əhli-Sünnə təfsir alimi: “Həzrət Fatimə (s) keçmiş və gələcək xanımların hamısından üstündür!”

Bəzi Əhli-Sünnə alimləri Qurani-Kərimin Ali-İmran surəsinin 42-ci ayəsinin təfsirində Həzrət Məryəmdən (ə) danışarkən hədislərə istinadən yazırlar: Aləmlərin xanımlarının ən xeyirlisi və ən yaxşıları dörd nəfərdir: Məyəm, Asiyə (Fironun xanımı), Xədicə və Fatimeyi-Zəhra. Həmçinin bəzi müsəlman alimləri xanım Fatimeyi-Zəhranın (s) keçmiş ümmətlərin və gələcək nəsillərin bütün xanımlarından üstün və fəzilətli olmasına icma - (bir qrup alimin yekdil rəyi) - və ittifaq ediblər. Çünki səhih hədislərə əsasən, o, Həzrət Peyğəmbərin (s) bir parçasıdır və Həzrət Peyğəmbər (s) kainatın ən əşrəfi və bütün yaranmışların ən üstünüdür.

Məşhur əhli-sünnə təfsirçisi Alusi isə deyir: "Əhli-Beytin məşhur imamı Əbu Cəfərin - (İmam Məhəmmədbaqir - ələyhissəlam) – rəyinə görə ki, həm də mənim seçimimdir, keçmiş və gələcək nəsillərdə xanımların ən fəzilətlisi və ən üstünü xanım Fatimə (s) və sonra onun anası Xədicədir."

Bax:
Mahmud ibn Abdullah Alusi (ö. 1270 hq), “Ruhul-Məani”, c.2, s.149.
Əbu Həyyan Məhəmməd ibn Yusif əl-Ğərnati (654-745 hq), “əl-Bəhrul-Muhit”, c.3, s.147.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:55


Peyğəmbərin (s) xanımı Ayişə bir dəfə Həzrət Fatiməyə (s) dedi: Sənə Peyğəmbərdən (s) eşitdiyim xoş bir xəbəri deyim. Mən, Allahın Rəsulundan (s) eşitdim ki, buyurur: "Cənnət xanımlarının seyyidələri 4 nəfərdir: Məryəm bint İmran, Fatimə bint Rəsulillah, Xədicə bint Xuveylid və Fironun xanımı Asiyə (bint Muzahim".
قَالَتْ عَائِشَةُ لِفَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَلَا أُبَشِّرُكَ أَنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: ‌سَيِّدَاتُ ‌نِسَاءِ أَهْلِ الْجَنَّةِ أَرْبَعٌ: «مَرْيَمُ بِنْتُ عِمْرَانَ، وَفَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ، وَخَدِيجَةُ بِنْتُ خُوَيْلِدٍ، وَآسِيَةُ امْرَأَةُ فِرْعَوْنَ».
Əhməd ibn Hənbəl (vf. 241 hq), "Fəzailus-Səhabə", c.2, s.760, hədis:1336 və s.851, hədis:1576 - (Beyrut çapı, 1983, 2 cild).
Şövkani, "Dərrus-Səhabə", s. 273, bab:11, hədis:22.
t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:54


"Peyğəmbərin (s) qızında - (Həzrət Fatimə (s)) – mənim üçün gözəl nümunə var".
«... وَ فِي ابْنَةِ رَسُولِ اللَّهِ (ص) لِي أُسْوَةٌ حَسَنَةٌ ...».
İmam Mehdi (ə.f) / "əl-Ğeybə", Şeyx Tusi, s. 286. (@mirmehemmed_beshir)

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:54


"Bizim şiələrimiz, bizi sevənlər, bizim dostlarımızın dostları, düşmənlərimizin düşmənləri, qəlbi və dili ilə bizə tabe olanlar Cənnət əhlinin yaxşılarındandırlar".
«... شِيعَتُنَا مِنْ خِيَارِ أَهْلِ الْجَنَّةِ وَ كُلُّ مُحِبِّينَا وَ مُوَالِي أَوْلِيَائِنَا وَ مُعَادِي أَعْدَائِنَا وَ الْمُسْلِمُ بِقَلْبِهِ وَ لِسَانِهِ لَنَا...».
Həzrət Fatimə (s)
Əllamə Məclisi, "Biharul-Ənvar", c.65, s.155, bölmə:19, hədis:11. (@mirmehemmed_beshir)

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:53


Həzrət Fatimə (s) buyurur:
“Biz (Peyğəmbərin Əhli-Beyti) Allah ilə yaranmışlar arasında əlaqə vasitəsiyik, biz Onun pak seçilmişləriyik, biz Onun (insalar üçün yer üzündə qərar verdiyi) müqəddəs qapıyıq, biz Onun tərəfindən insanlara höccətik (doğru yolu göstərən) və biz Onun peyğəmbərlərinin varisiyik”.
نَحْنُ وَسیلَتُهُ فى خَلْقِهِ، وَ نَحْنُ خاصَّتُهُ وَ مَحَلُّ قُدْسِهِ، وَ نَحْنُ حُجَّتُهُ فى غَیْبِهِ، وَ نَحْنُ وَرَثَةُ اءنْبیائِهِ.
İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, c.16, s.211. (@mirmehemmed_beshir)

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:52


Həzrət Fatimə (Allahın salam və salavatı Ona və övladlarına olsun):
"Sizin ən yaxşınız camaatla daha çox yumuşaq davrananınız, daha çox mehriban olanınız və xanımına daha çox ehtiram edəninizdir"
خياركم ألينكم مناكبه و أكرمهم لنسائهم
Dəlailul-İmamət, s.7.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:49


"FATİMƏ mənim bir parçamdır. O mənim gözümün işığıdır, qəlbimin meyvəsidir. Onu əziyyət edən məni əziyyət edir, onu şadlandıran məni şadlandırır. O, Əhli-Beytimdən mənə qoşulaqcaq ilk kəsdir".
إنَّ فاطِمةَ بَضعَةٌ مِنّي و هِىَ نورُ عَيني و ثَمَرَةُ فُؤادي ؛ يَسوؤُني ما ساءَها و يَسُرُّني ما سَرَّها و إنَّها أوَّلُ مَن يَلحَقُني مِن أهلِ بَيتي ؛ [ الأمالى ، صدوق ، ص 575 .]
Həzrət Məhəmməd (s) / @mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:48


"Fatimə mənə insanların hamısından əzizdir"
فاطِمَةُ أَعَزُّ النّاسِ عَلَيَّ ؛ [ بشارة المصطفى ، ص 70 .]
Həzrət Məhəmməd (s) / @mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

14 Nov, 05:46


Ümmətin pisləri

"(Atam Peyğəmbər (s) buyurdu ki,) Mənim ümmətimin ən pisləri rəngarəng nemətlərdən yeyənlər, rəngarəng libaslardan geyinənlər (yəni bu ikisində israf edənlər) və ağzıyekəlik edənlərdir (boşboğazlıq edənlər, ağzına nə gəldi danışanlar)"

Həzrət Zəhra (s)

"Əvalimul-Ulum vəl-Məarif", Abdullah ibn Nurullah İsfahani, c.11, s.910, hədis:166, "Süyutinin "Fatimə (s) müsnədi"nə istinadən. (@mirmehemmed_beshir)

Quran və Hədis Araşdırmaları

12 Nov, 12:07


Haradadır "ətraf mühit", gəlib öyrənsinlər...

"Əgər sizdən biriniz fidan bir ağac budağı əkdiyiniz yerdə Qiyamət başlayarsa, əgər onu əkəcək qədər fürsət taparsa, əksin".

إن قامَتِ السَّاعَةُ و فِي يَدِ أحَدِكُم فَسيلَةٌ ، فإنِ استَطاعَ أنْ لايَقومَ حَتّى يَغرِسَها ، فَليَغرِسْها

Həzrət Məhəmməd (s)

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

09 Nov, 12:11


"Ya Əli, dörd iş israfdır: Doyandan sonra yemək, işıqlı yerdə çırağ yandırmaq, şoran yerdə əkin əkmək və əhli olmayana yaxşılıq etmək".
يَا عَلِيُّ أَرْبَعَةٌ يَذْهَبْنَ ضَيَاعاً: الْأَكْلُ عَلَى الشِّبَعِ وَ السِّرَاجُ فِي الْقَمَرِ وَ الزَّرْعُ فِي السَّبَخَةِ وَ الصَّنِيعَةُ عِنْدَ غَيْرِ أَهْلِهَا
Həzrət Məhəmməd (s)

Şeyx Səduq (vf.381 hq), "Mən la yəhzuruhul-fəqih", c.4, s.373.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

24 Oct, 14:33


İmam Cavad (ə):
إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا مَنَعوها نَزَعَها عَنْهُم وَحَوَّلَها إِلى غَيْرِهِم
“Həqiqətən, Allahın elə bəndələri var ki, onları davamlı nemət verməklə xüsuslandırıb. Onlara verilən nemətləri paylaşdıqları üçün Allah da nemətini onlardan əsirgəmir. Əgər onlar verilən nemətləri başqaları ilə paylaşmasalar, Allah da nemətini kəsib başqalarına verər.”
“Biharul-ənvar”, c.72, səh.28.
***
Cümə axşamı gecəsi və Cümə günü verilən sədəqə və edilən yaxşılığın savabı birə mindir. Bu mübarək gecədə sədəqə verməklə bəlaları özümüzdən uzaqlaşdıraq və savabını ölənlərimizin ruhuna hədiyyə edərək onları da şad edək, İnşaallah.
Aşağıdakı bank hesabı ailə başçısı və işçi qüvvəsi olmayan ehtiyaclı ailəyə aiddir:
💳Kapital kart:
4169738841617602

Quran və Hədis Araşdırmaları

24 Oct, 10:44


Başqalarına yüklənməyin, sallanmayın

İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə buyurulur:
"Biz Əhli-Beytdən (ə) deyil o kəs ki, dünyasını axirəti və axirətini dünyası üçün tərk edir". (əl-Fəqih", c.3, s.156).
لَيْسَ مِنَّا مَنْ تَرَكَ دُنْيَاهُ لآِخِرَتِهِ وَ لَا آخِرَتَهُ لِدُنْيَاهُ
Həmin hədisi bir az da ətraflı şəkildə Peyğəmbərdən (s) belə nəql ediblər:
ليس بخيركم من ترك دنياه لآخرته و لا آخرته للدّنيا حتّى يصيب منهما جميعا فإنّ الدّنيا بلاغ إلى الآخرة و لا تكونوا كلّا على النّاس.
"Sizin ən yaxşınız o deyil ki, dünyasını axirəti və ya axirətini dünyası üçün tərk etsin. Sizin ən yaxşınız o kəsdir ki, hər ikisindən nəsibini qazansın. Dünya axirətə çatmaq üçün vasitədir. Və çalışın dünya dolanışığı üçün başqalarına yük olmayın". (Nəhcül-Fəsahə, s.660).
Mənbə:
Şeyx Səduq (306-381 hq), "Mən La Yəhzuruhul-Fəqih", c.3, s.156, hədis: 3568.
Əbul-Qasim Payəndə, "Nəhcül-Fəsahə", s.660, hədis:2393.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

23 Oct, 09:24


İmam Əli (ə) Qəsəs surəsinin 77-ci ayəsindəki "dünyadan nəsibini unutma" ifadəsinin təfsirində buyurur:
"Sağlamlığını, gücünü, boş vaxtını, cavanlığını, təravət və şadlığını və zənginliyini (yoxsul olmadığın zamanı) unutma ki, onlarla axirətini qazanmalısan".
عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ع‏ فِي قَوْلِهِ تَعَالَى‏ وَ لا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيا قَالَ لَا تَنْسَ‏ صِحَّتَكَ‏ وَ قُوتَكَ وَ فَرَاغَكَ وَ شَبَابَكَ وَ نَشَاطَكَ وَ غِنَاكَ وَ أَنْ تَطْلُبَ بِهِ الْآخِرَةَ
Mənbə: 1). Məhəmməd ibn Əşəs, "əl-Cəfəriyyat", s.176; 2). Şeyx Səduq, "Məanil-Əxbar", s. 325.

P.S: ،Quranın Qəsəs surəsinin 77-ci ayəsini bu hədisin işığında xülasə olaraq belə təfsir etmək olar:
"Allahın dünyada sizə verdiyi ilə axirətini qazanın. Dünyadan ömür, güc, cavanlıq, sərvət, şad və xürrəm olduğunuz vaxt payınızın çox az olduğunu unutmayın və o payı israf etməyin. Bu nemətlər əlinizdə ikən gözəl işlər görün, çünki bu nemətləri itirdikdən sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edib, günahlarınızı bağışlasa da, artıq Allahın sevdiyi işləri qismən və ya təmamən həyata keçirmək imkanınız olmayacaq.
Buna görə də elə bu andan başlayaq günahları tərk edək, dini məlumatlarımızı çoxaldaq, Quran oxuyaq, ibadətlərimizi edək, namaz qılaq və oruc tutaq, Allah yolunda gözəl işlər görək, imkansızlara kömək edək, dostu, qohum və qardaşları yoxlayaq, Allahın bizə verdiyi bu nemətlərin şükrünü əməlimiz ilə ödəməyə çalışaq, İnşaallah.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

22 Oct, 11:34


"Cahili həmişə bu iki haldan birində görərsən: ya ifrat edər (həddini aşar), ya da təfrit (tənbəllik edər, işi əhəmiyyətsiz və yüngül sayar)".
لَا تَرَى الْجَاهِلَ إِلَّا مُفْرِطاً أَوْ مُفَرِّطاً
İmam Əli (ə) / Nəhcül-Bəlağə" (Sübhi Saleh), s.479, hikmət: 70 (68).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

21 Oct, 11:11


SÜD
Hədislərə görə gündəlik SÜD içmək Peyğəmbərin (s) adəti idi. Həmişə SÜD içdikdən sonra deyərdi:
اَللَّهُمَّ بَارِكْ لَنَا فِيهِ وَ زِدْنَا مِنْهُ
"Əllahummə barik ləna fihi və zidna minhu" – Allahım, bu süddə bizə bərəkət ver və onu bizim üçün çoxalt".
İmam Sadiq (ə) / "əl-Məhasin", Bərqi, c.2, s.491 (yeməlilər kitabı, süd babı).
P.S: İordaniyanın Hədis Elməri professoru Məşhur Qəşitat deyir: Hədslərə görə, süd sümükləri bərkidir, bədənə sakitlik gətirir, stresi azaldır, dərini və dişləri qoruyur.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

18 Oct, 05:00


✍️Cümənin sübhündə başda mövlamız Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) olmaqla, müctəhidlərimizin, alim və ruhanilərimizin, cəbhələrdə düşmənlərlə üz-üzə dayanan qardaşlarımızın, həbsdə və qəriblikdə olanlarımızın, ailəmizin və bütün sevdiklərimizin salamatçılığı niyyəti ilə sədəqə verək, İnşaallah.

🌞
Həzrət İmam Cəfər Sadiq (ə)
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
"Hər kəs sübh və səhər çağı sədəqə verərsə, Allah-taala həmin günün nəhsliyini (xoşagəlməz hadisələri, şərr işləri, pislikləri, bəlaları) ondan uzaqlaşdırar".
Şeyx Küleyni, əl-Kafi, c.4, s.6, hədis:7.

☀️Aşağıdakı kapital kart ailə başçısı olmayan, ruzi gətirmək üçün işləyəcək gücləri olmayan ehtiyaclı bir ailəyə aiddir:
4169738841617602

@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

12 Oct, 04:56


Axirətin üçün gördüyün beş qəpiklik yaxşı işi (hələ onu da xalis niyyətlə edibsənsə), İslam üçün, Allah üçün iş görmüşəm deyib özünü aldatma, sən heç nədən doymayan nəfsin üçün iş görmüsən.
Bir çox hallarda bizi yaxşı iş görməyə vadar edən güc imanımız və Allaha olan bağlılığımız deyil, axirət nemətlərinə tamah salan və axirət əzabından qorxan nəfsimizdir.
Nəfsimiz hey bizə deyir ki, bunu elə, onu eləmə, yoxsa, dünya və axirətdə zərər edirsən.
Sədəqə verirsən ki, ruzi çoxalsın, ömürün bərəkətli olsun və sair.
Bəs, harda qaldı Allahın razılığını qazanmaq?!
Hələ bir arada soruşursan ki, ay Seyyid, hər gün sədəqə də verirəm, nəsə işlərimin düyünü açılmıree?!
Doğrudur, sədəqənin dünya və axirət üçün saymaqla qurtarmayacaq faydaları və savabı var. Amma sən onu verəndə Allahın razılığını qazanmaq üçün verməlisən, alver niyyəti ilə deyil!
Düyünləri açan Allahdır və O bizim üçün nəyin xeyirli olacağını daha yaxşı bilir.

Hamımız üçün Allahdan xeyirlisi, İnşaallah.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

11 Oct, 04:17


✍️Cümənin sübhündə başda mövlamız Həzrət İmam Mehdi Sahib-Zaman (ə.f) olmaqla, müctəhidlərimizin, alim və ruhanilərimizin, cəbhələrdə düşmənlərlə üz-üzə dayanan qardaşlarımızın, həbsdə və qəriblikdə olanlarımızın, ailəmizin və bütün sevdiklərimizin salamatçılığı niyyəti ilə sədəqə verək, İnşaallah.

🌞
Həzrət İmam Cəfər Sadiq (ə)
مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
"Hər kəs sübh və səhər çağı sədəqə verərsə, Allah-taala həmin günün nəhsliyini (xoşagəlməz hadisələri, şərr işləri, pislikləri, bəlaları) ondan uzaqlaşdırar".
Şeyx Küleyni, əl-Kafi, c.4, s.6, hədis:7.

☀️Aşağıdakı kapital kart ailə başçısı olmayan, ruzi gətirmək üçün işləyəcək gücləri olmayan ehtiyaclı bir ailəyə aiddir:
4169738841617602

@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

03 Oct, 14:11


"Alicənab, səxavətli və kərim insanların cövhəri (daxili və mənəvi kimliyi, zati xüsusiyyətləri) fədakarlıq zamanı (özü çətin durumda və ehtiyaclı olduğu zaman öz mənfəətini və xeyirini güdmədən yaxşılıq etdiyində) - aşkar olar"
عِنْدَ الْإِيثَارِ عَلَى النَّفْسِ تَتَبَيَّنُ جَوَاهِرُ الْكُرَمَاءِ
Əmirulmöminin İmam Əli ibn Əbi Talib (ə)
əl-Leysi, Uyunul-Hikəm, s.338, hədis: 5769
Ağacamal Xansari, Ğürərul-hikəmin şərhi, c.4, s.326, hədis: 6226.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

28 Sep, 12:17


İnna lillahi və inna iləyhi raciun.
Acərəkəllah ya Bəqiyyətəllah

Quran və Hədis Araşdırmaları

26 Sep, 16:21


İmam Cavad (ə):
إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا مَنَعوها نَزَعَها عَنْهُم وَحَوَّلَها إِلى غَيْرِهِم
“Həqiqətən, Allahın elə bəndələri var ki, onları davamlı nemət verməklə xüsuslandırıb. Onlara verilən nemətləri paylaşdıqları üçün Allah da nemətini onlardan əsirgəmir. Əgər onlar verilən nemətləri başqaları ilə paylaşmasalar, Allah da nemətini kəsib başqalarına verər.”
“Biharul-ənvar”, c.72, səh.28.
***
Cümə axşamı gecəsi və Cümə günü verilən sədəqə və edilən yaxşılığın savabı birə mindir. Bu mübarək gecədə sədəqə verməklə bəlaları özümüzdən uzaqlaşdıraq və savabını ölənlərimizin ruhuna hədiyyə edərək onları da şad edək, İnşaallah.
💳Kapital kart: 5239 1515 1183 1201

Quran və Hədis Araşdırmaları

21 Sep, 15:27


"Cahilliyin əlamətlərindən biri də düşüncəsizlər (elm və təfəkkür əhli olmayanlar) ilə mübahisə etməkdir”
مِن عَلاماتِ أسبابِ الجَهلِ المُماراةُ لِغَيرِ أهلِ الفِكرِ
İmam Hüseyn (ə)
İbn Şöbə Hərrani, “Töhəful-Üqul”, s.248.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

21 Sep, 15:26


“Hər kəsi əcəlinin gecikməsi və ruzinin artması şad edirsə, qohumlarını yoxlasın – (sileyi-rəhim etsin)”
مَنْ سَرَّهُ أَنْ يُنْسَأَ فِي أَجَلِهِ وَ يُزَادَ فِي رِزْقِهِ فَلْيَصِلْ رَحِمَهُ
İmam Hüseyn (ə)
Şeyx Səduq, “Uyunu Əxbarir-Rza (ə)”, c.2, ü.44, bab:31, hədis:157.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

21 Sep, 05:39


Amənə bint Vəhəb (557 - 577 milad)
Həzrət Məhəmmədin (s) anası ilə qısa tanışlıq
İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) anası Məkkənin Qüreyş tayfasının xanımlarından biri olub.
Amənin atası Vəhəb ibn Əbdül-Mənaf bin Zöhrə bin Kəlab bin Mərrədir. O, "Bəni Zöhrə" qəbiləsinin rəisi olub.
Amənənin atası həm də Əbdül-Müttəlibin xanımı Halə bint Vühəyb bin Əbdül-Mənafın əmisidir. Yəni Peyğəmbərin (s) anası O həzətin (s) babasının digər bir xanımının əmisi qızıdır.
Başqa sözlə Peyğəmbərin (s) anasının əmisi qızı Halə xanım İslam Peyğəmbərinin (s) əmisi Həzrət Həmzə Seyyiduş-Şühədanın və bibisi Səfiyyənin anasıdır. (Sireyi ibn Hişam).
Amənənin anası Atikə bint əl-Əvqəs əs-Səlimiyyənin qızı və Haşim bin Əbdül-Mənafın anası Atikənin bacısı qızıdır. (İbn Əsir, "əl-Kamil fit-Tarix).
Amənənin 12 ya 13 yaşı olarkən Abdullah bin Əbdül-Müttəlib ilə ailə həyatı qurur. Bir il sonra, "Amul-Fil"də (Fil hadisəsi ili) oğlu Həzrət Məhəmməd (s) dünyaya gəlir.
Amənə oğluna hamilə olduğu vaxt əri səfərdə vəfat edir. Həzrət Məhəmmədin (s) 6 yaşı olarkən isə Amənə xanım ərini ziyarət etmək üçün Yəsribə gəlir. O, qohumları ilə görüşüb və ərinin qəbrini ziyarət edib geri qayıdarkən Yəsrib yaxınlığında (indiki Mədinə) Əbva adlanan yerdə xəstələnir və dünyadan köçür.
Bəzi rəvayətlərə görə Amənə hamilə olduğu vaxt yuxuda səmadan ona nur saçdığını görür. Yuxu yozucuları ona hamilə olduğu övladının peyğəmbər olacağını deyirlər.
O, övladını dünyaya gətirən zaman bəzi təəccüblü və insanı heyrətə gətirən işlərlə rastlaşır. Bəzi tarixi nəqllərə görə bu təəccüblü hadisələr bütün dünyada baş vermişdi. (Qədim qaynaqlar əsasında Məhəmmədin (s) həyatı", Əbu Bəkr Siracuddin).
Şiə məzhəbinin alimlərinin fikrincə İslam Peyğəmbərinin (s) atası, anası və babaları hamısı tövhid dinində olublar və tək Allaha inanıblar və heç vaxt bütə sitayiş etməyiblər.
P.S: Tarixi qaynaqlarda peyğəmbərimizin (s) sevimli anası xanım Amənə barədə çox da geniş məlumat yoxdur.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

20 Sep, 08:47


Quran və Hədis Araşdırmaları pinned Deleted message

Quran və Hədis Araşdırmaları

19 Sep, 14:00


İmam Sadiqin (ə) pak mövlud günlərində bu dəyərli kitabın ərsəyə gəlməsində böyük və tükənməyən savaba vəsilə olmaq istəyənlər öz maddi yardımlarını əsirgəməsinlər.
Əhli-Beyt imamlarının (ə) yolunda pul xərcləmək Allahın razılığını cəlb edər və Onun qəzəbini söndürər.

"Ey iman gətirənlər! Əgər Allaha (Onun dininə) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər".

Qurani-Kərim, Muhəmməd, 7.

Quran və Hədis Araşdırmaları

19 Sep, 04:04


Mövlud münasibəti ilə

Rabi Davud Benyamin Kildani kim olub?

Rum katolik kilsəsinin "Birləşmiş İsəvilər Firqəsi"nin yepiskopu Davud Benyamin Kildani 1867-ci ildə Cənubi Azərbaycanın Urmiyə şəhərində anadan olub.
İbtidayi təhsilini bu şəhərdə başa vurduqdan sonra Avropaya gedir, İlahiyyat elmləri üzrə BD dərəcəsini əldə edərək vətəninə qayıdır.
İrana qayıtdıqdan sonra 1886-1889-cu illər arasında Aşuri İsəvilərinin (Assuri / Nasturi xristianları) "Canterbury" Baş yepiskopunun təhsil missiyası elmi heyətinin aktiv üzvü olur.
Rumun katolik kilsəsinin kardinalı Herbert Alfred Henry Vaughan (1832–1903) onu 1892-ci ildə Ruma dəvət edir.
O, üç il burada İlahiyyat fəlsəfəsi və fihqi üzrə araşdırmalar aparır. 1895-ildə Rumun katolik kilsəsinin rəsmi "qissis" (keşiş) rütbəsini qazanır.
1897-ci ildə Urmiyə və Salmasın baş yepiskopu onu şərq kilsələrinin nümayəndəsi olaraq Fransada keçirilən "İlahi qonaqlıq" (Eucharistie) konqresinə göndərir. Onun buradakı çıxışı sonralar çap və nəşr edilir.
O, 1903-cü ildə İngiltərəyə gedir və "müvəhhidlər birliyi"nə üzv olur. 1904-cü ildə həmin birlik tərəfindən öz vətəninə təbliğ üçün göndərilir.
İrana qayıdarkən İstambul şəhərində qısa bir müddət üçün elmi araşdırma məqsədi ilə dayanır.
Bu arada onu Tövrat və İncilin Həzrət Məhəmməd (s) barədə verdiyi müjdələr mövzusu maraqlandırır və buna görə də həmin mövzuda geniş elmi araşdırma aparır. Araşdırmasının nəticəsi isə onun həyatında dönüş nöqtəsi olur.
O, İslam dinini qəbul edərək müsəlman olur və özünü Əbdüləhəd Davud adlandırır.
Professor Əbdüləhəd Davud ərəb, ibri, arami (siryani), latın, yunan, erməni, türk (azəri), ingilis, fransız və fars dillərini kamil bilirdi və bu məsələ onun yazdığı məqalə, kitab və elmi araşdırmalarında aşkar görsənir.
Binyamin Keldani xristianlıqdakı bütün nailiyyətlərinə və ən uca vəzifələrə çata biləcəyinə rəğmən həqiqət ona aşkar olduğu zaman hər şeyi ayaq altına alır, inandığı sələf peyğəmbərlərin verdiyi müjdələr əsasında Həzrət Məhəmmədin (s) nübüvvətini qəbul edir.
Onun bir çox əsərləri "İslamic Review" jurnalında çap və nəşr edilib. Müsəlman olduqdan sonra isə ən əhəmiyyətli əsəri "Məhəmməd (s) Tövrat və İncildə" kitabıdır ki, bu kitab Fars dilinə tərcümə edilmişdir.
O, bu kitabda "təslisi" (üçlük = ata, oğul və müqəddəs ruh) tənqid edərək, xristianlıq ilə İslam dininin ümdə fərqinin və ixtilafının "tövhid" məsələsində olduğunu isbat etmişdir.
#MirməhəmmədBəşir

t.me/mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

12 Sep, 05:56


İmam Həsən Əskəri (ə):
"İnsanın yaxşını gizlədib, pisini və eybini yayan qonşu, fəqərə sütunlarını sındıran bəladır". (Töhəful-uqul, s.487).
وَ قَالَ ( الامام العسکری) ع:‏ مِنَ الْفَوَاقِرِ الَّتِي تَقْصِمُ الظَّهْرَ جَارٌ إِنْ رَأَى حَسَنَةً أَطْفَأَهَا وَ إِنْ رَأَى سَيِّئَةً أَفْشَاهَا.

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

12 Sep, 05:56


Əlinin (ə) şiəsi kimdir?!


"Əlinin (ə) şiəsi o kəslərdir ki, özləri ehtiyaclı olsalar da mömin qardaşlarını özlərinə tərcih edərlər... və onların ehtiramını saxlamaqda Əlinin (ə) yolunu tutarlar"
شيعَةُ عَلِيٍّ (عليه السلام) هُمُ الَّذينَ يُؤثِرونَ إخوانَهُم عَلى أنفُسِهِم ولَو كانَ بِهِم خَصاصَةٌ ... الَّذِينَ يَقْتَدُونَ بِعَلِيٍّ ع فِي إِكْرَامِ إِخْوَانِهِمُ الْمُؤْمِنِينَ
İmam Həsən Əskəri (ə)


İmam Həsən Əskəriyə (ə) mənsub təfsir kitabı, s.319 , hədis:161.
Əllamə Məclisi, "Biharul-Ənvar", c.65, s.163, hədis:11.
@mirmehemmed_beshir

https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Quran və Hədis Araşdırmaları

11 Sep, 14:44


İmam Sadiq (ə) buyurdu:
“İmam Hüseyn (ə) öz zairlərinə baxaraq deyər: “Əgər zəvvarım bilsəydi ki, onun üçün Allah necə bir mükafat nəzərdə tutmuşdur, ağlamaq və sızlamaqdan daha çox şadlıq edər və sevinərdi”. Həqiqətən İmam Hüseynin (ə) zairi ziyarətdən günahdan tam pak edilmiş halda dönər”.
«إنّ الحُسينَ بنَ عليٍّ عليهم االسلام عندَ ربِّهِ يَنظُرُ... و يقولُ : لَو يَعلَمُ زائرِي ما أعَدَّ اللّه ُ لَهُ لَكانَ فَرَحُهُ أكثَرَ مِن جَزَعِهِ . وإنّ زائرَهُ لَيَنقَلِبُ وما علَيهِ مِن ذَنبٍ»
Şeyx Tusi, "əl-Əmali".s74 (55).
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

11 Sep, 14:40


İmam Əlini (ə) ev dustağı edən və İmam Hüseyni (ə) öldürən bu üç dəstə oldu:
1. Cahillər.
2. Axirət maskası taxmış dünya övladları. (dindar görünən dinsiz münafiqlər).
3. İki yol ayrıcında girinc və sərgərdan qalanlar.

Bu üç dəstə olmasaydı, zalimlər heç kimə zülm edə bilməzdi və dünyada ədalət hakimiyyəti qurulardı. Buna görə də imperialist düşmənlər çalışır ki, həmişə cəmiyyətləri bu üç halda saxlasınlar. Nəticə də bu olur ki, ümmət Peyğəmbərin (s) vəsiyyətinə dönük çıxır, İmama itaət etmirlər və İmamın nümayəndəsinin də sözünə baxmırlar. Bunun da nəticəsi bu olur ki, insanlar çobansız qoyun sürüsü kimi başıaşağı, bırnı yerdə, başı özündən qabaqkı qoyunun paçasında hara gəldi gedirlər... gah da qabaqlarından sərçə uçsa, dovşan qaçsa, birdən hürküşüb ətrafa dağılırlar. Bu dəfə də iki-iki, üç-üç baş paçada gedirlər... ya itə qismət, ya qurda.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

08 Sep, 16:00


“... Müsəlman qardaşlarınızdan hər hansı birini sizin ondan alacağınız və (borc) tələbinizə görə sıxıntıya və çətinliyə salmayın, madam ki, onun maddi vəziyyəti yaxşı deyil, çətinlikdə və sıxıntıdadır. Çünki babamız Allah rəsulu (s) həmişə belə buyurardı: “Heç bir müsəlman başqa bir müsəlmanı sıxıntıya salmamalıdır. Kim sıxıntıda olan müsəlman qardaşına ondan olan borc tələbinə görə möhlət və fürsət verərsə, Allahın sayəsindən başqa heç bir sayə və kölgənin olmayacağı bir gündə Allah onun üzərinə Öz rəhmət kölgəsini salar (və onu Qiyamət gününün şiddətli çətinliyindən qoruyar)...”.
İmam Cəfər Sadiqin (ə) şiələrə vəsiyyətnaməsindən... “əl-Kafi”, c.8, s.2, hədis.1.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

05 Sep, 10:04


👆4). Ümumi işlənən ifadələrin istisnası bəzən həmin sözün özündə olur, bəzən isə sözün ifadə edildiyi auditoriyada. Yəni ümumi deyilən ifadədən kimlərin istisna olunduğunu və ya istisna olunmadığını anlamaq üçün bir çox hallarda sözün kimin tərəfindən, hansı məkanda və hansı siyasi və ictimai durumda və fəzada deyilməsini araşdırmaq zəruridir. Rical və tarix kitablarına gözucu və yarımbaxış baxmaq kifayət edir ki, məsumların (ə) bir çox səhabələrini gözəl sözlərlə mədh etmələrini, bəzilərini onları düşməndən qorumaq üçün pislədiklərini və bəzilərini də yoldan azdıqları üçün lənətlədiklərini görəsən.
5). Sözügedən hədisin mətnindən də belə başa düşmək olur ki, sanki həmin ifadə elə camaat arasında naib və nümayəndə olduqları üzə çıxanları qorumaq üçün deyilib. Buna görə də İmam Zaman (ə.f) Səba surəsinin 18-ci ayəsinə işarə edir və Həmədaniyə bildirir ki, siz cəmiyyətdə şiə məzhəbinin görünən tərəfisiniz və bütün ağırlıq və işlərin idarə edilməsi məsuliyyəti sizin üzərinzə düşür. Siz bütün acıları (töhmət, söyüş, tənə, təqib, həbs və sair) cana almalısınız ki, Əhli-Beyt (ə) düşmənləri imamlara və onlara daha yaxın olan naib və vəkillərə əl tapa bilməsinlər.
6). Həmin ifadənin müəyyən dövrdə (vaqifilik məzhəbinin yarandığı dövr kimi) naiblərin maddi maraqlar xatirinə cəmiyyətdə yeni firqə yaratmaq cəhdinin qarşısının alınması kimi də xarakterizə etmək olar. Yəni insanlar kütləvi şəkildə azmasınlar deyə, məsum (ə) bütün naibləri bu ifadə ilə tutduğu vəzifədən azad etmiş olur. Problemin həllindən sonrakı dövr üçün isə xüsusi peyklər və məktublar vasitəsi ilə yeni vəkillər və naiblər təyin edərək işi davam etdirir.
P.S: Hədis ədəbiyyatında belə bir ifadənin imamlar tərəfindən deyildiyini sübut edəcək kifayət qədər dəlil yoxdur. Hədis vahid xəbərdir. Belə bir ifadə sadəcə sözügedən bu hədisdə keçib və ravi də iddia edib ki, öncəki imamlardan belə bir kəlam camaat arasında rəvayət edilir və mən bir naib olaraq bu ifadəyə görə sıxıntıdayam, məni yalançı adlandırırlar, mənimlə savaşırlar filan... Digər tərəfdən də hədisi nəql edən üç böyük alim hədisin səhihliyi barədə fikir bildirməyiblər. Şeyx Tusi isə hədisin etibarə barədə rəy bildirmədən şərh etməyə çalışıb. Həmçinin hədisin mətnində həmin ifadənin imamlar tərəfindən deyildiyini inkar edən qəti və aşkar bir işarə yoxdur.
Hər halda, hədisi etibarlı qəbul etsək belə, yenə də müxaliflərin iddia etdiyi mənanı daşımır və imamların bütün naib və vəkillərinin etibarsız olduğu mənasını vermir. Çünki bu növ danışıq tərzi hər dildə var. Yəni ümumi danışılır, istisna həmin cümlədən deyil, başqa cümlələrdən, hətta başqa vaxtda deyilmiş cümlələrdən əldə edilir və ya ifadənin deyildi məkan, zaman və fəzadan başa düşülür. Bundan əlavə həmin ifadənin əksini sübut edən onlarla hədis var ki, imamlar (ə) öz səhabə və naiblərini çox gözəl ifadələr ilə tərif edirlər. Digər tərəfdən isə sözügedən hədis səhih olsa belə, vahiddir və qarşısındakı çoxsaylı və güclü müxalif hədislərlə üzləşə bilməz. Buna görə də hədis yarandığı məkan, zaman və deyilmə səbəbləri əsasında təfsir və şərh edilir ki, bu zaman çoxlu istisnalar qarşısında ümumi məna daşımadığı meydana çıxır və bəlli olur.
@mirmehemmed_beshir

Quran və Hədis Araşdırmaları

05 Sep, 10:04


Bir hədisin izahı
“Bizim xidmətçilərimiz Allahın ən şər məxluqudurlar”

Məşhur şiə alimi, fəqihi və mühəddisi Şeyx Tusi yazır:
“Qeyb dövründə səfir olanlar barədə danışmazdan öncə digər imamların hər birinin xüsusi səfirlərindən, o səfirlərin hansının mədh edilməsi və hansıların pisləndiyindən xülasə şəkildə danışacayıq ki, bu mövzuda tanışlıq yaransın. Bəzi xəbərlərdə rəvayət olunub ki, onlar (ə) buyurublar: “Bizim xuddamlarımız (regionlar üzrə xidməti işlər görənlər) və “quvvam”larımız (müxtəlif məsələlərdə xuddamlarımızın işlərinə kömək edənlər) Allahın ən şər məxluqudurlar.” Əlbəttə bu söz ümumi məna daşımır və onların hamısı barədə deyilməyib. Bu, o kəslərin barəsində deyilib ki, bəzən camaat arasında imamlara (ə) yaxın şəxslər kimi tanınıblar, amma sonradan əqidələrini dəyişiblər, imamların (ə) əmrlərini və sözlərini olduğu kimi çatdırmayıblar və xəyanət ediblər. Bu şəxslər barədə az sonra danışacayıq...”.
كَتَبْتُ إِلَى صَاحِبِ الزَّمَانِ (عج)، أَنَّ أَهْلَ بَيْتِي يُؤْذُونِّي وَ يُقَرِّعُونِّي (يُفْزِعُونَنِي، اخافونی) بِالْحَدِيثِ الَّذِي رُوِيَ عَنْ آبَائِكَ (ع)، أَنَّهُمْ قَالُوا: «خُدَّامُنَا وَ قُوَّامُنَا شِرَارُ خَلْقِ اللَّهِ». فَكَتَبَ: «وَيْحَكُمْ، أمَا تَقْرَءُونَ مَا قَالَ اللَّهُ تَعَالَى:‏«وَ جَعَلْنا بَيْنَهُمْ وَ بَيْنَ الْقُرَى الَّتِي بارَكْنا فِيها قُرىً ظاهِرَةً»، فَنَحْنُ وَ اللَّهِ الْقُرَى الَّتِي بَارَكَ [اللَّهُ‏] فِيهَا وَ أَنْتُمُ الْقُرَى الظَّاهِرَةُ».
Məhəmməd ibn Abdullah ibn Cəfər əl-Himyəri atasından, o da Məhəmməd ibn Saleh əl-Həmədanidən belə nəql edir:
Həmədani deyir: Həzrət Sahibəz-Zamana (ə.f) məktub yazaraq O həzrətə (ə.f) bildirdim ki, mənim ailəm və yaxınlarım sizin atalarınızdan rəvayət edilən bu hədisə görə ki, (guya) buyurublar:
خُدَّامُنَا وَ قُوَّامُنَا شِرَارُ خَلْقِ اللَّهِ
“Bizim xidmətçilərimiz və işlərimizin idarəsində bizə kömək etmək istəyənlər Allahın ən şər məxluqudurlar.” – məni incidirlər, mənimlə dava-dalaş edirlər (və məni qorxudurlar).
O həzrət (ə.f) mənə yazdı: “Ay evi tikilən! Allah-taalanın nazil etdiyi bu ayəni oxumamısan ki, buyurur:
وَ جَعَلْنا بَيْنَهُمْ وَ بَيْنَ الْقُرَى الَّتِي بارَكْنا فِيها قُرىً ظاهِرَةً
“Onların şəhərləri ilə bərəkət verdiyimiz abadlıqların arasında aşkar yaşayış yerləri (bir-birinə bitişik və yaxın kəndlər, şəhərlər) qərar vermişdik...” (Səba, 18). And olsun Allaha ki, Allahın bərəkət verdiyi abadlıqlar bizik və həmin aşkar görünən yaşayış yerləri sizsiniz”.
İbn Babəvəyh Qumi, “əl-İmamətu vət-təbsirətu minəl-hiyərəti”, s.140. bab:38, hədis: 161.
Şeyx Səduq, “Kəmaluddin və təmamun-nemət”, c.2, s.483.
Şeyx Tusi, “əl-Ğeybə”, s.345.
Mülahizələr:
1). “Bizim xidmətçilərimiz Allahın ən şər məxluqudurlar” ifadəsini sözügedən ravidən başqa heç kim rəvayət etməyib. Halbuki imamlar tərəfindən belə bir hədis deyilsəydi, şiə məzhəbini aradan aparmaq üçün ən kiçik bəhanəni belə qənimət sayan müxaliflər və Əhli-Beyt (ə) düşmənləri onu çoxdan çox sayda tirajlayaraq mütəvatir həddində nəql etmişdilər. Amma nə şiə və nə də şiəyə müxalif olan qədim dini ədəbiyyatlarda belə bir məzmun yoxdur.
2). Hədisi İbn Babəvəyh, Şeyx Səduq və Şeyx Tusi öz kitablarında nəql ediblər. Şeyx Tusi həmin hədisi nəql edəndə hədisin etibarı barədə danışmadan qeyd edir ki, bu, ümumi məna daşımır, əvvəldə imamlara (ə) xidmət edən və sonradan yolunu azan bəzi şəxslər olub və bu söz də onların barəsində deyilib. Və təbiidir ki, sonradan bu cür yolunu azanlar və xəyanaət edənlər peyğəmbərlərin də səhabələri arasında olublar. Bu məsələ heç də peyğəmbərin və imamın məqamına zərər və ziyan vuran bir şey deyil.
3). Əgər imamlar tərəfindən bu söz deyilsə belə, yenə də imamların bütün nümayəndə və səfirlərinin etibarsızlığı mənasını daşımır. Müxtəlif dillərin ədəbiyyatlarında bu kimi ifadələr var. Ümumi danışılır, halbuki hamıya aid deyil. Məsələn, Qurani-Kərimin özündə Zuxruf surəsinin 15-ci ayəsində buyurur ki, “həqiqətən insan naşükürdür”. Halbuki insanlar arasında ən azı peyğəmbərlər, imamlar, seçilmiş mömin və möminələr həmişə olub.👇