Quran Hekayələri

@quranhekayeleri


Qurani-Kərimdə keçən hekayələr paylaşılacaq

Quran Hekayələri

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

Quran Hekayələri

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Quran Hekayələri

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Quran Hekayələri

18 Oct, 03:31


💌 Hər gün bir ayə #191

هُدًى وَرَحْمَةً لِلْمُحْسِنِينَ


(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.
(Loğman 3)

t.me/quranhekayeleri

Quran Hekayələri

07 Sep, 03:30


💌 Hər gün bir ayə #190

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ


Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
(Təğabun: 9)


t.me/quranhekayeleri

Quran Hekayələri

06 Sep, 03:31


💌 Hər gün bir ayə #189

هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ


Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
(Təğabun: 2)


t.me/quranhekayeleri

Quran Hekayələri

05 Sep, 03:31


💌 Hər gün bir ayə #188

وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ


Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
(Cumə: 11)



t.me/quranhekayeleri

Quran Hekayələri

04 Sep, 03:30


💌 Hər gün bir ayə #187

فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ


Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
(Cumə : 10)



t.me/quranhekayeleri

Quran Hekayələri

03 Sep, 03:30


💌 Hər gün bir ayə #186

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ



Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
(Cumə: 9)


t.me/quranhekayeleri

Quran Hekayələri

02 Sep, 03:30


💌 Hər gün bir ayə #185

قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ


(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
(Cumə: 8)


t.me/quranhekayeleri

Quran Hekayələri

01 Sep, 03:31


💌 Hər gün bir ayə #184

وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ


Halbuki onlar (yəhudilər) (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
(Cumə: 7)


t.me/quranhekayeleri

Quran Hekayələri

31 Aug, 03:30


💌 Hər gün bir ayə #183

قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ


(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
(Cumə: 6)


t.me/quranhekayeleri

Quran Hekayələri

30 Aug, 03:31


💌 Hər gün bir ayə #182

مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ


Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
(Cumə: 5)

Quran Hekayələri

29 Aug, 03:30


💌 Hər gün bir ayə #181

ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ


Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
(Cumə: 4)

t.me/quranhekayeleri

Quran Hekayələri

28 Aug, 03:30


💌 Hər gün bir ayə #180

وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ


(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
(Cumə: 3)


t.me/quranhekayeleri

Quran Hekayələri

27 Aug, 03:31


💌 Hər gün bir ayə #179

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ


(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
(Cumə: 2)


t.me/quranhekayeleri

Quran Hekayələri

26 Aug, 03:30


💌 Hər gün bir ayə #178

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ


Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
(Cümə: 1)

t.me/quranhekayeleri

Quran Hekayələri

22 Aug, 03:30


💌 Hər gün bir ayə #177

قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ


De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!”
(Mulk: 29)


t.me/quranhekayeleri

Quran Hekayələri

21 Aug, 07:05


💌 Hər gün bir ayə #176

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ


Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
(Mulk: 2)


t.me/quranhekayeleri

Quran Hekayələri

20 Aug, 03:30


💌 Hər gün bir ayə #175

قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسَابٍ


(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”
(Zumər: 10)


t.me/quranhekayeleri