#Avstraliya 🇦🇺
Avstraliyaya getməmək üçün səbəb:
- Avstraliyada hər il ən az 1 nəfər köpək balıqları tərfindən öldürülür 💁🏽♂️
Bu fakt sizi fikrinizdən yayındırmadısa davam edək 😀
Digər yarımkürədə yerləşən Avstraliya təkcə fəsil və vaxta görə deyil, həm də təhsil ilinin başlaması və bitməsinə görə də bizdən fərqlənir. Belə ki, orada tədris ili fevralda başlayıb, dekabr ayında isə bitir. Düzünü desək, elə hər şeyinə görə bizdən fərqlənir)
Ölkədə əmək haqqları ilə bağlı ortaq bir məxrəc olaraq deyə bilərik ki, restoran və kafelərdə saatlıq əmək haqqı 15-20$ arasında dəyişir.
Bizim COVID'dən sonra belə bir şeyin varlığından xəbərimiz olsa da, Avstraliyada uzun müddətdir ki, tələbələr girdikləri dərslərin videoqeydlərini və təqdimatlarını universitet portalından yükləyirlər, beləliklə müəllimin danışdıqları auditoriyada qalmır.
Biraz da universitetlər haqqında danışaq..
Dünyanın ən yaxşı 100 universitetinin 7-si Avstraliyadadır:
1. Australian National University (ANU)
2. University of Sydney
3. University of Melbourne
4. University of New South Wales (UNSW)
5. University of Queensland (UQ)
6. Monash University
7. University of Western Australia (UWA)
Australian National University(ANU) ölkənin ən yaxşı universiteti hesab edilir, dünya sıralamasında yeri isə 31'dir.
Universitetin əsas kampüsü Canberra şəhərində - Actonda yerləşir. (Acton campus is in the heart of Canberra)
Bilirsiniz, bizə bu mövzuda ən maraqlı olan hissə təqaüddür 😀
Universitetin bir sıra təqaüd imkanları da var:
A E Ringwood Supplementary Scholarship - science sahələri üçün nəzərdə tutulub, bir dəfəlik ödənilir, illik məbləği 8.002$'dır və sadəcə bir nəfərə verilir.
A&A Masters Higher Degree Research Award - Arts&Social Sciences sahələri üçün nəzərdə tutulub, bir dəfəlik verilir, məbləği 1.000$'dır və sadəcə bir nəfərə verilir.
ACTION Trust Honours Scholarship - Tibb sahəsi üçün nəzərdə tutulub, illik məbləği 5.000$'dır və 2 nəfərə verilir.
Agent Based Modelling Scholarship - PhD təqaüdüdür və əsasən arxeologiya, ekologiya backgroundlulara verilir, məbləği 27,652$'dır, sadəcə 1 nəfərə verilir.
və sairə. 🙂
Ölkədə çox sayda təqaüd proqramı olsa da bunları qazanmaq çox, çox çətindir, hətta sadaladıqlarımdan da görə bilərsiniz ki, təqaüdlərin kvotası 1 və ya 2 nəfərdir.
Nəzərə alsaq ki, Avstraliya bütün dünyadan milyonlarca insanın xəyallarını bəzəyən bir ölkədir, o zaman həmin təqaüdlərdə yaranacaq rəqabəti də öncədən görmək bir o qədər də çətin deyil.
Əlavə olaraq bir sıra təqaüd adları da qeyd edirəm bura, vaxtınız olduğu təqdirdə araşdıra bilərsiniz:
- Destination Australia Scholarships
- International Postgraduate Research Scholarships (IPRS)
- University of Sydney International Research Scholarships
- UNSW International Scholarships
Əgər, burada ödənişli təhsil haqqında da düşünürsünüzsə(bir daha düşünün😃) təhsil haqqları bu civardadır:
- Bakalavr – AU$15,000 – AU$33,000
- Magistratura – AU$20,000 – AU$37,000
- Universitet yataqxanası – AU$80 – AU$250 (həftəlik)
Əlavə olaraq isə, Avstraliyada MBA etmək istəyənlər üçün bir qeyd də etmək istəyirəm, əgər, rəsmi şəkildə 3 il rəhbər vəzifəsində iş stajınız yoxdursa bu xəyalı unuda bilərsiniz :|
Contact us: @infoabroedu