Neftçi PFK @neftci1937 Channel on Telegram

Neftçi PFK

@neftci1937


Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club

Neftçi PFK (Azerbaijani)

Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football ClubnnNeftçi PFK Telegram kanalı, Neftçi Peşəkar Futbol Klubunun rəsmi kommunikasiya platformasıdır. Burada klubun ən son xəbərlərini, oyunlarla bağlı məlumatları, futbolçuların və menecerlərin müsahibələrini və digər maraqlı məzmunları tapa bilərsiniz

Neftçi PFK kimdir? Neftçi Peşəkar Futbol Klubu, Azərbaycanın ən məşhur və uğurlu futbol klublarından biridir. Məqsədi, futbolun inkişafını təmin etmək və oyunçularına yüksək səviyyəli təlimat verməkdir. Klubun rəsmi telegram kanalı olan @neftci1937, klubun dəstəkləyicilərinə ən son xəbərləri çatdırmaq və onları klubu haqda daha çox bilgiləndirmək məqsədilə yaradılmışdır

Bu kanalda nə var? Neftçi PFK Telegram kanalında klubun ən son xəbərlərini, transferlər, oyun xəbərləri, futbolçuların və menecerlərin müsahibələri, klubun gündəmində olan hadisələr və daha bir çox məzmun yer alır. Hər bir Neftçi dəstəkçisinin bu kanala abunə olaraq klub haqda ən son məlumatlara çatmasına mane olmayın. @neftci1937 kanalına abunə olun və klubun ən yaxşı olduğu yerdən digər dəstəkçilərlə birgə əlaqə qurun!

Neftçi PFK

21 Feb, 18:18


Baş məşqçi Samir Abasovun “Sumqayıt” ilə oyunsonrası fikirləri:

“Penalti epizoduna baxmamışam, buna görə də penalti haqda nəsə deyə bilmərəm. Oyuna gəldikdə, bu barədə danışmaq çətindir. Bizim yaxşıya getdiyimiz durumda şərait əlverişli deyildi. Qərar verməkdə futbolçularım da gecikirdi. Oyunçularımdan razıyam, ona görə ki, hava şəraitindən asılı olmayaraq meydanda can qoydular. Ozobiç daha düzgün qərar versəydi, bəlkə də, rəqibi daha tez məğlub edərdik. Yeni transferlərə gəlincə, ilk oyunlarda futbolçu haqda qərar vermək mənim üçün çətindir. Üstəgəl, bu havada. Hər bir futbolçumuza inanırıq. Hərəsi bir oyun xeyir versə, bu da bizim qabağa getməyimizə kömək olacaq”.

Neftçi PFK

21 Feb, 18:05


📸

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 17:35


🌨️Bu şaxtalı havada yanımızda olduğunuz üçün təşəkkür edirik! 👏🏻

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 17:05


Oyun bitdi:

Neftçi 1:0 Sumqayıt

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 16:56


⚽️QOOOOOOOL!!!

⏱️90+3’

🎩Filip Ozobiç fərqlənir!

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası #QOOOOOLLL

Neftçi PFK

21 Feb, 15:52


İlk hissə bitdi:

Neftçi 0:0 Sumqayıt

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 14:13


TAKTİKİ DÜZÜLÜŞ🔥

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 13:52


⚪️⚫️START HEYƏT

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 13:08


🆚”Sumqayıt”a qarşı matça ağ-qara formalarla çıxacağıq

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Feb, 06:12


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

⚽️ MPL / XXIV tur
🆚 Sumqayıt
🗓️ 21 fevral
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası #OyunGünü #Matchday

Neftçi PFK

19 Feb, 16:03


📸🔋

Neftçi PFK

18 Feb, 12:23


🎫 “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sumqayit-fk21/143840

🏟️“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası #iticketaz

Neftçi PFK

18 Feb, 07:56


📢Növbəti oyun “İkas Türkiyə”dəstəyi ilə!

⚽️ MPL / XXIV tur
🆚 Sumqayıt
🗓️ 21 fevral
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiSumqayıt #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 18:54


Baş məşqçi Samir Abasovun “Qarabağ” ilə oyunsonrası fikirləri:

“Oyuna çox yaxşı başladıq. Çox istəkli idik. Ardıcıl 3 qələbədən sonra əhval-ruhiyyəmiz yaxşı idi. Futbolçuları da bu oyuna hazırlamaq bizim üçün rahat idi. Gözəl ajiotaj da yaranmışdı. Tribunada olan bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdılar. Biz də bunu görüb oyuna yaxşı başladıq. “Neftçi” uzun müddətdir “Qarabağ”a qarşı belə oynamamışdı. Əfsuslar olsun ki, bir səhv etdik və sonradan meydana daxil olan futbolçularımızla da epizodları qola çevirə bilmədik. Düşünürəm ki, “Qarabağ” 10 nəfərlə qalandan sonra biz bir az arxayınlaşdıq, rəqib bir-iki dəfə əks-hücuma çıxdı və həmişəki kimi bu komanda ilə oyunda etdiyimiz səhvdən sonra qol buraxdıq. Çox məyusedicidir ki, azarkeşlərimizə qələbə bəxş edə bilmədik. Bununla belə, növbəti oyunlara da əzmlə hazırlaşacağıq”.

Neftçi PFK

16 Feb, 18:42


Möhtəşəm dəstəyiniz üçün təşəkkür edirik! 👏🏻

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 18:33


📷

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 16:59


Oyun bitdi:

Neftçi 0:1 Qarabağ

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 15:51


İlk hissə bitdi:

Neftçi 0:0 Qarabağ

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 13:56


🆚”Qarabağ”a qarşı taktiki düzülüşümüz

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 13:50


⚪️⚫️START HEYƏT

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

16 Feb, 06:06


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

⚽️ MPL / XXIII tur
🆚 Qarabağ
🗓️ 16 fevral
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası #MatchDay

Neftçi PFK

15 Feb, 15:05


⚪️⚫️Komandamız Misli Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

ℹ️Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar.

☑️Qeyd edək ki, fevralın 16-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

14 Feb, 14:28


👀🔋

Neftçi PFK

14 Feb, 13:30


ℹ️“Neftçi” – “Qarabağ” matçına bilet satışı davam edir. “Neftçi Arena”da keçiriləcək oyuna 2 gün qalmasına baxmayaraq, artıq 4500 bilet satılıb.

🎫Bilet almağa tələsin!

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

14 Feb, 08:56


🏡Sizi evdə - “Neftçi Arena”da gözləyirik!

🎫Biletlər “iTickets”də

🔗 https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

13 Feb, 14:41


“Neftçi” “Beşiktaş”ın qonağı oldu!

U-17 komandamızın yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar. “Qara qartal”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən klubumuzun nümayəndələri onların məşqini izləyiblər. “Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, fevralın 9-da “Qalatasaray” (0:5), 12-də “Beşiktaş”la (0:1) qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.

#NeftçiPFK #Beşiktaş #BJK #NeftçiFutbolAkademiyası

Neftçi PFK

13 Feb, 09:10


🗣️ Oyun günü yaxınlaşır!⚽️

"Neftçi" - "Qarabağ" qarşılaşmasında stadionumuzda yerləşən rəsmi mağazamız azarkeşlərimizin yolunu gözləyəcək.🏟️

Matç günü öz rəsmi formanla "Neftçi Arena"da komandamıza dəstək ol! 🤍🖤

📍 Neftçi Arena / Rəsmi Mağaza

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

12 Feb, 13:23


Yeni transferimiz Aleks Fernandes komandamızda ilk məşqini keçirdi

#NeftçiPFK #AlexFernandes

Neftçi PFK

12 Feb, 07:58


☑️16 fərdi oturacaq;
🍔Yemək və içki servisi;
👀Oyunu ən prestijli yerdən izləmək imkanı

⚔️”Neftçi” - “Qarabağ” matçı üçün premium tribunada yerini tut!

🏟️ “Neftçi Arena”da 18 nömrəli skayboksun fərdi oturacaqları satışa çıxır.

👉🏻Biletlər “iTickets”də!

🔗 https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

🎫Yerlər məhduddur, indi al!

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası #iticketsaz

Neftçi PFK

11 Feb, 19:00


🎫 “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 5, 10, 20, 30 və 100 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Neftçi PFK

11 Feb, 18:31


⚽️ Misli Premyer Liqası / XXIII tur
🆚 Neftçi – Qarabağ
🗓️ 16 fevral
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası #NextMatch

Neftçi PFK

11 Feb, 15:16


⚽️Son saniyə qolu ilə qazanılan qələbə; 🤯Emosiya, həyəcan və sevinc | MATCHDAY DUMP #11

🔗Tam versiyanı izləmək üçün aşağıdakı linkə daxil olun⤵️

https://youtu.be/_asCtE6LWjY?si=cxhy_2_QfjXMMZVe

Neftçi PFK

10 Feb, 20:42


🇧🇷Xoş gəldin, Aleks Fernandes!

⚪️⚫️“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Braziliyalı sağ vinger Aleks Fernandes artıq “Neftçi” ailəsinin üzvüdür. 11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

ℹ️Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

#NeftçiPFK #XoşGəldinAleks

Neftçi PFK

10 Feb, 20:25


🇧🇷 𝗕𝗘𝗠-𝗩𝗜𝗡𝗗𝗢 𝗔𝗟𝗘𝗫 𝗙𝗘𝗥𝗡𝗔𝗡𝗗𝗘𝗦

#BemVindoAlex

Neftçi PFK

10 Feb, 19:18


Dəstəyiniz üçün təşəkkürlər! 👏🏻

#NeftçiPFK #ZirəNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

10 Feb, 19:13


📸

#NeftçiPFK #ZirəNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

07 Feb, 06:22


⚽️ MPL / XXII tur

🆚 Zirə
🗓️ 10 fevral
🕘 19:00
🏟️ Zirə İdman Kompleksinin stadionu
📺 CBC Sport (canlı)

#NeftçiPFK #ZirəNeftçi #AzPFL #MisliPremyerLiqası #NextMatch

Neftçi PFK

06 Feb, 15:53


🏆Kubok matçında səfərdə vacib qələbə; ⚽️Ağa və Yuri həlledici rol oynadı | MATCHDAY DUMP #10

🔗Videonu aşağıdakı linkə daxil olaraq, izləyə bilərsiniz⤵️

https://youtu.be/RL8qJUr-mFY?si=NHEsWdt-GzU_BO2a

Neftçi PFK

06 Feb, 10:12


Sabah – fevralın 7-si saat 14:00-da “Neftçi” Futbol Mərkəzində “Neftçi” PFK ilə yeni sponsor arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. Tədbirə media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, imzalanma mərasimi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

#NeftçiPFK #Məlumat

Neftçi PFK

05 Feb, 15:06


Baş məşqçi Samir Abasovun “Kəpəz” ilə oyunsonrası fikirləri:

“Bilirsiniz ki, kubok oyunlarına necə köklənmişik. Bu məqsədi qarşımıza stimul kimi qoymuşuq. Əlbəttə, bu çətin səfərdən qələbə ilə dönmək yaxşıdır, amma bu o demək deyil ki, bu sondur. Çünki rəqibə epizodlar verdik. Hər cür hesab ola bilərdi. Böyük hesabla da qələbə qazana bilərdik. Əsas odur ki, bu matç o biri oyuna hazırlaşmaq üçün bizə yaxşı motivasiya və ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun “Neftçi” üçün əhəmiyyətini anlayırlar. Artıq Bakıya qayıdıb çempionat oyununa hazırlaşacağıq”.

Neftçi PFK

05 Feb, 14:53


Dəstəyiniz üçün təşəkkür edirik! 👏🏻

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku

Neftçi PFK

05 Feb, 14:28


📸

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku

Neftçi PFK

05 Feb, 13:58


Oyun bitdi:

Kəpəz 0:2 Neftçi

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku

Neftçi PFK

05 Feb, 13:29


⚽️QOOOOOOOL!!!

⏱️69’

🫡Yuri Matias fərqi 2 topa çatdırır!

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku #QOOOOLL

Neftçi PFK

05 Feb, 12:48


İlk hissə bitdi:

Kəpəz 0:1 Neftçi

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku

Neftçi PFK

05 Feb, 12:39


⚽️QOOOOOOOL!!!

⏱️35’

🇦🇿Ağadadaş Salyanski fərqlənir!

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku #QOOOOLL

Neftçi PFK

05 Feb, 10:50


START HEYƏT

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku

Neftçi PFK

05 Feb, 05:59


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

🏆 Azərbaycan Kuboku / 1/4 final, ilk oyun
🆚 Kəpəz
🗓️ 5 fevral
🕘 16:00
🏟️ Tovuz şəhər stadionu
📺 CBC Sport (canlı)

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku #MatchDay

Neftçi PFK

04 Feb, 15:41


🏆Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağımız “Kəpəz” klubu ilə ilk oyunun hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.

ℹ️Hələ də bərpa dövrü keçən futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.

☑️Qeyd edək ki, fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

Neftçi PFK

03 Feb, 08:10


Heç kim “Neftçi” azarkeşi kimi olmadı, ola da bilməz👏🏻

Neftçi PFK

03 Feb, 06:32


Bu gün futbolçumuz Höccət Haqverdinin 32 yaşı tamam olur! 🎉

Müdafiəçimizi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq!

#NeftçiPFK #HöccətHaqverdi #HappyBirthday

Neftçi PFK

02 Feb, 15:05


🏆 Azərbaycan Kuboku / 1/4 final, ilk oyun

🆚 Kəpəz
🗓️ 5 fevral
🕘 16:00
🏟️ Tovuz şəhər stadionu
📺 CBC Sport (canlı)

#NeftçiPFK #KəpəzNeftçi #AzPFL #AzərbaycanKuboku #NextMatch

Neftçi PFK

02 Feb, 08:12


Yaşından asılı olmayaraq özünü gənc hiss edən hər bir kəsi təbrik edir, uğur dolu gələcək və sağlam həyat tərzi arzulayırıq!

Gününüz mübarək, əziz gənclər!

#NeftçiPFK #GənclərGünü

Neftçi PFK

31 Jan, 20:04


🎂 “Neftçi”nin baş məşqçisi və veteran futbolçusu Samir Abasovu 47 yaşı münasibətilə təbrik edir, komandamızla futbolçu kimi 2004-cü ildə Azərbaycan çempionatının və kubokunun qalibi olmuş, baş məşçqçi kimi isə 2021-ci ildə ölkə çempionluğunu qazanmış mütəxəssisə cansağlığı, uzun ömür və uğurlar arzulayırıq!

Neftçi PFK

31 Jan, 18:28


🪄𝓔𝓜İ𝓝 𝓜𝓐𝓗𝓜𝓤𝓓𝓞𝓥

Neftçi PFK

31 Jan, 17:42


Baş məşqçi Samir Abasovun “Şamaxı” ilə oyunsonrası fikirləri:

“Evdə oynamağımıza baxmayaraq, asan oyun yoxdur. Bütün komandalar bir-birindən xal alırlar. Bütün matçlarda bu cür əziyyətlərin olması normaldır. Oyundan razı qaldım. Hər iki hissədə qol epizodları yaratdıq, sadəcə, qola çevirə bilmədik. Mənim üçün ən xoş olan tərəf isə bu gün intizamlı oynamağımız idi. Rəqibə fürsət vermədik. Komandamın bütün çətinliklərin öhdəsindən gəlməsi xoş idi. Kuboka da köklənmişik. Ağır həftələrə gedirik. Üç gündən bir oyunumuz olacaq, kubok matçımız da səfərdədir. Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi. Futbolçulara təşəkkür edirəm. İnanıram ki, yaxşı nəticələrə gəlib çıxacağıq”.

Neftçi PFK

31 Jan, 17:26


Möhtəşəm dəstəyiniz üçün təşəkkür edirik! 👏🏻

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

31 Jan, 17:15


📸

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

31 Jan, 16:33


Oyun bitdi:

Neftçi 1:0 Şamaxı

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

31 Jan, 15:25


İlk hissə bitdi:

Neftçi 1:0 Şamaxı

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

31 Jan, 15:21


⚽️QOOOOOOOL!!!

⏱️45+4’

🇦🇿Emin Mahmudov fərqlənir!

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası #QOOOOOLLL

Neftçi PFK

31 Jan, 13:23


⚪️⚫️START HEYƏT

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası #StartHeyət #LineUp

Neftçi PFK

31 Jan, 13:11


🏡”NEFTÇİ ARENA”DAYIQ

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası #MatchDay

Neftçi PFK

31 Jan, 12:40


🆚”Şamaxı”ya qarşı matça ağ-qara formalarla çıxacağıq

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

31 Jan, 09:42


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Hörmətlə anırıq!

Neftçi PFK

28 Jan, 11:17


🎫 “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-samaxi-fk31/141601

🏟️“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Neftçi PFK

27 Jan, 15:36


⚽️ MPL / XXI tur

🆚 Şamaxı
🗓️ 31 yanvar
🕘 18:30
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası #NextMatch

Neftçi PFK

26 Jan, 16:36


Baş məşqçi Samir Abasovun “Araz-Naxçıvan”la oyunsonrası fikirləri:

“İlk hissədən tamamilə narazı qaldıq. Keçən matç da göstərdi ki, hücum yaratmaqda, oyunu üzərinə götürüb kreativ nələrsə etməkdə problemlərimiz var. Bu problemləri aradan qaldırmaq üçün düşündük ki, bir cinahda daha kreativ Muradı, digərində isə Ramili oynadaq. Amma əfsuslar olsun ki, sönük bir oyun alındı. Nə biz istədiyimizi edə bildik, nə də futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq. Düşünürəm ki, bu bizdə alındı, qol epizodlarımız da oldu, amma bunları qollara çevirə bilmədik. Transfer pəncərəsinin bağlanmasına vaxt var və ümid edirəm ki, danışıqlar apardığımız futbolçuları gətirə biləcəyik. Bununla nələrisə düzəldə bilərik. Çempionatda mübarizəni davam etdirəcəyik, amma bütün gücümüzü kubok oyunlarına verəcəyik”.

Neftçi PFK

26 Jan, 15:25


📷

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Jan, 13:59


Oyun bitdi:

Araz-Naxçıvan 2:1 Neftçi

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Jan, 13:30


⚽️QOOOOOOOL!!!

⏱️67’

🎩Filip Ozobiç fərqlənir!

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası #QOOOOOLLL

Neftçi PFK

26 Jan, 12:48


İlk hissə bitdi:

Araz-Naxçıvan 1:0 Neftçi

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Jan, 10:41


⚪️⚫️START HEYƏT

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Jan, 10:26


👕Paltardəyişmə otağımız komandamızı qarşılamağa hazırdır

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Jan, 06:10


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

⚽️ MPL / XX tur
🆚 Araz-Naxçıvan
🗓️ 26 yanvar
🕘 16:00
🏟️ Liv Bona Dea Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası #MatchDay

Neftçi PFK

25 Jan, 14:57


⚽️Misli Premyer Liqasının 20-ci turunda qarşılaşacağımız “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

🏃‍♂️Futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ötən görüşdə olduğu kimi, bu matçı da zədə səbəbindən buraxacaqlar.

ℹ️Qeyd edək ki, yanvarın 26-sı “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

25 Jan, 07:33


👔“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

ℹ️Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.

🇷🇴O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.

Neftçi PFK

22 Jan, 15:01


🇦🇿Xoş gəldin, Elvin Camalov!

⚪️⚫️“Neftçi” növbəti transferini rəsmiləşdirib. Milli komandamızın futbolçusu Elvin Camalov artıq “Neftçi” ailəsinin üzvüdür. 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

ℹ️“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

#NeftçiPFK #XoşGəldinCamalov #YeniTransfer

Neftçi PFK

22 Jan, 14:50


🆕YENİ #4 NÖMRƏMİZ!

✍🏼XOŞ GƏLDİN, ELVİN CAMALOV! ⚪️⚫️

#NeftçiPFK #XoşGəldinCamalov #YeniTransfer

Neftçi PFK

22 Jan, 10:37


Türkiyənin Bolu vilayətindəki hoteldə yanğın zamanı həlak olan və xəsarət alanlarla bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk. Həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralılara şəfalar arzulayırıq.

Başın sağ olsun, Türkiyə!

Neftçi PFK

21 Jan, 16:29


⚽️ MPL / XX tur

🆚 Araz-Naxçıvan
🗓️ 26 yanvar
🕘 16:00
🏟️ Liv Bona Dea Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #ArazNaxçıvanNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Jan, 16:23


🇺🇦ŞTOQRİNdən sol ayaqla öldürücü zərbə; 🗓️İlin ilk oyununda heç-heçə | MATCHDAY DUMP #80

📹Videonu buradan izlə:

https://youtu.be/iWfdYLnDU40?si=cZnF8jiQ1BQF5gN1

Neftçi PFK

19 Jan, 20:32


20 Yanvar – Ümumxalq Hüzn Günüdür

Milli oyanışımızın başlanğıc nöqtəsi olan 20 Yanvar günü vətənimizin azadlığı uğrunda canından keçmiş bütün soydaşlarımızı dərin hüznlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Neftçi PFK

19 Jan, 18:31


Baş məşqçi Samir Abasovun “Sabah”la oyunsonrası fikirləri:

“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələ toplanışında klubumuzun televiziyasına müsahibəmdə hazırlığımızın necə möhtəşəm keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki... Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox şans vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, “Neftçi” adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək”.

Neftçi PFK

19 Jan, 17:35


📸

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Jan, 16:30


Oyun bitdi:

Neftçi 1:1 Sabah

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Jan, 16:09


⚽️QOOOOOOOL!!!

⏱️79’

⚡️Andrey Ştoqrin fərqlənir!

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası #QOOOOOLLL

Neftçi PFK

19 Jan, 15:19


İlk hissə bitdi:

Neftçi 0:0 Sabah

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Jan, 13:34


⚪️⚫️START HEYƏT

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Jan, 12:46


🆚”Sabah”a qarşı matça ağ-qara formalarla çıxacağıq

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Jan, 11:40


🔜 NEFTÇİ 🆚 SABAH

Neftçi PFK

19 Jan, 08:20


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

⚽️ MPL / XIX tur
🆚 Sabah
🗓️ 19 yanvar
🕘 18:30
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiSabah #MisliPremyerLiqası #AzPFL #OyunGünü #MatchDay

Neftçi PFK

19 Jan, 08:04


“Neftçi” PFK “Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozalın vəfatından kədərləndiyini bildirir, “Qarabağ” klubuna, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Neftçi PFK

19 Jan, 07:02


20 il öncə bu gün🔙

Neftçi PFK

18 Jan, 15:46


“Neftçi” Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqlar.

Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

Neftçi PFK

17 Jan, 15:53


🏃‍♂️🎥

#NeftçiPFK #NeftçiSabah #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

14 Jan, 15:33


⚡️Xoş gəldin, Ryonosuke Ohori!

✍🏼“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 1.5 + 1 il şərti ilə müqavilə bağlanıb.

🇯🇵Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.

#NeftçiPFK #RyoOhori #XoşGəldinOhori #YeniTransfer

Neftçi PFK

14 Jan, 15:17


🇯🇵🤝⚪️⚫️

Neftçi PFK

14 Jan, 11:40


🎫 “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sabah-fk19/140107

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Neftçi PFK

14 Jan, 09:23


⚽️ MPL / XIX tur

🆚 Sabah
🗓️ 19 yanvar
🕘 18:30
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiSabah #MisliPremyerLiqası #AzPFL

Neftçi PFK

14 Jan, 07:00


Təşəkkürlər, Kilan Lebon!

Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransız futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

#NeftçiPFK #TəşəkkürlərLebon

Neftçi PFK

13 Jan, 16:26


🌪️Mustafa Sek 🇮🇹Totti, 🇪🇸La Masiya və 🇦🇿“Neftçi”yə gəlişi barədə | MÜSAHİBƏ

📹Videonu aşağıdakı linkdən izləyin⤵️

https://youtu.be/1taLszOco0U?si=ogzUFAz0BH-P2RtN

Neftçi PFK

12 Jan, 17:39


Futbolçularımızın seçimləri 🧐

Neftçi PFK

11 Jan, 16:58


Bugünkü axşam məşqindən fotolar 📸

Neftçi PFK

07 Jan, 15:53


“Neftçi” Qəbələ şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Komandamızın üzvləri toplanışın 2-ci günündə iki məşqə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən səhər hazırlığında əsasən fiziki və toplu, axşam məşqində isə taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün “Neftçi” Futbol Mərkəzində hazırlaşan “ağ-qaralar” ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirir.

#NeftçiPFK #Toplanış #QışFasiləsi

Neftçi PFK

06 Jan, 17:10


Qəbələ toplanışında ilk məşqimiz📽️⚡️

Neftçi PFK

06 Jan, 06:19


Bu gün futbolçumuz Rafael Quzzonun 30 yaşı tamam olur! 🎉

Yarımmüdafiəçimizi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq!

#NeftçiPFK #RafaelQuzzo #HappyBirthday

Neftçi PFK

05 Jan, 13:00


❄️Qış təlim-məşq toplanışına Qəbələdə davam edəcəyik!

⚪️⚫️“Neftçi” yanvarın 3-də qış təlim-məşq toplanışına start verib. Yanvarın 5-dək “Neftçi” Futbol Mərkəzində məşq edən komandamızın üzvləri toplanışın davamını yanvarın 6-dan 12-dək Qəbələ şəhərində keçirəcək. Yoxlama oyunları ilə bağlı əlavə məlumat veriləcək.

ℹ️Qeyd edək ki, “Neftçi” bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.

Neftçi PFK

04 Jan, 15:59


“Neftçi” PFK Mark Tamaşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Macarıstanlı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib.

#NeftçiPFK #TəşəkkürlərMarkTamaş

Neftçi PFK

31 Dec, 06:05


🇦🇿Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Bayramınız mübarək!

#NeftçiPFK #Yeniİl

Neftçi PFK

30 Dec, 10:07


🇲🇪Monteneqrolu yarımmüdafiəçimiz Edvin Kuçun “Neftçi TV”yə eksklüziv müsahibəsi

İzləmək üçün aşağıdakı linkə toxun⤵️

https://youtu.be/iP3FFyxns18?si=I_LhDWJhZ9jFkf4M

Neftçi PFK

27 Dec, 06:55


“Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında Bakının “Gənclik” komandasının 13 yaşlı futbolçusu Məhəmmədəli Eqanov da olub.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik!

Neftçi PFK

25 Dec, 08:45


🇦🇿 “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

Neftçi PFK

23 Dec, 20:00


🇦🇿 🎂 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uzun ömür arzulayırıq! Doğum gününüz mübarək, cənab Prezident!

Neftçi PFK

23 Dec, 06:59


Bu gün futbolçumuz Rüstəm Samiqullinin 22 yaşı tamam olur! 🎉

Qapıçımızı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq!

#NeftçiPFK #RüstəmSamiqullin #HappyBirthday

Neftçi PFK

21 Dec, 14:55


Baş məşqçi Samir Abasovun “Turan Tovuz”la oyunsonrası fikirləri:

“Azarkeşlərə təşəkkür edirəm, bu soyuqda uzun yol gəlib bizi dəstəklədilər. Matça gəlincə, ilk hissədə rahat idik, oyuna nəzarət edirdik. Bununla belə, ikinci hissənin əvvəllərində qapımızda qol gördük. Oyunun gedişində Boqomolski ilə Ozobiçin yorulub oyundan qopmaları da özünü göstərdi. Bununla da ajiotajı rəqibə verdik. Futbolçularım sağ olsunlar, mübarizə apardılar. Burada oynamaq çətindir. 10-12 günlük istirahət edəcəyik. Düşünürəm ki, buna bizim də, futbolçuların da ehtiyacı var. Bir az rahatlaşmalı, dincəlməlidirlər. Yanvarın 19-dakı rəsmi oyunumuza qədər vaxtımız var. İşimizi buna görə quracağıq”.

Neftçi PFK

21 Dec, 14:37


📸

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Dec, 14:02


Oyun bitdi:

Turan Tovuz 1:1 Neftçi

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Dec, 12:52


İlk hissə bitdi:

Turan Tovuz 0:1 Neftçi

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Dec, 12:51


🪄𝓞𝔃𝓸𝓜𝓪𝓰𝓲𝓬 😉

Neftçi PFK

21 Dec, 10:57


⚪️⚫️START HEYƏT!

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Dec, 10:16


👕Paltardəyişmə otağımız komandamızı qarşılamağa hazırdır

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

21 Dec, 06:06


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️

⚽️ MPL / XVIII tur
🆚 Turan Tovuz
🗓️ 21 dekabr
🕘 16:00
🏟️ Tovuz şəhər stadionu
📺 CBC Sport (canlı)

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası #Matchday #OyunGünü

Neftçi PFK

20 Dec, 14:08


“Neftçi” “Turan Tovuz”la oyunöncəsi son məşqə çıxıb. “Neftçi” Futbol Mərkəzində baş tutan hazırlıq prosesində zədəli Emin Mahmudov iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan futbolçularımız – Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər. Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Robert Bauer komanda ilə birlikdə məşq edib. Hazırlıq prosesindən sonra komandamızın üzvləri Tovuza yola düşüblər.

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Dec, 17:21


👀Maksimum konsentrasiya; ☄️Uzaqdan qapıya zərbələr | MƏŞQDƏ BİR GÜN #4

Video burada⤵️

https://youtu.be/LERboKm5Qh0?si=Pz7G8qtjJPUxfDEX

Neftçi PFK

17 Dec, 16:02


⚽️ MPL / XVIII tur

🆚 Turan Tovuz
🗓️ 21 dekabr
🕘 16:00
🏟️ Tovuz şəhər stadionu
📺 CBC Sport (canlı)

#NeftçiPFK #TuranTovuzNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

17 Dec, 12:17


“Neftçi” PFK-nın A komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Neftçi” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub. Seminarda komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.

#NeftçiPFK #Seminar #AFFA

Neftçi PFK

29 Nov, 13:23


🥇Olimpiya çempionu Hidayət Heydərov qonağımız olub. “Neftçi” Futbol Mərkəzində klub rəhbərliyi, baş məşqçi və futbolçularla görüşən cüdoçu Misli Premyer Liqasının “Qarabağ”la 15-ci tur oyunu ərəfəsində “ağ-qaralar”ın məşqini izləyib. Komandamızın üzvləri ilə söhbətləşən Hidayət Heydərov uşaqlıqdan “Neftçi” azarkeşi olduğunu bildirərək, komandamıza dəstək nümayiş etdirib və uğurlar arzulayıb.

Neftçi PFK

27 Nov, 13:43


🏟️ “Neftçi Arena” sizin yolunuzu gözləyir!

🎫 Komandamıza tribunadan dəstək olmaq istəyənlər biletləri iticket.az saytından onlayn əldə edə bilərlər. Link burada⤵️

https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk5/135687

#NeftçiPFK #NeftçiQarabağ #AzPFL #MisliPremyerLiqası #NextMatch #BiletlərSatışda #iticketaz

Neftçi PFK

26 Nov, 15:42


🎫 “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk5/135687

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Neftçi PFK

26 Nov, 12:41


“Neftçi” PFK Andre Şinyaşiki ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Braziliyalı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.

Neftçi PFK

26 Nov, 10:01


⚽️ MPL / XV tur
🆚 Qarabağ
🗓️ 1 dekabr
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

🎫 Komandamıza tribunadan dəstək olmaq istəyənlər biletləri iticket.az saytından onlayn əldə edə bilərlər. Link burada⤵️

https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk5/135687

Neftçi PFK

25 Nov, 06:31


🤯Emil Səfərovdan MÖHTƏŞƏM QOL; 🎩Ozobiçin HƏLLEDİCİ toxunuşu | MATCHDAY DUMP #5

Videonu izləmək üçün aşağıdakı linkə keçid edin ⤵️

https://youtu.be/3ZimppozIEw?si=TRr1vT7QcuFukZXp

Neftçi PFK

23 Nov, 18:32


Baş məşqçi Samir Abasovun “Zirə” ilə oyunsonrası fikirləri:

“Futbolçularımı təbrik edirəm. Matçdan yaxşı əhval-ruhiyyə ilə çıxırıq. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Qələbələrə çox ehtiyacımız var. Qalib gəldiyimiz üçün çox şadıq. Faiz dərəcəsi ilə götürsək, bu gün istək oyun sistemindən öndə idi. Futbolçular da bir-birinə motivasiya verirdilər. Dinamik və oyuna diqtə edən komanda olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Bu vaxta kimi bunun da əziyətini çəkirdik”.

Neftçi PFK

23 Nov, 18:16


📸

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Nov, 16:58


Oyun bitdi:

Neftçi 2:1 Zirə

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Nov, 16:28


S Ə F Ə R O V 🚀

Neftçi PFK

23 Nov, 15:49


İlk hissə bitdi:

Neftçi 1:0 Zirə

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Nov, 15:31


⚽️QOOOOOOOL!!!

⏱️27’

🇦🇿Filip Ozobiç fərqlənir!

#NeftçiPFK #QOOOOL #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Nov, 14:00


START HEYƏT! ⚪️⚫️

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası #MatchDay #OyunGünü #StartHeyət

Neftçi PFK

22 Nov, 16:08


“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Zirə” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Komandamız “Zirə” ilə matça itkilərlə çıxacaq. Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

20 Nov, 16:55


“Zirə” ilə matça hazırlıq davam edir! 💪

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

19 Nov, 12:30


🎫 “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-zire-fk2/135262

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Neftçi PFK

19 Nov, 08:23


🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi

Neftçi PFK

18 Nov, 13:40


⚽️ MPL / XIV tur

🆚 Zirə
🗓️ 23 noyabr
🕘 19:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #NeftçiZirə #AzPFL #MisliPremyerLiqası #NextMatch

Neftçi PFK

17 Nov, 09:29


🇦🇿 Milli Dirçəliş Günümüz mübarək!

#MilliDirçəlişGünü #Azərbaycan #Neftçi

Neftçi PFK

16 Nov, 06:26


🇦🇿 Bu gün saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi

Neftçi PFK

11 Nov, 20:24


🇦🇿 Konstitusiya Günümüz mübarək!

#KonstitusiyaGünü #Azərbaycan #Neftçi

Neftçi PFK

09 Nov, 16:25


“Neftçi” PFK-nın 3 futbolçusu – Emin Mahmudov, Ramil Şeydayev və Rza Cəfərov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-sı saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya, ayın 19-u Bakı vaxtı ilə saat 23:45-də isə “Friends Arena”da İsveç yığması ilə qarşılaşacaq.

Eyni zamanda komandamızdan Edvin Kuç Monteneqro millisinin İslandiya və Türkiyəyə qarşı matçlarına, Kilan Lebon isə Seint Martin yığmasının Kurasao və Qrenadaya qarşı görüşləri üçün seçmə komandaya dəvət alıb.

Neftçi PFK

09 Nov, 07:12


🇦🇿 Dövlət Bayrağı Günümüz mübarək!

#DövlətBayrağıGünü #Azərbaycan #Neftçi

Neftçi PFK

08 Nov, 14:48


Baş məşqçi Samir Abasovun “Şamaxı” ilə oyunsonrası fikirləri:

“Xalqımızı möhtəşəm bayram münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, get-gedə komandadə nə problemlər var, nəyin üzərində durmalıyıq, hansı yöndə işləməliyik – bütün bunlar daha da çox sezilməyə başlayıb. Bir çıxış yolumuz var – durmadan işləmək. Bu cür vəziyyətləri geridə qoymalı, pozitiv məsələlərin üzərində durmalı, onları yaxşılaşdırmalıyıq. Bu, yeni futbolçuların ortaya çıxması, bəzilərinin daha da inkişaf etməsidir. Hazırda məqsədimiz yaxın gələcəkdə bizə xeyir verəcək komanda qurmaqdır. Murad Məmmədovu qeyd edərdim. Onu təbrik edirəm, oyuna çox yaxşı başladı. Düzdür, bizim əziyyət çəkdiyimiz məqam, yəni tempin düşməsi ikinci hissədə Muradda da özünü göstərdi. Açığı, “Neftçi” olaraq oyunların tempinə tab gətirə bilmirik. Bu bizim ən çox sezilən problemimizdir. Bunun üzərində işləyəcəyik”.

Neftçi PFK

08 Nov, 14:34


📷

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

08 Nov, 13:03


Oyun bitdi:

Neftçi 2:2 Şamaxı

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

08 Nov, 11:52


İlk hissə bitdi:

Neftçi 2:2 Şamaxı

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

08 Nov, 11:10


𝓜𝓤𝓡𝓐𝓓 😮‍💨

Neftçi PFK

08 Nov, 11:03


⚽️QOOOOOOOL!!!

⏱️1’

🫶Dembo Darbo hesabı açır!

#NeftçiPFK #QOOOOL #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

08 Nov, 10:39


⚽️Oyundan öncə son isinmə hərəkətləri

🔜NEFTÇİ🆚ŞAMAXI

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

08 Nov, 10:01


⚪️⚫️ START HEYƏT!

#NeftçiPFK #NeftçiŞamaxı #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

26 Oct, 08:25


“Neftçi” PFK məşqçi Elbrus Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Neftçi PFK

25 Oct, 13:53


Süd Vəzi Xərçənginə Qarşı Birlikdəyik!

Futbolçularımızla birlikdə süd vəzi xərçənginə qarşı mübarizədə dəstəyimizi göstəririk.

Hər bir oyunçumuz erkən diaqnozun əhəmiyyətini vurğulayan mesajlarla güclü qadınlarımıza və bütün cəmiyyətimizə dəstək olur.

Xərçəngə meydan oxu, yoxlanmağı unutma, sağlamlığın üçün hər zaman bir addım öndə ol!

#XərçəngəQarşıBirlikdə #NeftçiPFK #LivBonaDeaHospital

Neftçi PFK

25 Oct, 08:07


“Neftçi TV”də yeni layihə: Ağ-qara meydan

Verilişin ilk qonağı Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov olacaq. “Ağ-qara meydan”ın ilk buraxılışını bu gün saat 21:00-da izləməyi unutmayın.

İzləmə linki⤵️

https://www.youtube.com/live/JGZ72oFmwbE?si=pbTYjZQo6fYFsymB

#Neftçi #NeftçiTV #ağqarameydan

Neftçi PFK

25 Oct, 06:16


🔜 Sabah 🆚 Neftçi

#NeftçiPFK #SabahNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Oct, 15:57


🆚”Sabah”a qarşı matçın hazırlıqları davam edir!

#NeftçiPFK #SabahNeftçi #AzPFL #MisliPremyerLiqası

Neftçi PFK

23 Oct, 12:31


“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!

Razılaşmaya əsasən, “D’S Damat” klub nümayəndələri və əsas komanda üzvlərini geyimlə təmin edəcək. Müqavilənin müddəti 2024/25-ci illər mövsümünün sonunadəkdir.

“Neftçi” ailəsinə xoş gəldin, “D’S Damat”!

Neftçi PFK

22 Oct, 10:31


⚽️ MPL / XI tur

🆚 Sabah
🗓️ 27 oktyabr
🕘 17:00
🏟️ Bank Respublika Arena
📺 CBC Sport (canlı)

#NeftçiPFK #SabahNeftçi #AzPFL #MisliPremyerLiqası #NextMatch

Neftçi PFK

20 Oct, 17:24


🤯Dembo Darbodan DUBL; 🏟️“Neftçi Arena”da mükəmməl ab-hava🔥 | MATCHDAY DUMP #3

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun⤵️

https://youtu.be/lU7uHtCGew8?si=9rY-Ml84YhS4Trhx

Neftçi PFK

20 Oct, 11:54


😮‍💨

Neftçi PFK

20 Oct, 07:20


🫶

Neftçi PFK

19 Oct, 17:50


🔥🤍🖤

Neftçi PFK

19 Oct, 17:33


Baş məşqçi Samir Abasovun “Səbail”lə oyunsonrası fikirləri:

“Şəxsən mənim üçün nə qədər həyəcanlı olduğunu ifadə edə bilmərəm. Çünki bizdən nə qədər gözləntilərin olduğunu bilirəm. Bu gün ilk qələbə ilə bağlı bütün təbriklər futboçuların payına düşür. Ona görə ki, 4-5 günə məşqçinin nəyisə dəyişməsi mümkünsüzdür. Görüləcək işlər çoxdur. Futbolçularımı, onların timsalında buraya gələn, gəlməyən azarkeşləri, bütün “Neftçi”sevərləri təbrik edirəm”.

Neftçi PFK

19 Oct, 17:26


⚪️⚫️ Möhtəşəm dəstəyiniz üçün təşəkkürlər!

#NeftçiPFK #NeftçiSəbail #AzPFL #MisliPremyerLiqası