azOSINT @azosint Channel on Telegram

azOSINT

@azosint


OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri

azOSINT (Azerbaijani)

Əgər siz də açıq mənbələrdən məlumatları yığmaq və analiz etmək istəyirsinizsə, "azOSINT" Telegram kanalı sizin üçün ən doğru seçim olacaq. Kanal, mənbələrdən olan məlumatları toplayıb oxucularına çatdırmaq məqsədi ilə yaradılmışdır. "OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri" olan kanalda, günlük həyatda və digər sahələrdə məlumatların necə cəmləşdirilməsi və istifadə edilməsi barədə məqalələr, təlimatlar və xəbərlər paylaşılır. Kanal, maraqlı və faydalı məlumatlarla oxucularını təmin edərək onların bilik səviyyələrini artırmağa kömək edir. Əgər siz də açıq mənbələrdən gələn məlumatları doğru şəkildə analiz etmək və istifadə etmək istəyirsinizsə, "azOSINT" kanalına qoşularaq məlumatlarınızı genişləndirə bilərsiniz.

azOSINT

26 Jan, 19:36


Trump Kolumbiyaya deportasiya təyyarələrini qəbul etmədiyi üçün çox ağır təcili sanksiyalar tətbiq etdi. Üstündən 20 dəqiqə keçməmiş Kolumbiya prezident administrasiyası:
ABŞ-a prezidentlik təyyarələrimizi göndərərək deportasiya olunanları ölkəyə geri gətirməyə hazırıq.

Bu qədər :)

Xüsusilə növbəti 1 il bizim region da daxil bütün dünya ani ciddi dəyişiklər riski ilə həmişə üz-üzə olacaq.

Unutmayın biz də Qarabağı 2020-də Trumpın hakimiyyəti dönəmində azad etmişdik (Covid qarışıqığının da cüzi rolu vardı, dünyanın başı qarışıq idi)

azOSINT

19 Jan, 11:55


azOSINT pinned «Burada fərz etmək olar ki, quş sürüsü ilə toqquşduğunu düşünən kapitan, hələki qismən işlək vəziyyətdə olan hidravlik sistemlərini də nəzərə alaraq artıq ərazidə təkcə mümkün olan NDB yaxınlaşmasının alınmayacağı qənaətinə gəlmişdir. Çünki tutqun hava şəraiti…»

azOSINT

15 Jan, 22:16


azOSINT pinned «Meduza nəşri tam transkripti yayımlayıb. Tanış ola bilərsiniz. Xülasə: Aktauya yönəlmək pilotların seçimi olub. Səbəbləri yuxarıda 27 dekabr yazısında ətraflı oxuya bilərsiniz.»

azOSINT

15 Jan, 20:16


Meduza nəşri tam transkripti yayımlayıb. Tanış ola bilərsiniz.

Xülasə: Aktauya yönəlmək pilotların seçimi olub. Səbəbləri yuxarıda 27 dekabr yazısında ətraflı oxuya bilərsiniz.

azOSINT

11 Jan, 13:37


ABŞ-da Los Angelesdə baş verən Palisedes yanğınları nəticəsində külə dönən ərazilərin Airbus tərəfindən çəkilmiş 400 meqapiksellik peyk şəkilləri yayımlanıb. Şəkil əlavə olaraq xəritə üzərinə yerləşdirilib.
Bu linkdən baxa bilərsiniz.

Yanan ərazilər dünyanın ən bahalı mülklərinin yerləşdiyi, ən dəyərli rayonlardan hesab olunurdu.

azOSINT

27 Dec, 17:53


Flightradar24 nümayəndəsinin mənə verdiyi məlumata görə, təyyarədən 7700 squawk 05:25 UTC də qəbul edilib. Stenoqramda dispetçerin bu haqda soruşmasından 1, zərbədən 10 dəqiqə sonra.

azOSINT

27 Dec, 17:42


Uçuşun radarlarda əksini tapmayan hissəsinin yenidən qurulmuş trayektoriyası.

azOSINT

27 Dec, 16:50


Yayılan stenoqramlardan da aydın olur ki, dediyim kimi, RNAV approach GPS siqnallarının itməsinə görə alınmayıb, NDB approach üsulu ilə bir neçə dəfə cəhd etsələr də enə bilməyiblər. Sonra get-gedə hidravlik sistemlərə nəzarətin tam itməsi və qeyri-müəyyən hava şəraiti səbəbindən Aktauya gedilib.

Mayday Mayday Mayday elan olunduğunu görmədim, görəsən 7700 squawk kodu qoşulubmu? Bu da qeyri müəyyəndir. Dispetçer də hətta bu barədə dəqiqləşdirmə aparmağa çalışır.

azOSINT

27 Dec, 12:41


Burada fərz etmək olar ki, quş sürüsü ilə toqquşduğunu düşünən kapitan, hələki qismən işlək vəziyyətdə olan hidravlik sistemlərini də nəzərə alaraq artıq ərazidə təkcə mümkün olan NDB yaxınlaşmasının alınmayacağı qənaətinə gəlmişdir. Çünki tutqun hava şəraiti və GPS işləməməsi sıradan çıxmaqda olan sistemə rahat eniş etməyə icazə verməyəcəkdi. Belə olan halda o, alternativ hava limanlarından olan Aktauya yönləndirilməsini xahiş etmiş və dispetçerlər onu oraya istiqamətləndirmiş ola bilər. Çünki həm də Bakıdan fərqli olaraq Aktau meydanı yaşayış olmayan düzlük ərazidə yerləşir. Bunu da düşünmüş ola bilərlər - zolağa enmək alınmasa düzlüyə enmək variantı. Üstəgəl, Aktauda hava çox daha əlverişli olub. Artıq Aktauya yönəldikdən sonra isə sistemlərin tam sıradan çıxması vəziyyəti kəskinləşdirir və qəza qaçılmaz olur.

Dispetçerlərin qəsdən enişə icazə verməməsi, real versiya kimi görünmür. Lakin bu, Rusiyadır, bu qəza səhvən olsa belə, MH17 qəzası qəsdən və bilərəkdən edilmişdi. Ona görə, hər şey gözləmək olar.

Əlavə olaraq qeyd edim ki, yanacaq boşaltma ilə bağlı fikirlər iki səbəbə görə tamamilə səhvdir. Birincisi, E190da yanacaq boşaltma texnologiyası yoxdur. İkincisi, 57 dəqiqəlik bir uçuş üçün təyyarə dolu çən ilə uçuşa başlamır. Və onsuzda artıq enişə keçdiyi bir anda qəza vəziyyəti yarandığı üçün yanacaq səviyyəsi təcili eniş üçün optimal olub.

Dispetçerlərin isə mübahisəsiz hələki səhvləri bunlardır - HHM sistemləri aktivləşən vaxt, yaxınlaşan təyyarərə 30 min feetdən (10km) yuxarı yüksəlmələri və orada qalmaları tapşırığı verilməli idi və ya ümumiyyətlə təyyarə geri göndərilməli idi.

Bu fikirlər hazırda olan fərziyyələrdən əlavə olaraq yeni baxış əldə etmək üçündür və dispetçer ilə danışığın səs yazıları yayımlandıqdan sonra əslində nələrin baş verdiyini daha doğru bilmək olacaq.

azOSINT

27 Dec, 12:41


Təyyarənin niyə Aktauya yönləndirilməsi ilə bağlı çoxlu fərziyyələr irəli sürülür. Mən bununla bağlı 25 dekabr 21:43-də etdiyim paylaşımda “bununla bağlı konspirologiyalar qurmaq olar” deyə bildirmişdim. Mediamızda yayılan məlumatlar isə yenidən göstərir ki, ən rahat olan populist yola əl atılaraq konspiroloji versiyalar irəli sürülür. Bu fərziyyənin ətraflı müzakirə edildiyini nəzərə alsaq, gəlin daha real varianta nəzər salaq.

İlk gündən qeyd etdiyim kimi, Aktau hava limanı Bakı uçuşlarında ehtiyat hava limanı kimi həmişə variantlar arasında olub yaxınlığına görə.
Əlavə olaraq da bilirik ki, kapitan hava gəmisini ən azı bir, ifadələrə görə iki dəfə Qroznıya endirməyə cəhd edib. Bundan sonra isə radarlarda peyda olduqda artıq Aktauya yaxınlaşdığı görülüb. Və bu hava şəraiti ilə əlaqələndirilib. Burada həqiqət ola bilər (əlavə olaraq GPS sistemlərinin bloklanması, “jamming”, var ki, bu, bir qədər sonra).

Gəlin təyyarənin raketlə vurulması ərəfəsində Qroznı meydanında hava şəraitinə baxaq:

URMG 250530Z 16001MPS 3500 BR OVC012 03/02 Q1025 R26/290250 NOSIG RMK OBST OBSC QFE754/1005

Bu METAR (meteorological aerodrom report) data bizə nə deyir?

URMG-də (Qroznu aeroportunun ICAO kodu) 250530Z-də (ayın 25 i saat 05:30 UTCdə) 16001MPS külək olub (160 dərəcə azimutdan 1 metr/saniyə sürətlə), yəni küləksiz hava. Görüş məsafəsi 3500 BR olub ( 3500 metr, BR- çənli hava), buludlar isə OVC 012 (Overcast - buludlu, 1200 feet yüksəklildə).

R26/290250- Runway 26 (eniş zolağı) üçün görüş məsafəsi 290-250 metr arasındadır.

Bunlar bizə deyir ki, limitli olsa da, qış ayları üçün hava şəraiti enməyə əl verəcək qədər olub (3500 metr görüş məsafəsi və küləksiz hava).
Və pilotlar iki dəfə enişə cəhd ediblər. Cəhdlərdən birindən sonra isə partlayış olub.

Təyyarələrin uçuş-enmə zolağını tapıb yaxınlaşmaq üçün istifadə etdikləri bir neçə sistem olur. Bunlardan başda gələni ILS approach (yaxınlaşma) sistemidir.

ILS yaxınlaşmada təyyarənin zolağı tutması üçün hər şey avtomatlaşdırılır. Ən pis havada bilə yerdəki sistemlərlə təyyarə bir-birilə əlaqədə olaraq mərkəz xəttini tutuşdurur və hündürlüyü tənzimləyir, beləcə avtopilotda olsa belə təyyarə enir. Onlayn resurslarda olan məlumata görə Qroznı və ətraf aeroportlarda ILS sistemi bir neçə müddətdir ki, işləmir.

Bu olmadıqda, xüsusilə son zamanlarda daha dəqiq hesab edildiyi üçün RNAV yaxınlaşma sistemi istifadə edilir. Bu isə peyk kommunikasiyasından istifadə edərək GPS vasitəsilə təyyarəni yer sistemlərindən (ILS) asılı olmadan lazımi üfiqi və şaquli vəziyyətə gətirir və eniş həyata keçirilir. Ərazidə GPS jamming olduğu üçün bu sistemin də işləmədiyi dəqiqdir.

Bundan sonra artıq təyyarə NDB yaxınlaşmadan istifadə edir. Bunu kompass istifadə etmək kimi düşünə bilərsiniz. Yerdən gələn siqnalla NDB sistemi zolağı təyin edir və pilot təyyarəni kompasdaki xətlə tutuşduraraq istiqaməti təyin etməyə çalışır.

ILS və RNAV işləmədiyini nəzərə alaraq pilotların Qroznıya NDB yaxınlaşması etdiyini düşünmək olar. Uğursuz cəhdlərdən sonra zərbə aldıqda isə pilotlar bunu quş sürüsü ilə toqquşma kimi dəyərləndirə bilərlər (bu çox normaldır, onlar yalnız önünü görürlər və çox yüksək sürətlə hərəkət edən hava gəmisinə nəyin dəymiş ola biləcəyini düşündükdə ağıla əlbəttəki raketdən öncə quş sürüsü gəlir).

Lakin görünür, zərbədən sonra hidravlik mayelərin tam boşalmaması səbəbindən təyyarəni yenidən havalandırmaq, və yeni alternativ meydana yönləndirmək mümkün olub. Belə olan təqdirdə təyyarə 7700 squawk kodunu aktivləşdirir və ATC-yə (dispetçer xidməti) “Mayday Mayday Mayday” siqnalı verir. Bu siqnal eşidildiyi an və radarında 7700 işarəli təyyarə gördüyü an dispetçerlər həmin təyyarəni prioritet almağa borcludur. Və belə olan halda artıq dispetçer kapitanı idarə etməkdən çox, onun verdiyi qərara əsasən ona kömək etməyə çalışır. Kapitan harasa enmək istəsə, dispetçer o meydanı boşaltmalıdır. Və ya müvafiq hündürlükdə digər təyyarələr aşağı və ya yuxarı yönləndirilməlidir ki, yol boş olsun.

azOSINT

27 Dec, 10:49


Yəqin ki, ATC ilə kapitanın danışıqlarının stenoqramları yaxın vaxtlarda yayılar. Lakin bunu əlavə etməyi unutmuşdum dünən. Normalda pilotlar ATC təlimatlarına uyğun hərəkət etməyə məcburdurlar. İstisna olaraq, təyyarədən 7700 squawk kodu aktivləşdirilirsə və ya “Mayday Mayday Mayday” çağırışı edilsə təyyarənin vəziyyətinə uyğun olaraq qərar verən kapitanın ATC göstərişlərinə əməl etməmə kimi ixtiyarı var. Əksinə, ATC təyyarəyə nəzarət edərək kapitanın istəklərini yerinə yetirib onun istədiyi trayektoriya və meydanı boşaltmalıdır.

Aktauya gediş planı bizim pilotun verdiyi qərar olmuş ola bilər (nəzərinizə çatdırım ki, iki gün öncə də qeyd etmişdim ki, adətən Aktau aeroportu Bakı uçuşlarında alternativ meydan kimi nəzərə alınıb həmişədən). Bu fərziyyənin nə qədər doğru olub olmadığını isə danışıqlar yayılsa biləcəyik.

azOSINT

26 Dec, 19:11


Güman edirəm ki, ABŞ-da SBIRS tərəfindən əldə edilmiş datalar var. Sadəcə nə vaxt bunu deklasifikasiya edərlər (etsələr), bilinmir. Lazım gəlsə, Rusiyanı küncə sıxışdırmaq üçün edilə bilər.

azOSINT

26 Dec, 18:04


Bu qrupu 4 il öncə yaratmaqda əsas məqsədim bu tipli hadisələr zamanı feyk xəbərlərin önünə keçmək, açıq mənbələrdən əldə olan məlumatlara əsasən analizlər aparmaq olub. Hesab edirəm ki, izləyici kütləsi az olsa da maraqlanan şəxslərə doğru məlumat çatdırmaq mümkün oldu. Özümün də aviasiaya biraz marağım olduğundan, ilkin xəbərlərdə çatışmayan detalları görmək çox da çətin deyildi.

Bundan sonra yəqin ki, artıq rəsmi məlumatları izləmək kifayət edəcək.
Müzakirələrdə iştiraka görə təşəkkürlər.

Bu hadisə bir daha bizə xatırladır ki, KİV (mainstream media) adətən doğru danışmır və ya hadisələri çox geridən izləyir. Xüsusilə Azərbaycanda isə, adətən, mediada tamamilə səhv və ya gecikmiş məlumatlar olur, hadisələr üzrə fikir bildirən şəxslərin danışdığı şeydən başı çıxmır.

Bir də yenidən əmin olduq ki, Rusiya şər dövlətidir.

azOSINT

26 Dec, 13:36


Rosaviatsiya, Rusiyanın rəsmi mülki aviasiya qurumu hər şeyi bilə-bilə ilk andan quş zərbəsi, buna uyğun oksigen balonu partlaması, dumana görə Aktauya yönləndirilməsi iddialarını yaydı sürətlə. Uçuşu da bəlkə qəza edər iz itər deyə dənizə yönləndiriblər. Rusiyadan daha nə gözləmək olar?

azOSINT

26 Dec, 12:58


Hökumət mənbələrinə görə təyyarəni raketlə vurduqdan sonra Rusiya onu zorla Aktauya yönləndirib və Rusiya aerportlarına enməsinə icazə verməyib.
Bunun səbəbini dünən yazmışdım. Dəniz üzərində qəzanın baş verməsindən sonra izin itəcəyini hesab ediblər.

https://www.euronews.com/2024/12/26/exclusive-preliminary-investigation-confirms-russian-missile-over-grozny-caused-aktau-cras

azOSINT

25 Dec, 17:43


Quş zərbəsi olmadığına əmin idim, bildirmişdim hamı əksini deyəndə, amma gün ərzində üzə çıxacaq faktların raket zərbəsinə işarə edəcəyini düşünməzdim.

Rusiya bacardığı ən yaxşı şeyi edir. Sivilləri hədəf almağı.

Bu saatdan sonra, açığı başqa bir açıqlama olduğunu düşünmürəm. Hökümətin də danacağını düşünmürəm.

İndi isə sual budur: təyyarəni Maxaçqala niyə qəbul etməyib? Niyə dənizin üzərinə yönləndiriblər? Bax burada maraqlı konspirologiyalar qurmaq olar.

Amma onu da qeyd edim ki, mənim bildiyim qədərilə çox Bakı marşrutlarında Aktau ehtiyat aeroport kimi qeyd edilib ta sovet dönəmindən. Bu barədə əlavə məlumatı olan varsa, qeyd edə bilər

azOSINT

25 Dec, 13:54


Sürətli bir yoxlama apardım ki, uçuşun yenidən radarda göründüyü yerə kimi (saat 06:08 UTC) Maxaçqaladan uçuşla neçə dəqiqədir - cavab 15 dəqiqə.
Datadakı anormallıq isə hələ bundan 70-80 dəqiqə öncə başlayır. Yəni təyyarə Qrozny və ya Maxaçkala üzərində olanda.

azOSINT

25 Dec, 13:14


Niyə Maxaçkaladan Aktauya divert edildiyi sualını səhərdən bəri verirdim. Səbəb indi daha aydın olur. Mənim versiyam budur ki, Maxaçkalaya olan dron bugünkü dron hücumlarına görə təyyarəni təcili Xəzər üzərinə uçurmaq daha təhlükəsiz variant kimi düşünülüb.

Amma yenə də suallar çoxdur

azOSINT

25 Dec, 12:51


Videolardan birində hatch açıq görünür. Açılmasına səbəb g-force olub yoxsa başqa xarici təsir?

azOSINT

25 Dec, 12:39


İlk saatdan mənə quş sürüsü zərbəsi şübhəli gəlmişdi. Çox geniş izah da yazıb sonra spekuıyasiyaya yol açmamaq üçün sildim lakin müzakirəsi qalıb.

Yeni faktlar əsasında əlavə məlumatlar da verim bilməyənlərə:

HHM raketinin işləmə prinsipi hədəfə dəyib onu partlatmaqla olmur. Hədəfə yaxın raket partlayıb açılır və qəlpələri raketdə və ya təyyarədə zədəyə səbəb olaraq onu sıradan çıxarır.

Burada ilk saatdan yazmışdım ki, quyruqdaki hidravlika işləmir. Həm təyyarəyə yön verən rudder həm də burnuna yön verən elevator işləmir ona görə də erratik hərəkətlər edir və fuqoid titrəmələr yaranır. Üstəlik baxım qapağı da açıq görünürdü ilk videolardan. APU da quyruq hissədə olur. O da sıradan çıxıb çox güman.

Arxa tərəfdə qəlpə izlərinə bənzər izlərin olması yuxarıdaki xətalara müəyyən izah verə bilər artıq.

Amma yenə də yazılarımı iddia kimi qəbul etməyin. Sadəcə müzakirə xarakterlidir.

azOSINT

25 Dec, 12:27


İlkin olaraq təyyarədə “oksigen balonu” partlayışı olduğu yazılırdı.

Həmin partlayış səsi əslində nədən gəlibmiş görəsən?

azOSINT

25 Dec, 12:05


azOSINT pinned «Videolarda mühərrik səsi aydın eşidilir. Elevator trim problemi olub dəqiq qəzanın yekun səbəbi məncə. (Buna nə səbəb olub bilinmir hələki). Özü də arxada maintenance hatch açıqdı havada olanda. Bu da maraqlı nüansdı. https://t.me/shedevrplus/35874»

azOSINT

25 Dec, 12:02


Videolarda mühərrik səsi aydın eşidilir.

Elevator trim problemi olub dəqiq qəzanın yekun səbəbi məncə. (Buna nə səbəb olub bilinmir hələki). Özü də arxada maintenance hatch açıqdı havada olanda. Bu da maraqlı nüansdı.


https://t.me/shedevrplus/35874

azOSINT

25 Dec, 11:23


Bu arada yanacaq boşaltma söhbətləri:

57 dəqiqəlik uçuş üçün qalxan təyyarəyə ehtiyat tədbirlərini də nəzərə alaraq ona uyğun yanacaq vurulur. 57 dəqiqəlik uçuş üçün 2 saat uçan təyyarənin yanacaq boşaltmağa çalışdığı iddiası məntiqsizdir.

azOSINT

25 Dec, 11:00


Təyyarənin yerdən videolarında flaplar açıq görünmür buna görə də burnunu idarə etmək alınmır və sonda da yerə çırpılır.
Əlavə olaraq fuqoid hərəkətləri görünür - təyyarə dayanmadan enir və qalxır. Bunlar hamısı hidravlik sistemlərin sıradan çıxdığını deyir. Belə halda normalda təyyarəni yönləndirmək yalnız mühərrik itələmə gücünün difrrensiallaşdırılması ilə mümkün olur. Amma mühərriklər də sıradan çıxıbsa (videoda mühərrik səsi çox nadir eşidilir) bu da mümkünsüz olur. Mühərriyin sıradan çıxması quş zərbəsi ilə izah edilir, bəs hidravlik sistemlər niyə sıradan çıxıb görəsən?

azOSINT

25 Dec, 09:49


Allah ölənlərə rəhmət eləsin. Pilotlara isə 1 saatdan çox vuruşduqları üçün yalnız təşəkkür və afərin düşür.

Yalnız ilkin fikir mübadələsi üçün açıldığından, paylaşımı sildim. Müzakirə üçün təşəkkürlər.

Qısa xülasə qeyd edim ki, ilkin iddialardaki quş sürüsü versiyası mənə qəribə gəlir.
Səbəb: qəza baş verən hündürlüklərdə quş sürüsü adətən olmur. Gün ərzində aydınlaşar hər şey.

azOSINT

22 Dec, 13:36


Türkiyə ordu rəhbərliyi hamısı Qaziantepdə görüş keçirib.
Yəqin ki, YPG-ə qarşı yeni əməliyyat planlanır. Belə oxudum.

azOSINT

08 Dec, 10:22


YPG/PKK-nın Münbiçdən çıxarıldığı deyilir.

azOSINT

08 Dec, 09:17


Əsədin devrildiyi haqda başlıqları oxuyanda hələ də heyrət keçirirəm. 10 günün içində. Düz 10 gün! Bu il Ərdoğan Əsədə gəl oturaq, danışaq deyəndə öz-özümə düşünürdüm ki, Əsəd necə də qalib gəlməyi bacardı və dünya faktla hesablaşır artıq…
Ərdoğana sadəcə afərin. Tarixi qələbə qazandı. Görək YPG ilə bağlı nə edəcək. Yaxın günlərdə planlarını eşidərik.

azOSINT

08 Dec, 05:20


İddialar var ki, Əsədin qaçmaq üçün istifadə etdiyi IL-76 təyyarəsi havalandıqdan bir qədər sonra qəza edib və radardan itib. İddia hələ ki, təsdiq olunmayıb.

Amma Əsədin qaçmış olması artıq fakt kimi görünür.

azOSINT

07 Dec, 21:10


Xüms rəsmi olaraq Əsəd qüvvələrindən ələ keçirildi.
Növbəti hədəf Dəməşqdir.

azOSINT

07 Dec, 16:00


Mənə elə gəlir artıq Əsədin devrildiyini rahatlıqla deyə bilərik.

azOSINT

07 Dec, 12:45


Hələ hücumun ilk günü Hələbi itirsə taleyinin sual altına düşəcəyini bildirdiyim Əsəd, cəmi 1 həftə sonra artıq Dəməşqi sonuncu dəfə müdafiəyə hazırlayır. Rejim sürətlə kollapsa gedir.
Müxaliflər Dəməşqi mühasirəyə almaq üçün manevrlərə başlayıblar. Eyni zamanda ABŞ dəstəyilə YPG/PKK şərqdə bacardığı qədər boş qalmış ərazilərə yiyələnməkdə davam edir.

azOSINT

06 Dec, 12:38


Türkiyənin həmişə narahat olduğu, İsrail-PKK koridoru layihəsinin ABŞ dəstəyi ilə necə hal alacağını isə zaman göstərəcək. HTŞ YPG ilə birgə hərəkət edib Türkiyəyə xəyanət etsə, bu plan tezliklə həyata keçə bilər. Hələlik isə Colani tam sürət Dəməşqə irəliləyir və mümkün geopolitik razılaşmalardan elə də çox danışılmır

azOSINT

06 Dec, 12:36


Xüms yaxın 24 saat ərzində ələ keçirilə bilər.

Bu sürətlə Dəməşq, və beləcə Əsədin axırına çox qalmayıb.

azOSINT

05 Dec, 12:26


Həmaya ilk dəfə tam daxil olduqdan bir qədər sonra müxaliflər geri çəkilmək məcburiyyətində qalmışdı. Müdafiəni şəhərdən xeyli kənarda quran Əsəd qüvvələri bir neçə günlük döyüşlərin ardından bu gün şəhəri tərk etməyə məcbur olublar. Beləliklə, birazdan Həma tam ələ keçiriləcək.

İlk gündə vurğuladığım kimi, bu gedişlə Əsədin hakimiyyəti itirməsi ehtimalı artıq az deyil.

azOSINT

03 Dec, 08:57


Rusiyanın Tartus limanından dəniz qüvvələrini çıxardığı bildirilir.

Qeyd edim ki, Rusiya Tartusda 5 gəmi və bir sualtı qayıq saxlayırdı.
İlkin məlumatlara görə bunlar artıq limanı tərk ediblər.

azOSINT

30 Nov, 19:36


Suriyadaki rus qüvvələrinin komandanı Sergey Kisel vəzifədən azad olunub.

azOSINT

30 Nov, 19:03


Birdən Xüms ələ keçirilsə, Dəməşqlə Tartusun arası kəsilir. Belə olsa Dəməşqə Rusiyanın limandan göndərdiyi silahlar gələ bilməyəcək. Hətta Ruslar limandaki qüvvələrini çıxarmaq istəsə, Türkiyə Montrö konvensiyasına görə Ukrayna ilə müharibədə olan Rusiyanın gəmilərinə mane ola bilər.
Hər şey ildırımsürətli cərəya edir

azOSINT

30 Nov, 17:58


Həma ələ keçirildi. Daarada atışma səsləri eşidilir. Bu sürətlə Əsədin hakimiyyətdə qalması çətin görünür.

azOSINT

30 Nov, 17:31


Ərazidəki Rusiya hərbçilərinə qaçan Suriya ordusuna atəş açmaq tapşırılıb. Amma suriyalılar çoxdan qaçıblar.

azOSINT

30 Nov, 17:26


Müxaliflər sabaha kimi Həmanı ələ keçirə bilərlər.

Belə getsə bir də gördüz Əsəd getdi, bilmək olmaz.

azOSINT

30 Nov, 16:00


Suriya və Rusiya qüvvələri Hamadan toplu şəkildə geri çəkilirlər. Görək əraziləri kim ələ keçirəcək.

Türkiyən tarixi fürsətlər düşmüşkən cəsarətsizlik göstərir. Tarix belə səhvləri bağışlamır. Diplomatik danışıqlar tam sürətlə davam edir.

azOSINT

30 Nov, 11:24


Eyni zamanda PKK Hələb şəhərinin mərkəzində mövqeləri ələ keçirməyə başlayıb. Görək Türkiyə nə qədər səbr edəcək.

ABŞ dəstəyiylə bölgədə İraqdan İsrailə qədər kürdlər üçün PKK koridoru yaratmaq istəkləri və planları onilliklərdir ki, var. Heç vaxt bunu gizlətməyiblər.

Bu məsələdə həmişəki kimi Ruslarla Amerikanın mövqeyi ortaqdır…

azOSINT

30 Nov, 11:11


YPG (SDF) Əsəd ordusu tərəfindən tərk edilən yerləri ələ keçirməyə başlayır. Amerika tam arxalarındadır.

Amma məncə bu Türkiyəyə müdaxilə üçün açıq zəmin yaradır.

azOSINT

29 Nov, 21:28


Türkiyə dəstəyiylə müxaliflərin Tal Rifata hücuma keçdiyi bildirilir. Türkiyənin buranı da azad edə bilməsi çox böyük uğur olacaq.

Düşünürəm ki, bu əməliyyatlar başda Qərblə razılaşdırılıb və hər kəs sakitcə arxa planda aylarla öbu əməliyyatın öz payına düşən texniki və logistik məsələlələrini həll edib. Türkiyəyə də sərf etdiyi üçün o da dəstək olur əməliyyatlara.
Əlavə olaraq Türkiyə Rusiya ilə də razılaşmış ola bilər ki, ruslar çox əziyyət vermədən, bəri başdan geridə dursunlar.

azOSINT

29 Nov, 16:50


İlk saatlardan normal olmadığını hiss etdiyim bu reydlər həqiqətın də anormal sürətlə davam edir. Müxaliflər Hələbi ələ keçirirlər.

azOSINT

29 Nov, 12:47


Müxaliflər Hələbin Yeni Hələb bölgəsinə daxil olublar. Döyüşlər davam edir.

azOSINT

29 Nov, 12:32


Müxaliflər Hələbə doğru hücuma başladılar. İlk başda heç kəs Hələbə bu qədər yaxınlaşmağı, Hələbin hədəfdə olduğunu gözləməzkən, sürət və hücumun tempi o qədər çox və ağlasığmazdır ki (müdafiə çox bərbaddır, o ayrı), hazırda Hələbin ələ keçirilməsindən danışılır.

azOSINT

28 Nov, 11:00


Suriyada HTŞ müxalif qüvvələri dünən səhərdən Hələb istiqamətində ciddi əks-hücuma başlayıblar. Hizbullahın və İranın zəifləməsi ilə birlikdə bu sürətlərini qorusalar Hələb müxaliflərin əlinə keçə bilər.

Hələbi itirsə Əsədin taleyi də sual altına düşəcək. Türkiyə üçün də yeni fürsətlər doğacaq. Tel Rıfata hücum edib oranı ələ keçirmə perspektivi yaranır.

Çox maraqlı hadisələr cərəyan edir.

azOSINT

21 Nov, 22:20


Rusiyanın yaxın günlərdə Ukrayna Ali Radasını vuracağı xəbəri yayılıb. Rada Dekabra kimi iclaslarını təxirə salıb. Eskalasiya durmadan artır

azOSINT

21 Nov, 10:13


Bu iddianın təm əsaslandırılması üçün bir qədər də gözləmək lazım olacaq deyəsən. Daha çox analizlər əldə edib bir neçə saat sonra yenidən fikirlərimi bölüşəcəm. Ola bilər ki, ICBM yox, IRBM olsun, yəni qitələrarası yox orta mənzilli ballistik raket. Hələki, məlumatlar çox qeyri-dəqiqdir.

azOSINT

21 Nov, 09:04


Rusiya bu səhər Dnepr şəhərini MIRV başlıqları daşıyan Qitələrararsı Ballistik Raketlərlə (ICBM) vurub. Hər bir MIRV başlıq (multiple independently targetable reentry vehicle) 6 ədəd müstəqil döyüş başlığı daşıyır və ballistik raket atmosferə yenidən daxil olduqda başlıqlar ayrılır və hər biri təyin olunmuş hədəfə irəliləyir (müstəqil şəkildə)

Bu raketlər daha çox nüvə başlığı daşımaq üçün nəzərdə tutulur. Hər bir salvoda atılan raketlər hədəf ölkə üzərində ayrılaraq daha çox başlığa çevrilir və müdafiə sistemlərini yararaq maksimal zərərə nail olur.

Bu, ICBM-lərin real döyüşdə ilk istifadə faktıdır.

azOSINT

20 Nov, 14:35


Ukrayna bu gün Rusiyaya Storm Shadow qanadlı raketi ilə zərbələr endirib.

Qərbin mövqeydindəki bu ani dəyişiklik maraqlıdır.

azOSINT

20 Nov, 12:05


İddialara görə ABŞ səfirliyinin xəbərdarlığı Rusiyanın Kapustin Yardan RS-26 qitələrarası stratejik ballistik raketlə Ukraynaya zərbə endirəcəyi ilə əlaqədardır.

Hazırda Kiyevə HHM sirenaları aktivləşib. Görək iddialar nə qədər doğru olacaq.

Mən RS-26 iddialarını çox etibarlı hesab etmirəm.

azOSINT

08 Nov, 10:16


1-ci paylaşım- Burnundan Erməni tanıyırdım.
2-ci paylaşım - Xankəndindən videonu gecənin qaranlığında geolokasiya etmişdim.

Maraqlı anlar idi.

azOSINT

08 Nov, 10:11


Çoxları xatırlamaz. 2020 7 noyabr gündüz bu video ilk əlimə keçmişdi, axşama kimi başqa dəqiqləşdirmələr aparıb axşam Şuşanın bizdə olduğunu geolokasiya ilə elan etmişdim. Böyük beynəlxalq xəbər agentlikləri, analitiklər son dəqiqə kimi keçirdi. Sonralar bu video məşhurlaşdı və tarixə keçdi. Həmin günlər gecə gündüz video geolokasiya edirdim. Yəqin ki, Qarabağı əlimin içi kimi tanıyırdım.

azOSINT

04 Nov, 20:32


ABŞ-ın Orta Şərqdəki ən böyük bazasına 6 ədəd B-52 dislokasiya etdiyini bu gün yazmışdım.

Bu, 2019-dan bəri regiona ilk B-52 yerləşdirilməsi faktıdır (daha öncə, bir cüt B-52 ABŞ-dan regiona gələr, havada dövrə vurub birbaşa Amerikaya qayıdardı. Dislokasiya 5 ildə ilkdir.

Bu həm də bölgədən ayrılan Linkoln aviadaşıyıcı zərbə qrupunun əvəzinə ABŞ-ın etdiyi gedişdir. Eyni zamanda qeyd edim ki, B-52-lərdən 5-i nüvə başlığı daşıma qabiliyyətinə malikdir.

Əlavə olaraq tanker təyyarələr, F-15E zərbə qrupları və birazdan bölgəyə çatacaq destroyerlərlə ABŞ İrana açıq mesaj verir.

azOSINT

04 Nov, 12:29


ABŞ-ın Qətərdəki Al-Udeid aviabazasına 4 ədəd B-52 Stratofortress ağır bombardmançı təyyarələri ötən bir neçə gündə yerləşdirilib. Hazırda Aralıq dənizi üzərində əlavə 2 ədəd B-52 Qətərə doğru uçuşa davam edir. Gün sonunda Qətərdə artıq 6 B-52 olmuş olacaq.

azOSINT

26 Oct, 09:50


İran tərəfdən isə dərslərdən əsas biri budur ki, yaxşı planlaşdırıb öncədən xəbərdarlıqsız zərbə endirsə, İran İsrailin hərbi infrastruktunu sıradan çıxara bilər (oxu: ərazi çox kiçikdir, və İranın çatdırılma sistemləri uğurla sınaqdan keçib). Amma təbii ki, kəşfiyyat amili və ABŞ-ın İsrail üçün işləməsi bunu çox çətin edir. İndi düşünün İran nüvə silahı əldə edir və çatdırılma sistemləri onsuzda test edilib.

azOSINT

26 Oct, 09:43


Gəlin sürətli şəkildə alternativlərə baxaq:

1) Cavab zərbəsi verilmir, raund bitir

2) İran öldürülmüş hərbçilərini də bəhanə gətirərək zərbə endirir, İsrail fürsətdən istifadə bu dəfə daha ciddi hücum edir

3) İsrail bu dəfə yalnız HHM-ləri hədəf alaraq yalnız növbəti zərbəyə hazırlıq görüb və əsas zərbə qarşıdadır

4) Trump seçildikdən sonra növbəti raundu birbaşa İsrail-ABŞ ittifaqı başladaraq İranın nüvə potensialını hədəf ala bilər.

Əlavə olaraq bu gecə İsrail sübut etdi ki, İranın dərinlikdə olan obyektlərini yüksək dəqiqliklə taktiki nüvə silahı ilə vura bilər (çatdırılma sistemi dünən uğurla test edilmiş oldu).

azOSINT

26 Oct, 07:52


Zərbələr də qarşılıqlı olaraq həmişə şənbə günü olur ki, səhm və enerji bazarları dalğalanmasın boşuna :).

azOSINT

26 Oct, 07:43


Gözlədiyim kimi bu həftə sonu İrana zərbələr reallaşdı. Son cümə günündə regiona ABŞ-ın ciddi sayda tanker təyyarələri göndərməsi yaxın günlərdə zərbə olacağını deyirdi və belə də oldu. Lakin gözləniləndən çox daha zəif və limitli (yaxşı ki) hücum oldu deyə bilərik.

Geriyə dönüb baxdıqda isə bunun əslində gözlənilən olduğunu da söyləmək olar, çünki bundan daha güclü zərbə regionu və dünyanı yeni krizisə aparacaqdı - enerji infrastrukturuna zərbə neftin qiymətini anidən 20-30 faiz qaldıra bilərdi, strateji obyektlərə zərbə isə İrandan cavabı özü ilə gətirəcəkdi.

Bir ayda İrandan edilən açıqlamalar yaxından izlədiyim son 5-6 ildə ən konkret olan idi. Çox açıq bildirildi ki, geriyə zərbə olacaq. Bu, çox effektiv oldu İsraili çəkindirmək üçün. Potensialı nə qədərdir bu ayrı mövzudur, lakin İran həmişə açıqlamalarında qorxaq görünürdü. İndi daha qərarlıdır.

Görək necə olur. Bu raund da bitmiş görünür. İranın cavab zərbəsi endirməsi səhv olardı özü üçün. Yəqin ki, olmayacaq.

azOSINT

23 Oct, 21:35


Etibar etdiyim bir neçə mənbənin yazdıqlarından anladığım qədərilə, İsrailin İrana hücumu bu ay bitməmiş reallaşa bilər.

ABŞ prezident seçkilərinə isə 12 gün qalıb.

azOSINT

22 Oct, 14:18


Deyəsən Türkiyə çox ciddi bir müharibə gözləyir və bu ehtimalı kifayət qədər real görür (yaxın bir-iki il ərzində). Öcalan haqqında yeni çıxışların bundan başqa açıqlaması yoxdur.

azOSINT

20 Oct, 18:01


İsrail yaxın saatlarda Livana, xüsusilə Beyruta ciddi aviazərbələr endirəcək. Hədəf Hizbullahın maliyyə mərkəzlərini və mənbələrini sıradan çıxarmaqdır.

Livan da yavaş-yavaş dağıdılır.

azOSINT

17 Oct, 11:35


Ötən gecə ABŞ Yəməndə Husilərə qarşı aviazərbələr endirib. Bura qədər her şey normaldır.

Lakin zərbələr bunkerlərə qarşı və B-2 Spirit stels bombardmançı təyyarələrlə həyata keçirilib. Hava hücumundan müdafiəsi primitiv və minimala yaxın olan Husilərə qarşı.

Rəsmi açıqlama isə daha maraqlıdır.

“Hardened underground weapons storage locations” ifadəsi ilə başlayaraq, “Amerikanın, düşmənlərimizin əlçatmaz yerlərdə saxlamağa çalışdığı obyektləri hədəfləmə qabiliyyəti”ni vurğulayır. Bu ifadə B-2-nin xüsusi olaraq GBU-57 Massive Ordnance Penetrator ilə zərbə qabiliyyətini birbaşa önə çıxarır. Qeyd edim ki, GBU-57 14 tondur! Husilərin hansısa hədəfinə bu qədər güclü və sayca çox limitli olan silahla zərbə endirmək məntiqli görünmür. Bu yalnız İrana mesaj ola bilər.

Əgər GBU-57 yox JDAM istifadə olunubsa, bu dəfə də B-2 nin niyə istifadə olunması sual doğurur - yenə də hədəf İrana açıq mesajdır.

İranın nüvə silahları vurulacaqsa bu yalnız bu tiplu güclü silahlarla edilə bilər (amma ardıcıl eyni yer bir neçə dəfə vurulmalıdır ki, dağın içinə qazılmış mərkəzlər dağıdıla bilsin).

azOSINT

15 Oct, 11:50


İsrailin son günlərdə Qəzzada sivil insanların diri-diri yanaraq ölümə məhkum etməsindən sonra, bu gün Almaniya Xarici İşlər Naziri Boerbek açıqlamasında bildirib ki, İsraili sivilləri öldürmək bahasına belə olsa tam dəstəkləyirlər və sivillərin zərər görməsindən çəkinməyəcəklər.

Səviyyə və insanlıq bu qədər aşağı düşüb. Bizə də illərlə heç burnu da qanamayan ermənilərə görə insanlıq dərsi veriblər guya.

azOSINT

15 Oct, 07:31


Kann News xəbər verir ki, Netanyahu, Müdafiə Naziri Gallant və digər hökumət nazirləri İran üzərinə İsrail hücumunun intensivliyi və vaxtı barədə razılığa gəliblər.

Planı təhlükəsizlik şurası da təsdiqləməlidir.

azOSINT

08 Oct, 18:45


Gallantın bu gecə ABŞ-a səfər etməsinə Netanyahu icazə verməyib.
Səbəbi ABŞ-ın İsrailin İrana zərbə üçün planını tam dəstəkləməməsi olub.


Bir qeyd də edim.

Xəbərlərə görə, İsrail İrana endirəcəyi zərbələr zamanı nüvə obyektlərinə hücum etməyəcək (ABŞ-ın əlavə tankerlər və bunkerbusterləri olmadan, onsuzda, bunu bacarmayacaq). Zərbənin enerji infrastrukturuna və hərbi obyektlərə olacağı daha çox gözlənilir artıq. Lakin bir məqam da var. İran gözlənilənlərin tam əksinə, bu dəfə İsrailə çox aydın şəkildə ultimatum verib ki, daha da güclü əks-zərbə endirməyə çəkinməyəcək.

Belə olduqda isə İsrail artıq başqa çarəsinin qalmadığını bildirərək nüvə obyektlərinə zərbə endirə bilər.
Yəni, indiki situasiyada hər iki variantda Netanyahunun əli avantajlı görünür. İran növbəti dəfə İsrailə zərbə endirsə (cavab olaraq) ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdən başqa şansı qalmayacaq.

Hər halda nüvə obyektlərinə zərbə yüksək ehtimal kimi görünür.

Görək gözlənilmədən deeskalasiya addımı gələcəkmi diplomatiyadan.

azOSINT

06 Oct, 15:21


İran Mülki Aviasiya Təşkilatı bu gün axşam 21:00-dan sabah saat 06:00-a kimi olan ölkə ərazisindəki bütün uçuşları ləğv edib. Sabah həm də 7 Oktyabrdır - 1 il olur.

Gallant çərşənbə günü ABŞ-a bir günlük səfər edəcək. Ola bilsin ki, bu tarixə kimi hərəkətlilik olmasın. Tam tərsi olaraq bu səfər elanı, yanıltmaq üçün həmlə də ola bilər.

azOSINT

06 Oct, 09:54


İsrailin Beyrutda ötən günlərdə etdiyi növbəti hücumda Həsən Nəsrullahın yerinə gələn Həşim Səfiəddinin də öldürüldüyü artıq yüksək ehtimal kimi dəyərləndirilir. Ondan bir neçə gündür xəbər yoxdur.

Əsas məsələ isə, həmin zərbədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin rəhbəri İsmail Qaaninin də öldürüldüyü deyilir. Qaani Qasım Süleymaninin suiqəsdindən sonra onu əvəzləmişdi. Bu iddia da hər keçən gün və saat öz yerini biraz da bərkidir. Artıq bu barədə nüfuzlu nəşrlər də yazmağa başlayıblar.

İddianın doğruluğu öz əksini taparsa, İsrailin yaxın vaxtlarda İrana çox ciddi ölçülü hücum edəcəyini demək olar və bu şəxslərin əvvəlcədən öldürülməsi İsrailin işini bir qədər asanlaşdırır.

azOSINT

04 Oct, 12:16


Son peyk görüntülərinə nəzər saldıqda İranın VLCC sinif supertankerlərini ərazidən uzaqlaşdırdığı görünür. Bu, onları qorumaq üçündür. Onu deməyə əsas verir ki, İran da buraya zərbə gözləyir.

Peyk analizlərindən Xarqdaki siloları təhlil etdikdə 25 sentyabra nəzərən 2.6 mbbls (milyon barrel) neft ehtiyatı artdığı görünür. Bu onu deyir ki, anbarlardan çıxış dayanıb və traffik qurudaki saxlama məntəqələrinə yönəldilib. Məsələ budur ki, 40 gün ərzində bu sürətlə o anbarlar tam doluluq həddinə çatacaq.

İsrail buranı vursa, neftin qiyməti həmin gecə 100 dollara yüksələcək. ABŞ seçkilərinə 1 ay qaldığı bir vaxtda buna ABŞ-ın razı olması çətin görünür.

azOSINT

04 Oct, 12:01


Edilən qarşılıqlı xəbərdarlıqlardan belə anlayıram ki, yaxın günlərdə İsrail İranı vurarsa, əsas zərbə Xarq adasına olacaq. İranın neft ixracı bu adadan edilir. Buraya zərbə İranın neft ixracının dayanması deməkdir. Yox, ölkə daxilində neftayırma zavodlarına, anbarlara zərbə olarsa, bu sadəcə İrana maddi yük olacaq (kifayət qədər ciddi). Lakin eyni effekti verməyəcək. Nüvə obyektlərinə və Xarq adasına zərbə olarsa İranın yenidən cavab verəcəyi görünür. Lakin sonuncu variantda vəziyyəti yenidən gərginləşdirməyə dəyərmi onlar üçün, tam bilmirəm.

Məsələn Ukrayna heç vaxt Rusiyanın neft ixracı vasitələrinə, müəssisələrinə zərbə vurmur. Yalnız saxlama anbarlarına.

İsrail bunu etsə, Ukrayna da eynisini edəcək.

azOSINT

02 Oct, 17:39


Hazırki müharibə İran üçün, məncə, onun mövcudluğuna təhdiddir (existential threat). Buna görə də dünən hücum etməyə özlərini məcbur hiss etdilər, baxmayaraq ki, əmindirlər ki, bunlar hamısı İsrailin planlı eskalasiya mərhələləridir (tələ). Sadəcə dünən zərbəyə məcbur qaldılar, məcbur oldular ki, bu tələyə bilə-bilə düşsünlər.

İndi isə İsrail yaranmış fürsətdə İranın nüvə potensialını aradan qaldırmasa (çox çətin bir şeydir, ayrı mövzudur), bu da onun üçün dövlət olaraq varlığına təhdiddir. İranın buna görə bütün var gücü ilə yaxın aylarda bu proqram üçün əlindən gələnindən artığını edəcəyinə əminəm. İsrail isə bu silahın əldə edilməməsi üçün hər şeyi edəcək.

Hər iki dövlət nəzarət edilə bilməyən bir burulğanın içinə girirlər (əsas səbəbkarı məncə Netanyahudur, dolayı yolla isə onilliklərdir İran da bölgədə terror yuvası yetişdirir).

azOSINT

02 Oct, 08:05


Dünən tanker təyyarələrlə bağlı paylaşımın sadəcə bir açıqlaması var idi: İsrail F-35-lərini havaya qaldıraraq onları ən təhlükəsiz vəziyyətdə saxlayıb.

Qeyd edim ki, məlumatlar var ki, İsraildə aviabazaların uçuş-enmə zolaqları sıradan çıxarsa hərbi təyyarələr Kiprə də enə bilərlər ehtiyat variant kimi.

Nevatimə dəyən zərər haqqında hazırda məlumat yoxdur.

azOSINT

01 Oct, 20:25


Zərbələrin əsas hissəsi Nevatim aviabazasına endirilib, xeyli ballistik raket hədəfə çatıb. Geolokasiya edilmiş görüntülərdən bunu görmək olur. İsrailin F-35 ləri burada yerləşir. 1-2 gün içərisində zərər haqqında öyrənə bilərik yəqin ki. İsrailin bir neçə saat öncədən hücumdan xəbərdar olması aviasiyanın təhlükəsizliyinin təmin edilmiş ola biləcəyini deməyə əsas verir.

azOSINT

01 Oct, 19:09


Balistik raket, daşıyıcı və döyüş başlığının hərəkət sxemi

azOSINT

01 Oct, 18:54


İsrail bu gün Suriyada və ətraf ərazilərdə xeyli radar və erkən xəbərdarlıq sistemlərini vuraraq sıradan çıxarmışdı. Görəsən bu axşamki (və ya yaxın günlərdə) planladıqları hansısa hava hücumunamı hazırlaşırlar?

azOSINT

01 Oct, 18:23


İranın bu gün xeyli sayda Xeybər Şekan raketlərindən istifadə etdiyi görülür. Şəkildəki raketlərdən birinin busteridir (yəqin ki, mediada “partlamamış raket” kimi birazdan paylaşılar).

azOSINT

01 Oct, 17:50


azOSINT pinned «Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi. Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas…»

azOSINT

01 Oct, 17:50


Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi.

Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas hədəflər hərbi bazalar idi və orada daxildən çox görüntü çıxa biləcəyini hesab etmirəm (Ukrayna Rusiya Avropa İran Azərbaycan Ermənistan və s kimi ölkələrdən fərqli olaraq).

Sıra İsrailin cavab zərbəsindədir, görək nə düşünürlər.

azOSINT

01 Oct, 16:50


Bütün ölkədə həyəcan siqnalı verilir.