Hikmət Dərgahı @hikmetdergahi Channel on Telegram

Hikmət Dərgahı

@hikmetdergahi


©️ İslam Maarifi

🌹İmam Rza (ə) buyurub: “Əgər camaat bizim kəlamlarımızın gözəlliyini bilsəydilər, bizə tabe olardılar.”

📗Biharul-Ənvar, c 2, səh 31

Hikmət Dərgahı (Azerbaijani)

Hikmət Dərgahı adlı Telegram kanalı İslam mədəniyyəti və maariflərini paylaşan bir platformdur. Kanal, İmam Rza (ə) tərəfindən izah edilmiş kəlamların gözəlliyini və önəmini vurğulayarak, camaatin bu maarifələrin dəyərini bilərək onları izləməsini və öyrənməsini təşviq edir. Kanalın məqsədi, dinə dair məlumatları geniş bir oxucu qrupuna çatdırmaq və İslam dünyasının ən dəyərli mənbələrindən biri olan Biharul-Ənvar kitabının müxtəlif məqalələri ilə oxucuları tərbiyə etməkdir. Hikmət Dərgahı, İslami mədəniyyətə maraq duyan hər kəs üçün mühüm bir mənbədir. Mövzuların incə və zəngin tərtibatı ilə, kanal oxuculara İslam hikmətlərini daha yaxından tanımaq və öyrənmək imkanı verir.

Hikmət Dərgahı

09 Feb, 11:10


Bir nəfər İmam Sadiqdən (ə) belə soruşdu:
Mənə bir şəxs “Səni çox istəyirəm” - deyib. Onun məni çox istədiyini hardan bilim?
İmam Sadiq (ə) buyurdu:

“Öz Qəlbinə Bax”, Əgər sən onu çox istəyirsənsə, deməli o da səni çox istəyir.

📙(əl-Kafi, cild 2, səh 652.)

Hikmət Dərgahı

09 Feb, 05:10


Allah Rəsulu (s) buyurur:

“Dörd qrup insan vardır ki, mən qiyamət günündə onların şəfaətçisi olacağam: Məndən sonra nəslimə hörmət və ehtiramda olanlara, nəslimin ehtiyaclarını aradan qaldıranlara, çətin anlarında mənim nəslimə kömək etmək üçün səy göstərənlərə, ürəyi və dililə mənim nəslimə sevgi göstərənlərə”.

📗(Uyunu-əxbarir-Rza, səh 272, fəsil 26, hədis 2.)

Hikmət Dərgahı

08 Feb, 11:10


Əbu Bəsir nəql edərək deyir: “İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

“Qüdrətli və əzəmətli Allah Davud (ə) peyğəmbərə vəhy etdi: “Ey Davud! Əgər mömin bəndə günah işlətsə, sonra qayıdıb həmin günahdan tövbə etsə və bu günahdan söz düşəndə mənim qarşımda xəcalət çəksə, onu bağışlayaram. Günahı gözətçi mələklərin yaddaşından silər və xeyir əməllə əvəz edərəm. Bu mənim üçün çətin deyil. Mən Rəhman və Rəhiməm”.

📕(Səvabul-əmal və iqabul-əmal, səh 174, hədis 490.)

Hikmət Dərgahı

08 Feb, 05:10


İmam Səccad (ə) buyurub:

Qiyamət günü Allah-təala hamını bir yerə topladığı zaman carçı insanlara səslənər və deyər:
Bir-birini Allaha görə sevənlər haradadırlar? Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun. Mələklər onlarla rastlaşıb soruşarlar: Hara gedirsiniz?  Onlar cavab verərlər: Hesabsız Behiştə doğru gedirik. Mələklər soruşarlar:
Siz xalqın hansı dəstəsindənsiniz? Onlar deyərlər:
Biz Allaha görə sevərdik. Mələklər soruşarlar: Əməlləriniz nə idi?  Onlar deyərlər:
Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik. Mələklər deyərlər: Əməl əhlinin mükafatı necə də gözəldir.

📘(Üsuli-Kafi, cild 3, səh 191.)

Hikmət Dərgahı

07 Feb, 11:11


İmam Sadiq (ə) buyurub:

Peyğəmbərdən (s) Allahın ən çox sevdiyi insan hansıdır? - deyə soruşulduqda, Peyğəmbər (s) buyurdu:

İnsanlara ən çox faydası dəyən şəxs (Allahın ən çox sevdiyi insandır).

📚(Əl-Kafi, cild 2, səh 164.)

Hikmət Dərgahı

07 Feb, 05:10


İmam Sadiq (ə) buyurub:

İnsanlar öz ömürlərini yaşamaqdan çox yaxşılıqlarının hesabına yaşayırlar.
Eləcə də öz əcəlləri ilə ölməzdən daha çox günahlarının hesabına ölürlər.

📖(Biharul-ənvar, cild 5, səh 140, hədis 7.)

Hikmət Dərgahı

06 Feb, 11:11


Əbu Bəsir nəql edərək deyir: “İmam Sadiq (ə) buyurdu:

“Allahı yad edərək dəstəmaz alan kəsin bütün bədəni təmizlənər.
Dəstəmazdan sonra dəstəmaz – onların arasında baş verən günahların kəffarəsidir. Əgər kimsə dəstəmaz alarkən Allahı yad etməsə, onun bədənindən yalnız suyun dəydiyi yerlər təmizlənər”.

📙(Səvabul-əmal və iqabul-əmal, səh 24, hədis 53.)

Hikmət Dərgahı

06 Feb, 05:10


İmam Sadiq (ə) buyurub:

Zəmanə korlanmış və qardaşlar dəyişmişlər.Ona görə qəlb rahatlığını tənhalıqda tapdım.

📗(Biharul-ənvar, cild 47, hədis 116.)

Hikmət Dərgahı

05 Feb, 11:11


İmаm Rzа (ә) buyurub:

Nә zаmаn Аllаh bәndәlәri әvvәllәr еtmәdiklәri günаhlаrа yоl vеrirlәrsә, Аllаh оnlаr üçün tаnımаdıqlаrı bәlаlаr yаrаdır.

📕(Vәsаilüş-şiә, cild 11, sәh 240.)

Hikmət Dərgahı

05 Feb, 05:10


Məhəmməd Peyğəmbər (s) buyurub:

Mən yalnız ən üstün əxlaqi dəyərləri tamamlamaq üçün göndərildim.

📘(Biharul-ənvar, cild 16, səh 287.)

Hikmət Dərgahı

04 Feb, 11:10


İmam Əlinin (ə.s) oğlu İmam Həsənə (ə.s) məktubundan:

"(Allah), pislik etdiyin zaman tövbə etməyi sənə qadağan etməyib. Peşman olduqdan sonra səni qınamayıb. Səni cəzalandırmağa tələsməmişdir. (Günah və nöqsanlarından yana) biabırçılığa məruz qaldığın zaman səni biabır etməmişdir."

📚(Tuhəful-uqul, səh 76.)

Hikmət Dərgahı

04 Feb, 05:10


Əbu Bəxtəri İmam Sadiqdən (ə), o da öz ata-babalarından nəql edərək deyir: “Allah rəsulu (s) buyurdu:

“Mən Qiyamət günü əməl tərəzisinin yanında olacam. Kimin pis əməlləri xeyir əməllərindən ağır gəlsə, mənə göndərdiyi salavatlarla onun yanına gələcəm və xeyir əməllərinə ağırlıq verəcəm”.

📖(Səvabul-əmal və iqabul-əmal, səh 206, hədis 589.)

Hikmət Dərgahı

03 Feb, 11:10


Harisi nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu:

“Xəsis, paxıl və qorxaq olan insan iman gətirməz. Mömin qorxaq, xəsis və tamahkar olmaz”.

📙(Fəzailuş-şiə və Sifatuş-şiə, səh 119, hədis 59.)

Hikmət Dərgahı

03 Feb, 05:10


İmam Sadiq (ə) buyurub:

Vacib və ya müstəhəbbi namazlarda "Kövsər" surəsini oxuyan şəxsə Allah qiymətdə Kövsər bulağından su içirər.

📗(Məfatihul-hacat, səh 206.)

Hikmət Dərgahı

02 Feb, 11:11


Həzrət Muhəmməd (s) buyurub:

Bir gün Musa (ə) oturmuşdu və iblis (lənətullah) onun yanına gəldi... Musa (ə) buyurdu:
Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan. iblis (lənətullah) dedi:  Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.

📕(əl-Kafi, cild 2, səh 314, hədis 8.)

Hikmət Dərgahı

02 Feb, 05:10


İbrahim ibn Ömər Yəmani İmam Sadiqdən (ə) belə nəql edir:

“Kim kömək etməyə gücü yetdiyi təqdirdə öz müsəlman qardaşını tərk edərsə, Allah da onu dünya və axirətdə tərk edər”.

📘(əl-Əmali, səh 557, hədis 16(755).)

Hikmət Dərgahı

01 Feb, 11:10


Həzrət Peyğəmbər (s) buyurub:

"Günahlardan uzaq olun, çünki onlar yaxşılıqları məhv edir, həqiqətən, bəndə günah edir və onun səbəbi ilə öyrəndiyi elmi əlindən verir."

📚(Biharul-ənvar, cild 73, səh 377.)

Hikmət Dərgahı

01 Feb, 05:10


Həzrət İmam Əli (ə) buyurub:

"Əgər insanlar onlara bəla gəldikdə və nemətləri əllərindən getdikdə sidq niyyət və aşiqanə qəlb ilə Allaha pənah aparsaydılar, əllərindən gedən şey onlara qayıdar, hər bir xarab olmuş şey də onlar üçün islah olardı."

📖(Nəhcül-Bəlağə, xütbə 178.)

Hikmət Dərgahı

31 Jan, 11:11


Allah Rəsulu (s) buyurub:

“Cənnətin pillələrinin sayı Quran ayələrinin sayına bərabərdir. Quran oxuyan Cənnətə daxil olan zaman ona deyilər: “Oxuya bildiyin hər bir ayəyə görə bir pillə qalx”. Deməli, heç bir kəs Quranı tam olaraq hafizəsində tutan şəxsdən daha yuxarı pillədə ola bilməyəcək”.

📙(Biharul-ənvar, cild 92, səh 22.)

Hikmət Dərgahı

31 Jan, 05:10


İmam Baqir (ə) buyurub :

Həqiqətən bu dil bütün xeyirlərin və şərlərin açarıdır. Mömin üçün layiqlidir ki, öz dilinə, qızıl-gümüş kisəsinə möhür vurduğu kimi möhür vursun.

📗(Tuhəful-Uqul, səh 298.)

Hikmət Dərgahı

30 Jan, 11:10


Əbu Ümamə Allah rəsulundan (s) belə nəql edir:

“Qiyamət günü Allah dörd nəfərə nəzər yetirməz: üzə ağ olan, söz gəzdirən, qədəri təkzib edən və şəraba aludə olan”

📕(Əl-Xisal, səh 215, hədis 530.)

Hikmət Dərgahı

30 Jan, 05:10


İmam Baqir (ə) buyurub:

Kimin qəlbinə təkəbbür daxil olarsa, həmin miqdarda da ağlı azalar.

📘(Biharul-ənvar, cild 16, səh 186.)

Hikmət Dərgahı

29 Jan, 11:10


Allah Rəsulu (s) buyurub:

Bir nəfər dua edəndə, başqaları üçündə dua etsin. Çünki belə etdikdə duanın qəbul olunma ehtimalı daha çoxdur. Kim özü üçün dua etməmişdən qabaq qırx nəfər (mömin) üçün dua etsə, bu dua həm onlar üçün, həmdə özü üçün qəbul olar.

📚(Biharul-ənvar, cild 93, səh 312, hədis 17.)

Hikmət Dərgahı

29 Jan, 05:10


Həzrət Peyğəmbər (s) buyurub:

“Həqiqətən də, Аllаh təbarəkə və təala sizin üzünüzə, mаl-dövlət və sözlərinizə deyil, məhz qəlbləriniz və əməllərinizə bахır.”

📖(Məkarimul-Əxlaq, səh 469.)

Hikmət Dərgahı

28 Jan, 11:10


Əli ibn Cəfər İmam Kazımdan (ə) nəql edərək deyir: “Allah rəsulu (s) buyurdu:

“Kim tam şəkildə dəstəmaz alsa, gözəl şəkildə namaz qılsa, öz mülkündən zəkat versə, qəzəbini boğsa, dilini saxlasa, günahlarına görə bağışlanma diləsə və öz Peyğəmbərinin ailəsinə (ə) qarşı xeyirxah olsa, imanın həqiqətinə uyğun olar və
Cənnətin qapıları onun üçün açılar”.

📙(Səvabul-əmal və iqabul-əmal, səh 38, hədis 103.)

Hikmət Dərgahı

28 Jan, 05:10


Allah Rəsulu (s) buyurub:

“Ya Əli, Allahın bəndəsi 1000 il ibadət etsə, gecələrini ibadətlə keçirsə, gündüzlərini oruc tutsa, uhud dağı qədər qızılı olsa və onları Allah yolunda xərcləsə, Səfa və mərva arasında məzlumanə bir şəkildə can versə, əgər sənin və Övladlarının vilayətinə sahib deyildirsə heç bir ibadəti qəbul deyildir. Hətta cənnətin qoxusunu belə ala (duya) bilməz. Və sənin vilayətin olmadan, sənin düşmənlərindən bəraət etsə də belə vilayətivi qəbul etmədiyi üçün (sənin düşmənlərindən) etdiyi bəraət qəbul olunmaz.”

📗( Kəşful-Yəqin, səh 224 və 226.)

Hikmət Dərgahı

27 Jan, 11:11


Əmirəl-möminin (ə) oğlu Həsənə (ə) buyurdu:

“Allaha təqvalı olmağı, namazı vaxtında qılmağı, zəkatı vaxtında verməyi, günahı bağışlamağı, qəzəbini boğmağı, qohumlarla əlaqəni qorumağı, cahilə qarşı həlim, dində fəqih, işlərdə sabitqədəm, Qurana qarşı təəhhüdlü (məsuliyyətli) olmağı, gözəl qonşuluq etməyi, yaxşılığa dəvət etməyi, pislikdən çəkindirməyi və Allaha qarşı hər növ günahlardan çəkinməyi tövsiyə edirəm”.

📕(Tuhəful-Uqul, səh 221, hədis 142.)

Hikmət Dərgahı

27 Jan, 05:10


Əsəd ibn Xuzeyr nəql edərək deyir: “Allah rəsulu (s) buyurdu:

“Kimdən müsəlman qardaşı kömək istəsə və o, qardaşını narahatlıq, kədər və çətinlikdən qurtarsa, Allah onun üçün on xeyir əməl yazar, on qulun azad edilməsinin mükafatını verər, ondan on bəlanı uzaq edər və Qiyamət günü onun üçün on şəfaətçi hazırlayar”.

📘(Səvabul-əmal və iqabul-əmal, səh 198, hədis 564.)

Hikmət Dərgahı

26 Jan, 11:11


İmam Rza (ə) buyurub:

"Çəkinilməsi lazım olan böyük günahlar bunlardır: Allahın haram etdiyi, günahsız insanı öldürmək, zina, oğurluq, şərab içmək, ata-ananın üzünə qayıdmaq, döyüşdən qaçmaq, haqsız yerə yetimin malını yemək, murdarı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilən heyvanın ətini yemək, aşkar olduqdan sonra faiz və haram mal yemək, qumar oynamaq, ölçü və çəkidə aldatmaq, namuslu qadınlara iftira atmaq, eynicinsli ilə əlaqədə olmaq, yalandan şahidlik etmək, Allahın rəhmətindən ümidsiz olmaq, Allahın məkrindən özünü amanda bilmək, zalımlara kömək etmək, yalandan and içmək, yalan danışmaq, təkəbbürlü olmaq, küfr etmək, israf etmək, artıq xərcləmək, xəyanət etmək, şahidliyi gizlətmək, (musiqi və çalğı alətləri kimi) Allahı yad etməkdən saxlayan şeylərlə əylənmək və kiçik günahları etməkdə israr etmək."

📚(Tuhəful-uqul, səh 452.)

Hikmət Dərgahı

26 Jan, 05:10


Həzrət Peyğəmbər (s) buyurub:

“Allahdan istədim ki, (məhşər səhnəsində) mənim ümmətimin hesab-kitab olunmasını mənə həvalə etsin ki, ümmətim başqa ümmətlərin yanında rüsvay olmasın. Allah-təala da mənə belə vəhy etdi: Ya Muhəmməd! Əslində, Özüm onları hesaba çəkəcəyəm, əgər onların bir günahı olarsa, o günahı (hətta) səndən (belə) gizlədəcəyəm ki, onlar sənin də yanında rüsvay olmasınlar.”

📙(Nəhcul-Fəsahə, səh 517, hədis 1715.)

Hikmət Dərgahı

20 Jan, 07:13


Rəsuli-Əkrəm (s) buyurur;

"Hər kəs Rəcəb ayının üç gününü oruc tutarsa, Allah onunla cəhənnəm arasında uzunluğu 500 illik yol olan hicab və ya xəndək ilə fasilə salar. Allah o şəxsin ifratını açdıği vaxt buyurar: Mənə sənin haqqın vacib olmuşdur. Mənim vilayət və məhəbbətim sənə vacib olmuşdur. Ey Mənim mələklərim, sizi şahid tuturam ki, bu şəxsin keçmiş və gələcək günahlarını bağışladım."

📙Şeyx Hürr Amili, Hədisi-Qüdsi, səh-194, hədis-269.

Hikmət Dərgahı

20 Jan, 07:12


💐İmam Kazım (ə) buyurub:

Rəcəb əzəmətli aydır. Allah bu ayda saleh əməllərin əcrin qat-qat artıq verər. Və bu ayda günahları silər (bağışlayar). Rəcəb ayında 1 gün oruc tutan kəsdən cəhənnəm odu 1 il müddətinə uzaqlaşar. 3 gün oruc tutan kəsə isə cənnət vacib olar.

📗Şeyx Səduq, Musennifat, səh 389.

Hikmət Dərgahı

20 Jan, 07:11


Rəcəb ayının orucu Sirat körpüsündən keçid vərəqəsidir

İmam Baqir (ə) buyurur:

"Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə verər, onu Cəhənnəm odundan xilas edər və Cənnət bağlarının otaqlarında sakin olmağı ona vacib edəcəkdir".

📕Şeyx Səduq, "Fəzailu-Əşhurussəlasə", Rəcəb, 5-ci hədis.

Hikmət Dərgahı

20 Jan, 07:10


Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurur:

...Həqiqətən, Rəcəb Allahın, Şəban mənim, Ramazan isə mənim ümmətimin ayıdır...”

📘Şeyx Səduq, Səvabul-əmal və iqabul-əmal, hədis 225

Hikmət Dərgahı

13 Jan, 04:30


İmam Əli (ə) buyurub:

"İnsanlar bir-birlərindən nə qədərki, fərqlidirlər xeyir üzərindədir, elə ki, hamısı eyni səviyyədə oldu, həlak olarlar."

📕Əl-əmali lis Səduq, səh 531

Hikmət Dərgahı

13 Jan, 04:30


Həzrət Əli (ə):

"Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha  yaxınlaşdırmaz."

📘Ğurərul hikəm 10888

Hikmət Dərgahı

21 Dec, 13:30


Allah Rəsulu (s) buyurub:

"İnsanların qəlbini var-dövlətinizlə qazana bilməzsiniz. Elə isə gözəl əxlaqınızla qazanmağa çalışın."

📘əl-Əmali, səh 62.

Hikmət Dərgahı

21 Dec, 13:25


Həzrəti Peyğəmbər (s.a) bururur;

"Sizlərdən birinin hacəti olduğunda onu işa (xiftən) namazında dilə gətirsin. Çünki xiftən namazı sizlər üçündür və sizdəndən əvvəlki ümmətlərə verilməyib."

📗Şeyx Fəhad Hili, Uddətud-Dai, səh-70.

Hikmət Dərgahı

07 Dec, 11:02


Ayətullah Behcət: "Allahdan naümid olmaq böyük günahdı.Çünki o zaman Allahın rəhmətinə, fəzlinə etimad olunmur.Allah rəhmətinə etimad olunmasına təkid edir.Allahın pənahı o qədər çoxdur ki, bəraət yoxdur (Allahın pənahından uzaq olmamısan ki, naümid olamağa əsasın ola). Naümid olmayın".

Hikmət Dərgahı

07 Dec, 05:00


İmam Musa ibn Cəfər (ə) buyurur:

“Əgər iki zidd mənalı hədis qarşına çıxsa, onları Allahın kitabı və (səhih) hədislərimizlə müqayisə et. Əgər onlara bənzəsə, həqiqətdir, bənzəməsə, batildir”.

📗Muhəmməd ibn Məsud - "Əyyaşinin təfsiri", səh. 19, hədis 7/24

Hikmət Dərgahı

06 Dec, 11:00


İmam Əli (ə) buyurub:

"Kim qeyri-halal yolla pul qazansa, onu nalayiq yerə xərcləyəcəkdir."

📕"Qurərul-hikəm", hədis 8883.

Hikmət Dərgahı

06 Dec, 05:01


Allah rəsulu (s) buyurub:

“Allaha dua edən elə bir bəndə yoxdur ki, duası qəbul olunmasın. Ya bu dünyada tezləşər, ya axirət üçün saxlanılar,
ya da (duanın qəbul olunması əvəzi olaraq) günahlarının kəffarəsi olar”.

📘”Camiul-əxbar”, səhifə 240 (tərc.)

Hikmət Dərgahı

05 Dec, 11:01


İmam Kazim (ə):

“Kişinin öz övladına verdiyi ilk bəxşiş və ehsan onun üçün gözəl ad seçməyidir. Beləliklə, övladlarınıza gözəl adlar seçin”.

📚əl-Kafi, c. 6, səh. 18

Hikmət Dərgahı

05 Dec, 05:00


İmam Əli (ə) buyurub:

"Kərim insanın verdiyi söz nağddır və gecikməz. "Ləim" insanın verdiyi söz isə təxirə salınar və bəhanələrlə ertələnər."

📖"Mizanul-hikmət", c.4, səh.3573.

Hikmət Dərgahı

04 Dec, 11:01


İmam Əli (ə) buyurub:

“Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir”.

📙 Ğurərul-Hikəm, hədis 2378

Hikmət Dərgahı

04 Dec, 05:00


İmam Sadiq (ə) buyurub:

“Həzrət Loğman öz oğluna dedi: “Paxılın üç əlaməti var: İnsanın arxasınca qeybət edər, üz-üzə gəldikdə yaltaqlanar və müsibət zamanı danlayar.””

📗“Biharul-ənvar”, c.96, sәh.206.

Hikmət Dərgahı

03 Dec, 11:01


İmam Sadiq (ə) buyurub :

" Allah-Təala möminlərin ruzisini, onların güman etmədikləri yerdə qərar verər. Buna görə də, hər hansı bir bəndə öz ruzisinin səmtini tapa bilmədiyi zaman duaları artar ".

📕Şeyx Səduq, əl-Əmali, 34-cü məclis, hədis : 6/254.

Hikmət Dərgahı

03 Dec, 05:02


İmam Əli(ə) buyurub:

Başqalarının hüzurunda nəsihət etmək ,(yaxşılıq olmaq əvəzinə,pislik və)eyibdir.İnsanın şəxsiyyətinin sınmasına səbəb olur

📘Nəhcul-bəlağənin şərhi,c.20,s.341

Hikmət Dərgahı

02 Dec, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Həqiqətən Allah-taala sələm yeyəni ,sələm yedirdəni,sələmi yazanı və onun şahidini lənətləmişdir..

📚Əl-əmali lis Səduq,s.346

Hikmət Dərgahı

02 Dec, 05:01


İmam Sadiq (ə) buyurub :

" Mömin yuxuda qorxudularsa, günahları bağışlanar. Bədəni ilə sınağa çəkildikdə də günahları bağışlanar ".

📖Şeyx Səduq, əl-Əmali, 75-ci məclis, hədis : 12/782

Hikmət Dərgahı

01 Dec, 11:00


Rəsuli-əkrəm(s) buyurub:

Səfər edin ki,sağlam qalasınız və ruzi əldə edəsiniz..

📙Kənzul-ummal,c.6,s. 701.h.17469

Hikmət Dərgahı

01 Dec, 05:00


Rəsuli-əkrəm(s) buyurub:

Əməlisaleh qadın ailənin iki inkişaf amillərindən biridir..

📗Biharul-ənvar,c.103,s.208,h.39

Hikmət Dərgahı

30 Nov, 11:01


İmam Sadiq (ə) buyurub :

" Hər kəs Allahın ona əta etdiyi azacıq məişətə (ruziyə) razı olarsa, Allah-Taala da onun azacıq əməllərindən razı olar ".

📕Əl-Kafi, cild-2, səh-138, hədis : 3

Hikmət Dərgahı

30 Nov, 05:01


İmam Sadiq (ə) buyurub :

" Kim dəstəmaz alıb qurulansa, onun üçün bir mükafat yazılar. Kim dəstəmaz alıb suyun qurumağını gözləyərək qurulanmasa, onun üçün otuz mükafat yazılar ".

📘Şeyx Səduq, Səvabul-əmal, və İqabul-əmal, Dəstəmazdan sonra qurulanan və qurulanmayan şəxsin mükafatı, hədis : 56.

Hikmət Dərgahı

29 Nov, 11:01


İmam Sadiq (ə) buyurub :

" Hər kəs Allahdan xeyir istəyib, Onun verəcəyinə razı olarsa, Allahın ona xeyir verəcəyinə arxayın olsun ".

📚əl-Kafi, cild-8, səh-241, hədis : 330.

Hikmət Dərgahı

29 Nov, 05:00


Xanım Fatimeyi Zəhra (s.ə) buyurub :

" Kim Allaha xalis ibadətini ucaltsa, izzət və cəlal sahibi ona məsləhətinin ən fəzilətlisini endirər ".

📖Biharul-ənvar cild-70, səh : 249.

Hikmət Dərgahı

28 Nov, 11:00


Allah Təala buyurur :

" Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq ".

📙Qaf surəsi, ayə / 16

Hikmət Dərgahı

28 Nov, 05:01


İmam Sadiq (ə) buyurub :

" Hər kəs xəstənin görüşünə getsə, yetmiş min mələk onu müşayiət edər və öz mənzilinə qayıtdığı vaxta qədər Allahdan onun bağışlanmasını istəyər ".

📗əl-Kafi, cild-3, səh-120, hədis : 2

Hikmət Dərgahı

27 Nov, 11:01


İmam Əli (ə) buyurub :

" Səxavət və şücaət şərif bir qərizədir (xislətdir) ki, Allah-Taala onu sevdiyi və imtahan etdiyi şəxslərdə qərar vermişdir ".

📕Qürərül-Hikəm, fəsil-2, səh-30, hədis : 1700

Hikmət Dərgahı

27 Nov, 05:01


İmam Əli (ə) buyurub :

" Qane olan qul azaddır, tamahkar azad şəxs isə quldur ".

📘Qürərül-hikəm, fəsil- 1, səh-113, hədis : 413

Hikmət Dərgahı

26 Nov, 18:15


İyli bitklilər nə üçün məhz Hindistanda bitir?!

İmam Sadiq ələyhissalamdan nəql olunumuş hədisdə deyilir:

Həzrəti Adəm və Həvva behiştdən yerə endikləri zaman Adəm (ə) Səfa dağında, Həvva isə Mərv dağında məskunlaşdırlar. Həzrəti Həvva cənnətdəki gözəl iyləri xatırlayıb heyfslənirdi. O bir qədər oturduqdan sonra hörüklərini açıb bir az istirahət etmək fikrinə düşdü. Hörüklərini açan kimi cənnətdəki o gözəl iylər şərqdən qərbə qədər aləmi bürüdü və bu iylərin əksəriyyəti Hindistana töküldü. Elə bu səbəbdən də hal hazırda iyli bitkilərin bir çoxu məhz o vilayətdə bitir.

📚1001 Şəfa, səh 125.

Hikmət Dərgahı

26 Nov, 11:01


İmam Sadiq (ə) buyurub:

"Şəhidin nöqsanları Qiyamət günü onun özünə də göstərilməz".

📚Vəsailuş-şiə, cild 11, səh 9

Hikmət Dərgahı

26 Nov, 05:00


İmam Əli (ə) buyurub:

"Ən axmaq insan özünü hamıdan ağıllı hesab edən şəxsdir".

📖Ğürərül-hikəm, hədis: 3089

Hikmət Dərgahı

25 Nov, 19:15


Allahın yaratdığı ən güclü varlıq - Qəm-qüssə

“əl-Ğarat” əsərində Həzrət Əlinin (ə) “Allahın yaratdığı ən güclü varlıq nədir”, - deyə soruşan adama belə cavab verdiyi qeyd edilmişdir:

Allahın yaratdığı ən güclü və möhkəm varlıqlar ondur: Möhkəm dağlar; dağları dəlib yerlə bir edən dəmir; dəmiri əridib yumşaldan od; odu söndürən su; suyu daşıyan bulud; buludları topalayıb yığcamlaşdıran külək; küləyi ram edən insan; insanın ixtiyarını əlindən alan məstlik; məstliyi yox edən yuxu; yuxunu ərşə çəkən qəm-qüssə. Deməli, Allahın yaratdığı ən güclü və sərt varlıq qəm-qüssədir.

📚Əllamə Cavadi Amuli - Quranda Quran

Hikmət Dərgahı

25 Nov, 11:01


İmam Əli (ə) buyurub :

" Dostunun düşmənini özünə dost etmə, yoxsa dostun düşməninə çevrilər ".

📙Şeyx Hərrani, Tuhəful-uqul, Ən Alir-Rəsul. İmam Əlidən (ə) nəql olunan hədislər, hədis : 29

Hikmət Dərgahı

25 Nov, 05:01


İmam Həsən Əskəri (ə) buyurub :

" Mübahisə etmə, yoxsa dəyərin itər. Zarafat etmə, yoxsa başqaları sənə qarşı cürət edər ".

📗Tuhəful-Uqul Ən Alir-Rəsul İmam Həsən Əskəridən (ə) nəql olunan hədislər hədis : 1.

Hikmət Dərgahı

24 Nov, 11:02


İmam Əli (ə) buyurub :

" Cavanın qəlbi boş torpaq sahəsi kimidir, ona hər bir şey atsan, qəbul edər ".

📕Nəhcül-Bəlağə, məktub-31.

Hikmət Dərgahı

24 Nov, 05:01


Rəsulullah (s) buyurub :

" Övladını vurma, ondan küs, amma bunu çox davam etdirmə ".

📘 Uddətud-dai, səh-79.

Hikmət Dərgahı

23 Nov, 11:01


Rəsulullah (s) buyurub :

" Gözəl niyyət sahibini behiştə daxil edər ".

📚Nəhcül-fəsahə, hədis : 3163

Hikmət Dərgahı

23 Nov, 05:02


İmam Sadiq (ə) buyurub :

" Halal yolla mal-dövlət əldə edərək abır-heysiyyətini qorumağı və borclarını ödəməyi sevməyən şəxslərdə heç bir xeyir yoxdur ".

📖Biharul-ənvar, cild-103, səh-7, hədis : 30.

Hikmət Dərgahı

22 Nov, 11:01


Peyğəmbər (s) buyurub :

" Yemiş yeyin. Onda on xüsusiyyət var: O, həm yemək, həm içmək, həm (içalatı) yuyan, həm də ətirdir. Sidik kisəsini və qarını yuyur, spermanı artırır, cinsi qabiliyyəti gücləndirir, soyuqluğu aradan götürür və dərini təmizləyir ".

📙 Tibbi hədislər toplusu, cild,1 Yemiş,  hədis : 709.

Hikmət Dərgahı

22 Nov, 05:00


İmam Rza(ə) buyurub:

Bil ki,həqiqətən bir nəfər borc istəyib onu qaytarmaq qəsdində olarsa,borcunu qaytardığı vaxta qədər Allahın amanındadır. Amma əgər onu qaytarmağa niyyəti olmazsa,o oğru hesab olunur...

📗Fiqur Rza(ə),s.268

Hikmət Dərgahı

21 Nov, 11:01


Rəsuli-Əkrəm(s) buyurub:

Cənnətə daxil olan zaman qapısında bucür yazıldığını gördüm:Sədəqə on,borc on səkkiz həsənədir.Dedim:Ya Cəbrail!Necə olur ki,sədəqə on,borc on səkkiz həsənə olur?Dedi:Çünki sədəqə həm varlının,həm də fəqirin əlinə düşür.Borc isə yalnız ona ehtiyyaclı olan şəxsin əlinə düşür...

📕Kənzul-ummal,c.6,s. 210,h.15373

Hikmət Dərgahı

21 Nov, 05:00


İmam Səccad (ə) buyurub :

" Dua nazil olmuş və nazil olmamış bəlanı (bəndələrdən) uzaqlaşdırır ".

📘əl-Kafi, cild 2, səh 462, hədis : 5.

Hikmət Dərgahı

20 Nov, 11:00


Rəsuli-əkrəm(s) buyurub:

Sədəqə bəlanı dəf edir , o ən təsirli dərmandır,labüd qəza və qədəri dəf edir,xəstəliklərin dərdinə dua və sədəqədən də təsirli dərman yoxdur..

📚Biharul-ənvar,c.93,s.137,h.71

Hikmət Dərgahı

20 Nov, 05:00


İmam Sadiq (ə) namazını bilərəkdən gecikdirən (əvvəl vaxtında qılmayan) şəxsin barəsində belə buyurmuşdur :

" Həmin şəxs Qiyamət günü ailəsindən və malından kəsilmiş surətdə gələcək. Yəni Cənnətdə onun nə ailəsi, nə də malı olacaq ".

📖Şeyx İbn Fəttal, "Ravzatul-vaizin".

Hikmət Dərgahı

19 Nov, 11:01


İmam Əli (ə) buyurub:

"Allah taala hansı şeyi qadağan etmişdirsə, insanı da ondan ehtiyyacsız etmişdir."

📙Qurərul-hikəm, f.6, h.9573

Hikmət Dərgahı

19 Nov, 08:30


📜Rəsulullahın (s) Əmirəl-mömininə (ə)vəsiyyəti;

Ey Əli, əgər çətinliyə düşərsənsə de: “Muhəmməd və Ali Muhəmməd xatirinə mənə fərəc ver”.


📚Tuhəful-Uqul Ən Alir-Rəsul.

Hikmət Dərgahı

19 Nov, 05:00


Rəsuli-Əkrəm (s) buyurub:

" Allah buyurur:- Əgər bəndəm gözəl bir iş görmək istər, lakin etməzsə, ona bir savab yazaram, yox, əgər etsə, onda ona on savabdan tutmuş yeddi yüz bərabərincə savab yazaram. Əgər günah fikrinə düşər və onu etməzsə, günah yazmaram, yox, əgər edərsə, onda ona bir günah yazaram ".

📗Nəhcül-fəsahə, hədis - 2068.

Hikmət Dərgahı

18 Nov, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Mö'min zarafatcıl və şəndir.Münafiq isə qaşqabaqlı və əsəbidir..

📕Tuhəful-uqul,səh-49

Hikmət Dərgahı

18 Nov, 05:01


İmam Cəfər Sadiq (ə) buyurub :

" Allahdan uzun ömür diləyən kəs işini dürüst görməlidir. Günahının bağışlanmasını diləyən şəxs həya pərdəsini yırtmamalıdır. Ucalmaq istəyən kəs durumunu gizli saxlamalıdır ".

📘Şeyx Hərranı. Tuhəful-Uqul, Ən Alir-Rəsul, İmam Sadiqdən (ə) nəql olunan hədislər, hədis : 170.

Hikmət Dərgahı

17 Nov, 11:00


İmam Rza (ə) buyurub :

" Yaqut qaşlı üzük taxın, çünki o kasıblığı uzaqlaşdırır ".

📚Şeyx Səduq, Səvabul-əmal və İqabul-əmal, Yaqut qaşlı üzük taxmağın mükafatı, hədis : 672.

Hikmət Dərgahı

17 Nov, 05:02


Rəsuli-əkrəm(s) buyurub:

Haram mal yeməklə edilən ibadət,qum üzərində qurulan bina kimidir,yaxud su üzərində qurulan kimidir..

📖Uddətud dai,səh,14.

Hikmət Dərgahı

16 Nov, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Hər kəs halal olmayan var dövlət əldə edərsə,Allah taala onu fəqir edər...

📙Biharul-ənvar,c.103,s.5,h.17

Hikmət Dərgahı

16 Nov, 05:00


İmam Sadiq(ə) buyurub:

Hər kəsin öz əhli-əyalına qarşı yaxşılığı gözəl olarsa,onun ruzisinə bərəkət verilər..

📗Əd-dəəvat lil Ravəndi,s.127

Hikmət Dərgahı

15 Nov, 11:02


Rəsuli-əkrəm(s) buyurub:

Hər kəs ömrünün artmasını,ruzinin çoxalmasını istəyirsə,valideyinlərinə yaxşılıq etsin və siley-rəhm etsin...

📕Kənzul-ummal,c.16,s.475,h.45521

Hikmət Dərgahı

15 Nov, 05:01


İmam Əli(ə) buyurub:

Hər vaxt sənin ruzində təxir olarsa və çətinlik yaranarsa,Allahdan bağışlanmaq istə ki,sənin üçün ruzi bolluğu yaratsın...

📘Biharul-ənvar,c.77,s.270,h.1

Hikmət Dərgahı

14 Nov, 11:02


İmam Baqir(ə) buyurub:

Həqiqətən,bəndə bir günah edir və ruzi onun səbəbi ilə ondan alınır..

📚Əl-kafi,c.2,s.270,h.8

Hikmət Dərgahı

14 Nov, 05:01


İmam Əli (ə) buyurub :

" Allah kitabından möhkəm tutun... Ona əməl edən kəs hamıdan irəli keçibdir ".

📖Nəhcül-Bəlağə, xütbə-155

Hikmət Dərgahı

13 Nov, 11:01


İmam Sadiq(ə) buyurub:

Əgər Allah-taala bir bəndəni rüsvay etmək istəsə,onu dili vasitəsi ilə rüsvay edər..

📙Biharul-ənvar,cild-78, səh-228,hədis-101

Hikmət Dərgahı

13 Nov, 05:01


İmam Baqir(ə) buyurub:

Həqiqətən,bu dil bütün xeyrlərin və şərlərin açarıdır,mö'min üçün layiqlidir ki,öz dilinə ,qızıl-gümüş kisəsinə möhür vurduğu kimi ,möhür vursun..

📗Tuhəful-uqul,səh-298

Hikmət Dərgahı

12 Nov, 11:02


İmam Sadiq (ə) buyurub :

" Allah-Təala Musaya(ə) vəy edib buyurdu:" Ya Musa, mənə layiqincə şükür et. Ərz etdi: Pərvərdigara, sənə necə layiqincə şükür edim ki, sənə şükür etməyin özü də mənə verdiyin bir nemətdir?! Buyurdu: - Ya Musa indi ki, şükür eləmənin özünün sənə verdiyim bir nemət olduğunu bildin, indi Mənə layiqincə şükür etdin".

📕Əl-kafi, cild-2,səh-99,hədis-27.

Hikmət Dərgahı

12 Nov, 05:02


İmam Sadiq (ə) buyurub :

" Kişinin qızı dünyaya gələndə Allah onun yanına mələk göndərər. Mələk qanadı ilə onun başı və sinəsini tumarlayıb deyər : " Zəiflikdən yaradılan zəif. Ona xərc çəkən şəxsə Qiyamət gününə qədər kömək olunacaq ".

📘Şeyx Səduq, Səvabul-əmal və İqabul-əmal, Qız atasının mükafatı, hədis : 792

Hikmət Dərgahı

11 Nov, 11:01


İmam Rza (ə) buyurub :

" Kim bir mömini kasıblıq və yoxsulluğuna görə alçaq tutub təhqir etsə, Allah-Taala Qiyamət günü Cəhənnəm körpüsü üzərində onu alçaq və rüsvay edər ".

📚Şeyx Səduq, Uyunu Əxbarir-Rza fəsil,31 hədis : 325

Hikmət Dərgahı

11 Nov, 05:00


İmam Əli (ə) buyurub :

" Əgər göylər və yer hər hansı bir bəndənin üzünə bağlı olarsa və o bəndə təqvalı olduqda Allah onun üçün bir yol açar və gümanı gəlmədiyi yerdən onun ruzisini verər".

📖Qürərül-hikəm, fəsil-5, səh-118, hədis-7599.

Hikmət Dərgahı

10 Nov, 11:02


Rəsuli-Əkrəm (s) buyurub:

" Üç xasiyyət hər kəsdə olsa təsiri özünə qayıdacaqdır:- zülüm etmək, hiylə vədəyə vəfa etməmək".

📙Nəhcül-fəsahə, hədis-1281.

Hikmət Dərgahı

10 Nov, 05:01


İmam Əli (ə) buyurub :

" Əgər insanlar onlara bəla gəldikdə və nemətləri əllərindən getdikdə sidq niyyət və aşiqanə qəlb ilə Allaha pənah aparsaydılar, əllərindən gedən şey onlara qayıdar, hər bir xarab olmuş şey də onlar üçün islah olardı".

📗Nəhcül-bəlağə, xütbə-178.

Hikmət Dərgahı

09 Nov, 11:01


İmam Əli(ə) buyurub:

Hər kəs camaata hüsnü-zənn etsə ,onların məhəbbətini əldə edər...

📚Qurərul-hikəm,fəsil-5, səh-379,hədis-8842

Hikmət Dərgahı

09 Nov, 11:01


İmam Əli(ə) buyurub:

Ən şərəfli əxlaq təvazökarlıq,helm və mülayim xasiyyətlikdir...

📕Qurərul-hikəm,fəsil-2, səh-442,hədis-3223

Hikmət Dərgahı

09 Nov, 05:00


Rəsuli-əkrəm(s) buyurub:

Bir-birinizə hədiyyə edin ki,aranızda məhəbbəti artırsın...

📘Nəhcul-fəsahə,hədis-1190

Hikmət Dərgahı

08 Nov, 09:00


Hz.Peyğəmbər (s) Əliyə (ə): "Duzdan istifadə et. çünki o 70 dərdin dərmanıdır ki, həmin dərdlərin ən kiçikləri cüzam, ekzema və dəlilikdir".

📚Uyunu Əxbarir-Rza (ə), c.2, 142.

Hikmət Dərgahı

08 Nov, 05:00


İmam Əli (ə) buyurub :

" Günah dərd, onun davası isə istiğfardır, şəfa isə budur ki, bir daha günah əmələ qayıtmayasan ".

📖Qürərül-hikəm, fəsil-2, səh-72, hədis - 1890.

Hikmət Dərgahı

07 Nov, 11:00


İmam Baqir (ə) buyurub :

" Allahın zatı(nın necəliyi) barəsində düşünməkdən qorxun və çəkinin. Əgər Onun əzəmətinə baxmaq istəsəz, Onun yaratdıqlarının əzəmətinə baxın ".

📙əl-Kafi, cild-1 səh-116, hədis-7. Şeyx Səduq, Tövhid, səh-444, hədis-20, bab 67.

Hikmət Dərgahı

03 Nov, 05:00


İmam Əli(ə) buyurub:

İnsanlar ağaclar kimidirlər,onlar bir yerdən su içirlər,amma müxtəlif meyvələr veririlər..

📘Qurərul-hikəm,fəsil-2, səh-136,hədis-2097

Hikmət Dərgahı

02 Nov, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Qeyrət imandan,açıq-saçıqlılıq isə nifaqdandır..

📚Nəhcul-fəsahə,hədis-2045

Hikmət Dərgahı

02 Nov, 05:01


Rəsulullah (s) buyurub :

" Zina çoxaldıqda ani ölümlər də çoxalar ".

📖Şeyx Bərqi, əl-Məhasin, 46. Zinakar şəxsin cəzası, hədis : 329

Hikmət Dərgahı

01 Nov, 11:02


İmam Sadiq (ə) buyurub :

" Kim dünyaya könül bağlayarsa, onun üç zərərinə uğrayar : Tükənməyən qəm, gerçəkləşməyən arzu və yetişilməyəcək ümid ".

📚Şeyx Hərrani, Tuhəful-Uqul,ən Alir-Rəsul, İmam Sadiqdən (ə) nəql olunan hədislər hədis : 97

Hikmət Dərgahı

01 Nov, 05:01


Rəsuli-Əkrəm (s) buyurub :

" Quran çox oxunulan evdə xeyir çox olar, ev əhli üçün genişlik yaranar, asiman ulduzları yer əhli üçün işıq saçdığı kimi, o da (ev) asiman əhli üçün işıq saçar."

📖Əl-kafi, cild-2, səh - 610, hədis-1.

Hikmət Dərgahı

31 Oct, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Hər kəs öz əziz qızını fasiq və günahkar şəxsə ərə verərsə,əslində öz nəslini zay etmiş olar..

📙Məkarimul-əxlaq,s.204

Hikmət Dərgahı

31 Oct, 05:00


Rəsuli-əkrəm(s) buyurub:

Gələcəkdə elə qadınlar dünyaya gələcəklər ki,örpək örtdükləri halda çırpaqdılar,onlar həvəsbaz və insanları aldadanlardır,öz saçlarını elə bəzəyərlər ki,dəvənin küvəni kimi qabağa çıxar.Bunlar behiştə daxil olmaz,hətta onun ətrini belə duymazlar.Halbuki behiştin ətri çox uzaqlardan hiss olunur.

📗Səhihu-Muslim ,c.3,s.1680,h.2128

Hikmət Dərgahı

30 Oct, 11:02


Uca Allah (c.c.) buyurur :

" Bilin ki, var - dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır ".

📕Ənfal surəsi, ayə / 28.

Hikmət Dərgahı

30 Oct, 05:00


İmam Baqir (ə) buyurub :

" Dili doğru olanın əməli saf olar. Niyyəti yaxşı olanın ruzisi artar. Ailəsinə yaxşı davrananın ömrü uzanar ".

📘 Şeyx Hərrani, Tuhəful-Uqul, ən Alir-Rəsul, İmam Baqirdən (ə) nəql olunan hədislər, hədis : 30

Hikmət Dərgahı

29 Oct, 11:01


(Ey möminlər!) Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacaqsınız?! Onlara elə fəlakət (bədbəxtlik, kasıblıq, yoxsulluq) və sıxıntı (bəla, müsibət, xəstəlik) üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın köməyi nə vaxt gələcək?” demişdilər. Bilin ki, Allahın köməyi həqiqətən yaxındır!

📚(Bəqərə/214)

Hikmət Dərgahı

29 Oct, 05:00


İmam Sadiq (ə) buyurub:

"Mömin şəxs üç şey üçün (axirətdə) hesab verməz: Yediyi yemək, geydiyi paltar və ona günahlardan uzaqlaşmaq üçün yardım edən ləyaqətli qadın."

📖Əl-kafi, c. 6, səh. 180: Təhzibül-əhkam, c. 7, səh. 401.

Hikmət Dərgahı

28 Oct, 11:01


Rəsuli-əkrəm(s) buyurub:

Səbir üç qisimə bölünür:
Müsibətdə səbir etmək,itaətdə səbir etmək və günah işlər qarşısında səbr etmək...

📙Əl-kafi,cild-2,psəh-91,hədis-15

Hikmət Dərgahı

28 Oct, 05:01


İmam Sadiq(ə) buyurub:

Səmada bəndələrə vəkil olan iki mələk vardır,hər kəs Allah xatirinə təvazökarlıq edərsə ,o iki mələk o şəxsi yüksəldər,hər kəs təkəbbürlük etsə,onu alçaldarlar..

📗Əl-kafi,cild-2,səh-122,hədis-2

Hikmət Dərgahı

27 Oct, 11:01


İmam Sadiq(ə) buyurub:

Qeybət budur ki,din qardaşın barəsində Allah-taalanın örtmüş olduğu şeyləri deyəsən,amma onun barəsində aşkar olan şeylərə gəldikdə isə,(hiddətli və tələskən olduğu kimi şeylər)qeybət deyildir..

📕Biharul-ənvar,cild-75, səh-246,hədis-7

Hikmət Dərgahı

27 Oct, 05:00


Rəsuli-əkrəm(s) buyurub:

Əgər bir neçə nəfərin arasında bir şəxsin qeybəti olunsa,qeybəti olunan şəxsə kömək et və o cəmiyyəti qeybət etməkdən çəkindir və onların arasından qalxıb get..

📘Kənzul-Ummal,cild-3, səh-586,hədis-8028

Hikmət Dərgahı

26 Oct, 11:02


İmam Sadiq(ə) buyurub:

Hər zaman fasiq və günahkar şəxs aşkarda günah edərsə,onun nə hörməti vardır ,nə də qeybəti haramdır..

📚Biharul-ənvar,cild-75, səh-253,hədis-32

Hikmət Dərgahı

26 Oct, 05:00


Rəsuli-əkrəm(s) buyurub:

Qeybətin kəffarəsi qeybət etdiyin şəxsin barəsində istiğfar etməkdir..

📖Əl-əmali lit Tusi,səh-192

Hikmət Dərgahı

25 Oct, 11:01


Rəsuli-Əkrəm (s) buyurub :

" Əgər xoşbəxt yaşamaq, şəhidlər kimi ölmək, həsrət günündə nicat tapmaq, yandırıcı gündə kölgələnmək, azğınlıq günündə hidayət tapmaq istəyirsinizsə (Quran öyrənin) . Çünkü Quran mehriban Allahın kəlamı, şeytandan qoruyucu (əməllər çəkildikdə) tərəzinin ağır tərəfidir".

📙Cəmiul-əxbar, səh-41.

Hikmət Dərgahı

25 Oct, 05:00


Peyğəmbəri - Əkrəm (s) buyurub :

" Siz heç vaxt insanların hamısını mal-dövlətinizlə bəhrələndirə bilməzsiniz, belə isə onlarla gülərüzlüklə rəftar edin ".

📗 Əl-Kafi, cild-2, səh-103, hədis : 1.

Hikmət Dərgahı

24 Oct, 11:01


İmam Sadiq (ə) buyurub :

" Allaha and olsun ki, seçiləcək, təmizlənəcək və ələnib arınacaqsınız. Necə ki, zərərli otlar buğdadan ələnib arınırlar ".

📕Şeyx Nümani, Kitabul-Ğeybə, 12-ci bab, hədis : 8.

Hikmət Dərgahı

24 Oct, 05:01


Allah-təala Qurani-kərimdə buyurur:

"Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlara (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlara məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz Allah təvəkkül edənləri sevir."

📘Ali-İmran surəsi, ayə 159.

Hikmət Dərgahı

23 Oct, 11:01


İmam Əli (ə) buyurub :

" Çalışın, zəhmət çəkin hazır olun və özünüzə (səfərə çıxmaq üçün) bu dünyada lazım olanları hazırlayın. Dünya həyatı sizdən qabaqkıları aldatdığı kimi sizi də aldatmasın".

📚Nəhcül-bəlağə, xütbə-230.

Hikmət Dərgahı

23 Oct, 05:01


İmam Əli (ə) buyurub:

" Hər kim özü ilə Allahın arasını düzəldərsə, Allah da onunla xalqın arasını düzəldər."

📖Biharul-ənvar, cild-71, səh-366, hədis-12.

Hikmət Dərgahı

22 Oct, 11:00


İmam Səccad (ə) buyurub :

" Acı qəza və qədərə razı olmaq yəqinliyin ən yüksək dərəcəsidir ".

📙Şeyx Hərrani, Tuhəful-Uqul Ən Alir-Rəsul, İmam Səccaddan (ə) nəql olunan hədislər, hədis : 1

Hikmət Dərgahı

22 Oct, 05:01


İmam Sadiq (ə) buyurub :

" İnsanlarda günah axtarıb öz günahlarını unudan kəs görsəniz, bilin ki, o artıq tələyə düşüb ".

📗Şeyx Hərrani, Tuhəful-Uqul, ən Alir-Rəsul, İmam Sadiqdən (ə) nəql olunan hədislər, hədis : 68.

Hikmət Dərgahı

21 Oct, 11:01


İmam Cavad (ə) buyurub :

" Şükrü yerinə yetirilməyən bir nemət, bağışlanmayan günah kimidir ".

📕Ə'lamud - din, səh- 309

Hikmət Dərgahı

21 Oct, 05:00


İmam Əli (ə) buyurub :

" Əgər namaz qılan nə qədər rəhmətlə əhatə olmasını bilsə, başını səcdədən qaldırmaz".

📘Qürərül-hikəm, fəsil-5, səh-116, hədis-7592.

Hikmət Dərgahı

20 Oct, 11:02


Allahın rəsulu (s) buyurub:

"Ruzi, həyat yoldaşı və evliliklə birgədi."

📚Usuli-kafi, c. 5, səh. 331.