FCB AZE @fcbazelive Channel on Telegram

FCB AZE

@fcbazelive


Facebook: http://facebook.com/fcbazelive
Twitter: http://twitter.com/fcbaze
Instagram: http://instagram.com/fcbaze2010/
WhatsApp: http://whatsapp.com/channel/0029VaB0W2a5fM5VG5j3QY0j

Söhbət: http://t.me/fcbazechat
Dəstək: http://t.me/boost/fcbazelive

FCB AZE (English)

Are you a die-hard fan of FC Barcelona and looking for a one-stop destination for all the latest news, updates, and live match coverage? Look no further than FCB AZE! This Telegram channel, with the username @fcbazelive, is dedicated to providing all the FC Barcelona fans in Azerbaijan with the most comprehensive coverage of their favorite football club. From match highlights to player interviews, transfer rumors to exclusive behind-the-scenes footage, FCB AZE has it all. Whether you want to stay updated on the latest scores, share your thoughts with fellow fans, or simply immerse yourself in the world of FC Barcelona, this channel is the perfect place to do so. Join FCB AZE today and be a part of the ultimate FC Barcelona fan community in Azerbaijan!

FCB AZE

15 Feb, 21:57


Fermin Lopez: "Qırmızı vərəqədən sonra məyus oldum, çünki ən yaxşı anımda meydandan qovuldum.

Düşünürəm ki, hələ də təkmilləşə və bundan daha yaxşısını edə bilərəm. Mənim həmişə cərimə meydançasına daxil olub qol vurmaq duyumum olub. İndi özümü daha da gücləndirmişəm. Flick mənə imkanlar verir və komandaya kömək etməyə çalışıram.

3-cü divizion klubu Linares’ə icarəyə veriləndə bunu özümü sübut etmək şansı kimi görürdüm və ümid edirdim ki, bu, mənə başqa komandaya getməyə və ya qismət olsa, Barça Atletic’ə qayıtmağa kömək edə bilər. Orada oynamağım mənə burada məşq etməyin, bu formanı geyinməyin və hər gün daha çox işləməyin dəyərini anlamağa kömək etdi.

Bəs, birbaşa Barça’nın əsas komandasında oynamağım? Bu, təsəvvürümdən də artıq idi.

Barça sonuncu dəfə Çempionlar Liqasını qazananda 12 yaşım var idi. Mən valideynlərim və qardaşımla birgə bu anı bölüşürdüm. Çox xoşbəxt bir gecə idi.

31 mayda harada olacam? Çempionlar Liqasının finalında.

Deco həmişə mənə inanıb. Klubun təklifləri dinləmək istəmədiyini və məni burada istədiyini bilmək mənə rahatlıq verir.

Öz üzərimdə çox işləyirəm və hər zaman oynamaq üçün hazıram. Xavi, Deco və hazırda da Flick’in mənə futbolumu nümayiş etdirməyə icazə verdikləri üçün onlara çox minnətdaram.

Ailəm arzumun gerçəkləşməsi üçün mənə çox dəstək olub. Onlar da mənim qədər buna layiqdirlər”. #fcbazelive

FCB AZE

15 Feb, 21:41


Barcelona bu yay Andreas Christensen üçün təklifləri dinləməyə hazırdır. Futbolçu kluba azad agent kimi qatıldığı üçün hər hansı potensial satış klub üçün sərfəli ola bilər. [ferranmartinez] #fcbazelive

FCB AZE

15 Feb, 21:31


Barcelona Jules Kounde ilə 2030-cu ilə qədər müqavilə imzalamağa hazırlaşır. Klubun onu heç bir qiymətə satmaq niyyəti yoxdur. [sport] #fcbazelive

FCB AZE

15 Feb, 20:42


Marc-André ter Stegen bərpa prosesini davam etdirir. 💪💪 #fcbazelive

FCB AZE

15 Feb, 19:33


FCB X: "Gülümsəyin, şənbə günüdür". 😁😁

FCB AZE

15 Feb, 16:43


FCB X: "Gülümsəyin, şənbə günüdür". 😁😁

FCB AZE

14 Feb, 20:08


Neymar'ın Barça'ya qayıdışı - Nostaljiliyin yarada biləcəyi təhlükələr ⤵️

Neymar'ı Santos forması ilə yenidən görmək bir çox insanlarda nostalji hissləri oyatmış oldu. Bu, bir çox insanı gənclik illərinə qaytaran bir mənzərə idi. Neymar hər bir Barça azarkeşinin də həssas yanaşdığı bir fiqurdur. Məhz buna görə, hər dəfə qayıdışı ilə bağlı önə çəkilən iddialar xüsusi həssaslıqla qəbul edilir.

Bəziləri hələ də Ney'in gözəoxşar versiyasından danışır. Bu, normaldır. Çünki onun futbolu olay yaradardı. Çünki o, parlaq bir dövrün parçası idi. Fitri istedad məsələsində Messi'dən sonra Neymar kimisi yox idi. Lakin reallıq fərqlidir. Səudiyyə Ərəbistanına getdikdən sonra onun futbolu bir neçə pillə geriləmiş oldu. Bu qərar açıq-aşkar göstərdi ki, o, rəqabət aparmağı artıq önəmsəmir. Üstəlik dizindən aldığı zədə isə onu öz formundan daha da uzaqlaşdırdı.

İndi Neymar'ın Barça'ya qayıtmasını düşünmək xoş gəlir, lakin bu ehtimal reallığa çevrilməməlidir. Görünür indi özü artıq nostalji hisslərə qapılıb Barça'nı PSG'ə dəyişməyin peşmançılığını çəkir.

- Didac Peyret (sport jurnalisti)
#fcbazelive

FCB AZE

14 Feb, 17:17


#TarixdəBuGün: Düz 26 il əvvəl 14 fevral Müqəddəs Valentin günündə Rivaldo Real Madrid'in qapısından üçüncü qolu vurduqdan sonra formasının altındakı yazını göstərdi: "Bu qol bütün Barça sevərlərə həsr edilir". #legend #fcbazelive

FCB AZE

14 Feb, 08:06


🚨🚨 Deco: “Szczesny ilə müqavilə uzatmaq? Əgər o burada xoşbəxtdirsə, ola bilər. Szczesny diqqət mərkəzində saxlamalı olduğumuz oyunçudur, çünki gələn il o, bizə çox şey verə bilər. Mən onun planlarını bilmirəm. Onunla hələ ki, danışmamışıq, amma tezliklə danışacağıq”. [tjuanmarti] #fcbazelive

FCB AZE

13 Feb, 18:19


🤝

FCB AZE

13 Feb, 13:43


💎 #fcbazelive

FCB AZE

13 Feb, 13:41


🚨 SON DƏQİQƏ! RƏSMİ! Pau Cubarsi Barça ilə müqaviləsini 30 iyun 2029-cu ilə qədər uzatdı. #fcbazelive

FCB AZE

13 Feb, 12:48


Avropada rəqib komandanı ən çox ofsayda düşürən klublar:

1. Barcelona - 36 oyunda 201 dəfə
2. Tottenham - 39 oyunda 101 dəfə
3. Liverpool - 38 oyunda 97 dəfə
4. Aston Villa - 36 oyunda 96 dəfə
5. Athletic Bilbao - 34 oyunda 95 dəfə #fcbazelive

FCB AZE

13 Feb, 07:28


Hansi Flick yanvar ayında Eric Garcia’nı Barça üçün vacib oyunçu hesab etdiyinə görə onun gedişinə icazə vermədi.

Como ilə razılaşma demək olar ki, hazır idi (7 milyon avro + bonuslar), lakin Flick Eric'i saxlamaqda israr etdiyi üçün razılaşma ləğv edildi. [fabrizio romano] #fcbazelive

FCB AZE

13 Feb, 07:19


Sevilla ilə oyunda qırmızı vərəqə alan Fermin Lopez 1 oyunluq cəzalandırılıb. #fcbazelive

FCB AZE

13 Feb, 07:17


Pau Cubarsi Barça ilə 3 illik (2030-cu ilin iyun ayına qədər) yeni müqavilə imzalamağa çox yaxındır.

İyun ayında şifahi olaraq razılıq əldə edilmişdi, onun yanvarda 18 yaşı tamam olduğu üçün bu müqavilə imzalana bilər. [fabrizio romano] #fcbazelive

FCB AZE

12 Feb, 21:32


Kounde ilə müqavilə 2027-ci ildə bitir. Hər şeyin öz vaxtı var. Bir oyunçunun müqaviləsinin bitməsi ərəfəsində, ümid qalmadıqda müqavilə yeniləmirik. Hər bir prosesin öz gedişatı mövcuddur. Bu və ya digəri haqda danışmaq istəmirəm. Sırf Kounde barədə isə çox rahatıq və qalması barədə istəyimizi ona bildirəcəyik. 26 yaşı var və vaxtı gələndə onunla danışıqlar aparacağıq. Uzun illərə yönəlik bir komanda qururuqsa, həmin komandada Kounde'nin də olmasını istəyirik.

Olmo - Pau transferlərindəki məsuliyyətə görə əziyyət çəkirdim. Oyunçu almaq qərarı, supermarketə gəlib istədiyini almaq demək deyil. Dani Olmo'nun gəlməsi üçün onun özü, ailəsi və agenti ilə danışmalı oldum. Maliyyə fair play-ə görə riskə əl atıldı. Eyni vəziyyət Pau Victor transferində də yaşandı". [sport] #fcbazelive

FCB AZE

12 Feb, 21:31


Deco: "Lamine və Cubarsi iki fərqli və nadirən rast gəlinən varlıqlardır. Həmçinin Bernal da. Qəribəlik ondadır ki, belə xarakterə sahib gənclər olasan və Barça'dakı təzyiqlərə tab gətirəsən. Onlar həm də güclənməkdə olan oyunçularla daha da böyüyürlər. Kounde komanda üçün vacib biridir. Araujo'nun 25 yaşı var və ən parlaq çağındadır. Balde'nin yaşı normaldır və artırmaqda davam edir. 22 yaşlı Pedri sanki 30 yaşındadır. 20 yaşlı Gavi və ən parlaq dövrünü yaşayan Raphinha. Hər kəs güclənir. Bu, titul qazanmaq istəyən komanda üçün vacib haldır.

Oyunçular haqda fikrim dəyişməyib. Mənə görə, Frenkie mükəmməldir. O, özü burada gözlədiyindən az titul qazanmasına görə məyusluğunu dilə gətirmişdi. Biz də elə onun bu məyusluğunun davam etməsinin tərəfdarıyıq. Çünki bu, onun Barça'da uğur qazanmağa davam etmək istəyindən irəli gəlir. Bizə sadəcə Barça'da oynamaq istəyən deyil, məhz titul qazanmağa can atan oyunçular lazımdır.

FCB AZE

12 Feb, 17:27


RƏSMİ:

• Barça vs Atlético Madrid: 26 fevral 00:30. (Copa del Rey, ilk oyun)

• Atlético Madrid vs Barça: 16 mart. (La Liga)

• Atlético Madrid vs Barça: 2 aprel 23:30. (Copa del Rey, cavab oyunu) #fcbazelive

FCB AZE

12 Feb, 17:09


🚨 Transferlər və müqavilə yenilənmələri barədə ⤵️

Deco: "City yanvarda 200 milyon xərclədi. Bugünkü gün biz buna gedə bilmərik. Bizə 4-5 oyunçu transfer etməyə gərək yoxdur. Ola bilsin, City'ə bu yenilənmə lazım idi. Amma biz artıq bu dövrü aşmışıq. Üç il əvvəl transfer etdiklərimiz nəticə verirlər. Həm də o vaxt çox gənc olan Araujo, Gavi və Pedri indi vacib oyunçular hesab edilirlər. Məmnunuq. Çünki əvvəlkindən fərqli olaraq, indi transfer etmək narahatlığı yoxdur.

Narazılıq etməyən oyunçu yoxdur. Oynamadığın vaxtları həzm etmək də asan olmur. Bütün bunlar nəticədə komandaya problemlər yaradan amillərdir. Araujo ilə müqavilə yenilənməsi barədə danışmışdıq. O, məmnun qaldı. Əgər gələcəkdə nəsə dəyişiklik olsa, bunu bizə deyə bilər. Amma olacağına da inanmıram. Əks halda heç müqavilə də yeniləməzdi. Onun burada uzun illər qalacağını düşünürəm. O, burada xoşbəxtdir.

Komandada əsas fiqurlar var. Onlardan biri də Lamine Yamal'dır. Danışıqlar getmir, ortada qiymət məsələsi yoxdur. Təkliflər də göndərilmir, heç transfer məsələsində danışıqlar aparmaq niyyətində də deyilik. O, Gavi və Pedri kimi uzun illər Barça'da qalacaq. Klub öz üzərinə düşən işi yerinə yetirməlidir. O, uzun illər burada qalacaq.

Lewandowski bizim üçün çox vacib oyunçudur. Barça'da olmaqdan məmnundursa qala bilər. Ola da bilər ki, sabah ona baş gicəlləndirici nəsə gəlsin və burada qalmaq mövzusu barədə yenidən düşünsün. Ona görə də siz bunu ondan soruşmalısınız. O və ailəsi rahatdır. Bura ilə bağlı planları da mövcuddur.

Nəticələrin məmnunluq yaratdığını anlayıram. Ancaq biz Hansi Flick ilə müqavilə yenilənməsinə daha məntiqli yanaşmalıyıq. Əgər hər şey belə davam edərsə və biz də öz növbəmizdə ondan razı olacağıqsa, o, burada uzun illər qalacaq". [tv3] #fcbazelive

FCB AZE

12 Feb, 12:39


RƏSMİ: Copa del Rey`in yarımfinalında Barcelona`nın rəqibi Altetico Madrid olacaq. İlk oyun evdə (25 ya 26 fevral), cavab oyunu isə səfərdə olacaq (1 ya 2 aprel). #fcbazelive

FCB AZE

12 Feb, 12:09


Hazırda Copa del Rey’in yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilir. #fcbazelive

FCB AZE

11 Feb, 16:39


🚨 Barcelona Raphinha ilə müqaviləni növbəti mövsümdən etibarən maaş artımı ilə daha iki mövsüm (2029-cu ilə qədər) yeniləmək istəyir. [dbr8] #fcbazelive

FCB AZE

11 Feb, 16:12


Barça əfsanələri #SuperBowl'da. #fcbazelive

FCB AZE

11 Feb, 15:51


23 turdan sonra La Liga'da turnir cədvəli. Komanda maksimum 69 xaldan 48-ni (15 qələbə, 5 məğlubiyyət (Osasuna, Real Sociedad, Las Palmas, Leganés, Atlético Madrid), 3 bərabərlik (Celta de Vigo, Betis, Getafe)) toplayaraq üçüncüdir. #Barcelona #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

11 Feb, 02:19


"Onlara layiq olduqları üç günlük istirahət verdim. Amma dəlilik etməmək şərtilə".

Bu sözləri Flick oyunçuları haqda son mətbuat konfransında demişdi. Bəs bunu söyləməyə səbəb nə idi

✈️ Beləki, komandaya səkkiz günlük yeni il tətili verildiyi zaman oyunçulardan bəziləri daha uzaq ölkələrə səyahət etmişdilər. Topuğunda zədəsi olan Yamal Dubayda, Olmo isə ABŞ-də idi. Bundan əlavə, İspaniya hüdudlarından kənara çıxıb uzaq səyahət edən oyunçular təkcə onlar deyildi.

Flick də bundan razı qalmamışdı. Tətildən qayıdan kimi oyunçulara bu barədə bildirmişdi. Onun fikrinə əsasən verilən bu istirahət günlərini oyunçular sıx qrafikə çevirib səyahətlər etməyə deyil, bərpa olunmaq üçün daha çox dincəlməyə üstünlük verməlidirlər. [sport] #fcbazelive

FCB AZE

10 Feb, 20:00


Ansu Fati barədə ⤵️

Flick Ansu'dan daha çox intensivlik tələb edir. Türkiyədən gələn təklifi qəbul etməyib klubda qalan Ansu, ona veriləcək hər oyun dəqiqəsindən maksimum istifadə etməli olduğunu yaxşı anlayır. Bunun üçün o, hər dəfə komandanın məşq sessiyasından sonra da öz üzərində çalışır.

Komandanın sıralarına yaxşı formda qayıtması və eyni zamanda Ansu'ya yardım etmək məqsədilə Lewandowski müntəzəm şəkildə məşqlərdən sonra qalıb onunla birgə çalışır. [ser] #fcbazelive

FCB AZE

10 Feb, 19:59


Barcelona 2025-ci ildə 11 oyuna 41 qol vurub ki, bu da, 1943-cü ildən bəri ən yaxşı göstəricidir. #fcbazelive

FCB AZE

10 Feb, 19:56


Artıq Camp Nou'da meydanın ot örtüyünün sərilməsinə başlanılıb və stadionun dam örtüyünün bağlanmasının növbəti mövsümün sonuna təxirə salındığı təsdiqlənib.

Klub may ayında yeni stadiona qayıtmağı planlaşdırır və həftədə 6 gün, gündə 24 saat işləmək üçün icazə də alınıb. [md] #fcbazelive

FCB AZE

25 Jan, 11:15


🎂🎉 Xavi bu gün 45 yaşını qeyd edir. Təbriklər, Maestro! #fcbazelive

FCB AZE

24 Jan, 20:53


🚨🚨 Ronald Araujo’nun yeni sərbəstqalma məbləği yay transfer pəncərəsində 65 milyon avro olacaq və növbəti transfer pəncərəsində, yəni 2026-cı ilin yanvarında 80 milyon avroya yüksələcək. [relevo] #fcbazelive

FCB AZE

24 Jan, 11:03


🚨 SON DƏQİQƏ! RƏSMİ! Gerard Martin Barça ilə müqaviləsini 30 iyun 2028-ci ilə qədər uzatdı. #fcbazelive

FCB AZE

24 Jan, 10:53


Ronald Araujo: "Çox xoşbəxtəm. Barça ilə uzun müddətlik müqavilə bağlamaq imkanı oldu. Bu səbəblə təəssüratlar möhtəşəmdir. Buna nail olmaq üçün çox çalışdım. Çox, çox xoşbəxtəm. Görünən odur, işimi uğurlu görürəm ki, klub mənə güvənir. Altı ildir buradayam. Hər kəsin sevgisini qazandığımı düşünürəm. İnsanlar küçələrdə mənə 'qal! qal!' deyə səslənirdilər. Stadionlarda 'uruguayo (uruqvaylı)' demələri də insanı xoşbəxt hiss etdirirdi.

Ümid edirəm, çoxlu titul qazanmaqla mükəmməl illər keçirəcəm. Əsas olan uğurlu olmaq və peşəkar kimi özünü inkşaf etdirməkdir. Komanda üçün necə önəmli biri olduğumu anlayıram və bunun üçün var gücümlə çalışacağam. Komandanı ruhladırmaqla dəstəyimi nümayiş etdirirəm. Gənc olsa da, lakin güclü heyətimiz var.

Bizi qarşıda böyük hadisələr gözləyir. Bunlardan biri Çempionlar Liqasını qazanmaqdır. Sözsüz, bu, bizim can atdığımız ən böyük hədəfdir.Komandanı ruhladırmaqla dəstəyimi nümayiş etdirirəm. Gənc olsa da, lakin güclü heyətimiz var". [fcb] #araujo2031 #fcbazelive

FCB AZE

24 Jan, 08:28


Sevgi ❤️ Pedri

FCB AZE

24 Jan, 06:54


Luis Suarez bu gün 38 yaşını qeyd edir. Təbriklər!

- 283 oyun
- 198 qol (klub tarixinin ən çox qol vuran 3-cü futbolçusu)
- 97 assist

- 1 ÇL
- 4 La Liga
- 4 Copa del Rey
- 1 UEFA Super Kuboku
- 2 İspaniya Super Kuboku
- 1 Klublar arası Dünya Çempionatı
#legend #elpistolero #fcbazelive

FCB AZE

23 Jan, 20:16


Bu gün Araujo üçün, bəlkə də, müqaviləsini yeniləməsindən də daha vacib hadisə baş verib. Belə ki, sevgilisi onun evlilik təklifinə "hə" deyib. 😄

Xoşbəxt ol, kapitan! Azarkeşləri də xoşbəxt et! 💙❤️

FCB AZE

23 Jan, 20:16


Qarşıda bizi növbəti #ElClásico gözləyir. Qadınlar arasında İspaniya Superkubokunun finalında #ElClásico baş tutacaq. #ElClásico #SuperCopa #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

23 Jan, 20:01


#fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 19:47


O qalacaqdı, qalır, qalacaq! #fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 19:32


#fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 19:20


🔵🔴🤝

#fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 19:13


#fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 19:12


Ronald Araujo üçün Barça əfsanələrindən ibarət ideal 11-lik. #fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 18:57


#fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 18:15


🚨🚨🚨 SON DƏQİQƏ! RƏSMİ! Ronald Araujo Barça ilə müqaviləsini 30 iyun 2031-ci ilədək uzatdı. #fcbazelive #Araujo2031 #capitan

FCB AZE

23 Jan, 17:02


Barcelona bu il Raphinha ilə müqaviləni yeniləməyi planlaşdırır. [ffpolo] #fcbazelive

FCB AZE

23 Jan, 16:25


Raphinha ÇL-də həftənin ən yaxşı 11-liyinə daxil edilib. #fcbazelive

FCB AZE

23 Jan, 13:07


🔥🔥🔥 Ronald Araujo müqaviləsinin yenilənməsi üçün klub ofisinə gəlib. #fcbazelive

FCB AZE

13 Jan, 07:51


Cubarsi’nin atası 😃 #fcbazelive

FCB AZE

13 Jan, 07:37


Made in La Masia ❤️💙 #fcbazelive

FCB AZE

13 Jan, 07:34


Toni Fernández (16 yaş, 6 ay) İspaniya Superkubokunun ən gənc qalibi oldu. #fcbazelive

FCB AZE

13 Jan, 05:20


Raphinha: "Fərdi olaraq necə çıxış etməyim məni narahat etmir. Burada komandaya yardım etmək üçün varam. Yeni ilin əvvəlində uğur qazanmaq vacib idi. Bizi qarşıda hələ çox oyunlar gözləyir. Komandamla fəxr edirəm. Real Madrid'in hansı səviyyəyə malik olduğunu bilirik. Bunu anlayıb çox çalışdıq və qələbəyə inandıq". #fcbazelive

FCB AZE

13 Jan, 02:02


Matçın icmalı: http://youtu.be/MFb7LCqm6FE

FCB AZE

12 Jan, 23:28


Barcelona Gil Manzano’nun baş hakimliyi altında ilk El Clasico’sunu qazandı, bu Superkubokun özündən daha böyük nailiyyətdir. 🙂 #fcbazelive

FCB AZE

12 Jan, 22:10


Hansi Flick: "Oyunçularla, klubla, azarkeşlərlə çox qürur duyuram. Fantastik oyun idi. Madrid’in ilk qoluna çox yaxşı reaksiya göstərdik və sonra çox yaxşı davam etdik.

Geriyə baxmaq istəmirəm. Bu gün yaxşı gündür, çünki biz bu mövsüm ikinci dəfə dünyanın ən yaxşı komandalarından birini məğlub etdik və titul qazandıq.

Szczesny meydandan qovulanda heç də asan olmadı. Ən qürur duyduğum şey isə necə müdafiə olunmağımızdır, çox şeydən çox razıyam, amma xüsusilə də bu.

Hər oyundan dərs almalıyıq. Hələ daha yaxşı işlər görə bilərik, gənc komandamız var. Bəzi həftələr yaxşı oynamırıq, liqada vəziyyət yaxşı deyil, amma paltardəyişmə otağında bu mövzularda danışırıq”. #fcbazelive

FCB AZE

12 Jan, 22:02


💙❤️ #fcbazelive

FCB AZE

01 Jan, 11:13


Barça'nın yanvar təqvimi. #fcbazelive

FCB AZE

01 Jan, 01:26


Yeni iliniz mübarək, əziz FCB AZE ailəsi! ❤️💙 #fcbazelive

FCB AZE

01 Jan, 00:38


Qeydiyyatdan keçirilməyəcəkləri təqdirdə ⤵️

- Dani Olmo: azad agent olur və istənilən kluba keçməsi imkanı yaranır. Lakin eyni zamanda 2030-cü ilə qədər Barça razılaşmaya uyğun onun məvacibini ödəməkdə davam edəcək.

- Pau Victor: Barça'nın oyunçusu olmaqda davam edəcək, lakin icarə əsasında altı aylıq digər kluba keçmək zəruriyyəti yaranacaq.

Əlavə olaraq qeyd edək ki, sırf bu məsələdə La Liqa'nın razılığı olmadan İspaniya Futbol Federasiyası heçnəyi təsdiqləyə bilməz. #fcbazelive

FCB AZE

01 Jan, 00:38


🚨🚨 La Liqa'dan rəsmi bəyanat:

"Yanvar ayının 2-dən etibarən oyunçuların qeydiyyatdan keçirilməsi üçün Barça tərəfdən La Liqa'nın maliyyə normativlərinə uyğun heç bir alternativ təqdim edilməyib". #fcbazelive

FCB AZE

31 Dec, 19:36


KLUBUN RƏSMİ BƏYANATI:

Barcelona klubu Daniel Olmo və Pau Victor’a yeni lisenziya almaq üçün İspaniya Futbol Federasiyasına (RFEF) müraciət etdiyini bildirir.

Əlavə olaraq da, Klub tələb olunan qeydiyyat üçün hər hansısa möhlət tələb etdiyini və ya aldığı barədə şayiələri rədd edir. #fcbazelive

FCB AZE

31 Dec, 18:38


🚨🚨🚨 La Liga Barcelona’ya Dani Olmo’nu qeydiyyatdan keçirmək üçün 3 günlük möhlət verib. [ffpolo] #fcbazelive

FCB AZE

31 Dec, 15:51


🚨🚨🚨 Andy Bara (Olmo’nun agenti) : “Dani’nin verdiyi qərar Barça’da oynamaq istədiyi üçün Barselonada qalmaqdır. Başqa variantı nəzərdən keçirmirik. O, Barcelona’da oynamaq istəyir”. #fcbazelive

FCB AZE

31 Dec, 14:30


Jorge Mendes: "Barça ilə müqaviləni yeniləməzdən əvvəl Avropanın ən böyük klubları Alejandro Balde’ni transfer etmək istəyirdilər. Barça əhəmiyyətli təkliflər almasına baxmayaraq onu satmamaqla düzgün qərar verdi.

Buna şübhəm yoxdur ki, Alejandro Balde öz mövqeyində ən yaxşı oyunçu olacaq.

Ansu Fati icarəyə gedəcək? Bu sual Barcelona üçündür, lakin onun Barça’da oynayacaq səviyyəsi var.

Ona güvənmək və fiziki problemlərini həll etmək lazımdır. O, 100% olduqda, Barça’nın ona ehtiyacı olacaq. Ansu unikal oyunçudur”. #fcbazelive

FCB AZE

31 Dec, 12:11


Azarkeşlərdən birinin pankartı:

“Szcsesny, əlcəklərini mənə ver, sənə siqaret alacam”. 🙂 #fcbazelive

FCB AZE

31 Dec, 07:16


Agent Jorge Mendes: "İki il əvvəl Ansu Fati zirvədə idi. Zədələrlə bağlı bəxti gətirmədi, amma əminəm ki, bütün bu çətinliklərin öhdəsindən gələcək, çünki o, inanılmaz oyunçudur. O, öz səviyyəsinə qayıdacaq və Barça azarkeşlərinin qəlbini fəth etməyə davam edəcək.

Mümkün icarəyə gəlincə, bu, Barça üçün bir sualdır. Onlar öz planlarını və məşqçinin nə düşündüyünü bilirlər. Futbolda hər şey beş dəqiqəyə dəyişə bilər. Ansu Barça'da oynamaq üçün keyfiyyət və təsiredici səviyyəyə malik olduğunu göstərib.

Fati'nin ehtiyacı olan şey özünə inam və fiziki problemlərini həll etməkdir. O, 100 % olduqda, Barça ona lazım olacaq. O, tam formada olanda fərq yaradacaq unikal oyunçudur". #fcbazelive

FCB AZE

31 Dec, 07:00


🚨🚨 Dani Olmo'nun qeydiyyatı artıq La Liga'nın əlindədir. Barcelona Dani OlmoPau Víctor'un qeydiyyata alınması ilə bağlı bütün sənədləri artıq La Liga'ya təqdim edib. [MD] #fcbazelive

FCB AZE

31 Dec, 05:47


2024-cü ilin son məşq sessiyası. #fcbazelive

FCB AZE

31 Dec, 05:18


🟦🟥 2024-cü ili Barcelona üçün necə qiymətləndirirsiniz? #fcbazelive

FCB AZE

29 Dec, 12:15


🚨🚨 Andreas Christensen növbəti həftə tibbi icazə ala və hətta Lamine Yamal'dən əvvəl də hazır ola bilər. Ferran Torres kubok oyunlarına qatılmayacaq. Onun Superkubokda iştirakı naməlum olaraq qalır. [Javi Miguel; AS] #fcbazelive

FCB AZE

29 Dec, 12:10


🚨🚨 Lamine Yamal bu gün Ciutat Esportiva'da testlərdən keçib və həkimlər onun topuğunun artıq tam stabil olduğunu təsdiqləyiblər. Hücumçu tezliklə məşqləri bərpa etməyə hazırlaşır və Athletic Bilbao'ya qarşı İspaniya Super Kubokunda yarımfinal oyununa hazır olacaq. [Javi Miguel; AS] #fcbazelive

FCB AZE

29 Dec, 11:35


🚨🚨 Komandanın zədəli futbolçuları da məşqdə iştirak edirlər. #fcbazelive

FCB AZE

29 Dec, 11:32


Azarkeşlərə açıq keçirilən məşq sessiyası: http://youtu.be/3Xo593I5unY

FCB AZE

29 Dec, 07:19


Transfermarkt'a görə, Barcelona futbolçularının bazar dəyərində dəyişikliklər (27.12.2024). #fcbazelive

FCB AZE

29 Dec, 06:20


Jorge Mendes : “Lamine Yamal tezliklə Barcelona ilə müqaviləsini uzadacaq. Buna heç bir şübhə yoxdur”. [skysports] #fcbazelive

FCB AZE

29 Dec, 06:10


Gələn mövsüm üçün təxmin edilən qapıçı formaları. [memorabilia1899] #fcbazelive

FCB AZE

29 Dec, 06:09


Frenkie de Jong’un Barça ilə müqavilə yeniləməsi getdikcə çətinləşir. Klub artıq onu əsas oyunçu hesab etmir və düşünür ki, komandada ondan daha yaxşı bir neçə yarımmüdafiəçi var. Qarşıdakı aylarda performansını kəskin şəkildə yaxşılaşdırmasa, onun satışı qaçınılmaz olacaq. Əgər Barça onu satmaq qərarına gəlsə və o, ayrılmaqdan imtina edərsə, bu, onun üçün oyun vaxtının az olması və ya heç olmaması ilə nəticələnə və potensial olaraq 2026-cı il Dünya Kubokuna hazırlığına təsir edə bilər. [ffpolo] #fcbazelive

FCB AZE

29 Dec, 06:03


Lamine Yamal’ın Athletic Bilbao’ya qarşı İspaniya Superkubokunun yarımfinal oyununa hazır olacağı gözlənilir. [ferrancorreas] #fcbazelive

FCB AZE

29 Dec, 05:39


Lamine Yamal və Neymar.

FCB AZE

29 Dec, 05:35


17 yaş.

FCB AZE

28 Dec, 20:37


🚨 Barça'nın Dani Olmo'nu 2025-ci il yanvar ayının 1-dən La Liqa'da qeydiyyatdan keçirmək üçün etdiyi cəhdlərində irəliləyiş var. Bunun həyata keçməsi üçün prezident Laporta Dubaya səfər edib. BƏƏ səfərində o, Spotify Camp Nou'nun VİP yerlərinin bir hissəsini 100 milyon avro qarşılığında satılması ilə bağlı razılaşma əldə edib. Buradan əldə olunacaq gəlir Olmo'dan savayı, Pau Victor'u da qeydiyyatdan keçirməyə imkan yaradacaq. İndi geriyə qalan tərəflərin yekun sənədlərə imza atmasıdır. [md, marca, relevo]

*qeyd edək ki, dünən çıxan xəbərlərə əsasən Barselona Kommersiya Məhkəməsi klubun Dani Olmo'nu qeydiyyatdan keçirmək ilə bağlı müraciətini rədd etmişdi. #fcbazelive

FCB AZE

25 Dec, 12:14


FCB AZE olaraq Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən insanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirik!

FCB AZE

24 Dec, 12:32


RƏSMİ: Ferran Torres şənbə günkü oyunu əzələ ağrıları ilə yekunlaşdırıb. Problem hələ də aradan qalxmadığı üçün futbolçu meydanlardan bir müddət uzaq qalacaq. #fcbazelive

FCB AZE

24 Dec, 07:02


Pablo Torre mövsümün sonunadək Barçada qalmaq niyyətindədir. O, mövsümün uzun olduğunu bilir və tətildən sonra başlayacaq Kral Kuboku ilə daha çox fürsət əldə edəcəyinə ümid edir. Klub ona getməyi təklif etsə və ya cəlbedici bir təklif göndərilsə, işlər dəyişə bilər. Yarımmüdafiəçi qarşıdakı milli yarışları üçün İspaniyanın heyətində yer almağı hədəfləyir. Futbolçu buna nail olmaq üçün daha çox dəqiqə oynamaq və yüksək səviyyədə çıxış etmək lazım olduğunu bilir. [Roger Torelló; MD] #fcbazelive

FCB AZE

24 Dec, 05:01


Marc Cule'lərə deyir ki, hər şey yaxşı olacaq!

FCB AZE

24 Dec, 04:14


💪💪💪

FCB AZE

23 Dec, 19:41


Pau Cubarsí üçün TOP-11.

FCB AZE

23 Dec, 19:14


Komandanın soyunub-geyinmə otağında İspaniya Superkuboku prioritet məqsəd kimi qarşıya qoyulub. Yaşlı oyunçulardan biri komanda yoldaşlarına açıq şəkildə deyib: “Biz yaxşı dincəlib heç nə olmamış kimi ili sıfırdan başlamağa hazırlaşmalıyıq. Mövsümün ilk kubokunu qazanmaq fürsətimiz var, bunu baş məşqçiyə borcluyuq və reallaşdırmalıyıq". [Javi Miguel; AS] #fcbazelive

FCB AZE

23 Dec, 19:05


👊💪 Marc Bernal reabilitasiya prosesini davam etdirir. #fcbazelive

FCB AZE

23 Dec, 07:59


Pablo Torre Barcelona'ın son 5 oyununda meydana çıxmayıb. Onun meydandan "yoxa çıxması" klubdakı gələcəyi ilə bağlı şübhələri artırır. [German Bona; Sport] #fcbazelive

FCB AZE

23 Dec, 07:56


Barcelona'nın sabiq prezidenti Josep Bartomeu ötən il olduğu kimi Barbastro və Barça arasında baş tutacaq Kral Kuboku matçına qatılmağa hazırlaşır. [Alfredo Martínez; MD] #fcbazelive

FCB AZE

23 Dec, 07:27


Ansu Fati klubdan Milad tətilində əlavə məşq etməyə icazə verməsini xahiş edib. Klub onun xahişini qəbul edib və bu müddət ərzində onunla işləmək üçün peşəkarlardan ibarət komanda (məşqçilər, fizioterapevtlər həkimlər) təyin edib. [Fernando Polo; MD] #fcbazelive

FCB AZE

23 Dec, 07:25


Gavi Atletico ilə oyunda Robert Lewandowski'ni danlamaqdan çəkinmədi. Birinci hissənin 35-45-ci dəqiqələrində Lewandowski'nin pressinq etməməsi səbəbindən Lengletin topla irəliləməsinə şərait yarandı, o, praktiki olaraq əlavə yarımmüdafiəçi kimi çıxış etdi.

Bunu görən Gavi əllərini qaldırıb uzaqdan qışqıraraq Lengletə daha aqressiv pressinq etməsi tələbi ilə polşalı hücumçunu çağırmaqdan çəkinmədi. Bu vəziyyət bir neçə dəfə baş verib və Gavi bundan məyus olub.

Birinci hissədən sonra Gavi narahatlığını ifadə etmək üçün Lewandowski'yə yaxınlaşdı. Onların danışığı cəmi 10-15 saniyə çəkdi. Söhbətdən sonra da Gavi bu barədə düşünməyə davam etdi və Pedri ilə danışdı. [Toni Juanmartí; Sport] #fcbazelive

FCB AZE

22 Dec, 20:24


Neymar'ın atası: "2017-ci ildəki rəhbərlik Neymar'dan vakant, yəni Messi'nin yerini tutmasını, komandanın aparıcı oyunçusu, ulduzu olmasını istəyirdi. Məhz, bu, Neymar'ın xoşuna gəlməmişdi. Mən də onun getməsini istəmirdim, son günə qədər hər şeyi etdik, amma o, sanki, "bütün bunlar mənə lazım deyil, mən öz küncümə çəkilirəm", deyərək klubdan getməyi seçdi". #fcbazelive

FCB AZE

22 Dec, 17:24


18 turdan sonra La Liga'da turnir cədvəli. Barcelona 1 oyun artıq keçirib. Komanda maksimum 57 xaldan 38-ni (12 qələbə, 5 məğlubiyyət (Osasuna, Real Sociedad, Las Palmas, Leganés, Atlético Madrid), 2 bərabərlik (Celta de Vigo, Betis)) toplayaraq üçüncüdir. #Barcelona #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

22 Dec, 17:00


Unai Hernández! Barça Atlètic 2-1 Bilbao Athletic!

FCB AZE

22 Dec, 15:56


Aleix Garrido! Barça Atlètic 1-0 Bilbao Athletic!

FCB AZE

22 Dec, 07:29


Raphinha: "Bərabərlik qolundan əvvəl fürsəti əldən verdim və rəqibin qələbə qolunda topu uzaqlaşdıra bilmədim. Məsuliyyəti öz üzərimə götürürəm". #fcbazelive

FCB AZE

22 Dec, 07:17


Pedri klassikası.

FCB AZE

22 Dec, 07:14


Barcelona TW: "Biz ayağa qalxacağıq. Mövsümün yarısı hələ qarşıdadır". #fcbazelive

FCB AZE

22 Dec, 07:09


Hansi Flick: "Biz möhtəşəm oyun oynadıq. Oyunçularımla çox fəxr edirəm. Nəticəyə görə isə çox məyus oldum. Atletico Madrid şansını gözlədi və bu onlar üçün kifayət idi. Amma bizim üçün bu fərqlidir… Lakin oyundan məmnunam.

Bu gün komandamda görmək istədiyim oyun tərzidir. Nəticələr gələcək.

Biz daha güclü qayıdacağıq.

Çoxlu şanslarımız oldu və nəticə fərqli olmalı idi.

Ola bilsin ki, bu fasilə tam da yerinə düşdü.

Onların bu axşam oynadıqları oyundan şikayət edəcəyim heç nə yoxdur. Biz futboldan danışırıq və ən çox qol vuran komanda həmişə qalib gəlir. Biz bunu bacarmadıq və işləri yaxşılaşdırmalıyıq, çünki evdə ardıcıl 9 xal itirmək normal deyil.

İcazə verin Pedri üçün bir neçə söz deyim. O, super peşəkardır. Çox məşq edir, çox qayğı göstərir. Onun oynama tərzi inanılmaz idi. Mən onu belə görmək istəyirəm. O, digər oyunçulara da möhtəşəm rəhbərlik edir”. #fcbazelive

FCB AZE

04 Dec, 09:20


http://iticket.az/events/other/legendary-lionel-messi-and-his-teammates-are-coming-to-baku/136656

FCB AZE

04 Dec, 09:19


Tarixi hadisə!

Biletlərinizi almağı unutmayın!!!

FCB AZE

04 Dec, 06:03


Gözəgörünməz qəhrəmanlar 🫀

FCB AZE

04 Dec, 05:55


Ailə 💙❤️

FCB AZE

04 Dec, 05:18


🔥 FIFA həvəskarlarının nəzərinə:
#fcbazelive

FCB AZE

04 Dec, 05:12


Hansi Flik: "Bu oyunda qalib gəlmək çox vacib idi. İlk hissədə çoxlu şanslarımız oldu, amma ikinci hissədə daha yaxşı idik. Etməli olduğumuz işləri etdik, qollar vurduq, şanslar yaratdıq. Əladır.

Kaş ki, sarı vərəqə almasaydıq.

Lamine bizim üçün həmişə vacibdir. O, komandamız üçün fərq yaradır. Bir-iki qol vura bilərdi, amma əla iş gördü. Ona ehtiyacımız var.

Bir müddət yoxluqdan sonra qayıdan oyunçularımız var və onlar heç də həmişə 100% ilə qayıtmırlar, amma bu gün Ferran, Gavi və Frenki yaxşı formada idi. Eric də qayıtdı və artıq mənim daha çox seçim variantım var.

Cubarsi’nin 17 yaşı var, amma veteran oyunçu kimi çıxış edir. Yarımmüdafiədə Pedri Raphinha kimi yüksək səviyyəlidir.

Lewy’nin ehtiyatda olmasını istəməzdim, amma onun istirahət etməsinin yaxşı bir fikir olacağını hiss edirdim. Raphinha’nın da dincəlməsi haqqında fikirləşirdim, amma o çox yaxşı formadadır, bunu özünüz gördüz.

Gərgin oyun olacağını bilirdik, amma nə etmək istədiyimiz aydın idi. Bu fantastik idi. Bir az hissləri geri qaytarmaq vacib idi.

Mən heç vaxt penaltilərə baxmıram. Bu artıq vərdişdir.

Rəqibi nə qədər ofsaydda yaxalamaq məni maraqlandırmır, mənim üçün geri qaçmaq daha vacibdir”. #fcbazelive

FCB AZE

04 Dec, 04:55


❤️ "Emblemi öpmək hisslərimi göstərmək üsuludur. Mən bu klubu sevirəm". #MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:38


15 turdan sonra La Liga'da turnir cədvəli. Barcelona maksimum 45 xaldan 34-nü (11 qələbə, 3 məğlubiyyət (Osasuna, Real Sociedad, Las Palmas), 1 bərabərlik (Celta de Vigo)) toplayaraq vahid liderdir. #Barcelona #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:38


🟥🟥🟥🟥🟥 MATÇIN İCMALI!!!

Mallorca 1-5 Barcelona!

La Liga, 19-cu tur.

#MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:35


LA MANITA 👑

FCB AZE

04 Dec, 04:33


Gavi azarkeşlərin könlünü şad edir 😍 #MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:32


🎙️| Pau Víctor: "Dünyanın ən yaxşı hücumçusu ilə rəqabət aparanda dəqiqələr əldə etmək çətin olur. Mən hər gün Lewandowski'dən çox şey öyrənməyə çalışıram".

FCB AZE

04 Dec, 04:30


🫂 #MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:29


Sevgi 💚 #MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 04:28


Raphinha Yamal'a penaltini yerini yetirməyi təklif etsə də, lakin Lamine onun özünün vurmasını istəyib. #MallorcaBarça #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

04 Dec, 02:26


- Günün sitatı 🙂

#fcbazelive

FCB AZE

16 Nov, 17:56


📊 | Iñigo Martínez bu mövsüm La Liga’da (30+ mübarizə) ikili duellərdə ən yaxşı qalibiyyət nisbətinə (70,6%) sahibdir. [whoscored] #fcbazelive

FCB AZE

16 Nov, 12:55


🚨🚨 Joan Laporta COP29-da iştirak üçün Bakıdadır. #fcbazelive

FCB AZE

16 Nov, 11:59


💪 Eric García bərpa prosesini davam etdirir.

FCB AZE

16 Nov, 07:24


Danimarka-İspaniya oyununda Dani Olmo'nun assisti.

FCB AZE

16 Nov, 07:09


Debutante 🌟❇️

FCB AZE

16 Nov, 06:52


Marc Casado uğurlu mövsümünü davam etdirir!

Bu dəfə 21 yaşlı oyunçu İspaniya millisində Danimarkaya qarşı oyunda debüt etdi.

Tam layiqli! Təbriklər! 👏
#fcbazelive

FCB AZE

16 Nov, 04:46


21 il əvvəl bu gün Leo Messi Barcelona ilə ilk oyununa çıxdı.

Daha sonra futbol dünyası dəyişdi... #king #GOAT #fcbazelive

FCB AZE

15 Nov, 20:55


Espanyol'a qarşı oyunda Hector Fort'un oynamasının səbəbi rotasiya deyil, Kounde'nin oyundan öncə məşqçilər heyətinin texniki məzmunlu danışıqlarına bir dəqiqə gecikməsi olub. Qeyd edək ki, bu mövsüm Kounde artıq üçüncü dəfədir ki, cəzalanır. Bundan əvvəl o, mövsüm öncəsi hazırlıq oyununa dörd dəqiqə və Alaves'ə qarşı oyundan öncəki toplantıya bir dəqiqə gecikdiyi üçün cəzalanıb və heyətdən kənar qalıb. Flik düşünür ki, gecikmək məşqçilərə və digər komanda yoldaşlarına hörmətsizlikdir. [javi miguel] #fcbazelive

FCB AZE

15 Nov, 11:09


💪 Ronald Araujo bərpa prosesini davam etdirir.

FCB AZE

15 Nov, 08:57


🤕🗣️ Pau Cubarsí: "Komanda yoldaşlarım zarafat edirlər ki, mən McDonald's işçisiyəm, çünki maskam onların qulaqlıqlarına bənzəyir". 🔵🔴🇪🇸 #fcbazelive

FCB AZE

15 Nov, 06:12


🚨🚨🚨 Joan Laportanın Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitində iştirak etmək üçün noyabrın 16-da Bakıya gələcəyi gözlənilir. 🇦🇿 #fcbazelive

FCB AZE

15 Nov, 04:38


🚨🔜 Ibrahim Diarra (12.12.2006) Barcelona'ya keçəcək və klub tərəfindən onun üçün nəzərdə tutulmuş xüsusi planla əvəzedici komanda ilə məşqlərə başlayacaq. Ondan gözləntilər çox böyükdür. 🇲🇱 [Sport]

Qeyd edək ki, dekabrda 18 yaşı olacaq sağ cinah hücumçusunun 01.01.2025-ci ildə Barça'ya keçidi gözlənilir. #fcbazelive

FCB AZE

15 Nov, 04:23


Tarix təkrarlanmır, yenidən yazılır.

FCB AZE

14 Nov, 06:40


Yüz ölç, bir biç.

FCB AZE

14 Nov, 05:45


Levanın zədəsindən sonra bütün diqqətlərin üzərində olduğu şəxs 👁️

FCB AZE

14 Nov, 05:37


🚨🗣️ Pablo Torre: “İnsanlar Hansi Flick'i çox ciddi, qorxulu şəxs kimi görürdər. Lakin o, tam əksidir: Hər kəslə - çox oynayanlar, oynamayanlarla çox qayğıkeş davranır. Onunla münasibətim çox yaxşıdır, hamımızı hazır saxlamaq istəyir. Çempionlar Liqasında Srvena Zvezda ilə oyundan sonra yanıma gəldi. Dedi ki, məni oyuna daxil etmək istəyib, lakin Cubarsi'nin üzündəki zədəyə görə planları dəyişib. Fitnes məşqçisi mənə iki dəqiqəyə oyuna çıxacağımı söyləmişdi, lakin məlum səbəbdən oynaya bilmədim. Flick'ə komandanın vacibliyini, bunun onun günahı olmadığını və onunla hər şeyin qaydasında getdiyini söylədim. #fcbazelive 🔵🔴🇪🇸

FCB AZE

14 Nov, 04:34


🚨🗣️ Marc Casadó Lamine Yamal haqqında: Onunla Gənclər Liqasında oynamışam, artıq o vaxtlar xüsusi şeylər görürdüm. Mənim 18 yaşım var idi, Lamine bizimlə U-14 kimi çıxış edirdi. #fcbazelive 🔵🔴🇪🇸

FCB AZE

14 Nov, 04:26


🚨🗣️ Deco: Vitor Roque 60 yox, 30 milyon avroya başa gəldi, çünki o bizimlə titul qazanmadığı və ya oyunların müəyyən bir faizində iştirak etmədiyi üçün heç bir bonus ödənilməyib.

Vitor Roque ona görə yanvarda gəldi ki, Xavi Gavi'nin zədəsindən sonra onun transferini istədi". #fcbazelive 🔵🔴🇧🇷

FCB AZE

14 Nov, 04:22


🚨🗣️ Marc Casadó: "Sergio Busquets mənim mövqeyimdə ən böyük ilham mənbəyimdir. Onun etdiyi işləri etməyə çalışıram. O, tarixin ən yaxşı pivotudur. Ümid edirəm ki, onun karyerasının yarısına sahib ola bilərəm". #fcbazelive 🔵🔴🇪🇸

FCB AZE

13 Nov, 17:19


Deco: “Düşünürəm ki, təkcə bu oyuna görə yox, ümumiyyətlə VAR hələ də həll etməli olduğu problemləri həll etməyib. Texnologiya yenə də insan qərarından kənara çıxa bilməyib. Biz hələ də Anoetadakı kimi mübahisəli epizodlarla qarşılaşırıq, bu düzgün deyil.

Ancaq bir sual var: Nə oldu? Əgər səhv varsa, haradadır? Əgər yoxdursa, yaxşı, bizə izah edin, çünki biz yarı avtomatik vasitələrin necə olduğunu, VAR’ın nəyə təsirinin olub, nəyə olmadığını və ya hakimin həqiqətən heç nə edə bilməyəcəyini bilə bilmirik. Bu cür məlumatlardan
uzağıq.

Biz bu oyunda baş verənləri düzəltmək niyyətində deyilik, sadəcə vəziyyəti anlamaq üçün izahat istəyirik. Həqiqət budur ki, ortada sayılmayan qol var və bunun səhv edildiyini hər kəs deyir.

Əgər bu, nəticədə işləməyən yarı avtomatik sistemlə bağlı problemdirsə, o zaman digər sistemə qayıtmalıyıq. Məsul olanların bizə bir izahat borcu var. Bunun üzərində dayanmayacağıq, amma izahat lazımdır.

Lamine’nin keçən mövsüm Real Madrid’ə vurduğu qol? Düşünürəm ki, şikayət etməkdənsə, futbolu hamı üçün aydınlaşdırmağa diqqət yetirməliyik, biz hər şeyi anlamaq istərdik. Fikrimcə, bu həm futbol, həm La Liga, həm də digər klublar üçün oxşar vəziyyətlərin qarşısını almağa görə yaxşı olardı”. #fcbazelive

FCB AZE

13 Nov, 16:53


Deco: “Məncə, Lamine ilə Leo müqayisəsi Lamine üçün problem deyil, onun üçün qürur mənbəyidir. O, yaxşı böyüyür və mən bunun problem olduğunu görmürəm.

Araújo'nun yenilənməsi? Düşünürəm ki, Araújo növbəti bir neçə il Barça’nın bir hissəsi olmaq istəyir. Biz bunun üzərində işləyirik, lakin oyunçuların fikirlərinin bizimkinə uyğun olması vacibdir. Nə istədiyimizi bilirik, amma bu, həmişə oyunçulardan asılıdır.

Pedri ilə müqavilə yenilənməsi tezliklə baş tutacaq. O, Barça’da uğur qazanmaq və tarix yazmaq istəyir. Bu mövsüm vacib titullar qazanmağa diqqət yetirmişik.

Gavi Barça olan hər şeyi təcəssüm etdirir. O, xüsusi oyunçudur. Onun cəmi 20 yaşı var, amma 26 və ya 27 yaşındadır.

Pedri kimi onun da Barça’da davam etmək istədiyini düşünürəm. Onu daha uzun illər burada görmək istəyirəm. Bir oyunçu burada qalmaq istəsə, bu baş verəcək.

Biz bütün titullar üçün mübarizə aparacaq, qalib gələcək bir Barça qururuq və yenə eyni şeyi deyirəm – bu gün oyunçu olsaydım, bu layihənin bir hissəsi olmaq istərdim”. #fcbazelive

FCB AZE

13 Nov, 12:36


RƏSMİ: Ansu Fati çərşənbə günü səhər məşq zamanı sağ bud nahiyəsindən zədə alıb. O, təxminən dörd həftə yaşıl meydanlardan kənarda qalacaq. #fcbazelive

FCB AZE

13 Nov, 06:55


Cu 🫶

FCB AZE

13 Nov, 06:07


Pedri Instagram hesabındakı paylaşımı ilə nə demək istəyib? 🤔

FCB AZE

13 Nov, 05:04


😍🌟

FCB AZE

13 Nov, 05:01


🎂 Fransa millisinin düşərgəsində Jules Koundénin doğum günü qeyd edilib. #fcbazelive

FCB AZE

13 Nov, 04:59


Pierre-Emerick Aubameyang: “Futbolçu kimi karyeramın bir mərhələsini seçməli olsaydım, Barça'da çıxış etdiyim vaxtı seçərdim. Həmişə xatırlamaq istədiyim bir çox məqamlar var, amma mən hər şeydən əvvəl cule'lərin sevgisi gəlir”. #fcbazelive

FCB AZE

12 Nov, 10:10


🏆🔵🔴 RƏSMİ! Dekabrın 15-də Tokioda Barcelona və Real Madrid əfsanələri arasında yoldaşlıq matçı keçiriləcək. Andrés Iniesta, Xavi Hernández, Javier MascheranoRafael Márquez karyeralarını bitirdikdən sonra ilk dəfə bu formatda matçda oynayacaqlar. #fcbazelive

FCB AZE

12 Nov, 10:02


Hansi Flick Toni Fernández'i daha çox saxta sağ cinah hücumçusu kimi görür. Proqnozlara görə, o, üç həftəyə zədəsini sağaldacaq. Flick tam uyğunlaşdıqdan sonra onu istirahət etməli olduqda Lamine Yamal'a alternativ hesab edə bilər. [Jaume Marcet, Sport] #fcbazelive

FCB AZE

12 Nov, 07:22


🪄 P E D R I 🪄

FCB AZE

12 Nov, 06:50


Sergio Busquets: "Marc Casadó bizi çox təəccübləndirdi. Artıq onun çox yaxşı olduğunu bilirdik, çünki onu məşqdən və Barça'dakı son ilindən tanıyırdım. Yüksək səviyyədə oynayır, komandanı irəli aparır və assistlər edir. O, möhtəşəmdir". [COPE] #fcbazelive

FCB AZE

12 Nov, 06:12


🎂🎉 Jules Olivier Koundé bu gün 26 yaşını qeyd edir. Təbriklər, 🐍! #fcbazelive

FCB AZE

12 Nov, 04:38


Hər şey qarşıdadır.

FCB AZE

01 Nov, 18:04


La Liga'da bu mövsüm:

⭐️Avqust
Ayın məşqçisi - Hansi Flick.
Ayın oyunçusu - Raphinha.
U23 Ayın oyunçusu - Lamine Yamal.

⭐️ Sentyabr
Ayın oyunçusu - Lamine Yamal.

⭐️ Oktyabr
Ayın məşqçisi - Hansi Flick.
Ayın oyunçusu - Lewandowski.
U23 Ayın oyunçusu - Pedri.

FCB AZE

01 Nov, 18:04


Rəsmi: Robert Lewandowski La Liga'da oktyabr ayının oyunçusu seçildi. #fcbazelive

FCB AZE

01 Nov, 16:01


#ElClásico'da yaşananların bir hissəsi 🔥🔥🧨

#DAHAARTIQ həyəcan üçün bizə qoşulun! 🔵🔴

#penyabarcelonistabaku #penyabaku #pbb #bakucules #ElClásico

FCB AZE

01 Nov, 09:00


Barça’nın noyabr təqvimi:
#fcbazelive

FCB AZE

01 Nov, 08:24


11 turdan sonra La Liga'da turnir cədvəli. Barcelona maksimum 33 xaldan 30-nu (10 qələbə, 1 məğlubiyyət (Osasuna)) toplayaraq vahid liderdir. #Barcelona #LaLiga #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

FCB AZE

01 Nov, 05:01


🔵🔴 Barçamız qələbələrini sıralamaqdan, Penya Barcelonista Baku isə birliyindən qalmır. İspaniya çempionatının növbəti turunda bizi Kataloniya derbisi gözləyir. Cule'lər bu oyunda qələbəyə inamı hamılıqla, birlikdə gücləndirəcəklər. Bazar günü bütün Barcelona azarkeşlərinin səsi Loro Lounge Baku'dan gələcək. Gəlin derbi həyəcanını birlikdə yaşayaq!

📌 Ünvan: Aşıq Molla Cümə küçəsi 46.
📅 Tarix: 3 noyabr, 19:15

‼️ Sloqanımız yenə də eynidir: Hər şey #Cule üçün! Rezervasiya YOXDUR! Depozit YOXDUR! İştirakınızı təsdiqləmək üçün 070 494 60 90 nömrəsinə ad və soyadınızı yazmaq kifayətdir ki, bunları sizin adınızdan biz edək!

🙌🏻 Görüşənədək!

#penyabarcelonistabaku #penyabaku #pbb #bakucules #lorolounge #BarçaEspanyol #DerbyCatalan

FCB AZE

31 Oct, 19:00


🔵🔴 Barçamız qələbələrini sıralamaqdan, Penya Barcelonista Baku isə birliyindən qalmır. İspaniya çempionatının növbəti turunda bizi Kataloniya derbisi gözləyir. Cule'lər bu oyunda qələbəyə inamı hamılıqla, birlikdə gücləndirəcəklər. Bazar günü bütün Barcelona azarkeşlərinin səsi Loro Lounge Baku'dan gələcək. Gəlin derbi həyəcanını birlikdə yaşayaq!

📌 Ünvan: Aşıq Molla Cümə küçəsi 46.
📅 Tarix: 3 noyabr, 19:15

‼️ Sloqanımız yenə də eynidir: Hər şey #Cule üçün! Rezervasiya YOXDUR! Depozit YOXDUR! İştirakınızı təsdiqləmək üçün 070 494 60 90 nömrəsinə ad və soyadınızı yazmaq kifayətdir ki, bunları sizin adınızdan biz edək!

🙌🏻 Görüşənədək!

#penyabarcelonistabaku #penyabaku #pbb #bakucules #lorolounge #BarçaEspanyol #DerbyCatalan

FCB AZE

31 Oct, 18:17


RƏSMİ: Fermin Lopez klubla müqaviləsini 2029-cu ilədək uzatdı! #fcbazelive

FCB AZE

31 Oct, 07:51


Cαʂαԃó💙❤️

FCB AZE

31 Oct, 07:01


http://instagram.com/p/DBwYf2xsP0i

#ElClásico'da yaşananların bir hissəsi 🔥🔥🧨

#DAHAARTIQ həyəcan üçün bizə qoşulun! 🔵🔴

#penyabarcelonistabaku #penyabaku #pbb #bakucules #ElClásico

FCB AZE

31 Oct, 06:11


🎂🎉 Anssumane Fati Vieira bu gün 22 yaşını qeyd edir. Təbriklər, ANSU! #fcbazelive

FCB AZE

31 Oct, 06:00


🚨📝 Barcelona artıq Raphinha ilə müqaviləni yeniləməyi düşünür. [Toni Juanmartí] #fcbazelive

FCB AZE

31 Oct, 05:29


Şəkillərə baxanda offsayda düşürsən 😔😔

FCB AZE

31 Oct, 05:23


- Orada sənin adın yazılıb, Aitana?

Hə, Lamine, vaxt gələcək sənin də adın yazılacaq 🏆

FCB AZE

31 Oct, 05:13


Günün qalibləri! 🎩

FCB AZE

31 Oct, 05:06


Frenkie və Casado'nun olduğu bir yarımmüdafiə düşünün

FCB AZE

30 Oct, 19:14


Fırtına öncəsi səssizlik 🔥🔥🔥

FCB AZE

30 Oct, 02:12


RƏSMİ: Pedri La Liga’da oktyabr ayının ən yaxşı gənc oyunçusu seçildi. Təbriklər! #fcbazelive

FCB AZE

29 Oct, 20:27


-Cubarsí! Gələn il sən qazanacaqsan!🙂

FCB AZE

29 Oct, 18:13


İkonik 😍 #fcbazelive

FCB AZE

29 Oct, 18:03


Barcelona Ansu Fati'nin agenti Mendes'ə bildirib ki, iyuna qədər qalmağı seçəcəksə, məşqçinin planlarına daxil olmadığı üçün az oyun vaxtı alacaq. Klub yanvarda Fati'nin keçidini asanlaşdırmaq üçün də əlindən gələni edəcək. [sport] #fcbazelive

FCB AZE

29 Oct, 18:02


Bəzi şeylər heç vaxt dəyişmir.

2010 - 2024 #ballondor

FCB AZE

29 Oct, 17:59


"Xavi, Iniesta da 'Qızıl Top'u qazanmağa layiq idilər, amma bilmədilər, çünki onlarla eyni dövrdə Messi kimi "vəhşi" var idi. Cristiano'dan başqa heç kim ona çata bilməzdi. Çünki Cristiano da vəhşidir, amma vəhşinin atası da Messi'dir".

- Pep Guardiola Qızı Top haqda.

#pep #GrandePep #fcbazelive

FCB AZE

29 Oct, 17:03


2002-ci ilin bu günü, Andrés Iniesta Barcelona'nın heyətində ilk oyununa çıxdı. #maestro #fcbazelive

FCB AZE

29 Oct, 09:34


Natalie Portman bəzi şeyləri gizlədə bilmir 😀

FCB AZE

29 Oct, 07:51


Barcelona 5-0 Young Boys
Alavés 0-3 Barcelona
Barcelona 5-1 Sevilla
Barcelona 4-1 Bayern Münich
Real Madrid 0-4 Barcelona

🙂🙂🙂🙂🙂

FCB AZE

29 Oct, 04:37


UEFA Champions League IG:

FCB AZE

29 Oct, 01:40


#OFFTOP Rodri (Ballon d'Or çıxışından): "Buradan, həmçinin, millidən olan komanda yoldaşım Lamine Yamal`a müraciət edirəm. Heç şübhə etmirəm ki, Lamine tezliklə bu mükafatı qazanacaq. Çalışmağa, öz üzərində işləməyə davam et və tezliklə sən da bu podiumda olacaqsan.

Düşünürəm ki, bu mükafat tək mənim qələbəm deyil. Həmçinin, bu mükafata layiq olub, amma almayan Xavi, Iniesta, Iker, Busquets kimi oyunçuların qələbəsidir. Bu, ispan futbolunun qalibiyyətidir". #fcbazelive

FCB AZE

29 Oct, 01:40


Aitana Bonmati: "Axşamınız xeyir və bu alqşılara görə çox sağ olun. Burada olub ikinci dəfə bu mükafatı qazandığım üçün çox minnətdaram, amma, dediyim kimi, bu, tək bacaracağın bir şey deyil. Çox şanslıyam ki, mənə inkişaf etməkdə və daha yaxşı olmaqda köməklik edən ətrafımda bu qədər möhtəşəm oyunçular var.

Bütün komanda yoldaşlarıma minnətdaram, çünki onlarsız burada olmazdım. Həmçinin, klubuma, Barçaya, Joan Laporta`ya, idarə heyətinə bizim üçün etdiyi hər şey üçün çox sağ ol deyirəm.

Bundan başqa Caro`nu da təbrik edirəm. O, möhtəşəm mövsüm keçirdi. Bu və digər komanda yoldaşlarımın dəstəyi və oyunu hesabına biz hazırda bu tədbirdəyik.

Və, təbii ki, mənim yanımda olan ailəmə minnətdaram. Çətin zamanlarda birlikdə keçdik, amma bacardıq, çox sağ olun. Burada olmaq böyük qürurdur. Bir daha çox sağ olun!" #aitanabonmati #goldenball2024 #ballondor2024 #fcbazelive

FCB AZE

29 Oct, 01:40


🔵🔴 Lamine Yamal: "Axşamınız xeyir. Bu mükafatı qazanmaq böyük qürurdur. Bu mükafatı mənə layiq bilən hər kəsə və France Football`a minnətdaram. Bunu hər zaman mənə dəstək olan anama, nənəmə, komanda yoldaşlarıma və məşqilərimə həsr edirəm. Bu mükafat məni hər zaman dəstəkləyənlərədir. Visca Barça y Visca "304 məhəlləsi"! #lamineyamal #kopatrophy #fcbazelive

FCB AZE

29 Oct, 01:39


Bu da 5! 😊 #BallonDor #fcbazelive

FCB AZE

28 Oct, 21:20


🚨🚨🚨 RƏSMİ! Aitana Bonmati növbəti dəfə Qızıl topun sahibi oldu. #fcbazelive

FCB AZE

28 Oct, 21:13


🚨🚨🚨 RƏSMİ! Lamine Yamal Ballon d'Or yarışında 8-ci oldu. #fcbazelive

17 YAŞ!!!

FCB AZE

28 Oct, 20:07


🚨🚨🚨 RƏSMİ! Barça Femeni ilin qadın komandası seçildi. #fcbazelive

FCB AZE

28 Oct, 20:03


STAR!

FCB AZE

28 Oct, 19:57


🚨🚨🚨 RƏSMİ! Lamine Yamal Kopa Trophy 2024-ün qalibi oldu. #fcbazelive