Kamil-din @kamil_din Channel on Telegram

Kamil-din

@kamil_din


Maidə / 3
"الیوم اکملت لکم دینکم و اتممت علیکم نعمتی.؛
Bu gün dininizi sizin üçün kamil etdim,və sizə olan nemətimi tamamladım"...

Kamil-din (Azerbaijani)

Kamil-din Telegram kanalı, din hakkında bilgi edinmek isteyenler için mükemmel bir kaynaktır. Kanalın adı, 'Kamil-din', yani 'tam din' anlamına gelmektedir. Kanalın yöneticisi olan kullanıcı adı ise 'kamil_din'dir. Kanalda, dinin özünü anlamak, doğru bilgiler edinmek ve manevi gelişim sağlamak amaçlanmaktadır. Kanalda paylaşılan içerikler arasında ayetler, hadisler, dualar, dini konulardaki makaleler ve videolar yer almaktadır. Kamil-din, dinin temel prensiplerini anlamak ve günlük hayatta uygulamak isteyen herkes için ideal bir kaynaktır. Kanala katılarak siz de manevi yolculuğunuza başlayabilir ve dini bilgilerinizi genişletebilirsiniz.

Kamil-din

08 Feb, 06:05


🖊️Səfvan ibn Süleyman belə nəql edir: Aişə dedi:
🗣️“Allah rəsulunu (s) başqa ayların heç birndə Şaban ayındakı qədər çox (müstəhəb) oruc tutan görmədim”.

📚Şeyx Səduq, (r ə) "Fəzalul-əşhurs-səlasə", (Üç ayın fəziləti)," səh 73 hədis 49. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

07 Feb, 07:50


Cüməniz mübarək

Kamil-din

06 Feb, 05:14


🖊️Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
🗣️"Rəsulallahın (s) carçısının şaban ayında oruc tutmaq üçün car çəkdiyini eşitdiyim vaxtdan bəri bu ayın orucunu əldən çıxarmanmışam və inşallah ömrüm boyu da əldən çıxarmaram".

📗Ayətullah Mirzə Cavad Təbrizi, (r.ə) "Əl-Muraqibat", səh 119. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

06 Feb, 01:31


Salam aleykum və rəhmətullah. Əzizlər bu mübarək Şaban ayında bir mömin qardaşın köməyinizə ehtiyacı var. Çox çıxılmaz vəziyyətdədir. Kreditlərinin vaxtı çatıb. Özü cüzi maaş alır çatdıra bilmir. Bu mübarək ayda kömək edək əzizimizə.

Kimin nəyə gücü çatır bu mübarək ayda laqeyd qalmasın. Təxminən 200-300 manat lazımdı. 1 manat belə olsa köməklik edək. Dama-dama göl olar deyib atalarımız.

Əl tutmaq Əlidən (ə) qalıb...

Kamil-din

05 Feb, 06:13


🖊️Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) buyurduğu bir hədisdə oxuyuruq:
🗣️"Ey Əli! Bil ki, qorxu, xəsislik və hərislik hamısı bir yerdə (Allaha qarşı) bədbinlikdə xülasələşir".

📗Ayətullah Məkarim Şirazi, "Quranda Əxlaq", c 2 səh 71. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

04 Feb, 06:44


🖊️Habelə İmam Əli ibn Hüseyn (ə) belə buyurardı:
🗣️“Təkəbbürlü, lovğa adama təəccüb edirəm ki, dünən nütfə idi, sabah isə cəsəd olacaq. Olduqca təəccüb edirəm Allahın məxluqatını gördüyü halda, Ona şəkk edən kəsə! Birinci nəşəti gördüyü halda, sonuncunu inkar edənə də olduqca təəccüb edirəm (yəni hər gün ölüm növü sayılan yuxu ilə öldüyü halda, ölümü inkar edən kəsə təəccüb  edirəm). Fəna diyarı üçün əməl edib bəqa diyarını tərk edən kəsə olduqca təəccüb edirəm!”

📗Şeyx İrbili, (r.ə) "Kəşful-Ğummə", c 2 səh 187-188.

https://t.me/kamil_din

Kamil-din

04 Feb, 03:50


#imamSəccad #mövlud

Kamil-din

03 Feb, 13:43


Salam aleykum əziz izləyicilərimiz. Günü-gündən ölkəmizdə araşdırmaçı kütlənin sayı durmadan artır. Get-gedə insanlar artıq qulaq söhbətləri yerinə oxumağa yönəlirlər. Bu sevindirici haldır. Belə olan halda isə mənbə kitablarına ehtiyac olur. Bəzi tapılmayan mənbələrin PDF versiyasın paylaşan bir kanalla sizi tanış etmək istəyirəm. Qeyd edim ki, bu kanalda zamanla halallıq əsasında məşhur Əhli-Beyt (ə) maarifi nəşrlərinin də PDF versiyası paylaşılacaq. Kanala abunə olaraq əldə edə bilərsiniz.

Qoşulmaq üçün link:
@imlalaraz

Kamil-din

03 Feb, 05:43


🖊️Əllamə Məclisi (r.ə) yazır:
🗣️"O ki, qaldı Quran və hökmləri (əsasında) fətva verən ədalətli və güvənilir bir alimi təqlid etməyə, bu onu təqlid etmək deyil. Əksinə Uca Allaha itaət edərək onun hökmünü təqlid etməkdir".

📓Əllamə Məclisi (r.ə), "Miratul-Uqul", Cild: 1, Səh: 183

https://t.me/kamil_din

Kamil-din

01 Feb, 17:13


#İmamHüseyn #mövlud

Kamil-din

31 Jan, 06:04


🖊️Əbdülğəffar Cazi belə nəql edr: “İmam Sadiq (ə) buyurdu:
🗣️"Nahaq və nalayiq bir iş (günah) görən adam Şaban və Ramazan aylarında tövbə edib özünü bağışlatdıra bilməzsə, gələn ilin bu iki ayına qədər o günahla qalacaq”.

📚Şeyx Səduq, (r ə) "Fəzalul-əşhurs-səlasə", (Üç ayın fəziləti)," səh 119 hədis 79. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

31 Jan, 05:53


Cüməniz mübarək

Kamil-din

30 Jan, 18:26


#SeyidSistani #şabanayı

Kamil-din

30 Jan, 06:16


🖊️İmam Həsən Əskərinin (ə) belə buyurduğu nəql olunur: "Təvazökarlıq elə bir nemətdir ki, başqalarının həsədinə səbəb olmur".

🗣️Adətən insana bir nemət nəsib olanda paxıllıq edənlərin sayı durmadan artır və nemət sahibinin həyatını çətinləşdirir. Amma təvazökarlıq bu ümumi qaydadan istisnadır. Elə bir nemətdir ki, paxılların belə həsədinə tuş gəlmir.

📗Ayətullah Məkarim Şirazi, "Quranda Əxlaq", c 2 səh 55.

https://t.me/kamil_din

Kamil-din

29 Jan, 04:59


🖊️İmam Əli (ə) buyurur:
الدنيا أقرب دارٍ إلى سخط الله، وأبعدها عن رضوان الله.
🗣️"Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (Allahın) razılığından isə ən uzaq saraydır."

📗Seyyid Rəzi, (r.ə) "Nəhcül-Bəlağə", xütbə 160.

https://t.me/kamil_din

Kamil-din

28 Jan, 03:51


Bayramınız Mübarək

Kamil-din

18 Jan, 05:59


#İmamSadiq #ənüstünəməl #namaz #oruc #həcc #mərifət

Kamil-din

17 Jan, 04:57


🖊️Dördüncü ayədə (Fusillət, Ayə 45). Nuhun dövrünü geridə qoyub Ad qövmü və peyğəmbərləri həzrət Hudun dönəminə çatırıq. Burada da bədbəxtliyin əsas amili təkəbbürdür. Ayədə buyurulur:
🗣️"Lakin Ad qövmü yersiz olaraq yer üzündə təkəbbürlük etdi və dedi: "Kim bizdən daha güclüdür? Məgər onları yaradan Allahın onlardan daha güclü olmasını bilmədilər?! Və (bu təsəvvürə görə) həmişə Bizim ayələrimizi inkar edirdilər".
Yenə şahid oluruq ki, rəzil sifət olan təkəbbürlük özlərini dünyanın ən güclü varlıqları görmələrinə, hətta Allahın qüdrətini unudub nəticədə ilahi nişanlələri inkar etmələrinə və özləri ilə Haqq arasında böyük maneə yaratmalarına səbəb olmuşdur.
Daha da maraqlısı, növbəti ayə "Fussilət" surəsinin 16-cı ayəsi göstərir ki, Allah bu inadkar təkəbbürlüləri xar etməkdən ötrü nəhs və toz-torpaqlı günlərdə cəsədlərini atılmış əşya kimi o tərəf bu tərəfə tullayan şiddətli və qorxulu küləklə cəzalandırdı.
Bəli, təkəbbür insanın gözünü bağlayaraq cüzi gücü qarşısında Allahın qüdrətinin əzəmətini görməyə və buna inanmağa mane olur.
Ayədəki "yersiz olaraq" ifadəsi, əslində, izahedici qeyddir, çünki hər bir halda təkəbbürlü olmaq insanlar üçün haqq və ləyaqətli sifət deyil. Bu, insanların qamətinə biçilməmiş bir libasdır, ucalıq yalnız Allah üçündür!

📘Ayətullah Məkarim Şirazi, "Quranda Əxlaq", c 2 səh 21. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

16 Jan, 06:49


@kamil_din

🖊️Əl-Gədir hadisəsi:
Peyğəmbər (s) buyurur:


🗣️Bu ayə mənə nazil olduqda məscidə getdim və orada rüku halında zəkat verən bir kəsin kim olduğunu görmək istədim. Əliyə (ə) baxdım ki, o, rüku halında üzüyünü bir dilənçiyə verdi. O zaman başa düşdüm ki, bu ayə onun haqqında nazil olmuşdur.

(Təfsir əl-Kəşşaf, c. 1, s. 649; Şeyx Tusi, "Əl-Əmali", c. 1, s. 28; Təfsir əl-Mizan, c. 6, s. 10)

https://t.me/nurel_quran

Kamil-din

15 Jan, 06:35


محمد بن عمارة، عن أبيه، عن الصادق جعفر بن محمد، عن أبيه محمد بن علي، عن آبائه الصادقين (عليهم السلام)، قال: قال رسول الله (صلى الله عليه وآله): إن الله تبارك وتعالى جعل لأخي علي بن أبي طالب فضائل لا يحصي عددها غيره، فمن ذكر فضيلة من فضائله مقرا بها غفر الله له ما تقدم من ذنبه وما تأخر، ولو وافى القيامة بذنوب الثقلين، ومن كتب فضيلة من فضائل علي بن أبي طالب (عليه السلام) لم تزل الملائكة تستغفر له ما بقي لتلك الكتابة رسم، ومن استمع إلى فضيلة من فضائله غفر الله له الذنوب التي اكتسبها بالاستماع، ومن نظر إلى كتابة في فضائله غفر الله له الذنوب التي اكتسبها بالنظر. ثم قال رسول الله (صلى الله عليه وآله): النظر إلى علي بن أبي طالب عبادة، وذكره عبادة، ولا يقبل إيمان عبد إلا بولايته والبراءة من أعدائه

Muhəmməd ibn Ümarə, atasından, o da Cəfər ibn Muhəmməd Sadiqdən (ə), o da atası Muhəmməd ibn Əlidən (ə), o da öz sadiq atalarından (ə) nəql edərək buyurur: “Allah Rəsulu (s) buyurub: “Allah-Təala qardaşım Əli ibn Əbu Talibdə (ə) sayını yalnız Özü bildiyi qədər fəzilət qərar verdi. Kim onun fəzilətlərindən birini iqrar etməklə zikr edərsə, Qiyamət günü iki dəstənin (insanlar və cinlərin) günahlarının yükü qədər olsa belə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. Kim Əli ibn Əbu Talibin (ə) fəzilətlərindən birini yazarsa, həmin yazının surəti qaldığı müddətdə mələklər onun üçün istiğfar edərlər. Kim onun fəzilətlərindən birinə qulaq asarsa, Allah onun qulağı ilə qazandığı günahlarını bağışlayar. Kim onun yazılmış fəzilətlərindən birinə baxarsa, Allah onun baxmaqla qazandığı günahlarını bağışlayar”. Sonra Allah Rəsulu (s) buyurdu: “Əli ibn Əbu Talibə (ə) baxmaq və onun zikri ibadətdir. Hər bir bəndənin imanı yalnız onun vilayətini qəbul etməsi və düşmənlərindən bəraət etməsi (uzaqlaşması) ilə qəbul olunar”.

📚Şeyx Səduq, “əl-Əmali”, səhifə 201, hədis 10.

Kamil-din

14 Jan, 07:03


https://t.me/kamil_din

Kamil-din

14 Jan, 04:05


#imamƏli #mövlud

Kamil-din

13 Jan, 17:17


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Kamil-din

12 Jan, 05:57


#Rəcəbayı #oruc

Kamil-din

11 Jan, 03:54


🖊️قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ
🗣️O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!

📗Nuh surəsi, Ayə 2

https://t.me/kamil_din

Kamil-din

10 Jan, 05:15


🖊️Ayətullah Məkarim Şirazi,
🗣️"İnsan öz nəfsini tanımaqla daxilində gizlənmiş Allaha doğru tərəqqi və yüksəlişi üçün olan istedadlarını üzə çıxarır. Təşviq olunur ki, bu istedadları inkişaf etdirmək üçün səy göstərsin və onları çiçəkləndirsin, daxilində olan xəzinələri üzə çıxarsın. Öz nəfsinə arif olmayan, onu tanımayan insan evinin yanında qiymətli xəzinə ola-ola ondan xəbərsiz adama bənzəyir. Mümkündür ki, belə bir insan aclıqdan, yoxsulluqdan ölsün, bir halda ki, ayağının altın- da minlərlə insanı doyura bilən xəzinələr vardır."

📘 "Quranda Əxlaq", cild 1.

https://t.me/kamil_din

Kamil-din

09 Jan, 06:04


🖊️Seyyid Milani və vəhabi

🗣️https://t.me/kamil_din

Kamil-din

08 Jan, 05:37


#Quran #Ələqsurəsi

Kamil-din

07 Jan, 07:11


🖊️İnsanların qorxu hissindən bu qədər çəkinmələri onun bəzi cəhətlərə görə digər hisslərin fövqündə durduğunu isbat edir. Əlbəttə ki, bu da onun insan həyatında oynadığı mühüm və təsirli rola görədir. Əgər belə olmasaydı, qorxu hissi insanları bu qədər narahat etməz və daha çox düşündürməzdi.
🗣️Belə bir ərəb deyimi var: "Övladı ölmüş ana gecə yatsa da, təhdid olunmuş şəxsin anası əsla yata bilmir".

📘 Rövşən Abdullaoğlu, "Qorxular", səh 12-13

https://t.me/kamil_din

Kamil-din

05 Jan, 06:03


🖊️Rəcəb ayının şərafəti
🗣️Rəcəb ayı çox şərafətli aydır, çünki:

1️⃣- Bu ay haram aylardan biridir.
2️⃣- Bu ay dua ayıdır. Hətta cahiliyyət dövründə rəcəb ayı dua ayı kimi tanınırmış və camaat dua etmək üçün bu ayın yolunu gözləyirmiş.
3️⃣- Hədislərə istinadən, rəcəb ayı Əmirəl-möminin Əlinin (ə), şaban ayı Rəsulallahın (s) və ramazan ayı Mütəal Allahın ayıdır.
4️⃣- Bu ayın birinci gecəsi dörd gecədən biridir ki, bu gecədə oyaq qalıb ibadət etmək təkid edilmişdir.
5️⃣-Hədislərə istinadən, rəcəb ayının on beşinci günü Allah dərgahında ən sevimli günlərdən biridir və bu gündə "istiftah" əməli yerinə yetirilir. Bu əməl bir qədər irəlidə geniş izah ediləcəkdir.
6️⃣- Bu ayın 27-i Həzrət Rəsulallahın (s) məbəs günüdür. Bu gün yaradılışın əvvəlindən indiyədək Mütəal Allahın misli görünməmiş rəhmətinin zühur etdiyi gündür.

Bu deyilənlər rəcəb ayının fəzilətlərinin az bir hissəsidir və biz bu ayın bütün fəzilətlərini dərk etməkdə acizik.


📗Ayətullah Mirzə Cavad Təbrizi, (r.ə) "Əl-Murqaibat", səh 67. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

04 Jan, 04:55


🗣️https://t.me/kamil_din

Kamil-din

03 Jan, 16:59


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️ @seherfilm

Kamil-din

03 Jan, 08:01


🖊️Cüməniz Mübarək

🗣️https://t.me/kamil_din

Kamil-din

03 Jan, 05:45


Bu kitab böyük alim Şeyx Səduqun (r.ə) üç mübarək ay haqqında (Rəcəb, Şaban Ramazan) qələmə aldığı kitabın bir (Rəcəb ayı haqqında olan) hissəsidir. Çox gözəl hədislər cəm edilib burda.

Bizdə belə düşündük ki, bu kitabı paylaşaq nəin ki, burda nəql edilmiş hədisləri in şə Allah oxuyub bəhrələnərsiz.

📙Kitabın adı "Fəzailu-Əşhuris-Səlasə"dir.

Xoş mütailələr.

https://t.me/kamil_din

Kamil-din

02 Jan, 06:56


🖊️وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ
🗣️Allahı zikr etmək  şübhəsiz ki, daha böyükdür.
- Ənkəbut / 45

https://t.me/kamil_din

Kamil-din

02 Jan, 03:57


#İmamBaqir #mövlud

Kamil-din

01 Jan, 11:51


#SeyidSistani #elan

Kamil-din

01 Jan, 06:47


🖊️İmam Əli (ə) buyurub:
🗣️"Paxıl varlılar dünyada yoxsullar kimi həyat sürər, axirətdə varlılar kimi hesab-kitab olunarlar".

📗Əllamə Məclisi, (r.ə) "Biharul-Ənvar", c 69 səh 119.

https://t.me/kamil_din

Kamil-din

31 Dec, 14:34


https://t.me/EsqhNohesi

Kamil-din

31 Dec, 06:33


🖊️Xalqın Əlinin (ə) elminə ehtiyacı var idi. Ömər hətta deyərdi:
"Ah Əbu Həsənin olmadığı çətinliklər ahh".
🗣️Əli (ə) xəlifə olanda dünyada onun zahidliyindən heç bir şey əksilməsi. Əhmət bin Hənbəl deyirdi: “Xilafət Əlini (ə) zinətləndirmədi, Əli (ə) xilafəti bəzədi”.

📕(Əhli-Sünnə alimi) Əbul Fərəc İbnul Cövzi, "Ət-Təbsira",  səh 442. Türkiyyə çapı

https://t.me/kamil_din

Kamil-din

29 Dec, 05:18


🖊️Quran /47:30

وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
🗣️"Sən onsuzda onların (münafiqlərin) danışıq tərzlərindən mütləq  tanıyacaqsan".

https://t.me/kamil_din

Kamil-din

28 Dec, 07:02


🖊️İmam Sadiq (ə) buyurur:
🗣️"Ağılın nişanəsi düşünmək, düşünməyin əlaməti isə sükut etməkdir".

📗Əllamə Məclisi (r.ə), "Biharul-ənvar", c. 75, səh. 312.

Kamil-din

27 Dec, 04:28


🖊️Cüməniz Mübarək

🗣️https://t.me/kamil_din

Kamil-din

26 Dec, 07:36


🖊️Allah elçisinin (s) belə buyurduğu rəvayət olunur: “Əlinin on yeddi adı var”. İbn Abbas dedi: “Ey Allahın elçisi, onların nə olduğunu bizə söylə”.
🗣️Peyğəmbər (s) buyurdu: “Ərəblər arasındakı adı “Əli”dir. Anası onu “Heydər” deyə çağırırdı. Tövratdakı adı “İlya”, İncildəki adı “Bərya”, Zəburdakı adı isə “Fərya”dır. Rum dilində adı “Bətrisiya” (Sabərsəba), əcəmlərdə “Şəyəya”, Deyləmdə “Fərtiqya”, bərbərlərdə “Şəyəsa”, zəncilərdə “Him”, həbəşlərdə “Bərbək”, türklərdə “Həmirya”, ərmənilərdə “Kəbkərə”, möminlər arasında “Səhab”, kafirlər arasında “Mövt” (ölüm), münafiqlər arasında “Zahriya”, Peyğəmbərin yanında “Tahirul-mutəhhər”dir (Pak-pakizə). O, (Quranda) cənbullah (Allaha itaət), Allahın nəfəsi və Onun andıdır."

📗Şeyx Şazan ibn Qummi, (r.ə) "Əl-Fıəzail", səh 248. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

22 Dec, 05:11


#xanımfatimə #mövlud

Kamil-din

21 Dec, 06:04


🖊️Muhəmməd ibn Müslim deyir: "İmam Baqirdən (ə) Allahin "Ey iblis! Sənə mənim Öz iki əllərimlə yaratdığıma səcdə etməyə nə mane oldu?" ¹ sözləri barədə soruşdum".
🗣️O buyurdu: "Əl" sözü ərəblərin kəlamında qüvvət (qüdrət) və nemət{ demək)dir". (Sonra İmam bu ayani buyurdu: "Qüvvətli (hərfi olaraq: əllər sahibi olan) bəndəmiz Davudu yadına sal!" ² Həmçinin buyurdu: "Biz göyü əllərlə yəni qüdrətlə yaratdıq".³ "Onları Öz tərəfindən bir ruhla əl sahibi etmişdir", ⁴ yəni onları gücləndirmişdir. Həmçinin (ərəblər) deyərlər: "Məndə filankəs üçün çoxlu əllər var", yəni nemətlər və yaxşılıqlar var. Həmçinin: "Onun üçün məndə ağ əl var", yəni nemət var". ⁵
                                                 Kamildin
__
¹Sad susi, ayə 75
²Sad surəsi, ayə 17
³ Zariyyat surəsi ayə 47
⁴ Mucadilə surəsi, ayə 22. (Son iki ayə hərfi yəni olduğu kimi tərcümə edilib ki, hədislə düz gəlsin).
⁵Şeyx Səduq, (r.ə) "Tövhid", səh 244 hədis 1. Bakı çapı

Kamil-din

20 Dec, 06:04


🗣️Allah qəbul etsin Cüməniz xeyirli olsun

Kamil-din

19 Dec, 07:16


🖊️Tövbənin dərəcələri 1
Əxlaq alimləri tövbə və tövbəkarlar üçün müxtəlif dərcələr müəyyən ediblər. Bir baxışda tövbəkarları dörd qismə bölmək olar:
🗣️Birinci qismə aid tövbəkarlar günahlarından tövbə etsələrdə bir müddət sonra tövbələrini pozub təəssüf və peşmanlıq hissi keçirmədən keçmiş günahlarına geri dönürlər. Bunlar "pisliyə əmr edən nəfs" dərəcəsindədirlər və belələrinin aqibəti tamamilə naməlum və təhlükəlidir. Ona görə ki, bir tərəfdən növbəti tövbələri həyatdakı son günlərinə təsadüf edib gözəl aqibətlə dünyadan köçmək ehtimalı yaradırsa, digər tərəfdən tövbəni pozduqları vaxtın son nəfəslərinə tuş gəlib pis aqibətlə ölmələri ehtimalını doğurur.
İkinci qisim tövbəkarlar tövbə edib Allaha bəndəlik və itaət yoluna dönsələr də, ara-sıra bəzi günahlar xüsusunda şəhvət onlana güc gəlir və onu önləmək üçün yetərli gücə sahib olmadıqlarından tövbəni pozmalı olurlar. Bununla yanaşı, tövbəni pozduqlarına görə peşman olur və mütəmadi olaraq özlərinə: "Kaş bu günahı etməyəydim, inşallah, tez bir zamanda tövbə edəcəyəm", deyirlər. Belə tövbəkarlar da "pisliyə əmr edən nəfs" dərəcəsindədirlər, amma nicat tapmaları ehtimalı çoxdur.

Kamil-din

18 Dec, 04:01


🖊️Quranda Əxlaq kitabından.

Kamil-din

04 Dec, 06:02


🖊️İmam Əli (ə) soruşdu: “Ey Əbu Bəkir, Allahın kitabını oxuyursanmı?” O: “Bəli” – deyə cavab verdi.
🗣️İmam Əli (ə) buyurdu: “Allah-taalanın “Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) aparmaq və sizi pakdan da pak etmək istər” (Əhzab surəsi, Ayə 33) ayəsinin kimin barəsində nazil olduğunu mənə söylə. Bizim barəmizdə nazil olub, yoxsa başqalarının?” O dedi: “Sizin barənizdə nazil olmuşdur”. İmam Əli (ə) soruşdu: “Əgər şahidlər Allah rəsulunun qızı Fatimənin pis bir iş etdiyinə şahidlik edərsə, sən nə edərsən?” O dedi: “Müsəlman qadınlara olduğu kimi, ona da hədd cəzası verərəm”. İmam Əli (ə) buyurdu: “Deməli, sən Allah yanında kafirlərdənsən”. O soruşdu: “Nə üçün?” İmam Əli (ə) buyurdu: “Ona görə ki, sən Allahın onun barəsində paklıq şahidliyini rədd edib, insanların onun əleyhinə şahidliklərini qəbul etdin. Necə ki, Peyğəmbərin (s) Fədək bağını Fatiməyə hədiyyə etməsi və hələ (Peyğəmbər) həyatda ikən ora sahib olmasına baxmayaraq, Allah və Onun rəsulunun (s) hökmünü rədd edərək dabanına sidikləyən bir bədəvinin onun əleyhinə şahidliyini qəbul etdin. Fədək bağını ondan alıb, müsəlmanların ərazisi olduğunu iddia etdin. Allah rəsulu (s) buyurmuşdur: “İddia edən şahid gətirməli, əleyhinə iddia olunan isə and içməlidir”. Sən Allah rəsulunun (s) iddia edənin dəlil gətirməsi və əleyhinə iddia olunanın and içməli olması hökmünü rədd etdin”.

📗Əllamə Təbərsi, (r.ə) "Əl-İhticac", səh 164. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

03 Dec, 07:09


🖊️Deyilir ki, Fatimə (ə) ağlayaraq atasının yanına gəldi. Peyğəmbər (s) onu görüb soruşdu:
🗣️"Ey gözümün işığı, Allah gözlərini ağlatmasın, niyə ağlayırsan?” Fatimə (ə) dedi: “Atacan, Qüreyş qadınları mənə tənə vuraraq deyirlər ki, atan səni fəqir, pulsuz-parasız biri ilə evləndirir!” Peyğəmbər (s) buyurdu: “Ey Fatimə, Uca Allah bir dəfə yerə nəzər salıb, oradan atanı seçib üstün tutdu. Sonra ikinci dəfə yerə nəzər salıb, oradan ərini və əmin oğlunu seçib üstün tutdu. Sonra da səni onunla evləndirməyi mənə əmr etdi. Məgər Allahın seçdiyi və sənə ər qərar verdiyi şəxsin zövcəsi olmağa razı deyilsən?” Fatimə (ə) dedi: “Tamamilə razıyam, ey Allahın elçisi!”.

📗Şeyx Şazan Qumi, "Əl-Fəzail", səh 14. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

02 Dec, 07:25


🖊️Adət ənənələr.

🗣️Əraf surəsi, ayə 28.
Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”,- deyirlər. (Ya Peyğəmbərim!) De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Bəqərə surəsi, Ayə170.
"Onlara (bütpərəstlərə): “Allahın göndərdiyinə (Qur’ana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?

Ənbiya surəsi, Ayə 52-53
(İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman
Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər.

Zuxruf surəsi, Ayə 23.

"Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər.

https://t.me/kamil_din

Kamil-din

01 Dec, 07:26


🖊️﴿١٠٣﴾ قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا

🗣️De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?”
﴿١٠٤﴾ الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

      / Kəhf | 103-104 /

Kamil-din

30 Nov, 06:37


🖊️Yunis dedi. 0 Yunis ibn. Əmrdən, oda atasından belə dediyini rəvayət edir: Qureyşli bir gənc yolda gedirdi.
Rəsulullahın (s) qızı Fatimənin başını vurub yardı. Fatimə dedi: “Ey Əbduşəms ailəsi!” Bu çağırışla Əbu Süfyan və Əbu Cəhil onların evindən çıxdı. Həmin gənc dedi: “Ey Əbu Süfyan! Bu mənim əlimdir (malım).” Bu sözdən sonra Əbu Süfyan qayıtdı.

📕İbn İshaq, "Siyər", səhifə 324. Türkiyyə çapı il 2013.

🗣️İbn İshaqın kimliyini bilməyənlər üçün qısaca demək lazımdır ki, ən qədim Əhli-Sünnə alimlərindən biridir. O belə bir rəvayyət nəql edib. İndi biz Əhli-Sünnədən soruşuq:

Həzrəti Zəhranın (s.ə) döyülməsinə Peyğəmbərimiz (s) nə reaksiya verdi? Getdi Əbu Cəhllə vuruşdu? Ya oturdu yerinə bu böyük müsubətə səbr etdi?

Əgər desəz getdi vuruşdu dava etdi o zaman dəlili gətirin hansı kitabda qeyd olunub o hadisə.

Yox əgər desəz ki, səbr etdi Peyğəmbərimiz Muhamməd (s) bəs onda İmam Əlinin (ə) səbrinə niyə şübhə ilə yanaşırsız? Hz. Əli (ə) Peyğəmbəri örnək alıbda nə var burda?

https://t.me/kamil_din

Kamil-din

29 Nov, 06:06


🗣️Allah qəbul etsin Cüməniz xeyirli olsun

Kamil-din

28 Nov, 07:11


Xanım Zəhranın şəhid edilməsi ilə bağlı şübhələrə cavab

⬇️ "Həzrət Əli (ə) Xanım Zəhranı (s) niyə müdafiə etmədi?" şübhəsinə cavab

◼️ “Etiqad” kanalındakı linki:

https://t.me/etiqad/679

🎥 "YouTube" linki:

https://youtu.be/uZAoA9ZZzdY


⬇️ "Həzrət Əli (ə) niyə səqifə əhlinə qarşı qılınc çəkib döyüşmədi?" şübhəsinə cavab

◼️ “Etiqad” kanalındakı linki:

https://t.me/etiqad/680

🎥 "YouTube" linki:

https://youtu.be/Da5BPTa0AxQ

⬇️ Həzrət Əlinin (ə) Xanım Zəhranı (s) qətlə yetirənləri öldürməməsi onun şücaəti ilə ziddiyət təşkil edirmi?

◼️ “Etiqad” kanalındakı linki:

https://t.me/etiqad/696

🎥 "YouTube" linki:

https://youtu.be/2AOmfPUu4Wk

⬇️ "Həzrət Əli (ə) evdə olduğu halda niyə Xanım Zəhra (s) qapını açmağa getdi?" şübhəsinə cavab

◼️ “Etiqad” kanalındakı linki:

https://t.me/etiqad/702

🎥 "YouTube" linki:

https://youtu.be/ClGxJQkTNyg

Kamil-din

27 Nov, 06:11


🖊️Müşriklər şirk edir 😃😃

🗣️https://t.me/kamil_din

Kamil-din

26 Nov, 06:36


◾️ Fədək və onun əhəmiyyəti - Şeyx Fəqan

🎥 "YouTube" linki:
https://youtu.be/_0M4vbm2qXs?si=E_6f_ydIfnwysWI_

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Kamil-din

25 Nov, 05:52


Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir. (Qədr surəsi, ayə 2,3)


İmam Sadiq (əleyhissəlam) buyurub:


"Hər kəs Fatimənin (səlamullahi əleyha) həqiqətəni tanıyarsa, demək Qədr gecəsini dərk etmişdir".


📓"Biharul-ənvar", c.43, səh.65

•t.me/Nurulenvar

Kamil-din

24 Nov, 06:09


🖊️İmam Sadiq buyurur:
🗣️...Ömər xanımın sinəsindən vurdu. Fatimə (ə) "Möhsün" adlı bir oğlan uşağına hamilə idi. O, bu zərbənin nəticəsində Möhsünü bətnindən saldı. Sonra Ömər ona şillə vurdu. (Sonra İmam Sadiq (ə) buyurdu) “Sanki gözümün qabağında onun sırğasının (şillə zərbəsindən necə) qırıldığı canlanır”...

📘Şeyx Müfid, “əl-İxtisas”, səhifə 242 Bakı çapı
.

https://t.me/kamil_din

Kamil-din

22 Nov, 07:38


🖊️İmam Əli (ə) buyurur:
🗣️"Elm və biliyə yaxınlaşmadıqca, insanın əməlləri pak olmaz".

📘Ayətullah Məkarim Şirazi, "Quranda Əxlaq", c 1 səh 146.

https://t.me/kamil_din

Kamil-din

21 Nov, 17:01


☪️ Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Foto : ‼️
@dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

↪️➡️➡️➡️➡️➡️➡️🌐 Xəbərlər

↪️➡️➡️➡️➡️➡️🎥 Iran Filmləri

↪️➡️➡️➡️➡️➡️➡️📔 Hədislər

↪️➡️➡️➡️➡️➡️✒️ Aforizmlər

↪️➡️➡️➡️➡️➡️🎼 Di̇ni̇ Mp3lər

↪️➡️➡️➡️➡️➡️⁉️ Sual-Cavab

↪️➡️➡️➡️💊 Sağlam Yaşam

↪️➡️➡️➡️➡️➡️➡️📖 Fətvalar

↪️➡️➡️➡️➡️📚 Elmi Kanallar

↪️➡️🩺 Psixoloji Məsləhətlər

↪️➡️➡️➡️🕌 Di̇ni̇ Paylaşimlar

↪️➡️🇵🇸 Fələstindən Xəbərlər

↪️➡️➡️🇱🇧 Livandan Xəbərlər

Pulsuz Qoşul Və Faydalan

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Kamil-din

21 Nov, 08:01


🖊️Abdullah ibn Amir ibn Zurarah bizə rəvayət etdi, Əbu Bəkr ibn Ayyash Əbu İshaqdan, o da Bureyd ibn Əbi Məryəmdən, o isə Əbu Musa’dan rəvayət edir ki,
🗣️Əli (ə) cəməl döyüşü günü bizə namaz qıldırdı. O, bizə Allah Rəsulunun (s) namazını xatırlatdı. Ya biz bunu unutmuşduq, ya da tərk etmişdik. O, sağ tərəfinə və sol tərəfinə salam verdi."

📚(Əhli-Sünnə mənbəsi) "Sünəni ibn Macə", hədis 917.

https://t.me/kamil_din

Kamil-din

20 Nov, 07:24


🖊️Əmirəl Möminin Əli (ə) belə buyurur:
🗣️"Hər kimin qəlbində Allahı tanımaq yuva qursa, qəlbində insanlara qarşı ehtiyacsızlıq öz yerini tutar".

📘"Quranda Əxlaq", c 1 səh 145. Bakı çapı

@kamil_din

Kamil-din

17 Nov, 07:41


🖊️Ayətullah Vahid Xorasani

🗣️https://t.me/kamil_din

Kamil-din

15 Nov, 07:33


🗣️Cüməniz Mübarək

Kamil-din

15 Nov, 06:26


عن أبي عبد الله (عليه السلام) قال: قال أمير المؤمنين (عليه السلام): اغتنموا الدعاء عند أربع: عند قراءة القرآن وعند الاذان، وعند نزول الغيث، وعند التقاء الصفين للشهادة.

İmam Sadiq (ə) buyurub: “Əmirəl-Möminin (ə) buyurmuşdur: “Dörd vaxtda dua etməyi fürsət bilin: Quran oxunduğu vaxt, azan veriləndə, Yağış yağdığı zaman və iki qoşun cəbhədə şəhadət üçün qarşı-qarşıya gəldikdə”.

📚Şeyx Kuleyni, “əl-Kafi”, cild 2, səhifə 262, hədis 3.

Kamil-din

14 Nov, 09:32


#İmamƏli #Aişə #Təlhə #Zübeyr #Cəməl

Kamil-din

13 Nov, 09:56


🖊️Fatimə (s.ə) məscidə gəlib, atasının məzarını dövrə vuraraq belə söylədi:

🗣️Biz səni itirdik, yer üzü yağışı itirdiyi kimi,
Sənin qövmün yolun azdı, şahid ol, qeybə çəkilmə.
Səndən sonra elə hadisələr, qarışıq işlər oldu ki,
Əgər baş verənləri görsəydin, pis işləri böyük saymazdın.
Cəbrail ayələr gətirərək bizmlə ünsiyyət qururdu,
O da qeybə çəkildi və bütün xeyirlər uzaq oldu.
Sən bir bədr və nur idin ki, nurundan işıqlanırdı hər yer.
İzzət sahibi tərəfindən sənə nazil olurdu kitablar.
Bəzi insanlar bizə qaş-qabaq salladılar, bizi yüngül saydılar,
Sən bizi tərk edib getdin, bu gün bizi qəsb edirlər.
Sənin üçün ağlayacağıq nə qədər yaşasaq,
Gözlərimiz var olduqca leysan kimi su axacaq.

📗Əllamə Təbərsi, (r.ə) "Əl-İhticac", səh 164. Bakı çapı

https://t.me/kamil_din

Kamil-din

12 Nov, 08:24


🖊️Hz. Əli (ə.s) buyurub:
🗣️"Bilin ki, daxilindəki vaizinə qulaq verməyən kəsə başqalarının mouzəsi təsir etməz".

📗Seyyid Rəzi, (r.ə) "Nəhcül-Bəlağə", xütbə 90.

https://t.me/kamil_din

Kamil-din

11 Nov, 07:46


🖊️ Ayətullah Məkarim Şirazi yazır:
🗣️Qeybət etmək bir çox hallarda həsəd adlandırdığımız rəzilət keyfiyyətindən doğur. Paxıl insan çalışır ki, paxıllığını çəkdiyi insanın dalınca qeybət etməklə onun abrını töksün, şərəf və şəxsiyyətini alçaltsın. Böhtan atmaq, iftira yaxmaq, təkəbbür, özünü üstün bilmə, təhqir, başqalarını kiçik saymaq da çox vaxt paxıllıqdan irəli gəlir.

📘"Quranda Əxlaq", c 1 səh 91.

https://t.me/kamil_din

Kamil-din

02 Nov, 16:59


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Video: https://t.me/seherxeber/891

⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️

🌐 XƏBƏRLƏR
🎥 IRAN FILMLƏRI
📔 HƏDISLƏR
✒️ AFORIZMLƏR
🎼 DİNİ MP3LƏR
⁉️ SUAL-CAVAB
💊 SAĞLAM YAŞAM
📖 FƏTVALAR
📚 ELMI KANALLAR
🩺 PSIXOLOJI MƏSLƏHƏTLƏR
🕌 MARAQLI DİNİ PAYLAŞIMLAR
🇵🇸 FƏLƏSTINDƏN XƏBƏRLƏR
🇱🇧 LIVANDAN XƏBƏRLƏR

⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️
               ⬇️⬇️⬇️⬇️⬇️⬇️

❇️PULSUZ QOŞUL VƏ FAYDALAN❇️

Kamil-din

02 Nov, 08:50


🖊️İmam Əli (ə) belə buyurub:
🗣️"Dörd xasiyyət kimə verilsə, dünya və axirətin xeyri ona verilmişdir. 
Düz danışmaq, əmanəti qorumaq, qarının iffəti, (haram yeməmək) və gözəl əxlaq".

📚Əbdülvahid Amudi, (r.ə) "Ğurərul-Hikəm". Kitabı
Ayətullah Məkarim Şirazi, "Quranda Əxlaq", c 1 səh 87. Bakı çapı.

https://t.me/kamil_din

Kamil-din

30 Oct, 09:30


#tarix #Ruminya #avropa

🖊️Çauşesku devriləndən sonra, 1990-ci ilin martında Qərbi Almani- yanın Şpigel TV əməkdaşları Rumıniyanın ucqar bir yerində Cighid deyilən əqli çatışmazlıqlı insanlar üçün reabilitasiya mərkəzi aşkar etdilər. Buradakı qeyri-insani şərait jurnalistləri dəhşətə gətirdi.
🗣️Məlum oldu ki, təkcə 1987-1989-cu illərdə burada 137 uşaq aclıq- dan vəfat edib. Qərbi Avropa və ABŞ humanitar təşkilatlarının yardımı nəticəsində vəziyyət xeyli yaxşılaşdırıldı. Cighiddə saxlanılan uşaqlarıın bir çoxu Qərbi Avropa ailələri tərəfindən övladlığa götürüldü.

📗Yadigar Sadıqlı, "Tarixdən Səhifələr", səh 180

https://t.me/kamil_din

Kamil-din

28 Oct, 06:30


🖊️İmam Sadiqdən (ə) nəql edilən digər bir hədisdə belə oxuyuruq:
🗣️"İnsan günah etdiyi zaman qəlbində qara bir nöqtə yaranar. Tövbə etdiyi təqdirdə həmin qara nöqtə silinər, əks halda, günahı çoxaltdıqca nöqtələrin də sayı artar və bütün qəlbini bürüyər. Bundan sonra əsla nicat tapmaz".

📚Ayətullah Məkraim Şirazi, "Quranda Əxlaq", c 1 səh 56. Bakı çapı.
Şeyx Kuleyni, (r.ə) "Əl-Kafi", c 2 səh 271.

https://t.me/kamil_din

Kamil-din

27 Oct, 04:05


أبي عبد الله عليه السلام: فاحمدوا الله الذي عرفكم أئمتكم وقادتكم حين جحدهم الناس

İmam Sadiq (ə) buyurub: “Digər insanlar inkar etdikləri halda, İmamlarınızı və rəhbərlərinizi sizə tanıdan Allaha həmdlər söyləyin!”.

📚Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 23, səhifə 293, hədis 29.

Kamil-din

26 Oct, 09:19


🖊️Həzrət Əli (ə) buyurub:
🗣️"Ey camaat! Hidayət yolunda sayınızın azlığından xoflanmayın, çünki camaat elə süfrənin başına toplaşıb ki, toxluğu qısa, aclığı isə uzundur".

📗Seyyid Rəzi, (r.ə) "Nəhcül-bəlağə", 201-ci xütbə.

https://t.me/kamil_din

Kamil-din

25 Oct, 05:20


🗣️Cüməniz Mübarək olsun.
Allah qəbul etsin

Kamil-din

22 Oct, 09:03


🖊️İmam Əli (ə) buyurub:
🗣️"Nəfsinin istəklərinin ardınca gedənlərlə yoldaşlıq etmək imanın unudulmasına və şeytanın (insanın yanında) hazır olmasına səbəb olar".

📘Seyyid Rəzi, (r.ə) "Nəhcül-Bəlağə", xütbə 86.

https://t.me/kamil_din

Kamil-din

21 Oct, 08:46


🖊️Möhürə səcdə

🗣️https://t.me/kamil_din

Kamil-din

20 Oct, 08:03


🗣️https://t.me/kamil_din

Kamil-din

17 Oct, 08:59


#nəfs #günah

Kamil-din

16 Oct, 08:48


🖊️İmаm Əli (ə.s) Buyurub:
🗣️ “Hər kəs Allaha görə bir şеydən əl çəksə, Аllаh əvəzində ona оndаn yахşısını vеrər.”

📗"Ğurərul-hikəm", səh 647, hədis 1256.

https://t.me/kamil_din

Kamil-din

15 Oct, 08:22


🖊️ #tarix #tarixişəxs #UzunHəsən #Ağqoyunlu #Quran

🗣️Onun (Uzun Həsənin) hüzurunda elmi müzakirələr məclisi olurdu, bu müddət ərzində Qurani-Kərim və hədisləri türkcəyə (Azərbaycancaya) tərcümə etdirərdi.

📘Əli Rza Özdəmir, "Türk Hakanı Şah İsmayıl", səh 117.

https://t.me/kamil_din

Kamil-din

13 Oct, 08:54


YƏQUBUN (Ə) "EY OĞULLARIM! YUSİF VƏ QARDAŞINDAN XƏBƏR TUTMAQ ÜÇÜN YOLA DÜŞÜN" - DEMƏSİNİN SƏBƏBİ

حَدَّثَنَا الْمُظَفَرُ بْنُ جَعْفَرِ بْنِ الْمُظَفَرِ الْعَلَوِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ مَسْعُودٍ عَنْ أَبِيهِ قَالَ حَدَّتْنَا مُحَمَّدُ بْنُ أَبِي نَصْرٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْعَبَّاسِ بْنِ مَعْرُوفِ عَنْ عَلِيِّ بْنِ مَهْزِيَارَ عَنْ مُحَمَّدِ بْنِ إِسْمَاعِيلَ عَنْ حَنَانِ بْنِ سَدِيرٍ عَنْ أَبِيهِ قَالَ: قَلْتُ لِأَبِي جَعْفَرٍ ع أَخْبِرْنِي عَنْ يَعْقُوبَ حِينَ قَالَ لِوَلْدِهِ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَ أَخِيهِ أَكَانَ عَلِمَ أَنَّهُ حَيَّ وَ قَدْ فَارَقَهُ مُنْذُ عِشْرِينَ سَنَةً وَ ذَهَبَتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ قَالَ نَعَمْ عَلِمَ أَنَّهُ حَيَّ قَلْتُ وَكَيْفَ عَلِمْ قَالَ إِنَّهُ دَعَا فِي السَّحَرِ أَنْ يَهْبِطَ عَلَيْهِ مَلَكُ الْمَوْتِ فَهَبَطَ عَلَيْهِ تَرْيَالُ فَهُوَ مَلَكُ الْمَوْتِ فَقَالَ لَهُ تَرْيَالُ مَا حَاجَتُكَ يَا

Hənan ibn Sədir atasından nəql edərək deyir: “Əbu Cəfərə (ə) dedim ki: “Mənə övladlarına “Gedin Yusif və qardaşından xəbər gətirin” deyərkən Yəqub (ə) barədə xəbər ver. O, iyirmi il ayrı düşdükdən və hüzndən gözləri getdikdən sonra Yusifin (ə) diri olduğunu bilirdimi?”.İmam buyurdu: “Bəli! O, bilirdi ki, Yusif diridir”.  Soruşdum: “Bəs necə bilirdi?”.  İmam buyurdu: “Səhər vaxtı Yəqub (Allaha) dua etdi ki, ölüm mələyi yanına ensin. Onun yanına Təryal endi. O, (Təryal) ölüm mələyi idi. Təryal ondan soruşdu: “Yəqub, ehtiyacın nədir?”. Yəqub (ə) dedi: “Mənə ruhlardan xəbər ver. Onları birlikdə alırsan, yoxsa ayrı-ayrı?”. Mələk dedi: “Ayrı-ayrı, ruh-ruh alıram”. Yəqub (ə) dedi: “Yusifin ruhu səninlə gedib?”.Dedi: “Xeyr”. Deyir: “Məhz həmin vaxt bildi ki, Yusif diridir. Ona görə də, övladlarına  “Gedin Yusif və qardaşından xəbər gətirin” – söylədi”.

📚 "İləluş şəraye c.1,səh.77
https://t.me/siratunnecat

Kamil-din

12 Oct, 05:15


#HzFatimə #şəhadət

Kamil-din

10 Oct, 08:55


🖊️Karen Armstronq:
🗣️“Əgər biz Məhəmmədə (s) böyük tarixi şəxsiyyətlərə baxdığımız prizmadan baxsaq, onun bütün bəşər tarixinin ən böyük dahisi olduğuna asanlıqla inanarıq”.

📔 İslam Peyğəmbərinin tərcümeyi-halı səh 38

@kamil_din

Kamil-din

09 Oct, 04:28


🖊️Tarih ibn Şihab deyir: “İmam Əlinin (ə) belə buyurduğunu eşitdim:
🗣️“Kim istəyir təsdiqləsin, kim istəyir təkzib etsin. Beyətdən ayrılan o iki şəxs (Təlhə və Zübeyr) və onların qadın yoldaşı (Aişə) cəhənnəm odunda olacaq".

📗"Əl-Usulus sittətu əşər”, səh 142

https://t.me/kamil_din