✨Ara sözləri qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur.
✨Cümlə üzvləri ilə mənaca əlaqələnir, amma cümlə üzvü sayılmır.
*✔️Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir və cümlədəki başqa sözlərdən fasilə ilə ayrılır.*
🖇️Mənaca növləri⤵️
*💡Yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, həqiqətən, düzü, doğrudan da, yəqin ki, doğrusu*
*💡Güman, şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), olsun (ki), deyəsən, görəsən, görünür, olmaya*
*💡Fikrin mənbəyini bildirənlər: məncə, bizcə, mənə görə, sənə görə..., deyilənə görə, guya*
*💡Nitq hissələri arasında münasibəti bildirənlər: nəhayət, beləliklə, deməli, demək, xülasə, qısası, əvvələn, əvvəla, əksinə, birincisi, ikincisi*
*💡Təəssüf bildirənlər: heyif (ki), təəəssüf (ki), çox heyif*
💎Ara sözləri söz, söz birləşmələri və cümlə formasında olur:
*◇◆Söz formasında:* demək, bəlkəsöz birləşməsi formasında: sözün doğrusu
*◇◆Cümlə formasında:* necə deyərlər, görünür
_DURĞU İŞARƏSİ:_
*📝Cümlənin əvvəlində işlənən ara sözündən sonra vergül, ortasında işlənən ara sözünün hər iki tərəfində vergül, axırında işlənən ara sözünün əvvəlində vergül, axırında isə cümlənin tələbinə uyğun durğu işarəsi işlədilir.*
💕@azdilitesti