Marcelo'nun həyatının 2-ci hissəsi:
"Artıq 12 yaşım olmuşdu və babam özünə yenidən Volkswagen alaraq məni məşqdən götürmək üçün gəlmişdi və mənə dedi ki, "əyləş, gedirik evə". Təəccübləndim və bunu haradan aldığını söylədim :D Cavab verdi ki, "Jogo do Bicho". Biz buna Rioda heyvan lotoreyası deyirik. Bu, ola bilər ki, 100% leqal deyil, ancaq insanlar arasında baş tutan bir oyundur. Yəni hansısa heyvanı seçirsən, bu, it, at və başqaları ola bilər və buna pul qoyursan. Babam bununla özünə yeni maşın almışdı. İnanılmaz idi. Biz hər gün o maşınla harasa gedirdik. Artıq 15 yaşım olanda "Fluminense" klubundan təklif aldım. Ancaq problem bunda idi ki, Xerem nəqliyat stansiyası bizdən 2 saat uzaqlıqda idi və hər dəfə ora gedib biletə pul vermək mümkünsüzüydü və buna görə də mən orada qalmağa qərar verdim. Babam hər şənbə günü axşam gəlib məni Rioya aparırdı, öz ailəmlə bir yerdə olurdum və sonra geri qaytarırdı. Hər dəfə Rioya qayıdanda görürdüm ki, mənim yaşıdlarım dəniz ətrafı çimərlikdə öz vaxtlarını keçirirdilər, əylənirdilər, ancaq mən isə gecə-gündüz məşq edirəm. Bir gün babam məni götürməyə gələndə söylədim ki, "mən artıq dözə bilmirəm, evə qayıtmaq istəyirəm". O isə cavabında dedi ki, "yox yox. Bu qədər şeydən sonra biz nə üçün mübarizə aparırdıq onda?". Biraz susdum və dedim ki, "mən öz gəncliyimi yaşamaq istəyirəm, hər gün burada olmaq məni çox sıxır". Babam inadla deyirdi ki, "Marcelo yox! Sən qurtara bilmərsən, mənim sənə olan ümidlərim böyükdür, bilirəm ki, sən bir gün Marakanada çıxış edəcəksən". Sonra babamla razılaşdım və öz məşqimi davam etdirməyə qərar verdim. 2 ildən sonra, yəni 17 yaşımda babamla Marakana stadionun ətrafında gəzirdik və mən "Fluminense"nin əsas heyətində çıxış edirdim. Babam hər şeyi təxmin etmişdi, onun mənim haqqımda düşündükləri düz çıxdı, əgər o məni yolumdan döndərməsəydi bəlkə də indi hər şey tamam fərqli olmuşdu. Bu dəqiqə sizin qarşınızda oturmamışdım.
18 yaşım olanda artıq dünyanın bir çox yerlərindən mənim haqqımda maraqlanmağa başlamışdılar. Mənimlə ilk öncə "CSKA Moscow" klubu maraqlanırdı, sonra 'Sevilla" mənim üçün Braziliyaya gəlmişdi və düşündüm ki, orada çoxlu braziliyalı çıxış edir və bu mənim üçün əla olar. Və bir gün bir agent tərəfindən zəng aldım və mənə dedi ki, "Real Madrid"də çıxış etmək istəyərsən?". Sizi əmin edirəm, o tam belə demişdi. Bir anlığına dondum, bilmədim nə deyəm və söylədim ki, "uhhhh, əlbəttə ki, sözsüz". Ancaq həmin oğlanın kim olduğunu bilmirdim və o mənə dedi ki, "onda sən "Real Madrid" üçün oynamağa gedirsən. Bunu bura yazıram". Bir həftədən sonra biz "Porto Alegre"yə qarşı çıxış edirdik və "Real Madrdid"in adamlarıyla oteldə görüşdük. Onlar özünü çox alicənab aparırdı və mənə ilk sualı bu oldu: "Qız dostun var?". Dedim "bəli", cavab olaraq dedi ki, "onunla kim yaşayacaq?". "Mənim nənəm?" deyə zarafat etdim :D İki gündən sonra Siberia təyyarəsiylə Madridə uçdum və həkim testindən keçdim. Və hələ də öz-özümə düşünürdüm ki, "görəsən bunlar həqiqətdir?".
Siz mənim haqqımda bəzi şeyləri anlamalısınız. 16 yaşım olanda Çempionlar Liqasının nə olduğunu bilmirdim. Xeremdə olarkən öz otağımda otururdum və "Porto"yla "Monaco"nun oyununa baxmışdım, ancaq bu matçın mahiyyətini hələ də anlamırdım. Bütün dünya bu matç haqda danışsa da, mən təəccüblə bunun nə olduğunu başa düşməyə çalışırdım və öz dostuma dedim ki, "bu nə liqasıdır belə?, o isə cavabında "dostum, bu Çempionlar liqasının finalı idi", ancaq yenə də nə olduğun anlamayıb "Çempionlar Liqası nədir?" deyə söylədim :D Nəysə, artıq hər şey dəyişmişdi. Mənim Madridə gedişimə ailəm heç cür inana bilmirdi. Onlar məni "Globo Esporte"un üz qabığında görmüşdü" "18 yaşlı bir oğlan artıq "Real Madrid"in oyunçusu idi." #rmaze