İftitah @iftitah313 Channel on Telegram

İftitah

@iftitah313


"Varla yox arasında yaşanır,
Bəzi"Eşqlər"
"Gəl deməyə həyat icazə verməz..
Get deməyə də qəlbin..🥀❤️‍🩹

Mədədi Ya Zəhra (s.ə)

İftitah (Azerbaijani)

İftitah kanalı, özünü eşqlər arasında müxtəlifliyini yaşayanlar üçün təklif edir. Bu kanalda "Varla yox arasında yaşanır, Bəzi Eşqlər" məzmunu ilə həyatın dərinliklərində yolculuq edəcəksiniz. Həyatın əvvəlindən sonuna qədər insanın ruhunu dərindən həss edən məqamlar və hisslər, mədəni ya da zəhra səsinin işığında sizinlə paylaşılacaq. Gəlin, həyatın iftiharları və imtahanları arasında eşqin gücünü hiss edin, qəlbinizlə birlikdə özünüzü tanıyın. İftitah kanalı sizə həyatın ən dəyərli hisslərini yaşamaq və paylaşmaq üçün ideal bir platform təqdim edir. Siz də qoşulun və eşqin, sevginin və mənəvi zənginliklərin gücünü hiss edin!

İftitah

15 Feb, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

15 Feb, 12:50


📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

@toplu_admini

İftitah

15 Feb, 10:51


Ərəbcədən "Əhlən və səhlən" nə deməkdir?

@toplu_admini

İftitah

15 Feb, 06:27


İmam Zaman (ə.f) ağanın zühur əlamətləri:

9. Pis insanın yalan danışdığını və heç kimin onun yalanlarını və iftiralarını rədd etmədiyini gördüyündə.
10. Uşaqların böyüklərə hörmət etmədiyini gördüyündə.
11. Qohumluq əlaqələrinin kəsildiyini gördüyündə.
12. Pis adamların təriflənildiyini, onların sevinclə qarşılandığını və onların pis sözlərinin geri qaytarılmadığını gördüyündə.
13. Gənc oğlanların qadınlar kimi davrandığını gördüyündə.
14. Qadınların qadınlarla evləndiyini gördüyündə.
15. İnsanların mallarını Allahın itaətindən kənarda sərf etdiyini və heç kimin mane olmadığını gördüyündə.
16. İnsanların möminlərin uyğun olmayan işlərini gördükdə Allaha sığındığını gördüyündə.
17. Yalançı məddahların çoxaldığını gördüyündə.

18. Qonşuların bir-birini əziyyət etdiyini və bunun qarşısının alınmadığını gördüyündə.
19. Kafirin möminin çətinliyi üzündən sevindiyini gördüyündə.
20. Açıq-aşkar içki içdiklərini və bir yerdə içki içmək üçün toplandığını və Allahdan qorxmadığını gördüyündə.
21. Yaxşı işlərə dəvət edənlərin alçaldıldığını və zəifləndiyini gördüyündə.
22. Pis adamın Allahın sevmədiyi işlərdə güclü və təriflənmiş olduğunu gördüyündə.
23. Quran əhli və onların dostlarının alçaldıldığını gördüyündə.
24. Yaxşı yolun bağlandığını və pis yolun açıq olduğunu gördüyündə.

25. Kəbə evinin bağlandığını və bağlanmasının əmr edildiyini gördüyündə.
26. İnsanların dildə danışdığını, lakin əməl etmədiyini gördüyündə.
27. Möminlərin alçaldıldığını və zəif sayıldığını gördüyündə.
28. Bidət və zinanın açıq-aşkar olduğunu gördüyündə.
29. Camaatın yalançı şahidliyə etimad etdiyini gördükdə.
30. Halalın haram, haramın isə halal olduğunu gördüyündə.
31. Dinin insanların arzularına görə mənalandığını və Allahın kitabının və hökmünün bağlandığını gördüyündə.

İftitah

14 Feb, 13:01


İmam Zamanın (ə.f) zühurunun əlamətləri

اللهم صل على محمد و آل محمد و عجل فرجهم

Bir rəvayətdə İmam Sadiq (ə) öz yoldaşlarından birinə zühur əlamətlərini belə sadalayır:

1. Haqqın öldüyünü və tərəfdarlarının məhv olduğunu gördüyündə.
2. Zülm və ədalətsizliyin yayıldığını  gördüyündə.
3. Qur'anın köhnəldiyini və onun məna və anlayışlarına həvəs və istəklərə uyğun olaraq bidətlərin gəldiyini gördüyündə.
4. Allahın dininin (əməli olaraq) boşaldığını, elə bil onu tərs çevirdiklərini gördüyündə. (Necə ki, qabı tərs çevirərlər)
5. Batil əhlinin haqq əhlini qabaqladığını gördüyündə.
6. Pis əməllərin açıq-aşkar olduğunu və onun qarşısının alınmadığını, pis əməllər edənlərin sorğulanmadığını gördüyündə.
7. Kişilərin kişilərə, qadınların isə qadınlara kifayətləndiyini gördüyündə.
8. Sanki imanlı olanların susduğunu və onların sözlərinin qəbul edilmədiyini gördüyündə.

@iftitah313

İftitah

14 Feb, 02:23


İmam Kazim (ə) buyurur:
"Qaimimizin qeybində ipimizdən yapışan, vilayətimizdə sabitqədəm olan və düşmənlərimizdən uzaq duran şiələrimizin xoş halına! Onlar bizdəndir, biz də onlardanıq. Onlar bizdən imam olaraq razı qalmış, biz də onlardan şiə olaraq razı qalmışıq. Xoş onların halına, yenə də xoş onların halına! Allaha and olsun ki, onlar Qiyamət günü dərəcələrimizdə bizimlə birlikdədirlər".

Kəmalud-din və təmamun-neməh s. 445

İftitah

11 Feb, 05:54


Cabir Cofi deyib:


"Əbu Cəfərə (ə) (İmam Baqirə) dedim: "Fərəciniz nə zaman olacaq?" Buyurdu: "Heyhat, heyhat! Bizim fərəcimiz siz ələnməyənədək olmayacaq. Sonra ələnəcəksiz, yenə də ələnəcəksiz"- bunu üç dəfə təkrarladı- "Nəhayət Allah bulanıqlığı aparacaq, saflığı saxlayacaq".

Şeyx Tusi (r.ə)- "Əl-Ğeybə", səh.301, 7/286

İftitah

10 Feb, 17:45


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

09 Feb, 15:36


"Əhd" duasını oxuyaraq İmam Məhdi Sahibəz-zəman (عج) ilə bağlanan əhdi, beyəti təzələmək.


Duada oxuyuruq:

اللَّهُمَّ إِنِّي أُجَدِّدُ لَهُ فِي صَبِيحَةِ يَوْمِي هَذَا وَ مَا عِشْتُ مِنْ أَيَّامِي عَهْدا وَ عَقْدا وَ بَيْعَةً لَهُ فِي عُنُقِي لا أَحُولُ عَنْهَا

Əllahummə inni ucəddidu ləhuu fii sabiihəti yəumii həzəə və məə iştu min əyyəə mii əhdən və əqdən və bəy'ətən ləhuu fii unuqii ləə əhuulu ənhəə


Tərcüməsi:

"İlahi, bu günün sübhündə, yaşadığım
günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm".


"Əhd" duasından bir hissə.

İftitah

06 Feb, 03:24


İmam Rza (ələyhissəlam) buyurur:

"İmam etibarlı dost, şəfqətli ata, şəfqətli əkiz qardaşdır. Kiçik balasının qayğısına qalan ana kimidir. O qulların sığıncağıdır. İmam günahlardan pak olan, eyiblərdən uzaq olan, xüsusiyyəti elm, nişanəsi helm olan, dini nizamlayan, müsəlmanların izzəti, münafiqlərin qəzəbi və kafirləri yox edəndir.


Şeyx Hərrani, "Tuhəful-uqul", səh.471-472

İftitah

03 Feb, 11:22


https://youtu.be/fvyYQYaFVz0?si=14d-UThiupO6o5np

İftitah

03 Feb, 11:04


Haram aylarda hansı əməl olmaz?

@toplu_admini

İftitah

03 Feb, 10:44


Günün əvvəlində də, sonunda da sənə salam olsun; gecə düşəndə də, gün açılanda da sənə salam olsun! Salam, ey güvənilən imam! Salam, ey arzulanan sərvər! Bütün salamlar sənə olsun!

Ali Yasin ziyarətnaməsindən...

İftitah

02 Feb, 06:49


İmam Sadiq (ə) buyurub:

“İmamını tanı! Çünki sən onu tanısan, bu işin (fərəcin) tez olması və ya gecikməsi sənə zərər verməz”.


Şeyx Nu'mani, "əl-Ğeybə", səh. 329, bab: 25, h. 1;
Şeyx Kuleyni, "əl-Kafi", c. 1, səh. 371, bab: 84, h. 1/947

İftitah

01 Feb, 11:05


İmam Səccad (ə) buyurub:

Məhdinin müntəzirləri bütün zamanların ən yaxşı insanlarıdırlar.

Biharul-ənvar, c 2 səh 387.

İftitah

31 Jan, 07:42


Hər gün bir ayə!

(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!
Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.

Hicr surəsi, ayə: 49,50.

Allahummə əccil li-vəliyyikəl fərəc.

İftitah

16 Jan, 11:13


İmam Sadiq (ə) buyurub:

“İmamını tanı! Çünki sən onu tanısan, bu işin (fərəcin) tez olması və ya gecikməsi sənə zərər verməz”.


Şeyx Nu'mani, "əl-Ğeybə", səh. 329, bab: 25, h. 1;
Şeyx Kuleyni, "əl-Kafi", c. 1, səh. 371, bab: 84, h. 1/947

İftitah

13 Jan, 02:47


[An ke bi gofte konəd hale məra xub, kocast?]

Mən danışmadan halımı yaxşı edən haradadır?

Əllahummə əccil livəliyyikəl fərəc🤲🏻

İftitah

11 Jan, 07:04


Əhməd ibn Muhəmməd ibn Əbu Nəsr deyib:

“İmam Rza (ələyhis-səlam) dedi: “Səbir və fərəci gözləmək necə də yaxşıdır. Məgər izzət və cəlal sahibi Allahın kəlamını eşitməmisənmi? “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”(Hud 93),

 “İntizarda olun! Şübhəsiz ki, mən də sizinlə birlikdə intizardayam”. Buna görə də səbirli olun. Çünki fərəc yalnız məyusluq üzərində (ümidsiz olduqdan sonra) gəlir. Belə ki, sizdən öncəkilər sizdən daha səbirli olmuşlar”.


  (Kəmaluddin c.2, bab 55 səh.645, Kənzül-Dəqaiq təfsiri c.6, səh. 232, Burhan Təfsiri, c.3, səh.21)

İftitah

10 Jan, 02:55


`İmam Əli (ə) buyurdu:`

*İnsanların əmin-amanlıq zamanında imamın vücudunun qeybə çəkilməsinə baxmayaraq, onun elmi insanlardan qeybə çəkilməz. İmamın ədəbləri möminlərin qəlbində sabitdir. Möminlər də, o ədəblərə əməl edirlər.*

> Kəmalud-din, bab 26, h. 1

İftitah

08 Jan, 05:11


İmam Zamanın (ə.f), mübarək sirdabda oxunan ziyarətindən bir parça:

Ey Rəbbim! Mənə, Onun (İmam Mehdinin) (ə.f) itaətində durmağa, xidmətində olmağa, quracağı dövlətdə qalmağa və Ona (ə.f) qarşı üsyandan çəkinməkdə tofiq ver.

> Misbahuz-zair, səh.418

İftitah

06 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İftitah

06 Jan, 06:49


İmam Kazim (ə) buyurur:

“İmam (Mehdi (ə) gözlərdən itsə də, heç vaxt möminlərin ürəklərindən çıxmayacaq.”

(“Kəmalud-din”, c. 1, fəsil 34, hədis 6, səh.57.)

İftitah

04 Jan, 05:07


Ən böyük arzumuz sənsən Ya Sahib Əz Zəman! (Ə.C)


"Allahım! O dəyərli üzü və bəyənilmiş paklığı mənə göstər.Ona bir baxmaqla gözümə nur və əbədiyyət sürməsi sür.Zuhurunu tezləşdir, çıxışını asanlaşdır, yolunu genişləd, məni onun höccətli yolunda yerit..."

(Əhd duasından)

İftitah

03 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İftitah

03 Jan, 11:08


Sahibəzzaman (ə.f) yəni qeyb pərdələrindən parlayan və mütləq doğacaq olan Günəş!

Bir gün Nərcizin gülü mütləq zühuru edəcək..

İftitah

03 Jan, 11:08


İmam Məhdi (əccələllahu fərəcəh) buyurub:

Siz daim mənim nəzarətimin dairəsindəsiniz.

Biharul-ənvar. Cild-53. Səh-175.

İftitah

03 Jan, 08:17


Həzrəti Rəsulallah (s.ə.a.) buyurur: “Mənim ümmətimin ən üstün işi, fərəcin intizarda olmaq və Allahdan onun baş verməsini istəməkdir”. ( Biharul-ənvar, c. 52, səh 122, hədis 2)

Biz, hər gün İmam Zamanın (ə.f.), bu gün zühur edəcəyinə inanmalı və bunu nəzərə alaraq intizarında olmalıyıq. Həqiqət budur ki, İmam Zaman (ə.f.) hər an zühur edə bilər. Əgər İmam Zaman (ə.f.) bu gün zühur edərsə-inşəallah etsin-bizim vəzifəmiz nə olar? Onun çağrışına cavab verərək,  görüşünə getmək üçün yola düşməyə hər cəhətdən hazır olmaq-həqiqi intizar budur.

İftitah

02 Jan, 04:10


"Üzümüzü sənə (ə) yönəldən həsrət içindəyik, Sənin (ə) müqəddəs nurunla şərafət tapmağı ümid edirik..."

İftitah

28 Dec, 06:42


Həmmad ibn İsa deyir: "Mən İmam Sadiqin (ə) söykənərək yemək yediyini görmədim. O, Allah rəsulunu (s) xatırlayıb belə buyurardı: "Allah rəsulu (s) dünyasını dəyişənə qədər söykənərək yemək yemədi".

Əl-mumin vəz-zuhd, səh 143

İftitah

26 Dec, 15:45


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

İftitah

24 Dec, 05:46


Yunus ibn Ribat Əbu Abdullahdan (ə) belə nəql edir: "Haqq əhli mövcud olduğu gündən daim sıxıntı içində olmuşdur. Bilin, bu yaxın bir müddətə qədər belədir, (daha sonra) uzun bir firavanlıq olacaq"

İsbatul-Huda, c. 3, s.543, hədis 527

Əllahummə əccil li vəliyyikəl fərəc

İftitah

23 Dec, 06:34


Hardadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Hardadır həvayi-nəfsə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Hardadır təkəbbürləri, inadkarları məhv edən? Hardadır inad edib və zəlalətə salanların, küfr əhlinin kökünü kəsən? Hardadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən?

Nüdbə duasından

@iftitah313

İftitah

23 Dec, 04:20


Əbu Xalid Kabuli İmam Səccadın (ə) belə buyurduğunu rəvayət edir: «Ey Əbu Xalid, onun (İmam Mehdinin) qeyb dövründə imamlığına qail (inanan) və zühurunun intizarında olan adamlar bütün zaman əhlindən daha üstündürlər».

Şeyx Səduq, Kəmalud-Din.

İftitah

22 Dec, 05:34


İmam Zaman (ə.f) zühuru üçün dua etməyin faydaları.

2⃣-ci hissə

1. Bu duanı oxuyan qiyamətdə İmam Zaman (ə.f)-ın şəfasına nail olacaq.

2. Bu duanı oxuyana Peyğəmbərin (s) də şəfaəti nəsib olacaq.

3. Bu dua ilə Allahın əmrinə itaət olunur və Allahın fəzl və inayəti tələb olunur.

4. Bu dua digər duaların da müstəcab olmasına səbəb olur.

5. Bu dua risalətin (nübuvvətin) əcrini əda edir.

6. Bu dua bəlaların dəf olmasına səbəb olur.

7. Bu dua ruzinin çoxalmasına səbəb olur.

8. Bu dua günahların bağışlanmasına səbəb olur.

9. Bu dua İmam Zaman (ə.f)-ın xidmətinə yetişməyə səbəb olur.

10. Bu dua insan öldükdən sonra İmamın zühuru vaxtı yenidən insanın dünyaya qayıtmasına səbəb olur.

Məfatihul-hacat

@iftitah313

İftitah

21 Dec, 06:34


İmam Zaman (ə.f) zühuru üçün dua etməyin faydaları.

(Bu faydaları "Mikyalul Məkarim" kitabının müəllifi rəvayətlərdən ələ gətirmişdir)

1⃣-ci hissə

1. Fərəc üçün dua etmək ilə İmam Zaman (ə.f)-ın "Mənim zühurum üçün dua edin. Sizin zəfəriniz mənim zühurumdadır" ifadəsinə itaət olunur.

2. Bu dua nemətlərin çoxalmasına səbəb olur.

3. Bu dua qəlbi məhəbbət büruzə verir.

4. Bu dua intizar nişanəsidir.

5. Bu dua ilə Imamların (ə) əmrləri yerinə yetirilir.

6. Bu dua Şeytanın narahatçılığına səbəb olur.

7. Bu dua insanı zühurdan qabaqkı zəmanənin bəlalarından amanda saxlayır.

8. Bu dua ilə İmam Zaman (ə.f)-ın bizlərə olduğu haqqının bir qismi ödənilir.

9. Bu dua Allahın və Onun dininin əzəmətinə səbəb olur.

10. İmam Zaman (ə.f) bu duanı oxuyan üçün dua edir.

Məfatihul-hacat

@iftitah313

İftitah

19 Dec, 04:50


İmam Hadi (ə) buyrub:
Əgər Qaiminizin (ə.f) qeybətindən sonra ona doğru çağıran, yol göstərən, onun dinin qoruyuan, Allahın (elmdə) zəyif olan bəndələrini iblisin toruna düşməkdən və nasibilərin hiylələrindən, xilas edən alimlər olmasaydı, Allahın dinindən çıxmamış bir nəfər belə qalmazdı. Lakin gəmisi sahibi gəmini və onun əhlini qoruyub saxladığlqı kimi, onlar da zəyif qəlbli şiələrimizi qoruyub saxlayarlar. Onlar Allahın yanında ən fəzilətli şəxslərdir.

Şeyx Təbərsi, Əl-İhticac, c.1, səh.9

İftitah

16 Dec, 14:22


İmam Baqir (ə) buyurub:

Dostlarınızı uca tutun və onlara hörmət göstərin! Sizlərdən biriniz digərinin üzərinə hücum çəkməsin! Bir-birinizə ziyan vurmayın! Bir-birinizə qarşı həsəd aparmayın! Sizi xəsislikdən uzaq olmağa çağırıram! Allah-təalanın ixlaslı, səmimi, layiqli və saleh bəndələri olun!

(Üsuli-Kafi, səh 526.)

İftitah

12 Dec, 06:56


Yəman Təmmar belə rəvayət edir: "Əbu Abdullah (ə) buyurdu:

*"Bu işin sahibinin bir qeybə çəkilməsi var ki, həmin zamanda dininə sarılan şəxs əli ilə tikanlı kolun tikanlarını qoparan şəxs kimi olacaq".*
Sonra Əbu Abdullah (ə) əli ilə göstərib, belə buyurdu:

"Hansı biriniz əli ilə tikanlı kolun tikanlarından yapışa bilər?"
Sonra başını aşağı saldı və belə buyurdu: *"Həqiqətən də, bu işin sahibinin qeybə çəkilməsi olacaq. Elə isə hər bir bəndə Allahdan qorxub təqvalı olsun və öz dinindən yapışsın"*

📖Kitabul-Ğeybə,səh.156

@iftitah313

İftitah

11 Dec, 11:09


Biz özümüzü düzəltməliyik! Hər an özümüzlə məşqul olmalı və bir-birimizi haqqa dəvət etməliyik. Güzgü kimi eyblərimizi səmimi şəkildə bir-birimizə bildirməliyik. Əsas işimiz eyblərimizin aradan getməsi olmalıdır və günbəgün müsbətə doğru hərəkət etməliyik. 

Ayətullah uzma Xamenei

İftitah

09 Dec, 15:18


İmam Zamanın (ə.s) zühur əlamətlərindən...

1. Qızıl Qübbəli Ulduz

> İmam Baqir (ə.s): "Göydə bir qızıl qübbəli ulduz peyda olacaq. Bu, İmamın (ə.s) zühuruna işarədir."
(Bihar əl-Ənvar, c. 52, səh. 208)



2. Yer Üzərində Fəsadın Yayılması

> İmam Sadiq (ə.s): "Yer üzü zülm və haqsızlıqla dolacaq, ta ki o, ədalətlə dolsun."
(Əl-Qeybət, Şeyx Nömani, səh. 206)



3. Nəfs Zəkiyyənin Şəhid Edilməsi

> İmam Sadiq (ə.s): "Zühurdan öncə Nəfs Zəkiyyə Məkəddə günahsız şəkildə şəhid ediləcək."
(Əl-Qeybət, Şeyx Tusi, səh. 267)



4. Sufyaninin Çıxışı

> İmam Sadiq (ə.s): "Sufyani zühurdan öncə zülmlə Şama hakim olacaq."
(Əl-Qeybət, Şeyx Tusi, səh. 270)



5. Yemaninin Çıxışı

> İmam Baqir (ə.s): "Yemaninin çıxışı İmamın (ə.s) zühur əlamətlərindən biridir. O, haqq bayraqla çıxacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 210)



6. Fitrət Bayramı Günündə Zühur

> İmam Sadiq (ə.s): "İmam (ə.s) Fitrət bayramı günündə zühur edəcək."
(Kafi, c. 1, səh. 341)



7. Səmavi Səs

> İmam Baqir (ə.s): "Ramazan ayında göydən bir səs eşidiləcək və bu, İmamın zühurunun əlaməti olacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 231)



8. Kəbənin Yanında Çağırış

> İmam Sadiq (ə.s): "İmam Zaman (ə.s) Kəbənin yanında öz zühurunu elan edəcək."
(Əl-Qeybət, Şeyx Tusi, səh. 282)



9. İraq və Şamda Qarışıqlıq

> İmam Sadiq (ə.s): "İraq və Şamda qarışıqlıqlar İmamın zühur əlamətlərindən biridir."
(Bihar əl-Ənvar, c. 52, səh. 215)



10. Kufədə Qanlı Hadisələr

> İmam Baqir (ə.s): "Kufə zühurdan öncə çətinlik və qan axıdılma şahidi olacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 208)



11. Səmadan Günəş Kimi İşıq Saçan İşarə

> İmam Baqir (ə.s): "Göydə günəş kimi işıq saçan bir əlamət görünəcək."
(Əl-Qeybət, Şeyx Nömani, səh. 204)



12. Quraqlıq və Təbiət Fəlakətləri

> İmam Sadiq (ə.s): "Zühurdan öncə insanlar böyük quraqlıqla qarşılaşacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 240)



13. Ədalətin Unudulması

> İmam Sadiq (ə.s): "Zühurdan öncə insanlar ədaləti unudacaq və zülmə boyun əyəcək."
(Əl-Qeybət, Şeyx Tusi, səh. 270)



14. Müxtəlif Fitnələrin Artması

İmam Baqir (ə.s): "Dünya fitnələrlə dolacaq, insanlar bir-birinə düşmən olacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 218)



15. Səmavi Ordunun Yardımı

> İmam Sadiq (ə.s): "Allahın mələkləri İmam Zamanın (ə.s) ordusuna yardım edəcək."
(Əl-Qeybət, Şeyx Tusi, səh. 259)



16. Yalancı Mehdilər

İmam Sadiq (ə.s): "Zühurdan öncə bir çoxları özünü Mehdi adlandıracaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 231)



17. Həccdən Məhz Kəbəyə Qayıdış

İmam Sadiq (ə.s): "İmam (ə.s) Həcc mövsümündə zühur edəcək və Kəbədən çıxış edəcək."
(Əl-Qeybət, Şeyx Nömani, səh. 208)



18. Əhli-Beytin (ə.s) Səhabələrinə Tərəf Çağırış

İmam Baqir (ə.s): "Zühur zamanı İmamın sadiq dostları onun yanına toplaşacaq."
(Bihar əl-Ənvar, c. 52, səh. 233)



19. Şamın Zəlzələsi

İmam Sadiq (ə.s): "Şamda böyük zəlzələ baş verəcək və bu, zühur əlamətlərindəndir."
(Bihar əl-Ənvar, c. 52, səh. 240)



20. Bütün Dünyanın Zülmlə Dolması

İmam Baqir (ə.s): "Zühur yalnız dünya zülm və haqsızlıqla dolduqdan sonra baş verəcək."
(Kafi, c. 1, səh. 336)

İftitah

07 Dec, 13:08


Hz İmam Əli əleyhis salam buyurur ki :

Bilin ki, bu nazik dərinizin atəşə dözümü yoxdur. Belə olan halda özünüzə rəhm edin...
- Sizlər dünya müsibətlərində təcrübə etmisiniz. Bədəninizə tikan batanda, yaxud yerə yıxılıb qana boyananda....
- Yaxud isti qumlar ayağınızın altını yandıranda necədə insanı haldan salır.
Bəs iki lay alovun arasında qalanda necə olar?!

Ps: Çalışaq qədrimizi bilək və özümüzü oddan qoruyaq.

@iftitah313

İftitah

04 Dec, 05:32


İmam Zamanı (ə.f)
gözləyənlərin ən böyük vəzifəsi
möminlərlə birlikdə mənəvi,
əxlaqi, əməli, dini, etiqadı və
dostluq cəhətdən özlərini hazirlamaq və zalimlarla mübarizə aparmaqdır. Müqəddəs müdafiə (iran-iraq müharibəsi) sıralarında fərəhlə iştirak edənlər əsl müntəzirlər idi. İslam ölkəsi düşmən tərəfindən təhdid edildikdə, İslamı dəyərləri,
vətəni və islamın ucaldılmış
bayrağını....... müdafiə etməyə hazır olan şəxs İmam Zaman (ə.f) zühur

edəndə o Həzrətlə (ə.f)
birlikdə təhlükəli meydanlarda
addımlayacağını iddia edə bilər.


Ayətullah Seyyid Əli Xamenei

22/10/2002

@iftitah313

İftitah

02 Dec, 04:47


Şəhidin kəlamı

Şəhid Mürtəza Əfzar.

İnsan uca məqamlara yalnız ən yaxşı şeylərini infaq eləməklə çatır.

@iftitah313

İftitah

29 Nov, 09:10


İmam Zaman (ə.f)-ın başqa on məşhur ləqəbini təqdim edirəm:

1. Məhfuz - Allah tərəfindən qorunan.


2. İmam əl-Muntəzər - Zühuru gözlənilən imam.


3. Sahibul-Beyt - Əhli-Beytin rəhbəri.


4. Vəliyyullah - Allahın dostu və təyin etdiyi rəhbər.


5. Bağiyyullah - Allahın haqqı və xeyri olan.


6. Mənsur - Allahın yardımı ilə zəfər çalan.


7. Muzəffər - Qələbə ilə mükafatlandırılan.


8. Xaləs - Pak və günahsız olan.


9. Muhacir - Allah yolunda yerini dəyişən, gizlənən.


10. Nurullah - Allahın nuru, yer üzünü nurlandıran.



Bu adlar da İmam Zaman (ə.f)-ın uca məqamını və Ona aid xüsusiyyətləri ifadə edir.

İftitah

29 Nov, 09:10


İmam Zaman (ə.f) üçün istifadə olunan bir çox gözəl ləqəb və künyə var. Onlar həm Onun ucalığını, həm də xüsusi sifətlərini ifadə edir. Ən çox tanınanlardan bəziləri bunlardır:

1. Lisanullah (Allahın dili) – Bu ləqəb Onun Allahın iradəsini və hikmətini ən gözəl şəkildə təcəssüm etdirdiyini bildirir.


2. Bəqiyyətullah (Allahın saxladığı) – İmam Zaman (ə.f) Allahın yer üzündə saxladığı sonuncu höccət və rəhbərdir.


3. Qaim (Qalxan) – Ədaləti bərqərar etmək üçün qalxan şəxs kimi tanınır.


4. Mehdi (Hidayət edici) – İnsanları doğru yola hidayət edən mənasındadır.


5. Hüccətullah (Allahın dəlili) – Onun varlığı Allahın yer üzündəki varlığının dəlilidir.


6. Sahib əz-Zaman (Zamanın sahibi) – Zamanın və dövranın sahibi olduğu ifadə edilir.



8. Sahib əl-Əmr (Əmr sahibi) – İslam ümmətinə rəhbərlik etmək üçün Allah tərəfindən təyin edilmişdir.


9. Xatəmul-Əvsiya (Vəsilərin sonuncusu) – Onun vəsilərin sonuncusu olduğu göstərilir.


10. Muntəzər (Gözlənilən) – Onun zühuru ilə yer üzünün ədalətə qovuşacağı ümidi ifadə olunur.



Bu adların hər biri İmam Zaman (ə.f)-ın müxtəlif sifət və xüsusiyyətlərini əks etdirir və müsəlmanlar tərəfindən böyük hörmətlə istifadə olunur.

İftitah

28 Nov, 14:05


Əgər həyatda uğur qazanmaq və yaşayışınızdan ləzzət almaq istəyirsinizsə, ata-ananıza yaxşılıq edin.

Ayətullah Muctehidi (r)

İftitah

28 Nov, 14:05


Həzrət Peyğəmbər (ص) buyurub:

- "Günahlardan uzaq olun, çünki onlar yaxşılıqları məhv edir, həqiqətən, bəndə günah edir və onun səbəbi ilə öyrəndiyi elmi əlindən verir."

📚Biharul-ənvar, cild-73, səh.-377.

İftitah

28 Nov, 14:05


Nəsihətnamədən:
- Dünyanı çiyinlərinizdən atsanız, Allaha daha rahat gedərsiniz…

İftitah

27 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

26 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İftitah

25 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

25 Nov, 07:58


"Onun (ə.f) əli ilə ruhumuza şəfa ver"..


"İftitah" duasından.


@iftitah313

İftitah

23 Nov, 09:46


SÖYÜŞ HAQQINDA HƏDISLƏR
Söyüş söyməkdən çəkinmək.
1. Allahın Peyğəmbəri (s): «Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.» (Biharul- Ənvar, c.79, səh.111, hədis 6)
2 . Allahın Peyğəmbəri (s): «Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.» (əl-Kafi, c.2, səh.323, hədis 3)
3 . Allahın Peyğəmbəri (s): «Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.» (əl-Kafi, c. 2, səh.325, hədis 8)
4 . İmam Əli (ə): «Böyük insan heç vaxt söyüş söyməz.» (Ğurərul-Hikəm, hədis 9478)
4959. İmam Baqir (ə): «Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.» (əl-Kafi, c.2, səh.324, hədis 4)
5 . İmam Baqir (ə): «Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.» (Biharul- Ənvar, c.78, səh.181, hədis 67)
6 . İmam Baqir (ə): «Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.» (Biharul- Ənvar, c.78, səh. 185, hədis 14)
7 . İmam Sadiq (ə): «Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır (onun nişanələrindəndir).» (Biharul-Ənvar, c.79, səh.113 hədis 14)
8 . İmam Sadiq (ə): «Camaat kimin dilindən qorxarsa, o, alovda olar.» (əl-Kafi, c. 2, səh.327, hədis 3)

@iftitah313

İftitah

22 Nov, 19:53


1:27 saniyədə Hacı Şahin deyir ki, peyğəmbər bir nümayəndə təyin edib, o fasiq adamdır. Demir ki, vəzifə verəndən sonra fasiq oldu.

https://youtu.be/r7CZFnWaYWY?si=h09kSjPRnN4eEC78

Riza Kazemi isə bu videonun 2:09 saniyəsində deyir ki, Hacı Şahin belə söz demir. Riza orda Hacı Şahinin çıxışını kəsib, həmin hissəni vermir.

https://youtu.be/GyFrdY5utvY?si=ee9rFETKE6M15jyL

2-ci yanlış fikir

Riza burda 6:30 saniyədə İmam Əlinin Müaviyəyə vəzifə verməməsini fasiqə vəzifə verməməyə dəlil gətirir. Amma İmam Əlinin Müaviyəyə qarşı o tutumu Müaviyənin fasiqliyi ilə əlaqədar deyildi. Müaviyə tüləqa əhlindən idi yəni Məkkənin fəthindən sonra zorla müsəlman olanlardan idi. Tüləqa əhlinə hakimiyyətin haram edilməsi barədə isə peyğəmbərdən açıq əmr var idi.

İkincisi İmam onu İslamdan xaric olmuş sayırdı. Nəhcül-Bəlağədəki məktubunda Müaviyəyə yazır ki, mən bir yoldayam ki, siz ora zorla girmişdiz və indi ordan xaric olmusuz.

Amma İmam Əli fasiq Ubeydullahın atası fasiq Ziyada vəzifə vermişdi. Bəsrədə və daha sonra Fars vilayətində onu vali etmişdi. Həmçinin Ziyad Müaviyənin ordusunu Bəsrədə məğlub edib, digər vilayətdəki üsyanı yatırıb İmamın əmri ilə. Ziyad o şəxs idi ki, məşhurə bir qadınla izdivac etmişdi. Məşhurə ilə nəinki daimi heç müvəqqəti də izdivac etmək olmaz. Xanım Zeynəb də illər sonra Ziyadın oğluna anasının Mərcanə olduğunu xatırladacaqdı.

Yəni İmam da fasiq birinə vəzifə verib.

https://youtu.be/GyFrdY5utvY?si=WNp0o3ZkF7DyO24i

3-cü yanlış fikir

Riza bu videonun 21:25 saniyəsində deyir ki, fasiqə vəzifə vermək özü fisqdir. Yəni peyğəmbər fasiqə vəzifə veribsə özü nəuzubillah fasiqdir.

Halbuki Peyğəmbər Xalidə o qəbilənin müsəlman üzvlərini öz kinindən ötrü öldürəndən sonra da vəzifə verib. Onu Yəmənə göndərib. Həmin qəbiləyə İmam Əlini göndərib diyə ödədiyi kimi sonradan yenə Yəmənə də İmam Əlini göndərib. Yəmənlilərin İmam Əlinin əli ilə müsəlman olması hadisəsi tarixin ən məşhur hadisələrindəndir. Xalid orda da dəvət üçün göndərildiyi halda qan salıb və qırğın törətmişdi.

Yəni Riza müqavimətçiləri xəvariclikdə ittiham etdiyi halda özü peyğəmbərə nəuzubillah fasiq deyir.

https://youtu.be/yO9gVZjcgrI?si=1Cx6uVVl4QE2APth

4-cü yanlış fikir

Riza bu videonun 16:45 saniyəsində çoxlu şərtlər sayır ki, Xalidin fasiq olmadığını sübut eləsin. Halbuki fasiq kimdir sualına Mizanul Hikmət kitabında İmam Sadiq belə cavab verir;

O günahlar ki, Allahın kəbirə günahlarından hesab olunur, bir şəxs ləzzət axtarışında, şəhvət təsirində, ehtirasın ona qalib gəlməsi üzündən bu günahları etsə bu fisqdir və ona mürtəkib olan da fasiq adlanır. O insan imandan kənarlaşır.
Əgər o şəxs bu əməli əhəmiyyət verməmək və yüngül qəbul etmək dərəcəsinə çatana qədər davam etdirsə, bu etinasızlıq və yüngüllük üzündən küfrə yetişir.

ميزان الحكمه،ترجمه حميد رضا شيخي،نشر دار ث،ج۱۰ص۴۶۳۲ح۱۵۹۱۳

https://youtu.be/GyFrdY5utvY?si=EPnW4SfKyLpB6RNM

5-ci yanlış fikir

Riza bu videonun 13:19 saniyəsində deyir ki, Xalidin etdiyi xəta idi, fisq deyildi.

Halbuki xəta bilmədən birini öldürməkdir, bilərəkdən müsəlmanları öldürmək isə xəta deyil. Əbdürrəhman İbn Ofv aşağıda mənbəsini verdiyim kitabda nəql edir ki, Xalid onları əmisinin intiqamını almaq üçün müsəlman olduqları halda öldürdü.

واقدی، المغازی، ۱۹۸۹م، ج۳، ص۸۷۵ـ۸۸۲؛ ابن هشام، السیره النبویه، ۱۹۳۶م، ج ۴، ص۷۰ـ۷۴.

https://youtu.be/GyFrdY5utvY?si=lrDidDAydtGBjOCw

6-cı yanlış fikir

Riza bu videonun 9:50 saniyəsində deyir ki, Xalid özü komandirlər şəhid olandan sonra komandanlığı ələ alıb, peyğəmbər ona komandanlıq verməyib.

Bu hadisə Mutə döyüşündə olub. Amma müzakirə mövzusu bu döyüş deyil. Müzakirə mövzusu həmin hadisədən sonra hicri 8-ci ildə Peyğəmbərin Xalidi 350 nəfər mühacir və ənsara başçı təyin edərək Bəni Cuzeymə qəbiləsi üstünə göndərməsidir ki, orda cinayət törədib. Daha sonra peyğəmbər yenə Xalidi hicri 9-cu ildə 420 nəfərlik ordu ilə yenə vəzifəyə göndərir. Daha sonra Peyğəmbər Xalidi 400 nəfərlik ordu ilə Yəmənə göndərir hicri 10-cu ildə.

https://youtu.be/GyFrdY5utvY?si=UJ7E_BA5QU4xebA5

İftitah

21 Nov, 10:59


Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız. (Ənbiya, 35 ayə)

İftitah

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

İftitah

12 Nov, 07:58


Möminlərin əmiri Əli(ə) buyurdu:

*"Kim tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Onun bədəninin hissələrinə və yer əhlinə günahlarını gizlətmələri, gözətçi mələklərə isə onun haqqında yazdıqlarını unutmaları əmr olunar".*

_📖Səvabul-əmal və iqabul-əmal,səh.239_

İftitah

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

İftitah

02 Nov, 16:48


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

İftitah

02 Nov, 08:45


İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyururlar: "Elə bir bəndə yoxdur ki, bir və ya iki dəfə, yaxud bir neçə dəfə gecə yuxudan ayılmasın.
Ayağa qalxıb ibadət etməsə, şeytan onun qulağına idrar edər. Sizdən biri belə etdikdə yuxudan ağır və tənbəlliklə oyandığını görmürsünüzmü?"

> Ravzatul-vaizin, səh.546

İftitah

01 Nov, 07:24


Cabir deyir: "İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

"Allaha itaət yolunda addımlayan elə bir mömin bəndə yoxdur ki, hər addıma görə Allah onun məqamını bir dərəcə ucaltmasın və bir xətasını silməsin".

_📙On altı əsas,səh.97,hədis.46/250_

İftitah

31 Oct, 16:14


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

İftitah

29 Oct, 07:02


İSLAMIN HƏR YERDƏ ELM ÖYRƏNMƏYƏ DAİR TÖVSİYƏSİ

🔸 Biz elmi hər kəsdən öyrənərik, eybi yoxdur. İslam bizə deyib ki, hətta Çində olsa belə elmi öyrənin. O zamanın Çini qədim və mütərəqqi bir sivilizasiyanın varisi idi. Yolu uzun idi, İslam haqqında heç bir şey də eşitməmişdilər. Eyni zamanda Peyğəmbər buyurdu ki, elmi, biliyi, təcrübəni, texnologiyanı öyrənmək üçün haraya lazım olsa, gedin; yəni alimin şagirdi olun, alimin qarşısında ədəblə diz qatlayın və ondan öyrənin.


© İmam Xamenei
📔 "Elm işığı" 1-ci cild.

İftitah

27 Oct, 06:35


Muhəmməd ibn Müslim İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:

*"Şiələrimizdən kim qırx hədis yadda saxlayarsa, Qiyamət günü Allah-taala onu alim fəqih kimi həşr edər və ona əzab verməz".*

> ^Mənbə:📕Şeyx Səduq,İmlalar~səh.358,hədis.13/462

İftitah

26 Oct, 06:46


✍️ Ayətullah Əli Füruği

🌸 Dünyadan köçmüşləri yad edək ki,onlar da bizi yad etsinlər.Biz də bir gün bu dünyanı tərk edəcəyik.

🔸 Əgər vəfat etdikdən sonra anılmağımızı istəyiriksə, başqalarını yad edək ki, biz də yada düşək.

✍️ Hədisdə buyrulur :

🌸 Rəhmət göstər ki,sən də rəhm olunasan.

📚 Biharul ənvar/c.71/s.396

👉 İnsan gərək özü mehr,məhəbbət və rəhmət əhli olsun ki,başqaları da ona məhəbbət və rəhmət göstərsinlər.

İftitah

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

İftitah

22 Oct, 04:52


Bu gün bişirdiyimiz yeməyin savabını İmam Əli (ə) və xanım Zəhra (sə) ya hədiyyə edək

Müstəhəbbdir:
1. Yeməyi sağ əli ilə yemək.
2. Üç barmaq, ya çox barmaqla yemək ; İki barmaqla yemək yeməsin.
3. Əgər bir neçə nəfər süfrədə otursalar, hər şəxs öz qabağındakı yeməklərdən yesin.
4. Tikəni kiçik götürsün.
5. Süfrə başında çox otursun və yeməyi uzatsın.
6. Yeməyi yaxşı çeynəsin.

İftitah

21 Oct, 08:28


🌸 *HӘMİŞӘ DӘSTӘMAZLI OLMAGIN FAYDALARI* 🌸

🌼1. Ömürü uzadır.

Allahın Peyğəmbəri (s): Ey Ənəs çalış həmişə pak və dəstəmazlı olasan ki, Allah ömrünü uzadacaq. Əgər gecə gündüz dəstəmazlı ola bilsən bu işi mütləq et çünki, dəstəmazlı dünyadan köçsən şəhidin mükafatına və savabına nail olacaqsan

 

🌼2. Hacətlərin qəbul olacaq.

İmam Sadiq (ə): Mən təəccüb edirem o adama ki, dəstəmazlı olan halda bir iş və ya hacət dalınca gedə amma işi alınmaya hacəti verilməyə...

 

🌼3. Şəhidin savabı verilir

Allahın Peyğəmbəri (s): Dəstəmazla yatan şəxsin gecəykən ölüm.sorağına gəlsə bu şəxs şəhid kimi dünyadan köçmüşdür.

 

🌼4. Yatağın məscid olur

Allahın Peyğəmbəri (s): Kim dəstəmaz alıb yatarsa yatağı onun üçün məscid olacaq və yuxusu gecəni səhərə qədər namaz qılan şəxs kimidir və əgər bir şəxs dəstəmazsız yerinə girib yatarsa yatağı ona qəbir olacaq və səhərə qədər orada ölü cəsəd kimi qalacaq.

 

🌼5.Ruzinin çoxalmasına səbəb olur.

İmam Sadiq (ə): Kim evində xeyir bərəkətin çoxalmasını istəyirsə yemək yediyi vaxt dəstəmaz alsın.

İftitah

19 Oct, 03:16


"Bir gün Təlhə və Zübeyr Əli əleyhissəlamın yanına qonaq gəlirlər. Əli (ə) onları qəbul edir, sonra mizin üstündə yanan çırağı söndürüb, başqa bir şam yandırır. Onlar bir çırağı söndürüb, digər çırağı yandırmağın səbəbini soruşduqda, Əli (ə) belə buyurdu: "Birinci yanan çıraq ümumi büdcədəndir, beytül-malındır; siz gələnə qədər mən dövlət büdcəsinin hesab işləri ilə məşğul idim, ona görə də dövlətin öz hesabından olan çıraqdan istifadə edirdim. Amma indi ki, siz gəlmisiniz, mənim qonağımsınız və mənimlə şəxsi söhbətiniz var, dövlət çırağından istifadə etməyə haqqım yoxdur." Təlhə və Zübeyr bu cavabı eşitdikdə, bir-birinin üzünə baxıb duruxdular. Bir söz demədən, xudafizləşib getdilər. Yol boyu bir-birinə deyirlər: "Bizim kimi böyük şəxsiyyətlər gəlmişik ki, Əli ilə yüz mindən, yüz milyonlardan danışaq, bu rəhmətliyin oğlu isə, dövlətin üç qəpiklik çırağını da bir-iki dəqiqəliyə bizim üçün yanmağa qoymadı."

İftitah

17 Oct, 06:01


Zühurun intizarının mənası İmam Zaman (ə.f) hansı hədəflər üçün qiyam edəcəksə, sən də özünü o hədəflər üçün tam hazırlamalısan.

Ayətullah Xamenei.

https://t.me/turalceferi

İftitah

15 Oct, 09:26


Bir ömür fəqirlikdən sonra var - dövlət sahibi oldum və anladım ki :
🦋 Pul ilə saat almaq olar, amma zaman almaq olmaz.
🦋 Pul ilə məqam almaq olar, amma hörmət qazanmaq olamaz.
🦋 Pul ilə kitab almaq olar, amma elm qazanmaq olmaz.
🦋 Pul ilə dərman almaq olar, amma sağlamlıq əldə etmək olmaz.
🦋 Pul ilə çarpayı almaq olar, amma rahat yuxu əldə etmək olmaz.

İnsanların dəyəri onların var - dövlətində deyil, mərifətindədir.

Çarli Çaplin

İftitah

14 Oct, 07:22


Salam olsun Peyğəmbərin (s) Gülünə. O gül ki, onu soldurdular. 🥀
Allah lənət etsin
ömərə, əbubəkrə, qunfuza.

İftitah

09 Oct, 08:54


🌺🌿 Allah çətin vaxtlarda daha yaxşı görünür...
Musa (ə) Nil çayını keçəndə, Yusif və bağlı qapılar hekayəsində, balığın qarnı və Hz.Yunus(ə)....hər vaxt görsən, dalana dirənirsən əgər Allaha imanın olsa, Allah xilas edər.
@iftitah313

İftitah

07 Oct, 01:59


Dua zamanı bunu bilin ki, hər Ya Allah çağırışınızın ardıycan Ləbbeyk gəlir. Bu Ləbbeyk Allahın bizə olan diqqətidir.

Ayətullah Seyyid Əli Xamenei.

İftitah

07 Oct, 01:59


Adəm övladı qəribə məxluqdur; hidayət olması üçün 124 min peyğəmbər kifayət etmədi,
amma onu azdırmaq üçün bir şeytan bəs etdi.

Şeyx Muhsin Qiraəti

İftitah

05 Oct, 09:38


Əhli-beyt (ə) hədislərinə əsasən, üzüyü sağ ələ taxmaq daha yaxşıdır. Bəzi hədislərdə Peyğəmbər (s) bu barədə imam Əliyə (ə) vəsiyyət edərək buyurmuşdur ki, bu iş, yəni üzüyü sağ əlin barmağına taxmaq insanı müqərrəb mələklərlə bir edər. ("İləluş-şəraye”, Şeyx Səduq, c.1, s.525.)

Hədislərdən belə anlaşılır ki, Peyğəmbər və imamlarımızın sünnəsi bu məsələdə üzüyü sağ ələ taxmaq olub. Çünki o həzrətlərin üzükləri həm də onların "möhür”ü (peçat) olub ki, çox vaxt üzüklərinin qaşlarında Quran ayələri və Allah adı olub. Buna görə də, heç vaxt sol əldə istifadə edilməyib. Səbəbi də budur ki, insanlar adətən "təharət” zamanı sol əldən istifadə edir və bu halda Allah adı və Quran ayəsinə hörmətsizlik olacaq deyə üzüyün sol əlin barmağında olması haramdır. ("Əl-kafi”, "əl-xəvatim” bölməsi; "Müstədrəkul-vəsail”, Mühəddis Nuri, c.3, "əbvabu əhkamil-məlabis” bölməsi.)

Bu məsələyə bəzi hədislərdə də işarə edilib. Belə ki, imamlardan üzüyün sol ələ taxılması barədə soruşulduqda, "təharət zamanı barmağınızda olmazsa, eybi yoxdur” deyə cavab vermişlər. Burdan da aydın olur ki, üzüyü sağ əlin barmağına taxmaq müstəhəbdir və eyni halda, üzüyü sağ və sol əlin barmaqlarına taxmağın eybi yoxdur. Sadəcə "təharət” zamanı müqəddəs adlar yazılmış üzükləri barmaqdan çıxarmaq lazımdır ki, o adlara hörmətsizlik olunmasın. ("Vəsailuş-şiə”, Şeyx Hürr Amuli, c.5, səh.79; "Hilyətul-müttəqin”, Əllamə Məclisi, səh.30.)

Bunu da qeyd edək ki, Peyğəmbərin (s) səhabələri həmişə bu sünnəyə sadiq qalmış və üzüyü sağ barmaqlarına taxmışlar. Bu sünnəni ilk dəfə sındıran və ayaq altına atan Müaviyə ibn Əbu Süfyan olmuşdur. ("Əl-qədir”, c.10, səh.210.)

Sözümüzü imam Həsən Əskərinin (ə) mübarək bir hədisi ilə tamamlayırıq:

علامة المؤمن خمس: صلاة الاحدي و الخمسين، و زيارة الاربعين و التختم باليمين و تعفير الجبين و الجهر ببسم الله الرحمن الرحيم

"Möminin (şiəliyin) əlaməti beşdir: "51 rəkət namaz qılmaq, "Ərbəin” ziyarətinə getmək, sağ əlin barmağına üzük taxmaq, alını səcdə üçün torpağa qoymaq və "Bismillahir-rəhmanir-rəhim”i uca demək.” ("Vəsailuş-şiə”, Şeyx Hürr Amuli, c.5, səh.81.)