𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟 @meqsedliler Channel on Telegram

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

@meqsedliler


♡ Teleqramın ən aktiv şəxsi inkişaf kanalına xoş gəlmisiz ♡ ︎14•12•2022 ︎ ♾️

🧠 Şəxsi inkişaf kitabları
📚 Dəyərli tövsiyələr
🗒️ Planlama
📈 Motivasiya
Və daha çoxu üçün izləmədə qalın 🧘🏻‍♀️

♡ Reklam şərtləri: @aysreklam
♡ Əlaqə: @aissl7

Məqsədlilər | Şəxsi İnkişaf (Azerbaijani)

Məqsədlilər kanalı, Teleqramın ən aktiv şəxsi inkişaf kanalıdır. Bu kanalda 14•12•2022 tarixinə qədər çox dəyərli kitablar, tövsiyələr, planlama məqalələri, motivasiya və daha çox mövzular üzərində paylaşımlar edilir. Şəxsi inkişaf istəyənlər üçün mükəmməl bir mənbədir. Kanalı izləyərək özümüzü daha yüksək mərhələyə çatdırmaq üçün dəstək və təşviq ala bilərik. Həmçinin, kanalda reklam şərtləri və əlaqə məlumatları da paylaşılmışdır. Sizi də Məqsədlilər kanalını izləməyə dəvət edirik və şəxsi inkişafınıza yeni bir mərhələ əlavə etməyə səsləyirik!

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

20 Feb, 17:02


‼️Imtahana son 10 gün qalıb. Yüksək nəticə yığmaq üçün kanallara qoşulun. Çox kanal olsada sizə lazımdır hər biri:

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

19 Feb, 17:02


‼️Imtahana son 10 gün qalıb. Yüksək nəticə yığmaq üçün kanallara qoşulun. Çox kanal olsada sizə lazımdır hər biri:

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

17 Feb, 05:40


🌝@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

12 Feb, 10:15


@meqsedliler😌

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

02 Feb, 10:18


@meqsedliler Qürur😍

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 12:18


Kimin nə sualı qaldısa, yaza bilər. Təkrar suallar olmamasına diqqət edək vəə bəli, mən də sizi sevirəm, bunu yazmasaz da olar😄 şəxsi suallara da ehtiyac yoxdur ❤️

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 12:16


Öz şəxsi kiçik biznesinizi qura bilərsiz, yeni dostluqlar qazana bilərsiz. Bu yenə də sizin baxış tərzinizlə bağlıdı. Universitet hər şey demək deyil, ord da ağlayacağınız günlər olacaq😄 normaldı.

Deyəcəyim odur ki, az bal topladığınıza görə peşman olmayın, amma "oxumayın" da demirəm. Balınızı maksimum 3 ay soruşacaqlar, sonra heç kimə maraqlı belə olmayacaq. İndi siz düşünün😊

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 12:13


Əslində mən də məktəbdə 670+ bal taplayacağı gözlənilən, lakin 350 bal toplayan şagird olmuşam😐 buna səbəb vaxt azlığı + sənin kimi blok fəmlərini sevməməyim + dərslərin üst-üstə gəlməsi + müəllim və ailə basğısı + yorğunluq və s. göstərə bilərəm. Mənə bəhanə gətirdiyimi deyə bilərsiz, amma həmin dövr ilk dəfə stresslə qarşılaşdığım dövr idi və kənardan heç bir dəstək almırdım. Yəni stressimi necə idarə edəcəyimi bilmirdim. Bir kəlmə "yaxşı olacaq" demək məndə heç nəyi dəyişmirdi.

Açıq danışmağımı istəyirsizsə, mən özümdən deyim, siz özünüzə uyğun düşünün. Mənim də hər kəs kimi bir universitet hədəfim vardı və ora qəbul ola bilmədim, əvəzinə başqa bir universitetdə yaxşı bir ixtisasda təhsil alıram. Sevdiyimi deyə bilmərəm, amma ağlım hələ də digər universitetdə qalıb 😄 Şikayət etmək əvəzinə bunu da bir fürsət kimi dəyərləndirməli olduğumu düşünürəm. Siz də edə bilərsiz. Universitet zamanı fərqli kurslara, könüllülük proqramlarına gedə, yeni dil öyrənə, çevrənizi genişləndirə bilərsiz. Yer qalmadı, ardı🫢👇

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 12:05


Özünü çox zəif hiss edirsənsə, ən sadə mövzulardan başla və hər öyrəndiyin mövzunu yaxşı qavra, videolar izlə, misallar yaz qısacası sanki müəllimsən, sabah dərsin var və həmin dərsi sən öyrənib şagirdlərinə də öyrətməlisən.
Etdiyin işə ciddi yanaşsan, nəticən ürəyin istəyən kimi olacaq. İndi oxu, sonra gəl bizi də sevindir😊

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 11:16


Bu halı mən də yaşamışam. Amma bəlkə də bu zaman etdiyim səhvlərdən biri blok fənlərini atıb buraxılışa köklənməyim olmuşdu. Biraz bir şey bilirdim, onu da o zaman unutdum😂. Buraxılış imtahanın verən zaman blok fənlərin oxumamaq həm geri salır, həm də imtahandan sonra nəticəniz ürəyiniz istəyən kimi gəlməyəndə həvəsdən düşürsüz. Bir yandan da unutmayın ki, buraxılış ayrı, blok ayrı. Hərəsinə fərqli duyğularla yanaşın. Birində pis olmağınız o birində də pis olacağınız anlamına gəlmir.

Mənim məsləhətim o olardı ki, buraxılışa az qalmış (sırf təkrara keçən zaman, hardasa imtahana 2-3 həftə qalmış) blok fənlərindən sadəcə nəzəriyyə təkrarına keçə bilərsiz. Testlərlə işləmək vaxt alır, amma nəzəriyyənin yanına hər mövzunu bitirdikdən sonra 20-30 test yetər deyə düşünürəm.

Yuxusuz qalacağınız zamanlar olacaq, bu normaldı və hər kəs bu anı yaşayır. Hadisələrə ekstra reaksiya verməyin. Sadəcə bir imtahandı, həyəcanlanmayın sakit başla oxuyun🌊

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Jan, 11:07


Ən az yarım saat və ya 1 saat dincəlməyiniz, yatmağınız məsləhətdir. Yorğunluğunuzu almış olarsız. Sizi bilmirəm, amma mən elə bir şey etməmişəm. Mümkün olmadıqda əsnəyərək də olsa, işinizi bitirməlisiz. Sonraya saxlamaq daha çox yorur.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 19:06


Testlər DİM sistemi ilə getmir (məncə testlər DİM-dən daha çətindi). Ona görə həvəsdən düşməyə dəyməz. Amma bu sizin mükəmməl olduğunuz, çalışmamalı olduğunuz mənasına gəlmir.
Daha çox səhvlərinin nələr olduğunu araşdır, həmin mövzular üzrə özünü təkmilləşdir. Dostlarınla zəif olduğun mövzuları müzakirə et, sualların qalmasın. Qısacası gördüyün işin peşəkarı ol. (Sağ ol, Allah razı olsun, mən də sizi sevirəm😄❤️ sadəcə suallarınızı yazsaz belə mənə kifayətdi, varlığınız yetər mənə)

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 19:01


Anana de telefonu əlindən alsın (ciddiyəm, beynini çürütmə). Beynimiz dopomin deyilən hormon ifraz edir. Telefona baxdığımızda daha sürətli dopomin ifrazı olur. Kitab oxuyanda isə bu sürət qat-qat aşağı olur. Beyin gördüyü işdən həzz ala bilmədiyindən onu etmək istəmir. Beynini tərbiyə et, alınmırsa ana, atana özünü həvalə et, onlar düzgün olanı edəcək☺️🙏 (qəti şəkildə şiddəti nəzərdə tutmuram) soryy

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 16:28


Can versən belə məqsədin nədirsən onun uğrunda gündəlik az da olsa, çalışmalısan. Tutalım idman edəcəm deyirsən və özünə sənin nə dərəcə inadkar olduğunu sübut et. Kefin olmasa belə o idmanı et. Həmişə onsuzda sənin halın, kefin, vəziyyətin xoş olmayacaq. Ağlayaraq dərs etdiyim günlər də oldu, öz xoşumla masa başına keçdiyim də. Bir müddətdən sonra nifrət etdiyim masaya şikayət etməyərək oturduğumun fərqinə vardım. Hər iş belədir. İlk addım həmişə çətin olur.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 16:18


9-cu sinifdə ən yaxşı olduğunu düşündüyüm şey ailəmin mənə telefon verməməsi idi və məktəbdən kənar məşğuliyyətim olmadığından demək olar ki boş vaxtlarımda belə dərs edirdim. Amma 9-cu sinif attestatı çox da bir önəm danışmadığından çox da ciddiyə almırdım.

11-ci sinifdə isə nə yalan deyim nəyə çatacağımı mən belə bilmirdim😂 məktəb + hazırlıqlar + uzun yollarım. Dərs oxumağa da çox az vaxtım qalırdı + müəllimlər çox tapşırıq verirdi, mən də yorğun olduğumdan çatdıra bilmirdim və günlərim stressli keçirdi. Heç bir üsuldan istifadə etməmişəm, çünki tək dərdim müəllimlərin məni danlamaması idi (heç xoşum gəlmir danlanmaqdan), üsullarım isə əksəriyyəti sizə dediklərimdi.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 15:39


Sualı anlamadım🫣

Edit: anladım😂

Cavabım: halva, halva deməklə ağız şirin olmur. Asan olsaydı mən də blokdan yaxşı yazardım, amma deyil🥲 lakin oxumaq lazımdı. Mən özüm tez həvəsdən düşən olduğumdan hər neqativ sözə pis olurdum, oxumurudum. Sizə mən varam, oxuyun, ardınızdayam🫂 Asan yolu yoxdu, çox çalışmaq lazımdı

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 15:32


Sərhədlər sadəcə beynimizdədi. Sistemi başa düşdükdə bütün sirr pozulur və anlayırsan ki, hər şey o qədər də çətin deyilmiş.

📌İndiki mən təkrar imtahana hazırlaşsaydım bunları edərdim (təcrübələrim əsasında deyim🤭)

1. İmtahana düşən mövzu başlıqlarını siyahı şəklində əlimin altında tutardım.
2. Özümdə motivasiya yatarmaq, irəliləyişimi qeyd etmək üçün cədvəl qurardım.
3. Mövzuları tək-tək seçib oxuyardım + araşdırma edərdim (daha yaxşı yadda qalır👽)
4. Günlük, həftəlik, aylıq təkrarlar edərdim.
5. Daimi qeydlərimi yazardım (təkrar edərkən vaxta qənaət😉)
6. Bilmədiklərimi utanmadan və anında soruşardım.
7. Sadəcə dərslərimə adaptasiya olardım (qohumlara, "bəbələrə" qulaq asmayın)

8. Daha çox praktikaaa

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 06:47


Allah razı olsun 😂❤️ mən də sizi sevirəm

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 06:42


Özüm bu semetrdan motivasiyadan çox disiplin istiqamətində yönəldiyimdən motivasiyanın əslində sadəcə həvəs verici, eyni zamanda da qısa müddətli olduğunu daha yaxşı başa düşdüm və sizi də bir ara motivasiyadan kənara çəkməyə çalışdım. Amma hələ də onu bacara bilməmişəm demək ki. Lakin, ümidimi üzməyəcəm, siz disiplini öyrənənə qədər hər yolu sınayacam😄 ara-sıra paylaşdığım vodeolar isə xoşum gələn sözləri olan videolardı ki, sizinlə də bölüşürəm.

Planla bağlı isə onu deyim ki, kanalda hər formada planla bağlı post var, ola bilər üstlərdə qalıb. Amma planlı olmaq da bir növ istəklə bağlıdır. Yəni siz bunu etməyi nə qədər istəyirsiz? Əgər çox istəyirsizsə, onu qurmağın bir yolunu əlbət ki tapacaqsız. Klassik üsullarla getməyə ehtiyac yoxdur, yaradıcı olmağa çalışın.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 06:33


Yəqin ki düzgün çalışmırsan və ya hansı səhvləri etdiyini bilmirsən. Məqsədini tam dəqiqləşdir, nəyi dəqiq istədiyini bil ilk öncə. Sonra əlinə bir vərəq al və ora 20 ədəd "bu hədəfimə çatmağım üçün nələri etməliyəm?" sualına cavablar yaz. Ağlına gələ biləcək hər şeyi qeyd et. Sonra özünün də unutduğu, amma faydalı olan üsullar özü sənə görünəcək. İstəsən biraz məqsədin və ya çalışma üsulların haqqında mənə (@aissl7) yaz bacardığım qədər yol göstərməyə çalışacam.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Jan, 06:27


İstədiyi ixtisasda oxumayan biri kimi deyə bilərəm ki, hər dəfə sevmədiyin fənləri oxuyanda özünə hədsiz nifrət edəcəksən. "Bura mənim yerim deyil, niyə bura gəldim" deyəndə isə kaşkilər ətrafını saracaq. Dediklərim biraz toksik motivasiya ola bilər, amma duyğusal təsir olmaqdıqda sözə qulaq asmırsız. Ya oxu istədiyini et, ya da taleyinlə razılaş.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Jan, 19:01


😍📚 Əziz kitabsevərlər, yeni yarışa hazırsınız?
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.
Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının “Vəfalı Səriyyə”, "Solğun çiçəklər", "Nəsrəddin şah" və "Ulduz" əsərlərini oxuyaraq fevralın 28-də keçiriləcək onlayn müsabiqəyə qatıla bilərsiniz.
Öncəki yarışlarda qalib olan iştirakçıların nəticələri qeydə alınmayacaq.
İmtahanda iştirak üçün indidən aşağıdakı link vasitəsilə "Teleqram" kanalına üzv olmalısınız:
t.me/oxuqazan
Fevralın 28-də, saat 21:00-da "Teleqram" kanalında bütün iştirakçılara eyni anda kitabdan test sualları yayımlanacaq. Hər test sualına 20 saniyə ərzində cavab vermək imkanınız olacaq və sonra növbəti test sualı yayımlanacaq.
Yarışda sualların vaxtında qəbulu və cavablandırılması üçün yüksəksürətli sabit internetə qoşulmaq tövsiyə olunur.
🎁 Ən çox doğru cavab verən 3 iştirakçıya hədiyyələrimiz var:
1-ci yer “Apple iPad” planşet,
2-ci yer “Honor” smartfon,
3-cü yer “Huawei” simsiz qulaqcıq.

🙋🏻‍♀🙋🏻‍♂ Əsərləri aşağıdakı linkdən oxuya və ya kitab mağazalarından əldə edə bilərsiniz:
https://anl.az/el/c/cc-e2.pdf (Səhifə 7-157)
#oxuqazan

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Jan, 17:12


𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟 pinned «Demək istəyib də deyə bilmədiklərinizi anonim şəkildə yaza bilərsiz. (Etik normalara uyaq pls)🌸 https://cloudz.fun/tr/aissl7»

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Jan, 16:46


Dostlar, kitab oxumaq yarışı var, qoşulmaq istəyən var? (Özümə rəqib artırıram, maraqlı olsun deyə😂)

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Jan, 16:37


Demək istəyib də deyə bilmədiklərinizi anonim şəkildə yaza bilərsiz. (Etik normalara uyaq pls)🌸

https://cloudz.fun/tr/aissl7

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

23 Jan, 19:27


Mənim normal qəbul etdiyim (əslində elə normal olan) bir məsələ var o da bir gün öləcəyimizdir. Əksər vaxt mən bunu deyəndə bəziləri özün qəribə aparıb sanki ölümsüzmüşcəsinə susmağımı istəyirlər. Amma təbiətin qanunu dəyişmək əlimizdə olmadığından bunu qəbullanmaq lazımdı. Sözümün qısası, ölümlü dünyada həyatınızı yad, tanımadığınız insanların fikrinə görə şəkilləndirməyin. Bu şəxs mən olsam belə. Sizə məntiqli gələni seçin. Özünüzə bol-bol vaxt ayırın, sevdiyiniz şeyləri edin. Amma yeni şeylər sınamaqdan da qorxmayın. Hardan bilə bilərsiz, bəlkə də o qorxduğunuz şey sizin vazkeçilməzinizə çevriləcək. "Mənə gülərlər", "utanıram" ifadələri isə sadəcə özünüzün elə məhz özünüzə etdiyiniz təzyiqdi. Başqalarının düşüncəsini dəyişmək mümkün deyil, təki başınızı yastığınıza qoyanda "kaş ki" yerinə "yaxşı ki" deyəsiz🌱

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

21 Jan, 12:32


@meqsedliler😌

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

20 Jan, 16:55


Tam da belə hiss edirəm😔 bitsin artıqq

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

18 Jan, 16:50


Oxuyun balalar, bu yaşınızda özünüzə edə biləcəyiniz ən yaxşı investisiya oxumaqdı. İndi peşman olduğunuzu düşünə bilərsiz, amma gün gələcək "nə yaxşı ki" deyəcəksiz. Oxumaq sadəcə sizə işləmək, pul qazanmaq üçün deyil, həm də dünya görüşünüzü artırmağınız, yaşamdan həzz almağınız üçün bir vasitədir. Həmişə dediyim kimi indi də "baxış açınızı dəyişsəz, hər şey dəyişəcək" deyirəm və sözümün də ardındayam🤠. Bəzən sıxılmaq yaxşı şeydi, sizi düşündürür. O zaman dərindən qavrayırsız hər şeyi.

Həə.., indi deyin görək işləriniz necə gedir?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

18 Jan, 16:37


@meqsedliler🌊

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

11 Jan, 16:58


@meqsedliler😂

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

10 Jan, 09:45


Allah sizdən razı olsun🤭😂

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

08 Jan, 20:47


@meqsedliler ?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

31 Dec, 19:59


Yeni sezon başlayır..

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Dec, 13:09


🔗Zənciri qırma metodu ilə bağlı video:

Link:
https://youtu.be/jfCk_9sdXds?si=p8XkENmTNA5_Jjiz

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

26 Dec, 16:59


🆘 Yeni ilə reklam qiymətlərinə endirim etdik.

Linkə keçid edərək məlumat əldə edə bilərsiz


https://t.me/aysreklam/16
https://t.me/aysreklam/16

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

25 Dec, 19:38


❇️ 29 dekabr marafon tarixi olaraq qərarlaşdırıldı.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

25 Dec, 17:05


💗Marafon haqqında

Marafonumuz 2 həftə davam edəcək və hər kəs qoşula bilər. Marafon zamanı detallar izah ediləcək. Müəyyən tapşırıqlar, onların edilmə formaları və müəyyən izləməniz üçün videolar veriləcək hansılar ki sizin baxış tərzinizi dəyişəcək və yeni məlumatlar öyrənib həyatınıza tətbiq edə biləcəksiz.🧏🏻‍♀

— Marafon üçün qrup açılacaq

— Sizdən istədiyim marafonun başlama tarixini təyin etməyinizdi. Anketdə istədiyiniz zamanı qeyd edin.

Suallarınızı postun altına yazın👇

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

23 Dec, 18:57


Tənbəllər

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

23 Dec, 18:01


2024-ün bitməyinə sayılı günlər qalıb. Kim hədəflərin seçib?😃

@meqsedliler – marafon yaxın günlərdə başlayacaq🧘🏻‍♀

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

22 Dec, 15:18


Oyanmaq vaxtıdı

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

19 Dec, 14:28


Dostlar, 2 gün də gözləyin, quizləri yazım, sonra qəşəy postlar paylaşacam😄

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

13 Dec, 09:35


Bunun sürmələrinə baxınn😍

Xəzər universiteti hər yerində pişik görə biləcəyiniz bir universitetdi😌 İntahan stressinizi pişiklər alır😂 Dərd varsa, dərman da var

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

12 Dec, 19:01


Belə şeylər etmək tək mənə xoş görünür? 😍💗

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

06 Dec, 19:24


Dostlarrr, mən marafon hazırlamaq istəyirəm, hazırlasam qoşularsız? Birgə əyləncəli olar deyə düşünürəm

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

06 Dec, 14:51


Dostlar, mən yaxşı deyiləm🥲😂

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

06 Dec, 09:30


@meqsedliler👌

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

05 Dec, 13:43


Sualı olan?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

05 Dec, 13:42


İngilis dili ilə bağlı olan əksər problemlərinizi həll edəcək bir sayt tapmışam🤠 Buna kurs da deyə bilərik.

Bu sayt digər dil öyrənmə saytlarından qat-qat fərqlənir və deyərdim ki, nadir hallarda ələ düşən fürsətə tuş gəlmişik😃

Üstünlük və quruluşunu saysam çox yazmalı olacam, amma qısacası...
– onlayn olması yollarda vaxt itirməyinizin qarşısını alır.
– 7/24 aktiv saytdır, istədiyiniz vaxt məşğul ola bilirsiz.
– Dərslər peşəkar müəllim tərəfindən başdan sonra qədər izah edilir.
– Hər səviyyənin sonuna nə qədər qaldığınızı izləyə bilirsiz.
– Səviyyə sonunda imtahan verib sertifikatınızı anında ala bilirsiz.
– Sizə lazım olan bütün praktik bacarıqlara yiyələnməyinizə kömək edir.

Quruluş olaraq çox şey saya bilərəm, amma yüz eşitməkdənsə, bir görməyiniz yaxşıdır😉👇

Saytın adı: Enverson Inc
Sayt linki: http://enverson.com/az

Sınaq dərsi ödənişsizdir, qruluş baxımından sadə şəkildə (email və ya facebook hesabı ilə) qeydiyyatdan keçib yoxlaya bilərsiz.

Ardı👇

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

05 Dec, 13:42


Dərs almaq və ya digər sizi maraqlandıran məsələlərlə bağlı mənə (@amygdala_777) və ya rəy bölməsinə yaza bilərsiz.

Qeyd: kursu 25% endirim ilə almaq üçün "Aysel77" promokodunu istifadə edə bilərsiz.

— Sınaq dərsini yoxlayanlardan fikirlərini bölüşmələrini istərəm❤️ sınaq dərsindəki video qeydi sona qədər dinləyin

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

03 Dec, 20:22


Dostlar, həyat gözəldi😄 mənim həyat fəlsəfəm, deyəsən, pozitiv olmağın hər şeyi həll edəcəyidi

Edit: mizah, çox dramatik olmayın

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

02 Dec, 15:07


Salam dostlar, ingilis dili ilə problemi olanlar üçün eyni zamanda sıfırdan ingilis dilinə başlamaq istəyənlər üçün çox mükəmməl bir şey var! 😃 Özüm təcrübəmdən keçirəndən sonra sizə ətraflı məlumat verəcəm
— İstəsəz səsli zəng vasitəsilə kiçik bir toplantı edib elə də məlumat verə bilərəm😃
— İngilis dilindən çətinlik çəkən dostlarınızı kanala dəvət etməyi unutmayın.

@meqsedliler🌊

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

01 Dec, 12:09


Dekabrın ilk günü, deyin görüm necəsiz?🤠

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Nov, 16:23


Evim eşiyim❤️

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

25 Nov, 10:13


Allaha güvən və davam et 🙌🏻

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

24 Nov, 04:02


@meqsedliler👍

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

23 Nov, 07:09


Salam dostlarr, necəsiz?
Sizi bilmirəm, amma mən nəsə yenilik axtarıram🤭 Yeni bir fikri olan varmı? Birgə edə biləcəyimiz bir şey olsa, daha maraqlı olar.

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

23 Nov, 06:59


Gələcəyin bu gün nə etdiyindən asılıdır🧘🏻‍♀

@meqsedliler🥇

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

18 Nov, 19:13


Təqvim linki: https://play.google.com/store/apps/details?id=com.komorebi.n.calendar

Timer linki: https://play.google.com/store/apps/details?id=com.pallo.passiontimerscoped

— Sualı və ya əlavəsi olsan buyursun🙌🏻

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

18 Nov, 16:25


Salam dostlarrrr, necəsiz?😃 Tətil necə keçir? Uzun zamandı danışmırıq, gəlin görək kimin nə problemi var?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

17 Nov, 14:30


@meqsedliler😇

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

16 Nov, 16:53


@meqsedliler🗣

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

14 Nov, 06:32


𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟 pinned Deleted message

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

01 Nov, 20:56


😶

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

01 Nov, 20:24


@meqsedliler😌

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

01 Nov, 15:24


Disiplin sıxıcı yox, əksinə həyata daha da maraq qatan bir şeydir deyə düşünürəm. Özünüzü inkişaf etdirəmkdən vaz keçməyin, gec ya tez əməklərinizin qarşılığını alacaqsız🌱

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

29 Oct, 16:59


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Oct, 16:56


Dostlar, belə bir şey çıxdı qarşıma. Bəlkə sizə faydalı olar🫶🏻

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Oct, 16:55


Hörmətli gənclər!

📢iSchool Təhsil Mərkəzi istedadlı gənclərin akademik və şəxsi inkişafını dəstəkləmək, təqaüd əsaslı keyfiyyətli təhsil almasını təmin etmək, gənclərin öz potensialını kəşf etməsinə və inkişaf etdirməsinə imkan yaratmaq və onların xaricdə təhsil almasına dəstək göstərmək məqsədi ilə "KÖRPÜ" adlı təqaüd proqramı elan edir.

📝Təqaüd proqramı çərçivəsində gənclər iSchool Təhsil Mərkəzində ödənişsiz şəkildə həm beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL) hazırlaşa, həm də Xaricdə təhsil xidmətindən yararlana biləcəklər.

📌Ətraflı məlumat və qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScjfdy4L6wrYda8LMvDlsB2e8VoqDwfbosf3jx7I_wUIzLYwA/viewform

🔗Daha çoxu https://chat.whatsapp.com/EqQiNRsBMRYLxW6G15V1Us

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

27 Oct, 13:11


"İndi oxumaq imtahan zalını tərk edəndə daha çox oxumuş olmağı arzu etməkdən yaxşıdı"

@meqsedliler🌱

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

26 Oct, 20:18


Dostlar, ölməmişəm, dərs oxuyuram

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

24 Oct, 18:04



𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

24 Oct, 14:10


Düşüncəniz?

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

22 Oct, 16:59


‼️Təhsil kanallarının linklərini sizin üçün tək-tək formada yığdıq. Axtardığınız kanalın adına toxunun və kanala daxil olun

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

21 Oct, 20:06


Dərs etməyə çalışıram, amma bu gün biraz dinc durmayıb çevrəmə qarşı açıqsözlü oldum. Onların nə hiss etdiyini deyə bilmərəm, amma özümə yenə də bəraət qazandırıram.
Bir yandan dərs yükü, bir yandan günün ağırlığı təsir edir. Amma bir stəkan isti çay həll edər, hə?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

21 Oct, 19:54


Və hər şey bu musiqi kimi hiss etdirməyə başlayır yenə

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

21 Oct, 19:51


"Oktyabr necə keçir?" deyə soruşsaz...

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

19 Oct, 19:05


- Əgər cəhd etsən, 2 hal var: ya qazanacaqsan, ya da məğlub olacaqsan.
- Cəhd etməsən, onsuzda məğlubsan 🤷🏻‍♀

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

09 Oct, 16:57


Mənim fikrimcə...

— Mənim fikrimcə, yorğun olub çalışa bilmədikdə özünü günahlandırmaq əvəzinə biraz dincəl. Bu səni geri salmayacaq, sadəcə produktiv şəkildə davam etməyin üçün sənə kömək edəcək.

— Günü heç nə etmədən bitirmək istəmirsənsə və eyni zamanda da bir şeyi etmək üçün aşırı dərəcədə həyəcanlı və ya yorğunsansa, sadəcə kiçik bir şey et. Nə də olsa, 1 0-dan böyükdür.

— Unutma, özünü günahlandırmaq sənə bir şey qazandırmayacaq. Gerçəkçi ol, səhvlərini anla və dərs çıxar. Bu normaldır.

@meqsedliler🌱 | Gün sonu #nəticələr (bu tağ sizə şəxsi fikirlərimi göstərəcək, faydalı olması diləyi ilə)

Bəs bu gün sən nə öyrəndin?

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

07 Oct, 16:58


Sizdə vəziyyət necədi dostlar? 😄

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

07 Oct, 16:56


Boynuma alıram, ən çox oxumalı olduğum budu deyə 2 həftədi bundan qaçmağa çalışırdım. Artıq şansım yoxdu

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

07 Oct, 16:53


Nəticə: psixologiya 😮‍💨

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

07 Oct, 16:52


Salam dostlarr😃

İndi heç dərs etmək istəmirəm, amma günü dərs etməmiş bitirmək istəmirəm. Bu 2 dərsdən birini oxumalıyam, amma hansını edim deyə qərar verə bilmədim deyə püşk atıram😂

Fənlər: Təhsil psixologiyasının əsasları və mexanikadı

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

05 Oct, 06:21


Kanalımızın dəyərli müəllimlərini Müəllimlər günü münasibətilə təbrik edir, sağirdlərini sevərək öyrətmələrini xahiş edirəm 😄 Yaddaşlarda yaxşı qalaq 🙌🏻

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

05 Oct, 06:20


Bir gün müəllim olsam...

Bir gün müəllim olsam, şagirdlərimə hər an sevinməyi öyrədəcəm. Həyatın sadəcə qiymətlərdən ibarət olmadığını öyrədəcəm. Yaşamağın gözəl olub-olmadığına parta arxasında oturaraq qərar verməməli olduqlarını öyrədəcəm. Yaşadığım müəllim travmalarını yaşamamaları üçün əlimdən gələni edəcəm. Düzdü, ola bilər şagirdlərim məni sevməsin, hər kəs seviləcək deyə də bir şey yoxdu. Seçimlər və qərarlar anidən yox, müəyyən bir zaman daxilində olmalıdır mənim fikrimcə.

— Bir neçə məsləhət də verim:
Yaxşı yaddaş, yaxşı öyrənmə qabiliyyətinin yanında cəld, gözüaçıq, bacarıqlı olmağı da unutmayın. Öyrəndiyiniz biliklər bəzən sizə kömək etməyə bilər, bu zaman bacarıqlarınız sizə kömək edəcək. Hobbiləriniz olsun, zamanınızı sosial şəbəkələrdə keçirməyin, keçirsəz belə elə edin ki, başınızı yastığa qoyanda bitən gününüz üçün peşmançılıq çəkməyəsiz.

@meqsedliler❤️

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

04 Oct, 19:00


@meqsedliler🥹

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

03 Oct, 07:40


@meqsedliler💗

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

01 Oct, 17:21



𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

30 Sep, 13:12


Belə müəllim olmağıma icazə verməyəcəklərsə, oxumağımın nə mənası? 🌝

@meqsedliler

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

28 Sep, 17:35


Bu sual sizi necə hiss etdirdi?🌝 Cavabınız nədir?

@meqsedliler🔥

𝐌ə𝐪𝐬ə𝐝𝐥𝐢𝐥ə𝐫🏆| Şə𝐱𝐬𝐢 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟

25 Sep, 11:07


🔥@meqsedliler