Peyğəmbərin ﷺ Əxlaqı @peygemberineexlaqi Channel on Telegram

Peyğəmbərin ﷺ Əxlaqı

@peygemberineexlaqi


📘 İnsanlardan danışmaq dərd, Allahdan danışmaq isə dərmandır…

🎗️t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı (Azerbaijani)

💙 Peyğəmbərin ﷺ Əxlaqı 💙 nnƏgər insan haqda məsələ gəlirsə, elə gərək ki, Peyğəmbərin ﷺ əxlaqından danışmaq qədər möhtəşəm bir mövzu olmamışdır. Allahın sevgili elçisi, insanların ən yüksək mərhələlərinə nail olmuş, həyatı boyu insanlara nümunə olmuşdur. Bu kanalda Peyğəmbərin ﷺ əxlaqına həsr edilmişdir. Burada Peyğəmbərin ﷺ həyatından, sözlərindən və davranışlarından məlumatlar paylaşılır. Onun yaşam tərzindən, insana olan münasibətindən, bəşəriyyətə nəsihatlarından məlumat əldə edəcəksiniz. Həyatımızda nümunə olaraq götürə biləcəyimiz ən yaxşı şəxsin tarixini öyrənmək üçün bu kanala qoşulun. Allahdan danışmaq dərmandır, amma Peyğəmbərin ﷺ dəyərli əxlaqından danışmaq isə dərmandır. İlham alın, öyrənin və yaşayın!nn🎗️ Kanala qoşulmaq üçün: t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

21 Nov, 05:55


Peyğəmbərin ﷺ Əxlaqı pinned «Whatsapp grup linki . https://chat.whatsapp.com/G4YrdKHa9u76pmw12M7cza»

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 09:43


Əlaqə: 051-635-38-12

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 07:39


Ümrə ziyarəti:
22-29 dekabr 1100$
4 gecə Məkkə-3 gecə Mədinə

Paketə daxildir:
Aviabilet, ümrə vizası, otellər, bələdçi, səhər-axşam yeməyi, Nəqliyyat, ehram, zəm-zəm suyu

Bələdçi: Sahib Xasayev

Əlaqə: 051-635-38-12

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 05:02


Whatsapp grup linki .

https://chat.whatsapp.com/G4YrdKHa9u76pmw12M7cza

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 04:05


Grup həm kişilər həmdə qadınlar üçün.
Hər kəs rahatlıqla qoşula bilər nömrələr tam gizlin qalır grup üzvləri digər grup üzvlərin görmür.

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 04:04


Əs salam aleykum və rəhmətullahi və bərəkətuhu.
Kanalımızın whatsapp grupu qoşulub bizi oradanda izləyib dəstək oLa bilərsiz. Həmdə Telegram işlətməyən bacı qardaşlarda sizin linki paylaşmağınız sayəsində qoşulub faydalana biLərlər.


https://chat.whatsapp.com/G4YrdKHa9u76pmw12M7cza

Peyğəmbərin ﷺ Əxlaqı

20 Nov, 03:52


Dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,

Var-dövlətnizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar.

Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?

Nuh 10-13

t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

18 Nov, 16:28


İnşəəAllah davamı gündəlik olaraq paylaşılacaq. Uca Allah müvəffəq etsin əmin.

Peyğəmbərin ﷺ Əxlaqı

18 Nov, 16:17


İmanın əsasları.

I hissə.
ALLAHA İMAN
 
Şübhəsiz ki, Allaha iman gətirmək imanın əsaslarının ən mühü­mü, ən əzəmətlisi, ən təqdirəlayiq olanıdır. Bu, imanın əsası, binası­nın təməli və məğzi hesab edilir. Digər əsaslar da ona tabedir, ona əsaslanır və onun üzərində qurulur. Qüdrətli və qüvvətli Allaha iman gətir­mək, Onun həm Rübubiyyədə, həm Üluhiyyədə, həm də ad və sifətlər­də tək ilah olduğuna iman gətirməkdir. Allaha iman məhz bu üç əsas üzərində qurulur. Əslində, İslam dininin Tövhid dini ad­lan­masının sə­bəbi odur ki, Allah Öz mülkündə və Öz etdiklərində tək­dir və Onun şəriki yoxdur, həm zatında, həm də ad və sifətlərində Onun tayı-bənzəri yoxdur, habelə Üluhiyyətdə də O təkdir və Onun şəriki yoxdur.
Bundan da aydın olur ki, peyğəmbərlərin və elçilərin tövhidi üç qismə bölünür:
1. Rübubiyyə tövhidi: Bu Allahın hər şeyin Rəbbi, Hökmdarı, Yaradanı və ruzi verəni olduğunu, Onun Öldürən və dirildən, xeyir və zərər toxunduran olduğunu, ehtiyacı olan kimsənin duasını Tək Onun qəbul etdiyini, hər bir işin aqibətinin Ona məxsus olduğunu, hər bir xe­yirin Onun Əlində olduğunu, bütün işlərin Ona qayıtdığını və Onun heç bir şərikinin olmadığını təsdiq etməkdir.
2. Üluhiyyə tövhidi: Bu, zəlillik, itaət, sevgi, qorxu, rüku, səcdə, qur­ban, nəzir və digər ibadətləri Tək Allaha yönəltmək və Ona şərik qoş­mamaqdır.
3. Ad və sifətlər tövhidi: Bu, Allahı Öz Kitabında və ya Öz Pey­ğəmbərinin ﷺ   dili ilə Özünü adlandırdığı və vəsf etdiyi bütün ad və sifətlərdə təkləşdirməyə, Onu bütün eyib və nöqsanlardan təmizə çı­xar­mağa, Ona xas olan xüsusiyyətlərdə isə Onu heç kimə bən­zət­mə­məyə deyilir. Həm də o deməkdir ki, Allah hər şeyi Biləndir, hər şeyə Qadirdir, əbədi Ya­şayandır, bütün yaratdıqlarının Qəy­yumudur, Onu nə mürgü, nə də yu­xu tu­tar. Hər şeyin müqəddəratı Onun Əlindədir və O, hikmət Sahibidir. O, Eşidəndir, Görəndir, Rəhimlidir və Bağış­la­yandır. O, Ərşin üzə­ri­nə ucalmış və Öz mülkünü ehtiva etmiş­dir. O, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah başqalarının Ona şərik qoş­duq­la­rın­dan uca­dır. Beləcə, digər gözəl ad və sifətlər də məhz Ona aiddir.
Bütün bu ad və sifətlərə dair Quran və Sünnədə çoxlu sayda də­lillər vardır.
 Quran bütövlükdə tövhiddən, onun hüquqları və mükafat­la­rından, şirkdən, onun əhlindən və onların cəzalarından bəhs edir. Elm əhli Quran və Sünnəyə əsaslanaraq tövhidin bu üç qismdən iba­rət olduğunu  bildirmişlər. Bu, şəriətin dəlillərinin araşdırılması nəti­cəsində alınmış­dır və şəriətimizin ma­hiyyəti də bunu sübut edir. Şə­riət göstərir ki, insanlar rübubiy­yətdə, üluhiyyətdə, həmçinin ad və sifətlərdə Allahın təkli­yinə iman gətirməlidirlər. Bütün bunları etmə­yən kəs mömin sayıla bilməz. Aşağıda üç fəsil vardır ki, onlardan hər biri bu qismləri ayrı-ayrılıqda bəyan edir.


Peyğəmbərin ﷺ Əxlaqı

Peyğəmbərin ﷺ Əxlaqı

17 Nov, 12:52


🍁 İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:

Tərifə layiq mömin– başına gələnlərə səbr edən və insanlara rəhm edəndir!


📚Fətava, 10/47

Peyğəmbərin ﷺ Əxlaqı

15 Nov, 13:02


İcabət saatı dualarımızı çoxaldaq.

Allahım, bu dünyada qərib yerdə olduğumuz zaman, qəbirdə tənha qalacağımız zaman, Qiyamət günü sənin hüzurunda duracağımız zaman və nəhayət, sırat körpüsünün üstündən keçəcəyimiz zaman bizə kömək ol, bizə rəhm et, bizi öz mərhəmətinə qovuşdur və bizi Firdovs cənnətinin sakinlərindən et!
Allahım, bizi, hər gün, hər saat, hər an ölümü yada salmağa və ölümdən sonrakı həyata hazırlıq sayılan işləri görməyə müvəffəq et!
Allahım, bizə, bizdən əvvəl gəlib-getmiş, özlərinə də gözəl sonluq nəsib olmuş əməlisaleh insanların sonluğu kimi gözəl sonluq nəsib et!
Allahım, ismətli olan dinimizi, içində yaşadığımız dünyamızı və qayıdacağımız Axirətimizi islah et!
Xeyirli işlər üçün ömrümüzü artır, ölümümüzü isə şər əməllərdən qurtulmaq üçün rahatlıq vasitəsi et!
Allahım, Səndən, başımıza gələn müsibətdən sonra ondan razı qalmağımızı və ölümdən sonra gözəl həyat diləyirik...


http://t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

15 Nov, 03:26


اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْماً نَافِعاً، وَرِزْقاً طَيِّباً، وَعَمَلاً مُتَقَبَّلاً

Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn.

Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!

http://t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

13 Nov, 17:09


Kamran Mustafayev.

Mövzu : Yəqinlik.

t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

13 Nov, 17:04


Live stream finished (37 minutes)

Peyğəmbərin ﷺ Əxlaqı

13 Nov, 16:27


Live stream started

Peyğəmbərin ﷺ Əxlaqı

13 Nov, 16:27


Live stream scheduled for

Peyğəmbərin ﷺ Əxlaqı

13 Nov, 13:48


Peyğəmbərin (صلى الله عليه وسلم) gecə namazına başlayanda etdiyi açılış dualarından biri:

Allahummə ləkəl-həmdu əntə nurus-səmavati vəl-ard, və ləkəl-həmdu əntə qayyimus səmavati vəl-ard, və ləkəl-həmdu əntə Rəbbus-səmavati vəl ardi və mən fihinnə, əntəl-həqq və va’dukəl-həqq və qaulukəl həqq və liqaukəl-həqq, vəl-Cənnətu həqq, vən-Nəru həqq, vən-nəbiyyunə həqq, vəs-səatu həqq, Allahummə ləkə əsləmtu və bikə aməntu, və aleykə təvakkəltu, və ileykə ənəbtu, bikə xasəmtu, ileykə həkəmtu, fəğfir li mə qaddəmtu və mə əxxartu və mə əsrartu və mə ə’aləntu, əntə iləhi lə iləhə illə ənt.

Allahım! Həmd Sənədir.Sən göylərin və yerin nurusan. Həmd sənədir. Sən göylərin və yerin Hamisisən. Həmd sənədir. Sən göylərin və yerin və onlarda olanların Rəbbisən. Sən Haqsan. Verdiyin vəd haqdır. Dediyin söz haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır.
Peyğəmbərlər haqdır. Allahım! Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim, gizli saxladığım və üzə çıxardığım pis
əməllərimi bağışla! Mənim ilahım yalnız Sənsən. Səndən başqa haqq məbud yoxdur!

متفق عليه 📘

Peyğəmbərin ﷺ Əxlaqı

10 Nov, 11:26


CƏHƏNNƏMƏ APARAN SÖZLƏR, YOXSA CƏNNƏTİ QAZANDIRAN“SÜKUT ”⤵️

Dil Allahu Təalənin bizlərə bəxş etdiyi ən böyük nemətlərdən biridir.Təbii ki, bu böyük nemət üçün Yaradana şükür etməli və bu nemətdən düzgün istifadə etməliyik. Məhz bu halda Allahu Təalənin bizlərə vəd etdiyi əbədi səadətə nail ola bilərik. Çünki dil elə bir nemətdir ki, onunla Cənnətin ən yüksək mərtəbəsini də, Cəhənnəmin dibini də qazana bilərsən.

Deyirlər, düşünərək danışmaq hazırcavab olmaqdan daha yaxşıdır. Çünki insanın şəxsiyyətinə onun danışığına, dediyi sözlərə görə qiymət verirlər. Onun üçün sözlərimizlə gəlin özümüzü kiçiltməyək.

ALLAH Rəsulu(sallallahu aleyhi və səlləm)buyurub
ALLAHA və axirət gününə iman gətirən kəs, qonşusuna əziyyət etməsin. ALLAHA və axirət gününə iman gətirən kəs, qonağına hörmət etsin. ALLAHA və axirət gününə iman gətirən kəs, ya xeyir söyləsin və ya sussun.
🔎  Buxari, Ədəb, 31, 85; Muslim, İman, 75, 75.

Sağ ikən həlak olanlar dilləri ilə yalan danışan, qeybət edən, böhtan atan kəslərdir.Eləcə də Allah dostlarını bu mərtəbəyə yüksəldən amil onların dilləridir.
Qəlblərimizi öldürən dil deyilmi?


Necə ki, Fudayl bin İyad (rahiməhullah) buyurmuşdur:
“Çox danışmaq, çox yemək və çox yatmaq qəlbi öldürər.”
İnsanın ağılsız olduğunu büruzə verən onun dili deyilmi? Necə ki, Abdullah əl Ənsari buyurur:
-Az əməl edib çox danışan kəsin ağılında qüsur vardır.

Fudeyl ibn İyad (rahiməhullah) belə demişdir:
Mömin az danışar, çox əməl edər. Münafiq isə çox danışar, az əməl edər. Möminin danışması hikmətdir, susması təfəkkürdür, baxışı ibrətdir, iş-gücü isə yaxşılıq etməkdir.
Hilyətul Əuliyə 3/9

Əbu Bəkr (radiyallahu anhu) buyurur:
“Gözəl və müdrik danışmağın sirri boş və mənasız sözləri tərk etməkdədir.”
Başqa bir hədisdə Peyğəmbərﷺ yalan danışmağı münafiqliyin əlamətlərindən saymışdır.
Allahu təalə Qurani Kərimdə buyurmuşdur:

Ey iman gətirənlər !Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?
Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.

(Saf surəsi 2-3)
Başqa bir ayədə Allahu təalə buyurur:
Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əhzab-70)

İbn Abbas (radiyallahu anhumə) buyurmuşdur:  “İnsan üçün ən zərərli şey çox danışmaqdır!”

Amr ibn As (radiyallahu anhu) buyurur:
“Söz bir dərman kimidir. Lazım olduğu qədər istifadə edilsə fayda verir, əks halda isə zərərə səbəb olur.”
Abu Darda (radiyallahu anhu) buyurur:
“ Allah qatında möminin ən gözəl üzvü onun dilidir, çünki mömin bu dil ilə Cənnətə girər.Allah qatında kafirin ən pis orqanı da dildir, çünki kafir dilinə görə Cəhənnəm atəşinə atılar.”

İbrahim bin Ədhəm (rahiməhullah.) buyurmuşdur:
“Danışmaq axmaq insanın axmaqlığını, ağıllı və işini bilən insanın isə bacarıqsızlığını üzə çıxarar.”
Onun üçün dilinizə nəzarət edin. Bəzən özümüz də hiss etmədən küfrə aparan sözlər danışırıq. Heç bu günə kimi düşünmüsənmi hər cümləndə nə qədər  Mən kəliməsini işlətmisən. Görəsən nə böyük varlığıq ki, hər cümlədə mən,mən,mən…
”Mən olmasaydım” ilə nə qədər cümlə söyləmişik, indiyə kimi…?
Və ya “Bax, mən söyləmişdim” ilə nə qədər cümlələrə nöqtə vurmuşuq…? Amma fərqində deyilik, deyilmi?
Ona görə hər sözümüzə diqqət etməliyik. “Mən” deməsək nə dəyişir həyatımızda? Cümlələrimiz tamamlanmırmı? Axı görəsən bizim olan nələr var? Günahlarımızdan başqa.
Əslində isə “Mən” ilə bu cür cümlələr söyləməliyik:
Mən acizəm Allahım, Sən qadirsən.
Mən günahkaram Allahım, Sən bağışlayansan.
Mən faniyəm Allahım, Sən əbədisən.

İndi qərar sənindir: “Cəhənnəmə aparan sözlər, yoxsa Cənnəti qazandıran sükut?”

https://t.me/peygemberineexlaqi

Peyğəmbərin ﷺ Əxlaqı

08 Nov, 02:30


✔️ İbn Qeyyim (rahimahullah) demişdir:

“Səhabələr cümə günü Peyğəmbərə çoxlu salavat deməyi müstəhəb görərdilər. Abdullah ibn Məsud deyir ki: "Ey Zeyd ibn Vahb! Cümə günü olduğunda Peyğəmbərə min salavat deməyi tərk etmə.”

📘 Cələ'ul-Əfhəm, s.40.

https://t.me/peygemberineexlaqi