İslami Əxlaq @gundelik_exlaq_dersleri Channel on Telegram

İslami Əxlaq

@gundelik_exlaq_dersleri


Həqiqətən, sən (ya Muhəmməd) böyük bir əxlaqa maliksən. Qələm surəsi, ayə 4.

İslami Əxlaq Channel (Azerbaijani)

İslami Əxlaq kanalında, günlük əxlaq dərsləri ilə öz mənəvi inkişafınızı gücləndirin. Kanalda yer alan mətnlər və məsləhətlər, Qurani-Kərimdən və Peyğəmbər efendimizin sünnetlərindən istifadə edərək, həyatınızı daha mənasız və mürəkkəb etməyə kömək edəcəkdir. İslami Əxlaq kanalı, hər bir müsəlmanın günlük həyatında mövcud olan problemlərə ibadətə, mərguba, ailəyə və digər məsələlərə qarşı doğru və əxlaqi yanaşması üçün bir mənbə olmağı məqsəd edinir. Kanalda paylaşılan mətnlər, həyatın hər bir sahəsində doğru yolu tapmaq və Peyğəmbərin əxlaqına uyğun həyat sürmək istəyən hər kəs üçün dəyərli məsləhətlər təqdim edir. İslami Əxlaq kanalına abunə olaraq, həyatınızdakı mənfi əlaqələri pozitivə çevirmək və daha əxlaqli bir insan olmağa doğru güclü bir addım atmağa başlayın. Qurani-Kərimdən və Peyğəmbərimizin sünnetlərindən ilham alaraq, həyatınızı daha mənasız və mürəkkəb etməyə kömək edin.

İslami Əxlaq

20 Feb, 18:19


Əllamə Həsənzadə Amuli (r):

“Pis niyyət hərçənd əməl mərhələsinə çatmasa və fiqhi cəhətdən cəzası olmasa da və təzir və hədd ilə nəticələnməsə də belə, ruha və cana təsir qoyur. Pis niyyət insanı qaraldır”.

@sebabpress_az

İslami Əxlaq

20 Feb, 16:39


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

19 Feb, 18:33


✍️Ayətullah Muctehidi Tehrani

🌷 "Hədisdə vardır ki, öz xəstələrinizi sədəqə verməklə müalicə edin. Qədimdə xəstə olan zaman dərmanların qiymətini əczaxanadan öyrənib, o miqdarda pulu sədəqə verərdilər.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

19 Feb, 16:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

18 Feb, 20:30


🌸🍃
🍃🌸🍃🌸🍃🌸🌸🍃
🍃🌸🍃🍃🌸🍃
🍃

Xüdpəsənd bir insan hikmət sahibinin yanında özünü tərifləyib deyirdi ki, mən üç dili tam mənimsəmişəm və bu üç dildə danışa bilirəm.

Hikmət sahibi ona:
- Bəs sən hansı dildə sükut edə bilirsən, - deyə cavab verdi.
🌸🍃
🍃🌸🍃

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

18 Feb, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

17 Feb, 19:36


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

17 Feb, 16:58


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

İslami Əxlaq

16 Feb, 19:31


Raket yağışı - azəricə alt yazılı

https://youtu.be/tLyXPaO5KEw?si=Pe-5SDI_S_w6mLEj

İslami Əxlaq

16 Feb, 13:24


"Ey əhli-aləm!" - Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Feb, 21:02


Həzrət Muhəmməd (s):

Məhdi (ə.f) məzlumun haqqını zalimdən elə alacaqdır ki, əgər bir şəxsin haqqı bir şəxsin dişinin dibində olsa da, alacaq və sahibinə qaytaracaqdır.

Yəvmul-xəlas. Cild-2.  Səh-600.

@sebabpress_az

İslami Əxlaq

14 Feb, 18:09


Ariflərdən biri şagirdinə buyurdu:
Dünyanı aldadın!

Şagird soruşdu: Necə?

Arif buyurdu: Dünyanın çörəyini yeyin, amma axirət üçün çalışın...

@sebabpress_az

İslami Əxlaq

13 Feb, 18:40


Bəşəriyyət aləminin xilaskarı İmam Məhdinin (ə.f) Mövludu günü münasibət ilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik!

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

13 Feb, 15:24


Şaban ayının 15 - ci gecəsinin əməlləri (Nimeyi Şaban) - Seyyid Elman

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Feb, 20:36


•HƏZRƏT ZEYNƏBİN (S) HƏYATI

(MƏHƏMMƏD İŞTİHARİDİ)

PDF Kitabxana

İslami Əxlaq

12 Feb, 19:51


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

11 Feb, 19:09


Allahın adı ilə

İman yalnız qəlbi inancla yekunlaşmır, insanda həqiqi iman ona (inanca) əsaslanaraq əməl etdiyi zaman yaranır.

Ayətullah Xamenei (həfizəhullah)

Quranda İslami təfəkkür tezisi, səh.28

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

10 Feb, 17:45


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

10 Feb, 16:48


🍁Ayətullah Behcət (r.ə)
🌺 Doğrudan insan bilsə və başa düşsə ki, bütün ruzi və məişətlər bir yerdəndir, nə qədər qəm-qüssəsi azalar.
Bir ata oğluna deyirdi: Ruzi qəmi yemə. Allah o xırdalığı və kiçikliyi ilə qarışqaya ruzi yetirir və heç bir vaxt ruzisi kəsilmir, ola bilərmi ki, bu böyük və əhəmiyyətli olan insanı yaddan çıxarsın və ondan qafil olsun?!

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

09 Feb, 20:28


Ustad Möhsin Qiraəti:

Üç şaxəli ox nə deməkdir?

Üç şaxəli ox bizim küçədə etdiyimiz əməllərdir, həmin bu hicabsızlığın üç şaxəsi var!

Bir şaxəsi budur ki, biz özümüz günah edirik
Bir şaxəsi budur ki, başqalarını günaha salırıq
Bir şaxəsi də İmam Zamanın (ə) qəlbidir ki, biz nişan almışıq!

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

08 Feb, 17:20


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İslami Əxlaq

08 Feb, 09:58


Allahın adı ilə

"Ölüm mömin üçün gülü iyləmək kimidir."

İmam Sadiq (ə)

Biharul-ənvar, c.58, səh. 136

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

07 Feb, 17:13


Hacəti olanlar üçün

https://youtube.com/@islamiexlaq?si=y9EZ_3Pb3LEPPjQZ

İslami Əxlaq

06 Feb, 19:50


•İMAM ƏLİ (Ə) KİMDİR?

(FƏZLULLAH KOMPANİ)

Bu kitab İmam Əli (ə) haqqında dilimizə ilk tərcümə olunan kitablardandır. Çox sadə dildə yazılıb. Kiril əlifbası ilə olsa da oxumağa dəyər. Xoş mütaliələr...

PDF Kitabxana

İslami Əxlaq

06 Feb, 10:09


Allahın adı ilə

"İnsan öz dininə və namazına ziyan dəyəcəyindən qorxduğu səfərə çıxmamalıdır."

İmam Əli (ə)

Biharul-Ənvar, c.10, səh.108, hədis 1

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

05 Feb, 17:45


Namazda hüzuri-qəlb tapmaq istəyirsənsə, az danış -
Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai
🍃🌸🍃

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

05 Feb, 10:52


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

04 Feb, 18:16


•AXİRƏT AZUQƏSİ

Müəllif: AYƏTULLAH MİSBAH YƏZDİ

İkinci cild

PDF Kitabxana

İslami Əxlaq

04 Feb, 14:54


Allahın adı ilə

Namazı əvvəl vaxtda qılınmağın üstünlüyü axirətin dünyaya olan üstünlüyü kimidir.

İmam Sadiq (ə)

Usuli-Kafi, c.3, səh.274

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

03 Feb, 14:20


Allahın adı ilə

Təqva həyatın bütün sahələrində təsirlidir!

Böyük amil olan təqva həyatın bütün sahələrində təsirlidir. Siz görün Quranda təqvadan nə qədər söhbət açılmışdır. Bunların hamısı ondan ötrü deyil ki, siz ölüb o biri dünyaya gedəndə Allah sizə savab versin. Xeyr! Təqva bu dünyanın həyatını idarə edir və bu həyatın düzgün idarəsi o biri dünyanı formalaşdırır. Təqvanın olmaması insanın diqqətsizliyinə bais olur. Diqqətsizlik isə insanı başı üstə yerə vurur.

Əmirəlmöminin (ə) təqvanı sözə baxan və nəcib bir ata bənzədir; sahibi ona minir, onu idarə edir və o at da heç bir problemsiz öz sahibini istədiyi yerə aparır. O, təqvanın qarşı tərəfi olan xətanı inadkar, dəcəl və sözə baxmayan bir ata bənzədir; sahibi ona mindikdə cilovu əlindən alır, onu istəmədiyi səmtə aparır və yerə çırpır.

Ayətullah Xamenei (həfizəhullah)

Əxlaq və Mənəviyyat, səh.116

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

03 Feb, 07:57


•AXİRƏT AZUQƏSİ

Müəllif: AYƏTULLAH MİSBAH YƏZDİ

Birinci cild

PDF Kitabxana

İslami Əxlaq

01 Feb, 15:56


Allahın adı ilə

Hicabınızı qoruyun. Bu ən mühüm məsələdir. Hicaba qarşı laqeyd olmayın. Həzrət Zeynəb (s.ə) kimi yanaşın ona. Hicab bədəninizi örtməyiniz üçündür. Bəzənib özünüzü nümayiş etdirməklə hicabın hörmətini aradan aparmayın.

Şəhid Əhməd Məşləb🌹

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

01 Feb, 12:36


Bu dünya ilə o dünyanın hesab kitabı fərqlidir

https://youtube.com/@islamiexlaq?si=y9EZ_3Pb3LEPPjQZ

İslami Əxlaq

31 Jan, 19:45


Həzrət İmam Əli (ə) buyurub:

Dünyadan uzaqlaşın ki, dünya bivəfa, məkrli və yalançıdır. Bəxş edən, amma eyni zamanda xəsisdir. Geyindirəndir, amma özü də soyundurandır (verdiyi şeyi sonra geri alandır).

(Nəhcül-Bəlağə, xütbə 230.)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Jan, 20:40


Ayətullah Behcət:

Gecə namazı tovfiqatın açarıdır.
Və Qurana davamlı baxmaq, gözlərin günahdan və xəstəliklərdən amanda qalmağının dərmanıdır.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Jan, 19:16


Bunu oxusan pulsuz qalmazsan...

İslami Əxlaq

29 Jan, 11:27


Allahın adı ilə

İNSANIN ÖZÜNÜ TANIMASI VƏ ÖZ ŞƏXSİYYƏTİNƏ QARŞI DİQQƏTLİ OLMASI.

İnsanı günahdan uzaqlaşdıran amillərdən biri də, onun öz şəxsiyyətini tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olmasıdır. Çünki günahlardan bir qismi insanın öz şəxsiyyətinə qiymət verməməsi nəticəsində baş verir. Misal üçün, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o bu işi üçün tənbeh olunur. Lakin o, qonaq qarşısında belə bir hərəkət etsə, tenbeh olunmur. Çünki ata və yaxud ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü bu stəkanı sındırdığına görə uşağı danlamaqla ucuzlandırmaq istəmir. Deməli, insan öz şəxsiyyətinə qiymət verərsə, özünü nəzarətdə saxlaya bilər.

Ayətullah Möhsün Qiraəti

GÜNAHŞÜNASLIQ, səh.179

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

28 Jan, 19:20


Allahın adı ilə

Mən and içən adam deyiləm. Amma sizə baxıram ürəyim yanır, məcburam and içim. And olsun Fatimeyi-Zəhraya (s.ə) xasiyyətiniz yumuşalmasa, incəlməsə mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz. Özünüzü boş yerə yormayın. Əgər gündə evdə bir neçə dəfə əsəbləşib zəhərə dönürsünüzsə o biri tərəfdən irfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə alınan şey deyil. Hədər yerə özünüzü yormayın.

Ayətullah Abdullah Fatiminiya (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Jan, 20:40


Əgər gecənin bir aləmi ixtıyarsız yuxudan oyansan, dərhal yatmağa tələsmə. Bil ki, bir mələk Allahın izni ilə səni yuxudan qaldırmışdır ki, bir-iki kəlmə Allahla söhbət edəsən. Əgər oyaq qalmaq sənə çox çətin gəlsə, heç olmasa qalxıb mələklərə bir salam ver sonra yenidən yat.

Ayətullah Behcət.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

26 Jan, 13:54


Allahın adı ilə

Təqva nədir və həyatın müxtəlif sahələrində təqvalı olmaq mümkündürmü? Təqva günahdan, xətadan, səhvdən, çirkinlikdən, yoldan yayınmadan və nəfsə itaətdən çəkinmək, düzgün vəzifə xəttinə könül verməkdən ibarətdir. Müxtəlif sahələrdə uğur qazanmaq üçün təqvalı olmaq lazımdır. Təqva hər bir uğurun şərtidir, yalnız dinə məxsus deyil, lakin dini təqva aydın, işıqlı, şirin və yaxşı aqibətlidir.

Ayətullah Xamenei (həfizəhullah)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

23 Jan, 16:04


Allahın adı ilə

İslam deyir ki, Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-ananı təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul edilməzdir. Biz sənin ağlının dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.

Mürtəza Mütəhhəri (r.ə)

"Kamil insan" kitabından

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

22 Jan, 20:09


"Namaz halında bəndəlikdən elə ləzzət alıram ki, dünyanın bütün çətinlikləri, fəqirlik və müşküllər da daxil olmaqla tamamilə yaddan çıxır."🍃

✍🏻Əllamə Qazi Təbatəbai (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

22 Jan, 06:14


Allahın adı ilə

Cəmiyyətin əsas dəyərləri.

İslamın əxlaq dəyərlərinə malik olmağın mənası budur ki, fəzilət, təqva, təmizlik, səbirlilik, qadağan olunmuş ehtiraslardan çəkinmək, hərislikdən, tamahkarlıqdan, dünyagirlikdən, haqsızlıqdan, mərdimazarlıqdan və pulpərəstlikdən çəkinmək, ixlasa, paklığa, zahidliyə və digər əxlaqi xislətlərə yiyələnmək cəmiyyətdə geniş yayılsın və əsas dəyərlər sayılsın.
İslami inkişafa doğru gedən bir cəmiyyət bu dörd şərtlə formalaşır, güclənir, möhkəmlənir, istedadlar çiçəklənir, yaxşılıq və xoşbəxtlik bulaqları çağlayır və İslam cəmiyyəti bütün xalqlar üçün gözəl örnəyə çevrilir.

Ayətullah Xamenei (həfizəhullah)

Əxlaq və Mənəviyyat kitabından

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

21 Jan, 19:49


Hər kəs 14 məsumdan birinə məhəbbət bəsləyərsə, bu məhəbbət ona kifayət edər. Bir şərtlə ki məhəbbətində sadiq (doğru) olsun."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

21 Jan, 07:25


Allahın adı ilə

Mərifət baxımından insan Allahı nə qədər yaxşı tanısa, öz nadanlığı, acizliyi və çarəsizliyini bir o qədər çox dərk edər. İnsan nöqsanlarını etiraf edərsə, təkəbbürdən uzaqlaşar. Başqa halda nəfs tuğyan edər və insan əxlaqi fəsadlara düçar olar... Layiqli bəndələr mərifətləri artdıqca, özlərini Allah qarşısında kiçik görürlər və onların həqiqi təvazösü yüksəlir. Həqiqi təvazö insanın qəlbində də özünü kiçik bilməsidir. Onlar özünü, yalnız zahirdə, xalqın gözü qarşısında təvazökar göstərmirlər. Əks hal nifaq və ikiüzlülükdür. Həqiqi təvazö, yalnız Allahın lütfü ilə müyəssər olur. Çünki, insan nəfsi azğındır və tez bir zamanda qürura düçar olur.

Ayətullah Misbah Yəzdi (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

20 Jan, 18:18


Gözünü naməhrəmə dikmə

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

19 Jan, 17:12


Şiə cəmiyyətinin, şiə məzhəbli müsəlman kişi və qadınlarının əksəriyyəti “Nəhcülbəlağə”dən məlumatsız və xəbərsizdirlər, onlar bu kitabdan – həqiqətdə kitabın mətnindən yox, onun mənasından uzaq düşmüşlər. Kitabın mətni bütün kitab mağazalarında doludur, amma kitabın mətləblərinin mənası, ondakı dərin məna və ali həqiqətlərin əsli əksəriyyət üçün əlçatmaz olub.

HƏZRƏT ƏLİ (Ə) HÖKUMƏTİNİN XÜSUSİYYƏTLƏRİ

NƏHCÜL-BƏLAĞƏ
(Yeddi xütbənin şərhi)

Ayətullah əl-üzma Seyid Əli Xamenei

PDF Kitabxana

İslami Əxlaq

18 Jan, 17:36


İŞİN TƏMƏLİ TƏŞKİLATDIR

🔹 Təbii ki, işin təməli təşkilatdır. Şübhəsiz, təşkilat olmayınca heç bir iş qurmaq olmaz. Habelə təşkilatı yaratmağa çox gecikmək də olmaz.

© İmam Xamenei
📚 "Təşkilat və təşkilatçılıq"

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

17 Jan, 14:46


Allahın adı ilə

Dost seçərkən bunlara diqqət et!

Ayətullah Möhsün Qiraəti

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

16 Jan, 19:44


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

16 Jan, 10:05


Allahın adı ilə

Nalayiq sözlər danışan dostan uzaq olmaq!

İbni Nöman deyir: «İmam Sadiqin (ə) bir dostu var idi. İmam çox vaxt onunla bir yerdə olardı. Bir gün bu dostu öz quluna dedi: «Ay haramzadə, harada idin?>>>

Həzrət dostunun bu sözünü eşidəndə o qədər narahat oldu ki, əlini qaldırıb zərbə ilə öz alnına vurub, dedi: «Subhanallah! Sən onun anasına zina töhməti vurursan?! Mən səni təqvalı bir şəxs bilirdim, amma indi görürəm ki, sənin təqvan yox imiş!>>>

İmamın dostu bunu eşidəndə ərz edir: «Sənə fəda olum! Bu qulun anası Hindistan əhalisindən və bütpərəstdir.» (Deməli, ona söyüş vermək olar)

İmam Sadiq buyurdu: «Sən bilmirsənmi ki, hər bir xalqın özünəməxsus evlənmək adəti vardır? Məndən uzaqlaş!>>>

Bu hadisədən sonra heç vaxt İmamı o dostu ilə bir yerdə görmədim.>>>

GÜNAHŞÜNASLIQ, səh.118

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Jan, 17:10


Əgər Allah bizi bu nizamlı və hesbalanmış dünyada tənha qoysaydı, beləliklə də yanlış düşüncə və əməllərimizin nəticəsi ilə baş-başa qalsaydıq, sürətlə məhv olardıq. Amma Allah min bir bəhanə ilə bizi bağışlayır və səhvlərimizi düzəltmək üçün pis əməllərimizin mənfi nəticələrinin qarşısını alır. Sanki, bir şəxs daima bizim üçün dua edir...

Əlirza Pənahian

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Jan, 07:58


Allahın adı ilə

Cəhənnəm və Behişt əhlinin düşdüyü yerdə əbədi qalmasının səbəbi

İmam Sadiq (ə) buyurur: "Cəhənnəm əhli ona görə həmişəlik Cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Behişt əhli ona görə həmişəlik Behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir."
Sonra Həzrət (ə) bu ayəni oxudu: "De: (Ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür."

GÜNAHŞÜNASLIQ, səh. 37 - 38

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

14 Jan, 14:56


Dünyanın acılığı axirətin şirinliyidir

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

13 Jan, 18:06


Rəcəb ayında nə edək soruşmayın, nə etməyək soruşun. Günah etməyin...

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

13 Jan, 15:05


Allahın adı ilə

İmam Əli (ə) sevgisi-Ustad Əlirza Pənahiyan

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Jan, 05:50


Allahın adı ilə

Məhəbbət və ədavət

Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, imam Sadiq (ə) buyurur:

"Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil."

Deməli, insandakı bu iki xüsusiyyət İslam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yəni İslam dininin əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır).
Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:

Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə, daha onu qovmaq fikrindən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.
Başqa bir misal: Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü, hətta küçədə də təqib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli, onun bir toyuğa olan istəyi bura kimi idi.
Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə, daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.
Amma, yırtıcı bir heyvan, körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.
Yuxarıda çəkdiyimiz misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, həmçinin bunların insanın həyatında nə qədər təsirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də, nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. Məhəbbət və nifrət insanın gördüyü işlərdə yüksək təsir qoyduğu üçün İslam dini də onların öz qanunları əsasında formalaşmasına çalışır.

GÜNAHŞÜNASLIQ, səh. 38, 39 və 40

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

11 Jan, 13:16


Allahın adı ilə

Ən üstün zikr budur - Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

10 Jan, 05:56


Allahın adı ilə

"Allah Qaimin (ə.f) əli ilə ölmüş yer üzünü yenidən dirildib canlandıracaq, sonra müşriklərin xoşuna gəlməsə də, haqq dini digər dinlərə qalib edəcək. Onun üçün bir qeyb dövrü olacaq ki, bəziləri dindən dönəcək, bəziləri isə sabit qalacaqlar. Bilin ki, qeyb dövründə təkzib və əziyyətlərə səbir edənlərin mükafatı Rəsulullahın (s) yanında qılıncla cihad edən mücahidlər kimidir."

İmam Hüseyn (ə)

("Kamalud-din", c. 1, fəsil 30, hədis 3, səh.584.)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

09 Jan, 06:40


Allahın adı ilə

DÜŞÜNCƏ SAĞLAMLIĞI

İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə, pis dünya görüşünün nəticəsi də zay məhsul olar.
"Qəsəs" surəsinin 83-cü ayəsində oxuyuruq: "Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər. Gözəl aqibət də təqvalılara məxsusdur."

Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad haqqında fikirləşməyin belə günah olduğunu görərik.
İmam Əli (ə) buyurur: "Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə (və bunu özünə fəxr bilsə), bu ayə o kəsə şamildir."¹

Həzrət (ə) başqa bir hədisdə belə buyurur: "Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər."

Bu barədə İsa peyğəmbər (ə) "Həvariyyun" adlanan səhabələrinə belə buyurur: "Mən sizə əmr edirəm ki, ruhunuz da belə zinadan uzaq olsun (zina fikri etməyin), nəinki zina edəsiniz."
Çünki öz fikrini zina etmək fikri ilə bulaşdıran şəxs rəngli bir otaqda od yandıran bir şəxs kimidir. Belə ki, odun hisi otağın divarlarını qaraldacaqdır. Yəni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır.

¹"Cəvamiul-cami", Əbu Əli Fəzl ibn Həsən Təbərisi. Sözü gedən ayənin izahında.


GÜNAHŞÜNASLIQ, səh. 40 - 41

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

08 Jan, 17:09


Allahın adı ilə

Allahın nəzərində olan üç dəstə:

1. Özü və ailəsi üçün narahat olanlar;

2. Özü, ailəsi və qohunları üçün narahat olanlar;

3. Özü, ailəsi, qohumları və bütün insanlar üçün narahat olanlar.

Belə bir söz vardır: "Nəfəs alırsansa demək ki, yaşayırsan amma, başqalarının dərdin çəkirsənsə demək ki, insansan".
İslami təlim bizə 3-cü dəstədən olmağı aşılayır!

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

08 Jan, 07:44


Allahın adı ilə

Cənnət həyatı-Ayətullah Cavadi Amuli.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

07 Jan, 19:50


Ziyalı şəxs, yiyələndiyi elmdən əlavə, həqiqətləri düzgün tanımalı və öz zamanını düzgün təhlil etməyi bacarmalıdır. Düzgün təhlil qabiliyyəti olmayan savadlı şəxs, bacarıqsız alimdir.

Pənahian.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

07 Jan, 16:37


1973-cü ildə İraqın Nəcəf elmi hövzəsində bir qrup alimin görüşünün nadir fotoşəkili

Fələstinə dəstək məqsədilə İmam Əlinin (ə) məqbərəsinin yuxarı həyətində keçirilən məclisdə İraq və Fələstin liderlərindən çoxlu şəxslər iştirak edib.

Soldan sağa:

1- Ayətullah Xoyinin böyük oğlu Seyid Cəmaləddin əl-Xoyi (Allah ona rəhmət eləsin)
2- Nəcəf elm hövzəsinin rəhbəri Ayətullah Seyid Əbu əl-Qasim əl-Xoyi (Allah ona rəhmət eləsin)
3- Kərbəla valisi Seyid Əbdülrəzzaq Əl-Həbubi (Allah ona rəhmət etsin)
4- Şəhid Seyid əl-Müstənbir (Allah ona rəhmət etsin)
5- Şəhid Muhəmməd Baqir Əs-Sədr (Allah ona rəhmət etsin)
6- Ayətullah Seyid Əli əl-Hüseyni Sistani (Allah ona uzun ömür versin)
7- Şəhid Şeyx Məhəmməd Təqi əl-Cəvahiri (Allah ona rəhmət etsin)

İslami Əxlaq

07 Jan, 16:29


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

İslami Əxlaq

06 Jan, 16:49


Allahın adı ilə

Nəfsin islahı üçün ən yaxşı yol nədir?!

Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

05 Jan, 17:05


Allahın adı ilə

"Allah-taala mömini, onun yoldaşını və övladlarını da sevir. Allah dərgahında ən gözəl şey kişinin yoldaşı və övladları ilə bir süfrə arxasında yemək yemələridir. Onlar bir yerdə süfrə arxasında toplaşsalar, Allah onlara öz rəhmət gözü ilə baxar və süfrədən hələ durmamış onları bağışlayar".

Peyğəmbər (s.ə)

Tənbihul-Gafilin, səh. 343

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

04 Jan, 10:54


Allahın adı ilə

Qırx addımın sorğu-sualı

"Müfəzzəl deyir: İmam Sadiqin (ə) hüzuruna getdim. İmam mənə buyurdu: Mədinəyə kimlə gəlmisən? Dedim: Qardaşlardan biri ilə. Buyurdu: İndi o hardadır və nə edir? Dedim: Mən Mədinəyə daxil olanda o, işinin arxasınca getdi və indi harda olduğunu bilmirəm. Buyurdu: Məgər bilmirsən ki, möminlə qırx addım getsən, onun sənin boynunda haqqı var? Allah qiyamətdə bu haqda bəndələrindən soruşacaq".

"Biharul-ənvar", c. 71, səh. 159.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

03 Jan, 07:11


Allahın adı ilə

Namazın əvvəl vaxtı qılınması

Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

02 Jan, 16:25


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

02 Jan, 14:50


Rəğaib gecəsinin fəziləti - Seyyid Elman

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

02 Jan, 05:34


Misbah Yəzdi

İslami Əxlaq

01 Jan, 21:14


İMAM ZAMAN AĞANIN İNAYƏTİ

Ayətullah Behcət(r.ə)buyurur :"Hər kəs" İxlas"surəsini oxuyub İmam Zaman ağaya hədiyyə etsə, ömrü bərəkətli olar və O Həzrətin xüsusi nəzərində olar. "

Behcətin hüzurunda

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

31 Dec, 17:07


Rəcəb ayının fəziləti və əməlləri- Seyyid Elman

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

31 Dec, 15:13


Allahın adı ilə

Nə vaxt tövbə edəcəksən?

Allah yanında tövbəkar cavandan daha sevimli bir kəs yoxdur! Ey cavan məzar daşlarına diqqət eləmisən? Onların çoxları bir vaxt cavanlar idi ki, deyirdilər tövbə üçün hələ tezdir!

Ayətullah Müctehidi Tehrani (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

30 Dec, 14:55


Ayətullah Cavadi Amuli.
Əsas odur ki, O (ə.f) bizi görsün nəyinki biz Onu.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Dec, 17:43


Allahın adı ilə

Bir nəfər ağa Bəhcətdən soruşdu: Niyə biz İmam Zamanı (ə) görə bilmirik? Ağa buyurdu: Qalx arxanı çevir mənə. Həmin şəxs qalxıb arxasını çevirdikdən sonra, ağa dedi, indi məni görə bilirsən? Həmin şəxs dedi yox. Ağa buyurdu, bax, İmamada (ə) belə arxa çevirdiyiniz üçün Onu görə bilmirsiniz.

http://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

28 Dec, 19:49


Sual:

Cənnətdə olanlar dərəcə və mərtəbələrinə görə fərqli olmalarına rəğmən necə olur ki, bir-birinə həsəd aparmırlar?

Cavab:

Cənnətin mərtəbələri eyni ilə insanın qamətinə uyğun biçilmiş libas kimidir. Boyu balaca adam heç vaxt ucaboy adamın libasına həsəd aparıb deməz ki, niyə mənim paltarım onunku kimi uzun deyil.

#Ayətullah Behcət

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Dec, 19:51


Ayətullah Behcət (r.ə):

Namaz şirin limon kimidir. Nə qədər əvvəl vaxtından sonraya qalar, o qədər acılaşar.
Hər kim namazı gecikdirməyə adət edə, özünü yaşayışında ki, gecikmələrə hazırlasın. İş tapmaqda gecikmək, evlənməkdə, sağlamlıqda və s...

Nə qədər namazın nizamlı olsa, işlərin də o qədər nizamlı olacaq.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Dec, 16:31


Yezidi lənətləyənlər, niyə zəmanə Yezidlərini lənətləmirsiz?!...

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Dec, 11:29


Şəhriyarın Əli ey hümayi rəhmət şeirində belə bir misra var;

Yeri, döy Əli qapısın, odur, ey gedayi-miskin,
Kərəmiylə padişahlıq üzüyü verən gədayə.

Bir alim deyir ki, bu, naqisdir. İmam özü gedib qapıları döyürdü, gərək o bənd belə olardı;

Gedib ey gedayi-miskin döymə sən Əli qapısın
O özü döyür qapını, kərəm eyləyir gədayə...

#ədəbiyyat

İslami Əxlaq

26 Dec, 15:45


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

İslami Əxlaq

26 Dec, 15:09


Allahın adı ilə

Hər kimlə ünsiyyət və dostluq qurursunuzsa, Allaha xatir dostluq qurun. Hər kimlə əlaqəni kəsirsinizsə, Allaha xatir kəsin.

İmam Əli (ə)

Ğurərul-hikəm, hədis 10120

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

25 Dec, 19:21


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

24 Dec, 18:13


Allahın adı ilə

Gündə 10 dəqiqə mütaliə

Ayətullah Misbah Yəzdi

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

24 Dec, 17:22


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

23 Dec, 19:33


Allahın adı ilə

Həmişə deyərdi:

Yatmazdan əvvəl bu duanı oxuyun:

" Əllahumməğfirliyəz zunubəlləti tuhrimuniyəl Huseyn"

(İlahi, Bizi İmam Hüseyndən (ə.s) məhrum edən günahlarımızı bağışla.)

Şəhid Məhmud Kave 🌹

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

23 Dec, 16:52


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İslami Əxlaq

22 Dec, 18:06


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

22 Dec, 06:49


Xanımlarımız Həzrət Zəhra (s.ə) haqda daha çox məlumatlanmalıdırlar - Ayətullah Misbah Yəzdi

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

21 Dec, 05:28


Kim sübh azanı vaxtı yuxuda olsa ruzisi azalar

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

20 Dec, 12:50


Allahın adı ilə

Əgər əxlaq adı altında təbliğ olunan İslam sizi zalımın zülmünə boyun əyməyə dəvət edirsə, bu əxlaq yox əsarətdir. Həqiqi əxlaq insanı zalıma qarşı üsyankar etməlidir...

Ustad Əlirza Pənahiyan.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

19 Dec, 06:05


Allahın adı ilə

"Ananın haqqı olaraq bil ki, səni elə yerdə (bətnində) saxlayıb ki, başqası saxlamazdı, başqalarının sənə heç vaxt vermədiyi canının meyvəsini verib, bütün vücudu ilə qulağı, gözü, əlləri, ayaqları, saçları, dərisi və sevinci ilə səni qoruyub. Sənə görə çətinliyə, qəm-qüssəyə və nigarançılığa səbir edir... Bütün bu sevgisi və zəhməti müqabilində ona təşəkkür etməlisən. Ancaq bil ki, yalnız Allah kömək etsə, onun şükrünü edə bilərsən".

İmam Səccad (ə).

Hüquq Risaləsi (ata və ananın haqqı bölməsi)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

18 Dec, 06:14


Allahın adı ilə

"Allah həc, cihad və ya təhsildə öz ərinə yardım edən hər bir qadına Əyyubun həyat yoldaşına verdiyi mükafatı verər".

Peyğəmbər (s).

Məkarimul-Əxlaq, c. 1, səh. 439

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

17 Dec, 06:05


Allahın adı ilə

"Yaxşı və layiqli ailələrlə qohum olun, çünki damar və kökün təsiri var".

Peyğəmbər (s).

Məkarimul-Əxlaq, c. 1, səh. 432, hədis. 1474

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

16 Dec, 14:46


Evlənəndə yüzdə yüz mükəmməl həyat yoldaşı axtaranlar dinləsin

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Dec, 08:18


Allahın adı ilə

Xəstəyə xidmət etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Əllamə Təbatəbai (r.ə) buyurmuşdur: "Mən, bütün gecə namazlarımın savabını bir gecə xəstəyə qulluq etməyin savabı ilə dəyişməyə hazıram".

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

14 Dec, 16:23


•Namaz

(İmam Xamenei)

Bu kitab cəmi 40 səhifədir. 15 dəqiqə ərzində mütaliə edib bitirə bilərsiniz. İmam Xamenei cənablarının namaz barədə çıxışları bu kitabda bir yerə toplanıb. Xoş mütaliələr...

T.me/pdf_dini_kitablar

İslami Əxlaq

13 Dec, 06:05


Allahın adı ilə

Əgər bəşər öz cisminə əhəmiyyət verdiyi qədər ruhuna da əhəmiyyət versəydi, heç bir qəm-qüssə qalmazdı. Amma, çox təəssüflər olsun ki, bəşər fəqət cisminin xeyrinə olanların dalınca gedir və ruhundan ayrı düşür. Cismdən daha çox ruha əhəmiyyət verin!

Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Dec, 18:18


İmam Rza (ə) buyurub:

"Bir kəs Allahın zikrin deyə, amma Allaha müştaq olmaya, özünü məsxərə etmişdir"

Şövq qəbul olmağın əlamətidir.
Ps:
Əgər görsəniz ki, neçə il namaz qılmağınıza baxmayaraq, səfərdə 4 rükətli namazların 2 rükət olmağına sevinirsinizsə, məlum olur ki, namazı sevmirsiniz.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Dec, 15:58


Ayətullah Mərəşi Nəcəfi

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

11 Dec, 06:27


Allahın adı ilə

Sevdiyiniz insan səhv edibsə, çalışın o səhvi onun həyatından çıxardın, onu həyatınızdan deyil. Düşüncəli bir insan əli toza batanda əlini kəsib atmır, o tozu əlindən təmizləyir.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

30 Nov, 20:02


Vacibatı yerinə yetirmək və haramları tərk etməyi nəzərə alaraq ən asan iş salavat göndərməkdir. Salavat məhəbbət gətirir və məhəbbət insanı yuxarı (ali məqamlara) aparır.

📚Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

30 Nov, 16:45


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

İslami Əxlaq

30 Nov, 10:59


İshaq (ə) peyğəmbər İsmayıl (ə) peyğəmbərin nəyi idi?

@toplu_admini

İslami Əxlaq

29 Nov, 19:09


"Hər nə qədər namazların nizamlı və əvvəl vaxta olarsa, yaşayışın da nizama düşəcək. Bilmirsən ki, qurtuluş və səadət namaz ilə birlikdədir?"

Ayətullah Bəhcət (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

28 Nov, 19:51


📸 İmam Xomeynidən niyə evinə kondisioner almadığını soruşdular. Buyurdu ki, əgər bütün millət kondisioner ala bilsə, mən də alaram...

Allah ruhunu şad eləsin...

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

28 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

İslami Əxlaq

27 Nov, 20:14


Ağacdan yerə düşən bir yarpağın aləmdə təsiri vardır. Necə fikirləşirsiniz, günah etmək aləmdə təsirsiz olacaq???

Əllamə Təbatəbai (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Nov, 17:59


Allahın adı ilə

Ruhun qidası

"İnsanın ruhunun da onun bədəni kimi qidaya ehtiyacı var. Necə ki, vücud qida qəbul etməsə arıqlayar, ruh da əgər qida qəbul etməsə, arıqlayıb zəifləyər və əgər bu qida çatışmazlığı sonsuza qədər davam edərsə, ruh ölər. Təbii ki, ruhun qidası buğda, düyü və bu qəbildən olan şeylər deyil, bəlkə ruhun qidası elm, sevgi, ümid və imandır".

Mürtəza Mütəhhəri (r.ə)

Hikmətlər və nəsihətlər", c.2, səh.148

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

26 Nov, 16:09


"Əgər insanlar qəbrlərdə nə baş verdiyini bilsəydilər, hətta bir günah belə etməzdilər."

İmam Əli (ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

25 Nov, 15:16


Allahın adı ilə

Bəzi günahlar o qədər uğursuzluq gətirir ki, bəzən insanı tövbədən də məhrum edir. O günahlar bunlardır: Abır aparmaq, mömini camaatın gözündən salmaq, ağvalideyn olmaq, bilərəkdən namaz qılmamaq.

Ayətullah Fatiminiya (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

24 Nov, 09:27


Allahın adı ilə

Peyğəmbər (s) buyurub:

"Bir dirhəm sədəqə, on gecə müstəhəb namazdan üstündür".

"Kəlimeyi-təyyiba", səh. 427.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

23 Nov, 20:45


✍️ Həzrət Ayətullah Əbdulkərim Kəşmiri (r)

🔹 "Mə'rifət yolunda zəhmət çəkmək və bu yolda sabitqədəm olmaqla məqama çatmaq olar. Tənbəllik ilə heç kəs bir yerə çata bilməz."

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

23 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

22 Nov, 18:27


✍️Ayətullah Muctehidi Tehrani

🌷 "Hədisdə vardır ki, öz xəstələrinizi sədəqə verməklə müalicə edin. Qədimdə xəstə olan zaman dərmanların qiymətini əczaxanadan öyrənib, o miqdarda pulu sədəqə verərdilər."

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

22 Nov, 17:24


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

21 Nov, 17:42


✍️ Həzrət Ustad Fatiminiya

(Görürsən biri) oturub səcdədə hey təkrar edir :

🌸 Ya ərhəmər rahimin.

🌸 Ya əkrəməl əkrəmin.

🌟 Dua kitabın bağlayır, Gəlir arvad-uşaqlarının yanına.

👉 Baxırsan ki, evdə nə qədər quru və tünd xasiyyətdir (qaş-qabaqlıdır).

😟 Belə adamın duası qəbul deyil !

https://t.me/kelamlardan

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

21 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

İslami Əxlaq

21 Nov, 11:00


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

İslami Əxlaq

21 Nov, 09:01


Ayətullah Cəfər Subhani-Əbədiyyət Nuru

Qurani-Kərimdə Allah-Təala Həzrət Muhəmmədi (s) insanlara gözəl bir örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.” (Əhzab surəsi, ayə-23). İslam dini Allahın göndərdiyi dinlər arasında sonuncusu və ən mükəmməli olduğu üçün bu dinin banisinin həyatı da digər peyğəmbərlərin həyatı ilə müqayisədə daha geniş şəkildə tədqiq edilmişdir. Təsadüfi deyil ki, orta əsr müsəlman tarixçiləri o həzrətin həyatındakı bütün xırdalıqları da qələmə almış və onu nəsildən-nəsilə çatdırmışlar. Bununla əlaqədar olaraq Peyğəmbərin (s) həyatını özündə əks etdirən onlarla kitab yazılmış, hətta onların bəzisi bir çox qərb dillərinə də tərcümə edilmişdir. Belə əsərlər arasında Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” əsəri özünəməxsus yer tutur.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün KİTABXANA kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...

İslami Əxlaq

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

20 Nov, 06:42


Allahın adı ilə

Keçmiş alimlər haram qidalardan ciddi şəkildə çəkinirdilər. Yemək imanda, küfürdə, insanın yaxşı ya pis işlər görməsində böyük rol oynayır.

Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

19 Nov, 11:20


Allahın adı ilə

"Hər şey Allahın əlindədir. Bizim çətinliklərimizin səbəbi Allahdan uzaq düşməyimizdir. Biz gərək ixlasla Allaha itaət edək Allahın bizim üçün təyin etdiyi qəza və qədərə razı olaq. Bilin ki, xeyir və bərəkətimiz bundadır".

İbrahim Hadi 🌹

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

18 Nov, 20:06


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

18 Nov, 13:31


Peyğəmbərlə (s) çiynində dolça olan
cavanın dastanı

Höccətül-İslam Əlirza Pənahian

İslami Əxlaq

17 Nov, 20:12


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

17 Nov, 17:38


Təbrizli xeyriyyəçi qadın: Rəhbərə canım fəda

https://youtu.be/jXYA7bsn_2E?si=mhGGjLiMoAMgYnnO

İslami Əxlaq

16 Nov, 19:37


Dayanma! Qaç!

Dünya mö'minin zindanıdır.
Gərək bu təbiət aləmindən mələkut aləminə seyr (səfər) edəsən.
Əgər Allaha tərəf səfər etmək qəsdin varsa, sürətlə hərəkət et! Dayanma! Necə ki, Allah Təala Özü Qur'anda buyurur: "Allaha tərəf sürətlə qaçın!"
(Zariyat surəsi, ayə 50)


Höccətul İslam Əli Firuği

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Nov, 20:05


🔹İnsanın bir sərmayəsi vardır ki, bu sərmayə ilə mələkut aləmini müşahidə edə bilər. Düşünməyin ki, bu məqam fəqət peyğəmbər və imama məxsusdur.

#Həzrət Əllamə Həsənzadə Amuli

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Nov, 06:23


Allahın adı ilə

İmam Baqir (ə) buyurub:

"Həqiqətən, Allah-təala buyurur ki, izzətimə, cəlalıma, əzəmətimə və uca məqamıma and olsun, əgər bir bəndə mənim istəyimi öz istəyindən üstün tutsa, onun bütün ehtiyaclarını öhdəmə götürərəm. Yer və göy onun ruzisinə zamindirlər. Mən müxtəlif yollarla onun ruzisini yetirərəm".

"Vəsailüş-şiə", c. 15, səh. 278".

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

14 Nov, 20:29


Əgər həyatda uğur qazanmaq və yaşayışınızdan ləzzət almaq istəyirsinizsə, ata-ananıza yaxşılıq edin.

Ayətullah Muctehidi (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

13 Nov, 07:06


Allahın adı ilə

Əllamə Təbatəbai:

İmam Əlinin (ə) vilayəti, o qədər vacib bir hökmdür ki, onu təbliğ etməmək, dinin bütün hökümlərini təbliğ etməməkdir. Ona etinasızlıq göstərmək isə onların hamısına etinasızlıq göstərməkdir. Elə bir hökümdür ki, onsuz din, ruhsuz, hissiz və hərəkətsiz bir cəsəd kimidir.

Əl Mizan. Tərcümə və təfsiri, cild, 6, səhifə 66.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Nov, 05:05


Allahın adı ilə

Ayətullah Cavadi Amuli deyir:

Əllamə Təbatəbaiyə dedim: Ağa! Bizə əxlaq dərsi deyin.

Əllamə dedi: əxlaq deyiləsi deyil, əməl ediləsidir.

İmam Sadiq (ə) buyurmuşdur:

“Camaatı dilinizlə deyil, əməllərinizlə (dinə) dəvət edin ki, onlar da sizi pərhizkar, (əməl və ibadətdə) çalışqan, namazqılan və xeyirxah görsünlər. Çünki (ən yaxşı) carçı elə budur.”

“Əl-kafi”, 2-ci cild, səh.78, hədis 14.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

11 Nov, 05:14


Allahın adı ilə

Əllamə Həsənzadə Amuli buyurur:

Böyük alimlərimizdən biri, dövrünün öz ustadlarından soruşduqda ki, gecə oyaq qalan insan üçün hansı zikr və hansı əməl yaxşıdır?

Cavabında demişdir: Gecənin qəlbində Quran oxumaqdan daha böyük zikr bilmirəm. Bütün hərfləri zikirdir.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

10 Nov, 13:26


Allahın adı ilə

Peyğəmbər (s):

"Övladlarınıza hörmət edin və onlara gözəl tərbiyə verin ki, günahlarınız bağışlansın".

Kənzül-Ummal, 45409-cu hədis

Övladların tərbiyə edilməsi kiçik iş deyil

İmam ailədə ananın rolunu önəmli hesab edirdi və uşaqların tərbiyəsinə olduqca əhəmiyyət verirdi. Bəzən zarafat edib «Deməli, qadın həmişə evdə qalmalıdır?>>- deyərdik. O isə deyərdi ki, siz evi, övladın tərbiyəsini kiçik iş hesab etməyin. Əgər kimsə bir nəfəri tərbiyə edə bilsə, onda cəmiyyətə böyük bir xidmət etmiş olar. İmam hesab edirdi ki, kişi xeylağı övlad tərbiyəsinin öhdəsindən gələ bilməz və bu iş ancaq qadına məxsusdur. Çünki qadının sevgisi daha çox olur və ailənin möhkəmliyi də sevgi üzərində qurulur.

Fatimə Təbatabai (İmamın gəlini)

Ruhullahın həyat tərzi, səh:51

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

10 Nov, 09:58


Unutduğumuz nemətlər

Əxlaqi videolar üçün Yutubda kanalımızı izləyin

https://youtube.com/shorts/tQ2VsBmuIWk?si=Cla-xtBMkLH3Etxd

İslami Əxlaq

09 Nov, 10:35


Allahın adı ilə

"Ölülərdən ibrət, keçmişdə yaşayanlardan isə nəsihət al; heç kəsin qəlbini sındırma, seyidlərə ehtiram göstər, xalqın əlində olanlara göz dikmə, dünya əyləncələri, oyun-oyuncaqları ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq".

Ayətullah Behcət (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

08 Nov, 19:04


Allahın adı ilə

Çoxlu günah eləmək ağırlıq gətirir. Görmüsünüz bəziləri 2 rükət sübh namazı qılmaq istəyir, sanki çiyinlərində bir dağın yükü var. Hər nə qədər çağırsanız da sanki kabus görürlər. Bütün bunlar çoxlu günahların təsirləridir.

Ayətullah Müctehidi Tehrani (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

08 Nov, 17:43


🌹 Əllamə Həsənzadə Amuli :

İlahi, onu istəyirəm ki, daha heç nə istəməyim

📚 Mənbə : İlahinamə

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

07 Nov, 17:54


Allahın adı ilə

Harada yanlışlıq görsən, onu düzəlt. Harada pis bir iş görsən, ondan uzaqlaş. Harada yaxşı bir iş görsən, ona tərəf get. Harada bir məzlum görsən, ona yardım et. Harada bir zülmkar görsən, ona qarşı çıx. Harada tapdalanmış haqq görsən, onu geri qaytar. Beləcə, addım-addım irəli get.

Musa Sədr

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

07 Nov, 10:05


Allahın adı ilə

Namazlarına siz baxın

İmam az nəsihət edərdi. Yeddi yaşdan uşaqların dini tərbiyəsinə diqqət edərdi və Deyərdi ki, uşaq yeddi yaşdan namaz qılmalıdır. Uşağı namaz qılmağa vadar edin ki, doqquz yaşına çatanda adət etsinlər. Mən isə belə deyərdim: Başqa sahələrdəki tərbiyələri ilə özüm məşğul olaram, amma namaz qılmağa siz onlara deyin, çünki mən desəm, qulaq asmazlar mənə.
İmamın özü onların namazları- nəzarət edib soruşardı. Uşaqların namaz "Qılmışıq"-sözü ilə kifayətlənər və daha araşdırma aparmazdı.¹

1- İmamın həyat yoldaşı


İmam Əli (ə):

"Övladlarınıza namaz qılmağı öyrədin. Yetkinlik çağına çatandan sonra isə onları hesaba çəkin".

Ğürərul-Hikəm, 6305-ci hədis.

Ruhullahın həyat tərzi, səh:50

İslami Əxlaq

07 Nov, 04:10


Allahın adı ilə

Hörmətli izləyicilər Kərbubəla qəhramanı Xanım Zeynəbin (s.ə) əzəmətli mövludu münasibəti ilə hər birinizi təbrik edirik.

İslami Əxlaq

06 Nov, 18:28


"Xoş o kəsin halına ki, öz eyiblərini görür və başqalarının eyblərinə göz yumur. Özünü kamil və səhvsiz bilmir."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

05 Nov, 19:02


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

04 Nov, 20:47


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

04 Nov, 06:30


Allahın adı ilə

"Peyğəmbərin (s) əxlaqı və həyat yolu"

Peyğəmbərin (s) əxlaqını şəxsi əxlaq və hökumət əxlaqı olmaqla iki qismə ayıraq. Peyğəmbərin (s) bir şəxs və bir hakim kimi əxlaqını nəzərdən keçirək. Həzrətin gözəl əxlaqi xüsusiyyətlərindən kiçik bir qismini yada salırıq. Həzrət əmin, doğruçu, səbirli, dözümlü, alicənab idi. İnsanlarla səmimi və düzgün rəftar edirdi. Mehriban idi, acı danışmazdı. Peyğəmbər (s) İslamdan qabaqkı pozğun Ərəbistan cəmiyyətində pak bir gənc kimi tanınırdı. O səliqəli və təmizkar idi. Həzrət şücaətli idi, ən güclü düşmən cəbhəsi də onu qorxutmurdu. Düz və açıq danışırdı. Zöhd və paklığına diqqətli, səxavətli idi. Həm malından bağışlayardı, həm özünə qarşı təqsirləri. İntiqam almazdı. Güzəştə gedərdi.

...Çox mehriban, sadə, abid idi. Yeniyetmə dövründən həyatının sonuna 63 yaşına qədər belə oldu. (Tehranın cümə namazı xütbələri, h-ş. 1379)

Ayətullah Seyyid Əli Xamenei (həfizəhullah) Əzəmətli nurdan bir şüa, səh: 25

İslami Əxlaq

03 Nov, 18:23


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

03 Nov, 13:49


O hər şeyi görür.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

02 Nov, 16:48


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

İslami Əxlaq

02 Nov, 03:53


Allahın adı ilə

İnsan Allahın göstərişinin əksinə olaraq buğdanı yedi və bununla da çılpaq oldu. Deməli, çılpaqlıq Allahın şilləsidir, mədəniyyət yox.

Ayətullah Möhsün Qiraəti

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

01 Nov, 11:30


Namazın nifrini.

Ayətullah Müctehidi Tehrani (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

31 Oct, 12:01


Allahın adı ilə

"Biz elə bir məktəbin övladlarıyıq ki, bu məktəb bizə azadə yaşamağı, təcavüzkar düşməndən aman istəməməyi və haqqımızı qanımızla almağı öyrətdi. Biz qanımızı İzzətimiz üçün nəzir etdik və azadlıq yoluna hədiyyə verdik. Bu məktəb bizə öyrətdi ki, yaralarının qanı axan zaman əlinə silah almasan, qul bazarında dəyərsiz əşya kimi satılacaqsan".

Şəhid İmad Muğniyə

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

30 Oct, 07:51


Allahın adı ilə

Bizə Fatimələr lazımdı ki, Hüseyinlər böyüsün. Hindələr, Mərcanələr çox olsa Həmzələr, Əlilər şəhid ediləcək. Qucaqlarında Yəzid və ibni Ziyadlar böyüyəcək.

Fatimə ol Xanım!!! Hüseyinlər yetişdir.

Şəhid İbrahim Hadi.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Oct, 16:52


Allahın adı ilə

Əsrimizin möcüzəsi

İmam Hüseynin (ə) məhəbbətinin möcüzəsini bəziləri görür, amma iman gətirmir. Bu möcüzə peyğəmbərlərin bəzi möcüzələrindən daha təsirlidir. Daha deyə bilmərik ki, biz peyğəmbərin (ə) zamanında olmamışıq və möcüzələrini görməmişik. Sizcə 14 əsrdir ki, hər il insanlar onun qəmindən necə ağlaya bilər?

Usdad Əlirza Pənahian

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

29 Oct, 04:39


Allahın adı ilə

Haqq və batil savaşında üç cəbhə.

Harda bir haqq və batil məsələsi qarşıya gəlsə, bu üç dəstə mövcuddur. Bir dəstə haqqı qəbul edib bütün vücuduyla onu müdafiə edir. Digər dəstə haqla mübarizə aparır, üçüncü dəstə isə haqla batil arasında get-gəl edirlər. Haqq və batil dəstələrinin hər biriylə olduqda onların sözünü təsdiq edirlər. Bu növ insanlar nə mömindirlər, nə də kafir; bəlkə yaşamaq və mənfəət əldə etmək istəyirlər, yəni məqsədləri haqqı tanımaq və haqla düşmənçilik etmək deyil, bəlkə öz rahatlıqlarının ardıncadılar.

Ayətullah Misbah Yəzdi.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

28 Oct, 20:19


Bir şəxs arifden soruşdu:
Üzük qaşımın üzərinə nə yazdırım ki; həm qəm günümdə həm də şad günümdə ona baxdığımda, xalisanə bəndəlik məqamıma zərrə qədər zərər toxunmasın.
Arif buyurdu ki:
"HƏR ŞEY KEÇİCİDİR" yazdır.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

27 Oct, 07:49


Allahın adı ilə

Şeytan daim qulağa
pıçıldayır ki, övladlarının, nəvələrin həyatını təmin et. Bu Şeytanın vəsvəsəsidir. Alimlərdən biri belə deyərdi: "Mən övladlarımın fikrində deyiləm. Mömin olsalar, Allah dünya mehmanxanasında qonaqlara verdiyindən onlara da verəcək.
Mömin olmasalar mən qeyri-möminlər üçün hamballıq etmərəm

Ayətullah Məkarim Şirazi.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

26 Oct, 20:10


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

25 Oct, 20:09


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

24 Oct, 18:26


"Əgər dünya və onun ləzzətləri olmasaydı, insanı sınağa çəkmək mümkün olmazdı. Əsas məsələ odur ki, insan günaha maraqlı olduğu halda Allahın əmrinə əsasən günahdan çəkinsin Əgər günaha maraq olmasaydı, günahdan çəkinmək də hünər sayılmazdı. İnsanın sevdiyi şeyi tərk etməsi onun üçün iman nişanəsi sayıla bilər. Təbii ki, insan marağı olmayan işdən uzaq dayanasıdır. Belə bir uzaqlığı bəndəlik nişanəsi saymaq olmaz.

Ayətullah Misbah yəzdi

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

24 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

İslami Əxlaq

24 Oct, 05:18


İmam Əli (ə):

Zaman uzun çəksə də, səbirli şəxs qələbəni əldən verməz.

Nəhcül-bəlağə, hikmət.153

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

İslami Əxlaq

22 Oct, 20:21


İmam Sadiq (ə) buyurur:

Üç şey məhəbbət qazandırar:

1️⃣Borc vermək,
2️⃣Təvazökarlıq,
3️⃣Bəxşiş etmək.

Tuhəful-uqul, səh/316


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

İslami Əxlaq

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

İslami Əxlaq

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

İslami Əxlaq

21 Oct, 09:49


Gecə namazının dünyadakı əsəri

1.Günahdan qoruyur (təsirindən).
2.Günaha düşməkdən qoruyur.
3.Müşkülləri və giriftarçılığı aradan qaldırır.
4.Surətə nuraniyyət verir.
5.Duanın qəbul olmasına səbəb olur.
6.Xəstəliklərə dərman olur.
7.Ruzini çoxaldır.

Əllamə Təbatəbai

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

20 Oct, 19:40


Allahin Rəsulu (s) buyurur:

Məzlumun nifrin etməsindən qorxun. Çünki məzlumun duasi atəşin şöləsi kimi göyə qalxir.

Kənzul -Ummal c.3 səh.500

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

20 Oct, 17:37


•HİCAB

(İmam Xameneinin Çıxışları Əsasında)

“Qadın məsələsində siz müdafiə mövqeyində durmamalı, hücuma keçməlisiniz. Onlar bizə etiraz edirlər ki, nə üçün qadınlarınız hicablıdır? Nə üçün hicab məcburidir? Əvvəla, onların özləri də hicabsızlığı məcburi etmişlər. Bu bir məsələ. Lakin onların qadın problemi olduqca böyükdür. Qərb mədəniyyətində, Qərb dünyasında qadın pozğunluğa çəkilmiş, təhqir olunmuşdur. Diplomatik müzakirələr zamanı qadın və kişinin bir-birinin yanında, çiyin-çiyinə oturması qərblilərin qadına vurduqları zərbələri düzəldə bilməz. Onlar qadından ləzzət və ehtiras aləti kimi istifadə edirlər. Onlar düşünürlər ki, bəzənməyən qadının dəyəri yoxdur; qadın bəzənib-düzənməlidir ki, kişilər onu bəyənsinlər. Bu, qadına qarşı ən böyük təhqirdir. Sizin sözünüz var və bu məsələlərdə iddialısınız”...

İmam Xameneinin İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşündən-2004

PDF Kitabxana

İslami Əxlaq

19 Oct, 20:23


Eger Allahin bizim xeyirimizi istediyini başa düşsək başımıza gələn hadisələrə görə qəmgin olmariq. Allah bizim barəmizdə xeyirdən başqa bir şey istəməz , sadəcə biz bunu anlamırıq.

Hacı İsmayıl Dulabi (r.ə)
https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

18 Oct, 20:34


Ustadlardan biri necə də gözəl deyib:

Həyat haqda düşün, amma həyat üçün qəm yemə.
Görmək həqiqətdir, amma düzgün görmək fəzilət.
Ədəb pulnan deyil, amma hər şeyi ədəblə almaq olar.
Hər səhər elə düşün ki, yeni dünyaya gəlmisən. Mehriban ol və sev.
Bəlkə sabah olmadı. Bəlkə sabah oldu, amma əzizlərin olmadı.
Yadımızda olsun. Başqalarının ayağını sındırmaqla, biz daha yaxşı yeriməyəcəyik.
Yadımızda olsun. Başqalarının qəlbini sındırmaqla, biz daha xoşbəxt olmayacayıq.
Kaş biləydik ki, kiminsə göz yaşına səbəb oluruqsa, artıq onunla qarşı-qarşıya deyilik. Onun Allahı ilə qarşı-qarşıyayıq.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

17 Oct, 17:23


İmam Həsən Əsgəri (ə) :

"Məhdi can,  zühur edəcəyin gün, hətta beşikdəki körpələr belə istəyəcəklər ayağa qalxıb Sənə tərəf gəlsinlər."

Kamilu-din, c.2, səh.66

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

16 Oct, 19:47


Əgər ürəkdə iman olsa , Hüseyni (ə) sevməmək mümkün deyil . Çünki İmam Hüseyn (ə) imanın təcəssümüdür.


Şəhid Mürtəza Mütəhhəri (r.ə)

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

16 Oct, 08:17


Daha çox öyrəndikcə, daha çox bilirsənki, daha az bilirsənmiş.

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

15 Oct, 19:48


Nəfsin saflaşdırılması can vermək tələb edir. İnsanın mələk kimi olması üçün beynindən, dilindən, qələmindən keçən hər bir şeyə, və hər bir ana diqqət yetirməlidir.

Ayətullah Cavad Amuli

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

14 Oct, 20:25


Din təbliğində, əmr be məruf edəndə səbrli və aram olun.Eynilə güzgü kimi olun. Güzgünün qarşısında dayananda o fəryad eləmir, yaxanızdan yapışmır,  eyiblərinizi qışqıraraq sizə söyləmir. Sakitcə sizi öz eyblərinizdən agah edir. Və birdə bunu başqaları bilmir, bir siz bilirsiniz, bir də güzgü....

Ayətullah Həsənzadə Amuli


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

13 Oct, 19:33


بسم الله الرحمن الرحیم

Səbirli ol! Şübhəsiz ki, Allah gözəl əməl sahiblərinin mükafatını zay etməz.

Hud surəsi/115

İslami Əxlaq

12 Oct, 07:17


Allahın adı ilə

Bu dünyada kamil olmağın sirri, başqalarına verdiyin öyüdə insanın özünün də əməl etməyindədir.

Ayətullah Məhəmməd Təqi Behcət (r.ə).

https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

12 Oct, 05:29


Nəfsin Saflaşdırılması
(Müəllif: İbrahim Əmini)

Nəfsin paklaşdırılması bir tərəfə çəkilib guşənişin həyat tərzi keçirtmək, dünyəvi işləri tərk etmək və ictimai məs’uliyyətlərdən boyun qaçırmaq demək deyildir. Əksinə, kitabın müxtəlif yerlərində də bəyan olunacağı kimi, fərdi və ictimai məs’uliyyətlərdən imtina edib guşənişinlik və fərdi həyat tərzini seçmək nəfsin saflaşdırılması və təkmilləşdirilməsi ilə zidd bir işdir. İslam dini müsəlmanlardan cəmiyyət arasında yaşayıb fərdi və ictimai vəzifələrlə məşğul olmaqla eyni zamanda özlərindən qafil olmamalarını, xüsusilə, nəfslərini və ruhlarını aludəliklərdən, rəzil sifətlərdən təmizləməyə tam diqqət yetirmələrini istəmişdir.
İbrahim Əmini, 1983-cü il

PDF Kitabxana

İslami Əxlaq

11 Oct, 16:33


İmam Zamana (ə.f) pənah aparın.

İnsanların nicat yollarından biridə günahdan İmam Zaman (ə.f) ağaya pənah aparmaqdır. İmam (ə.f) bunun intizarındadır ki, kimsə əlini Ona tərəf uzada İmam da (ə.f) həmin şəxsin əlindən tutub hidayət edə.

Ayətullah Fateminiya (r.ə)


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

10 Oct, 19:04


"Bütün ibadətlər Allaha yaxınlaşmaq üçün bəndənin üzünə xırda bir qapını açır. İstər vacibi ibadət olsun və istər müstəhəb."

Əllamə Təbatəbai (r.ə)


https://t.me/gundelik_exlaq_dersleri

İslami Əxlaq

09 Oct, 19:43


İmam Zaman (ə.f) özü buyurub:

Siz yaxşı olun (günahdan çəkinin və əxlaqınızı islah edin),
biz özümüz sizi tapacağıq!

Əllamə Təbatəbai (r)

https://t.me/gundelik_exlaq_dersleri