Qurandan Ayələr 🕊 @qurandanayelerr Channel on Telegram

Qurandan Ayələr 🕊

@qurandanayelerr


"İnsanlara aramla(yavaş-yavaş)oxuyasan deyə,Biz Qur’anı hissələrə ayırıb(ayə-ayə,surə-surə) göndərdik.Biz onu tədriclə,(iyirmi üç ilə yaxın bir müddət ərzində)nazil etdik"
•İsra 17/106 🕊

•Kanalın yaranma tarix'i - 24 sentyabr 2021

Qurandan Ayələr 🕊 (Azerbaijani)

Qurandan Ayələr 🕊 kanalı, 24 sentyabr 2021 tarixində yaradılmışdır. Məqsədi insanlara Qur'anın hər hansı bir hissəsini oxumağın əhəmiyyətini və önəmini vurğulamaqdır. Kanalın adından da aydın olacağı kimi, burada Qur'anın ayələri paylaşılır və hər bir ayə özlərindən mənanı çıxarmağa və düşüncələrini paylaşmağa səyl edir. Kanalın məqsədi, insanlara Qur'anın gücünü və günlük həyatımızda necə təsir göstərə biləcəyini nümayiş etdirməkdir. İnsanları iki cəhətdən də Qur'anın əhəmiyyəti ilə tanış etmək üçün Qurandan Ayələr 🕊 kanalını izləməyə dəvət edirik. Hər bir ayə özündə bir dünya gizlədir və bu kanal vasitəsilə bu dünyanın açılmasına kömək edir. Qurandan Ayələr 🕊 kanalını izləyərək özünüzdə Qur'anın müasir təfsirini tapa bilərsiniz. İslam ədəbiyyatının ən dəyərlərindən biri olan Qur'anın mətnləri, bu kanal vasitəsilə daha yaxından tanış olmaq imkanı tapır. Qurandan Ayələr 🕊 kanalı, Qur'anın kəşfiyyat və mənaları ilə təqdim edilir və hər bir izləyicisini Qur'anın əhəmiyyəti ilə tanış etmək məqsədilə fəaliyyət göstərir.

Qurandan Ayələr 🕊

29 Nov, 13:02


Əziz izləyicilər, sizi Öyrədici və Maarifləndirici Təhsil, Xəbər, Dini kanallara abunə olmağa dəvət edirəm.

Foto ‼️@dahilerden_kelamlar

Qurandan Ayələr 🕊

29 Nov, 08:57


✍️🏽Qeyd edim ki, tək olmaqla tənha olmaq ayrı şeylərdir. Tək olmaq seçimdir. Tənha olmaq psixoloji haldır.

Qurandan Ayələr 🕊

28 Nov, 19:56


Ənam surəsi 25.
"Onlardan bə'ziləri sənin sözünə qulaq asırlar. Həmin sözü anlamamaları üçün onların qəlblərinə pərdə çəkmişik. Onların qulaqlarında (haqqa münasibətdə) ağırlıq qərar verdik. Onlar o qədər inadkardırlar ki, istənilən bir ayə və mö'cüzə görsələr, yenə də iman gətirməzlər. Bir həddə ki, yanına gəldikdə səninlə mübahisə edərlər. Kafir olanlar deyərlər: "Bu, qədimkilərə aid əfsanələrdən başqa bir şey deyildir."
Nöqtələr *
Bu ayənin nazilolma şə'ni haqqında deyilir ki, Əbu-Sufyan, Vəlid ibn Muğeyrə, Utbə, Şeybə və Nəzr ibn Haris Kə'bə kənarinda peyğəmbərin Qur'an tilavətini dinləyirdilər. Onlar Nəzrə dedilər: “ Nə oxuyur?" Nəzr dedi: “And olsun Kə’bənin Allahina ki, oxuduğunu anlamıram, amma bu, qədimkilərin əfsanələrindən başqa bir şey deyil. Mən bu dastanların oxşarıini sizə danışmışam." Sonra bu ayə nazil oldu. Əkinnə" pərdə mə'nasını bildirir. Vəqr" ağırlıq, "əsatir" dinlənilməsi cazibəli olan ardıcıl və xəyali mətləblərdir. *Qəlbə pərdə çəkilməsi və qulaqların ağırlaşdırılması müşriklərdəki inadkarlıq ruhiyyəsinə əsaslanır. [“Səff", 5.] *Əvvəlki ayədə söhbət müşriklərdən getsə də, bu ayədəki əlləzinə kəfəru" tə’birindən müşriklərin həmin kafirlər olduğu mə’lum olur.
Bildirişlər
1. Peyğəmbərlər və ilahi rəhbərlər kafirlərin və müxaliflərin, eləcə də, onların tərəfdarlarının ruhiyyələrindən xəbərdar olmalıdırlar.
2. Bütün kafirlərdən əlinizi üzməyin, onların bə'ziləri inadkardır.
3. Qur'an dinləmək qəlbə tə’sir göstərdikdə dəyərli olur.
4. Kafirlər öz inkarları üzərində
möhkəm dayanmışlar. Elə bu səbəbdən də Allah onların qəlbinə pərdə çəkir.
5. İnadkarlıq dərmansız dərddir. O, dalğalı güzgü tək ən gözəl surətləri çirkin göstərir.
6. Əgər bir insan mübahisə, bədgümanlıq, mənfi bir ruhiyyə ilə hətta peyğəmbərlə görüşsə belə, bəhrəsiz qalacaq.
7. Peyğəmbərlərə münasibətdə kafirlərin heç bir düzgün və məntiqi müddəaları olmamışdır. Onlar məntiqsizlik və haqsızlıiq səbəbindən höcətləşmə və böhtana əl atmışlar.
8. Qur'an kafirlər və müşriklər üçün də cazibədardır. («Əsatir» gözəl söhbət mə’nasını bildirir.)

Qurandan Ayələr 🕊

28 Nov, 19:56


Ənam surəsi 27.
“Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: “Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və mö'minlərdən olaydıq."
Nöqtələr *
Qur'an ayələrinə əsasən, onlar həm ölüm astanasında, həm qəbirdə, həm də qiyamətdə dünyaya qayıtmağı arzulayarlar. [“ Mu'minun", 100; "Mu'minun", 107.] *23-cü ayədə müşriklər öz şirklərini inkar edirdilər. Amma bu ayə onlar e'tiraf edir, dünyaya qayıdıb öz günahlarını yumaq istəyirlər.
Bildirişlər
1. Kafirlər oda çəkilən zaman dəhşətə düşüb zillət içində nalə çəkirlər. Qiyamətin müxtəlif mərhələləri və dayanacaqları var. Bə'zi mərhələlərdə günahkarlar nalə çəkir, bə'zi dayanacaqlarda onların ağızlarına sükut möhürü vurulur.
2. İlahi ayələrin inkarı axirətdə peşmançılığa səbəb olur.
3. Nə qədər ki, dünyada fürsət var, iman gətirək. Çünki axirətdən geri qayıtmağa macal yoxdur. Qiyamətdə dünyaya qayıdıb iman gətirmək və itaət etmək arzusu kafirlərin arzularındandır.

Qurandan Ayələr 🕊

28 Nov, 19:56


Ənam surəsi 26.
"Onlar xalqı (peyğəmbər və Qur' andan) ayırırlar. Özləri də ondan uzaq və məhrum qalırlar. (Amma bilsinlər ki,) yalnız özlərini həlak edirlər və anlamırlar."
Nöqtələr *
"Yən'əvnə" uzaqlaşdırmaq mə' nasını bildirir. *Bə'zi sünni alimləri bu ayənin Əbu-Talib haqqında olduğunu bildirirlər. Deyirlər ki, Əbu-Talib xalqı peyğəmbərə əziyyət verməyə qoymurdu. Amma özü də iman gətirmir və müsəlmanlıqdan kənar gəzirdi. Bə'zi digər ayələrin də bu mövzuda olduğu bildirilir. [Məsələn Tövbə", 113; “Qəsəs", 56.] Amma Əhli-beyt (ə) məktəbi ardıcıllarının nəzərincə Əbu-Talib ən üstün müsəlmanlardan olmuşdur. Həzrət Əlinin (ə) atası Əbu-Talibin müsəlman olmasının bir çox dəlilləri vardır. Onlardan bə' zilərinə işarə edirik:
1. Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) uyğun mövzudakı buyruqları Əbu-Talibin iman gətirməsinin ən üstün dəlillərindəndir.
2. Əbu-Talib ən çətin şəraitlərdə həzrət Peyğəmbəri (s) himayə etmişdir.
3. Əbu-Talib öz şe'rlərində peyğəmbərə yaxınlığı və Allahla rabitəsini açıqlayır.
4. Əbu-Talib öz arvadına, övladına və qardaşı Həmzəyə tapşırır ki, İslamdan, namazdan və peyğəmbərdən muğayat olsunlar.
5. Həzrət Peyğəmbər s) Əbu-Talibin ölümü zamanı çox pərişa olur.
6. Əbu-Bəkr və Abbas şəhadət vermişlər ki, Əbu-Talib ölən zaman La ilahə illəllah və Məhəmmədən rəsulullah" kəlmələrini söyləmişdir.
7. Həzrət Peyğəmbər (s) minbərdən Əbu-Talibə dua etmiş, onun cənazəsini dəfn etmiş, həzrət Əliyə Əbu-Talibi kəfənləmək göstərişi vermişdir. Həmin vaxt meyit namazı hökm olunmadığı üçün bu namaz qılınmamışdır.etməliyik ki, Xədicə də vəfat edəndə meyit namazı qılınmadı.
8. Həzrət Əli (ə) Müaviyəyə yazdığı məktubda bildirir ki, mənim atam Əbu-Taliblə sənin atan Əbu-Süfyan arasında böyük fərq var.
9. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mən qiyamət günü atam, anam və əmim Əbu-Talibin şəfaətçisiyəm.
10. Hədisdə oxuyuruq ki, Allah Öz rəsuluna belə vəhy etdi: "Sənin ata-anana və himayəçinə od haramdır."
11. Həzrət Əlinin (ə) anası Fatimə binti Əsədin müsəlman olmasında heç bir şəkk-şübhə yoxdur. Əgər Əbu-Talib müsəlman olmasaydı, həzrət Peyğəmbər (s) Fatimənin onda ərdə qalmasına icazə verməzdi. ["Əl-Ğədir", c. 7,8; “ Əssəhih Minəs-sirə", c. 1, s. 134-142.]
Bildirişlər
1. Kafirlər və müşriklər daim pozuculuq fəaliyyəti ilə məşğul olmuş və xalqı Qur'andan ayırmağa çalışmışlar.
2. Haqqı qəbul etməmək insanın özünü fəlakətə salma səbəbidir.
3. Gerçək düşüncə haqqı tapmaqdır. Haqq yol və haqq rəhbəri itirmək istənilən bir şəxs tərəfindən şüursuzluqdur.

Qurandan Ayələr 🕊

27 Nov, 13:39


Ənam surəsi 22.
"Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: “Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?"
Nöqtələr *
Müşriklərin qiyamət günü zəlilcəsinə dil çıxararaq yalvarması onların məhrumluq nişanəsidir. Bu məhrumiyyətə əvvəlki ayədə işarə olunmuşdur. *Ayədə şirk nəzərdə tutulsa da, Allahın övliyalarından qeyrilərini rəhbərliyə seçənlər və mə'sum övliyalarla müxalifətə qalxanlar da bir növ müşrik sayılırlar. Bu məsələyə "camieyi-kəbirə" ziyarətində də toxunulur. [“ Məfatihul-cinan".] Hədisdə deyilir: “ Bizim sözümüzü və yolumuzu inkar edənlər Allahın sözünü inkar edənlər kimidir və belə bir şəxs müşrik yerindədir." [“Kafi", c. 1, s. 67.] Bildirişlər
1. Qiyamət mühakiməsi açıq-aşkardır.
2. Hər bir əqidə, eşq və pərəstişdən qabaq qiyamət gününün sorğusuna hazır olaq.
3. Qiyamət günü hətta müşriklər üçün də tövhidin haqq olaraq zühur günüdür.
4. Şirk puç xəyaldan başqa bir şey deyildir.

Qurandan Ayələr 🕊

27 Nov, 13:39


Ənam surəsi 23.
"(Bütlərə aldanışlardan sonra Allah hüzurunda) bir üzr tapmazlar. Yalnız bunu deyərlər: “And olsun Allaha! Ey Rəbbimiz, biz heç vaxt müşrik olmamışıq."

Ənam surəsi 24. "
Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı."
Nöqtələr *
İmam Sadiq (ə) buyurmuşdur: Ləm təkun fitnətuhum" tə'birindəki fitnə" müşriklərin üzrxahlığına işarədir." [“Təfsire-Məcməül-bəyan". *«Zəlləş-şəy'» bir şeyin məhv olmasını bildirir. [“Lisanul-ərəb".] *Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər. [“Mücadələ", 18.] *Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: “Bu yalandan sonra onların dodaqlarına möhür vurular və digər əzaları haqqı təkrarlayar." [ Təfsire-Kənzud-dəqaiq".] *İmam Sadiq (ə) buyurmuşdur: Allah qiyamət günü kimsənin ağlına gəlməyəcək şəkildə bağışlayar. Hətta müşriklər də deyər: “Biz müşrik olmamışıq." (Bununla bağışlama diləyərlər.)Təfsire-Əyyaşi".]
Bildirişlər
1. Qiyamət o qədər qətidir ki, sanki indi də vardır. Peyğəmbər (s) bu dünyada da bəsirət gözü ilə qiyamət səhnələrinə şahid ola bilər.
2. Qeyri-ilahi istinadgahlar məhv olacaqdır.
3. İlahi məhkəmədə insanın yalanları və andları səmərəsizdir.
4. Qeyri-ilahi istinadgahlara bir bu qədər israr boş xəyaldan başqa bir şey deyildir.

Qurandan Ayələr 🕊

27 Nov, 13:37


Əqiq təsbehlər və qola bağlama sifariş üçün 070 254 85 95

Qurandan Ayələr 🕊

27 Nov, 13:02


Əziz izləyicilər, sizi Öyrədici və Maarifləndirici Təhsil, Xəbər, Dini kanallara abunə olmağa dəvət edirəm.

Foto ‼️@dahilerden_kelamlar

Qurandan Ayələr 🕊

18 Nov, 18:42


50 azn kəfən 10 azn qiraət çatdırılma ilə metrolara və rayonlarada var ünvanlarada var çatdırılma

Əlaqə nömrəsi 070 254 85 95

Qurandan Ayələr 🕊

15 Nov, 20:58


Ənam surəsi 15.
"De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram."
Nöqtələr *
Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu.
Bildirişlər
1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır.
2. Allahın övliyaları tağutdan və xalqdan yox, Állahın qəzəbindən qorxurlar.
3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir.
4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir.
5. Allah rəsulunun qiyamət gorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir.
6. Başqalarını həvəsləndirib onlara və'd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şə’nində bildirildi ki, peyğəmbərə öz də’vətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: “Mən qiyamətdən qorxuram.")

Qurandan Ayələr 🕊

15 Nov, 20:58


Ənam surəsi 16.
"Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş."
Nöqtələr *
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz." Soruşdular: “Sizdəmi, ya rəsuləllah?" Həzrət buyurdu: “ Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!" Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi." [“ Təfsire-Məcməül-bəyan"; “ Təfsire-Nurus-səqəleyn".] Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
Bildirişlər
1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
3. Allahın qəhr-qəzəbini yalnız
Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.

Qurandan Ayələr 🕊

15 Nov, 20:50


070 254 85 95 əlaqə nömrəsi

Qurandan Ayələr 🕊

14 Nov, 17:57


Biri-birindən möhtəşəm 𝐃𝐢𝐧𝐢 kanalları sizlərə təqdim edirik.Seçdiyiviz linkə vurub kanallara abunə olun.
𝐇ə𝐦𝐜̧𝐢𝐧𝐢𝐧 𝐃ü𝐧𝐲a 🌍Xəbərləri, 🇱🇧 𝐋𝐢𝐯𝐚𝐧, 𝐢𝐫𝐚𝐧🇮🇷 𝐕ə  🇵🇸𝐅ə𝐥ə𝐬𝐭i𝐧𝐝ə𝐧 ən son xəbərlər  bizim topluda.... Sadəcə seçin və kanallara qatılın

Hazırladı: https://t.me/ya_beqiyyetellah/35563

Qurandan Ayələr 🕊

14 Nov, 13:03


📌 Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
VAXT azdır. PULSUZ abunə olmağa sizi dəvət edirik.

🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Hazırladı ‼️ @dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

▶️ AZƏRBAYCAN DILI 🔰

▶️ RIYAZIYYAT 🔰

▶️ ƏDƏBIYYAT 🔰

▶️ TARIX 🔰

▶️ COĞRAFIYA 🔰

▶️ BIOLOGIYA 🔰

▶️ RUS DILI 🔰

▶️ INGILIS DILI 🔰

▶️ KIMYA 🔰

▶️ FIZIKA 🔰

▶️ AFORIZMLƏR 🔰

▶️ DƏRS PDF-ləri 🔰

▶️ I - IV QRUPLAR  🔰

▶️ II- III QRUPLAR 🔰

TESTLƏR,QAYDALAR,SINAQLAR

↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️

Pulsuz Qoşul Və Faydalan

Qurandan Ayələr 🕊

14 Nov, 05:22


Yəmən əqiqi üstündə 14 məsumun adı həkk olunub

Qurandan Ayələr 🕊

12 Nov, 16:40


Sifariş üçün əlaqə nömrəsi 070 254 85 95

Qurandan Ayələr 🕊

29 Oct, 18:23


Salam aleykum.Əziz dostlar və hörmətli  izləyicilər  !

🎙️Paylaşdığımız bu kanalla abunə olaraq bizə dəsdək olun və sizlərdə paylaşın.

✍️Hazırladı: https://t.me/ya_beqiyyetellah/34691?single

Qurandan Ayələr 🕊

29 Oct, 18:01


İmam Huseyn (ə) buyurub:

"Gözlədiyiniz əmr (İmam Məhdinin (ə) zuhuru) bir-birinizdən ayrılmadan (bəraət etmədən), bir-birinizin üzünə tüpürmədən, bir-birinizin küfrünə şəhadət vermədən və bir-birinizə lənət oxumadan baş verməyəcək!" Ravi dedi: "O zamanda bir xeyir olacaq?" İmam (ə) buyurdu: "Bütün xeyirlər elə o zamandadır ki, Bizim Qaimimiz - İmam Məhdi (ə) qiyam edəcək və bütün bunları aradan qaldıracaq!"

(Şeyx Numani (r.ə), əl-Ğeybə, bab 12, hədis 9.)

Qurandan Ayələr 🕊

29 Oct, 13:01


Əziz izləyicilər, Elmi və Maarifləndirici Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto @dahilerden_kelamlar

Qurandan Ayələr 🕊

22 Oct, 23:12


Ənam surəsi 10.
"Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu."
Nöqtələr *
Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir.
Bildirişlər
1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır.
2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir.
3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar.
4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab və’d olunmuşdur.
5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir.
6. İstehza kafirlərin daimi üslubudur.

Ənam surəsi 11.
"(Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?"
Nöqtələr *
"Siru fil-ərz", yə’ni “yer üzündə dolanın, gəzin" cümləsi Qur'anda altı dəfə işlədilmişdir. Təəssüf ki, kafirlər bu göstərişə bizdən öncə əməl etdilər və İslam ölkələrini qarış-qarış dolanıb onun təbii sərvətləri, güclü və zəif nöqtələri, mədəniyyət abidələri və əsərləri, dəyərli kitablarından xəbər tutdular. Bütün bu sərvətlər onlar tərəfindən qarət edildi. Müsəlmanlar isə hələ də qəflət yuxusundadırlar.
Bildirişlər
1. Elm və bilik qazanmaq məqsəd ilə olan və ibrətamiz səfərlər bəyənilmişdir.
2. Haqqa qarşı çıxanların məğlubiyyəti və süqutu qətidir. Əgər şəkk edirsinizsə, onların tarixini oxuyun, deyilənləri gözünüzlə görün və ibrət götürün.
3. Cəmiyyətin yüksəliş və ya süqut amilləri qanunauyğundur. Həqiqətin inkarı kimi amillər hansısa bir dövrdə insanların həlak olmasına səbəb olmuşsa, başqa dövrlərdə də uyğun nəticə ilə qarşılaşasıyıq.
4. Mədəniyyətlərin süqut amillərindən biri peyğəmbərlərin təkzibidir.
5. Ötəri görüntülər mühüm deyil, mühüm olan şey işin sonudur.

Qurandan Ayələr 🕊

19 Oct, 11:24


14 azn Çatdırılma ilə metrolara

Qurandan Ayələr 🕊

19 Oct, 01:08


📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 8⃣.

وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ


🗣"(Bəhanəçi kafirlər) dedilər: (Əgər Məhəmməd peyğəmbərdirsə,) nə üçün ona bir mələk nazil olmayıb (ki, dəvətində ona köməkçi olsun.) "Hansı ki, əgər mələk nazil edərdiksə (yenə inadkarlıq göstərərdilər) və işləri bitərdi, onlara heç bir möhlət də verilməzdi.”

🔘Nöqtələr.

Kafirlərin istəyi əsasında mələk nazil olsaydı, o ya peyğəmbər sifətində, ya da öz həqiqi simasında olmalı idi. Onun həqiqi simasını görməyə isə kimsədə taqət yoxdur.
Şeytani təkəbbür ruhiyyəsi insanı özü kimi bir bəşərə ardıcıllıqdan çəkindirir. Gah deyir ki, nə üçün peyğəmbərlər bizim kimi xörək yeyir, bazarlarda gəzir, bizim kimi geyinirlər?  Gah da bir-birlərinə deyirlər ki, əgər özünüz kimisinə itaət etsəniz ziyana düşmüşsünüz.

🌸Bildirişlər.

1⃣. Bəhanəçi kafirlər insanı risalət məqamına layiq bilmir, mələk istəyirdilər.

2⃣. İlahi sünnə, qanuna əsasən, xalqın istəyi əsasında möcüzə göndərilsə və həmin möcüzəni xalq inkar etsə, hökmən həlak olmalıdırlar.
( Peyğəmbərlərin dəvəti azadlıq, təvəkkül, seçim və möhlət prinsiplərinə əsaslanır. Mələyin elçi olaraq göndərilməsi, səmadan süfrə nazil edilməsi kimi istəklər möhləti başa çatdırır və həmin məqamda yeganə yol qəbul etmək olur. Əks-təqdirdə bədbəxtçilik qaçılmazdır.)



📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 9⃣.

وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ

🗣"Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.”


🔘Nöqtələr.

"Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. "Lubs” sözü isə libas geymək mənasındadır.
Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insanlara necə rəhbərlik edə bilər?
Ayə belə mənalandırıla bilər: Əgər peyğəmbər mələk olsa, bir kişi surətində zahir olmalıdır. Bu halda o, gözə görünər. Belə bir vəziyyətdə xalq təyin edə bilməz ki, o, insandır, yoxsa mələk.

🌸Bildirişlər.

1⃣. İlahi sünnələr, qanunlar hikmətə əsaslanır. Kiminsə istəyi ilə onlar dəyişilmir. "(Ləv”) belə bir məna verir ki, biz öz işimizi görürük və yersiz istəklərlə işimiz yoxdur.)

2⃣. Xalqın tərbiyə və dəvəti üçün insan seçilməlidir ki, o bütün işlərdə nümunə və öncül olsun.

3⃣. Peyğəmbərlər xalqın arasından seçilir.

Qurandan Ayələr 🕊

17 Oct, 16:21


📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 7⃣

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ

🗣"Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: "Bu, aşkar cadudan başqa bir şey deyildir.”

🔘Nöqtələr.

Müşriklərdən bir qrupu deyirdi: "Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar.
"Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qirtas» deyilir.

🌸Bildirişlər.

1⃣. İnadkarlıq olan yerdə bütün dəlillər faydasızdır. İnadkarlar hətta toxunub hiss etdiklərini belə inkar edirlər.

2⃣. Müşriklərin peyğəmbərlərə münasibətdə ən məşhur ittihamları onları cadugər adlandırmaları idi.

Qurandan Ayələr 🕊

17 Oct, 15:08


070 254 85 95

Qurandan Ayələr 🕊

17 Oct, 01:48


Əqiq təsbehlər

Qurandan Ayələr 🕊

17 Oct, 01:31


📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 6⃣.

. أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ


🗣«Görmədilərmi ki, onlardan qabaq bir çox ümmətləri həlak etdik. Hansı ki, sizə vermədiyimiz yeri və gücü onlara vermişdik. Səmanı (yağış və bərəkəti) ardıcıl olaraq onlar üçün göndərdik və ayaqları altından çaylar axıtdıq. Sonra onları günahlarının cəzası olaraq həlak etdik və onlardan sonra digər bir nəsil gətirdik»

🔘Nöqtələr.

Tam şəkildə həlak olmuş ümmətə "qərn” deyilmişdir.  Eyni bir zamanda yaşayan insanlara da "qərn” deyilir. Adətən, bir insan nəsli altmış-yüz il yaşadığından altmış, səksən və ya yüz il bir qərn adlandırılmışdır.
"Midrar” dedikdə bol, ardıcıl, ehtiyac qədərində yağan yağış nəzərdə tutulur.

🌸Bildirişlər.

1⃣. Tarixdən ibrət almayan insanlar məzəmmət olunur.

2⃣. İlkin İslam dövrünün kafirləri keçmiş ümmətlərin tarixindən xəbərdar idilər. Onlar həmin tarixdən ibrət götürə bilərdilər.

3⃣. Nemətlərin əldən çıxması və günahkarların bədbəxtçiliyinə diqqət insanı qəflətdən oyadan amillərdəndir.

4⃣. İslamdan qabaq da mədəniyyətlər olmuş, sonra məhv olub getmişdir.

5⃣. Xalqın ibrət götürməsi üçün gerçək və nəsihətamiz əhvalatların nəqli Quranın tərbiyə üsullarındandır.

6⃣. Allahın verdiyi imkanlardan sui-istifadə edənlərin cəzası məhv olmaqdır.

7⃣. "Səmadan göndərdik” əvəzinə "səmanı göndərdik” təbiri ilahi lütfün nəhayətini bəyan edir.

8⃣. Tarixdəki təbəddülat və hadisələrin amili xalqın əməlidir.

9⃣. Xalqın öz günahına görə həlak olması ilahi qanunlardandır.

1⃣0⃣. Allah axirət cəzasından əlavə, bu dünyada da cəza verir.

1⃣1⃣. Salehlərin əlində imkan olsa, namazı bərpa edərlər.  İmkan azğınların əlində olduqda isə fəsad və günah rəvac tapır.

1⃣2⃣. Maddi imkanlar ilahi əzabın qarşısını ala bilmir.

1⃣3⃣. Maddi imkanlar xoşbəxtlik əlaməti deyildir.

1⃣4⃣. İki növ ölüm var: Əcəlin çatması ilə həyata keçən təbii ölüm; ilahi cəza və gözlənilməz hadisələrdən ortaya çıxan qeyri-təbii ölüm.

1⃣5⃣. Günahkar güclülər elə düşünməsinlər ki, dünya həmişə əllərində olacaqdır. Allah onların yerinə başqalarını gətirər.

Qurandan Ayələr 🕊

15 Oct, 15:43


İmam Cavad hirzi əlnən yazı
Az sayda 070 254 85 95

Qurandan Ayələr 🕊

12 Oct, 17:24


📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 4⃣.

وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ

🗣"Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.”

🖇Ayə 5⃣.

فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ

🗣"Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.”

🔘Nöqtələr.

«Böyük xəbər» dedikdə Məkkənin fəthi və ya müşriklərin Bədr döyüşündə məğlubiyyəti nəzərdə tutula bilər.

🌸Bildirişlər.

1⃣. İnadkarlar üçün dəlil və ayənin necəliyinin fərqi yoxdur. Onlar hər şeyi rədd edirlər.

2⃣. İnadkarlar və kafirlər eşitmək, düşünmək və araşdırmaq istəmir, həqiqət bəyan olunan kimi onu inkar edirlər.

3⃣. Həm möminlərə haqq yolda olmaları ilə ümid verilməli, həm də kafirlər acı xəbərlərlə qarşılaşacaqları ilə hədələnməlidir.

4⃣. İstehza kafirlərin daim istifadə etdiyi üsuldur.

5⃣. İstehza üç mərhələdə süqut edir: Arxa çevirmə, təkzib və istehza. Hazırkı iki ayədə həmin üç mərhələyə işarə olunmuşdur.