📿ZİKİRLƏR 313📿 @zikirler313 Channel on Telegram

📿ZİKİRLƏR 313📿

@zikirler313


O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar.

Rəd- surəsi ayə/28 📖

اللهYa Həbib Allahالله

📿ZİKİRLƏR 313📿 (Azerbaijani)

📿ZİKİRLƏR 313📿 kanalına xoş gəldiniz! Bu kanal, İslam dini ədəbiyyatı və mədəniyyəti ilə məşğul olan hər kəs üçün bir məkan təşkil edir. Burada Qurani-Kərimdəki zikr (Allahın adını xatırlama) məsələləri ilə bağlı məzmun paylaşılır. Zikr, Müslümanlar üçün çox əhəmiyyətli bir ibadətdir və bu kanal vasitəsilə daha çox insanın bu məsələlərlə tanış olması və mədəniyyətini zənginləşdirməsi hədəflənir. İndi ZİKİRLƏR 313 kanalına qoşulun və Qurani-Kərimdəki zikr ayələri ilə daha yaxından tanış olun! 📿📖🤲

📿ZİKİRLƏR 313📿

21 Nov, 11:01


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

📿ZİKİRLƏR 313📿

21 Nov, 09:48


📄SƏHİFEYİ SƏCCADİYƏDƏN📄

İlahi! Mən səni şahid tuturam və sən ən şahid-lərin ən yaxşısısan, göyünü və yerini, göylərdə və yerdə məskun etdiyin mələkləri və sair yaratdıq-larını da şahid tuturam, bu gündə, bu saatda, bu gecə və yerləşdiyim bu yerdə şəhadət verirəm ki, həqiqətən sən həmin Allahsan ki, Səndən başqa heç bir Allah yoxdur, ədaləti qaldıran, hökmündə adil, bəndələrinə mehriban, bütün aləmə sahib və bütün məxluqata rəhm edənsən.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @zikirler313

📿ZİKİRLƏR 313📿

17 Nov, 05:44


İmam Sadiq (ə) öz atasından (ə) Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir:

“Qiyamət günü əməl dəftərində hər günahın altında *“Əstəğfirullah”* zikrinə rast gəlinən bəndənin xoş halına!”

> ^Camiul-əxbar,səh.94

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

16 Nov, 05:43


İmam Kazim (ə) buyurur:

“Ata-babalarımdan (ə) biri bir şəxsin *“Fatihə”* surəsini oxuduğunu eşitdi və buyurdu:
“Onun üçün şükr, mükafat və bağışlanmadır”.
Sonra onun *“Ayətul-Kürsi”* ni oxuduğunu eşitdi və buyurdu:
“Bəh, bəh! Onun üçün cəhənnəm odundan bəraət nazil olmuşdur!”

> ^📖Dualar,səh.84

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

15 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

📿ZİKİRLƏR 313📿

15 Nov, 05:43


Imam Sadiq (ə) öz ata-babalarından belə nəql edir. "Hər gün otuz dəfə "La ilahə illəllahul-haqqul mubin" söyləyən şəxs zənginliyi qarşılayar, yoxsulluğa arxa çevirər və Cənnətin qapısını döyər".

Məkarimul-Əxlaq, cild-1, hədis 42/2108

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

14 Nov, 05:40


*Hacət duası*

"İsmət duası" İmam Mehdi (ə)-a yönələn bir dua olaraq tanınır və Şiə ənənəsində hacətlərin qəbul olması üçün çox tövsiyə edilən dualardan biridir. Bu dua vasitəsilə insanlar İmam Mehdi (ə)-ın vasitəçiliyi ilə Allahdan ehtiyaclarının qarşılanmasını diləyirlər. İsmət duası adətən dua kitablarında qeyd olunur və İmam Zaman (ə)-ın hörmətinə Allahdan kömək diləyən möminlər tərəfindən oxunur.

Aşağıda "İsmət duası"nın mətnini təqdim edirəm:

İsmət duası:

اللّهم عرّفني نفسك فإنّك إن لم تعرّفني نفسك لم أعرف نبيّك، اللّهم عرّفني نبيّك فإنّك إن لم تعرّفني نبيّك لم أعرف حجّتك، اللّهم عرّفني حجّتك فإنّك إن لم تعرّفني حجّتك ضللت عن ديني.

Oxunuşu: Allahummə ərrifni nəfsəkə fə innəkə in ləm tuərrifni nəfsəkə ləm ə'rif nəbiyyk, Allahummə ərrifni nəbiyəkə fə innəkə in ləm tuərrifni nəbiyək ləm ə'rif hüccətək, Allahummə ərrifni hüccətəkə fə innəkə in ləm tuərrifni hüccətək dələltu ən dini.

Mənası: "Allahım, Özünü mənə tanıt, çünki Sən Özünü mənə tanıtmasan, Peyğəmbərini tanımaram. Allahım, Peyğəmbərini mənə tanıt, çünki Sən Peyğəmbərini mənə tanıtmasan, Sənin hüccətini tanımaram. Allahım, Hüccətini mənə tanıt, çünki Sən Hüccətini mənə tanıtmasan, dinimdən azaram."

Bu dua "Məfatihul-Cinan" kitabında və digər Şiə dua kitablarında yer alır və İmam Zaman (ə)-ın vasitəsilə Allahdan hacətlərin qəbul olmasını istəmək üçün oxunur.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

13 Nov, 07:56


🍃"LƏ İLƏHƏ İLLƏLLAH"-IN XÜSUSİYYƏTİ

🌸"AYƏTULLAH BƏHAUDDİNİN SİFARİŞİ"


"La iləha illəllah" zikrinin ən az miqdarı gündə 100 dəfədir
İmam Baqir (ə) -dan ravayət olunub: Bir kəs hər gün 100 dəfə "La
iləhə illallah" zikrini deyərsə o gün insanlarin ən üsütnüdür bir şərtləki başqa birisi bu zikri ondan çox deməmiş ola


📔Ariflərin sınanmış zikrləri📿

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

12 Nov, 07:55


*☆ Maddi və ya Mənəvi Ruzunun Gəlməsi həmdə Çoxalması üçün 2 Rükətli Hacət Namazı☆*

*Qeyd:* Günün istənilən vaxtı qılına bilər

*Qaydası:*
*1*-ci Rükətdə Fatihədən sonra *1* dəfə *Qədr* surəsi oxunur sonra ruku etməzdəb qabaq
♡ *15* dəfə *"Əstəğfirullah"* (Allahdan bağışlanmağımı istəyirəm)

♡ Rukuda *"Subhanə Rəbbiyəl Azımi və bi Həmdih"* (Əzəmətli Rəbbimə Həmd olsun O Pak və Müqəddəsdir) deyildikədən sonra *10* dəfə *"Əstəğfirullah"*

♡ Rukudan qalxdıqda səcdə etməzdən qabaq Qiyam halında (Ayaq üstə)
*10* dəfə *"Əstəğfirullah"*

♡ 1 -ci Səcdədə *" Subhanə Rəbbbiyəl Ə'la və bi Həmdih"* (Hamıdan uca və Ali olan Rəbbimə Həmd olsun O Pak və Müqəddəsdir) zikrini deyib
*10* dəfə *"Əstəğfirullah"*

♡ Səcdədənə qaldıqda 2 Səcdə arası
*10* dəfə *"Əstəğfirullah"*

♡ 2 -ci Səcdədə *" Subhanə Rəbbbiyəl Ə'la və bi Həmdih"* zikrini deyib
*10* dəfə *"Əstəğfirullah"*

♡ 2 - ci Səcdədən sonra Ayağa qalxamazdan öncə oturan halda *10* dəfə *"Əstəğfirullah"*


♡ 2 - ci Rükətdə yenə Fatihədən sonra *1* dəfə *Qədr* surəsi oxunur və yenə ruku etməzdəb qabaq
♡ *15* dəfə *"Əstəğfirullah"*

♡ *Qunutda* istədiyin duadan sonra *10* dəfə *"Əstəğfirullah"*

♡ Rukuda *"Subhanə Rəbbiyəl Azımi və bi Həmdih"* deyildikədən sonra *10* dəfə *"Əstəğfirullah"*

♡ Rukudan qalxdıqda səcdə etməzdən qabaq Qiyam halında (Ayaq üstə)
*10* dəfə *"Əstəğfirullah"*

♡ 1 -ci Səcdədə *" Subhanə Rəbbbiyəl Ə'la və bi Həmdih"* zikrini deyib
*10* dəfə *"Əstəğfirullah"*

♡ Səcdədənə qaldıqda 2 Səcdə arası
*10* dəfə *"Əstəğfirullah"*

♡ 2 -ci Səcdədə *" Subhanə Rəbbbiyəl Ə'la və bi Həmdih"* zikrini deyib
*10* dəfə *"Əstəğfirullah"*

♡ 2 - ci Səcdədən qalxıb *10* dəfə *"Əstəğfirullah"*
sonra *Təşəhhüd* və *Salamları* deyib Namazı bitirirsən

♡ Namazdan sonra dərhal *1* dəfə deyilir
*Lə İləhə illəllah vəhdəhu vəhdəh*
(Allahdan başqa sitayiş olunası məbud yoxdur o Yeganədir Yeganə)

♡ Sonra *Hz. Xanım Zəhranın (ə.s) Zikri* deyilir

📿
*34* dəfə *"Allahu Əkbər"*
*33* dəfə *"Əlhəmdu Lilləh*
*33* dəfə *"Subhənəllah*
*1* dəfə *"Lə iləhə illəllah"*
*"Salavat"*

Sonda Səcdəyə gedib bu zikr *1* dəfə deyilir
*"Ya Muxallıs Yunus ibni Mətta min Batnıl Hut Xallısni"*
(Ey Mətta oğlu Yunus peyğəmbəri Balığıb qarnından azad edib qurtaran mənidə bu vəziyyətdən qurtar)

📿ZİKİRLƏR 313📿

10 Nov, 08:56


“Bismillah” deyib yatarıqsa nə baş verər?

Quranda deyildiyi kimi, əgər gündüzlər qazanc, ibadət, xidmət və sair əməllər üçün nəzərdə tutulubsa gecə də istirahət və yatmaq üçün nəzərdə tutulub. Yatmağın insan üçün misilsiz faydası hamıya məlumdur. Burada əsas məqam yatmağa necə başlamaqdır.
Yatan zaman insan müəyyən bir işi iradi şəkildə edə bilmir. Buna görə, insan yuxuda ikən edəcəyi hər bir işlə bağlı məsuliyyət daşımır.
Amma bəzən sırf yatmağın və yuxunun özü insana imtiyaz gətirir. Burada pak niyyətli və ixlaslı insalara məxsus olan mənəvi imtiyazdan söhbət gedir. Elə bir imtiyaz ki, bəndə onu öz iradəsi ilə deyil, yatmazdan öncə sırf bir Bismillah deməklə əldə edə bilir.
Camiul-Əxbar əsərində Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edilir:
“Bəndə yatmazdan öncə Bismilləhir-Rahmanir-Rahim desə, Allah öz mələklərinə bu əmri verər: Səhər sübh açılana qədər ona həsənat (savab) yazın”.

📿ZİKİRLƏR 313📿

09 Nov, 08:11


9 Noyabr-6 Cəmadiul-əvvəl

İmam Sadiq (ə) buyurur:

"Ayın altıncı günü mübarəkdir evlilik və hacət istəmək üçün münasibdir".

> "Məkarimul-əxlaq", səh.755

📿ZİKİRLƏR 313📿

07 Nov, 07:31


Peyğəmbər (s) buyurub: "

Ey Əli, dəstəmaz alarkən belə de:
*"Bismillah. Ey Allahım, Səndən kamil dəstəmaz almağı, kamil namaz qılmağı, bütün razılığını və bütün məğfirətini diləyirəm".*
Bu, dəstəmazın zəkatıdır".

_📘Camiul əxbar,səh.109_

📿ZİKİRLƏR 313📿

06 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

📿ZİKİRLƏR 313📿

06 Nov, 07:27


Allah Rəsulu (s) buyurur: Kim yatağına uzanarkən "İxlas" surəsini oxuyarsa, Allah-Təala onun əlli illik günahlarını bağışlayar.

> Ravzatul-vaizin, səh.529

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

05 Nov, 07:23


Imam Sadiq (ə) öz ata-babalarından belə nəql edir. "Hər gün otuz dəfə "La ilahə illəllahul-haqqul mubin" söyləyən şəxs zənginliyi qarşılayar, yoxsulluğa arxa çevirər və Cənnətin qapısını döyər".

Məkarimul-Əxlaq, cild-1, hədis 42/2108

📿ZİKİRLƏR 313📿

04 Nov, 07:22


İmam Sadiqin (ə) belə buyurduğu rəvayət edilir: "Kim "La həvlə və la quvvətə illa Billahil-Əliyyil-Əzim"
deyərsə, Allah-təala mələklərə belə buyurar: "Ona təslim olun və hacətini yerinə yetirin".

> "Məhasin", h.109

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

03 Nov, 07:01


Müşküllərin həlli

"Müşküllərdən azad olmaq və hacətlərə çatmaq üçün ən yaxşı yol bu dörd şeyə əməl etməkdir:
🔹Fəqirlər üçün qoyun qurbanı nəzir etmək
🔹Kəsa hədisini davamlı olaraq oxumaq
🔹Sədəqə vermək
🔹Salavat xətm etmək"

📚 Ayətullah Riza Bəhauddini (r)


💯 Paylaşmağı unutmayın!💯
👇
𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @zikirler313

📿ZİKİRLƏR 313📿

02 Nov, 06:55


💢Çalışın hər gün sübh namazından sonra sübh namazının təqibatlarında olan bu müxtəsər zikri deyin :

🔸Allahummə əhyini əla ma əhyəytə ələyhi Əliyyəbnə Əbi Talib və əmitni əla ma matə ələyhi Əliyyubnu Əbi Talib ələyhissəlam

🔸İlahi, Əli ibn Əbu Talibi diri saxladığınla məni də diri saxla, Əli ibn Əbu Talibi öldürdüyünlə məni də öldür.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

01 Nov, 07:33


Məhəmməd ibn Fuzeyl İmam Rzadan (ə) nəql edərək deyir:

“Allah Rəsulu (s) buyurdu:
“Kim cümə günü yüz dəfə mənə salavat göndərsə, Allah onun altmış ehtiyacını həll edər otuzunu bu dünyada,otuzunu axirətdə.

_📖Səvabul əmal və iqabul əmal səh.208_

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313

📿ZİKİRLƏR 313📿

31 Oct, 06:44


Ayetel Kürsi: yemək buğda düyü arpa kimi şeylərə 313 dəfə oxunaraq hər oxunuşta o şeyə üflənərsə bərəkəti artar o şeydə bərəkətlilik olar.

Ayetel kürsini hər gün oxumağı adət halına gətirən adamın ALLAH keçmiş günahlarını bağışlayar. Oxuyan həm Tövhid həmdə Tilaveti yerinə yetirmiş olar. Bu da üstün bir zikr olar.

Ayetel kürsini 34 ilahi ad vardır. 17 açıq olaraq 17 də bağlı olaraq. Eyni zamanda 17 mim hərfi 17 də vav hərfi vardır. Allahın ən böyük adı Ayetel kürsini mövcuddur. Buna görə Ayetel Kürsi ilə dua edilsə qəbul görər.

Ayetel kürsini bir hacət və arzunun olması üçün oxumaq o işin olmasına vəsilədir. Bu ayəni oxumağa davam edən davamı nisbətində fayda görər.

Bu ayəni oxumağa ancaq Peyğəmbərlər sıddıklar və şəhidlər davam edər. Adam oxumağa davam etsə əxlaqı sehid və sıddiklar əxlaqına çatar.

Ayetel kürsini oxumağa davam edən adama; ALLAH xeyirli və faydalı qapılar açar. Elm öyrədər. Gizli məlumatları və müalicə etmə yollarını öyrədir. Həm Zahiri həmdə Batini elm nəsib edər.

Ayetel Kürsi oxunur və savabı qəbir əhlinə bağışlanmış o qəbir nurla dolar qəbir genişləndirir və ölünün dərəcəsi mövqesi və məqamı yüksələr. Oxuyanada böyük savab verilər.

Ayetel kürsini çox oxuyanın anlayışı artar. Düşmən şərindən xilas olar. Allahı böyük adlarıyla xatırlamaq zikr etmək istəyənlər Ayetel kürsini oxumalıdırlar . Ayetel Kürsi ilahi rəhmət və nüsrət qapılarını açar .

Sıxıntılı anlarda Ayetel Kürsi oxunsa çətinlik keçər. Təhlükə vəziyyətində oxunsa o təhlükədən qurtulunur.

Ayetel kürsini 170 dəfə oxuyana Allah hər işində köməkçi olar. Çətinlik çəkməz. Kədərdən uzaq olar . İmkanı genişləndirir. Arzularına və istəklərinə qovuşar.

Bəqərə surəsinin ilk 4 ayəsi Ayetel Kürsi Ayetel kürsini sonrakı 2 ayəsi və Bəqərə Surəsinin son 5 ayəsini oxuyanın özünə və ailəsinə şeytan və pislik yaxınlaşa bilməz. Dəli üzərinə oxunmağa davam edilsə şəfaya qovuşar.

Şəhvətə düşkün pis əxlaqlı və pis kəslər oxuyur və oxumağa davam etsələr vəziyyətləri dəyişər. Əxlaqları düzələr və ən yaxşı hala yönəlmiş olarlar.

Ayetel kürsini oxuyan özünü güvən içinə alır. Cin şeytan və insan zərər verə bilməz.

Gecə yatarkən oxuyan özünü güvən içinə aldığı kimi ailəsini və qonşusunuda qoruyub güvən içinə alır.

Hər fərz namazını mütakip Ayetel Kürsi oxuyan ikinci bir namaza qədər qorunmuş olar. Yatarkən oxuduğunda 2 mələk onu qorumaqla vəzifələndirilər.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@zikirler313