MOUZE @mouzeiran Channel on Telegram

MOUZE

@mouzeiran


Azərbaycan, İran və Türkiyədən hər şey...

MOUZE (Azerbaijani)

MOUZE Telegram kanalına xoş gəlmisiniz! Bu kanal Azərbaycan, İran və Türkiyədə olan hər şeyi təqdim edir. Mövzular arasında mədəniyyət, texnologiya, musiqi, əyləncə və daha bir çoxu var. MOUZE kanalı, bu bölgələrə maraqlı insanlar üçün ideal bir məkandır. Burada yeni dostlar tapa, fərqli perspektivləri öyrənə və digər ölkələrin mədəniyyəti ilə tanış ola bilərsiniz. İran, Azərbaycan və Türkiyənin mükəmməl mədəni cəhətlərini MOUZE vasitəsilə keşf edərək dünyanın bu bölgələrinə daha yaxından baxa bilərsiniz. Siz də MOUZE kanalına qoşulun və bu keyifli mədəni səyahətə çıxın!

MOUZE

17 Feb, 13:43


Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

"Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.

Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir", - məlumatda qeyd olunub.

MOUZE

16 Feb, 20:03


🇦🇿 İran prezidenti azərbaycanca şeir dedi

İran Prezidenti Məsud Pezeşkian Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib

MOUZE

16 Feb, 16:56


🇦🇿 Güneyli balaca... Türk milləti sənə qurban olsun! Sən haqq etdiyin azadlığı dadacaqsan, balaca.

MOUZE

14 Feb, 17:35


Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Gideon Saar ilə görüşüb

MOUZE

14 Feb, 15:09


‼️İlham Əliyev Suriya liderini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

MOUZE

14 Feb, 14:11


📹 Ərdəbilə elə qar yağıb ki, insanlar qarın içindən tunel çəkiblər

MOUZE

14 Feb, 05:49


⚡️ Mollaların Tehrandakı səfirliyimizə hücumu yəqin xatirinizdədir. Hücumdan dərhal sonra "Azad söz" kanalının rəhbəri Tural Sadıqlı çıxıb İran mollalarını müdafiə eləməyə başlamışdı.

⚡️Guya İranda hücum edənin arvadı Azərbaycana qaçıb, o da bunun qisasını səfirliyə hücum eləməklə alıb.

⚡️ Bu nağılı Tural Sadıqlının havayı danışmadığı aydın idi. Bütün araşdırmalar da göstərdi ki, Tural Sadıqlı yalan danışıb. Çünki Tehrandakı səfirliyimizə əvvəlcədən planlaşdırılmış terror aktı təşkil olunduğu tam sübut edildi.

⚡️ İran və Rusiya kəşfiyyatının işçisi olan Tural Sadıqlının Rusiyanın əbədi dostu Almaniyada qorunub saxlanması da təsadüfi deyil.

⚡️İndi Turalın keçmiş arvadı onun yanından Rusiyaya qaçıb. Rusiyadan isə Tural Sadıqlının ona şiddət göstərdiyini deyib. Bunu əsaslandıran səs yazısı və video görüntü də yayıb.

⚡️ Şəlalə deyib ki, Almaniya Prokurorluğuna şikayət edəcək. Görək, mollaların dostu buna nə deyəcək?😁

MOUZE

13 Feb, 14:18


‼️İran Suriyanın yeni lideri Əl-Colaniyə sui-qəsd planlaşdırır - İDDİA

Bu barədə “Türkiyə Gazetesi” məlumat yayıb. Məlumatlara görə, ötən həftə İraqın Nəcəf şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri və Suriya rejiminin keçmiş hərbi rəhbərləri əl-Colaninin məhv edilməsi və Suriyada hərbi çevrilişin təşkili yollarını müzakirə edən gizli toplantı keçirilib.

MOUZE

13 Feb, 08:54


‼️Azərbaycanın Ali Məhkəməsi İran casusu Əli Behiştinin cəzasını azaltmadı

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2023-cü il aprelin 6-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.

MOUZE

13 Feb, 04:12


💢 Urmu və Vərziqan komandalarının oyununda milli şüar səslənir

"Azərbaycan var olsun, istəməyən kor olsun!"

MOUZE

12 Feb, 04:29


‼️ Tehranda gecə işıqlar söndü, insanlar molla rejiminə nifrət püskürdü 📹

Ötən gecə Tehranın bir çox bölgələrində işıqlar sönüb, insanlar hökumətə qarşı etiraz şüarları səsləndirirlər.

"Diktatora ölüm olsun!
Zalım Xameneyiyə ölüm olsun!
Xameneyiyə ölüm, Xomeyniyə lənət olsun!"

MOUZE

10 Feb, 19:14


‼️ Güney Azərbaycanda xanım rəqs müəllimi polisə çağırıldı

Güneyli rəqs müəllimi Rəha Əhədpur polisə çağırılaraq "Instagram" səhifəsindəki paylaşımlarını silməyə məcbur edilib.

P.S Molla rejimi musiqimizdən, rəqsimizdən də qorxur!

MOUZE

10 Feb, 14:33


‼️ İran Trampın təyyarəsini vurmaq istədi
👇👇👇👇
ƏTRAFLI OXU

MOUZE

09 Feb, 17:22


‼️ İranda dollar kəskin bahalaşdı

Hazırda Tehran birjasında 1 ABŞ dolları 91.100 tümənə mübadilə edilir

MOUZE

07 Feb, 14:27


📸 Güney Azərbaycana 1 metrə yaxın qar yağıb

MOUZE

07 Feb, 04:44


📹 Güney Azərbaycanda son görüntülər...

MOUZE

06 Feb, 18:07


📸 Foto İranda çəkilib - ŞƏRHSİZ

MOUZE

06 Feb, 09:47


Əhməd əş-Şaraanın xanımının babası Osmanlı sultanının həkimi olub - Türkiyə KİV

MOUZE

06 Feb, 07:22


📹 Güclü qar Güney Azərbaycanda nəqliyyatın hərəkətini iflic etdi

Görüntülər Təbriz-Bostanabad yolundandır

MOUZE

05 Feb, 10:40


Xamenei "Hizbullah"ın baş katibi Nəim Qasımıni özünün Livandakı nümayəndəsi təyin etdi

Qeyd edək ki, əvvəllər bu vəzifədə "Hizbullah"ın öldürülən rəhbəri Həsən Nəsrullah olub.

MOUZE

04 Feb, 19:39


AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Reuters

MOUZE

04 Feb, 15:54


Suriyanın lideri Əhməd əl-Şaara Türkiyə prezidenti Ərdoğanla görüşdü

MOUZE

04 Feb, 14:21


📸 Suriya Prezidenti Türkiyədədir

MOUZE

04 Feb, 11:33


📹 Suriyanın yeni birinci ledisi ilk dəfə görüldü

MOUZE

04 Feb, 06:50


‼️Azərbaycana narkotik gətirən iranlı balıqçılar tutuldu

Polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Onların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.
Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər. Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.

MOUZE

03 Feb, 20:59


‼️İranda məcburi ərə verilən 15 yaşlı qız intihar etdi

İranın Qorvə şəhərində erkən nikahın qurbanı olan qız özünə qəsd edib.

Məlumata görə, 15 yaşlı qız iki ay öncə atası tərəfindən məcburi olaraq evləndirilib. Buna dözməyən qız özünü asaraq həyatına son qoyub.

MOUZE

03 Feb, 09:24


‼️Suriyanın yeni prezidenti Əhməd əl-Şara Türkiyəyə səfər edəcək

Səfərin 4-5 fevral tarixlərində baş tutması gözlənilir.

MOUZE

03 Feb, 06:50


📹 Azərbaycanda terrrorçulara qarşı XÜSUSİ ƏMƏLİYYAT

MOUZE

03 Feb, 04:43


‼️Bakıda İranın daha bir adamı tutuldu

"MOUZE" xəbər verir ki, Azərbaycanda İranın molla rejimini təbliğ edənlərə qarşı tədbirlər davam etdirilir.

Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa sakini Elvin Zeynalov həbs edilib.

MOUZE

02 Feb, 17:29


İranda səfərdə olan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Pezaşkianla görüşdü

MOUZE

02 Feb, 08:27


Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə etdi

MOUZE

02 Feb, 06:59


❗️İrəvanda “Qarabağ” mahnısını oxuyan da, çəkən də saxlanıldı

Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb.

O, nifrət təbliğ etməkdə ittiham olunub. 

Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.

Erməni mətbuatının digər məlumatında isə qeyd olunub ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid də saxlanılıb.

Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.

MOUZE

01 Feb, 15:48


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

MOUZE

01 Feb, 10:14


‼️Kərbəla ziyarəti adı ilə insanların pullarını yığıb yoxa çıxan TİKTOKER TUTULDU

“TikTok” sosial şəbəkəsində elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib.

S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.

MOUZE

01 Feb, 05:38


📹 Fars-molla rejimini titrədən səs...

P.S Bu gün "Traktor"un oyununda ucalan bu səs meydanlara da çatacaq. Az qalıb!

MOUZE

31 Jan, 20:34


‼️Azərbaycana narkotik gətirən iranlı saxlanıldı 📸

Yanvarın 28-də saat 04:15-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 41 yaşlı Mollayı Meysən Allahbaxış saxlanılıb.

MOUZE

31 Jan, 14:15


"Hizbullah"ın keçmiş liderləri Həsən Nəsrullah və Haşem Safiəddin gələn ay dəfn olunacaqlar

P.S. İyləndi ki bunlar🫣

MOUZE

31 Jan, 07:18


🔴 Azərbaycanda fahişəlik etmiş iranlı tələbələrlə bağlı yeni şok faktlar: səfirlərin, iş adamlarının iştirakı ilə orgiyalar, Milli Məclisin deputatı ilə əlaqə, vəzifəli şəxslərlə görüş...

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə məlumat vermişdik.

MOUZE bu məsələ ilə bağlı yeni şok faktlar əldə edib.

Öyrənmişik ki, həmin dəstənin üzvləri Azərbaycanda bir neçə tanınmış adamla əlaqədə olublar.

Məsələn, onlardan biri Bakıda fəaliyyət göstərən xarici iş adamı olub.

Bakıda bu iş adamına məxsus biznes mərkəzində xarici səfirlərin və biznesmenlərin, bu fahişə dəstəsinin üzvlərinin fəal işitraki ilə orgiyalar təşkil edilib.

Bu dəstə üzvləri ilə Milli Məclisin bir deputatının da əlaqədə olması barədə faktlar var.

Mollaların fahişə dəstəsi digər qurumların da vəzifəli şəxsləri də əlaqədə olublar.

Qeyd edək ki, MOUZE məlumatları yaydıqdan sonra İran tərəfi bu qadınların bir neçəsinin nişanlı olduğunu, mediada yayılmış məlumatların onları pis vəziyyətə saldığını iddia edib. Amma nədənsə unudurlar ki, həmin qadınlar öz açıq-saçıq, erotik şəkillərini elə öz İnstagram hesablarında paylaşıblar, hamı bu şəkilləri görə bilirdi, o cümlədən də İran dövləti. Yəni, bu qadınlar heç İran İslam Respublikasının qanunlarına da riayət etmirdilər. Onlar barədəki məlumatlar, xüsusilə də fotoların hamısı açıq mənbədən, yəni sosial media hesablarından əldə olunub.

Qeyd edək ki, İrandan Azərbaycanın müxtəlif ali məktəblərinə təhsil almağa gələn bir qrup iranlı qadın tələbə İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. Onlar burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırılıblar və sistemli iş aparıblar.

Bu qadınlar müxtəlif bahalı gecə klubları və əyləncə mərkəzlərində iş adamları ilə əlaqələr qurublar. Onların toruna düşənlər arasında müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri də olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib.

MOUZE

14 Jan, 12:45


‼️ Bakı polisi bu adamı axtarır

MOUZE

14 Jan, 10:39


‼️ Xameneinin müşaviri Rusiyaya gizli səfər edib

İranlı jurnalist Puria Zeraəti "The Times of London" nəşrinə istinadla "X" hesabında yazır:

“Ali liderin müşaviri Əli Laricani bu günlərdə mütəmadi olaraq Rusiyaya gedib-gəlir. Moskva nüvə proqramı ilə rejimə kömək əlini uzadıb və noyabrda İsrailin zərbələri nəticəsində məhv edilən raketdən müdafiə sistemlərini yenidən qurur.

Bununla belə, Putin Ukrayna ilə bağlı Trampla müqavilə bağlamaq imkanını nəzərdən keçirir.
Əsəd önəmli deyildisə, Xameneyi də çox güman ki, artıq əhəmiyyətli deyil".

MOUZE

13 Jan, 16:37


‼️ İran Suriyadakı kürdlərə kömək etməklə Türkiyə ilə döyüşmək istəyir

Türkiyənin “Yeni Şafak” qəzeti İranın Suriyadakı kürd YPG/PKK təşkilatına 1500 pilotsuz uçan aparat ötürmək planlarından xəbər verib. Nəşrin yazdığına görə, bu addım regionda sabitliyi pozmaq və Türkiyənin sərhədyanı bölgələrdə hərbi fəaliyyətinə qarşı çıxmaq məqsədi daşıyır.

ƏTRAFLI OXU

MOUZE

13 Jan, 13:40


HƏMAS terror təşkilatının rəhbərliyi məhv edilən lider Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvara keçib

MOUZE

13 Jan, 12:11


Putin yanvarın 17-də Pezeşkianla görüşəcək

MOUZE

13 Jan, 05:41


İsrail Azərbaycana yeni səfir təyin edib.

Bu barədə “The Times of İsrael” məlumat yayıb.

Belə ki, bu vəzifəyə Ronen Krausun təyin edilməsinə qərar verilib.

Qeyd edək ki, İsrailin ölkəmizdəki hazırkı səfiri Corc Dikdir.

MOUZE

12 Jan, 20:30


‼️ Azərbaycan-İran sərhədində zəlzələ oldu

Azərbaycan-İran sərhədində zəlzələ oldu 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhdində (İran ərazisində) qeydə alınıb və 26 km dərinlikdə baş verib.

MOUZE

12 Jan, 19:14


📹 Azərbaycanın döyünən ürəyi Urmiya

MOUZE

11 Jan, 18:14


‼️ İran casusu Bakı həbsxanasında öldü

Vətənə xəyanət maddəsi ilə həbs edilən İran casusu Muxtar Yaqublu Bakı həbsxanasında ölüb. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, İran aşiqi olan Muxtar Yaqublu Vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmişdi.

MOUZE

10 Jan, 19:33


📹 Azərbaycanın tanınmış aktyoru, əslən Güney Azərbaycandan olan Nurəddin Mehdixanlı farslara meydan oxudu

MOUZE

10 Jan, 17:48


📸 MÜQAYİSƏ: Fars Kəngər körfəzinin iki tərəfi - Bir tərəfdə İran, digər tərəfdə BƏƏ

İran tərəfdəki mədrəsə və BƏƏ-dəki Yas Marina yarış trekini

MOUZE

10 Jan, 14:02


‼️ Amuli molla rejimi çıxılmaz duruma salıb. Əyalət mollasının Azərbaycan haqqında səsləndirdiyi sərsəm açıqlamalarından sonra güneydə molla rejiminə qarşı etirazlar baş qaldırıb. Hətta fars mediası da Amulinin sərsəmləməsini qınayıb.
Molla rejimi bu vəziyyətdən necə çıxacağı sual altındadır.
Mələfəbaşların tək bir yolu var, Azərbaycan xalqından və Prezidentindən üzr istəmək!

MOUZE

10 Jan, 11:16


‼️İlham Əliyev Təbrizə səfər edən ilk Azərbaycan prezidenti olub

İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra region dövlətlərinə rəsmi səfərlər edib.

Bunların sırasında 18 il əvvəl - 2005-ci il 24-26 yanvar tarixlərində İrana rəsmi səfər yaddaqalan olub.

Prezident İlham Əliyev həmin səfəri zamanı İranlı həmkarı Məhəmməd Xatəmi, İranın Ali dini rəhbəri Seyid Əli Xamenei, Məsləhət Şurasının sədri Haşimi-Rəfsəncani ilə görüşüb və geniş müzakirələr aparıb.

Bu səfər zamanı İlham Əliyev Təbriz şəhərinə də gəlib və orada da görüşlər keçirib.

MOUZE

10 Jan, 09:59


‼️ İran Azərbaycandan niyə qorxur?

ƏTRAFLI OXU

MOUZE

10 Jan, 09:53


‼️ İran polisi iki etnik bəluçu güllələyib öldürdü

İran polisi Sistan və Bəluçistan əyalətinin Gülşən və Xaş bölgələrində iki etnik bəluçu güllələyib. Bu barədə Bəluç Fəallarının Kampaniyası - Hengaw məlumat yayıb.

Məlumata görə, 27 Əhməd Qumşadzehi və 26 yaşlı Mehran Nüsrətzehi xəbərdarlıq edilmədən açılan atəş nəticəsində həlak olublar.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

MOUZE

10 Jan, 07:27


Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək...

ƏTRAFLI OXU

MOUZE

10 Jan, 06:47


‼️ Netanyahu İrana üçüncü hücumu müzakirə etmək üçün iclas keçirib

MOUZE

09 Jan, 17:14


‼️ İranda həbsdə olan İsveçrə vətəndaşı intihar edib

Bu barədə Semnan vilayətinin ədliyyə orqanı məlumat yayıb.

Qeyd edilib ki, casusluq ittihamı ilə həbs edilən İsveçrə vətəndaşı Semnan həbsxanasında intihar edib. Onu xilas etmək cəhdləri nəticə verməyib.

İsveçrə vətəndaşının kimliyi, həbs olunma vaxtı və ölüm şəraiti ilə bağlı məlumat verilməyib.

MOUZE

09 Jan, 09:28


Güney Azərbaycanlı fəallar İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi, Ərdəbil şəhərinin cümə imamı Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab aksiyası keçiriblər.

Bu barədə sosial media şəbəkəsində məlumat və fotolar yayııb.

Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

MOUZE

09 Jan, 09:05


Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov yanvar ayının 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da iştirak edib.
Görüşdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub.
İran İslam Respublikasının nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

MOUZE

08 Jan, 12:16


📸 İranın terror hücumuna məruz qalan Fazil Mustafa Ümrə ziyarətində

MOUZE

08 Jan, 11:03


‼️ Azərbaycan prezidenti İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib

MOUZE

08 Jan, 08:26


‼️ İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəldi

P.S. Deyəsən prezident İlham Əliyevin dünən verdiyi mesaj ünvanına çatıb.

MOUZE

08 Jan, 06:28


‼️ Afrikada Azərbaycan bayrağı altında üzən 3 gəmi GİROV GÖTÜRÜLDÜ

MOUZE

08 Jan, 04:53


‼️ Bunu bütün İran kanallarında yayaq ki, mesaj Xumuşa çatsın və Xumuş itinə sahib çıxsın!

MOUZE

07 Jan, 21:01


🇦🇿 Prezident İlham Əliyev yerli mediaya verdiyi sonuncu müsahibəsində İrana dərs olacaq mesajlar səsləndirdi.

Prezident xatırlatdı ki, Azərbaycan Tehranın mərkəzindəki səfirliyinə hücumun planlaşdırılmış terror aktı olduğunu bilir. Əsas məsələ: İran dövlət səviyyəsində bu məsələdəki əsas iştirakçının edam edilməsi üçün verdiyi sözü tutmayıb.

Azərbaycan öz dövlət ərkanı ilə davranıb. Çünki Prezident Əliyev həmişə deyib ki, onun sözü imzasıdır. Söz verildisə, əməl edilməlidir. İran isə ənənəsinə sadiq qeyri-ciddiliklə verdiyi sözə əməl etməyib.

Hətta icraçı olan terrorçunu nəinki edam edib, işi yenidən istintaqa qaytarıb.

Prezident Əliyevin vurğuladığı ikinci məqam isə Ameli adlı əyalət mollasının tərbiyəsizliyi ilə bağlı idi. Prezident haqlı olaraq soruşurdu, onu o vəzifəyə təyin edən nə düşünür?

Gerçəkdən də bu tərbiyəsiz əyalət mollası kimin ağzı ilə danışır? Kim bu nağıla inanar ki, İran kimi despotik ölkədə Ali Liderin nümayəndəsi özbaşına danışır və cəzasız qalır?

Azərbaycanın, Türkiyənin, türk xalqının və onun liderlərinin ünvanına özünün və liderlərinin tərbiyəsinə uyğun danışan bu yaramazı susdurmaq çox çətin deyil. Yol sadədir: ona sadəcə danışmaq təlimatı verilməməlidir.

Bu əyalət mollası əlbəttə onu təyin edənin danışan dilidir. Əks halda, elə təyin edən tərəfindən susdurulardı, həm də həmişəlik...

MOUZE

07 Jan, 20:44


‼️ Prezident İlham Əliyev:

"Əsəd rejiminin çökməsindən sonra Ərdoğanla bir-birimizi təbrik etmişik"

MOUZE

07 Jan, 20:35


‼️ "Əsəd diktaturası tarixin zibilliyinə göndərildi" - İLHAM ƏLİYEV

“Ermənistan nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - Prezident İlham Əliyev bildirib.

MOUZE

07 Jan, 19:29


‼️ DİQQƏT MOLLA REJİMİ:

İran Azərbaycan prezidenti İlham Əliyevin sonuncu mesajından nəticə çıxarmalıdır!

MOUZE

07 Jan, 18:40


❗️🇮🇷🇦🇿Prezident Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından danışıb: Hadisədən iki il keçir, bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb

MOUZE

07 Jan, 18:21


İran mollaları, qulaq asın❗️

"Azərbaycandan kim üzr istəyəcək?"

🇦🇿 Prezident Əliyev sözünü konkret dedi: " O əyalət mollası cəzalandırılmalıdır"

MOUZE

07 Jan, 14:02


🎧 "Araz-Araz xan Araz"

Aşıq Hüccət İbrahimi
Söz: Bəhmən Zamani

MOUZE

07 Jan, 13:08


‼️ İranın fars-molla rejimi güneyli şair Bəhmən Zamaninin yas mərasiminin keçirilməsinə mane olub

Qeyd edək ki, Azərbaycanın tanınmış şairi Bəhmən Zamani uzun xəstəlikdən sonra dünən axşam saatlarında Təbrizdə dünyasını dəyişib.

Xatırladaq ki, "Araz-Araz" şeiri Bəhmən Zamaninin İran inqiliabından öncə Səməd Behrəngiyə yazdığı nəğmədir.

MOUZE

07 Jan, 12:40


✈️ İran PUA-ları uçuşa hazırdır

MOUZE

07 Jan, 09:01


📸 Sel Məkkə və Mədinədə ciddi fəsadlar törədib

MOUZE

06 Jan, 20:00


‼️ Azərbaycan-İran sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində (İran ərazisində) 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda baş verib.

MOUZE

06 Jan, 19:19


‼️SOCAR Suriyanın enerji təchizatında iştirak etməyə hazır olduğunu bəyan etdi

Bu barədə “SOCAR Turkey” şirkətinin baş direktoru Elçin İbadov bildirib

MOUZE

06 Jan, 18:31


📹 İranda xəstə MRT aparatında ilişib qalıb, onu iplə dartıb çıxarmağa çalışırlar

MOUZE

06 Jan, 18:15


‼️ İranın cənubunda 5,3 bal gücündə zəlzələ oldu

MOUZE

06 Jan, 16:41


‼️ İranda sərhədçi soyuqdan donub öldü