Sevdiyim hər şey

@sevdiyimhersey


Sevdiyim hər şeyi paylaşıram.

Paylaşımlar azərbaycanca, türkcə və ya ingiliscə ola bilər.

Kanalın qrupu: @sevdiyimizhersey

Bənzər, amma daha çox mənə aid olan kanalım: @nazrinisbandiyarova

©️ Bütün paylaşımların müəllif hüququ qorunur.

Sevdiyim hər şey

20 Jan, 21:48


O qədər maraqlı rəssamlarımız var ki, tanınmır. Tofiq Cavadov Azərbaycanın ən böyük rəssamlarından biri olub, amma çox az adam onu tanıyır.

"Alleqoriya" da bunu nəzərə alıb onun haqqında seminar təşkil edib. Seminar iyulun 6-da saat 14:00-da "XG Club"da olacaq.

Gəl bu həftəsonu rəssam Fidan Bakıxanova ilə incəsənətdən, Tofiq Cavadovun yaradıcılığından danışaq. Həm könlümüz açılsın, həm də bir-birimizdən öyrənək.

İstədim xəbərin olsun.

Ətraflı məlumat üçün bu nömrəyə yaza bilərsən: 0703530512

Sevdiyim hər şey

20 Jan, 21:02


Dünyada o qədər idman növü var ki, adam bilmir hansı ilə məşğul olsun. Hər gördüyünü sən də etmək istəyirsən və böyük ehtimalla davamlı olmur, ani həvəs gəlir, edirsən, sonra da gedir, buraxırsan. Amma qaçış belə deyil. Onun verdiyi hissi bir dəfə alandan sonra buraxa bilmirsən. Ara verə bilərsən, amma bir gün mütləq geri qayıdırsan. Artıq təxminən 8 aydır ki, qaçışla məşğul oluram və bu müddət ərzində çox qaçışla əlaqəsi olmayan dostumu qaçdırmışam, dəstək olmuşam. İstədim sənin üçün bunu edim, bu hissi sən də biləsən.

Etdiyim bütün məşqləri burada paylaşıram, izlə, motivasiya al, mənə qoşul və daha sağlam ol.

Birlikdə etdiyimiz məşqləri isə burada paylaşıram Səhifədəki hamı professional qaçışçı deyil. Çünki qaçış hamının edə biləcəyi, heç bir ödəniş tələb etməyən bir idman növüdür. Çoxlu yarışmalar da olur, birlikdə onlara qoşula bilərik, linklərini qeyd etdiyim instaqram hesabımda paylaşıram. Etdiyimiz məşqləri bir-birimizə motivasiya vermək üçün paylaşdığımız qrup da var: @sportwithnazrin

#idman

Sevdiyim hər şey

20 Jan, 21:01


📘101 Exercises Idioms Sayings Phrases Proverbs
📖 193 səhifə
© Maciej Matasek
🔗 Daha çoxu

#pdf #ingilis

Sevdiyim hər şey

20 Jan, 20:00


📍Sabah qaçış yarışı olacaq

🔖 Qoşulub özünü yoxlaya bilərsən. Belə yarışlar çooox maraqlı keçir. Biz gedəcəyik, gəlin, birlikdə gedək. Bu qrupa yaza bilərsən bizimlə getmək üçün. Və daha çox idman tədbirlərini görmək, qoşulmaq üçün isə bura qoşula bilərsən.

#idman

Sevdiyim hər şey

20 Jan, 19:56


📍İzlədiyin filmlərdəki yemək səhnələrini çəkib paylaşan bir səhifə

🔖 Baxanda iştahım açılır. Səncə, şəkildəki səhnələr hansı filmlərdəndir? Mən hamısına baxmışam.

🔗 filmflavorsgallery

© @kinoseneti

#səhifə

Sevdiyim hər şey

20 Jan, 19:54


📍Oxuduğun kitabları qeyd etmək üçün proqram

🔖 Dəftərə yazırdım, sonra keçdim bura. Çox qəşəngdir. Sən hara qeyd edirsən?

🔗 Goodreads
👩🏻 Mənim hesabım

#kitab

Sevdiyim hər şey

20 Jan, 19:50


Hər dəfə "WhatsApp"ı siləndə o günə qədər əziyyətlə yığdığım bütün stikerlər silinirdi. Mənim isə çox xoşum gəlir onlardan istifadə etməkdən, toplamaqdan və s. 😁

Amma onları da "WhatsApp"dan başqa yerdə saxlamaq olmur. Buna görə də düşünüb sadəcə bir yol tapdım ki, oranın yeni funksiyası olan kanalda saxlayım. Bəlkə sənin də mənim kimi stikerlərdən xoşun gəlirsə, kanala üzv olarak stikerləri heç vaxt itirməyə bilərsən. Kanal budur. Stikerləri isə bu qrupdan tapıram.

#səhifə

Sevdiyim hər şey

20 Jan, 19:50


📍"Pinterest"dən istifadə edirsən?

🔖 İstədiyin hər şeyin şəklini orada tapa bilərsən. Sadəcə adını yazırsan və sənə minlərlə estetik şəkillər çıxarır. Uzun müddətdir istifadə edirəm və orada çoxlu fərqli, maraqlı listlər hazırlayıram. Ən çox əziyyət çəkdiyim bu "wallpaper" listimdir:
🔗 pin.it/1TRG1VGwN

Məncə, istifadə etmirsənsə, mütləq yüklə. Oranın verdiyi ilham qədər çox az şey ilham verir mənə. Yox, əgər istifadə edirsən və qəşəng profilin varsa, linkini aşağı yaz, izləyək. Mənim profilim:
pin.it/xDe8V552L

#səhifə

Sevdiyim hər şey

20 Jan, 19:42


📍İngilis dilini öyrənənlər üçün qısa hekayələr

📘 English Short Stories for Intermediate Learners
📖 181 səhifə
© Olly Richards
🔗 Daha çoxu

#pdf #ingilis

Sevdiyim hər şey

20 Jan, 19:38


📍Bu səhifə sayəsində qapılarınızı məşhur edə bilərsiniz 😁

🔖 Çox maraqlı konsepti var. Baxın görək bəlkə öz qapınızı da tapdınız. Tapmadınızsa, göndərin, paylaşsın.

🔗 instagram.com/doorstellar

#səhifə

Sevdiyim hər şey

20 Jan, 19:38


Mən indiyə qədər bu kanalda paylaşdığım 280+ postdan heç nə qazanmamışam, tam tərsi vaxtım çox gedib, çünki insanın bildiyi bir şeyi paylaşması özünə nəsə qatmır. Sizlər üçün paylaşıram. Siz isə ən xırda bir şey postlara reaksiya belə verməyə ərinirsiniz, paylaşmırsınız. Sadəcə bunu demək istədim. Nə olursa olsun, paylaşmağa davam edəcəm, tək burada yoxam, bildiyiniz bütün sosial media hesablarında paylaşımlar edirəm, amma çox vaxt layiq olduğumu düşündüyüm reaksiyanı görmürəm və görmək üçün də ekstra şeylər etməyim lazım olur. Bu, çox üzücüdür, məncə. Ümid edirəm ki, bir gün aramızdakı bağ mən istəyən kimi olar, sizlərə "sən" deyə müraciət etməyimin səbəbi də budur. Təşəkkürlər! 🩵

Sevdiyim hər şey

20 Jan, 19:35


Çox gözəldirlər!

🔖 Bu cür çox səhifə izləyirəm, amma onların hamısı həm xarici səhifədir, həm də sadəcə filmlər üçündür. Bu isə rəsm əsərləri üçün də rəng paletləri hazırlayır.

© instagram.com/colorpalettex