Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti @azerbaijan_sbs Channel on Telegram

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

@azerbaijan_sbs


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azerbaijani)

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti adlı "Telegram" kanalına xoş gəlmisiniz! Bu kanal, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" ənformasiya platformasıdır. Burada dövlət sərhəd xidməti ilə əlaqəli son yeniliklər, məlumatlar, təhlil və tədbirlər paylaşılır. Həmçinin, sərhədlə bağlı məqalələr, maraqlı faktlar və videolar da bu kanalda sizlərlə paylaşılacaq. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, ölkənin sərhəd mühafizə orqanı olaraq, ərazi bütövlüyünün qorunması, sərhədlərin təhlükəsizliyi və qanunvericiliyin yerinə yetirilməsi ilə məşğul olan strukturadır. Bu kanal vasitəsilə bu əməklərin əhəmiyyətini və əməyinin dəyərini daha çox insanlara çatdırmaq məqsədilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti kanalına abunə olaraq, sərhədlə bağlı ən son yenilikləri ilk əldən öyrənə, məlumatlanaraq dövlət arxasında nələr baş verdiyini daha yaxından izləyə bilərsiniz. Sərhədlə bağlı hər hansı sualınız və ya müraciətiniz varsa, dövlət sərhəd xidməti tərəfindən mütəmadi olaraq verilən məlumatlarla əlaqə saxlaya bilərsiniz. Dövlət sərhəd xidməti ilə əməkdaşlıq etməyə və əlaqə qurmağa daima hazır olan bu kanal, doğru mənbələrə sahib olan, təcrübəli bir kollektiv tərəfindən idarə olunur. Sərhədlə bağlı hərəkətlər, hadisələr və tədbirlər barədə ən son məlumatlara çatmaq üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti kanalına abunə olun və bu əsaslı vəzifədə onlara dəstək olun!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

13 Jan, 08:56


Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınmışdır

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilmiş, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanmışdır.

Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildirmişlər.

Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınmışdır.
https://dsx.gov.az/news/1856

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

10 Jan, 11:19


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/qciK3_ER75w?si=AxYZqCCOHjzWBgS3»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

10 Jan, 08:45


https://youtu.be/qciK3_ER75w?si=AxYZqCCOHjzWBgS3

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

10 Jan, 08:44


Yanvar ayının 9-da Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müşavirədə Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində Dövlət Sərhəd Xidməti qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunmuşdur.

15 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak etməsinin, Dövlət Sərhəd Xidmətinin 3 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı bildirilmişdir.

Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqət və qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanmışdır.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilmiş, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmişdir.

2024-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

• fevralın 12-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;
• dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;
• ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;
• il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitənin, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 28 ton 754 kq narkotik xassəli bitkinin məhv edilməsi;
• işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilməsi, 126.5 km yolun əsaslı təmir olunması, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xəttinin çəkilməsi;
110.27 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi qeyd edilmişdir.

2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilmişdir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Jan, 11:20


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Bundan əlavə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan Respublikası vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılmışdır.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://www.dsx.gov.az/news/1854

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Jan, 07:50


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «2024-cü ilin dekabr ayının icmalı Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri…»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Jan, 07:38


2024-cü ilin dekabr ayının icmalı

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aşağıdakı nailiyyətlər əldə edilmişdir:

• ay ərzində dövlət sərhədini pоzduqlarına görə 32 nəfər saxlanılmışdır. Onların 8-i Azərbaycan, 12-si Pakistan, 5-i Əlcəzair, 5-i Şri-Lanka, 2-si Mərakeş vətəndaşı оlmuşdur;

• qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 7 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılmışdır;

• sərhəd rеjim qaydalarını pоzduqlarına görə 863 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;

• cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 358 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 466 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;

• narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 246 kiloqram 496 qram narkоtik vasitənarkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır;

• qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Canik 55 markalı tapançaya məxsus patronlar aşkar olunaraq götürülmüşdür.

Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
https://www.dsx.gov.az/news/1853

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

26 Dec, 04:23


Ehtiramla yad edirik!

#26dekabr #MatəmGünü
#TəyyarəQəzası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

25 Dec, 09:38


"Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

24 Dec, 06:36


https://youtu.be/7Qz6mThfVHM?si=RCO8Jv663NI7atyF

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

24 Dec, 06:35


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dekabr ayının 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 (on üç) ədəd şübhəli bağlama müəyyən edilmişdir.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək)500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
https://www.dsx.gov.az/news/1841

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

24 Dec, 03:57


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin müdrik rəhbərliyiniz və dönməz iradənizlə Azərbaycan şanlı Zəfərə qovuşmuş, Vətənimizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir.

Sərhədçilər olaraq, göstərdiyiniz yüksək etimadı daim doğrultmaq, dövlət sərhədlərinin toxunulmazlığını qorumaq və rəhbərliyiniz altında Vətənimizə sədaqətlə xidmət etmək əzmindəyik.

Sizə uzun ömür, möhkəm cansağlığı və müstəqil Azərbaycanın inkişafı naminə yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək.

#24dekabr
#Prezident
#MüzəffərAliBaşKomandan
#İlhamƏliyev
#DövlətSərhədXidməti
#AzərbaycanSilahlıQüvvələri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

23 Dec, 12:54


Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Respublikasının Quru Qoşunları komandanını qəbul etmişdir

Dekabr ayının 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişdir.

Müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
https://www.dsx.gov.az/news/1840

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Dec, 10:11


20 dekabr - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranma günü

TƏBİB kollektivini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranma günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətin təşkili və səhiyyə sahəsində yeniliklərin tətbiqi istiqamətində göstərdiyiniz səylərə, eləcə də müasirliyin və əlçatanlığın təmin edilməsindəki fəaliyyətinizə görə təşəkkür edir, əlamətdar gündə hər birinizə uğurlar, sağlamlıq və yeni nailiyyətlər arzulayırıq.

#20dekabr
#TibbiƏraziBölmələriniİdarəetməBirliyi
#Təbib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

17 Dec, 04:16


17 dekabr – Müdafiə Sənayesi Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü

Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından səmimi-qəlbdən təbrik edirik!

Vətənimizin müdafiə qabiliyyətinin artırılmasında, milli hərbi sənayemizin inkişafında əvəzsiz xidmətləriniz üçün minnətdarlıq bildirir, möhkəm cansağlığı, peşə fəaliyyətinizdə və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

#17dekabr
#MüdafiəSənayesiNazirliyi
#PeşəBayramıGünü

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

16 Dec, 12:19


https://youtu.be/XJKC8d39FG8?si=uWZJntBYivd_HrAS

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Nov, 08:46


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/sHEaH4JfqCs?si=4-4xCL8eOoP2tPvQ»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Nov, 07:52


https://youtu.be/sHEaH4JfqCs?si=4-4xCL8eOoP2tPvQ

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Nov, 07:39


Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Noyabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilmişdir.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər  gənc əsgərlərin hərbi andı qəbul edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulamış, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə etmişlər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılmışdır.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi Hərbi Anda və dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanmışdır.
Mərasim zamanı valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır. 
https://www.dsx.gov.az/news/1832

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Nov, 06:39


22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə ədliyyə işçilərini Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından təbrik edirik!

Hüququn aliliyinin təmin olunmasında, ədalət prinsiplərinin qorunmasında və dövlətimizin hüquq sisteminin möhkəmlənməsində əvəzsiz xidmətlərinizə görə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq!

#22noyabr
#ƏdliyyəİşçilərininPeşəBayramıGünü

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

21 Nov, 19:10


https://youtu.be/-43AziwAQAM?si=3ybV-mkQxlRhnQBB

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

21 Nov, 11:55


https://youtu.be/c2oRCFG_Vmo?si=Tdq_IoPMUyRijm_6

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Nov, 10:19


https://youtu.be/xo9g1uvDEhs?si=orV8RVsDgfnRwIVJ

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Nov, 10:17


İşğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyası keçirilmişdir

Azərbaycan Respublikasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı işlərə töhfə vermək məqsədilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər davam etdirilir.

Qarabağda 30 illik işğal dönəmində ermənilər tərəfindən törədilən ekoloji terror nəticəsində qədim tarixə malik nadir və yaşı bilinməyən müxtəlif növ ağaclarla zəngin meşə sahələri talan olunmuş, minlərlə qiymətli ağac kəsilərək məhv edilmişdir.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham ƏliyevBirinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri nəticəsində ermənilərin ekoloji sistemə vurduğu ziyan aradan qaldırılır, Qarabağ yenidən öz yaşıl keçmişinə qayıdır.

Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində 5000 ədəd Eldar şamı, sərv, zeytun və çinar ağacları əkilmişdir.
https://www.dsx.gov.az/news/1830

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

17 Nov, 07:33


Əziz Azərbaycan xalqı!

Sizi 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Milli Dirçəliş Gününüz mübarək!

#17noyabr
#MilliDirçəlişGünü

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

13 Nov, 13:25


Yaşıl dünya naminə həmrəy olaq!

#COP29
#COP29Azerbaijan #YaşılDünyaNaminəHəmrəylikİli
#Azərbaycan🇦🇿
#Azerbaijan🇦🇿 #AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

12 Nov, 07:09


12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

Müstəqil və demokratik dövlətimizin hüquqi əsaslarını möhkəmləndirən bu mühüm gün münasibətilə xalqımızı təbrik edirik!

#12noyabr
#KonstitusiyaGünü

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

09 Nov, 09:33


#9noyabr
#DövlətBayrağıGünü
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

09 Nov, 04:04


Əziz Azərbaycan xalqı!

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirik!

Müstəqilliyimizin və suverenliyimizin rəmzi olan, xalqımızın birliyini, gücünü və əzmini təcəssüm etdirən Zəfər bayrağımız hər zaman əzəmətlə dalğalansın, ölkəmizə daim qələbə və uğur gətirsin!

Dövlət Bayrağı Gününüz mübarək!


#9noyabr
#DövlətBayrağıGünü
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

08 Nov, 12:11


https://www.youtube.com/watch?si=lH36NEWHTNJAE-Df&v=8bLxuSHNexk&feature=youtu.be

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Nov, 09:32


6 noyabr – Bakı Metropoliteni işçilərini peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş metro sisteminin təhlükəsiz və fasiləsiz fəaliyyətində göstərdiyiniz fədakar əməyə görə Sizə dərin təşəkkürümüzü bildiririk!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Nov, 08:01


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/i1JkT-Ou7SE?si=A_vEszZjouD0eQ8Y»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Nov, 08:01


https://youtu.be/i1JkT-Ou7SE?si=A_vEszZjouD0eQ8Y

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Nov, 08:00


Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.


Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
• 30 yaşı keçməməli;
• Fiziki cəhətdən sağlam olmalıdırlar.


Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.


Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 30
Əlaqə nömrəsi: 012-493-62-47

https://www.dsx.gov.az/news/1826

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

06 Nov, 06:50


6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan bütün peşəkarları təbrik edir,
işlərində yeni nailiyyətlər arzulayırıq.

Sizin səmərəli, eyni zamanda fədakar əməyiniz cəmiyyətin məlumatlandırılması, milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunması işinə böyük töhfələr verməkdədir.

Gələcək fəaliyyətinizdə uğurlar!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

04 Nov, 10:53


Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin)  aşkar olunaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://www.dsx.gov.az/news/1825

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

02 Nov, 14:03


https://youtu.be/yFcNxuUdqyc?si=7mpPxrDBKuV4irSl

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

29 Oct, 10:31


COP29-la bağlı Sərhəd Nəzarəti Komandanlığında görülən işlərə dair xidməti müşavirə keçirilmişdir

Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirmişdir.

Beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilmişdir.

Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını vermişdir.
https://dsx.gov.az/news/1820

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

29 Oct, 05:21


🇦🇿🇹🇷29 oktyabr - Türkiyə Cümhuriyyəti Günü

Cümhuriyyətin 101-ci ildönümündə Türkiyə xalqına davamlı sülh, rifah və əmin-amanlıq diləyir, qardaşlığımızın gələcək nəsillərə nümunə olmasını arzu edirik!

#29oktyabr
#TürkiyəCümhuriyyətiGünü #AzərbaycanTürkiyə
#BirMillətİkiDövlət
#ƏbədiQardaşlıq #AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti #MilliSavunmaBakanlığı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

28 Oct, 10:43


Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Sərhəd təhlükəsizliyinin artırılması məqsədilə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1818

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

28 Oct, 08:28


Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınmışdır

Oktyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1817

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

24 Oct, 08:56


https://youtu.be/Fwb647p7Ep8?si=mZGTaN1gwPP4H7G7

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

23 Oct, 13:38


Dövlət sərhədində qarlı hava, keşikdə qəhrəman sərhədçilər!

Tariximizin ən böyük sərkərdəsi, zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısını hər an hiss edən sərhədçilərimiz payız fəslində hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq dövlət sərhədlərimizin dağlıq və çətin relyefə malik hissəsində xidməti vəzifələrini yüksək peşəkarlıqla və şərəflə yerinə yetirirlər.

Qarlı yollar və sərt iqlim şəraiti sərhədçilərimizin əzmini zəiflətmir, əksinə, onların qətiyyətini daha da artırır.

Hər bir sərhədçi müqəddəs sərhədlərimizin toxunulmazlığını, ölkəmizin suverenliyini qorumaq uğrunda fədakarlıqla fəaliyyətini davam etdirir, qarşıya qoyulan tapşırıqları layiqincə icra edir.

#VətənSənəCanımFəda
#MüzəffərAliBaşKomandan
#DövlətSərhədXidməti
#DövlətSərhədiBuGün
#VətənSərhədlərininKeşiyində
#Sərhədçi #Sərhəddəyik

https://youtu.be/hyZAdZkUseI?si=QZcyUW2YDFQR23dI

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Oct, 09:13


🇦🇿 Azadlığın 4-cü ilində: Ağbənd!

#AğbəndAzərbaycandır
#BartazAzərbaycandır
#QarabağAzərbaycandır
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti #dsxgovaz

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Oct, 08:07


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/TUj27T30jkk?si=dMLK0NB3P2bWqbDr»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

22 Oct, 08:07


https://youtu.be/TUj27T30jkk?si=dMLK0NB3P2bWqbDr

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Oct, 12:29


Hörmətli energetiklər!

20 oktyabr - Energetiklər Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, enerji təminatında göstərdiyiniz əzm və peşəkarlıq üçün minnətdarlığımızı bildiririk!

Gününüz mübarək olsun!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Oct, 11:19


#ZəngilanAzərbaycandır
#ZəngilanŞəhəriGünü
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Oct, 05:43


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/Ay2XcT6LukY?si=Adi05BGEA71Z9V0k»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Oct, 05:43


https://youtu.be/Ay2XcT6LukY?si=Adi05BGEA71Z9V0k

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

20 Oct, 05:13


🇦🇿20 oktyabr - Zəngilan şəhəri günü

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 20 oktyabr tarixində Zəngilan şəhəri günü təntənəli şəkildə qeyd olunur.

#ZəngilanAzərbaycandır
#ZəngilanŞəhəriGünü
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Oct, 18:44


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti pinned «https://youtu.be/394T7Adi-iM?si=tZTOjTvnxuqmQzRY»

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Oct, 18:44


https://youtu.be/394T7Adi-iM?si=tZTOjTvnxuqmQzRY

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Oct, 13:13


18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir

18 oktyabr 2024-cü il tarixində Müstəqilliyin Bərpası Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Aparatında tədbir keçirilmişdir.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.

Daha sonra dövlətçiliyimizin qorunmasında və gücləndirilməsində Dahi Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Zəfərdə hərbi qulluqçularımızın gücündən və xalqımızın birliyindən danışılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət başçısının atdığı uğurlu addımlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə öz mövqeyini gücləndirdiyini, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm uğurlara imza atıldığını, əhalinin ümumi rifah səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi islahatların həyata keçirildiyini, sərhədlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində nailiyyətlər əldə olunduğunu xüsusi vurğulamışdır.

Tədbirdə günün tarixi əhəmiyyətindən danışılmış, suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş ölkəmizin mühafizə və müdafiəsində müstəsna rolu olan sərhədçilərin Vətənə, xalqa və Ali Baş Komandana hər zaman sədaqətlə xidmət etdikləri, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün böyük fədakarlıq göstərdikləri qeyd edilmişdir.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş sənədli filmə baxılmışdır.
https://www.dsx.gov.az/news/1815

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

18 Oct, 09:39


🇦🇿 Azadlığın 4-cü ilində: Xudafərin!

#18oktyabr
#XudafərinKörpüsü
#VətənMüharibəsi
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti