ŞEDEVR + @shedevrplus Channel on Telegram

ŞEDEVR +

@shedevrplus


şedevr şəbəkəsinə bağlı ©

☎️ reklam və iş birliyi üçün → @BOTSHEDEVR

📺 eyni adda feysbuk səhifəmiz:
https://www.facebook.com/Sedevr1?mibextid=ZbWKwL

ŞEDEVR + (Azerbaijani)

ŞEDEVR + Telegram kanalı, şədəvr şəbəkəsinə bağlı olan bir platformdur. Bu kanalda eşsiz içerikler, ilginç haberler ve güncel konular paylaşılmaktadır. Kanal, kullanıcılarına her gün yeni ve ilgi çekici içerikler sunmaktadır. ŞEDEVR + aynı zamanda reklam ve iş birliği fırsatları sunmaktadır. Reklam vermek veya iş birliği yapmak isteyenler @BOTSHEDEVR ile iletişime geçebilirler. Ayrıca ŞEDEVR +'ın aynı isimde bir Facebook sayfası da bulunmaktadır, bu sayfayı ziyaret ederek daha fazla bilgi edinebilirsiniz. ŞEDEVR + Telegram kanalını takip ederek eşsiz içeriklerden haberdar olabilir ve kendinizi geliştirebilirsiniz.

ŞEDEVR +

10 Nov, 16:15


⚡️Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək xəsarət alıb.

Hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir. (MN)

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 12:37


"Bitcoin" kriptovalyutasının qiyməti 79,4 min dolları keçib.

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 11:22


🚲 Şəhərimizi daha təhlükəsiz və rahat etmək üçün Kövkəb Səfərəliyeva küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb. (AYNA)

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 09:09


İraq parlamenti qızlar üçün evlilik yaşını 18-dən 9-a endirməyi müzakirə edəcək.

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 08:17


Məşhur hindistanlı yoqin Sadhquru Bakıya gəlib: COP29-da iştirak edəcək.

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 08:14


⚡️Bakıda COP29 ərəfəsində hotellərin doluluq səviyyəsi 80%-i keçib.

t.me/shedevrplus

ŞEDEVR +

10 Nov, 07:30


⚡️Ukrayna pilotsuz təyyarələri Moskvaya kütləvi hücum edib.

Moskva meri Sergey Sobyanin Moskva vilayətinin səmasında ümumilikdə 25 pilotsuz təyyarənin məhv edildiyini bildirib.

Ramenskoyedə pilotsuz uçan aparatların dağıntıları səbəbindən iki fərdi yaşayış evi yanıb.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 19:29


Rusiya Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaş olub.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 18:49


Prezident İlham Əliyev və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Bu barədə federal hökumətin sözçüsü Kristian Hoffmann bildirib.

O qeyd edib ki, kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Ermənistan və Azərbaycana davamlı dəstəyini davam etdirməyə hazır olduğunu təkrarlayıb.

Federal kansler və Azərbaycan Prezidenti sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

ŞEDEVR +

09 Nov, 14:37


⚡️Baham Adaları Birliyi Azərbaycanın "ASAN xidmət" təcrübəsini öyrənəcək.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 14:25


⚡️Qətər İsrail və HƏMAS arasında vasitəçilik missiyasından geri çəkilib.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 10:03


ABŞ-dəki hakimiyyət dəyişikliyi fonunda "Bitcoin" sürətlə dəyər qazanır.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 09:48


Qətər Dövləti bütün HƏMAS rəsmilərini ölkədən çıxarmaq qərarına gəlib. (KİV)

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 08:30


ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycana gəlib.

t.me/shedevrplus

ŞEDEVR +

09 Nov, 07:09


⚠️ Bakıda COP29-la əlaqədar müvəqqəti olaraq 15 marşrutun fəaliyyəti dayandırılır:

1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 19:46


Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan yoxdur. (MN)

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 17:04


Paşinyanın növbəti sınağı

Trampın ABŞ-da hakimiyyətə gəlməsi qlobal proseslərə multiplikativ təsir göstərəcək və bu, təbii ki, regionumuzda da öz əksini tapacaq. Trampın ABŞ-Avropa münasibətləri və Ukraynadakı müharibəyə dair mövqeyilə yanaşı, onun Yaxın Şərq böhranı və İsrail-İran münaqişəsinə yanaşması da geniş müzakirə olunur.

ABŞ ənənəvi olaraq İsraili silah təchizatı ilə dəstəkləyib. Yəməndə İranın proksilərinin dəniz ticarəti yollarında hərəkət edən gəmilərə hücumlarından sonra ABŞ Yəməndə husilərə qarşı zərbələr endirməyə başlayıb. Vaşinqton İranın İsrailə hücumunun dəf edilməsində də birbaşa iştirak edib. Lakin ABŞ İsrailin İrana hücumunda rəsmən iştirak etməyib.

Yəni öz ərazisinə və hava məkanına nəzarət etməyən dövlətlərin ərazisində İranın proksi qüvvələrinə zərbələr endirməkdə ABŞ-ın bilavasitə iştirakı var. Lakin birbaşa İran ərazisinə zərbələr artıq başqa bir qarşıdurma səviyyəsidir və ABŞ hələ ki, bu səviyyəyə çatmayıb.

Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, bəlkə daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirmək səviyyəsinə qalxmayacaq. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-ın maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür.

İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ-la sövdələşməyə çalışacaq, lakin bunun heç bir nəticəsi olmayacaq.

İran tərəfi seçkilər ərəfəsində verdiyi açıqlamalar və İsrailə zərbənin qaçılmazlığına dair bəyanatları ilə Trampın əlinə oynayıb.

Trampın Yaxın Şərqdə İrana qarşı mübarizə təcrübəsi var. Birinci dövründə o, bəzi ərəb monarxiyalarının İsraillə normallaşmasını rəsmiləşdirdi, onları silahla təmin etdi və neftin qiyməti ilə bağlı məsələlərin həlli yollarını tapdı. Baydenin prezidentliyi dövründə Çin təşəbbüsü öz əlinə aldı, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni İranla barışdıraraq Trampın nailiyyətlərini təkrarladı.

Belə görünür ki, Tramp Körfəz monarxiyaları ilə İsraili Qəzzaya nəzarətə cəlb etməklə münasibətləri normallaşdırmağa davam edəcək. Bununla yanaşı, Körfəz monarxiyaları Suriya, Livan, İraq və Yəməndə iranyönlü qüvvələrin hərbi infrastrukturunun dağıdılmasının əleyhinə deyillər. Onlar İranla qarşıdurmaya getməyəcəklər, lakin İranın bölgədə məhdudlaşdırılmasına qarşı çıxmayacaqlar.

Odur ki, yaxın həftələrdə və aylarda Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Bayden Administrasiyası İranla əlaqə kanallarını qoruyub saxlayır, İran-İsrail zərbələrini yumuşatmağa çalışırdı. Trampın dövründə isə vəziyyət dəyişəcək.

Cənubi Qafqaz regionunda ABŞ Ermənistanla hərbi əməkdaşlığı artırıb. Ermənistan Müdafiə Nazirliyində ABŞ-ın hərbi müşavirinin əyləşməsi İran üçün xoşagəlməz haldır. Lakin Tehran üçün bu faktın özü Bayden və Tramp dövründə iki fərqli məna daşıyır.

Ermənistanın xarici siyasət prioritetlərini dəyişməsi Paşinyanın Rusiya ilə Qərb arasında qalmaqla ilk sınağına səbəb oldu. Etiraf edək ki, Paşinyan bu sınağa tab gətirdi. Tezliklə ABŞ-la İran arasında növbəti gərginlik dövrü başlayacaq və Ermənistanın ABŞ ilə hərbi əlaqələrinin fəallaşması İranın reaksiyasına səbəb olacaq. Məhz bu zaman Paşinyan Vaşinqtonla Tehran arasında qalaraq ikinci analoji sınaqla üzləşəcək.

İran artıq il yarımdır ki, Ermənistana hərbi saziş imzalamağı təklif edir. Layihə İrəvanın müraciəti əsasında İran silahlı qüvvələrinin Ermənistana yerləşdirilməsini nəzərdə tutur. Əgər əvvəllər Ermənistan nümayəndələri Rusiya sərhədçilərinin Ermənistan-İran sərhəddində olmasını bəhanə gətirərək belə bir sazişi imzalamaqdan imtina edirdilərsə, 2025-ci il yanvarın 1-dən Meğridəki sərhəd məntəqəsi Ermənistanın nəzarətinə keçdikdən sonra İran, şübhəsiz ki, öz təklifini yenidən gündəmə gətirəcək.

Beləliklə, Ermənistanın növbəti çağırışa necə reaksiya verəcəyini maraqla izləyəcəyik.

@cssc_cqtm

ŞEDEVR +

08 Nov, 14:30


CHP sədri Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 14:29


⚡️Türkiyənin Elazığ vilayətində 5 bal gücündə zəlzələ baş verib. Təkanlar yerin 16,22 km dərinliyində qeydə alınıb.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 12:20


Özbəkistan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 11:54


🎉 İkinci əl  əşyalar – PULSUZ və ya UCUZ qiymətə🎉

🛒İstifadə etmədiyiniz ikinci əl əşyanı ehtiyacı olanlara PULSUZ və ya uyğun qiymətlə təklif edin! Həm qənaət et, həm də təbiəti qoru!🌍
________

📢Məhsullar:

📌Mebellər: Divan, kreslo, masa, yataq, şkaf, stul, dolab
📌Elektronika: Televizor, mikrodalğa soba, soyuducu, paltaryuyan maşın
📌Mətbəx Əşyaları: Toster, blender, qəhvə maşını, tava və qazan dəstləri
📌Dekor və Aksesuarlar: Güzgü, divar şəkilləri, çilçıraq, xalça
📌Digər: Uşaq arabası, kitab rəfi, kitablar, idman avadanlığı (dumbbell, yoga matı)
________
🏠Təmiz, işlək vəziyyətdə olan əşyaları sərfəli qiymətlərlə əldə etmək istəyirsinizsə, linkə keçin!

ŞEDEVR +

08 Nov, 10:13


Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 09:23


⚡️Sabah Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq. (MHX)

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 09:07


Balakən parkı, Azərbaycan.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 09:01


Donald Trampın komandası "İranın neft sənayesinə" qarşı sərt sanksiyalar paketi üzərində işləyir.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 09:00


COP29-la bağlı Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-ə təhvil veriləcək.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 08:54


Amsterdamda “Makkabi” azarkeşlərinə edilən hücumlardan sonra İsrail XİN rəhbəri təcili Niderlanda gedir. (Ynet)

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 08:41


Prezident İlham Əliyev: Ermənistan xalqı bilməlidir ki, biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 08:38


Prezident İlham Əliyev: Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 08:37


Prezident İlham Əliyev: Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır.

t.me/shedevrplus

ŞEDEVR +

08 Nov, 08:35


Prezident İlham Əliyev: Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik.

t.me/shedevrplus

ŞEDEVR +

02 Nov, 13:00


⚠️ Sabah bu yollar 3 saatlıq bağlanır.

t.me/shedevrplus

ŞEDEVR +

02 Nov, 12:00


ABŞ Yaxın Şərqə "B-52 Srtatofortress" strateji bombardmançılarını göndərir.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

t.me/shedevrplus

ŞEDEVR +

02 Nov, 11:27


⚡️İran-Əfqanıstan sərhədində yanacaq qaçaqmalçılığına aid görüntülər yayılıb.

t.me/shedevrplus

ŞEDEVR +

02 Nov, 10:51


⚡️İranın ali dini lideri Xamenei İsrail və ABŞ-ni yeni bir sərt cavabla hədələyib.

t.me/shedevrplus

ŞEDEVR +

02 Nov, 08:44


⚡️Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak:

"COP29-da Ukraynanın təmsilçiliyi maksimum yüksək səviyyədə olacaq".

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 19:22


⚽️ Bölgədə futbol var.

Bu gün keçirilən Turan - Qarabağ oyununda Tovuzlu azarkeşlər:

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 14:57


COP29 iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək. (AYNA)

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 14:06


⚡️Şahin Mustafayev Ermənistanla sərhəddə Mqer Qriqoryanla görüşüb.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 12:39


⚡️Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxs qadın müştəriyə özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edərək külli miqdarda dələduzluq edib.

Sürücü qadını və onun qohumlarını SOCAR-a işçi işə düzəldəcəyini bildirib və onların 60 min manat pulunu ələ keçirib.

Taksi sürücüsü başqa bir müştərini də Məleykə Abbaszadə ilə xalaqızı olmasını inandırıb və onun 10 min manatını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə taksi sürücüsünə 7 il həbs cəzası verilib.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 12:23


İran İsrailin dörd hərbi obyektini hədəf alacaq.

· İsrael Aerospace Industries (IAI)
· Elbit Systems
· Rafael Advanced Defense Systems
· IMI Systems

Bu barədə İran mediasında məlumat yayılıb.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 12:15


ABŞ Livana birtərəfli atəşkəs təklif edib.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 10:02


Zabrat yolunda hasarlar sökülərək geri çəkilir və piyada səkiləri tikilir.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 09:37


İspaniyanın Baş naziri COP29-da iştirak edəcək.

Bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

ŞEDEVR +

01 Nov, 09:00


Qaranohur, İsmayıllı.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 08:00


⚡️Lavrov: Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymağa çağırır.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 07:33


⚡️Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilib.

Qiymətlər mərtəbəyə görə müəyyən olunur və 5-10 manat aralığında dəyişir.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 05:52


⚡️İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2867 nəfərə çatıb.

t.me/shedevrplus

ŞEDEVR +

01 Nov, 05:45


⚡️Ermənistan Biomüxtəliflik üzrə COP17-nin növbəti ev sahibi seçilib.

t.me/shedevrplus

ŞEDEVR +

31 Oct, 21:26


⚡️ABŞ təkcə bu ilin 9 ayında hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib.

t.me/shedevrplus

ŞEDEVR +

31 Oct, 20:36


İranın Ali Rəhbəri Əli Xamenei Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsrailə növbəti hücuma hazırlaşmaq barədə əmr verib. (NYT)

t.me/shedevrplus

ŞEDEVR +

27 Oct, 08:31


⚠️ Gürcüstandakı parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb:

İqtidardakı Gürcü Arzusu Partiyası 54,2% səslə qələbə qazanıb.

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 18:25


İsrail İrana ABŞ ordusunun nəzarətində olan İraq ərazisindən hücum edib. (İran MN)

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 17:05


Bakı və Abşeronda leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 14:58


⚡️Gürcüstanda hakim partiya seçkilərdə qalib gəldiyini elan edib.

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 14:34


🚍BŞİH: Bu gün Bakıda 496 əsas küçə, prospekt və məhəllədaxili yollar yuyulub.

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 14:32


İAF İrana hücumunda iştirak edən qırıcıların görüntülərini paylaşıb.

F-16 “Block 70”, F-15I Ra'am

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 11:45


İranın Sistan və Bəlucistan vilayətində terrorçular iranlı sərhədçilərə hücum edib.

Silahlı toqquşma nəticəsində 10 iranlı sərhədçi öldürülüb, yaralılar var. (İran DİN)

t.me/shedevrplus

ŞEDEVR +

26 Oct, 10:59


İsrail İrana qarşı keçirdiyi hava hücumu əməliyyatına “Tövbə günləri” adı verib.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:41


İran Ordu Komandanlığı:

"Tehrandakı hücumların əksəriyyəti dəf edilib. Hücumun miqyası məhdud olub".

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:34


⚡️İsrail Müdafiə Qüvvələri İrana hücum etdiyini təsdiqləyib.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:33


İranın enerji və hərbi obyektlərinə hava hücumu olub.

Hücumun miqyası məhdud olub. (KİV)

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:25


İrandakı partlayışların dron hücumu ola biləcəyi də istisna edilmir.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:22


⚡️İsrail 1 oktyabrda kütləvi hücuma cavab olaraq İranı vurur. (Axios)

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:21


Yüksək rütbəli amerikalı hərbi məmur “Al-Jazeera”yə:

"İrandakı partlayışlardan xəbərdarıq və vəziyyəti diqqətlə izləyirik".

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:12


Tehranda ən azı 5 partlayış baş verdiyi təsdiqlənib, hələlik təfərrüatlar məlum deyil.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 23:04


⚡️İsrail qırıcıları Suriya üzərində "sonic partlama"lar edirlər.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 22:57


⚡️Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında partlayış səsləri eşidilib.

İran teleqram kanalları bu barədə yazır.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 22:51


Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl bölgə"də partlayış baş verib.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 19:21


İsrail Livandakı quru əməliyyatları 2 həftə ərzində sonlandıra bilər. (Al Arabiya)

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 18:55


Hörmətli izləyicilər,

Son zamanlarda kanalımızda yayımlanan məzmunlarla bağlı müəyyən istifadəçilərin yazdığı təhqir dolu şərhlərin artdığını məyusluqla müşahidə edirik. Bizim platforma, etibarlı və dəqiq informasiya təqdim etməyi hədəfləyir və bu məqsədlə açıq müzakirələri, konstruktiv tənqidi və fikir mübadiləsini təşviq edir. Lakin, təhqir, söyüş və qeyri-etik davranışların qəbul edilməz olduğunu vurğulamaq istəyirik.

İstifadəçilərimizin nəzərinə çatdırırıq ki, platformamızın şərh və müzakirə qaydalarına riayət edilməsi mütləqdir. Təhqir dolu və qeyri-etik davranışlar qaydalarımıza ziddir. Bu qaydalara riayət olunmaması halında müvafiq zəruri hüquqi tədbirlər görülə bilər.

Aşağılayıcı və ya qeyri-etik şərhlər yazan istifadəçilər dərhal birdəfəlik bloklanır. Lakin, təəssüflər olsun ki, onlar yeni hesablar açıb, öz çirkin əməllərinə davam edirlər.

Bir daha qeyd edirik ki, sizlərin fikri bizim üçün dəyərlidir, lakin bu fikirlər qarşılıqlı hörmət və etik davranış qaydaları çərçivəsində olmalıdır.

Biz sizdən anlayış və dəstək gözləyirik. İnanırıq ki, burada birlikdə daha sağlam, mehriban və müsbət bir mühit yarada bilərik. Hər hansı sual, narahatlıq və ya fikriniz varsa, bizə yazmaqdan çəkinməyin.

Şedevr+

ŞEDEVR +

25 Oct, 18:45


BMT Baş Assembleyasının prezidenti Filemon Yanq COP29-da iştirak etmək üçün Azərbaycana gələcək.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 17:06


⚠️ Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər olacaq.

Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur. (APA)

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 16:53


⚡️KİV: ABŞ bölgədəki gərginlik fonunda Səudiyyəyə təhlükəsizlik zəmanəti verib.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 16:47


ABŞ Almaniyanın Şpanqdalem Hava Bazasında yerləşən 480-ci Qırıcı Eskadronunu CENTCOM-un məsuliyyət zonasına göndərib.

Bu barədə Pentaqon məlumat yayıb.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 14:48


İranın dini lideri Əli Xameneyi orduya İsrailin ölkəyə mümkün hücumuna cavab ssenariləri hazırlamaq təlimatı verib.

İranın cavabı hücumun miqyasından asılı olacaq.

İsrail hücumu ancaq hərbi anbarlar və bazalarla məhdudlaşdırsa, Tehran cavab verməmək variantını seçə bilər. (YP)

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 14:32


Ermənistan hökuməti Aİ ilə viza rejimini liberallaşdırır.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 13:54


Yanğının restoranların birində baş verdiyi bildirilir.

YENİLƏCƏK

ŞEDEVR +

25 Oct, 13:48


Bakıda Babək prospektində yanğın başlayıb.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 09:26


⚠️ Sabah paytaxtın bəzi ərazilərində leysan yağacaq.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 09:18


Türkiyənin 31 vilayətində PYD/YPG-yə qarşı “Gürz-20” əməliyyatları keçirilib, 176 terror təşkilatı üzvü saxlanılıb.

t.me/shedevrplus

ŞEDEVR +

25 Oct, 08:29


🔴 Oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq.

Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 19:27


Səudiyyə Ərəbistanı ABŞ-dən 440 milyon dollarlıq tank əleyhinə raket kompleksləri alacaq.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 19:21


İsrail Livanın cənubunda ələ keçirdiyi silah-sursatın görüntülərini paylaşıb.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 17:54


Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 17:53


Keçici təlatümlər...

Təyyarə ilə uçuş zamanı yaşanan turbulentlik siyasi proseslərdəki təlatümlərə bənzəyir. Hava axınlarındakı qeyri-sabitlik təyyarəni silkələdiyi kimi, siyasi təlatümlər də müəyyən ölkələrdə ictimai sarsıntılara səbəb olur.

Maraqlıdır ki, təyyarədə turbulentlik ərəfəsində pilotlar bu barədə xəbərdarlıq edir və sərnişinləri kəmərləri bağlayaraq sərblə gözləməyə çağırırlar. Bu çağırış siyasi təlatümlər zamanı da faydalıdır. Belə ki, istər hava məkanında, istərsə də siyasi müstəvidə baş verən çalxalanmalar müvəqqəti və keçicidir.

Hazırda dünya özünün təlatümlü dövrünü yaşayır və regionumuz bu turbulentliyin mərkəzində olmasa da, onun dalğaları bölgəmizə də gəlib çatır. Gürcüstanda parlament seçkiləri, ABŞ-da prezident seçkiləri, COP29 - bütün bunlar çox yaxın gələcəkdə baş tutacaq hadisələrdir və onlar yaxınlaşdıqca sarsıntılar getdikcə daha da şiddətlənməyə başlayır.

Gürcüstandakı seçkilərə artıq günlər qalır. Seçki ərəfəsində ölkə daxilindəki siyasi parçalanma kifayət qədər dərinləşib və proseslərin axarını öncədən proqnozlaşdırmaq artıq qeyri-mümküdür. Belə vəziyyət seçkinin nəticəsindən asılı olmayaraq, proses sonrası irimiqyaslı etirazların mümkünlüyünü deməyə əsas verir. Burada başlıca məsələ seçkidə hansı qüvvələrin və hansı nisbətlə qalib gəlməsilə yanaşı, seçki sonrası etirazların açıq qarşıdurmaya keçib-keçməməsidir. Belə ki, Gürcüstanda ictimai gərginliyin real qarşıdurma həddinə çatması və hadisələrin qanun çərçivələrini aşması region üçün ən arzuolunmaz ssenaridir.

ABŞ-dakı prezident seçkiləri ərəfəsində tərəflərin apardıqları təbliğat kampaniyasının əks-sədası Cənubi Qafqaz ölkələrinə də təsir göstərir. Bu baxımdan, təkcə son günlər ərzində baş verənləri - Baydenin Azərbaycan və Ermənistan liderlərinə müraciəti, eləcə də Trampın həmin müraciətlərə cavab reaksiyasını yada salmaq kifayətdir. Sonuncu ilə bağlı qeyd edək ki, Trampın paylaşımında iki mesaj var: Harris problemin həlli üçün heç nə etməyib və Ermənistanla Azərbaycan arasında sülhü məhz Tramp bərpa edəcək. Düzdür, paylaşımın mətnində Azərbaycan üçün qəbuledilməz narrativlər var, lakin bunu seçki ərəfəsində Trampın xristian dindar qruplardan əlavə səs almaq cəhdi kimi qiymətləndirmək olar.

COP29-a gəlincə, Azərbaycanın qlobal miqyaslı sammitin öhdəsindən uğurla gələcəyi şühbə doğurmur. Nəzərə almaq lazımdır ki, Bakı beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir. Ölkəmizin əldə etdiyi nailiyyətləri qəbul edə bilməyən bəzi dairələrin Azərbaycana qarşı apardıqları təbliğat isə Bakının dünyadakı nüfuzuna xələl yetirmək məqsədi daşıyan uğursuz bir cəhddir. BRİCS ölkələrinin Kazan bəyannaməsində Azərbaycanın COP29-u müvəffəqiyyətlə keçirəcəyinə inamın ifadə olunması ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadı bir daha sübut etdi.

Bir sözlə, hazırda sadalanan hadisələr ətrafında çox böyük bir məlumat köpüyü formalaşıb. Lakin sözügedən köpüyüyün real əsasları olduğu kimi, vaxt məhdudiyyəti də var ki, bu da noyabrın ortalarına təsadüf edir.

O vaxtadək isə Baydenin mesajları, Trampın reaksiyası, Avropa Parlamentinin müzakirələri və qətnamələri kimi hələ daha çox maraqlı məqamları müşahidə edəcəyik.

Beləliklə də, hazırki siyasi turbulentliyin yaxın üç həftəyə bitəcəyi gözlənilir. Bu dövrdən sonra ən azı nisbi sakitlik olacaq, həm regionda, həm də qlobal səviyədə yeni şərtlər aydınlaşacaq. Həmin yeni şərtləri nəzərə almaqla, planlaşdırılan addımların həyata keçirilməsinə baxış formalaşacaq. Azərbaycan regionda öz gündəliyini həyata keçirmək üçün diplomatik, iqtisadi, maliyyə və təşkilati resurslara malikdir. Bakının addımlarının rasional və balanslı olacağı şübhəsizdir. Bunun üçün isə baş verənləri daha yaxşı anlamaq məqsədilə vəziyyətə aydınlıq gəlməsini gözləmək lazımdır.

@cssc_cqtm

ŞEDEVR +

24 Oct, 17:35


Slovakiya Prezidenti yaxın günlərdə Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 17:23


⚡️"Qarabağ" - "Ayaks" oyununda hesab açılır.

0-2 

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 17:01


❗️Səviyyəli telefona layiq aksessuarlar “Euroacs”da!

“Euroacs”ın məhsulları həm dözümlü, həm də qiyməti münasibdir.

Yüksək səs keyfiyyətinə malik simsiz (wireless) qulaqlıqlar, batareya
ömrünə zərərsiz, güclü enerji ötürən (20, 25, 30, 35, 45, 65 W) adapterlər,
kompakt dizaynı ilə rahat daşına bilən, müxtəlif tutumlu powerbanklar
(5000, 10000, 20000, 30000 mAh), çoxlu funksiyanın birləşdiyi smart
saatlar, zərbənin qarşısında qalxan kimi dayanan protektorlar (ekran
qoruyucular) və digər telefon aksesuarlarını “Euroacs”dan əldə edə
bilərsiniz.

Özünə yaxşılıq et!
Düz əməlli brenddən düzəməlli telefon aksesuarına sahib ol!

Euroacs
Zəmanətli telefon aksesuarları

ŞEDEVR +

24 Oct, 16:22


⚡️Rusiya Prezidenti Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonasında” olmasını təkzib etməyib.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 15:01


Gərginliyin artması fonunda Türkiyə HHQ “fil yürüşü” videosu paylaşıb.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 14:56


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Atatürk Hava Limanında Təhlükəsizlik Şurasını toplayacaq.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 13:41


Prokurorluq: Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib

ŞEDEVR +

24 Oct, 13:14


⚡️Çin lideri Si Cinpin Kazanda:

Ukraynadakı gərginliyi mümkün qədər tez bir zamanda azaltmaq və böhranın həllinə yol açmaq vacibdir.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 13:10


İlham Əliyev və Paşinyan XİN rəhbərlərinə sülh sazişinin tezliklə başa çatdırılması və bağlanması məqsədilə danışıqları davam etdirməyi tapşırıblar.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 12:23


Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 11:55


⚡️Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda ittiham olunur.

t.me/shedevrplus

ŞEDEVR +

24 Oct, 11:53


Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 30 min ağac əkiləcək.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 14:42


⚡️Paşinyan COP-29-da iştirakın regional məsələləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 14:39


⚡️Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyib.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 14:13


⚡️Terrorçular arasında qadınlar da var.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 14:10


⚡️⚡️TUSAŞ-da 3-cü partlayış baş verdi. Partlayışın qurumun akademiya binasında baş verdiyi bildirilir.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 14:03


⚠️ Terrorçular çox sayda insanı girov götürüb.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:53


⚡️⚡️⚡️TUSAŞ-ın ərazisində daha bir partlayış baş verib. Terrorçuların əlində girovlar var. - KİV

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:50


⚡️Hücum edən digər terrorçu:

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:48


⚡️TUSAŞ-a hücum edən terrorçulardan biri:

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:38


⚠️ Partlayış anı:

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:15


⚠️ Türkiyə DİN hücum nəticəsində şəhid və yaralıların olduğunu açıqlayıb.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 13:08


⚡️⚡️⚡️Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahında partlayış baş verib, silah səsləri eşidilir. [YENİLƏNİR]

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 11:27


🔴 Bakı (Olimpiya Stadionu) 2027-ci il Çempionlar Liqası finalına ev sahibliyi edə bilər. Digər namizəd şəhər isə Madriddir. - UEFA

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 10:09


⚡️ABŞ Şimali Koreyanın Rusiyaya hərbi personal göndərməsini təsdiqləyib.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 08:46


Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib.

Nazirlər hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

t.me/shedevrplus

ŞEDEVR +

23 Oct, 08:37


Azərbaycanda təmassız ödəniş və avtobusların real vaxt rejimini izləyən yeni "Bakıkart" proqramı istifadəyə veriləcək.

t.me/shedevrplus

ŞEDEVR +

22 Oct, 21:10


Təhlükəsizlik problemlərinə görə THY və Pegasus noyabrın 1-dək İrana olan bütün uçuşları ləğv ediblər.

t.me/shedevrplus

ŞEDEVR +

22 Oct, 19:58


⚠️ İzləyicilərimiz bildirir ki, Suraxanı rayonu ərazisində hələ də elektrik enerjisi bərpa edilməyib.

t.me/shedevrplus

ŞEDEVR +

22 Oct, 19:38


Paşinyan: Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur.

t.me/shedevrplus