Məktəbeşq🪐 @mekteb_eshg Channel on Telegram

Məktəbeşq🪐

@mekteb_eshg


Mən neynavaya çatanda Günəş Nizənin başında idi 🥀🖤

13.12.2023🪐

Məktəbeşq🪐 (Azerbaijani)

Məktəbeşq🪐 kanalı, məktəbdən əsinqışmanın bir əsəri kimi romantik bir atmosfer yaradan, Güneş Nizənin başında romantik hisləri paylaşmaq istəyən insanlar üçün yaradılmış bir Telegram kanalıdır. Kanalın adı 'Məktəbeşq🪐' olaraq seçilmişdir, çünki burada məktəbdən əsinqışmanın getirdiyi hislər və düşüncələr romantik və gözəl bir şəkildə ifadə olunur. Kanalın məqsədi romantizmi və sevgini təbliğ etməkdir. Məktəbeşq🪐 kanalında ən son təqvim tarixlərindən birində Güneş Nizənin başında birlikdə olmaq hissini paylaşan insanların tarixləri mövcuddur. Bu romantik və həyatı sevgi ilə gəzdirən tarixlər, kanalın abonentlərinə romantik hislər yaşatmaq və sevgi dolu dünyanın qapılarını açmaq məqsədilə təqdim olunur. Kanal, sevgi və romantizmə həsr edilmiş və birbirinə bağlanmaq istəyən insanlar üçün mükəmməl bir məkandır. Məktəbeşq🪐 kanalına qoşul və Güneş Nizənin başında sevgi və romantizmə doğru bir səyahətə başlayın. Bu kanal, sevgi dolu həyat üçün ilham alacağınız və romantik hislər yaşayacağınız bir platformdur. Sevgi, romantizm və məktəbdən əsinqışmanın qeyri-adi dünyasına daxil olmaq üçün Məktəbeşq🪐 kanalına qoşulun!

Məktəbeşq🪐

18 Feb, 08:26


Eşq ruhunda sakitlik tapdığınız insandadır.Sizi yoran hisslər eşq ola bilməz..🤍🌻


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

17 Feb, 06:33


Salam Aleykum
Sabahınız xeyirli olsun. ❤️🌹


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

16 Feb, 16:03


Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.Dünyada sevgidən savayı demək olar ki,heç nə yoxdur.🤍

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

16 Feb, 06:32


Sonunda qovuşmaq varsa,  çəkilən hər dərd müqəddəsdir.🤍


Salam Aleykum
Sabahınız xeyirli.


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

15 Feb, 15:33


❤️🤲

Məktəbeşq🪐

15 Feb, 15:30




Be so good they can’t ignore you.

O qədər yaxşı ol ki, səni görməzlikdən gələ bilməsinlər.

©Stiv Martin

Bilmirəm Stiv necə belə bir qənaətə gəlib, amma əgər bir nəfər səni bilərəkdən önəmsəmirsə, görməzdən gəlirsə, sən nə qədər yaxşı olursan ol, xeyiri yoxdur, o, yenə səni umursamaz. Dünyanı da ona bəxş etsən, onun qəlbi yenə sənə isinməz. Necə ki, İmam Əli (ə) kəlamlarının birində buyurur: "Bütün dünyanı münafiqə versəm ki məni sevsin, o məni sevməz". Yəni nə qədər də yaxşı olursan ol, bu dünyada səni sevmənlər, səni qədrini bilməyənlər tapılacaq. Buna görə də insanların diqqətini cəlb etməyi bir kənara qoyub, özünə vaxt ayır. Yaxşı iş et, amma ruhuna yaxşı gəldiyi üçün et, insanlar səni görməzlikdən gələ bilməsinlər deyə yox!


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

15 Feb, 06:11


❤️

Məktəbeşq🪐

14 Feb, 10:46


السَّلاَمُ عَلَى رَبِيعِ الْأَنَامِ وَ نَضْرَةِ الْأَيَّامِ‏

Salam olsun insanların baharına və zamanın saflıq və sevinc bəxş edəninə.

📗İmam Zamanın (ə.f)ziyarətnaməsindən

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

14 Feb, 03:45


Cahillik və biz.

Həzrət Məhdi əleyhissalamın qeybdə olduğu dövrdə bizim ən böyük vəzifələrimizdən biri o həzrəti tanımaq və mərifətdir.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

مَنْ ماتَ وَلَمْ يَعْرِفْ إمامَ زَمانِهِ ماتَ مَيْتَةً جاهِلِيَّةً

"Yaşadığı zamanın İmamını tanımadan ölən şəxs, cahillik dövründə (yaşayıb) ölən cahil şəxsdir."

Demək, bu mərifət nə qədər dərin və həqiqi olarsa, biz cahillikdən bir o qədər uzaqlaşmış olarıq.

Amma (Allah eləməsin) bu mərifət və tanımaq nə qədər səthi olsa, biz nadanlıq cəhalətə bir o qədər yaxın olarıq.

🕋 Deməli, şübhəsiz ki, bizim yaşadığımız və Allahın Vəlisinin (Allah onun zühurunu tezləşdirsin) qeybdə olduğu bir zamanda çox mühüm vəzifəmiz o həzrəti (ə) tanımaq və mərifətdir.

Bu mübarək gün hər birimizə xeyrli və bərəkətli olsun. Bayramınız mübarək əziz Möminlər. 🌹❤️



#zühura_hazırlıq #Müntəzir #Ya_sahibəz_Zaman (ə.f)

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

13 Feb, 22:20


Şifa tapmağım üçün iltimasi dua etməyinizi Sizlərdən xahiş edirəm. 🌹🤲Və bu əziz günü sizlərə təbrik deyirəm.

Məktəbeşq🪐

12 Feb, 12:35


Salam Aleykum. Xahiş edirəm hər birinizdən imkanı olan, İradə Nifti qızına bu gecə vəhşət namazı qılasınız. 💔🥀😢(çox istmətli Möminə xanlm idi)

Məktəbeşq🪐

11 Feb, 16:40


81 nəfər hərə 1 manatından keçsə 2 dənə dərmanın pulu edir. İnsanların dərdinə biganə yanaşmayaq. 🥀

Məktəbeşq🪐

11 Feb, 14:45


Həyatım Qəlbim.❤️🌹

Məktəbeşq🪐

10 Feb, 10:23


Bayramınız mübarək olsun 🩵❣️

Məktəbeşq🪐

09 Feb, 09:40


Sən mənim özümsən 💔🥀

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

09 Feb, 09:37


Mənə bir işarə ilə göstər ki məni bağışladın..

Məktəbeşq🪐

08 Feb, 18:48


🥀💔

Məktəbeşq🪐

08 Feb, 09:43


Evinizdəki krant🚰  xarab olanda evi dəyişdirməzsiniz, əvvəlcə onu düzəltməyə çalışarsınız.

__

Evinizdəki krant🚰  xarab olanda evi dəyişdirməzsiniz, əvvəlcə onu düzəltməyə çalışarsınız. Hər nasazlıq, evi tərk etməyi tələb etməz, bəzən, sadəcə bir az diqqət və təmir kifayətdir.  Münasibətlər də eynilə belədir... Kiçik bir problem yaşananda dərhal bitirməyi düşünmək əvəzinə, əvvəlcə onu düzəltməyə çalışmalısan.

___

Münasibətlərdə zaman zaman problemlər yaşamaq qaçınılmazdır, amma əhəmiyyətli olan, bu problemlərin öhdəsindən necə gəlmək olar - bunu bilməkdir. Necə ki, evdə bir krant🚰 xarab olduğunda tez-bazar evi tərk etməyib, onu düzəltməyə çalışırıqsa, münasibətlərdə də kiçik nasazlıqlar yarananda dərhal imtina etmək əvəzinə, həll yollarını axtarmaq lazımdır. Hər mübahisə və ya fikir ayrılığı ayrılmaq üçün səbəb olmamalıdır. Sağlam münasibətlərdə əsas məsələ, problemlərin olmaması deyil, cütlərin bu problemlərin öhdəsindən birlikdə gələ bilmə bacarığıdır. Empatiya qurmaq, açıq ünsiyyət saxlamaq və ortaq bir həll yolu tapmaq, həm münasibətlərin bağlarını gücləndirir, həm də fərdlərin emosional (duyğusal) inkişafına töhfə verir. Çünki bəzən bir münasibətin ehtiyacı olan şey, imtina etmək, vaz keçmək deyil, bir az daha çox səy göstərməkdir. 🕯️🕊️


___


#Günortanız_xeyir🧡🌞🌼

▁▁▁


Tərcümə etdi və hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


╭──➤  https://t.me/exlaq_channel
╰─────────────────────

Məktəbeşq🪐

08 Feb, 05:38


Salam Aleykum
Sabahınız xeyirli 😍🤲


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

07 Feb, 17:46


💞Əziz kanal izləyiciləri!💞

📲 AİLƏ ƏXLAQI kanalına abunə olaraq və (kanalın) linkini sosial platformalarda (TG, İnsta, FB və s.) paylaşaraq İslami ailə modeli təbliğat və təşviqatımızda bizə kömək edin!


☛ https://t.me/exlaq_channel
☛ https://t.me/exlaq_channel
☛ https://t.me/exlaq_channel
☛ https://t.me/exlaq_channel

Məktəbeşq🪐

07 Feb, 11:09


You are the best suprize My familiy.❤️

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

05 Feb, 15:32


O kimin karvanıdır, nizədə Qur'an aparır,
Yezidin minbərinə Qur'anı şeytan aparır.

Sariban qırma Rüqəyya kimi Zəhra gülünü, O, Gülüstanə tərəf qəm dolu karvan aparır.🥀🖤



https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

05 Feb, 15:24


💫🤍

Məktəbeşq🪐

05 Feb, 10:26


Ulduzlar parıldamaq üçün ayı gözləmir. Sən də xoşbəxt olmaq üçün kimisə gözləmə. 💫

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

04 Feb, 15:32


Təkrar başlamamaq üçün susduğum yerdə buraxıram səni...💫


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

04 Feb, 14:30


🤍💫


Nə vaxt öləcəyimizi bilmədiyimiz üçün,yaşam bəzən sonu olmayan bir yol kimi görünə bilər❤️‍🩹


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

04 Feb, 13:46


Sən insanlarla çox mehriban davranırsan,
Artıq özünlə də mehriban olmağın vaxtıdır.
Səhv etsən özünü bağışla və özünlə mehriban ol. Öz iradə və gücünə inansan, tezliklə arzuladığın müvəffəqiyyətə çatacaqsan. 💫


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

03 Feb, 15:44


Həzrət Abbas (ə) Məsumların (onların hamısına Allahın salamı olsun) həqiqi davamçısıdır və onun örnək alınası çoxlu fəzilətləri vardır.

Dostlar, onu da qeyd edək ki, həzrət Abbasdan (ə) nümunə götürmək üçün onun ən məşhur dörd fəzilətinə diqqət yetirmək bizim tərəqqi və inkişafımız üçün daha faydalı görünür:


1⃣ Ədəb və təvazökarlıq

2⃣ Mərdlik və şücaət

3⃣ Sədaqətlilik və vəfalılıq

4⃣ Dini və insani hisslər.


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

03 Feb, 14:09


السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِأَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ

Salam olsun sənə, ey saleh bəndə! Ey Allaha, Onun Rəsuluna, Əmirəlmömininə, Həsənə və Hüseynə itaət edən!


📖 Həzrət Əbülfəzlin ziyarətnaməsindən


يا كاشِفَ الْكَرْبِ عَنْ وَجْهِ أَخيهِ الْحُسَينِ، اِكْشِفْ كَرْبَنا بِحَقِّ أَخيكَ الْحُسَينِ

Ey qardaşı Hüseynin üzündəki qüssəni aradan qaldıran, qardaşın Hüseynin xatirinə, bizim qəm-qüssəmizi də aradan qaldır!


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Feb, 09:54


İlk günki kimi yadımdadır
Əllərimi tutuşu, mənə baxışı.🤍


#F

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

22 Jan, 18:12


🔰Telegramda izləmənizi tövsiyə etdiyimiz bir-birindən  faydalı  kanallar.

🔰Linkə vurub kanallara abunə olun .
Vaxt məhduddur. Tələsin ‼️

https://t.me/ya_beqiyyetellah/40116

Məktəbeşq🪐

22 Jan, 17:20


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Məktəbeşq🪐

22 Jan, 07:57


Bir salam bəzən yüz şeirə dəyər. Çünki o salamda ürək var, yaxınlıq var, sevgi var. Eşqin özü bəzən sözlərdə yox, bir baxışda, bir salamda gizlənər. 💕😍



https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

21 Jan, 17:14


Hər şeyin daha da gözəl olması üçün,sadəcə səbr etmək və doğru seçimlər etmək lazımdı.🤍🌷


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

21 Jan, 17:03


Xoşbəxt insanları gördükdə – qısqanmayın. Xoşbəxtlikləri üçün necə mübarizə apardıqlarını bilmirsiz.🥀💔

Məktəbeşq🪐

21 Jan, 13:34


Bəzilərimiz şeirlərə,mahnılara,filmlərə,
kitablara tutunur.Deyəsən artıq insan,
tutuna bilmir insana.💔🥀

Məktəbeşq🪐

20 Jan, 10:50


Halbuki nə çox ağladım mən, tək damla göz yaşı tökmədən..🥀💔



https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

19 Jan, 09:17


Qəlbimizi qıran insanları bağışlamaq üçün hər cür bəhanə tapırıq...🥀

Məktəbeşq🪐

19 Jan, 08:10


Bir gün peşman olsan yenə gəl mənə, danış rahatla dinləyəcəm, amma dərman olmağ keçdi məndən🪐


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

19 Jan, 06:23


Salam Aleykum
Sabahınız xeyirli olsun 🌹🤲



https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

17 Jan, 19:13


Sevginin yorğun düşüb yatdığı bir cəmiyyət də, çiçək satmaq.
Çiçəklərə qarşı ən böyük xəyanətdir. 🖤🥀

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

17 Jan, 10:01


🥀🖤

Məktəbeşq🪐

16 Jan, 14:25


Əgər Xanım Zeynəb olmasaydı,

▪️Kərbəla tanınmazdı.

▪️Kərbəla Kərbəlada qalardı. Yəni Kərbəla vaqiəsi unudulub gedərdi, ya da ən azından təhrif olunardı.

▪️İmam Hüseynin və şəhidlərin qanı boşuna axmış olardı.

▪️İmam Hüseynin müqəddəs qiyamındakı hədəfi öz məqsədinə çatmazdı.

▪️İslamın xeyməsi birdəfəlik yatardı.


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

14 Jan, 07:09


Əteafınızla paylaşın ən azından. 🤲

Məktəbeşq🪐

14 Jan, 07:09


Salam Aleykum
Əziz möminlər bayramınız mübarək olsun inşəallah.

Bir ehtiyaclı ailə üçün maddi köməyə ehtiyac var, kim Allaha xatir əlini uzadar? Allah rzası üçün biganə yanaşmayaq. Həm dərman almağa həmdə ərzaq almaq üçün lazımdır kömək.

Kapital kart
5239 1517 9569 3129

Allah yaxşılıq edənlərin əcrini zay etməz Yusuf 90.

İmam Əli (ə) ehsanı edin🤲

Məktəbeşq🪐

04 Jan, 13:41


Salam olsun sənə ey üzü aydan da olan Nurani. (s.ə) ❤️🌹


Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

04 Jan, 07:25


Bütün Əhli-Beyt (ə) Şiələrinə Baş sağlığı ərz edirik. 🖤🥀😔

#şəhadət 🥀


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

03 Jan, 19:09


Gizlənən, göstərilməyən, hiss etdirilməyən sevginin zərrə qədər dəyəri yoxdur gözümdə. Bəlkə bu divar da məni çox sevir, bilmirəm.) 😑

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Jan, 15:04


İmam Muhəmməd Baqir əleyhissalamın mübarək mövludu münasibətilə sizləri təbrik edirik. 🤲🌹

Nicat itaət və əməl ilədir.

İmam Məhəmməd Baqir əleyhissalam səhabəsi Cabir Cöfiyə buyurdu:

أَبْلِغْ شِیعَتَنا، أَنَّهُ لا یُنالُ ما عِنْدَ اللهِ إِلاَّ بِعَمَل

"Bizim şiələrimizə çatdır ki, Allahın bəxşiş və mərhəmətinə nail olmağın yeganə yolu əməl etməkdir."

📗"əl-Kafi 2-ci cild 300-cü səhifə

Bəziləri elə bilirlər ki, möminlik iddiası etməklə, həmçinin Həzrət Muhəmməd (s) və Əhli-beytə (ə) sevgisini nümayiş etdirməklə vəzifələrini yerinə yetirmiş olurlar.

Əlini əlinin üstünə qoymaqla, heç bir iş görməməklə, gününü yalnız zikr saymaq və dua oxumaqla keçirənlər Allaha yaxınlaşdıqlarını güman edirlər.

 Halbuki İmam Məhəmməd Baqir əleyhissalam bildirir ki, xeyr, əsla belə deyil. Məqsəd, hədəf və arzulara əməlsiz çatmaq mümkün deyildir.

 İmanlı insan itaət və əməl etmək, həmçinin vəzifə və öhdəliklərini yerinə yetirməklə Allaha yaxınlaşa bilər.
Allahın göstərişlərinə itaət edən və əməl əhli olan şəxs Allaha daha yaxındır.

Həqiqət bundan ibarətdir ki  İslam dini əməli əsas sayır, həqiqi möminlər Əhli-beyt əleyhimussalama tabe olan və əməl əhli olan şəxslərdir. Necə ki, Əhli-beyt əleyhimussalam da əməl əhli olmuşlar.

 Qurani-kərim də bu həqiqəti hamıya elan edir:

➡️ Yəhudilər özlərini İbrahim peyğəmbərə nisbət verib deyirdilər ki, İbrahim bizdəndir.
➡️ Xristianlar isə deyirdilər ki, xeyr, İbrahim bizdəndir.

📖 Qurani-kərim Ali-İmran surəsinin 68-ci ayəsində onların hər ikisinin sözünün yanlış olduğunu bildirərək buyurur:

إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا

"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı ona tabe olanlar, bu Peyğəmbər (Muhəmməd səllAllahu əleyhi və alih) və ona iman gətirənlərdir."

İbrahim peyğəmbərə tabe olmağın mənası əməl əhli olmaqdır.

#Nicat #itaət #əməl

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Jan, 07:19


Salam Aleykum
Sabahınız xeyirli 🌹
Rəcəb ayınız Mübarək xeyrli və bərəkətli olsun inşəallah.
🌹😍

#Rəcəb_Şaban_Ramazan

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

30 Dec, 11:05


SEVGİ.💕

Sevgi ilə verilən bir qızılgül,mənasız şəkildə verilən minlərlə qızılgüldən daha çox dəyər daşıyır.Əsas olan verdiyin hədiyyə ilə birlikdə sevginin, səmimiyyətin və dəyərin qarşı tərəfə ötürülməsidir.Həyatda ən qiymətli şeylər bəzən çox sadə olur,amma sevgi ilə verildikdə böyük dəyər qazanır.Bu da onu göstərir ki, sevgi və diqqət hər şeyin əsasını təşkil edir..🤍


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

28 Dec, 06:45


Əslində kimisə yarı yolda qoymaq kimi bişey yoxdu. Yol ora qədər imiş.. İnsanlar çox şey yaşamaq istəyib sadəcə fərqinə varmadan, yada böyük sözlər verib tutmağa qadir olmadan...


🥀
✍️

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

26 Dec, 10:32


🏴 Təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyir, yaralıların tezliklə öz sağlıqlarına qovuşmasını arzu edirik. Axır qəmimiz olsun!

Məktəbeşq🪐

25 Dec, 06:20




Bir-birindən gözəl 10 tövsiyə

1. Gözlə, amma dayanma.

2. Düşün, amma ləngimə.

3. Cəsarətli ol, amma ədəbsiz olma.

4. İsrarlı ol, amma inadkar olma.

5. Səbirli ol, amma laqeyd olma.

6. Sadə ol, amma sadəlövh olma.

7. Tələs, amma tələsik iş görmə.

8. "Bəli",—de, amma, "mütləq belədir və ya mütləq belə edəcəm"— demə.

9. "Yox",—de, amma, "əsla" və "heç vaxt" sözünü dilinə gətirmə.

10. Demə: "Sənin üçün ölərəm", de ki:"Sənin üçün yaşayaram".

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

24 Dec, 14:43


👇👇

Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

24 Dec, 14:43


Fatimə, Portuqaliyanın mərkəzində yerləşən bir şəhərdir və ölkənin ən əhəmiyyətli dini və turistik mərkəzlərindən biridir. Şəhər, xüsusilə 1917-ci ildə üç çobanın gördüyü görünüşlə bağlı olaraq tanınır.Fatimənin dini əhəmiyyəti 1917-ci il hadisələri ilə bağlıdır. O il, üç çoban uşaq — Lúcia dos Santos və onun kuzinləri Jacinta və Francisco Marto, Cova da Iria adlı ərazidə oynayarkən, onlara Xanım Fatimə (ə) göründü. Onlar nurani bir xanım əlində təsbeh çevirərkən görürlər.Bu xanım onlara mən Peyğəmbər (s) qızı Fatiməyəm (ə) deyir.Fatimə (ə), uşaqlara bir neçə dəfə görünüb və onlara müxtəlif mesajlar və müjdəler verib. Bu hadisələr, “Fatimə Görünüşləri” kimi tanınır. Fatimə (ə) bu uşaqlara dünya sülhü, dua və tövbə etməyin vacibliyi haqqında danışıb. Yalnız sonradan xristian alimləri Fatimə (ə) adının İslam dininə uyğunluğun araşdırdıqdan sonra insanlara bu görünən şəxsin xanım Fatimə (ə) yox xanım Məryəm (ə) olduğun təbliğ edib gizlətməyə çalışıblar.Amma göründüyü kimidə şəhərin adı görünən xanımın adı ilə bağlı Fatimədir.Fatimə Müqəddəsliyi, şəhərin mərkəzində yerləşən və bütün dünyadan zəvvarları cəlb edən müqəddəs bir yer olaraq diqqət çəkir. Bu müqəddəs yerin mərkəzində Bakirə Məryəm Kilsəsi və Məryəm Heykəli yerləşir. Müqəddəsliyin ən məşhur hissəsi, Məryəmin heykəlini əhatə edən Cova da Iria meydanıdır, burada insanlar dua etmək üçün toplanırlar.
(Xanım Məryəmin heykəllərinin burada yerləşməsi əsl mahiyyəti gizlətməkdir)
Müqəddəsliyə hər il milyonlarla zəvvar gəlir, xüsusilə mayın 13-də və oktyabrın 13-də keçirilən dini mərasimlər zamanı. Bu günlər, Fatimə (ə)uşaqlara ilk dəfə göründüyü tarixlərdir. Zəvvarlar dünyanın hər tərəfindən gəlir və müqəddəsliyi ziyarət edirlər, dua edirlər və mərasimlərdə iştirak edirlər.


Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

24 Dec, 06:41


فَلَهَا الْوَیْلُ اِنْ لَمْ تَغْفِرْ لَها...
Vay olsun mənim nəfsimə, əgər sən onu bağışlamasan...


Şəbaniyyə münacatından..

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

24 Dec, 06:39




Allahın tövbə edən bəndəsinə lütfü

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir:

"Allah-Taala Davud peyğəmbərə (ə) vəhy edərək buyurdu: "Ey Davud! Mənim mömin bəndəm bir günah işlədib sonra həmin günahdan əl çəkib tövbə etsə və o günahı xatırlayanda Məndən xəcalət çəksə, Mən onu bağışlayaram. Həmin günahı onu qoruyan mələklərin yadından silib savaba çevirərəm və bundan dolayı heç nədən çəkinmərəm. Çünki Mən mərhəmətlilərin ən mərhəmətlisiyəm."

📗"Səvabul-ə'mal",c.1,səh.130

Allahın mərhəmətini müşahidə edirsiniz? Deyir: əgər bəndəm həqiqətən tövbə etsə,

1. Onu bağışlayaram;

2. O günahı mələklərin hafizəsindən silərəm;

3. Həmin günahı savaba çevirərəm.
Daha bundan böyük lütfmü olar?!


https://t.me/Nurdan_inciler

Məktəbeşq🪐

23 Dec, 14:08




Peyğəmbər (s) vəfatı ərəfəsində etdiyi son tövsiyəsi qadınlar haqqında idi. O, tövsiyəsində namazın əhəmiyyəti, qulların və kənizlərin halının nəzərə alınması və qadınlara hörmət edilməsini vurğulayaraq belə buyurdu: "Namaza diqqət edin və qullara və kənizlərə gücləri çatmayacaq şeyləri yükləməyin. Qadınların hörmətini qoruyun, çünki onlar sizin aranızda yardımçılardır".

©Əllamə Məhəmmədhüseyn Təbatəbai

https://t.me/Babe_Huseyn

Məktəbeşq🪐

22 Dec, 08:52


⁉️ Ən mühüm istəklərimiz nə olmalıdır?

Həzrət Fatimə əleyhasalam buyurur :

اَللّهُمَّ اِنّی اَسئَلُکَ الهُدی وَ التُّقی وَ العِفافَ وَ الغِنی والعَمَلَ بِما تُحِبُّ وَ تَرضی؛

"Allahım! Səndən hidayət, təqva, həya və ehtiyacsızlıq istəyirəm, həmçinin Sənin sevdiyin və bəyəndiyin işləri etməyi mənə nəsib etməyini istəyirəm."

📘 Biharul-ənvar c.87 səh.339

1⃣ Biz hamımız Allahın hidayətinə möhtacıq.
Odur ki, hər gün namazlarımızda dəfələrlə Allahdan bizi "düz yola" hidayət etməsini istəməyimiz İlahi hidayətə daim ehtiyaclı olmağımıza dəlildir.

💎 Hidayətə ona görə ehtiyacımız var ki, biz düz yolda olsaq bizim hər bir işimiz düz olacaq.

2⃣ Təqvamız olarsa dünyamızdan axirət üçün azuqə toplayacağıq və Qiyamət günü Allahın hüzuruna hazırlıqlı gedəcəyik.

3⃣ Həyamız olarsa Allaha qarşı çıxmayacaq və abırımızı apara biləcək hər bir işdən uzaq olacağıq.

4⃣ Ehtiyacsız olsaq başqalarına əl açmayacaq və dünya malının hərisi olmayacağıq.

5⃣ Bizim hər birimizin əməlində əsas meyar və ölçü əməlin Allah tərəfindən "qəbul" olmasıdır.

İşin o zaman dəyəri olur ki, Allah o işi sevsin və o işdən razı qalsın.
Allahın sevdiyi və bəyəndiyi işlərin nələrdən olduğunu bilmək və Onun bəyənmədiyi işlərindən çəkinmək kamala doğru atılan bir addımdır, sonrakı addım isə bildiklərimizə sevərək əməl etməkdir.

İlahi bi həqqi Fatimə (s.ə) ❤️🌹🤲

https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

21 Dec, 14:01


Peyğəmbərin (s) sevimli qızı və imam Əlinin (ə) həyat yoldaşı xanım Fatimənin (s.ə) mövludu münasibətilə bütün xanımları təbrik edirik!

Bayramınız mübarək olsun əziz xanımlar. ❤️🌹


https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

20 Dec, 17:46


Çox gülən insanlar daha çox qəmgin olurlar. İçlərində gizlətdikləri dəryalar qeder kederi o qədər möhtəşəm gizlədirlər dərindən gülərək. Halbuki dərindən gülən insanlar ruhən çox yorğun olurlar...🥀

#F ✍️

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

20 Dec, 14:41




Ətrafında sənə güvənən, sənin varlığınla özünü əmniyyətdə hiss edən, səninlə ünsiyyətdən yorulmayan, yoxluğunda isə sənin üçün darıxan, sənin yanında ola bilmək üçün can atan insanların olması necə də böyük bir nemətdir!

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

03 Dec, 16:24


🛑Allahın salamı olsun Müsəlmanlara Bakıda yaşayan inanclı ailənin Maddi yardimlarımıza ehtiyacı var ailənin vəziyəti olduqca pisdir Xanımın yoldaşı Hebsdə olduqu üçün çatdıra bilmir evdə 2 uşaq var. kirayə pulunu ödəyə bilmir Allaha xatir kimin nəyə gücü çatır dəstək olsun.

💳-Kapital Bank 4169738836482517
Allah qəbul eləsin.

Məktəbeşq🪐

03 Dec, 09:01


🍋 Limonlu ilıq su içməyin faydaları:

🔹Həzmin yaxşılaşdırılması
🔹Qəbizliyin aradan qaldırılması
🔹 Boğaz ağrısının aradan qaldırılması
🔹 Zəhərli maddələrin bədəndən çıxarılması (detoksifikasiyası)
🔹 Artıq çəkinin azalması
🔹 Burun tutulmasının müalicəsi
🔹️ Qan dövranının yaxşılaşdırılması
🔹 Yaşlanma (qocalıq) prosesini yavaşlatmaq
🔹️ Yuxunun yaxşılaşdırılması


SAĞLAMLIĞINIZI QORUYUN. 🙂

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Dec, 18:11


🍂Sizlər üçün Ən faydalı  Siyasi,  Elmi ,Dini, Xəbərlər ,Maarifləndirici kanalları bir araya gətirdik. Abunə olmaq üçün istədiyinizə toxunun, faydalanmaq fürsətini qaçırmayın.  🍁

https://t.me/ya_beqiyyetellah/36597

Məktəbeşq🪐

02 Dec, 17:24


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı: https://t.me/seherfilm

Məktəbeşq🪐

02 Dec, 06:42


Salam Aleykum
Sabahınız xeyirli.
🤲🌹

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

01 Dec, 09:39


Qəm-qüssənin əlacı

Qurani-kərim Hicr surəsinin 97 və 98-ci ayələrində buyurur:

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ

"Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!"

➡️ Əgər qəlbinin qəm-qüssə ilə dolu olduğunu fikirləşirsənsə, bu mətni oxu👇

➡️ İçi su ilə dolu olan butulkanı boşaltmaq üçün, mütləq onu əyməlisən. Nə qədər çox əysən içindəki su bir o qədər azalacaq. Əgər tam əysən içindəki su tamamilə axıb qurtaracaq.

❤️ İnsanın qəlbi də elədir.
Bəzi vaxtlar qəm-qüssə və kədərlə dolu olur...
O da başqalarının sənə olan tənə, məzəmmət, istehzası və xoşlamadığın sözlərə görə;

Ona görə də Qurani-kərim buyurur ki,
qəlbin qəm-qüssəilə dolu olanda əyil və alnını torpağa qoy.
➡️ Səcdə et!

Bu Allah Taalanın öz peyğəmbərinə (s) verdiyi nüsxə və reseptdir.

🕋 وَ لَقَدْ نَعْلَمُ أَنَّکَ یَضِیقُ صَدْرُکَ بِمٰا یَقُولُونَ، فَسَبِّحْ بِحَمْدِ رَبِّکَ وَ کُنْ مِنَ اَلسّٰاجِدِینَ

"Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!"

➡️ Yəni ey Peyğəmbərimiz! Biz bilirik ki, sən düşmənlərin sözlərinə görə narahatsan, ürəyin sıxılır, səni narahat edir.

Amma sən narahat olma!

Onların səbəbilə olan narahatlığını dəf etmək üçün Rəbbinə həmd və şükr et, Onu pak sifətlərlə mədh et və səcdə et.

✅️ Ayəyə diqqət edək:

Allah Taala buyurur:
"Biz bilirik ki, sənin əleyhinə deyilən haqsız sözlərə görə sən narahatsan.

Yolu budur ki,

Səcdə et, Allahı zikr et.
Bu iş sənin rahatlığına səbəb olacaq. Ürəyin boşalacaq... Yüngülləşəcəksən!

İbn Abbas deyir:
Həzrət Muhəmməd (s) nə vaxt qəmgin olardısa, namaz qılardı, bu qəm-qüssənin təsirlərini namazın vasitəsilə ürəyindən silərdi.

💔 Elə isə, nə vaxt ürəyin sıxılsa, insanların sənin əleyhinə deyilən haqsız sözlərinə görə narahat olsan,
➡️ Dəstəmaz al...
➡️ Alnını torpağa qoyub səcdə et!
➡️ Rəbbin ilə münacat et, dərdini Rəbbinə söylə!



https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

01 Dec, 08:22




Müvəffəqiyyətin yolu hamar deyil, lakin parlaq bir sonu var.

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

28 Nov, 18:15




Yenə könlüm pərvaz edir Kərbubəladə.
Ki tapa ruhum bəlkə səni bu səmadə.
Yox qərarım mənim sənsiz bir an dəxi
Səndən ayrı kimim var ki, bu dünyadə.


Səllallahu ələykə ya Əba Əbdillah!💔

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

28 Nov, 10:41


🖤🥀

Allahın bütün lənət oxuyanların lənəti olsun Xanım Fatimeyi-Zəhranın (s.ə) qatillərinə.. 💔


Salam olsun sənə ey qabırğaları sındırılmış Zəhra (s.ə) 💔🥀😢

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

27 Nov, 18:50


Ta Sirab olum
Meyi-eşq ilə feyziyab olum
Sənə layiq qul hesab olum
Fatime (ə) can..

Məktəbeşq🪐

18 Nov, 18:04


🔖Əziz Telegram istifadəçiləri!
Aşağıdakı kanallardan faydalı məlumatlar almaq üçün linkǝ keçid edin. 𝐃𝐢𝐧𝐢 , 𝐬𝐢𝐲𝐚𝐬𝐢 , 𝐡ə𝐫𝐛𝐢, 𝐱ə𝐛ə𝐫,  𝐦𝐮‌𝐪𝐚𝐯𝐢𝐦ə𝐭 və bu kimi maraqlı paylaşımlar üçün kanala üzv olun.

Hazırladı:
@ya_beqiyyetellah
@molla_qapazi

Məktəbeşq🪐

18 Nov, 17:01


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto:‼️ https://t.me/dahilerden_kelamlar

Məktəbeşq🪐

18 Nov, 16:01


Ayrılıq nə çətin. 🥀😥🏴

Məktəbeşq🪐

17 Nov, 20:45


Ay Ana... 🖤🥀😢

Məktəbeşq🪐

17 Nov, 12:19


Məndə sənin Huseyninəm tək tənha qalmışam hardasan ?atəş vurdular xeymələrüvə Əbbas hardasan? 🥀🖤😔


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

15 Nov, 16:56




Salam olsun sənə, ey qəbri və qədri bilinməyən xanım! Ey məzlum dünyaya gəlib, məzlum dünyadan köçən xanım!


#Əyyami_Fatimiyyə 🥀🖤


Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

15 Nov, 07:26


  Qəlbini Allaha yönəltmiş insan.

Kamillik və həqiqi bəndəliyə yetişmək yolunun əvvəli və axırı insanın öz diqqəti, fikri, eşiqi və qəlbini yalnız Allaha yönəltməsindədir. Allahın həqiqi bəndəsi həyatda bütün işlərini Onun razılıq və istəyi əsasında icra edir. Daima zikrdə olmağın mənası da elə budur; insanın fikirləşdikləri də, danışdıqları da, rəftar və davranışları da Allahı nəzərə almaqla baş verir.

Həyatda elə insanlar var ki, onların həyatları bütünlüklə İlahi rəngə boyanmışdır.

📖  Qurani-kərim Nur surəsinin 36-cı ayəsində buyurur:

فىِ بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَ الاَصَالِ

“(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi və Onun adı zikr edilən o evlərdir ki, orada səhər-axşam Onu gözəl adlarla mədh edərlər.”

Bəli, həyatda elə insanlar var ki, onlar paklığı, imanı sayəsində və qəlblərini Allaha bağlamaqla bütün vücudlarına İlahi rəng qatmışlar. Onların ürəklərinin Allaha bağlanması nəticəsində İlahi nura elə qərq olmuşlar ki, bu nur onların yaşadığı evlərdən bütün aləmə yayılmışdır.

Dostlar, baxın, gündüz vaxtı göydə nə qədər ki, günəş var heç bir ulduz gözə görsənmir, ancaq günəşin getməsi ilə minlərlə ulduz üzə çıxaraq insanın nəzər-diqqətini özlərinə cəlb edir. Allahı tanıyan və qəlbini Ona bağlamış insan Allahdan başqasına ürək vermir.

Amma etiqadın zəifliyi nəticəsində Allahı unutmuş və diqqətini Ona yönəltməyən insan bütün diqqət və fikrini onun üçün gözəl cilvələnməyə çalışan minlərlə canlı və cansız varlıqların aşiqinə çevrilir, qəlbini onlara bağlayır. Onlar bu insanı öz rənglərinə boyayır və özlərinin vurğunu etməkdə onu Allahdan daha da uzaqlaşdırırlar.

Halbuki diqqətini Allaha yönəldən və Allahın onu hər an gördüyünü varlığı ilə hiss edən insan onu Allahdan uzaqlaşdırmağa çalışan rəngarəng canlı və cansız varlıqlara heç zaman ürək vermir.

Həzrət Fatimə əleyhasalam belə bir kamil insandır. Onun evi isə nur saçan evlərdəndir. Əhli-sünnənin məşhur alimlərindən olmuş Suyuti öz təfsirində Nur surəsinin 36-cı ayəsinin mənası barədə İbn Mərdunədən belə bir hədis nəql edir:


و أخرج ابن مردويه عن أنس بن مالك و بريدة قال‏ قرأ رسول الله صلى الله عليه و سلم هذه الآية فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ‏ فقام اليه رجل فقال اى بيوت هذه يا رسول الله قال بيوت الأنبياء فقام اليه أبو بكر فقال يا رسول الله هذا البيت منها لبيت علي و فاطمة قال نعم من أفاضلها

“Allahın Rəsulu səllAllahu əleyhi (və alihi) və səlləm “(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi...” ayəsini oxudu. Orada olanlardan biri ayağa qalxıb dedi: -Ey Allahın Peyğəmbəri (s) bu (ayədəki evlərdən məqsəd) hansı evlərdir? (Peyğəmbər) buyurdu: -Peyğəmbərlərin evləridir. Bu zaman Əbubəkr ayağa qalxdı və dedi: -Ey Allahın Peyğəmbəri! Əlinin (ə) və Fatimənin (ə) evi də həmin (ayədəki) evlərdəndir? (Peyğəmbər buyurdu: Bəli (əlbəttə, hətta) onların ən üstünlərindəndir (ən fəzilətlilərindəndir).”

📗"əd-Durrul-mənsur (müəllif: Əbdurrəhman ibn Əbubəkr Suyuti) 5-ci cild 50-ci səhifə

Bəli, əmirəlmöminin Əli əleyhissalam və xanım Fatimə əleyhasalam həqiqi bəndəçilik və xalis itaətləri nəticəsində öz evlərini elə nurlandırmışlar ki, Allah Qurani-kərimdə onların evini vəsf etmiş, hədislərdə isə sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih onların evini “peyğəmbərlərin evlərindən biri” olaraq insanlara tanıştmışdır.

Həzrət Fatimənin (ə) evi elə bir evdir ki, o evdə heç vaxt Allaha üsyan edilməyib; qeybət, yalan, xəyanət, vəfasızlıq kimi pis xüsusiyyətlər o evə yaxın düşməyib. O evdə gecə namazlarında pis qonşular üçün xeyir dualar edilib. Mələklər o evdə yalnız Allaha xalis itaət və ibadətin şahidi olmuşlar, o evdən Quran səsi əskilməmişdir, o ev insanların elm və maarif ehtiyaclarını təmin etmişdir. Həm maddi yoxsulluğa düçür olanlar, həm də elm, hikmət və mərifət acları o evdən qidalanmışlar...

Görəsən biz xanım Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?


#Əyyami_Fatimiyyə 🥀
#Ya_Zəhra_Ya_Əli #Anacan! 🥀💔


Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

15 Nov, 07:26


Salam olsun sənə ey qabırğaları sındırılmış Zəhra (s.ə) 🖤🥀

Məktəbeşq🪐

14 Nov, 18:33




Sən tutqun üfüqlərdəki aydın səhərim, sən gerçək xəbərim, sən sənsiz sənə möhtac gecə hicran əsərimsən, məsum kədərimsən.

Sən ülvi könüllərdəki Qaim hünərimsən. Şanli zəfərimsən
Çıx zahirə çatdır sona bu zülmü nəhayət ya Həzrəti Huccət. (ə.f) 🏴🥀😥



Ey müşkülə düşmüşlərin həsrətli pənahı, nisgilli sabahı. 🥀 💔


#Ey_eşhq #Ya_sahibəz_Zaman (ə.f) 🥀💔

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

14 Nov, 10:36


https://t.me/mahdavi_yyat/1358

Məktəbeşq🪐

14 Nov, 10:19


Ali Rəhbər Ayətullah Xamenei - Əlinin Zəhrası (sə)

#həzrətzəhra #fatimiyyə_günləri #həzrətFatimə #ayətullahxamenei


Https://t.me/Babe_Zehra

Məktəbeşq🪐

14 Nov, 09:59


Eşq tozunun ayaqlara təmas yoludur Kərbubəla..🥀 💔


#Həyatımız_Huseyndir


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

14 Nov, 09:24


+ Məni artıq unutmusan?
– Əlbəttə ki yox.
+ Bəs onda bir şans versən?
– Qulaq as, səni unutmamağım tamamilə beynimlə əlaqəlidir. Sağlam zehin heç nəyi unutmur. Amma qəlbimə sənə şans verməsini istəsəm səni tanımaz. Yaddaşım səni ona xatırlatsa belə. Şansı ağılla versəm, ağlım belə səni artıq qəbul etmir. Sən mənim üçün köhnə tanışsan. Məndən gedən, mən qal dedikdə qalmayan tanış. İndi yolum başqadır. O yolda sənin artıq nə özün, nə də izin.
+ Heçmi?
– Heç..


#vdeoşəxsi

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

04 Nov, 18:26


Əzizlər , telegramın ən yaxşı və ən faydalı 𝐃i𝐧i və 𝐗ə𝐛ə𝐫 kanalları burada . Buttonlardan istədiyivizi seçib abunə ola bilərsiniz.
𝐃ü𝐧𝐲a Xəbərləri, həmçinin 🇱🇧 𝐋𝐢𝐯𝐚𝐧 𝐕ə  🇵🇸𝐅ə𝐥ə𝐬𝐭i𝐧𝐝ə𝐧 ən son xəbərlər  bizim topluda

✍️  https://t.me/ya_beqiyyetellah/35036

Məktəbeşq🪐

04 Nov, 17:07


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Video:‼️ https://t.me/seherxeber/989

Məktəbeşq🪐

02 Nov, 17:51


Milləəəəəət🤩🤩bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı Videolar və paylaşımlar keyfiyyətli və möhtəşəmdir həmdə  kanallar çox aktivdir 🤌

Hər an nə paylaşıb deyə həvəslə baxdığım kanallardır, sizədə tövsiyə edirəm🤩Fürsəti əldən verməyin . Vaxt məhduddur.

🔖  @ya_beqiyyetellah ✍️

Məktəbeşq🪐

02 Nov, 16:58


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Video: https://t.me/seherxeber/891

⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️⤵️

🌐 XƏBƏRLƏR
🎥 IRAN FILMLƏRI
📔 HƏDISLƏR
✒️ AFORIZMLƏR
🎼 DİNİ MP3LƏR
⁉️ SUAL-CAVAB
💊 SAĞLAM YAŞAM
📖 FƏTVALAR
📚 ELMI KANALLAR
🩺 PSIXOLOJI MƏSLƏHƏTLƏR
🕌 MARAQLI DİNİ PAYLAŞIMLAR
🇵🇸 FƏLƏSTINDƏN XƏBƏRLƏR
🇱🇧 LIVANDAN XƏBƏRLƏR

⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️⤴️
               ⬇️⬇️⬇️⬇️⬇️⬇️

❇️PULSUZ QOŞUL VƏ FAYDALAN❇️

Məktəbeşq🪐

02 Nov, 14:39


- Hicrana əsir olmuş ürəkdən yara getməz..🖤🥀

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Nov, 11:36


Uça bilərdim əslində sənin qəfəsindən.
Lakin, qəfəsinə məhkum olmaq istədi Könlüm. 🥀🖤


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

02 Nov, 10:17


Doğru xəbərin ünvanı 👇

https://t.me/Tehlil_Tenqid_tv

Məktəbeşq🪐

02 Nov, 07:08


Birinin yaxşı insanlara inanmasının səbəbi olun. ❤️‍🩹


Salam Aleykum
Sabahınız xeyirli.
🙂🕊️


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

01 Nov, 12:33


Xoşbəxt olmaq üçün çox şeyə gərək yoxdur.Gözün görsün, qəlbin anlasın...
Ruhun yaşasın...☀️

#F_şəxsi

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

01 Nov, 12:27


Əgər tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir kəs özünün insani, əxlaqi, dini vəzifəsinə əməl etsə, yollar işin başlanğıcında bir-birindən fərqli olsalar da, əslində, onu əsas yola yetirən yolu seçmişdir. Yəni, məsələn, biri həkimdir, digəri fəhlə, o biri tacir və s. Bunların hamısı insanın qət edərək özünü "siratəl-müstəqim"ə yetirdiyi "səbil"lərdir.

📗 "Quranla tanışlıq" səh.118

#islam


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

01 Nov, 07:23


Əgər Hüseyn ibni Əli (ə) olsaydı, deyərdi ki, mənim üçün yas tutmaq istəyirsinizsə mənim üçün sinə və zəncir vurmaq istəyirsinizsə gərək sizin bugünkü şüarınız "Fələstin" olsun. Şimr min üç yüz il öncə ölüb, bu günün şimrini tanı.
Bu gün gərək şəhərin qapı və divarlarına "Fələstin" şüalarını yapışdıraq.

📗"İmam Hüseyn qəhrəmanlığı; səh, 303

#fələstin


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

31 Oct, 16:50


Əzizlər, bəziləriniz niyə fəqət belə iddia edirsiniz ki, insan yalnız Allahı sevməlidir.?

Mütəal Allah bizə belə bir qadağamı qoyub? Kimsəni sevə bilmərik? İnsan nə qədər ki, öz ehtiyaclarını təyin edib icra etməsə, ali hədəfə ehtiyac yaranmayacaq.

İnsanın 3 ehtiyacı var.

1. Şəxsi.
2 ictimai.
3.ali.


Bu 3-dən 1ci və 2 ci ödənmədikcə 3-cü olana ehtiyac hiss etmək qeyri mümkündür. 🙂


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

31 Oct, 16:37


🟩"Təkcə ləyaqətimiz deyil, başqalarının ləyaqətinə hörmətimiz də bizə uğur qazanmağa imkan verir”.

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

26 Oct, 06:41




فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

Biz onu tezliklə asan olan yola iman və itaətə hazırlayarıq elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar.

Leyl-sürəsi-7

#Quran #islam #Günün_Ayəsi

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

26 Oct, 06:30


Salam Aleykum
Sabahınız xeyirli 🌹🤲

Məktəbeşq🪐

26 Oct, 06:30


Çıxmazdan əvvəl cəhd edin.
Danışmazdan əvvəl qulaq asın.
Cavab verməzdən əvvəl düşünün.
Tənqid etməzdən əvvəl gözləyin.
Davam etməzdən əvvəl bağışlayın.

Məktəbeşq🪐

25 Oct, 15:27


Salam Olsun Sənə Ey Qüds zalım Əliylə sıxılmış boğazlardan. 🥀 🇵🇸

Məktəbeşq🪐

25 Oct, 05:47


#kelam

Demə, Allah mənə arxa  çevirdi
Bəlkə sən özün Allahdan üz çevirmisən...

Allaha güvənin

Məktəbeşq🪐

25 Oct, 05:47


Sabahınız xeyirli olsun 🌹 😍

Məktəbeşq🪐

24 Oct, 11:15




Ailə"də qadının vəzifələri

Həyatda minnətdarlıq prinsipi çox önəmlidir və ər arvad münasibətlərinin möhkəmlənməsində böyük rol oynayır. Bu prinsipi heç vaxt unutmayın. Hətta bəzi hallarda ərinin yaxşı əməllərini lupayla axtarıb tapmalı və ona bu yaxşı əməlinə görə minnətdarlıq bildirməliyik. Təbii ki, bu yanaşma real olmalı, yaltaqlıq və şişirtmə ilə müşayiət olunmamalıdır.

Təssüf ki, bəzi qadınlar kəsdiyi çörəyi taptalayır..

Ərləri şikayətçi olan, xanımlar deyə bilərlər ki, bizim yaxşı biş-düş qabiliyyətimiz var, cavabında deyə bilərəm ki, bir qulluqçuda yaxşı aşpazlıq edib yemək bişirə bilər. Desələr ki, biz evi yaxşı səliqə-səhmana salırıq. Cavabında deyirəm ki, bir təmizlikçiyə də az miqdarda pul versən evi səliqə-səhmana salır. Buna görə də, yaxşı həyat yoldaşı olmağın əsas göstəricilərindən biri ərin psixoloji sağlamlığını təmin etməkdir.



#Ailə #xanım_Kişi #Məhəbbət #sevgi #hüzur

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

24 Oct, 08:35


Həyatda özümdən öncə heyran olduğum biri varsa oda məni yaradan böyük RƏBBİMDİR.!🤍

Xeyrli günlər. 😍

Məktəbeşq🪐

23 Oct, 19:28


 الله يجلب الطرق، نسير فقط...


Allah yolları qovuşdurur , biz sadecə addımlayırıq. ❤️

Can atırdı elə dilbər mənə gəlməkdən ötür,
Saf olan duyğuları dilbərə mürşi'd elədim...
🥀🖤


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

22 Oct, 16:03





Gözəl səbr edin. 🌹✍️

Dözümə əsaslanan səbir tükənə bilər, ümidə əsaslanan səbir tükənməz.ümidlə səbr etmək lazımdır çarəsizcə deyil, Allahın öz bəndəsinin hər halından xəbərdar olması ən böyük ümiddir ona xalisanə təvəkkül edən üçün.


Çox səbir lazımdır ki, səbirli olmağı öyrənərsən. Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər bu yalnış düşüncədir səbrli insanların bəla və müsibət zamanı, çətinlik və imtahanlar zamanı ah nalə deyil həmd və səna edərək aram şəkildə Allaha tərəf yönəldiklərini görürük.


İmam Kazım (ə) buyurur.
Müsibət səbir edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir.

Həzrət Əli (ə) buyurur.
Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalar.

Səbir edənlərə mükafatlar hesabsız verilər.Zumər-10


https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

22 Oct, 15:02


Bizi xoşbəxt edən insanlara minnətdar olaq; onlar ruhumuzu çiçəkləndirən füsunkar bağbanlardır.🌹✍️

https://t.me/mekteb_eshg

Məktəbeşq🪐

22 Oct, 12:27


Peyğəmbəri-Əkrəm (s)

"Oruc cəhənnəm odundan qoruyan qalxandır."

📗"Əl-Kafi, c 4, s 162.

https://t.me/Nurdan_inciler

Məktəbeşq🪐

22 Oct, 06:51


Hər kəs qorxduğundan qaçar, yalnız Allahdan qorxan ona yaxınlaşar..🤍🌙