Fövqəladə Hallar Nazirliyi @azerbaycanfhn Channel on Telegram

Fövqəladə Hallar Nazirliyi

@azerbaycanfhn


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi telegram kanalı
1️⃣1️⃣2️⃣-Qaynar xətt
☎️+994 12 512 00 28

Fövqəladə Hallar Nazirliyi (Azerbaijani)

Əgər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi telegram kanalını arıyorsanız, doğru yere gəldiniz! Bu kanal, ictimai sahədə yaşanan hadisələr və mövzular haqqında son məlumatları paylaşmaq məqsədilə yaradılmışdır. Fövqəladə Hallar Nazirliyi, dövlət təhlükəsizliyini təmin etməklə məşğul olan bir qurum olduğundan, bu kanal vasitəsilə ictimaiyyətə maraqlı olan aktual məlumatları çatdırmağı hədəfləyir. Kanalımızda həm daxili, həm də xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı aktual xəbərləri tapa bilərsiniz. Əgər siz də ölkəmizin ictimai sahəsində baş verən hadisələrdən xəbərdar olmaq və Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatlarına asanlıqla çata bilmək istəyirsinizsə, həmin "@azerbaycanfhn" kanalına abunə olmaq sizin üçün ən yaxşı seçim olacaq. Ən son məlumatlar və ən aktual hadisələr üçün bizi izləməyə davam edin! 📞 Əgər suallarınız və ya təklifləriniz varsa, bizə asanlıqla qaynar xətt vasitəsi ilə +994 12 512 00 28 nömrəli telefon ünvanımızdan əlaqə saxlaya bilərsiniz.

Fövqəladə Hallar Nazirliyi

06 Dec, 12:50


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 6 dekabr 2024-cü il tarixində Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulunu keçirib.

Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/qebul-edib

#fhn #azerbaycanfhn #fovqeladehallarnazirliyi #xilasetme #mulkimudafie

Fövqəladə Hallar Nazirliyi

05 Dec, 08:01


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

05 Dec, 05:40


30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-in-emekdasi-dunya-cempionatinda-yuksek-netice-gosterib

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

04 Dec, 13:28


Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə 14 dekabr 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-in-birge-teskilatciligi-ile-senaye-tehlukesizliyi-zirvesi-kecirilecek

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

04 Dec, 12:00


28 noyabr – 1 dekabr 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatı keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-in-karate-komandasinin-uzvleri-respublika-cempionatinda-yuksek-neticeler-elde-edibler

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

04 Dec, 10:20


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-heyderov-xacmaz-seherinde-vetendaslari-qebul-edecek

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

04 Dec, 07:45


Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və FHN Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və inkişafına dair tədbir keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-akademiyasinda-azerbaycan-dilinin-inkisafina-dair-tedbir-kecirilib

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

23 Nov, 09:19


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

22 Nov, 07:22


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

21 Nov, 06:26


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Suraxanı, Abşeron, Sabirabad, Şəki rayon Yanğından Mühafizə hissələrində və Sabunçu rayon Yanğından Mühafizə Hissəsinin 23 nömrəli Yanğından Mühafizə Bölməsində “açıq qapı” günü tədbirləri keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-in-dovlet-yangindan-muhafize-xidmeti-aciq-qapi-gunu-kecirib-22006c0a

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

20 Nov, 19:37


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Madaqaskar Respublikası Daxili İşlər Nazirliyinin Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak ilə görüşüb.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/nazir-kemaleddin-heyderov-madaqaskar-daxili-isler-nazirliyi-seher-dozumluluyu-davamliliq-ve-risklerin-idare-edilmesi-uzre-milli-burosunun-bas-direktoru-olivier-andriakaja-elak-ile-gorusub


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

20 Nov, 07:25


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

18 Nov, 19:09


COP29 çərçivəsində FHN-in moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib

Daha ətraflı
https://fhn.gov.az/az/melumatlar/cop29-cercivesinde-fhn-in-moderatorlugu-ile-radiasiya-ve-iqlim-deyisikliyi-yeni-cagirislar-movzusunda-tedbir-kecirilib

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

17 Nov, 12:31


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/pakistan-fovqelade-hallarin-idare-edilmesi-uzre-milli-qurumunun-sedri-fhn-in-akademiyasi-ve-idman-saglamliq-klubunda-olub


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

17 Nov, 07:27


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

16 Nov, 19:27


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Daha ətraflı
https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-2cdbe438

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

16 Nov, 10:54


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/nazir-kemaleddin-heyderov-pakistanin-fovqelade-hallarin-idare-edilmesi-uzre-milli-qurumunun-sedri-inam-heyder-malik-ile-gorusub

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

15 Nov, 18:41


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-vi


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

15 Nov, 17:09


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/nazir-kemaleddin-heyderov-qirgiz-respublikasinin-fovqelade-hallar-naziri-boobek-ajikeev-ile-gorusub


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

14 Nov, 19:35


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/nazir-kemaleddin-heyderov-aeba-nin-bas-direktorunun-muavini-ile-gorusub


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

12 Nov, 09:28


Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir.
Hal-hazırda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir.

Fövqəladə Hallar Nazirliyi

12 Nov, 05:29


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

09 Nov, 04:38


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 13:21


Zəfər Günü münasibətilə Binəqədi rayonundakı Zərifə Əliyeva adına istirahət parkında Fövqəladə Hallar Nazirliyinin Nümunəvi orkestrinin ifasında hərbi vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 11:12


8 noyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakıda İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Zəfər Günü münasibətilə İkinci Şəhidlər xiyabanına gələn hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 10:01


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 08:13


Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-in-qurumlari-ve-regional-merkezlerinde-zefer-gunu-ve-dovlet-bayragi-gunu-munasibetile-tedbirler-kecirilib


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 06:27


Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, əhalinin, eyni zamanda qonaqların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

08 Nov, 05:27


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

29 Oct, 18:09


26 oktyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-in-kisilerden-ibaret-voleybol-komandasi-olke-kubokuna-ugurla-baslayib


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

29 Oct, 08:37


Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı

Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fovqelade-hallar-daxili-isler-nazirlikleri-ve-azerbaycan-avtomobil-yollari-dovlet-agentliyinin-metbuat-xidmetlerinin-birge-melumati


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

28 Oct, 13:10


Mehmanxana və iaşə obyektlərində yanğın təhlükəsizliyinə dair bəzi qaydalar.

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

28 Oct, 12:52


Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Nazirliyin Gəncə Regional Mərkəzində “Beynəlxalq humanitar əməliyyatlarda fəaliyyətin təşkili” mövzusunda seminar keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-sahdag-turizm-merkezinde-telim-kecirib-video-foto


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

28 Oct, 08:46


Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

28 Oct, 07:04


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

26 Oct, 13:21


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

26 Oct, 10:32


Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fovqelade-hallar-nazirliyi-novbeti-agacekme-aksiyasi-kecirib-video-foto


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

26 Oct, 06:30


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib.

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 15:32


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.



#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 15:03


Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.


Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-video-foto-3a9b6bea



#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 13:49


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-a4fffe49

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 07:12


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 05:56


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-video-24ed9eb2

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

25 Oct, 04:04


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

24 Oct, 07:39


Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən Gəncə Müalicə Diaqnostika Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-gence-mualice-diaqnostika-merkezinde-telim-kecirib-video-foto

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

24 Oct, 06:02


#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

23 Oct, 13:48


Məlumat verildiyi kimi, güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.
Həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

23 Oct, 12:26


Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.

Daha ətraflı https://fhn.gov.az/az/melumatlar/fhn-sahdag-turizm-merkezinde-telim-kecirib-video-foto

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə

Fövqəladə Hallar Nazirliyi

22 Oct, 11:14


Məlumat verildiyi kimi, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.
Oktyabrın 22-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.
Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

#fhn #azerbaycanfhn #fövqəladəhallarnazirliyi #xilasetmə #mülkimüdafiə