Ən Gözəl Dualar😍🤲🏻 @subhanallah_313 Channel on Telegram

Ən Gözəl Dualar😍🤲🏻

@subhanallah_313


🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı

Ən Gözəl Dualar (Azerbaijani)

Ən Gözəl Dualar adlı Telegram kanalımıza xoş gəlmisiniz! Kanalımızda dualar haqqında məlumatlar, ən effektiv dualar və duaların cavabları ilə bağlı məlumatlar paylaşılır. Kanalımızın məqsədi duaların gücünü və önəmini vurğulamaktır. İmam Əli (əleyhissəlam)ın məşhur bir ifadəsində deyildiyi kimi: “Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.” Əgər siz də dualarınızın gücünü hiss etmək istəyirsinizsə, bizim kanalımıza abunə olun və duaların gücündəki bənzərsiz çarxı hiss edin. Duaların gücünü bizimlə birgə keşf edin, sizi Ən Gözəl Dualar kanalımıza dəvət edirik! 🌹🤲🏻📖

Ən Gözəl Dualar😍🤲🏻

21 Nov, 13:57


İmtahanlara ödənişsiz hazırlaşmaq, yeni sınaqları, izahlarını və daha çoxunu əldə etmək üçün seçim edin

Ən Gözəl Dualar😍🤲🏻

21 Nov, 04:57


Yeni tədris ilində sizə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin, qoşulun və imtahanlarınıza ödənişsiz hazırlaşın ⤵️

Ən Gözəl Dualar😍🤲🏻

20 Nov, 13:57


📌 Seçim edərək yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara qoşulun 👇

Ən Gözəl Dualar😍🤲🏻

06 Nov, 04:40


ALLAHIN 99 ADI VƏ ANLAMI🌸

1. ALLAH(c.c) - Cənabi haqqın özəl adıdır
2. RƏHMAN - dünyaya, hamıya rəhm edən, acıyan
3. RƏHİM - axirətdə möminlərə rəhmət edən
4. MƏLİK - mülkü davamlı olan
5. QUDDUS - hər eyb və qüsurlardan uzaq
6. SƏLAM - salamətlik verən
7. MUMİN - əmin-amanlıq verən
8. MUHEYMİN - həmişəlik hamıya himayəlik edən
9. ƏZİZ - məğlubiyyət bilməyən güclü və tək qalib
10. CƏBBAR - hər yerə hökm edən
11. MUTƏKƏBBİR - böyüklükdə bənzəri olmayan
12. XALİQ - yoxdan var edən
13. BARİ - hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan
14. MUSSAVİR - bütün varlıqlara surət verən
15. QAFFAR - günahları bağışlayan
16. QAHHAR - ən güclü, qalib və hakimdir
17. VAHHAB - əvəzsiz bağışlayan
18. RƏZZAQ - ruzi verən
19. FƏTTAH - rəhmət və ruzi qapılarını açan
20. ALİM - hər şeyi yaxşı bilən
21. QABİD - canları alan, sıxan, daraldan
22. BASİT - həyat verən, ruzi yağdıran, genişləndirən
23. HAFİD - alçaldan, yuxarıdan aşağı endirən
24. RAFİ - yüksəldən, yuxarıya qaldıran
25. MUİZZ - güclü, qalib, şərəfləndirən
26. MUZİL - zəlil edən, alçaldan
27. SƏMİ - hər şeyi yaxşı eşıdən
28. BASİR - hər şeyi çox yaxşı görən
29. HAKƏM - hökmü rədd edilməyən, haqqı yerinə yetirən
30. ƏDL - ədalətsizliyə yol verməyən, adil
31. LƏTİF - işlərin incəliklərini bilən
32. XABİR - hər şeydən xəbərdar
33. HALİM - günahları cəzalandırmağa səbr edən
34. AZİM - ağlı yüksək dərəcədə olan
35. QAFUR - çox bağışlayan
36. ŞƏKUR - yaxşı mükafatlandıran
37. ƏLİYY - çox uca, lap yüksək
38. KƏBİR - çox ulu, böyük
39. HAFİZ - qoruyan, mühafizə edən
40. MUKİT - geyindirən, bar, ruzi verən
41. HASİB - hamının ehtiyacının qədrini bilən
42. CƏLİL - yüksək, böyük, ulu
43. KƏRİM - çox comərd, kəraməti bol olan
44. RAQİB - bütün varlıqlara göz qoyan
45. MUCİB - duaları qəbul edən
46. VƏSİ - neməti bol olan
47. HAKİM - hikmət sahibi, hər işin öz yerini bilər
48. VƏDUD - sevən və sevilməyə layiq olan
49. MƏCİD - yüksək şan-şöhrət sahibi
50. BAİS - peyğəmbərlər göndərən, ölümdən sonra dirilən
51. ŞAHİD - gözündən heç bir şey qaçmayan
52. HAQQ - var olan, varlığı dəyişməyən
53. VƏKİL - hamının işlərini görən, mənfəətli edən
54. QAVİYY - çox güclü, zəifliyə uğramayan
55. MƏTİN - çox sağlam, sarsılmayan
56. VƏLLİY - yaxşı dostlarına yardımçı
57. HAMİD - hər yerdə bəyənilən
58. MUHSİ - hər şeyi qavrayan, yaratdığı hər şeyin sayın bilən
59. MUBDİ - hər şeyi heç bir maddəsiz yaradan
60. MUİD - ölümə və ölümdən sonra təkrar həyata qaytaran
61. MUHYİ - həyat verən, can bağışlayan
62. MUMİT - öldürən, can alan
63. HAYY - daima diri olan
64. QAYYUM - hər şeyi, yeri-göyü yaradan
65. VACİD - həmişə zəngin, niyyətinə çatan
66. MACİD - şan-şərəf sahibi
67. VAHİD - zatında, sifətində, işlərində tək olan
68. SAMƏD - ehtiyacsız
69. QADİR - qüdrətli, istədiyinə gücü çatan
70. MUKTƏDİR - iqtidarlı, hər şeyə qüdrəti çatan
71. MUKADDİM - qabaqcıl, istədiyini yeridən
72. MUAHHİR - istədiyini geri alan
73. ƏVVƏL - başlanğıcı olmayan, ilk övladı olmayan
74. AXİR - nəhayəti olmayan son
75. ZAHİR - varlığı günəş kimi açıq
76. BATİN - gizli olan, insanlar Onu tam bilməməlidir
77. VALİ - təkbaşına idarə edən
78. MUTƏALİ - uca, yüksək
79. BƏRR - yaxşılıq və xeyir verən
80. TƏVVAB - tövbələri qəbul edən, bağışlayan
81. MUNTƏQİM - günahları ədalətlə cəzalandıran
82. ƏFUVV - əfvi, bagışlanması bol olan
83. RAUF - mərhəmətli, şəfqəti bol olan
84. MALİKUL - mülk, mülkün yeganə və davamlı sahibi
85. ZUL- CƏLALİ və İKRAM - ululuq, kərəm sahibi
86. MUKSİT - ədalətli işlərində çaşmayan
87. CƏMİ - toplayan, birləşdirən
88. QANİYY - zəngin
89. MUQNİ - zənginlik verən
90. MANİ - bir şeyin olmasını istəməyəndə mane olan
91. DARR - zərərə uğradan
92. NAFİ - mənfəət verən, yararlı şeylər yaradan
93. NUR - işıq verən, nur yağdıran
94. HADİ - yol göstərən, yol açan
95. BƏDİ - nümunəsi olmayan, heyrətverici şeylər yaradan
96. BAQİ - davamlı olan, fani olmayan, sonsuz
97. VARİS - davam edən, sərvətlərin sahibi
98. RƏŞİD - mənfəət yollarını göstərən, doğru yolu olan
99. SƏBUR - çox səbirli olan

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🌸
#Alıntı: @cennetesqi
┄┅══✼🕊❤️🕊✼══┅┄


Sadəqallaahul əlliyyul əziim 💚

Paylaşaq:
@SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

03 Sep, 11:14


•AYƏTÜL KÜRSİ• 🤲🏻 BİRLİKDƏ OXUYAQ

Bismilləəhir-Rahməənir-Rahiim

Əllaahu ləə iləəhə illəə huvəl-həyyul-qayyuum, ləə tə'xuzuhuu sinətuv və ləə nəvm, ləhuu məə fis-səməəvəəti və məə fil- ərd, mən zəl-ləzii yəşfəu indəhuu illəə bi iznih, yə'ləmu məə bəynə əydiihim və məə xalfəhum, və ləə yuhiituunə bi şəy'im min ilmihii illəə bi məə şəə, vəsiə kursiyyuhus-səməəvəti vəl-ərdi və ləə yəuuduhuu hifzuhuməə və huvəl-əliyyul-əziim.
Ləə ikraahə fid-diin qat təbəyyənər-ruşdu minəl-ğayy, fə məy yəkfur bit-taağuuti və yu'mim billəəhi fəqadistəmsəkə bil-urvətil- vusqaa lən fisamə ləhəə, vəllaahu səmiiun əliim
Əllaahu vəlliyyul-ləziinə əəmənuu yuxricuhum minəz-zuluuməəti ilən-nuur, vəlləziinə kəfəruu əuliyə uhumut-taağuutu yuxricunəhum minən-nuuri iləz-zuluməət, uləəəəikə əshəəbun-nəəri hum fiihəə xaaliduun.

Sadəqallaahul əlliyyul əziim

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN
☺️

🔴Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin ©
@SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

20 Aug, 03:46


FƏRƏC DUASINI OXUMAĞIN SAVABI😍

1.Şeytanın narahat olmasına səbəb olur.
2.Duanın qəbul olmasına səbəb olur.
3.Axır zamanda baş verən fitnələrdən amanda olar.
4.Gunahların bağışlanmasına səbəb olur.
5.Qiyamət gunundə İmam Zamanın (ə.c) şəfaətinə səbəb olar.
6.İmam Zamanın (ə.c) yolunun gözlənməsinin nişanəsidir.
7.İmam Zamanın (ə.c) zuhurunun tezləşməsinə səbəb olar.
8.Ömrun uzanmasına səbəb olar.
9.Ölum vaxtı müjdə verilər və onunla mülayim rəftar olunar.
10.Qəlbdə İmam Zamanın (ə.c) nurunun coxalmasına səbəb olar.
11.Allah yanında ən sevimli insana cevrilər.
12.Pis əməlləri yaxşı əməllərə çevrilər.
13.Əli (ə)-ın Qiyamətdə ona dua etməsinə səbəb olar.
14.Hesabsız olaraq Behiştə daxil olar.
15.Məlaikələr ondan ötru bağışlanma duası edərlər.
16.Qiyamət gununun teşnəliyindən amanda olarlar.
17.Bu, dua Bərzəx aləmində insanın həmdəmi olar.
18.Qəm-qussənin insandan uzaqlaşmasına səbəb olar.
19.Bu, dua Allah yanında ən bəyənilmiş əməllərdən biridir.
20.Qiyamətdə, ondan ötru xususi hədiyyə olar.
21.Dinin kamil olmasına səbəb olar.
22.İmam Zamanın (ə.c) bayrağı altında şəhid olanın savabı var.
23.İmamlarla (əleyhimussalam) məhşur olar.
24.Qiyamətdə şəhidliyin ən yüksək məqamına nail olar.
25.Həzrəti-Fatimeyi-Zəhranın (s.ə) şəfaətinə səbəb olar..

Allahummə Əccil Livəliyyəkəl Fərəc 🤲🏻🥰

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

20 Aug, 03:46


Fərəc duası

Bismillahir-rahmənir-rahim🤲🏻

Allahummə kul livəliyyikəl-Huccətibnil-Həsən, saləvətukə ələyhi və əla əbəih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizan və qaidən və nəsiran və dəlilən və əynə hətta tuskinəhu ərzakə tavəa və tuməttiəhu fihə tavilə. Birəhmətikə ya ərhəmər-rahimin🤲🏻

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَن صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِى هذِهِ السَّاعَةِ وَ فِى كُلِّ سَاعَةِ وَلِيًّا وَ حَافِظًا وَ قَائِدًا وَ نَاصِرًا وَ دَلِيلاً وَ عَيْنًا حَتَّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلاً بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمِينَ

Rəhman və Rəhim Allahın adı ilə🤲🏻

İlahi🤲🏻Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi🤲🏻

Allahummə Salli Əla Muhəmmədin və Ali Muhəmməd Və Əccil Fəracəhum (3️⃣)

Allahı xatırlayın☝️🏻

Kanalımızın Linki: @SubhanAllah_313🥰🌸

Ən Gözəl Dualar😍🤲🏻

12 Aug, 04:32


1⃣ - Bazar Ertəsi Gününün Zikrləri.

📿 Ya Qaziyəl-hacət (100 dəfə).

Mənası (Ey istəkləri yerinə yetirən, arzuları çin edən)

- یا قاضِیَ الْحاجات

📿 Subhanəllahi vəl-həmdu lilləh (1000 dəfə).

Mənası (Allah pak və təmizdir, həmd olsun Allaha)

- سبحان الله و الحمدلله

📿 Əl-Aziz (100 dəfə)

Mənası (Əziz, ləyaqətli)

  - العزيز
🌸   O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər 🌸

             Həcc surəsi,ayə35

Bazar ertəsinin duası

Bağışlayan və Mehriban Allahın adı ilə🤲🏻

Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, günahkarlar Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur. Beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb)! Sənin əbədi və davamlı salamın olsun Peyğəmbərinə! Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş və sonunu kama çatmaq qərar ver! Başlanğıcı qorxu, ortası taqətsizlik və sonu ağrı olan gündən Sənə sığınıram. Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm, bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, şəxsiyyətinə, malına, ailə-övladına zülm-sitəm qıldığım, qeybətini etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola, ya yaxında, sağ ola, ya ölmüş – ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Onu istədiyin şəkildə məndən razı sal və mənə mərhəmət əta et ki, bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı! Ya Rəbb, hər bazar ertəsi mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik və günün sonunda bağışlanma və əfv, ey yeganə məbud! Ondan savayı günahları bağışlayacaq kəs yoxdur!

📚Məfatihul Cinan

Bazar ertəsi gününün namazı

İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Düşənbə günü” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” surəsini və 10 dəfə “İxlas” surəsini oxuyan şəxsə Allah-Təala qiyamət günü elə bir nur verər ki,muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər


🔴Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin ©@SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

06 Aug, 17:25


YATMAZDAN ÖNCƏ OXUNAN DUA 🤲🏻🌙

⚡️OXUNUŞU:

Allahummə innəkə xaləqtə nəfsi və əntə təvəffahə, ləkə məmatuhə və məhyahə, in ahyəytəhə fəhfəzhə və in əməttəhə. Allahummə inni əsəlukəl afiyə.

⚡️MƏNASI
:

Allahım, canımı Sən yaratdın, Səndə onu alacaqsan. Onu öldürməkdə, diriltməkdə sənə aiddir. Onu diriltsən qoru, öldürsən bağışla, Allahım səndən sağlamlıq diləyirəm.

Allahummə səlli əla Muhammədin və ali Muhəmməd.

Allah Qəbul Etsin Dualarımızı 🤲🏻

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN☺️

🔴Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin ©
@SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

03 Aug, 09:20


🤲🏻 BAŞ AĞRISI ÜÇÜN DUA🧠🤕

Rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s) baş və qulaq ağrısına, yaxud başqa bir dərdə mübtəla olanda, əlini açıb Fatihə, Fələq və Nas surələrini oxuyurdu və əlini üzünə çəkirdi. Bundan sonra o həzrətin ağrısı aradan gedirdi.


Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃

Ən Gözəl Dualar😍🤲🏻

03 Aug, 09:20


🤲🏻DİŞ AĞRISI ÜÇÜN DUA 🦷🤒

İmam Sadiq (ə) buyurmuşdur: Əlini dişinə qoyub, Həmd, İxlas, Qədr surələrini, eləcə də
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən, O, etdiklərinizin hamısından xəbərdardır. ayəsini oxusun.


Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃

Ən Gözəl Dualar😍🤲🏻

03 Aug, 09:20


DİZ AĞRISI ÜÇÜN DUA 🤲🏻

Tibbul-Əmimə kitabında nəql olunmuşdur ki, Cabir Cofi İmam Baqirə (ə) dedi: Mən İmam Hüseynin (ə) yanında idim, bu zaman Bəni Ümməyyə tayfasından olan şiələrdən biri gəlib dedi: Ey Peyğəmbərin nəvəsi, mən ayağımdakı ağrılıqdan həmişə sizin hüzurunuza gələ bilmirəm. Həzrət buyurdu: Nə üçün İmam Həsənin (ə) göstərişinə əməl etmirsən? O dedi: Hansı göstərişinə? Həzrət buyurdu: "Fəth surəsini“...Və kanəllahu əzizən həkima” ayəsinə qədər oxu.
Həmin şəxs o həzrətin göstərişinə əməl etdikdən sonra, artıq ayağında ağrılıq hiss etmədi.


Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃

Ən Gözəl Dualar😍🤲🏻

03 Aug, 09:20


GÖZ AĞRISI ÜÇÜN DUA👁🤲🏻

Ayətül-kürsini gözə oxuduqdan sonra, onun sağalmasına yəqin etsin. Əgər Ayətül-kürsini oxumamışdan öncə əlini gözünə qoyub "Gözümün nurunu Allahın sönməz nuruna tapşırıram." duası oxusa, gözün zəifliyinin aradan qaldırılması üçün çox faydalı olar.


Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃

Ən Gözəl Dualar😍🤲🏻

24 Jul, 02:57


•AYƏTÜL KÜRSİ• 🤲🏻 BİRLİKDƏ OXUYAQ

Bismilləəhir-Rahməənir-Rahiim

Əllaahu ləə iləəhə illəə huvəl-həyyul-qayyuum, ləə tə'xuzuhuu sinətuv və ləə nəvm, ləhuu məə fis-səməəvəəti və məə fil- ərd, mən zəl-ləzii yəşfəu indəhuu illəə bi iznih, yə'ləmu məə bəynə əydiihim və məə xalfəhum, və ləə yuhiituunə bi şəy'im min ilmihii illəə bi məə şəə, vəsiə kursiyyuhus-səməəvəti vəl-ərdi və ləə yəuuduhuu hifzuhuməə və huvəl-əliyyul-əziim.
Ləə ikraahə fid-diin qat təbəyyənər-ruşdu minəl-ğayy, fə məy yəkfur bit-taağuuti və yu'mim billəəhi fəqadistəmsəkə bil-urvətil- vusqaa lən fisamə ləhəə, vəllaahu səmiiun əliim
Əllaahu vəlliyyul-ləziinə əəmənuu yuxricuhum minəz-zuluuməəti ilən-nuur, vəlləziinə kəfəruu əuliyə uhumut-taağuutu yuxricunəhum minən-nuuri iləz-zuluməət, uləəəəikə əshəəbun-nəəri hum fiihəə xaaliduun.

Sadəqallaahul əlliyyul əziim

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN
☺️

🔴Qeyd: Zəhmət olmasa, mətni götürəndə olduğu kimi istinad edin ©
@SubhanAllah_313

Ən Gözəl Dualar😍🤲🏻

16 Jul, 08:37


🥀AŞURA VƏ MƏHƏRRƏM AYINDA EDİLMƏSİ LAZIM OLAN ZİKRLƏR 🥺🤲🏻

Aʟʟᴀʜ ᴢiᴋʀ ᴠə ᴅᴜᴀʟᴀʀɪᴍɪᴢɪ ǫəʙᴜʟ ᴇᴛsɪɴ 🤲🏻

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃