Ormilitarism @ormilitarism Channel on Telegram

Ormilitarism

@ormilitarism


1)Söyüşlü rəy küçə jarqonu qadağandır
2)Yorumlara xəbər atmaq qadağandır
3)Siyasilərə qarşı qeyri nizami üslub qadağandır
4)Mübahisələri dava səviyyəsində böyütmək qadağandır
5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır
6)Milliyətə qarşı təhqir qadağandır

Ormilitarism (Azerbaijani)

Ormilitarism Telegram kanalı ilə maraqlı insanlar üçün fərqli bir məkan yaradılıb. Kanalın əsas məqsədi, mübahisələri səviyyəsizliyə və təhqirə sürükləməmək və siyasət, iddia və təhqir kimi məsələlərdə düzgün və münasib rəy bildirmək və müzakirə etməkdən ibarətdir. Ormilitarism, istifadəçilərə qeyri-nizami üslub qullanmayaraq, milli və siyasi məsələlərdə sağlam rəylərini ifadə etmək imkanı verir. Kanalın qaydalari arasinda söyüşlü rəy istifadəsi, küçə jarqonu və iddia/təhqir qadağandır. Siyasətçilərə qarşı münasiblik və milliyyətə təhqir etmək də qanala qadağandır. Ormilitarism, düzgün və münasib müzakirələr üçün ideal bir platformdur. Siz də Ormilitarism Telegram kanalına qoşularaq bu fərqliliyi yaşaya bilərsiniz!

Ormilitarism

15 Feb, 20:16


Olaf Şoltzun məmləkətində olduğum üçün bura çox girə bilmirəm. Aradakı fərqi bağlacam. Görüşənədək

Ormilitarism

15 Feb, 20:15


Bu paylaşımı yaddan çıxarmayın.

Ormilitarism

15 Feb, 20:13


ABŞ Avropanı bir heç sayaraq Ukraynanı bölmək üçün Rusiya ilə qarşılıqlı görüşlərə başlayıb. Avropa isə bizdə burdayıq deməyə çalışır. Sülh prosesi asand olmayacaq.

Ormilitarism

15 Feb, 20:12


"Rusiya Silahlı Qüvvələri 250 min əsgərini itirib, 600 mindən çoxu yaralanıb.

Putinin Kurska göndərdiyi Şimali Koreya qoşunlarını tamamilə məhv etdik. Biz isə artıq 6 aydır ki, Rusiya Federasiyasının ərazisində qalırıq".

- Zelinski

Ormilitarism

15 Feb, 20:09


Emmanuel Makron ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə görə gələn həftə Aİ-nin təcili iclasını çağırıb.

Ormilitarism

14 Feb, 07:34


14 fevral Hərbi Hava Qüvvələri günüdür.

Ormilitarism

14 Feb, 07:27


Rus kamikadze pilotsuz təyyarəsi Çernobılda partlayan 4-cü Reaktorun üzərindəki qoruyucu qübbəyə zərbə endirib. Zərbə nəticəsində qübbədə dəlik açılıb.

Ormilitarism

14 Feb, 07:22


3-cü dünya müharibəsi 2025də başlayar.

Ormilitarism

14 Feb, 07:11


ABŞ sülh istədiyi təqdirdə Avropa ölkələri Ukraynaya silahların göndərişinə davam edir.

Ormilitarism

14 Feb, 07:09


Çinə məxsus J-16 qırıcısı Cənubi Çin dənizi üzərində döyüş növbətçiliyi edən Avstraliyanın P-8A dəniz patrul və kəşfiyyat təyyarəsinə təlim güllələri ilə atəş açıb.

Güllələr təyyarənin 30 metrliyindən keçib.

Avstraliya tərəfi küsüb inciyib və bunu çinlilərin “təhlükəli və qeyri-peşəkar” hərəkəti adlandırıb.

Ormilitarism

14 Feb, 07:07


Əlcəzair Rusiyanın 5-ci nəsil Su-57E (eksport) qırıcılarını sifariş edən xarici müştəri oldu.

Ən azı 14 təyyarə tədarük ediləcəyi deyilir.

İlk təyyarənin 2025-ci ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.

Ormilitarism

14 Feb, 07:05


.

Ormilitarism

14 Feb, 07:05


Ukraynanın kapitulyasiyası hər kəs üçün arzuolunmazdır”.

- Makron

“Biz Ukraynanın zorla sülhə məcbur edilməsini rədd edirik”.

- Almaniya kansleri Şolz

Ormilitarism

14 Feb, 06:57


Nimitz sinifli USS Harry S. Truman təyyarədaşıyan gəmisi (CVN 75) Aralıq dənizində Misirin Port Səid şəhəri yaxınlığında Beşiktaş-M ticarət gəmisi ilə toqquşub.

Hər hansısa ciddi zərər və ya itki yoxdur

Ormilitarism

14 Feb, 06:57


Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan T625 GÖKBEY Utility Helikopteri İsveçin Kiruna bölgəsində alçaq hündürlükdə soyuq hava sınaqlarını uğurla başa vuraraq, sərt şərtlərdə dayanıqlığını və uçuş təhlükəsizliyini sübut edib.

Ormilitarism

14 Feb, 06:48


M23 döyüşçüləri Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərindəki stadionda ələ keçirilən əraziləri idarə etmək üçün təyin edilmiş məmurları təqdim etmək məqsədi ilə taplanış ediblər.

Ormilitarism

14 Feb, 06:43


Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler elektron hücum təyyarəsi Şimal Adası Dəniz Hava Stansiyası yaxınlığında San Dieqo körfəzinə düşüb.

Hər iki ekipaj üzvü zərbədən əvvəl uğurla katapulta edib.

Ormilitarism

14 Feb, 06:42


Bəşər Əsədin oğlu Hafiz Əsəd, Moskvadan X və Telegram hesablarını şəxsən idarə etdiyini təsdiqləyən video paylaşıb.

SBU bunu aradan götürməsə yaxşıdı.

Ormilitarism

09 Feb, 20:47


Ukrayna tərəfi rus Su25ni vurub. Sonra Ukraynanın FPV dronları vurulan Su-25 pilotunu təxliyə etməyə çalışan Rusiyanın Mi-8 helikopterinə hücum edib.

Lakin ukraynalılar hədəfi vura bilməyib və helikopter təhlükə zonasını tərk edə bilib.

Ormilitarism

09 Feb, 20:44


Vyetnam Çinə qarşı Namyit adasını dörd il ərzində on dəfə genişləndirərək dəniz forpostuna çevirib.

Ormilitarism

09 Feb, 20:40


Rusiya bu ildən başlayaraq Şimali Koreyaya pilotsuz uçuş aparatlarının inkişafına və silsilə istehsalına yardım edəcək.

Ormilitarism

09 Feb, 20:36


Hollandiya ilk partiya F-16ları Ukraynaya verib.

Ormilitarism

08 Feb, 19:11


Aero India-da Hindistan Hərbi Hava Qüvvələrinin diqqətini çəkmək üçün yarışa girəcək qırıcılar taksi yolu üstündə üz-üzə gəlib.

Lakin ABŞ Hərbi Hava Qüvvələri F-35A-nın nümayiş uçuşlarını ləğv edib.

Ormilitarism

08 Feb, 19:04


Rus Su-57 və ABŞ F-35A qırıcısı
qarşı-qarşıya

Hindistan

Ormilitarism

08 Feb, 06:45


Partlayıcılı VR aparatlar.

Rusiyanın FPV pilotsuz təyyarələrinin operatorlarını hədəf almaq üçün nəzərdə tutulan plan.

Rusiya təhlükəsizlik xidməti aktivləşdirildikdə partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı quraşdırılan FPV eynəklərinin mənbəyini araşdırır.

Bir neçə şübhəli bağlama ələ keçirilib, itkilərin qarşısı alınıb.

Gözlüklərin içərisində 10-15 qram plastik partlayıcı aşkar edilib.

İsrailin uzaqdan partlatmasından fərqli olaraq, burda aktifləşərkən partlamaqdan söhbət gedir.

Ormilitarism

08 Feb, 06:39


Şimali Koreya əsgərləri bir neçə həftəlik fasilədən sonra Kursk bölgəsində aktiv döyüşlərə qayıdıblar.

-Zelenski

Ormilitarism

08 Feb, 06:37


Tayvan Müdafiə Nazirliyi bu gün Tayvan adasının ətrafında 6 Çin kəşfiyyat şarı aşkar etdiyini açıqlayıb. Eyni zamanda, adanın yaxınlığında doqquz hərbi təyyarə, səkkiz döyüş gəmisi aşkar edilib.

Ormilitarism

07 Feb, 09:13


Bir yüngül zirehli mobil texnika üzərindən qalxa biləcək şəkildə 10 ədəd dron yerləşdir. Texnikaya orta ölçülü dronları tapacaq qabiliyətli radar qoy. Radar operatora istiqamət versin.

Nə əlavə güllə xərclə nədə raket.

Ormilitarism

07 Feb, 09:03


Ukrayna Silahlı Qüvvələri Əfqanıstandan gəlmiş Mi-17V-5 helikopteri ilə “Geran-2” kamikadze pilotsuz təyyarəsini vurub.

Çəkilişlər Ukrayna sərhəd xidmətinin Fransız Airbus H125 helikopteri ilə aparılıb.

Ormilitarism

07 Feb, 09:00


Kalaşnikov IDEX 2025 beynəlxalq silah və müdafiə texnologiyaları sərgisində nümayiş etdiriləcək yeni Krona-E hava hücumundan müdafiə sistemini təqdim edib.

Konsernin sözlərinə görə, “Krona-E” qısa mənzilli hava hücumundan müdafiə sistemi mühüm dövlət obyektlərini hava zərbələrindən qorumaq üçün nəzərdə tutulub və sistemin əsas hədəfləri orta ölçülü pilotsuz uçuş aparatlarıdır.

Ormilitarism

07 Feb, 08:52


Estoniyanın sifariş etdiyi 12 ədəd Fransız 155 mm/52 SEZAR təkərli özüyeriyən haubitsadan ilk altısı Estoniyaya çatdırılıb.

2024-cü ilin iyun ayında Estoniya Müdafiə Nazirliyinin Dövlət Müdafiə İnvestisiyaları Mərkəzi (Riigi Kaitseinvesteeringute Keskus - RKIK) Fransa Silahlı Qüvvələrinin Baş Silahlar İdarəsi (DGA) və Fransa-Almaniya KNDS qrupu ilə Estoniya üçün 12 ÖAQ-ın alınması üzrə müqavilə imzalamışdı.

Ormilitarism

07 Feb, 08:50


Rusiya MN bu hücumların dayandırıldığını desə də, irəliləmə sadəcə yavaşladılıb.

Ormilitarism

07 Feb, 08:50


Ukrayna Silahlı Qüvvələri Kurskda ikinci cib cəbhə açaraq müdafiəni yarıb və Rusiya Federasiyası ərazisinə 5 km-ə qədər irəliləyib.

Ormilitarism

06 Feb, 19:54


Gecəniz xeyrə

Ormilitarism

06 Feb, 11:05


Ukrayna ilk Mirage 2000-5 qırıcı təyyarəsini əldə edib.

Ormilitarism

06 Feb, 06:45


Kanalın böyüməsi və daha çox insana çatması üçün yaxınlarınıza və ətrafınızdakılara tövsiyyə etməyiniz xahiş olunur.

https://t.me/Ormilitarism

Ormilitarism

06 Feb, 06:43


Suriyada təhlükəsizlik qüvvələri gecə saatlarında cinsi azlıqlara və fahişələrə qarşı əməliyyatlara başlayıb.

Ormilitarism

06 Feb, 05:51


Son vəziyyətdə isə M23 Qomanı yenidən ələ keçirib, hətda artıq ora qubernatorlar və yerli idarəetmə məmurları təyin edib. Qrupun hədəfi Cənubi Bukavu əyalətinin paytaxtı Bukavunu ələ keçirməkdir.

Ormilitarism

06 Feb, 05:43


Son illərdə M23 yenidən fəallaşıb və 2022-ci ildən başlayaraq Konqonun şərqində böyük əraziləri ələ keçirib.

Konqo hökuməti iddia edir ki, M23-ü Ruanda hökuməti dəstəkləyir.
Ruanda isə bu ittihamları rədd edir, lakin bəzi beynəlxalq hesabatlar Ruandanın M23-ə silah və logistika yardımı etdiyini göstərir.
BMT və Afrika İttifaqı bölgədə atəşkəs və sülh yaratmağa çalışır, lakin münaqişə davam edir.

Ormilitarism

06 Feb, 05:42


Hal hazırki vəziyyətlə bağlı əsas maraqlar :

Məsləni qızışdıran etnik gərginlik - Tutsilər və hutular arasındakı tarixi qarşıdurma.

Təbii sərvətlər: Konqo qızıl, kobalt, koltan kimi qiymətli minerallarla zəngindir.

Ormilitarism

06 Feb, 05:40


M23 Qüvvələrinin yaranması

M23 (Mart 23 Hərəkatı), 2012-ci ildə Konqonun şərqində, əsasən Tutsi əsilli döyüşçülərdən ibarət bir silahlı qruplaşma olaraq formalaşıb..

M23 ilə 2009-cu ildə imzalanmış sülh razılaşmasına əsasən, Konqo hökuməti bu qrupun döyüşçülərini ordusuna daxil etməli idi.
Lakin Konqo hökuməti razılaşmanı yerinə yetirmədiyi üçün M23 üsyan etdi və 2012-ci ildə Konqonun Goma şəhərini qısa müddətlik ələ keçirdi.

2013-cü ildə beynəlxalq təzyiqlər və hərbi əməliyyatlar nəticəsində M23 məğlub oldu və üzvlərinin bir hissəsi Ruandaya və Uqandaya qaçdı.

Ormilitarism

06 Feb, 05:36


Bu günki vəziyyətin yetişməsində arda arda zəncirvarı səbəblər :

1)Soyqırımdan sonra Ruanda Vətənpərvər Cəbhəsi (RPF), yəni indiki Ruanda hökuməti hakimiyyətə gəldi.

2) Hutuların bir hissəsi qonşu Konqoya qaçdı və burada fəaliyyət göstərməyə başladı.

3) 1996 və 1998-ci illərdə Ruanda və digər qonşu ölkələr Konqoya müdaxilə etdi və Afrikanın Birinci və İkinci Dünya Müharibəsi adlandırılan genişmiqyaslı müharibələr başladı.

4 ) Bu münaqişələrdə milyonlarla insan öldü və Konqoda silahlı qruplaşmaların çoxalmasına səbəb oldu.

Ormilitarism

06 Feb, 05:32


Tarixdə insanlar dəhrələrlə canlı canlı doğrandığı soyqırım olaraq qeydiyyata alınan bu soyqırıma gətirib çıxaran bəzi amillər olub.

Ruandada əsas iki etnik qrup Hutular (85%) və Tutsilər (14%) var idi. Belçikalı müstəmləkəçilər əvvəllər Tutsiləri üstün tuturmuşlar. Belə olanda Hutularda daxili paxıllıq, Tutsilərin üstünlüklərdən istifadə edərək çoxunluq üzərindəki hakimiyyəti onlara qarşı bir nifrət amilinə çevrilir.
Amma müstəqillikdən sonra Hutular hakimiyyətə gəldi və etnik gərginlik artdı.

Hökumət və "İnterahamwe" adlı ekstremist qruplar Tutsilərə qarşı nifrət təbliğatını gücləndirdi. Dövlət tərəfindən idarə olunan media, xüsusilə "RTLM" radiosu, açıq şəkildə Tutsiləri "tarakan" adlandırırdı və onları öldürməyə çağırırdı.

6 aprel 1994-cü ildə Ruanda prezidenti Jüvenal Habyarimana və Burundinin prezidenti təyyarə qəzasında öldürüldü. Təyyarənin vurulması Hutuların Tutsilərə qarşı soyqırımı başladan bəhanəsi oldu.

Ormilitarism

26 Jan, 19:23


Ukraynalılar da, qırmaya malik güllələr istehsal etməyə başlayıb.

Ormilitarism

26 Jan, 09:44


Ukrayna qüvvələri qayığa quraşdırılmış "Vampire SAM" sistemindən istifadə edərək Qara dəniz üzərində Rusiyanın Kh-59 qanadlı raketini vurub.

Ormilitarism

26 Jan, 09:42


İki dəfə başında güllə dəysə də, kaskaya görə sağ qalan Ukrayna əsgəri.

Ormilitarism

26 Jan, 09:39


Finlandiyanın Hərbi Kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiyanın kütləvi hərbi islahatları Finlandiya üçün ciddi təhlükə yarada bilər. Moskva Finlandiya yaxınlığındakı Leninqrad Hərbi Dairəsinə 50.000 əsgər yerləşdirməklə, qüvvələrini 350.000 əsgərə artırmağı planlaşdırır.

Bundan əlavə, Şimal Donanmasının Murmanskdakı 14-cü Ordu Korpusu genişləndiriləcək, Kareliyada yeni briqadalar və bölmələr yaradılacaq. Ən şimalda yerləşən üç briqada Norveç və Finlandiyadan cəmi bir neçə kilometr aralıda yerləşir.

Ormilitarism

25 Jan, 15:15


Hərbi yardımlar dayandırılmır.

Ormilitarism

25 Jan, 09:04


Meksika təyyarəni geri göndərib🗿

Ormilitarism

25 Jan, 06:18


Meksika divarından “azadlıqlar ölkəsinə” tullananları tapıb geri Meksikaya göndərirlər.

Azərbaycanlılar kartel qurmasa yaxşıdı.

Ormilitarism

25 Jan, 06:13


Britaniya Krallığının Hərbi Hava Qüvvələrinə məxsus Eurofighter Typhoon təyyarəsi quşların zərbəsindən sonra kanopisi olmadan təcili eniş edib.

Ormilitarism

25 Jan, 06:10


Qərb kəşfiyyatının məlumatına görə, İranın iki yük gəmisi, Golbon və Jairan, Çindən İrana 1000 tondan çox natrium perklorat daşımağa hazırlaşır.

Qatı raket yanacaqları üçün istifadə edilən ammonium perkloratı istehsal etmək üçün lazım olan bu kimyəvi maddə Xeybar Şekan və ya Haj Qassem kimi orta mənzilli raket üçün kifayət qədər yanacaq verə bilər.

Ormilitarism

25 Jan, 06:05


İsrail və Misir çıxmaq şərti ilə digər yardım proqramlarıda dondurulacaq.

Ormilitarism

25 Jan, 06:04


ABŞ Ukrayna üçün edilən bütün növ insani və hərbi yardımları 90 günlük dayandıracaq. (USAID bununla bağlı işlər görməyə başlayıb)

Ormilitarism

24 Jan, 20:17


Ağ Ev ABŞ-Meksika sərhədinə MV-22B Osprey ilə gətirilən Dəniz Piyadaları bölmələrinin görüntülərini yayımlayıb.

Əlavə olaraq Oshkosh L-ATV zirehli texnikası və tikanlı məftilli Oshkosh MTVR yük maşınları da göndərilib.

Ümumilikdə 1-ci diviziyadan 500 dəniz piyadasının göndərilməsi planlaşdırılır.

Ormilitarism

24 Jan, 20:07


ABŞ Hərbi Dəniz Qüvvələrinin sahilyanı (sahil mühafizə) döyüş gəmisi USS Indianapolis (LCS-17) kiçik PUA-ları məhv etmək üçün AGM-114L raketlərini istifadəyə imkan verən SSMM idarə olunan raket buraxılış qurğusunu təkmilləşdirib.

Səthdən Yerə Raket Modulu (SSMM) LCS SUW MP gəmi və qayıq əleyhinə funksional döyüş modulunun tərkib hissəsidir. Əvvəlcə onun raketləri yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmuşdu, lakin sonradan onlar hava hədəflərini vurmaq üçün uyğunlaşdırıldı.

Göründüyü kimi, həm SSMM buraxılış modulunun özü (proqram və aparat komponentləri daxil olmaqla), həm də idarə olunan raketin özü təkmilləşdirilib. Mütəxəssislər hesab edirlər ki, AGM-114L Hellfire-Longbow idarə olunan raketinin AH-64D/E helikopterlərində istifadə olunan versiyasından daha fərqli olan xüsusi versiyası istifadə olunur.

Bundan əlavə USS Indianapolis SeaRAM yer-hava raket sistemi, Mk110 57 mm top qurğusu və Mk46 30 mm top qurğusu kimi PUA əleyhinə sistemlərə malikdir.

Ormilitarism

24 Jan, 07:18


4 il əvvəl Qış ayları.

Ormilitarism

24 Jan, 07:03


ABŞ , Ukrayna üçün 400 km-dən çox mənzilli ucuz və yüksək dəqiqlikli sursatların hazırlanması üzrə ERAM proqramındakı irəliləyişlər barədə məlumat verib.

The War Zone-un verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Dövrü İdarəetmə Mərkəzinin (AFLCMC) Stand-In Strike bölməsi Quicksink qabaqcıl təyinat başlığını ERAM-a inteqrasiya etmək planlarını açıqladı.

Bu başlıq radar və infraqırmızı istiqamətləndirmədən istifadə edərək, peyk siqnalından istifadə etmədən yerüstü hədəfləri vurmağa imkan verir.

Quicksink artıq GBU-31/B JDAM bombasında sınaqdan keçirilib (video).

Nəticələr göstərir ki, bomba elektron müharibəyə qarşı toxunulmaz olub.

ERAM-ın Rusiyanın elektron müharibə sistemlərinə qarşı müqaviməti məsələsi əsas məsələdir

Çünki Qərb mətbuatı , daha əvvəl JDAM-ER bombaları da daxil olmaqla GPS ilə idarəolunan döyüş sursatları ilə bağlı əhəmiyyətli problemləri dəfələrlə bəyan edib.

Ormilitarism

21 Jan, 09:25


Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemi Rusiyanın Smolensk vilayətində Ukraynaya məxsus kamikadze PUA-nın qarşısını alıb.

Ukrayna Smolensk Aviasiya Zavodunu hədəf alıb.

Ormilitarism

21 Jan, 09:20


Ukraynanın Ali Baş Komandanı Oleksandr Sirski:

“Müdafiədə oturaraq müharibədə qalib gələ bilməzsən”

“Biz üstünlüklərimizdən istifadə etməliyik. Ukrayna pilotsuz uçuş aparatları ənənəsini yaradan ilk ölkə oldu. Biz PUA imkanlarını genişləndiririk, robot platformaları və yerüstü döyüş sistemlərini inkişaf etdiririk”

Ormilitarism

20 Jan, 17:43


Kripto birjaları elə bil dağdan yuvarlıblar.

Ormilitarism

20 Jan, 17:42


Yalnız iki cins var bunlar qadın və kişidir. Bunlar bizə tanrının əmanətidir.

- Tramp

Ormilitarism

20 Jan, 17:34


ABŞ neft və qaz ehtiyyatlarının ixracına başlayacaq…

Ormilitarism

20 Jan, 17:31


Prezident Tramp: "Amerikanın qızıl dövrü ELƏ İNDİ başlayır."

Ormilitarism

19 Jan, 20:33


Regiondakı hər ölkədə bir iz qoymaq…

Ormilitarism

19 Jan, 20:27


Azərbaycan tarixinə Qanlı Yanvar kimi düşən 20 Yanvar faciəsindən 35 il ötür.

Ormilitarism

19 Jan, 19:10


Həmdə bu ərazilər real döyüş əraziləridir.

Ormilitarism

19 Jan, 19:03


USQ təlimi üçün istifadə edilən FPV simulatorları real ərazi grafikləri ilə təkmilləşdirilib. Onlara hava hədəflərinə qarşı təlim görülməsi üçün düşmən dronları əlavə edilib.

Ormilitarism

19 Jan, 18:59


Avstraliya Cənubi Koreyanın K9 Thunder bazasına əsaslanan AS9 Huntsman özüyeriyən artilleriya sistemini alıb.

K9 Thunder bazasına əsaslanan AS9 Huntsman 40 km-ə qədər standart döyüş sursatı və 60 km-ə qədər xüsusi sursat atmağa qadir olan
155 mm/52 topla silahlanıb.

AS9 təkmil asqı sistemi, zireh və isti iqlimə uyğunlaşdırılmış kondisionerə malikdir. Cənubi Koreyanın sınaq poliqonunda aparılan sınaqlar onun yüksək hərəkət qabiliyyətini, minalardan qorunmasını və təkmilləşdirilmiş yarı avtomatik yükləmə sistemini dəqiqləşdirib.

Ormilitarism

19 Jan, 18:57


Ukraynanın Rusiya Silahlı Qüvvələrinin mexanikləşdirilmiş hücumlarına qarşı bir çox ərazilərdə müdafiəsini necə təşkil etməsinin tipik nümunəsi.

Kuraxovski istiqaməti.

Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat dronları piyadaların döyüş maşınlarına yüklənməsini və digər hazırlıqlarl aşkarlayır.

Bundan sonra USQ uzaqdan, ağır dronlardan istifadə edərək texnikanın gözlənilən yaxınlaşma marşrutlarını minalayır.

Ərazinin mühəndis kəşfiyyatının olmaması, mina trolları və sovet/rus döyüş maşınlarının son dərəcə zəif minadan mühafizəsi gözlənilən nəticəyə gətirib çıxarır

Ormilitarism

19 Jan, 18:49


Norveç Silahlı Qüvvələrinin NASAMS hava hücumundan müdafiə sistemləri Polşanın Rzeşov şəhərindəki hava limanında yerləşdirilib.

Rzeszow-Jasionka hava limanı Qərb silahlarının Ukraynaya ötürülməsi üçün əsas logistika mərkəzidir. Bir neçə NATO ölkəsi bu daşınmanl Rusiyanın potensial hücumlarından qorumaq üçün burayada hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Bundan əlavə Almaniyanın MIM-104 Patriot hava hücumundan müdafiə sistemləri və onlara xidmət edəcək 200 hərbçinin yanvarın sonuna kimi Rzeşova yerləşdiriləcəyini bildirilib.

Ormilitarism

18 Jan, 21:30


Rusiyanın Ukraynanın paytaxtı Kiyevə dünən endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ormilitarism

18 Jan, 09:17


Ukraynalı PzH2000 doldurucusu.

İndi onlarda da yəqin söhbət var deyirlər nə vare pzh-də qulluq elməyə oturursuz kabinkada , botinka yox soyuq yox.

Ormilitarism

18 Jan, 08:11


Ermənistan Hindistandan yeni 155 mm-lik haubitsalar alır

Hindistan Ermənistana 155 mm-lik “Trajan” yedəyə alınan haubitsalarını tədarük edəcək.

Ormilitarism

18 Jan, 07:58


TB3-ü 2 ədəd MAM-T döyüş sursatları ilə ilk atəş sınağını uğurla tamamlayıb.

ASELSAN-ın ASELFLIR-500 hədəfləmə sistemi ilə təchiz edilən TB3 PUA hədəfi dəqiqliklə vurdu.

Ormilitarism

18 Jan, 07:57


Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus Atlantique 2 patrul təyyarəsi Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminə atəşə nəzarət radarı ilə kilid atılıb.

Fransa rəsmiləri bu hərəkəti aqressiv və qəbuledilməz adlandırıb.

Ormilitarism

18 Jan, 07:51


Almaniyanın Hohenfels şəhərində keçirilən ABŞ ordusunun 10-cu dağ diviziyasının 3-cü piyada briqadasının hərbçilərinin iştirak etdiyi Combined Resolve 25-01 təlimindən görüntülər. Təlimlərin ssenarisi Ukraynada döyüş əməliyyatları təcrübəsinə uyğun yazılıb.

Kadrlarda Anduril Ghost-X və PDW C-100D PUA-larının, Skydio X2D kvadrokopterinin, SMET robot platformasının və STEED elektrik arabasının istifadəsi göstərilir.

Təlim zamanı istifadə edilən avtomobil GM Defence tərəfindən Chevrolet Silverado əsasında hazırlanmış NGTV-H dır.

Ormilitarism

18 Jan, 07:43


NATO-nun “Steadfast Dart-25” təlimi çərçivəsində Marçvud limanında yüklənən Britaniya hərbi texnikası. Onlar Rumıniyaya göndərilmək üçün hazırlanır.

Təlimdə hava, quru, dəniz və xüsusi təyinatlılar da daxil olmaqla, NATO-nun doqquz ölkəsindən təxminən on min hərbçi iştirak edəcək. Tədbirlər Rumıniya, Bolqarıstan və Yunanıstanda baş tutacaq.

Ehtimal var ki, bu təlimlərin əsl məqsədi Ukraynaya qoşun yeritmək qərarı veriləcəyi təqdirdə NATO-nun çevik reaksiya qüvvələrinin hazırlıq müddətini azaltmaqdır.

Ormilitarism

27 Dec, 23:42


Bu hadisəyə kimi dron, hava müdafiə raketi , distpeçer, radio elektron mübarizə tanımayıb indi eksperti olan və hadisədə Ukraynanı günahlandıranlardan başqa hamının gecəsi xeyrə qalsın.

Ormilitarism

27 Dec, 22:36


Digər bir ehtimalda Panstirlər üçün yeni istifadəyə verilən daha kiçik ölçülü rakerlərin istifadəsidir.

Ormilitarism

27 Dec, 22:22


Bəxtimizdən təyyarə düşərkən onun havadakı ən yaxın rakursdakı salamat videosunda biz onun sağ hissəsini görürük.

Ormilitarism

27 Dec, 22:21


1 ci və 3 cü zərbələr təyyarənin digər deformasiyaya uğramış hissələrində ola bilər.

Ormilitarism

27 Dec, 22:21


Deməli stüardın sözlərinə gəlsək o arxa tərəfdə olarkən birinci partlayış səsi ilə salona çıxıb. Ön tərəfə getmək istəyərkən ikinci partlayışda qolunun nəyisə kəsdiyini hiss edib. Dəqiq olaraq burda zərbələrdən ikincisi qanaddan arxaya , təyyarənin arxa hissəsindən öndə bir yerə dəydiyi bilinir.

Ormilitarism

27 Dec, 22:07


Əlimizdə olan tək arxa hissədə olan qəlpə izləridir. Sərnişinlər 3 partlayış olduğu qeyd edir. Amma təyyarə üzərindəki qəlpə izləri 3ədəd 57E6 partlayışı üçün azdır.

Ormilitarism

27 Dec, 22:06


Radio yönləndirmə nədir?

Raket öz daxilindəki tuşlayıcılar ilə yox yer stansiyasından gələn əmrlər əsasında hədəfə yönəlir və onu tapır. Pantsirin 57E6 raketindəki tək sensor hədəfə yaxınlaşarkən onu partladan tətikləyicidir.

Atışı gerçəkləşdirən baterya IR ekranında hədəfin siluletini görmədimi?

Ormilitarism

27 Dec, 22:00


Pantsir S1 işləmə prinsipi hədəf axtarışı , hədəfin tapılması , hədəfə raketin buraxılışı və raketin hədəfə qədər radio yönləndirmə ilə idarəsi.

Ormilitarism

27 Dec, 21:58


Vurulma məsələsi aydınlaşdı. Görəsən hansı sistem vurdu?

Ormilitarism

27 Dec, 17:43


Flightradar uçuşun trayektoriyasını hesablamalar ilə yeniləyib.

Ormilitarism

27 Dec, 14:33


Kursk bölgəsində ölmüş Şimali Koreya əsgərinin üzərində tapılan qeyd:

"Ölüm son deyil, Əbədi sonsuzluğun başlanğıcıdır! Yadda saxla, döyüşçü, yadda saxla: Sənin əsl qorxun ölüm deyil, vətən qarşısındakı rüsvayçılığındır. Əsir olmaq öz yoldaşlarına, ailənə və xalqına xəyanət etmək deməkdir. O şərəfi zəiflikdən üstün tutanlar gələcək nəsillər üçün örnək olacaqlar. Sizin döyüş meydanında ölümünüz əbədi cəsarət və dözümlülük simvoluna çevriləcək.

Qumbaranı əlinizdə möhkəm tutun, cəsarətlə qoruyucu qapağı çıxarın və qumbaranı çənənizin altına və ya bədən zirehinizin altına qoyun."

Ormilitarism

27 Dec, 14:03


Rusiyada tiktok işlədənlər qəza ilə bağlı hər hansısa şəkil və ya videonu görə bilmirlər. Ordakı tanışlarla qarşıqlı məlumat mübadiləsi edərkən bunu kəşf etdik. Problem tək bizdə deyilsə demək ki, təyyarə qəzasına senzura verilib.

Ormilitarism

27 Dec, 11:17


Rusiya Aviasiyasının rəhbərinin sözlərinə görə, Qroznı ətrafında təyyarə qəzası baş verən saatlarda vəziyyət çətin idi. Ukrayna pilotsuz təyyarələrinin terror hücumları səbəbindən “Kover” planı tətbiq olunmuşdu.

Qroznı hava limanında qalın duman var idi, təyyarə komandiri orada iki uğursuz eniş cəhdi etmişdi.

Bundan sonra təyyarə komandirinə digər hava limanlarına yönəlmək təklif olunsa da, o, Aktauya getmək qərarına gəlib.

Ormilitarism

27 Dec, 11:12


Ukrayna 500 ton buğdanı Suriyanın yeni hökumətinə dəstək olaraq göndərib.

Ormilitarism

27 Dec, 11:09


Şimali Qafqaz istiqamətində uçan digər təyyarələrində transponder sistemlərində eyni xətalar görülür. Bu bölgədəki yüksək radio mübarizənin işarəsidir.

Mülki aviasiya şirkətləri marşrutları ilə bağlı dəyişilik etməlidir.

Ormilitarism

25 Dec, 20:19


Səhər saatlarında “Pantsir-S1” hava hücumundan müdafiə sisteminin Qroznı yaxınlığında Ukrayna kamikadze pilotsuz uçan aparatı “Aeroprakt A-22”nı vurması

Ormilitarism

25 Dec, 20:11


Channel photo updated

Ormilitarism

25 Dec, 19:32


HHM raketlərinin iş prinsipini mən elə bilirdim çox insan bilir amma bilməyənlərdə var imiş.

Dünyadakı fərqli HHM raketləri hədəfi 3 cür fərqli yolla məhv edə bilər.

1) Hədəfə yaxınlaşan raketin partlaması və hədəfin yüksək təziqli partlayış ilə saçılan qəlpələr ilə məhvi prinsipi

2) Raketin hədəfi deşərək onu iki hissəyə bölmə prinsipi

3) Raketin hədəfə dəyərək partlaması prinsipi


İlk prinsipi ən yayqın prinsip olub 90% HHM raketi bu cür işləyir.

Ormilitarism

25 Dec, 19:28


Gələk dron vurub məsələsinə

Qroznu ilə Ukraynanın nəzarət etdiyi torpaqlar arasında 900kmdən çox məsafə var. Bunu Ukraynanın arxa cəbhədəki hava limanları və ya dron buraxılış mövqelərini nəzərə alsaq 1000kmdən çox məsafəyə kimi qaldırmaq olar.

Ukrayna bu cür məsafələr üçün tək turboprop matorlu uçuş sürəti və əməliyyat tavanı az olan dronlardan istifafə edir. Bundan əvvəlki hücumda Aeropakt A-22 istifadə edilmişdi. Çox gümanki yenə ondan istifadə edilib.

Bu dron daxilinə partlayıcı yüklənmiş yüngül ölçülü təyyarədir. Bu dron daxil digər bütün uzun mənzilli dronlar hit to kill prinsipi ilə işləyir. Yəni hədəfə dəyərək partlayır. Bu partlayış isə hədəfi bir başa etmək üçün hesablanır.

Dronun təyyarənin uçuş hündürlüyünə yaxın düşməsi bir başqa mümkünsüz məsələdir. Deyək ki, təyyarə dronun uçuş hündürlüyünə düşüb. Dron təyyarəni vursa idi onun bütün korpusunu cırıb aparardı və təyyarə elə rus səmasında düşərdi.

Ormilitarism

25 Dec, 18:00


Bura bir neçə dəfə vurulub amma sağ salamat yerə çatan təyyarə şəkilləri atmışam. Hərbi karqo təyyarələri. Başqa heçnə yazmıram.

Ormilitarism

25 Dec, 16:46


Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, Qazaxıstan Nəqliyyat Prokurorluğunun nümayəndəsi bildirib.

Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri bildirib ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin beş ekipaj üzvündən üçü sağ qalıb.

Ormilitarism

25 Dec, 12:57


Bundan bir 4 il əvvəl köhnələr xatırlaya bizim kanalda PS752 kodlu Ukrayna təyyarəsinin İranda vurulması hadisəsini araşdırmışdıq. Onda da bizim ən böyük dəlilimiz bu tip deşiklər idi.

Ormilitarism

25 Dec, 12:49


Bunu isə yalnız sağ qalanlardan biləcəyik.

Ormilitarism

25 Dec, 12:44


Reallıq budur ki təyyarə qəzaya uğrayıb. Allah ölənlərə rəhmət eləsin yaxınlarına səbr diləyirəm

26 Dekabr matəm elan edilib.

Ormilitarism

25 Dec, 12:25


Yerində Kəmaləddin Heydərovla edilən araşdırma zamanı çəkilən və mediaya ötürülən video.

Ormilitarism

25 Dec, 12:05


Flight Radarda təyyarənin Mahaçkala istiqamətindən Aktau sahillərinə qədər radarlardan itdiyi bir məqam var. Həmin məqamda təyyarənin ADS-B si radio elektron müdaxiləyə məruz qalmış ola bilər. ADS-B təyyarələrdəki sensorlar ilə təyyarəni peyk və yer idarə stansiyaları ilə yerini hündürlüyünü təyin edən sistemdir. Amma bu təyyarənin xarab olmasına səbəb deyil.

Ormilitarism

25 Dec, 12:01


Mator işləkdi. Quş zərbəsi nəticəsində yaranan hər hansısa deformasıya , hidrovlik sızıntı, yanacaq sızıntısı və ya matorda nasazlıq görülmür. Amma yenədə ehtimalı azaltmır. Təyyarə hündürlük azaldıb hündürlük artıraraq mənzil qazanmağa çalışır buda matorlar ilə edilən hərəkətdir.

Ormilitarism

25 Dec, 11:40


Qəza baş verdiyi anda yaralılara ilk köməyi əraziyə yaxın olan Mangistau Regional Elektrik Enerjisi Şirkətinin işçiləri edib. İşçilər dərhal köməyə qaçaraq yaralıları təyyarənin qalıqları arasından çıxarıblar.

Ormilitarism

25 Dec, 11:27


Təyyarənin rəsmi şəkildə düşüş səbəbi açıqlandıqdan sonra öz fikirlərimi bölüşəcəm. Baş qatan və söz çoxluğu yaradan xəbərləri yorumlara atmayın. Yorumlara xəbər atmaq onsuzda qadağandır bu xəbərlər 100/100 qadağandır.

Ormilitarism

06 Dec, 22:09


Bu görüntülərdəki HIMARS deyil, saxta hədəf kimi düzəldilən mobil HIMARS-dır.

Ormilitarism

06 Dec, 22:06


İran “Fəxr-1” hərbi peykini uğurla orbitə çıxarıb.

Buraxılış İmam Xomeyni kosmodromundan baş tutub. Peyk ölkənin Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulub. İran mediasının məlumatına görə, onun əksər komponentləri yerli şirkətlər tərəfindən hazırlanıb və istehsal edilib.

Ormilitarism

06 Dec, 22:03


Gecə hava hücumundan sonra ciddi ziyan dəyməyən Rastandakı körpünü rus aviasiyası yenidən vurmağa cəhd edib.

Görüntülərdən də göründüyü kimi, yeni hava hücumu da təsir etməyib.

Ormilitarism

06 Dec, 21:59


İdlib,Hələb,Hama , Suvayda, Dara hazlr

Qalıb Homs və Dəməşq

Ormilitarism

06 Dec, 21:55


HTŞ-in Siyasi Məsələlər Departamentindən Suriyadakı Çin və Rusiya vətəndaşlarına yeni bildiriş:

- Döyüş rejimlədir, heç bir xarici ölkə və ya onun vətəndaşları ilə deyil

-"Biz təsdiq edirik ki, vətəndaşlarınız təhlükəsizlik və müdafiə hüquqlarından, eləcə də diplomatik nümayəndəliklərinizdən istifadə edəcəklər"

Ormilitarism

06 Dec, 21:54


Dara şəhəri mərkəzi və ətraf istiqamətlərindəki nəzarət tam şəkildə müxaliflərdədir. Şam demək olar ki, həm şimaldan həm cənubdan təhlükə altındadır.

Ormilitarism

06 Dec, 21:29


Homs hələ də, müxaliflərin əlində deyil. Amma Dara istiqamətindəki hücrələr xeyli ərazi ələ keçirib

Ormilitarism

06 Dec, 19:00


Rusiya Masyafdakı hava hücumundan müdafiə sistemlərini Latakiya şəhərinə köçürüb.

Ormilitarism

06 Dec, 14:58


Ukrayna yeni "Peklo" (Cəhənnəm) raket-dronunu təqdim edib.

Dron 700 km/saata qədər maksimal sürətlə 700 km məsafə qət edə bilir və mahiyətçə Shacl EG ilə eyni rolu oynayır.

Ormilitarism

06 Dec, 14:55


Rusiyanın Ka-52 hücum helikopteri Homsdakı Əl-Vaer məhəlləsi üzərində müxaliflərə aşırma yaylım atır

Ormilitarism

06 Dec, 13:18


İddia edilir ki, Doha görüşü zamanı Rusiya və Türkiyə razılığa gələrsə, Əsəd, onun ailəsi və bəzi Baas rəsmiləri ölkəni tərk edə biləcək. Yeni idarəetməyə isə Türkiyə və Rusiyanın ortaq seçdiyi komanda gələcək.

Ormilitarism

06 Dec, 13:17


Suriya rejim əsgərləri Latakianı müdafiə üçün hazırlaşır.

Ormilitarism

06 Dec, 11:43


Suriyanın cənubunda, Qolan təpələri ilə həmsərhəd olan Dəra əyalətində yatan hücrələr yenidən oyanıb.

Həma və Homsdakı müxalif qələbələrindən ruhlanan yerli radikallar bir neçə kəndi ələ keçirərək yerli əsgər və polislərdən silah və texnikanı, o cümlədən zirehli maşınları, tankları götürüblər.

Bu bölgə həmişə “inqilabın beşiyi” hesab olunub.

Ormilitarism

04 Dec, 13:24


Ukrayna belə bu sistemdən sağlam şəkildə ələ keçirə bilməyib.

Storm Shadow, Neptun ScalpEG raketləri kimi alçaqdan uçan hədəfləri aşkar etmək və hava hücumundan müdafiə sistemlərinə rəhbərlik etmək üçün mühüm əhəmiyyət kəsb edən Podlet radarı, Ukrayna və ya Qərb tərəfindən öyrənilməsi istənilən önəmli sistemdir.

Ormilitarism

04 Dec, 13:22


Noyabrın 26sında Ukrayna sabiq QQ komandanı Syrski Zelenskiyə Rusiyanı zəiflətmək üçün gözlənilməz bir istiqamətdən cəbhə açılmasını təklif etmişdi.

Ormilitarism

04 Dec, 13:11


Ukrayna kəşfiyyatı “Heyət Təhrir əş-Şam”a (HTŞ) xüsusi FVP-lər göndərib.

Ormilitarism

04 Dec, 12:43


Podlet-K1 radarı S-300 və S-400 sistemlərini tamamlayan kompleks radardır.

PUA və qanadlı raketlər kimi aşağı hündürlükdəki hədəfləri izləyir.

Eyni vaxtda 200-ə qədər hədəfə nəzarət edir.

Aşkarlama məsafəsi: 300 km, əməliyyat hündürlüyü: 10 km.

Ormilitarism

04 Dec, 12:42


Süheyl Al Həssanı məncə bu kanalda hamı tanıyır.

Ormilitarism

04 Dec, 12:42


25-ci Xüsusi Təyinatlı Qüvvələr Diviziyasına, yəni Tiger Qüvvələrinə general-mayor Süheyl əl-Həssan rəhbərlik edir.

Ormilitarism

04 Dec, 12:40


Suriyalı müxaliflər Əsəd rejiminin 25-ci Xüsusi Qüvvələr Diviziyasının qərargahında Podlet-K1 (48Ya6-K1) aşağı hündürlükdə müşahidə radarını ələ keçirib.

Ormilitarism

04 Dec, 12:39


Əl-Safirada Əsəd rejiminin əsgərlərinin böyük bir qrupu suriyalı müxaliflər tərəfindən mühasirəyə alınaraq ərazini tərk etməkləri istənilib.

Ormilitarism

04 Dec, 12:29


Bunu görən Ukrayna Kəşfiyyatı : Yadınızda sizə FPV öyrətmişdik

Ormilitarism

04 Dec, 12:28


Hamada Suriya rejiminin qoyub qaçdıqları.

Ormilitarism

04 Dec, 12:27


Ukraynanın Su-25 təyyarələri Fransanın AASM-250 Hammer idarə olunan bombalarından istifadə etmək üçün modernləşdirilib.

Bu onlara Rusiya Su-25-lərindən fərqli olaraq idarə olunmayan raket atəşi etmək əvəzinə dəqiq atəş etmək imkanı verir.

Ormilitarism

04 Dec, 12:25


Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istəyib və hərbi vəziyyətin uğursuzluğundan sonra istefa verdiyini açıqlayıb.

Ormilitarism

04 Dec, 12:25


Əsəd rejiminin generalı Vael Məhəmməd Səid Həma cəbhəsində suriyalı üsyançılar tərəfindən öldürülüb.

Ormilitarism

04 Dec, 08:13


ABŞ-ın dəstəklədiyi PKK/YPG terror qruplaşmasının Təl-Rifatdan Şahba bəndinə və Hələbə qədər uzanan tunelləri. Tuneldə iclas otaqları, əməliyyat mərkəzləri, xəstəxanalar, mətbəxlər, restoranlar və gizli həbsxanalar var.

Ormilitarism

03 Dec, 21:58


Bəli boşaldıblar çünki təlim üçün Aralıq dənizinə açılıblar.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizi donanması Suriya sahillərində 1000-dən çox şəxsi heyət, 10-dan çox gəmi və 24 döyüş təyyarəsi ilə təlim keçirib.

Təlimdə Suriyadakı hərbi dəniz bazalarından olan gəmilər və “Admiral Qorşkov” “Admiral Qolovko” kimi yeni freqatlar, həmçinin “Kinzal” hipersəs raketləri daşıyan Miq-31 döyüş təyyarələri də iştirak. Təlimlərdə Kalibr qanadlı raketləri və Bastion sahil müdafiə sistemləri istifadə edilmişdir.

Ormilitarism

03 Dec, 21:32


Müxalif qüvvələr TƏİR zərbəsi ilə Həmanın şimalındakı Cəbəl Zeyn əl-Abidində Əsəd rejiminə məxsus tankı məhv edib.

Ormilitarism

03 Dec, 21:30


Prezident parlamentə əks getmədi və məsələnin hərbi tərəfi bununlada bitdi.

Ormilitarism

03 Dec, 19:42


Hama şəhəri yenidən müxaliflərin əlinə keçmək üzrədir.

Ormilitarism

23 Nov, 15:33


Ukraynanın yeni silahlı dronu

Ormilitarism

23 Nov, 11:43


MZKT-6922 təkərli şassi üzərində 9K332MK Tor-M2K hava hücumundan müdafiə sistemlərinin növbəti yeni partiyası Belarus Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə təhvil verilib.

Sistemin göndərilməsi Belarus və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında mövcud hökumətlərarası saziş çərçivəsində qəbul edilib.

Ormilitarism

23 Nov, 09:28


Bryansk vilayətində qəzaya uğrayan Rusiyaya məxsus pilotsuz təyyarəni yerli sakinlər yenidən işə salıb.

Ormilitarism

23 Nov, 08:13


Döyüşdən çıxmış canavar

Ormilitarism

22 Nov, 20:02


Vladimir Putin son açıqlamaları ilə əslində Rusiyada orta mənzilli ballistik raketlərin (IRBM) və daha qısa mənzilli ballistik raketlərin inkişafının davam etdiyini təsdiqlədi.

Əvvəllər belə sistemlərin inkişafı, istehsalı və yerləşdirilməsi bir neçə il əvvəl fəaliyyətini dayandıran INF müqaviləsi ilə qadağan edilmişdi.

Belə ki, bu cür raket sistemləri ilk növbədə Avropa dövlətlərinə və onun ərazisində yerləşən hərbi və sənaye obyektlərinə yönəldilir.

Putinin bəyanatlarının əsas hədəf iauditoriyası NATO-nun Avropa qanadıdır.

Böyük ehtimal ABŞ yaxın gələcəkdə Avropa qitəsində öz oxşar sistemlərini yerləşdirmək və inkişaf etdirmək üçün oxşar addımlar atacaq. (Trumpun reaksiyası maraqlıdır)

Biz 80-ci illərin əvvəllərindəki Perşinqlər və Pionerlər arasındakı məşhur qarşıdurma ssenarisini yeni sistemlər ilə canlı görmək imkanı qazanırıq.

Trump üçün düyünlər bərkidilir.

Ormilitarism

22 Nov, 19:54


Rusiya Aerokosmik Qüvvələrinin bir neçə hava bazasında axır ki, aviasiya üçün dəmir-beton sığınacaqların kütləvi tikintisinə başlanıb. Fotolar qərb peykləri tərəfindən çəkilib.

Bu gecikmiş proses Qərb ölkələrinin öz raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün verdiyi icazəni üstələyib. Buna görə yazıların birində artıq gecdir deyə ifadə işlətmişəm.

Bu cür sığınacaqların qırıcıları tandem döyüş başlığı və ya monoblok yüksək partlayıcı döyüş başlığı olan ballistik raketin birbaşa zərbəsindən xilas etmək ehtimalı azdır.

Lakin bu zaman hər hədəf üçün bir sursatın işlədilməsi məcburiyyəti artacaq çünki beton infrastrukturlar pilotsuz təyyarələrin və kaset sursatlarının tətbiqinə qarşı qorunma yarada biləcək.

Eyni zamanda, dəmir-beton konstruksiyalar təyyarəni peyklərin gözündən gizlədir, buna görə də zərbə planlaşdırarkən düşmən anqarlarda təyyarənin dəqiq yerinin harada olduğu ümumiyyətlə orada olub-olmaması. barədə dəqiq məlumat bilməyəcək.

Ormilitarism

22 Nov, 19:28


Ukraynaya məxsus MiQ-29 təyyarəsi Dnepr aerodromunda “İskəndər” raketi ilə məhv edilib.

Ormilitarism

22 Nov, 15:58


Kurskda qeydə alınan iki Storm Shadow videosu. Aşağı hündürlükdə uçuş sürəti çox yüksəkdir.

Ormilitarism

22 Nov, 13:41


Ukrayna Ordu Kəşfiyyatı (GUR) bildirir ki, Rusiya noyabrın 21-də Kedr ICBM-dən istifadə edib Oreshnik MRBM deyil.

Raketin Həştərxandan Dnepr şəhərinə çatması cəmi 15 dəqiqə çəkib.

Hər birində altı sursat olan altı döyüş başlığı ilə təchiz edilmiş raket terminal trayektoriyası zamanı Mach 11-dən çox sürətə çatıb

Sınaqlar 2023-cü ilin oktyabrında və 2024-cü ilin iyununda Rusiyanın Kapustin Yar poliqonunda (Həştərxan vilayəti) keçirilib.

Kedr ICBM, Rusiya tərəfindən hazırlanan, mövcud RS-24 Yars raket sistemlərini əvəz etmək üçün nəzərdə tutulan yeni strateji silahdır.

Ormilitarism

22 Nov, 10:08


Oreşnik


Havada hissə əsas roketi tərk eləyir.

Ormilitarism

22 Nov, 07:42


Rusların təlim poliqonuna zərbə endirilib.

Ormilitarism

21 Nov, 22:04


Yerli sakinlər şəhər kənarında yanan ot sahəsinin olduğunu deyir.

Ormilitarism

21 Nov, 21:52


İddialara görə Ukrayna Krasnodarda hələki bilinməyən bir hədəfi vurub.

Ormilitarism

21 Nov, 21:00


1.HFGCS (11175 kHz) ABŞ hərbi qüvvələri tərəfindən, xüsusən də bombardmançı və nəqliyyat təyyarələri də daxil olmaqla, təyyarələrlə uzun mənzilli əlaqə üçün istifadə olunan ümumi tezlik.

•Burada ünsiyyətə “RED RIVER”, “DOOM11,” “DOOM12” və “DEATH11” kimi obyektlər daxildir.

2. İştirakçılar:
•RED RIVER : Ehtimal edilir ki, yerüstü stansiya və ya operativ idarəetmə bloku.

•DEATH11 & DOOM11: Ehtimal edilir ki, B-52 təyyarəsinin çağırış işarələridir

•PINETREE: Daha yüksək komandanlıq və ya koordinasiya mərkəzi ola bilər.

“Yaşıl İşıq”/Green light”

Təkrarlanan “yaşıl işıq” ifadəsi adətən əməliyyatın davam etdirilməsini və ya icazəni bildirir. Bu, missiyanın başlaması, rəsmiləşdirilməsi və ya hazırlıqla bağlı ola bilər.

•Saat 18:59-da RED RIVER əlaqə yaradır.
•Saat 19:00-da PINETREE DEATH11 və DOOM11 uçuşlarına əməliyyat təsdiqini göstərən “yaşıl işıq” təsdiqini verir.

Ormilitarism

21 Nov, 20:57


Dünən açıq radio mənbələrin kəşfiyatına ilişən ABŞ təlimi

Ormilitarism

21 Nov, 12:06


Heç bir HHM sistemi ön xəbərdarlıq verməyib.

Ormilitarism

21 Nov, 12:05


Voronej vilayətinin Talovski rayonu üzərində səhər tezdən səmada çəkilmiş Rusiya ICBM-nin izləri.

Ukrayna mənbələrinin məlumatına görə, raket Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan buraxılıb.

Voronej vilayəti ehtimal edilən buraxılış meydançasının şimal-qərbində yerləşsə də, raketin gecə səmadakı izi qonşu bölgələrdə də görünə bilər.

Ormilitarism

21 Nov, 09:48


Dneprpetrovskda qitələrarası balistik raket qalıqlarının olduğunu eşidən qərb kəşfiyyatı.

Ormilitarism

21 Nov, 09:37


Partladıcı partlayışı yoxdur yalnızca kinetik partlayış var. Ruslar boş başlıqlar atmış ola bilər.

Ormilitarism

21 Nov, 09:36


MIRV

Ormilitarism

21 Nov, 09:35


Hədəfləmə eyni istiqamətədə ola bilər. Dəfələrnən videoya baxdım və dəqiq deyə bilərəm ki mən belə şey heç vaxt görməmişəm. Bu MIRV dir.

Ormilitarism

21 Nov, 09:29


Çoxlu daşıma hədəfləmə sistemi olan MIRV normalda bu cür bir birinə yaxın məsafələrə zərbə vurmur.

Ormilitarism

21 Nov, 09:24


MIRV şəkilləri.

Ormilitarism

21 Nov, 09:23


MIRV yəni hədəflənən çoxlu döyüş başlığı.

Bir qitələrarası baslitik raket ən az 4 ən çox 12-16 ədəd MIRV daşıya bilər. MIRV nə qədər çox olsa mənzil aşağı olur.

Ormilitarism

21 Nov, 09:16


Əgər bu doğrudursa hərb tarixində daha bir ilkə şahid olduq.

Müharibə şəraitində atılan ilk qitələrarası balistik raket.

Ormilitarism

21 Nov, 09:16


Ukrayna iddia edir ki, Rusiya Həştərxandakı Kapustin Yar poliqonundan Ukraynanın Dneprdəki “Yujmaş” zavodunu hədəfə alaraq konvensional başlıqlı qitələarası balistik raket atıb.

Ormilitarism

21 Nov, 09:13


Ukrayna Belqorod vilayətinin Qubkin şəhərindəki hərbi komandanlıq məntəqəsini vurduğunu iddia edir.

Qubkin Ukrayna-Rusiya sərhədindən təxminən 150 km məsafədə yerləşir.

Ormilitarism

21 Nov, 09:13


Çinin VT4A tankı yoxuş yuxarı qalxa bilməyib.

Ormilitarism

18 Nov, 20:22


Rus ordusunun əlindəki anti-dronlara yad dizayndır. Böyük ehtimal Çindən göndərilib. Bu cür çeşidləri o bazarda görmək olar.

Ormilitarism

18 Nov, 20:10


Rus ordusu Ukrayna FPV-in vurmağa çalışır.

Ormilitarism

18 Nov, 20:07


Həm Finlandiya və Almaniya arasındakı C-Lion1 sualtı komunikasiya kabeli həmdə İsveç ilə Litva arasındakı sualtı komunikasiya kabeli kəsilib.

Ormilitarism

18 Nov, 20:02


Admın düz 3 il əvvəl dediyi və hər kəsin lağa qoyduğu taktikanın bu gün bütün dünyada əsaslı döyüş metoduna çevrilməsi.

Bütün deyilən fikirlərdə hər hansısa həqiqət var amma sənin fikri harda dediyin çox önəmlidir.

Necə deyərlər keçiddə kaman çalan günə 20 manat qazanırsa lüks restoranda bunu edən 200 manat qazanır.

Ormilitarism

18 Nov, 10:29


Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab olaraq Azərbaycanın 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 8 milyard 396 milyon manat ayrılıb.

İlkin olaraq bu xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdur

Ormilitarism

18 Nov, 07:45


“Le Figaro” nəşri Fransa və Böyük Britaniyanın Rusiya ərazisini “Storm Shadow” raketləri ilə vurmaq icazəsi ilə bağlı məlumatları silib.

Ormilitarism

17 Nov, 20:37


Növbəti 2 ayda ya Ormilitarism üçün ağır günlər başlayacaq yada keçəciyik Çini qurcalamağa.

Ormilitarism

17 Nov, 20:36


Bayden getməmişdən əvvəl açıq və aydın şəkildə münaqişəyə düyüm ataraq getmək niyətindədir.

Məsələ orasındadır ki, Ukrayna vursa Putin sözünə əməl etməlidir. Putin əməl etsə Trumpun sülh gətirəcək planları suya düşür.

Ukrayna vurmasa deməli sülh istəyirlər. Amma bu real görülmür.
Ukrayna vursa Putin cavab verməsə münaqişənin böyüməsindən çəkinir buda onun reputasiyasını salır.

Bir məsələyə diqqət etmək lazımdır ki, uzaq mənzilli raketlərin icazəsi torpaqda gedən döyüşlərin talehini həll edəcək səviyyə üçün gecikib.

Ormilitarism

17 Nov, 20:26


Rusiya Hava Hücumundan Müdafiə komandanlığı :

Ormilitarism

17 Nov, 19:58


🇷🇺 Rusiya prezidenti Putin sentyabr ayında verdiyi açıqlamalarda bəyan etmişdi ki, Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücumlara icazə verilməsi NATO-nun birbaşa müharibədə iştirak etməsi deməkdir.

@CaucasianLive

Ormilitarism

17 Nov, 19:52


Le Figaro nəşri iddia edir ki, Fransa və Böyük Britaniya da "SCALP" və "Storm Shadow" uzaqmənzilli raketləri ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə veriblər.

Ormilitarism

17 Nov, 19:51


Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni SPEAR qanadlı raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.

İsveçin Vidsel poliqonunda Eurofighter Typhoon-dan buraxılan raket 100 kilometr uzaqlıqdakı yer hədəfini vurub.

Ormilitarism

17 Nov, 18:51


ATACMS

Ormilitarism

17 Nov, 18:49


Kiyev səmalarında Ukrayna F16-sının Kinzal raketlərinə qarşı əl işi

Ormilitarism

17 Nov, 18:23


Rusiya ordusunun Ukrayna hava hücumundan müdafiə qüvvələrinin diqqətini yayındırmaq istifadə etdiyi “Parodiya” adlı boş(saxta) PUA ələ keçirilib

Ormilitarism

17 Nov, 18:21


Bayden getməmişdən əvvəl zərini atdı

Ukrayna ATACMS-dan Rusiya torpaqlarında istifadə edə biləcək.

Ormilitarism

17 Nov, 15:25


Kanada höküməti Ukrayna böhranına son qoymaq üçün Rusiya ilə dialoqu dəstəkləyib.

Ormilitarism

06 Nov, 23:12


İddialara görə, İranın hava hücumundan müdafiə qüvvələri ötən gün Kermanşah yaxınlığında İrana məxsus F-4 qırıcısını vuraraq düşürüb.

Ormilitarism

06 Nov, 18:47


Amerikan mənşəli 155 mm-lik idarəedilən mərmi M712 Copperhead istifadəsinin ilk görüntüləri Kursk bölgəsində qeydə alınıb.

Onların Ukraynaya göndəriləcəyi ilə bağlı əvvəllər məlumat verilməyib.

Kumulyativ döyüş başlığı olan mərmi 155 mm-lik M777 haubitsasından atılıb və Leonardonun Tip 163 LTD yer tuşlama stansiyasından istifadə etməklə lazer şüası ilə idarə olunub.

Hədəf rabitə vasitələri quraşdırılmış metal dayaq olub. Sərfiyyat üç mərmi olub və onlardan ikisi hədəfə dəyib. Sonuncusu isə tuşlayıcı linzanın nasazlığı və ya tuşlayıcının səhvinə görə yayınıb.

Yüksək partlayıcı məcmu döyüş başlığına malik M712 Copperhead idarə olunan sursat 70-ci illərdə ABŞ-da hazırlanmış, stasionar və hərəkətli hədəfləri, o cümlədən zirehli hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur.

Ormilitarism

06 Nov, 18:43


Rus qərar vermə mexanizminin ləngliyi və sərf olunacaq sursatın “birdən vura bilməsə” kimə hesab ediləcəyinin qorxusu bu məsələnin yeganə cavabıdır.

Ormilitarism

06 Nov, 18:40


Ukrayna kamikadze pilotsuz təyyarəsinin hücumu zamanı bazadA olan Proyekt 21631 “Buyan-M” gəmisi 3M-47 “Gibka” kompleksi, eləcə də AK-630M hava müdafiə topu ilə təchiz edilmişdir.

3M-47 “Gibka” kompleksi avtomatlaşdırılmış idarəetmə sistemi olan qüllə qurğusu və İqla raketləri təchiz edilmiş optik-elektron aşkarlama sistemidir.

AK-630M isə 30 mm-lik cüt topla təchiz edilmiş CIWS tipli müdafiə qurğusudur.

Nəticədə, bazaya hücum edən kamikaze pua-sı məqsədi və xüsusiyyətlərinə görə daha mürəkkəb hədəfləri vurmağa qadir olan gəmi əsaslı müdafiə sistemləri əvəzinə gəmi dənizçiləri tərəfindən pulemyotlarla dəf edilir.

Bəs gəmidəki bu sistemlər nəyə lazımdır?

Ormilitarism

06 Nov, 18:32


Bu gün səhər saatlarında rus hava hücumundan müdafiə qüvvələri Xəzər dənizi üzərində uçan 2. pilotsuz uçuş aparatı məhv edib.

Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov məlumat verib.

(Digəri isə zərbə endirə bilib)

Ormilitarism

06 Nov, 18:29


Zhuhai şəhərindəki sərgidə nümayiş etdirilən Çinə məxsus J-15T avia daşıyıcı əsaslı döyüş təyyarəsi qatlanan qanadlara, gücləndirilmiş eniş qurğusuna, eniş çubuğuna və katapult atışları üçün sistemə malikdir.

Çin WS-10 mühərrikləri ilə təchiz edilmiş həm meyilli qalxış zolaqlarından tullanma, həm də katapultla təchiz edilmiş daşıyıcılar üçün nəzərdə tutulmuşdur.

Ormilitarism

06 Nov, 11:53


🇹🇷🗣️ “Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm”

- Türkiyə Prezidenti R.T.Ərdoğan | @CaucasianLive

🇬🇧🗣️ "I congratulate my friend Donald Trump, who won the U.S. presidential election after a great struggle and was re-elected as the President of the United States."

Turkish President R.T. Erdoğan | @CaucasianLive

Ormilitarism

06 Nov, 09:13


Ukrayna PUA-sı sərhədimizə ilk dəfə 135km uzaqlıqda bir hədəfi vurub.

Ormilitarism

29 Oct, 21:38


Ruslar üçün Şimali Koreya əsgərləri ilə ünsiyyət yaratmağın təməl yolları

Ormilitarism

29 Oct, 20:47


Rusiya prezidenti Vladimir Putin ICBM ilə cavab zərbələrini simulyasiya edən irimiqyaslı nüvə təlimlərinə nəzarət edib.

Təlimlərə sualtı qayıqlardan və strateji bombardmançı təyyarələrdən atış sınaqları daxildir.

Ormilitarism

29 Oct, 20:44


Livan üzərində görülən sirli bir pilotsuz uçan aparat İsrailin RA-01 pilotsuz aparatı ola bilər.

Ormilitarism

29 Oct, 20:42


Ukraynanın FPV dronu aşkarlama sistemi olan bir Rus kəşfiyyat dronuna qarşı. Ruslar dronlarına kiçik çaplı digər dronların tezliyini aşkar edən və poza bilən elektron mübarizə qurğuları əlavə edib. Bunun sayəsində manevrlər edə bilən dronun altından yaxınlaşdıqda reaksiya vermədiyi görülür.

Ormilitarism

29 Oct, 20:37


Oktaybrın 27 sinə qədər Rusiyanın 2024cü ildəki irəliləyişi

Ormilitarism

29 Oct, 19:05


Ukraynada növbəti 160min nəfərin hərbiyə cəlb edilməsi prosesi başlayır.

Ormilitarism

29 Oct, 19:04


Ukrayna Silahlı Qüvvələrinin Kurskda Şimali Koreya əsgərlərinin toplaşma məntəqəsinə zərbələr endiriyi iddia edilir.

Ormilitarism

29 Oct, 16:29


Ukrayna yeni sülh planına əsasən ABŞ-dan Tomahawk raketlərini tələb edib. ABŞ bunun mümkün olmayacağını bildirib.

Ormilitarism

29 Oct, 08:04


Şimali Koreyalılar.

Ormilitarism

28 Oct, 20:00


🟥🇮🇱 İsrail hökümət kabineti Hizbullah kamikadzesinin baş nazir Netanyahunun iqamətgahına PUA hücumundan sonra İrana növbəti cavab zərbəsi endirmək qərarına gəlib.

@CaucasianLive

Ormilitarism

28 Oct, 19:54


Sona qədər mübarizə

Rus

Ormilitarism

28 Oct, 19:53


Zaporojya vilayətində fərari Rusiya hərbçisinin silah və sursatla qaçmazdan əvvəl , yatmış 10 əsgər yoldaşına atəş açdığı iddia edilir.

Ormilitarism

28 Oct, 19:47


Xorvatiya Ukraynaya 30 M-84 tankı və 30 M-80 piyada döyüş maşını təhvil verəcək

Əvəzində Xorvatiya Almaniyadan 50-dək Leopard 2A8 tankı almağı planlaşdırır. Xorvatiyadan Ukrayna Silahlı Qüvvələrinə tanklar və piyadaların döyüş maşınları ilə yanaşı, ehtiyat hissələri və döyüş sursatları da göndəriləcək.

Xorvatiya yenilənmiş atəşə nəzarət sistemi, stabilizator və lazer məsafəölçəni ilə M-84A4 Snajper (Snayper) modifikasiyasında tanklara sahibdir. Tankların heç bir aktiv/dinamik mühafizəsi yoxdur.

Ormilitarism

28 Oct, 19:43


Dünən Voronej vilayətində Ukrayna dronları “Etanol-Spirt” içki zavoduna zərbə endirib.


Qırmızı xətti keçdilər…

Ormilitarism

28 Oct, 11:58


Yeni çıxan qaydalara görə “savadlı”əsgərlərin ixtisaslarına görə MMUda əsgərlik çəkməsi məsələsindənsə daha çox bu cür əsgərlərin dron operatorları kimi yetişdirilməsinin ən məqsədə uyğun addım olduğunu düşünürəm. IT ixtisaslı və mühəndis ixtisaslı gənclərin bu tip təlimlərdə iştirakı onların yeni idealar ixtirasına gətirib çıxarda bilər.

Ormilitarism

28 Oct, 10:32


Ordumuz üçündə buna bənzər bir sistem bu il arsenala daxil edilib.

Ormilitarism

28 Oct, 10:32


Ukraynanın Switchblade-600 kamikadze PUA-sının Rusiyanın Tor-M2 hava hücumundan müdafiə sisteminə zərbə endirməsinin görüntüləri.

Səyahət vaxtını hesabladıqda bir başa aşkar edilən hədəfə atılırsa 80 kilometr ümumi əməliyyat diapazonu daxilində 40 kilometrdən çox məsafədə hədəfləri vura bilir.

Ormilitarism

28 Oct, 10:30


Ramat Daviddə nəzarət qülləsindən icazə alaraq qalxışa hazırlaşan İsrailin F-16 döyüş təyyarəsi uçuş zolağından keçən başqa bir döyüş təyyarəsi ilə toqquşmaqdan son anda qurtulub.

Ormilitarism

28 Oct, 10:27


İsrailin cümə günü İrana hücumundakı hədəflərdən biri İlamdakı Ghadir radarı.

Ghadir radarının maksimum aşkarlama məsafəsi 1100 kilometrdir və hədəfləri 300 kilometrə qədər yüksəklikdə izləyə bilir.

O, stelz təyyarələri, qanadlı və ballistik raketləri və aşağı orbitdəki peykləri aşkar etmək üçün nəzərdə tutulub.

Ormilitarism

26 Oct, 13:19


İran və İsrail ödəşdilər. Münaqişə ehtimalı növbəti olası bir qarşı durmaya qədər təxirə salındı.

İran ilə İsrail arasındakı bu münaqişədə bəzi hərbi tecrübələr ortaya çıxdı.

Bunlardan birincisi İranın istehsal etdiyu Orta Mənzilli balistik raketlərin göz ardına edilməyəcək qədər ciddi təhlükə olmasıdır.

Ormilitarism

26 Oct, 12:05


İsrailə məxsus havadan atılan ballistik raketin hissələri İraqın Səlahəddin şəhəri ətrafında tapılıb.

Ormilitarism

26 Oct, 08:52


Ümumi olaraq vurulduğu deyilən digər obyektlər

1. 20-yə yaxın raket və dron istehsalı müəssisəsi

2. Pilotsuz təyyarələrin bazaları.

Video/foto sübutları məhdud olsa da, peyk görüntüləri tezliklə zərbələrin tam miqyasını ortaya qoyacaq.

Ormilitarism

26 Oct, 08:50


İrandan gələn digər görüntülərə əsasən isə İsrail hərbçiləri Tehranın cənubundakı MIM-23 HAWK HHM sistemini vurub.

Ormilitarism

26 Oct, 08:48


Gecə saatlarında İranın şərqindəki Semnan vilayətində yerləşən Şahrudda güclü partlayışın baş verməsi barədə məlumat vermişdik.

Ərazidə İranın kosmik tətqiqat stansiyası və onunla əlaqəli obyektlər yerləşdiyi bilinir.

Ormilitarism

26 Oct, 08:44


Dünənki hücumda İsrail Tehranın cənubundakı S-300 HHM kompleksini vurub.

Ormilitarism

26 Oct, 00:47


İkinci dalğa ilə bağlı xəbərlər yayılsa da, nəticələri ilə bağlı hələki heç bir yenilik yoxdur.

Ormilitarism

26 Oct, 00:45


Başqa bir ehtimalda İsrailin “göz boyama” taktikası edərək siz bizi bizdə sizi vurduq və daha artığı olmasın məntiqi ilə irəliləməsidir. İsrail İranın balistik raket gücünü ciddi şəkildə diqqətə alır və canlı şəkildə bunu test edib. İranın növbəti cavab addımını nəzərə alaraq daha limitli hücum etməsi məntiqə uyğundur.

Ormilitarism

26 Oct, 00:40


İsrailin İran ərazisinə hücumlarının ikinci dalğası ilə bağlı ilkin məlumatlar var

Əl-Cəzirə Şirazdakı partlayışlar barədə məlumat verir.

Ormilitarism

26 Oct, 00:28


İran Hava Müdafiə qoşunlarının hücum zamanı hansısa bir müsbət fəaliyyəti olmayıb.

Əgər hava hücumundan müdafiə qoşunlarının hazırlıq səviyyəsi İsrail tərəfindən test edilirdisə qoşunların sükunəti qoruması bu testin uğursuzluğuna işarədir.

Ormilitarism

26 Oct, 00:26


Əgər bu cavab atəşi idisə heçdə gözləntiləri doğruladacaq dərəcədə olmadı.

Hücumun nəticələrinin nə olduğunu gün ağaranda biləcəyik amma hazır ki vəziyyətdə çox sadə hədəflərə zərbələr endirildiyi açıqdır.

Ormilitarism

26 Oct, 00:25


İordaniya üzərindən uçan İsrail F35I-ləri

Ormilitarism

25 Oct, 23:35


Hücumun enerji infrastrukturlarına və hərbi obyektlərə doğru məhdud şəkildə edildiyi qeyd edilir.

Ormilitarism

25 Oct, 23:35


İsrail İrana hücum etdiyini təsdiqlədi

Ormilitarism

24 Oct, 18:45


Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreyanın ilk əsgərləri artıq Kursk bölgəsinə gəlib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Uzaq Şərqdəki poliqonlarda təlim keçən ilk hərbi birləşmələr oktyabrın 23-də Kursk vilayətinə gəlib.

Rusiyaya gələn Şimali Koreya ordusunun əsgərlərinin təlimi və koordinasiyasının Şərq Hərbi Dairəsinin beş hərbi poliqonunda keçirildiyi iddia edilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesablamalarına görə, Rusiyaya göndərilən Şimali Koreya hərbçilərinin sayı hazırda 500 zabit 3 general olmaqla 12 min nəfərdir.

Ormilitarism

24 Oct, 18:38


Türk Hava Qüvvələrinə məxsus F-16lar fil yürüşü ediblər.

Ormilitarism

23 Oct, 20:38


Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn əl-Ərəb bölgəsindəki terror qruplaşması PKK/YPG-nin ictimai asayiş mərkəzini məhv edib.

Ormilitarism

23 Oct, 19:58


N011M Bars mənzilinə və bəzi xüsusiyyətlərinə görə Uttamdan üstündür amma Uttam AESA və multifunksiyonaldır.

Ormilitarism

23 Oct, 19:55


Rudra-M səsdən sürətli hava-yer raketi olub 150km mənzilə sahibdir.
55 kiloqramlıq parçacıq təsirli fuqas başlığa sahibdir.
Sürəti 2 mach
Tuşlanması INS və passif radar yönləndirici. Hədəfə yaxınlaşdıqda isə aktiv radar yönləndirici.

Ormilitarism

23 Oct, 19:50


Astra Mk1 BVR (Görünməyən uzaqlıqda) raketi olub qatı yanacaqlı , 110 km mənzillidir.

Tuşlanması kordinatlara əsasən daxili fiber-optic giraskop və INS ilə edilir və atışdan sonra raketin uçuş trayektoriyasına yeni kordinatlar yükləmək olur. Raketin öz radarı isə 25km axtarışı olan radarla hədəfini özü tapır.

Döyüş başlığı 15kq
Sürəti 4.5mach

Ormilitarism

23 Oct, 19:40


Ermənistan Hindistanın köməyi ilə Su-30SM döyüş təyyarələri parkını modernləşdirməyi planlaşdırır.


Təkmilləşdirmə Hindistanın qabaqcıl silah və texnologiyalarını, o cümlədən Astra Mk1 hava-hava raketi, RudraM hava-yer raketi, Uttam aktiv fazalı axtarış radarı (AESA) və Hindistan istehsalı bort kompüterini birləşdirəcək.

Orijinal rus N011M Bars radarının ilə Uttam ilə əvəz edilməsi erməni Su-30SM-nin aşkarlama və hədəfləmə imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İkinci potensial alış veriş variantı isə Ermənistanın Hindistandan əlavə Su-30MKI qırıcıları almasını nəzərdə tutur.

Ormilitarism

23 Oct, 19:29


TAİ-də baş verən terror aktında şəhid olan 5 nəfərin şəxsiyyəti:

-TAI Mexanika Mühəndisi: Zahide Güçlü
-TAI keyfiyyət nəzarətçisi: Cengiz Coşkun
-TAİ işçisi: Hasan Hüseyin Canmaz
-Özəl Təhlükəsizlik məmuru: Atakan Şahin Ərdoğan
-Taksi sürücüsü: Murat Arslan

Mexanik Mühəndis Şəhid Zahide Güçlü hücum zamanı həyat yoldaşının göndərdiyi toy ildönümü güllərini almaq üçün NBM-ə enibmiş. Hücumda yaralanan Zahidə xəstəxanada dünyasını dəyişib.

Ormilitarism

23 Oct, 17:57


TAİ-yə edilən hücumda şəhidlərin sayı 5-ə yüksəlib.

Xəsarət alanların sayı 22-yə yüksəlib.

Ormilitarism

23 Oct, 15:50


TUSAŞ-ın tamamilə nəzarətə götürüldüyü və bütün terrorçuların zərərsizləşdirildiyi bildirilib.

Türkiyə DİN

Ormilitarism

23 Oct, 15:00


3 şəhid, 14 yaralı var. 2 terrorçu məhv edilib.

Türkiyə DİN

Ormilitarism

23 Oct, 14:23


Terror aktı nəticəsində ilkin məlumata görə, 3 nəfər şəhid olub, 5 nəfər yaralanıb.

Ormilitarism

23 Oct, 14:12


TUSAŞ-da 3-cü partlayış baş verdi. Partlayışın qurumun akademiya binasında baş verdiyi bildirilir.

Ormilitarism

23 Oct, 14:08


Bölgəyə Jandarma Özel Harakat göndərilib.

Ormilitarism

23 Oct, 14:05


Hadisə yeri

Teroristlər heçdə gözümüz öyrəşən teroristlərə oxşamır.

Ormilitarism

23 Oct, 08:11


Daha dəqiq şəkilə baxdıqda bunun Spice2000 olduğu görülür.

Ormilitarism

22 Oct, 19:47


Cənubi Koreya Ukraynaya ordu göndərməyi nəzərdən keçirməyə başlayıb.

Ormilitarism

22 Oct, 18:57


“Tanklar üçün şəhər döyüşü məzarlıqdır”

Hamas tərəfindən əldənqayırma bomba ilə pusquya düşən növbəti Merkava.

Partlayışa və Merkavanın mövqeyinə baxsaq nəticənin Merkavanın məhv olmaması ilə bitdiyini demək olar.

Heyətin isə bu partlayışla tramva alıb almadığını demək olmaz.

Ormilitarism

22 Oct, 13:42


GBU-12

Beyrut

Ormilitarism

22 Oct, 12:36


Nəticə

Ormilitarism

22 Oct, 11:46


MKE yeni FPV dronlarını nümayiş etdirib

Ormilitarism

22 Oct, 11:17


Şimali Koreya qoşunlarının Rusiyada olmasa dair daha bir vizual təsdiq.

Şimali Koreya əsgərləri Primorsk vilayətinin Sergeyevka kəndində yerləşən 127-ci motoatıcı diviziyasının 44980 saylı hərbi hissəsində.

Ormilitarism

21 Oct, 20:56


Çinin qərbində yüksək dağlıq ərazilərdə yerləşən qoşunlara maddi-texniki dəstək üzrə təlim görüntüləri

Ormilitarism

21 Oct, 20:52


Hürjet 1.01 mach ilə səs sürətini aşmağı bacardı.

Ormilitarism

21 Oct, 20:50


Anka-3 PUA-sı Aselsan tərəfindən hazırlanmış Tolun idarəolunan sursatla atış sınağı həyata keçirib.

Ormilitarism

21 Oct, 20:50


Hizbullahın , İran istehsalı olan Almas TƏİR ilə 8 İsrail əsgərini vurması.

Ormilitarism

21 Oct, 20:47


Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə cavab olaraq Ukraynanı 155 mm-lik artilleriya mərmisi ilə təmin etməyi düşünür.

Bu ilin əvvəlində Cənubi Koreya ABŞ vasitəsilə Ukraynaya 300 mindən çox mərmi göndərib.

Ancaq əgər təminat dəqiqləşərsə bu bir başa göndərəcəkləri deməkdir.

Ormilitarism

21 Oct, 20:46


Vurulan BƏƏ təyyarəsi rusları daşıyırmış. BƏƏ məxsus İl-76 təyyarəsi RSF tərəfindən “dost atəşi” ilə vurulub.

Rusiya səfirliyi məlumatı təsdiqləyib.

Ormilitarism

21 Oct, 13:42


Ukraynanın Pokrovsk istiqamətində işğal olunmuş Tsukuryne kəndi yaxınlığında Rusiya bayrağı ilə birlikdə Şimali Koreya bayrağı peyda olub.

Ormilitarism

21 Oct, 13:37


50 milyon dollarlıq hava hücumundan müdafiə sisteminə qarşı 500 dollarlıq sursat

Ukraynanın Baba Yaqa pilotsuz təyyarəsinin Rusiyanın Buk-M3 hava hücumundan müdafiə sistemini məhv etməsi.

Ormilitarism

21 Oct, 13:34


RSF BƏƏyə məxsus yük təyyarəsini vurub

Çevik Dəstək Qüvvələri (RSF) bu gün saat 04:00 radələrində Şimali Darfurun Malha bölgəsində Sudan ordusunun bombardmançı kimi istifadə etdiyi bir təyyarəni vurduğuna daid video paylaşıb.

Vurulan təyyarənin qalıqlarl “İlyuşin-76” təyyarəsinə məxsus olub və ekipaj üzvlərindən biri Qırğızıstan mənşəli Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Airline Transport Incorporation FZC” şirkətinin işçisi olub.

Ormilitarism

21 Oct, 09:19


52-ci ağır bombardmançı aviasiya alayının qərargah rəis Dmitri Qolenkov 20 oktyabr 2024-cü ildə Bryansk yaxınlığında çoxlu kəllə-beyin xəsarətləri ilə ölü tapılıb.

Qolenkov Ukraynadakı hədəflərə raket zərbələri endirməkdə, o cümlədən 22 nəfərin ölümü ilə nəticələnən 2022-ci ildə Kremençuk ticarət mərkəzinə və 2023-cü ildə 46 nəfərin ölümünə səbəb olan Dnepr yaşayış binasına edilən hücumda iştirak edib.

Ormilitarism

20 Oct, 22:08


Beyrut hava limanının yaxınlığına da, zərbələr endirilib.

Ormilitarism

20 Oct, 20:02


Beyrut

Ormilitarism

20 Oct, 19:37


İsrail Livanda və xüsusilə Beyruta ciddi Hizbullahın maliyyə mərkəzlərini və mənbələrini bombalayacaq.

Bundan bağlı artıq İsrail ordusu vuracağı istiqamətlər barədə xəbərdarlıq edib və həmin yerlərə səs bombaları atıb.

Ormilitarism

20 Oct, 19:21


Qəzza zolağının şimalında, Cəbəliya düşərgəsinin şərqində əldənqayırma partlayıcı qurğu Merkava tankı məhv edilib.

Əldən qayırma bomba partlamamış Mk82 hava bombaları ilə düzəldilib.

Briqada komandirinin bu tankda məhv olduğu deyilir.

Ormilitarism

20 Oct, 19:04


İsrailin 401-ci briqadasının komandiri, polkovnik Ahsan Daksa bu gün Qəzzanın Cəbəliyyə bölgəsində fələstinli dirənişçilər tərəfindən koordinasiya edilmiş pusquda öldürülüb.