𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰 @elmulyeqin Channel on Telegram

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

@elmulyeqin


𝙷ə𝚛 ş𝚎𝚢 𝚘𝚡𝚞𝚖𝚊𝚚𝚍𝚊𝚗 𝚋𝚊ş𝚕𝚊𝚢ı𝚛. 𝚀𝚞𝚛𝚊𝚗ı𝚗 𝚒𝚕𝚔 𝚗𝚊𝚣𝚒𝚕 𝚘𝚕𝚖𝚞ş 𝚊𝚢ə𝚜𝚒 𝚋𝚎𝚕ə "𝙾𝚡𝚞!" (اقْرَأْ) ə𝚖𝚛𝚒 𝚒𝚕ə 𝚋𝚊ş𝚕𝚊𝚢ı𝚛. 𝙾𝚡𝚞𝚢𝚞𝚗, 𝚍üşü𝚗ü𝚗, 𝚢𝚊ş𝚊𝚢ı𝚗!

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰 (Azerbaijani)

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰 Telegram kanalını təqdim edir. Bu kanal oxumaqdan bəşəri zəmindəki bir çox əlyazma əsərləri əks etdirir. Qurani ilk nəzərə alaraq nəzər əsalında oxuyan oxumağa ərəb əlifbasının məlumatı olmadan oxumaqdan çəkinənə bəzən əladır. nKanal cəmiyyətdə əlifba bilsə, Qurani mənaları anlamaqda çətinlik çəkən və ya yəhən ki mənayı öyrənmək, başqasına əslində oxuya bilmədikləri nəzəriyyələri təqdim etmək istəyən insanlar üçündür. Bu kanal sizin üçün ən gözəl məqsədə yönəldilmiş və Qurani mənaları anlamaqda sizə kömək edəcək. Quranda olan, dünyanın möhkəmləndirəcəyi barədə bir çox məlumat var. Həmin məlumatları öyrənməyə hazırsınız? Əgər belədirsə, Telegram kanalımızı izləyin və mənaları anlamaqda yeni bir dünya açaq Qurani əsərlərə dərc etmiş bu əyləncəli və məzmunlu kanalı istifadə edin.

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Jan, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Jan, 17:29


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Jan, 14:57


Peyğəmbəri-Əkrəm (s):

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ مَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

“Mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”

(“Möcəmül-kəbir”, Hafiz Təbərani, səh.78, Dehli çapı.)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Jan, 08:23


İmam Cavad (əleyhissəlam) haqqında qısa məlumat


Mübarək adı: Muhəmməd

Künyəsi: Əbu Cəfər

Ləqəbi: Cavad (səxavətli, əliaçıq, comərd), Təqi (mömin)

Atası: səkkizinci İmamımız-İmam Rza (əleyhissəlam)

Anası: Səbikə Novbiyyə

Doğum ili: hicri 195-ci il, Mədinə şəhərində dünyaya gəlmişdir.

Şəhadəti: hicri 220-ci ildə

Ömrü: 25 il (ən cavan şəhadətə yetişən İmam (ə)

İmamlıq müddəti: 17 il

Qatili: Mötəsimin (l.ə) əmiri ilə zəhərləndirilərək şəhadətə çatmışdır.

Məzarı: Kazimeyn, Qüreyş qəbiristanlığında, babası İmam Musa Kazimin (əleyhissəlam) qəbrinin yanında dəfn olunmuşdur.


https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

10 Jan, 13:29


Salam İmam Zamanım

السَّلاَمُ عَلَيْكَ يَا مَهْدِيَّ اَلْأَرْضِ وَ عَيْنَ اَلْفَرْضِ...

Salam olsun Sənə Ey Mövlam ki, nazənin qəlbindən dinin həqiqəti axır...
Salam olsun Sənə və Allahın Səni yerin sirlərinə hidayət edəcəyi günə!

Səhifeyi Məhdiyyə.
#اللهم‌عجل‌لولیک‌الفرج
#امام_زمان

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

09 Jan, 14:50


"Siz hansısa bir məkanı istilik cihazı ilə qızdırdığınız zaman bütün açıqlıqları, pəncərə və qapıları bağlamalısınız, əks halda, enerjini boş yerə sərf etmiş olacaqsınız. Nə üçün namaz bizə istilik vermir? Çünki göz, qulaq və ağız pəncərələrimiz açıqdır; hər şeyi görür, hər şeyi eşidir və hər şeyi deyirik".

Əllamə Həsənzadə Amuli.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

09 Jan, 11:44


Rüfət Mayılov'un rəsmi səhifələri:

Tiktok:
https://www.tiktok.com/@rufetmayilov?_t=8oN9GGd0T6f&_r=1

Facebook:
https://www.facebook.com/share/v/obd6ozzms1rQ6Kn6/?mibextid=L0MuaQ

İnstagram:
https://www.instagram.com/rufet.mayilov?igsh=emlleWtvbTFxMzk1

YouTube:
https://youtube.com/@rufet.mayilov?si=vS5NaNP3lC8lnScb

Telegram:
https://t.me/elmulyeqin

Whatsapp:
https://chat.whatsapp.com/DfaTtt9K9uZGRF6BxJlr9W

Linkləri paylaşaraq bizə dəstək ola bilərsiniz.

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

09 Jan, 07:10


Allahın adı ilə

Allahın nəzərində olan üç dəstə:

1. Özü və ailəsi üçün narahat olanlar;

2. Özü, ailəsi və qohunları üçün narahat olanlar;

3. Özü, ailəsi, qohumları və bütün insanlar üçün narahat olanlar.

Belə bir söz vardır: "Nəfəs alırsansa demək ki, yaşayırsan amma, başqalarının dərdin çəkirsənsə demək ki, insansan".
İslami təlim bizə 3-cü dəstədən olmağı aşılayır!

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

08 Jan, 13:53


Gərək halal yeməyə çox diqqət edək. Halal yemək insanın şəxsiyyətində böyük müsbət təsirlər buraxır. Haram yemək isə böyük mənfi xarakterə malikdir. Hətta şübhəli yeməklərdən belə çəkinmək lazımdır. Çünki belə yeməklər də Allaha yaxınlaşmağa və Mövlanı ziyarət etməyə hicab və maneə yaradır.

Ayətullah Səadətpərvər (r).

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

08 Jan, 08:17


Hər gün sədəqə verin, həzrət Yaqub bir gün sədəqə verməyi unutdu, Yusifin ayrılığına düçar oldu.

Əllamə Cəvadi Amuli

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

08 Jan, 07:01


Əgər insan həqiqətən moizə əhli olarsa, bütün qapı pəncərə ona moizə edərlər, Allaha bəndəlikdən uzağa düşmək insan üçün problemlərin başlanmasıdır!

Ayətullah Həqşenas (r)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

07 Jan, 15:28


Öz rahatlığının ya həzrət Məhdinin (ə.f) intizarını çəkirsən?

Hansı məqsədlə əsrin imamının intizarını çəkdiyimizi bilmək üçün öz daxilimizə nəzər salmalıyıq. Salavat ilə əldə olunan çörək istəyirik, yoxsa zülmkarların zülmündən bezmişik? Dini vəzifələr bizə ağırlıq edir, yoxsa İslam və müsəlmanlar təhlükədə olduğu üçün zühur intizarındayıq?Müəyyənləşdirməliyik ki, bizim intizar çəkməyimizdə həqiqi məqsəd bunlardan hansıdır?

Ayətullah Misbah Yəzdi, Rəbbin dərgahında, səh.107

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

07 Jan, 08:21


XƏMSƏ ƏŞƏRƏ MÜNACATI – Tövbə edənlərin münacatından
إِلَهِي بِقُدْرَتِكَ عَلَيَّ تُبْ عَلَيَّ وَ بِحِلْمِكَ عَنِّي اعْفُ عَنِّي وَ بِعِلْمِكَ بِي ارْفَقْ بِي
İlahi, Səni üzərimdəki qüdrətinə and verirəm, tövbəmi qəbul et! Səni günahlarımın müqabilindəki səbrinə and verirəm, məni əfv et! Səni vəziyyətimlə bağlı elminə and verirəm, mənimlə mülayim davran!

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

06 Jan, 09:20


Bu dünyada insan utancını aradan qaldırmaq üçün divarın arxasında gizlənə bilər; Amma qiyamətdə nə divar, nə ağac, nə təpə, nə quyu, nədə dağ olar və o zaman fəza aydın olar:
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
Dağları hərəkətə gətirəcəyik və yeri aşkar (düz) görəcəksən və onların (insanların) hamısını dirildəcəyik və bir nəfəri də olsa, nəzərdən qaçırmayacayıq, belə bir günü yadınsa sal!¹
لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
(Ona deyilər) "Sən bu (böyük məhkəmə) səhnəsindən qafil idin və biz pərdəni sənin gözündən kanara çəkdik və gözün bu gün tamamilə itidir."²

1-Kəhf surəsi ayə, 47
2-Qaf surəsi ayə, 22

Əllamə Cəvadi Amuli
Təsnim təfsiri, 52-ci cild, səh 75

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

06 Jan, 08:24


Allahın adı ilə

"Allah-taala mömini, onun yoldaşını və övladlarını da sevir. Allah dərgahında ən gözəl şey kişinin yoldaşı və övladları ilə bir süfrə arxasında yemək yemələridir. Onlar bir yerdə süfrə arxasında toplaşsalar, Allah onlara öz rəhmət gözü ilə baxar və süfrədən hələ durmamış onları bağışlayar".

Peyğəmbər (s.ə)

Tənbihul-Gafilin, səh. 343

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

03 Jan, 14:38


RƏCƏB AYININ HƏR GECƏSİNƏ MƏXSUS NAMAZ

Tövsiyə olunur ki, Rəcəb ayı, hər gecə iki rükət namaz qılınsın; beləki, hər rükətdə “Həmd”dən sonra üç dəfə “Kafirun”surəsini, ondan sonra bir dəfə “İxlas” surəsini oxuyun. Salamları dedikdən sonra əllərinizi göyə qaldırıb deyin:

لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ إِلَيْهِ الْمَصِيرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ آلِهِ

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir, və iləykəl məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih.

(Allahdan başqa, heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. Hamının qayıdışı Ona doğrudur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, dərs oxumamış Məhəmməd və onun Əhli-beytinə salam yetir!)

Sonra əllərinizi üzünüzə çəkin.

Peyğəmbərdən (s) nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona altmış həclə altmış ümrənin savabı verilər.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

03 Jan, 07:13


Allah-təala qüdsi hədisdə buyurur:

“Mən bu ayı (rəcəb) özümlə bəndəm arasında bir ip kimi yaratmışam ki mənə çatmaq istəyən ona yapışsın”.

Qüdsi hədislər, səh 293.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

29 Dec, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

29 Dec, 07:56


Söhbət etmək və kitab yazmaq, öyrətməyin bir hissəsidir. İnsan sözü və yazısı ilə birgə əməl etməsə, onun sözünün alıcısı olmaz. Sözü danışan çatdırmalıdır mikrofon deyil, mikrofon səsi qulağa çatdırır, amma danışanın əməli, sözləri qəlbin dərinliklərinə çatdırır.

Əllamə Cəvadi Amuli

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Dec, 13:28


Salavatın təsiri.

Allah bilir ki, ölü üçün hədiyyə edilən salavatın necə bir mənəvi sürəti və həqiqəti var. İnsan ölənlər üçün Quran və salavat hədiyyə edərsə, onlar da bilirlər sizin bu yaxşılığınıza necə qarşılıq versinlər.

Ayətullah Behcət (r).

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Dec, 07:10


Ustadlardan biri necə də gözəl deyib:

Həyat haqda düşün, amma həyat üçün qəm yemə.
Görmək həqiqətdir, amma düzgün görmək fəzilət.
Ədəb pulnan deyil, amma hər şeyi ədəblə almaq olar.
Hər səhər elə düşün ki, yeni dünyaya gəlmisən. Mehriban ol və sev.
Bəlkə sabah olmadı. Bəlkə sabah oldu, amma əzizlərin olmadı.
Yadımızda olsun. Başqalarının ayağını sındırmaqla, biz daha yaxşı yeriməyəcəyik.
Yadımızda olsun. Başqalarının qəlbini sındırmaqla, biz daha xoşbəxt olmayacayıq.
Kaş biləydik ki, kiminsə göz yaşına səbəb oluruqsa, artıq onunla qarşı-qarşıya deyilik. Onun Allahı ilə qarşı-qarşıyayıq.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Dec, 07:09


İlahi,bizi həqiqi itaət edənlərdən və ibadət əhlindən qərar ver!

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

27 Dec, 08:40


Bir cümə daha...
Yenə bir cümə daha gəldi. Yenə soyuq bir qış gecəsindən sübh aydınlandı. Hərkəs bir-birinə "Cüməniz mübarək" deyib, mübarək gündə cəm oldular məscidə. Amma bir böyük boşluğu hər cümə hiss edirik. Dövrün İmamının yeri hər cümə boşdur. Dildə "cüməniz mübarək" desəkdə qəlb elə hiss etmir. O cümələr ki, İmamsızdır mübarək cümə yox, həsrətlə dolu bir cümədir. Mübarək cümələr deyil bizim cümələr Ağa. Bizim cümələr həsrətli cümələrdir. Qəlbi sınıq, gözü yaşlı müntəzirlərin cümələridir. İmamsız qalanların cümələrdir.
Bir cümə dövrün İmamına (ə.f) iqtida etmək ümidi ilə..
Cüməniz Mübarək...

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

26 Dec, 13:43


Allahın adı ilə

Ayətullah Cavadi Amuli deyir:

Əllamə Təbatəbaiyə dedim: Ağa! Bizə əxlaq dərsi deyin.

Əllamə dedi: əxlaq deyiləsi deyil, əməl ediləsidir.

İmam Sadiq (ə) buyurmuşdur:

“Camaatı dilinizlə deyil, əməllərinizlə (dinə) dəvət edin ki, onlar da sizi pərhizkar, (əməl və ibadətdə) çalışqan, namazqılan və xeyirxah görsünlər. Çünki (ən yaxşı) carçı elə budur.”

“Əl-kafi”, 2-ci cild, səh.78, hədis 14.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Dec, 16:45


Yaxşı övlad tərbiyə etməyin əsas amillərindən biri.

Əziz Peyğəmbərimiz buyurur: "Yaxşı adam olmaq üçün övladlarınıza yardım edin, çünki insan istəsə, itaətsizliyi övladından uzaqlaşdıra bilər".¹
Atamız İbrahimi və digər uşaqlarını düzgün tərbiyə etmək işində əsla səhlənkarlıq etmirdi. O, çox təqvalı bir insan idi: məscidə gedirdi, halal ruziyə çox əhəmiyyətli yanaşırdı. O, Peyğəmbərimizin belə buyurduğunu bilirdi: "İbadət on qisimdir ki, doqquzu halal ruzi qazanmaqdır".²
Buna görə də, bəzi quldurlar onu incidib ozamankı Əmiriyyə məhəlləsində halal ruzi qazanmağa qoymayanda atasından miras qalmış dükanı satıb şəkər zavodunda işləməyə getdi. Orada səhərdən axşama qədər sobanın önündə dayanıb fəhləlik edirdi. Həmin ərəfədə kiçik bir ev aldı. İbrahim dəfələrlə deyirmiş: "Atamın yaxşı övladlar tərbiyə etməsinin səbəbi halal ruzi üçün çəkdiyi əziyyətlərdir".

¹"Nəhcül-fəsahə", hədis: 379.
²"Bihar əl-ənvar", c. 103, s. 7.

Salam olsun İbrahimə kitabından.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Dec, 13:43


"Namaz halında bəndəlikdən elə ləzzət alıram ki, dünyanın bütün çətinlikləri, fəqirlik və müşküllər da daxil olmaqla tamamilə yaddan çıxır."

Əllamə Qazi Təbatəbai (r)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Dec, 13:42


Neçə günah vardır ki
O, günahın sahibi bəzi vaxt tövbə etməyə müvəffəq olmur!

1- Namaz qılmayanlar ,
2- Aq Valideyin olanlar ,
3- Abr aparmaq!

Ayətullah Fatiminiyya (r)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Dec, 07:25


Deyirlər bir uşaq evdə çox şuluqluq etmişdi, qatmışdı hər şeyi bir-birinə. Ata evə girəndə ana oğlundan atasına şikayət etdi, ata yorğun idi qamçını götürdü. Oğlan gördü ki, bu gün vəziyyət xarabdır, bütün qapılarda bağlı ata qamçını qaldıranda oğlan baxdı ki, hara qaçsın? Qaçış yolu yoxdur! özünü atanın sinəsinə sıxdı atanın əlləri əsdi, qamçıda əlindən yerə düşdü. "Sizdə nə vaxt gördünüz ki vəziyyət xarabdır, günahınıza görə Allahın əzabı sizi gözləyir, Allaha tərəf qaçın, ona sığının. Allahdan Allaha qaçın. Harda qorxuya düşdünüz, qaçış yolu Allaha tərəfdir."

Hacı İsmail Dulabi.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Dec, 16:21


Elm bizə aydınlıq gətirib qüdrət verir, iman isə eşq, ümid və hərarət verir. Elm vasitə düzəldir, iman isə məqsəd. Elm sürətləndirir, iman isə istiqamətləndirir. Elm bacarmaq, iman isə yaxşı istəməkdir. Elm “nə olmasını” nəzərə çarpdırır, iman isə “nə etmək lazımıdır” deyə ilham bəxş edir. Elm insanın vücudunu bir üfüq kimi genişləndirir, iman isə onu şaquli istiqamətdə yuxarı qaldırır. Elm əqlin, iman isə ruhun gözəlliyidir. Elm düşüncənin, iman isə hislərin gözəlliyidir...

Şəhid Mürtəza Mütəhhəri (rəh)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Dec, 08:22


Ehh insan oğlu, ehtiyacı olana sədəqə verərkən cibində olan ən balaca pulu axtarırsan, əllərini göyə açanda isə Allahdan cənnətdən saray istəyirsən.

İlahiyyatçı Rüfət Mayılov

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Dec, 17:28


Deyirlər bir uşaq evdə çox şuluqluq etmişdi, qatmışdı hər şeyi bir-birinə. Ata evə girəndə ana oğlundan atasına şikayət etdi, ata yorğun idi qamçını götürdü. Oğlan gördü ki, bu gün vəziyyət xarabdır, bütün qapılarda bağlı ata qamçını qaldıranda oğlan baxdı ki, hara qaçsın? Qaçış yolu yoxdur! özünü atanın sinəsinə sıxdı atanın əlləri əsdi, qamçıda əlindən yerə düşdü. "Sizdə nə vaxt gördünüz ki vəziyyət xarabdır, günahınıza görə Allahın əzabı sizi gözləyir, Allaha tərəf qaçın, ona sığının. Allahdan Allaha qaçın. Harda qorxuya düşdünüz, qaçış yolu Allaha tərəfdir."

Hacı İsmail Dulabi.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Dec, 14:44


Siz uzaq düşmüsünüz mən yaxındayam...

Əli ibin Məhziar Əhvazi İmam Zamanın (əc) hüzuruna yetişdi və qəlbinin necə o həzrət üçün darıxdığını dilə gətirib dedi: Ağacan! Kimsəni tapmadım ki, sizə gələn yolu mənə göstərib məni sizin hüzurunuza yetirsin...

İmam buyurdu:
Xeyr! Məsələ yol göstərmək məsələsi deyil, siz çoxlu sərvət toplayıb kasıb  ailələri və möminləri pənahsız qoymusunuz və onlarla dini və ictimai əlaqələrinizi kəsmisiniz, bu halda nə bəhanəniz ola bilər?


©Seyid Haşim Bəhrani


“Ğayətul-məram”, səh.779

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وآلِ مُحَمَّدٍ وعَجِّلْ فَرَجَهُمْ

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Dec, 13:39


İnsanların batinini onlar qəzəbləndiyi vaxt tanıyın. Çünki insanların sizin barənizdə həqiqətə ən yaxın olan fikirləri qəzəbləndikləri zaman sizə
dedikləri sözlərdir.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

22 Dec, 08:01


Dünya və axirət xanımlarının Seyyidəsi, Peyğəmbərin (s) əziz qızı Xanım Fatimeyi Zəhranın (s.ə) Mövlud günüdür. Bu münasibətlə başda İmam Zaman Ağa olmaqla (ə.f) bütün möminləri təbrik edirik.

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Dec, 17:02


Xanım Zəhranın (s.ə) mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik!

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Dec, 08:25


Allahın adı ilə

"Ananın haqqı olaraq bil ki, səni elə yerdə (bətnində) saxlayıb ki, başqası saxlamazdı, başqalarının sənə heç vaxt vermədiyi canının meyvəsini verib, bütün vücudu ilə qulağı, gözü, əlləri, ayaqları, saçları, dərisi və sevinci ilə səni qoruyub. Sənə görə çətinliyə, qəm-qüssəyə və nigarançılığa səbir edir... Bütün bu sevgisi və zəhməti müqabilində ona təşəkkür etməlisən. Ancaq bil ki, yalnız Allah kömək etsə, onun şükrünü edə bilərsən".

İmam Səccad (ə).

Hüquq Risaləsi (ata və ananın haqqı bölməsi)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

27 Nov, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

27 Nov, 17:01


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto:‼️ https://t.me/dahilerden_kelamlar

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

27 Nov, 12:47


Qəlblər səndən uzaq düşdükcə, gözlər də səni görməz oldu...

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

26 Nov, 14:18


Finlandiyada bu abidənin şuarı: "Hətta suda qərq olan halda belə, oxu!"

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

26 Nov, 14:18


"İlahi!
(Sənə tərəf gedən yolda) Qapı bağlı deyil, bizim əl-qolumuz bağlıdır."

Əllamə Həsən Həsənzadə Amuli

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Nov, 13:47


Bəqərə surəsi, ayə 83
وَقُولُواْ لِلنَّاسِ حُسْنا
İnsanlarla xoş dillə danışın

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Nov, 13:47


"Hər nə qədər namazların nizamlı və əvvəl vaxta olarsa, yaşayışın da nizama düşəcək. Bilmirsən ki, qurtuluş və səadət namaz ilə birlikdədir?"

Ayətullah Bəhcət (r)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Nov, 13:07


Dovşan bir gün meşədə şirə yaxınlaşıb şikayət edir:
- Şah sağ olsun, canavar gün ərzində 5-6 dəfə harda məni tutursa döyür, artıq bezmişəm.
Şir canavarı yanına çağırır və bərk-bərk tapşırır ki, yaxşı, dovşanı gündə bir dəfə döyə bilərsən, artıq olsa özündən küs.
Səhəri gün tezdən dovşan canavarla qarşılaşır, canavar, "bax, bir dəfə döyməyə icazə var", deyib yazığı bərk döyür. Bir neçə saat sonra yenə qarşılaşırlar, canavar, "gəl səni bir də çırpım, bunu sabahın əvəzinə yazarsan", deyib dovşanı əzişdirir.
Axşamüstü canavar dovşanı görür, "gəl bir dəfə də döyüm, bunu da birigünə yaz".
Bir həftə sonra şir meşədə dovşanı görür və soruşur;
- Sizin iş nə yerdə qaldı.
- Şah sağ olsun, əvvəl necə idisə, elə də davam edir, sadəcə indi yazı-pozu işi artıb.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Nov, 13:07


Həzrət Ayətullah Əbdulkərim Kəşmiri (r)

"Mə'rifət yolunda zəhmət çəkmək və bu yolda sabitqədəm olmaqla məqama çatmaq olar. Tənbəllik ilə heç kəs bir yerə çata bilməz."

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Nov, 13:07


Bir kişinin üç oğlu olur. Üç oğuldan sonra yoldaşı bir qız övladı dünyaya gətirir. Kişi indiyə qədər etmədiyi bir qonaqlıq təşkil edir. Hamı soruşur: "Niyə sən oğlanların dünyaya gələndə qonaqlıq vermədin, qızın üçün bu qədər təmtəraqlı məclis qurursan?"
Kişinin cavabı belə olur:
"Toyumuzun səhərisi günü yoldaşımla qərara gəldik ki, 3 gün bizə kim gəlsə, qapını açmarıq. Həmin gün qapı döyüldü. Gedib baxdıq ki, mənim valideynlərimdir. Dedik ki, söz vermişik açmamalıyıq. Acmadıq da. Valideynlərim qapını biraz döydükdən sonra bizim evdə olmadığımızı düşünüb getdilər. Ertəsi gün yenə qapı döyüldü. Baxdıq ki, bu dəfə yoldaşımın valideynləridi. Mən ona baxıb dedim ki, söz vermişik, açmamalıyıq. Yoldaşım ağlamağa başladı. Dedi ki, mən dözə bilmərəm. Gedib qapını açdı. İndi anladınız ki, mən niyə qonaqlıq verirəm?! Mənim üçün qapı açanım dünyaya gəlib."

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Nov, 08:50


📊 Aşağıdakılardan seçim edib ödənişsiz şəkildə sınaqlar, qaydalar və video izahları üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Nov, 04:50


Yeni tədris ilində sizə ödənişsiz lazim olan kanallardan faydalanmaq üçün seçim edin və abunə olun ⤵️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Nov, 16:00


"Namaz təkəbbürdən uzaqlaşmaq üçündür"

Xanım Fatemeyi-Zəhra(s.ə)...

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Nov, 08:24


Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!

(Nisa 162)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Nov, 08:22


Nəml surəsi, ayə 62
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ

Darda qalan bir kimsə Onu çağırıb dua etdiyi zaman ona cavab verən, onun çətinliyi və qəm-qüssəsini aradan qaldıran (Allah)!.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Nov, 08:21


İnsanın bir sərmayəsi vardır ki, bu sərmayə ilə mələkut aləmini müşahidə edə bilər. Düşünməyin ki, bu məqam fəqət peyğəmbər və imama məxsusdur.

Əllamə Həsənzadə Amul

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Nov, 04:50


♨️ Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün, təhsil haqqında ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Nov, 14:09


Ustad Fatiminiya (r):

Atam izdivac günümdə mənə bir tablo hədiyyə etdi. Tabloda öz xətti ilə İmam Hüseyndən bir hədis yazmışdır.
Hədis;

"Allahdan başqa köməyi olmayana zülm etməkdən qorx"

Atam istədi bu hədislə mənə başa salsın ki, xanımın Allahdan başqa pənahı yoxdur. Xanımı hətta söz ilə incitmək Allah ilə müharibə etmək deməkdir.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Nov, 13:55


Rüfət Mayılov

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

20 Nov, 13:40


Qəbiristanlıqda:

Evsiz birinin qəbrinə yazılmışdı:

"Allaha şükürlər olsun axır ki, öz evim oldu"

Bir fəqirin qəbrinə isə:

"Dünyaya  heçnəsiz gəldim, bir şeyim olmadan yaşadım və heçnəsiz axirətə qayıtdım"

Varlı birinin isə qəbrinə yazmışdılar:

"Hamını pulla razı saldım, ölüm mələyindən başqa"

Qəlb sındıran birinin qəbrinə yazılmışdı:

"Qiyamət var, təlafe edərəm"

Qoca birinin qəbrinə isə:

"Bir-birinizi incitməyin. And ola Allaha peşman olacaqsınız"

Uşağın məzarına isə belə yazılmışdı:

"Çox xoşbəxtəm böyüyüb dünyanın çirkinliklərinə bulaşmadım"

Bir ananın qəbrinə yazmışdılar:

"Sizi Allaha and verirəm, uşaqlarımdan muğayat olun"

Bir həkimin qəbrinə isə belə yazılmışdı:

"Hər şeyin bir çarəsi var, ölümdən başqa"

Dünya axirətin tarlasıdır. Öz aqibətimiz barədə düşünək, görəsən nə əkmişik?! Çünki əkdiyimizdən qeyrisini biçməyəcəyik.

از مکافات عمل غافل مشو
گندم از گندم بروید، جو ز جو
(Əməllərinin mükafatından qafil olma. Buğdadan buğda, arpadan arpa yetişər)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

20 Nov, 04:04


Qəlbini qoru ki, Allah qəlbində təcəlli etsin...

Şeyx Rəcəbəli Xəyyat deyir:

Əgər qəlbinizi qorusanız və Allahdan başqasını ora buraxmasanız, başqalarının görmədiyini siz görəcək və başqalarının eşitmədiyini siz eşidəcəksiniz...

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

20 Nov, 02:53




السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ، السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ،  لَعَنَ اللهُ مَانِعَكِ إِرْثَكِ، وَ دَافِعَكِ عَنْ حَقِّكِ، وَ الرَّادَّ عَلَيْكِ قَوْلَكِ، لَعَنَ اللهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ، وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ.

Salam olsun sənə, ey doğru danışan və ey şəhid olmuş xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı qaldığı xanım! Allah irsinə mane olanlara, haqqını əlindən alanlara və sözünü qəbul etməyənlərə lənət etsin! Allah onların tərəfdarlarına da, ardıcıllarına da lənət etsin və onları cəhənnəmin dərinliklərinə atsın!

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

19 Nov, 15:54


Əlinin məzlumiyyəti..

يا عَمّار! لَمّا وَضَعْتُ فاطِمةَ عَلَى اَلْمُغْتَسَلِ، نَظَرتُ إلیٰ ضِلْعٍ مِنْ أضْلاعِها مَكْسورًا و َمَا يَقْرَعُ قَلْبِي يا عَمّار أنَّها كانَتْ تُخْفي ذَلِكَ عَنّي مَخافَةَ أنْ تَنَغَّصَ عَلَيّ‌ََ عَيْشِي

"Ey Əmmar! Elə ki Fatiməni qüsl verəcəyim yerə qoydum, gördüm ki, qabırğalarından biri sınıb. Əmmar, mənim qəlbimi yandıran odur ki, o, bunu məndən məni üzməmək və həyatımı kədərə boğmamaq üçün gizlədib..

Seyid İbn Tavus, "Turəf", səh.364

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

19 Nov, 14:20


Diqqət!

İmam Həsən Əskəri (ə) buyurub: Qəmgin insanın yanında sevinci aşkar etmak ədəbsizlikdir. (Tuhaful-uqul, səh 489.)

İmam Zəman (ə.f) ağa yasdadır, qəmlidir. Ağanın yanında toya gedən, ad günü edən, təbrik edən hər kəs ədəbsizlik edir.

Şiə ilə Əlinin (ə)şiə'si arasında fərq çoxdur. Xanım Zəhra islamın qırmızı xəttidir. Bu xətti tapdalayanları şiddətli sorğu sual gözləyir.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

19 Nov, 13:53


Həzrət İmam Əli (ə) buyurub.

İnsanların ən xoşbəxti odur ki, bizim fəzilətimizi tanısın, bizim vasitəmizlə Allaha yaxınlaşsın, bizə xalis məhəbbət bəsləsin, göstərişlərimizə əməl etsin və qadağan etdiklərimizdən çəkinsin. Belə isə o bizdəndir və Behiştdə bizimlə birgə olacaq.

"Ğurərul-hikəm"hədis 3229.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

19 Nov, 08:19


İmam Sadiq (ə):

«Sizin gəncləri bu iki haldan qeyri bir halda görmək istəmirəm: alim və ya tələbə. Çünki belə olmasa, səhlənkarlıq etmişdir. Əgər səhlənkarlıq etsə, zay olmuşdur. Əgər zay olsa, günahkar olar. Günahkar olsa, and olsun Məhəmmədi haqq ilə göndərənə, yeri Cəhənnəmdə olar.»

Əmali-Tusi, səh. 303,
Hədis 604.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

19 Nov, 07:30


Əllamə Təbatəbai (r.ə)

Nə qədər ki, bu həyatdasınız, daim (Peyğəmbər və Əhlibeytinə) salavat göndərmək və "Qul huvallah" (İxlas) surəsini oxumaqla məşğul olun. Elə ki, insan qəbirə qoyular, arzu edər ki, bir nəfər gəlib qəbrinin yanında dayansın və onun üçün bir Fatihə oxusun və ya bir salavat göndərsin.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

18 Nov, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

18 Nov, 17:01


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto:‼️ https://t.me/dahilerden_kelamlar

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

18 Nov, 14:42


İmam Kazim (ə):
ثَلاثَةٌ يَسْتَظِلُّونَ بِظِلِّ عَرْشِ اللّه يـَوْمَ لاظـِلَّ اِلاّ ظـِلُّـهُ: رَجُلٌ زَوَّجَ اَخاهُ الْمُسْلِمَ، اَوْ اَخْـدَمـَهُ، اَوْكَتَمَ لَهُ سِرّا
“Allahın ərşinin kölgəsindən başqa, heç bir kölgənin olmadığı Qiyamət günü üç şəxs Allahın ərşinin kölgəsinə sığınar:
1. Öz din qardaşını evləndirən;
2.Ona xidmət edən;
3. Onun sirrini saxlayan.”

“Biharul-ənvar”, c.72, səh.70.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

18 Nov, 14:40


Xanım Fatimeyi-Zəhranı (ə.s.) və xanədanını sevənlərin məqamı


Peyğəmbəri-Əkrəm (s) Xanım Fatimeyi-Zəhranın (ə.s.) Qiyamətdəki fəzilət və məqamı haqqında belə buyurmuşdur:
 
يوحِي اللّهُ عَزَّوجَلَّ إلَيها: يا فاطِمَةُ، سَليني اُعطِكِ، وتَمَنَّي عَلَيَّ اُرضِكِ. فَتَقولُ: إلهي أنتَ المُنى وفَوقَ المُنى، أسأَلُكَ أن لا تُعَذِّبَ مُحِبّي ومُحِبَّ عِترَتي بِالنّارِ. فَيوحِي اللّهُ إلَيها: يا فاطِمَةُ، وعِزَّتي وجَلالي وَارتِفاعِ مَكاني، لَقَد آلَيتُ عَلى نَفسي، مِن قَبلِ أن أخلُقَ السَّماواتِ وَالأَرضَ بِأَلفَي عامٍ، أن لا اُعَذِّبَ مُحِبّيكِ ومُحِبّي عِترَتِكِ بِالنّار
 
“Allah-Taala Qiyamət günü ona belə vəhy edər: “Ey Fatimə, məndən istə, sənə əta edim və Məndən xahiş et, səni razı salım!”
 
Fatimə deyər: “Ey mənim Rəbbim, Sən arzum və ən böyük arzusan! Səndən xahişim budur ki, məni və xanədanımı sevənlərə Cəhənnəm odu ilə əzab verməyəsən.”
 
Allah vəhy edib buyurar: “Ey Fatimə! İzzət, şövkət və böyük məqamıma and olsun, Mən göyləri və yeri yaratmamışdan iki min il öncə səni və xanədanını sevənləri Cəhənnəm odunda yandırmayacağıma and içmişəm.” (“Təvilu ayatiz-zahirə”, səh.474.)
 

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

17 Nov, 07:55


Məni ölümümdən sonra unutmayın mənim ziyarət və görüşüm üçün məzarım üstə gəlin...

Hz Zəhra.s.ə İmam Əli.ə son vəsiyyətindən.

Gizli məzarına ruhumuz qurban anacan.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

17 Nov, 07:54


İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: “Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə görə..

Zəkəriyya ibn Adəm.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

17 Nov, 07:19


Dayanma! Qaç!

Dünya mö'minin zindanıdır.
Gərək bu təbiət aləmindən mələkut aləminə seyr (səfər) edəsən.
Əgər Allaha tərəf səfər etmək qəsdin varsa, sürətlə hərəkət et! Dayanma! Necə ki, Allah Təala Özü Qur'anda buyurur: "Allaha tərəf sürətlə qaçın!"
(Zariyat surəsi, ayə 50)

Höccətul İslam Əli Firuği.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

17 Nov, 06:16


Şəhidlərin izi ilə..

Yadımdadır, üçüncü-dördüncü sinifdə oxuyanda atam İbrahimə hirslənib dedi: "İbrahim, çıx bayıra, axşama qədər də gəlmə".
İbrahim axşama qədər evə gəlmədi. Hamımız onun günorta ac qalmasından ötrü narahat idik, amma heç kim atamın sözünün üstünə bir söz demədi. İbrahim axşam qayıtdı, hörmətlə hamıya salam verdi. Tez soruşdum: "Günortaya nə yedin, qardaş?" Atam hələ də özünü hirsli göstərsə də, İbrahimin cavabını gözləyirdi. İbrahim çox sakitcə dedi: "Küçədə bir qoca qadın gördüm. Bazardan gəlirdi, çox şey almışdı, amma evinə apara bilmirdi. Gedib ona kömək etdim, əşyalarını evinə apardım. Qadın da çox təşəkkür etdi və mənə bir beşriallıq verdi. Almaq istəmirdim, amma çox israr etdi. Mən də əmin idim ki, bu pul halaldır, çünki onun üçün zəhmət çəkmişdim. Günorta həmin pulla çörək alıb yedim”. Atam əhvalatı eşidib təbəssüm etdi. Sevinirdi ki, oğlu atasının dərsini yaxşı öyrənib və halal ruziyə əhəmiyyətli yanaşır.

"Salam olsun İbrahimə" kitabından.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

16 Nov, 14:58


ƏYYAMİ FATİMƏ NƏ DEMƏKDİR ?!!

Əyyami-Fatimiyyə ərəb dilindən tərcümədə "Fatimə Günləri" deməkdir. Xanım Fatimənin (s.ə) şəhadəti şiə rəvayətlərinə görə iki tarixdə qeyd edilir. Bir rəvayətə görə Xanım Fatimə atasının vəfatından 75 gün sonra,digər rəvayətə görə 95 gün sonra dünyasını dəyişmişdir. Bu hesabla Xanımın şəhadəti Cəmadiyul əvvəl ayının 13-də və Cəmadiyus sani ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günə "Əyyami-Fatimiyyə" deyilir. 20 gündə Xanım Fatiməyə matəm tutulur, əza məclisləri keçirilir, şadlıq edilmir.


Allahummə Əccil vəliyyikəl fərəc

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

16 Nov, 13:38


Əyyami Fatimiyyə günlərinin əməlləri

1.Ehsan etmək
2. Xanımın ziyarətnaməsini oxumaq
3. Fərəc duasını oxumaq
4. Kəsa hədisini oxumaq
5. sübh namazından sonra Əhd duasını oxumaq
6. İstiğfar etmək

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

16 Nov, 04:45


Həzrət Ayətullah Əbdulkərim Kəşmiri (r)

"Mə'rifət yolunda zəhmət çəkmək və bu yolda sabitqədəm olmaqla məqama çatmaq olar. Tənbəllik ilə heç kəs bir yerə çata bilməz."

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

15 Nov, 13:50


بسم الله الرحمن الرحیم

Səbirli ol! Şübhəsiz ki, Allah gözəl əməl sahiblərinin mükafatını zay etməz.

Hud surəsi/115

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

14 Nov, 14:24


Xanım Fatimeyi-Zəhranın (s.ə) ziyarətnaməsi

Oxunuş qaydası:

Əssəlamu ələyki ya mum-təhənətum təhənəkilləzi xələ-qək, fəvəcədəki liməm təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələvatullahi ə-ləyhima, və ənə əs`əluki in kuntu səddəqtuki illa əlhəqtini bitəsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahirun bivilayə-tiki və vilayəti ali bəytik, sələ-vatullahi ələyhim əcməin.


Tərcüməsi:

Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

14 Nov, 10:31


🏴Şübhə
Nə üçün "Əyyami Fatimiyyə" üçün iki tarix zikr olunub, 75 və 95 gün?!

🏴Cavab:
Tarixdə Həzrəti Zəhranın (سلام‌الله‌علیها) şəhadəti nəqli şiənin qədim bir rəvayəti ki, İslamın əvvələrində kufə xətti ilə nöqtəsizdir,qeyd olunmuşdur ki:

«عاشت بعد أبيها خمسة و سبعین (تسعين) يوما»

"Həzrəti Zəhra سلام‌الله‌علیها Peyğəmbərdən sonra, 75 ya 95 gün həyatda qaldı) ki, bu ibarətlərdə
«خمسة و سبعین»¹ (75 gün)
«خمسة و تسعین»² (95 gün)
rəqəmlərini müəyyən etmək dəqiq olmadığı üçün mühəddislər buna görə hər iki tarixi nəql etmişlər;
Bu, tarixi cəhətdən olan bir mahiyyətdir ki, nəqllərdə ixtilafa səbəb olmuş və şiələrdə "Əyyami Fatimiyyə"ni iki tarixdə qeyd edirlər.

Mənbə;
1.Şeyx Kuleyni,Kafi,cild 1,səh 458.
2.Xəzzaz Qumi,Kifayətul əsər,səh 65.

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

14 Nov, 08:21


Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani deyir:

Mərhum atam, Ayətullah Fazil Lənkərani, bir gün, məşhəd alimləri ilə görüşdə dedi: Mən əlli ildən artıqdır ki, hövzədə dərs deyirəm, minlərlə tələbə yetişdirmişəm, əllidən çox fiqh, üsul, təfsir elmləri haqqında kitablar yazmışam; Amma öz axirətim üçün, bunlardan heç birinə ümidim yoxdur. Yeganə ümidim son bir neçə ildə, həzrəti Zəhranın (s) şəhadətinə aid yazdığım bu məktublar və yazılardır.

Bu onun nəcib həyatının son günlərində aydın şəkildə özünü biruzə verirdi. O, həmişə fikir halındaydı bəzən başını qaldırıb deyirdi: " salam olsun sənə ya Fatimeyi-Zəhra" (s).

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

13 Nov, 12:53


Bu gecə Peyğəmbərin (ə.s) gözünün nuru, Həzrət Əlinin (ə.s) həmdəmi, anamız Həzrət Fatemeyi Zəhranın (s.ə) şəhadət gecəsidir. Bu münasibətlə başda ağamız İmam Zaman (ə.f) olmaqla bütün Əhli-beyt sevərlərə təsliyət və başsağlığı ərz edirik!

Allah Xanım Zəhranın (s.) bu dünyada ziyarətini, axirətdə şəfaətini bizlərə nəsib etsin inşəallah!

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

12 Nov, 14:55


Allahın adı ilə

Şeytan daim qulağa
pıçıldayır ki, övladlarının, nəvələrin həyatını təmin et. Bu Şeytanın vəsvəsəsidir. Alimlərdən biri belə deyərdi: "Mən övladlarımın fikrində deyiləm. Mömin olsalar, Allah dünya mehmanxanasında qonaqlara verdiyindən onlara da verəcək.
Mömin olmasalar mən qeyri-möminlər üçün hamballıq etmərəm

Ayətullah Məkarim Şirazi.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

12 Nov, 13:41


İmam Əli (ə):
 
سِتَّةُ أَشْيَاءَ حَسَنٌ وَ لَكِنْ مِنْ سِتَّةٍ أَحْسَنُ، اَلْعَدْلُ حَسَنٌ وَ هُوَ مِنَ الْأُمَرَاءِ أَحْسَنُ، وَ اَلصَّبْرُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْفُقَرَاءِ أَحْسَنُ، وَ اَلْوَرَعُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْعُلَمَاءِ أَحْسَنُ، وَ اَلسَّخَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْأَغْنِيَاءِ أَحْسَنُ، وَ اَلتَّوْبَةُ حَسَنَةٌ وَ هِيَ مِنَ اَلشَّابِّ أَحْسَنُ وَ اَلْحَيَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلنِّسَاءِ أَحْسَنُ
 
“Altı iş yaxşıdır, amma onun altı dəstədən baş verməsi daha yaxşıdır:
 
1. Ədalət yaxşıdır, amma rəhbərlərin ədalətli olması daha yaxşıdır.
 
2. Səbir yaxşıdır, amma yoxsulların səbirli olması daha yaxşıdır.
 
3. Təqva yaxşıdır, amma alimlərin təqvalı olması daha yaxşıdır.
 
4. Səxavət yaxşıdır, amma varlıların səxavətli olması daha yaxşıdır.
 
5. Tövbə yaxşıdır, amma gənclərin tövbə etməsi daha yaxşıdır.
 
6. Həya yaxşıdır, amma qadınların həyalı olması daha yaxşıdır.”
 
“İrşadul-qulub”, c.1, səh.193.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Nov, 15:30


"Xoş o kəsin halına ki, öz eyiblərini görür və başqalarının eyblərinə göz yumur. Özünü kamil və səhvsiz bilmir."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

11 Nov, 13:31


Allahın adı ilə

Namazlarına siz baxın

İmam az nəsihət edərdi. Yeddi yaşdan uşaqların dini tərbiyəsinə diqqət edərdi və Deyərdi ki, uşaq yeddi yaşdan namaz qılmalıdır. Uşağı namaz qılmağa vadar edin ki, doqquz yaşına çatanda adət etsinlər. Mən isə belə deyərdim: Başqa sahələrdəki tərbiyələri ilə özüm məşğul olaram, amma namaz qılmağa siz onlara deyin, çünki mən desəm, qulaq asmazlar mənə.
İmamın özü onların namazları- nəzarət edib soruşardı. Uşaqların namaz "Qılmışıq"-sözü ilə kifayətlənər və daha araşdırma aparmazdı.¹

1- İmamın həyat yoldaşı


İmam Əli (ə):

"Övladlarınıza namaz qılmağı öyrədin. Yetkinlik çağına çatandan sonra isə onları hesaba çəkin".

Ğürərul-Hikəm, 6305-ci hədis.

Ruhullahın həyat tərzi, səh:50

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

30 Oct, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Oct, 14:56


Quran oxuya bilməyən...

Rüfət Mayılov

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Oct, 14:07


İmam Əli (ə):
عـَلَيـْكـُمْ بـِكـِتـابِ اللّهِ، فـَاِنَّهُ الْحـَبـْلُ الْمـَتينُ وَالنُّورُ الْمُبينُ، وَالشِّفاءُ النّافِعُ وَالرِّىُّ النّاقِعُ وَالْعِصْمَةُ لِلْمُتَمَسِّكِ وَالنَّجاةُ لِلْمُتَعَلِّقِ
"Allahın kitabını unutmayın; çünki o, möhkəm kəndir, aydın nur, faydalı şəfa, sirabedici bulaq, ondan yapışanın qoruyucusu və ondan asılan üçün qurtuluşdur."

"Nəhcül-bəlağə", xütbə 155.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

28 Oct, 14:05


Peyğəmbəri-Əkrəm (s):
زُورُوا مَوْتَاكُمْ وَ صَلُّوا عَلَیهِمْ وَ سَلِّمُوا عَلَیهِمْ، فَإِنَّ لَكُمْ فِیهِمْ عِبْرَة
“Ölənlərinizi ziyarət edin, onlara salavat və salam göndərin; çünki onlar sizin üçün ibrət dərsidir.”

“Tənbihul-xəvatir”, c.1, səh.288.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

27 Oct, 09:47


Məyus olmayın...

Rüfət Mayılov

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

26 Oct, 16:03


Əsl güc intiqam almağa qüdrətin yetdiyi halda bağışlaya bilməkdir. Bağışlamaq sənin ruhunun böyüklüyündən və saflığından xəbər verir. Bağışlamaq bunu göstərir ki, sənin qəlbinə kin-küdurət, intiqam hissi deyil, sevgi və xeyirxahlıq hakimdir.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

26 Oct, 16:03


Bircə söz fəsad əhlini hidayət etdi

O zaman ki, Axund Molla Muhəmmədtəqi Məclisi kifayət qədər məşhur deyildi, bir nəfər bu alimin yanına gəlir və qonşularından şikayət edir. Deyir ki, “qonşularımızın əxlaqı çox pisdir və mən artıq təngə gəlmişəm. Nə edim?”.
Alim deyir: “Onların hamısını bu gecə evinə dəvət et, mən də gələcəyəm. Ola bilsin ki, Allah bu vasitə ilə onları hidayət edər”.
Həmin şəxs qonşularını evinə dəvət edir və alim hamıdan tez gəlib, otağın bir küncündə əyləşir. Onlar içəri girində alimi görürlər və çox narahat olurlar. Çünki onlarla eyni məsləkdə olan insan deyildi. Onların əyləncəsinə mane olacaqdı. Ona görə də alimi məclisdən çlxartmaq üçün deyirlər: “Sizin getdiyiniz yol daha yaxşıdır, yoxsa bizim?”.
Axund deyir: “Bu mövzunun aydın olması üçün gərək hər iki tərəf öz işinin xüsusiyyətlərini bəyan etsin. O zaman görmək olar ki, hansı daha yaxşıdır?”.
Qonşularından biri deyir: “İnsaf etdin və haqq söz dedin. Bizim sifətlərimizdən biri budur ki, biz duz-çörək kəsdiyimiz insana xəyanət etmərik”.
Axund deyir: “Sənin dediyin kimi deyildir və mən sənin bu sözünü qəbul edə bilmərəm”.
Həmin şəxs deyir: “İnkar etməyiniz yersizdir. Çünki bu sifət bu tayfaya aiddir”.
Axund deyir: “Əgər belədirsə, mən sizdən soruşuram ki, siz heç indiyə qədər Allahın duzunu yemisiniz?”.
Bu şəxs həmin sualı eşidən kimi başını aşağı saldı və bir müddətdən sonra ayağa qalxdı və hamı ilə birlikdə çıxıb getdi.
Ev sahibi Axunda dedi: “İş daha da pis oldu. Çünki onlar küsərək evdən getdilər”.
Axund dedi: “İndi ki, iş bu yerə gəlib çatdı, səbir et, görək nə olur?”.
Səhər açılan zaman həmin qonşu Axundun evinə gəlir və nalə çəkərək deyir: “Sizin dünənki sözünüz mənə çox təsir etdi. Yuxunu gözümdən apardı. İndi tövbə edirəm və qüsl alıb xidmətinizə gəlmişəm ki, dini məsələləri mənə öyrədəsiniz”.
Bu hadisədən sonra muxlis möminlərdən olur və haqqa qaydir..

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

25 Oct, 07:41


Qız övladları - Behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər.
Həzrət Peyğəmbər (s) buyurur:
"Qız övladları - bərəkət mənbəyidirlər".
Allahın Rəsulu (s) buyurur: "O kəsin ki, bir qız
övladı olar, Allah Təala onun köməkçisi olar.
Bərəkət və bağışlanmasını onun halına şamil edər"
Həzrət Peyğəmbər (s) buyurur:"Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə
hər gün bir ilin ibadət savabını yazarlar".

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Oct, 16:17


Artıq qalmış yeməyi divarın, ağacın dibinə tökürdü. Ət alanda da ən yaxşı yerindən kəsib dama pişiklərə atırdı. Həmişə də deyirdi: “Bütün ölənlərin niyyətinə!”
“Allaha doğru” verilişində Hacı Alidən eşitmişdi ki, nə zaman savab bir iş görmək istəsəniz, bütün ölənləri niyyət edin. Beləcə yaradılışın əvvəlindən axırına kimi bütün ölülərə eyni həddə savab çatar. Qiyamət günü ölülər üçün daha çox savab əməl niyyət edənin əməllərinə tez baxılar. Buna görə də, heç vaxt artıq qalmış yeməyi zibil qutusuna atmazdı.

"Yadında qalsın"
Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində..

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Oct, 10:35


Bu kəlamda məxsusi bir şirinlik var.

Təəccüb edirəm o şəxsə ki, bütün gün özü ilədir, amma danışanda başqasından danışır.

Əmirəlmöminin (ə.s)
.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Oct, 07:51


Həzrət Rəsulullah (s) buyurub:

"Hər kim müsəlmanların qəbirlərindən olan bir qəbirdə (onun yanında) Allahın (c) kitabından bir ayə oxusa, Allah (c) ona yetmiş peyğəmbərin (ə) savabını əta edər! Hər kim qəbirlərin əhli üçün bağışlanma diləsə, cəhənnəm odundan nicat tapar və gülən halda cənnətə daxil olar!"

(Biharul-ənvar, cild 99, səh 300, hədis 29.)

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

24 Oct, 07:43


Böyük ariflərdən olan mərhum Ayətullah Səadətpərvər Pəhləvani buyurur:

Bir dəfə gənc olanda evdə ailəmlə pis rəftar etdim, məna aləmində mənə dedilər iyirmi illik nalələrin nəticəsiz qaldı.

Unutmayın, bəzən qısa bir hekayənin təsiri, saatlarla nəsihət verməkdən daha təsirli olur.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Oct, 12:28


Ticarətlə mənəviyyatı qarışdırmayın! Ticarətdə bir qazanc var, bir zərər, bir də var ki, nə qazanırsan, nə də zərər edirsən. Lori dildə desək, yerində addımlayırsan. Mənəviyyatda isə belə deyil. Mənəviyyatda yerində addımlamaq adlı bir şey yoxdur: ya irəli gedir, yüksəlirsən, ya da tənəzzül edirsən. Ona görə də əgər yerində addımladığını düşünürsənsə, demək tənəzzül edirsən. Əlbəttə, təvazökarlıq qəsdi ilə və ücbə düçar olmamaq üçün insanın öz əməllərini nöqsanlı sayıb: "yerimdə addımlayıram" deməsi bu kontekstdən kənardır. Çünki bu təvazökarlıq halı mənəvi inkişaf və yüksəlişin ayrılmaz və ilkin şərtidir.

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

23 Oct, 08:31


Nə vaxt kiminsə məhəbbətini qəlbimə almaq istəsəm, sən o məhəbbəti məhv etdin...
İlahi! Hər kimə və hər nəyə məhəbbət bəslədimsə, sən qəlbimi sındırdın. Hər kəsin eşqini qəlbimə aldımsa, sən qərarımı məndən aldın.
Sən belə etdin ki, səndən başqa məhbubum olmasın və səndən başqa heçnəyi arzulamayım və səndən başqa heç kimə və heçnəyə ürək bağlamayım..

Şəhid Mustafa Çəmran..

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

22 Oct, 14:28


Məgər insan kitabsız və mütaləsiz bir gün keçirə bilərmi?! Məgər insan ömrünü boşuna verib, əvəzində heç nə almamaq olarmı?! Bu zərərdir! İnsan ömür adlı bir sərmayəyə sahibdir, mümkündürmü ki, onu versin, lakin qarşılığında nəsə almasın.

Əllamə Cəvadi Amuli

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

22 Oct, 08:02


SİXİNTİLAR  ZAMİNİ OXUNAN DUA.

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“Allahu, Allahu Rabbi, lə uşriku bihi şeyə.”
Mənası: “Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“Lə İləhə illə əntə subhanəkə inni kuntu minəz-zalimin.”

Mənası: “Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Oct, 14:13


Ariflərdən biri şagirdinə buyurdu:
Dünyanı aldadın!

Şagird soruşdu: Necə?

Arif buyurdu: Dünyanın çörəyini yeyin, amma axirət üçün çalışın...

https://t.me/elmulyeqin

𝙴𝙻𝙼 𝚟ə 𝙷𝙸̇𝙺𝙼Ə𝚃 𝚂𝙾𝚁𝙰𝙶̆𝙸𝙽𝙳𝙰

21 Oct, 08:18


Ağlamağın Məntiqi:
Möminlər daha çox kədərlənirmi?

Bəziləri möminlərin daha çox kədərləndiyini zənn edirlər. Bu səhvdir. Əmirəl-möminin Əli (ə) buyurur:
“Möminin həmişə canlılığı vardır”.
[”Kafi”, c.2, səh.230] Mömin bir an belə kədərlənməz. Bu o deməkdir ki, möminin sıxıcı, incidən, bezdirici bir kədəri yoxdur. Halbuki möminlərin başqa cür dərdləri var. İmam Əli (ə) buyurur: “Onların qəlbləri qəmlidir”.[”Nəhcül-Bəlağə”, xütbə 193]
Bu qəm-qüssə canlılıq gətirir, insanın qəlbini məhəbbət və şəvqətlə doldurur.

https://t.me/elmulyeqin