﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽ @esq_allaha Channel on Telegram

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

@esq_allaha


🔰🔰

𝙳𝚞̈𝚗𝚢𝚊 𝚗𝚎𝚏𝚒𝚜𝚕𝚎𝚛𝚒𝚗,𝙰𝚡𝚒𝚛𝚎𝚝 𝚞̈𝚝𝚎𝚔𝚕𝚎𝚛𝚒𝚗,𝙰𝚕𝚕𝚊𝚑 𝚒𝚜𝚎 𝚜𝚒𝚛𝚛𝚕𝚎𝚛𝚒𝚗 𝚜𝚎𝚟𝚐𝚒𝚕𝚒𝚜𝚒𝚛....❤️
Həyat iman və cihaddır. (Hz. Hüseyn)

🎯Bol Motivasiya
🏅lider olmanın sirləri
❥ـــ³¹³ـہہـ٨ـہہالله ـ٨ـــــــ³¹³ــﮩ

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽ (Azerbaijani)

🔰🔰🔰🔰🔰🔰🔰nn🌟 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 🌟nnBu Telegram kanalı, dünya nefis, ahlak utkuları, Allah ile sırrı seksilişir....❤️nnHəyat iman və cihaddır. (Hz. Hüseyn)nn🎯 Bol Motivasiya n🏅 lider olmanın sirləri n❥ـــ³¹³ـہہـ٨ـہہالله ـ٨ـــــــ³¹³ــﮩnnBu kanal, liderlik, motivasyon ve dini konularda paylaşımlar yapan bir topluluktur. İslam'a duyulan saygı, liderlik sırları ve motivasyon teknikleriyle dolu olan bu kanal, herkesi motive etmeyi ve günlük yaşamlarına olumlu bir etki yapmayı amaçlamaktadır. Kanala katılarak daha fazla bilgi edinebilir ve liderlik potansiyelinizi geliştirmek için gereken desteği alabilirsiniz. Haydi, gelin ve bu muhteşem topluluğa katılın!

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

30 Jan, 16:27


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

30 Jan, 08:39


Mərhum Arif Ayətullah Behcət ağaya sual verdilər.
- Niyə İmam Zaman ağanı görə bilmirik?

Behcət ağa buyurdu:
- Hamınız arxanızı mənə tərəf çevirin.
Hamı arxasını ağaya tərəf çevirdi.

Behcət ağa buyurdu:
- Siz məni görürsünüzmü?

Hamsı dedi:
- Xeyr.

Behcət ağa buyurdu:
- Niyə görmursünüz?

Dedilər:
- Çünki, arxamız sizə tərəfdir.

Arif buyurdu:
- Sizdə İmam Zaman ağanı necə görə bilərsiniz ki, arxa çevirmisiniz İmam Zaman ağaya.
Günahlar və Allaha itaətsizlik İmam Zaman ağaya arxa çevirməkdir. Allah bu ağanın Zühurunu bizlərə nəsib etsin inşəAllah...!!!

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

26 Jan, 07:43


Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
əl-Bəqərə surəsi, 155-ci ayə

Səbr gec bar verən,amma meyvəsi dadlı olan ağacdır...
✨️

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Jan, 08:07


TÖVBƏKARLARIN DƏRƏCƏLƏRİ

Tövbə edənləri dörd qismə bölmək olar:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

16 Jan, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

16 Jan, 11:11


Əllamə Məclisi (r.ə) buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir rəvayət vardır: həzrət buyurdu:-Elə ki, məni göylərə me`raca apardılar, mənim bədənimdən torpağa bir neçə damcı tər töküldü və bununla da qızıl gül bitdi. Sonra o gül dəryaya düşdü. Bu zaman bir balıq onu götürmək istədi. Suyun ortasında olan "Də`mus" adlı bir canlı ilə həmin balığın arasında çəkişmə oldu. Allah taala bir mələk göndərdi ki, onların arasında hakimlik etsin. Beləliklə mələk onun yarısını balığa, o biri yarısını isə həmin Də`mus deyilən heyvana verdi. Elə ona görə də gülün alt hissəsində beş dənə yaşıl yarpaq vardır ki, onlardan ikisi balığın quyruğu şəklindəndir, digər ikisi də Də`musun quyruğuna bənzəyir, beşinci yarpaq isə onların hər ikisinə oxşayır.

Şeyx Abbas Qumi, "Hilyətul-muttəqin"

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

15 Jan, 02:24


O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır.

Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır.

📖 "Loğman" surəsi,ayə 4/5.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

13 Jan, 15:29


Həzrət İmam Əli (ə) buyurub:

"Mən Allahın rəhmət və məğfirətlə qullarının üzünə açılmış əliyəm. Mən tövbə qapısıyam. Kim məni və haqqımı tanısa, Rəbbini tanımışdır. Çünki mən Peyğəmbərin (s) yer üzündəki vəsisi və Allahın yaratdıqlarına olan höccət və dəliliyəm. Bunu (haqqımı) Allah və Onun Rəsulunu (s) inkar edənlərdən başqası inkar etməz”.

(ət-Tovhid, bab 22, hədis 2.)

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

13 Jan, 13:23


İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.»

Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.»

Mizanul-hikmət

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

13 Jan, 08:58


BEŞ VAXTDA SƏMA QAPILARI AÇILAR

Həzrəti Əli(ə) buyurur :"Beş vaxtda səmanın qapıları açılar: yağış yağarkən, döyüş vaxtı, azan vaxtı, günəş batmağa doğru hərəkət edərkən, Quran qiraəti vaxtı və gün çıxan zaman."

Əl xisal, Şeyx Səduq. səh 324


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

13 Jan, 02:56


Həzrət Peyğəmbər (s) buyurub:

"Yağış yağan vaxtı İlahi rəhmət qapıları açılır və dua müstəcəb olur".

(Nəhcul-Fəsahə, hədis 1168.)

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Jan, 10:27


İmam Əli (ə) buyurub.

Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur.

Ğurərul-Hikəm, hədis 9972.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Jan, 10:27


İmam Əli (ə) buyurub.

İnsana ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur.

Ğurərul-Hikəm, hədis 2920+2921

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Jan, 10:27


İmam Əli (ə) buyurub.

Biz Əhli-Beytin zikri illətlərdən, xəstəliklərdən və şübhə vəsvəsəsindən şəfadır. Bizim yolumuz Allah yoludur. Biz Hittə günahların tökülməsi qapısıyıq. Bu İslam qapısıdır. Allah çətin zamanı bizimlə dəf edər. Əgər siz düşmənlərinizin arasında eşitdiyiniz əziyyətli sözlərin qarşısındakı səbrinizin aqibətini bilsəydiniz, gözləriniz aydınlanardı.

Əl-Xisal, səh.731, hədis 1211.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Jan, 10:04


Yunis ibn Zəbyan belə rəvayət edir: «İmam Cəfər Sadiq (ə) belə buyurdu:

“Allah, Şiəmizdən namaz qılan kəsin sayəsində namaz qılmayan kəsdən bəlanı uzaqlaşdırar. Əgər hər kəs namazı tərk edərsə, hamılıqla həlak olarlar.”

Allah, Şiəmizdən zəkat verənlər sayəsində (zəkat) verməyənlərdən bəlanı uzaqlaşdırar. Əgər hamısı zəkat verməyi tərk etsə, hamılıqla həlak olarlar.”

Allah, Şiəmizdən həccə gedənlər sayəsində, (həccə) getməyənlərdən bəlanı uzaqlaşdırar. Əgər hamısı həccə getməyi tərk etsə, hamılıqla həlak olarlar.”

“Bax bu ayədə buna işarə edilir: “Əgər Allah insanların bir qisminin fəsadını, digər bir qismi ilə dəf etməsəydi, əlbəttə yer üzü alt-üst olardı. Lakin Allah bütün aləmlərə qarşı lütf və kərəm sahibidir.” (Bəqərə - 251) Allaha and içirəm ki, bu ayə sizin haqqınızda nazil olmuşdur və bununla sizdən başqası qəsd edilməmişdir.»

(Üsuli-Kafi, cild 2, səh 200.)

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

08 Jan, 08:22


İftar Zamanı dahada savaba səbəb olacaq dua.🌹


Hz. Peyğəmbər (s) buyurub:

Oruc tutan hər bir bəndə iftar etdiyi vaxt belə desə, anası onu dünyaya gətirdiyi gündəki kimi günahlarından çıxar (paklanar):🤲🏻

İftar duası⬇️


''Ya Əzimu, ya Əzim. Əntə ilahi, la ilahə li ğayruk, iğfirliyəz-zənbəl-əzim. İnnəhu la yəğfiruz-zənbəl-əzimə illəl-əzim"

"Ey əzəmətli Allah, ey Əzim. Sən mənim Allahımsan. Səndən başqa ilahım yoxdur. Mənim böyük günahlarımı bağışla. Həqiqətən, böyük (əzəmətli) günahları Əzim olan Allahdan başqa heç kim bağışlaya bilməz".

Vəsailuş-şiə", hədis: 13075


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

06 Jan, 06:51


İmam Əli (ə) buyurub:

اللَّهُمَّ احْمِلْنى عَلى عَفْوِكَ، وَ لاتَحْمِلْنى عَلى عَدْلِكَ.
Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağışlamağınla rəftar et.

Nəhcul Bəlağə - 218-ci xütbə


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

05 Jan, 13:44


وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ

(İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.

Bəqərə/45

Allahummə əccil li vəliyyikəl fərəc 🤲🏻

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

03 Jan, 07:04


İmam Sadiq (ə) buyurur: "Müsəlmana Allaha xatir borc verən şəxsə, Allah-təala pulunu geri alana qədər hər gün sədəqə savabı yazar".

Bihar, c.103, s.139

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

02 Jan, 08:13


İmam Səccad (ə) bir xəstənin sağladığını görüb, belə buyurardı: "Günahlardan təmizlənməyin mübarək olsun! Əməllərinə yenidən başla".

Əl-Əmali, 1/41

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

02 Jan, 05:35


Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.

Şura surəsi, ayə 9📖

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Dec, 06:49


O zaman Rəbbiniz belə bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir.”

İbrahim:7

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

27 Dec, 10:07


İmam Əli (ə) buyurub:

“Ömrünü ibadət və itaətlərdən başqa şeylərdə zay etməkdən qoru”.

> Ğurərul-hikəm səhifə-145

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

23 Dec, 04:25


Yıxılıb dinin evi rehlət edib Xǝtme-Rüsul
Çırpılıb din qapısı Həzrəti Zəhra başına
Siqt olub Möhsini, Zəhra özü də oldu şəhid
Kül ələndi o zamandan bəri dünya başına

Kərbəlaçün də elə onda əkin başlandı
Ta qiyamət nə qopa Zeynəbe-Kubra başına
Müddǝi olmadı fərmane-Ğədirə təslim
Gör nə tufan gətirib ümməti Taha başına
Məşvǝrǝt əmri İlahidə olurmu heyhat...
Çəkdilər Cəbrilə Mövlanı da şura başına
Ümmət olmazsa imamət də olar xanǝneşin
Dolanar Kəbə də getdikcə kəlisa başına
Ümmətin əksəri misdaqe "ləqəd həqqəlqövl"

Həzrəti Fatimənin qəbri də məhcur oldu
Çadure-ismətini saldı sürəyya başına

Bu olan işdi ki axşam çağı, Allah çobanı
Çöldə, Allah davarın, boşlaya bica başına?!...

O həvari yığışammazdı Məsiha başına
Müslimin dörd nəfəri mömin olub Səlmantǝk
Yusifin eşqi düşər dildə Züleyxa başına

Kölgəsi tace-səadət, bu şəhadət şövqi
Özü bir quş ki qonub sədrevo-Tuba başına

Şəhriyar gəldi Hüseynin səsi, Aşurası
Ta düşə eşqi-şəhadət dele-şeyda başına

MəhəmmədHüseyn Şəhriyar

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

21 Dec, 10:22


Hz İmam Sadiq əleyhissəlam  buyurub:

"Təkəbbürlük və qüdrət nümayiş edən kəs bunu yalnız daxilində alçaqlıq duyduğuna görə edir".

Mənbə : Kafi,ild -.2, səh - 312

PS : Kəlamdakı "zillət" ifadəsini
-çatışmazlıq, alçaqlıq kimi ifadə edə bilərik. Yəni özündə natamamlıq kompleksi hiss edən adam həmişə təkəbbürlük və qüdrət göstərir ki, bununla həm öz gözündə özünü, həm də digərləri onu təsdiq etsin.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

19 Dec, 04:42


İmam Əli ibn Əbi Talib (ə) Allahın iman tərəzisidir.

Özünün iman çəkisini bilmək istəyənlər özlərini gərək həmin ilahi tərəzidə çəksinlər.

Həmin ilahi tərəzi aqibətdən dəqiq xəbər verir.


Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbərin (s) canı Hz. Əmirul-Mu'minin İmam Əlinin (ə) bərəkətli Viladətiylə bağlı bütün haqsevərlərə təbrik deyirik.

Bir anımızın belə Əlisiz (ə) keçməməsini Uca Allahdan istəyirik...

أسعد الله أيامكم بالولادة العلوية المباركة!

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

16 Dec, 08:51


İsa ibn Məryəmə (ə) dedilər: Sənə kim ədəb öyrətdi
Buyurdu: Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

15 Dec, 05:49


🌹Gələcək🌹

❤️Gözlərim gözləyir ol yarımı əlbət gələcək.
❤️Ərşidən fərşə tərəf Nuri-İmamət gələcək.

Xabi-qəflətdə yatan bəndələr əlbət oyanar,
Həmən ol gün ki, bütün aləmə rəhmət gələcək.

İndi bir zərrə qədər, yoxdur ədalətdən əsər.
Elə bir gün gələcək, həqqu-ədalət gələcək.

Var elə bəndə ki, öz varını ehsan eləməz.
Elə bil dərk eləmir, ruzi-Qiyamət gələcək.

Eşit ey körpələrin göz yaşına, bais olan.
Axan hər damla üçün, xanəvə lə'nət gələcək.

Yenə də səbr elə Adil, bu qədər dərd eləmə.
Gözlə öz yarıvı ol əşrəfi-xilqət gələcək.

Şair: Adil Əkbərov


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

01 Dec, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

01 Dec, 10:29


Rəsulullah (s) Hz.Əliyə (ə) buyurdu: " Ya Əli (ə), həqiqətən mələklər sənin məhəbbət və vilayətinlə Allaha yaxınlaşırlar. Allaha and olsun ki, göydə səni sevənlər yerdəkilərdən daha çoxdur". Mənbə: əl-Əmali, səh: 272

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

01 Dec, 06:15


İmam Baqir (ə) buyurur:

“Xərclədiyinin (Allah tərəfindən) əvəzinin veriləcəyinə əmin olan şəxs səxavətli olar”.

> əl-ixtisas səh,36

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

30 Nov, 16:45


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

30 Nov, 02:40


[Elahi! Həme əz to mitərsənd və mən əz xod!
Əz to həme nik didəm, əz xod həme bəd]

İlahi, hamı Səndən qorxur, mənsə özümdən..!
Səndən ancaq yaxşını gördüm, özümdən isə ancaq pisi...

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Nov, 11:20


Region xəbərlərinin əsas mənbəyini axtarırsınız?

🔸 Ən İsti Xəbərlər
🔸 Fələstin - İran - Hizbullah - İsrail müharibəsi
🔸Dəqiq Analizlər
🔸Rusiya - Ukrayna müharibəsi
🔸Dünyana baş verənlər
Məşhur kanalların əsas xəbər mənbəyində olmaq istəyirsinizsə, o zaman
➡️ Bizi izləyin və kanalı dostlarınızla paylaşın👇👇👇

https://t.me/Ar_Rad_info

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Nov, 09:31


Əmirəl-möminin İmam Əli (ə) buyurur :

أجمِلُوا في الخِطابِ تَسمَعُوا جَميلَ الجَوابِ

Gözəl danışın ki, gözəl də cavab eşidəsiz.

📚 Ğurərul-hikəm, hədis 2568


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

26 Nov, 07:02


#MÜSƏLMAN_CÜTLÜKLƏR

XOŞBƏXT MÜSƏLMAN EVLİLƏRİNİN 10 RƏFTARI.

❶ Bir-birlərini Allaha xatir (Allah rizası üçün) sevərlər;

❷ Bir-birlərinə minnətdardırlar;

❸ Onlar bir-birlərinə ən gözəl dost kimi davranarlar;

❹ Onlar bir-birlərinin cinsi və mənəvi ehtiyyaclarına hər zaman önəm verirlər;

❺ Bir-birlərinin gözlərində rahatlıq tapırlar;

❻ Xoşbəxt müsəlman evlilər bir-birlərinin inkişafına kömək edirlər;

❼ Bir-birlərinə nə olur-olsun zaman ayırırlar;

❽ Onlar həqiqi düşmənləri olan eqoistlik, bədnəzər və şeytanla müharibə edirlər;

❾ Bir-birlərinin sıxıntılarını hiss edərlər və onu aradan aparmaq üçün çalışarlar;

❿ Mübahisələrinin Allah-Təala tərəfindən izlənildiyini bilirlər.


#Müsəlman_evlilər
#Xoşbəxt_ailə
#Cütlüklər
#10_rəftar

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Nov, 08:32


İmam Əli dedi:
-Bizim Şəhriyarımız hanı?

Şəhriyar şairlər arasından qalxıb İmamla üz-üzə əyləşdi və bu misraları oxudu:

Əli ey humaye-rəhmət, nə dəlilisən Xudayə,
Ki, Xudadən özgə sayən nə ki var edər himayə.

Əgər aşinayi-Həqqsən, Əli ilə aşina ol
Əli ilə olmuşam mən, könül, aşina Xudayə.

Ayətullah Mərəşi Nəcəfi birdən gözlərini açdı. Yuxudan oyansa da, şeirin misralarını təkrar edirdi:

Kim Əli kimi əcayib elə bir oğul yetirdi,
Ki, şərəf gətirdi yeksər şühədayi-Kərbəlayə...

Nə əsər qalır fənadən iki aləm içrə, Billah,
Eləsə himayə hərgah Əli çeşmeye-bəqayə!

Gördüyü röya Mərəşi Nəcəfiyə o qədər təsir qoymuşdu ki, oğluna buyurdu Təbrizə get və Şəhriyarı tap.

Oğlu Qum şəhərindən Təbrizə gəldi və Şəhriyarı tapdı. Atası Mərəşi Nəcəfinin onu görmək istədiyini bildirdi. Şəhriyar tez hazırlaşdı və Təbrizdən Quma gəldi. Mərəşi Nəcəfinin məhzərinə daxil olduqda, Ayətullah ona bu misraları oxudu:

Yenə rəhmətin bulud tək, yağa bəlkə, yoxsa duzəx
Qəzəb atəşiylə yeksər, verər aləmi fənayə.

Şəhriyar təəccüb içində idi... Görəsən bu şeiri Mərəşi Nəcəfi hardan bilirdi? Axı gecə yazılan bu şeiri o kimsəyə oxumamışdı.

Özünə gəldi və Mərəşi Nəcəfinin oxuduğu misraları davam etdi:

Yeri, döy Əli qapısın, odur, ey gedayi-miskin,
Kərəmiylə padişahlıq üzüyü verən gədayə.

Mərəşi Nəcəfi isə digər misraları dedi:

Kim öz oğluna deyərki, qıl əsir ilə müdara,
Nola qatilimdi yüngül yetirün onu cəzayə.

Şəhriyar dedi:

Edən aşina ilə əhd hamı pakilər içində,
Əli tək olurmu sadiq qalan əhd ilə vəfayə?

Beləcə növbə ilə bu misraları oxudular:

Nə Xuda desəm səzadır, nə bəşər desəm rəvadır,
Necə versəm ad xətadır Şəhe-Mülke-Lafətayə!

İki qan saçan gözüm ki, qapısı qubarın istər,
Gətir, ey Nəsimi-rəhmət, əvəz eylə tutiyayə.

Bu ümüdlə ta ki, düşsün qədəmin qübarı üstə,
Nə sifariş etdi sinəm odu hər qədəm Səbayə.

Ver özün qəzayə təğyir fəqirin duası ilə,
Canımız tərəf bir afət yolu olmasın qəzayə.

Nə gəlim nəvayə ney tək, necə şövqidən vurum dəm?
Ki, Lisani-qeybi-dilkəş gətirir bunu nəvayə:

"Budu hər gecə ümüdüm ki, məgər səhər Nəsimi
Verə mujdə aşinadən, edə lütfü aşinayə!"

Şəhriyar çox təəccüblənmişdi... Hey deyirdi; Axı mən bunu gecə yazmışam. Kimsəyə oxumamışam. Siz hardan bilirsiniz? Ayətullah Mərəşi Nəcəfi yuxusunu Şəhriyara danışdı. Bu şeirin İlahi ilhamla yazıldığına işarə etdi və mükafatının da İmam Əli tərəfindən verildiyini bildirdi. Şəhriyar əsl mükafatın məhşər günü veriləcəyini bilirdi. Mərəşi Nəcəfinin də hədiyyəsini geri çevirmədi. Ayətullah Mərəşi Nəcəfi hafizəsinə yuxu vasitəsilə həkk edilən bu şeirin son misralarını oxudu:

Çağırırdı mürği-Ya Həqq gecə yarı Şəhriyarı,
Dur, ürək qəmin de Yarə ki, məcalıdır duayə!

Allah şairimizin yerini behişt qərar versin. O, cəddi Həzrət Əlinin yolunu ən gözəl şəkildə getdi. Əsl Seyyidə yaraşan həyat sürdü və qəlblərimizdə iz qoydu. Elə bir iz ki, adı gələndə ürəyimiz kövrəlir... Öz dili ilə desək:

-Əlidən Şəhriyar sən bir nişanə...

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Nov, 04:56


İmam Sadiq (ə) öz atasından (ə) Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir:

“Qiyamət günü əməl dəftərində hər günahın altında “ƏSTƏĞFİRULLAH” zikrinə rast gəlinən bəndənin xoş halına!”

Mənbə : Camiul-əxbar,səh.94


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

24 Nov, 14:01


📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

24 Nov, 10:39


Həzrəti Məsumənin (s.ə) hərəmi hansı şəhərdədir?

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

21 Nov, 14:01


📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

21 Nov, 11:01


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

17 Nov, 19:16


🌟 Təcvid Dərsləri 🌟

📖 Quran oxumağı daha düzgün və təcvid qaydalarına uyğun öyrənmək istəyirsiniz? O zaman sizi ödənişsiz təcvid dərslərinə dəvət edirik!

🔹 Dərslər yalnız xanımlardan ibarət qrup üçün nəzərdə tutulub.

Qeydiyyat üçün bizimlə əlaqə saxlayın: @nurisiqim

Allahın kəlamını daha gözəl oxumaq üçün siz də bu fürsəti qaçırmayın! 💖

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

15 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

14 Nov, 09:59


Günahdan həzz alanın sonu

Hədislərə əsasən günah əsnasından və günahdan sonra insanın peşmançılıq keçirməsi çox yaxşı əlamətdir. Bəzi hədislərdə bu Allahdan xofun əlamətləri kimi qiymətləndirilib və tövbə üçün zəmin olduğu hesab edilib.
Adətən peşmançılıq hissini keçirmək insan qarşısına çıxan ilk və böyük günahlardadır. İnsan kiçik günahı çox təkrarladıqda, günaha israr etdikdə, günaha görə Allaha cürət hissi insanda yarandıqda tədricən pis işə görə peşmançılıq da insanın vicdanından uzaqlaşır.
Hz. Peyğəmbər (s): “Günahın kiçikliyinə baxmayın. Əsasəs Allaha cürət etməyinizdə diqqətli olun”. Yəni günahın pisliyi ondan ibarətdir ki orada Allaha qarşı cürət və itaətsizlik edirsən. Ola bilsin günah kiçikdir və gözə dəymir. Amma əsas odur ki bu kiçik günahı etməklə Allaha qarşı cürətli olursan.
Bu zaman günahdan həzz almaq peşmançılığın yerini tutur. İnsan əvvəl peşmançılıq çəkib özünü məzəmmət edirdisə, indi aldığı ləzzət və həzzi yenidən təkrarlamaq və o “şirinliyi” yenidən dadmaq fikrində olur.
Bəs bu barədə məsumlar nə deyib?
Hz. Peyğəmbər (s): “Allah günahdan həzz alan adamı alçaldıb zəlil edər”
Günahdan həzz almağa görə alçalmağı necə başa düşmək olar? Bir sadə misal gətirək. İnsan spirtli içkidən həzz aldıqda onu yenidən içir. İnsan narkotik maddələrin istifadsindən, zinadan həzz aldıqca onu yenidən təkrarlayır. Bu zaman insan bu işlərə aludə olur və vərdiş halına gəlir. Spirtli içkilərin və narkotik maddələrin aludəçisi olmaq təbii ki insanı cəmiyyətə alçaldır. O həddə qədər ki yaşadığı evdə belə ona etibar edilmir. Zina əməli insanda vərdiş yaratmasa da onun nalayiq məkanlara getməsi, onun həyat tərzində, ailə münasibətlərində yaranan problemlər tədricən abrının getməsinə səbəb olur.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

11 Nov, 16:48


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

09 Nov, 10:41


Bu gün bişirdiyimiz yeməyin savabını hədiyyə edirik Peyğəmbər (s)ə

Allah rəsulu (s) buyurur: “Kim halal yeyərsə, başının üstündə bir mələk dayanıb, yeməyini bitirənə qədər onun üçün bağışlanmaq diləyər”.

> Məkarimul-əxlaq, səh.197

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

08 Nov, 16:25


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

07 Nov, 06:21


İmam Əli (ə) buyurur :

«İffətlilik və kifayət edəcək miqdara razı olmaq, imanın sütunlarındandır.»

Ğurərul-Hikəm, hədis 4838

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

05 Nov, 07:20



Bəzən kasıblıq və fəqirlik insanların qapısını tənbəlliklərinə görə döyər. Əksər vaxtlarda isə zalımların etdikləri zülmlərinə görə

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

02 Nov, 08:45


İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyururlar: "Elə bir bəndə yoxdur ki, bir və ya iki dəfə, yaxud bir neçə dəfə gecə yuxudan ayılmasın.
Ayağa qalxıb ibadət etməsə, şeytan onun qulağına idrar edər. Sizdən biri belə etdikdə yuxudan ağır və tənbəlliklə oyandığını görmürsünüzmü?"

> Ravzatul-vaizin, səh.546

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

31 Oct, 06:51


🌷🌷

Bir qadın İmam Sadiq (əleyhissəlam)-a deyir:
❝Mən dünyadan əlini üzmüş bir qadınam".❞

İmam Sadiq (əleyhissəlam) soruşur: ❝Nə üçün?❞

Qadın: ❝Fəzilət əldə etmək istəyirəm❞ – deyə cavab verdi.

İmam Sadiq (əleyhissəlam) buyurdu:

❝Bu fikirdən dön. Ailə qurmamaqda fəzilət olsaydı, Həzrəti Fatimə (s.ə) buna səndən daha layiq olardı. Çünki fəzilətdə heç kim ondan önə keçməyib.❞

📚 «əl-Kafi» cild 5, səh 509.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

29 Oct, 06:28


🎞 Yadımdan çıxıb

Millətimin halı yadımdan çıxıb,
Qəm oxuyan valı yadımdan çıxıb.

Yaxşı güzaranlısı dövrəmdədir,
Fağırı, hambalı yadımdan çıxıb.

Yerlilərim sıx meşə tək köklənib,
Hansıdı çaqqalı yadımdan çıxıb.

Ac-yalavaclar gözünü silməyə,
Bir qoşa dəsmal yadımdan çıxıb.

İsti yatağımda qızırkən canım,
Əsgərin ədyalı yadımdan çıxıb.

İndi xiyardan, banana keçmişəm,
Bağdakı şaftalı yadımdan çıxıb.

Türk, ərəb musiqisin dinlərəm,
Rastımın üzzalı yadımdan çıxıb.

Məhbəsi-zülmətdə günahsızların,
Zənciri, qandalı yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm,
Çox qabağın dalı yadımdan çıxıb.

Sən Baba Pünhanı unutsan da gəl,
Bir demə saqqalı yadımdan çıxıb.

©️ Baba Pünhan - 23 avqust 1997, Bakı.
səs: Guldiyar Zulfuqar

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Oct, 13:56


Cabir İmam Baqirin(ə) belə buyurduğunu nəql edir:

*"Mömin mömin üçün bərəkətdir.Mömin Allahın höccətidir(dəlilidir)."*

_📙On altı əsas,səh.86_

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Oct, 06:17


"Əgər müşkülünüz yaranarsa, möminlər üçün dua edin. Ola bilərmi siz Allahın bəndələrini düşünəsiniz, amma Allah sizi düşünməsin? Başqaları üçün dua etsəniz, hamısı sizə qayıdacaq."

Ustad Furuği Ağa

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

27 Oct, 02:04


*İmam Sadiq (ə) buyurur:*

“Uca Allah möminlərin ruzisini onların gümanı olmayan yerdən yetirir.
Belə ki, bəndə ruzisinin yerini bilmədikdə daha çox dua edir”.

_📚Dualar,səh.89,hədis.91/284_

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

26 Oct, 06:48


Vəliyyu əmr İmam Zaman (ə.f) ilə əlaqəmiz güclü olmazsa,
işimiz heç vaxt düzəlməyəcək. Vəliyyu əmr (ə.f) ilə olan əlaqəmizi güclənməsi nəfsin islahındadır!

Ayətullah Behcət (r)

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Oct, 02:27


Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı
O huma ki, sayəsində edər hifz masəvanı

Könül, istəsən Xudanı biləsən, Əlini yad et
Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı

İki dünyada fənadan bir əsər belə tapılmaz
Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı

Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm
Qəzəb atəşində yoxsa külə döndərər cahanı

Gedib ey yazıq dilənçi qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı

Əlidən savayı kimdən hələbir uşaq doğulmuş
Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı

Edər əhdi dosta qurban verə var-yoxunu dostlar
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı

Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır
Çağırım nə adla bilməm şəhi mülki lafətanı

Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət
Onun astanından al, gəl mənə xaki tutiyanı

O ümidlə ki, ayağın tozunu ziyarət etsin
Qapına ürək sözümlə yola salmışam səbanı

Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı

Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə
Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı

Gecə sübhətək ümidim bunadır səhər nəsimi
Verə aşina həyamı, edə şad aşinanı

Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

25 Oct, 02:16


Nə üçün İslamda üzü üstə yatmaq
bəyənilməz hal sayılır?
Nə üçün arxasıüstə
yatmaq İslamda
bəyənilir, amma üzü
üstə yatmaq
bəyənilməz hal
sayılır?
Hədislərdə deyilir ki, şamlı (suriyalı) bir
nəfər İmam Əlidən (ə) yatmağın növləri
barədə soruşanda İmam cavab
vermişdi: “Yatmağın dörd növü var:
Peyğəmbərlər arxası üstə uzanarlar;
onların gözləri yatmaz və vəhyin
intizarında olar. Möminlər sağ böyürləri
üstə üzü qibləyə sarı yatarlar.
Hökmdarlar və şahzadələr sol böyürləri
üstə uzanarlar ki, yedikləri həzm olsun.
İblis, onun qardaşları (yəni köməkçiləri),
ağıldan məhrum və dərdə düçar olmuş
adamlar isə üzüüstə yatarlar” (Biharül-
ənvar, 76-cı cild, səh. 186-187).
Qeyd edək ki, sağ böyrü üstə üzü
qibləyə uzanmaq (möminlərin yatmaq
tərzi) insanın qəbirdəki halını xatırladır.
Üzü üstə uzanmaq isə həm bədən
üzvlərinin sıxılmasına və narahatçılığa
səbəb olur, həm də ehtilama (yuxuda
cənabətli olmağa) şərait yaradır. Bəzi
hədislərdə sol böyrü üstə yatmaq
münafiqlərin adəti kimi göstərilir.

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

22 Oct, 04:52


İmam Məhdi (ə.f) buyurub:

"Mən sizin işlərinizə qarşı laqeyd deyiləm və sizi yadımdan çıxartmıram."

"əl-İhticac" c.2 8.598

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

19 Oct, 16:36


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

19 Oct, 08:43


İmam Rza (ə) buyurur:

“Аllаhа qаrşı хоşgümаn оlun. Çünki Аllаh-təаlа buyurur: “Mən mömin bəndəmin gümаnının yаnındаyаm. Əgər о mənə хоşgümаn оlsа, mən də оnunlа yахşı rəftаr еdəcəyəm. Əgər mənə bədgümаn оlsа, mən də оnunlа pis rəftаr еdəcəyəm.”

“Üsuli-kаfi”, c. 3, səh. 116
.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

16 Oct, 11:02


(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!(İsra surəsi, ayə 110)

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

15 Oct, 09:23


Mən vurulmuşam sənin nur üzünə, məntiqinə.

Nə olar, bir dəfə etsən nəzər öz aşiqinə?

Sənə baxdıqda gözüm, heyran olur Xaliqinə,

Necə xəlq edib, bu ismətdə bir insan görəsən?

Ey gözüm, çətin birdə, sən belə canan görəsən!

Sən Seyyid, təşnə olan ləblər üçün Kovsərsən.

Sən ədalət çırağı, tapılmayan gohərsən.

Sən Əli (ə) aşiqisən, həm Əliyə (ə) bənzərsən,

Sənə bənzər kim olar, arifi-irfan görəsən?

Qapında nokər olubdur, neçə sultan görəsən?

Gözünü bağla, denən əlvida, "zindan evinə",

O zaman ki yetişib, can gedə canan evinə,

O mübarək qədəmin dəysə, Gülüstan evinə,

Nə qədər şad olacaq, Cənnəti-Rizvan görəsən?

Hansı zövqiylə bəzənmiş,
həmin ünvan görəsən?

Kərbəla çölündə, "eşq" yolunda qanlar axılıb,

Ürəyim, Rübab (s) çəkən dərdin əlindən sıxılıb.

Necə ki, İmam (ə) baxdı, gördü Əbəlfəzl (ə) yıxılıb,

Səndə Seyyid, baxasan cismimi al-qan görəsən,

O gün olsun məni eşq yolunda qurban görəsən!

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

14 Oct, 07:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
133)


أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ

(Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.


𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

10 Oct, 06:03


📜SADƏ HƏQİQƏT 📜

Futbol 90 dəqiqə

Serial 🖥 60 dəqiqə

Kino 🎞 120 dəqiqə

Namaz 🕋 5 dəqiqə

Cəhənnəm 👹🔥 əbədi

Cənnət 🍇🍓🌸🌼🌹 əbədi

🆘 Düşün ey ağıl sahibi!

Vatcapda 👥 300 dostun

Feysbukda 👥👥 500 dostun

Ətrafında 👥 50 dostun

Yaxın olan 👤 5 dostun

Cənazəndə 🛏 1 dostun

Qəbirdə isə təksən.

Təəcüblənmə həyat belədir

Həqiqətdə sənə kömək olan yalnız Allahdır

Əgər evdəki Quranı toz basıbsa, ağlamalı vəziyyətdəsən

Hər kim Quran və hədisləri oxumağı tərk etsə Allahdan uzaq düşmüşdür

O kəslər ki, "qocalanda ibadət edərəm" deyirlər, heç görübsüzmü qəbirlərin üzərində "yalnız qocalar üçün" yazılsın

🆘 Bu dünya üç gündür dünən, sabah və bu gün

1⃣ Dünən artıq bitmişdir və onu qaytarmaq heç cür mümkün deyil

2⃣ Sabah harda və necə olacağımız bilinmir

3⃣ Bu günümüz özümüzü düzəltmək üçün bir fürsətdir

Allahı çox zikr (xatırlamaq) etmək insanlar üçün qəlb rahatlığıdır...

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

09 Oct, 07:39


Sevdâ qiyâfəsində vəfâ - nâdi-eşqdir
Zâhid, düşünmə Âli-Əbâ âdi eşqdir

"Yâ Rəbbəl-Âləmin" sözü eşqin sükûtudur
"Yâ qâhirəl əduvvi" də fəryâdi-eşqdir

"Yâ râhiməl məsâkin" əlâmətdi rûzidən
Yâ məzhərəl əcâibi səccadi-eşqdir

Dördüncü ərşə zînət olub Kə'bə tək Əlî
Əslində Kə'bə fərşdə övlâdi-eşqdir

Eşqin qohumluq âyəsi bâriz nümûnədi
Heydər xüsûsi vâlidi, bünyâdi-eşqdir

Üqbâ gözündə Leylilərin fərqi yoxdu, nə
Məcnûni mö'təbərdi, nə Fərhâdi eşqdir

Çəksən misâlı Câbiri, Əmmârı çək bəşər,
Bûzərdi haqqa müştəri, Miqdâdi eşqdir

Ölməkçün âli mənzərədir râhi-Ərbəin
Rûhun dimâğı Kərbu-bəlâ , dâdi eşqdir

Ümmîd, əcəb müzârə olub âşinâ sənə
Heyhât fânidir yenə mö'tâdi "eşqdir"

Müəllif: Ümid Sadə

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

08 Oct, 10:57


Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər.


وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِنْ شَيْءٍ ۗ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ
{ «Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.» De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar. }
(Ən'am/ 91)


مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
{ Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə də ən qüdrətli varlığa – varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən Allah qüvvətli və yenilməz qalibdir. }
(Həcc/ 74)


وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
{ Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür. }
(Zumər/ 67)

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

03 Oct, 13:52


Könül, nə cənnəti-Mə'vâ, nə Ədn(i)dir zövqün
O yâr(i)dən bir ömür mərhəbâdır istədiyin

Əbâlı sərvərin ey dil, qədəmlərin öpəsən
Baxan da zənn edə hər gün, qəbâdır istədiyin

Sədâqət îlə şəfəqlənsə həbli-mə'rifətin
O Leylivəş də görər kəhrəbâdır istədiyin

Kül olmaq üzrəsən ey nâri-həsrət îlə yanan
Bilinməyir ki sudur , yâ səbâdır istədiyin

Münâfiq istəməz eşqin məhəlləsin görəsən
Deyər xəyâl(i)dir âşiq, həbâdır istədiyin

Paxıllıq etdi şər, eşqin Xəlîfəsin görcək
Söz atdı, Şâhə "qohum-əqrəbâdır istədiyin"

Xoş olsun hâlına, Ümmîd, Əliyyi Şîri-Xudâ,
Huseyni nûri-hüdâ, Müctəbâdır istədiyin

Müəllif: Ümid Sadə

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

30 Sep, 05:34


Muhəmməd Peyğəmbər (s) buyurub:

Allah-Təala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. Belə isə, o ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, yenə min il, yenə də min il ibadət etsə, lakin biz Əhli-beytə məhəbbət bəsləməsə, Allah onu üzü üstə Cəhənnəmin oduna atar!

إِنَّ اَللَّهَ خَلَقَ اَلْأَنْبِيَاءَ مِنْ شَجَرٍ شَتَّى وَ خَلَقَنِي وَ عَلِيّاً مِنْ شَجَرَةٍ وَاحِدَةٍ، فَأَنَا أَصْلُهَا وَ عَلِيٌّ فَرْعُهَا وَ اَلْحَسَنُ وَ اَلْحُسَيْنُ ثِمَارُهَا - وَ أَشْيَاعُنَا أَوْرَاقُهَا، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ أَغْصَانِهَا نَجَا، وَ مَنْ زَاغَ هَوَى، وَ لَوْ أَنَّ عَابِداً عَبَدَ اَللَّهَ أَلْفَ عَامٍ ثُمَّ أَلْفَ عَامٍ - ثُمَّ أَلْفَ عَامٍ ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنَا أَهْلَ اَلْبَيْتِ أَكَبَّهُ اَللَّهُ عَلَى مَنْخِرَيْهِ فِي اَلنَّار.

Hakim Həsəkani, "Şəvahidut-tənzil", c. 1, səh. 553

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦
@Esq_Allaha

﷽ 𝙸̇𝙻𝙰𝙷𝙸̇ 𝙴𝚂̧𝚀-𝙸̇𝙼 ﷽

28 Sep, 06:58


• ━━━━━ •❁᭄ꦿ • ━━━━━ •


لأي سبب من أسباب , لا تقلق بشأن خطأك. طريقة التنظيف ليست التدحرج في الوحل.


⚜️ Səbəbindən asılı olmayaraq səhviniz üzərində çox düşünməyin. Təmizlənməyin yolu palçıqda yuvarlanmaq deyildir.

İstiğfara sarılın..


• ━━━━━ •❁᭄ꦿ 🌸• ━━━━━ •

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Esq_Allaha