🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶 @incilersandixcasi Channel on Telegram

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

@incilersandixcasi


🕯"Yaxşı ki həsrətin tüstüsü yoxdur, Göz gözü görməzdi yer kürəsində" @HuseynArif

🕯 söz var inci'dir, söz var incidir

︎Musiqi 🎼🎼🎼🎶
︎Tar və Kaman 🪕🎻
︎Şeir 📜Qəzəl
︎Film 🎬🎭
︎Retro 📽 Azərbaycan 🇦🇿☪️

𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕: @Munteqiymi_kerrar

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶 (Azerbaijani)

İncilər Sandıxcası adlı Telegram kanalına xoş gəldiniz! Bu kanal, incilərə həsrət olan və müxtəlif sənətlərə maraq göstərən insanların bir araya gəldiyi bir məkan kimi fəaliyyət göstərir. Musiqi, şeir, film, retro Azərbaycan materialları ilə dolu olan kanal, tarixə marağı olan hər bir şəxs üçün məyusuz bir seçimdir. Kanalda tar və kaman ifaları, qəzəllər, filmlər və retro Azərbaycan mədhiyyətini əhatə edən məzmunlara rast gəlmək mümkündür. Eğer siz də incilərə duyan həsrət hiss edir və Azərbaycan xalq musiqisi, ədəbiyyatı və mədəniyyəti ilə maraqlanırsınızsa, bu Telegram kanalı tam sizin üçün yaradılmışdır. Munteqiymi Kerrar ilə əlaqə saxlamaq və daha çox məzmun əldə etmək üçün kanala abunə olmağı unutmayın! 🎼🎻📜🎬📽🇦🇿☪️

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

20 Nov, 14:09


Heç tərk edilmisən

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

14 Nov, 05:05


Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər!
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər!

Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma!
Bax, doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər!

Çarıqlı qardaşın, sadədil köylü,
Gəldi məzarına bir örük urdu.
Toplanıb baş-başa hər üçü, dördü,
Hər gün köylü qızlar dərdini dinlər!
#ƏhmədCavad

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

10 Nov, 09:22


Gecə ay işıq saçan dəm, uyuyanda əhli aləm
Kaş o bəxtəvərlə bahəm, dolanım gəzim dalınca

#VüqarBiləcəri

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

09 Nov, 07:28


Paylaşımların rəylərinə iş haqqında yazmasanız sevinərik. )

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

07 Nov, 14:56


Həyat ciddi bir hadisədir.Həyatda pis olan hər şey keçir,ən uzun və ən ağrılı gecədən sonra səhər gəlir. İstədiklərini almaq üçün çalışacaqsan,ümid ruhunda yaşayacaqsan.Və qazanacaqsan, çünki günəş yalnız ümid etməyi bilənlər üçün çıxır. Ümidsiz olmağa haqqın yoxdur.Ümid var..🤍

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

07 Nov, 05:11


Bakuya gəlmisiz salam verməyə,
Ey Xan sarayını tutan ingilis!
Gedirkən Kəbəyə hacı karvanı,
Hacılar yoluna çıxan ingilis.

Damağında Çanaqqala ağısı,
Sənmisən türk ellərinin yağısı?
İslam dünyasının ölüm çalğısı,
Ölüm ninnisiylə yaxan ingilis!

Bax, yenə qarşında köksümü açdım,
Bakı dağlarına al bayraq sancdım.
Sən meydan oxudun, gəldim, ulaşdım,
Mərd deyil meydandan qaçan ingilis!

O xain gözünü dikdiyin ellər,
Bənim nişanlımdır, türkülər söylər...
Göz dikmə təxtimə, bax, əlim titrər,
Düşəcək təxtinə talan, ingilis!*

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

05 Nov, 20:51


Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.

Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.

...Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.

Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.


Zəlimxan Yaqub

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

05 Nov, 09:41


Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

#BəxtiyarVahabzadə

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

04 Nov, 05:00


Evim Sənsən, Şəhərim Sən, Vətənim Sən🤍

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

02 Nov, 08:33


Mən Qütb ulduzunu
Göstərdim bu vaxt:
Tək o dəyişməyir yerini ancaq!
Ona bənzəmişəm mən də yanaraq,
Qışlar yaşamışam mən yaza həsrət.

Susmuş sözlərimi
  açdım küləyə...
Solan ağaclara, ulduzlu göyə.
İndi tək baxaram — sənsizəm — deyə,
Çöküb qəlbim kimi payıza həsrət.

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

24 Oct, 09:29


Kamal Abdullanın eyni adlı şeirinə nəzirə:

"Unutmağa kimsə yoxdu", bəlkə var?
Bəlkə, elə unudulan özüməm?
Bir hardasan deyənim yox nə vaxtdı
Məni elə yada salan özüməm.

Ömür kimi ötəcəcəksən, əzizim
Qorxduğumu edəcəksən, əzizim
Sən qonaqsan, gedəcəksən, əzizim
Vallah, elə mənə qalan özüməm.

Səddam Laçın

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

21 Oct, 17:05


Zor, güc hakim olan yerdə çiçəklənməz məhəbbət!
Ürək bir nur ocağıdır — qaranlıqdan xoşlanmaz.
Ruh ki həyat çırağıdır — sönər, o yerdə yanmaz.
Zülmətlə nur bir araya girməz, bu bir həqiqət!


Bizim sevgimizi qınayanlar, inanmayanlar sizlər sevgini türk dizilərinsən, bizlər isə həqiqi sevgi ocağından öyrənmişik. Məktəblərimizin fərqini dərk edəndə, kimin sevgisinin yalan olduğun idrak edəcəksiniz, lakin o zaman gəldikdə həqiqətən çox gec olacaq.

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

21 Oct, 07:02


Bilməzidim döngələr var, dönüm var.
İtkinlik var, ayrılıq var, ölüm var...

🎻𝕀𝕟𝕔𝕚𝕝ə𝕣🎭𝕊𝕒𝕟𝕕𝕚𝕩𝕔𝕒𝕤𝕚🎶

17 Oct, 05:48


Bir gün sənə hamı kimi olmadığımı anlayacaqsan... Amma onda sən mənim üçün hamı kimi olacaqsan!!!

1,157

subscribers

67

photos

483

videos