𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝 @tehlil_tenqid_tv Channel on Telegram

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

@tehlil_tenqid_tv


Elmi-Mədəni və ictimai-siyasi xəbərlər, təhlil və tənqid

Təhlil və Tənqid (Azerbaijani)

Bizim Telegram kanalımız olan "Təhlil və Tənqid" (təhlil_tenqid_tv) elmi, mədəni, ictimai-siyasi xəbərlər, təhlil və tənqid məqalələri ilə oxucularına zəngin və məhdudlaşdırılmamış bir məzmun təqdim edir. Kanalımız, Azərbaycan və dünya əhalisinə yönəlmiş təhlil və tənqid məqalələri ilə oxucularına keyfiyyətli və müxtəlif xəbərlər təqdim edir. Kanalımızda elmi mövzular, mədəni hadisələr və ictimai-siyasi məqalələr əks olunur. Təhlil və Tənqid, mütərcimlərin, akademik mütəxəssislərin və aktual məqalələr üzərində işləmək istəyən hər bir oxucu üçün ideal bir mənbədə dövr edir. Kanalımız tərəfindən paylaşılan məqalələr əlmi fəhmlə yanaşı, ictimai-siyasi məsələlərə də geniş baxış açısı ilə yanaşır. Oxucularımız eləcə də mədəni hadisələrlə bağlı məlumatlar əldə edə bilərlər. Təhlil və Tənqid Telegram kanalı, oxucularına təhlil və tənqid sahəsində incələmələr və dərindən baxış imkanı yaradır. Biz öz oxucularımız üçün ən son elmi, mədəni və ictimai-siyasi məqalələri təqdim edirik, bu da kanalımızın müxtəlif və keyfiyyətli xəbər məzmununa sadiq qalmaq üçün əhəmiyyətli bir əlavədir. Kanalımıza abunə olaraq, siz də dünyanın ən aktual məqalələrindən birinci növbədə xəbərdar ola bilərsiniz. Dərin təhlil və tənqidlərin yanı sıra, bizim kanalımızda qarşınıza elmi hadisələr və aktual ictimai-siyasi məqalələr də çıxır. Siz də təhlil və tənqid sahəsindəki bilik və məlumatınızı genişləndirmək istəyirsəniz, hələlik "Təhlil və Tənqid" kanalına abunə olun və zəngin məzmunumuzdan faydalanın.

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:59


🔥‼️🇦🇿🇧🇬 Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.

"T.T.Tv" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

➡️T.T.Tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:52


🔥‼️🇸🇦🇺🇸🇷🇺 KİV: Vitkoff və Uolts Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda ABŞ-ı təmsil edəcəklər

Rusiya nümayəndələri ilə danışıqlarda ABŞ tərəfdən aparıcı rol Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və dövlət başçısının milli təhlükəsizlik üzrə müşavir Mayk Ultsa həvalə olunacaq.

T.T.Tv” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bununla bağlı ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloqun danışıqlarda hansı rolu oynayacağı sualı yaranır.

Agentliyin məlumatına görə, Rusiya ilə ABŞ arasında təmaslar son bir həftə ərzində, xüsusən də Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin “dağıdıcı çıxışından” sonra intensivləşib.

Qeyd olunub ki, ABŞ və Rusiya yüksəkrütbəli rəsmilərinin görüşü gələn həftə Səudiyyə Ərəbistanında baş tuta bilər. Bildirilib ki, bu, ehtimal ki, iki ölkə liderlərinin mümkün sammitinə hazırlıq məqsədi daşıyacaq.

➡️T.T.Tv - yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:40


🔥‼️🇹🇷 İbrahim Kalın: Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir

T.T.Tv” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.

İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.

Türkiyə kəşfiyyatının başçısı həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə diqqət çəkib: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”.

➡️T.T.Tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:32


🔥‼️🇦🇲 Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

"T.T.Tv" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

➡️T.T.Tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:27


🔥‼️🇦🇿🇹🇷 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"T.T.Tv" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

➡️T.T.Tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

16 Feb, 05:26


🔥‼️🇦🇿🇩🇪 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

"T.T.Tv" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", - C.Bayramov bildirib.

Qeyd olunub ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.

➡️T.T.Tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 20:01


‼️TARİXİN BU GÜNÜ‼️

Müqaviməti ayaqda saxlayan şəhidlərin duası və qanlarının bərəkətidir...

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 16:54


🔥‼️🇦🇿🇪🇺🇦🇲 Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Yerli KİV-nin əldə etdiyi görüntülər bunu deməyə əsas verir.

Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.

Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycanlı sərhədçiləri ənənəvi olaraq "müşahidə missiyası"nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.

📌Qeyd edək ki, Avropa İttifaqının "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 16:37


🔥‼️🇮🇱 İsrail rejim mediası:

Netanyahunun ofisi bəyanat yayaraq bildirib ki, gələn şənbə günü qaçırılan bütün əsirlər geri qaytarılmasa, müharibə yenidən başlayacaq.


➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 16:27


🔥‼️🇸🇾🇩🇪 Özlərini islamçı kimi təqdim edən Suriyan hakimiyyətinin xarici işlər naziri Əsəd Əl-Şeybani Almaniya Xarici İşlər Naziri ilə əl sıxışıb.

Bu, Colani hökumətinin islamçılığını nümayiş etdirir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 16:12


🔥‼️🇱🇧 Livanın Xəyam şəhərinin cənubunda uzunmüddətli mövcudluq üçün işğalçı İsrail ordusu bazasının tikinti mərhələlərinin başqa bir görüntüsü.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 16:08


🔥‼️🇱🇧 Livanlı bir gəncin əlindəki plakatda yazılıb:

"Cənubdakı kəndlər aeroport yolundan daha önəmlidir."

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:53


🔥‼️🇱🇧 Ərəb mediası Livan ordusunu belə təsvir edir:

"Öz xalqına qarşı canavar və sionistlərə qarşı qoyun."

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:52


🔥‼️🇱🇧 Gözyaşardıcı qazdan nəfəs darlığı çəkən Livanlı uşağın görüntüsü

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:51


🔥‼️🇱🇧 “Hizbullah” hava limanı yolundakı oturaq aksiyanın başa çatdığını elan edib

Hizbullah Livan xalqı ilə ordusu arasında qarşıdurmanın qarşısını almaq üçün oturaq aksiyaya son verdiyini açıqladı
.

❗️Livanın Baş Naziri: İfadə azadlığına zəmanət verilir və yolların bağlanması və asayişin pozulması qətiyyən qəbuledilməzdir.

Tehranda qapalı qalan livanlıların geri qaytarılması məsələsini həll etmək üçün İran hakimiyyəti ilə əlaqə saxlayırıq.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:48


🔥‼️🇱🇧 Livan ordusunun əsgərləri tərəfindən çoxlu sayda nümayişdə iştirak edən livanlı yaralanıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:46


🔥‼️🇱🇧 Mahmud Qaməti: İran təyyarəsinin Beyrut hava limanına enməsinə mane olmaqda hökumətin mövqeyi Livanın suverenliyinə təhqirdir.

İran təyyarələrinin qadağan edilməsi qərarı Livan hökumətinə, təhlükəsizlik xidmətlərinə və hava limanının rəhbərliyinə təhqirdir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

15 Feb, 15:33


🔥‼️🇱🇧 Livan Hizbullahının Siyasi Şurasının sədr müavini:

- İran bizim dost ölkəmizdir; Niyə İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə vermirsiniz?

- Biz İsrailin qərarlarına tabe olmamalı və ölkənin suverenliyini alçaltmamalıyıq.

- Müqavimət millətin və döyüşçülərin dəstəyi ilə davam edir və ona qarşı hər hansı bir hərəkətin nəticəsi Livan hökuməti və administrasiyasına yönələcək.

- Əgər bizdə səhv tapmaq istəyirsinizsə, bilin ki, xalq və müqavimət Amerika və İsrailin sui-qəsdlərinə qarşı durmağa davam edəcək.

- Student

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

23 Nov, 04:30


🔥‼️🇵🇰 Pakistanın şimal-qərbində bir qrup silahlı terrorçu şiə zəvvarların karvanına hücum edib.

Hücum nəticəsində 140-a yaxın insanın şəhid olduğu bildirilir.

Bunun ardınca Pakistanın Zeynəbiyyun müqavimət təşkilatı Paramçinar və ətrafına səfərbərlik elan edərək, təkfirçi vəhhabilərə aid bütün qərargahlara, toplantı mərkəzlərinə hücum edib.

Müşahidə etdiyiniz videogörüntülərdə Zeynəbiyyun müqavimət təşkilatının təkfirçi terroristlərə məxsus məkanları yandıraraq sıradan çıxardığı əks etdirilir.

Xəbər mənbələrinin verdiyi digər məlumata əsasən, şiə müqaviməti təkfirçi terroristlərdən bir neçəsini öldürməyə müvəffəq olub.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

23 Nov, 04:01


🔥‼️🇺🇦🇷🇺 Ukrayna-Rusiya müharibəsinin 1002-ci günündə:

Pokrovski cəbhəsindəki vəziyyət;


Rusiya ordusu Pustınkanın şimal-şərqində və Lısovkanın cənubunda yeni hücumlara başladı. Bundan əlavə, Selidovonun şimal-qərbində xidmət stansiyası ələ keçirilib.

Kuraxovski cəbhəsində vəziyyət;

Rusiya ordusu Novoselidovkanın cənubunda yeni hücuma keçərək Berestkinin mərkəzi hissəsinə daxil oldu.

Velikaya Novoselovka cəbhəsində vəziyyət;

Rusiya ordusu Novodonetskoye, Zolotaya Niva, Şaxterskoye və Yasnaya Polyanadan qərbə doğru hücumunu davam etdirir, Razdolnoye kəndinə çatır və bir neçə mövqe və istehkamı ələ keçirir. Nəticədə, rus qoşunları hazırda Velikaya Novoselkanın şərq kənarından 2 km məsafədən az yerdədir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

23 Nov, 03:30


❗️Salam, sabahınız xeyirli və bərəkətli olsun hörmətli izləyicilərimiz. Uca Allah İslam ümmətinə yar olsun!

İmam Əli (ə):

"Ən şücaətli insan dözümlə nadanlığa qalib gələndir."

🔖Ğurərul-Hikəm, hədis 3357

İmam Əli (ə):

"Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın."

🔖Ğurərul-Hikəm, hədis 5927

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

23 Nov, 02:45


🆘‼️🇱🇧🚀🇮🇱 SON DƏQİQƏ - Hayfada sirenlər

Beyruta qarşı Hayfa

İsrail rejiminin az əvvəl Beyrutu vurmasının ardından Hizbullah dərhal Hayfanı raket atəşinə tutdu. Hayfa səmasında indiyə qədər 10 partlayış qeydə alınıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 23:06


🆘‼️🇮🇱🇱🇧 SON DƏQİQƏ

İsrail terror qüvvələri Beyrutun cənubunu vurdu.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 22:06


🔥‼️🇱🇧🚀🇮🇱 Bəzi Livan mənbələri Hizbullahın düşmən ordusunun bir hissəsini ələ keçirməyə hazırlaşdığını bildirib. Amma sionistlər əsir düşməsinlər deyə pilotsuz təyyarədən raket ataraq öz qoşunlarını vurdular.

Bundan əlavə, Livan Hizbullahı döyüşçüləri Əl-Xəyam şəhərində sionist rejimin əsgərlərinin toplandığı yeri dəqiqliklə vurublar.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 20:19


🔥‼️🇱🇧🚀🇮🇱 Hayfa şəhərinin şərqində yerləşən İsrail ordusunun texniki bazasının Nəsr 2 raketləri ilə hədəf alınmasını əks etdirən əməliyyat görüntüləri.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 20:01


‼️TARİXİN BU GÜNÜ‼️

"Niyə etdin, o adamları hansı səbəbə öldürdün, onların günahı nə idi?" - deyən olubmu Fransaya? Hələ Əlcəzairdəki 1 milyon müsəlmanın vəhşicəsinə soyqırımı haqda demirik...

Ümumiyyətlə fikir verin, dünyadakı bütün xalqların faciələri tarixdən silinir. Yad edilmir. Hamısı unudulur. Söhbət döyüş əsnasında bir-birini qıran iki qoşundan getmir. Söhbət məhz bucür faciələrdən gedir. Media ancaq 2-ci dünya müharibəsində Xolokost nağılı və yəhudilərin öldürülməsi barədə yazır, filmlər çəkilir, vəssəlam. Digərlərinin faciəsi kimsə üçün mühüm deyil.

Həmin bu qatil ölkələrin dünyaya insan haqlarından danışması isə bir ayrı faciədir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 20:00


🔥‼️🇫🇷 Fransanın l'humanité qəzetinin üz qabığında: Netanyahu hərbi cinayətkardır.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 19:56


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullahın işğal altındakı ərazilərə silsilə PUA hücumları davam edir

İbrani media: Hərbi Hava Qüvvələri 5 şübhəli hava hədəfini izləyir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 19:49


🔥‼️🇱🇧🚀🇮🇱 Daha bir Merkava tankı Livanın cənub-şərqindəki əl-Xiam xəttində Hizbullah tərəfindən ATGM atəşi ilə məhv edilib.

831 Merkava 3 və 4 tankı Qəzza qrupları tərəfindən, 96 Merkava 4 tankı isə Hizbullah tərəfindən məhv edilib.

Məhv edilmiş Merkava tanklarının ümumi sayı 927-yə yüksəldi.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 19:45


🔥‼️🇦🇿🇮🇱 Azərbaycan və işğalçı İsrail rejimi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Sionist rejimin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev Bakıya səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərləri Mikayıl Cabbarov və Sahil Babayevlə görüşüb.

Sosial-iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən müxtəlif sahələrdə, xüsusilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Miri Regev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun da daxil olduğu Şəhidlər Xiyabanını ziyarət ediblər.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

22 Nov, 19:38


❗️​"Axar.az" məlumat verir ki, Ermənistanın Hindistandan aldığı 6 ədəd ATAGS haubitsları sınaqlar zamanı sıradan çıxıb. Ancaq bu xəbərin əksinə olaraq, Ermənistan mənbələri məlumat verir ki, Ermənistan Hindistandan 78 ədəd əlavə Qabaqcıl Yedəkli Artilleriya Silah Sistemi (ATAGS) haubitsalarının alınması ilə bağlı danışıqlar aparır, bu da 6 bölmədən ibarət ilkin partiyanın uğurla yerləşdirilməsinə əsaslanıb.

“The Caspian Post” Hindistan Müdafiə Tədqiqat Qanadına (IDRW) istinadən xəbər verir ki, ATAGS haubitsalarının ilk 6 bölməsi Ermənistanın müxtəlif relyeflərində, o cümlədən dağlıq rayonlarda və düzənliklərdə ciddi sınaqlardan keçirilib və onların uzun mənzilli dəqiqliyini və etibarlılığını sübut edib.

Sadəcə maraqlıdır ki, "Axar.az" bu məlumatla bizləri niyə aldatmağa çalışır? Əgər həmin 6 ədəd haubitsa sınaq zamanı sıradan çıxıbsa təzədən niyə 78 ədəd həmin haubitslardan almaq istəyirlər? Burada məntiq haradadır? Özümüzü niyə aldadırıq?

Ümumiyyətlə Hindistan silahlarının keyfiyyətiz olması barədə bir çox xəbərlər yayılıb, özü də bu xəbərlər Hindistan silah-sursatlarından ən çox istifadə edən İsrail ordusunun mənbələri tərəfindən işıqlandırılıb. Onlar dəfələrlə etiraf ediblər ki, Hindistandan gətirlən silah və sursatların normadan artıq faizi döyüş istifadəsi zamanı işləmir və yaxud partlamayıb. Bu da İsrail ordusuna müəyyən problemlər yaşadıb. Ancaq İsraildən fərqli olaraq, Ermənistan tərəfinin bu haubitslar haqqında rəyi müsbətdir və bunlardan çox sayda almaq barədə düşünür.

📌Qeyd edək ki, 18 tonluq və 155 mm. çaplı ATAGS haubitslarının atış məsafəsi 48 kilometrdir və bu da bizə problemdir.

- HSB

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:29


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullahın işğal altındakı ərazilərə raket zərbələrindən digər görüntülər

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:28


🔥‼️🇱🇧🚀🇮🇱 Nahariyə olunan raket hücumu nəticəsində daha bir ədəd israilli terrorçu, uşaq qatili məhv edilib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:23


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullahın pilotsuz təyyarəsi Hayfadakı hərbi dəniz bazasına hücum edib

Hizbullah:

Bir qrup intiharçı pilotsuz təyyarə ilə işğal altındakı Hayfa şəhərinin şimalında yerləşən Hayfa dəniz bazasına (İsrail Hərbi Dəniz Qüvvələrinə bağlıdır və raket katerləri və sualtı qayıqlardan ibarət eskadrilyaya ev sahibliyi edir) hücum edib və pilotsuz təyyarələr hədəflərini dəqiqliklə vurub.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:21


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullah xəritədə göstərilən işğal altındakı əraziləri də vurub.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:15


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullahın Nəhariyyəyə hücumundan digər görüntülər

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:12


🔥‼️🇮🇱 Daha bir ədəd israilli terrorçu, uşaq qatili Livan sərhədində Hizbullah tərəfindən məhv edildi.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 13:10


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullah Nəhariyyə şəhərini pilotsuz təyyarələrlə vurub

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 12:31


🔥‼️🇺🇸🇷🇺🇨🇳 ABŞ hökuməti nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün Rusiya, Çin və Şimali Koreya ilə dialoq aparmalıdır.

Bunu Pentaqonun Strateji Komandanlığının nümayəndəsi kontr-admiral Tomas Byukenen deyib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 12:14


🔥‼️🇮🇱 Beynəlxalq Cinayət Məhkəməsi Qondarma İsrailin baş naziri, Beynəlxalq hərbi cinayətkar Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalanta qarşı həbs qərarı verib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 11:50


❗️İki böyük müharibənin həlli; Ehtimallar nəyi söyləyir? - TƏHLİL

Dünyanın diqqət mərkəzində duran 2 müharibə və hər ikisinin həllinə dikilən nəzərlər. Amerikanın yeni seçilən prezidenti Donald Trampın seçkiqabağı və sonrası belə vəd etdiyi Ukrayna və Fələstin müharibələrinə son verəcəyi haqda vədlərin zamanı yaxınlaşdıqca, hər iki müharibə daha aktiv mərhələyə qədəm qoyub. Maraqlı fakt, hər iki müharibənin elə başdan ayağa Amerikanın böyük yardımı ilə davam etməsi, ABŞ-ın bu müharibələri dəstəkləməsi olub.

Hal hazırda hər iki tərəflərin sayının yüzminlər üzərindən olduğu qurbanları ilə söylənilən müharibələr öz aktivliyi ilə davam edir. Ehtimallar da müharibənin Tramp hökumətinin rəsmi inaqurasiyasından sonra həlli istiqamətində addımların atılacağıdır. Şübhəsiz Amerikanın dəstəyi ilə genişlənən müharibənin (dəstək verməyəcəyi halda müharibə çoxdan həlli yollarını axtarardı) elə ABŞ maraqları çərçivəsində də davam etdiyi bəllidir. Amerika müharibəni maraqları çərçivəsində genişləndirmək üçün bura silah və sursatla yanaşı ağlasığmaz maddi pul yardımları da ayırıb.

Bundan əlavə, müttəfiq dövlətlərinə eyni səmimiyyətlə “xahiş” edərək onları da maraqlı olduğu müharibə tərəflərinin yanında olmalarını onlardan istəyib ki, nəticədə bu dəstəyi ala bilib. Məlum hal budur ki, Amerikanın müharibədə marağı onun burada dinc insan itkisi, xəstəxanaların bombalanması, qaçqın düşərgələrinin oda tutulması, məktəblərin və məscidlərin dağıdılması daxil, su və dərman ehtiyatları blokada səbəbindən həyati əhəmiyyətli qidaların çatdırılmasının qarşısına maneə olan müttəfiq tərəfləri görməzliydən gələ də bilir.

Bu isə müharibənin dayandırılmasında da eyni yanaşmanı sərgiləyəcəyi mənasını verir. Amerikanın böyük rəhbərlərinin söylədiyi kimi “Amerika dövlətinin dostu yoxdur, onun maraqları var” rakursundan yanaşdıqda müharibə Amerikanın maraq bucağı ilə də sona yaxınlaşmalıdır. Əgər müharibənin qarşı tərəfləri diqqətə alınarsa, bu, Ukrayna müqabilində Rusiya olduğu kimi, İsrail müqabilində də Fələstin, Livan birliyi və ya iki təşkilat ittifaqı qədər bir cəbhə göstərilə bilər.

Bunlardan Rusiyanın eyni maraqlarla Amerika masasına oturması ehtimalı hər iki tərəfin maraqlarına xidmət edən danışıq paketini aktuallaşdıracaq. Sadə məntiq bu Rusiya-Ukrayna savaşının indiki vəziyyətdə dayandırılması (Rusiyanın tutduğu yerlər onda qalmaqla-hansı ki, Tramp hökuməti bunu artıq səsləndirib) müqabilində Rusiyadan qarşılıqlı razılıq alması olacaq. Maraqlar isə o andaca ikinci müharibəyə, İsrail və Fələstin-Livan müharibəsinə dikiləcək ki, Amerika üçün Ukraynanın bir hissəsini xərcləmək qarşısında maneə olan Yaxın Şərqdə genişlənən müqavmətə qarşı həlledici qərar vermək olması dəqiqdir.

Ehtimallar Rusiya-Amerika razılaşması Yaxın Şərq məsələsində Rusiyanın neytrallaşdırılması, bu məsələdə müttəfiq cəbhədən hərtərəfli uzaqlaşması kimi istəklər olacaq. Digər ehtimalla isə Rusiya üçün tamamilə əlverişli olan bu təklifi o, cani-dildən qəbul edəcək. Nəzərə almaq lazımdır ki, Rusiyanın Yaxın Şərqə təsirləri Suriya da daxil olmaqla yetərli əhəmiyyət daşıyır. Bu iki hegemon dövlətin növbəti razılığı əsasında Yaxın Şərqin müqəddəratında hələ də qara buludların olması ehtimalını gücləndirir.

- Analitik: H.Ə.Bünyadov

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 05:40


🔥‼️🇫🇷🇦🇿 Fransa Azərbaycan Respublikasının Parisdəki səfirini çağırıb

Çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Parisdəki səfirini COP-29 iclasında "ölkə rəsmilərinin Fransa və avropalılara qarşı qəbuledilməz bəyanatları" adlandırdığı səbəbə görə çağırıb.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Azərbaycan Respublikasının düşmənçilik hərəkətləri dayandırılmalıdır. Lakin nazirlik bu açıqlamalarla bağlı ətraflı məlumat verməyib.

Bu aksiya Fransanın İqlim Dəyişiklikləri Naziri Aqnes Pannier-Ronaher Bakıda keçiriləcək COP-29 görüşünə səfərini ləğv edərkən baş verib. Bu qərar İlham Əliyevin Fransanı Karib hövzəsindəki xarici ərazilərində “cinayətlər törətməkdə” ittiham etməsindən sonra verilib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 05:20


🔥‼️🇮🇹🇸🇾 İtaliya 2012-ci ildən sonra Suriyaya ilk səfir təyin edib

İtaliya 10 ildən artıq davam edən fasiləyə son qoyaraq Suriyaya səfir göndərib.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.

“Dəməşqdəki işimə, böhranın mürəkkəbliyini və İtaliyanın verə biləcəyi töhfəni dərk edərək, şövqlə başlayıram”, - səfir bildirib.

📌Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropanın regionda mövcudluğunun gücləndirilməsinin və digər ölkələrin onu inhisara almasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 04:55


🔥‼️🇮🇱 İbrani mediası:

"İsrail (terror) ordusunun Qolani briqadasının qərargah rəisi, polkovnik Yuva Yarom Livanın cənubunda Hizbullah döyüşçüləri tərəfindən güllələnib və ağır yaralanıb."

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

21 Nov, 04:30


🔥‼️🇺🇦🇹🇷 The Economist: Ukrayna “Şimal axını” ilə yanaşı “Türk axını”nı da partlatmağı planlaşdırırdı

"Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı “Şimal axını”nı zədələmək üçün əməliyyat planlaşdırarkən Qara dənizdə “Türk axını” boru kəmərinin partladılmasını təklif edib, lakin əməliyyat uğursuz alınıb", - Spiegel yazır.

Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov nəşrin məqaləsini şərh edərkən qeyd edib ki, Kiyevin “Türk axını”nı partlatmaq cəhdlərindən Kreml xəbərdar olub.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 22:32


Müqavimət əməliyyatları otağı Kiryat Şmonada qalan işğalçılara xəbərdarlıq etdikdən bir saat keçməmiş Hizbullah döyüşçüləri bu şəhəri hədəfə alıblar.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 22:24


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullah Kiryat Şmonaya təzyiqlərini davam etdirir

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 22:09


🔥‼️🇺🇸 Suriya-İordaniya sərhədində yerləşən ABŞ-ın Tenef bazasında partlayışlar baş verib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 22:03


🔥‼️🇱🇧🚀🇮🇱 Hizbullah yeni əməliyyatının görüntülərini yayımladı

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 21:44


🔥‼️🔴🇮🇱 Hizbullah xəbərdarlıq etdi!

Kriyat Şimona təcili boşaldılmalıdır.


➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 21:28


🔥‼️🇬🇪 Gürcüstan prezidenti uduzduğu seçkilərin nəticələrinin saxta olduğunu əsas gətirərək bütün xalqı küçələrə çağırıb.

Prezident Zurabişvili Rusiyanın seçkilərə müdaxilə etdiyini deyib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 20:32


🔥‼️🇮🇱 İbranicə Kanal 12:

Üç Hizbullah döyüşçüsü 20 İsrail əsgərindən ibarət bir qrupu öldürüb və yaralayıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 19:32


❗️İsrailin hücumu və ərəb səması - TƏHLİL

İran və İsrail arasında hərbi gərginlik birbaşa bu qarşıdurma ilə əlaqəsi olmayan, lakin əhəmiyyətli və dolayı yolla bağlı bir sıra digər məqamlara malikdir. Bu məqamlardan biri İran-ərəb ölçüsü və bu gərginliyin prizmasından iki tərəfin münasibətlərini təhlil etməkdir.

Bu ölçünün əhəmiyyəti daha çox ondan irəli gəlir ki, ərəb ölkələri adətən ABŞ-ın müttəfiqləridir və bölgədəki müharibə və gərginlikdə birbaşa və dolayı şəkildə iştirak edirlər.

Lakin bu gərgin vəziyyətin ortasında iki diqqətəlayiq addım var idi: Birincisi, bu ölkələrin əksəriyyətinin İsrailə İrana hücum üçün hava məkanından istifadə etməyə icazə verməkdən çəkinmələri və ikincisi, bu hücumu sürətlə və geniş şəkildə qınamaları idi.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı dünən bu təyyarələrin İraq hava məkanına daxil olaraq oradan atəş açdıqlarını bəyan etdi.

İraqa yaxın iki marşrut var: biri İordaniya, digəri isə Suriyadır və İsrail təyyarələrinin hansından İraq səmasına daxil olduğu tam bəlli deyil.

İordaniya bəyan edib ki, onun hava məkanından İrana hücum üçün heç bir İsrail təyyarəsi keçməyib. Bu, əlbəttə, dəqiqləşdirilməlidir. Amma İordaniyanın rəsmi mövqeyindən əlavə, İsrail təyyarələrinin Suriyadan İraqa daxil olduğunu göstərən bir işarə də var. Belə ki, İrana hücumdan bir az əvvəl Suriyanın mərkəz və cənub bölgələrində radar və müdafiə sistemləri hədəfə alınaraq zərbələr endirilib.

Belə olan halda, demək olar ki, İrana hücum Amerikanın ərəb müttəfiqlərinin səmasından deyil, İranın iki dost ölkəsinin səmasından həyata keçirilib. Hər iki ölkə İranın müttəfiqi olsa da, öz səmasında nəzarəti yoxdur. İraqın hava məkanı Amerikanın, Suriya isə İsrailin və Rusiyanın nəzarətindədir.

İsrailin son hücumu İran-ərəb münasibətlərinin sınağı oldu. ABŞ-ın ərəb müttəfiqləri olan Səudiyyə Ərəbistanı və digər ölkələrin hava məkanını İsrailə verməkdən çəkinməsi və hücumu tez bir zamanda qınamaları İran-ərəb münasibətlərinin yaxşılaşma yolunda olduğunu və son dövrlərdə aparılan intensiv diplomatik səylərin təsirini göstərə bilər. Digər tərəfdən, bu ölkələrin bölgədəki gərginliyin və müharibənin genişlənməsindən narahat olduqlarını nümayiş etdirir.

Bu ölkələr İranla qarşıdurmaya getmək istəmirlər, çünki bu, onların böyük iqtisadi hədəflərinə zərər verə bilər. Bölgədəki təhlükəsizlik böhranı onların iqtisadi maraqlarına ciddi zərbə vurur.

Ərəb ölkələrinin İsrailin hücumuna reaksiyasının digər məqsədi, İrandan qarşılıq verməmək üçün səbəb yaratmaq və gərginliyin artmasının qarşısını almaq ola bilər.

Amma İranın cənub qonşularının İsrail təyyarələrinin öz hava məkanlarından keçməsinə qarşı çıxmaları, müharibə baş verəcəyi halda bu mövqeyin davam edəcəyinə zəmanət vermir. Əgər gələcəkdə hərbi gərginlik müharibəyə çevrilərsə və ABŞ müdaxilə etməyə məcbur olarsa, bu ölkələr, istəsələr belə, ABŞ bazalarının müharibəyə qatılmasının qarşısını ala bilməzlər və İsrailin onların hava məkanlarından keçməsi üçün razılıq gözləməsi də inandırıcı deyil.

Reallıq budur ki, bu ölkələr ABŞ-la müttəfiqlik əlaqələri və təhlükəsizlik müqavilələri tələbləri ilə İranla qonşuluq və onun tələbləri arasında sıxışıb qalıblar.

Müəllif inanır ki, ərəb dövlətlərinin rəsmi baxışında İrana qarşı hələ də fundamental dəyişiklik baş verməyib və bunun səbəbi, iki tərəf arasında “etimadsızlıq” divarının hələ də qalmasıdır.

Bu mənada ərəb ölkələri, hazırda Qəzzə və Livanda baş verən münaqişələrin və ümumilikdə İran-İsrail qarşıdurmasının dolayı tərəfi kimi çıxış edir və gərginliyin nəticəsini həyəcanla gözləyirlər.

Bundan əlavə, ərəb xalqları tarixi ərəb-İsrail prizmasından müharibəyə baxsalar da, rəsmi ərəb rejimləri və əsas oyunçular, mədəni fərqlərindən asılı olmayaraq, Həmas və Hizbullah olmadan bir Yaxın Şərqi, bölgədə siyasi islam olmadan daha çox bəyənirlər. Həmçinin ABŞ-ın və hətta bəzi hallarda İsrailin mövqeyinin İran və onun müttəfiqləri qarşısında zəifləməsini arzulamırlar.

Təhlil və Tənqid

27 Oct, 19:32


Nəticədə, qeyd etmək yerinə düşər ki, İranın xarici siyasətində uzunmüddətli planlaşdırma və dərin uzaqgörənlik olmadan mövsümi və stereotipik qarşıdurmalar dövrünə düşməsi uzunmüddətli problemlərdən biridir. Belə yanaşmanın nəticəsi məhz ABŞ və İsraillə qarşıdurmanın indiki kritik mərhələsində bu günlərin qaçınılmaz olacağını öncədən təxmin edərək, bölgədə ən azı gərginliyi azaltmaq və nəzarətdə saxlamaq üçün daha geniş zəminin yaradılması olardı.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 19:13


🔥‼️🇺🇸🇮🇱 ABŞ İsrailə xəbərdarlıq edib ki, İran zərbələrə cavab olaraq oktyabrın 1-dəki zərbələrdən daha daha güclü zərbələr endirəcək.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 18:09


MBH İranda yaşanan terror aktını qınadı - BƏYANAT

Ətraflı👉https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Təhlil və Tənqid

27 Oct, 18:03


🔥‼️🇮🇷 İranın xarici işlər naziri Abbas Əraqçi:

“İsrailin hücumu kiçik və onların bəyan etdiyindən çox zəif olsa da, şəhidlərimizin qanı hədər getməyəcək. Biz cavab verəcəyik”.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 17:17


🔥‼️🇱🇧🚀🇮🇱 İsrail ordusu son 48 saatda Livanın cənubunda 88 əsgərinin öldürüldüyünü və yaralandığını açıqlayıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 16:55


🔥‼️🇮🇷🚀🇮🇱 Sionist jurnalistlərdən Ronen Berqman CNN-ə deyib:

"İsrail daxilindəki qiymətləndirmə budur ki, İran İsrailin şənbə günü etdiyi hücuma cavab verəcəkdir."

Dostlar, İranın cavabının səviyyəsi və forması bu dəfə elə olacaq ki, sionistlərin əsaslı şəkildə səhv hesablama aparmayacaqlarına səbəb olacaq. Onların hərbi obyektlərinin və infrastrukturlarının demək olar ki, 90%-i silahsız bir qrup terrorçuya çevrilənə qədər məhv ediləcək.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 16:43


‼️Bu video bu gün baş verən hadisə ilə bağlı deyil. Araşdırmalardan sonra aydın oldu ki, bu videogörüntü 2017-ci ilə aiddir. Hadisə ilə bağlı yuxarıda verdiyimiz videolar bu gün baş verən hadisələrin görüntüləridir.

Həmçinin qeyd edək ki, İsrailin 14 kanalı hadisə nəticəsində 6 nəfərin öldüyünü, 10-u ağır olmaqla 50-dən yuxarı əsgərinin yaralandığını etiraf edib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 15:45


🔥‼️🇺🇦🇷🇺 Ukrayna-Rusiya müharibəsinin 975-ci günündə:

Şimal-şərq cəbhəsində vəziyyət;


Rusiya ordusu Vişnevoeni tamamilə nəzarətə götürüb və kəndin ətrafındakı bufer zonasını genişləndirib. Bundan əlavə, rus qoşunları Kruqlyakovkanın cənub hissəsində yeni hücumlara başladı.

Pokrovski cəbhəsində vəziyyət;

Rus ordusu 11-ci mikrorayon və Selidovonun mərkəzi hissəsini tamamilə nəzarətə götürüb. Çətin vəziyyətlə əlaqədar Ukrayna ordusu şəhərdən ümumi geri çəkilməyə başlayıb. Bundan əlavə, rus qoşunları Novodmitrovkaya gedən yolun çox hissəsini nəzarətə götürərək Selidovonun cənubunda yeni hücuma keçdi.

Kuraxovski cəbhəsində vəziyyət;

Rusiya ordusu Aleksandropol kəndini və Volça çayının şərqində qalan Ukrayna mövqelərini tamamilə nəzarətə götürüb. Bundan əlavə, rus qoşunları Qornikin əksər hissəsini nəzarətə götürdü. Ukrayna ordusu hələ də “Kuraxovskaya Selidovuqol” mədənindədir, lakin hazırda mühasirəyə düşməmək üçün qoşunları şərqə çəkir (Rusiyanın Novoselidovkadan cənuba doğru irəliləməsi bu prosesi sürətləndirir).

Donetskin qərbində və cənub-qərbində vəziyyət;

Rusiya ordusu son 48 saat ərzində Pobedadan qərbə doğru yüksək yerlə irəliləyərək bir sıra mövqeləri tutub. Bundan əlavə, dörd gün əvvəl rus qoşunları Ostrovskinin cənubundakı Kuraxovo ətrafını, eləcə də bu şəhərin şərqindəki yeni mövqeləri ələ keçirə bilib.

Donetskdən cənub-qərbdə vəziyyət;

Rusiya ordusu Kaşlaqaç çayının şimalındakı hücumunun ilkin uğuru əsasında möhkəmlənməyə davam etdi və çay ilə Şaxterske (qəsəbə daxilində döyüşlər başladı) və Novoukrainka ətrafı arasında əhəmiyyətli əraziləri işğal etdi. Bundan əlavə, qoşunlar Zolotaya Nivanın qərbinə doğru bir qədər irəlilədilər (bu, Preçistovka ilə birlikdə tamamilə ələ keçirildi). Üstəlik, rus qoşunları cənub kənarında əsas xəndək sistemini ələ keçirərək Epifaniyaya girdilər. Ruslar məskunlaşan ərazini əhatə edən hərəkata başlayaraq şimal-qərbə doğru irəliləməyə çalışırlar.

Pokrovski cəbhəsində vəziyyət;

Selidovo uğrunda döyüş sona yaxınlaşır. Rus ordusu cəbhənin böyük hissəsini işğal edib (orada artıq darama əməliyyatları gedir). Ukrayna ordusu qərb hissəsinin son küçələrində qalır, lakin sabaha qədər bu əraziləri tamamilə boşaldacağı gözlənilir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 15:34


🔥‼️🇺🇦🇷🇺 Ukrayna-Rusiya müharibəsinin 974-cü günündə:

Kursk cəbhəsindəki vəziyyət;


- Korenevski rayonunda Ukrayna ordusu Rusiya ordusu tərəfindən dəf edilən Zeleni Şlyax istiqamətində yeni hücuma keçdi. Bundan əlavə, xəritədə düzəlişlər edilib ki, Nikolaevo-Daryino qəsəbəsi Ukraynanın nəzarətindədir, Darino qəsəbəsi isə mübahisəlidir.

Donetskdən cənub-qərbdə vəziyyət;

Rusiya ordusu Kaşlaqaç çayını keçərək Zolotaya Nivadan şimala, Şaxterskoye kəndinə doğru irəlilədi. Orada bir sıra mövqelər zəbt olunub.

Kuraxovski cəbhəsində vəziyyət;

Rus ordusu Tsukurinodan qərbə və cənub-qərbə doğru irəliləyərək Novodmitrivka və Kremennaya Balka yaşayış məntəqələrinə daxil oldu. Bundan əlavə, Ukrayna ordusu yaşayış məntəqəsindən yavaş-yavaş geri çəkildiyi üçün rus qoşunları Qornik şəhərinin 45%-dən çoxunu nəzarətə götürüb (Rusiya qoşunları Ukrayna qoşunlarının çıxarılmasını sürətləndirmək üçün Kuraxovskaya Selidovuqol mədəninə hücuma başladı).

Novoqrodovskaya 3 saylı şaxtasında Rusiya və Ukrayna hərbçiləri arasında döyüşlər hələ də davam edir. Digər tərəfdən, Rusiya ordusunun Ukrayna ordusunu şəhərin cənub hissəsindən (təmizləmə əməliyyatları gedir) çıxardıqdan sonra Selidovo uğrunda döyüş kulminasiya nöqtəsinə yaxınlaşır. Ukraynalılar Selidovonun 30%-nə çətinliklə nəzarət edirlər, çünki ruslar 11-ci mikrorayonun çox hissəsini tutduqları şimaldan da irəliləməyə davam edirlər.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

27 Oct, 15:26


🔥‼️🇺🇦🇷🇺 Ukrayna-Rusiya müharibəsinin 973-cü günündə:

Toretsk cəbhəsində vəziyyət;


Rusiya ordusu yavaş-yavaş şəhər mərkəzinə yaxınlaşaraq Şerbinovkada yeni hücumlar etdi. Digər tərəfdən, Toretsk şəhərinin cənubundakı vəziyyət daha da aydınlaşıb: Ukrayna ordusu son günlər bir sıra uğurlu əks-hücumlar həyata keçirib və Zabalkovski rayonunun əhəmiyyətli hissəsini geri almağa nail olub.

Pokrovski cəbhəsində vəziyyət;

Rusiya ordusu son saatlarda Selidovoda əhəmiyyətli irəliləyiş əldə edib. Rus qoşunları üç istiqamətdən hücuma keçdi:
- Şimal istiqamətində rus qoşunları daçalar və meşə kəmərləri vasitəsilə çörək zavoduna doğru irəlilədilər, həmçinin Terrikonu tamamilə işğal etdilər.
- Şərq istiqamətində rus qoşunları Naqornaya küçəsinə daxil olaraq 11-ci mikrorayonun binalarına basqın etməyə başladılar.
- Cənub istiqamətində rus qoşunları qəbiristanlığı, anqarları və xəstəxananın ərazisini zəbt etdilər.
Artıq şəhərin təxminən 35%-i Rusiyanın nəzarətinə keçmişdi.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 05:41


🔥‼️🇮🇱 İsrail Times mətbuatının müxbiri Emanuel Fabian:

İsrailin Müdafiə nazirliyinin ofisi bunkerde yerləşən iclas otağından bir şəkil paylaşaraq monitorda İranın vurulması səhnəsini əks etdirən bir şəkil yerləşdirib. Halbuki bu şəkil 2021-ci ildə İranın neft emalı zavodunda baş vermiş yanğında çəkilib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 04:25


🔥‼️🇮🇷 İranın Təsnim xəbər agentliyi:

İsrailin 100 ədən qırıcı təyyarəsinin bu əməliyyatda iştirak etməsi yalan xəbərdir. İsrail sadəcə, psixoloji təzyiq edərək üstünlüyü ələ almaq istəyir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:48


🔥‼️🇮🇷 İranın Təsnim xəbər agentliyi:

İran İsrailə cavab verməyə hazırlaşır

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:42


🔥‼️🇮🇱İsrailin hərbi müxbiri:

İran sübut etdi ki, çox güclü havadan müdafiə sistemlərinə malikdir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:40


🔥‼️🇮🇱 İsrail Hərbi Nazirliyi:

İrana hücumlarımız müvəffəqiyyətlə tamamlandı.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:35


🔥‼️🇮🇷 Tehrandan canlı çəkiliş:

Tehranda hərşey normal qaydada davam edir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:31


🔥‼️🇮🇱 İşğalçı İsrail ordusu hücumların sona çatdığını açıqlayıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:25


🔥‼️🇮🇱🇮🇷 İranın Hava Hücumundan Müdafiə Qərargahı:

"Sionist rejim bu gün səhər gərgin bir şəraitdə Tehran, Xuzistan və İlam əyalətlərində hərbi mərkəzlərin bəzi hissələrinə hücum edib. Hava hücumundan müdafiə sistemlərimiz bu təcavüzkar əməlin qarşısını uğurla alarkən, bəzi yerlərə məhdud ziyan dəymişdir və hadisənin ölçüləri araşdırılır".

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:19


🔥‼️🇮🇷🇮🇱 Havada vurulan İsrail raketləri

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:16


🔥‼️🇮🇷🇮🇱 İsrailə Tehran səmasında vurulan şapalaqlar...

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:13


🔥‼️🇮🇷🇮🇱 Tehran səmasında İsrail raketlərinin havada məhv edilmə anları

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:10


🔥‼️🇮🇷🇮🇱 İranın hava müdafiə sistemi uşaq qatili İsrailin raketlərini məhv edir. Demək olar, bütün raketlər havada vurulur.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 03:02


🔥‼️🇮🇷🇮🇱 İranın Hava Hücumundan Müdafiə bölməsi:

Biz sionist rejimin Tehran ətrafında və ölkə daxilində bir neçə obyekti hədəfə almaq cəhdinin qarşısını aldıq.


➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 00:19


🔥‼️🇮🇱 İsrail Hərbi Nazirliyi:

Birinci dalğa İranın müdafiə qurğularına olundu ki, növbəti mərhələdə qırıcılarımıza hücum üçün təhlükəsiz yol açılsın.

PS: Çox maraqlıdır, İranın geniş ərazisinə belə bir hücum olarsa, məlumatı hər yerə yayılardı.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 00:08


🔥‼️🇮🇷 İranın Xilas Etmə Mərkəzi:

Tehran vaxtı ilə saat 03:22-ə qədər heçbir yardım məlumatı bizə daxil olmayıb.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 00:01


🔥‼️🇮🇷🇮🇱 İsrail mediası: "Biz İsrailin İrana hücumundan çox məyus olduq".

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

26 Oct, 00:00


🔥‼️🇮🇷 İmam Xomeyni adına aeroport Tehran saatı ilə gecə saat 02:55

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

25 Oct, 23:44


🔥‼️🇺🇸 Amerika mediası:

İsrailin cavabı məhduddur və özünü (nüfuzunu) xilas etmək üçündür.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun

Təhlil və Tənqid

25 Oct, 23:38


🔥‼️🇮🇱 İsrailə məxsus Kanal 12 şəbəkəsi üç il əvvələ aid olan şəkilləri İranda partlayış ünvanı ilə paylaşır.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun