🌺 CəNnƏt ƏhLi🌺 @cennet_ehlim Channel on Telegram

🌺 CəNnƏt ƏhLi🌺

@cennet_ehlim


🌺 CəNnƏt ƏhLi 🌺 (Azerbaijani)

🌺 CəNnƏt ƏhLi 🌺 Telegram channel is a delightful space for those who appreciate beauty, art, and positivity. This channel is dedicated to sharing inspiring quotes, stunning photography, and uplifting messages to brighten your day. Whether you are looking for a daily dose of motivation or simply want to surround yourself with beauty, CəNnƏt ƏhLi has something for everyone. Join us today and immerse yourself in a world of positivity and inspiration!

🌺 CəNnƏt ƏhLi🌺

21 Nov, 12:14


Borcun ödənilməsi və ruzi bolluğu üçün !!

Kim borcunun ödənilməsi və ruzi bolluğu istəyirsə, cümə günü (və ya cümə axşamı günü) oruc tutsun və 2 rəkət aşağıdakı qaydada namaz qılsın:

Namazdan qabaq 100 dəfə salavat desin.
Namazın niyyətini öz hacətinə uyğun etsin.
Hər rəkətdə Fatihədən sonra 11 dəfə Ayətül-Kürsü və 25 dəfə Tövhid surəsini oxusun.

Namazi qurtardıqdan sonra 41 dəfə Ya Vəhhab zikrini desin.
Zikrlərin əvvəlindən axırına qədər qədər heç bir söz danışmamağa səy göstərsin.
Namazı qurtarandan sonra isə öz hacətini Allahdan istəsin.
Allahın istəyi ilə müstəcəb olar... !!!

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

21 Nov, 11:00


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

🌺 CəNnƏt ƏhLi🌺

15 Nov, 07:14


"Ürəyim intizar fəslində gözləyir, gəl çünki sən arzular və ümidlərin qaynağısan..."

"Allahım, bu sübh vaxtı bizim qəlbimizi İmam Zamanın (ə.f) hüzuruna yaxınlaşdır. Bizə onun sevgisini bəxş et və zühurunu tezləşdir. Bizə haqq yolda sabitqədəm olmağı nəsib et... ilahi Qəlbimizi , ağlımızı və əməlimizi İmam Zaman Ağaya (ə.f) layiq hala gətirəsən."

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

12 Nov, 07:54


Şeytan bəzən insanı günah vasitəsilə Allahdan uzaqlaşdırır.

❶. Bəzən məkruh vasitəsilə insanı Allaha tərəf gedən yoldan saxlayır.

❷. Bəzən müstəhəb əməllər vasitəsilə insanı vacib əməllərdən qəflətə salır.

❸. Bəzən də vacib əməllər vasitəsilə insanı daha vacib olan əməllərdən saxlayır.

❹. Xülasə, şeytan hərəni bir vasitə ilə Allahdan uzaqlaşdırır və onu qəflətə düçar edir".

📌• Ayətullah Cavadi Amuli.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

10 Nov, 07:49


😣🚫NƏLƏR GƏLDİ,
NƏLƏR GETDİ...! ✳️😔

📺Televizor gəldi, yuxu getdi!

🖥💁🏻Xarici kanallar gəldi,hicab getdi!
(həya getdi)

👫Haram dostluq gəldi, evlənmək getdi!

👫🙋🏻❤️Naməhrəmlə söhbət etmək gəldi,ailə məhəbbəti💔 getdi!

👗Moda gəldi, həya getdi!

💰Faiz və sələm gəldi, bərəkət getdi!


🍟Fastfud gəldi, sağlamlıq getdi!

💵Rüşvət gəldi, həqiqət getdi!

🌃Gec yatmaq gəldi, sübh namazı getdi!

🍧🍰🍡İsraf və əlavə xərclər gəldi, qənaət getdi!

🌎Millətpərəstlik gəldi, qardaşlıq getdi!

🎥Seriallar gəldi, mədəni paltarlar getdi!

🚬siqaret gəldi,sağlamlıq getdi!

👹Pis əməllər gəldi,yaxşı əməllər getdi!


👥İnternet gəldi,vaxt getdi!
(boş-boş zaman keçir)

📱📞Telefon gəldi, sileyi rəhim getdi!

👔Vəzifə gəldi,təvəzökarlıq getdi!

🌮🍜🍝🍲İsraf gəldi, yaxşılıq getdi!
(köməksizlərə kömək etmək getdi!)

💻📱İnternet gəldi,kitab getdi!

📲Telefon gəldi,📝yazmaq getdi!

Bir az düşünək !?
Nələr gəlib, nələr gedib?
Hələ nələr gələr,nələr gedər...😣😔
Gələnlərdən Allaha pənah!
🙁🙁🙁🙁🙁🙁🙁🙁

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

09 Nov, 08:09


İmam Sadiq (ə) öz ata-babalarından (ə), onlar da Peyğəmbərin (s)
belə buyurduğunu nəql edirlər:

“Kimdə dörd xüsusiyyət olarsa, Allah-taala onu cənnət əhlindən yazar: işinin əsası *“La ilahə illəllah”* kəlməsi olan kəs,
Allah nemət bəxş etdikdə *“Allaha həmd olsun”* - söyləyən kəs, günah etdikdə *“Allahdan bağışlanma diləyirəm”* söyləyən kəs və müsibətə düçar olduqda *“Biz hamımız Allahdanıq və Allaha doğru qayıdacağıq”* - söyləyən kəs”.

_📖Camiul-əxbar,səh.83_
ِ
꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

09 Nov, 08:09


📜İmam Səccad(ə)buyurub :

“3 şey mömini xilas edər:

1. Dilini qeybət etməkdən saxlaması;
2. Axirət və dünyası üçün faydalı olan işlərlə məşğul olması;
3. Etdiyi xətalara görə çoxlu ağlaması”.

> ^📚Tuhəful-uqul səhifə-202

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

09 Nov, 08:09


Allah rəsulu (s) buyurur:

“Kim öz qəzəbini udsa, razılıq göstərsə, yaxşılıq etsə, yaxınları ilə əlaqələri möhkəmlətsə, əmanətini əda etsə, Allah onu Qiyamət günü ən böyük nuruna daxil edər”.

"Hədis mənzərəsin səh,12".

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

05 Nov, 07:17


İmam Həsən Əskəri (ə) buyurub: "Möminin (şiənin) beş əlaməti var:

1. Əlli bir rəkət namaz qılmaq (17 rəkət vacib, 34 rəkət nafilə)

2. Ərbəin ziyarətini yerinə yetirmək (İmam Hüseyni (ə) qırxında ziyarət etmək)

3. Sağ ələ üzük taxmaq

4. Alnını səcdə edəndə torpağa qoymaq

5. Namazda "Bismillahir Rahmanir Rahimi" ucadan demək."

(Əllamə Məclisi (r.ə), "Biharul-ənvar",

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

02 Nov, 07:23


“İmam Əli (ə) buyurub:
"Peyğəmbərdən (s) soruşuldu: "
Ey Allahın Elçisi, şeytanı bizdən nə uzaqlaşdırar?"
Peyğəmbər (s) buyurdu:

"Oruc onun üzünü qaraldar, sədəqə belini qırar, Allaha görə sevgi və saleh əməl üzərində davamlılıq
kökünü kəsər, (Allahdan) bağışlanma diləmək isə şah damarını qoparar".

_📚Nadir hədislər,səh.62,hədis.175_


꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

31 Oct, 06:52


Bismillah rahmənir rahim

🌹 İmаm Sаdiq (ə) (Yəhyа ilə şеytаn аrаsındаkı söhbət bаrəsində əziz аtаsındаn nəql еdir):

♥️ Yəhyа (ə) dеdi: Еlə оlubmu ki, bir аn оlsа bеlə mənə üstün gələsən?
👿 Şеytаn dеdi: Yох, аncаq səndə mənim хоşumа gələn bir хislət vаr.
♥️ Yəhyа dеdi: О nə хislətdir? Şеytаn dеdi: Sən çох yеyən kişisən. Iftаr аçаndа о qədər yеyirsən ki, mədən аğırlаşır. Bu iş səni bəzi nаmаzlаrdаn və gеcə ibаdətlərindən sахlаyır.
♥️ Yəhyа dеdi: Аllаhа əhd bаğlаyırаm ki, bundаn sоnrа sаğ оlduğum müddətdə dоyuncа yеmək yеməyəcəm.
👿 İblis də оnа dеdi: Mən də, Аllаhlа əhd bаğlаyırаm ki, bundаn sоnrа, nə qədər ki, həyаtdаyаm hеç bir müsəlmаnа öyüd vеrməyəcəyəm. Sоnrа çölə çıхdı və bir dаhа Yəhyаnın
yаnınа qаyıtmаdı..

© Əmаli-Tusi, 340 səh. hədis 692

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

30 Oct, 17:14


Vaxt itkisi ölümdən daha şiddətlidir. Çünki vaxt itkisi səni Allahdan və axirət diyarından uzaq salır. Ölüm isə səni dünya və əhlindən uzaq salır.

əl-Fəvaid 44

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

29 Oct, 07:04


© Ayətullah Behcət (r) :

"Əgər çətinliyin və hacətin varsa ata-ananı sevindir. Əgər dünyadan köçüblərsə onlar üçün sədəqə ver. Ölülər diridir bizim onları görmək qüdrətimiz yoxdur."

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim

🌺 CəNnƏt ƏhLi🌺

28 Oct, 13:55


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Gün batmazdan bir qədər əvvəl evin işıqlarını yandırmaq insana xoşbəxtlik gətirər və ruzi bəxş edər.

Hilyətul-muttəqin

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

@cennet_ehlim