Doğru Yaşam @dogru_yasham Channel on Telegram

Doğru Yaşam

@dogru_yasham


İnsanın düzgün yaşamı onun düzgün baxışa sahib olmasından keçir. Elə isə gəlin baxışımızı düzgün və həqiqi dəyərlər əsasında formalaşdıraq.

Doğru Yaşam (Azerbaijani)

Doğru Yaşam Telegram kanalında, insanların düzgün bir yaşama ulaşmalarını sağlayacak ipuçları ve bilgiler bulunmaktadır. Kanal, kullanıcılarına sağlıklı, mutlu ve dengeli bir yaşam sürmeleri için rehberlik etmektedir. Başlığın da ifade ettiği gibi, doğru yaşamın temeli doğru bakış açısına sahip olmaktan geçmektedir. Kanalda paylaşılan içerikler, insanların hayatlarında olumlu değişiklikler yapmalarına yardımcı olacak şekilde oluşturulmuştur. Sağlıklı beslenme, spor yapma, stresle başa çıkma, pozitif düşünme gibi konularda bilgiler, öneriler ve motivasyonel içeriklere kanalda yer verilmektedir. Doğru Yaşam kanalına katılarak, hayatınızı daha sağlıklı ve mutlu bir yöne doğru şekillendirebilirsiniz. Gelin, doğru bakış açısı ve gerçek değerler üzerinde birlikte odaklanarak, hayatınızı değiştirmenin ilk adımını atalım.

Doğru Yaşam

13 Jan, 18:49




Əlidən zikri ibadətdir

İmam Sadiq (ə) ataları vasitəsilə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

Allah-təala qardaşım Əli ibn Əbu Talibə elə fəzilətlər bəxş etmişdir ki, onların sayını ancaq Allah bilir.

🗣 Kim Əlinin fəzilətlərindən birini qəbul edərək zikr etsə, Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlayar, hətta o, bütün insanların və cinlərin günahları ilə qiyamətə gəlsə belə.

✍🏻 Kim Əlinin bir fəzilətini yazarsa, həmin yazı mövcud olduğu müddətcə mələklər onun üçün bağışlanma diləyərlər.

👂Kim Əlinin bir fəzilətinə könüldən qulaq asarsa, Allah onun eşitməklə qazandığı günahlarını bağışlayar.

👀 Kim Əlinin fəzilətinin yazıldığı bir yazıya baxarsa, Allah onun baxmaqla qazandığı günahlarını bağışlayar.

Sonra Peyğəmbər (s) belə buyurdu:
"Əli ibn Əbu Talibə baxmaq ibadətdir. Onu zikr etmək ibadətdir. Heç bir bəndənin imanı onun vilayətini qəbul etmədən və düşmənlərindən bizarlıq etmədən qəbul olunmaz."

📗"Camiul-əxbar",səh.14

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Jan, 16:17




Əhli-sünnətin məhşur müfəssiri Fəxri Razi deyir:

«وَمَنِ اقْتَدَى فِي دِينِهِ بِعَلِيِ بْنِ أَبِي طَالِبٍ فَقَدِ اهْتَدَى»
"Kim dinində Əli ibn Əbitalibə iqtida etsə, heç şübhəsiz, hidayət olmuşdur". Daha sonra sözünü əsaslandırmaq üçün Peyğəmbərin (s) bu kəlamını sitat olaraq gətirir: «اللَّهُمَّ أَدِرِ الْحَقَّ مَعَ عَلِيٍّ حَيْثُ دَارَ»
"İlahi, Əli hardadırsa, haqqı onun ətrafında dövr etdir!"

📗"Ət-təfsirul-kəbir", c.1, səh.168

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Jan, 14:26


Mövlamızın mövlüdü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bayramınız mübarək olsun! Allah dünya-axirət bizləri mövlamızdan ayrı salmasın inşallah! Nəslimizdən, kökümüzdən əsla Əli düşməni çıxmasın.

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Jan, 08:46




Sevgisiz əməl və əməlsiz sevgi

İmam Rza (ə):

لاَ تَدَعُوا الْعَمَلَ الصَّالِحَ وَ الاِجْتِهَادَ فِي الْعِبَادَةِ اِتِّكَالاً عَلَى حُبِّ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلاَمُ وَ لاَ تَدَعُوا حُبَّ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلاَمُ وَ التَّسْلِيمَ لِأَمْرِهِمُ اِتِّكَالاً عَلَى الْعِبَادَةِ فَإِنَّهُ لاَ يُقْبَلُ أَحَدُهُمَا دُونَ الْآخَرِ

"Saleh əməli və ibadətdə səyi Əhli-Beytin sevgisinə arxalanaraq tərk etməyin. Eləcə də Əhli-Beytin sevgisini və onların göstərişlərinə tabe olmağı, etdiyiniz ibadətə arxalanaraq tərk etməyin. Çünki onlardan biri digərinin olmadan qəbul edilməz".

📗"Fiqhur-Rza",səh.338

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Jan, 04:50




Heç bir gün üçün peşman olma:

Yaxşı gün sənə sevinc bəxş edir.

Pis gün isə sənə təcrübə qazandırır.

Hər ikisi uğurlu həyat üçün vacibdir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

12 Jan, 13:02




Rəcəb — Allahın ayı

Peyğəmbər (s):

أَلاَ وَ إِنَّ رَجَبَ شَهْرُ اَللَّهِ وَ شَعْبَانَ شَهْرِي وَ شَهْرَ رَمَضَانَ شَهْرُ أُمَّتِي

"Agah olun ki, Rəcəb Allahın ayıdır, Şəban mənim ayımdır və Ramazan isə ümmətimin ayıdır".

📗"Fəzailul-əşhuris-səlasə", səh.24

#rəcəb #rəcəbayı #rəcəbinfəziləti

https://t.me/dogru_yasham

Doğru Yaşam

12 Jan, 05:17




Məhrumedici bağlılıq

İmam Kazım (ə) buyurur ki, Mütəal Allah Davud peyğəmbərə (ə) belə vəhy etdi:


يَا دَاوُدُ حَذِّرْ فَأَنْذِرْ أَصْحَابَكَ عَنْ حُبِّ الشَّهَوَاتِ فَإِنَّ الْمُعَلَّقَةَ قُلُوبُهُمْ شَهَوَاتِ الدُّنْيَا قُلُوبُهُمْ مَحْجُوبَةٌ عَنِّي‏


“Ey Davud! Dostlarını nəfsi istəklərə bağlanmaqdan çəkindir və onlara xəbərdarlıq et. Çünki qəlbləri dünyəvi istəklərə bağlı olanların qəlbləri Mənim hüzurumdan məhrumdur.”

📗"Biharul-ənvar",c.75,səh.313

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Jan, 19:04




Təbəssüm və gözəl sözlər sevdiklərinə verə biləcəyin ən gözəl hədiyyədir. Sadə görünsə də, təsiri qəlblərdə bir ömür qalmağa yetir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Jan, 13:10




Ümmətin bağışlanma ayı

Peyğəmbər (s):

رَجَبٌ شَهْرُ الاِسْتِغْفَارِ لِأُمَّتِي أَكْثِرُوا فِيهِ الاِسْتِغْفَارَ فَإِنَّهُ غَفُورٌ رَحِيمٌ وَ شَعْبَانُ شَهْرِي اِسْتَكْثِرُوا فِي رَجَبٍ مِنْ قَوْلِ أَسْتَغْفِرُ اللَّهَ وَ سَلُوا اللَّهَ الْإِقَالَةَ وَالتَّوْبَةَ فِيمَا مَضَى وَ الْعِصْمَةَ فِيمَا بَقِيَ مِنْ آجَالِكُمْ وَ سُمِّيَ شَهْرُ رَجَبٍ شَهْرَ اللَّهِ الْأَصَبَّ لِأَنَّ اَلرَّحْمَةَ عَلَى أُمَّتِي تُصَبُّ صَبّاً فِيهِ وَ يُقَالُ الْأَصَمُّ لِأَنَّهُ نَهَى فِيهِ عَنْ قِتَالِ الْمُشْرِكِينَ وَ هُوَ مِنَ الشُّهُورِ اَلْحُرُمِ.

"Rəcəb ayı mənim ümmətim üçün istiğfar ayıdır. Bu ayda istiğfar etməyi çoxaldın, çünki Allah çox bağışlayan və mərhəmətlidir. Şaban isə mənim ayımdır. Rəcəb ayında "Əstəğfirullah" deməyi çoxaldın və Allahdan keçmiş günahlarınız üçün bağışlanma və tövbə istəyin. Həmçinin, qalan ömrünüzdə sizi günahlardan qorumasını diləyin.

Rəcəb ayı Allahın "Əsəbb" ayı adlandırılıb, çünki bu ayda Allahın rəhməti bol-bol mənim ümmətimə yağdırılır. Onu "Əsəm" (sakit ay) da adlandırılıblar, çünki bu ayda müşriklərlə döyüşmək qadağan edilmişdir (və buna görə də qılıncı və nizə səsləri bu ayda eşidilmir). Bu ay haram aylardan biridir.

📗"Biharul-ənvar",c.94,səh.38

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Jan, 12:09




Möminin bu üç şeyə ehtiyacı var

İmam Cavad (ə):

الْمُؤمِنُ یَحْتاجُ إلی ثَلاثِ خِصال: تَوْفیق مِنَ اللهِ عَزَّ وَجَلَّ وَواعِظ مِنْ نَفْسِهِ وَقَبُول مِمَّنْ یَنْصَحُهُ


Möminin üç xüsusiyyətə ehtiyacı vardır:

1. Allah tərəfindən olan tövfiq;

2. Öz daxilindən olan nəsihətverici;

3. Ona nəsihət edən şəxsin nəsihətini qəbul etmək.

📗"Biharul-ənvar",c.72, səh.65

Möminin önündə əbədi bir səfər var; axirət səfəri. Lakin gedilməli olan yol — kamillik və əbədiyyət yolu uzun, vaxt qısa və imkanlar məhduddur. Mömin ona verilən qısa vaxtda (ömürdə) və əlində olan məhdud imkanlarla, heç şübhəsiz, əbədiyyət yolunda öz məqsədinə nail ola bilməz. Buna görə də bu yolda möminə kömək edəcək və onun yolunu işıqlandıracaq üç şeyə ehtiyacı var:

Birincisi, Allah tərəfindən olan tövfiqdir. Tövfiq, bir işin yerinə yetirilməsi üçün lazım olan bütün imkanların məcmusuna deyilir. Möminə əbədiyyət yolunda lazım olan ən başlıca şey Allah tərəfindən olan tövfiqdir. Yəni gərək Allah-təala mömini bu yolda ona lazım olan bütün imkanlarla təmin etsin, onun əlindən tutub yardımını ondan əsirgəməsin ki, ta mömin öz məqsədinə çata bilsin. Çünki ancaq Allahın yardımı sayəsində mömin bu yolda istənilən bir yerə çata bilər.

Möminə bu kəmal yolunda lazım olan ikinci şey öz daxilindən olan bir nəsihətvericidir. Yəni möminin vicdanı oyaq olmalıdır ki, yanlış bir şey etdikdə ona yanlışını xatırlatsın, ta o öz yanlışından dönüb bəndəlik yoluna qayıda bilsin.

Üçüncü məsələsi isə budur ki, mömin gərək tövazökar bir ruhiyyəyə sahib olsun, ta ona xeyirxahlıq üzündən edilən nəsihətə qulaq asa bilsin və onu tənqid etdikdə, həmin tənqidi həzm edə bilsin.

Başqalarının sözlərinə niyə qulaq asmalıyıq?

Çünki, bizim elmimiz və məlumat dairəmiz məhduddur. Şübhəsiz ki, ehtiyac duyduğunuz hər bir sahədə mütəxəssis ola bilmərik. Üstəlik, mütəxəssis olduğunu düşündüyümüz sahədə belə başqaları bizdən daha savadlı ola bilər, bizim ağlımıza gəlməyən onların ağlına gələ bilər. Buna görə də ehtiyacımızı təmin etmək üçün həmin məsələlərdə o sahənin mütəxəssislərinin sözünə qulaq asmalı, onlarla məşvərət etməliyik. "Bu məsələni məndən də yaxşı anlayanlar ola bilər və ola bilər mən yanlış edirəm",— düşüncəsi insanın təkəbbürünü sındırır və onu digərlərinin sözlərini dinləməyə vadar edir.
Bundan da əlavə, mümkündür nəfs insanın yanlışını ona doğru, çirkin bir əməlini ona gözəl göstərsin. Necə ki Qurani-Kərimdə və rəvayətlərdə bu məsələ qeyd olunub. İnsanların həyatına baxdıqda da biz bu gerçəyi bariz şəkildə görə bilirik. Ona görə də, biz, bizi kənardan izləyib, görmədiyimiz qüsurlarımızı bizə bildirən dosltara ehtiyacımız var ki, bu vasitəylə öz qüsurlarımızı bilib, onları islah edək. Ona görə hədislərdə biz oxuyuruq ki, insanın dostu ona səhvlərini deyən, düşməni isə səhvlərini ondan gizləyəndir. Həmçinin başqa bir hədisdə bildirilir ki, sənin ən pis dostun və qardaşın sənə yaltaqlıq edən və eyiblərini səndən gizləyəndir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Jan, 07:50


السَّلامُ عَلَيْكَ يَا مَوْلاىَ يَا أبا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ أَيُّهَا التَّقِىُّ الْجَوادُ، يَا ابْنَ رَسُولِ اللّٰه

İmam Cavadın (ə) mübarək mövludu münasibətilə başda zamanımızın imamı olmaqla, hər birinizi ürəkdən təbrik edirəm. Allah bizləri dünya-axirət Əhli-beytindən ayrı salmasın və bizi onların həqiqi ardıcıllarından qərar versin!

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Jan, 14:25




Tövhid surəsini daim oxumağın fəziləti

İmam Sadiq öz atalarından belə nəql edir:

Peyğəmbər (s) Səd ibn Muaza
cənazə namazı qıldı və sonra buyurdu: İçərisində Cəbrail (ə) də olduğu yetmiş min mələk gəlib Sədin cənazəsinə namaz qıldı. Mən Cəbraildən (ə) soruşdum:
— Ey Cəbrail! Səd hansı əməlinə görə sizin namazınıza layiq oldu?
Cəbrail (ə) belə cavab verdi:
— Çünki o, ayaq üstə, oturanda, minikdə, yeriyərkən, gedib-gələrkən daim "Qul huvəllahu əhəd' surəsini oxuyurdu.

📗"Əl-Kafi",c.2,səh.622

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Jan, 13:51




Rəcəb ayının hər cümə günündə və ya bir cüməsində Tövhid surəsini oxumağın savabı

Peyğəmbər (s):

مَنْ قَرَأَ فِي كُلِّ جُمُعَةٍ مِنْ رَجَبٍ مِائَةَ مَرَّةٍ «قُلْ هُوَ اللَّهُ أَحَدٌ»، كَانَ لَهُ نُوراً يَوْمَ الْقِيَامَةِ يَسْعَى بِهِ إِلَى الْجَنَّةِ

"Kim Rəcəb ayının hər cümə günü "Qul huvəllahu əhəd" surəsini yüz dəfə oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar və bu nur onu cənnətə aparar".

📗"Müstədrəkül-vəsail",c.7,səh.535

Başqa bir rəvayətə eyni mükafatı Rəcəb ayının hər hansısa bir cüməsində bu əməli edənə veriləcəyi qeyd olunur.

أَنَّ مَنْ قَرَأَ فِي يَوْمِ الْجُمُعَةِ مِنْ رَجَبٍ «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» مِائَةَ مَرَّةٍ، كَانَ لَهُ نُوراً يَوْمَ الْقِيَامَةِ يَسْعَى بِهِ إِلَى الْجَنَّةِ.

"Kim Rəcəb ayının cümə günü "Qul huvəllahu əhəd" surəsini yüz dəfə oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar və bu nur onu cənnətə aparar".

📗"Vəsailüş-şiə",c.10,səh.484

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Jan, 10:13




Hesabsız cənnətə daxil olanlar


Peyğəmbər (s):

اذا كانَ يومُ القِيامَةِ نَادى‌ مُنادٍ: مَنْ كانَ أجْرُهُ عَلَى اللَّهِ فَلْيَدخُلِ الجنَّةَ، فَيُقال: مَن ذَا الَّذِي أَجْرُهُ عَلَى اللَّهِ؟ فَيُقال: العَافُونَ عَنِ النّاسِ، يَدخُلونَ الجنّةَ بِغَيْرِ حِسَابٍ

Qiyamət günü olduqda carçı səslənər: "Mükafatı Allahın öhdəsində olanlar cənnətə daxil olsunlar". Bir qurup soruşar: "Mükafatı Allahın öhdəsində olanlar kimlərdir?" Onların cavabında deyilər: "Onlar insanların xətalarından keçənlərdir və onlar (bu gün) hesabsız cənnətdə daxil olacaqlar".

📗"Biharul-ənvar",c.68,səh.425

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Jan, 07:27




Bilirsənmi, qorxunc olan nədir?

İnsanlar sənin barəndə: "Bəh, bəh, necə də xoşbəxtdir!", "Necə də şanslıdır!", "Necə də sərvətidir!", "Necə də yaraşıqlıdır!", "Necə də savadlıdır!" — deyib sənə qibtə etsinlər, səni tərifləyib alqışlasınlar, amma sən Allah dərgahında heç bir dəyərə sahib olmayasan. Bax budur qorxunc olan!

https://t.me/dogru_yasham

Doğru Yaşam

09 Jan, 13:59




Əmirəlmöminin Əli (ə):

Kim Rəcəb ayının əvvəlində, ortasında və ya sonunda bir gün oruc tutarsa, onun keçmiş və gələcək günahları bağışlanar.

Kim Rəcəb ayının əvvəlində üç gün, ortasında üç gün və sonunda üç gün oruc tutarsa, onun keçmiş və gələcək günahları bağışlanar.

Kim Rəcəb ayının gecələrindən birini iyha saxlayarsa, Allah onu cəhənnəm odundan azad edər və onun şəfaətini yetmiş min günahkar barədə qəbul edər.

Kim Rəcəb ayında Allahın rizası üçün sədəqə verərsə, Allah Qiyamət günü onu cənnətdə elə bir mükafatla izzətləndirər ki, onu nə bir göz görmüşdür, nə bir qulaq eşitmişdir, nə də bir insanın ağlının ucundan keçmişdir".

📗"Fəzailul-əşhuris-səlasə", səh.37

#rəcəb #rəcəbayı #rəcəbinfəziləti #oruc #ihya #şəfaət #cənnət #cəhənnəm

https://t.me/dogru_yasham

Doğru Yaşam

09 Jan, 09:46




Bacarırsansa, sevdiyinə zülm etmə!

İmam Sadiq (ə) nəql edir:

Bir nəfər Əbuzərə məktub yazıb dedi:
— Ey Əbuzər, öz elmindən məni bəhrələndir.
Əbuzər onun cavabında yazdı:
— Həqiqətən, (əməl edilməli olan) elm çoxdur, amma sən bacarırsa, sevdiyin kəsə zülm etmə!
Həmin şəxs Əbuzərə cavab verdi:
— Sən heç sevdiyinə zülm edən birini görmüsənmi?
Əbuzər cavabında dedi:
— Bəli, sən özünü hamıdan çox sevirsən və əgər Allaha itaətsizlik etsən, özünə zülm etmiş olursan.


📗"Əl-Kafi",c.2,səh.458

https://t.me/dogru_yasham

Doğru Yaşam

09 Jan, 08:02




İmam Sadiqdən (ə) "gözəl əxlaq nədir?"— deyə soruşulduqda, buyurdu:

تُلِينُ جَانِبَكَ وَ تُطِيبُ كَلاَمَكَ وَ تَلْقَى أَخَاكَ بِبِشْرٍ حَسَنٍ

"Mülayim davranmaq, gözəl və xoş danışmaq və qardaşını gülərüzlə qarşılamaq".

📗"Məanil-əxbar",səh.253

https://t.me/dogru_yasham

Doğru Yaşam

09 Jan, 05:58




Keçmiş keçib gedib ⇐  ondan dərs al.

Gələcək qarşındadır ⇐ ona hazırlaş.

Amma indiki zaman, o daim səninlədir⇐ onu yaşa.

https://t.me/dogru_yasham

Doğru Yaşam

08 Jan, 17:40




Narahat olma, doğru insan səni tərk etməz!

Diqqət edin! Bu söz doğru söz olsa da, ikibaşlı bir ifadədir. Razıyam, doğru şəxs səni heç vaxt istəyərəkdən tərk etməz. Lakin bu o demək deyil ki, əgər biri səni tərk edirsə, deməli, o şəxs sənin üçün doğru biri deyil. Haradan məlum, bəlkə sən onun üçün doğru biri deyilsən. Amma nədənsə biz özümüzdə səhv axtarmayıb, birbaşa qarşı tərəfi günahlandırmağa keçir, məhz onun təqsirkar olduğunu, onun doğru şəxs və bizə layiq olmadığını dilə gətiririk. Qayıdıb özümüzə: "bəlkə də mən ona layiq deyiləm, bəlkə də mən müqəssirəm",— demirik.

Sizi başa düşürəm, insan bəzən sözləri ilə, davranışı ilə ətrafındakılara: "yıxılmadım, düşmədim, dimdik ayaqdayam, əvvəlkitək güclüyəm" hissini aşılamağa çalışır, amma bunun yolu qarşı tərəfi aşağılamaq deyil.

Bundan əlavə, bu söz bar-bar bağırır ki, sən yanlış seçim etmisən və bunun da acı nəticəsi olaraq da, bu gün tərk edilmisən.

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Jan, 16:51




Rəcəb əhlinin məqamı

İmam Rza (ə):

"Kim Rəcəb ayının ilk günü ilahi savaba ümid edərək oruc tutarsa, cənnət ona vacib olar. Kim Rəcəb ayının ortasında bir gün oruc tutarsa, Rəbiə və Müzər qəbiləsi qədər insana şəfaət edər. Kim Rəcəb ayının sonunda oruc tutarsa, Allah onu cənnətin şahlarından edər və o, atası, anası, oğlu, qızı, qardaşı, əmisi, bibisi, dayısı, xalası, tanışları və qonşuları üçün hətta onlar cəhənnəmi haqq etmiş olsalar belə, şəfaət edər".

📗"Fəzailul-əşhuris-səlasə", səh.17


Rəbiə və Müzər qəbilələri Ərəbistan yarımadasında əhalisinin sayına görə ən genişmiqyaslı tayfalar olub. Ərəblər, adətən, bir şeyin çoxluğunu vurğulamaq istədikdə bu iki qəbilənin adını çəkərdilər. Yəni bu iki qəbilə çoxsaylı insan topluluğunu ifadə etmək üçün bir növ kinayə xarakteri daşıyırdı. Bu hədisdə də Rəbiə və Müzər qəbilərinin adlarının vurğulanması məhz bu anlamı ifadə edir.

#rəcəb #rəcəbayı #rəcəbinfəziləti #şəfaət

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Jan, 14:02




Rəcəb ayında İlahi carçının mesajı

Peyğəmbər (s) buyurur:

Mütəal Allah göyün yeddinci qatında “Dai” (carçı) adında bir mələk təyin etmişdir və o Rəcəb ayı daxil olduqda hər gecə səhərədək (insanlara) səslənib deyir:  "Xoş zikr edənlərin halına! Xoş itaət edənlərin halına! Allah-təala buyurur: "Mən, Mənə yoldaşlıq edənin yoldaşıyam, Mənə itaət edənin istəklərini yerinə yetirənəm, Məndən bağışlanma diləyənin bağışlayanıyam. Bu ay mənim ayım, bəndəm Mənim bəndəm və rəhmət Mənim rəhmətimdir. Bu ayda kim Məni çağırsa, ona cavab verərəm, kim Məndən [bir şey] istəsə, ona verərəm, kim Məndən hidayət istəsə, onu hidayət edərəm. Mən bu ayı özümlə bəndələrim arasında bir ip (vasitə) qərar vermişəm. Hər kim bu ipdən yapışsa Mənə çatar”.

📗 “İqbalul-ə'mal”,c.2,səh.628

#rəcəb #rəcəbayı #rəcəbinfəziləti #istiğfar #bağışlanma #tövbə

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Jan, 13:58




Sabah mübarək Rəcəb ayının birinci günüdür. Rəcəb ayı Allahın Öz rəhmət yağışını bəndələrinin üzərinə yağdırdığı bir aydır. Bu ay Allahın rəhmət qapıları bəndələrinin üzərinə tamamilə açıqdır. Əvəzolunmaz fürsətlərlə, bərəkətlərlə dolu bir aydır, bu ay. Bu ay Allahla barışmaq üçün və Onun yanında zədələdiyimiz imacımızı düzəltmək üçün qızıl bir fürsətdir. Bu ayda son dərəcə diqqətli olmağa çalışaq; əməllərimizə, davranışımıza və sözlərimizə diqqət yetirək. Allahın bizə lütfünü yad edib, Ona layiqli bəndə olmağa səy göstərək. Çünki belə bir fürsət bir daha ələ gəlməz.

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Jan, 11:44




Əmirəlmöminin Əli (ə):

"Özünü ən yaxşı tanıyan insan, Rəbbindən ən çox qorxan insandır".

📗"Ğürərul-hikəm",c.1,səh.201

https://t.me/dogru_yasham

Doğru Yaşam

31 Dec, 17:35




Dostlar, daha biri ili sevincilə, kədərilə, acısıyla, şirinilə arxada qoyduq. Qarşıdan gələn Yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Yeni iliniz uğurlu, bərəkətli və ruzili olsun. Allahdan hər birinizə cansağlığı, bərəkətli və mənalı ömür diləyirəm. Allahın nəzəri üzərinizdən əskik olmasın!

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Dec, 12:52




Mömin ölümündən sonra ailəsinə baş çəkirmi?

İshaq ibn Əmmar rəvayət edir ki, mən İmam Musa Kazıma (ə) dedim: "Mömin öz ailəsini (ölümündən sonra) ziyarət edərmi?" İmam (ə) buyurdu: "Bəli". Dedim: "Neçə vaxtdan bir?" Buyurdu: "Bu, onların fəzilət və məqamlarına bağlıdır. Onlardan kimisi hər gün, kimisi iki gündə bir, kimisi isə üç gündən bir ziyarət edər".

Sonra İmamın (ə) sözlərindən anladım ki, ən aşağı məqamda olanlar hər həftənin cümə günündə ziyarət edərlər. Dedim: "Hansı saatda?" Buyurdu: "Zəval (günorta azanı) vaxtı". Yenə soruşdum: "Hansı şəkildə?" Buyurdu: "Sərçə şəklində, ya da ondan daha kiçik bir surətdə. Allah-taala onunla birlikdə bir mələk göndərər ki, ona sevindirici şeyləri göstərsin və xoşuna gəlməyən şeyləri ondan gizlətsin. Beləlikə o, yalnız onu sevindirən şeyləri görər və sevincli halda geri dönər".

📗"Əl-Kafi",c.3,səh.231

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Dec, 08:05




Çalış öz səhvlərinin müdafiəçisi, başqalarının səhvlərinin isə qəzavətçisi olmayasan.

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Dec, 11:55




İmam Baqir (ə):

لَيسَت تَشهَدُ الجَوارِحُ عَلى مُؤمِنٍ، إنَّما تَشهَدُ عَلى مَن حَقَّت عَلَيهِ كَلِمَةُ العَذابِ، فأمّا المُؤمِنُ فيُعطى كِتابَهُ بِيَمينِهِ

"Bədən üzvləri möminin əleyhinə şahidlik etməz; onlar yalnız əzaba layiq olanın əleyhinə şahidlik edər. Möminin isə əməl kitabı sağ əlinə verilər".

📗"Əl-Kafi",c.2,səh.28

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Dec, 11:05




Sevdiyin şey uğrunda savaşmadınsa, o zaman onu itirdiyində ağlama.

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Dec, 11:06




Əmirəlmöminin İmam Əli (ə):

مَنْ أَحَبَّ شَيْئاً لَهِجَ بِذِكْرِهِ

"Kim bir şeyi sevsə, onu tez-tez yad edər".

📗"Ğürərul-hikəm",c.1,səh.583

حبيبي حسين❤️

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Dec, 10:42


Nə sərvətə, nə daşa-torpağa, nə də evlərə əhəmiyyət veririk. Biz fədakarıq və görəsən biz də şəhadətə qovuşacağıqmı? Biz Hüseynin çadırının altındayıq. O kəs ki, onun kölgəsi min ildir ki, üzərimizdərir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Dec, 10:13




Çətinliklərdən gileylənmə, əksinə onlara minnətdar ol. Çünki onlar ətrafındakı insanların həqiqi simasını üzə çıxarır.

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Dec, 20:10


🏴 Təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyir, yaralıların tezliklə öz sağlıqlarına qovuşmasını arzu edirik. Axır qəmimiz olsun!

Doğru Yaşam

25 Dec, 18:00


Sənə zərər verən pəncərəni bağla,
mənzərəsi nə qədər gözəl olsa da.

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Dec, 16:20




Möminlə münafiqin fərqi


Əmirəlmöminin Əli (ə):

"Mömin baxanda ibrət alar, susanda düşünər, danışanda isə Allahı zikr edər. O, varlananda şükür edər və ona bir çətinlik üz verdiyində səbir edər. O, tez razı olub, gec qəzəblənər. Allahın ona verdiyi az nemətə razı olar və nemətin çoxluğu isə üsyana və qəzəbə vadar etməz. Niyyətində çoxlu yaxşı işlər etməyi istəsə də, onlardan yalnız bir neçəsini həyata keçirə bilir və etmədiyi yaxşılıq üçün kədərlənir ki, necə oldu ki onu edə bilmədi.

Münafiq isə baxanda əylənər, susanda qəflət edər, danışanda boş-boş danışar. Varlandıqda təkəbbürlənib tüğyan edər, çətinlik ona üz verdikdə yazığa dönər. Tez qəzəblənib, gec razı olar. Allahın verdiyi az nemətə qəzəblənər, çoxu da onu razı salmaz. O, niyyətində çoxlu pislik nəzərdə tutsa da, onlardan yalnız bir neçəsini həyata keçirə bilir və etmədiyi pislik üçün də kədərlənər ki, necə oldu ki onu edə bilmədi".

📗"Tuhəful-uqul",səh.212

https://t.me/dogru_yasham

Doğru Yaşam

24 Dec, 18:48




Peyğəmbər (s):

خِيارُ اُمَّتي القانِـعُ و شِرارُهُمُ الطامِعُ

"Ümmətimin ən yaxşıları qənaətcillər, ən pisləri isə tamahkarlardır".

📗"Kənzul-ummal",hədis:7095

https://t.me/dogru_yasham

Doğru Yaşam

24 Dec, 18:21




Bir-birindən gözəl 10 tövsiyə

1. Gözlə, amma dayanma.

2. Düşün, amma ləngimə.

3. Cəsarətli ol, amma ədəbsiz olma.

4. İsrarlı ol, amma inadkar olma.

5. Səbirli ol, amma laqeyd olma.

6. Sadə ol, amma sadəlövh olma.

7. Tələs, amma tələsik iş görmə.

8. "Bəli",—de, amma, "mütləq belədir və ya mütləq belə edəcəm"— demə.

9. "Yox",—de, amma, "əsla" və "heç vaxt" sözünü dilinə gətirmə.

10. Demə: "Sənin üçün ölərəm", de ki:"Sənin üçün yaşayaram".

https://t.me/dogru_yasham

Doğru Yaşam

24 Dec, 06:14




Allahın tövbə edən bəndəsinə lütfü

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir:

"Allah-Taala Davud peyğəmbərə (ə) vəhy edərək buyurdu: "Ey Davud! Mənim mömin bəndəm bir günah işlədib sonra həmin günahdan əl çəkib tövbə etsə və o günahı xatırlayanda Məndən xəcalət çəksə, Mən onu bağışlayaram. Həmin günahı onu qoruyan mələklərin yadından silib savaba çevirərəm və bundan dolayı heç nədən çəkinmərəm. Çünki Mən mərhəmətlilərin ən mərhəmətlisiyəm."

📗"Səvabul-ə'mal",c.1,səh.130

Allahın mərhəmətini müşahidə edirsiniz? Deyir: əgər bəndəm həqiqətən tövbə etsə,

1. Onu bağışlayaram;

2. O günahı mələklərin hafizəsindən silərəm;

3. Həmin günahı savaba çevirərəm.
Daha bundan böyük lütfmü olar?!


https://t.me/dogru_yasham

Doğru Yaşam

23 Dec, 19:37


Necə də doğru deyib!

Siysətçilər həmrəy və əlbir olduqda bizi soyurlar, aralarında ixtilaf düşdükdə və münaqişə etdikdə isə bizi qətl edirlər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Dec, 15:35




Əllamə Təbatəbaidən soruşdular ki, ziyarət zamanı imamların bizə diqqət etməsi üçün nə edək? Əllamə buyurdu: "Ziyarətə gedərkən yolda belə deyin: Bihəqqi Fatimə! Bihəqqi Fatimə!... (yəni Səni and verirəm Fatimənin haqqına)".

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Dec, 15:34




Peyğəmbər (s) vəfatı ərəfəsində etdiyi son tövsiyəsi qadınlar haqqında idi. O, tövsiyəsində namazın əhəmiyyəti, qulların və kənizlərin halının nəzərə alınması və qadınlara hörmət edilməsini vurğulayaraq belə buyurdu: "Namaza diqqət edin və qullara və kənizlərə gücləri çatmayacaq şeyləri yükləməyin. Qadınların hörmətini qoruyun, çünki onlar sizin aranızda yardımçılardır".

©Əllamə Məhəmmədhüseyn Təbatəbai

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Dec, 14:23




Peyğəmbər (s):

هِبَةُ الرَّجُلِ لِزَوْجَتِهِ تَزِيدُ فِي عِفَّتِهَا

"Kişinin həyat yoldaşına hədiyyə verməsi onun iffətini artırar".


📗"Mən la yəhzuruhul-fəqih",c.4, səh.381

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Dec, 14:22


السَّلَامُ عَلَیْکِ یَا زَوْجَهَ وَلِیِّ اللَّهِ وَ خَیْرِ خَلْقِهِ بَعْدَ رَسُولِ اللَّهِ السَّلَامُ عَلَیْکِ یَا أُمَّ الْحَسَنِ وَ الْحُسَیْنِ سَیِّدَیْ شَبَابِ أَهْلِ الْجَنَّهِ السَّلَامُ عَلَیْکِ یَا أُمَّ الْمُؤْمِنِینَ

Salam olsun sənə, ey Allahın vəlisinin və Peyğəmbərdən sonra ən üstün şəxsin həyat yoldaşı! Salam olsun sənə, ey Cənnət cavanlarının ağaları Həsən və Hüseynin anası! Salam olsun sənə, ey möminlərin anası!

📗"İqbaul-ə'mal",səh.624

https://t.me/dogru_yasham

Doğru Yaşam

21 Dec, 18:09




Torpaqdan gəlmişik, torpağın üzərində yaşayırıq, torpağa da geri dönəcəyik. Elə isə, bu qədər təkəbbür nə üçündür?!

https://t.me/dogru_yasham

Doğru Yaşam

21 Dec, 16:47




Həzrət Fatimə (s.ə):

خِيَارُكُمْ أَلْيَنُكُمْ مَنَاكِبَ وَ أَكْرَمُهُمْ لِنِسَائِهِمْ

"Sizin ən yaxşılarınız, davranışca ən mülayim olanınız və xanımlarına ən çox hörmət edəninizdir".


📗"Tuhəful-uqul",səh.212

https://t.me/dogru_yasham

Doğru Yaşam

21 Dec, 16:42




İki dünya qadınlarının sərvəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə hər birinizi, xüsusilə siz əziz xanımları səmim qəlbdən təbrik edirəm! Allah bizləri dünya və axirət xanım Zəhranın qapısından ayrı salmasın!

https://t.me/dogru_yasham

Doğru Yaşam

20 Dec, 14:23


Yəni lazım deyil bar-bar bağırasan ki, mən şiəyəm. Lazım deyil köynəyinə "Ya Hüseyn" yazdırıb, evinin girişində İmam Hüseyn bayrağı asdırasan. Öz əməlinlə Əhli-beyti insanlara sevdirə bilərsən.
İnsanlar sənin iddialarına və bər-bəzəkli sözlərinə deyil, davranışına, əməlinə baxırlar. Sənin əməlinə görə də böyüklərinə qiymət verirlər. Bu bir reallıqdır, sən nə qədər də bu cür qiymətləndirməni düzgün hesab etməsən belə.

https://t.me/dogru_yasham

Doğru Yaşam

05 Dec, 07:50




Cahilin üç xüsusiyyəti

İmam Sadiq (ə):

من أخلاقِ الجاهِلِ الإجابَهُ قَبلَ أنْ يَسمَعَ والمُعارَضَةُ قَبلَ أنْ يَفْهَمَ ، والحُكْمُ بما لا يَعْلَمُ

"Dinləmədən cavab vermək, anlamadan etiraz etmək və bilmədiyi şey barədə hökm çıxarmaq cahilin xüsusiyyətlərindəndir".

📗"Biharul-ənvar",c.2,səh.62

https://t.me/dogru_yasham

Doğru Yaşam

04 Dec, 07:58




Əyyami-Fatimiyyədə nə qədər əzadarlıq edilsə, yenə azdır. Bu sözün dəlili Əmirəlmöminin Əlinin (ə) Həzrət Zəhranın (s.ə) şəhadətinin müsibətli barədə buyurduğu bu kəlamıdır: "And olsun Allaha, bu elə bir müsibətdir ki, onun üçün əza saxlamaq bitməz və elə bir itkidir ki, onun yerini doldurmaq mümkün deyil." Nə qədər çalışsanız da, bu müsibətin yaratdığı boşluğu doldura bilməzsiniz.

©Ayətullahul Vəhid Xorasani

https://t.me/dogru_yasham

Doğru Yaşam

04 Dec, 06:28




Can, yoxsa din?

Əmirəlmöminin İmam Əli (ə):

إِذَا حَضَرَتْ بَلِيَّةٌ فَاجْعَلُوا أَمْوَالَكُمْ دُونَ أَنْفُسِكُمْ وَ إِذَا نَزَلَتْ نَازِلَةٌ فَاجْعَلُوا أَنْفُسَكُمْ دُونَ دِينِكُمْ وَ اِعْلَمُوا أَنَّ اَلْهَالِكَ مَنْ هَلَكَ دِينُهُ وَ اَلْحَرِبَ مَنْ سُلِبَ دِينَهُ

"Əgər bir bəla gəlsə, mallarınızı canlarınıza fəda edin. Əgər dininizi təhdid edən bir təhlükə yaranarsa, canlarınızı dininizinə fəda edin. Bilin ki, həqiqətən həlak olan şəxs, dinini itirən şəxsdir, və həqiqi ziyana uğrayan, dinini əlindən verən insandır".

📗"Tuhəful-uqul",səh.216

✍🏻 Hədisdən belə başa düşülür ki, dini təhdid edən bir təhlükə dedikdə, söhbət insanın etiqadını təhdid edən və ya onun fərdi ibadətinə maneçilik törədən bir problemdən getmir, bəlkə söhbət cəmiyyətdə dini aradan aparan, dinin sütunlarını sarsan, Allahın halallarını haram, haramlarını halal edən bir təhdiddən gedir. Çünki etiqad qəlbə aid bir məsələdir; onu zorla nə kimdənsə almaq olar, nə də kiməsə zorla qəbul etdirmək. Bəli, şübhələr, iradlar insanın etiqadı üçün böyük bir təhdid sayılır və onun çaşqınlığa düşməsinə səbəb olur. Lakin bu növ təhdidlə mübarizədə insan etiqadının möhkəmlənməsi üçün gərək elmə sarılsın, nəinki canını etiqadını təhdid edən şübhələrin önündə sipər etsin. Fərdi ibadətlərə gəlincə, bu növ ibadətlərdə insanın önündə onun canını təhdid edən bir manə yarandıqda, din bizə canı qorumağı və həmin durumda təqiyyə etməyi tövsiyə edir. Lakin ictimaiyyətdə dinin aradan getməsinə, dini sütunlarının sarsılmasına gəlincə, din bizə bu kimi durumlarda canımızı dinin yaşaması uğrunda fəda etməyi əmr edir. İnsana: "təqiyyə et, canını qoru",— deyən din, zamanı gəldiyində, ona: "canını dininə qurban ver",— deyə göstəriş verir. Bu onu göstərir ki, dinimizə əsasən, insan təkcə özünün deyil, başqalarının da hidayətində məsuliyyət daşıyır və bu dinin qorunması — hansı ki, insanların hidayəti bu dinin qorunmasına bağlıdır — hər bir müsəlmanın mənəvi və şəri borcudur.

https://t.me/dogru_yasham

Doğru Yaşam

04 Dec, 05:57




Ağrı-acını dadan insan, müsibət anında başqalarına daha çox dayaq olar.

https://t.me/dogru_yasham

Doğru Yaşam

03 Dec, 08:18




Paltar sənin zahirini, Allahı zikri isə sənin batinini bəzəyir. İnsanların səni gözəl görməsi əlbəttə ki, xoşdur. Amma ən gözəli Rəhman olan Allahın sənin qəlbinin Onun zikri ilə abadlaşdığını görməsidir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

02 Dec, 15:13




İmam Sadiq (ə):

لاَ يَنْبَغِي لِلْمُؤْمِنِ أَنْ يَجْلِسَ مَجْلِساً يُعْصَى اللَّهُ فِيهِ وَ لاَ يَقْدِرُ عَلَى تَغْيِيرِهِ

"Möminə, Allahın itaətsizliyinin edildiyi və bunu dəyişdirməyə gücü çatmadığı bir məclisdə oturmaq yaraşmaz".

📗"Əl-Kafi",c.2,səh.374

https://t.me/dogru_yasham

Doğru Yaşam

02 Dec, 15:02


Elə unuludulacaqsan ki, sanki heç olmamısan.

https://t.me/dogru_yasham

Doğru Yaşam

02 Dec, 11:35


Ağacan!
Gəl bir nəzər et bu yaralı könlümüzə.
Ki bəlkə gəldi yenə bahar ömrümüzə.


https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Dec, 13:14


İmam Səccadın Ramazan ayının səhərlərində oxuduğu duadan:

"İlahi, Sənə qarşı günah etdik, buna baxmayaraq, bizi bağışlayacağına ümid edirik. Sənə dua etdik və dualarımızı qəbul edəcəyinə ümid bəsləyirik. Ey Mövlamız! Ümidlərimizi gerçəkləşdir, çünki əməllərimizlə nəyə layiq olduğumuzu yaxşı bilirik".

عَصَيْنَاكَ وَ نَحْنُ نَرْجُو أَنْ تَسْتُرَ عَلَيْنَا وَ دَعَوْنَاكَ وَ نَحْنُ نَرْجُو أَنْ تَسْتَجِيبَ لَنَا فَحَقِّقْ رَجَائَنَا يَا مَوْلاَنَا فَقَدْ عَلِمْنَا مَا نَسْتَوْجِبُ بِأَعْمَالِنَا

📗"İqbaul-ə'mal",c.1, səh.67

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Dec, 11:57




Beş dərd və onun beş dərmanı

Əmirəlmöminin İmam Əli (ə) nəql edir:

Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: "Mənə elə bir əməl öyrət ki, ona əməl etməklə Allah məni sevsin, insanlar məni sevsin, malım artıb bərəkətli olsun, bədənim sağlam olsun, ömrüm uzun olsun və Qiyamət günü səninlə birlikdə məhşur olum."

Peyğəmbər (s) buyurdu: "Bu altı xüsusiyyət üçün altı əməl lazımdır:

1. Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və təqvalı ol.

2. İnsanların səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et və onların malına göz dikmə.

3. Malının bərəkətli olmasını istəyirsənsə, zəkat ver.

4. Sağlam qalmaq istəyirsənsə, çox sədəqə ver.

5. Ömrünün uzun olmasını istəyirsənsə, qohumlarınla əlaqə saxla.

6. Mənimlə birgə məhşur olunmağı istəyirsənsə, Vahid və Qəhhar Allahın hüzurunda uzun-uzadı səcdə et."

📗"Biharul-ənvar",c.82, səh.164


⭕️ Bu şəxs hər kim olubsa, çox ağıllı və zirək bir insan olub.😊 Həm dünyanın xeyrinin ardınca olub, həm də axirətin. Deyir dünyada olanda istəyirəm həm Allah məni sevsin, məndən razı qalsın, həm də insanların yanında sevilim. Ömrüm uzun, cismim sağlam, malım bərəkətli olsun ki, həyatdan doyunca ləzzət ala bilim. Həyatdan köçdükdən sonra da Peyğəmbərlə birgə olum. Daha bundan gözəl və bundan üstün nə istək ola bilər?

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Dec, 07:12


Müharibə bitdi, həsrət başladı😢

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Dec, 05:22




Müvəffəqiyyətin yolu hamar deyil, lakin parlaq bir sonu var.

https://t.me/dogru_yasham

Doğru Yaşam

30 Nov, 14:21




Peyğəmbər (s):

مَنْ آذَى مُؤْمِناً وَ لَوْ بِشَطْرِ كَلِمَةٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوباً بَيْنَ عَيْنَيْهِ آيِسٌ مِنْ رَحْمَةِ اللَّهِ وَ كَانَ كَمَنْ هَدَمَ الْكَعْبَةَ وَ الْبَيْتَ الْمُقَدَّسَ وَ قَتَلَ عَشَرَةَ آلاَفٍ مِنَ الْمَلاَئِكَة

"Kim bir mömini, hətta yarım sözlə belə, incidərsə, Qiyamət günü alnının ortasında "Allahın mərhəmətindən ümidini kəsmiş" yazılmış halda gələr. Bu şəxs, sanki Kəbəni, Beytül-Müqəddəsi dağıtmış və on min mələyi öldürmüş kimidir".

📗"İrşadul-qulub",c.1,səh.76

https://t.me/dogru_yasham

Doğru Yaşam

30 Nov, 12:31




Salam olsun sənə, ey mənim imamım və rəhbərim, ey Zamanın Sahibi! Allah sənin zühurunu tezləşdirsin və gəlişini asanlaşdısın! Ey mənim ağam, ey mənim mövlam! Uzun zamandır ki, ağılım sənin düşüncənlə, qəlbim sənin eşqinlə dolubdur. Ağacan, o gün üçün necə də darıxıram! Mənim üçün ancaq gecə-gündüz, namazımda, rüku və səcdəmdə sənin mübarək zühurunun tezləşməsi üçün dua etmək qalır.

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Nov, 18:15




Peyğəmbər (s):

 أكرِمُوا أولادَكُم و أحْسِنوا آدابَهُم يُغْفَرْ لَكُم 

"Övladlarınıza hörmət edin və onları gözəl tərbiyə edin ki, bağışlanasınız".

📗"Biharul-ənvar",c.101,səh.95

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Nov, 11:56


Həm möhtəva, həm də ifa möhtəşəmdir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Nov, 09:58




Mərhum Seyid Həsən Nəsrullahın oğlu Seyid Məhəmməd Məhdi video mesajında Beyrutun cənubundakı "Harra Hərik" məhəlləsində dağıdılmış evlərin qarşısından atəşkəs razılaşmasını təbrik edib.

Videonun tərcüməsini:

Həmd olsun Allaha ki, biz – Ümmətin Şəhidlər Ağasının ailəsi olaraq bu dayanıqlı, fədakar və cəsur xalqın yanında olma şərəfinə nail olduq. Qan tökməklə, evlərimizi tərk etməklə, dağılmış evlərlə, müharibənin ilk günündən etibarən və zəfər elan olunana qədər Livanda qalmaqla bu xalqla həmrəylik etdik. "Həmd olsun aləmlərin Rəbbinə"— deyirik. Ey Rəbbimiz, bizdən razı qaldımmı? Razı olana qədər (sevdiklərimizi) al bizdən. Bu əziz zəfəriniz mübarək olsun!

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Nov, 09:36




Şəhid Seyid Həsən Nəsrullahın oğluna sevgi dolu məktubu:


Bağışlayan və Mehriban Allahın adı ilə

Əziz oğlum, səni çox sevirəm və ayrılığına dözə bilmirəm. İstəyirəm gözlərimdən uzaqda olmayasan və həmişə mənim yanımda qalasan. Səni bütün qəlbimlə sevirəm, ey mənim qəlbimin hər şeyi!

✍🏻 Atan Həsən

Bu isə atasının fəraqına dözməyən oğulun sözləridir:

Ey aşiqi olduğum, bu məktubu gündəliyimdə tapanda, sənin üçün darıxdım və göz yaşlarımı saxlaya bilmədim. Amma indi mən onu yenidən oxuyuram, ağlayıram, çaşıram, itirəm. Harada tapa bilərəm səni? Mənə bir daha baxışla lütf et, gözlərinə bir daha baxım, əllərindən bir daha öpüm və sonuncu dəfə səni qucaqlayım. Ey xoşbəxtlərin başlarını sığallayan, mənim də başımı sığallamazsanmı? Yetim qalmış başım sənə möhtacdır.

✍🏻 Məhəmməd Məhdi

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Nov, 08:23




Əmirəlmöminin İmam Əli (ə):

إِنَّ الْقَائِمَ مِنَّا إِذَا قَامَ لَمْ يَكُنْ لِأَحَدٍ فِي عُنُقِهِ بَيْعَةٌ فَلِذَلِكَ تَخْفَى وِلاَدَتُهُ وَ يَغِيبُ شَخْصُهُ

"Qaimimiz qiyam etdikdə, heç kimin onun boynunda beyəti olmayacaq. Bu səbəbdən onun doğumu gizli saxlanılmış və qeybə çəkilmişdir".

📗"Kəmalud-din",c.1,səh.303

https://t.me/dogru_yasham

Doğru Yaşam

28 Nov, 16:31




Yenə könlüm pərvaz edir Kərbubəladə.
Ki tapa ruhum bəlkə səni bu səmadə.
Yox qərarım mənim sənsiz bir an dəxi
Səndən ayrı kimim var ki, bu dünyadə.


Səllallahu ələykə ya Əba Əbdillah!💔

https://t.me/dogru_yasham

Doğru Yaşam

28 Nov, 14:27




Biz o imamın oğulları və qızlarıyıq ki, Məhərrəm ayının onuncu günündə (Aşura günü) dayanıb mövqeyini açıq şəkildə bəyan etdi, nəticələri nə olursa olsun. O, uca səslə iddiaçıların üzünə qarşı dedi: "Agah olun ki, zinazadənin oğlu zinazadə məni iki şey arasında məcbur qoyub: ya qılınca əl atmalıyam, ya da zillətə boyun əməliyəm. Bilsinlər ki, zillət bizdən uzaqdır!"

© Seyid Həsən Nəsrullah (r)

https://t.me/dogru_yasham

Doğru Yaşam

28 Nov, 12:37




İmam Həsən Əskəri (ə):

شيعَةُ عَلِيٍّ عليه السلام هُمُ الَّذينَ يُؤثِرونَ إخوانَهُم عَلى أنفُسِهِم ولَو كانَ بِهِم خَصاصَةٌ

"Əlinin (əleyhissalamın) şiələri o kəslərdir ki, özləri ehtiyac içində olsalar belə, qardaşlarını özlərindən üstün tuturlar."

📗"Biharul-ənvar",c.65,səh.160

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Nov, 19:33


İlahi, əvvəl məni pak et, sonra öldür!

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Nov, 19:05




Əmirəlmöminin İmam Əli (ə):

النَّاسُ إِلَى أَشْكَالِهِمْ أَمْيَلُ

"İnsanlar özlərinə bənzəyənlərə daha çox meyl edərlər".

📗"Kənzul-fəvaid",c.2,səh.32

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Nov, 18:40




İmam Sadiq (ə):

تَجِبُ لِلوَلَدِ عَلى والِدِهِ ثَلاثُ خِصالٍ اختِيارُهُ لِوالِدَتِهِ و تَحسينُ اسمِهِ وَ المُبالَغَةُ في تَأديبِهِ

"Uşağın atasının üzərində üç haqqı vardır:

1. Onun üçün layiqli ana seçmək,

2. Ona gözəl bir ad qoymaq,

3. Onun tərbiyyəsi üçün böyük səy göstərmək."

📗 "Tuhəful-uqul",səh.322

Bu hədis, valideynin məsuliyyətinin nə qədər ağır olduğunu bir daha bizə xatırladır. Bu hədis bizə başa salır ki, övladın təməl haqlarından biri budur ki, biz ona layiqli ana (və ya ata) seçək. Bu o deməkdir ki, biz həyat yoldaşı seçərkən təkcə özümü, öz istəklərimizi düşünməməliyik, gələcək övladımızın da fikrində olmalı, onu da düşünməliyik. Düşünməliyik ki, seçəcəyim həyat yoldaşı sabah övladımı necə tərbiyyə edəcək, onun həyatında nə kimi təsirlər və izlər qoyacaq? Doğrudur, övlad valideynini seçə bilmir, amma biz gələcək övladımızın necə bir ana və ya ataya sahib olmasını öncədən seçə bilərik. Gəlin seçim edərkən özümüz kimi, övladımızın da xoşbəxtliyini düşünək!

https://t.me/dogru_yasham

Doğru Yaşam

27 Nov, 16:59




⭕️ Zəhra balasının gənc nəslə xitabı

Siz yeni nəsil, siz gənc oğlanlar və qızlar, bu (islam və müqavimət) bayrağı(nı) daşıyacaq, yolu davam etdirəcək, şəhidlərin məqsəd, arzu və ümidlərini həyata keçirəcəksiniz. Biz sizə inanırıq! Buna görə sizi həyatda ciddi olmağa, valideynlərə hörmət etməyə, qohumluq əlaqələrini qorumağa, doğruluğa, əmanətə sadiq qalmağa və gözəl davranışa dəvət edirəm. Həmçinin sizi elm öyrənməyə, biliyinizi aartırmağa, ixtisas sahibi olmağa və elmi bacarıq əldə etməyə dəvət edirəm. Çünki azadlığın qorunması, bütün bu nailiyyətlərin davamı və şəhidlərin əmanətinin qorunması sizin çiyinlərinizdədir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Nov, 19:15




Əmirəlmöminin İmam Əli (ə):

لاَ يَأْمَنُ يَوْمَ الْقِيَامَةِ إِلاَّ مَنْ خَافَ اللَّهَ فِي الدُّنْيَا

"Qiyamət günündə ancaq dünyada Allahdan qorxan kəs əmin-amanlıqda olar".

📗"Əl-mənaqib",c.4,səh.69

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Nov, 09:30




Elə kəslər var ki, onların yanında özünü güvəndə hiss edirsən, onlarla danışığında aramlıq tapırsan, ruhun dincəlir sanki. Onlarla vaxt keçirməkdən yorulmursan, vaxtın necə gəlib keçdiyini bilmirsən. Barmaqları qannasa ürəyin yerindən oynayır. Heç vaxt onların üzülmələrini, narahat olmalarını istəmirsən. Çalışırsan ki, kədərlənməsinlər. Tək istəyin onların yaxşı olmasıdır. Çünki onlar yaxşı olsa, sən də yaxşı olursan. Sevgi dediyin budur!

https://t.me/dogru_yasham

Doğru Yaşam

23 Nov, 17:37




İmam Rza (ə):

إِنَّهُ لَيْسَ أَحَدٌ مِنْ شِيعَتِنَا يُبْتَلَى بِبَلِيَّةٍ أَوْ يَشْتَكِي فَيَصْبِرُ عَلَى ذَلِكَ إِلاَّ كَتَبَ اللَّهُ لَهُ أَجْرَ أَلْفِ شَهِيدٍ

“Həqiqətən, bizim şiələrimizdən hər kim bir müsibətə və ya xəstəliyə düçar olub ona səbir edərsə, Allah ona min şəhidin savabını yazar.”

📗"Əl-Kafi",c.1,səh.353

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Nov, 15:46




Xanım Zəhranın ziyarətnaməsi

Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Allahın həbibinin qızı! Salam olsun sənə, ey Allahın xəlilinin qızı! Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısının qızı! Salam olsun sənə, ey Allahın ən üstün peyğəmbərinin, mələklərinin və elçilərinin qızı! Salam olsun sənə, ey Allahın seçilmiş bəndəsinin qızı! Salam olsun sənə, ey Allahın əmin bəndəsinin qızı! Salam olsun sənə, ey bəşərin ən xeyirlisinin qızı! Salam olsun sənə, ey aləmdəki — əvvəldən axıra qədər — bütün qadınların seyyidəsi! Salam olsun sənə, ey Allahın vəlisinə və Allahın Rəsulundan sonra bəşərin ən xeyirlisinə həyat yoldaşı olan! Salam olsun sənə, ey cənnət gənclərinin ağaları olan Həsən və Hüseynin anası! Salam olsun sənə, ey doğru danışan və ey şəhid olmuş xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı qaldığı xanım! Salam olsun sənə, ey fəzilətli və pak xanım! Salam olsun sənə, ey insan simasında olan Huriyyə! Salam olsun sənə, ey təqvalı və pak-pakizə xanım! Salam olsun sənə, ey mələklərlə danışan və bilikli xanım! Salam olsun sənə, ey zülmə uğrayan və haqqı əlindən alınan xanım! Salam olsun sənə, ey Fatimə, ey Allahın Rəsulunun qızı! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun! Allahın salamı sənin pak ruhuna və bədəninə olsun! Şəhadət verirəm ki, həqiqətən, sən dünyadan Rəbbin tərəfindən aşkar bir dəlillə köçdün. Şəhadət verirəm ki, həqiqətən, hər kim səni sevindirsə, şübhəsiz ki, Allah Rəsulunu səllallahu ələyhi və alihi və səlləmi sevindirmişdir. Kim sənə pis davransa, Allahın Rəsuluna pis davranmışdır. Kim səndən uzaqlaşsa, Allahın Rəsulundan uzaqlaşmış olar. Çünki sən onun ciyərinin parası və ruhusan. Allahı, Rəsulunu və mələklərini şahid tuturam ki, mən sənin razı olduğun kəslərdən razı, qəzəbli olduqlarından qəzəbli, bezar olduğun adamlardan bezar, dostlarınla dost, düşmənlərinlə düşmənəm və kin bəslədiklərinə kin tutur, sevdiyin kəsləri sevirəm. Allah şahidlik etməyə, hesab çəkməyə, cəzalandırmağa və mükafat verməyə kifayətdir.

📗"Bələdul-əmin",səh.278

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Nov, 09:20




Əmirəlmöminin imam Əli (ə):

تَتَبُّعُ الْعُيُوبِ مِنْ أَقْبَحِ الْعُيُوبِ وَ شَرِّ السَّيِّئَاتِ

"Eyiblərin ən çirkini və günahların ən pisi başqalarının eyiblərini araşdırmaqdır".

📗"Ğürərul-hikəm",c.1, səh.325

https://t.me/dogru_yasham

Doğru Yaşam

22 Nov, 09:06




Qeyri-ciddi məsələləri görməzdən gəlməyi öyrən, çünki həyat qısadır və hər şeyi diqqətlə araşdırmağa dəyməz. Əgər hər şeyə dərindən fikir versən, sağlamlığını, dincliyini və ən asası, ruhi aramlığını əldən verərsən.

https://t.me/dogru_yasham

Doğru Yaşam

21 Nov, 14:40




Əgər Allah başlanğıcda Yusifi düşdüyü durumdan çıxarsaydı, daha o, Misirin əzizi olmaz və Misrin xəzinələri ona tapşırılmazdı. Ona görə də, çətinliyin uzanmasından narahat olma. Çünki əgər çətinlik uzun sürürsə, demək ki, əvəzində daha böyük bir mükafat səni gözləyir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

21 Nov, 14:17


Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs qərarı çıxarıb. Bu qərar, onların Qəzzə müharibəsində insanlıq əleyhinə cinayətlər törətmələri və müharibə cinayətlərində ittiham olunmaları ilə bağlıdır.

Doğru Yaşam

20 Nov, 12:45




Birinci zərbədən dərs almamısansa, deməli, ikinci zərbəyə layiqsən.

https://t.me/dogru_yasham

Doğru Yaşam

19 Nov, 09:05




Biz hansı yerin, hansı qəlbin və hansı qərarın bizim üçün xeyirli olduğunu bilmirik. Amma inanırıq ki, Allahın bizim üçün seçdiyində mütləq xeyir var.

https://t.me/dogru_yasham

Doğru Yaşam

18 Nov, 07:57




Gücün səni insanlara zülm etməyə sövq etdiyində Allahın sənin üzərindəki qüdrətini xatırla.

https://t.me/dogru_yasham

Doğru Yaşam

17 Nov, 13:14




Əgər insanların sənin haqqında yoxluğunda necə danışdığını bilmək istəyirsənsə, onların başqaları haqqında yanında necə danışdığına qulaq as.

https://t.me/dogru_yasham

Doğru Yaşam

17 Nov, 11:23




Uşağın tərbiyəsində 9 vacib məqam:

1. Həmişə övladınıza salam verin və ona hörmət göstərin.


2. Uşaq danışmaq və ya oynamaq istədiyi zaman onunla vaxt keçirin.


3. Uşağın tərbiyəsində zorakılıqdan çəkinin və həyatın məfhumlarını uşaq dili ilə və öz davranışınızla ona öyrədin.


4. Uşağa qarşı mehriban və sevgi dolu rəftar edin.


5. Uşağa həyatı öyrətmək üçün tələsməyin və ona uşaqlığından zövq almağa icazə verin.


6. Uşağın uğursuzluqlarına hörmətlə yanaşın və onu uğursuzluqdan qorxutmayın.


7. Uşağı öz bacarıqlarına uyğun böyüdün, onu öz arzularınızın gerçəkləşməsi üçün tərbiyə etməyə çalışmayın.


8. Səbir və səssizliklə onunla ünsiyyət qurun. Belə ki, ona ifadə azadlığı verin və səbrlə fikirlərini dinləyin.


9. Uşağa diqqətlə qulaq asın, ona hisslərini və fikirlərini sərbəst ifadə etməsinə icazə verin və onu susdurmağa çalışmayın.


💢 Bu prinsiplər uşaqların özünə inamlı və sağlam bir şəxsiyyət kimi yetişməsinə kömək edir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

17 Nov, 08:00




Bəzən deməməli olduğumuzu deyir, deməli olduğumuzu isə demirik. Faciəmiz də elə burasındadır. Yəni biz nəyi, nə zaman, harada və necə edəcəyimizi bilmirik. Buna görə də, həyatda daim ya ifrata varırıq, ya da təfritə. Daha sonra da səhv etdiyimizi anladıqda üzülür, heyfislənir və peşimanlıq çəkirik.

https://t.me/dogru_yasham

Doğru Yaşam

16 Nov, 15:27




Peyğəmbər (s):

مَنْ أَحَبَّ فَاطِمَةَ فَهُوَ فِي الْجَنَّةِ مَعِي وَ مَنْ أَبْغَضَهَا فَهُوَ فِي النَّارِ

"Kim Fatiməni sevsə, o, cənnətdə mənimlə birlikdə olacaq və kim ona nifrət etsə, o, cəhənnəmdə olacaq".

📗"İrşadul-qulub",c.2,səh.294

https://t.me/dogru_yasham

Doğru Yaşam

16 Nov, 12:38




Peyğəmbərdən sonra Əlinin bu dünyada yeganə təsəllisi, onu ayaqda tutan və kədərini ona unutduran Zəhra idi. Bu o həzrətin öz sözüdür ki, deyir: "Zəhraya baxdığım zaman bütün qəm-qüssəm və kədərim aradan gedərdi".

ولَقَد كُنتُ أنظُرُ إلَيها فَتُكشَفُ عَنِّي الغُمومُ وَالأَحزانُ بِنَظَري إلَيها. (Xəvarəzmi, "Mənaqib", səh.353)

Əli yeganə dayağı olan Zəhranı itirdikdən sonra daha da kimsəsizləşdi, daha da qəribləşdi. Əli sanki Zəhradan sonra heç yaşamadı, nəfəs aldı, amma yaşamadı.

https://t.me/dogru_yasham

Doğru Yaşam

16 Nov, 05:18




السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ، السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ،  لَعَنَ اللهُ مَانِعَكِ إِرْثَكِ، وَ دَافِعَكِ عَنْ حَقِّكِ، وَ الرَّادَّ عَلَيْكِ قَوْلَكِ، لَعَنَ اللهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ، وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ.

Salam olsun sənə, ey doğru danışan və ey şəhid olmuş xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı qaldığı xanım! Allah irsinə mane olanlara, haqqını əlindən alanlara və sözünü qəbul etməyənlərə lənət etsin! Allah onların tərəfdarlarına da, ardıcıllarına da lənət etsin və onları cəhənnəmin dərinliklərinə atsın!

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Nov, 17:02




Əlinin məzlumiyyəti

يا عَمّار! لَمّا وَضَعْتُ فاطِمةَ عَلَى اَلْمُغْتَسَلِ، نَظَرتُ إلیٰ ضِلْعٍ مِنْ أضْلاعِها مَكْسورًا و َمَا يَقْرَعُ قَلْبِي يا عَمّار أنَّها كانَتْ تُخْفي ذَلِكَ عَنّي مَخافَةَ أنْ تَنَغَّصَ عَلَيّ‌ََ عَيْشِي

"Ey Əmmar! Elə ki Fatiməni qüsl verəcəyim yerə qoydum, gördüm ki, qabırğalarından biri sınıb. Əmmar, mənim qəlbimi yandıran odur ki, o, bunu məndən məni üzməmək və həyatımı kədərə boğmamaq üçün gizlədib.

📗Seyid İbn Tavus, "Turəf", səh.364

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Nov, 16:13




Salam olsun sənə, ey qəbri və qədri bilinməyən xanım! Ey məzlum dünyaya gəlib, məzlum dünyadan köçən xanım!

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Nov, 14:20




İnsanlar haqqında tələsik və onları alçaldan hökmlər verməyin, çünki bəzən onların yüksəklikləri ağlınıza belə gəlməyəcək qədər böyük ola bilər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Nov, 11:08




İmam Zaman (ə.f.)
:

أَنَا خَاتَمُ الْأَوْصِيَاءِ وَ بِي يَدْفَعُ اللهُ عَزَّ وَ جَلَّ الْبَلاَءَ عَنْ أَهْلِي وَ شِيعَتِي

"Mən vəsilərin sonuncusuyam və Allah mənim vasitəmlə öz əhlimdən və şiələrimdən bəlaları dəf edir."

📗Şeyx Tusi, "Əl-Ğəybəh", səh.246

https://t.me/dogru_yasham

Doğru Yaşam

14 Nov, 18:23




Gənc ikən böyüklərə hörmət et. Güclü ikən zəiflərə yardım et. Haqlı ikən səhv edənləri bağışla. Çünki bir gün sən də yaşlanacaq, zəif olacaq və səhv edəcəksən.

https://t.me/dogru_yasham

Doğru Yaşam

14 Nov, 09:08




Gülmək barədə bunları bilirdinizmi?


1. Gülüş qan təzyiqini azaldır.


2. Gülüş ömrü uzadır.


3. Gülüş insanı daha gənc göstərir.


4. Gülüş hormonal tarazlıq yaradır.


5. Gülüş kortizol hormonunu artıraraq bədəni xəstəliklərə qarşı gücləndirir.


6. Gülüş serotonin hormonunu artıraraq insana xoşbəxtlik hissi verir.


7. Gülüş ürək döyüntüsünü tənzimləyir.


8. Gülüş üz dərisini parlaq edir.


9. Gülüş öyrənmə qabiliyyətini artırır.


10. Gülüş mədə və onikibarmaq bağırsaq yaralarından qoruyur.


11. Gülüş ürək və beyin infarktının qarşısını almaqda çox təsirlidir.


12. Gülüş üz qırışlarını azaldır.


13. Gülüş beyində endorfin hormonunu artırır, insanı xoşbəxt və şən edir.


14. Gülüş yorğunluğu aradan qaldırır.


15. Gülüş depressiyanın ən yaxşı müalicəsidir.


16. Gülüş nəfəsvermə ilə edilir, bu da qandakı CO₂-nin (karbon dioksid qazının) xaric olmasına və rahatlığa səbəb olur.


17. Gülüş psixoloji boşalma üsuludur və yığılmış gərginlik, stress və mənfi emosional yüklərdən insanı xilas edir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

14 Nov, 07:31




Əmirəlmöminin İmam Əli (ə):

الْعَقْلُ غِطَاءٌ سَتِيرٌ وَ الْفَضْلُ جَمَالٌ ظَاهِرٌ فَاسْتُرْ خَلَلَ خَلْقِكَ بِفَضْلِكَ وَ قَاتِلْ هَوَاكَ بِعَقْلِكَ تَسْلَمْ لَكَ الْمَوَدَّةُ وَ تَظْهَرْ لَكَ الْمَحَبَّةُ

"Ağıl gizlədən bir örtük, fəzilət isə aşkar bir gözəllikdir. Öz yaradılışındakı nöqsanları fəzilətinlə ört və nəfsinlə ağlın vasitəsilə mübarizə apar ki, insanların səninlə dostluğu davam etsin və sənə sevgiləri aşkar olsun".

📗"Əl-Kafi",c.1,səh.20

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Nov, 12:31




Ürəkdən güldüyündə, heç nəyi özünə dərd etmədiyində, əldə olanlara görə minnətdar olduğunda, xoşbəxt olmaq üçün səbəb axtarmadığında, bax o zaman həqiqətən yaşayırsan...

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Nov, 09:01




Savab ancaq ağılın miqdarında verilər

Süleyman Deyləmi atasından belə nəql edir ki, İmam Sadiqə (ə) dedim: "filankəsin ibadəti, dindarlığı və fəziləti çoxdur. İmam (ə) soruşdu: “Ağlı necədir?” Mən dedim ki, bilmirəm. İmam (ə) buyurdu: “Savab ağılın dərəcəsinə görə verilir. İsrail övladlarından bir nəfər vardı ki, dəniz adalarının birində, yaşıllıqla dolu, suyu bol, ağaclarla əhatə olunmuş bir yerdə Allaha ibadət edirdi. Bir mələk o şəxsin yanından keçirdi və dedi: "Ey Rəbbim, mənə bu bəndənin savabını göstər". Allah Təala ona həmin savabı göstərdi. Mələk bu savabı az hesab etdi. Allah ona vəhy etdi ki, "onunla ünsiyyət qur". Mələk insan şəklində onun yanına gəldi. O, mələkdən soruşdu: "Sən kimsən?" Mələk cavab verdi: "Mən Allaha ibadət edən bir bəndəyəm. Mənə sənin məqamın və burada ibadət etdiyin xəbəri çatdı, gəldim ki, səninlə birlikdə Allaha ibadət edim". Beləcə, mələk onunla bir gün keçirdi. Səhər açılanda mələk abidə dedi: "Sənin yerin çox gözəldir və ancaq Allaha ibadət olunmağa layiqdir". Abid dedi: "Bu yerin bir eybi var". Mələk soruşdu: "Nə eybi var?" Abid dedi: "Rəbbimizin bir heyvanı yoxdur. Əgər bir eşşəyi olsaydı, onu burada otarardıq, çünki bu otlar zay olub gedir". Mələk dedi: "Rəbbinin eşşəyi yoxdur?" Abid dedi: "Əgər Rəbbimizin eşşəyi olsaydı, bu otlar zay olmazdı". Allah mələyə vəhy etdi: "(Gördünmü?) Mən ona ancaq ağlı dərəcəsində savab verirəm".

📗"Əl-Kafi",c.1,səh.11

https://t.me/dogru_yasham

Doğru Yaşam

13 Nov, 07:13




Doğru danışan and içməz. Özünə güvənən bəhanə gətirməz. İxlaslı adam peşiman olmaz. Səxavətli adam minnət qoymaz.

Müəyyən istisnalar olsa da, ümumilikdə, bəli, doğrudanışan and içməz, and içməyə ehtiyac duymaz.

https://t.me/dogru_yasham

Doğru Yaşam

12 Nov, 13:44


#günümüzünacıgerçəyi

Təəssüflər olsun ki, biz elə bir zamanda yaşayırıq ki, bəzi insanlar sənin haqqında yaxşı şeylər eşidəndə onu gizlədirlər (görməzdən gəlirlər), pis şeylər eşitdikdə isə onu şişirdib-böyüdüb yayırlar. Əgər bir şey eşitməsələr, çox rahatlıqla alçaqcasına özlərindən uydururlar. Təəssüflər olsun ki, bəzi insanlar da sənin təmiz keçmiçinə baxmayaraq, araşdırmadan onların sözlərini təsdiqləyirlər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

12 Nov, 13:26




Peyğəmbər (s):

لاَ تَنْظُرْ إِلَى صِغَرِ الْخَطِيئَةِ وَ لَكِنِ اُنْظُرْ إِلَى مَنْ عَصَيْتَهُ

"Günahın kiçikliyinə baxma, bax gör kimə qarşı günah edirsən!"

📗"Məkarimul-əxlaq",səh.458

https://t.me/dogru_yasham

Doğru Yaşam

12 Nov, 08:16




Biz hər zaman həyatımızı dəyişəcək və bizi xoşbəxt edəcək bir şey gözləyirik, amma bunu çox gec anlayırıq ki, biz həyatın özündən çox həyatda gözləməyi yaşamışıq.

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Nov, 15:40


Məsələn, övlad valideyn münasibətlərində övladın mütəmadi şəkildə valideynin qulluğunda durması, onunla sıx əlaqə saxlaması gərəkərkən, bəzən görürsən ki, övlad səhlənkarlıq ucbatından bu vəzifəsini təxirə salır. Əlbəttə, bu işini yubatması valideynini sevmədiyi və ya onlara dəyər vermədiyi üçün deyil, bəlkə hər zaman bu işi görə biləcəyinə dair arxayınlığından irəli gəlir. Belə ki, öz-özünə: "Bir saat sonra da, beş saat sonra da bunu edə bilərəm, olmadı, sabah edərəm", —deyib, vəzifəsindən yayınır. Zamanla bu alışqanlığa çevrilir və insanın gözündə bu münasibət adiləşdikcə adiləşir... Siz də qəbul edərsiniz ki, bir şey ki, insanın gözündə adiləşdi, insan ona lazımı dəyəri verə bilmir. İndi fərq etmir adiləşən şey insan olsun və ya hər hansısa mənəvi amil (Quran, namaz, ziyarət və s. ibadətlər kimi).

Dediyim kimi, insan ilk başda dəyərsiz bildiyi üçün əlində olan nemətə etinasız yanaşmır, bəlkə o şeyə hər zaman diqqət ayıra biləcəyinə olan arxayınlıq zamanla insanın ona etinasız olmasına səbəb olur. Məsələn, Quran oxuya bilən şəxs sübh namazından sonra Quran oxumağı müəyyən bəhanə ilə zöhr və məğribdən sonraya təxirə salır. Zöhr və məğribdən sonra da bənzər bir bəhanə ilə Quran oxumağı növbəti günə saxlayır. Növbəti günlər də onun kimi. Bir də ayılır ki, üzərindən həftələr keçib, amma o, öpüb başına qoyduğu Quranı bir dəfə olsun açıb oxumayıb. Yaxşı, bu dərdə nə cür dərman edə bilərik? Nə edək ki, sahib olduğumuz nemətlər bizim üçün adiləşməsin?

Mən qısa olaraq iki həll yoluna işarə edirəm:

1. İnsan gərək daim əlində olan nemətin nə qədər onun üçün dəyərli və əvəzolunmaz olduğunu xatırlasın.

2. İnsan gərək ölümü tez-tez xatırlasın. Belə ki, ölümün hər an onun sarağına gələ biləcəyini və bir daha həmin nemətdən istifadə etmək imkanının olmayacağını özünə təlqin etsin.

Xatırladım ki, bu ikisi birgə olarsa, öz nəticəsini göstərəcək. Yəni həm insan o şeyin dəyərli olduğunu dərk etməli, həm də ölümün hər an onları ayıra biləcəyini düşünməlidir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Nov, 15:39


Deyir: Elə ki, bu xətt düz oldu, (yəni həyatını itirdin) bir anda hamı səni sevməyə başlayır.

Bəli, əfsuslar olsun ki,  insan övladı, adətən, əlində olanın dəyərini ancaq onu itirdikdən sonra anlayır. Bu, dünən də belə idi, bu gün də belədir, savab da belə olacaq. Heç düşünmüsünüz ki, bu niyə belədir? Niyə insan bir ömür əlində olanlarının dəyərini bilmir, olanları görməzdən gəlir, itirdikdən sonra isə başına-gözünə döyür? Əslində, səbəbi çox bəsitdir. Göz önündə olan və əlinin çatacağı bir şey zamanla insan üçün adiləşir və beləcə, insan ona lazımı diqqət və qayğını ayırmaqdan qəflət edir. İnsan təbiəti etibarilə enerjisini daha çox sahib olmadıqlarını əldə etməyə, daha çoxuna və daha yaxşısına sahib olmağa sərf edir ki, bu da onun əlində olanların qədirini çox gec anlamamasına səbəb olur. Bu proses o qədər təbii irəliləyir ki, insan nəyin, necə baş verdiyini belə anlamır.

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Nov, 06:39




Peyğəmbər (s):

يَا أَبَا ذَرٍّ إِنْ سَرَّكَ أَنْ تَكُونَ أَقْوَى النَّاسِ فَتَوَكَّلْ عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ وَ إِنْ سَرَّكَ أَنْ تَكُونَ أَكْرَمَ النَّاسِ فَاتَّقِ اللَّهَ وَ إِنْ سَرَّكَ أَنْ تَكُونَ أَغْنَى النَّاسِ فَكُنْ بِمَا فِي يَدِ اللَّهِ عَزَّ وَ جَلَّ أَوْثَقَ مِنْكَ بِمَا فِي يَدِكَ

"Ey Əbuzər, insanların ən güclüsü olmaq istəyirsənsə, Allaha-təalaya təvəkkül et, insanların ən əzizi olmaq istəyirsənsə, təqvalı ol və insanların ən ehtiyacsızı olmaq istəyirsənsə, o zaman Allah-təalanın əlində olana öz əlində olandan daha çox arxayın ol".

📗"Məkarimul-əxlaq", səh.458

https://t.me/dogru_yasham

Doğru Yaşam

11 Nov, 06:23




Bəzən düşünürsünüz ki, uğurunuz öz səyinizin və əzminizin məhsuludur, halbuki bilmirsiniz ki, o uğurunuzun arxasında ata-ananızın duası yatıb.

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Nov, 07:34




مَنْ طَلَبَ عِلْماً لِيَصْرِفَ بِهِ وُجُوهَ اَلنَّاسِ إِلَيْهِ لَمْ يَجِدْ رِيحَ الْجَنَّةِ

"Kim insanların nəzərini özünə cəlb etmək üçün elm öyrənsə, Cənnətin qoxusunu duymaz".

📗"Məkarimul-əxlaq", səh.458

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Nov, 05:52




Bəzi insanlar bu gün onları xoşbəxt edəcək birini tapdağında dünən özünü onlar üçün fəda edənləri unudurlar.

https://t.me/dogru_yasham

Doğru Yaşam

10 Nov, 05:25


#acıhəqiqət

Əgər Qəzzə qadınların məsələsi hicabı açmaq olsaydı, Avropa onlar üçün öz hərbi donanmalarını göndərərdi. Əgər Qəzzə kişilərinin məsələsi homoseksuallıq olsaydı, Amerika təyyarədaşıyan gəmisini onlara göndərərdi. Əgər Qəzzə uşaqlarının məsələsi cinsiyyət dəyişikliyi məsələsi olsaydı, Birləşmiş Millətlər Təşkilatında hamılıqla onlar üçün ağlayardılar. Lakin Qəzzə məsələsi iman və küfr məsələsidir. Çox təəssüf ki, iman yetimdir, küfrün isə çoxlu sayda tərəfdarı var.

https://t.me/dogru_yasham

Doğru Yaşam

09 Nov, 12:34




İmam Sadiq (ə):

مَنْ تَوَضَّأَ وَ تَمَنْدَلَ كُتِبَتْ لَهُ حَسَنَةٌ وَ مَنْ تَوَضَّأَ وَ لَمْ يَتَمَنْدَلْ حَتَّى تَجِفَّ وَضُوؤُهُ كُتِبَتْ لَهُ ثَلاَثُونَ حَسَنَةً

"Kim dəstəmaz alıb dəsmalla qurulasa, ona bir savab yazılar. Kim dəstəmaz alıb dəstəmazı özü quruyana qədər onu qurulamazsa, ona otuz savab yazılar".

📗"Səvabul-ə'mal",c.1,səh.44

https://t.me/dogru_yasham

Doğru Yaşam

08 Nov, 11:06




Allah ümidsizlikdə ümidim, qaranlıqda işığım, zəiflikdə gücüm-qüvvətim, kədərimdə həmdəmim və çarəsizliyimdə sığınıb rahatlıq tapa biləcəyim yeganə kəsimdir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

08 Nov, 10:29




İmam Rza (ə):

طُوبَى لِمَنْ أَخْلَصَ لِلَّهِ اَلْعِبَادَةَ وَ اَلدُّعَاءَ وَ لَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرَى  عَيْنَاهُ وَ لَمْ يَنْسَ ذِكْرَ اَللَّهِ بِمَا تَسْمَعُ أُذُنَاهُ وَ لَمْ يَحْزُنْ صَدْرَهُ بِمَا أُعْطِيَ غَيْرُهُ

"Xoş olsun ibadət və duasını Allah üçün xalisləşdirən, gözlərinin gördüyü şeylə qəlbini məşğul etməyən, qulağının eşitdiyi şeylə Allahın zikrini unutmayan və başqasına verilən nemətlərə görə kədərlənməyən kəsin halına.

📗"Əl-Kafi",c.2,səh.16

https://t.me/dogru_yasham

Doğru Yaşam

05 Nov, 13:59




Əmirəlmöminin imam Əli (ə):

يَكْتَسِبُ  اَلصَّادِقُ  بِصِدْقِهِ  ثَلاَثاً حُسْنَ اَلثِّقَةِ وَ اَلْمَحَبَّةَ لَهُ وَ اَلْمَهَابَةَ مِنْهُ

"Doğru danışan şəxs öz dürüstlüyü ilə üç şeyi qazanar: yaxşı etimad, sevgi və heybət".

📗"Ğürərul-hikəm",c.1,səh.812

https://t.me/dogru_yasham

Doğru Yaşam

03 Nov, 12:57




İmam Sadiq (ə):

ما مِن مَظلِمَةٍ أشَدَّ مِن مَظلِمَةٍ لا يَجِدُ صاحِبُها علَيها عَونا إلاّ اللّه َ عَزَّ و جلَّ

"Allahdan başqa köməkçisi olmayan kəsə zülm etməkdən daha ağır bir zülm yoxdur".

📗"Əl-Kafi",c.2,səh.331

https://t.me/dogru_yasham

Doğru Yaşam

02 Nov, 07:42




Peyğəmbər (s):

— Qadınlarınız pozulduqda, cavanlarınız günah etdikdə və siz yaxşı işlər görməyə əmr etməyib, pis işlərdən çəkindirmədiyiniz zaman halınız necə olacaq?
Dedilər:
— Ya Rəsuləllah, bu dedikləriniz olacaqmı?!
Həzrət buyurdu:
— Bəli, bundan da betəri olacaq. Pis işlərə əmr edib, yaxşı işlərdən çəkindirdiyiniz zaman halınız necə olacaq?
— Dedilər:
— Ya Rəsuləllah, bu dedikləriniz olacaqmı?!
Həzrət buyurdu:
— Bəli, hətta bundan da betəri olacaq. Yaxşını pis, pisi yaxşı gördüyünüz zaman halınız necə olacaq?

📗"Əl-Kafi",c.5.səh.59

https://t.me/dogru_yasham

Doğru Yaşam

02 Nov, 07:10




Ancaq gələcəyə dair planı olmayan kəslər keçmişə dönməyi arzu edərlər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

01 Nov, 13:34




Əbu Übeydə deyir, İmam Sadiqə dedim:

— "Mənim üçün Allaha dua edin ki, Allah ruzimi bəndələrin əllərinə tapşırmasın". İmam buyurdu:
— "Allah belə istəmişdir ki, bəndələrin bəzisinin ruzisi bəzisinin əlində olsun. Lakin sən Allah dua et ki, Allah sənin ruzini yaxşı bəndələrinin əlinə tapşırsın ki, bu, xoşbəxtliyin nişanəsidir, pis bəndələrinin əlinə tapşırmasın, çünki bu, bədbəxtliyin nişanəsidir".

📗"Tuhəful-uqul",səh.361

https://t.me/dogru_yasham

Doğru Yaşam

31 Oct, 16:50




Müvəffəq insanlar heç də var-dövlət və ya güc əldə edənlər deyil. Əslində, müvəffəq insanlar heç vaxt başqalarını incitməyən, heç kimin qəlbini qırmayan, heç kimin kədərinə səbəb olmayanlardır.

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Oct, 15:38


İraqlı bir gəncdən gözəl bir sənət əsəri

نَصۡرࣱ مِّنَ ٱللَّهِ وَفَتۡحࣱ قَرِیبࣱ

"Kömək ancaq Allah tərəfindəndir və qələbə yaxındır".

📖 Səf /13

https://t.me/dogru_yasham

Doğru Yaşam

29 Oct, 14:42




İmam Əli (ə):

مَنْ ضَاقَ صَدْرُهُ لاَ يَصْبِرُ عَلَى أَدَاءِ حَقٍّ. مَنْ كَسِلَ لَمْ يُؤَدِّ حَقَّ اَللَّهِ وَ مَنْ عَظَّمَ أَوَامِرَ اَللَّهِ أَجَابَ سُؤَالَهُ. مَنْ تَنَزَّهَ عَنْ حُرُمَاتِ اَللَّهِ سَارَعَ إِلَيْهِ عَفْوُ اَللَّهِ . مَنْ تَوَاضَعَ قَلْبُهُ لِلَّهِ لَمْ يَسْأَمْ بَدَنُهُ طَاعَةَ اَللَّهِ

"Kimin qəlb genişliyi olmasa, haqqı yerinə yetirməyə səbri çatmaz. Kim tənbəl olsa, Allahın haqqını yerinə yetirməz. Kim Allahın əmrlərini əzəmətli hesab etsə, Onun istəyini yerinə yetirər. Kim Allahın haramlarından uzaq dursa, Allah onun bağışlanmasını tezləşdirər. Kim Allah qarşısında qəlbini təvazökar etsə, onun bədəni Allaha itaətdən yorulmaz".

📗"Biharul-ənvar",c.75,səh.90

https://t.me/dogru_yasham

Doğru Yaşam

28 Oct, 17:27


Günəş olun. İnsanların həyatına işıq saçın. Lakin nə çox yaxın durun, nə uzaq qaçın. Qoruyun, qoruyun məsafəni siz bəri başdan. Yoxsa olacaqlar bir ömür çıxmaz yaddaşdan.

Günəş olun. İsidin insanları hərarətli nəfəsizlə. Ümid olun siz onlara əlinizlə, dilinizlə. Qoymayın solmağa kimsəni, var ikən imkan. Yoxsa bir ömür olarsız buna peşiman.

Günəş olun. Hər gün səhər yorulmadan insanlara gülümsəyin. Buna görə kimsədən də bir təşəkkür gözləməyin. Çalışın ki, yaxşlığı qarşılıqsız edəsinizin. Ta vəfa edib cəfa görsəz, üzülməyəsiz...

https://t.me/dogru_yasham

Doğru Yaşam

28 Oct, 14:28




Həyatda nə qədər yaşadığın deyil, nə yaşadığın önəmlidir. Bəzən yaşadığın bir hadisə bütün ömrə bədəldir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Oct, 16:28




Peyğəmbər (s):


يقولُ اللّهُ عَزَّ و جلَّ و عِزَّتي و جلالِي لأَنتَقِمَنَّ مِن الظّالِمِ في عاجِلِهِ و آجِلِهِ، و لأنتَقِمَنَّ مِمَّن رَأى مَظلوما فَقَدَرَ أن يَنصُرَهُ فلَم يَنصُرْهُ

Allah-Taala buyurur: "İzzət və cəlalıma and olsun ki, Mən  zalımdan və məzlumu görüb ona kömək etməyə qadir olduğu halda kömək etməyən kəsdən dünya və axirətdə intiqam alacağam".

📗"Kənzul-ummal",hədis: 7641

https://t.me/dogru_yasham

Doğru Yaşam

26 Oct, 05:08




Yaxın olmasının sənə faydası toxunmadığı kəsin uzaqlığı da sənə ziyan verməz.

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Oct, 16:46




İmam Sadiq (ə):

مَن عَذَرَ ظالِماً بظُلمِهِ سَلَّطَ اللَّهُ علَيهِ مَن يَظلِمُهُ فإن دَعا لَم يُستَجَبْ لَهُ ولَم يَأجُرْهُ اللَّهُ على‏ ظُلامَتِه‏

"Kim zalımın zülmünə bəraət qazandırsa, Allah zalım birini ona hakim edər. Sonra dua etsə, duası qəbul olmaz və çəkdiyi zülmə görə də (səbrinin müqabilində) Allah ona mükafat verməz".

📗"Əl-Kafi",c.2,səh.334

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Oct, 12:03


Həm gülməli, həm də ağlamalı bir gerçək!

Tərcümə:

— Dünyada ən uzaq paytaxt haradır?
— Qüds.
— Niyə?
— Çünki ərəblər altımış ildən artıqdır ki, deyirlər: "Ey Qüds, biz gəlirik!" İndiyə qədər də gedib çata bilməyiblər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Oct, 07:46




İnsanların ürəyindəki yerinə çox arxayın olma, çünki insanlar hər gün fərqli hisslərlə oyanırlar. Onların baxışı daim dəyişir və duyğuları bir anda əvəz olur. Ən mənasız səbəbə görə səni tərk edə və sənin yerinə başqaları həyatlarına daxil edə bilərlər.

https://t.me/dogru_yasham

Doğru Yaşam

25 Oct, 06:58


Gəl görüşək gizli-gizli. Gəl olmayaq sizli-bizli. Mən sən olum, sən də mən ol. Gəl bir olaq, bütövləşək. Gəl son qoyaq bu hicrana. Yığdı məni bu ayrılıq, inan, cana...

https://t.me/dogru_yasham

Doğru Yaşam

24 Oct, 13:08




İnsanlara qarşı heç bir səhv etmədiyini bildiyin halda onlar sənin barəndə pis danışdıqlarında, Allaha şükür et. Ona görə ki, Allah onları səninlə məşğul edib, amma səni onlarla məşğul etməyib.

https://t.me/dogru_yasham

Doğru Yaşam

24 Oct, 10:23




Peyğəmbər (s):

لاَ يَسْتَكْمِلُ الْمَرْءُ الْإِيمَانَ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ وَ حَتَّى يَجْتَنِبَ الْكَذِبَ فِي مِزَاحِهِ.

"İnsan özü üçün istədiyini (mömin) qardaşı üçün də istəməyincə və zarafat edərkən yalandan çəkinməyincə imanı kamilləşməz".

📗"Biharul-ənvar",c.69, səh.257

https://t.me/dogru_yasham

Doğru Yaşam

23 Oct, 17:59




Əmirəlmöminin imam Əli (ə):

أَعْجَزُ النَّاسِ مَنْ قَدَرَ عَلَى أَنْ يُزِيلَ النَّقْصَ عَنْ نَفْسِهِ فَلَمْ يَفْعَلْ

"İnsanların ən acizi nöqsanı özündən uzaqlaşdıra bildiyi halda bunu etməyən kəsdir".

📗"Ğürərul-hikəm",c.1,səh.204

https://t.me/dogru_yasham

Doğru Yaşam

23 Oct, 17:53




İsrail prezidenti İshaq Hersoq: "Biz sülhməramlıyıq".


O qədər cinayət və vəhşilik törədəsən, günahsız qanlar axıdasan, üstəlik, bir də utanmadan dünyanın gözü qabağında "biz sülməramlıyıq, bizim məqsədimiz regionda sülhü bərqərar etməkdir"— deyəsən.

Quran bu insanabənzər məxluqatın halını necə gözəl vəsf edir:

وَإِذَا قِیلَ لَهُمۡ لَا تُفۡسِدُوا۟ فِی ٱلۡأَرۡضِ قَالُوۤا۟ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ أَلَاۤ إِنَّهُمۡ هُمُ ٱلۡمُفۡسِدُونَ وَلَـٰكِن لَّا یَشۡعُرُونَ

"Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!”– deyildikdə: “Biz ancaq islah edənlərik!”– deyə cavab verərlər. Əslində, onlar özləri fəsad törədənlərdir, lakin bunu dərk etmirlər".

📖 Bəqərə /11-12

https://t.me/dogru_yasham

Doğru Yaşam

20 Oct, 14:21




Şükür, sənə yaxşılığı keçən kəsin əməyinə dəyər vermək, onun lütfükarlığını unutmamaq deməkdir. Şükür heç də həyatım güldür-çiçəkdir, heç bir dərdim, sıxıntım yoxdur anlamında deyil. Şükür, əslində, "həyatım səninlə gözəldir", "nə yaxşı ki varsan", "nə yaxşı ki səni tanımışam", "lütfünü heç vaxt məndən əsirgəmirsən"— tipli məmnunluq və razılıq hissini ifadə edən sözləri istər sözlə, istərsə də əməldə izhar etməkdir. Şükür etmək heç də problemsiz bir həyata sahib olmaq, qüsurları və çatışmamzlıqları görməmək demək deyildir. Şükür problemlərlə, çatışmazlıqlarla yanaşı gözəllikləri görə bilmək, o gözəlliklərə köklənərək onlardan ilham alaraq həyatı mənalı yaşamaqdır. Bax budur şükrün həqiqəti!

https://t.me/dogru_yasham

Doğru Yaşam

20 Oct, 05:06




Əmirəlmöminin imam Əli (ə):

التَّدْبِيرُ قَبْلَ اَلْعَمَلِ يُؤْمِنُكَ مِنَ اَلنَّدَمِ

"İşə başlamadan qabaq düşünmək səni (sonrakı) peşmanlıqdan qoruyar".


📗"Biharul-ənvar",c.68, səh.338

https://t.me/dogru_yasham

Doğru Yaşam

19 Oct, 15:27




۞ أَیۡنَمَا تَكُونُوا۟ یُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِی بُرُوجࣲ مُّشَیَّدَةࣲ

"Harada olursunuzsa olun, hətta əlçatmaz qalalarda olsanız belə, (yenə də) ölüm sizi haqlayacaqdır".

📖 Nisa/78

https://t.me/dogru_yasham

Doğru Yaşam

19 Oct, 09:46


İlahi, Sənə təvəkkül edirəm, çünki Sən hər şeydən agahsan. Mənə şah damarımdan daha yaxınsan. Həm dərdimi bilirsən, həm dərmanımı. Həm xeyrimi bilirsən, həm ziyanımı. Heç nədən də qafil deyilsən. Səni yuxu tutmaz, mürgüləməzsən. Ölməyən diri Sənsən!

İlahi, Sənə təvəkkül edirəm, çünki hər şeyə gücü yetən yalnız Sənsən. Yox-yox, güc sahibi yalnızca Sənsən! Dərdimə dərman ola biləcək də Sənsən, məni ucalda biləcək də, yıxa biləcək də Sənsən.

İlahi, Sənə təvəkkül edirəm, çünki Sən mənə hamıdan mehribansan. Sən ancaq mənim xeyrimi istəyir və mənə hər kəsdən daha çox dəyər verirsən. Sənə təvəkkül edirəm, çünki Sən məni qarşılıqsız sevən, nə edərəmsə-edim məndən heç vaxt üz döndərməyən, hamı məni tək qoyduğunda məni yalnız buraxmayan və daim mənə güvən bir varlıqsan.

İlahi, Sənə təvəkkül edirəm, çünki Sən mənə yetərsən. Və Sən necə də gözəl vəkilsən!


https://t.me/dogru_yasham

Doğru Yaşam

19 Oct, 09:45




Allaha təvəkkülün mənası budur ki, ilahi, Səndən başqa aləmdə təsiredici bir amil yoxdur və Səndən başqa sığınacağım təhlükəsiz bir qala mövcud deyil. Allaha təvəkkül, yəni, ilahi, Sən istəyərsən, olar, Sən istəməzsən, olmaz. Kimsə Sənin iznin və iradən xaricində mənə nə xeyir verə bilər, nə ziyan, nə də mənə yetişə biləcək bir xeyirin və ya ziyanın qarşısını ala bilər. Ona görə də Səndən savayı nə kiməsə bir  ümidim var, nə də nədənsə bir qorxum.

https://t.me/dogru_yasham

Doğru Yaşam

19 Oct, 06:13




Peyğəmbər (s):

أَرْبَعَةٌ فِي الذَّنْبِ شَرٌّ مِنَ الذَّنْبِ الِاسْتِحْقَارُ وَ الِافْتِخَارُ وَ الِاسْتِبْشَارُ وَ الْإِصْرَارُ.

Dörd şey günahdan da pisdir:

❶ Günahı kiçik saymaq;

❷ Günahla fəxr etmək;

❸ Günaha sevinmək;

❹ Günaha israr etmək.


📗 "Müstədrəkul-vəsail",c.11, səh.348

https://t.me/dogru_yasham

Doğru Yaşam

18 Oct, 15:04




سَلَـٰمٌ عَلَیۡكُم بِمَا صَبَرۡتُمۡ

"Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə!"

📖 Rəd/24

https://t.me/dogru_yasham

Doğru Yaşam

18 Oct, 13:35




Rəvayət olunur ki, həzrət Musa (ə) Allaha dedi:
— "Pərvərdigara, məni məndən razı qalacağın işə hidayət et ki, onu yerinə yetirim".
Allah ona belə vəhy etdi:
— "Mənim razılığım sənin xoşlamadığın şeylərdədir, bir halda ki, sən o xoşlamadığın şeyə səbir etmirsən".
Həzrət Musa dedi:
—"Pərvərdigara, məni həmin şeyə hidayət et".
Allah buyurdu:
— "Mənim razılığım sənin Mənim qəzavü-qədərimə razı olmağındadır".

📗"Müsəkkinul-fuad", səh.85

https://t.me/dogru_yasham

Doğru Yaşam

18 Oct, 13:16




Əmirəlmöminin imam Əli (ə):

عَلاَمَةُ رِضَا اَللَّهِ سُبْحَانَهُ عَنِ اَلْعَبْدِ رِضَاهُ بِمَا  قَضَى بِهِ سُبْحَانَهُ لَهُ وَ عَلَيْهِ

"Allahın bəndədən razı olmasının əlaməti budur ki, bəndə Allahın onun həm xeyrinə, həm də ziyanına müqəddər etdiyi qəzavü-qədərə razı olsun".

📗"Ğürərul-hikəm", c.1, səh.467


Hədisdəki xeyir və ziyandan məqsəd, ibtidai xeyir və ziyandır ki, Allah bütün bəndələrini bu vasitəylə imtahan edir. Necə ki, Qurani-Kərim də gəlibdir: "Biz sizi şər və xeyirlə imtahana çəkirik". Nəinki Allah hansısa bir bəndənin sonun ziyanlı olmasını istəsin və bəndədən də buna razı olmasını gözləsin. (Təallahu ən zalik)

https://t.me/dogru_yasham

Doğru Yaşam

17 Oct, 18:36




وَلَا تَهِنُوا۟ وَلَا تَحۡزَنُوا۟ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ إِن كُنتُم مُّؤۡمِنِینَ

Süst olmayın və kədərlənməyin. Əgər mömin olsanız, siz üstünsünüz.

📖 Ali-İmran/139

https://t.me/shehid_mutehheri

Doğru Yaşam

17 Oct, 11:54




Niyə Allah müsəlmanlara yardım etmir?


Heç bir xalq bədbəxtliyin səbəblərini özündən dəf etmədikcə bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Əksi də belədir. Allah heç bir xoşbəxt xalqı bədbəxtliyin səbəblərini özləri üçün hazırlamadan bədbəxtliyə düçar etməz. Biz şikayətlənirik ki, niyə Allah Amerikanın bir ovuc jandarm yəhudisini bir milyarddan artıq müsəlmana hərbi, siyasi, ideolloji və iqtisadi cəhətdən hökmranlıq etməsinə icazə verir? 5 İyun müharibəsində yüz milyon ərəb niyə uduzdu? Allah niyə müsəlmanlara izzət vermir? Niyə təbiət qanunları müsəlmanların xeyrinə dəyişmir? Əsəbləşirik, qəm-qüssədən gecələr yuxumuz ərşə çəkilir, əziyyət çəkib şikayətlənirik, dua edib yalvarırıq, amma dualarımız qəbul olmur. Niyə? Quran bizə bir cümlədə cavab verir: "Bir toplum özünü dəyişmədikcə, Allah da onları dəyişməz". (Rəd,11)

Allah öz qanununu dəyişən deyil. Biz özümüzü dəyişməliyik. Biz cəhalətdə, əxlaqi pozğunluqda qərq olmuşuq, heç bir birliyimiz yoxdur və buna baxmayaraq, Allahdan bizə yardımçı olmasını gözləyirik! Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalana, əyriliyə adət etmişik və hər bir fəzilətdən əl çəkmişik, buna rəğmən, dünyaya ağalıq etmək istəyirik! Bu olası deyil.

📗"İlahi ədalət",səh.112

https://t.me/shehid_mutehheri

Doğru Yaşam

17 Oct, 07:57




İmam Sadiq (ə):

حُسْنُ الظَّنِّ بِاللَّهِ أَنْ لَا تَرْجُوَ إِلَّا اللَّهَ وَ لَا تَخَافَ إِلَّا ذَنْبَك‏

"Allaha xoşgümanda olmaq budur ki,  Allahdan başqa heç kimə və heç nəyə ümid bəsləməyəsən və öz günahından başqa heç nədən qorxmayasan".

📗"Əl-Kafi",c.2, səh.72

https://t.me/dogru_yasham

Doğru Yaşam

16 Oct, 17:54




İntiqam almağa gücün olduğunda güzəşt ağlının ən yüksək səviyyədə olmasının göstəricisi, intiqam isə zəifliyinin ilk nişanəsidir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

16 Oct, 06:15




İmam Kazım (ə):

لَا تَجلِسُوا عِنْدَ کُلِّ عَالِمٍ إِلَّا عَالِمٍ یَدعوکُمْ مِنَ الْخَمْسِ إِلَی الْخَمْسِ مِنَ الشَّکِّ إِلَی الْیَقِینِ وَ مِنَ الْکِبْرِ إِلَی التَّوَاضُعِ وَ مِنَ الرِّیَاءِ إِلَی الْإِخْلَاصِ وَ مِنَ الْعَدَاوَةِ إِلَی النَّصِیحَةِ وَ مِنَ الرَّغْبَةِ إِلَی الزُّهدِ

Sizi beş şeydən beş şeyə doğru dəvət edən bir alimdən başqa heç bir alimlə oturmayın:

1. Şəkk-şübhədən əminliyə;
2. Təkəbbürdən təvazökarlığa;
3. Riyadan ixlasa;
4. Düşmənçilikdən xeyirxahlığa;
5. Dünya sevgisindən zahidliyə.

📗"Biharul-ənvar",c.1, səh.205

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Oct, 14:43




Əsl güc intiqam almağa qüdrətin yetdiyi halda bağışlaya bilməkdir. Bağışlamaq sənin ruhunun böyüklüyündən və saflığından xəbər verir. Bağışlamaq bunu göstərir ki, sənin qəlbinə kin-küdurət, intiqam hissi deyil, sevgi və xeyirxahlıq hakimdir.

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Oct, 07:25




İmam Sadiq (ə):

إنَّ اَللَّهَ عَزَّ وَ جَلَّ خَلَقَ خَلْقاً مِنْ خَلْقِهِ اِنْتَجَبَهُمْ لِقَضَاءِ حَوَائِجِ فُقَرَاءِ شِيعَتِنَا لِيُثِيبَهُمْ عَلَى ذَلِكَ اَلْجَنَّةَ فَإِنِ اِسْتَطَعْتَ أَنْ تَكُونَ مِنْهُمْ فَكُنْ

"Allah-Taala yaratdıqlarından bir dəstəni şiələrimizdən yoxsul olanların ehtiyaclarını təmin etmək üçün seçib ki, bunun müqabilində onlara cənnəti versin. Odur ki, əgər edə bilsən, sən də onlardan ol".


📗"Əl-Kafi",c.2,səh.193

https://t.me/dogru_yasham

Doğru Yaşam

15 Oct, 06:24




سَنُلۡقِی فِی قُلُوبِ ٱلَّذِینَ كَفَرُوا۟ ٱلرُّعۡبَ

Tezliklə kafirlərin qəlblərinə qorxu salacağıq.

📖 Bəqərə/151

https://t.me/dogru_yasham

Doğru Yaşam

14 Oct, 12:18




Peyğəmbər  (s):

عَلَيْكُمْ بالعَفْوِ، فإنَّ العَفْوَ لايَزِيدُ العَبْدَ إلّاعِزّاً، فَتَعافُوا يُعِزِّكُمُ اللَّهُ

"Əfv edin. Çünki əfv etmək bəndənin ancaq izzətini artırar. Elə isə bir-birinizi əfv edin ki, Allah sizi izzətli etsin".

📗"Əl-Kafi", c.2, 108

https://t.me/dogru_yasham

Doğru Yaşam

14 Oct, 08:22




Üzümdəki təbəssüm həyatımın gözəl olması demək deyil. Bəlkə buna görədir ki, mən əlimdə olan nemətlərin qədrini bilirəm.

https://t.me/dogru_yasham

Doğru Yaşam

30 Sep, 18:40




Şeytanın insana nüfuz yolları

Şeytanın insana nüfuz etməsinin ən mühüm yolu insanın idrak yoludur, yəni şeytan düşüncə yoluna təsir edir, düşüncəyə təsir etdikdə insan inanır, inandıqda isə öz inancına uyğun olaraq hərəkət edir. Bir qrup insanlar da vardır ki, şeytan onların düşüncələrinə deyil, niyyətlərinə təsir edir və elə ki onlar bir şeyə niyyətləndilər, onun ardınca gedirlər. Üçüncü qurup insanlar da vardır ki, şeytan həm onların idrak yollarına, həm də niyyətlərinə təsir edir.

Elmi problemi olmayanları şeytan niyyətlərində vəsvəsə edir, yəni onların şəhvət və qəzəb duyğularını təhrik edir ta nəticədə onlar əməlsiz alim olsunlar. Elmi problemi olanların təfəkkürünə isə şeytan mövhumat, xurafat kimi şeylərlə təsir edib, onları batil şeylərə inandırır. Hər iki fəzilətdən məhrum olan qrupa gəlincə, şeytan onların həm düşüncəsinə təsir edib onları mövhumatçı edir, həm də onların niyyətlərinə nüfuz edərək şəhvət və qəzəblərini cuşa gətirir.

© Ayətullah Cəvadi Amuli

#insanşünaslıq

https://t.me/dogru_yasham

Doğru Yaşam

30 Sep, 15:57




Ticarətlə mənəviyyatı qarışdırmayın! Ticarətdə bir qazanc var, bir zərər, bir də var ki, nə qazanırsan, nə də zərər edirsən. Lori dildə desək, yerində addımlayırsan. Mənəviyyatda isə belə deyil. Mənəviyyatda yerində addımlamaq adlı bir şey yoxdur: ya irəli gedir, yüksəlirsən, ya da tənəzzül edirsən. Ona görə də əgər yerində addımladığını düşünürsənsə, demək tənəzzül edirsən. Əlbəttə, təvazökarlıq qəsdi ilə və ücbə düçar olmamaq üçün insanın öz əməllərini nöqsanlı sayıb: "yerimdə addımlayıram"— deməsi bu kontekstdən kənardır. Çünki bu təvazökarlıq halı mənəvi inkişaf və yüksəlişin ayrılmaz və ilkin şərtidir.

https://t.me/dogru_yasham