BakuES @baku_es Channel on Telegram

BakuES

@baku_es


Operativ Xəbər kanalı

🌐 https://instagram.com/baku.es

🌐 https://www.facebook.com/baku.ess

🌐 https://bakues.az

🌐 https://www.tiktok.com/@bakuesaz

🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXO

Reklam üçün: 070-584-84-04

BakuES (Azerbaijani)

BakuES Telegram kanalı, bir operativ xəbər kanalıdır ki, Bakı şəhəri ilə bağlı son xəbərləri istifadəçilərinə təqdim edir. Bu kanalda Bakı şəhərinə aid olan hər hansı bir tapşırıqla əlaqəli olan sonuncu və ən aktual xəbərləri tapa bilərsiniz. BakuES, informasiya paylaşımı və əlaqəlilər üçün ən əlverişli məkandır. Kanalın üzvləri yeni və güncəl xəbərləri öyrəndikdən sonra bu məlumatları dostları ilə də paylaşa bilər və ya özünə xatırladan şüarlar və özü üçün ən maraqlı olan xəbərləri oxuya bilər. BakuES kanalında ən son məlumatlara ulaşmaq üçün bizi Telegram'da izləməyi unutmamalısınız! Əgər Bakı şəhəri ilə bağlı olan hər bir yenilikdən xəbərdar olmaq istəyirsəniz, BakuES kanalına qoşulmaq sizin üçün ən doğru seçim olacaq. Hər an, hər yerdə əlaqədə olmaq, Bakı şəhərinin ən aktual xəbərlərini öyrənmək üçün, BakuES kanalına daxil olun! 🌐 Instagram: https://instagram.com/baku.es 🌐 Facebook: https://www.facebook.com/baku.ess 🌐 Veb: https://bakues.az 📞 Reklam üçün Əlaqə: 070-584-84-04

BakuES

19 Feb, 17:56


❗️Bakının bu ərazisində bulvar salınacaq

Ətraflı:
bakues.az

BakuES

19 Feb, 17:03


“Maşallah, sənin də yumruğun yaxşıdır”

BakuES

19 Feb, 17:00


❗️Tramp Zelenskini "uğurlu komediya aktyoru" adlandırıb və təklif edib ki, o hakimiyyətdən getsin, əks halda Ukrayna olmayacaq

BakuES

19 Feb, 15:43


❗️🇦🇿Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfəri

BakuES

19 Feb, 15:35


❗️DYP: Havanın dəyişməsi fəsadlara səbəb olub

Ətraflı: bakues.az

BakuES

19 Feb, 14:07


❗️🇺🇸🇷🇺Putin Trampla görüşməyə hazır olduğunu bildirib

BakuES

19 Feb, 13:09


🇦🇿✍🏻 Prezidentin Sərəncamı ilə Ağdaşda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.

BakuES

19 Feb, 12:48


❗️🇦🇿Prezident İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

BakuES

19 Feb, 12:15


🇦🇿İlham Əliyev: Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir

BakuES

19 Feb, 12:13


🇦🇿Dövlət başçısı: "Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir"

BakuES

19 Feb, 12:10


🇦🇿 İlham Əliyev: Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur

Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.

Dövlətimizin başçısı qeyd edib: “Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik”.

BakuES

19 Feb, 12:09


🇦🇿Prezident: Dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır

BakuES

15 Feb, 19:26


☎️ Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.

BakuES

15 Feb, 18:43


Bakıda 14 fevraldan sonra yaranan mənzərə...

BakuES

15 Feb, 18:02


❗️🇦🇿Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibətilə təbrik edib.

Paylaşımda deyilir:

“Çox sevdiyim Arif babamı təbrik edirəm! Allah hamıya cansağlığı versin!”

BakuES

15 Feb, 17:20


❗️Bakıda qaydaları pozan “Prius” qəza törətdi

Lökbatan qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil yolun əks hərəkət zolağına çıxıb.

Bu zaman qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi yaşayan sürücü maşını sağa çəkərək öz zolağı ilə hərəkət edən digər maşını vurub.

BakuES

15 Feb, 16:17


❗️“BakıKart”da problem yarandı, ictimai nəqliyyat gecikdi

Sistemdə internet problemi səbəbindən metro və avtobuslarda yarım saata yaxın müddətdə onlayn ödəniş etmək mümkün olmayıb.

Həmçinin qeyd olunur ki, bank proqramları və “M10” tətbiqi vasitəsilə edilən ödənişlər də “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib.

BakuES

15 Feb, 16:10


❗️Ağstafada nənə və nəvələri dəm qazından zəhərləndi

BakuES

15 Feb, 15:39


❗️🇦🇿 🇹🇷 Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

BakuES

15 Feb, 14:45


❗️AYNA Bakı küçələrində skuterlərin parklanması üçün xətləmə işlərinə başlayıb

BakuES

15 Feb, 14:28


❗️İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

BakuES

15 Feb, 13:46


❗️Bakıda "Sevgililər günü"ndə FACİƏ: Ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvad qazdan boğulublar.

Bakues.az Lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib.

46 yaşlı H. Ə. və həyat yoldaşı 45 yaşlı F. Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

BakuES

15 Feb, 13:30


❗️İsrailin Xarici İşlər naziri: “Fələstin İsrail torpağıdır”

BakuES

15 Feb, 12:26


Yaxın 2 gündə küləkli hava olacaq – XƏBƏRDARLIQ❗️

Fevralın 16-17 də Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

BakuES

15 Feb, 11:28


❗️Nərimanovda yaşayış binasında baş verən yanğın söndürülüb

BakuES

15 Feb, 10:33


❗️Bakıda beşmərtəbəli binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

BakuES

15 Feb, 09:29


❗️Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədli vəfat edib.

BakuES

15 Feb, 08:13


❗️Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

Ətraflı:
bakues.az

BakuES

15 Feb, 08:05


❗️Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. - WP

BakuES

15 Feb, 07:44


❗️Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir.

Bu barədə Bakues.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.

BakuES

15 Feb, 07:19


❗️Bu gün görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin dünyaya göz açdığı gündür

1934-cü ildə Mir Cəlal Paşayevin və Püstə xanımın ailəsində dünyaya göz açan Arif Paşayev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə, yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə böyük töhfələr verir.

Onun elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. Alim yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradıb. Uzun illər ərzində zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub. O, 600-dən çox elmi əsərin, 60-dan artıq kitabın, monoqrafiyanın müəllifidir.

Bakues.az Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edən akademik Arif Paşayevi təbrik edir, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

BakuES

15 Feb, 06:14


❗️Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

BakuES

13 Feb, 18:30


❗️“Birbank”, “Umico”, “m10” və “MilliÖn” brendləri PAŞA Holdinq tərəfindən yaradılan "Bir Ekosistem" adı altında birləşdirilib.

Qeyd olunur ki, bu brendlərin təqdim etdiyi xidmətlər müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim ediləcək.

BakuES

13 Feb, 17:44


❗️Moldova hökuməti PUA hücumlarına cavab olaraq "Rus Evi"ni bağlayır. (KİV)

BakuES

13 Feb, 16:20


Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.
Fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

BakuES

13 Feb, 14:57


Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.
Bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.

BakuES

13 Feb, 14:05


Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı müraciətdə deyilir.

Bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı quru sərhəddən yalnız Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları giriş-çıxış edə bilərlər.

BakuES

13 Feb, 12:39


❗️Model Çelsi Balakişiyeva 30 sutka həbs edilib

O, müvafiq məhkəmənin qərarı ilə Çelsi Balakişiyeva 30 sutka həbs edilib.

O xırda xuliqanlıqda təqsirləndirilib. Onun barəsindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham verilib.

BakuES

13 Feb, 12:31


🇦🇿🇸🇴

https://www.youtube.com/shorts/05INgXqJ6pU

BakuES

13 Feb, 11:58


❗️Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

BakuES

13 Feb, 11:48


🇦🇿Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

“Vətən uğrunda” medalı ilə

Babayev Azər Ələddin oğlu – polkovnik

Qasımov Elnur Əhməd oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qayqiyev Şamil Mahama oğlu – mayor.

BakuES

13 Feb, 11:34


🇦🇿Prezidentin Sərəncamı ilə Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək.

BakuES

13 Feb, 10:52


❗️Xətai rayonu Mirzə Davud küçəsində fərdi yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə “Bakues.az”-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BakuES

13 Feb, 09:33


❗️Velosiped yolu ilə gedən maşının sürücüsü cəzalandırıldı

Sosial şəbəkələrdə paytaxtın mərkəzində 10 NY 090 dövlət qeydiyyat nişanlı avtomobilin qaydaları pozmasını əks etdirən görüntülər yayılıb.

Görüntüdən “Mercedes” markalı avtomobilin sürücüsünün velosiped zolağına daxil olaraq növbəti yol kəsişməsinədək həmin hissə ilə hərəkət etməsi məlum olur.

Görüntülər velosipedçilərin, xüsusilə də urbanistlərin narazılığına səbəb olub. Onlar bu kimi əməllərə yol vermiş şəxslərə qarşı sərt tədbirlərin görülməsininin vacibliyini bildiriblər.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, velosiped yolunda hərəkət edən avtomobilin sürücünün kimliyi müəyyənləşdirilib: “Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, 327.1-2-ci maddə 100 manat cərimə və 2 cərimə balını nəzərdə tutur.

BakuES

13 Feb, 08:47


❗️Piyada məsuliyyətsizliyi faciə ilə nəticələndi

Abşeron və Xəzər rayonlarında piyadavurma hadisələri ölümlə bitib. Fevralın 12-də Bakı-Şamaxı yolunda, fevralın 13-də isə Bakı-Mərdəkan yolunda yolu qanunsuz keçməyə çalışan iki piyada avtomobillərin vurması nəticəsində həyatını itirib. Yol Polisi piyadaları ehtiyatlı olmağa və qaydalara riayət etməyə çağırır.

BakuES

13 Feb, 08:32


❗️Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

BakuES

13 Feb, 07:10


🇦🇿İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək.

BakuES

13 Feb, 06:43


🇦🇿Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

BakuES

13 Feb, 06:24


🇦🇿🇧🇾Prezident Belarusun yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.

BakuES

13 Feb, 06:19


🇦🇿🇹🇷İlham Əliyev Türkiyənin yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.

BakuES

13 Feb, 06:12


❗️Bakıya qonaq gələn şəxs “Tarqovu”da öldü

ƏTRAFLI BURADA 👈

BakuES

13 Feb, 06:07


🇦🇿Ceyhun Bayramov Almaniyaya səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Bakues.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

BakuES

10 Feb, 19:17


❗️DƏHŞƏT: Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR

Ətraflı:
bakues.az

BakuES

10 Feb, 17:41


❗️Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib.

Ətraflı:
bakues.az

BakuES

10 Feb, 16:45


🇦🇿Qəbələ,Laza

BakuES

10 Feb, 14:02


❗️🇦🇿🇮🇱İsrailin JNS nəşri: Azərbaycan İsrailin ABŞ-dən sonrakı ikinci ən mühüm müttəfiqidir. Azərbaycan İsrailin təhlükəsizliyi və onun digər dövlətlərlə xarici əlaqələri üçün həlledici rol oynayır. Prezident İlham Əliyev 2008-2010, 2018, 2020 və 2024-cü illərdə İsrail-Türkiyə münasibətlərində mühüm vasitəçiliklər edib.

BakuES

10 Feb, 13:13


❗️Ankarada qadın iki azyaşlı övladının biləyini kəsərək öldürüb, birinə isə ağır xəsarət yetirib

Bildirilib ki, ölən uşaqların 10 və 7, xəsarət alanın isə 12 yaşı olub.

Şəhərin Keçiören rayonunda baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən qadın saxlanılıb, araşdırma aparılır.

BakuES

10 Feb, 12:51


🇦🇿Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

BakuES

10 Feb, 12:46


❗️Yolu keçərkən ilk növbədə təhlükəsizliyini düşün!

BakuES

10 Feb, 12:23


❗️UNEC-in rəsmi saytına haker hücumu olub

Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytı kiberhücumun hədəfi olub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb. Hücumun mənbəyi və səbəbləri ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

BakuES

10 Feb, 12:11


❗️Qobustan rayonunda ağır qəza - Ölən və yaralanan var

Qobustan rayonunda ağır qəza baş verib.

Bakues.az xəbər verir ki, “Hyundai Sonata” markalı avtomobil qəza törədib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

BakuES

10 Feb, 12:01


🇦🇿Prezident icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləyib.

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat olacaq.

BakuES

10 Feb, 11:33


❗️Həkim əməliyyat zamanı “TikTok”da canlı yayım açdı

VİDEO BURADA 👈

BakuES

10 Feb, 11:20


❗️Binəqədi-Balaxanı yolunda kanalizasiya problemi: Sakinlər narazıdır

Binəqədi-Balaxanı yolunda 5 aydır davam edən kanalizasiya sularının yola axması sakinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem hələ də həll olunmayıb. Yolun çirklənməsi sürücülər üçün də təhlükə yaradır, çünki bu, sürüşmə riskini artırır.

Sakinlər problemin tezliklə aradan qaldırılmasını tələb edirlər.

BakuES

10 Feb, 11:09


❗️Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

BakuES

10 Feb, 10:31


❗️XİN: Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub

BakuES

10 Feb, 10:21


❗️Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq

BakuES

10 Feb, 10:08


❗️Bakıda məktəblərdə uşaqlara narkotik paylanması iddialarına DİN-dən reaksiya

Bakıda məktəblərdə uşaqlara konfet formasında narkotik dərmanların paylanması ilə bağlı iddialar yayılıb. Lakin Daxili İşlər Nazirliyi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

DİN rəsmisi Elbrus İbrahimovun sözlərinə görə, polis əməkdaşları məsələni tam araşdırıb və iddiaların xarici ölkələrdən birinə aid internet resurslarında yayıldığını müəyyən ediblər.

BakuES

10 Feb, 09:32


❗️Nazirlik elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət etdi

ƏTRAFLI BURADA 👈

BakuES

10 Feb, 09:11


❗️"20 il əvvəl təhsil sahəsində yol verilən səhvlərin nəticəsini görürük" - Nazir Emin Əmrullayev

BakuES

10 Feb, 08:54


❗️"Müəllimlərin sayı azalacaq, maaşlar artacaq" - Nazir Emin Əmrullayev

BakuES

07 Feb, 12:00


DİQQƏT❗️Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.

BakuES

07 Feb, 11:51


🇦🇿Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi

Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

BakuES

07 Feb, 11:47


🇦🇿Samir Şərifov sədr təyin olundu

Prezident İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib


Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

BakuES

07 Feb, 11:38


❗️Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi

BakuES

07 Feb, 11:25


❗️Fevralın 6-da Şahdağda, Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev Bakues.az -a açıqlamasında bildirib ki, hadisə saat 18 radələrində qeydə alınıb.

Məlumata görə, nəqliyyat vasitəsində iki nəfər – sürücü və onun həyat yoldaşı olub. Qarlı hava şəraiti səbəbindən sürüşmə baş verib və “Hummer” markalı avtomobil tərsinə banı üzərinə aşıb.

Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.

BakuES

07 Feb, 11:06


❗️Bakıda 11 elektromobildən oğurluq edən şəxsi polis saxladı

Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən *1500* manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BakuES

07 Feb, 10:46


❗️Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevlə vida mərasimi keçirilir

Şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

BakuES

07 Feb, 10:22


🇷🇺Kreml: Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.

BakuES

07 Feb, 09:34


❗️Yaşı 31-i ötən əsgərlərin ordudan tərxisinə başlanıldı

Ətraflı:
bakues.az

BakuES

07 Feb, 09:15


🇦🇿Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır.

Bakues.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

BakuES

07 Feb, 09:04


❗️Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

BakuES

07 Feb, 08:55


FHN❗️Dəm qazından boğulan ana və övladı bağlı qapı arxasından xilas edildi

BakuES

07 Feb, 08:38


❗️Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb

Bakues.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BakuES

07 Feb, 08:28


❗️Qonşusunu döyən Təhmas Rüstəmovla bağlı Baş Prokurorluğa sorğu göndərildi

ƏTRAFLI BURADA 👈

BakuES

07 Feb, 07:52


❗️DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi

Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.

E.Hacıyev vuğulayıb ki, *valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.*

E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.

BakuES

07 Feb, 07:20


❄️Azad Şuşada məktəblilər qar sevinci yaşayırlar

BakuES

07 Feb, 06:48


❗️Hərbi Prokurorluq: "Qeydə alınmış cinayətlər 100 faiz açılıb"

BakuES

07 Feb, 06:16


❗️Xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmadı

BakuES

08 Jan, 20:50


🦠Metapnevmavirus artıq İran ərazisinə çatıb.

BakuES

08 Jan, 20:16


🥀Bu gün Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın şəhid olduğu gündür

BakuES

08 Jan, 19:49


🇬🇪❗️Batumi, etirazların 42-ci günü

BakuES

08 Jan, 19:20


❗️Azərbaycanda səfərdə olan İran Təhlükəsizlik Şurasının katibi Ermənistana gedib.

BakuES

08 Jan, 19:19


Sürücülərin nəzərinə❗️Bu yolda artıq 61-lə radara düşəcəksiniz!

Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

BakuES

08 Jan, 19:02


❗️🇺🇸🇺🇦 Blinken: ABŞ Bayden administrasiyası fəaliyyət göstərənə qədər Ukraynaya yardım edəcək

BakuES

08 Jan, 18:58


❗️Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu polis Ağstafada ifşa etdi

Sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.


DİN-in Mətbuat Xidmətindən Bakues.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

BakuES

08 Jan, 18:47


İDDİA❗️Sumqayıtda pişikləri y*ndırıb,
d*ğrayırlar

BakuES

08 Jan, 18:46


❗️ABŞ-ın Malibu şəhərində (Kaliforniya ştatının cənubu) meşə yanğınları davam edir.

BakuES

08 Jan, 17:45


❗️Kaliforniyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bakues.az xəbər verir ki, əhatəsi 3000 hektara çatan yanğın nəticəsində 30 minə yaxın insan təxliyə edilib.

BakuES

08 Jan, 16:53


🇹🇷🇦🇿Ərdoğan İlham Əliyevə zəng etdi

Telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millət anlayışı ilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.

Ərdoğan bəyan edib ki, Türkiyə Cənubi Qafqaz regionunda daimi sülhün təmin olunmasına tam dəstək verir.

BakuES

08 Jan, 16:31


❗️AZAL: Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırır.

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

BakuES

08 Jan, 16:26


❗️Maskalı fəallar Meksikanın patyaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu çəkiclə parçalayıb

BakuES

08 Jan, 15:53


❗️İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi İlham Əliyevə:

"Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sizə salamlarını çatdırmağı xahiş edib".

BakuES

08 Jan, 15:08


❗️ “Gold Məkan” tikinti şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin icazəsi olmadan və sakinlərlə müqavilə bağlamadan hazırda Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43 və 43a binalarını qanunsuz şəkildə sökür.

Ətraflı: https://bakues.az 👈

BakuES

08 Jan, 12:39


🕌🌙 Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq

İlk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.

BakuES

08 Jan, 12:10


İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi:

"Ali Rəhbərimiz Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çox sevinib".

BakuES

08 Jan, 12:07


🇦🇿Prezident: Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir

BakuES

08 Jan, 11:57


😷 Azərbaycanda hələ də koronavirus infeksiyasına yoluxma halları müşahidə edilir

Səhiyyə Nazirliyi

BakuES

08 Jan, 11:03


❗️Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq

Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq.

BakuES

03 Jan, 12:04


Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yeni Slavyanka kəndində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil maneəyə çırpılıb. Hadisə zamanı sürücü, 35 yaşlı Əsədov Elmir Faiq oğlu ağır xəsarətlər alıb.
Yaralı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.

BakuES

03 Jan, 11:22


🇦🇿2-ci Fəxri Xiyaban

BakuES

03 Jan, 11:06


“Araz-Naxçıvan” futzal klubu qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.
Son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.

BakuES

03 Jan, 10:25


❗️Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” nəzarət-buraxılış məntəqəsində pirotexniki vasitələr olan anbar yanır.

BakuES

03 Jan, 09:46


❗️Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

BakuES

03 Jan, 08:56


❗️Görüntülər sosial şəbəkələrdə yayılıb.

Saçaqlı pendirin antisanitar vəziyyətdə hazırlanması görənləri heyrətə gətirib. İstehsal prosesinin harada olduğu hələlik məlum deyil.

BakuES

03 Jan, 08:12


🚑TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb.

Müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.

BakuES

03 Jan, 07:29


⚽️“Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub. "Qarabağ" bu transferdən 4 milyon avro qazanacaq.

BakuES

03 Jan, 07:00


❗️Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib

ƏTRAFLI: Bakues.az 👈

BakuES

03 Jan, 06:34


❗️Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır

Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır.

BakuES

03 Jan, 06:29


❗️Aktyor Azər Baxşəliyevin son durumu necədir?

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir.

Məlumata görə, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.

BakuES

03 Jan, 06:06


❗️“Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev

BakuES

02 Jan, 20:15


❗️Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Aktyorun xanımı, memar Nigar Seyid onunla bağlı paylaşım edib.

Nigar övladının da yer aldığı fotoya “Möcüzə olsun…” şərhini yazıb.

Qeyd edək ki, 39 yaşlı aktyor böyrək çatışmazlığından əziyyət çəkir. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğu, süni tənəffüs aparatına qoşulduğu açıqlanıb.

“Bozbash pictures”dəki “Ağsaqqal” obrazı ilə məşhurlaşan Azər Baxşəliyev bir dəfə əməliyyat olunub və ona anasının böyrəyi köçürülüb. O, ikinci əməliyyata hazırlaşdığını açıqlamışdı.

BakuES

02 Jan, 19:56


❗️Aeroport yolunda zəncirvari qəza baş verib

BakuES

02 Jan, 18:36


❗️Prezident və ailəsinin vətəndaşlarla səmimi görüşü...

BakuES

02 Jan, 18:21


❗️Polad Həşimovun anası Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşdü

BakuES

02 Jan, 17:33


❗️Yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

🌥️Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.

BakuES

02 Jan, 16:00


Aktyor Azər Baxşəliyevin son durumu barədə təcili açıqlama

BakuES

02 Jan, 15:58


❗️❄️ Son 50 ildə ilk dəfə Şimali Afrikanı qar örtüb: palma ağacları ağ örpəyə bürünüblər.

Mərakeşin bəzi bölgələrində qarın qalınlığının demək olar ki, yarım metrə çatdığı bildirilir.

BakuES

01 Jan, 07:43


🇦🇿Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

BakuES

01 Jan, 05:59


🐍2025-ci il ilan ilidir: İlan ilinin xüsusiyyətlərini BURADAN OXUYUN 👈

BakuES

01 Jan, 05:54


❗️Bu gündən qüvvəyə minir:

Karantin müddəti aprelin 1-dək uzadılır;

Minimum aylıq əməkhaqqı 400 manat olur;

Yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat olur;

Həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

BakuES

01 Jan, 05:34


❗️Sabirabadda ağır yol-nəqliyyat hadisəsi-ölən var

BakuES

31 Dec, 21:30


❗️Hazırda "28 May" stansiyasının girişində sıxlıq yaranıb

BakuES

31 Dec, 21:09


2025-in ilk körpəsi doğuldu

Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti hazırda stabildir.

BakuES

31 Dec, 20:39


❗️Atəşfəşanlıqdan sonra yaşanan izdiham

BakuES

31 Dec, 20:26


❗️Xoş gəldin, 2025!

BakuES

31 Dec, 20:12


ŞAD XƏBƏR❗️Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb

ƏTRAFLI BURADA

BakuES

31 Dec, 20:00


🇦🇿Yeni İliniz mübarək olsun!

BakuES

31 Dec, 19:59


🇦🇿Prezident: COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu.

Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.

BakuES

31 Dec, 19:56


🇦🇿Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır

BakuES

31 Dec, 19:53


🇦🇿Prezident: Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq !

BakuES

31 Dec, 19:52


🇦🇿Prezident: Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər !

BakuES

31 Dec, 19:50


🇦🇿Prezident: Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz

BakuES

31 Dec, 19:49


🇦🇿Prezident: Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır.

BakuES

31 Dec, 19:49


🇦🇿Prezident: Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. 

BakuES

31 Dec, 19:47


🇦🇿Prezident: Cənubi Qafqazda yeni reallıqları biz yaratmışıq. Bütün dünya yeni reallıqları qəbul edib. Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün təhlükədir.

BakuES

31 Dec, 19:46


🇦🇿Prezident: Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır.

BakuES

31 Dec, 19:44


🇦🇿Prezident: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır.

Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır

BakuES

27 Dec, 19:27


❗️Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan Duanna ləqəbli tiktoker xanım Duanna Quıiyeva və Tosu ləqəbli Tiktoker Məhərrəm Həsənov da həbs ediliblər.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

BakuES

27 Dec, 19:23


Öldüyü bildirilən AZAL əməkdaşı DANIŞDI

AZAL-ın əməkdaşı Ebru Kazımlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bakues.az xəbər verir ki, o, müraciətində ölümü ilə bağlı informasiyalara toxunub.

Təyyarə bələdçisi Ebru Kazımlı bildirib ki, onun ölüm xəbəri ilə bağlı bir çox səhifələr və saytlar məlumat paylaşıblar:

“Halbuki mən ümumiyyətlə, həmin bortda olmamışam. Bu isə o deməkdir ki, sağam. Mənim ailəm və yaxınlarım bu xəbəri görəndə çox narahat olublar. İş yoldaşlarım və mən vəziyyəti izah edərək bu məlumatı sildirməyə çalışsaq da, sodial şəbəkə səhifələri və saytlar öz bildikləri kimi davranırlar. Hətta onlara yazdığımız mesajı da silirlər. Yaxalıqdakı adı oxuya bilmirlər ki? Və yalan informasiya yayımı hələ də davam edir. Bunu edən hər kəsə ayıb olsun”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

BakuES

27 Dec, 18:31


❗️Sosial şəbəkələrdə #Rusiyaüzristə həştəqi ilə kampaniya başlayıb

ƏTRAFLI:
http://bakues.az 👈

BakuES

27 Dec, 18:15


✈️Flightradar24 AZAL təyyarəsinin qəzaya uğramamışdan əvvəlki trayektoriyasının 3D versiyasını paylaşıb.

Baxın görün, rusların raketlə vurduğu təyyarə bütün Xəzəri necə çətinliklə keçib, tez-tez qalxıb-enib, özünü tarazlamağa cəhd göstərib.

Ordakı insanların həmin an nə keçirdiyini, pilotların necə professional olduğunu, ölümə göndərilən təyyarənin keçə Xəzəri keçdiyini bu trayektoriyalar ilə açıq aşkar görmək olur. ONLAR QƏHRƏMANDIR!

BakuES

27 Dec, 17:44


🛫🥀Qəzada həlak olanlardan biri də 26 yaşlı Ramazan Filiyevdir. Onun 9 aylıq oğlu yadigar qaldı.

BakuES

27 Dec, 17:24


❗️🥀Mərhum pilotun qızı atası haqqında paylaşım etdi:

“Ata sən mənim qəhrəmanımsan, həmişə qəlbimdə yaşayacaqsan. Sən ən güclü insansan. Mən həmişə səninlə fəxr edəcəm ki, sənin kimi atam var. Sən öz həyatını qurban verərək onlarla insanın həyatını xilas etdin. Sən çox güclü və şən insan olmusan. Bizim xoşbəxt olmağımız üçün hər şeyi etmisən. Ən gözəl ata! Yerin cənnət olsun!”

BakuES

27 Dec, 16:47


❗️Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib

BakuES

27 Dec, 16:41


❗️Bələdçi Aydan: “Mənim videolarımı musiqi ilə montaj edərək…”

ƏTRAFLI: http://bakues.az 👈

BakuES

27 Dec, 16:20


✈️Təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 4-nün nəşi Bakıya gətirilib, digərlərininki isə yaxın günlərdə ailələri təhvil veriləcək. (Dövlət Komissiyası)

BakuES

27 Dec, 16:10


❗️Qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət nəticələr barədə məlumatlandırılmalıdır.

Bu barədə təyyarə qəzasının araşdırılması üzrə dövlət komissiyasının bügünkü iclasında bildirilib.

İclasda daha 22 cəsədin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə Azərbaycana gətirilməsi məsələ müzakirə olunub.

BakuES

27 Dec, 16:08


❗️Qəzada həlak olmuş gənc pilotun anası danışdı

BakuES

27 Dec, 15:43


🥀Aktau faciəsi: Qəhraman Aleksandr Kalyaninovun xatirəsi ehtiramla yad olunur

Allah rəhmət eləsin.

BakuES

27 Dec, 15:04


❗️Ağıllardan silinməyən sözlər…

BakuES

27 Dec, 14:45


❗️AZAL təyyarəsinin vurulduqdan sonra qəzaya uğramasına görə Çeçenistanda 28 dekabr matəm günü elan edilib

BakuES

27 Dec, 13:59


❗️Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər

BakuES

27 Dec, 13:29


❗️Təyyarəyə kənar müdaxilə olub" - Rəşad Nəbiyev

BakuES

27 Dec, 13:25


❗️Rəşad Nəbiyev: Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq

BakuES

27 Dec, 13:18


❗️Qəzadan qəlpə yarası ilə qurtulan sərnişin danışdı

Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan sərnişin təyyarəsinin daha bir canlı şahidi danışıb.

"Bakues.az" xəbər edir ki, zərərçəkən bu barədə AzTv-yə danışıb.

O, ayağının yanında partlayışın olduğunu bildirib. Affekt vəziyyətdə olan sərnişin bunları xatırlayır:

BakuES

27 Dec, 12:50


❗️AZAL: Araşdırmaların ilkin nəticələrinə görə, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

BakuES

27 Dec, 12:45


❗️Tiktoker xanımlar da həbs edildi

ƏTRAFLI:
http://bakues.az 👈

BakuES

25 Dec, 22:42


❗️Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev:

"Son qərar sabah və ya yaxın günlərdə veriləcək".

BakuES

25 Dec, 22:41


❗️Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev:

"Qara qutu"nun oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək.

BakuES

25 Dec, 22:35


❗️Matəmlə əlaqədar şəhərdə Yeni il ağaclarının işıqları söndürülüb.

BakuES

25 Dec, 22:28


❗️AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.

13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib. Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.

Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.

Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.

BakuES

25 Dec, 20:00


🥀 26.12.2024

AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq !

BakuES

25 Dec, 19:55


Ana oğlunun qəzadan öncəki
son zəngindən danışdı

BakuES

25 Dec, 19:46


❗️Bakı vaxtilə səhər 8-9 radələrində Ukraynaya məxsus PUA-lar Qroznı şəhərinin Urus-Martan, Şalinski və Staropromyslovski rayonlarına hücum edibmiş. Adıçəkilən rayonlar Qroznı aeroportundan cəmi 5-10 km uzaqlıqda yerləşir.

Videogörüntülərə əsasən, PUA-lar biri “Pantsir-S1” HHM sistemi ilə zərərsizləşdirilib, digərləri isə müxtəlif avtomat silahları ilə atəşə tutulub.

BakuES

25 Dec, 19:27


❗️🇩🇪Bild hərbi eksperti Yulian Röpke AZAL-ın təyyarə qəzası barədə:

"Bir aviasiya eksperti mənə dedi ki, bu qəza doğrudan da, kənardan təsir kimi görünür”. •KİV

BakuES

25 Dec, 19:22


❗️Bizi "WhatsApp" kanalımızdan izləyin

Bura Tıklayın 👈

BakuES

25 Dec, 19:19


❗️Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ:

BakuES

25 Dec, 19:16


❗️Azərbaycana dövlət səviyyəsində başsağlığı verməyən əsas ölkələr sırasında Ukrayna, ABŞ və Fransa var.

BakuES

25 Dec, 19:11


❗️Mahmud Tütünçüyev evin tək övladı imiş…

BakuES

25 Dec, 19:08


❗️FHN və “Azərbaycan Hava Yolları” QSC birgə məlumat yayıb

ƏTRAFLI: http://bakues.az 👈

BakuES

25 Dec, 19:04


🥀Qəzada həlak olan 20 yaşlı tələbə Mahmud Tütünçüyev

Allah rəhmət eləsin!

BakuES

25 Dec, 18:53


🇦🇿🇹🇷 Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

"Hörmətli Prezident, Əziz Qardaşım,

Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.

Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".

BakuES

25 Dec, 18:53


🥀Qəhrəman kapitan İqor Kşnyakin...

Allah rəhmət eləsin
!

BakuES

25 Dec, 18:37


❗️Hökümənin atası: “Zəng edib dedilər ki, başınız sağolsun!”

BakuES

25 Dec, 18:22


❗️Qəzaya uğrayan təyyarənin sərnişini Zaur Məmmədovun öncə uçuşuna icazə verilməyib.

Bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Qəzadan sağ qurtulan sərnişin Zaur Məmmədovun sözlərinə görə, qeydiyyatdan, gömrük nəzarətindən keçməsinə baxmayaraq, aviaşirkətin nümayəndələri qadağanı əsas gətirərək onu təyyarəyə buraxmaq istəməyib.

Bildirilir ki, təyyarəyə buraxılmayan sərnişin daha sonra terminala qayıdıb və uçuşuna icazə verilib.

Qeyd olunur ki, Zaur Bakıya atasının dəfni üçün gəlibmiş. O, qəza zamanı ayağından və üzündən xəsarət alıb. (Qafqazinfo)

BakuES

25 Dec, 18:10


❗️Əslində alqış,sağ-salamat çatmanın səsi imiş

BakuES

25 Dec, 17:48


❗️Allahdan ümid kəsilməz

BakuES

21 Nov, 13:53


‼️ İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

BakuES

21 Nov, 13:19


Azərbaycanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” dəyişib

Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında 28 iyul 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

BakuES

21 Nov, 12:49


Prezident İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir.
Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirləri görmək tapşırılıb.
Nazirlər Kabineti ləğv edilən publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

BakuES

21 Nov, 11:50


“Bitcoin” kriptovalyutasının qiyməti tarixi maksimumunu yeniləyib və 97 min dolları ötüb.
Bu barədə məlumat “Binance” kriptovalyuta birjasında yer alıb. 
Səhər saatlarına olan məlumata görə, “Bitcoin”in qiyməti 5.78 faiz artıb və 97 476 dollara çatıb.
Ekspertlərin fikrincə, kriptovalyutanın qiymətinin artması bir neçə amillə izah edilir.
Burada əsas olaraq vacib rolu ABŞ-nin seçilən Prezidenti Donald Trampın ölkənin qlobal kriptovalyuta habına çevrilməsi, eləcə də “Bitcoin”dən rezervlərin yaradılması barədə vədləri oynayır.
Belə ki, Trampın noyabrın 5-də baş tutan prezident seçkilərində qələbə qazanması elan olunduqdan sonra kriptovalyutanın dəyərində 40 faiz artım müşahidə edilib. 
***
“Bitcoin”in qiyməti gün ərzində növbəti dəfə tarixi maksimumunu yeniləyərək 98 min dolları ötüb. 
Kriptovalyutanın qiyməti 5,23 faiz artıb və 98,021 dollara qədər artıb.

BakuES

21 Nov, 11:20


Ağdam. İşğal dövründə və bugün

BakuES

21 Nov, 10:21


❗️Çinli iş adamı Justin Sun, Maurizio Cattelan-nin ikonik əsəri olan "divara yapışdırılmış banan" Sotheby's hərracında 6.2 milyon dollar aldı.

Justin Sun, yaxın günlərdə bananı yeyəcəyini bildirib.

BakuES

21 Nov, 10:09


Azərbaycanda minimum aliment məbləği artırılır – Boşananların NƏZƏRİNƏ 👈🏻

BakuES

21 Nov, 09:27


🇦🇿Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür

BakuES

21 Nov, 08:44


❗️Pensiyalar bu qədər artacaq – Nazir AÇIQLADI

Ətraflı: http://bakues.az 👈

BakuES

21 Nov, 08:12


🐎Noyabrın 20-sində “Elit”və “Sərhədçi” komandaları arasında baş tutan gərgin mübarizədə “Sərhədçi” 1-0 hesabı ilə qələbə qazanıb

BakuES

21 Nov, 07:51


❗️Trampın neft siyasətindən gözləntilər: Neft kəskin ucuzlaşa bilər?

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

21 Nov, 06:57


🚎46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

Ətraflı:
http://bakues.az 👈

BakuES

21 Nov, 06:52


🇦🇿🇹🇷Dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edir

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.

Bakues.az xəbər verir ki, Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

BakuES

21 Nov, 06:17


❗️İtkin düşən 8 nəfər tapıldı

Noyabrın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

BakuES

21 Nov, 06:10


❗️Gəncədə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakues.az-a verilən məlumata görə, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı ərazinin məişət tullantıları ilə zibillənməsi halları ilə bağlı 23 nəfər barəsində inzibati qaydada protokol tərtib olunub.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

BakuES

21 Nov, 05:31


Bu gün bu ərazilərdə qaz olmayacaq

Ətraflı:
http://bakues.az 👈

BakuES

13 Nov, 20:31


🇦🇿Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” kitabının təqdimatı

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

“Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Bakues.az xəbər verir ki, təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.

BakuES

13 Nov, 19:32


❗️Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.

Bakues.az xəbər verir ki, yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

BakuES

13 Nov, 18:42


🇦🇿 Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib

BakuES

13 Nov, 18:37


❗️Ronaldinyo SOCAR-ın Prezidenti Rövşən Nəcəf ilə görüşüb

BakuES

13 Nov, 18:20


❗️COP29: “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum olub

ƏTRAFLI WEB SAYTIMIZDA:
http://bakues.az 👈

BakuES

13 Nov, 18:07


❗️Bakıda Koroğlu dayanacağından istifadə edən qonaqlar maraqlı anlar yaşayıblar

BakuES

13 Nov, 17:40


🇹🇷Əminə Ərdoğan: COP29 iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcəyimizə ümid yaradır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcək qurmaq üçün ümid yaradır. Bu barədə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın Bakıda keçirilən COP29 sessiyası ilə bağlı növbəti paylaşımında deyilir.


Əminə Ərdoğan gənclərin ətraf mühitə həssas münasibətindən səmimi məmnunluğunu ifadə edib, həmçinin Azərbaycanın ekoloji məsələlərdə uzaqgörən liderliyini alqışlayıb.

O yazıb: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun əziz xanımı Mehriban Əliyevaya səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istərdim”.

Paylaşımda Türkiyə Prezidenti və xanımının Bakıda keçirilən COP29 sessiyasında iştirakını əks etdirən kadrlar da yer alıb.

BakuES

13 Nov, 16:34


❗️”Bitcoin”in qiyməti 91 min dolları keçib.

BakuES

13 Nov, 16:25


🇺🇸Tramp Baydenlə görüşüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident Co Baydenlə görüşmək üçün Ağ Evə gəlib.

Bakues.az xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb.

BakuES

13 Nov, 16:19


❗️COP29 çərçivəsində Bakıya gələn Slovakiya prezidenti Qobustan qoruğunu ziyarət edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrini və Slovakiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.

Qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonaqlara Qobustan abidələri, ərazidə aparılan elmi tədqiqat işləri və nəticələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.
Ölkəmizə sayca dördüncü səfəri olsa da ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən cənab Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.

Sonda cənab Peter Pelleqrini xatirə kitabına Qobustan qoruğu ilə bağlı xoş təəssüratlarını yazıb.

#COP29 #COP29Azərbaycan #MədəniyyətNazirliyi

BakuES

13 Nov, 15:22


❗️COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökümət başçılarının şərəfinə verilən ziyafət

BakuES

13 Nov, 15:02


❗️🇦🇿🇬🇷Prezident İlham Əliyev Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə görüşdü

BakuES

13 Nov, 13:45


🇦🇿🇮🇷İlham Əliyev İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari ilə görüşüb

BakuES

13 Nov, 13:26


🇦🇿🇷🇺Prezident İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb

BakuES

13 Nov, 13:21


⚽️Məşhur futbolçu Ronaldinyonun COP29-dan görüntüləri

BakuES

13 Nov, 12:48


❗️Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla görüşüb

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun Bakıda kimsəsiz uşaqlarla görüşü olub.

Bakues.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.

Qeyd edək ki, Ronaldinyo noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

BakuES

10 Nov, 19:05


XƏBƏRİNİZ OLSUN⚠️

Sabahdan bu yollar bağlanır

ƏTRAFLI:
http://bakues.az 👈

BakuES

10 Nov, 18:43


🇦🇿Sabah dünyanın ən böyük iqlim konfransı COP29 başlayır

BakuES

10 Nov, 18:01


🇦🇿Arzu Əliyeva Vətən müharibəsinə həsr olunan filmin çəkiliş heyətinə baş çəkib

Məşhur türkiyəli aktrisa Özge Gürel də həmin filmdə “Zeynəb doktor” obrazını canlandıracaq.

BakuES

10 Nov, 17:09


❗️Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

BakuES

10 Nov, 16:03


❗️BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi COP29-la bağlı paylaşım edib

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva COP29-la bağlı paylaşım edib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi “X” sosial şəbəkəsində qeyd edib ki, COP29 Azerbaican-a cəmi bir gün qaldı!

O bildirib ki, mən Gənc Məşvərətçilər Şurası və UNICEF Azərbaycanın təmsilçiləri ilə iqlim məsələlərini müzakirə etdim.

Biz İqlim Bəyannaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi və iqlim dəyişikliyi ilə mübarizə üsullarını barədə fikir mübadiləsi apardıq.

Yenilikçi gənclərin təşəbbüsləri ilə tanış olmaq sevindiricidir.

BakuES

10 Nov, 14:59


🇦🇿Leyla Əliyeva əkizləri və bacısı ilə birlikdə

BakuES

10 Nov, 13:48


"Whatsapp" Statusunun yol açdığı problemlər

BakuES

10 Nov, 12:27


❗️Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb.

BakuES

10 Nov, 11:02


❗️Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib.

BakuES

10 Nov, 10:43


*Mingəçevirdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər gücləndirilib*

Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

BakuES

10 Nov, 09:31


Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı, axşam isə ayrı-ayrı yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

BakuES

10 Nov, 07:58


❗️Bitkoinin qiyməti tarixində ən yüksək səviyyəyə çatıb

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

10 Nov, 07:32


❗️“Taliban” nümayəndə heyəti COP29 iqlim konfransında iştirak edəcək.

BakuES

10 Nov, 06:23


“Ginnesin rekordlar kitabı” bu aparatla bayrağı ölçüblər 🇦🇿

BakuES

10 Nov, 04:43


🇦🇿 İlham Əliyev: Azərbaycan və Ermənistan sülh müqaviləsinə dair sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxındır.

BakuES

09 Nov, 20:41


❗️Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.


2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

BakuES

09 Nov, 19:57


❗️10 Noyabr - Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

Bakues.az xatırladır ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib.

Anası Zübeydə xanım, atası Əli Rza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn "Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır.

1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib. 1899-cu ildə İstanbul "Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun olub.

1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər. Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir. 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.



1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Onun qəbri üçün Kiprdən, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsindən, Azərbaycan da daxil olmaqla 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanaqqala boğazlarından gətirilən sudan istifadə edilib.

1938-ci ildə vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi lider olub. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib, ibtidai təhsil pulsuz və zəruri hala gətirilib. Həmçinin qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.

57 illik ömründə millətinin, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırıb, adını türk və dünya tarixinə qızıl hərflərlə yazdırıb. Onun fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.

BakuES

08 Nov, 20:07


🇦🇿9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib.

BakuES

08 Nov, 19:39


🇦🇿🇹🇷İstanbuldakı Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Türkiyənin İstanbul şəhərindəki tarixi Qalata qülləsi Azərbaycanın Dövlət Bayrağı və xarıbülbül rəsmləri ilə işıqlandırılıb.

İşıqlandırma mərasimi Azərbaycanın Zəfər Gününün 4-cü ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub.

İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

BakuES

08 Nov, 19:37


🇦🇿Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir.


Bakues.az xatırladır ki, üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.

Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

2010-cu il sentyabr ayının 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və digər dövlət rəsmiləri, ölkəmizdəki xarici ölkələrin səfirləri iştirak ediblər. Həmin gün topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etmişdi. Bununla da dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini, hörmətini gördü.

Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

BakuES

08 Nov, 18:53


Şərhsiz...🥀

BakuES

08 Nov, 17:55


🇦🇿Şuşada Qələbə Günü qeyd olunur!

BakuES

08 Nov, 17:37


❗️🇦🇿Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub.

BakuES

08 Nov, 17:09


Sənə Zəfər yaraşır, Azərbaycan!🇦🇿

BakuES

08 Nov, 17:05


🇦🇿Zəfərin işıqları. Həmişə gur olsun.

Bayramınız mübarək❗️

BakuES

08 Nov, 16:10


🇦🇿Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti keçirilir

BakuES

08 Nov, 16:01


🇦🇿Heydər Əliyev və Sıfır Atık Fondlarının COP29-dakı pavilyonu!

Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu təqdim olunacaq.


COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) adlı pavilyon iki fondun ətraf mühit və sosial məsuliyyət sahələri üzrə fəaliyyətlərini əhatə edir.

BakuES

08 Nov, 15:35


🇦🇿Zəfər parkında mühüm simvollar

BakuES

08 Nov, 14:08


Qalib Lider, Qalib Sərkərdə!🇦🇿

BakuES

08 Nov, 13:28


🇦🇿İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

BakuES

06 Nov, 20:52


❗️Almaniya hökuməti gələn il 18 yaşı tamam olan 300 min vətəndaşına orduda könüllü xidmət üçün sorğu göndərəcək.

BakuES

06 Nov, 20:50


❗️Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukraynada münaqişənin sona çatmasının başlanğıcından xəbər verir.

Bu barədə “The Spectator” nəşri yazıb.

“Donald Trampın seçkilərdə qələbəsi
Ukraynada müharibənin sona çatmasının başlanğıcından xəbər verir – və çox güman ki, Rusiya üç il ərzində ələ keçirdiyi ərazilərin hamısına olmasa da, əksəriyyətinə nəzarət edəcək...”, - nəşr qeyd edib.

BakuES

06 Nov, 20:25


❗️Sabah “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.

AYNA-dan bildirilib ki, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.

Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb.

BakuES

06 Nov, 19:34


🇦🇿 Hamı tanıdığı ŞƏHİD adlarını qeyd etsin.
Onları tanıdaq !

Video: yerde_ulduzlar

BakuES

06 Nov, 19:11


❗️“TikTok” sosial platformasının Azərbaycan seqmentində üz-gözü qan içində olan gənc qızın görüntüləri yayılıb.

Videoda gənc qızın ağlaması öz əksini tapır. Görüntülərin harada və kimlər tərəfindən lentə alındığı məlum deyil.

BakuES

06 Nov, 18:08


Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin noyabrın 7-də Budapeştdə keçiriləcək Zirvə toplantısında iştirak etməyəcək.
Azərbaycan dövlət başçısının tədbirdə iştirak etməməsinin əsas səbəbi iş qrafikinin gərginliyi ilə bağlıdır. 
Belə ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının noyabrın  5-6-da Bişkekdə keçirilən Zirvə toplantısında iştirak edib. Noyabrın 8-də isə dövlət başçısı Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.
Qeyd edək ki, Avropa Siyasi Birliyi (European Political Community, EPC) Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forumdur. Prezident İlham Əliyev qurumun 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı  Praqa şəhərində, 2023-cü ilin iyununda Moldovanın paytaxtı  Kişinyov şəhərində, bu ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

BakuES

06 Nov, 17:05


🇹🇷Türk dövlətlərinin xatirə sikkəsi

Sikkələrin üzərində "Dildə, fikirdə, işdə birlik" sözləri qeyd olunub.

BakuES

06 Nov, 16:14


SON DƏQİQƏ ❗️Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.

BakuES

06 Nov, 15:27


❗️Vüsal Tağıyev xəstəlik səbəbindən dünyasını dəyişib.

Vüsal Nazim kimi tanınan jurnalistin ağciyərində yaranan problemə görə vəfat etdiyi deyilir. 

Mərhum ailəli olub və doğuldugu Tovuz rayonunda dəfn olunacaq. 

BakuES

06 Nov, 15:16


❗️Qışda avtomobilə necə qulluq olunmalıdır? – Vacib tövsiyələr

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

06 Nov, 14:46


❗️Bakıda küçələri təmizləmək üçün 10 ədəd yeni tozsoran alınıb.

BakuES

06 Nov, 14:42


❗️Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb.

BakuES

06 Nov, 14:28


❗️COP29-da azı 50 dövlətin Prezidentinin iştirakı gözlənilir.

BakuES

06 Nov, 13:52


❗️Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuz olacaq.

BakuES

06 Nov, 11:44


❗️Bayram günlərində metro necə işləyəcək?

Ətraflı Web Saytımızda: http://bakues.az 👈

BakuES

06 Nov, 11:22


🇦🇿🇹🇷“Bakıda görüşərik...” - Ərdoğandan Əliyevə

BakuES

06 Nov, 10:42


❗️Bakının Pirşağı qəsəbəsində su boru xəttində qəza baş verib.

Bununla bağlı Bakues.az -ın “Qaynar Xətti”nə məlumat daxil olub.

Bildirilib ki, qəza nəticəsində borudan çıxan yüksəktəzyiqli su yolun hərəkət hissəsinə və ətrafına yayılıb.

Nəticədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaranıb.

BakuES

06 Nov, 10:25


🇦🇿 İlham Əliyev Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

Ətraflı:
http://bakues.az 👈

BakuES

06 Nov, 10:22


❗️Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

BakuES

04 Nov, 20:08


🤔

BakuES

04 Nov, 19:48


❗️İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.

BakuES

04 Nov, 19:31


Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçən iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatının təsdiqi barədə məktubda verilmiş viza keçidi, ya da Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı “COP29 Xüsusi Viza” üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd kimi nəzərə alınacaq.
Qeyd olunub ki, “COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan ərazisində 30 günə qədər qalmaq imkanı verir.

BakuES

04 Nov, 19:01


❗️Valideyn məsuliyyətsizliyi...

Hadisə Tbilisi prospektində baş verib.

Qeyd edək ki, görüntü sosial şəbəkə paylaşılıb


http://bakues.az

BakuES

04 Nov, 18:31


❗️Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayev küçəsi 20 ünvanında yerləşən 9 mərtəbəli binanın tol və qırdan olan dam örtüyü yararsız vəziyyətdədir.

Bakues.az -ın “Qaynar Xətti”nə daxil olan şikayətə görə, sözügedən ərazidə 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, mənzil 17-də yaşayan sakin binanın dam örtüyünün baxımsızlığı nəticəsində evinin su içində olmasına etiraz edib.

Onun sözlərinə görə, binanın dam örtüyünə vurulan tol heç bir işə yaramır. Binanın 9-cu mərtəbəsindən 1-ci mərtəbəsinə kimi hər yeri su basır:

“Əgər binanın damında tolun altına yığılan su problemi həll olunarsa, ən azı 9 ailənin evini su basmayacaq. Bələdiyyəyə dəfələrlə müraciət etmişik. Bələdiyyədən baxış üçün gələn şəxslər dam örtüyünə baxıb gedirlər. Yəni, heç bir tədbir görmürlər. Bundan başqa, Mənzil-Kommunal Təsərrüfat Birliyi və Xətai Rayon İcra Hakimiyyətinə problemimizi bildirmişik. Müvafiq orqanların hər biri məlumatlı olsa da, problemin həllinə laqeyd yanaşırlar”.

Şikayətçi bildirib ki, xüsusən də yağışlı havalarda bina sakinləri daha çox çətinliklə üzləşirlər.

BakuES

04 Nov, 16:46


❗️İnstagramda izlədiklərinizi gizlədə biləcəksiniz

Ətraflı Web Saytımızda: http://bakues.az 👈

BakuES

04 Nov, 15:45


❗️Aeroport yolu və Zabrat yolu istiqamətində uzun tıxac yaranıb

Bəs siz olduğunuz ərazidə hal-hazırda tıxac varmı❓️

BakuES

04 Nov, 15:19


❗️“Komsomol” ərazisində aşan ağac yolu bağladı

BakuES

04 Nov, 15:10


❗️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

BakuES

04 Nov, 14:37


SORĞU Taksi tapmaqda çətinlik çəkirsiniz?

BakuES

04 Nov, 14:14


❗️Astara rayonunun Pensər kəndində yaşayan 18 yaşlı S.M. özünü asaraq həyatına son qoyub.

Onun meyitini yaxınları evdə asılı vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

BakuES

04 Nov, 13:06


❗️Uşaqpulu bərpa oluna bilərmi?

AÇIQLAMA BURADA 👈

BakuES

04 Nov, 12:27


Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə yeni nümayəndə təyin olunub.

Bakues.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə İlqar Həsənov təyinat alıb. O, icra nümayəndəsi vəzifəsində Eldəniz Cəfərovu əvəzləyib.

Qeyd edək ki, İlqar Həsənov əvvəllər də Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb. Bir neçə il əvvəl isə vəzifəsindən azad olunmuşdu.

Xatırladaq ki, İlqar Həsənov Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun əmisi oğludur.(Demokrataz)

BakuES

04 Nov, 12:01


❗️DSX: İrandan Azərbaycana 16 kq nark*tikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bakues.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin)  aşkar olunaraq götürülmüşdür
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BakuES

04 Nov, 11:30


❗️🇦🇿🇮🇷Xəzərdə Azərbaycan və İran Hərbi Dəniz qüvvələrinin birgə təlimi keçirilib.

BakuES

04 Nov, 11:16


❗️🌤 Sabahın havası:

📍 Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün 2-ci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

☀️ Temperatur gecə 6-9°, gündüz 11-14° isti olacaq.

📍 Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

☀️ Temperatur gecə 5-8°, gündüz 13-18° isti olacaq.

BakuES

04 Nov, 11:00


❗️🇦🇿Zəfər parkından yeni görüntülər.

BakuES

04 Nov, 10:48


❗️Paytaxt əhalisi 9 ayda 25 milyard xərcləyib.

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

02 Nov, 19:38


❗️İspaniyanın Valensiya şəhərində baş verən sel daşqınları səbəbilə ölənlərin sayı 211-ə çatıb.

Şəhərə elektrik verilişi hələ tam bərpa edilməyib. Nəqliyyat iflic vəziyyətdədir, qida qıtlığı yaşanır.

Hökümət itginləri tapmaq və şəhəri təmizləmək üçün ordunu bölgəyə göndərib, ölkənin hər yerindən insanlar yardıma gedir.

BakuES

02 Nov, 19:02


❗️Ötən gün açılan "28 may" parkının son vəziyyəti

BakuES

02 Nov, 18:37


Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.
Hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi  xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.

BakuES

02 Nov, 17:41


❗️Tovuzda toydan qayıdanlar qəzaya düşdü, xəsarət alanlar var

Tovuz rayonunda yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hadisə zamanı 4 - nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə rayonun Alakol kəndində qeydə alınıb.Hərəkətdə olan "Chvrolet"markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb.Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.Məlumata görə qəzaya düşən bəy avtomobili olub.Toyu olan bəydə xəsarət alıb.

BakuES

02 Nov, 17:22


❗️Gəncədə qətl hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 44 yaşlı Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 53 yaşlı Nəsimi Mustafayev saxlanılıb.

BakuES

02 Nov, 16:22


Bakıda aşan ağac maşınlara ziyan vurdu

BakuES

02 Nov, 15:41


Bakıda 8 Noyabr prospektində inşa olunan Zəfər Parkı

BakuES

02 Nov, 15:31


Şahdağ Milli Parkı, Qaranohur gölü

BakuES

02 Nov, 14:34


❗️“Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar yayılıb”.

Bu “AzInTelecom”un müvafiq açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu xəbərlər həqiqəti əks etdirmir və reallığa uyğun deyil:

“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur.

İctimaiyyətin düzgün məlumatlandırılması üçün yalnız rəsmi mənbələrdən əldə edilən informasiyalara istinad edilməsi tövsiyə olunur”.

BakuES

02 Nov, 13:55


Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

BakuES

02 Nov, 13:24


🇦🇿🕌 Şuşanın Daşaltı kəndində inşa olunacaq yeni məscid belə görünəcək:

BakuES

02 Nov, 12:43


DİQQƏT❗️Noyabrın 3-də saat 11:00-dan 14:00-dək bu yollar bağlı olacaq.

BakuES

02 Nov, 12:00


❗️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Bu barədə qurumun yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır", - deyə məlumatda vurğulanıb.

BakuES

02 Nov, 10:53


❗️Bakıda bu yollar altı gün bağlı olacaq – 31 marşturun hərəkət istiqaməti dəyişdirilir

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

02 Nov, 10:40


🇦🇿🇦🇿🇦🇿

BakuES

02 Nov, 09:48


🌨Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

BakuES

02 Nov, 09:33


❗️Fantastik qiymətə maşın nömrələri – 55 min dollara

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

BakuES

02 Nov, 08:59


❗️Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi Bulvar küçəsinin kəsişməsidə təmir işləri aparılır. Nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən mərkəz istiqamətində qısamüddətli məhdudiyyət tətbiq edilib.

BakuES

02 Nov, 07:34


❗️İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb

Ətrafll Web Saytımızda: http://bakues.az 👈

BakuES

02 Nov, 07:13


❗️"E-manat"dan oğurluq edən şəxs saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə törətdiyi oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Bakues.az" -a verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümümilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.

R.Məmmədyarov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.