Hədis-Evi @shia_hadis Channel on Telegram

Hədis-Evi

@shia_hadis


Adminlə Əlaqə: @Hesen_Eli14
___________

İnstagram səhifəmiz:

https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76
___________

Dost Kanal: https://t.me/tovhid_shia
___________

Whatsapp kanalımız:

https://whatsapp.com/channel/0029VaP42JBDJ6H8IwqYTA44

Hədis-Evi (Azerbaijani)

Hədislər, müsəlmanların həyatında önəmli bir yere malikdir. Peyğəmbərimiz Hazrət Muhammədin sözləri, hər bir müsəlmana yol göstərən, mürşid və nurdan götürən kəlmələrdir. Ən doğru və ən müsahibəsiz yolu seçmək istəyən hər bir müsəlman üçün hədislər, ən əhəmiyyətli mənbədir. "Hədis-Evi" adlı Telegram kanalı, hədisləri və islami məzmunu geniş şəkildə onlayn platformada paylaşan dərmanxana kimi bir mənbədir. Kanalın adı, hədislərin evi, bu mövzuda ən doğru və etibarlı mənbəni təmsil edir. Kanal, şia mənəviyyatına həsr olunmuşdur və islami məzmunlar, hədislər və peyğəmbər sözləri ətrafında inkişaf etmək istəyənlər üçün ideal bir yerdir. "Hədis-Evi" kanalında, şia hədisləri ilə bağlı bilgi ala biləcəyiniz, mənəvi məsələlərdəki məlumat baxımından zəngin siyahılar əldə edəcəyiniz çoxsaylı paylaşımlar yer alır. Kanalın idarəçisi @Hesen_Eli14 olub, əlaqə məlumatlarından kanala asanlıqla daxil ola bilərsiniz. Hədislərin eşitilməsinə və onların ruhlarımıza nüfuz etməsinə nail olmaq üçün "Hədis-Evi" kanalına qoşulun, mənəvi dərcələrinizi yüksəldin, Peyğəmbərimiz Hazrət Muhammədin yolunda məşverət alın.

Hədis-Evi

10 Feb, 14:16


İmam Zamanın (ə.f) etdiyi duadan bir parça:

İlahi! Həccə gedənlərin və zəvvarların xərclərinə və qazanclarına bərəkət əta et.
Onlara vacib bildiyin ümrə və həcc ziyarətini onların haqqında Öz fəzlin və rəhmətinlə həyata keçir, ey rəhimlilərin ən rəhimlisi.

(əl-Misbah, fəsil 29, səh 281.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

09 Feb, 18:05


İmam Hüseyn (ə), oğlu Həzrət Əli Əkbəri (ə) meydana göndərərkən üzünü göyə qaldıraraq belə dedi:

İlahi, özün şahid ol ki, onlarla döyüşmək üçün əxlaq, yaradılış və danışıq baxımından sənin rəsulun Muhəmmədə (s) ən çox bənzəyən şəxs meydana çıxıb. Biz Peyğəmbəri (s) görmək üçün darıxdıqda ona baxardıq.

(əl-Məqtəl, səh 258.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

09 Feb, 03:44


İmam Baqir (ə) buyurub: "Bizim Qaimimiz - İmam Məhdi (ə.f) qiyam (zühur) etdikdə, Humeyraya (Aişəyə - l.ə) hədd cəzası olaraq şallaq vurduracaq və Həzrət Rəsulullahın (s) qızı Həzrət Fatimənin (s.ə) intiqamını da ondan alacaq!!!" Ravi dedi: "Sizə fəda olum! Ona (l.ə) nəyə görə hədd vurduracaq?" İmam (ə.f) buyurdu: "İbrahimin anası (Mariyə əl-Qibtiyyəyə) böhtan və iftira atdığına görə!" Ravi dedi: "Necə oldu ki, Allah bu işi (hədd vurmağı) Qaim (ə) üçün təxirə saldı?" İmam (ə) buyurdu: "Çünki Allah Həzrət Muhəmmədi (s) rəhmət olaraq göndərmişdir. Lakin Həzrət Qaimi (ə.f) isə intiqam (cəza və qəzəb) olaraq göndərəcəkdir!!!"

(Biharul-ənvar, cild 22, səh 242, hədis 8.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

08 Feb, 03:00


İmamın razılığını əldə etmək üçün oxunan dua

Davud Riqqi nəql edərək deyir: "İmam Sadiqdən (ə) soruşdum:

"Allaha necə dua edim ki, imamım məndən razı qalsın?"
İmam (ə) buyurdu: "De: "Ey Allahım! Ey imamımın və mənim Rəbbim, imamımı və məni yaradan, imamıma və mənə ruzi verən, imamımı məndən razı et".

(İlamul-vəra, cild 1, səh 545.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

07 Feb, 14:42


Əbu Səid Müqri belə nəql edir: “Üsamə ibn Zeyd mənə dedi:

“Allah rəsulu (s) ilin bəzi günlərini o qədər oruc tuturdu ki, o Həzrətin (s) bir də yemək yeməyəcəyini güman edirdik. Bəzən də o qədər oruc tutmurdu ki, o Həzrətin (s) bir də oruc tutmayacağını düşünürdük”. Soruşdum: “Heç olubmu ki, Peyğəmbərin (s) digər aylarda o qədər oruc tutmamasına rəğmən hansısa ayda daha çox oruc tutduğunu görəsən?” Üsamə dedi: “Bəli, olub”. Soruşdum: “Hansı ayda?” Üsamə dedi: “Şaban ayında. Peyğəmbər (s) belə buyurardı: “Şaban elə bir aydır ki, insanlar bu aydan Rəcəblə Ramazan aylarının fasiləsində qafil olurlar. O, bir aydır ki, onda insanların əməlləri aləmlərin Rəbbinin hüzuruna aparılar. Əməllərim ilahi dərgaha gedərkən oruc olmağı sevirəm”.

(Fəzailul-əşhuris-səlasə, Şaban ayının fəzilətləri, səh 51.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

07 Feb, 05:12


Əbu Haşim əl-Cəfəri belə nəql edir: "İmam Əbu Cəfər Muhəmməd Təqi ibn Əli Musər-Rza əl-Cavadın (ə) yanında idik. Sufyanidən və hədisdə onun işinin məhtum (mütləq baş verəcək əlamət) olmasından söz düşdü. Mən İmam Cavada (ə) dedim: "Allah məhtum olan işlərdə bəda edərmi?" Buyurdu:

"Bəli." Mən dedim: "Qorxuruq ki, Allah Qaim (İmam Məhdi (ə.f)) barəsində də bəda etsin." İmam (ə) buyurdu: "Qaim (ə.f) "vəd" dəndir."Allah isə öz vədinə xilaf çıxmaz!!!"
(Ali-İmran/9, Rəd/31.)

(Kitabul-Ğeybə, bab 18, hədis 10.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

06 Feb, 14:22


Böyük əhli-xilaf – sünni alimi Əbül-Qasim Təbərani öz sənədi ilə Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir:

“İnsanlar müxtəlif ağaclardan, mən və Əli isə bir ağacdanıq”.

Əhli-sünnə mənbəsi:
(Süleyman İbn Əhməd Təbərani, "Əl-Mucəmul-əvsət", cild 4, səh 263, hədis 4150. çap: Darul-Hərəmeyn)
https://t.me/Shia_Hadis

Hədis-Evi

06 Feb, 04:50


İmam Sadiq (ə) buyurub:

Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir.

(əl-Kafi, cild 2, səh 189, hədis 6.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

05 Feb, 15:49


Səkuni Cəfər ibn Muhəmməddən (ə), o da öz ata-babalarından belə nəql edir: “İmam Əli (ə) belə buyurdu:

“Allah-taala, dörd şeydə öz zövcəsinə itaət edəni üzü üstə Cəhənnəm oduna atar”. Soruşdular: “O hansı itaətlərdir?” İmam (ə) buyurdu: “Nazik paltar geyinməyə, hamamlara, toylara və (səs-küylü) növhə məclislərinə getməyə icazə verməkdir”.

(əl-Xisal, səh 208, hədis 515.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

05 Feb, 03:07


İmam Səccad (ə) buyurub:

Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.

(əl-Kafi, cild 2, səh 231, hədis 3.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

04 Feb, 14:37


İmam Zeynul-Abidin (ə) buyurub:

Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.

(Biharul-ənvar, cild 52, səh 122, hədis 4.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

04 Feb, 06:42


Allahın Peyğəmbəri (s) buyurub :

Qiyamət günü bir carçı car çəkəcək ki: Hardadır Zeynəlabidin( yəni abidlərin zinəti) ? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib (qabağa çıxmaq üçün) sıraları yarır.

(Biharul-Ənvar, cild 46, səh 3, hədis 1.) 
https://t.me/Shia_Hadis

Hədis-Evi

03 Feb, 14:05


İmam Baqir (ə) buyurub :

Əli ibn Hüseyn ( İmam Zeynul-Abidin (ə.) ) namaza durduqda rəngi dəyişərdi. O, namazda zəlil nökərin əzəmətli qüdrət sahibinin qarşısında durduğu kimi durardı. Namaz qıldıqda onun bədən üzvləri Allah qorxusundan əsərdi. Namazını sonuncu namaz kimi qılardı. Elə bil ondan sonra heç vaxt namaz qıla bilməyəcəkdi.

(Biharul-ənvar, cild 46, səh 61.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

03 Feb, 04:01


“Həzrət Abbas (Əbəlfəzl) yaraşıqlı, gözəl bir kişi idi, böyük bir ata minəndə ayaqları yerlə sürünərdi. Ona Qəməri-bəni Haşim ( Haşim övladlarının ayı) deyərdilər.”

(Məqatilut-Talibiyyin, səh 90.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

02 Feb, 14:47


Sabit ibn Əbu Səfiyyə Əli ibn Hüseyndən (ə) belə nəql edir:

“Allah-taala Abbasa (yəni Əlinin oğluna) rəhmət etsin, çünki o, öz qardaşını özündən tərcih etdi, ona görə imtahan olundu və qardaşına gələn bəlanın qarşısında sipər oldu. Hətta onun iki əli kəsildi. Allah da bunun əvəzinə Cəfər ibn Əbu Talibə əta etdiyi kimi, ona da Cənnətdə mələklərlə birgə uça biləcək iki qanad əta etmişdir. Qiyamət günü Abbasın Allah yanında bütün şəhidlərin qibtə edəcəyi bir məqamı var”

(Əl-Xisal, səh 84, hədis 214.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

02 Feb, 03:00


İmam Hüseyn (ə) buyurub :

Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kə’b də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu:
Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!
Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:
Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!
Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq Peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.

(Uyunu əxbarir-Riza, cild 1, səh 59, hədis 29.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

01 Feb, 13:43


İmam Sadiq (ə) buyurub:

" İmam Hüseynin (ə) zəvvarları Qiyamət günündə dünyadakı günahlarına görə cəhənnəm odu vacib olmuş yüz nəfərə şəfaət edəcəklər ".

(Kamiluz-ziyarat, bab 68, hədis 2.)

YA HÜSEYN, Şəhadət Veririk ki, Sən Allahın Əbədi Olan Nurusan ki, Heç Vaxt Sönməyib və Sönməyəcəksən..

💐Bayramınız Mübarək Haqq Əhli!💐

Hədis-Evi

01 Feb, 05:58


Əbu Həmzə Sumali Zeyd ibn Əlidən, o da atasından (ə) belə nəql etmişdir:

İmam Hüseyn (ə) doğulduqda, Allah Cəbrailə (ə) belə vəhy etdi: “Muhəmmədin oğlu olmuşdur. Onun yanına en, onu təbrik elə. Ona söylə ki, Əlinin sənə olan mənziləti Harunun Musaya (ə) olan dərəcəsi kimidir. Odur ki, ona Harunun oğlunun adını qoy!”. Cəbrail (ə) endi, ona Allah tərəfindən təbrik söylədi, sonra dedi: “Allah sənə əmr edir ki, körpəyə Harunun oğlunun adını qoyasan”. Peyğəmbər (s) soruşdu: “Onun adı nə idi?”. Cəbrail (ə) dedi: “Şəbir idi”. Peyğəmbər (s) dedi: “Axı, mənim dilim ərəbcədir”. Cəbrail (ə) dedi: “Ona “Hüseyn” adını qoy!”.

(İləluş-Şəraye, cild 1, səh 202, hədis 5.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

31 Jan, 14:07


Əli ibn Həsən ibn Əli ibn Fəzzal öz atasından belə nəql edir:

“İmam Rza (ə) buyurdu: “Kim Şaban ayında hər gün yetmiş dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikrini deyərək günahlarından tövbə edərsə, Allah-taala onun günahlarını, hətta göyün ulduzlarının sayı qədər olsa belə, bağışlayar”.

(Fəzailul-əşhuris-səlasə, Şaban ayının fəzilətləri, səh 39.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

31 Jan, 03:17


Abdullah ibn Fəzl Haşimi belə nəql edir: “İmam Sadiq (ə) buyurdu:

“Şaban ayının orucu mömin bəndənin Qiyamət günü üçün azuqə və zəxirəsidir. Kim Şaban ayında çox oruc tutarsa, Allah-taala onun məişət və güzəranını islah edər, yaxşılaşdırar və onu düşmənlərinin şərindən qoruyar. Həqiqətən də, Şaban ayında bir gün oruc tutan şəxsin ən az qazancı Cənnətin ona vacib olmasıdır”.

(Fəzailul-əşhuris-səlasə, Şaban ayının fəzilətləri, səh 38.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

30 Jan, 15:19


Yunus ibn Yəqub nəql edərək deyir: “İmam Sadiqdən (ə) Şaban ayında tutulan oruc barədə soruşdum:

“O ayda sizin ata-babalarınızdan oruc tutan olubmu?”. İmam buyurdu: “Ata-babalarımdan ən yaxşısı olan Allah Rəsulu (s) ən çox Şəban ayında oruc tuturdu”.

(Səvabul-əmal və iqabul-əmal, səh 82, hədis 234.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

30 Jan, 14:32


İmam Sadiq (ə) buyurub:

Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər.

(Biharul-ənvar, cild 104, səh 209, hədis 19.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

30 Jan, 03:03


İmam Sadiq (ə) buyurub:

Allah-taala buyurmuşdur: And olsun izzəti-cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və lənəti qəbul etmərəm.

(Biharul-ənvar, cild 75, səh 312, hədis 20.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

29 Jan, 14:09


İmam Baqir (ə) buyurub:

"Bizim vasitəmizlə ağaclar bar verir və meyvələr yetişir, çaylar axır, göydən yağış yağır və yerdə bitkilər yetişir".

(Biharul-ənvar, cild 25, səh 6.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

28 Jan, 14:07


İmam Hüseyn (ə) buyurub:

"And olsun Allaha, Allah elə bir şey yaratmamışdır ki, ona həqiqətən bizə itaəti əmr etməmiş olsun".

(Biharul-ənvar, cild 44, səh 183, hədis 8.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

28 Jan, 05:04


Həzrət İmam Əli (ə) buyurub:

Peyğəmbərə (s) ilk vəhy gəldikdə şeytanın fəryad etməsini eşitdim. Peyğəmbərə (s) belə dedim :
“ Ey Allahın Rəsulu (s), bu nə fəryaddır?”
Peyğəmbər (s) buyurdu:
“Bu şeytanın fəryadıdır. O, artıq Allahın bəndələrindən (oları azdıra bilməyəcəyindən) məyus oldu. HƏQİQƏTƏN SƏN MƏNİM EŞİTDİKLƏRİMİ EŞİDİR, GÖRDÜKLƏRİMİ GÖRÜRSƏN. SADƏCƏ SƏN PEYĞƏMBƏR (s) DEYİLSƏN. LAKİN SƏN VƏZİRSƏN VƏ XEYİR ÜZƏRİNDƏSƏN.

(Nəhcül-Bəlağə, 191-ci xütbə (Qasiə xütbəsi), səh 327.)
https://t.me/Shia_Hadis

Salam Olsun Sənə ey Allahın Rəsulu Allah səni nə qədər sevirmiş ki, fələkləri sənə xatir yaradıb. Ey o şəxs ki, zəhmətin döyüş üçün dərs oldu, ürəyin ilahi vəhyin lövhəsi! Salam olsun sənə ey bəşəri açıq-aşkar azğınlıqqdan xilas etdən, Allah bəndlərini hidayət etmək üçün candan zəhmət çəkən, Allahın hökmlərini və şəriətini bərpa edən! Salam olsun sənə TəkAllahlılığı canlandıran!

Hədis-Evi

27 Jan, 14:15


İmam Cavad (ə) buyurub :

"Rəcəb ayında elə bir gecə var ki, həmin gecə Günəşin üzərinə saçdığı bütün yaranmışlardan daha xeyirlidir və o, Rəcəb ayının 27-ci gecəsidir.
Daha sonra buyurdu: Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir".

#Qeyd : Rəcəb ayının 27-si (28 - Yanvar) Məbəs Gecəsidir. ( Muhəmməd Peyğəmbərin (s), Peyğəmbərliyə seçildiyi gün)

(Şeyx Tusi, Misbah kitabı.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

27 Jan, 03:09


İmam Həsən (ə) buyurur:

Babama (s) (peyğəmbərə), Əbu Talib (ə) vəfat etdi deyildikdə bu, onun qəlbinə ağır gəldi. Əbu Talibə (ə) (vəfatına görə) çox kədərləndi. Sonra onun yanına daxil olub alnının sağ tərəfinə dörd dəfə, sol tərəfinə isə üç dəfə əlini sürtdü. Daha sonra isə dedi:
"Ey əmi, (mən) balaca olarkən (məni) böyütdün, yetim olarkən baxdın, böyük olduğumda isə kömək etdin. Allah mənə (etdiklərinin) əvəzində səni xeyirlə mükafatlandırsın".

(Tarixi-Yaqubi, cild 2, səh 35. hədis 137.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

26 Jan, 14:06


İmam Kazim (ə) 55 il yaşamışdır. İmamlığı dövründə uzun müddət – 10 il bir neçə ay Harun Rəşid tərəfindən həbsdə saxlanılmışdı.

(Tacul-məvalid, səh 180.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

26 Jan, 04:58


Abdullah Seyrəfi belə nəql edir:

“İmam Musa əl-Kazim (Harun ər-Rəşidin l.ə adamlarından olan) Sindi ibn Şahikin (l.ə) əlində olarkən (onun zindanında) dünyasını dəyişdi. O, İmamın (ə) cənazəsini küçələrdə daşıtdıraraq belə deyirdi: “Bu, rafizilərin imamıdır. Onu tanıyın”. Onun cənazəsini "Məclisuş-şurta" adlanan yerə gətirdikdə dörd nəfər təyin etdi ki, onlar bərkdən belə nida etsinlər: “Agah olun, kim xəbis (pis) oğlu xəbis (pis) olan Musa ibn Cəfərə (ə) baxmaq istəyirsə, bayıra çıxsın...”

(Biharul-ənvar, cild 48, səh 227, hədis 29.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

25 Jan, 15:53


Yaqub Sərrac deyir:
"İmam Sadiqin (ə) yanına daxil oldum, o beşikdə olan imam Musa əl-Kazimin (ə) başı üstündə dayanmışdı. Uzun müddət onunla gizlicə danışdı. Mən oturmuşdum ki, (onların gizli söhbəti) bitdikdə ayağa qalxdım. İmam Sadiq (ə) mənə buyurdu:

“Mövlana (ağana) tərəf yaxınlaş və salam ver!” Mən yaxınlaşıb ona salam verdim. O (imam Kazim (ə)) fəsih bir dillə salamımın cavabını verdi. Sonra mənə buyurdu: “Get, dünən qızına qoyduğun adı dəyişdir! Çünki o bir addır ki, Allah o ada nifrət edir”. Mənim üçün bir qız uşağı doğulmuşdu ki, adını Humeyra qoymuşdum. (Humeyra aişənin (l.ə.) ləqəbidir.) İmam Sadiq (ə) buyurdu: “Onun əmrini yerinə yetir ki, hidayət olasan”. Mən də onun adını dəyişdim".

(Vəsailuş-şiə, cild 21, səh 389.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

25 Jan, 03:27


İmam Kazim (ə) buyurub:

Hər gün öz nəfsinin hesabatını aparmayan kəs, bizdən deyil. Yaxşı iş görmüşsə Allahdan onun artmasını istəyər, əgər pis iş görübsə Allahdan bağışlanmasını istəyər və Onun dərgahına tövbə edər.

(əl-Kafi, cild 2, səh 453, hədis 2.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

24 Jan, 15:04


Allah Rəsulu (s) buyurub:

"Bizə (Əhli-beytə) iman gətirən şəxs Allaha iman gətirmişdir. Bizi qəbul etməyən (inkar edən) şəxs Allahı qəbul etməmişdir. Bizə şəkk edən Allaha şəkk etmişdir. Hər kəs ki, bizi tanıyarsa, Allahı tanımışdır. Hər kəs bizdən üz çevirərsə, Allahdan üz çevirmişdir. Kim bizə itaət edərsə, Allaha itaət etmişdir".

(Biharul-ənvar, cild 25, səh 22.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

24 Jan, 03:02


Nəcih adlı bir nəfər belə rəvayət edir:
İmam Həsən ibn Əlini (əleyhima səlam) yemək yeyərkən gördüm. Onun qarşısında bir it var idi. Özü hər nə qədər loxma (tikə) yeyirdisə, o qədər də itə ayırıb atırdı. Mən ona dedim: “Ey Allah Rəsulunun (s) oğlu, bu iti sənin yeməyindən qovummu?” İmam (ə) buyurdu:

“Ona qarışma (boş ver). Mən Allahdan həya edirəm (utanıram) ki, bir canlı üzümə baxdığı halda mən yemək yeyim və sonra ona yemək verməyim”.

(Biharul-ənvar, cild 43, səh 352, hədis 29.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Jan, 14:27


Allah Rəsulu (s) buyurub:

Canım əlində olana (Allaha) and olsun! Hər bir cəsədin ruhu ya cənnət meyvələrindən ya da "Zəqqum" ağacından yeməmiş öz sahibindən ayrılmaz. (Can verən şəxs) ölüm mələyini görən zaman məni, Əlini, Fatiməni, Həsən və Hüseyni (ə) görəcəkdir. Bizi sevən olsa, mən deyəcəyəm: “Ey ölüm mələyi, onunla mehriban rəftar et! Çünki o məni və Əhli-beytimi sevirdi”. Əgər bizə düşmən olsa, deyəcəyəm: “Ey ölüm mələyi, onunla şiddətli davran! Çünki o mənə və Əhli-beytimə kin-küdurət bəsləyirdi”.

(Bəşarətul-Mustafa lişiətil-Murtəza, hədis 7.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Jan, 04:58


Allah Rəsulu (s) buyurub:

"Xoş o kəsin halına ki, mənim Əhli-beytimin Qaiminin (ə.f) qeybəti dövründə qiyamından öncə ona iqtida edə, onun dostları ilə dost ola və düşmənlərinə düşmən ola. O kəs mənim dostlarımdandır. Məvəddətimə layiq olan şəxsdir. O, Qiyamət günü mənim üçün ən hörmətli şəxsdir".

(Kəmalud-din, cild 1, səh 286.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

22 Jan, 03:14


Həzrət İmam Əli (ə) buyurub:

"Ey Salman (r.ə), bütün ümmətlər mənə itaət etmək üçün dəvət olunublar. (Onlardan) kafir olanlar od ilə əzablandırıldılar və mən də həmin odda onların üzərində keşikçi dayanıram".

(Biharul-ənvar, cild 26, səh 292.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

21 Jan, 03:48


İmam Sadiq (ə) buyurub:

"Hər kəs Məhəmmədin (s) ailəsindən olan imamı tanıyarsa, onun rəhbərliyini qəbul edərsə, sonra isə özü üçün istədiyi xeyir işi icra edərsə, bu iş ondan qəbul olunar və dəfələrlə artığı ona əta olunar".

(Müstədrəkul-vəsail, cild 1, səh 154.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Jan, 14:06


İmam Sadiq (ə) buyurub:

"Şəhidin nöqsanları Qiyamət günü onun özünə də göstərilməz ".

(Vəsailuş-şiə, cild 11, səh 9.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Jan, 05:28


İmam Sadiq (ə) buyurub:

“Ən şərəfli ölüm Şəhid olmaqdır.”

(Mən la Yəhzuruhul-Fəqih, səh 406.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Jan, 03:53


🌷 20 Yanvar 🌷

Torpaq su ilə qarışanda, palçıq olur.
Qan ilə qarışanda vətən!

Allah Şəhidlərimizə rəhmət nəzərilə baxıb, Kərbəla şəhidlərilə məhşur etsin.
🏴🏴🏴🏴

Hədis-Evi

19 Jan, 14:09


İmam Baqir (ə) buyurub:

"Bizim vasitəmizlə ağaclar bar verir və meyvələr yetişir, çaylar axır, göydən yağış yağır və yerdə bitkilər yetişir".

(Biharul-ənvar, cild 25, səh 6.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

19 Jan, 03:30


Muhəmməd ibn Muslim nəql edir ki, İmam Baqir (ə) buyurub:

"Allaha (c) and olsun! Ey Muhəmməd! Bu ümmətdən hər kimin Allah (c) tərəfindən olan adil və (qeybdə olsa da belə höccət olmağı dəlillə) zahir olan imamı olmazsa, çaşqın və yolunu azmış olar! Əgər bu halda ölərsə, küfr (kafir) və nifaq (münafiq) halında ölmüş olar!!!

(əl-Kafi, cild 1, səh 184, hədis 8.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Jan, 14:33


İmam Rza (ə) buyurub:

"İmam ulduz kimidir. Ona yetişilə bilməz və vəsf edənlər onu vəsf edə bilməzlər".

(əl-Kafi, cild 1, səh 198.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Jan, 03:07


Züreyq İmam Sadiqdən (ə) nəql edir:

- Dedim: "Mərifətdən (Allahı, Peyğəmbəri və Əhli beyti düzgün tanımaq) sonra əməllərin ən üstünü hansıdır?"
İmam (ə) buyurdu: "Mərifətdən sonra heç bir əməl namazla bərabər deyil. Mərifətdən və namazdan sonra da heç bir əməl zəkatla bərabər deyil. Bunlardan sonra da heç bir şey orucla bərabər deyil. Bunlardan sonra da heç bir şey həcclə bərabər deyil. Bütün bunların hamısının başlanğıcı (açarı) və sonu bizim mərifətimizlədir".

(əl-Əmali, cild 1, səh 694.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Jan, 14:23


Həzrət İmam Əli (ə) buyurub:

"Ey Salman, bu ikisi (Həsən (ə) və Hüseyn (ə)) aləmlərin Rəbbinin ərşinin zinətidirlər. Cənnətlər onlarla nurlanır və anaları (ə) da bütün qadınların ən xeyirlisidir".

(Biharul-ənvar, cild 26, səh 292.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Jan, 04:30


Əbul-Carud nəql edir ki, İmam Baqir (ə) buyurub:

“Qaim - İmam Məhdi (ə.f) qiyam etdikdə Kufəyə üz tutacaq. Sonra oradan Bətriyyədən olan 16.000 silahlı, Quran qariləri, Din fəqihləri çıxaraq belə deyəcəklər: “Ey Fatimənin (s.ə) oğlu, geri qayıt! Bizim sənə ehtiyacımız yoxdur!" Qaim (ə.f) onların üzərinə qılıncını çəkib, axırıncısınadək qətlə yetirəcək. (Onları qılıncdan keçirəcək.) Sonra Kufəyə daxil olub, şəkdə olan bütün münafiqləri öldürəcək və (onların) saraylarını dağıdacaq! Uca və İzzət sahibi olan Allah razı olana qədər Kufə döyüşçülərini (Ona qarşı savaşanları) qətlə yetirəcək!!!”

(Biharul-ənvar, cild 52, səh 338, hədis 81.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

16 Jan, 14:18


Xanım Zeynəb (s.ə) yezidə (lənətullah) buyurdu:

Öz hiyləni et və bacardığın qədər çalış! Bizi vəhy, kitab, nübuvvət və seçilməklə şərəfləndirən Allaha and olsun, Bizim Axırımıza Çıxmayacaq və Bizi Unutdura Bilməyəcəksən.

(Əl-ihticac, cild 2, səh 309.)
🏴🏴🏴🏴

Hədis-Evi

10 Jan, 14:02


İmam Sadiq (ə) buyurub:

"Hər kim bir yaxşılıq etməyə niyyətlənsə, amma etməsə, onun üçün bir yaxşılıq yazılar. Əgər (qərara aldığı həmin yaxşılığı) etsə, onun üçün bu yaxşılığın on misli yazılar və (hətta) Allah dilədiyi kəs üçün ( bu yaxşılığın savabını) yeddi yüz mislə qədər artırar. Hər kim pis bir əməl (günah) etməyə niyyətlənsə, onu etməyincə əleyhinə (bir şey) yazılmaz. Əgər həmin əməli yerinə yetirməsə, ona bu feili tərk etdiyinə görə bir yaxşılıq yazılar. Əgər həmin əməli yerinə yetirsə, doqquz saat vaxt verilər; belə ki, (bu vaxt ərzində) əgər bu əmələ görə tövbə etsə və peşman olsa, onun əleyhinə (heç bir şey) yazılmaz; əgər buna görə tövbə etməsə və peşman olmasa, (əməl dəftərində) əleyhinə yalnız bir pislik yazılar".

(ət-Tövhid, bab 63, hədis 7.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

10 Jan, 03:21


Allah Rəsulu (s) buyurub:

"Qadınlardan üç dəstə vardır ki, Allah onlardan qəbir əzabını götürər və mənim qızım Fatimə (s.ə) ilə məşhur edər. Onlardan (birincisi) ərinin qısqanclığına səbir edən xanımdır, (ikincisi) ərinin pis əxlaqına səbr edən xanımdır və (üçüncüsü isə) öz mehriyyəsini ərinə hədiyyə edən xanımdır. Allah bu qadınların hər birinə min şəhidin savabını verər və onlara bir ilin ibadətini yazar".

(Vəsailuş-şiə, hədis 20799.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

08 Jan, 14:15


Muhəmməd peyğəmbər (s) buyurub:

“Həqiqətən, Allah mən və Əlini (ə) ərşin önündə (bir) nurdan yaratdı. Adəmi (ə) yaratmamışdan iki min il öncə biz Allahı pak və müqəddəs bilirdik (Onu təsbih və təqdis edirdik). Adəmi (ə) yaratdıqdan sonra bizi onun sülbündə (belində) qərarlaşdırdı. Sonra İbrahimin (ə) sülbündə sakin edənə qədər bizi pak sülblərdən və pak bətnlərdən keçirdi. Sonra bizi pak sülblərdən və pak bətnlərdən Əbdül-Müttəlibin sülbünə keçirdi. Sonra həmin nuru (babam) Əbdül-Müttəlibdə ayırdı. Üçdə ikisi (atam) Abdullahda və üçdə biri (Əlinin (ə) atası) Əbu-Talibdə (ə) yerləşdi. Sonra məndən və Əlidən (ə) olan nuru Fatimədə (s.ə.) cəmləşdirdi. Həsən (ə) və Hüseyn (ə) aləmlərin Rəbbinin (yaratdığı) nurundan olan iki nurdur”.

(Əvalimul-ulum, cild 11, səh 23.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

07 Jan, 14:44


İmam Hüseyn (ə) buyurub:

"Ey Adəm övladı! Sən sayılı günlərdən ibarətsən. Hər gün keçdikcə sənin ömrünün bir parçası da getməkdədir ".

(İrşadul-Qulub, bab 7, səh 46.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

07 Jan, 04:35


Süveyd ibn Ğəfələdən belə nəql olunub: “Əlinin (ə) belə dediyini eşitdim:

“Allaha and olsun, əgər dünyanı münafiqin üzərinə töksəm, məni sevməz. Əgər bu qılıncımla möminin burnunun üzərindən zərbə vursam, yenə məni sevər, çünki Allah rəsulunun (s) belə buyurduğunu eşitmişəm: “Ey Əli, səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət bəsləyər”.

(Kəşful-ğumməti, cild 1, səh 519.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

06 Jan, 03:04


İmam Cəfər Sadiq (ə) buyurub:

Qış möminin baharıdır.
Çünki onun uzun gecələrindən gecə namazından faydalanır və gündüzünün qısalığından oruc üçün istifadə edir.

(əl-Əmali, səh 237.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

05 Jan, 14:42


Rəcəb ayı haqqında Əbi Rumhətəl Hədrami nəql edir ki, İmam Cəfər Sadiqdən (ə) eşitdim:

Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?) Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və mələklər söyləyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun. Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda nemətlər ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə Mənim üçün, bir ayda ki, onun hörmətini uca tutdum və haqqının riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparın. İmam Sadiq (ə) sonra buyurdu: Bu mükafat o kəsi üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında.

(Şeyx Səduq, 3 ayın fəzilətləri kitabı, səh 31.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

05 Jan, 04:25


Həzrət İmam Əli (ə) Rəcəb ayını oruc tutardı və deyərdi : -Rəcəb mənim ayımdır, şəban Allahın Rəsulunun (s) ayıdır və Ramazan ayı isə İzzət və Cəlal sahibi olan Allahın ayıdır.

(Vəsailuş-şiə, cild 10, səh 480, hədis 16(13894).)
https://t.me/Shia_Hadis

Hədis-Evi

04 Jan, 14:07


Allah Rəsulu (s) buyurub:

Behiştə bir saray var ki, ora ancaq Rəcəb ayında oruc tutanlar daxil olacaq.

(Biharul-ənvar, cild 97, səh 47.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

04 Jan, 02:39


İmam Baqir (ə) buyurub:

"Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə verər, onu Cəhənnəm odundan xilas edər və Cənnət bağlarının otaqlarında sakin olmağı ona vacib edəcəkdir".

(Fəzailu-Əşhurussəlasə, Rəcəb ayının fəzilətləri.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

03 Jan, 14:05


Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:
 
“Agah olun! Hər kəs Rəcəb ayında bir gün iman və ixlasla oruc tutarsa, Allah ondan razı olar, onun orucu Allahın qəzəbini söndürər, Cəhənnəm qapılarından biri onun üzünə bağlanar. Dünya dolu qızıl onun orucunun qiyməti deyil. Allah üçün xalis etdiyi yaxşı işlərdən başqa, onun əcrini dünya malından heç bir şey kamil etməz. Gecə vaxtı onun (on) duası qəbul olunar. Əgər dünyaya xatir bir şey istəsə, Allah-Taala ona bəxş edər. Əgər dünyası üçün bir şey istəməsə, ilahi övliyalar və dostların duasından daha xeyirlisi onun axirəti üçün zəxirə olunar.”

(Fəzailu əşhuris-səlasə, “Rəcəb ayının fəzilətləri” bölümü.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

01 Jan, 13:55


Allah-təala qüdsi hədisdə buyurur:

“Mən bu ayı (rəcəb) özümlə bəndəm arasında bir ip kimi yaratmışam ki mənə çatmaq istəyən ona yapışsın”.

(Qüdsi hədislər, səh 293.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

31 Dec, 13:24


Həzrət İmam Əli (ə) buyurub:

“Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram günüdür.”

(Biharul-ənvar, cild 88, səh 136.;
Nəhcül-Bəlağə, qısa kəlamlar 428.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

31 Dec, 02:59


“Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar? Əzəmətli bir xəbər barə­sin­də. Elə bir xəbər ki, onlar onun haq­qında ixtilafdadırlar”. (Nəbə surəsi, ayələr 1-3.)

İmam Baqir (ə) bu ayələr haqqında buyurmuşdur:

“Əli ibn Əbu Talib (ə) öz səhabələrinə belə buyurardı: Allaha and olsun ki, mənəm əzəmətli xəbər! Hansı ki, mənim haqqımda bütün ümmətlər öz dillərində ixtilafa düşüblər. Allaha and olsun, Allahın (çatdırmaq istədiyi) məndən əzəmətli xəbəri yoxdur! Allahın məndən daha əzəmətli ayəsi yoxdur!”

(Təfsiru Furatil-Kufi, cild 1, səh 533.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

30 Dec, 14:15


Əbi Şihab deyir: İmam Hüseyn (ə) Peyğəmbərə(s) "ey Atam, səni ziyarət edənin mükafatı nədir?" Deyə soruşdu.
Peyğəmbər (s) buyurdu:

"Övladım kim məni, atanı , qardaşını və səni sağ və ya dünyadan köçmüş halda ziyarət edərsə, Qiyamət günü onu ziyarət etmək və günahlarından xilas etmək mənim boynumda haqdır."

(əl-Kafi, cild 4, səh 548, hədis 4.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

30 Dec, 05:38


İmam Əli (ə) buyurub :

"Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir"

(Nəhcül-Bəlağə, hikmət 40.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

29 Dec, 14:35


Həzrət İmam Əli (ə) buyurub:

“Qeybətlə abad olan elə bir məclis yoxdur ki, dindən bir şeyi xarab etməsin. Qulaqlarınızı qeybət dinləməkdən pak tutun. Qeybət edənlə onu dinləyən günahda şərikdir. Mən Allah Rəsulunun (s) belə buyurduğunu eşitmişəm: “Qeybət cəhənnəm köpəklərinin yeməyidir. Kim öz nəfsinə nəzər salarsa, başqasının eybi ilə məşğul olmaqdan çəkinər. Kim insanların eyblərinə baxıb pisləyə, sonra isə həmin eybləri özünə rəva bilərsə, onun özü axmaqdır”.

(Ravzatul-vaizin, səh 793, hədis 1595.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

29 Dec, 03:25


Allah Rəsulu (s) buyurub:

Uca Allah bir məxluqlar yaratmışdır ki, onlar nə cin nə də insandırlar. Onlar Əli ibn Əbu Talibə nifrət bəsləyənlərə lənət oxuyurlar.
Allah Rəsulundan (s) onların kim olduğu barəsində soruşdular.
Allah Rəsulu buyurdu(s) : "Torağaylardır".Onlar ağacların başı üzərində belə nida edirlər:"Bilin ki, Allahın lənəti Əli ibn Əbu Talibin düşmənlərinədir (üzərindədir ).

(əl-Fəzaili, cild 1, səh 116.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

28 Dec, 03:01


Cəfər ibn Harun Zəyyat belə rəvayət edir:

“Kəbəni təvaf edirdim. Əbu Əbdillah imam Sadiq (ə) də təvafda idi. Ona baxıb öz-özümə düşünərək belə dedim: "Bu Allahın höccətidir!? Bu o kəsdir ki, Allah onun mərifəti olmadan heç bir şeyi (əməlləri) qəbul etmir!?" Mən elə bu barədə təfəkkür edirdim ki, imam Sadiq (ə) arxadan mənə tərəf gəlib əli ilə çiynimə vurdu. Sonra (Səmud qövmünün Saleh peyğəmbər (ə) haqqında dediyi sözləri) buyurdu: "«Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq!? On­da biz az­ğınlığa dü­şər və ağılsız (iş görmüş) ola­rıq!» (Qəmər surəsi, ayə 24.)" Sonra məni ötüb keçdi”.

(Dəlailul-imamət, səh 291, hədis 80(244).)
https://t.me/Shia_Hadis

Hədis-Evi

27 Dec, 13:57


Həzrət İmam Əli (ə) buyurub:

“Haqq ağır və acıdır, batil isə yüngül və yayılmış xəstəlik kimidir”.

(Mizanul-hikmət, cild 2, səh 866.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

27 Dec, 06:08


İmam Sadiq (ə) buyurub:

“Tövhid yalnız vilayət (imamət) ilə tamamlanır. Çünki Allah yalnız İmam vasitəsilə tanınır və Onun ibadətinin yolu bilinir. İmamət, tövhidin kamalı, əsası və hədəfidir”.

(Biharul-ənvar, cild 65, səh 237.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

26 Dec, 04:35


İmam Sadiq (ə) buyurub:

“Dörd şey zay olar:
Vəfasız şəxsə bəxş edilən məhəbbət;
Təşəkkürünü etməyən şəxsə edilən yaxşılıq;
Dinləməyən şəxsə öyrədilən elm;
Qoruya bilməyən şəxsə əmanət edilən sirr”.

(əl-Xisal, cild 1, səh 126.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

25 Dec, 14:56


Həzrət İmam Əli (ə) buyurub:

"Mən Allahın rəhmət və məğfirətlə qullarının üzünə açılmış əliyəm. Mən tövbə qapısıyam. Kim məni və haqqımı tanısa, Rəbbini tanımışdır. Çünki mən Peyğəmbərin (s) yer üzündəki vəsisi və Allahın yaratdıqlarına olan höccət və dəliliyəm. Bunu (haqqımı) Allah və Onun Rəsulunu (s) inkar edənlərdən başqası inkar etməz”.

(ət-Tovhid, bab 22, hədis 2.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

25 Dec, 03:08


Məhəmməd ibn Füzeyl Əbul-Həsəndən (ə) belə rəvayət edir:

"Əlinin (ə) vilayəti bütün peyğəmbərlərin səhifələrində yazılmışdır. Allah Muhəmmədin (s) peyğəmbərliyi və vəsisi Əli (ə) olmadan (onları qəbul etməyən və onlara tərəf dəvət etməyən) əsla bir elçi göndərməz".

(əl-Kafi, cild 1, səh 437, hədis 6.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

24 Dec, 14:14


İmam Hadi (ə) (Əhli-Beytin (ə) ziyarəti zamanı oxunan "Camiə" ziyarətnaməsində belə) buyurub:

"Sizinlə dostluq Allahla dostluq, sizinlə düşmənçilik isə Allahla düşmənçilikdir! Sizi sevən Allahı sevmiş, sizə düşmən olan isə Allaha düşmən olmuşdur! Sizdən yapışan Allahdan yapışmışdır və siz ən doğru yolsunuz!!!"

(Təhzibul-əhkam, cild 6, səh 97-98.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

24 Dec, 04:55


İmam Sadiq (ə) buyurub:

"Allah (c) bəndələrini azdıracağını və onları zəlalətə aparacağını bildiyi kəsə itaəti vacib etməz! Allah (c), Ona küfr və şeytana ibadət edəcəyini bildiyi kəsə öz risalətini verməz! Allah (c) məxluqatı üzərində höccət (rəhbər və dəlil) olaraq yalnız məsumu seçər!!!"

(əl-Xisal, səh 608.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Dec, 14:26


İmam Sadiq (ə) buyurub:

"Ey Kumeyt ibn Ziyad, İslamda tökülən hər damcı qan, halallığı olmadan ələ keçirilən hər bir mal və haram yolla olunan hər bir cinsi əlaqə Qiyamət gününə qədər o ikisinin (Əbu Bəkr və Ömər) boynunadır. Ta ki, Qaimimiz zühur etsin (və bununla günahların kökü kəsilsin). Biz—Bəni Haşim cammatı böyüklərimizə və kiciklərimizə o ikisinə lənət deməyi, təhqir etməyi və onlardan bezarlıq etməyi əmr edirik".

(Biharul-ənvar, cild 47, səh 323, hədis 17.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Dec, 03:18


İmam Sadiq (ə) buyurub:

"Hər kimi imanının kamil olmağı sevindirərsə, belə desin:
Mənim hər bir şey barəsində sözüm (əqidəm) Ali-Muhəmmədin (ə) - gizlədikləri və aşkar etdikləri, mənə onlardan yetişən və yetişməyən məsələlər barəsində olan - sözüdür".

(əl-Kafi, cild 1, səh 193.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

22 Dec, 14:07


Allah Rəsulu (s) buyurub:

"Qızım Fatimə (ə) yalnız (buna görə) Fatimə adlanıb. Çünki İzzət və Cəlal Sahibi olan Allah onu və onu sevənləri (cəhənnəm) odundan ayırıb".

(Biharul-ənvar, cild 65, səh 133.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

22 Dec, 02:38


Allah Rəsulu (s) Salman Farsiyə buyurdu:

"Ey Salman! Allah-Taala qızım Fatimənin bütün əzalarını hədsiz iman və yəqinlə doldurmuşdur."

(Əs-saqibu fil-mənaqib kitabı.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Dec, 14:17


Allah Rəsulu (s) buyurub:

“Dünyaya həris və dolanışıqda tamahkar olma. Var-dövlət toplama, çünki kimin üçün mal topladığını bilmirsən. Sən bilmirsən öz torpağında və ya başqa torpaqda öləcəksən. Həqiqətən də, ruzi bəndələr arasında bölünmüşdür. İnsanın əziyyəti bir fayda verməz. Tamahkar olan hər kəs fəqirdir. Qane olan hər kəs isə zəngindir”.

(Camiul-əxbar, səh 192, hədis 5(659).)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Dec, 05:18


Əsbağ ibn Nübatə nəql edərək deyir: “Möminlərin əmiri Əli (ə) buyurub:

“Həqiqətən, yer əhli itaətsizlik edib günah edəndə qüdrətli və əzəmətli Allah bir nəfəri də istisna etməməklə onların hamısını cəzalandırmağa hazırlaşır, amma namaza gedəndə arxasınca ayaqlarını çəkən qocalara və Quran öyrənən uşaqlara nəzər salanda, onlara rəhm edir və onları cəzadan kənarlaşdırır”.

(Səvabul-əmal və iqabul-əmal, səh 55, hədis 159.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

19 Dec, 14:10


"...İmam Muhəmməd Baqir (ə) (Minada şeytana) daşları atdı". Ravi deyir:

"Elə ki, əməli tamamladı, sonra əlində beş daş daha qaldı. Onlardan ikisini bir tərəfə, üçünü isə digər istiqamətə atdı". Babam İmama (ə) dedi: "Sənə fəda olum, heç kəsin etmədiyi bir şeyi etdiyini gördüm. Daşları atdıqdan sonra əlində qalmış beş daşın üçünü bir tərəfə, ikisini isə digər tərəfə atdığını gördüm”. İmam (ə) buyurdu: “Bəli, (elədir). Həqiqətən, hər Həcc mövsümündə o iki qəsbkar fasiq (Əbu Bəkr və Ömər (l. ə.)) (qəbirlərindən) çıxarılır, sonra burada bir-birindən ayrılırlar. O iki nəfəri yalnız adil imam görə bilər. Mən birinciyə (Əbu Bəkrə) iki, digərinə (Ömərə) isə üç daş atdım. Çünki ikinci birincidən daha xəbisdir!”

(Bəsairud-dərəcat, hissə 6, bab 7, hədis 8.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

19 Dec, 04:32


Sədir (Sudeyr) nəql edir ki, mən İmam Baqirin (ə) yanına daxil oldum və mənimlə birlikdə Sələmə ibn Kuheyl, Əbul-Miqdam Sabitul-Həddad, Salim ibn Əbu Həfsə, Kəsirun-Nəva və onlarla birgə camaat vardı. İmam Baqirin (ə) yanında onun qardaşı Zeyd ibn Əli vardı. Onlar İmam Baqirə (ə) dedilər:

“Biz Əliyə, Həsənə və Huseynə (ə) təvəlla (sevgimizi zahir) edirik və onların düşmənlərinə (l.ə) də təbərra (nifrətimizi zahir) edirik". İmam (ə) buyurdu: “Bəli”. Sonra onlar belə dedilər: “Biz həmçinin Əbu Bəkr və Ömərə (l.ə) də təvəlla edirik və onların düşmənlərinə də təbərra edirik”. Bu zaman Zeyd ibn Əli onlara üzünü tutub belə dedi: “Siz Fatiməyə (ə) təbərra (nifrətinizi zahir) edirsiz?! Bətərtum əmrəna bətərakumullah - (Bununla) bizim əmrimizi (kökündən) kəsmisiz! Allah (c) da sizin (kökünüzü) kəssin!” Ravi deyir: "O gündən etibarən (həmin firqə) "Bətriyyə" adlandırıldı!"

(İxtiyaru-Mərifətir-Rical, cild 2, səh 505, hədis 429.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Dec, 14:06


İmam Sadiq (ə) buyurub:

“Bətriyyələr məşriqdən məğribə qədər bir sırada olsalar (bütün dünyanı tutsalar) belə, Allah (c) dini onların vasitəsi ilə izzətləndirməz (qüvvətləndirməz)!”

(İxtiyaru-Mərifətir-Rical, cild 2, səh 499, hədis 422.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Dec, 05:16


Allah Rəsulu (s) buyurub:

Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır.

(Biharul-ənvar, cild 73, səh 168, hədis 31.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Dec, 14:17


Muhəmməd ibn Muslim nəql edir: "İmam Sadiqin(ə) yanında ikən məndən soruşdu:

"Mütə etmisənmi? Mən cavab verdim: Xeyr. İmam buyurdu: Sünnəni diriltmədən bu dünyanı tərk etmə.

(Şeyx Mufid "Risalətul-mütə".)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Dec, 04:42


Həzrət İmam Əli (ə) buyurub:

"Həqiqətən müvəqqəti izdivac Allahın rəhmətidir ki onun vasitəsi ilə bəndələrə lütf göstərmişdir. Əgər ömər (lənətullah) onu qadağan etməsəydi bədbəxtlərdən başqa heç kəs zina etməzdi.

(Təfsiri-Təbəri, cild 8, səh 176, hədis 9042.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

04 Dec, 10:57


https://youtu.be/RwmsWOQPGQk?si=92xCO0P5yVI4VmhO

Hədis-Evi

04 Dec, 03:04


“İmam Əli (ə) qəbrə endi və Rəsulullahın ciyər parasını alıb qəbrə yerləşdirdi və belə dedi: “Ey torpaq! Əmanətimi sənə əmanət edirəm. Bu Rəsulullahın (s) qızıdır. Bismillahi və Billah və əla milləti Rəsulillah Muhəmməd ibn Abdullah. Ey Siddiqə! Səni məndən daha övla (yaxın) olana təslim edirəm. Allahın sənin üçün razı olduğu şeylərə mən də razıyam.” Sonra bu ayəni oxudu: “Sizi ondan (torpaqdan) yaratdıq; yenə sizi ora qaytaracağıq və bir daha sizi ordan çıxaracağıq.” (Taha surəsi, ayə 55.)
 Sonra qəbirdən çölə çıxdı. Orada olanlar məzarın üstünü örtməyə başladılar. Həzrəti Əli də məzarın bəlli olmaması üçün torpağı yaydı və yer ilə bərabər etdi. Beləliklə dəfn mərasimi tez bir şəkildə tamamlandı. Çünki, camaatın bunu görüb məzarlığa axın etmələrindən qorxurdular. Həzrəti Əli (ə) sevimli xanımını dəfn etdikdən sonra, ürək yanğısıyla üzünü Peyğəmbərin qəbrinə çevirdi və belə buyurdu: “Salam olsun sənə ey Allahın Rəsulu! Qızından, gözünün nurundan, ziyarətçindən, bizdən ayrılıb qəbrinin kənarında yatan, Allahın bizdən çox tez ayırıb sənə qovuşdurduğu ciyər parəndən sənə salam olsun. Ya Rəsulullah! Seçilmiş qızının müsibətindən dolayı səbrim azaldı, dünya və axirət qadınlarının seyyidəsinin ayrılığı qarşısında dözümüm qalmadı. Bəli, Allahın kitabında mənim üçün bu çətinlikləri qəbul edə bilməyimin ən gözəl ifadəsi vardır: Biz Allahdan gəldik və yenə Ona doğru qayıdacağıq. Artıq əmanət iadə edildi (qaytarıldı) və rəhinə (bədənin girovu olan ruh) geri alındı. Zəhranı (s.ə) dəfn etdim. Onun ayrılığından sonra yer və göy çirkindir, (necə də toz duman kimi görünür), ya Rəsulullah (s)! Hüznlü olmağıma gəlincə (hüznüm) sonsuzdur; gecələrimi isə yuxusuz keçirirəm. Allah, bu an sənin olduğun yerə məni də aparmadıqca, bu hüzn ürəyimi tərk etməyəcəkdir. Dərin yara kimi yandırıcı bir hüzndür bu. Daima diri və qovurucu bir kədərdir bu. Allah nə tez bizi bir-birimizdən ayırdı! Ümmətinin mənə nələr etdiyini qızın sənə bildirəcəkdir. Onun haqlarını necə çeynədiklərini də. Ondan soruş, halını ondan öyrən. Sinəsində nə qədər yığılıb qalmış qəzəblər var idi ki, bunları boşaldacaq bir yol tapa bilmirdi. O söyləyəcək və hökm verənlərin ən xeyirlisi olan Allah da hökm edəcəkdir. Salam olsun sizə ya Rəsulullah (s)! Bu bir vida edənin salamıdır, bezmiş və məsuliyyətdən qaçan kəsin salamı deyil... Əgər təhlükə olmasaydı, qəbrinin başını məskən edər, oradan ayrılmazdım. Orada tənhalığa çəkilər və gözləyərdim. Oğlunu itirmiş ana kimi, müsibətinə oturub ağlayardım. Allahın köməyi və nəzəri altında, qızın gizlicə dəfn edildi. Kobudcasına onun haqları çeynənildi. Hər kəsin gözü qarşısında onun mirasına əl qoyuldu. Kimsə səni ağlına belə gətirmədi. Səndəndir təsəllilərin ən gözəli Ya Rəsulullah (s)! Allahın salamı, rəhməti və bərəkəti onun (Fatimənin) və sənin üzərinə olsun.”

(Biharul-ənvar, cild 43, səh 193.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

03 Dec, 14:20


Xanım Fatimə (s. ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) Onun başının kənarından bir kağız parçası tapdı. Orada yazılmışdı:

"Bağışlayan və mehriban Allahın adı ilə.
Bu Fatimə binti Muhəmmədin vəsiyyətidir. O, şəhadət verir ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhəmməd Onun qulu və rəsuludur. Cənnət və cəhənnəm haqdır. Qiyamət günü olacaq və onun olacağı barədə heç bir şəkk-şübhə yoxdur. Allah qəbirdə olanları dirildəcək.

Ey Əli, mən Fatimə binti Muhəmmədəm. Allah dünya və axirətdə sənin olum deyə məni səninlə evləndirdi. Sən mənə digərlərindən daha yaxınsan. Mənə gecə qüsl ver və məni gecə kəfənlə. Mənə gecə namaz qıl və məni gecə dəfn et. Heç kimə bu barədə xəbər vermə. Səni Allaha tapşırıram. Qiyamət gününə qədər olacaq övladlarıma mənim salamımı çatdır."

( Biharul-ənvar, cild 43, səh 214.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

03 Dec, 03:59


Xanım Fatimeyi-Zəhra (s.ə) "Fədək" Xütbəsində buyurdu:

"Ey Əbu-Quhafənin oğlu (əbu-bəkr lənətullah), Allahın kitabında sən öz atandan irs apara bilərsən, lakin mənim atam (s) özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna (s) qarşı çox qəribə və pis bir iş gördün (onlara iftira atdın). Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız?

(Əl-ihticac, cild 1, səh 115.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

02 Dec, 14:13


Allah Rəsulu (s), Xanım Zəhra (s.ə) haqqında buyurub:

İlahi! Ona zülm edəni lənətlə, haqqını qəsb edəni cəzalandır, onu zəlil edəni zillətə düçar et, onun böyrünə vurub bətnindəki körpəsini düşürəni əbədi olaraq Cəhənnəm oduna at!

(Ayətullah Əbdüləziz əl-Haşimi, Fatimeyi-Zəhra, səh 168.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

02 Dec, 13:07


https://youtu.be/ClGxJQkTNyg

Hədis-Evi

02 Dec, 03:30


Həzrət İmam Əli (ə), övladlarına belə buyurdu:

Gəlin son dəfə ananızla (xanım Fatimeyi-Zəhrayla (s.ə) ) vidalaşın, çünki bu ayrılıq anıdır. Görüş isə Cənnətdə olacaq.

(Biharul-ənvar, cild 43, səh 179.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

01 Dec, 14:01


Həzrət İmam Həsən (ə) buyurub:

Gecə anam Fatiməni (s.ə) gördüm ki, səhərə qədər ibadətlə məşğul idi. Hətta ayaqları belə şişmişdi.

(Məhəccətul bəyza, cild 4, səh 208.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

01 Dec, 12:42


https://youtu.be/2AOmfPUu4Wk

Hədis-Evi

01 Dec, 03:43


Peyğəmbər (s) buyurub:

Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə (s.ə) mənim üçün ən əziz şəxsdir.”

(Biharul-ənvar, cild 43, səh 23, hədis 17.)

🏴 Salam olsun sənə ey, qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

30 Nov, 14:38


İmam Baqir (ə) buyurub:

"Həzrət Fatiməyə (s) itaət etmək Allahın yaratdığı bütün məxluqata, cinlərə, insanlara, quşlara, vəhşi heyvanlara, peyğəmbərlərə (ə) və mələklərə vacibdir."

(Dəlailul-İmamət , səh 28.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

30 Nov, 09:14


https://youtu.be/Da5BPTa0AxQ

Hədis-Evi

30 Nov, 04:30


Əbu-bəsir İmam Sadiqin (ə) belə dediyini nəql edir:

"Xanım Fatimənin (s.ə) vəfatının səbəbi budur ki, ömərin (lənətullah) qulu qunfuz (lənətullah) ömərin (lənətullah) əmrinə əsasən qılıncın qını ilə onu vurdu. Xanım Fatimə (s.ə) Möhsünü siqt etdi və bu səbəbdən bərk xəstələndi.

(Dəlailul-İmamət, səh 134.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

29 Nov, 14:20


Sədir Seyrəfi deyir: “İmam Sadiq (ə) ata-babalarından (ə) nəql
edərək belə buyurmuşdur:

“Allah rəsulu (s) buyurmuşdur: “Fatimənin nuru yer və göy yaranmazdan əvvəl yaranmışdır”. Bir nəfər soruşdu: “Ey Allahın peyğəmbəri! Məgər o da insan deyil? ”Allah rəsulu (s) buyurdu: “O insanların hurisidir”. Soruşdular: “Ey Allahın peyğəmbəri! İnsanların hurisi necə olur?” Allah rəsulu (s) buyurdu: “Allah-taala Adəmi yaratmazdan əvvəl ruhların mövcud olduğu zamanda onu Öz nurundan yaratmışdır. Allah Adəmi yaratdıqdan sonra ruhlar ona təqdim edildi”. Soruşdular: “Ey Allahın peyğəmbəri! Fatimə harada idi?” Allah rəsulu (s) buyurdu: “Ərşin ayaqları altındakı sandıqda idi”.
Soruşdular: “Ey Allahın peyğəmbəri! Onun yeməyi nə idi?” Allah rəsulu (s) buyurdu: “Təsbih” (Sübhənallah), “təhlil” (La ilahə İlləllah) ”və “təmhid” (Əlhəmdulillah)” idi. Allah Adəmi yaratdıqdan sonra məni onun sülbündən çıxardı. Allah-taala onu (Fatiməni) mənim sülbümdən çıxarmaq istədiyi üçün onu Cənnətdə bir alma qərar verdi. Cəbrail (ə) mənə nazil olub buyurdu: “Ey Muhəmməd, Allahın salamı və bərəkəti sənin üzərinə olsun!” Dedim: “Ey əzizim Cəbrail, Allahın salamı və bərəkəti sənin də üzərinə olsun!” Cəbrail (ə) dedi: “Rəbbin sənə salam söyləyir”. Dedim: “Salam Ondandır və Ona da qayıdır”. Cəbrail (ə) dedi: “Ey Muhəmməd! Bu almanı Allah-taala sənə Cənnətdən hədiyyə etmişdir”. Mən də həmin almanı ondan alıb bağrıma basdım. Cəbrail (ə) dedi: “Ey Muhəmməd! Allah-taala sənə onu yeməyini buyurdu”. Mən almanı iki yerə böldüm. Ondan bir nur çıxdı və mən qorxdum. Cəbrail (ə) dedi: “Ey Muhəmməd! Sənə nə oldu belə, niyə yemirsən? Ye onu, qorxma. Bu nur elə bir nurdur ki, səmada adı “Mənsurə”, yerdə isə adı “Fatimə”dir”. Soruşdum: “Ey Cəbrail! Nə üçün bu nur səmada “Mənsurə”, yerdə isə “Fatimə” adlanmışdır?” Cəbrail (ə) dedi: “Yer üzündə ona görə “Fatimə” adlanmışdır ki, öz şiələrini oddan qoruyacaq və düşmənləri onu sevməkdən çəkindiriləcəkdir. Onun səmada “Mənsurə” adlanmasının səbəbi isə Allahın Qurani-Kərimdə buyurduğu bu ayədir: “O günü möminlər sevinəcəklər. Allahın köməyi və yardımı ilə. O (Allah) istədiyinə kömək edər”. (Rum surəsi, ayə 5.) Yəni Fatiməni sevənlərə kömək edəcəkdir”.

(Məanil-Əxbar, səh 479, hədis 53(731).)

🏴 Salam olsun sənə ey, qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

29 Nov, 03:53


Müfəzzəl ibn Ömər deyir: “Əbu Abdullahdan (ə) soruşdum:

“Sənə qurban olum! Fatiməyə (s.ə) kim qüsl vermişdir?”.
Buyurdu: “Möminlərin əmiri (ə) qüsl vermişdir”.
Müfəzzəl deyir: “Sanki dediklərini böyük saydım (və mənə ağır gəldi)”.
Buyurdu: “Elə bil sənə dediyimdən sinən daraldı”.
Dedim: “Elə bu cürdür, sənə qurban!”.
Buyurdu: “Sinən daralmasın, çünki Fatimə (s.ə) siddiqə idi və ona yalnız siddiq qüsl verə bilərdi. Məgər bilmirsən ki, Məryəmə yalnız İsa (ə) qüsl vermişdir?”.

(İləluş-Şəraye, cild 1, səh 271, hədis 1.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

28 Nov, 14:34


Allah Rəsulu (s) Salman Farsiyə buyurdu:

"Ey Salman! Allah-Taala qızım Fatimənin bütün əzalarını hədsiz iman və yəqinlə doldurmuşdur."

(Əs-saqibu fil-mənaqib kitabı.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

28 Nov, 13:43


Həzrət Əli (ə) Xanım Zəhranı (s.ə) niyə müdafiə etmədi" şübhəsinə cavab - Şeyx Fəqan Məmmədov

https://youtu.be/uZAoA9ZZzdY

Hədis-Evi

28 Nov, 03:01


Əhməd ibn Həsən Muhəmməd ibn İsmail ibn İbrahim ibn Musa ibn Cəfərdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) qızı Fatimənin (s.ə) belə buyurduğunu nəql edir:

“Atam mənə belə buyurdu: “Sənə müjdə verimmi?! Allah-taala Cənnətdə öz vəlisinin zövcəsinə ithaf etmək istədikdə onu sənin yanına göndərər, sən də ona öz zinətlərindən göndərərsən”.

(Dəlailul-imamət, səh 18, hədis 3.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

27 Nov, 14:03


Xanım Fatiməyi Zəhranın (s.ə) cənnət libası

Bir gün yəhudilər toy keçirmək qərarına gəlirlər. Onlar Peyğəmbərin (s) yanına gəlib dedilər: Biz sizin qonşularınızıq və qızınız Fatiməni (s.ə) toya dəvət edirik. Yəhudilər çox təkid edirdilər və onlara imtina etməməyi istəyirdilər. Allah Rəsulu (s) buyurdu:
O (s.ə) – Əli ibn Əbu Talibin (ə) həyat yoldaşıdır( Əlidən icazə alın). Bu zaman yəhudilər Peyğəmbərdən istədilər ki, O onlarla Əli arasında vasitəçi olsun və Əlidən (ə) razılıq alsın. Yəhudilər bu toy üçün hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. Onlar düşünürdülər ki, Peyğəmbər qızı Fatimə (s.ə) şənliyə öz sadə libası ilə gəlib, ən gözəl libaslarını və zinətlərini geyinən yəhudi qadınlarından seçiləcək. Bu zaman Cəbrail (ə) Fatiməyə (s.ə) gözəllikdə heçnə ilə müqayisə olunmayan cənnət libası gətirdi. Fatimə (s.ə) rəngi və gözəlliyi vəsfə gəlməz dərəcədə olan libası geyindi. Qadınların məclisinə daxil olarkən yəhudi qadınları gördükləri əzəmət və gözəllikdən Fatimənin (s.ə) qarşısında diz çökərək, secdə edirdilər və Fatimənin (s.ə) gedəcəyi yerdən öpürdülər. O zaman çoxlu sayda yəhudi islamı qəbul edib müsəlman oldular.

(Biharul-ənvar, cild 43, səh 30.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

27 Nov, 04:32


Həzrət Peyğəmbər (s) buyurub:

“Qızım Fatimə Qiyamət günü üzərində həyat suyu ilə toxunmuş bir libasla həşr olunacaq. Məxluqlar ona baxacaq və təəccüb edəcəklər. Onun üzərində həmçinin Cənnət ipəklərindən min örtük olacaq. Hər bir örtüyün üzərində yaşıl hərflərlə belə yazılacaq:
“Təzə gəlin qarşılandığı kimi Muhəmmədin qızını ən gözəl
ehtiram və ehtişamla Cənnətə daxil edin”. Yetmiş min cariyə ona xidmət edəcək”.

(Uyunu-əxbarir-Rza, cild 2, səh 43, hədis 38.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

26 Nov, 14:50


Əli ibn əbu Talib (ə) buyurub :

Həsən (ə) və Hüseyn (ə) bu ümmətin iki nəvəsidir. O ikisi Muhəmmədə (s) nisbətlə başdakı iki göz kimidirlər. Mən bədəndəki iki əl kimiyəm. Fatimə (s.ə) isə bədəndəki qəlb kimidir.

(Ali Muhammədin Sirləri kitabı, hədis 40.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

26 Nov, 03:34


İmam Sadiq (ə) buyurub:

Ey Yunus! "Cəddim Rəsulullah (s) dedi ki:
Qızım Fatiməyə (s.ə) zülm edən, haqqını qəsb edən və onu öldürən məlundur, məlundur."

(Şeyx Kərəki, Kənzul-Fəvaid, cild 1, səh 149-150.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

25 Nov, 14:26


İmam Sadiq (ə) buyurur :

«Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır.
– Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş),təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı,möminlər ağası Əli (ə) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı.»

(Üsuli-kafi, cild 1, səh 461.;
Beytul-Əhzan, səh 10.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

25 Nov, 02:44


İbn Abbas belə deyir:

Zi-qarda Əli ibn Əbu Talibin (ə) yanına daxil oldum. O, bir səhifə çıxartdı və mənə belə dedi: "Ey İbn Abbas, bu səhifədə olanlar Peyğəmbərin (s) imla etdiyi və mənim öz xəttimlə yazdıqlarımdır". Mən dedim: "Ey möminlərin əmiri, orada yazılanları mənim üçün oxu". O, oxumağa başladı... Sonra möhkəm ağladı, mən də ağladım. Onun oxuduqlarının içində onun başına gətirilmiş zülmlər, Fatimənin (s.ə) necə şəhid edilməsi və Hüseynin (ə) necə şəhid edilməsi var idi".

(Əl-Fəzail, səh 141.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

24 Nov, 14:14


Həzrət Fatimə Zəhranın (s.ə) salavatı.

İlahi, pak-pakizə, Sənin həbibin və Peyğəmbərinin sevimlisi, dostların və seçdiyin bəndələrinin anası Siddiqeyi-Fatiməyə – bəyənib-seçdiyin, fəzilət verdiyin və aləmlərin qadınlarından üstün tutduğun xanıma salam yetir! İlahi, ona zülm və hörmətsizlik edən, onun övladının qanını tökənlərdən intiqam al! İlahi, onu hidayətçi imamların anası, şəfaət bayraqdarının (imam Əlinin (ə)) zövcəsi seçdiyin və yüksək aləmdə əzizlədiyin kimi, ona və anasına (Xədicə) da salam yetir; elə bir salam ki, atası Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) vücudunu əziz tutdun və onun vasitəsilə övladlarının gözlərini işıqlandırdın! (İlahi,) mənim tərəfimdən də elə bu saat onlara ən yaxşı və fəzilətli salam və salavat çatdır!

(Məfatihul - Cinan kitabı.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

24 Nov, 09:09


https://youtu.be/yCZnC3qh4fs

Hədis-Evi

24 Nov, 04:36


Həzrət Muhəmməd (s) buyurub :

" Allah - təala Fatimənin (s.ə) nurunu şölə saçan bir məşəl kimi xəlq etdi, sonra onu ərşin ətrafına asdı. Göyləri və yerin üzünü Fatimənin (s.ə) nuru ilə işıqlandırdı. Ona görə də Fatiməni Ərşdə Zəhra (s.ə) adlandırdı. Mələklər Allaha bu nura görə təsbih deyirdilər.
Allah - təala buyurdu: İzzət və cəlalıma and içirəm ki, bu təsbihlərin savabını qiyamət gününə qədər Fatiməni (s.ə), atasını, onun ərini və övladlarını sevənlərə əta edəcəyəm ".

(Biharul-ənvar, cild 43, səh 17.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

23 Nov, 14:14


Kor bir kişi icazə alıb Peyğəmbərin (s) evinə daxil olduqda Həzrət Fatimə (s.ə) yaşmaqlanıb kənara çəkildi.Peyğəmbər (s) qızından bunun səbəbini soruşduqda Xanım belə ərz etdi:

"Ey Allahın Rəsulu (s), o məni görməsə də mən onu görürəm və o (kor olsa da ) qoxunu hiss edir. Peyğəmbər (s) buyurdu : Şəhadət verirəm ki, həqiqətən sən mənim bir parçamsan."

(İhqaqul-həqq, cild 10, səh 285.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

23 Nov, 03:07


Allah Rəsulu (s) buyurub:

"Sanki mən qiyamət günü qızım Fatiməni görürəm. O, sağında yetmiş min, solunda yetmiş min, önündə yetmiş min və arxasında da yetmiş min mələklə nurdan bir minik üzərində gələcək, ümmətimin möminə qadınlarını Cənnətə doğru aparacaq".

( Əbdül əziz əl-Haşimi, Fatimeyi-Zəhra (s.ə) kitabı, səh 242.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

22 Nov, 14:18


Həzrət İmam Əli (ə) buyurub:

"Bir gün mən, Fatimə, Həsən və Huseyn (ə) Peyğəmbərin (s) yanında idik. Peyğəmbər (s) bizə baxıb ağladı. Mən ona belə dedim: "Ağlamağına səbəb nədir, ey Allahın Rəsulu?" O buyurdu: "Məndən sonra sizə ediləcək zülmlərə görə ağlayıram". Mən dedim: "O zülmlər nədir?" Peyğəmbər (s) buyurdu: "Sənin başına (qılıncla) zərbə vurulması və Fatimənin (s.ə) üzünə şillə vurulması..."

(əl-Əmali, səh 197.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

22 Nov, 03:06


Həzrət Fatimə (s.ə) buyurur:

" Hər kəs atam Muhəmməd Peyğəmbərə (s) ya mənə üç gün salam verərsə (göndərərsə) Allah cənnəti ona vacib edər.
Ravi deyir ki, Xanımdan (s.ə) soruşdum:
Peyğəmbər (s) və Siz həyatda olduğunuz zamanda?
Həzrət Fatimə (s.ə) buyurdu: Bəli, həyatda olduğumuz və dünyamızı dəyişdikdən sonra da belə!"

(Biharul-ənvar, cild 43, səh 185, hədis 17.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

21 Nov, 13:58


İmam Sadiq (ə) göz yaşı axıdaraq buyurdu:

"Səqifə günü Əmirəl-mömininin, Həsənin, Hüseynin, Fatimənin, Zeynəbin, Ümmü Gülsümün, Fizzənin evinin qapısının yandırılmağı və Əlinin (ə) balası Mühsinin təpik ilə öldürülməsi, Kərbəlada baş verən müsibətli hadisədən daha müsibətli və acınacağlıdır. Biz bu zamanda nə böyük müsibətə və qəmə düçar olduq!!!!!

(Ənsabun-nəvasib, səh 35.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

21 Nov, 06:35


Həzrət Fatimə (s.ə) Əsmaya buyurdu:

"Əsma, qadınlar dünyasını dəyişdikdən sonra cənazələrinin üzərinə parça ataraq dəfn etmələrinə, bədənlərinin əndazəsini görüb başqalarına danışanlara pis baxıram.
Buna görə də məni (dəfn edərkən ) üstü açıq tabutda aparma. Üzərimi (tabutumun üzərini ) ört, Allah səni cəhənnəm odundan qorusun!

(Vəsailuş-şiə, cild 2, hədis 3453.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

20 Nov, 14:19


Xanım Fatiməyi-Zəhranın (s.ə.) ziyarətnaməsi

Ərəbcə oxunuşu:

السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌبِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ

Transkripsiya oxunuşu:
Əs-sələmu ələyki ya mumtəhənətum-təhənəkilləzi xələqəki, fəvəcədəki liməm-təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun ələ mə ətə bihi əbuk, və vəsiyyuhu sələvatullahi ələyhimə, və ənə əs`əluki in kuntu səddəqtuki illə əlhəqtini bitəsdiqi ləhumə litusərrə nəfsi, fəşhədi ənni zahirun biviləyətiki və viləyəti ali-bəytik, sələvatullahi ələyhim əcməin.

Tərcüməsi:
Salam olsun sənə, ey imtahan olunmuş, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını qəlbən təsdiqləyir, sənin atanın və onun canişininin (Allahın salamı olsun hər ikisinə) gətirdikləri müqabilində səbirliyəm. Səndən istəyirəm ki, əgər səni təsdiq edənlərdən olsam, mütləq məni təsdiqimlə atan Rəsuləllah (s) və onun canişini Əliyə (ə) qovuşdur ki, ürəyimi sevindirəsən. Elə isə, şahid ol ki, mən sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmaqla qalib olmuşam.

(Məfatihul-Cinan kitabı.)

🏴 Salam olsun sənə ey, qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

20 Nov, 05:27


Allahın Peyğəmbəri (s) buyurub:

Qızım Fatimə (s.ə) dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.

(Nurus-Səqəleyn, cild 1, səh 338, hədis 135.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

19 Nov, 14:45


Hədisin Ardı.

Həzrət Zəhranı (s.ə) Fədək bağından məhrum etdikdən sonra yaşlı səhabənin (əbu bəkr lənətullahın) söylədiyi sözlər Möminlərin əmiri Əliyə (ə) çatdıqda, ona yazdığı məktub.


Onu yalnız tilsimlə ram etmək olar. O, acı meyvəsi olan ağac kimidir. Balla boyasan da, yalnız acı meyvə verər. Qüreyşin əyan-əşrəfini öldürüb məhv etmişdir. Qalanlarını rüsvay edib ifşa etdi. Könlünü xoş tut. Onun ildırımları (nərələri, hədələri) səni aldatmasın, guruldamaları və hədələri içinə qorxu salmasın. Sənin qapın bağlanmamış mən onun qapısını bağlayacağam”. Yaşlı səhabə ona dedi: “Səni Allaha and verirəm, səhv fikirlərin və tədbirlərini məndən uzaq tut! Allaha and olsun ki, Əbu Talibin oğlu məni və səni qətlə yetirmək istəsə, sağ əlinin xəbəri olmadan sol əli ilə bizi qətlə yetirər. Bizi üç xüsusiyyətdən başqa heç nə onun əlindən ala bilməz; birincisi, o, təkdir, heç bir köməkçisi yoxdur; ikincisi, o, bizim barəmizdə əmisi oğlu Peyğəmbərin (s) vəsiyyətinə uyğun olaraq davranır; üçüncüsü, bu qəbilələrin arasında elə bir qəbilə yoxdur ki, dəvə bahar otunu yediyi kimi, onu yeyib parçalamaq istəməsin. Bilirsən ki, bunlar olmazsa, bu iş, biz istəməsək də, ona qayıdar. Bu dünya onun üçün bizim hər hansı birimizin ölümlə qarşılaşmağımızdan daha dəyərsizdir. Ühüd günü onun etdiklərini unutmusan? Biz hamımız qaçıb dağa çıxdıq. Qövmün (müşriklərin) əyanları, cəngavərləri onu mühasirəyə alıb qətlə yetirəcəklərindən əmin idilər. Onların arasından çıxıb xilas olmağa çıxış yolu yox idi. Hamısı nizələrini ona tuşlayanda özünü atın üstündən fırladaraq onların nizəsinin üzərindən atlandı. Sonra ayaq üstə dayandı. Üzəngisi də yəhərdən uçub kənara düşmüşdü. O, belə söyləyirdi: “Ya Allah! Ya Allah! Ya Cəbrail! Ya Cəbrail! Ya Muhəmməd! Ya Muhəmməd! Kömək olun! Kömək olun!” Sonra onların başçısına hücum edib, onun başından elə bir zərbə vurdu ki, dili ilə bir çənəsi bədənində qaldı. Sonra əlində bayraq tutana hücum etdi. Onun kəlləsinə elə bir zərbə vurdu ki, ikiyə bölündü. Qılınc onun bədəni və atını ikiyə böldü. Müşriklər bunu gördükdə yerlərindən götürülüb qaçdılar. Onun qarşısında heç kim dayanmadı. Əli də qılıncını yerdəki cəsədlərə sürtüb təmizləyirdi. Onları yerin üstünə səpələnmiş qum dənələri kimi tərk edib getdi. Onlar ölüm gözləyərək yerdə çabalayır və ölüm şərbətini içirdilər. Ruhları onun qılıncı ilə bədənlərini tərk edirdi. Biz onun daha çox şeylər edəcəyini gözləyirik. Biz onun qorxusundan özümüzü ələ ala bilmədik. Hətta sən ona zəlillik göstərdin, onun isə sənə qarşı nə etdiyini özün bilirsən. Əgər Allahın kitabında bir ayə nazil olmasaydı, indi biz həlak olanlardan idik. Həmin ayə budur: “Əlbəttə, O sizi əfv etdi”. (Ali-İmran surəsi, ayə 152.) Bu kişi səni tərk etdikcə, onunla işin olmasın. Xalidin “onu öldürəcəyəm” deməsi səni aldatmasın. O, bu işə cəsarət edə bilməz. Əgər ona bir ox atmaq istəsə, ox əlində qalaraq öləcək. O, Əbdümanaf övladlarındandır. Onlar coşduqda qorxudar, qəzəbləndikdə isə yerlə yeksan edərlər; xüsusilə, onların ən böyük iti dişi, ən şərəflisi və ən böyük başı olan Əli ibn Əbu Talib”. Hidayət yolunu tutub gedənlərə salam olsun!”

(Əl-ihticac, cild 1, səh 169-170.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

19 Nov, 02:42


Hədisin Ardı.

Həzrət Zəhranı (s.ə) Fədək bağından məhrum etdikdən sonra yaşlı səhabənin (əbu bəkr lənətullahın) söylədiyi sözlər Möminlərin əmiri Əliyə (ə) çatdıqda, ona yazdığı məktub.


Yavaş olun! Qısa bir zamanda sizin üçün qatı tozlar aradan gedəcək, əməlinizin acı meyvəsini dərəcək, əllərinizlə əkdiyiniz acı, zəhərli və öldürücü əkini biçəcəksiniz. Allahın hakim, Peyəmbərin (s) isə sizin əleyhinizə olması və Qiyamət günü hesab üçün sorğu-sualada yanmaq yetərlidir. Qiyamət günü Allah sizdən başqasını rəhmətindən uzaqlaşdırmayacaq və sizdən qeyrisini bədbəxt etməyəcək. Hidayət yolunu tutub gedənlərə salam olsun!”
Yaşlı səhabə (əbu bəkr lənətullah) məktubu oxuduqda dəhşətli dərəcədə qorxdu və belə dedi: “Sübhanallah! Necə də mənə qarşı cürətlidir və məndən qorxmur?! Ey mühacir və ənsar! Mənim Allah rəsulundan (s) sonra Fədək bağı barədə sizinlə məsləhətləşdiyimi bilirsiniz. Dediniz ki, peyğəmbərlər özlərindən sonra miras qoymazlar. Bu mallar müsəlmanların beytül-malına əlavə edilməli, süvarilərə, silaha, cihad məqsədlərinə və sərhədlərin qorunmasına sərf edilməlidir. Biz də sizin rəyinizi təsdiqlədik, amma iddia edən (Fədək bağını iddia edən – İmam Əli) təsdiqləmədi. Budur, o, hədələyir, təhdid edərək güruldayır və peyğəmbəri Muhəmmədin (s) haqqına and içərək bizi qana boyamaq istəyir. Allaha and olsun ki, mən xilafətdən istefa vermək istədim, lakin qoymadılar; bu işdən ayrılmaq istədim, ayırmadılar. Bunu Əli ibn Əbu Talibin nifrətindən qorunmaq və onunla münaqişə etməkdən qaçmaq üçün etdim. Mən hara, Əbu Talibin oğlu hara?! Onunla savaşıb qalib gələn kimsə varmı?” səhhakın oğlu (ömər lənətullah) ona dedi: “Bu sözü deməkdən başqa çarən yox idi? Sən o kəsin oğlusan ki, döyüşlərdə şücaət, quraqlıqda isə səxavət göstərməyib. Sübhanallah! Sənin qəlbin nə qədər ürkək, ruhun isə nə qədər cılızdır?! Dolçadakı suyu sənin üçün təmizlədim ki, içəsən, amma sən bu cür susuz qalmaq istəyirsən. Dəvəni yerə yatızdırdıqları kimi, ərəblərin boynunu sənin qarşında əydim, söz və tədbir sahibləri sənin əmirliyini təsdiqlədilər. Əgər belə olmasaydı, Əbu Talibin oğlu sənin sümüyünü külə çevirmişdi. Allaha həmd elə ki, sənə məni bəxş etmişdir. Buna görə Allaha şükr et! Peyğəmbərin (s) minbərinə çıxan hər kəsin boynunda Allaha şükr etmək haqqı var. Əli ibn Əbu Talib bərk daş kimidir. Onu parçalamayınca suyu fışqırıb çıxmaz. O, qara-ağ xallı ilan kimidir.
Ardı var...

(Əl-ihticac, cild 1, səh 167-168.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

18 Nov, 15:51


Həzrət Zəhranı (s.ə) Fədək bağından məhrum etdikdən sonra yaşlı səhabənin (əbu bəkr lənətullahın) söylədiyi sözlər Möminlərin əmiri Əliyə (ə) çatdıqda, ona yazdığı məktub.

“Nicat və qurtuluş gəmilərinin sinəsi ilə fitnə dalğalarını yarıb keçdilər; loğvalıq əhlinin tacını xəyanət əhli üçün yerə atdılar; nurlar öz nuru ilə yollarına işıq saldılar. Pak əməlisalehlərin miraslarını öz aralarında böldülər, seçilmiş Peyğəmbərin (s) hədiyyəsini qəsb etmək günahının yükünü daşıdılar. Dəvə dəyirman daşını fırlatmaq üçün dövrə vurduğu kimi, sizin azğınlıq içində dövrə vurduğunuzu görürəm. Allaha and olsun ki, sizin elminiz olmayan şeylərdə mənə icazə verilsəydi, dəmirdən olan qılıncla, buğdanın başı biçildiyi kimi, sizin başınızı bədənlərinizdən biçib ayırardım. Ən şücaətlinizin başını qoparmaqla qəlblərinizə yara vurar və sizi vəhşət halına salardım. Həqiqətən, mən – bildiyiniz kimi – siz evinizə qısıldığınız vaxt döyüşçüləri həlak edən, orduları məhv edən, yaşınızı yandıran, odunuzu söndürən və meydan sulayanları doğrayanam. Mən dünən sizin imamınız idim. Atam-anamın canına and olsun ki, siz xəlifək və nübuvvətin bizdə olmasını heç vaxt xoşlamayacaqsınız. Siz Bədrin kin-küdurətini və Ühüdün qisasını xatırlayırsınız. And olsun ki, Allahın sizin barənizdə əvvəlcədən olan hökmünü söyləsəm, qabırğalarınız dəyirman daşının dişləri kimi qarınlarınıza girər. Əgər danışsam, “həsəd üzündən danışır” deyəcəksiniz. Əgər sükut etsəm, “Əbu Talibin oğlu ölümdən qorxdu” deyəcəklər. Heyhat! Heyhat! İndi mənim barəmdə belə deyilir? Halbuki öldürən ölüm, qaranlıq zülmət gecənin içində hər bəlaya baş vuran, iki ağır qılınc, iki ağır nizəni daşıyan, (düşmənin) izdihamı içində döyüş bayraqlarını sındıran, yaranmışların ən sevimlisinin (Peyğəmbərin) üzündən dərd-qəmi silib aparan mənəm! Bəsdirin! Allaha and olsun ki, Əbu Talibin oğlunun ölümə meyli südəmər uşağın anasının sinəsinə olan meylindən daha artıqdır. Övladı ölən analar sizə ağlasın! Əgər Allah-taalanın kitabında sizin barənizdə nazil etdiyini açıb söyləsəm, dərin quyunun içinə sallanmış ip kimi titrəyər, evinizdən çıxıb qaçar, üzü üstə iməkləyərsiniz. Lakin mən qəzəbimi sakitləşdirirəm ki, Rəbbimlə kəsilmiş əllə (yardım edənlərin olmamasına işarə edir) və sizin ləzzətiniz olan buğda aparmadan görüşüm. Sizin dünyanız mənim üçün bulud kimidir; ucaldı, qatılaşdı, yayıldı, parça-parça oldu və yoxa çıxdı....
Ardı var...

(Əl-ihticac, cild 1, səh 167-168.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

18 Nov, 09:54


Həzrət İmam Əli (ə), Həzrət Zəhranı (s.ə) dəfn edərkən belə buyurdu:

“Bu müsibətə görə hüznüm əbədidir.”

(Nəhcül-Bəlağə, xütbə 201.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

17 Nov, 14:11


Həsən ibn Əli ibn Əbu Həmzə öz atasından belə nəql edir: "İmam Sadiqdın (ə) soruşdum:

"Hansı səbəbə görə Fatimə (ə) gündüz deyil, gecə dəfn edilmişdir?"
İmam (ə) buyurdu: "Çünki o, adamların (iki nəfərin) (ömər və əbu bəkr lənətullahın) ona namaz qılmamasını vəsiyyət etmişdi".

(İləluş-şəraye, cild 1, səh 185, bab 149, hədis 1.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

17 Nov, 03:16


Əli ibn Əsbat İmam Rzadan (ə) belə nəql edir:

"Bərməkilərdən bir kişi İmam Rzanın (ə) yanına gəlib soruşdu: "Əbu Bəkr haqqında nə deyirsən (sözün nədir)?"
İmam (ə) buyurdu:

"Sübhanəllahi, vəlhəmdulilləhi və la ilahə illəllahu, vallahu əkbər". Sualı verən tam cavab əldə edə bilmədi. İmam (ə) buyurdu:

"Bizim bir salehə anamız var idi. Həmin o iki nəfərə (Əbu Bəkr və Ömərə) qəzəbli olduğu halda dünyasını dəyişdi. Anamızın ölümündən sonra o iki nəfərdən razı olması barədə bizə xəbər yetişməyib".

(Seyid ibn Tavus (r), ət-Təraif, cild 1, səh 252, hədis 351.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

16 Nov, 14:21


Fatimə (ə) vəfat etdikdə Ümmü-Əymən and içmişdi ki, bir daha Mədinədə yaşamayacaq, çünki Fatimənin (ə) olduğu yerlərə baxa bilmirdi. O, Məkkəyə yola düşdü. Yolun bir hissəsində olduqda həddindən artıq susuz oldu. Əllərini səmaya qaldırıb dedi: “Ey Rəbb, mən Fatimənin xidmətçisiyəm. Məni susuz öldürürsən?!” Allah-taala ona səmadan bir vedrə su endirdi. Həmin sudan içdi. Bundan sonra yeddi il yeməyə və suya ehtiyac duymadı. İnsanlar onu həddindən artıq isti havada iş ardınca göndərərdilər və o, susuzluğa məruz qalmırdı.

(əl-xəraic vəl-cəraih, səh 388.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Hədis-Evi

16 Nov, 09:49


Qiyamət günü Həzrət Fatimə (s.ə) Allaha övladları və şiələri barədə nigəran olduğunu bildirər. Allah-Taaladan nida gələr:
"Hardadır Fatimənin (s.ə) balaları və şiələri?!
Hardadır Fatiməni (s.ə) və balalarını sevənlər?!"
Onlar irəli çıxarlar. Rəhmət mələkləri onları dövrəyə alarlar. Həzrət Zəhra (s.ə) önlərinə düşər və onları özü ilə Cənnətə daxil edər".

(əl-Əmali, səh 17, hədis 4.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra (s.ə)! 🏴

Hədis-Evi

16 Nov, 03:04


İmam Əli (ə) ilə Xanım Zəhra (s.ə) evləndikdən bir neçə gün sonra Peyğəmbəri-Əkrəm (s) imam Əlidən (s):

“Fatimə(s.ə) sənə necə zövcədir?” – deyə soruşduqda, imam Əli (ə) belə cavab verir: “Allaha itaət və bəndəçilikdə mənə ən gözəl yardımçıdır.”

(Əl-mənaqib, cild 3, səh 355.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

#Qeyd: Cəmadiul-əvvəl ayının 13 -ü, 16 Noyabra (bu günə) təsadüf edir. Bu gündən etibarən 20 gün Əyyami Fatimiyyədir.

Əziz insanlar Əyyami Fatimiyyəni təbliğ edin bekar dayanmayın.Allah sizi bekar insanların dinə yardımı dəyməyən insanların cərgəsində qərar verməsin.Xanım Zəhranın (s.ə) qanı bu məzhəbin damarına axdı ki ona ölümsüzlük qazandırsın. Hamımız xidmət etməliyik bu Xanıma.Unutmayaq ki bu xanım Peyğəmbərin(s) qızı İmam Əlinin(ə) xanımı Həzrət Həsən və Həzrət Hüseynin (ə) anası və beləliklə bütün 11 imamın xüsusilə dövrün canlı İmamı sonuncu Höccəti Həzrət Sahibəzzamanın (ə.f) anasıdır. Bəs nəticə budur ki bu Xanıma xidmət etmək, Onun yasın saxlamaq, Onun adın ucaltmaq , Onun məhəbbətini ürəklərə köçürtmək,Ona olan zülmləri insanlara - bəyan etmək vəzifələrində hər kim iştirak etsə əvvəldə adın çəkdiyim bütün müqəddəslərin qəlbində özünə taxt düzəltmiş olar. Hamımız əlimizdən nə gəlir edək Müvəffəqiyyət yalnız Allahdandır.
🏴🏴🏴🏴

Hədis-Evi

15 Nov, 14:50


🏴🏴🏴🏴
Nübuvvət övladı,Vilayət yoldaşı və İmamətin anası Həzrət Fatimənin (s.ə) Əyyami-Fatimiyyə günləri münasibəti ilə başda İmam Zamana (ə.f) sonra isə bütün Əhli-beyt (ə) sevərlərə başsağlığı diləyirik.

Allah əzadarlıqlarınızı ali dərəcədə qəbul etsin!

🤲 🏴 Mənimdə müşkülüm var, hər birinizdən dua etməyi təmənna edirəm, bi həqqi Fatimə (s.ə). 🏴

Hədis-Evi

15 Nov, 14:09


🏴🏴 Çəkin qarə, küçə bazara, ey əzadaran gəldi Əyammi Fatimiyyə..

Əlinin öldürdülər yarın, qaldı sərgərdan, gəldi əyyami Fatimiyyə.. 🏴🏴


Həzrət İmam Əli (ə) buyurub:

Bir gün Peyğəmbər (s) Fatimə (s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah (s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş süfrə açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm (ə), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər».

(Beytul-әhzаn, səh 21.)

🏴Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Allah Həzrət Zəhraya Zülm edən ilk Zülmkara (ömər, əbu bəkr) və Tərəfdarlarına əbədi Lənət etsin və onların öz cəhənnəmində şiddətli əzaba düçar etsin.

Hədis-Evi

15 Nov, 12:55


Əlinin (ə) dilindən: Xəbər edin ki, başlanır əzası Cəhane Xatunun
🏴🏴🏴🏴

Hədis-Evi

15 Nov, 09:29


Fatimə (ə) keçmiş və gələcək aləm qadınlarının xanımı, Qiyamət günü minik üzərində olacaq dörd şəxsdən biridir. Onun imamlara (ə) ötürülmüş müshəfi (kitabı) var. Söz və danışıq baxımından Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi. Bir çox xüsusiyyətləri, eləcə də yerişi Peyğəmbərə (s) bənzəyirdi. Fatimə (ə) Peyğəmbərin (s) yanına gəldikdə, Allah elçisi onu salamlayar, ayağa qalxar, onun əllərindən öpər və öz yerində oturdardı. Peyğəmbər (s) onun yanına gəldikdə isə, Fatimə (ə) ayağa qalxar, salamlayar və əllərini öpərdi. Peyğəmbər (s) onu çox öpərdi. Hər dəfə cənnət qoxusunu duymaq istədikdə Fatiməni (ə) iyləyərdi. Peyğəmbər (s) belə buyururdu: “Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, ona pislik edən mənə pislik etmişdir. Fatimə mənim üçün ən əziz insandır”.

(əl-Mənaqib, Şəhr Aşub, cild 3, səh 332.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

15 Nov, 06:49


Peyğəmbər (s) belə buyurub:

İnsanlar arasında mənə ən əzizi Fatimədir (s.ə).

(Biharul-ənvar, cild 43, səh 23.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

14 Nov, 13:54


Möminlərin əmiri Əli (ə) qadınlara salam verərdi, amma cavan qızlara salam verməyi xoşlamaz və belə buyurardı:

“Qorxuram ki, onun səsi mənim xoşuma gəlsin və istədiyim savabdan daha çox günah əldə edim”.

(Məkarimul-əxlaq, səh 322, hədis 13(1635).)
https://t.me/Shia_Hadis

Hədis-Evi

14 Nov, 03:35


Müəlla ibn Xüneys belə rəvayət edir: İmam Cəfər Sadiq (ə) buyurdu:

“Ey Müəlla! Əgər bir bəndə Rükn və Məqam arasında yüz il Allaha ibadət etsə, qaşları gözlərinə düşənə qədər gündüzlər oruc tutsa, gecələr namaz qılsa, qocalıqdan boynu bükülsə belə, bizim haqqımıza cahil olarsa, onun üçün heç bir savab (mükafat) yoxdur”.

(Biharul-ənvar, cild 27, səh 176, hədis 24.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

13 Nov, 14:22


İmam Huseyn (ə) nəql edir ki, Allah Rəsulu (s) buyurub:

“Biz - Əhli-Beytin (ə) məvəddətini lazım bilin (riayət edin). Həqiqətən, bizim məvəddətimizlə Allaha qovuşan kəs, bizim şəfaətimizlə Cənnətə daxil olacaqdır. Canım əlində olana and olsun ki, hər bir bəndənin əməli yalnız haqqımızı tanıyanda fayda verəcəkdir!”

(Biharul-ənvar, cild 27, səh 90-91.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

13 Nov, 02:53


İmam Cavad (ə) buyurub:

Allah bəzi peyğəmbərlərə (ə) belə vəhy etdi: “Sənin dünyadakı zöhdün (zahid olmağın) sənə tez bir müddətdə rahatlıq bəxş edər. (Hər şeydən) uzaqlaşmağın, Mənə (bağlanmağın), səni Mənim üçün izzətli edər. Lakin Mənə görə nifrət edərək düşmən və mənə görə sevərək dost oldunmu?”

(Tuhəful-uqul, səh 455.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

12 Nov, 14:26


İmam Sadiq (ə) buyurub:

“Səndən bilmədiyin bir şey barəsində soruşulsa, de: “Bilmirəm”. Çünki “bilmirəm” (demək bilmədən verilən) fətvadan daha xeyirlidir”.

(əl-Məhasin, hədis 663.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

12 Nov, 06:06


Əbud-Dunya Muəmmər deyir: “Əmirəl-Möminin Əli ibn Əbu Talibin (ə) belə dediyini eşitdim:

“Mən Xeybər döyüşündə iyirmi beş yara aldım. Həzrət Peyğəmbərin (s) yanına gəldim. Məndəki yaraları görən zaman ağladı. O, göz yaşlarından götürüb yaralarımın üzərinə qoydu. Beləcə, həmin saatda rahatlıq tapdım (sağaldım)!”

(Biharul-ənvar, cild 51, səh 228.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

29 Oct, 04:07


İmam Sadiq (ə) buyurub:

" İmam Məhdi (ə.f) qiyam etdiyi zaman Qustantiniyyəyə (İstanbula) bir qoşun göndərəcək. Körfəzə çatanda onlar ayaqlarına bir şey yazacaq və suyun üstündə yeriyəcəklər. Rumlular onlara baxıb suyun üstündə yeridiklərini görəndə belə deyəcəklər: "Bunlar Onun (ə) əshabı ola-ola suyun üstündə yeriyirlərsə, gör Onun (ə.f) özü necədir?!" Bu zaman şəhərin qapılarını onlar üçün açacaq, onlar da oraya daxil olub, istədikləri qədər hakimiyyət sürəcəklər!"

(Biharul-ənvar, cild 52, səh 365, hədis 144.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

28 Oct, 14:40


İmam Sadiq (ə) buyurub:

Kim məni ziyarət etsə günahları bağışlanar və yoxsulluqda ölməz.

(Biharul-ənvar, cild 100, səh 145, hədis 34.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

28 Oct, 07:05


Həzrət İmam Əli (ə) buyurub:

Fədakarlıq ən ali insani sifətdir.

(Ğürərul-Hikəm, hədis 986.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

27 Oct, 03:11


İmam Cavad (ə) öz ata-babalarından (ə) nəql edir ki, Həzrət Rəsulullah (s) Xanım Fatimeyi-Zəhraya (ə) buyurub:

"Əziz qızım! Öz bədəninin ətini yeyən qadın(lar) özünü camaat üçün bəzəyən qadın(lar)dır!"

(Uyunu-Əxbarir-Rza (ə), cild 1, bab 30, hədis 24.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

26 Oct, 15:17


İmam Huseyn (ə) buyurub:

"Gözlədiyiniz əmr (İmam Məhdinin (ə) zuhuru) bir-birinizdən ayrılmadan (bəraət etmədən), bir-birinizin üzünə tüpürmədən, bir-birinizin küfrünə şəhadət vermədən və bir-birinizə lənət oxumadan baş verməyəcək!" Ravi dedi: "O zamanda bir xeyir olacaq?" İmam (ə) buyurdu: "Bütün xeyirlər elə o zamandadır ki, Bizim Qaimimiz - İmam Məhdi (ə) qiyam edəcək və bütün bunları aradan qaldıracaq!"

(Şeyx Numani (r.ə), əl-Ğeybə, bab 12, hədis 9.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

26 Oct, 03:06


İsmail ibn Ziyad Süləmi nəql edərək deyir:

“İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) belə nəql etmişdir:
“Quranda “Ey iman gətirənlər” başlığı ilə nazil olan elə bir ayə yoxdur ki, Əli (ə) həmin ayənin (ayədə işarə edilən kəslərin) əmiri və şərəflisi olmasın”.

(Furat-kufinin təfsiri, səh 6, hədis 8.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

25 Oct, 07:52


Əbu Saleh nəql edərək deyir: “İbn Abbas dedi: “Əli ibn Əbu Talibin
(ə) Allahın kitabında insanların bilmədiyi adları var”. Ravi deyir: “Soruşduq: “Onlar hansılardır?” İbn Abbas dedi:

“Allah-taala onu Quranda “müəzzin” və “carçı” adlandırmışdır. Allahın Qurani-Kərimdə buyurduğu “bir carçı səslənəcək ki: “Allahın lənəti olsun zalımlara!” - ayəsinə gəlincə isə, onlar arasındakı carçı odur və o, belə deyəcək: “Allahın lənəti olsun zalımlara, o kəslərə ki, vilayətimi təkzib etdilər və haqqımı xəfif düşürdülər!”.

(Furat-kufinin təfsiri, səh 110, hədis 172.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

24 Oct, 09:01


Həzrət İmam Əli (ə) belə buyurub:

“Allah rəsulu (s) məni çağırıb Yəmənə göndərdi ki, onların arasını islah edim. Mən dedim: “Ey Allahın rəsulu, onların sayı və yaşları çoxdur. Mən isə gəncəm və yaşım da azdır”. Peyğəmbər (s) buyurdu: “Ey Əli, elə ki, Əfiq sıldırımının zirvəsinə çatdın, uca səslə belə de: “Ey ağaclar! Ey daşlar! Ey qum dənələri! Allahın rəsulu Muhəmməd sizə salam söyləyir”. Əli (ə) deyir: “Yola düşdüm. Sıldırımın zirvəsinə çatdıqda Yəməni gördüm. Yəmənlilər hamılıqla nizələri, oxları və sıyrılmış qılıncları ilə mənə tərəf gəlirdilər. Uca səslə dedim: “Ey ağaclar! Ey daşlar! Ey qum dənələri! Allahın elçisi Muhəmməd sizə salam söyləyir”. İmam Əli (ə) deyir: “Elə bir ağac, daş və qum dənəsi qalmadı ki, hamısı bir səslə “Allahın rəsulu Muhəmmədə və sənə salam olsun!” - deyə səslənməsinlər. Yəmənlilərin ayaqları əsdi, dizləri titrədi, silahları əllərindən yerə düşdü. Sürətlə mənə tərəf gəldilər. Mən də onların arasını islah etdim və geri döndüm”.

(əl-Xəraic vəl Cəraih, səh 368.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Oct, 14:35


Həzrət İmam Əli (ə) buyurub:

Ən böyük savab insafın savabıdır.

(Ğürərul-Hikəm, hədis 3387.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

23 Oct, 03:03


Allahın Peyğəmbəri (s) buyurub:

“İşlərinizi gizlincə həll edin. Hər bir nemət sahibinin nemətinə həsəd olunur”.

(Camiul-əxbar, səh 290, hədis 3(1031).)
https://t.me/Shia_Hadis

Hədis-Evi

22 Oct, 14:15


Həzrət İmam Əli (ə) buyurub:

Əməlin savabı onun əziyyət və zəhməti qədərdir.

(Ğürərul-Hikəm, hədis 4690.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

21 Oct, 14:56


Həzrət Rəsulullah (s) buyurub:

"Hər kim müsəlmanların qəbirlərindən olan bir qəbirdə (onun yanında) Allahın (c) kitabından bir ayə oxusa, Allah (c) ona yetmiş peyğəmbərin (ə) savabını əta edər! Hər kim qəbirlərin əhli üçün bağışlanma diləsə, cəhənnəm odundan nicat tapar və gülən halda cənnətə daxil olar!"

(Biharul-ənvar, cild 99, səh 300, hədis 29.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

21 Oct, 03:44


İmam Baqir (ə) buyurub:

Yaradılmışların arasında Allahın qəzavü - qədərinə və əmrinə təslim olmağa ən ləyaqətli insan, Allahı tanıyandır.

(Biharul-ənvar, cild 71, səh 153, hədis 63.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Oct, 15:16


Allahın Peyğəmbəri (s) buyurub:

Ümmətim üçün üç şeydən –(Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram.

(əl-Əmali, səh 157, hədis 263.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

20 Oct, 03:12


Əhməd ibn Muhəmməd mənə Əli ibn Həkəmdən, o da Davud əl-İclidən, o da Zürarədən, o da Hümrandan İmam Əbu Cəfər Muhəmməd Baqirin (ə) belə buyurduğunu nəql edir:

“Uca Allah məxluqları yaratdıqda şirin və acı şor suyu da xəlq etdi. Sonra bu iki su bir-birinə qarışdı. Yerin üst təbəqəsindən torpaq götürüb onu möhkəmcə ovub narınlaşdırdı. Sonra həmin
vaxt zərrə kimi olan sağ tərəf sahiblərinə (saleh əməl sahiblərinə) salamatlıq və asayiş içində Cənnətə getmələrini, sol tərəf sahiblərinə isə “Sizə heç bir əhəmiyyət verməyəcəyəm, oda girin!” deyə buyurdu. Sonra buyurdu: “Mən sizin Rəbbiniz deyiləmmi?”-soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” -deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik” deməməniz üçündür”. (Əraf surəsi, ayə 172.)
Sonra peyğəmbərlər barədə onlardan əhd aldı və “Mən sizin Rəbbiniz deyiləmmi?” deyə buyurdu. Ardınca buyurdu: “Bu, Allahın elçisi Muhəmməd, bu, möminlərin əmiri Əlidir”. Peyğəmbərlər “Bəli” deyə cavab verdilər və bununla da peyğəmbərlikləri təsdiqləndi. Həmçinin ulul-əzm peyğəmbərlərdən əhd alaraq “Bilin ki, Mən sizin Rəbbiniz, Muhəmməd elçim, Əli möminlərin əmiri, ondan sonrakı canişinlər əmrlərimin icraçıları və elmimin xəzinədarlarıdır. Mehdi ilə isə dinimi qalib edəcək, dövlətimi quracaq, düşmənlərimdən intiqam alacaq, istəsələr və ya istəməsələr də ibadət olunacağam” buyurdu. (Ulul-əzm peyğəmbərlər) dedilər: “Ya Rəbb, iqrar və şahidlik edir”. Adəm isə nə inkar, nə də təsdiq etdi. Mehdi mövzusuna görə ulul-əzm peyğəmbərlik beş nəfər üçün təsdiqləndi. Amma Adəmdə bunun iqrarı üçün əzm görünmədi. Bu da Uca Allahın Qurandakı sözüdür: “Doğrusu, bundan əvvəl Adəmə də tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik”(Taha surəsi, ayə 115.)
Yəni qəsdi olsa da bundan vaz keçdi. Sonra Cəhənnəm oduna alovlanmasını buyurdu. Ardınca sol tərəf (pis əməl) sahiblərinə “Oraya daxil olun!” deyə əmr etdi. Onlar (odu görüb) böyük qorxu keçirdilər. Sağ tərəf sahiblərinə isə oraya daxil olmalarını buyurduqda onlar (şək-şübhəsiz) oda girdilər. Od onlar üçün sərin və xətərsiz oldu. Sol tərəf sahibləri dedilər: “Ya Rəbb, bizi bağışla!” Uca Allah buyurdu: “Sizi bağışladım, gedin, oda daxil olun”. Lakin onlar bu dəfə də qorxuya düşüb dayandılar. Bütün bunlara əsasən, itaətkarlıq, günahkarlıq və vilayət təsdiqləndi”.

(Bəsairud-Dərəcat, səh 108-109, hədis 2.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

19 Oct, 14:08


İmam Sadiq (ə) buyurub:

“İslam insanların olduğu zahiri (dindir): Allahdan başqa ilahın olmamasına və Məhəmmədin Allahın qulu və rəsulu olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan ayının orucunu tutmaq. Bu, İslamdır”. İmam (ə) buyurdu: “İman isə bütün bunları qəbul etməklə yanaşı, bu işə (imamətə) mərifətin olmasıdır. Əgər kimsə bütün bunları qəbul edib, lakin bu işə (imamətə) mərifəti olmasa, müsəlman və zəlalət əhli olacaq”.

(Əl-Kafi, cild 2, səh 25.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

19 Oct, 06:04


İmam Sadiq (ə) öz ataları vasitəsilə İmam Əlinin (ə) belə buyurduğunu nəql edir:

"Cismin 6 halı vardır: Sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. Ruh da belədir. Onun həyatı onun elmidir, ölümü cəhalətidir, xəstəliyi şəkkidir, sağlamlığı yəqinidir (əminliyidir), yuxusu qəflətidir, oyaqlığı isə hafizəsidir".

(ət-Tovhid, bab 42, hədis 7.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Oct, 14:52


İmam Sadiq (ə) Yunis ibn Zebyana belə buyurdu:

“Ey Yunis! Düzgün elm axtarırsansa, o bizim yanımızdadır. Çünki biz hikmət yollarını və doğrunu səhvdən ayıran mizanı irs aparmışıq.”

(Vəsailuş-şiə, cild 18, səh 49.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

18 Oct, 03:32


İmam Hadi (ə) buyurub:

“Əgər Qaiminizin (ə) qeybətindən sonra ona doğru çağıran, yol göstərən, Allahın höccətləri vasitəsilə onun dinini qoruyan, Allahın (elmdə) zəif olan bəndələrini iblisin toruna düşməkdən və nasibilərin hiylələrindən xilas edən alimlər olmasaydı, Allahın dinindən çıxmamış bir nəfər belə qalmazdı. Lakin gəmi sahibi gəmini və onun əhlini qoruyub saxladığı kimi, onlar da zəif qəlbli şiələrimizi qoruyub saxlayarlar. Onlar Allah yanında ən fəzilətli şəxslərdir”.

(Əl-İhticac, cild 1, səh 9.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Oct, 14:43


İmam Sadiq (ə) buyurub:

İmam Sadiq (ə) buyurub: “İxlaslı əməl odur ki, Allahdan başqa heç kimin səni tərifləməsini istəməyəsən”.

(Əl-Kafi, cild 2, səh 16.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

17 Oct, 03:00


Həzrət İmam Əli (ə) buyurub:

Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.

(Ğürərul-Hikəm, hədis 4786.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

16 Oct, 14:16


Əbu Bəsir deyir: “İmam Sadiq (ə) buyurub:

“Hər şeyin bir həddi vardır”. Mən dedim: “Sənə fəda olum, təvəkkülün həddi nədir?” İmam (ə) buyurdu: “Yəqin”. Mən dedim: “Yəqinin həddi nədir?” İmam (ə) buyurdu: “Allahla birgə olduqda başqa bir şeydən qorxmamaq”.

(Əl-Kafi, cild 2, səh 57.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

16 Oct, 04:09


Həzrət İmam Əli (ə) buyurub:

“İmanın dörd sütunu var: 1. Allaha təvəkkül etmək; 2. İşləri Allahın öhdəsinə buraxmaq; 3. Allahın qəzasına (verdiyi hökmə) razı olmaq; 4. Allahın əmrinə təslim olmaq”.

(Əl-Kafi, cild 2, səh 48.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

15 Oct, 14:14


İmam Baqir (ə) buyurub:

Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib: əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək.

(əl-Kafi, cild 2, səh 162, hədis 15.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

14 Oct, 03:27


İmam Sadiq (ə) buyurub:

“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.”

(Bihаrul-әnvаr, cild 57, səh 228.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

13 Oct, 14:04


İmam Sadiq (ə) buyurub:

Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar.

(Məcalisul-mominin, cild 1, səh 83.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

13 Oct, 03:09


Həzrət İmam Əli (ə) buyurub:

Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (Peyğəmbər (s) və Əhli-beytindən (ə) öyrənməklə) xəbərdar olmaqla kifayətlənin.

(Nəhcül-Bəlağə, xütbə 114.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

12 Oct, 14:21


Həzrət İmam Əli (ə) buyurub:

Hər bir şeyin müddəti və sonu vardır.

(Nəhcül-Bəlağə, xütbə 190.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

12 Oct, 03:26


Fatimə (ə) keçmiş və gələcək aləm qadınlarının xanımı, Qiyamət günü minik üzərində olacaq dörd şəxsdən biridir. Onun imamlara (ə) ötürülmüş müshəfi (kitabı) var. Söz və danışıq baxımından Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi. Bir çox xüsusiyyətləri, eləcə də yerişi Peyğəmbərə (s) bənzəyirdi. Fatimə (ə) Peyğəmbərin (s) yanına gəldikdə, Allah elçisi onu salamlayar, ayağa qalxar, onun əllərindən öpər və öz yerində oturdardı. Peyğəmbər (s) onun yanına gəldikdə isə, Fatimə (ə) ayağa qalxar, salamlayar və əllərini öpərdi. Peyğəmbər (s) onu çox öpərdi. Hər dəfə cənnət qoxusunu duymaq istədikdə Fatiməni (ə) iyləyərdi. Peyğəmbər (s) belə buyururdu: “Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, ona pislik edən mənə pislik etmişdir. Fatimə mənim üçün ən əziz insandır”.

(əl-Mənaqib, Şəhr Aşub, cild 3, səh 332.)
https://t.me/Shia_Hadis

Hədis-Evi

11 Oct, 15:33


Peyğəmbər (s) belə buyurub:

İnsanlar arasında mənə ən əzizi Fatimədir (s.ə).

(Biharul-ənvar, cild 43, səh 23.)
https://t.me/Shia_Hadis