hzzehragulleri @hzzehragulleri Channel on Telegram

hzzehragulleri

@hzzehragulleri


Eşq qoxulu kanal💚

hzzehragulleri (Azerbaijani)

Hzzehragulleri Telegram kanalı, eşq və sevgi mövzularında məlumatları birləşdirən bir ictimai platformadır. Kanalın adından da göründüyü kimi, burada eşq və qohumluq hissləri əsas mövzular arasında yer alır. Hzzehragulleri kanalı, istifadəçilərə eşq hissləri barədə məqalələr, münasibətlərin inkişafı üçün məsləhətlər və sevgi dolu nitq hisslərinə həsr olunmuş paylaşımlar təmin edir. Kanal, eşq və sevgi mövzularında sosial mədianın gündəlik gırışxaric inspirasiya tərzi olaraq istifadə olunmağı məqsəd edir. Hzzehragulleri kanalına qoşularaq, istifadəçilər eşq və sevgi temalı məzmunları təqdim olunan bir ictimai platformda görmə imkanı əldə edirlər. Bu kanal, eşq hissləri və münasibətlər barədə fikirlərini paylaşmaq və digər istifadəçilərlə əlaqə qurmag üçün əlverişli bir mühit yaradır. Hzzehragulleri Telegram kanalını izləməklə, istifadəçilər eşq, sevgi və münasibətlərin əhatə etdiyi geniş bir dünyaya daxil olmaq imkanı əldə edirlər. İstifadəçilər, eşq və sevgi mövzusunda yeni fikirlər əldə etməklə birlikdə, bu hissləri digər insanlarla paylaşmaq üçün məsləhətlər ala bilirlər. Əgər siz də eşq və sevgi hissləri barədə məlumatları paylaşmaq və digər insanlarla əlaqə qurmaq istəyirsinizsə, hzzehragulleri Telegram kanalına qoşulmaq sizin üçün ən yaxşı seçim ola bilər. Bu platform, eşq və sevgi mövzularında ən son məlumatları əldə etmək və bu hissləri digər insanlarla paylaşmaq imkanı təmin edir. Hzzehragulleri kanalına qoşularaq, eşq və sevgi temalı məqalələrlə, paylaşımlarla və mühitlərlə tanış olmaq şansını əldə edəcəksiniz.

hzzehragulleri

29 Sep, 09:40


Şəhid millətin deyil, ümmətindir!🥀

hzzehragulleri

26 Sep, 18:45


Və beləcə 2020ci il tarixə dönür... qısa zamanda böyük bir tarix yazıldı, hansı ki bizdən sonrakıların da fəxrlə danışa biləcəyi. Hansı ki o fəxrin içində neçə-neçə dözməyib dayanan ürəklər var və ya döyünsə də, dayanacağı günü həsrətlə gözləyən ürəklər var. Heç bir söz, heç bir cümlə o ürəklərə məlhəm ola bilməz çünki o tarixdə əbədiləşən oğullar hər biri yaşadığı məkanın ən dəyərlisi olub. Bəlkə də həmin oğullar olmasaydı da, torpaqlar qayıdacaqdı, amma o oğullar bizə təkcə torpaq yox, həm də təmiz ad verdilər. Azərbaycan qadının 30il əvvəl gördüyü Allahsızlığın intiqamın aldılar. Bizi "sülh" deyilən o iyrənc hadisədən canları bahasına qorudular. Bundan sonra 300il də keçsə, tarix heç vaxt unudulmayacaq. Biz dəyərliyik çünki bizim qeyrətimiz uğrunda o qədər kişi canın verib və yenə də o cür kişilər var. Birdə heç vaxt heç kəs Azərbaycan qadınına o cür Allahsızlıq edə bilmiyəcək. Başımızı ucaltdız, başınız İmam Hüseyn yanında uca olsun əziz şəhidlər.

@hzzehragulleri

hzzehragulleri

22 Sep, 17:16


İmam Əli (ə.s):Bir qapını bağlı görsən məyus olma çünki açılası olmasaydı ora qapı qoyulmazdı!

@hzzehragulleri

hzzehragulleri

22 Sep, 11:21


İnsan onu anlayan biri ilə çiçəklənir.

[یزهر الإنسان مع من یفهمه]

@hzzehragulleri

hzzehragulleri

18 Sep, 08:53


Həsrət o deyil ki, hərəminə gedə bilmirsən. Həsrət odu ki, İmam.Rza var və sən ona olan eşqi dadmamısan🍂

@hzzehragulleri

hzzehragulleri

13 Sep, 21:01


Bəli, insan nəyisə qazandığında güclənir, amma inanın ki, itirdiyində də güclənir. İnsan tərk olunduğunda, qəhr boğsa da onu, içdən-içə güclənir, tənha buraxıldığı zaman, içi alışıb yansa da, başını dik tutub, güclənir, ayrılğa məcbur qaldığı zaman, bitib-tükənsə də, yenə öz-özünü bağrına basıb, güclənir.

©Dr.Tofiq Əsədov

@hzzehragulleri

hzzehragulleri

11 Sep, 02:24


Ömrün israf olması insan üçün ən böyük və kədərli itkidir.
Ömür sürətlə ötən, insanı əbədi həyata doğru aparan bir minikdir. Gec-tez hər kəs üçün sonuncu dayanacaq çatacaqdır. Ömür içərisində zavala uğramayan əməllər Allah razılığı üçün edilən cəhdlərdir.
Əyləncələrin, arzuların, həva-həvəsin səs-küyündən fitrətimizin çağırışını duymaz olmuşuq. Daxili aramlığımız pozulub.
Güclü insan bu dövrdə tarazlığını qoruyan, hədəfini dəyişik salmayan, məqsədə doğru inamla addımlayan insandır.


© Hacı Vüqar İsgəndərov

@hzzehragulleri

hzzehragulleri

04 Sep, 20:31


Yaxşı ki var elə hal əhli bizi dərk eləyir.
Qalsa biganəyə min söz çıxarar adımıza....


Arif Buzovnalı

@hzzehragulleri

hzzehragulleri

20 May, 19:48


Biz bir ildən çoxdur elə qəmlə imtahan olunmuşuq ki, bütün sınıq qəlbləri, tənha qəlbləri çox yaxşı başa düşürük. Tənhalığı iliyimizə qədər yaşadıq onsuzluqla. Xalq olaraq, yarımçıq əlindən bezarıq. Hər xalqın öz baş biləni, ağsaqqalı uzun ömür sürür, biz bununla da imtahan edildik. Bizim dərdimiz həmişə təzədir. Ölənə qədər yas evidi qəlbimiz.

hzzehragulleri

20 May, 19:30


Şəhid Mütəhərri Kamil İnsan kitabında hədislərə əsasən gözəl bir mövzuya toxunur, təxminən belə buyurur ki, möminlər bədən üzvləri kimidir. Necə ki insanın qızdırması olduqda bütün bədən oyaq qalır, ya diş ağrıyırsa bütün bədən üzvü oyaq qalır, möminlər də o cürda əgər dünyanın hansısa bir yerində bir mömin narhatdırsa, mütləq digər möminlərdə o narhatçılığı hiss edəcək.
İlahi, sənə şükürlər olsun insanların yaşlananda tutduğu yolu bizə gənckən tanıtdın. İlahi, şükürlər olsun ki, biz də narahat ola bilirik. Bizim də qəlbimiz sıxılır. Heç bir hadisəyə biganə deyilik. Şükürlər olsun ki, bizi də həsrət çəkənlərdən qərar vermisən!

@hzzehragulleri

hzzehragulleri

19 May, 01:47


Narahat omağımızın əsl səbəbi, o doğma bildiyimizin bizi narahat etməsi deyil, narahat olduğumuzu gördüyü halda, heç bir şey olmamış kimi davranmasıdır.

©Tofiq Əsədov

@hzzehragulleri

hzzehragulleri

18 May, 09:13


İlahi, Sənə tərəf gəlmişəm. Öz haqqına xatir məni özümə (Sənsiz olan mənə) qaytarma!

İlahinamə

@hzzehragulleri

hzzehragulleri

17 May, 13:43


Kimin qəlbinə dəyiriksə, zəhmət çəkib gedib özümüz onun əhvalını düzəldək, ürəyini ələ alaq. Və bilin ki, bizdən başqa heç kim onun halını yaxşı edə bilməz.
Bu ruh var ha, mənim ruhum, sənin ruhun, maddi deyil, cisim deyil. Sən əgər hər hansısa əşyanı vurub dağıtsan, başqası gedib onu təzədən qura bilər, çünki cisimdir. Amma bir kəsin ruhunu incitsən, onu səndən qeyri kimsə gedib düzəldə bilməz. Gərək özün gedib onu sağaldasan. Dərd sənsənsə, dərman da, məlhəm də sənsən.


©Tofiq Əsədov

@hzzehragulleri

hzzehragulleri

16 May, 00:54


İki gözəl, əziz cümlə var: "Çay dəmlə, gəlirəm" və qapının o tayından "Aç, mənəm" xitabı.

©Ülviyyə Tahir

@hzzehragulleri

hzzehragulleri

15 May, 16:54


"Hər şeyin dərdini siz çəkməyin, mərifətiniz olsun, Allaha da bir şey saxlayın".

©İlqar Kamil

@hzzehragulleri

hzzehragulleri

15 May, 05:07


İlahi, kaş ki, biləydim xoşbəxtəm, yoxsa, bədbəxt?

🍀İmam Səccad(ə)

@hzzehragulleri

hzzehragulleri

14 May, 13:11


İmam Cəfər Sadiq buyurub: Kim çətin və sıxıntıda olarkən duasının qəbul olmasını istəyirsə, rahatlıq və asayişdə olarkən çoxlu dua etsin".
📚 Əl-Kafi, c.2, s. 472

Dua çətinliklər üçün deyil. Quran yalnız sıxıntıda Allahı çağırıb, asayişdə olarkən dönük çıxanları məzəmmət edir. İşlərin yağ kimi gedərkən Allahı daha çox yad etmək lazımdır ki, sabah hər şey əlindən çıxsa, üzün olsun, səmimi olasan.

Burada bir qayda da var. İncədir. Əgər sən yalnız sıxıntıda Allahı çağırırsansa, bəndəliyin onda üzə çıxır. Sən sanki belə demiş olursan: İlahi, mən səni yalnız belə vaxt yad edirəm. Mən qoy tez-tez sıxıntıda olum ki, bəndəliyim üzə çıxsın.

Amma sən xoş günlərdə də bəndəlik etsən, avtomatik mənəvi, xoş, gözəl günləri də özünə çəkirsən. İş pis getsə də, için afiyətlə dolacaq. Çünki sən yaxşı günlərdə də bəndəsən.

©Fərid Abdullah

@hzzehragulleri

hzzehragulleri

14 May, 10:02


Mənəvi böhrandan çıxış yolu bütün varlığınla Mütləq Həqiqətə yönəlib yaxşı adam – yaxşılıq tərəfdarı və yaxşılıq edən olmaqdır.

Səmimi olaraq etiraf etsəm, bu ayəni, ən azi, 20 ildir Quran oxuduqca oxumuşam, amma indiki kimi əhəmiyyətini başa düşməmişəm. Sanki bütün Quran insana təkcə bu ayəni – mesajı bildirmək üçün gəlib.

"Kim yaxşılıq edərək özünü Allaha təslim etsə, qoy bilsin ki, Rəbbi qatında onu öz mükafatı gözləyir; belələrinin nə bir qorxusu olar, nə də kədərlənərlər".

Quran | Bəqərə, 112
🌹

P.S. Ayədə iki söz çox mühümdür: 1. "Əsləmə vəchəhu lillah" – iki cür tərcümə edilə bilər: (i) özünü Allaha təslim etsə, (ii) üzünü Allaha istiqamətləndirsə. 2. "Muhsin" – o kəsə deyilir ki, yaxşlıq onun təbiətinə çevrilib, yəni yaxşılıq etmək, yaxşılıq tərəfarı olmaq onun işidir, bir sözlə, yaxşı adamdır.

©Emin İmanlı

@hzzehragulleri

hzzehragulleri

13 May, 16:34


İftixarımdır Hüseyn(ə)❤️

hzzehragulleri

13 May, 01:28


Özünü tanımaq istəyidi. Ona görə yaxınlaşıb mənə, belə soruşdu: sizcə mən necə insanam?
Dedim qoy bir ipucu verim də! Əgər bir cəmin içində, yaxşı adam kimi bilinən şəxs haqqında mənfi fikir desələr, ya ona hər hansısa xoşagəlməz bir nisbət versələr və sən daxilən bundan şad olsan, ürəyndən keçsə ki, "lap yaxşı oldu, sevəni azalar" əmin ol ki, sənin nəfsinin tərbiyəyə ehtiyacı var. Yəni hələ sən, elə də yaxşı adam deyilsən.


©Dr.Tofiq Əsədov

@hzzehragulleri