Ayətullah Xamenei @ayetullahxamenei Channel on Telegram

Ayətullah Xamenei

@ayetullahxamenei


Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: T.me/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei

Ayətullah Xamenei (Azerbaijani)

Ayətullah Xamenei Telegram kanalı, İran İslam Respublikasının ən yüksək dini lideri Ayətullah Seyid Əli Xameneinin bəyanatlarını Azərbaycan dilində oxumaq imkanı təqdim edir. Kanalın adını də özündə daşıyan Xamenei, İslam dünyasında hörmətli bir şəxsdir və müsəlmanların fikir və sübhələrini aydınlaşdıran, onlara ideyalarını şərh edən bəyanatlar və məqalələr paylaşır. Bu kanal vasitəsilə onun sözləri və düşüncələri Azərbaycan dilində daha geniş kitlelər tərəfindən oxunub başa düşülə bilir. Ayətullah Xamenei, incəsənətdə, siyasətdə və dini məsələlərdə mövqe bildirərək, insanlara yolu göstərən bir liderdir. Əgər siz də bu müqavimətli düşüncələri öyrənmək və özünüzü İslam dünyasında mövcud olan məsələlər barədə informasiya ilə təmin etmək istəyirsinizsə, Ayətullah Xamenei Telegram kanalına qoşulun! Kanalın Tiktok və İnstagram səhifələri ilə də əlaqələndirilə bilərsiniz.

Ayətullah Xamenei

24 Dec, 19:13


Rəhbər deyir ki, inqilab baş verəndə bir müddət yuxuda olduğumu və baş verənlərin yuxu olduğunu düşünmüşdüm. Yuxudan ayılmaq üçün müxtəlif vasitələrə əl atdım. Nəhayət anladım ki, bu gördüklərim yuxu deyil.

Ayətullah Xamenei

24 Dec, 16:48


Biz birinci sıradakı iddiaçılar idik, şəhidləri arxa sıradan seçdilər

İmam Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Dec, 19:13


İmam Xamenei: Sionist rejimə endirilən hər zərbə bəşəriyyətə xidmətdir.

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Dec, 15:37


İlahi köməyi necə görmək olar?

İmam Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Dec, 15:04


Şir qocalsa da şir olaraq qalacaq...

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Dec, 14:46


Kimin media qüdrəti çox olsa, o daha müvəffəq olacaq

İmam Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

22 Dec, 19:08


ŞƏHİDLİYİ SƏADƏT BİLƏN XALQ MƏĞLUBEDİLMƏZDİR! ☝️🌹

İMAM XOMEYNİ (r.ə) 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

22 Dec, 19:06


Onlar bilmirlər ki, İmam Hüseyn (ə) üçün ağlamaq onun qiyamını davam etdirmək və kiçik bir dəstənin də böyük bir imperiyaya qarşı dura biləcəyini saxlamaq deməkdir.

İMAM XOMEYNİ (r.ə) 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

22 Dec, 07:45


Namazı bərpa etmək təkcə bu deyil ki, saleh insanlar özləri namaz qılsınlar. Bu, ilahi hökumətin təşkil edilməsinə bağlı olan bir şey deyil. Əslində dinin bu sütunu cəmiyyətdə ucaldılmalı, hər kəs onun sirləri və işarələri ilə tanış olmalı və faydalarından bəhrələnməlidir. Mənəviyyatın parıltısı və ilahi zikrin saflığı cəmiyyətin bütün üfüqlərini aydınlaşdırmalı və gözəlləşdirməlidir. Bədənlər və ruhlar birlikdə namaza tələsməli, onun pənahında aram və güclü olmalıdırlar.

İMAM XAMENEİ 🌹
"ƏN YAXŞI NAMAZ" - kitabından 💐☝️

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

21 Dec, 18:04


Əgər bir millət təhlil gücünü itirərsə, aldanacaq və məğlub olacaq. İmam Həsənin səhabələri təhlil gücünə sahib deyildilər; hadisənin nə olduğunu və nə baş verdiyini anlaya bilmədilər. Əmirəlmöminin (ə) qəlbini qana döndərənlərin hamısı qərəzli deyildilər, əksəriyyəti, xəvaric kimi, təhlil gücünə sahib deyildilər.
Xəvaricin təhlil gücü zəif idi. Əmirəl-möminin (ə) buyururdu: “Bu bayrağı yalnız bəsirət və səbr əhli qaldıra bilər.” 🌺

🌷 Birinci bəsirət, zəka, uzaq görənlik, anlamaq və təhlil gücü, sonra isə səbr, müqavimət, dayanıqlılıq olmalıdır. 🌷

İMAM XAMENEİ 🌹
"SİYASİ TƏHLİL METODU" - kitabından 💐 ☝️

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

21 Dec, 08:50


Fələstin məsələsi İslam dünyasının ən mühüm məsələsidir. İslam dünyasında heç bir beynəlxalq məsələ bundan üstün deyil. Çünki Fələstin və Qüds torpaqlarını işğal edənlərin İslam ümmətinin bu hissəsinə hökmranlığı İslam dünyasında bir çox nöqsan və problemlərin mənşəyi olmuşdur.

İMAM XAMENEİ 🌹
"FƏLƏSTİN" - kitabından 💐☝️

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

21 Dec, 07:30


📚ДОРОГИЕ БРАТЬЯ И СЁСТРЫ!

Мы, наконец, завершили перевод на русский язык книги Великого лидера Исламской революции Имама Хаменеи под названием "Метод политического анализа" и представляем её вам в формате PDF.

Приятного чтения.

#Книга
#Аятолла_Хаменеи
#Метод_политического_анализа

Влюблённые в Истину

Ayətullah Xamenei

21 Dec, 05:23


Bir məsələ kollektiv şəkildə, əlbirlik və əməkdaşlıq əsasında ciddi çalışmaqdır. Uşaqları, həmçinin gəncləri əvvəldən böyük üfüqlərə boylanmağa, böyük işlər görməyə alışdırmaq lazımdır. Bəzi məsələlərə region səviyyəsində deyil, qlobal baxmalıyıq. Bəzi məsələlərə yüzillik, yaxud yüzəlliillik proqram kimi baxmaq gərəkir, beşillik, onillik yox. Bunlar ciddi səy və böyük iradə tələb edir. Bu gün yetişdirdiyiniz şagird və ya tələbə bir müddətdən sonra bir müəllim, müdir, mütəxəssis və ya siyasətçi olacaq, cəmiyyətdə aparıcı qüvvəyə çevriləcək. Elə edin ki, o, belə yüksək iradə və arzularla yetişsin.

İMAM XAMENEİ 🌹
"TƏŞKİLAT VƏ TƏŞKİLATÇILIQ" kitabından 💐 ☝️

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Dec, 15:24


MÜQAVİMƏT BİR İNANCDIR, BİR DÜŞÜNCƏDİR, MÖHKƏM VƏ SƏMİMİ BİR QƏRARDIR!

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Dec, 14:32


Dörd illik beynəlxalq təcrübə bizə göstərdi ki, aqressiv güclərə boyun əyməyin dəyəri onlara müqavimət göstərməkdən qat-qat yüksəkdir; Tabeçilik xalqları məhv edir.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Dec, 13:25


Nə üçün Suriyada sionist rejim 300, ABŞ isə 75 nöqtəni bombaladı? Əgər müdaxilə etmirsinizsə, tamaşa edin. Əgər Suriyada iki qrup döyüşürsə, sionist rejim və ABŞ niyə müdaxilə edir? Bombalanan yerlərin bəziləri Suriyanın infrastrukturudur. 300-400 nöqtəni bombalamaq kiçik və az zərbə deyil.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Dec, 12:47


Xanım Fatimeyi-Zəhra (s.ə) alovlu moizələrində siyasətlə dini bilikləri harmonik şəkildə birləşdirmişdir. Onun həyatı bir nümunədir, müsəlman qadınların səy göstərməli olduğu ən yüksək məqsəddir.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Dec, 10:04


T.me/AyetullahXamenei

Ayətullah Xamenei

19 Dec, 17:47


Oturub gözləməyin ki, xəbər paylaşılsın, sizə məlumatlar verilsin və siz istehlakçı olasınız. Siz özünüz sosial şəbəkələrdə insanları yönləndirən şəxsə çevrilin.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

19 Dec, 14:33


Dünyanın ən həssas yerlərindən biri olan bizim regionda bəzi hadisələr baş verir. Həm bu hadisələri anlamaq və həm də ondan ibrət, dərs almaq lazımdır. Eyni zamanda ictimai rəydə yaranan suallara cavab vermək lazımdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

29 Nov, 11:21


İlahi bütün saleh bəndələrinin gözlədiyi sonluğu, Muhəmməd və Əhli-beytinə (ə) xatir tez yetir! 🤲

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

28 Nov, 18:37


Tufanul Əqsa sönməyəcək və qəsbkar rejim aradan gedəcək!

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

28 Nov, 16:57


Bir millətin azadlığı onun imanından başlayır.

İMAM XOMEYNİ 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

28 Nov, 14:34


Sionist rejim aylarla davam edən cinayətlərdən sonra heç bir məqsədinə nail ola bilmədi.

Məğlubiyyət nə deməkdir? Məğlubiyyətin mənası budur.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

27 Nov, 12:30


Bu axmaqlar öz əlləri ilə müqavimət cəbhəsini gücləndirir və genişləndirirlər.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

26 Nov, 19:20


İmam Xomeyni elə bir rejimi devirdi ki, bütün dünya o rejimin arxasında dayanmışdı.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

26 Nov, 05:01


Düşmənin hərəkətləri hərbi cinayətlərdən ibarətdir. Onun fikrincə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı kifayət deyil və Netanyahu və digər cinayətkar liderlərə ölüm hökmü çıxarmaq lazımdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

25 Nov, 20:06


İmam Xameneinin çıxışı zamanı arxasında yazılan ayə:

"Və Allah sənə şanlı bir zəfər bəxş etsin."

وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا

(Fəth surəsi, 3-cü ayə)

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

25 Nov, 18:47


"Netanyahunu həbs etmək kifayət etmir, o, edam olunmalıdır".

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

25 Nov, 16:09


Fələstin məsələsinin kənarında Beytülmüqəddəsin də böyük əhəmiyyəti var. Bu gün sionistlər tərəfindən bu müqəddəs şəhəri işğal etmək, udmaq və ondakı İslam əsərlərini məhv etmək üçün çeşidli təxribatlar aparılır. Lakin bu şəhər bütün müsəlmanlara məxsusdur və Qüdsün hamısı bütün Fələstinin paytaxtıdır. Müsəlmanlar düşmənlərin mənfur planlarının həyata keçməsinə qoymayacaq və onlarla mübarizə aparacaqlar.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

25 Nov, 05:46


Bədənimizi minlərcə hissəyə ayırsalar da zülmlə mübarizədən əl çəkmərik.

İMAM XOMEYNİ (r.a) 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

24 Nov, 20:50


Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, ona ümidə və etimada hamıdan qabaq və həmişəkindən daha çox möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır. 💐

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

24 Nov, 03:43


BİZİM İNQİLABIMIZIN ZƏFƏRİ SAFLIĞIN, İXLASIN, SIRF ALLAH ÜÇÜN İŞ GÖRMƏYİN, ŞƏXSİ VƏ MADDİ MƏNAFEDƏN KEÇMƏYİN BƏRƏKƏTİ İDİ. MƏCBURİ SAVAŞDA MÜQAVİMƏT GÖSTƏRMƏK DƏ BELƏ İDİ.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Nov, 15:56


Nə qədər ki, dünya imperializmi var, müqavimət var. Nə qədər ki, müqavimət var, biz meydandayıq!

İMAM XOMEYNİ (R.Ə) 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

23 Nov, 05:57


Xanım Fatimə uşaqlıqda anasını itirir və bu da belə bir yaşda bir qız (uşağı) üçün çox çətindir. O bu çətinliyə dözməklə yanaşı böyük bir işi yerinə yetirir və bu, qız uşağıdır ki, atasının qəmxarına çevrilir. Bu qəmxarlıq Mədinə dövründə, Ühüd, Xəndək və bir çox başqa yerlərdə də davam etdi və Peyğəmbər (s) həmin zamanda buyurdu:
"Fatimə atasının anasıdır".
O, Peyğəmbər (s) üçün analıq etdi.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

22 Nov, 16:56


Fələstinli cavanlar öz fədakarcasına əməliyyatları ilə Fələstinin müdafiəsi üçün sipər olmuşlar. Bu gün Fələstində və bütün Qərbi Asiyada "Yenilməz iradə" "Məğlub edilməz" sionist ordusunu əvəz etdi.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

21 Nov, 16:04


Ruhanilər bir yerə toplaşmalı, həmfikir olmalı, bir-birlərinin səhvlərini aradan qaldırmalı, işlərini təkmilləşdirməlidirlər. Biz elə bir zümrəyik ki, işlərimiz cəmiyyətlə bağlıdır. Bizim hamımız kifayət qədər qabiliyyətli və potensiallı olmaya bilərik, ancaq bir-birimizin təcrübə və fikirlərindən istifadə edək. Bu, çox yaxşı işdir və ruhani qurumlarında həyata keçməlidir.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Nov, 21:27


Bizim inqilabımız pis bir hökumətin təxminən bütün xüsusiyyətlərinə malik bir rejim əleyhinə möhtəşəm xalq hərəkəti idi. Həmin rejim həm fəsadçı, həm asılı, həm bacarıqsız idi, həm də zorla və çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

20 Nov, 05:31


"DUA MÖMİNİN SİLAHIDIR"

Müqavimət cəbhəsinin, Fələstin və Livan xalqının qələbəsi üçün Quranın Fəth surəsini, Səhifeyi-Səccadiyyənin 14-cü duasını və Təvəssül duasını oxumağı tövsiyə edir.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

19 Nov, 19:41


Bir ölkədə fitnəkarlar baş qaldıran zaman, məqampərəstlər qüdrətə və canlarında kök atan arzulara çatmaq üçün bir ölkənin həqiqi mənafeyinə və haqq olan yola arxa çevirirlər. Belə insanlar elə addımlar atırlar ki, xalqın ən böyük düşməni olan Qərb səlahiyyətliləri onları görən zaman şövqə gəlir və onları dəstəkləyirlər.
Bu aydın bir həqiqətdir!

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

19 Nov, 12:03


İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər əgər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar. Siz bu son 45 ildə Fələstin xalqı qədər işgəncə görən, əzab çəkən, əzizlərini əldən verən, hüquqları tapdanan hansı xalqı tanıyırsınız? Necə olur ki, bu faciələrin biri dünyanın bir tərəfində bir qrup insana qarşı baş verdikdə insan hüquqlarının qayğıkeşi və həmdərdi olduqlarını iddia edən şəxslər sinələrini sipər edir, danışır və addım atırlar, lakin Fələstin xalqına qarşı edilən bütün bu faciələrin məcmusunu görməzliyə vururlar?

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

18 Nov, 12:47


İnsanla Allah arasında əlaqənin yaranması üçün namazdan möhkəm və daimi bir vasitə yoxdur. Ən ibtidai insanlar özlərinin Allahla rabitələrini namaz vasitəsi ilə başlayırlar. Allahın ən dəyərli övliyaları da özlərinin məşuqla ünsiyyət xəlvətinin cənnətini namazda axtarırlar. Bu zikr və sirr xəzinəsinin heç zaman sonu yoxdur. Kim onunla daha çox tanış olsa, onda daha çox gözəllik və işıq tapar.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

16 Nov, 20:15


Siz insani faciələrdən hansını təsəvvür etsəniz, Fələstin faciəsində mövcuddur: Günahsız insanlar öldürməkdən, insanları didərgin salmaqdan, evsiz-eşiksiz etməkdən, işgəncədən, əzabdan, həbsdən, sürgündən və bu qəbil işlərdən, insan məqamına hörmətsizlikdən, bir qrup insanın bəşəri sərvətlərini məhv etməkdən, bir qrup insana qarşı təzyiqdən, zülmdən, qorxu və şiddətdən və fəaliyyət icazəsi verməməkdən (ibarət olan hər şey).
Əgər dünyanın bir tərəfində xalqın bir hissəsinə qarşı baş versə, bəşəriyyəti yaralayan və matəmə salan bütün bu müsibətlər son 45 ildə Fələstində baş vermişdir.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

15 Nov, 11:48


Mən bütün hacətlərimi Xanım Zəhranın (s.ə) şəhadət günlərinə saxlamışam.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

14 Nov, 17:45


Bütün dünya sionistlərin qarşısında dayanmalıdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

14 Nov, 15:26


“10 illər boyunca Vyetnam kimi ölkələri viran qoyanlar bu gün İslamdakı cəza qanunlarını qeyri-insani hesab edirlər.”

İmam Xomeyni 💐

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

13 Nov, 18:37


Allahı xatırlamaqdan qəflət etməyin. Münacat, dua və Quran tilavətindən uzaq düşməyin. Mənim həmişə tövsiyəm budur ki, Quranla ünsiyyət tapın, Qurani mərifəti mənimsəyin. Bu, sizə böyük yolda kömək edəcək.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

13 Nov, 10:40


Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

12 Nov, 20:45


Müqavimətə dəstək vacib qəti şəri hökmdür!

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

12 Nov, 20:12


İşğalçı sionist rejimi İslam dünyasının bu günü və gələcəyi üçün ən böyük təhlükədir. Müsəlmanlar bu təhlükəyə əlac qılmalı, bu böyük zülmü aradan qaldırmaq üçün çarə düşünməlidirlər.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

12 Nov, 12:10


Hegemonizm müsəlman xalqlara qarşı zülmünə son hədd tanımır. Bu gün işğalçı sionistlər və onların hərtərəfli himayədarı olan ABŞ o qədər irəli gediblər ki, hətta Fələstin millətini də inkar edir və Fələstin xaqlı adlı bir şey tanımırlar. Halbuki Fələstin xalqı dərin tarixi köklərə və inkar olunmaz coğrafi bağlara malik bir xalqdır. Nə tarixi kökü olan, nə coğrafi əlaqəsi olan isə qondarma və yalançı İsrail xalqıdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

12 Nov, 04:24


Bismilləhir-Rahmənir-Rahim

Sionist rejim niyə məhvə doğru gedir?

İslam İnqilabı Rəhbərinin bəyanatları əsasında sionist rejimin tədricən aradan getməsinin əlamətlərinin araşdırılması:

Qəsbkar rejim tədricən tənəzzülə uğrayır, onun sürəti günü-gündən artmaqdadır.

{22.04.2023}

🔸Sionist rejimin daxili zəifliyinin əlamətləri:

Siyasi, təhlükəsizlik, hərbi, struktur, idarəetmə və əxlaqi zəifliklər.

Tədrici tənəzzül və aradan getmə;

Bir çox qarışıq siyasi və hərbi problemlərin içərisində çabalamaq;

Sionistlər arasında fikir ayrılıqlarının olması;

Sionistlərin ümidsizliyi, ruhiyyəsizliyi, sərgərdanlığı və onlarda zəiflik hissinin olması;

Sionist rejimin legitimliyi məsələsini həll edə bilməmək;

Yəhudilərin İsraildən köçünün artması istəyi;

Önləyici qüdrətin sona yetməsi.


🔸Sionist rejimin ölkə xarici zəifliyinin əlamətləri:

Müqavimət cəbhəsi, İslam dünyası və fələstinlilərin xeyrinə güc balansının dəyişməsi;

Sionizmə qarşı qlobal müqavimətin formalaşması;

Qəsbkar rejiminin ən mühüm dəstəkçisi olan Amerika üçün ardıcıl məğlubiyyətlərin baş verməsi;

Hücum vəziyyətindən müdafiə mövqeyinə keçmək;

İsraildən kənarda yaşayan yəhudilərin işğal olunmuş ərazilərə köçmək istəməməsi;

Coğrafi cəhətdən genişlənməmənin baş verməsi;

Sionist rejimin müqavimət cəbhəsi tərəfindən bütün bölgəyə hakim olmaq planının iflasa uğraması;

Rejimin kamil formada çıxılmaz vəziyyətə düşməsi.


İnqilab Rəhbərinin qəsbkar və cinayətkar sionist rejim haqqında 1990-2024-cü illərədək etdiyi çıxışlardan götürülmüşdür.

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

12 Nov, 04:23


Bismilləhir-Rahmənir-Rahim

Sionist rejim niyə məhvə doğru gedir?

İslam İnqilabı Rəhbərinin bəyanatları əsasında sionist rejimin tədricən aradan getməsinin əlamətlərinin araşdırılması.

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

11 Nov, 18:11


İmperialist qüvvələrin ölkəmizdə seçdiyi hədəflərdən biri tələbələrdir. Səbəbi də məlumdur. Ölkəmizdə gənc çoxdur, tələbələrin faizi çox yüksəkdir və tələbə həm elmi, həm də siyasi baxımdan həlledici rola malikdir. Bu ölkəyə və xalqa qarşı məkirli planlar hazırlayanlar tələbə gənclər üzərində sərmayə qoymağa məcburdurlar; cinsi məsələlərdən tutmuş siyasi hiylələrə, zahirdə mənəvi görünən saxta irfan bazarlarına qədər. Bunların müxtəlif növləri var. Təşkilatlar isə tələbəni qorumaq vəzifəsini icra edə, müxtəlif burulğan və bataqlıqlardan qurtara bilərlər.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

11 Nov, 09:18


Hizbullah- Seyid Həsənin yadigarı

Əziz Seyid Nəsrullah şəhidlərin ali məqamlarına yüksəldi və arzuladığı məqsədə çatdı. Lakin burada özündən bir yadigar qoyub getdi və o da Hizbullahdır.

Ayətullah Xamenei (həfizəhullah)

07.11.2024

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

10 Nov, 15:28


İnsanın ləyaqətli həyatı təkcə çörək və su ilə deyil. İnsan məqsəd, eşq və məhəbbət, uca amallar, azadlıq və izzət istəyir. Bir xalqın qarnını doyurub, izzətini əlindən alsalar, buyruq qulu və xar etsələr, o necə asayiş və rahatlıq hiss edə bilər?!

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

10 Nov, 08:39


Allahın adı ilə

Hizbullah əleyhinə təxribatın qarşısını alın

"Düşmən Hizbullahın Livan üçün fədakar rolunu inkar etməyə çalışır. Livana can yandıranlar bu batil sözün onların ağızlarından eşidilməsinə imkan verməməlidirlər".

Ayətullah Xamenei (həfizəhullah)

24.10.2024

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

09 Nov, 13:28


Siz müsəlman cavanların dünyada baş verənlər barədə məlumatı digərlərindən daha çox olmalıdır. Bu günün cavanı həm uzaq görəndir, həm də siyasətlə maraqlanır. Bunun üçün də tarix boyu baş verənlərlə bağlı qaranlıq yer qalmamalıdır. Mənim təklif etdiyim əlac yolu, kitab mütaliəsini artırmaq, tələbə cəmiyyətini düzgün və həqiqi mövzular üzərində müzakirələrə çəkməkdir. Təbii ki, özünütərbiyə, nəfsin saflaşdırılması və mənəvi məsələlər olduqca geniş mövzudur, bu əhəmiyyətli mövzuya öz yerində təkid olunmalıdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

09 Nov, 13:11


Allahın adı ilə

"Tikələrimizə diqqət yetirək!"

Əziz qardaş və bacılar! Özünüzdən muğayat olun. Adlarını, yaxud barələrində eşitdiyiniz fəsad adamları əvvəldən belə olmamışlar. Bir dəfə kimsə yağlı, yumşaq və ağızı şirinləşdirən bir tikəni bilərəkdən, yaxud bilməyərəkdən bunların ağzına qoyub. Ağızlarına şirin gəlib. Sonrakı tikələri də özləri götürüb fəsada yoluxublar. Çox diqqətli olun. Təqva budur; yəni ehtiyatlı olmaq.

Ayətullah Xamenei (həfizəhullah)

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

08 Nov, 12:40


"Zeynəbi - Kübranın dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan möhtəşəm insani və dini mövqeyinə, hərəkətinə görədir."

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

07 Nov, 20:48


Zeynəbi-Kübra böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbutalibin (ə) qızı, yaxud Hüseynin (ə) və Həsənin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra kimi birisi hanı?!
ZEYNƏBİ-KÜBRANIN DƏYƏRİ VƏ ƏZƏMƏTİ, ONUN İLAHİ VƏZİFƏSİNƏ ƏSASLANAN MÖHTƏŞƏM İNSANİ VƏ DİNİ MÖVQEYİNƏ, HƏRƏKƏTİNƏ GÖRƏDİR. Onun işi, qərarı və hərəkət tərzi onu belə böyütdü. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, böyüyər. Bu böyüklüyün əsas səbəbi odur ki, əvvəla, mövqeyi tanıdı; həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarını, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələr mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun seçim etdi. VƏ BU SEÇİMLƏR ZEYNƏBİ YETİŞDİRDİ.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

07 Nov, 15:55


Fələstin məsələsi indiki bəşəriyyət dünyasının böyük müsibətlərindən biridir. İnsana və insan haqlarına dair duyğusu olan və məzlum insanları müdafiədən dəm vuran hər kəs bu məsələ qarşısında iddia sahibi olmalı, bunu öz problemi bilməlidir. Bəlkə də demək olar ki, Fələstin hadisəsi və müsibəti tarixdə bənzəri az olan hadisələrdəndir. Bizim bildiyimiz qədərincə, bir xalqa qarşı bu şəkildə əzəmətli hadisə tarix boyu az olmuşdur.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

07 Nov, 12:25


Bismillah....

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

07 Nov, 10:02


Allahın adı ilə

"Din iqtidar əldə etsə genişlənə bilər, ali məqsədləri həyata keçirər. Dinin iqtidarı olmasa qarşıya qoyulan məqsədləri həyata keçirmək mümkün deyil. Möizə-nəsihətlə cəmiyyətə ədaləti hakim etmək olmaz. Cəmiyyətdə bərabərlik, sosial ədalət yaratmaq üçün əldə güc olmalıdır".

Ayətullah Xamenei (həfizəhullah)

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

07 Nov, 07:00


Allahın adı ilə

Hörmətli izləyicilər Kərbubəla qəhramanı Xanım Zeynəbin (s.ə) mövludu münasibəti ilə hər birinizi təbrik edirik.

Ayətullah Xamenei

06 Nov, 20:48


Namaz dinin əsas sütunudur və xalqın həyatında da ən əsas yerə malik olmalıdır. Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman hasil olacaq ki, insanlar öz ürəklərini Allahı yad etməklə canlı saxlasınlar, Onun köməyi ilə bütün şər və fəsad cazibələrinə qarşı mübarizə aparıb bütün bütləri sındıra, bütün daxili və xarici şeytanların zülm əlini öz vücudlarından kəsə bilsinlər. Bu daimi zikr yanlız namazın vasitəsi ilə hasil olur. Namaz əslində insanın onu aşağılığa və zəbunluğa çəkən nəfsi ilə, pul və güclə xarlığa və təslimçiliyə vadar edən hakim şeytanlarla həmişə və bütün hallarda apardığı mübarizədə möhkəm dayaq və tükənməyən ehtiyatdır.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

06 Nov, 17:42


Ölkədən xaricdə inqilab üçün iş görmək istəyənlər mütəşəkkil olmasalar, bir yerə toplaşmasalar, keyfiyyət və kəmiyyət baxımından təşkilatlanmış bir qrup qədər xidmət edə bilməzlər.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

06 Nov, 14:12


Tağut hakimiyyəti illərində şah Məşhədə gələndə heç kim onu qarşılamağa getmirdi. Onun keçəcəyi yollarda ağac və güllər yox idi. Mən görmüşdüm ki, ləyaqətsiz merlər və rüşvətxor valilər yaşıl ağaclar gətirib, həmin xiyabanların kənarında torpağa basdırırdılar. Əgər bəxtləri gətirməsəydi və şahın gəlişi üç-dörd gün təxirə düşsəydi, ağacların hamısı quruyurdu.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

06 Nov, 06:00


Allahın adı ilə

Fitnə vaxtı cəbhəni tanımaq çətindir. Məsələnin tərəflərini müəyyən etmək olduqca çətindir. Təcavüzkar və müdafiə olunan, zalım və məzlum, düşmən və dostu tanımaq, ayırd etmək olduqca çətindir. Zehnlərdəki düyünləri açmaq lazımdır. Həqiqəti ortaya qoymaq lazımdır. Bunun üçün də məsələni açıqlamaq lazımdır.

"Bu bayrağı ancaq bəsirət və səbr əhli olanlar daşıya bilər!"

Ayətullah Xamenei (həfizəhullah)

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

05 Nov, 19:52


Quran ayələri üzərində düşünmək, həmçinin Səhifeyi-Səccadiyyə və digər etibarlı dualar üzərində təfəkkür etmək, dini maarifin dərinləşməsində böyük rol oynayır. Dini maarifi dərinləşdirmək olduqca mühümdür. Hər bir şəxsin hisslər üzündən camaat namazlarında, etikaflarda, əzadarlıq məclislərində, hər hansı dini yürüşlərdə və s. iştirak etməsi mümkündür, amma eyni zamanda bu maarif onun canının dərinliklərində olmaya bilər. Belə olan halda görürsən ki, bir dumanlı şəraitdə, bir hadisədə və bir döngədə yerindən oynayır. Səbəb də qeyd olunan məsələdir. Biz bunun nümunələrini çox görmüşük. İnqilabın əvvəllərində, inqilabçı qrupların içərisində bəziləri bizim kimi saqqalı, əbası-əmmaməsi olanlardan da daha mömin, daha mətin, dinin təəssübünü daha çox çəkən birisi kimi nəzərə çarpırdılar. Amma qeyd etdiyim kimi zaman gəldi, həssas bir döngədə təkəri yerindən çıxdı! Aydın məsələdir ki, vaxtında möhkəm tellərlə bağlanmamışdı.

İMAM XAMENEİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

05 Nov, 15:47


Bütün İslam dünyasında olan əziz qardaşlar və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində əzəmətli qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. İslam dünyasının ən təcili problemi isə Fələstin problemidir.

İMAM XAMENİ 🌹

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

05 Nov, 13:10


Bu duanı oxuduğunuz zaman...

https://youtube.com/shorts/7F_XOsTpgUY?feature=shared

Ayətullah Xamenei

05 Nov, 13:06


Cümə deyil, şənbədir!

https://youtu.be/-S8Tl00bWm4?feature=shared

Ayətullah Xamenei

05 Nov, 07:10


Allahın adı ilə

"Fəsadın kökü aləmin həqiqi batininə, mahiyyətinə diqqətsizlikdir. İnsan həyatının mənası, batini və sirri budur ki, yaranışa və vəzifələrə diqqətli olsun, Qadir və Hakim yaradanın fərmanına itaət etsin".

Ayətullah Xamenei (həfizəhullah)

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

04 Nov, 17:40


Allahın adı ilə

Bu gün dünyada eşidən qulaq, oyaq qəlblər var. Hakimiyyətlər maddiyyat üzərində qurulsa da belə bir cəmiyyətdə xeyirə ümid var. Amma cəmiyyətdə eşidən qulaq, düşünən beyin olmasa bu cəmiyyətin islahına ümid qalmaz.

Ayətullah Xamenei (həfizəhullah)

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

04 Nov, 06:00


Allahın adı ilə

Siyasi müxalifət.

Ölkə daxilində siyasi müxalifət, siyasi mübarizə var. Universitetdə, universitetdən xaricdə fikirayrılıqları mövcuddur. Düşmən bundan sui-istifadə edir. Fikirayrılıqları təbiidir. Təbii ki, bunu düşmən də qızışdırır. Burada şəxslərin mənafeləri də rol oynayır. Amma düşmənin məqsədi daha böyükdür. Bu mühüm nöqtədir. Düşmən siyasi cərəyanlar, qanadlar arasında ixtilaf yaratmaqla kifayətlənmir. Onun məqsədi hakimiyyətdə parçalanma yaratmaqdır. Düşmən çalışır ki, dövlətdə iki zidd fikir olsun. Heç bir məsələdə razılaşma əldə olunmasın. Bu layihə üzərində işləyirlər. Bir qrup da bir növ buna yardımçıdır. Çalışdılar ki, rəhbərliklə prezident və digər məsullar arasında uçurum yaratsınlar. Biri qərar çıxaranda o birisi etiraz etsin. Bir çox yerlərdə bunu açıq bildiriblər.

Ayətullah Xamenei (həfizəhullah)

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

03 Nov, 14:02


Təbyin cihadı mühümdür

Yutub linki ⬇️

https://youtu.be/ghkLjgiveN8?si=bHcUajT9Au3FJ7r7

Ayətullah Xamenei

02 Nov, 19:37


Allahın adı ilə

İnqilabın Rəhbəri: "İsrail və Amerika dişsındıran cavab alacaqlar".

Belə deyil ki, düşmən qarşısında mübarizə aparan, İran xalqının nümayəndəsi kimi bu yolda çalışan birinin əməyi yaddan çıxsın. Xeyr, bu yaddan çıxmayacaq. Düşmənlər, istər sionist rejim olsun, istərsə də Amerika Birləşmiş ştatları İrana, onun xalqına, müqavimət cəbhəsinə qarşı etdiklərinin qarşılığında diş sındıran cavab alacaqlar.

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

02 Nov, 19:27


Allahın adı ilə

İnqilabın Rəhbəri: "İmperializmlə mübarizə aparmaq vacib və fərizədir"

Məsələ beynəlxalq zülmlə mübarizə məsələsidir. İran xalqı üçün İslam təlimlərindən ilham alaraq zülmlə mübarizə bir fərizədir. İmperializm qarşısında dayanmaq bir fərizədir. İmperializm yəni, xalqlara hərtərəfli iqtisadi, hərbi və mədəni hökmranlıq, onların alçaldılması deməkdir. Onlar İran xalqını təhqir etdilər, illərcə təhqir etdilər. Ona görə də İran xalqı imperializmlə mübarizə aparıb və bundan sonra da mütləq aparacaq!

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

01 Nov, 16:00


Müqavimətin zəruriliyi

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

01 Nov, 15:52


Allahın adı ilə

Bəsirət, yəni zamanı tanımaq, ehtiyacı tanımaq, daha əhəmiyyətli olanı tanımaq, dostu-düşməni tanımaq, düşmənin müqabilində hansı vasitələrdən istifadə etməyin lazım olduğunu tanımaq. Bu tanımaqlıq bəsirət adlanır.

Ayətullah Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

01 Nov, 10:12


Allahın adı ilə

Dünyəvi və mənəvi olmayan siyasi sistemlərin hökmranlığındakı nöqsanların biri də qəflətdir.
İnsanlar sahib olduqları və istifadə edə biləcəkləri dəyərlərdən qafildirlər.
Bu məsələ bu gün dünyada xüsusi məna daşıyır.Digərləri Peyğəmbərin nəslindən birinin gələcəyini bilirlər, amma onu tanımırlar.Şiələr isə onu tanıyırlar. Onu adıyla, atasının və anasının adıyla, doğulduğu dəqiq tarixlə, əmr və göstərişləri ilə və insan cəmiyyətlərindəki varlığının əlamətləri ilə tanıyırlar.Onunla danışırlar, ondan istəyirlər və ona dərin ehtiramlarını ifadə edib təvəssül edirlər.Hər kəs xüsusi diqqət ayırmaqla, təvəssül etməklə, danışmaqla və öz dərin ehtiramını ifadə etməklə öz qəlbi ilə o müqəddəs varlıq (İmam Zaman (ə.f) arasında bir əlaqə yaratmalıdır) .Hamı özünü hazır etməlidir və heç kəs deyə bilməz ki, Həzrət Məhdinin (ə.f) zühuru yaxın deyil.Bəlkə də bu İlahi lütf bu nəslin insanları üçün baş verdi.

Ayətullah Xamenei (həfizəhullah)

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

31 Oct, 12:22


İmam Xameneinin cuhud dilində açılan kanalı silindi. Eyni gün İmam Xameneinin Azərbaycan dilində olan dublyaj kanalı silindi. Bu kanal yutubun Azərbaycan seqmentində yeganə kanal idi ki, rəhbərin videolarını dublyaj edirdi. Deməli onlar üçün cuhud və azərbaycanlıların qulağına haqq sözün çatmasının qarşısının alınması prioritet məsələdir.

Silinən kanala görə yenisini açdıq və sizdən abunə olmağı xahiş edirik ⬇️

https://youtube.com/channel/UCD0hRnu-SLvsicHRghQ-LDg?si=jrjl2XEtbidve_bk

Həmçinin onların İmam Xameneinin kanallarına hücumuna cavab olaraq təklif edirik ki, hər kəs özü yutubda İmam Xamenei adına kanal açsın, rəhbərin dublyaj və alt yazı videolarını paylaşsın. Kim kanal açsa kanalının linkini mənə göndərsin ki, reklam edim, abunə gəlsin. Mənimlə əlaqə üçün link 🔗

@PDF_Kitabxana_admin

Rəhbərin çıxışlarının yükləndiyi teleqram kanalının linki ⬇️

T.me/AyetullahXamenei

#xalq_mediası

Ayətullah Xamenei

31 Oct, 11:02


Allahın adı ilə

Əgər kimlərsə canlarını qorumaqdan ötrü Allahın yolunu tərk etsələr və o yerdə ki, haqqı deməlidirlər, deməsələr, həyatları təhlükə altında olduqlarına görə, ya vəzifələrinə görə, ya işlərinə görə, ya pullarına görə, ya da övladlarına, ailələrinə, yaxınlarına və dostlarına bəslədiyi məhəbbətə görə Allahın yolunu tərk etsələr, o zaman Hüseyn ibni Əlilər Kərbəla sallaqxanasına gedəcək və qətlgaha sürüklənəcəklər.

Ayətullah Xamenei (həfizəhullah)

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

30 Oct, 13:03


Allahın adı ilə

İmam Zamana (ə.f) iman gətirmək, etiqad bəsləmək təcrid olmaq demək deyil.
Azğın cərəyanlar inqilabdan öncə də təbliğat aparırdılar, indi də künc-bucaqda təbliğ edirlər ki, İmam Zaman (ə.f) gəlib vəziyyəti düzəldəcək və bu gün hər hansı bir iş görməyə, hərəkət etməyə heç bir lüzum yoxdur.
Bu ona bənzəyir ki, "insan, sabah parlaq günəş gəlib bütün dünyanı işıqlandıracaq deyə, qaranlıq gecədə çıraq yandırmasın".
Sabahın günəşinin sənin və mənim indiki vəziyyətimizlə heç bir əlaqəsi yoxdur.Biz bu gün dünyanın hər yerində zülmün, ədalətsizliyin, ayrı-seçkiliyin və zorakılığın olduğunu müşahidə edirik. Bunların hamısı İmam Zamanın (ə.f) mübarizə aparacağı şeylərdir. Biz əgər İmam Zaman (ə.f) əsgəriyiksə, özümüzü bu kimi şeylərlə mübarizəyə hazırlamalıyıq!

İmam Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

29 Oct, 07:25


Allahın adı ilə

Əgər desələr ki, bizim dünya ilə siyasi, iqtisadi, diplomatik əlaqələrimiz yoxdur, bu açığ aşkar yanlış bir sözdür. Biz bir qurup dövlətlərlə iş görürük ki, dünya əhalisinin yarısından çoxu bu ölkələrdə yaşayır. Biz onlarla siyasi, iqtisadi əlaqələr qururuq, get-gəl edirik. Bəziləri hayküy salır və hey deyir ki, cənab, biz hamı ilə küsülüyük və dava- dalaş halındayıq. Xeyir bu doğru deyil, bizim hər kəslə münasibətlərimiz pis deyil, yox əgər deyirsəki biz hegemon dövlətlərin hegemonluğuna qarşıyıq bu doğrudur. Biz indidə inqilabın əvvəlki illərindəki kimi, hegemoniyaya qarşıyıq, Amerikanın hegemoniyasına qarşıyıq.

Ayətullah Xamenei (həfizəhullah)

https://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

27 Oct, 14:21


Allahın adı ilə

Təhlükəsizliyin təmini yolu ancağ güc yoludur. Biz, İran xalqı olaraq, ölkə rəsmiləri olaraq bunu, güclü olmağı dərindən qəbullanmalıyıq, güclənməliyik. Bunu dəfələrlə demişik, mütləq qüdrətli olmalıyıq. Xalq özünü günbəgün dahada hazırlamalı, inkişaf etdirməlidir. İran güclüdür və özünü müdafiə edə bilir. O, öz təhlükəsizliyini qoruya və inkişafını təmin edə bilir. İran genişləndirdiyi öz gücünün hesabına digərlərinə belə kömək edə bilir. Güclü İrana qüdrətli olmaq lazımdır. Əlbəttə güc, qüdrət təksə silah hazırlığı demək deyil. Buna həmçinin elmi güc, siasi bacarıq, idarəçilik qabiliyyəti, və bu kimi təhlükəsizliyə xidmət edəcək şeylər, toplumun əmin-amanlığını qoruya bilir.

Ayətullah Xamenei (həfizəhullah)

http://T.me/AyetullahXamenei

Ayətullah Xamenei

27 Oct, 09:52


•DÜŞMƏN NÜFUZU

(MÜƏLLİF: İMAM XAMENEİ)

T.me/pdf_dini_kitablar

Ayətullah Xamenei

27 Oct, 09:49


Düşmən nüfuzu ölkə üçün ən təhlükəli məsələdir

🔸 Düşmənçiliyin bir növü hərbi, fiziki düşmənçilikdir. Onlar bomba atır, atəş açır, terrorçu göndərir. Başqa bir növ düşmənçilik ideoloji, qeyri-fiziki düşmənçilikdir. Mən düşmən nüfuzu barədə danışmışam. Düşmən nüfuzu çox mühüm mövzudur...
Söhbətimizin mövzusu düşmən nüfuzunun mahiyyətidir, onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki, düşmən nüfuz etmək istəyir. Nüfuz nədir və necədir?...
Bu gün düşmən nüfuzu ölkə üçün böyük təhlükələrdəndir. Hər yolla nüfuz etməyə çalışırlar. Nüfuz nədir? İqtisadiyyatda, təhlükəsizlik sahəsində buna cəhd etmələri mümkündür. İqtisadiyyata nüfuz, təhlükəsizlik sahəsinə nüfuz kiçik məsələ deyil. Amma bir daha vurğulayıram ki, düşüncəyə, mədəniyyətə, siyasətə nüfuzun əhəmiyyəti daha böyükdür.

© İmam Xamenei
📚 "Düşmən nüfuzu"

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

25 Oct, 13:20


Mənim qardaşlarım, ölümdən qorxmayın. Ölümü məhv olmaq, həlak olmaq hesab edənlər qorxmalıdırlar. Müsəlmanlar nə üçün ölümdən qorxsunlar? Din alimləri nə üçün ölümdən qorxmalıdırlar? Ölüm təhlükə deyil, həyatdır. O dünya həyat, bu dünya isə ölümdür.

Ölümdən qorxmayın və (bilirəm ki,) qorxmursunuz.

İmam Xomeyni (r)

https://t.me/ayetullahxamenei

Ayətullah Xamenei

23 Oct, 06:27


Həqiqi Fəth

https://youtu.be/-2MNnN3Bp94?si=spl-ZlN7ZwlHDQrG

Ayətullah Xamenei

22 Oct, 05:28


Atom bombası haramdır!

Yutubdan izləyin ⬇️

https://youtu.be/lOsIpWV0oag?si=bYv_55K63p-MHaFi

Ayətullah Xamenei

22 Oct, 04:52


O, gələcək...

https://youtube.com/shorts/--w0OYLAme0?si=YewrKq68EJY2PUUq

Ayətullah Xamenei

21 Oct, 05:37


Şəhadət fədakarlıqdır...

https://youtube.com/shorts/ND1ieV8FLBY?si=BFLb5pVrwcl7e-PX

Ayətullah Xamenei

20 Oct, 06:27


Cümə namazında partlayış

https://youtube.com/shorts/I3pBe9ujLNU?si=cKA2DRA8NIcvx1gM

Ayətullah Xamenei

19 Oct, 14:17


Başqaları bizə kömək etməyəcək...

https://youtu.be/WiCbInpDAPw?si=d38d_es_oMWFEHuv

Ayətullah Xamenei

18 Oct, 05:05


İslam şəriəti bizə öz vəzifəmizi tanıtdırır və beynəlxalq qanunlar da bu vəzifəni açıq şəkildə dəstəkləyir. O da bundan ibarətdir ki, hər bir xalqın ölkəsinə təcavüz edən işğalçının qarşısında dayanmaq haqqı var.

İMAM XAMENEİ
04.10.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

16 Oct, 04:48


Baş verən hadisələrə görə öz müqavimətinizdə tərəddüdə düşməyin və düşmənin müqabilində qətiyyətlə mübarizəyə davam edin. Əziz Seyidin də İslam ümmətindən istəyi məhz budur.

İMAM XAMENEİ
04.10.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

15 Oct, 15:00


Kaş...

https://youtube.com/shorts/Dz1m8zKXiBA?si=Uw7mVWocJZtCv9RC

Ayətullah Xamenei

13 Oct, 11:18


Müsəlman xalqların düşməni eynidir. Bəzi yerlərdə silahla, bəzi yerlərdə psixoloji müharibə ilə, bəzi yerlərdə bombaları ilə və bəzən də gülüşləri ilə düşmənçilik edirlər, amma, idarə otağı eynidir və eyni yerdən əmr alırlar.

İMAM XAMENEİ
04.10.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

11 Oct, 16:28


Quranın müsəlmanlar üçün təyin etdiyi siyasət budur ki, əgər müsəlman toplumlar vəhdət yaratsalar, nəticədə Allah sizə izzət verəcək. Bununla da bütün maneələri aşacaq və düşmənlərə qələbə çalacaqsınız. Həmçinin, İlahi hikmət sizin arxanızda olacaq və yaradılış qanunları sizin hərəkət istiqamətinizdə cərəyan edəcək. Bu Quranın məntiqi və siyasətidir.

İMAM XAMENEİ
04.10.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

10 Oct, 13:52


Bu günün inqilabi gənclərində olan ruhiyyə, mərhum İmamın dövründə cəbhələrdə döyüşən inqilabi gənclərin ruhiyyəsi kimidir.

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

08 Oct, 14:06


Onların bu davranışının nəticəsi qəzəblərin alovlanması, xalqların ruhiyyəsinin artması, liderlərin, qəhrəmanların və Allah yolunda canından keçən kişilərin yetişməsinə və beləliklə, bu qaniçən cavanarın mühasirə halqasının daralmasına və nəhayət, onun mənfur vücudunun məhvinə səbəb olacaq.

İMAM XAMENEİ
04.10.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

08 Oct, 07:36


İmam Xomeyni heç bir əsgəri olmayan zamanda şaha belə demişdi; sənin qulağından yapışaram, ataram bu ölkədən çölə...

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

06 Oct, 10:06


Bir hədisdə olan dəyərli məqamlardan biri budur ki, Allahın iradəsi ilə bizim dinimiz günahkar insanlarla güclənir. Bu din fasiq Rza Pəhləvinin vasitəsilə istər-istəməz gücləndi. Çünki zülm və haqsızlıq nə qədər çoxalsa, ədalət istəyi bir o qədər güclənər. Zalım özünün zalımcasına hökm və əməlləri ilə ədalət dinini gücləndirir. Həmişə belə olub...

Ustad Mürtəza Mütəhhərinin şəhadəti münasibətilə İmam Xomeyninin Feyziyyə mədrəsəsindəki çıxışından

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

06 Oct, 09:49


Allahın adı ilə

"Silahlı qüvvələrimizin qəsbkar sionist rejminə etdiyi şey, əslində bu rejmin dəhşətli cinayətləri qarşısında verilən ən aşağı cəza idi. (İsrail) qaniçən, canavar xislətli rejimdir və Amerikanın məntəqədəki quduz itidir!

İmam Xamenei (həfizəhullah)

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

03 Oct, 14:12


Bu gün düşmən bizi nəyəsə vadar etməyə qadir deyil!

https://youtube.com/shorts/-Ukox9khdZU?si=Co8nwrlOSZYrdXDd

Ayətullah Xamenei

01 Oct, 19:39


İnqilab Rəhbərinin Tweeti: Allahın köməyi ilə müqavimət cəbhəsinin sionist rejimin köhnəlmiş və çürümüş bədəninə zərbələri daha da şiddətli və ağrılı olacaq.

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

29 Sep, 12:10


MƏQSƏDİ MÜƏYYƏNLƏŞDİRİN

Bir təşkilat yaransa, amma bəlli məqsədi olmasa, yaxud məqsədi olsa, amma o məqsədə doğru hərəkətdə proqramı olmasa və işsiz qalsa, öz-özünə dağılar. Dağılmasa da, cansız bir şəkildə qalar. İctimai qurumların xüsusiyyəti belədir. Məqsədi dəqiq bəlli edin, nə iş görmək istədiyinizi aydınlaşdırın.


© İmam Xamenei
📚 "Təşkilat və təşkilatçılıq"


T.me/AyetullahXamenei

Ayətullah Xamenei

28 Sep, 11:52


İmam Xameneinin Livandakı son hadisələrlə bağlı mühüm mesajı:

“Hizbullaha kömək etmək bütün müsəlmanlara vacibdir”

Bağışlayan və Mehriban Allahın adı ilə

Livanda müdafiəsiz insanların öldürülməsi bir daha hamı üçün sionist quduz itin yırtıcılığını ortaya qoydu və digər tərəfdən qəsbkar rejim başçılarının darbaxışlı olmağını və axmaq siyasətini sübut etdi. Sionist rejimini idarə edən terror dəstəsi Qəzzada apardıqları bir illik cinayətkar müharibədən dərs almadılar və başa düşə bilmədilər ki, qadın, uşaq və mülki əhalinin kütləvi şəkildə öldürülməsi müqavimət təşkilatının möhkəm bünövrəsinə təsir göstərə və onu aradan apara bilməz. İndi də eyni axmaq siyasəti Livanda sınaqdan keçirirlər. Sionist cinayətkarlar bilməlidirlər ki, onlar Livanda Hizbullahın güclü bünövrəsinə ciddi ziyan vurmaq üçün çox kiçikdirlər. Bölgənin bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir. Bu bölgənin taleyini başda Hizbullah olmaqla müqavimət qüvvələri həll edəcək. Livan xalqı unutmadı ki, bir vaxtlar qəsbkar rejimin hərbçiləri Beyruta qədər bütün əraziləri öz çəkmələri altına almışdılar, amma onların ayağını kəsən, Livanı əziz və başıuca edən Hizbullah oldu. Bu gün də Livan işğalçı, şər və mənfur düşməni peşman edəcək. Öz imkanları ilə Livan xalqının və başıuca Hizbullahın yanında dayanmaq, eyni zamanda qəsbkar, zalım və şər rejimlə qarşıdurmada ona kömək etmək bütün müsəlmanlara vacibdir.

Salam olsun Allahın bəndələrinə

Seyid Əli Xamenei
28.09.2024

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

27 Sep, 15:30


Qadın evdə həm uşaqlar, həm də kişi üçün aramlıq amili rolunu oynayır. Bir qadın zehni və mənəvi aramlıqdan məhrum olarsa, aramlığı ailəsinə ötürə bilməyəcəkdir.

© İmam Xamenei

T.me/AyetullahXamenei

Ayətullah Xamenei

26 Sep, 12:06


VƏHDƏTİ QORUYUN

© İmam Xamenei


T.me/AyetullahXamenei

Ayətullah Xamenei

24 Sep, 06:30


İmam Zaman ilə söhbət edin

İmam Xamenei

T.me/AyetullahXamenei