Ey dil-şeir
➖➖➖➖➖
╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯
➖➖➖➖➖
✍ Şair ✍ Kərbəlayi Mahir
➖➖➖➖➖
Sözləri:
Nə vaxdır gözlərim yollardadır şamü-səhər ey dil,
Gətirsin Yaridən bir adəm övladı xəbər ey dil.
Xəbər ki gözləyirdim yaridən, yarın özü gəldi ,
Cəmalın görcəyin getdim özümdən bixəbər ey dil.
Gəlincə ol dilara zənn qıldım ki özüm gəldim,
Onun eşqiylə gördüm qalmayıb məndən əsər ey dil.
Əgər ol piri kən'an çöhrəsin görsəydi bir anlıq,
Edərdi imtina Misrin Əzizindən pedər ey dil.
Gözəllik nə gözəllik vəsf etməkçün dil acizdir,
Edir qibtə gözəlliyinə bədirlənmiş qəmər ey dil.
Edərdi kuyinə qurban Xəlil qurbanını Billah,
Ona gər qismət olsaydı sala yarə nəzər ey dil.
Əgərçi Mahirə xas bəndəlik adı nəsib olsa,
O Dilbərdən yəqindir ki alar ismi nökər ey dil.
✍️ Nohələr aləmi✍️
╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯