🕋💞İBADƏT 313💞🕋 @ibadet313 Channel on Telegram

🕋💞İBADƏT 313💞🕋

@ibadet313


Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək ..

🕋💞İBADƏT 313💞🕋 (Azerbaijani)

🕋💞İBADƏT 313💞🕋 kanalına xoş gəldiniz! Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək. İBADƏT 313 kanalı, ibadətə, mənəviyyat və bəxt əldə etməyə həsr olunmuş bir məkandır. Burada mənəvi gücünüzü qüvvətləndirəcək və sizə ilham verəcək məzmunlarla bəzədilmişdir. İstifadəçilərimizə mənəvi inkişaf və keyfiyyətli həyat təcrübələri təqdim etməklə məşğul oluruq. Əgər siz də ruhanə bir yolculuğa çıxmaq və mənəviyyatınızı inkişaf etdirmək istəyirsinizsə, İBADƏT 313 kanalına qoşulun və mənəvi dəyərləri birlikdə paylaşaq. Siz də bizim mənəviyyat dünyamıza qoşulun və ruhunuzu zənginləşdirin. Birlikdə daha güclü olmaq üçün sizi İBADƏT 313 kanalına dəvət edirik!

🕋💞İBADƏT 313💞🕋

21 Feb, 06:08


`Həzrət Peyğəmbər buyurur:

"Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir."

> "Bihərul-Ənvar", c.75, səhifə 54, hədis 19.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

17 Feb, 05:41


#Hökmdarlıq
📝 Hökmdarlığın zəruriliyi

🍀 İmam Əli (ə):

👉 «Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun müddətli fitnələrdən daha yaxşıdır.»

📚 Biharul-Ənvar, c.75, səh.359,
#hədis 74.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Feb, 04:39


İmam Sadiq (ə): «İlk vaxtın (qılınan namazın), vaxtın sonu üzərində olan üstünlüyü axirətin dünya üzərində olan üstünlüyü kimidir.»

Səvabul-Əmal, səh. 58, hədis2

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Feb, 09:34


Bu gün bişirdiyimiz yeməyin savabını İmam Səccad (ə), imam Baqir (ə), imam Sadiq (ə)-a hədiyyə edirik qurbətən iləllah

İmam Sadiq (ə) buyurur: "Yeməkdən əvvəl əllərini yuyub, dəsmalla qurulamayan şəxsin əllərində nəmlik qaldığı müddətdə yeməyi bərəkətli olar".

`Məkarimul-əxlaq

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Feb, 06:14


İmam Baqir (ə) buyurdu:

Bəndə yalnız Allahı, Rəsulunu, bütün imamları və zamənəsinin imamını (İmam Mehdini ə.f) tanımaqla mömin olar. Mömin işlərini Ona (ə.f) qaytarıb və ona təslim olar.

Şeyx Kuleyni - "Əl-Kafi" Cild 1, Səhifə 105, Hədis

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Feb, 02:21


İmam Zaman (ə.f) ətirli cüməniz mübarək🌹`

•Cabir İmam Əlinin (ə) belə buyurduğunu rəvayət edir: “Cümə günü dua və istəklərinizi artırın, çünki həmin günün müəyyən saatlarında əlaqəni kəsmək, günah etmək və üzə ağ olmaqdan başqa, bütün dualar, istəklər müstəcəb olur. Bilin ki, cümə günü xeyir və şər (xeyir əməlin savabı və pis əməlin cəzası) ikiqat olur"

"Məhasin", səh.66

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

11 Feb, 04:59


Abdullah ibn Sinan nəql edərək deyir:
“İmam Sadiq (ə) buyurdu:

Kim hər gün iyirmi beş dəfə *“Allahummə! İğfirlilmumininə vəl-muminəti vəl-musliminə vəl-muslimət”* desə, Allah (onun üçün) indiyə qədər olmuş və Qiyamət gününə qədər olacaq möminlərin sayı qədər xeyir əməl yazar”.

_📖Səvabul əmal və iqabul əmal səh.216 hədis.612_

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Feb, 07:03


İmam Səccad (əleyhissəlam) buyurur:
"Çox nəsihət etmək töhmətə gətirib çıxarar".

Əl-Ərbəunə Hədisə, səh.29

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Feb, 15:37


İmam Sadiq (əleyhissəlam) buyurur:


"Həqiqətən, Fatimə binti Muhəmməd (salamullahi əleyha) oğlu Hüseynin (ə) qəbrini ziyarət edənləri qarşılayır və Allahdan onların günahlarının bağışlanmasını istəyir."


📓İbn Qavləveyh Qumi (r),"Kamiluz-ziyarat", səh.231

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Feb, 06:52


🌸Peyğəmbər (s):🔻

💠 İnsanların ən yaxşısı o şəxsdir ki, insanlar üçün daha faydalıdır.

📚 Nəhcül-Fəsahə.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Feb, 03:49


🌷🍃🍂🍁🍃🍂🍁🍃🍂🍁
🍃🍂🍁
🍂🍁
🍁☘️
#Ədəb

İmam Əli (ə):

«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.»

📚 Ğurərul-Hikəm, hədis 3590.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

05 Feb, 09:57


Gecəni sizin dincəlməyiniz üçün yaradan və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır.

Yunus:67

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

05 Feb, 05:51


İmam Əli (ə) buyurur: Gününüzü elə-belə və boş-boşuna keçirməyin. Çünki əməllərinizi qoru- yan qoruyucular var. Allahı hər bir yerdə zikr edin, Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salavat deyin. Çünki Allah sizin dualarınızı salavat zikr etmək və ona riayət etməklə qəbul edər.

Tuhəful-Uqul

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

04 Feb, 03:36


Qurani-Kərim

🌺 ومَن يَعْتَصِم بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيم ٍ
Hər kəs Allaha sığınsa şübhəsiz düzgün yola hidayət olmuşdur...

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

03 Feb, 12:51


https://youtu.be/fvyYQYaFVz0?si=14d-UThiupO6o5np

🕋💞İBADƏT 313💞🕋

03 Feb, 10:39


Əmirəl-möminin (ə) buyurub: "Dörd şeyi öyrənmək üçün dəvələrin belinə minib çölləri gəzib dolansanız da azdır. Heç kim Rəbbindən başqa kimsədən heç nə istəməsin. Günahından başqa heç nədən qorxma. Bilmədiyi halda bilmirəm deməkdən utanmasın. Bilmədiyi halda öyrənmək üçün təkəbbürlənməsin"

Töhfələr

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

02 Feb, 09:52


https://youtu.be/a0NgGTaIe5E?si=APmEbS5DkHDj-nIM

🕋💞İBADƏT 313💞🕋

02 Feb, 04:35


İbn Amir nəql edərək deyir: "Səhabələr Allah Rəsulunun (s) yanında Şəban ayının fəzilətləri barədə söhbət açdılar.
Peyğəmbər (s) buyurdu:

"Ali cənab aydır və bu mənim ayımdır. Ərşi daşıyan mələklər ona ehtiram edir və onun haqqını bilirlər.
Bu ayda Ramazan ayı üçün möminlərin ruzisi artır və cənnət bağları bəzənir. Onda möminlərin ruzisi bölüşdürüldüyü üçün bu ay "Şəban" adlandırılmışdır.

*Bu əməllər ayıdır. Bu ayda xeyir əməllər yetmiş dəfə artır, pis əməllər isə azalır. Günahlar bağışlanır və xeyir əməl-lər qəbul olunur. Allah onda öz bəndələrinə öyünür, öz ərşindən oruc tutan və namaz qılanlara nəzər edir və onlarla ərşi daşıyan mələklərin qarşısında öyünür".*

Onda Əli ibn Əbu-Talib (ə) ayağa qalxıb dedi:

"Ey Allahın rəsulu, atam-anam sənə fəda olsunlar! Bu ayın fəzilətlərindən bizə bir şey danış ki, bizdə bu ayda oruc tutmaq və namaz qılmağa və bu ayın gecə-lərində Allaha xatir oyaq qalmağa istək artsın".

Peyğəmbər(s) buyurdu:

*"Kim Şəban ayının ilk günü oruc tutsa, Allah onun üçün yetmiş xeyir əməl yazacaqdır. Həmin əməllərdən biri bir il ərzində ibadət etməyə bərabərdir.*

📕Səvabul-əmal və iqabul-əmal səh,84,hədis.242

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

31 Jan, 06:43


Hər gün bir ayə!

“Sonra isə o gün, şübhəsiz, siz nemətlər barəsində sorğu-sual olunacaqsınız“. (Təkasur 8)

İmam Baqir (ə) bu ayə haqqında buyurub: “And olsun Allaha ki, bu ayədə yeməklər və içməlilər nəzərdə tutulmur, lakin nemətlərdə məqsəd bizim vilayətimizdir.”

Suleyman Qunduzi əl-Hənəfi, Yənabiul-Məvəddət.

Allahummə əccil li vəliyyikəl fərəc.


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

30 Jan, 08:43


Məhəmməd peyğəmbər (ص) buyurub:
- "Qəlbində təkəbbür toxumundan zərrə qədər olan şəxs cənnətə daxil olmayacaq".

Bəzi səhabələri dedilər:
- "Ey Allahın Rəsulu, (o zaman) biz həlak olduq. Şübhəsiz ki, bizdən hər biri ayaqqabısının və paltarının gözəl olmasını sevir".

Peyğəmbər (ص) buyurdu:
- "Bu (dediyiniz) təkəbbür deyil. Təkəbbür yalnız (Allahın qərar verdiyi) haqqa qarşı çıxmaq (haqqı inkar etmək) və insanları kiçik görməkdir".

📚Biharul-ənvar, cild-2, səh.-143, hədis-9

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Jan, 13:34


Allah rəsulu (s) buyurdu.

Ümmətimdən yetmiş min nəfər Cənnətə sorğu-sualsız daxil olacaq Sonra Peyğəmbər (s) Möminlərin əmiri Əliyə (ə)  baxaraq belə buyurdu Onlar sənin şiələrindir və sən onların imamısan.

(Ravzatul-vaizin səh 505 hədis 687)


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Jan, 10:33


İmam Sadiq (ə) buyurub.

Bizim vasitəmizlə Allaha ibadət edilibdir və Biz Əhli-beyt (ə) olmasaydıq Allah tanınmazdı.

Bəsairud-Dəracat fi Fədaili Ali-Muhəmməd (s), c 1, səh 61, hədis 3


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Jan, 10:32


İmam Əli (ə) buyurub.

Allahın səni Ona qarşı günah işlətməkdə görməsi, Ona itaətdə isə tapmamasından qorx ki, ziyana uğrayanlardan olarsan. Güclənəndə, Allahın itaətində güclən. Zəifləyəndə, Allaha qarşı günah etməkdə zəiflə.

"Nəhcül-Bəlağə",səh.476, kəlam 375


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Jan, 05:06


İlahi, məni Özündən başqa hər şeydən tamamilə qopar!

(Şəbaniyyə münacatından.)🌸


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

08 Jan, 08:13


İmam Sadiq (əleyhissəlam) buyurub:


"Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun".

O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu:

"Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın".


“əl-Kafi”, c.4, səh.87, hədis 1


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

08 Jan, 02:10


"İlahi, Rəcəb ayını bizim üçün bərəkət, rəhmət və məğfirət ayı et!
Bu ayda bizləri Öz razılığın yolunda sabitqədəm eylə,
Qəlblərimizi iman nuru ilə doldur,
Günahlarımızı bağışla və dualarımızı qəbul eylə!


Ya Rəbb, bizi İmam Zaman (ə.f) cəmlənmiş ordusundan qərar ver!"


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

07 Jan, 06:12


Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.

📖 " Əhzab" surəsi,ayə/3.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Jan, 05:50


Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi:

Ya Rəsulullah (s) mənə dünya və axirət xeyirini özündə cəm edəcək bir əxlaqı öyrət.
Peyğəmbər (s) buyurdu:
   Yalan Danışma.

(Biharul-ənvar, cild 72, səh 262, hədis 43.)


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Jan, 05:50


İmam Əli (ع) buyurub :

”Bəndə istər zarafatca, istərsə də ciddi şəkildə yalan danışmağı tərk etməyənə qədər imanın ləzzətini dada bilməz”

Kitab : əl-fətəva əl muyəssərə : səh 390.


❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

03 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋💞İBADƏT 313💞🕋

03 Jan, 06:13


🌺İmam Sadiq (ə) buyurub:

“Allah təala buyurubdur:
“Kim Məni gizlində yada salarsa, Mən də onu aşkarda yada salaram.”

📙əl-Kafi, c 2, hədis 1

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

02 Jan, 12:22


Bütün ay boyu altmış rükət namaz qılmaq

Elə ki, hər gecə iki rükət yerinə yetirsin. Hər rükətdə “Həmd”dən sonra üç dəfə “Kafirun”surəsini, ondan sonra bir dəfə “İxlas” surəsini oxumaq lazımdır. Salamları deyib əlləri göyə qaldırıb deyin:
La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir, və iləykəl məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih.

Göyə qalxmış əlləri üzünə çəksin. Peyğəmbərdən (s) nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona altmış həclə altmış ümrənin savabı verilər.

Məfatihul-cinan

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

02 Jan, 09:19


Rəcəb ayında üzürlü səbəbdən oruc tuta bilməyənlərə tövsiyə

Əbu Səid Xudri nəql edir: Peyğəmbərdən (s) soruşdular:

“Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ucbatındanə oruc tutmağa aciz olan, eləcə də şəri üzrü olan (aylıq peryod) qadın bu savaba çatmaq üçün nə etsin?”

Peyğəmbər (s) buyurdu: “Hər gün miskinlərə (yoxsullara) bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutana verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplansalar da, cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan biri qədərini hesab edib sona çatdıra bilməzlər.”

Soruşdular: Ey Allahın Rəsulu (s) əgər bir kəs bu sədəqəni də verə bilməsə, nə etsin ki, bu savaba çatsın?
Peyğəmbər (s) buyurdu: Hər gün (Rəcəb ayının 30 gününü) yüz dəfə aşağıdakı zikri desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

"Sübhanəl ilahil cəlil. Sübhanə mən la yənbəğit-təsbihu illa ləhu. Sübhanəl əəzzil əkrəm. Sübhanə mən ləbisəl izzə və huvə ləhu əhlun."

"Əl-Əmali”, Şeyx Səduq, səh.539, məclis 80;
“Səvabul-əmal və iqabul-əmal”, Şeyx Səduq, səh.58,
“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

02 Jan, 04:06


İmam Baqir (ə) buyurur:

“Kim Rəcəb ayının əvvəli, ortası, yaxud
sonuncu günü oruc tutarsa, Allah-taala Cənnəti ona vacib edər və Qiyamət günü onu bizim dərəcəmizdə edər. Kim Rəcəb ayında iki gün oruc tutarsa, ona belə deyilər: “Allah sənin keçmiş günahlarını bağışladı. Yenidən əməl etməyə başla”. Kim Rəcəb ayında üç gün oruc tutarsa, ona belə deyilər: “Keçmiş və sonrakı günahların bağışlandı. Günahkar qardaşlarından və tanıdıqlarından kimə istəyirsənsə, şəfaət et. Kim Rəcəb ayından yeddi gün oruc tutarsa, Cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Kim Rəcəb
ayında səkkiz gün oruc tutarsa, Cənnətin səkkiz qapısı onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə daxil olar".

> Ravzatul-vaizin səh 670

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

28 Dec, 06:45


Imam Sadiq (ə ) buyurur: "Kim bir xəstəni Allaha xatir ziyarət edərsə, Allah xəstənin ziyarətçi üçün etdiyi hər duanı qəbul edər".

Məkarimul-Əxlaq, cild-1, hədis 44/2363

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

27 Dec, 10:02


Allah Rəsulu (s) buyurub:

*“Kim Cümə günü mənə YüZ dəfə Salavat, göndərərsə, otuzu dünya, otuzu isə axirət üçün olmaqla Allah onun altmış hacətini həyata keçirər.”*

_📖Savabul- ǝmal və iqabul- əmal, səh 156._

“Möminlərin əmiri Əli 
(ə) buyurub:

“Peyğəmbərə (s) göndərilən salavat günahları suyun odu söndürdüyündən yaxşı silir. Peyğəmbəri (s) salamlamaq qul azad etməkdən daha yaxşıdır. Peyğəmbərə (s) olan sevgi isə qəlblərin qanından daha yaxşıdır” – və yaxud İmam buyurdu: “Allah yolunda vuran qılınclardan (daha yaxşıdır)”.

📖 Səvabul-əmal və iqabul-əmal.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

23 Dec, 07:29


Allahın Peyğəmbəri (s): «Quran oxumaq sənin işin olsun! Çünki Onu
oxumaq günahların kəffarəsidir və alovun qarşısında pərdə, əzabdan
qorunmağın səbəbidir.»

Biharul-Ənvar, c. 92, səh. 17, hədis 18

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Dec, 05:29


Bu gün bişirdiyimiz yeməyin savabını hədiyyə edirik İmam Zaman (ə.f) ağamıza

Səhər yeməyini tez yeyin

İmam Sadiq (ə):

Sübh namazını bitirəndən sonra bir para çörək ye ki, onunla:

👉Ağzının iyini xoş edəsən
👉Hərarətini yatırasan
👉Dişlərini möhkəmlədəsən
👉Damağını bərkidəsən
👉Ruzini ələ gətirəsən
👉Xasiyətini düzəldəsən

> Biharul-ənvar, cild 66.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

20 Dec, 04:45


Cümə qüsulu
Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»
(Biharul-Ənvar, c.81, səh.129, hədis 18)
CÜMƏ GÜNÜNÜZ MÜBARƏK.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Dec, 05:51


Şəkk əhli olanlarla əlaqəni kəsmək lazimdir! Kimin ki eqidesinde problem var onunla oturub durmaq olmaz!!!

İmam Sadiq (ə) belə buyurur: Kim haqqa şəkk edənlərlə bir yerdə oturarsa, bunun nəticəsində o şəkkə düşənlərdən olar.

Əllamə Məclisi “Biharul-ənvar”: c.74, səh.197, hədis: 31

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

17 Dec, 09:24


"İnsan ruhunun həqiqi vətəni Allahdır. İnsan bu dünyada qəribdir. Ona görə də rahatlıq tapa bilmir, daim darıxır, çatdığı heç bir arzusu onu sonadək xoşbəxt etmir.."🕯️

🖋️... Mürtəza Mütəhhəri

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Dec, 15:08


Ayətullah Cavad Amuli

- Dünyanın ən yaxşı yeməyi bal, və ən yaxşı paltarı ipəkdir ki, hər ikisi də həşərat məhsuludur. Ona görədə insan özüylə fəxr etməməlidir.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Dec, 02:21


💡"QURANSIZ və ƏHLİ-BEYTSİZ (ə.s) GÜNÜMÜZ OLMASIN."

♻️ GÜNÜN HƏDİSİ.

✍🏻 İmam Əli ( ə s)

Özündən razı olana qəzəblənən də çox olar!

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Dec, 02:21


Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!

📖 "Sad" surəsi,ayə28.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Dec, 02:32


Allahin salami olsun sizlere. Sabahiniz xeyir, gununuz aydın olsun inşaallah. Allahdan xeyirli ve gunahdan pak bir gun kecirmeyimizi dileyirem.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Gunahin fəsadlari👇

🍀Günаh millәtlәri mәhv еdir, mәdәniyyәtlәri virаn qоyur;

🍀Günаh yахşılıqlаrı аrаdаn qаldırır, pisliklәrә mеydаn vеrir;

🍀Günаh insаn ömrünü qısаldır, gәnc yаşdа ölüm qаpını döyür;

🍀Günаh аsаyişi аrаdаn qаldırır, cәmiyyәtdә qаrşıdurmа hаkim оlur;

🍀Günаh аbаdlıqlаrı хаrаbа qоyur, virаnlıq әtrаfı bürüyür;

🍀 Günаh şаdlığın yеrinә qәm-qüssә gәtirir;

🍀Günаh çöhrәlәrin gözәlliyini аlıb, оnlаrа çirkinlik vеrir;

🍀Günаh insаnın rаhаtlığını әlindәn аlıb, оnu iztirаbа sаlır;

🍀Günаh insаnı nе`mәtdәn mәhrum еdib, оnu yохsulluğа düçаr еdir;

🍀Günаh insаnı sаğlаmlıqdаn mәhrum еdib, оnu әlаcsız хәstәliklәrә yоluхdurur...

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

13 Dec, 05:32


🥀Bismilləhir Rahməənir Rahiim 🥀

İmam Səccad (ə)  oğluna buyurur: "Yalandan istər kiçik olsun, istərsə də böyük, istər ciddi olsun, istərsə də zarafatla - çəkin. Çünki o zaman ki, insan kiçik yalan deyər, böyük yalan deməyə cürət əldə edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman bəndə yalan desə, əməlindən yaranmış pis iy gələr ki, mələk ondan bir mil fasilə edər”.

İmam Baqir (ə) buyurur: "Allah Təala pisliklər üçün qıfıl qərar vermişdir və o qıfılın açarını şərab qərar vermişdir. Yalan şərabdan da pisdir”.

İmam Sadiq (ə) buyurur: "Yalançının cəzasından biri budur ki, Allah unutqanlığı ona hakim edər”.O kəs ki, yalan danışar - əslində fasiqdir. Belə ki, Allaha itaət yolundan xaric olmuş olar və günaha tərəf gedər.

Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”.

📖Hucurat 6📖

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

12 Dec, 09:59


İmam Sadiq (ə) buyurur:

"Namazı onun əvvəlində qıl ki, mələklər sənin üçün dua etsinlər. Namazı vaxtında qıl ki, özün və ailən təhlükəsizlikdə olasınız."

"Vəsailüş-Şiə", c. 4, səh. 111

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

12 Dec, 05:58


İmam Hüseyn (əleyhissəlam) buyurub:


"Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın".

-Bir nəfər dedi: "Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?"

-Buyurdu: "(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını (ə) tanımasıdır".


"Biharul-Ənvar", c.23, səh.83, hədis 22

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Dec, 11:55


Günah üçün etdiyimiz şükürlər

Daima "əstəğfirullah" zikri deyən bir arifdən soruşdular:

Biz indiyədək səndən bir günah baş verdiyini görməmişik. Bəs, nə üçün bu qədər "əstəğfirullah" zikrini təkrar edirsən?

Arif cavab verdi: 30 il öncə yersiz dediyim bir "əl-həmdu lillah" zikri üçün.
Bir gün xəbər gətirdilər ki, Bəsrə bazarında dükanlar yanıb. Soruşdum ki, mənim dükanım da yanıb?
Dedilər ki, yox, sənin dükanın yanmayıb.
Mən də buna şükr edib "əl həmdu lillah" dedim. Amma sonra başa düşdüm ki, həmin "əl həmdu lillah"ın mənası "mənim dükanım yanmayıbsa, başqalarınkı cəhənnəmə ki, yanıb" imiş.
Həmin "əl-həmdu lillah" təkcə özümü istədiyimdən, özümü Allah-taalanın digər bəndələrindən üstün gördüyümdən idi, Allahı sevdiyimdən və çox şakir bəndə olmağımdan deyildi.

P.S: Nə qədər bu şükürlərdən edib, özümüzü "şakir" hesab edirik?

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Dec, 16:12


Peyğəmbər (s):
"Hər kim bilmədiyi bir şey haqqında (dində) danışarsa, cəhənnəmdə öz yerini hazırlasın."

(Usulul-Kafi, c. 1, s. 42)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Dec, 15:10


İmam Baqir (ə):

"Axşam vaxtı 'İstiğfar' (Allahdan bağışlanma diləmək) etmək insanın ruzisini artırar və günahlarının bağışlanmasına səbəb olar."

> Təfsirül-Əyyaşi, c. 2, s. 217

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

08 Dec, 06:31


🪶... İbn Sina deyir:

Mən namazın şagirdiyəm; Çünki nə vaxt elmi bir problem qarşıya gəlsəydi, məscidə gedib iki rükət namaz qılıb, Allahdan həmin problemin həll olmasını diləyərdim və həll olardı.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Nov, 12:10


İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

(Ali İmran surəsi, ayə 57)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Nov, 05:47


Bir gün Şüeyb (ə) ümmətinə buyurur:
Günah etməkdən çəkinin, çünki bəla gələr. Eşidənlərdən biri deyir, mən çox günah etmişəm, amma bəla mənə gəlməyib.
Allah (c) hz. Şüeyb (ə) ə vəhy edir, ona de, o başdan- ayağa kimi bəla içindədir. Həmin şəxs bəlanın əlamətini istəyir. Vəhy gəlir ki, o ibadətlərini fəqət təklif boynundan gətirmək üçün edir və ibadətin ləzzətini duymur.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

15 Nov, 06:13


İmam Sadiq (ə) buyurur:

“Namaz üçün bir mələk
təyin olunmuşdur. Onun başqa bir işi yoxdur. Elə ki namaz qılan namazı qurtardı, o mələk namazla birlikdə yuxarı qalxır. Əgər namaz düz olsa, mələkdən qəbul olunar. Əgər qəbul olunası namaz olmasa, ona (mələkə) deyilər: “Bunu (namazı) qaytar onu yerinə yetirən insana”. Mələk də namazı gətirib bəndənin üzünə çırpır və deyir: “Vay olsun sənə, həmişə mənə boş yerə zəhmət verirsən”.

📖_Səvabul-əmal,və iqabul-əmal,səh.307_

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Nov, 06:57


Həzrəti Əli (ə)-dan soruşurlar :

1-Vacib nədir ?
Və Ondan vacib olan nədir ?

2-Yaxın nədir ?
Ondan daha yaxın olan nədir ?

3-Təəccüblü nədir ?
Ondan daha təəccüblüsü nədir?

4-Çətin nədir ?
Ondan daha çətin olan nədir ?

Həzrə tcavab verir :

1-Vacib Allaha itaətdir.
Ondan da vacib günahdan çəkinməkdir.

2-Yaxın qiyamətdir.
Ondan da yaxın ölümdür.

3-Təəccüblü dünyadır.
Ondan daha təəccüblüsü isə dünyanı sevməkdir.

4-Çətin qəbirdir.
Ondan daha çətin ora əliboş, azuqəsiz getməkdir.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

11 Nov, 06:57


Padşah və qoca gözətçi...İbrətamiz və təsirli hekayə

"Mən soyuğa adət etmişdim. Amma sənin mənə verdiyin isti paltar vədi məni soyuqda və şaxtada əldən-ayaqdan saldı".

Ölkələrin birinin padşahı soyuq qış gecələrin birində öz qəsrindən xaric oldu.
O, qəsrə dönərkən yaşlı bir gözətçinin qəsrin qapısında nazik paltar geyinmiş halda növbədə durduğunu görür. Padşah ondan soruşur: "Sənə soyuq deyil?"
Yaşlı gözətçi deyir:
- "Əlbəttə ki, soyuqdur. Amma nə edim, isti paltarım da yoxdur. Dözməyə məcburam. Artıq soyuğa öyrəşmişəm, əlahəzrət!"
Padşah:
- "Mən indi qəsrə gedib sənə isti qış paltarları göndərəcəyəm".
Qoca gözətçi buna çox sevindi və padşaha təşəkkür etdi.
Amma padşah qəsrə girəndən sonra öz vədini unudur.
Səhər tezdən qoca gözətçinin şaxtadan donan cəsədini qəsrin qapıları önündə tapırlar. O, qəsrin qapısına söykənmiş halda oturmuş və soyuqdan ölmüşdü. Amma ölümündən öncə səliqəsiz bir xətlə qəsrin qapısına bunları yazmışdı: "Ey padşahım! Mən soyuğa adət etmişdim. Amma sənin mənə verdiyin isti paltar vədi məni soyuqda və şaxtada əldən-ayaqdan saldı".

PS: Dünya bir qəsrdir, dostlar! Verdiyimiz vədlər heç vaxt yadımızdan çıxmasın!

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Nov, 16:12


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

08 Nov, 16:25


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

05 Nov, 07:27


İMAM ƏLİNİN (ә) KUMEYLƏ 40 TÖVSİYƏSİ

1. Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2. Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3. İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4. Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5. Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6. Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7. İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8. Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittiham etmə.
9. Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10. Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
11. Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
12. Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver, çünki sədəqə bəlaları dəf edir.
13. Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
14. Möminin ən gözəl zinəti təvazökarlığıdır.
15. Möminin gözəlliyi iffətindədir.
16. Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
17. Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın “cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” - deyə buyurduğu şəxslərdən ol!
18. Həmişə haqq söz de!
19. Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
20. Münafiqlər və xainlərlə əlaqə yaratma.
21. Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
22. Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
23. Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
24. Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
25. Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlanmasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
26. Çətinliklərdən amanda qalmaq üçün “La havlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.
27. Sənə hər bir nemət əta olunduqda, onun artması üçün “Əl-həmdu lillah” de!
28. Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
29. Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
30. Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
31. Allahı yad etməyənlərdən olma.
32. İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
33. Hər bir şəxsin əmanətini - kimliyindən asılı olmayaraq, özünə qaytar.
34. Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
35. Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
36. Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
37. Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
38. Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
39. Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
40. Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

02 Nov, 07:23


Möminlərin əmirindən (ə) soruşdular:

“İnsanların içərisində qəmqüssəsi davamlı olan kimdir?” İmam (ə) buyurdu: “Əxlaq baxımından ən pis olan”.

"Cəmiul-əxbar səh,190"

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

31 Oct, 07:13


⚘Həzrət Peyğəmbər (s) buyurub:

“Bir kəsə yemək yediyi zaman bir canlı baxarsa və o kəs öz yediyindən ona verməzsə dərmanı tapılmayan bir dərdə düşər.”

Tənbihul-xəvatir cild 1, səhifə 47.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

31 Oct, 06:42


•┈┈•• 🌷🌷 ••┈┈•

CİHADA BƏRABƏR BİR ƏMƏL.

Ənəs ibn Malik rəvayət edir:

❝Bir adam Həzrət Rəsulullahın ﷺ gələrək, «Cihad etmək istəyirəm, ancaq gücüm çatmır» – dedi.

Həzrət Rəsulullah ﷺ «Ata və ya anan yaşayırmı?» – deyə sual verdi.

Adam, «Anam yaşayır» – cavabını verdi.

Həzrət Rəsulullah ﷺ belə buyurdu:
❝Ona yaxşılıq edərək Allahın hüzuruna bəhanəli olaraq çıx. Bunu edərsənsə və anan səndən razı olarsa həm həcc, həm ömrə, həm də cihad etmiş olarsan. Allahdan qorx və anana yaxşılıq et.❞

📚 «Mucəmul-övsət» cild 3, səh 435.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

29 Oct, 06:17


🔹YOXSULLUĞA SƏBƏB OLAN 15 ƏMƏL.

📖 Quran ayələri və hədislərə görə 15 əməl yoxsulluğa səbəb olur:

1. Zina.
2. Haram musiqi.
3. Müsəlmana xəyanət.
4. Özünü yoxsulluğa vurmaq və daima naşükürlük etmək.
5. Söyüş söymək.
6. Davamlı günah etmək (Allaha üsyankarlıq).
7. Haram yemək (haram qazanmaq və haram edilmiş qidaları yemək).
8. Dilənçilik.
9. Möhtəkirlik.
10. Valideyni qəzəbləndirmək və narahat etmək.
11. Namaza etinasızlıq.
12. Cənabətli halda çox qalmaq və bu halda yemək yemək və yatmaq.
13. Evi və qab-qacağı çox çirkli saxlamaq.
14. Yalan danışmaq.
15. Evdə ailə və uşağı söymək və lənət demək.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

28 Oct, 06:49


Əgər adam olsaq

👉Hər vaxt adam olsaq, mələklər bizə səcdə edərlər. Necə ki, bizim atamız Adəmə (ə) səcdə etdilər.

📚 Mirza İsmayılxan Dulabi (r)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

28 Oct, 06:28


▪️ Şeytanın fəryadı

✍️ İmam Sadiq (ə):

عَلَيكَ بِتَقوَى اللّهِ وَالوَرَعِ والاِجتِهادِ وصِدقِ الحَديثِ وأداءِ الأَمانَةِ وحُسنِ الخُلُقِ وحُسنِ الجِوارِ، وكونوا دُعاةً إلى أنفُسِكُم بِغَيرِ ألسِنَتِكُم، وكونوا زَينًا ولا تَكونوا شَينًا، وعَلَيكُم بِطولِ الرُّكوعِ وَالسُّجودِ، فَإِنَّ أحَدَكُم إذا أطالَ الرُّكوعَ والسُّجودَ هَتَفَ إبليسُ مِن خَلفِهِ وقالَ: يا وَيلَهُ! أطاعَ وعَصَيتُ، وسَجَدَ وأبَيتُ.

“Sənə Allahdan qorxmağı, pərhizkarlığı, çalışqanlığı, düz danışmağı, əmanətdarlığı, gözəl əxlaq və yaxşı qonşuluğu tövsiyə edirəm. Camaatı dillərinizlə yox, əməllərinizlə (dinə) dəvət edin. Bizə zinət olun və bizi xar etməyin. Rüku və səcdələriniz uzun olsun. Doğrudan da, hər biriniz rüku və səcdəni uzun edərsə, şeytan onun ardınca fəryad edərək deyər: “Vay! O itaət etdi, mən isə günah; o səcdə etdi, mən isə etiraz!”

📚 “Əl-kafi”, c.2, səh.77, hədis 9.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

27 Oct, 11:26


▪️Xalisanə ibadətin dəyəri

✍️ Həzrət Fatimeyi-Zəhra (s.ə) buyurmuşdur:

مَنْ أَصْعَدَ إِلَى اللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ أَفْضَلَ مَصْلَحَتِهِ

Hәr kәs хаlisanə ibаdәtini Аllаhn dərgahına ucaltsa, Аllаh-Taala dа әn üstün mәslәhәtini оnа nаzil еdәr.”

📚Mənbə : (“Bihаrul-әnvаr”, c.68, sәh.184.)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

27 Oct, 02:28


İmam Əli (ə) buyurub:

Təəccüblüdür ki, özündən yuxarı olanlardan yaxşılıq uman kəs özündən aşağı olanları (yaxşılıqdan) məhrum edir.

Ğurərul-hikəm, səh 262

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

27 Oct, 02:28


İmamlardan (əleyhimussəlam) biri (İmam Baqir, ya da İmam Sadiq) buyurdu:

“Sizdən bəziləri başqalarından daha çox ibadət edәr, daha çox Həcc әmәllәrini yerinə yetirәr, daha çox sədəqə vеrәr vә daha çox oruc tutar. Lakin sizdən ən yaxşısı (bizi) tanımaqda ən yaxşı olan kәsdir”.

(Fəzailuş-şiə - Sifatuş-şiə səh,90)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

26 Oct, 10:05


🔹 Əməl əhli olmaq.

İmam Əli (ə) buyurur: "O kəs ki, əməldə səhlənkarlıq edər, qəmə düçar olar”.

👌 İnsan istər maddi və istərsə də mənəvi hədəfinə çatmaq üçün xüsusi proqrama malik olmalı və ona əməl etməlidir. Əməl əhli olmaq insana xüsusi sevinc bəxş edər. İşsiz insanlar həmişə iztirab hiss edərlər. Onların izzəti nəfsi az olar. Bəzən əsəbi olarlar və bəzən də laqeyd.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

26 Oct, 06:59


Dünya və axirət xeyri

✍️ Peyğəmbəri-Əkrəm (s):

مَن أرادَ التَّوَكُّلَ عَلَى اللّهِ فَليُحِبَّ أهلَ بَيتي، ومَن أرادَ أن يَنجُوَ مِن عَذابِ القَبرِ فَليُحِبَّ أهلَ بَيتي، ومَن أرادَ الحِكمَةَ فَليُحِبَّ أهلَ بَيتي، ومَن أرادَ دُخولَ الجَنَّةِ بِغَيرِ حِسابٍ فَليُحِبَّ أهلَ بَيتي، فَوَاللّهِ ما أحَبَّهُم أحَدٌ إلاّ رَبِحَ الدُّنيا وَالآخِرَةَ.

“Allaha təvəkkül etmək istəyən Əhli-beytimi sevsin. Qəbir əzabından qurtuluş istəyən Əhli-beytimi sevsin. Hikmət istəyən Əhli-beytimi sevsin. Hesabsız Behiştə getmək istəyən Əhli-beytimi sevsin. Allaha and olsun, dünya və axirət onları sevənindir!”

📚“Camiul-əxbar”, səh.62, hədis 77.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

25 Oct, 05:18


🌈 *Axirət səfərinin hədiyyələri.*
⭐️Bir kişi, həzrət Muhəmməd peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) xidmətinə yetişdi və dedi:
*Mənə icazə verirsən ki, ölümü arzulayım?*
🌹 *Həzrət Muhəmməd peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm)* o kişiyə dedi:
*Ölüm bir şeydir ki, ona çarə yoxdur və uzun bir səfərdir. Onu getmək istəyən şəxs, on dənə hədiyyəni özü ilə aparsın.*
⭐️O kişi soruşdu:
*O hədiyyə  hansılardır?*
🌹 *Həzrət Muhəmməd peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm)* buyurdu:
1⃣Əzrail (ələyhis-səlam)-ın hədiyyəsi.
2⃣Qəbrin hədiyyəsi.
3⃣Nəkir və Munkirin hədiyyəsi.
4⃣Mizanın hədiyyəsi.
5⃣Sirat körpüsünün hədiyyəsi.
6⃣Malikin (cəhənnəmin xəzinədarı)hədiyyəsi.
7⃣Rizvanın (cənnətin xəzinədarı) hədiyyəsi.
8⃣Peyğəmbər (ə)-ın hədiyyəsi.
9⃣Cəbrail (ələyhis-səlam)-ın hədiyyəsi və
🔟Mütəal Allahın hədiyyəsi.
💓Amma *həzrət Əzrail (ələyhis-səlam)-ın* hədiyyəsi dörd şeydir:
1⃣Haqqı olanları razı salmaq.
2⃣Namazın qəzaları yerinə yetirmək.
3⃣Allaha şövqlü olmaq.
4⃣Ölümü arzulamaq. (Əgər hazırsansa)
Amma qəbrin hədiyyəsi dörd şeydir:
1⃣Sözgəzdirməyi tərgitmək.
2⃣İstibra. (Ayaqyolunun qaydalarına riayət etmək)
3⃣Qur'anı tilavət etmək.
4⃣Gecə namazı qılmaq.
⁉️Amma Nəkir və Munkirin hədiyyəsi dörd şeydir:
1⃣Düzdanışmaq.
2⃣Qeybəti tərgitmək.
3⃣Haqqı demək.
4⃣Hamının qarşısında təvazökarlıq etmək.
Amma Mizanın hədiyyəsi dörd şeydir:
1⃣Qəzəbi udmaq.
2⃣Düzgün təqvalı olmaq.
3⃣Camaata tərəf getmək.
4⃣İlahi bağışlanmaqlığa tərəf də'vət etmək.
🎢Amma Siratın hədiyyəsi dörd şeydir:
1⃣Əməlin ixlaslı olması.
2⃣Allahı çox xatırlamaq.
3⃣Xoş əxlaqlı olmaq.
4⃣Başqalarının əziyyətinə dözmək.
🔥Amma Malikin (Cəhənnəmin xəzinədarı) hədiyyəsi dörd şeydir:
1⃣Allahın qorxusundan ağlamaq.
2⃣Gizli sədəqə.
3⃣Günahları tərk etmək.
4⃣Ata və ana ilə xoş rəftar etmək.
🌴Amma Rizvanın (Cənnətin xəzinədarı) hədiyyəsi dörd şeydir:
1⃣Xoşa gəlməzliklərdə səbirli olmaq.
2⃣Ne'mətə şükür etmək.
3⃣Allaha itaət etmək yolunda malı infaq etmək və
4⃣Vəqf olunmuş malda əmanətə riayət etmək.
🌹Amma  *həzrət Muhəmməd peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm)-ın*
hədiyyəsi dörd şeydir.
1⃣Onu sevmək.
2⃣Onun sünnəsindən itaət etmək.
3⃣Onun əhli-beytini sevmək və
4⃣Dili pisçiliklərdən qorumaq.
📒Amma Cəbrail mələk (ələyhis-səlam)-ın hədiyyəsi dörd şeydir:
1⃣Az danışmaq.
2⃣Az yemək.
3⃣Az yatmaq və
4⃣Həmd etməkdə davamlı olmaq.
❤️Amma Mütəal Allahın hədiyyəsi dörd şeydir:
1⃣Yaxşılığa əmr etmək.
2⃣Pislikdən çəkindirmək.
3⃣Camaat üçün nəsihət və xeyirxahlıq etmək və
4⃣Hamı ilə mehribanlıq etmək.

📚 *Əl-məvaizul-ədədiyyəh.*

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

24 Oct, 14:09


İmam Əli ibn Musa (ə) buyurub:

“İmanın dörd rüknü var:
1) Allaha təvəkkül etmək;
2) Allahın qəza və qədərinə razı olmaq;
3) Allahın əmrlərinə təslim olmaq;
4) Bütün işlərini Allaha buraxmaq.

Allah-Təala Qurani-kərimdə saleh bir bəndənin dilindən buyurur: “Mən
öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələrin ( halını) görəndir. Beləliklə, Allah onu onların hiylələrinin şərindən qorudu, fironçulara ağır bir əzab gəldi və onları bürüdü”. (Ğafir surəsi: 44-45)

"Tuhəful-uqul səh,477"

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 04:50


*İmam Rza (ə) buyurub:*

* "Ulduzlar yer əhlinə işıq saçdığı kimi, gecələr içərisində namaz qılınan evlərin nuru da səma əhlinə işıq saçar".

> ^📕Camiul əxbar,səh.120, 20/370

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

22 Oct, 04:49


Hacət namazı

İmam Sadiq (ə) buyurur: "Sizdən birinizin Allahdan mühüm diləyi olarsa, iki rəkət namaz qılsın, (namazdan sonra) səcdə edib, belə söyləsin: "Ya Muhəmmədu, ya rəsuləl-lahi, ya Əliyyu, ya Seyyidil- mu'mininə vəl-muminati bikuma əstəğisu iləllahi təala ya Muhəmmədu, ya Əliyyu əstəğisu bikuma ya ğəusahu billahi və bimuhəmmədin və biəliyyin və Fatimətin" (Ey Muhəmməd, ey Allahın rəsulu, ey Əli, ey mömin kişi və qadınların ağası! Sizin vasitənizlə Allahdan imdad diləyirəm. Fəryad, Allaha, Muhəmmədə, Əliyə, Fatiməyə fəryad) (Fatimənin adının) ardınca bütün imamların (ə) adını sayıb, belə söylə: "Bikum ətəvəssəlu iləl-lahi təala" (Sizin vasitənizlə Allaha təvəssül edirəm) Allahın istəyi ilə, həmin saat imdadına cavab verilər".

> Məkarimul-əxlaq, səh.483

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Oct, 08:14


İmam Həsən (ə) buyurmuşdur:

مَنْ أَدامَ الاْخْتِلافَ إِلَی الْمَسْجِدِ أَصابَ إِحْدی ثَمان: آیةً مُحْکَمَةً وَ أَخًا مُسْتَفادًا وَ عِلْمًا مُسْتَطْرَفًا وَ رَحْمَةً مُنْتَظِرَةً وَ کَلِمَةً تَدُلُّهُ عَلَی الهُدی أَوْ تَرُدُّهُ عَنْ رَدًی وَ تَرْکَ الذُّنُوبِ حَیاءً أَوْ خَشْیةً

“Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər: 1. möhkəm ayə və nişanə; 2. bəhrələnə biləcəyi dost; 3. yeni elm və bilik; 4. gözlənilən ilahi rəhmət; 5. insanı doğru yola yönəldən söz (eşidəcək); 6. insanı alçaqlıq və çirkinlikdən uzaqlaşdıran söz (eşidəcək); 7. Allahdan utanıb günahları tərk etmək; 8. Allahdan qorxub günahları tərk etmək.” (“Tuhəful-uqul”, səh.2235; “Əl-mustədrək”, 3-cü cild, səh.359, hədis 3778.)

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

21 Oct, 02:58


İmam Əli (ə): «Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər.» 
İmam Əli (ə): «Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından irəli gəlir.»
İmam Əli(ə): «Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.» 
İmam Əli(ə): «Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar.» 
İmam Əli(ə): «Qardaşları ilə yola getməyən şəxsin dostları azalar.» 
İmam Sadiq (ə): «Əgər müsəlman qardaşının səninlə dostluğunun xalis qalmasını istəyirsənsə, heç vaxt onunla(çox) zarafat və münaqişə etmə, onun qarşısında öyünmək və düşmənçilikdən çəkin.» 
İmam Hadi(ə): «Bir-birinizlə çəkişməyiniz köhnə dostluğu pozar, möhkəm düyünləri açar. Belə ki, mübarizədə biruzə verilən ən az şey, birinin digərinə üstün gəlmək istəyidir. Bu istək isə dostluq əlaqələrinin kəsilməsinin əsas amilidir.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Oct, 06:05


İbadətin əsil sirri nədədir?

İbadət dedikdə, ümumilikdə bu əməllər nəzərdə tutulur:

1. Təharət (dəstəmaz, qüsl).
2. Namazlar (yövmiyyə, cümə, bayram, ayət, vəhşət, nəzir namazları).
3. Oruc.
4. Xüms, zəkat.
5. Ziyarətlər, dualar, zikr və münacatlar.
6. Quran oxumaq.
7. Sədəqə, xeyriyyə, yardım.
8. Sileyi-rəhm.
9. Dəvət, təbliğat.
10. Mərasimlərdə iştirak.

Bəs bütün bu ibadətlərin əsil sirrini nə təşkil edir? Əlbəttə ki, niyyət.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti onun əməlindən üstündür”. (Həvzəh)

Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar:
1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.

Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.

2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun.

3. İnsan bəzən bir işə başlayanda onu yerinə yetirəcəyini qəsd edər. İstəyər ki, işində səhv etməsin və ondan qəflət etməsin.

4. Niyyət, yəni stimul və həmin işin yerinə yetirilməsinə səbəb olan amil. Biz insanların yerinə yetirməli olduğu əməl də budur, yəni həqiqi niyyət də bu olmalıdır. Əgər insanın bir işi yerinə yetirən zaman stimulu ondan istənilən şey olarsa, niyyət düzgün və əməli qəbul olmuş olar. Əgər stimulu batil və Allah üçün olmazsa, əməli də batil olar. Baxmayaraq ki, qürb niyyətini qəlbindən keçirtsə belə.

O zamana qədər ki, insan bunu dərk etməz, yəni hədəfinə çatmaq üçün əməli yerinə yetirməli olduğu həqiqətini başa düşməsə, əməli puç olar.

Çünki bir əməli yerinə yetirmək üçün insana iki şərt lazımdır. Biri etiqaddır və o birisi qəlb diqqəti ilə yerinə yetirdiyi əməldir.

Ona görə də deyə bilərik ki, niyyətin düzgün olması üçün bir neçə stimul lazımdır.

O kəslər ki, ibadəti xalis niyyət olmadan yerinə yetirirlər, onlar riya edirlər və Allahın razılığını itirərlər. İbadətin əsil sirri və əsil səbəbi – niyyətin xalis olmasındadır. Abid bu həqiqəti dərk etməyənəcən, ibadətin şirinliyini dadmaz və əməli mənadan məhrum olar. Çünki ibadəti sütunsuz yerinə yetirilmiş olar.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

19 Oct, 03:39


Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər.

2:186

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

18 Oct, 11:09


Dəfələrlə mərhum Ayətullah uzma Bəhcətin belə buyurduğunu eşitmişəm:
"Düşmən (ixtilaf salmaq üçün) iş görür. Şiələrə deyir ki, əhli sünnənin müqəddəslərinə nalayiq sözlər deyin. Əhli sünnəyə də deyir ki, şiələr olan məhəllələrə gedib "şəhadət verirəm ki, Əli möminlərin əmiridir" - sözü olmadan azan deyin.
Dəfələrlə o şəxsdən eşitmişəm və özümə də buyurub ki, "əgər aləmin bir küncündə sizin lənət göndərməyinizə görə bir şiə öldürülsə, siz onun qanının tökülməsində şəriksiniz".

Ustad Baqir Təhriri

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

16 Oct, 10:37


İbadətin ləzzətini dadmaq üçün nə edək?
Möhsün Qərəvian nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də namazlarımızda bir ləzzət hiss edə bilməmişik. Sizcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra – bu hamımızın mübtəla olduğu bir dərddir – deyə buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı, yuxarısı var; nisbi bir məsələdir; bəziləri – sizin kimi – ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm – dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Oct, 15:44


İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha
çox yaraşandır.»

İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir
və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir)

Əl-Kafi, c. 2, səh. 265, hədis 22

əl-Kafi, c. 2, səh. 260, hədis 2

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

15 Oct, 09:19


🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

... HEÇ BİRİNDƏN İBRƏT GÖTÜRMÜR...

İmam Zeynəl-abidin(ə):

Biçarə adəm övladı!
"Hər gün ona 3 müsibət yetişir.
Onların heç birindən ibrət götürmür.Əgər ibrət götürsəydi,dünya işi və çətinliklər onun üçün asanlaşardı.

1-ci müsibət:
Ömründən azalan hər bir gündür.
Əgər malından bir şey azalarsa ,halı qarışıb,kədərlənir.
Bir halda ki,(əldən getmiş)dirhəmin (malın) yerininə başqasını qoya bilər amma ,əldən getmiş ömrün qarşılığı yoxdur.

2-ci müsibət:
Əldə etdiyi ruzidir.
Əgər halal yolla olarsa, hesab verməlidir.Yox əgər haram yolla olarsa,cəzalandırılmalıdır.

3-cü müsibət:
Bunların hamısından böyükdür...
Axşam etdiyi hər gün, bir mənzil axirətə yaxınlaşır,amma cənnətə və ya cəhənnəmə tərəf olduğunu bilmir ❗️"

📚Biharul-Ənvar,c.20,səh.160/78

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

14 Oct, 07:24


Allah Rəsulu (s) buyurur:

“Yaxşılıq etmək dəhşətli süqutlara düşməkdən qoruyur. Gizli sədəqə vermək Rəbbin qəzəbini söndürür. Qohumluq əlaqələrini möhkəmlətmək isə ömrü uzadır, pis ölümü uzaqlaşdırır və yoxsulluğu aradan aparır”.

📘Hədis mənzərəsi,səh.11

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

10 Oct, 08:22


*🌺O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır?🌺*

Əllamə "Nəhcul-bəlağə"ni şərh edərkən, belə bir hədis nəql etmişdir: "Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir nəfər ayağa qalxır və Həzrətə (ə) bir məktub verir. Bu məktubda 10 sual verilmişdir ki, İmam (ə) hamısını cavablandırır. Onlardan beşinə işarə edək:

1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: "Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır".

2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: "Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır".

3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: "Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. "Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın"". ("Nisa" 43).

4. Bu, hansı quşdur ki, nə atası vardır, nə anası və nə də övladı? Həzrət (ə) buyurur: "Bu, o quşdur ki, Həzrət İsa (ə) gildən düzəltmişdi və Allah buyurur: "O zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu"". ("Maidə" 110).

5. İki xristian şəhadət versə ki, filankəs xristian, ya yəhudi, ya zərdüşt olmuşdur, bu iki nəfərin şəhadətini qəbul etmək olarmı? Həzrət (ə) buyurur: "Bəli, şəhadətlərini qəbul etmək olar. Çünki Allah Təala buyurur: "Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar". ("Maidə" 82). Ona görə də o kəs ki, Allahın ibadətinə təkəbbür etməz, yalandan şəhadət də verməz".

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

09 Oct, 06:50


👺👹👺👹👺👹👺👹
İblisin rəislik etdiyi parlamentində öz şeytanlarına dediyi tövsiyələrindən:

📢 Çalışın bizim qatı düşmənimiz və onlara görə Cəhənnəmə girəcəyimiz olan insanların sinələrinə bu sözləri üfürün:

1) Əccəb eliyirəm,

2) Hamı necə, mən də elə,

3) Köhnə kəndə təzə qayda gəlib,

4) Bunu mən də bilirəm,

5) Güya özün öz dediyinə əməl edirsən ki?!

6) O dünyadan kim gəlib ki?!

7) 5 günlük dünyadır, kef elə!

8) Mənimçün hələ tezdir namaz qılmaq,

9) Mənimçün daha gecdir namaz qılmaq,

10) Ürəyini təmizlə, bəsindir,

11) Güya özü yaxşıdır,

12) Onsuz da Cəhənnəmi bu
dünyada yaşayırıq da!!!

13) Dünya həmişə belə olub, belə gəlib, belə də gedəcək.


🔨 Qərar yeksanlıqla qəbul olundu.
👹👺👹👺👹👺

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

08 Oct, 10:44


Ölməzdən əvvəl hazırlamalı olduğumuz 10 hədiyyə

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”. Sonra Həzrət (s) buyurdu: “Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.
Əzrayilin (ə) hədiyyəsi dörd şeydir:
1. Boynunda haqqı olan insanları razı salmaq.
2. Qəza olan namaz və orucları yerinə yetirmək.
3. Allahla görüşməyə şövqə malik olmaq.
4. Ölümü arzulamaq.

Qəbirin hədiyyəsi də dörd şeydir:
1. Söz gəzdirməyi tərk etmək.
2. Özünü nəcasətdən qorumaq.
3. Quran oxumaq.
4. Gecə nafiləsi.

Nəkir və Münkirin hədiyyəsi də dörd şeydir:
1. Düz danışmaq.
2. Qeybəti tərk etmək.
3. Haqqı demək.
4. Hər bir halda təvazökarlıq etmək.

Tərəzinin hədiyyəsi də dörd şeydir:
1. Qəzəbi yatızdırmaq.
2. Şübhələrdən uzaq olmaq.
3. Camaat namazına getmək.
4. İlahi məğfirəti cəlb etmək.

Siratın hədiyyəsi də dörd şeydir:
1. Əməldə ixlas.
2. Xoş əxlaq.
3. Allahı çoxlu zikr etmək.
4. Əziyyətə dözmək.

Cəhənnəm gözətçisinin hədiyyəsi dörd şeydir:
1. İlahi qorxuya görə ağlamaq.
2. Gizli sədəqə vermək.
3. Günahları tərk etmək.
4. Ata və anaya yaxşılıq etmək.

Rizvanın hədiyyəsi də dörd şeydir:
1. Çətinliklərdə səbir etmək.
2. Nemətlərə görə şükür etmək.
3. Allah yolunda malını infaq etmək.
4. Vəqfdə əmanətdar olmaq.

Həzrət Peyğəmbərin (s) hədiyyəsi də dörd şeydir:
1. Həzrətə sevgi bəsləmək.
2. Sünnətinin ardıcılı olmaq.
3. Əhli-beytinə (ə) sevgi bəsləmək.
4. Dilini söyüşdən qorumaq.

Həzrət Cəbrayilin (ə) hədiyyəsi də dörd şeydir:
1. Az yemək.
2. Az yatmaq.
3. İlahi həmdi davamlı olaraq demək.
4. Az danışmaq.

Allahın hədiyyəsi də dörd şeydir:
1. Yaxşılıqlara əmr etmək.
2. Pisliklərdən çəkindirmək.
3. İnsanlara nəsihət vermək.
4. Hər bir halda hamıya qarşı mərhəmətli olmaq”. 

https://t.me/turalceferi

🕋💞İBADƏT 313💞🕋

07 Oct, 06:44


DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ

zi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:

1⃣. Şəhvət qüvvəsi;
2⃣. Qəzəb qüvvəsi;
3⃣. Xəyal və vəhm qüvvəsi.

Әgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq.
Әgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq.
Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məs
uliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

🕋💞İBADƏT 313💞🕋

06 Oct, 14:23


Həzrət Peyğəmbər (s) buyurub:

_وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ نَبِيّاً لَا يَقْبَلُ اللَّهُ مِنْ عَبْدٍ حَسَنَةً حَتَّى يَسْأَلَهُ عَنْ حُبِّ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ_

"ᴍəɴi ᴍəʙᴜꜱ ᴇᴅəɴ ᴀʟʟᴀʜᴀ ᴀɴᴅ ᴏʟꜱᴜɴ ᴋɪ, əʟİɴin (ə) ᴍəʜəʙʙəᴛi ʜᴀǫᴅᴀ ꜱᴏʀᴜşᴜʟᴍᴀᴅᴀɴ ʜᴇç ʙiʀ ʏᴀxşı əᴍəʟ ǫəʙᴜʟ ᴏʟᴜɴᴍᴀᴢ."

> "Biharul-ənvar", c. 39, səh. 160.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313