Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Məlumata görə, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı və fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib.
@bakutvxeber