15 Şəvval
Uhud döyüşü və Həzrəti Həmzənin (ع) şəhadəti.¹
🔰Hicri 3-cü ildə uhud döyüşündə Seyyiduş-Şuhəda Həzrəti Həmzə və müsəlmanlardan 69 nəfər şəhadətə çatmışdılar.²
🔹Bəziləri uhud döyüşünü 7³ və 17 şəvvalda olduğunu nəql etmişlər.⁴
🔸Bu döyüşdə müsəlmanlar min nəfər idilər ki,bəzilərinin nəqlinə görə 300 nəfər yoldan qayıtmışlar və döyüş üçün 700 nəfər qalmışdır.Kafirlər 3 min nəfər idilər və 2 min və 4 min və 5 min nəfər həm deyən olmuşdur.Kafirlərdən ölənlərin sayı 22 ya 23 ya 28 nəfər və şəhidlərin sayı isə 70 nəfər idi.Bu gündə Peyğəmbərin (ص) mübarək alnı yarılmışdır.⁵
🔹← Əmirəl-Möminin İmam Əlinin (ع) uhud döyüşündə fədakarlıqları
🔸Bu döyüşdə İmam Əlinin (ع) fədakarlıq və şücaətlərinə görə və Xatəmul-ənbiya Peyğəmbərin (ص) mübarək vücudunu müdafiəsinə görə bədənində saysız yaralar vurulmuşdur.Kafirlərdən ölənlərin hamısını İmam Əli (ع) qətlə yetirmişdir və müsəlmanların yenidən qələbə qazanmasında da İmam Əlinin (ع) müqavimətinə görə olmuşdur.⁶
🔹İmam Sadiq (ع) buyurub:
"Uhud döyüşündə kafirlərin pərçəmdarları 9 nəfər idilər ki,İmam Əli (ع) onların hamısını öldürmüşdür.⁷
🔸Bu o halda idi ki,başqaları qaçmışdılar və Peyğəmbər (ص) buyurmuşdur:
"Ey Əli,eşidirsənmi ki,asimandan səni mədh edirlər.Rizvan adında bir mələk deyir:
«لا سیف الا ذوالفقار و لا فتی الا علی»
🔹"La seyfə illa zülfiqar və la fəta illa Əli."
🔸İmam Əli (ع) buyurub:
"Xoşhallıqdan ağladım və bu nemətə görə sübhan Allaha həmd etdim."⁸
🔹Bu döyüşdə qələbə əvvəlcə müsəlmanların idi amma bir qrup ki,düşmənləri təqib etməyə getdilər və meydan boş qaldı və qayıtdılar qənimət yığmağa məşğul oldular və bir çox pusquda duranlar müsəlmanlar Peyğəmbər dəsturuna müxalif olaraq onlarda qənimət yığmağa başladılar.
🔸xalid ibn vəlid ki,bu döyüşdə kafir dəstələrinin başçısı idi bu qismətdə kafirlərlə hücum etdilər.Dərədə pusquda qalan az sayda müsəlmanlar şəhid oldular və düşmən müsəlmanlara arxadan hücum etdi.
🔹Kafirlərin fərariləri bu vəziyyəti görüb qayıtdılar və müsəlmanlara olan hücum şiddətləndi.Peyğəmbərin mübarək bədəninə saysız yaralar dəydi və şeytan fəryad etdi ki,Məhəmməd (sallallahu əleyihi və Alihi) öldürüldü!
🔸Bunu eşidən müsəlmanlar qaçdılar və yalnız bir neçə şəxs Peyğəmbərin mübarək vücudunu mühafizə etdilər ki,bunlar idi:
İmam Əli (ع) ; Əbu Dəccan ki,şəhid oldu; Nəsibə adlı xanım ; Ənəs ibn nəzər ki,Mədinədən təzə çatmışdır.
🔹← Əbu bəkr və ömər uhud döyüşündə
🔸ömər ibn xəttab deyir:
Uhudda Peyğəmbərlə beyət etmişdik ki,heç kəs qaçmasın və bizdən ki,hər kəs qaçsa azğın və zəlildir və hər kəs ki,ölsə şəhiddir.⁹
🔹əhməd ibn hənbəl deyir:
əbu bəkr və ömər bu döyüşdən qaçmışdılar.İmam Əli (ع) fərariləri təqib etdiyi zaman ömər göz yaşını silə-silə qayıdın İmam Əliyə (ع) ərz etdi:
-məni bağışlayın!!
Möminlərin Əmiri buyurdu:
"Məgər sən deyildin ki,fəryad etdin "Məhəmməd öldürüldü,öz əvvəlki dininizə qayıdın?!!"
ömər dedi:
-Bu kəlmamı əbu bəkr demişdir!
Əmirəl-möminin buyurdu:
-"Siz və siz iki nəfərin davamçıları cəhənnəmə daxil olacaqsız."
Burada bu ayə nazil oldu:
"Əlbəttə,doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə..."¹⁰
📚Mənbələr;
[1]📚Biharul-ənvar,cild 20,səh 147.
[2]📚Məsarul şiə,səh 16.
[3]📚Biharul-ənvar,cild 20,səh 125.
[4]📚Biharul-ənvar,cild 97,səh 168.
[5]📚Biharul-ənvar,cild 20,səh 18,31,71,74.
[6]📚Ərşad,cild 1,səh 90.
[7]📚Həmin,səh 88.
[8]📚Həmin,səh 87.
[9]📚Mənaqibi Ali əbi Talib (ع),cild 2,səh 134.
[10]📖Ali-İmran 155. 📚isbatul huda,cild 2,səh 364;📚Siratul mustəqim,cild 2,səh 59.
ardı var...