İmamRezaAz (rəsmi) @imamrezaaz Channel on Telegram

İmamRezaAz (rəsmi)

@imamrezaaz


Salam! Bu kanal İmam Rza (ə) hərəminin rəsmi kanalıdır. Qeyd edək ki, bundan əlavə hərəmin rəsmi İnstagram səhifəsi www.instagram.com/imamrezaaz/ və suallarınızı cavablandırmaq üçün vatsap +98 915 441 9644 fəaliyyət göstərir.

İmamRezaAz (rəsmi) (Azerbaijani)

İmamRezaAz (rəsmi) kanalına xoş gəlmisiniz! Bu kanal İmam Rza (ə) hərəminin rəsmi kanalıdır. Burada İmam Rza (ə) ilə bağlı ən son məlumatları, hadisələri, və İmamın izləyiciləri ilə əlaqə yaratmaq üçün fırsatları tapa bilərsiniz. Kanalın İnstagram səhifəsi www.instagram.com/imamrezaaz/ üzərində də sizlər üçün paylaşımlar edilməkdədir. Əgər suallarınız varsa və ya İmam Rza (ə) ilə bağlı daha çox məlumat əldə etmək istəyirsinizsə, vatsap nömrəsi +98 915 441 9644 əlaqə saxlaya bilərsiniz. İmam Rza (ə) ilə bağlı ən son yenilikləri öyrənmək və onun öğüdlərindən istifadə etmək üçün İmamRezaAz (rəsmi) kanalını izləməyə davam edin!

İmamRezaAz (rəsmi)

11 Jan, 02:31


🔶️İmam Rzanın (ə) əziz oğlu İmam Cavadın (ə) mövludu münasibətilə zəvarlar İmam Rzanın (ə) təbrik etmək üçün əllərində gül hərəmə tərəf hərəkət ediblər.

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

10 Jan, 19:02


Sadə amma böyük şəxsiyətlərdən olan Şeyx Əli Nəsiri (r.ə) bu gün İmam Cavadın (ə) mövlud gecəsində haqqın dərgahına qovuşdu.

📖İlahi,ruhunu Əhlibeytə (ə) qonaq qərar ver!

İmamRezaAz (rəsmi)

10 Jan, 18:19


📖İlahi,bizi düzgün şəkildə yaşayıb düzgün şəkildə dünyadan köçməkdə müvəffəq et!

İmamRezaAz (rəsmi)

10 Jan, 16:12


Minlərlə belə cavanlardan sadəcə bir nümunə

#Rehber#cavan#ixlas#bende

İmamRezaAz (rəsmi)

10 Jan, 13:42


💎İmam Cavadın (ə) və Əliəsgərin (ə) mövludları münasibətilə bütün müsəlmanları təbrik edirik!

İmamRezaAz (rəsmi)

10 Jan, 11:08


🔶️Nüdbə duasından-2

📖İlahi,bizi İmam Zamana (ə.f) laiqli xidmətçi et!

İmamRezaAz (rəsmi)

10 Jan, 09:04


İmam Zamana (ə.f) yetişmək üçün 6 qədəm

İmamRezaAz (rəsmi)

10 Jan, 07:02


💎Böyük qeyb zamanında 80 vəzifədən

İmamRezaAz (rəsmi)

10 Jan, 01:33


🌹Şəhidlərin izi ilə

Əgər bir kəsi günahdan çəkindirmək istəsən,o zaman elə əmr-be məruf et ki, qarşındakı insan sənin ona həqiqətən ürəyinin yandığını və onu günah bataqlığından çıxartmaq istədiyini hiss etsin.Və bu o zaman mümkün olur ki, insan Allahın bəndələrini sevsin və onların yaxşılıqlarını istəsin.

Şəhid İbrahim Hadi

🤲🏻 Şəhidlərin pak ruhuna salavat zikr edək

📸Fatemeh shaygan

İmamRezaAz (rəsmi)

09 Jan, 18:39


🔶️Kumeyl duasından-3

📖İlahi,bizə rəhm et və bağışlanan bəndələrdən qərar ver!

İmamRezaAz (rəsmi)

09 Jan, 16:54


🔊Cümə axşamı və İmam Hüseynin (ə) ziyarət gecəsi dualarınızı qeyd edin dua olunacaq!

İmamRezaAz (rəsmi)

09 Jan, 15:23


💎Biz yatsaq da düşmən yatmır oyaqdır...

İmamRezaAz (rəsmi)

09 Jan, 12:28


📖İlahi,bizi həqiqi namaz qılanlardan et və Allaha ibadət etməkdə müvəffəq et!

İmamRezaAz (rəsmi)

07 Jan, 18:04


📖İlahi,bu ibadət və bağışlanmaq ayında bizə bağışlanmağ nemətini nəsib et və aqibətimizi xeyirli et!

İmamRezaAz (rəsmi)

07 Jan, 14:17


💎Təvəssül gecəsi dualarınızı qeyd edin.İmam Rza (ə) hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

07 Jan, 13:08


🤲🏻 Rəcəb ayı tövbə və “istiğfar” ayıdır

Rəcəb ayı, həmçinin, tövbə etmək, Allahdan günahların bağışlanmasını istəmək üçün də, münasib və əlverişli aydır. Bu ay, bizlərə fürsət verir ki, Allah dərgahında tövbə edək, günahlarımızın silinməsini, səhvlərimizin bağışlanmasını Allahdan istəyək.
Allahın tövbə qapısı hər zaman bəndələrinin üzünə açıqdır, amma, Allah hörmətli qərar verdiyi bu ayın xatirinə, bu ayda tövbə edənlərin tövbəsini daha tez qəbul edir.
Odur ki, daha çox “istiğfar” etməli, Allahın rəhmətinə sığınıb, bu mübarək ayda, günahlarımızın bağışlanmasını diləməliyik! İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahların bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır.
Belə isə “əstəğfirullahə və əsəluhut-təubə” zikrini çoxlu deyin.” Həzrət Peyğəmbərdən (s) aşağıdakı məzmunda hədis nəql edilmişdir: “Hər kim rəcəb ayında 100 dəfə “əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da, onun vəziyyətni rəhmət və məğfirətlə ilə xətm edər.
Və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar». İlahi, bizləri, bu ayda tövbə və “istiğfar” edənlərdən və tövbələri qəbul olunmuş kimsələrdən qərar ver, Amin!

İmamRezaAz (rəsmi)

07 Jan, 11:19


📌Düşmənin zahirdə sizinlə deyib-gülməsinə inanmayın

İmamRezaAz (rəsmi)

07 Jan, 09:22


📌Təvəssül duasından-3

📖İlahi,Əhlibeytin (ə) ehtiramına bizi Öz qapından əlibo qaytarma!

İmamRezaAz (rəsmi)

07 Jan, 06:47


📌Bu bərəkət və fəzilət ayından istifadə edirikmi

İmamRezaAz (rəsmi)

07 Jan, 05:08


🔷️İmam Cavad (ə) buyurur:

“Əgər cahil sakit qalsaydı, insanlar ixtilafa düşməzdilər”

📚Şeyx İrbili, “Kəşful-Ğummə”, cild 3, səhifə 494.

İmamRezaAz (rəsmi)

06 Jan, 17:56


🔶️İmam Baqir(ə) buyurur:

"Mən əminəm ki,sizin bizə olan bu sevginiz öz işiniz deyil əksinə,Allahın işidir.

📙Biharul-Ənvar,cild 5,səh 222

İmamRezaAz (rəsmi)

06 Jan, 17:13


📌İmam Rza (ə) hərəmində xarici zəvvarlar idarəsi

İmamRezaAz (rəsmi)

06 Jan, 14:50


Ali məqamlı Rəhbərin Şəhid övladına münasibəti

#Rehber#sehid#shehid#insanliq#fedakarliq

İmamRezaAz (rəsmi)

06 Jan, 13:25


📌📖Allahı yad etmək insanı azad və cəmiyyəti də abad edir...

İmamRezaAz (rəsmi)

06 Jan, 11:31


🔶️İmam Cəfər Sadiq (ə) buyurub:

Qış möminin baharıdır.
Çünki onun uzun gecələrindən gecə namazından faydalanır və gündüzünün qısalığından oruc üçün istifadə edir.

📙əl-Əmali, səh 237

İmamRezaAz (rəsmi)

06 Jan, 09:13


📌Siz övladlıarınıza nə ad qoymusuz

İmamRezaAz (rəsmi)

06 Jan, 06:42


📌Sənin də çətinliyin var

📍Elə isə bu göstərişə əməl edin

İmamRezaAz (rəsmi)

06 Jan, 04:39


📌Allah Rəsulu (s) buyurur:

Behiştə bir saray var ki, ora ancaq Rəcəb ayında oruc tutanlar daxil olacaq.

📙Biharul-ənvar, cild 97, səh 47

İmamRezaAz (rəsmi)

05 Jan, 18:00


🔶️İmam Musa Kazim (ə) buyurur:

"Rəcəb ayında oruc tutmaq çox böyük savabdır. Bu ayda oruc tutan hər kəsə cəhənnəm odu haram olar."

📙Biharul-Ənvar, cild 94, səh. 49

İmamRezaAz (rəsmi)

05 Jan, 15:09


💎Rəcəb ayının məhşur duası

İmamRezaAz (rəsmi)

05 Jan, 12:18


📌Allahım, bizi hər cəhətdən müqəddəslərin yolunu getməkdə müvəffəq et!

İmamRezaAz (rəsmi)

05 Jan, 10:13


📌Niyə əxlaq sırf insana aiddir

İmamRezaAz (rəsmi)

05 Jan, 07:53


💎Səhifeyi-Səccadiyə -3

📖İlahi,xeyrimizə olanları bizə inayət et!

İmamRezaAz (rəsmi)

04 Jan, 10:13


📌Rəcəb ayında tövsiyə olunan mühum zikrlər hansılardır

İmamRezaAz (rəsmi)

04 Jan, 07:46


📌İmam Hadinin (ə) nəzərində əsl tövbə hansı tövbədir

İmamRezaAz (rəsmi)

04 Jan, 06:54


📖İmamın (ə) üçün dua et!!!

https://youtu.be/uzPpJ7K1-6U?si=ZY2Wnlh1Q0okM7Hn

📲Zəhmət olmasa izləyək,abunə olaq,rəy yazaq və paylaşaq!!!

İmamRezaAz (rəsmi)

04 Jan, 05:55


📖İmamın (ə) üçün dua et!!!

İmamRezaAz (rəsmi)

04 Jan, 05:02


💌 Allahdan məktub

Bismilləhir-rahmənir-rahim

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ

Oxunuş:Rabbənə lə tuziğ quluubənə bə'də iz hədəytənəə vəhəblənəə mil-lədunkə rahməh innəkə əntəl vəhhəb.

Tərcümə: Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!

Ali-İmran/8

Qeyd: Bu ayəni vacib namazların qunutunda oxumaq olar.

••••••••imamRezaaz••••••••

İmamRezaAz (rəsmi)

04 Jan, 02:05


Qasım Süleymani Seyyid Həsən Nəsrullahın dilindən

İmamRezaAz (rəsmi)

03 Jan, 17:24


⚫️İmam Hadinin (ə) şəhadəti münasibətilə hər kəsə baş sağlığı veririk!

İmamRezaAz (rəsmi)

03 Jan, 16:41


🔶️Nüdbə duasından-2

İmamRezaAz (rəsmi)

03 Jan, 10:33


📌Allahın bizdən istəkləri nədir

İmamRezaAz (rəsmi)

03 Jan, 08:35


⚫️İmam Hadinin (ə) şəhadəti münasibətilə İmam Rza (ə) hərəmində şəhadət abu-havası

İmamRezaAz (rəsmi)

03 Jan, 07:04


Niyə imam Məhdi (ə.f) zühur etmir?

Seyyid Rza Sədr deyir: “Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur.
Әslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir. Həzrət Әli (ə) buyurmuşdur: “Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra həzrət ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: “Pərvərdigara, məni onlardan al.” Әdalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır.

📚 İmam Zamanla tanışlıq kitabı

📸Masomeh Cassas

İmamRezaAz (rəsmi)

03 Jan, 02:34


📌Şəhidliyin iki təməl şərti

Şəhidliyinin iki təməl şərti var: biri budur ki, Allah yolunda və Allah rizası üçün olsun. Hədəf müqəddəs olsun və insan canını hədəfi uğrunda fəda etməyə hazır olsun. Digəri isə budur ki, şüur və agahlıq üzündən həyata keçsin.

📚 İmam Məhdinin (ə) qiyamı və şəhid məqaləsi. səh. 71

İmamRezaAz (rəsmi)

02 Jan, 17:36


📌Sənin arzun nədir

İmamRezaAz (rəsmi)

02 Jan, 15:44


🔊Arzular gecəsindədualarınızı qeyd edin.İmam Rza (ə) hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

02 Jan, 14:48


📖İlahi,bizə də ibadət edib Allaha gözəl bındə olmaqda mücvəffəqiyyət ver!

İmamRezaAz (rəsmi)

02 Jan, 11:19


🔊Cümə axşamı və İmam Hüseynin (ə) ziyarət gecəsi dualarınızı qeyd edin dua olunacaq!

İmamRezaAz (rəsmi)

02 Jan, 09:34


🔊Zəhmət olmasa daxil olub dəstək olun!

https://youtu.be/sB33pouWZWA?si=_VYsP7zXfyLMUdVg

İmam Baqirdən (ə) məntiqli cavab...

İmamRezaAz (rəsmi)

21 Nov, 13:37


Beynəlxalqa Salam günü

💎Bu gün beynəlxalq Salam günüdür.İlahi,Səndən bütün dünya üçün sağlamlıq və salamatçılıq diləyirik!

İmamRezaAz (rəsmi)

21 Nov, 11:09


📖İlahi,İmam Hüseynin (ə) ziyarətini bütün aşiqlərə qismət et!

İmamRezaAz (rəsmi)

21 Nov, 09:04


💎İmam Rza (ə) onu sevənləri 3 yerdə ziyarət edər. Kim deyə bilər harda ziyarət edər?

İmamRezaAz (rəsmi)

21 Nov, 07:03


⚫️Cümə axşamı dünyadan köçənlərinizin adlarını yazın hərəmdə ruhlarına dua olunacaq!!!  
«زیارت اهل قبور»  
السَّلامُ عَلَى أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ مِنْ أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ یَا أَهْلَ لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ کَیْفَ وَجَدْتُمْ قَوْلَ لا إِلَهَ إِلا اللَّهُ مِنْ لا إِلَهَ إِلا اللَّهُ یَا لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ اغْفِرْ لِمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ وَ احْشُرْنَا فِی زُمْرَهِ مَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ عَلِیٌّ وَلِیُّ اللَّهِ

İmamRezaAz (rəsmi)

21 Nov, 04:16


📜 Xanım Zəhranın (s) "Fədək" xütbəsi 4

Allah-təala əmrinin tamamlanması və hökmlərinin həyata keçməsi üçün onu peyğəmbər olaraq göndərdi . O Həzrət (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) peyğəmbərliyə seçiləndə bütün ümmətlər pərakəndə halda bir-birindən uzaq, bütpərəst idilər. Onlar Allahı tanıdıqları halda inkar edirdilər. Allah-təala atam Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) səbr və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmış və onları günahdan qurtarmış və gözlərinin korluğunu aradan qaldırmışdır. Onları haqq dinə hidayət etmiş və doğru yola dəvət etmişdir.

➡️ Ardı var...

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

20 Nov, 20:07


🔶️İmam Rza (ə) ilə belə danışaq...

İmamRezaAz (rəsmi)

20 Nov, 18:33


✉️ İmam Səccadın (ə) saray alimi Muhəmməd ibn Zohriyə məktubundan

Həqiqətən, İlahi dəlillər sənə göstərilmişdir və sən Allahın kitabını bilirsən, Onun dinini dərk etmisən və Onun peyğəmbəri Muhəmmədin (s) sünnəsini tanımısan. Sənə verilmiş bu nemətlərin və sənə göstərilmiş bütün bu dəlillərin müqabilində
sənin də boynuna vəzifə gəlmişdir. Bu vəzifə Onun nəzərindədir və bu vəzifə sənin şükrlü olmağını yoxlayıb, Öz fəzlini və lütfünü sənin haqqında aşkar etməsi üçündür. Məhz bu barədə O buyurmuşdur:" Əgər şükr etsəniz, sizin üçün artıracam və əgər küfr etsəniz, həqiqətən, mənim əzabım çox şiddətlidir". _İbrahim/7

İmamRezaAz (rəsmi)

20 Nov, 14:31


Şeytanlara qarşı bir silah

#Allah#seytan#zikr#gunah

İmamRezaAz (rəsmi)

20 Nov, 11:16


💎İmam Rza (ə) hərəmindən canlı

📖İmam Rzanın (ə) ziyarət gecəsi dualarınızı qeyd edin!!!

İmamRezaAz (rəsmi)

20 Nov, 09:12


⚫️İmam Həsən Əsgəri (ə) buyurur: Biz Allahın höccətləriyik anamıb Zəhra (s.ə) da bizim höccətimizdir

İmamRezaAz (rəsmi)

20 Nov, 06:46


📌Kimə görə salam veririk?

İmamRezaAz (rəsmi)

20 Nov, 04:52


📖İlahi,bizi ixlasla əməl edib ali məqamlara yetişən bəndələrindən qərar ver!

İmamRezaAz (rəsmi)

20 Nov, 01:50


🔷️Xanım Zəhranın (s) ziyarətnaməsi

السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ

Oxunuş qaydası: Əssəlamu ələyki ya mum-təhənətum təhənəkilləzi xələ-qək, fəvəcədəki liməm təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələvatullahi ə-ləyhima, və ənə əs`əluki in kuntu səddəqtuki illa əlhəqtini bitəsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahirun bivilayə-tiki və vilayəti ali bəytik, sələ-vatullahi ələyhim əcməin.

Tərcüməsi: Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.

İmamRezaAz (rəsmi)

19 Nov, 17:24


🔊Linkə daxil olub dualarınızı yazın!

https://www.instagram.com/reel/DCj15jYIiYM/?igsh=MXAzMWkzMHBvcGVkNg==

📌Hərkəsə dua olunacaq!!!

İmamRezaAz (rəsmi)

19 Nov, 14:54


📌Xanım Zəhra (s.ə) belə idi...

Höccətül-İslam Əli Əlizadə

https://youtu.be/9Ey2y-8T9XU?si=iV3poq-QNONf__yP

📲Zəhmət olmasa izləyək,abunə olaq,rəy yazaq və paylaşaq!!!

İmamRezaAz (rəsmi)

19 Nov, 13:54


💎İlahi,bizi İmam Zamana (ə.f) laiqli xidmətçi qərar ver!

İmamRezaAz (rəsmi)

19 Nov, 10:31


💎Təvəssül gecəsi dualarınızı qeyd edin.İmam Rza (ə) hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

19 Nov, 09:01


💎Allahım,bizi Xanım Zəhranı (s.ə) razı salanlardan qərar ver!

İmamRezaAz (rəsmi)

19 Nov, 07:00


📖İlahi,İmam Rza (ə) hərəmini ziyarət edib təbərrük çayından içməyi bütün İmam Rza (ə) aşiqlərinə qismət et!

İmamRezaAz (rəsmi)

19 Nov, 04:29


📜 Xanım Fatimeyi-Zəhranın (s) "Fədək" xütbəsi 3

Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir. Heç bir şəriki yoxdur. Bu elə bir kəlimədir ki, ixlaslı olmağı onun əsası qərar verib və onu qəlblərdə yerləşdirib. Tovhidin dərkini təfəkkürlə açıq-aşkar edib. Gözlər onu görməkdə, dillər onu vəsf etməkdə, düşüncələr isə onun necəliyini dərk etməkdə acizdir. O, bütün mövcudatı onlardan əvvəl heç bir şey olmadan yaradıb. Bütün yaranmışları bənzədəcəyi bir nümunə olmadan xəlq edib. Öz iradə və qüdrəti ilə heç bir şeyə ehtiyacı olmadan və özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıqları yaradıb, onları təsvir və tənzimləyən Allahın məqsədi öz hikmətini göstərmək, ona itaət etməyin zəruriliyini bildirmək, öz qüdrətini zahir etmək və bəndələri ona ibadət etməyə çağırmaqdan başqa bir şey deyildir. Daha sonra O, Ona itaət etməyə görə savab və Ona qarşı çıxmağa görə isə əzab qərar verdi. Bunu bəndələrini cəhənnəmdən uzaqlaşdırmaq və cənnətinə yaxınlaşdırmaq üçün etdi.

➡️ Ardı var

📚 Mənbə: Dəlailul-imamə

İmamRezaAz (rəsmi)

18 Nov, 18:09


Həzrət Zəhranın (s) duası

الهی استعملنی لما خلقتنی له

İlahi məni nə üçün yaratmısansa, onun üçün yaşat.

İmamRezaAz (rəsmi)

18 Nov, 16:26


🔶️Allah bizə lütf edir...

İmamRezaAz (rəsmi)

18 Nov, 13:04


💎 Bəşəriyyət Fatimeyi-Zəhraya (s) borcludur

Realist və məntiqi baxışla yanaşsaq, bəşəriyyət İslama, Qurana, peyğəmbərlərin və son peyğəmbərin təlimlərinə borclu olduğu kimi, Fatimeyi-Zəhrayada (ə) borcludur. Bu həqiqətdir. Tarix boyu həmişə belə olub, bu gün də belədir. İslam nuru və Fatimeyi-Zəhra (ə) mənəviyyatı günbəgün daha da parlayacaq və bəşəriyyət onu daha yaxşı dərk edəcək. Bizim borcumuz özümüzü bu ailəyə mənsubluğa layiq etməkdir. Təbii ki, Peyğəmbər (s) ailəsinə, onların yaxınlarına və onların vilayəti ilə məşhur olanlara mənsub olmaq çətindir. Ziyarətdə oxuyuruq ki, biz sizi sevməklə tanınırıq. Bu məsələ bizim üzərimizə əlavə vəzifələr qoyur.
Allah-Taala mübarək Kövsər surəsində əziz Peyğəmbərə (s) bol xeyir müjdəsi verib buyurdu: "Həqiqətən Biz sənə Kövsər (bol xeyir) bəxş etdik". Burada "kövsər" sözünün təvili Fatimeyi-Zəhradır (ə). Bu, Peyğəmbərin (s) gətirdiyi din qaynağından hər gün bütün bəşəriyyətə, bütün məxluqlara çatan xeyirlər məcmusudur. Çoxları onu gizlətməyə və inkar etməyə çalışmış, amma bacarmamışlar: "Kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu (dinini) tamamlayacaqdır".

📘 Ayətullah Xamenei "250 yaşlı insan"

İmamRezaAz (rəsmi)

18 Nov, 10:57


🔊İlahi,bütün İmam Rza (ə) aşiqlərinə Həzrətin ziyarətini qismət et!

İmamRezaAz (rəsmi)

18 Nov, 08:35


🔊Dini səhifələrin nəzərinə!

İnstagramda müştərək paylaşım emək istəyən dini səhifələr müraciət edə bilər!

📌Qeyd edək ki,müraciət edən səhifələr ən azı 10 min izləyicisi olmalıdır.

➡️Digər şərtlər haqqında da izah veriləcək!

İmamRezaAz (rəsmi)

18 Nov, 06:00


💎Övladlarımıza uşaq olarkən dini məsələləri öyrədək...

İmamRezaAz (rəsmi)

18 Nov, 04:35


🔷️Həzrət İmam Əli (ə) buyurub:

Dünyadan uzaqlaşın ki, dünya bivəfa, məkrli və yalançıdır. Bəxş edən, amma eyni zamanda xəsisdir. Geyindirəndir, amma özü də soyundurandır (verdiyi şeyi sonra geri alandır).

📚Nəhcül-Bəlağə, xütbə 230

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

17 Nov, 16:02


📜 Xanım Fatimeyi-Zəhranın (s) "Fədək" xütbəsi 2

“Allaha verdiyi nemətlərə görə həmd olsun, əta etdiklərinə görə ona şükr olsun. Təqdim etdiyi nemətlərə görə bütün təriflər ona məxsusdur. O, nemətləri heç bir səbəb olmadan ilk olaraq əta etmiş və onun nemətləri hər yeri əhatə etmişdir. Belə ki, onları saymaq, sonunu bilmək və onun miqdarını dərk etmək mümkün deyil. Allah yaratdıqlarını nemətlərin artması üçün şükür etməyə çağırıb və onlar üçün bunun müqabilində nemətləri artırıb. Onları şükr etməyə çağırmaqla verəcəyi nemətləri ikiqat edib.

📚 Mənbə: Dəlailul-imamə

➡️ Ardı var

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

17 Nov, 13:23


Xanım Zəhra (s.ə) dünyada olarkən insanlara İslamı təbliğ etdi və öz şəhadəti ilə də insanları qəflətdən oyatdı.

İmamRezaAz (rəsmi)

17 Nov, 09:49


⬛️Fatiməcan (s.ə) getmə!

Qəmli ol amma yanımda qal getmə!

İmamRezaAz (rəsmi)

17 Nov, 08:16


🕯️Əhli-beytdən (ə) kəlamlar

Əmirəl-möminin Əli (ə) buyurur: "Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir."

📚 Gurərul-hikəm, hədis/2378

İmamRezaAz (rəsmi)

17 Nov, 04:31


⚫️Yaralı Zəhra (s.ə) get səni tapşırdım Allaha!

İmamRezaAz (rəsmi)

17 Nov, 01:38


💎İlahi,yaratdığın bütün gözəllik və nemətlərə görə Sənə sonsuz şükürlər olsun!

İmamRezaAz (rəsmi)

13 Nov, 17:55


📖İlahi,bizi də bildiklərimizə ənəl edənlərdən qərar ver və insanların xidmətində durmağı bizə nəsib et!

İmamRezaAz (rəsmi)

13 Nov, 16:01


🔶️İmam Rza (ə) hərəminin təşkilatçılığı ilə beynəlxalq rəssamlar məzlum Fələstin və Livan hadisələrini rəsm əsərlərində numayiş etdiriblər.

İmamRezaAz (rəsmi)

13 Nov, 13:06


İmanın həqiqəti

Höccətül-İslam vəl muslimin Xəlil İsmayılov

İmamRezaAz (rəsmi)

13 Nov, 11:19


✍️Ayətullah Muctehidi Tehrani

🌷 "Hədisdə vardır ki, öz xəstələrinizi sədəqə verməklə müalicə edin. Qədimdə xəstə olan zaman dərmanların qiymətini əczaxanadan öyrənib, o miqdarda pulu sədəqə verərdilər."

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

13 Nov, 07:02


🔊İmam Rzanın (ə) ziyarət gecəsi dualarınızı qeyd edin!

İmam Rzanın (ə) müqəddəs hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

13 Nov, 05:02


📖İlahi,bütün ailələri mehriban et,subaylara gözəl evlilik qismət et!

İmamRezaAz (rəsmi)

13 Nov, 02:08


🔶️NADAN ADAMIN DOSTU...

İmam Əli(ə):
«Nadan adamın dostu əziyyət və çətinlikdədir.»

📚Ğurarul-Hikəm, hədis 5829

İmamRezaAz (rəsmi)

12 Nov, 17:49


▪️Xalisanə ibadətin dəyəri

✍️ Həzrət Fatimeyi-Zəhra (s.ə) buyurmuşdur:

مَنْ أَصْعَدَ إِلَى اللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ أَفْضَلَ مَصْلَحَتِهِ

“Hәr kәs хаlisanə ibаdәtini Аllаhn dərgahına ucaltsa, Аllаh-Taala dа әn üstün mәslәhәtini оnа nаzil еdәr.”

📚Mənbə : “Bihаrul-әnvаr”, c.68, sәh.184

İmamRezaAz (rəsmi)

12 Nov, 14:58


💎Müvəffəq müştərək həyat üçün ən gözəl yol... 

Höccətül-İslam Əli Əlizadə

https://youtu.be/2sLZt4O4-DM?si=QvGd6Sc4vIlt6hX6

📲Zəhmət olmasa izləyək,rəy yazaq,abunə olaq və paylaşaq!

İmamRezaAz (rəsmi)

12 Nov, 14:38


🔊Salam olsun İmam Rza (ə) aşiqlərinə!!!

Əziz dostlar dizaynerliyi bacaran olsa zəhmət olmasa İmam Rza (ə) hərəmi üçün şəkil düzəltməyə bizə müraciət etsin!

📖Allah sizlərdən razı olsun!

İmamRezaAz (rəsmi)

12 Nov, 13:03


🟢Ey qəlbimin səfası,hər nəyim varsa səndəndir!

İmamRezaAz (rəsmi)

12 Nov, 09:44


📖İlahi,bizi Öz istədiyin kimi qərar ver!

İmamRezaAz (rəsmi)

25 Oct, 15:21


🔷️Həzrət İmam Əli (ə) buyurur:

Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.

📚 Biharul-ənvar, cild 2, səh 56, hədis 33.

İmamRezaAz (rəsmi)

25 Oct, 11:23


🩵 Nüdbə duasından

Qoy ağlayanlar Məhəmmədlə (s) Əlinin (ə) məsum balalarına (Allahın salamı olsun onlara!) və onlar kimilərinə ağlasın! Hicrandan yananlar onların hicranından yansın, göz yaşları onlara axıdılsın, qəmlənənlər onlar üçün qəmlənsin, nalə çəkənlər onlar üçün nalə çəksin, sızıldayan ürəklər onlar üçün sızıldasın.

Qeyd edək ki, Nüdbə duası cümə günü oxunması müstəhəb olan dualardan biridir.

İmamRezaAz (rəsmi)

25 Oct, 10:21


💎Böyük qeyb zamanında 80 vəzifədən

İmamRezaAz (rəsmi)

25 Oct, 07:49


İmam Məhdinin (ə.f) zühuru

İmam Məhdi (ə.f) zühur edəcəyi cümə axşamı Peyğəmbər (s) əlini duaya qaldırıb belə dua edəcək: "İlahi! Sən vəd vermisən ki, nəhayət yaxşı bəndələrin yer üzündə hakim olacaqlar." Sonra Peyğəmbər (s) səcdəyə gedəcək, ardınca Əmirəl-mömininin (ə), imam Həsən (ə) və imam Hüseyn (ə) səcdəyə gedib deyəcəklər: "İlahi düşmənlərinə qəzəbini göstər" Bu zaman Allah-təala Peyğəmbərin (s) duasını qəbul edəcək və zühur baş verəcək.

📚Ğeybət nomani, bab.14, h.56

İmamRezaAz (rəsmi)

25 Oct, 05:48


🌧İmam Rza (ə) hərəmindən rəhmət yağışı.

💎Hərkəsə duaçıyıq!!!

📱 Mohammad Rahmati

İmamRezaAz (rəsmi)

25 Oct, 01:42


💠 Xanım Zəhranın istiğasə namazı

İstiğasə namazı müstəhəb namazlardandır. Yaxşı olar ki, bu namaz cümə günü qılınsın.

Xanım Zəhranın istiğasə namazının təsirləri:
1. Çətinliklərin həlli
2. İzdivacın asan olması
3. Hacət və duaların qəbulu

Namazın qılınma qaydası: Niyyətdə: Xanım Zəhranın (s) istiğasə namazını qılıram qürbətən iləllah deyilir. 2 rəkət sübh namazı kimi qılınır.  Salamlardan sonra 10 dəfə təkbir deyilir. Ardından xanım Zəhra (s) təsbehi (34 dəfə Allahu əkbər, 33 dəfə əlhəmdulillah, 33 dəfə subhənAllah) deyilir və səcdəyə gedib 100 dəfə «یا مَوْلاتی یا فاطِمَةُ اَغیثینی»
_Yəə məvləəti yə Fəətimətu əğisnii_ deyilir. Sonra üzün sağ tərəfi yerə qoyulub bu zikr 100 dəfə deyilir. Sonra üzün sol tərəfi yerə qoyulub 100 dəfə həmin zikr təkrarlanır və yenə alın səcdəyə qoyulub 110 dəfə qeyd olunan zikr təkrarlanır. Bundan sonra hacət istənilir.

İltimasi dua🤲

İmamRezaAz (rəsmi)

24 Oct, 16:24


🔶️İmam Əli (ə) buyurur:

" Çalışın, zəhmət çəkin hazır olun və özünüzə (səfərə çıxmaq üçün) bu dünyada lazım olanları hazırlayın. Dünya həyatı sizdən qabaqkıları aldatdığı kimi sizi də aldatmasın".

📚Nəhcül-bəlağə, xütbə-230.

İmamRezaAz (rəsmi)

24 Oct, 14:27


📖İmam Zamanın (ə.f) salamatçılığı və dünyadan köçənlərimizin ruhlarına hansı surəni oxuya bilərsiz?

İmamRezaAz (rəsmi)

24 Oct, 12:29


🔊Cümə axşamı və İmam Hüseynin (ə) ziyarət gecəsi dualarınızı qeyd edin dua olunacaq!

İmamRezaAz (rəsmi)

24 Oct, 11:10


⚫️Cümə axşamı dünyadan köçənlərinizin adlarını yazın hərəmdə ruhlarına dua olunacaq!!!
«زیارت اهل قبور»
السَّلامُ عَلَى أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ مِنْ أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ یَا أَهْلَ لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ کَیْفَ وَجَدْتُمْ قَوْلَ لا إِلَهَ إِلا اللَّهُ مِنْ لا إِلَهَ إِلا اللَّهُ یَا لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ اغْفِرْ لِمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ وَ احْشُرْنَا فِی زُمْرَهِ مَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ عَلِیٌّ وَلِیُّ اللَّهِ

İmamRezaAz (rəsmi)

24 Oct, 07:32


📖İlahi,bizi yaxşılıqlara əməl edib pisliklərdən çəkindirməkdə müvəffəq et!

İmamRezaAz (rəsmi)

24 Oct, 05:17


📌İmam Rzanın (ə) təbərrük yeməyi üçün necə qeydiyyatdan keçə bilərik

İmamRezaAz (rəsmi)

24 Oct, 01:50


🔶️İmam Rza (ə) Rəyyan ibn Şəbibə buyurur:

" اِن سَركَ اَن تَكُونَ مَعَنا فِي‌الدرَجاتِ العُلي مِنَ الجَنانِ فَاحزَن لِحُزنِنا وافرَحَ لِفَرحِنا"

“Əgər beheştin ali dərəcələrində bizimlə birgə olmaq istəyirsənsə, bizim qəm-qüssəmiz üçün hüznlü ol və şadlığımız üçün xoşhal ol!”

📘Uyunu əxbarir-Rza”, mərhum Şeyx Səduq, 1-ci cild, səh. 300

İmamRezaAz (rəsmi)

23 Oct, 16:16


⚫️Şəhid Seyyid Haşim Səfiuddin (r.ə)

💎Şəhadətin mübarək ey Allahın saleh bəndəsi!

İmamRezaAz (rəsmi)

23 Oct, 13:33


💡Ayətullah Fatiminiya:
Əgər hər şeydən əvvəl günahı tərk etməsəniz, başqa yaxşı işlər görməyiniz əhəmiyyətsizdir.

İmamRezaAz (rəsmi)

23 Oct, 11:09


🔊İmam Rzanın (ə) ziyarət gecəsi dualarınızı qeyd edin!

İmam Rzanın (ə) müqəddəs hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

23 Oct, 08:19


📖İlahi,Öz lütf və kərəminlə qəm-qüssəmizi aradan apar!

İmamRezaAz (rəsmi)

23 Oct, 06:28


💎İmana çatmağın yolu İmam Rza (ə) qapısıdır...

İmamRezaAz (rəsmi)

23 Oct, 04:47


🔷️İnsan öz əməlinin səmərəsidir. Yə'ni necə əməl edərsə, o cür də insan olar. İnsan həm öz əməlini yaradar, həm də öz əməli ilə düzələr.

✍🏻 Mürtəza Mütəhhəri

İmamRezaAz (rəsmi)

22 Oct, 18:01


🤍 Təvəssül duasından

Allahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fəracəhum

İlahi mən Səndən istəyirəm və Sənin dərgahına üz gətirirəm Həzrət Muhəmmədi (s) vasitəçi gətirirəm! Ey Əbəl Qasim! Ey Rəsulullah! Ey rəhmət imamı! Ey bizim ağamız və mövlamız! həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi və şəfaətçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah yanında uca məqamlı olan! Allah yanında bizə şəfaətçi ol!

📸 Jalal Behnam

İmamRezaAz (rəsmi)

22 Oct, 16:18


🔷️Şeytanın şərrini ailəmizdən necə uzaq edək?

Höccətül-İslam Əli Əlizadə

https://youtu.be/KW-sh7hKX4E?si=JkN5krPM2ZqHY_DS

🔊Yeni kanalımıza abunə olub paylaşmağınızı xahiş edirik!!!

İmamRezaAz (rəsmi)

22 Oct, 15:06


🕯️Əhli-beytdən (ə) kəlamlar

Əmirəl-möminin Əli (ə) buyurur: "İnsanın sağlam olmasına bu kifayət edərki, digərlərinin eyblərini zehnində az saxlasın."

📚 Mizanul-hikmət, cild.8, səh.332

📸 Mohammad Rahmati

İmamRezaAz (rəsmi)

22 Oct, 13:14


📖Allah sizə də İmam Rza (ə) hərəmind oturub Həzrətlə dərdləşməyi qismət etsin!

İmamRezaAz (rəsmi)

22 Oct, 10:21


💎İlahi,məzlumun müdafiəsində bizə yardımçı ol!

İmamRezaAz (rəsmi)

22 Oct, 08:03


💎Təvəssül gecəsi dualarınızı qeyd edin.İmam Rza (ə) hərəmində hərkəsə dua olunacaq!

İmamRezaAz (rəsmi)

22 Oct, 05:59


💎Allah-Təala Quranda kimlərə Şeytanın qardaşları deyir?

İmamRezaAz (rəsmi)

22 Oct, 04:28


💡 Əgər moizə təsir etmirsə

İnsanı ədəbləndirmənin tənha yolu nəfsin islahıdır. Əgər bir kəsə moizə təsir etməsə bilsin ki, o hələ insanlıq vadisinə daxil olmayıb.

Əllamə Həsənzadə Amuli

📸 Aliakbar shishechi

İmamRezaAz (rəsmi)

21 Oct, 17:40


🖤 Ruhu öldürür

Boş və mənasız sözlər insanın ruhunda böyük təsir qoyur, (hətta) ruhu öldürür. Mən bihudə sözləri haram yeməkdən az bilmirəm.

Ayətullah Kuhestani (r)

📸 Mohammad Rahmati

İmamRezaAz (rəsmi)

21 Oct, 15:11


Kimlər İmam Rza (ə) üçün darıxıb?

İmamRezaAz (rəsmi)

21 Oct, 13:07


📖İlahi,bizi Öz sevdiklərindən qərar ver!

İmamRezaAz (rəsmi)

21 Oct, 10:20


📖İlahi,İslam ordusuna yar və yardımçı ol! İslam düşmənlərinin şərlərini özlərinə qaytar...

İmamRezaAz (rəsmi)

21 Oct, 08:07


📌Hansı işlər Allahı insana unutdurur? Sizcə o digər sifətlər hansılardır?

İmamRezaAz (rəsmi)

21 Oct, 05:56


💎İmam Rzaya (ə) ürəy sözlərimizi yazaq!

İmamRezaAz (rəsmi)

21 Oct, 04:21


🔶️ Ümmü-Sələmə dedi:

“Allah Rəsulunun (s) Əliyə (ə) belə buyurduğunu  eşitdim: “Səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət edər”.

📚"Qurərul Əxbar" səh.142

İmamRezaAz (rəsmi)

21 Oct, 01:39


🔶️İmam Həsən Əskəri (ə) buyurur:

"Allah-taala Öz höccətlərini digər məxluqlarının içindən ayırıb. Ona hər bir şeyin mərifətini (elmini) verib. Əgər belə olmasaydı höccət ilə camaat arasında heç bir fərq olmazdı".

📚Şeyx Müfid (r.ə), "Əl-İrşad", cild 2, səh 331