AzVision @azvisionaz Channel on Telegram

AzVision

@azvisionaz


Azvision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir, sizlərə çatdırır. Saytımız və kanalımız daha çox ciddi mövzulara, analitik materiallara üstünlük verir.

📝 Bizimlə əlaqə: t.me/AzVision_bot

AzVision (Azerbaijani)

AzVision kanalı, Azvision.az adlı sayt ilə əlaqədar olan Telegram kanalıdır. Bu kanal, ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. AzVision, ciddi mövzulara və analitik materiallara üstünlük verir, sizləri informasiya ilə dolu etmək məqsədilə fəaliyyət göstərir. Kanalın botu ilə əlaqə saxlamaq üçün t.me/AzVision_bot linkindən istifadə edə bilərsiniz. Siz də AzVision kanalına abunə olaraq, son xəbərlərdən və analitik təhlillərdən xəbərdar ola bilərsiniz.

AzVision

18 Feb, 20:06


⛳️Fevralın 18-də Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya sülh danışıqlarında Amerika nümayəndə heyətinin kortejinin avtomobillərində təhlükəsizlik səbəbi ilə bayraqlar yox idi.

Sammitin keçiriləcəyi yer kimi Ritz-Carlton otelinin əvəzinə Səudiyyə kralının iqamətgahının seçilməsi də danışıqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

AzVision

18 Feb, 19:36


🆘Makron son üç gündə ikinci dəfədir ki, Ukraynanı və Avropada təhlükəsizliyi müzakirə etmək üçün Aİ liderlərini təcili növbədənkənar görüşə çağırır.

Reuters yazır ki, dəvət olunan ölkələr siyahısına Norveç, Kanada, Baltikyanı ölkələr, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika daxildir.

AzVision

18 Feb, 19:27


🤧Roma Papası sətəlcəm olub.

🤕Pontifik artıq 5 gündür ki, xəstəxanadadır.

🙅‍♀Vatinkanda mərasimlər təxirə salınıb.

AzVision

18 Feb, 19:19


🇨🇭İsveçrə, əgər təklif gələrsə, Ukraynaya qoşun göndərmək məsələsinə baxa bilər.

Konfederasiyanın Müdafiə Nazirliyi belə bir bəyanat yayıb.

AzVision

18 Feb, 18:59


🌈🕺Yeni Zelandiyada keçirilən LGBT paradını hindu maorilər ənənəvi "haka" rəqsləri ilə dağıdıblar.

AzVision

18 Feb, 18:51


🇺🇸 ABŞ-nin Miçiqan ştatının Detroit şəhərində magistral su xəttinin partlaması səbəbindən yüzlərlə insan evlərindən çıxa bilmir.

📍Fəlakət bölgəsində istilik və elektrik enerjisi kəsilib. Zirzəmiləri su basıb.

📍Su xətləri 1930-cu illərdə çəkilib.

AzVision

18 Feb, 18:50


🇪🇺 ABŞ-nin Ukraynadakı müharibəyə yanaşmasının fonunda Avropa ölkələrinin bəziləri Ukraynaya hərbi yardım etməklə bağlı təkliflər səsləndirirlər. Amma bununla bağlı “Qoca Qitə”də vahid mövqe yoxdur.
“The Financial Times” yazır ki, Parisdə keçirilən görüşdə Avropa ölkələrinin məsələyə yanaşmalarının qısa məğzi belə olub:
• Fransa: Makron döyüşlərdə iştirak etməmək şərtilə, gələcək atəşkəs xəttində “təminat qüvvələri”nin yerləşdirilməsini təklif edir.
• Britaniya: Baş nazir Starmerin sözlərinə görə, əgər lazım gəlsə, ölkəsi qoşun göndərməyə razı və hazırdır.
• Polşa: Baş nazir Tusk qoşun göndərməkdən çəkinir, lakin hərbi-texniki yardım göstərməyə hazırdır.
• İspaniya: Xarici işlər naziri Albares sülhün uzaqda olduğunu düşünür və deyir ki, Ukraynaya qoşun göndərmək fikrində deyillər.
• Almaniya: Kansler Şolts sülhməramlılar haqqında danışmağın hələ çox tez olduğu fikrindədir.

AzVision

18 Feb, 18:32


🇺🇸🥊🇨🇳Qlobal ticarətdə dominantlıq: ABŞ vs Çin (2000 - 2024)

AzVision

18 Feb, 18:16


🇨🇳Çinin xarici işlər naziri Van Yi:

"Qəzza və İordan çayının qərb sahili Fələstin xalqının vətənidir, siyasi sövdələşmələrdə "alver" mövzusu deyil.

Fələstini fələstinlilər idarə etməlidir".

AzVision

18 Feb, 17:44


❗️🇦🇿Prezident və birinci xanım Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar

AzVision

18 Feb, 17:41


❗️🇦🇿Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub

AzVision

15 Feb, 19:37


🧊🏝Taqanroqun mərkəzi çimərliyi buz fırtınası nəticəsində zərər görüb. Bərpası yaza qalıb.

Amma təbiətin ən yaxşı rəssam olduğu burada da təsdiqini tapıb.

AzVision

15 Feb, 19:30


19 girova 1135 məhbus

Qəzza zolağında atəşkəs əldə olunduqdan sonra HƏMAS 19 girovu İsrailə qaytarıb, İsrail həbsxanalarından isə 1135 fələstinli məhbus azad edilib.

Onlar arasında:

▪️ 224 nəfər ömürlük həbs cəzası alan;
▪️ 226 nəfər uzun müddətə azadlıqdan məhrum edilən;
▪️ 2023-cü il oktyabrın 7-dən sonra həbs edilən Qəzza zolağı 555 sakini (69-u qadın, 51-i yetkinlik yaşına çatmayan) var.

Bu günə qədər cəmi 24 girov azad edilib, onlardan beşi razılaşmadan kənar azad edilmiş taylardır.

AzVision

15 Feb, 18:44


🇺🇦💎Zelenski ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışına imkan verən sazişi imzalamayıb.

❗️Zelenskinin fikrincə sənəddə Ukraynanın maraqları nəzərə alınmayıb.

“Mən prezidentəm və bu sənədin keyfiyyətinə cavabdehəm.Təsir gücümdən istifadə edəcəyəm. Buna görə də, nazirlərə sazişi imzalamağa icazə vermədim, düşünürəm ki, sənəd tam hazır deyil”, - Zelenski deyib.

Ukrayna prezidenti bundan sonra ümumiyyətlə şübhəli heç bir sənədi imzalamayacağını qeyd edib:

"Keçmişdəki səhvlərimizi təkrarlamayacağıq və heç bir şübhəli sənədə qol qoymayacağıq. Ola bilər ki, ağıllı deyilik. Amma ehtiyatlılıq!"

👉https://azvision.az/news.php?id=375900&lang=az

AzVision

15 Feb, 18:25


🚖🚙İsveçin Uppsala şəhərində baş verən iki böyük yol-nəqliyyat hadisəsi nəticəsində 115 avtomobil toqquşub, 120 nəfər xəsarət alıb.

👉https://azvision.az/news.php?id=375898&lang=az

AzVision

15 Feb, 17:52


🇨🇦 Kanadanın silahlı qüvvələrinə məxsus vertolyot Nyufaundlend yaxınlığında saya oturan ticarət gəmisinin heyətini təxliyə edib.

AzVision

15 Feb, 16:55


📰 Moskva Ukraynada müharibənin bitməsi şərəfinə Qırmızı Meydanda konsert hazırlayır.

🎤Dünyaca məşhur müğənni Al Bano Karizzi Ansa-ya müsahibəsində belə deyib.

İtaliyalı müğənninin sözlərinə görə, o, bundan əvvəl Putin qarşısında dörd konsertinin təşkilatçısından Moskvadakı konsertdə iştirak etmək üçün dəvət alıb.

"Avqustun sonu və ya sentyabrın əvvəlinə hazır olun, çünki biz sülh konserti verəcəyik",- Albano deyib.

Al Bano müsahibəsində deyib ki, “hamımızın gördüyümüz xəbərlərdən, Putinlə Trampın söhbətindən belə nəticə çıxır ki, nəsə olub və olacaq”.

📌Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

AzVision

15 Feb, 16:26


Avropa ölkələrinin Ukraynaya ilə bağlı gizli planları üzə çıxıb- Associated Press

🇺🇦🇪🇺Bir neçə Avropa ölkəsi gizli şəkildə Rusiya ilə “gələcək sülh sazişinin təmin edilməsinə dəstək” adı altında Ukraynaya qoşun göndərmək planı üzərində işləyir.

AP yazır ki, avropalılar bu variantı təxminən bir il əvvəl nəzərdən keçirməyə başlayıblar, indi isə ABŞ prezidenti Donald Trampın onlardan tez davranıb Rusiya ilə razılığa gələcəyindən ehtiyatlanaraq hərəkətə keçiblər.
👉https://azvision.az/news.php?id=375892&lang=az

AzVision

15 Feb, 16:22


🇺🇸 ABŞ-nin yüksək rütbəli şəxslərini qorumaqla məşğul olan Məxfi Xidmətin xanım əməkdaşı öz ayağına atəş açıb. Onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazım gəlib.

AzVision

15 Feb, 14:10


🇹🇷🇺🇸 Türkiyənin xarici işlər naziri Hakan Fidan Təhlükəsizlik Konfransının keçirildiyi Münhendə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi təmsilçisi Kit Kelloqla görüşüb. Görüşdə Türkiyənin Rusiya-Ukrayna müharibəsində oynaya biləcəyi rol müzakirə edilib.

AzVision

15 Feb, 14:04


Almaniyada “müharibə partiyası” önə çıxır
// 23 fevralda Şolts erası bitə bilər

🇩🇪 “Die Welt” qəzetinin keçirdiyi sorğu Almaniyada fevralın 23-də keçiriləcək parlament seçkisi ərəfəsində müxalifətin önə çıxdığını göstərir. İlk yerdə 30% reytinqlə Xristian-Demokratlar İttifaqı / Xristian-Sosialistlər İttifaqı (XDİ/XSİ, almanca CDU/CSU) bloku gəlir. Onu 20% səslə “Almaniya üçün Alternativ” partiyası izləyir.
👉 https://azvision.az/news/375888

AzVision

15 Feb, 13:43


Rusiyalı səyyah Fyodor Konyuxov Atlantik okeanın cənub hissəsini avarlı qayıqda üzüb keçən ilk insan olub. Səyahət 68 gün sürüb.

AzVision

15 Feb, 13:43


🌊Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın Niyozda adasında fövqəladə vəziyyət elan olunub.

Son iki həftə ərzində Yunanıstanın Yamurqi, Anafiya və Santorini adalarında da fövqəladə hal elan edilib.

Türkiyə isə sunami təhlükəsi səbəbilə İzmir, Aydın və Muğla vilayətlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

AzVision

15 Feb, 11:39


🇦🇿🇩🇪🇦🇲 Bakı və İrəvan arasında sülh prosesi Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şoltsun Münhendə keçirilən görüşündə müzakirə olunub.

AzVision

15 Feb, 11:30


🇪🇺 Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Kaya Kallas: "Cey Dİ Vensin çıxışına qulaq asanda məndə belə bir təəssürat yarandı ki, sanki ABŞ bizimlə müharibəyə başlamağa çalışır".
😂 Həqiqətən də, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhendəki çıxışında Avropanı sözün əsl mənasında yıxıb-sürüdü.

AzVision

15 Feb, 11:20


🇺🇦 Zelenski Trampa Putinin danışıqlara niyə razı olduğunu izah edibmiş😉🍿

"Trampa dedim ki, Putin ondan qorxur. O da bildi. İndi Putin də bilir", - Ukrayna prezidenti Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

AzVision

15 Feb, 09:57


🇺🇦 Rusiya Belarusdan Ukraynaya və ya NATO ölkələrinə hücum üçün tramplin kimi istifadə edə bilər - Zelenski

"Əlimizdə dəqiq kəşfiyyat materiallarımız var. Rusiya bu yay hərbi təlimlər adı altında Belarusa qoşun yeritməyi planlaşdırır. Üç il əvvəl Ukraynaya genişmiqyaslı hücum zamanı da eynilə belə davranmışdılar. Belarusdakı Rusiya qüvvələri Ukraynaya hücum etmək üçünmüdür? Ola bilsin ki, hə. Ola bilsin ki, yox. Bəlkə elə sizə hücum edəcəklər?! İcazə verin xatırladım ki, Belarus NATO-nun üç ölkəsi ilə həmsərhəddir. Rusiya hərbi əməliyyatları üçün plasdarm olub",- Ukrayna prezidenti Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

AzVision

15 Feb, 09:21


🇩🇪🇺🇦 Almaniyada fövqəladə vəziyyət elan edilə bilər

📌Almaniya kansleri Olaf Şolts belə bəyanatla çıxış edib. O bildirib ki, "Kiyevə hərbi dəstəyin maliyyələşdirilməsi üçün ölkədə fövqəladə vəziyyət elan edilməsi mümkündür".

Kansler Olaf Şolz həmçinin bəyan edib ki, Almaniya hakimiyyəti Ukrayna ilə bağlı irəli sürülən sülh təklifinə razılaşmayacaq.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Şolts, "Belə bir sülhü heç vaxt dəstəkləməyəcəyik" deyib. Onun sözlərinə görə, “Ukraynanın süqutu sülhə gətirməyəcək... Sərhədlər zorla dəyişdirilə bilməz”.

AzVision

15 Feb, 09:14


❗️Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib

AzVision

15 Feb, 08:50


ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhendə Ukrayna nümayəndə heyətilə ilə görüşündə müharibənin dayanmasından danışır. Amma Zelenskinin üzünün ifadəsi hər şeyi deyir...

AzVision

15 Feb, 08:46


ABŞ-nin "USS Harry S. Truman" atom aviadaşıyıcısı Misirdə, Port-Səid yaxınlığında Kanada bayrağı altında üzən "Beşiktaş-M" yük gəmisi ilə toqquşub.

AzVision

11 Jan, 12:23


🇺🇸 Kaliforniya ştatının Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub.

AzVision

11 Jan, 08:45


🇺🇦 Ukraynalı tanınmış jurnalist Dimitri Qordon deyir ki, Trampın Kanadanı, Qrenlandiyanı, Panama kanalını ilhaq etmək haqda bəyanatları ona gülməli gəlmir, əksinə, ağlamağı tutur. Çünki Tramp həmin əraziləri götürsə, sabah da Putin "mənim nəyim əskikdir" deyərək, oxşar addımları atmağa başlaya bilər.

AzVision

11 Jan, 08:25


🇦🇿Azərbaycan cüdoçusu Tövsiyə Babayevanın anasının onu medal görüşünə hazırlaması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

AzVision

10 Jan, 16:57


🔥Los-Anceles şəhərinin dəhşətli yanğından sonrakı görüntüləri

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 16:05


🔥Kaliforniya yanğını: Müasir Amerikanın ən bahalı təbii fəlakətlərindən biri – VİDEO
...İki gün əvvəl Kaliforniyada böyük fəlakət rejimi elan edən ABŞ preizdenti Co Bayden yanğını havadan söndürmək üçün ora 400-dən çox federal yanğınsöndürən, 38 təyyarə və helikopter göndərib. Təsirə məruz qalan ərazilərin təmizlənməsinə 500-dən çox hərbçi cəlb olunacaq. Nəticələrin aradan qaldırılmasını ölkə hökuməti maliyyələşdirəcək.
👉https://azvision.az/news/373669

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 15:48


🔥 Los-Ancelesdəki yanğından əvvəl və sonrakı fotoşəkillər fəlakətin miqyasını ortaya qoyur.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 15:34


🥀 “Azərişıq” ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.
N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib. Ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 15:17


🇹🇷 Türkiyə müdafiə sənayesindəki innovasiyalar çərçivəsində hərbi məqsədli jetpak hazırlanır.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 15:04


🇺🇸 Tramp adanın ABŞ-a birləşdirilməsini istəyən qrenlandiyalıların (inuitlərin) videosunu yayımlayıb.

AzVision

10 Jan, 14:48


🛰️ Los-Anceles yaxınlığındakı Altadena şəhərinin yanğınlardan əvvəl və sonrakı peyk görüntüləri paylaşılıb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 14:34


🇺🇸 Kaliforniyada yanğınların vurduğu ziyan 50 milyard ABŞ dollarına çatıb.
Son 24 saat ərzində analitiklər bunu yanğının davam etməsi və ştatda əmlak sığortası ilə bağlı çətinliklərlə izah ediblər.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 14:17


🇵🇰🇦🇿 Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 14:04


🇷🇺 Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.
🚔 Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı təhlükəsizliyin təmin edilməsi müzakirə edilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 13:53


🌃🪐 Planet ən zəif ulduzdan 900 dəfə parlaq olacaq.
Mars həmin vaxt qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 13:42


🇦🇿 Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək.
🗳️ Azərbaycanda növbəti bələdiyyə seçkiləri 29 yanvara təyin olunub. Ümumilikdə 685 bələdiyyəyə 8 071 üzvü seçiləcək.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

10 Jan, 13:35


🇺🇸 Vaşinqtonda ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterlə vida mərasimi keçirilib. Mərasimdə Bill Klinton, kiçik Corc Buş, Barak Obama, həmçinin yeni seçilmiş Prezident Donald Tramp, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris də iştirak edib.
🤝 Mərasim zamanı ən diqqətçəkən məqamlardan biri Co Baydenin Kamala Harrisə salam verməməsi olub.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 08:43


🛫🥀 Kaş ki, azarkeş kimi ətrafına toplaşardıq...
Bu gün Məhəmmədəli Yeqanovla vida mərasimi keçirilib. Vida mərasimi Xətai rayonunda məhrumun yaşadığı evdə baş tutub. Mərasimdə məhrumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 08:12


🇰🇿Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.
✈️Müşavirədə hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 07:26


🛫🥀 Qəhrəman stüardessamız qürurla yad edilir

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 07:01


🥀Mərhum pilotun qızı atası haqqında paylaşım edib: “Ata sən mənim qəhrəmanımsan, həmişə qəlbimdə yaşayacaqsan. Sən ən güclü insansan. Mən həmişə səninlə fəxr edəcəm ki, sənin kimi atam var. Sən öz həyatını qurban verərək onlarla insanın həyatını xilas etdin. Sən çox güclü və şən insan olmusan. Bizim xoşbəxt olmağımız üçün hər şeyi etmisən. Ən gözəl ata! Yerin cənnət olsun!”

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:50


🥀 Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:40


🛩️ AZAL təyyarəsinin vurulduqdan sonra qəzaya uğramasına görə Çeçenistanda 28 dekabr matəm günü elan edilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:31


🥀Qəzada həlak olan ikinci pilot Kalyaninov Aleksandrın xatirəsi evinin önündə anıldı

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:27


🇺🇸 ABŞ-da 25 il əvvəl 10 min uşaqdan birində autizm olurdu. İndi 36 uşaqdan biri autistdir. Trampın fikrincə, burada nəsə bir "əmma" var.

AzVision

28 Dec, 06:20


🛩️ AZAL təyyarəsinin Rusiya HHM tərəfindən vurulmasına görə azərbaycanlı sosial şəbəkə istifadəçiləri Rusiya XİN-nin instaqram hesabına kütləvi şəkildə "#Rusiyaüzristə" yazmağa başlayıblar

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:10


🗺️ Uçuşun radarlarda əksini tapmayan hissəsinin yenidən qurulmuş trayektoriyası:

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 06:05


🇺🇸🗣 Donald Tramp: "Biz bu transgender lunatizmini dayandıracağıq. Mən uşaqların cinsini dəyişməyi qadağan edən qanun imzalayacağam. Transgenderləri ordudan, məktəbdən, ali məktəbdən qovacağam. Bizdə qadın idmanında kişilər olmayacaq! Bunu elə ilk gündəcə edəcəyəm. İkinci və üçüncü günləri gözləmək nəyə lazımdır ki? Ən yaxşısı elə birinci gündə etmək deyilmi?! Tramp adminstrasiyası zamanı Birləşmiş Ştatların rəsmi siyasəti bu olacaq ki, ancaq iki cins var - kişi və qadın. Bu çox da qəliz səslənmir, elə deyilmi?!

AzVision

28 Dec, 06:01


🇹🇷Türkiyədə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq komissiyası yaradılıb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 05:50


🇺🇸🛫Ağ Ev: "Sübutlar Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir. Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik".

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

28 Dec, 05:43


🛫 Kazan hava limanı fəaliyyətini dayandırıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.
❗️Bir qayda olaraq, belə tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən tətbiq edilir. Yerli hakimiyyət orqanları hələ ki, vəziyyətlə bağlı heç bir şərh verməyib. Oxşar məhdudiyyətlər dekabrın 27-də də tətbiq edilmişdi.

AzVision

27 Dec, 20:03


Rusiya üzr istəməsə, nə baş verə bilər?

AzVision

27 Dec, 19:47


Təyyarə faciəsinin "Baku TV"də müzakirəsindən bir parça

AzVision

27 Dec, 13:45


🇦🇿🗣️ Rəşad Nəbiyev: Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 16:45


⚡️Zelenski Ukraynanın uzaq məsafədən Rusiyanın dərinliklərinə zərbələr üçün icazə aldığını təsdiqləyib.

“Rusiya Federasiyasının hərbi potensialını zəiflətmək üçün analoji addımların sayının artırılması çox vacibdir" , Zelenski deyib.

AzVision

19 Nov, 10:20


🚀 Təl-Əvivdə raket zərbəsi nəticəsində ən azı 3 yaralı, o cümlədən birinin vəziyyəti orta ağırdır.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 10:10


🇦🇿 Şuşada məktəblilərdən möhtəşəm fləşmob.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 10:01


🗺️ İran və Rusiya İranın Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərindən İranın Fars körfəzindəki ən böyük Bəndər-Abbas limanına qədər Rusiya standartı ilə dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 09:51


💬 Pentaqonun mətbuat katibinin müavini Sabrina Singh: ”ABŞ-nin uzaqmənzilli raketlərinin Rusiyaya qarşı istifadə edilməsi ilə bağlı xəbərləri oxumuşam. Lakin, belə bir şeyə icazə verilməsi ilə bağlı iddiaları təsdiq edə bilmərəm”.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 09:35


🇺🇦Ukrayna kəşfiyyatının həyata keçirdiyi sui-qəsd cəhdinin görüntüləri paylaşılıb.
❗️
Belə ki, ötən gün Savastopolda Rusiya SQ Qara dəniz donanmasının 41-ci raket gəmiləri və katerləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Valeri Trankovskinin avtomobili partladılıb. Sözügedən şəxs hadisə yerindəcə ölüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

19 Nov, 08:48


📈Hazırda dünyada ən yüksək inflyasiya Türkiyədədir. İkinci yerdə İsrail gəlir.

AzVision

18 Nov, 19:00


🏆 UEFA Millətlər Liqasında gecənin oyunları. Bütün matçlar 23:45-də başlayacaq.

▪️ Xorvatiya – Portuqaliya ▪️ Polşa – Şotlandiya
▪️ Serbiya – Danimarka ▪️ İspaniya – İsveçrə (CBC Sport)
▪️ Bolqarıstan – Belarus ▪️ Lüksemburq – Şimali İrlandiya
▪️ Kosovo – Litva ▪️ Rumıniya – Kipr
▪️ Lixtenşteyn – San Marino

AzVision

18 Nov, 16:13


Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər.

AzVision

18 Nov, 13:21


🇦🇿Azərbaycanda əhalinin sayı artıb

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10214441 nəfərə çatıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

AzVision

18 Nov, 10:05


📊Azərbaycanda "dəfn pulu" artırılır. Belə ki, gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır.
❗️Qeyd edək ki, 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

17 Nov, 22:28


🇫🇷 🇬🇧 KİV: Paris və London da Rusiyaya zərbə endirməyə icazə verib

Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, rəsmi Kiyev bu məqsədlər üçün "SCALP/Storm Shadow" raketlərindən istifadə edə biləcək.

AzVision

17 Nov, 22:27


❗️Yollarda dumana görə görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunur ki, bu gün ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.

AzVision

17 Nov, 20:13


🇵🇭 Filippinin şimal-şərqində güclü "Pepito" qasırğası tüğyan edir. Küləyin sürəti 240 km/saata çatır. Sahil rayonlarını su basıb. Fövqəladə vəziyyət elan olunub, əhali təxliyə edilir. Bu, son bir ayda altıncı güclü qasırğadır.

AzVision

14 Nov, 17:13


🇺🇦 Ukraynada kişilərin məcburi səfərbərliyi səbəbindən indi tikinti sahələrində demək olar ki, yalnız qadınlar işləyir

Videoda Ukrayna sakini yenidən hazırlıq keçdiyini və iki aydır ki, krançı işlədiyini bildirib.

Qız deyir ki, tikintidə gecə-gündüz ancaq qadınlar işləyir, tikintidə işləyən bütün kişiləri MTK-dan "talançılar" aparıblar.

#Ukrayna #Müharibə

AzVision

14 Nov, 12:31


🇦🇲🗣️ Nikol Paşinyan: “9 noyabr 2020-ci il. O an bir çox həmkarlarım mənim kabinetimdə idi. Dedim ki, indi heç kimin fikri məni maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və bu bəyanatı imzalayacağam. Hesab edirəm ki, doğru qərar verdim”.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 12:20


🇦🇲🇮🇷 İranın Ermənistandakı səfiri Mehdi Sübhani “New York Times” nəşrinə müsahibə verib: “İran və Rusiya Cənubi Qafqazda müttəfiq deyillər. Bizim Cənubi Qafqaz regionundakı maraqlarımız fərqlidir.”

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 12:10


🇮🇱 İsrail Hərbi Hava Qüvvələri Beyrut hava limanı yaxınlığına zərbələr endirib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 12:00


🇺🇸Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürüb
❗️Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 11:50


🇦🇿 Azərbaycan dövlət başçısı Nepal Prezidenti ilə görüşüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 09:02


🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 08:50


🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

14 Nov, 08:45


🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

13 Nov, 19:02


🇹🇷🇷🇺⚡️Hakan Fidanla Lavrov arasında telefon danışığı olub. Regional məsələlər müzakirə olunub.

AzVision

13 Nov, 18:09


🗣️Trampın gəlişi ABŞ-nin Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək, Vaşinqton hər şeyi öz nəzarətində saxlamaq istəyir.

🇷🇺Rusiya XİN rəhbəri Sergey Lavrov

AzVision

13 Nov, 15:01


🇦🇿🇷🇺Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.

AzVision

13 Nov, 14:28


🇦🇿🇵🇰İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

AzVision

13 Nov, 14:27


Əkrəm İmamoğlu COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlib.

İmamoğlu Fəxri xiyabanı ziyarət edib.

AzVision

13 Nov, 14:27


🇦🇿🇦🇲Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

Bunu baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib.

O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: “Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”.

N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.

AzVision

13 Nov, 03:25


🤝 Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana səfərə gəlib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

13 Nov, 03:23


🇧🇷Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo Bakıya gəlib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

12 Nov, 18:50


📸 COP-29 da lentə alınan maraqlı görüntülər.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 08:20


🇦🇿 Hərbi Hava Qüvvələrimizin şahini Zəfər Günümüzü belə təbrik edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 08:12


🇦🇿 Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 08:11


🇦🇿 Mehriban Əliyeva Zəfər parkından paylaşım edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:50


🇦🇿📍Zəfər parkı

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:40


🇦🇿Hərbi qulluqçular Qələbə Günü şərəfinə Şuşada yürüş edir.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:31


🇦🇿 Zəfər Günü münasibətilə Minskdə Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:19


🇦🇿 Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:12


🇮🇷🇦🇿Azərbaycanın İrandakı səfirliyinin yeni binasında Zəfər Günü qeyd olunub

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 07:06


🇦🇿 Hal-hazırda paytaxt küçələri.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 06:15


🇦🇿🇷🇺Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda keçiriləcək COP-29 sammitində iştirak edəcək.
🗯️Putin Soçidə Valday Diskussiya Klubunun iclası zamanı bildirib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 05:57


🇦🇿 Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 05:45


🇦🇿🗓️ Azərbaycanda altı günlük bayram tətili başlayıb
❗️Ölkədə ardıcıl 6 gün - 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 14-dən başlayacaq.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 05:30


🇦🇿 Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib: "Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə güc və səbir versin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!"

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 05:15


🇦🇿 İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 05:09


🇦🇿✍🏻 Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

08 Nov, 04:27


🇦🇿 Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:58


🎖️ Orbanın təltifolunma anından görüntülər

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:45


🇰🇬🇭🇺 Bişkekdə Macarıstanın Baş naziri Viktor Orbanın Türk dünyasının Ali Ordeni ilə təltif olunması mərasimindən görüntülər.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:31


🇦🇲🇺🇸 Paşinyan Trampı təbrik edib: “Biz ikitərəfli strateji münasibətlər qurmaq üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:22


🇦🇿🇹🇷 İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:15


🇦🇿 Prezident İlham Əliyev:

• Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
• Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər.
• Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb.
• Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb.
• Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 11:01


🇺🇸🇹🇷 Prezident İlham Əliyev Trampa yazdığı məktubda: "Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək".

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 10:58


🇹🇷🇺🇸 Ərdoğan Trampı təbrik edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 10:40


🇦🇿Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilir
Prezident İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 10:30


Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 10:20


🕺Tramp qələbəsini rəqslə qeyd etdi

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

06 Nov, 10:01


🇦🇿 Bakıda küçələrin təmizlənməsi üçün yeni texnikalar gətirilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 13:01


🇦🇿🏗️ Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir
🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 12:45


🇦🇿🇷🇺 Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsini Putinə təqdim edib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 12:30


🇹🇷Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayış baş verib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 12:15


🇦🇿🎖️ Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 12:01


🇦🇿 Prezident: Ekoloji problemlər bəşəriyyətin mövcudluğu üçün təhdidlər yaradır
💬 ...COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
👉https://azvision.az/news/369763

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 11:40


💬🗣️ Miller: "10 min KXDR hərbçisi Kurska köçürülüb"
...Miller Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakından saytlardan xəbərdar olduğunu, lakin onların həqiqiliyini təsdiq edən faktlar tapılmadığını söyləyib.
👉https://azvision.az/news/369764

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 11:30


💬🗣️ Kim Çen Inın bacısı: "Nüvə qüvvələrini gücləndirməyimiz düzgün seçimdir"
...Bu il ABŞ və tərəfdaşları Şimali Koreyaya qarşı 20-dən çox nüvə silahından istifadəyə dair müxtəlif hərbi fəaliyyətlər həyata keçirib. Üstəlik, ötən il bu ölkələr 100-dən çox təlim təşkil edib.
👉https://azvision.az/news/369768

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 11:15


🇺🇸📊 Tramp və Harris Diksvill Noçda hərəyə 3 səs topladı
...Diksvil- Notçda səsvermə yerli vaxtla saat 0:00-da başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən şəhərdəki The Balsams Hotel-də qurulub.
👉https://azvision.az/news/369770

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 10:45


🇬🇪 Gürcüstan müxalifəti öz planını açıqlayıb - VİDEO

...Hər gün küçədə olacağıq. O qədər çox olmalıyıq ki, heç kim bura (parlamentə) girə bilməsin, ancaq Rustaveli üzərində dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq. Müxalifətin əsas hədəfi Mərkəzi Seçki Komissiyasıdır. O, seçkilərin ləğv edildiyini açıqlamalıdır.
👉https://azvision.az/news/369771

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 10:25


🇲🇩🇷🇺 Kreml Maya Sandunu Moldova Prezidenti kimi tanımır.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

05 Nov, 10:00


🇦🇿🇰🇬 İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.

🔗 Bizimlə əlaqə 📱 Bizi izləyin

AzVision

24 Oct, 12:50


🤝 Dövlət başçılarının söhbətinə hər iki ölkənin XİN rəhbərləri də qoşulub:

AzVision

24 Oct, 12:40


🇦🇿🇹🇷 Kazanda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında qeyri-formal görüş olub.

AzVision

24 Oct, 12:30


🇦🇿🇦🇲 İlham Əliyev və Paşinyan arasında ikitərəfli görüş olub:

AzVision

24 Oct, 12:30


🇦🇿🇦🇲 İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət edib.
🤝
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşib.

AzVision

24 Oct, 12:23


🤝 Liderlərin BRİCS çərçivəsində qeyri-rəsmi görüşü olub:

AzVision

24 Oct, 09:30


🇦🇿 Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

AzVision

24 Oct, 09:26


🔥 İsrail KİV İranda Atom Elektrik Stansiyasında yanğın baş verdiyini iddia edir.

AzVision

24 Oct, 07:20


🇹🇷 TUŞAS-a hücumdan sonra Türkiyə ordusu Milli Kəşfiyyat Xidməti (MİT) ilə birlikdə Suriya və İraqdakı PKK mərkəzləri, həmçinin təşkilata məxsus strateji obyektləri vurub. Çox sayda terrorçunun öldürüldüyü bildirilir.

AzVision

24 Oct, 07:10


🇹🇷MİT TUSAŞ-dakı terrora cavab olaraq PKK-nin mövqelərinə zərbələr endirib, terrorçuların kəşfiyyat, energetika, logistika infrastrukturu və silah anbarları məhv edilib.

Təşkilatdan verilən açıqlamada hərbi əməliyyatın qarşıya qoyulan məqsədə nail olunanadək davam etdiriləcəyi bildirilib.

AzVision

24 Oct, 07:01


🇹🇷Ərdoğan terror hücumu ilə bağlı Rusiya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq.

AzVision

24 Oct, 06:50


🇺🇸Harris Trampı faşist adlandırıb: “Bəli, mən onu faşist hesab edirəm. Mən həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən, onların karyerasına bax”.

AzVision

24 Oct, 06:44


🇦🇲🇮🇷 Pezeşkian Kazanda Paşinyanla görüşüb.

AzVision

24 Oct, 06:29


🇦🇲 Ermənistan Baş naziri Paşinyan BRICS sammitində iştirak etmək üçün Kazana səfər edib.

AzVision

23 Oct, 20:34


🇹🇷 TUSAŞ-a edilən hücum zamanı ölənlərin sayı 5-ə, yaralananların sayı isə 22 nəfərə çatıb.

AzVision

23 Oct, 17:50


🇹🇷🇦🇿 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

AzVision

22 Oct, 14:30


🌧️🥀İntensiv yağan yağış nəticəsində tuneldə boğularaq ölən Kürdəmir sakini 48 yaşlı Elnur Şirinov.

AzVision

22 Oct, 14:24


🇹🇷⚡️Türkiyənin ASELSAN şirkəti yeni pilotsuz uçuş aparatı “ovçusu” “Korkut 25”i təqdim edib.

AzVision

22 Oct, 14:14


⚫️😢 Seldə boğulan hər iki şəxsin meyiti tuneldən çıxarılıb

AzVision

22 Oct, 13:57


🇨🇳 Cəmi 40 il əvvəl Şanxay - gündəlik dərdi bir ovuc düyü olan kasıb insanların yaşadığı daxmalardan ibarət şəhər idi. İndi isə Şanxay - Çinin əsas maliyyə mərkəzidir. Burada 1000-dən çox transmilli şirkətin qərargahı yerləşir. Şəhərdə xarici sərmayə əsasında yaradılmış 75 000 müəssisə fəaliyyət göstərir. Onlara qoyulmuş sərmayənin ümumi miqdarı 350 milyard dollardan çoxdur. #Çin #Şanxay

AzVision

22 Oct, 13:30


🇦🇿🇦🇲Alen Simonyan: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir.

AzVision

22 Oct, 13:20


🇦🇿🇦🇲Simonyan: Ermənistanın #COP29-da iştirakla bağlı yekun qərarı yoxdur.

AzVision

22 Oct, 13:10


🇷🇺🇨🇳Si Cinpin BRİCS-in 16-cı sammitində iştirak etmək üçün Kazana səfər edib.
❗️
Qeyd edək ki, bu gün Tatarıstanın paytaxtında BRİCS ölkəkəri dövlət başçılarının sammiti fəaliyyətə başlayır. Oktyabrın 24-dək davam edəcək sammitdə 30-dan çox ölkədən yüksək səviyyəli nümayəndə iştirak edəcək.

AzVision

22 Oct, 13:07


💥📍Livan, Beyrut.

AzVision

22 Oct, 08:57


⚡️İsrail Ordusu Beyrutun Dahiyə məhəlləsinə aviazərbələr endirib.

AzVision

21 Oct, 19:08


🇱🇧 IDF sözçüsü Haqari:

Hizbullah Beyrutdakı Əl-Sahel xəstəxanasının altındakı yeraltı bunkerdə ən azı yarım milyard dollar gizlədir.

Yaxın bir neçə saat ərzində biz bütün Livanda, həmçinin Beyrutda, Dahiyədə hücuma keçəcəyik.

AzVision

21 Oct, 15:17


🇲🇩 Moldovada keçirilən seçkidə birinci turda heç kim 50%-lik baryeri aşa bilməyib. Hazırkı prezident Maya Sandu 41,92%, onun əsas rəqibi, keçmiş baş prokuror, sosialistlərin nümayəndəsi Aleksandr Stoyanoqlu 26,35% səs toplayıb. Bu o deməkdir ki, qalib noyabrın 3-də keçiriləcək ikinci turda müəyyən ediləcək.

AzVision

21 Oct, 15:16


🇮🇳 Hindistandakı Yamuna çayında fosfatlı tullantıların çoxalması nəticəsində suyun səthini zəhərli köpük örtüb. Yerli media bu vəziyyətin əhalinin sağlamlığına ciddi risklər yaratdığını yazır.

AzVision

21 Oct, 10:54


🇦🇿İlham Əliyev: “Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.

AzVision

21 Oct, 07:57


ABŞ-nin Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb.

AzVision

21 Oct, 07:01


🛩️İstanbul-Təbriz reysində sərnişinlərin Azərbaycan dilində “xoş gəldiniz” ifadəsi ilə qarşılanması media istifadəçilərinin diqqətini çəkib.

AzVision

21 Oct, 06:50


🇺🇸🍟🍔Donald Tramp “McDonalds”da müştərilərə xidmət edib.