Allaha doğru @allahlaol Channel on Telegram

Allaha doğru

@allahlaol


Dini və maarifləndirici mövzularla xidmətinizdəyik.

Allaha doğru (Azerbaijani)

Həqiqətən, "Allaha doğru" telegram kanalı "allahlaol" adında mövzuları dini və maarifləndirici olan bir kanaldır. Bu kanal, dini məsələlər haqqında müzakirələr, ayələr, dualar, və müxtəlif ibadət praktikaları ilə bağlı məlumatlar paylaşan bir platformadır. Əgər siz dini biliyinizi artırmaq və Allaha daha yaxın olmaq istəyirsinizsə, bu kanal tam sizin üçündür. "Allaha doğru" kanalı, dini məzmunları ilə birləşdirilmiş bir maarifləndirici təcrübə təmin edir. Burada dini konseptlər və inancın əsasları barədə geniş məlumatlar əldə edəcəksiniz. Ətraflı təfsirlər, münasibətlər və hər bir insana lazım olan ruhani dəstək ilə dini müraciət etməyinizi təmin edirik. "Allaha doğru" kanalında dini məzmunlar təbliğ edilir və dindarlığa maraq artırmaq istəyənlər üçün yararlı məqalələr və faydalı məlumatlar paylaşılır. Bizimlə birlikdə olun, mədəni və buta bənzər mövzularda dini məlumatlar əldə edin və həm də ruhaniliyiniz və imanınızı inkişaf etdirin. Allahla əlaqəni gücləndirmək və daha yaxşı bir insan olmaq üçün "Allaha doğru" kanalına qoşulun!

Allaha doğru

07 Feb, 08:41


Babullah nədir?

Allaha doğru

05 Feb, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

Allaha doğru

05 Feb, 06:52


Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!

50:6

Allaha doğru

03 Feb, 11:23


https://youtu.be/fvyYQYaFVz0?si=14d-UThiupO6o5np

Allaha doğru

02 Feb, 09:57


https://youtu.be/a0NgGTaIe5E?si=APmEbS5DkHDj-nIM

Allaha doğru

02 Feb, 06:42


İmam Rza (ə) buyurub:

"Hər kim mənim ziyarətimə hazırlaşarsa, duası müstəcab olar və onun günahları bağışlanar. Kim məni o məkanda (yəni dəfn olunduğu yerdə) ziyarət edərsə, Allah Rəsulunu (s) ziyarət etmiş kimidir. Allah ona günaha qarışmamış min həccin və qəbul olunmuş min ümrənin savabını bəxş edər. Mən və ata-babalarım, qiyamət günündə həmin şəxsin şəfaətçisi olarıq. O (İmamın dəfn olunduğu) yer, cənnət bağçalarından bir bağçadır. Mələklərin olduğu yerdir. Orada bir qism Mələklər səmadan həmin o yerə enər və bir qismi isə səmaya qalxar. Və bu qiyamət gününə qədər davam edər."

Allaha doğru

31 Jan, 04:41


İmam Hadi (ə) buyurub:

"Ailənin gözü qarşısında ölüm yatağına düşəcəyin, nə təbibin ölümünün qabağını ala biləcəyi, nə də dostunun haya gələcəyi günü yadına sal."

Biharul-Ənvar, c.18, səh. 370, hədis 4


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol

Allaha doğru

30 Jan, 08:39


"İslam sadəcə Allahı insana tanıtdırmaq üçün gəlməyib, həm də insanı özünə tanıtdırmaq üçün gəlib. Çünki, özünü tanımayan Rəbbini tanımaz".

Şəhid Murtəza Mütəhhəri

Allaha doğru

16 Jan, 11:55


İnsanlara qarşı səmimi davranın üzünə gülüb qəlbinizdə kin saxlamayın...
Unutmayın tutduğuz kin yalnız sizin ruhunuza ziyan verir. Qarşınızdakına deyil.

Allaha doğru

13 Jan, 15:26


İmam Əli (ə) buyurub :

"Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir"

(Nəhcül-Bəlağə, hikmət 40.)

Allaha doğru

10 Jan, 02:59


İmam Əli (ə) buyurmuşdur:

Allah təbarəkə və taala yer üzərində olanların sırasından bizi seçdi. Bizim üçün şiələr də seçibdir. Onlar bizə kömək edir, bizim sevincimizə və kədərimizə şərik olurlar, öz mallarını və canlarını bizim yolumuzda sərf edirlər. Onlar bizdəndirlər biz də onlardan"

Şeyx Səduq "əl Xisal" səh.635

Allaha doğru

03 Jan, 08:04


İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»

Məani-Əxbar, səh. 228, hədis1

Allaha doğru

02 Jan, 05:33


İmam Rza (ع) buyurub:

- "Hər kim Əhli-Beyt (ع) imamlarının vilayətlərini qəbul etmədən və onların adlarını və atalarının (ع) adlarını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür!!!"

📚Tuhəful-Uqul, səh.-416.

Allaha doğru

02 Jan, 04:13


HƏZRƏTİ BƏQİYYƏTULLAH (Ə.C) ÜÇÜN EDİLƏN DUA

İmam Sadiq(ə) buyurur:"Bizim öz şiələrimizin üzərində olan haqlarımızından  biri budur ki,hər vacib namazdan sonra əllərini çənələrinə qədər qaldırıb 3 dəfə belə desin:

"YƏ RABBƏ MUHƏMMƏDİN ƏCCİL FƏRACƏ ALİ MUHƏMMƏD
YA RABBƏ MUHƏMMƏDİN İHFİZ ĞAYBƏTİ MUHƏMMƏD
YA RABBƏ MUHƏMMƏDİN İNTƏQİM Lİ İBNƏTİ MUHƏMMƏD

Mikyalul-Məkarim,2 ci cild,səh 7.

Allaha doğru

28 Dec, 06:43


Mənsur ibn Hazim belə rəvayət edir: "Əbu Abdullah (ə) buyurdu: "Haqqın bayrağı ucaldığı zaman şərqin və qərbin camaatı ona lənət edəcək". Mən soruşdum: "Nǝyǝ görə?" İmam (ə) buyurdu: "Bəni-Haşimdən çəkdiklərinə görə”.

Hilyətul-Əbrar, c. 2, s. 631

Allaha doğru

21 Dec, 10:48


İmam Əli (ə) buyurub:

“Heç vaxt elə düşünmə ki, Qüdrətli Allah dua qapısını açmış, duanı qəbul etmək qapısını isə bağlamışdır.”

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

Allaha doğru

19 Dec, 04:45


Həzrət Xızır (ə) Həzrət Musaya (ə) tövsiyə edərək belə buyurdu:

Ey İmranın (ə) oğlu! Heç kəsin günahını başına vurma və öz günahın üçün ağla!

(Qisasul-ənbiya, səh 157, hədis 171.)

Allaha doğru

12 Dec, 07:30


Imаm Sаdiq (ə): «Аllаhın nеməti kimə çох оlsа, cаmааtın оnun bоynunа düşən zəhmət və хərc yükü də аğırlаşаr. Bunа görə də cаmааtın zəhmət və хərc yükünü bоynunuzа götürməklə nеməti(nizi) dаvаmlı еdin və оnu puç еtməyin. Çünki birinin puç оlmuş nеmətinin, yеnidən bir dаhа оnа qаyıtmаsı çох nаdir hаllаrdа bаş vеrir.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol

Allaha doğru

09 Dec, 15:09


“Bir nəfər İmam Sadiqdən (ə)
soruşdu:

*“Biz Qaimə “Möminlərin əmiri” deyə salam verəcəyik?” İmam (ə) buyurdu: “Xeyr, bu, Allahın Möminlərin əmiri Əlini (ə) adlandırdığı bir addır. Nə ondan əvvəl, nə də ondan sonra heç kim belə adlandırılmamışdır. Kim belə adlandırılarsa, kafirdir”. Həmin şəxs soruşdu: “Bəs onu necə salamlayacağıq?” İmam (ə) buyurdu: “Belə deyərsiniz: `“Salam olsun sənə, ey Allahın yer üzündə saxladığı!”` Ravi deyir: “Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı şey daha xeyirlidir”.*

> Furat Kufinin təfsiri səhifə,171

Allaha doğru

07 Dec, 14:26


Zürarə İmam Sadiqdən (ə) belə nəql edir:

“Elə bir insan yoxdur ki, yanında onun dilindən deyilənləri yazan iki mələk olmasın. (Həmin iki mələk) həmin yazıları öz üstlərində olan (digər) iki mələyin yanına aparar, onlar da yaxşı və pisi (əməllərini) yazıb qeyd edər, qalanından isə vaz keçərlər”.

(əl-Mumin Vəz-Zuhd, səh 136, hədis 146.)

Allaha doğru

07 Dec, 14:26


🌹• Xanım Zəhra (s.ə) buyurub:

Sizin ən yaxşılarınız təvazökar olanlar və xanımına hörmət edənlərdir.

📓: Nəhcul-həyat, s.157

Allaha doğru

02 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Allaha doğru

02 Dec, 05:46


O kəs ki, səni yersiz tərifləyib mədh edir, onnan uzaq dur. Çünki, çox keçməz elə həmin adamın vasitəsilə hörmətdən düşərsən, abrın gedər.

Tənbihul Xəvatir: 2/17

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Allahlaol

Allaha doğru

30 Nov, 07:11


Şəhidin kəlamı

Şəhid Mürtəza Əfzar.

İnsan uca məqamlara yalnız ən yaxşı şeylərini infaq eləməklə çatır.
👉t.me/Allahlaol

Allaha doğru

28 Nov, 09:27


Hz İmam Sadiq əleyhissəlam buyurub:

Qəza təsdiqləndikdən sonra belə, dua onu  geri çevirər. (Ona görə) çox dua edin. Belə ki, dua hər bir rəhmətin açarı və hər bir ehtiyacın (ödənmə) uğurudur.Allah yanında olanları yalnız dua ilə əldə etmək olar. Elə bir qapı yoxdur ki, çox döyüldükdə sahibi tərəfindən açılmasın..

📙Səlvətul-həzin və Tuhfətul-əlil, Səh.10


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol

Allaha doğru

25 Nov, 07:58


Фото от یا حسین

Allaha doğru

25 Nov, 07:21


Dünya həyatı necə də sahil qumlarına bənzəyir; qüvvətlə ondan bir ovuc götürürük, o isə barmaqlarımızın arasından sür'ətlə yol tapıb qaçır.


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol

Allaha doğru

22 Nov, 02:26


Hz. Məhəmməd (s) peyğəmbər seçildi ki:
1. Nəfsləri, vicdanları paklaşdırsın.
2. Əxlaqi və mənəvi dəyərləri saflaşdırsın.
3. Elmin və ağlın inkişafına təkan versin.
4. Bəşəriyyətə sülh, rəhmət, əmniyyət gətirsin.
6. Mövhumatın, xurafatın və cəhalətin kökünü kəssin.
7. Üzlərə təbəssüm, ürəklərə fərəh, evlərə sevinc gətirsin...

Allaha doğru

21 Nov, 14:00


📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

@toplu_admini

Allaha doğru

21 Nov, 11:01


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

Allaha doğru

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Allaha doğru

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

Allaha doğru

10 Nov, 07:50


Allahım, Özün biçarələrə çarə qıl

Allaha doğru

08 Nov, 16:25


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Allaha doğru

08 Nov, 08:52


İmam Sadiq əleyhissəlam buyurub:

"Səbəbsiz gülmək nadanlıq əlamətidir". Sonra buyurdu: "Güləndə gərək qabaq dişlər görünməsin. Əgər belə olarsa, bəyənilməz iş görmüsən".


📚"Üsuli-Kafi, səh.622 (babud-duabəti vəz-zəhki)

Allaha doğru

05 Nov, 07:25


Şeytan dedi; Adəm kimdir ki, ona səcdə edim, o da mənim kimi məxluqdur!

İnsan dedi; Sən bazarda gəzən bizim kimi bir insansan, necə peyğəmbər oldun?!

Ümmət dedi; Səni qəbul etdik peyğəmbərsən, indi də deyirsən əmin oğlu səndən sonra imamdır?! Onu sən seçdin yoxsa Allah?!

Şiə içindəki vəhhabi xislətlilər dedi; Bizim rəhbərimiz 12-ci imamdır. Seyyid Əli Xamenei kimdir?! Fəqihə kim vilayət verib?

Təkəbbür həmin təkəbbürdür. Forması dəyişib sadəcə.

Allaha doğru

02 Nov, 11:28


Zeyd deyir:
"İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

"Məlun və ziyan görmüş o kəsdir ki, ömrü günü-gündən onu aldadır.
Qibtə və həsəd edilən o kəsdir ki, olduğu gün geridə qoyduğu gündən yaxşıdır".

_📗On altı əsas,səh.11_

Allaha doğru

28 Oct, 06:50


Islam Peyğəmbəri (s.) buyurur:

Ömrünün uzun, ruzisinin bol olmasını istəyənlər ata-anası ilə mehriban davranıb qohumluq əlaqələrini kəsməsinlər.
Usuli-Kafi

Allaha doğru

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Allaha doğru

25 Oct, 02:37


İbn Əbu Leyla İmam Həsən ibn Əlidən (ə) belə nəql edir: "Biz Əhli-Beytə məhəbbəti (özünüz üçün) lazım (vacib) bilin. Çünki kim Allahla biz Əhli-Beyti sevən halda görüşərsə, bizim şəfaətimizlə cənnətə daxil olar. Canım əlində olana and olsun ki, bizim haqqımızı tanımayan bəndəyə heç bir (xeyir) əməli fayda verməz".
عن ابن أبي ليلى، عن الحسن بن علي عليهما السلام، قال: قال رسول الله صلى الله عليه وآله: الزموا مودتنا أهل البيت فإنه من لقى الله وهو يودنا أهل البيت دخل الجنة بشفاعتنا، والذي نفسي بيده لا ينتفع عبد بعمله الا بمعرفة حقنا.
(Şeyx Bərqi (r.ə), "Əl-Məhasin", cild 1, səh 61, hədis 105)

Allaha doğru

25 Oct, 02:37


Cəbrayıl (ə) Allahın Peyğəmbərinin (s) yanına­ gəlib ərz etdi: Ey Allahın Peyğəmbəri (s­)! Allah-taala məni elə bir hədiyyəyilə s­ənin yanına göndərib ki, onu səndən əvvəl­ heç kimə verməyib. Allahın Peyğəmbəri (s­) buyurdu: O hədiyyə nədir? Cəbrayıl dedi­: Səbr və ondan daha yaxşı olan yəqinlik.­ Allahın Peyğəmbəri buyurdu: Dedim ki, (d­e) yəqinliyin izahı nədir? Dedi: Yəqini o­lan şəxs Allah üçün sanki, onu görürmüş k­imi iş görür. Çünki o Allahı görməsə də A­llah onu görür. Eyni zamanda tam yəqinlik­lə ona çatanın çatmamasının qeyri-mümkünl­üyünə və çatmayanın da çatmasının mümküns­üzlüyünə inanır. Bunların hamısı təvəkkül­ün budaqları və zahidliyin nərdivanıdır.»­ (Ğurərul-Hikəm, hədis 10970)

Allaha doğru

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Allaha doğru

22 Oct, 14:02


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Allaha doğru

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Allaha doğru

22 Oct, 04:58


İmam Sadiq (ə) buyurub:

Mömin bəndə nə qədər ki, sükut halındadır muhsin (gözəl əməl sahibi) olaraq yazılır. Danışmaqa başladığı vaxt, muhsin və ya günahkar olaraq yazılır.

Səvabul-Ə'mal, səh. 185

Allaha doğru

21 Oct, 06:34


Mümkünsüz işlərin ardınca gedin.

Baş verməsi mümkün olmayan işlərin ardınca gedin ki, baş versin. Yükü ağır olan işləri götürməyə qərar verin ki, götürə biləsiniz. "(Onlar) Allahdan başqa heç kəsdən qorxmazlar" (Əhzab 39)
Yaxşı, bəs, zəhmətlərin necə? Acıların necə? Nədənsə məhrum olmağın necə?
Cavabı budur ki: "Allah özü, haqq-hesab çəkməyə kifayətdir" (Əhzab 39) Allahı unutma və bil ki, haqq-hesabı Allahın yanındadır. Allahın haqq-hesab kitabında, acıların, məhrumluğunun, fədakarlığının, keçirdiyin əsəbin, çəkdiyin zəhmətin, etdiyin işlərin, gördüyün dağların, canını dişinə sıxmağının heç biri unudulmur.
"Allah özü, haqq-hesab çəkməyə kifayətdir"
Ayətullah Seyyid Əli Xamenei

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol

Allaha doğru

16 Oct, 14:40


İmam Sadiq (ə) buyurub:


"Kim özüylə Allahın arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər".

Şeyx Bərqi, (r.ə) "Əl-Məhasin", səh.-35, hədis 64.

Allaha doğru

15 Oct, 15:44


İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha
çox yaraşandır.»

İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir
və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir)

Əl-Kafi, c. 2, səh. 265, hədis 22

əl-Kafi, c. 2, səh. 260, hədis 2

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313

Allaha doğru

14 Oct, 07:21


۳- عَنْهُ عَنْ مُعَلًّی عَنِ الْوَشَّاءِ عَنْ عَبْدِ الْکَرِیمِ بْنِ عَمْرٍو الْخَثْعَمِیِّ عَنْ عُمَرَ بْنِ حَنْظَلَةَ وَ عَنْ حَمْزَةَ بْنِ حُمْرَانَ عَنْ حُمْرَانَ عَنْ أَبِی جَعْفَرٍ ع قَالَ: إِنَّ هَذِهِ الدُّنْیَا یُعْطِیهَا اللَّهُ الْبَرَّ وَ الْفَاجِرَ وَ لَا یُعْطِی الْإِیمَانَ إِلَّا صَفْوَتَهُ مِنْ خَلْقِهِ.

İmam Baqir (ə) buyurub: "Həqiqətən Allah (c) bu dünyanı həm yaxşı, həmdə facir (günahkar, zəlil) insanlara bəxş edir. Lakin imanı yaratdıqları arasında yalnız seçdiyi şəxslərə bəxş edir."

Şeyx Kuleyi (r), "Əl-Kafi", c. 2, səh. 215

Allaha doğru

10 Oct, 06:08


Bu şəkil əllamə Təbatəbai
( rəhmətullahi əleyh ) - in nadir şəkillərindəndir. Sağıdakı Ayatullah Məkarim Şirazi
( həfizəhullah ) və soldakı şəxs isə isə mərhum xətib Fəlsəfi
( rəhmətullahi əleh ) -dir.

Allaha doğru

09 Oct, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

Allaha doğru

08 Oct, 11:09


Ata və ana Quran surələrindən biri kimidir ...
Kimsə
onlar kimisini
Sənin üçün
gətirə bilməz...!