NAMAZ @namaz_sie Channel on Telegram

NAMAZ

@namaz_sie


𝓑𝓲𝓼𝓶𝓲𝓵𝓵𝓪𝓱
☑️ NAMAZ
🤲 Dualar
📚 Quran Ayələri
📃 Hədislər
🎧 Möizələr
🎤 Mərsiyələr
🕋 Dini paylaşımlar
🕯️Allahumm Əccilli Vəliyyikəl Fərəc💖
حَسْبِيَ الل

Əlaqə 👉 @Namaz_sie_bot

NAMAZ (Azerbaijani)

Salam dostlar, bu gün sizlərə möhtəşəm bir Telegram kanalından danışmaq istəyirəm. Kanalın adı "NAMAZ" və onun username-i @namaz_sie. Bu kanalda sizə bir çox dini məzmun təqdim olunur. Burada dualar, Quran ayələri, hədislər, möizələr, mərsiyələr və dini paylaşımlarla təmin olunursunuz. Hər bir müsəlmanın həyatında baş əhəmiyyətli mövzu olan namazla bağlı məlumat almaq istəyirsinizsə, bu kanal sizin üçün ən yaxşı seçimdir. Ayrıca kanalda Allahümm Əccilli Vəliyyikəl Fərəc duası da yer alır. Əgər siz dini motivasiya alaraq ruhunuzu təmizləmək və mənəvi dəstək arıyırsınızsa, Namaz kanalı sizə kömək edəcək. Əlaqə üçün @Namaz_sie_bot-ə yazın və bu mədəni məqalələrlə dolu kanalın qoşulmasından zövq alın. Allah yar və yardımcınız olsun.

NAMAZ

21 Nov, 12:00


Həqiqi namaz əhlinin xüsusiyyətləri

1. Mütilik - cismin və ruhun ədəblərindəndir.
Hz. Peyğəmbər (s) bir kişini namaz qılan zaman saqqalı ilə oynayan halda görür və buyurur: “Əgər ruhu müti olsaydı, heç bir zaman bu işi görməzdi”.
Ona görə də namaz əhlinin malik olmalı sifətlərdən biri - ruhunun müti və itaətkar olmasıdır.
Quran: “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”.
“Muminun” surəsi, ayə 2
2. Namaz əhlinin ikinci sifəti - nəzarətdir.
Quran:“Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar)”.
“Ənam” surəsi, ayə 92
3. Namaz əhli dünya işlərini namaza görə tərk edərlər. Namaz əhlinin üçüncü sifəti budur.
Quran: “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər”.
“Nur” surəsi, ayə 37
3. Namaz əhli namaza sevinclə tələsər.
Quran: “Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir”.
“Cümə” surəsi, ayə 9
4. Namaz əhli namaza ən yaxşı paltarlarını geyinər.
Quran: “Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin)”.
“Əraf” surəsi, ayə 31
5. Namaz əhlinin namaza qarşı sabit eşqləri vardır.
Quran: “O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər”.
“Məaric” surəsi, ayə 23
6. Namaz əhli gecə namazı üçün ayağa qalxar.
Quran: “Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”.
“İsra” surəsi, ayə 79
Bu ayədə Peyğəmbərə (s) xitab edilsə də, bütün namaz əhlinə aid edilir.
7. Namaz əhli gecənin namaz qılaraq səhər edərlər.
Quran: “Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”.
“Furqan” surəsi, ayə 64
8. Namaz əhlinin bəzisi səcdələrini göz yaşları ilə yerinə yetirərlər.
Quran: “Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər”.
“Məryəm” surəsi, ayə 58

NAMAZ

15 Nov, 05:05


🪶... İbn Sina deyir:

Mən namazın şagirdiyəm; Çünki nə vaxt elmi bir problem qarşıya gəlsəydi, məscidə gedib iki rükət namaz qılıb, Allahdan həmin problemin həll olmasını diləyərdim və həll olardı.

NAMAZ

10 Nov, 07:28


RƏDD OLUNAN NAMAZLAR

Hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:

1. Etinasızlar

İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.” (“Bihar”, 84-cü cild, səh.242.)

2. Haramxorlar

Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.” (“Bihar”, 84-cü cild, səh.258.)

3. Evdə məsuliyyətsizlik edənlər

Allahın rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.” (“Nəhcül-fəsahə”, 54-cü cümlə.)

4. Zəkat verməyənlər

Qurani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil. (“Bihar”, 84-cü cild, səh.317.)

Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.

5. Təqvasızlar

Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil. (“Bihar”, 84-cü cild, səh.253 və 258.)

6. “Haqin” və “haqib”

“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur.

İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354.)

7. Sevilməyən pişnamaz

Bəzən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.” (“Bihar”, 84-cü cild, səh.317.)

NAMAZ

07 Nov, 07:20


İmam Əli (ə) buyurub:

«Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar.»

Nəhcul-Bəlağə.

NAMAZ

06 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

NAMAZ

05 Nov, 07:21


İmam Sadiq ə:
Qecə namazı üzü göyçəkləşdirir, qəmi arajdan aparır və gözü gücləndirir.
Təhzib əl-əhkam 2 cild səfhə 122
https://t.me/namaz_sie

NAMAZ

04 Nov, 05:55


● Sübh namazı haqqında ●

Sübh azanından günəş çıxmasına qədər təxminən bir saat yarım zamandır. Hədislər bu saatı Behişt saatı adlandırmışdır.Bu saat elə bir fəzilətli saatdır ki, insana dünya və axirət bərəkətləri gətirər. Məsumların (ə.s) bu saatla bağlı tövsiyələrinə baxaq:
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Hər kim sübhün doğmasından günəş çıxmasına qədər namaz yerində əyləşərsə və namazın təqibatları ilə məşğul olarsa, Mehriban Allah onu cəhənnəm atəşindən qoruyar.
Həzrəti Peyğəmbər (s.a.v.v) başqa yerdə buyurur: Hər kim sübh zamanı 7 dəfə bu ayələri (Yusif, 84),(Əraf, 196),(Tövbə,129) oxusa,həmin gün bəladan qorunar.
İmam Baqir (ə.s) buyurur: Hər kim fəcr doğandan sonra Qədr surəsini 7 dəfə oxusa 70 cərgə mələk ona salavat göndərər,70 dəfə onun üçün rəhmət istəyər.
İmam Baqir (ə.s) yenə buyurur: Hər kim səhəri edər və Allahın dörd nemətini yada salmaz qorxuram ki, Allahın bu nemətləri onun əlindən getsin.Həmin dörd nemət və ona şükür etmək belədir: Şükür Allaha məxsusdur ki, Özünü mənə tanıtdı və kor qəlbli məni öz halına buraxmadı.Şükür Allaha məxsusdur ki məni Muhammədin (s.a.v.v) davamçılarından qərar verdi. Şükür Allaha məxsusdur ki ruzimi öz ixtiyarında qərar vermiş və onu insanlara tapşırmamışdır. Şükür Allaha məxsusdur ki, günah və eyiblərimi örtmüşdür və insanların yanında məni rəzil-rüsvay etməmişdir.
İmam Əli (ə.s) buyurur: Hər kim günəş çıxmazdan əvvəl İxlas,Qədr,Ayətül-kürsü surələrində hər birini 11 dəfə oxuyarsa, maddi ziyanlardan amanda qalar.
İmam Əli (ə.s) buyurur: Sübh namazından sonra günəş çıxana qədər Allahı zikr etmək hətta ticarət səfərlərində belə ruzini cəlb etməkdə daha təsirlidir.
İmam Baqir (ə.s) buyurur: Sübh yuxusu xəcalətli və bəyənilməzdir.Ruzini uzaqlaşdırar,üzün rəngini sarı və dəyişkən edər.Allah Təala ruziləri günəş çıxana qədər paylayar. Bu saatlarda yatmaqdan çəkinin.
İmam Baqir (ə.s) buyurur: Hər kim sübh namazından sonra 70 dəfə istiğfar edərsə, Allah onu bağışlayar.

NAMAZ

03 Nov, 05:44


Allah Rəsulu(s)buyurur:

*`Allaha and olsun ki,namazına biganə yanaşana şəfaətim şamil olmaz və (Cənnətdə) hovuzun başında mənim yanıma gəlməz.`*

_📖Ravzatul-Vaizin,səh.541_

NAMAZ

02 Nov, 07:24


İmam Baqir (ə) buyurur:

*“Adəm övladı beş namazı vaxtında qıldıqca Şeytan ondan qorxar və qaçar.*
*Əgər namazları vaxtında qılmazsa, Şeytan ona qarşı cürətli olub, onu böyük günahlara sürükləyər".*

> ^📖Ravzatul-Vaizin,səh.541,hədis.776

NAMAZ

01 Nov, 07:15


NAMAZA HAZIRLIQ

- vaxt çərçivəsində qılmaq;
- qibləyə yönəlmək;
- qüsl, dəstəmaz, yaxud təyəmümlü olmaq (mükəlləfin vəzifəsinə uyğun olaraq);
- bədən və paltarın pak olması;
- geyimlə bağlı şərtlərə riayət etmək;
- məkanla bağlı şərtlərə riayət etmək.
Beləliklə, namaz qılmaq istəyən şəxs bu hazırlıqlardan hansına sahib deyilsə, namazdan öncə həmin hazırlıq tələbini yerinə yetirməlidir.

NAMAZ

31 Oct, 06:42


lam* buyurdu: *"Nə yaxşı ki, xəbər verdin. Allah Taala səni namaz qılanlardan qərar versin".*
*Əllahummə salli əla Muhəmmədin və Ali Muhəmməd!*

NAMAZ

31 Oct, 06:42


*Nə üçün namazda fikrimiz yayınır? Nə üçün beş dəqiqəlik namaz bizə bir saatlıq kimi gəlir?*

*İmam Cəfər Sadiq əleyhissalam* buyurur:
رُوِیَ عَنِ الصَّادِقِ عَلَیهِ السَّلَامُ قَالَ:
إِذَا قَامَ الْعَبْدُ إِلَى الصَّلَاةِ أَقْبَلَ اللَّهُ عَزَّ وَ جَلَّ عَلَیْهِ بِوَجْهِهِ فَلَا یَزَالُ مُقْبِلًا عَلَیْهِ حَتَّى یَلْتَفِتَ ثَلَاثَ مَرَّاتٍ فَإِذَا الْتَفَتَ ثَلَاثَ مَرَّاتٍ أَعْرَضَ عَنْهُ
*"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa, Allah Taala ondan üz döndərər".*

"Biharul-ənvar" 81-ci cild 241-ci səhifə
"Vəsailuş-şiə", 7-ci cild 288-ci səhifə

Hədisin şərhi:
1. *İmam Cəfər Sadiq əleyhissalamdan* nəql edilmiş bu hədisin əvvəlində *İmam (ə)* buyurur:
*"Allah Taala üzünü ona tərəf tutub ona baxar"*, bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli, insan Allah Taalaya tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni namaz qılan insanı Öz lütfünə, mərhəmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundan ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər.
2. Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır. İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən məhrum olar.
3. İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz döndərməz. Deməli, insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni qırmaz.
4. Allah Taala Öz bəndəsinə olduqca mehribandır. Üzünü bəndəsinə tərəf tutur, amma bəndəsi Ona etina etmir. Bununla belə Allah Taala üzünü ondan çevirmir. Bəndəsinə üç dəfə fürsət verir. Belə bir gözəl Allah Taalaya etina etməmək heç bir ağıl sahibinə başa düşülən deyil.
5. İnsan əgər həqiqi bəndə olarsa namazda Allah Taaladan başqasına üz tutmaz, diqqəti yalnız sevimli Rəbbində olar. Hədisdə var ki, əgər insan namazını Allah Taaladan başqasına nəzər salmadan qılarsa, bu namazın ilkin faydası bu olar ki, həmin insanın bütün kiçik günahları bağışlanar.
6. İnsanın namazda bütün diqqəti yalnız Allah Taala olmalıdır. Xəyal qüvvəsini dünya işləri barədə fikirləşməyə qoymamalıdır. Yəni nə qədər ki, namaz qılırsan pulu, evi, maşını, alveri, gəzməyi... düşünmə. Bir neçə dəqiqəlik dünyadan uzaq ol və dünyanı unut.
7. İnsan namazda həqiqətən Allah Taala ilə üzbəüz olduğunu dərk edə bilərsə, həmin insan namazın tez qurtarmasını istəməz. Namazını tələsik və sürətlə qılmaz.
8. İnsan namazda Allah Taalaya diqqət etmədiyi və Ona etina etmədiyinə görə bu namaz insana ağır gəlir. O namazı qılmağı özünə bir yük bilir. Namazı bitirdikdə elə sevinir ki, sanki bir ton yük götürmüş dəvədir ki, sahibi o yükü dəvənin üstündən götürdü.
9. İnsan namaz qılarkən Allah Taalanın ona olan nəzərinə etinasızlıq edirsə, bu iş həmin insanın qəlbində Allah Taalaya olan sevginin yoxluğu olmasa, da azlığından xəbər verir. Təsəvvür edin, iki məşhur futbol komandası oynayanda 90 dəqiqə bizlərə 5 dəqiqə kimi gəlir. Amma namaz qılanda 5 dəqiqə bizə 90 dəqiqəyə bərabər olur.
10. İnsanın dualarının qəbul olmasının əsas şərtlərindən biri namazdır. İnsan namazına laqeyd yanaşırsa, Allah Taalanın ona üç dəfə nəzər salmasına etnina etmirsə, elə dünyadan yapışaraq qalıbsa, deməli, dualarının qəbul olmamasında heç kimi günahlandırmamalı və Allah Taalaya şikayət etməməlidir.
11. Odur ki, Allah Taaladan istəyək ki, bizləri həqiqi namaz qılanlardan qərar versin. Necə ki, Aşura günü döyüşün ən çətin anlarında *imam Hüseyn əleyhissalamın* dostlarından olan Səid ibn Abdullah göyə baxırdı. *İmam Hüseyn əleyhissalam buyurdu: "Ey Səid, nə olub?!"*
Səid dedi:
*"Ey Peyğəmbərin(s) övladı, zöhr namazının vaxtıdır."*
*İmam Hüseyn əleyhissa