Maide.Az/MaideTV @maidetv Channel on Telegram

Maide.Az/MaideTV

@maidetv


Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒

İslami maarif, moizə və İslam təqvimi.

#maide #xeber #islam

Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın.

Bu süfrədən geri qalmayın!

Maide.Az/MaideTV (Azerbaijani)

Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz! İslami maarif, moizə və İslam təqvimi ilə əlaqəli olan bu kanal, @maidetv adı altında sizləri bilgilendirmek üçün yaradılmışdır. Maide kanalı, İslam dünyasında yaşanan son gelişmeleri, İslami konuları ve İslam takvimini paylaşmak amacıyla oluşturulmuştur. Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Burada sizlərin bilgi sahibi olabileceği pek çok faydalı içerik bulunmaktadır. Maide.Az/MaideTV kanalı, sizlerin dini ve manevi hayatınızda rehberlik yapacak, bilinçlenmenize yardımcı olacak ve İslamiyet ile ilgili merak ettiğiniz konuları aydınlatacak bir kaynaktır. Bu süfrədən geri qalmayın! #maide #xeber #islam

Maide.Az/MaideTV

06 Dec, 19:09


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

06 Dec, 15:02


Səhifeyi-Səccadiyyənin 14-cü duası

İmam Səccadın (ə) zalımların zülmünə məruz qaldıqda etdiyi dua-1

یَا مَنْ لا یَخْفَى عَلَیْھِ أَنْبَاءُ الْمُتَظَلِّمِینَ وَ یَا مَنْ لا یَحْتَاجُ فِي قَصَصِھِمْ إِلَى شَھَادَاتِ الشَّاھِدِینَ. وَ یَا مَنْ قَرُبَتْ نُصْرَتُھُ مِنَ الْمَظْلُومِینَ وَ یَا مَنْ بَعُدَ عَوْنُھُ عَنِ الظَّالِمِینَ قَدْ عَلِمْتَ، یَا إِلَھِي، مَا نَالَنِي مِنْ فُلانِ بْنِ فُلانٍ مِمَّا حَظَرْتَ وَ انْتَھَكَھُ مِنِّي مِمَّا حَجَزْتَ عَلَیْھِ، بَطَرا فِي نِعْمَتِكَ عِنْدَهُ، وَ اغْتِرَارا بِنَكِیرِكَ عَلَیْھِ. اللَّھُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِھِ، وَ خُذْ ظَالِمِي وَ عَدُوِّي عَنْ ظُلْمِي بِقُوَّتِكَ، وَ افْلُلْ حَدَّهُ عَنِّي بِقُدْرَتِكَ، وَ اجْعَلْ لَھُ شُغْلا فِیمَا یَلِیھِ، وَ عَجْزا عَمَّا یُنَاوِیھِ اللَّھُمَّ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِھِ، وَ لا تُسَوِّغْ لَھُ ظُلْمِي، وَ أَحْسِنْ عَلَیْھِ عَوْنِي،وَ اعْصِمْنِي مِنْ مِثْلِ أَفْعَالِھِ، وَ لا تَجْعَلْنِي فِي مِثْلِ حَالِھِ

Ey şikayət edənlərin xəbərlərindən xəbərsiz qalmayan! Ey zülmə məruz qalanların əhvalına şahid olanların şəhadətinə ehtiyac duymayan! Ey məzlumlara yardımının yetmə dövranı yaxın olan! Ey yardımın zülmkardan uzaq olan! Ey mənim Rəbbim! Sən bilirsən ki, filankəsin oğlu filankəsdən mənə elə şey yetişdi ki, o işi ona qadağan etmişdin və o, ona qadağan etdiyin hörmət pərdəmi cırdı, nemətində tüğyan edib əzabına etinasızlıq üzündən məni incitdi. İlahi! Muhəmməd və onun Əhli-beytinə salavat göndər! Öz qüvvətinlə mənə zülm edəni və düşmənimin zülmünü məndən uzaqlaşdır! Öz qüdrətinlə mənə olan kəskinliyini sındır, onu özünə məşğul et və onunla yanaşı mənə qarşı düşmənçilik edəni aciz et! İlahi! Muhəmməd və onun Əhli-beytinə salavat göndər! Onun mənə zülm etməsinə imkan vermə! Onun qarşısında mənə yaxşı yardım et! Onun işlərinə oxşar işlərdən məni qoru! Məni onun halına bənzər vəziyyətə düşməyə qoyma!

#imamsəccad #dua #səhifeyisəccadiyyə #14cüdua #ondördüncüdua #zalım #zülm
#məzlum
https://t.me/MaideTV

Maide.Az/MaideTV

06 Dec, 09:19


ALLAHA XATİR SEVMƏK VƏ AĞLAMAQ - Ayətullah Misbah Yəzdi

İnsan kimisə sevəndə, onun yaxınlarını da sevir. Əgər Allahı sevirsənsə, Onun dostlarını da sevməlisən. Olmaz ki, insan Allahı sevsin, amma Peyğəmbəri-Əkrəmi (s), Əmirəlmöminin Əlini (ə) və Fatimeyi-Zəhranı (s.ə.) sevməsin. Bu, mümkün deyil!
Bəli, insan kimisə sevəndə, əgər sevdiyi şəxsin başına bir iş gələrsə, narahat olur, göz yaşları axıdır.
Əgər Əhli-beyti sevirsənsə, onların müsibətinə də ağlamalısan.
Niyə ağlasın? Çünki insan övladı belə olmalıdır! İnsan övladı dostunun sıxıntı və müsibətindən təsirlənməlidir.
Amma bütün bunlar Allaha bəndəçilik üçündür. Allah onu sevdiyi üçün mən də onu sevirəm. Allah onun müsibətində ağlamağımı istədiyi üçün mən də ağlayıram.

#həzrətfatimə #həzrətzəhra #fatimiyyəgünləri

@MaideTV

Maide.Az/MaideTV

06 Dec, 05:20


#hədis #gününhədisi #iman #xeyir

https://t.me/MaideTV

Maide.Az/MaideTV

06 Dec, 04:07


XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI
Həzrət Fatimeyi-Zəhranın (s.ə.) evi

Allah-Taala “Nur” surəsinin 36-cı ayəsində buyurur: “Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər...”
Peyğəmbərin (s) iki səhabəsi Ənəs ibn Malik və Büreydədən nəql olunur ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, o həzrətdən soruşuldu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir?” Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” Yenə soruşuldu: “Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı?” Peyğəmbər (s) buyurdu: “Bəli, bu, o evlərin ən üstünüdür!” (“Əd-durrul-mənsur”, c.5, səh.50; “Şəvahidut-tənzil”, c.1, səh. 410, hədis 566.)

#fatimiyyə_günləri #həzrətfatimə #xanımzəhra

https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 17:36


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 14:53


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan

مَوْلايَ يا مَوْلايَ اَنْتَ الْقَوِيُّ وَاَنَا الضَّعيفُ وَهَلْ يَرْحَمُ الضَّعيفَ اِلاَّ الْقَوِيُّ،

Mənim mövlam! Ey mənim mövlam! Sənsən güclü, mən isə zəif. Bəs, zəifə güclüdən başqa kim rəhm edər?!

#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

@MaideTV

Maide.Az/MaideTV

05 Dec, 12:36


💠 MƏNƏVİ ANAMIZ!

▫️ Peyğəmbəri-Əkrəm (s) buyurur:

«أَنَا وَ عَلِی أَبَوَا هَذِهِ الْأُمَّةِ»؛

"Mən və Əli bu ümmətin atalarıyıq."

Bu sözün mənası odur ki, mən və Əli sizin mənəvi atalarınızıq, siz isə bizim övladlarımızsınız. Bu, bizim şəxsiyyət və  kimliyimizin göstəricisidir.

▫️ Bizim şəxsiyyət və kimliyimizi göstərən iki vəsiqə və sənəd vardır:

1️⃣  Birincisi ata-anamızın bizim üçün aldığı sənəddir.

2️⃣ İkinci sənədi isə, yetkinlik yaşına çatdıqdan sonra özümüz almalıyıq. Şəxsiyyət və kimliyimizi təsdiqləyən bu sənəd və vəsiqə, artıq, ibranicə, ərəbcə, farsca və yaxud türkcə deyil; onu özümüz almalı və qazanmalıyıq.

▫️Əgər bizdən soruşsalar ki, atanız kimdir? Cavab verəcəyik ki, atamız Peyğəmbər (s) və İmam Əli ibn Əbitalibdir (ə). Demək, biz onların övladlarıyıq. Əgər bizdən soruşsalar ki, ananız kimdir? Onda nə cavab verək? Əgər atamız İmam Əli bin Əbutalibdirsə (ə), anamız kimdir? Anamız da Xanım Fatimeyi-Zəhradır (s.ə.)!

▫️ Onlar bzi qəbul edib buyurdular ki, gəlin, bizim övladlarımız olun. Biz atalıqda səhlənkarlıq etmərik, siz də övladlıqda səhlənkarlıq etməyin.
Peyğəmbəri-Əkrəm (s) buyurur:

«أَنَا وَ عَلِی أَبَوَا هَذِهِ الْأُمَّةِ»؛

"Mən və Əli bu ümmətin atalarıyıq."

Əgər atamız İmam Əli bin Əbutalibdirsə (ə),  anamız da Həzrət Fatimeyi-Zəhradır(s.ə.)
- Bu yol açıqdır! (esra.ir)

#HəzrətFatimə #Fatimiyyəgünləri #HəzrətZəhra

Maide.Az - Maarif bölümü

@MaideTV

Maide.Az/MaideTV

05 Dec, 10:51


Xanım Fatimeyi-Zəhranın (s.ə) ziyarətnaməsi

#fatimiyyə_günləri #həzrətfatimə #xanımzəhra

https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 08:12


Nuh surəsi, ayə 28
رَبِّ اغفِر لي وَلِوالِدَيَّ وَلِمَن دَخَلَ بَيتِيَ مُؤمِنًا وَلِلمُؤمِنينَ وَالمُؤمِناتِ وَلا تَزِدِ الظّالِمينَ إِلّا تَبارًا

«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».


#quran #Qurani_Kərim #ayə #məhşər #tahasurəsi
https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 06:50


Fatimiyyə günlərindən iki cür faydalana bilərik:

1.  Biri "Fədək" xütbəsini oxuyub ağlamaq;

2.  Digəri isə, boş ağlamaq.

Fatimiyyə günlərindən bəhrələnməklə bağlı bu iki yol arasında fərq var! Biri vəhy mələyi "Cəbrailin nazil olma" rəvayətini oxuyub, heç kim məddahlıq etmədən ağlayır. Digəri isə, kimsə məddahlıq etməsə, ağlaya bilmir. Bu iki məsələ bir-birindən çox fərqlidir!
Anlamağın ağlamaqdan savabı az deyil! “Mücadələ” surəsinin on birinci ayəsində buyurulur ki, əgər Biz sravi insana bir dərəcə əta etsək, elm sahibinə daha çox dərəcə əta edərik:

یرْفَعِ اللَّهُ الَّذِینَ آمَنُوا مِنكُمْ وَ الَّذِینَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
"...Allah sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünya və axirətdə) dərəcələrini yüksəldir..."

Yəni savadsız möminin bir dərəcəsi varsa, savadlı möminin bir neçə dərəcəsi var. Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzadarlığında hər iki zümrə iştirak edir. Amma biri onun xütbəsini dərk edib müzakirə edir, digəri isə, yalnız onun evinin qapısının yandırılmasını başa düşüb ağlayır. Fərq olduqca böyükdür! Elə isə, nə üçün yüksəkliklə getməyək?!

Əgər insanın bir çox dərəcələrə çatması mümkündürsə, nə üçün yalnız bir dərəcə ilə kifayətlənsin?!
(Ayətullah Cavadi Amuli)

Maide.Az - Maarif bölümü

https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 06:08


Peyğəmbəri-Əkrəm (s):
إنَّ فاطِمةَ بَضعَةٌ مِنّي و هِىَ نورُ عَيني و ثَمَرَةُ فُؤادي ؛ يَسوؤُني ما ساءَها و يَسُرُّني ما سَرَّها و إنَّها أوَّلُ مَن يَلحَقُني مِن أهلِ بَيتي.
"Həqiqətən, FATİMƏ mənim bir parçamdır. O, mənim gözümün işığı və qəlbimin meyvəsidir. Onu incidən məni incidir, onu sevindirən isə məni sevindirir. O, Əhli-Beytimdən mənə qovuşaqcaq ilk kəsdir."
"Əl-əmali", Şeyx Səduq, səh.575.

#hədis #gününhədisi #fatimiyyəgünləri #imaməli #həzrətfatimə

https://t.me/MaideTV

Maide.Az/MaideTV

05 Dec, 03:51


Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" yaxınlaşır.

Maide.Az xəbər verir ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2024-cü il noyabr ayının 15-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2024-cü il dekabr ayının 5-i -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).

Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.

#əyyamifatimiyyə #əzadarlıq #həzrətfatimə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Dec, 19:08


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Dec, 18:27


💠 FATİMƏ – Səmavi ad


▫️ Həzrət Zəhranın (s.ə.) "Fatimə" adlandırılmasının hikməti haqqında bir çox rəvayətlər vardır. Belə ki, həmin rəvayətlərdə bu səmavi adın Allah-Taala tərəfindən Peyğəmbəri-Əkrəmin (s) qızı üçün seçildiyi haqda məlumat verilmiş və bu səbəbdən də, Peyğəmbəri-Əkrəm (s) onun adını Fatimə qoymuşdur ki, hər kəs bilsin:

– O, çirkinliklərdən uzaqdır;

– Onun həqiqi şiələri oun sayəsində Cəhənnəm odundan amanda qalacaqlar.

– Onun sayəsində İslam düşmənlərinin tamahı Peyğəmbəri-Əkrəmin (s) varisliyindən kəsiləcək.

– Ona elm ana südü ilə bərabər verilib.

️ Bu rəvayətlərin birində Peyğəmbəri-Əkrəm (s) belə buyurur: “Cəbrail mənə [Fatimənin nurunu özündə saxlayan] o almanı mənim üçün Cənnətdən gətirib dedi: "Bu almanı Allah sənə hədiyyə olaraq göndərmişdir.”

Mən almanı alıb sinəmə sıxdım. Cəbrail mənə dedi: “Allah buyruğuna əsasən, bu almanı yeməlisən.” Mən almanı iki yerə böldükdə, ondan bir nur qalxdı. Mən qorxdum. Cəbrail soruşdu: “Nə üçün yemirsən? Ye və qorxma. Bu, adı səmada Mənsurə, yerdə isə Fatimə adlanan şəxsin nurudur.” Soruşdum: “Nə üçün Fatimə?” Dedi: “Çünki yer üzündə şiələrini Cəhənnəm odundan qoruyar və düşmənlərini öz sevgisindən məhrum edər, səmada isə öz dostlarına kömək edər. Necə ki Allah-Taala buyurur:

یَوْمَئِذٍ یَفْرَحُ الْمُؤْمِنُونَ * بِنَصْرِ اللَّهِ یَنْصُرُ مَنْ یَشاءُ.

“O gün möminlər sevinəcəklər; Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər.” (“Rum”, 4-5.)
️ İmam Kazim (ə) bu adın qoyulmasının səbəbini belə izah edir: “Allah-Taala bilirdi ki, bir çox qəbilələr Peyğəmbəri-Əkrəmin (s.ə.) xilafət və canişinliyinə göz dikəcəklər. Bu səbəbdən, Fatimə dünyaya göz açanda, adını Fatimə qoyaraq, xilafətinin Fatimənin həyat yoldaşı və övladlarına çatacağını elan etdi və beləcə, onun dünyaya göz açması ilə başqalarının xilafətə olan tamahına son qoyuldu.”

️ Həmçinin İmam Baqir (ə) buyurur: “Xanımlar xanımı Fatimeyi-Zəhra (s.ə.) dünyaya gələndə, Allah-Taala bir mələk göndərdi və Peyğəmbəri-Əkrəmə (s) bildirdi ki, onun adını Fatimə qoysun. Bu zaman Peyğəmbəri-Əkrəm (s) Fatiməyə (ə.s.) xitabən buyurdu: “Səni elm vasitəsilə nadanlıqdan uzaqlaşdırdım...” (“Fatimə (ə.s.) – Usveye-bəşər”, səh.65; esra.ir)

Maide.az - Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

30 Nov, 17:07


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

30 Nov, 15:17


Dekabr ayı üçün gündəlik namazların azan cədvəli

#azancədvəli #namazvaxtı
https://t.me/MaideTV

Maide.Az/MaideTV

30 Nov, 12:55


ELMİ KƏŞF VƏ İXTİRA MÜƏLLİFLƏRİ QİYAMƏT GÜNÜ MÜKAFATLANDIRILACAQMI?

Sual: Nəzərə alsaq ki, Edissonun elektriki, Qalileyin teleskopu ixtira etməsi bəşəriyyət üçün xidmətdir, Qiyamət günü onlar bu xidmətlərinə görə mükafatlandırılacaqlarmı? Yoxsa, bu alimlər müsəlman olmadıqları, son dinə iman gətirmədikləri üçün əliboş qalacaqlar?

Cavab: Bu mövzuda İslamın məntiqini açıqlamazdan qabaq, uyğun mövzu ilə bağlı bəzi baxışlara nəzər salaq:
1. Bəziləri təsəvvür edirlər ki, cəmiyyət üçün faydalı olan bütün əməllər Allah qarşısında dəyərləndiriləcək. Onların nəzərincə, cəmiyyətə xidmət baxımından müsəlmanlarla qeyri-müsəlmanlar arasında heç bir fərq yoxdur. Allah ədalətli olduğu üçün bəndələrinin xidməti arasında fərq qoymur. Onlar deyirlər ki, Allaha imanın, son Peyğəmbərə (s) etiqadın yaxşı əmələ heç bir dəxli yoxdur. Bir iş cəmiyyətə xeyirlidirsə, onun mükafatı var. Bu işi görənin müsəlman və ya qeyri-müsəlman olması əhəmiyyətli deyil.
2. Başqa bir qrupun fikrincə, iman gətirməmiş insanın əməlləri puçdur və bu əməllər üçün mükafat nəzərdə tutulmur. Onlar belə düşünürlər ki, düzgün əqidədə olmayan insanın yaxşı əməlləri puç olasıdır.
Əslində isə, bir-birilə ziddiyyət təşkil edən bu iki baxışın hər ikisi yanlışdır. Üçüncü baxış daha məntiqli görünür. Üçüncü baxışa əsasən, bütün yaxşı işlərin iki yönü var: 1. İnsanın özünə aid olan fərdi mənafe; 2. Bütün bəşəriyyətə aid olan ictimai mənafe.
Əgər alim və ixtiraçı üzücü zəhmətlərə dözüb yenilik yaradarkən, məqsədi bu olarsa ki, şan-şöhrət qazansın və ya öz kəşfindən böyük gəlir götürsün, onun Qiyamətdə heç bir mükafatı yoxdur. Çünki bu insanların məqsədi Allah və cəmiyyəti razı salmaq olmamışdır. Onlar yalnız şan-şöhrət və var-dövlət haqqında düşünmüş, gecə-gündüz tər axıdaraq, bu yolda çalışmışlar. Yox əgər alimin məqsədi bəşəriyyətə xidmət göstərmək və onlara xeyir vermək olmuşsa, onun Allah qarşısında mükafatı vardır. Allah ədalətlidir və bütün yaxşı işləri mükafatlandırır.
İslami hədislərdə oxuyuruq ki, heç bir səmavi dinə inanmamış və bütpərəst olmuş Hatəm Tai məhrumlara daim əl tutduğu üçün Qiyamət günü münasib bir mükafat alacaqdır. (“Səfinətul-bihar”, 1-ci cild, səh.607.)
Demək, alimin mükafatlandırılmasında onun niyyəti mühüm rol oynayır. Əgər o, öz şəxsi mənafelərinə görə çalışmışsa, Qiyamətdə heç bir mükafatı yoxdur. Əgər alimi üzücü zəhmətlərə vadar edən bəşəriyyətə xeyir vermək amalıdırsa, onun Allah dərgahında mükafatı var. Elə alimlər var ki, bəşəriyyətə qarşı təhlükəli silah hazırlamaq üçün onlara yaxşı pul verilsə, əvvəlki işlərini buraxıb uyğun cinayətə qatılarlar. Elə alimlərin Allahdan əvəz istəməyə haqqı yoxdur. Hətta pis niyyətlərinə görə onların cəzası daha da şiddətli ola bilər. Amma bəzi insanlar bəşəriyyətin xoşbəxtliyi xatirinə öz maddi mənafeyindən keçir. Şübhəsiz ki, cəmiyyətə xidmət üçün üzücü zəhmətlərə qatlaşan insanlar öz zəhmətlərinin mükafatını alasıdır. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.261-263.)

Maide.Az - Maarif bölümü

#elm #qiyamət #niyyət
https://t.me/MaideTV

Maide.Az/MaideTV

30 Nov, 09:32


İnsanı cənnətlik edən altı əməl - Ali Rəhbər Ayətullah Xamenei

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

Siz bu altı işi qəbul etsəniz, mən də onun müqabilində sizin üçün Cənnəti qəbul edərəm, yəni sizə Cənnəti vəd edərəm:

1. Danışanda, yalan danışmayın;
2. Vədə verdikdə, vədənizə xilaf çıxmayın;
3. Sizi əmanətdar bildikdə, xəyanət etməyin; maddiyyat, vəzifə, məsuliyyət, söz və xəbərlə bağlı əmanətlərdə xəyanət etməyin.
4. Gözlərinizi ilahi haramlara qarşı yumun;
5. Şəhvətinizi qoruyun;
6. Əlinizi və dilinizi saxlayın; yəni (əlinizə və dilinizə) hakim olun.
("Əmali", Şeyx Səduq, 150.)

#yalan #vədə #xəyanət #əmanət #haram
@MaideTV

Maide.Az/MaideTV

30 Nov, 04:25


İmam Əli (ə):
إِنَّ اللهَ خَصَّ الْمَلَكَ بِعَقْلِ دُونَ الشَّهْوَةِ وَ الْغَضَبِ، وَ خَصَّ الحَيواناتِ بِهِما دُونَهُ وَشَرَّفَ الْاِنْسانَ بِاِعْطاءِ الْجَمِيعِ فَاِنِ انْقادَت شَهْوَتُهُ وَغَضَبُهُ لِعَقْلِهِ، صارَ اَفْضَلَ مِنَ الْمَلائِكَةِ لِوُصُولِهِ اِلى هذِهِ الرُّتْبَةِ مَعَ وُجُودِ الْمُنازِعِ
“Allah-Taala mələklərə şəhvət və qəzəb deyil, yalnız əql, heyvanlara əql deyil, yalnız şəhvət və qəzəb, insanı isə şərəfli sanaraq ona hər üçünü əta edib. Əgər onun əqli şəhvət və qəzəbinə qalib gəlsə, zidd qüvvənin varlığı ilə belə məqama çatdığı üçün mələklərdən üstün olar.” “Camiüs-səadat”, c.1, səh.34
#hədis #gününhədisi #imaməli #əql

https://t.me/MaideTV

Maide.Az/MaideTV

29 Nov, 16:33


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

29 Nov, 14:30


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-14 (SON)

ثم عطفت علی قبر النبی صلی اللَّـه علیه و آله، و قالت:

Sonra Həzrət Fatimeyi-Zəhra (s.ə.) üzünü atası Rəsulullahın (s) qəbrinə tərəf çevirib bu şeri oxudu:

قَدْ كانَ بَعْدَكَ اَنْباءٌ وَهَنْبَثَةٌ ____. لَوْ كُنْتَ شاهِدَها لَمْ تَكْثِرِ الْخُطَبُ

Ey Peyğəmbər! Səndən sonra elə səs-küylü hadisələr baş verdi ki, əgər sən olsaydın, bu hadisələr çoxalmazdı.

اِنَّا فَقَدْ ناكَ فَقْدَ الْاَرْضِ وابِلَها ____ وَ اخْتَلَّ قَوْمُكَ فَاشْهَدْهُمْ وَ لاتَغِبُ

Torpaq bərəkətli yağışı itirdiyi kimi, biz də Səni itirdik. Sənin ümmətin pərakəndə oldu. Elə isə, gəl, (onların azğınlığına) şahid ol və qaib olma!

وَ كُلُّ اَهْلٍ لَهُ قُرْبی وَ مَنْزِلَةٌ ____ عِنْدَ الْلهِ عَلَی الْاَدْنَینِ مُقْتَرِبُ

Allaha yaxın və Onun dərgahında yüksək məqama sahib olan şəxs öz qohum-əqrəbasına da yaxınlaşar (onları unutmaz və şəfaət edər).

اَبْدَتْ رِجالٌ لَنا نَجْوی صُدُورِهِمُ ____ لمَّا مَضَیتَ وَ حالَتْ دُونَكَ التُّرَبُ

Sən bizim aramızdan getdikdən və aramızda torpaq vasitəsilə fasilə salındıqdan sonra bəziləri öz qəlblərindəki kin-küdurəti aşkar etdilər.

تَجَهَّمَتْنا رِجالٌ وَ اسْتُخِفَّ بِنا ____ لَمَّا فُقِدْتَ وَ كُلُّ الْاِرْثِ مُغْتَصَبُ

Sən aramızdan getdikdən sonra bəziləri bizimlə sərt davrandı, bizə hörmətsizlik etdi və mirasımızı qəsb etdilər.

وَ كُنْتَ بَدْراً وَ نُوراً یسْتَضاءُ بِهِ ____ عَلَیكَ تُنْزِلُ مِنْ ذِیالْعِزَّةِ الْكُتُبُ

Sən bədrlənmiş ay və parlaq nur idin ki, hamı sənin nurundan bəhrələnirdilər və sənə Allah tərəfindən kitab nazil olurdu.

وَ كانَ جِبْریلُ بِالْایاتِ یؤْنِسُنا ____ فَقَدْ فُقِدْتَ وَ كُلُّ الْخَیرِ مُحْتَجَبُ

Cəbrail gətirdiyi ayələrlə bizim munisimiz olurdu. Lakin sən getdin və getməyinlə bütün xeyir qapıları üzümüzə bağlandı.

َلَیتَ قَبْلَكَ كانَ الْمَوْتُ صادِفُنا ____ لَمَّا مَضَیتَ وَ حالَتْ دُونَكَ الْكُتُبُ

Kaş sən bizim aramızdan getməmiş və aramızda torpaq vasitəsilə fasilə salınmamışdan qabaq ölüm bizi haqlayaydı.

انا رزئنا بما لم يرز ذو شجن ____ من البرية لا عجم و لا عرب

Həqiqətən, biz elə bir müsibətə məruz qaldıq ki, heç kim – istər ərəb olsun, istərsə də əcəm, belə müsibətə məruz qalmamışdır.

(“Əl-ihticac”, Şeyx Təbərsi, c.1, səh.123.)

SON

Maide.Az - Maarif  bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://t.me/MaideTV

Maide.Az/MaideTV

29 Nov, 10:59


Dəstəmazın hökmləri


Sual:

Təharət niyyəti ilə "Məğrib" namazı üçün dəstəmaz aldım. Mən bu dəstəmaz ilə Quranın xəttinə toxuna və "İşa" namazını qıla bilərəmmi?

Cavab:
Dəstəmaz düzgün şəkildə alındığı təqdirdə, pozulmayana qədər bu dəstəmazla təharətin şərt olduğu hər bir əməli yerinə yetirmək olar.


#hökmlər #əhkam #dəstəmaz  #namaz
https://t.me/MaideTV

Maide.Az/MaideTV

29 Nov, 08:49


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan
مَوْلايَ يا مَوْلايَ اَنْتَ الْخالِقُ وَاَنَا الْمَخْلُوقُ وَهَلْ يَرْحَمُ الْمَخْلُوقَ اِلاَّ الْخالِقُ

Mənim mövlam! Ey mənim mövlam! Sənsən xaliq, mən isə məxluq. Bəs, məxluqa xaliqdən başqa kim rəhm edər?!

#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

https://t.me/MaideTV

Maide.Az/MaideTV

29 Nov, 04:40


İmam Əli (ə):
أَعْجَزُ النَّاسِ مَنْ عَجَزَ عَنِ اكْتِسَابِ الْإِخْوَانِ، وَ أَعْجَزُ مِنْهُ مَنْ ضَيَّعَ مَنْ ظَفِرَ بِهِ مِنْهُمْ.
"Zəif insan dost tapa bilməyən, ən zəif insan isə qazandığı dostları itirəndir."
"Nəhcül-bəlağə", hikmət 12.

#hədis #gününhədisi #dost #zəif

https://t.me/MaideTV

Maide.Az/MaideTV

28 Nov, 18:03


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

28 Nov, 14:48


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-13

فالتفت فاطمة علیهاالسلام الی الناس، و قالت:
مَعاشِرَ الْمُسْلِمینَ الْمُسْرِعَةِ اِلی قیلِ الْباطِلِ، الْمُغْضِیةِ عَلَی الْفِعْلِ الْقَبیحِ الْخاسِرِ، اَفَلاتَتَدَبَّرُونَ الْقُرْانَ اَمْعَلی قُلُوبٍ اَقْفالُها، كَلاَّ بَلْ رانَ عَلی قُلُوبِكُمْ ما اَسَأْتُمْ مِنْ اَعْمالِكُمْ، فَاَخَذَ بِسَمْعِكُمْ وَ اَبْصارِكُمْ، وَ لَبِئْسَ ما تَأَوَّلْتُمْ، وَ ساءَ ما بِهِ اَشَرْتُمْ، وَ شَرَّ ما مِنْهُ اِعْتَضْتُمْ، لَتَجِدَنَّ وَ اللَّـهِ مَحْمِلَهُ ثَقیلاً، وَ غِبَّهُ وَ بیلاً، اِذا كُشِفَ لَكُمُ الْغِطاءُ، وَ بانَ ما وَرائَهُ الضَّرَّاءُ، وَ بَدا لَكُمْ مِنْ رَبِّكُمْ ما لَمْ تَكُونُوا تَحْتَسِبُونَ، وَ خَسِرَ هُنالِكَ الْمُبْطِلُونَ.

Həzrət Fatimeyi-Zəhra (s.ə.) üzünü insanlara çevirib buyurdu:
“Ey batil sözü qəbul etməyə tələsən, çirkin və zərərli işləri görməzdən gələn müsəlmanlar! Quran üzərində düşünmürsünüzmü? Yoxsa qəlbləriniz möhürlənib? Xeyr, qəlblərinizi etdiyiniz pis işlər paslandırmış, qulaqlarınız və gözlərinizi tutmuşdur. Çox pis yozuma əl atdınız, pis bir yol tutdunuz və pis bir şey əldə etdiniz. Allaha and olsun! Bunun yükü ağır, aqibəti isə çox pis olacaq. Pərdələr çəkilib onun arxasındakı çətinliklər göründükdə, Rəbbiniz tərəfindən sizə güman etmədiyiniz (bir əzab) aşkar olunacaqdır. “Batil əhli elə oradaca ziyana uğrayarlar.” (“Ğafir”, 78.)

Ardı var...

Maide.Az - Maarif  bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://t.me/MaideTV

Maide.Az/MaideTV

28 Nov, 08:25


ASQIRAN ADAM BİR QƏDƏR GÖZLƏMƏLİ, SƏBİR ETMƏLİDİRMİ?

SUAL: Bəziləri işə başlamaq istəyərkən asqırdıqda, başqa sözlə, səbir vurduqda, bir qədər gözləyirlər. İslamda belə bir göstəriş varmı?

CAVAB: İslamda belə bir göstəriş yoxdur. Ümumiyyətlə, bu sayaq işlər İslam ruhundan uzaqdır. Hətta bildirilir ki, bir iş görmək qərarına gəldikdə, pis əlamətlə rastlaşsanız, etina etməyin və Allaha təvəkkül edərək işinizin ardınca gedin. Pis fal, pis əlamət əslində şirk nişanəsidir.

Bəli, asqırmaq haqqında buyurulmuşdur ki, əgər aranızda bir şəxs asqırsa, ona dua edin və “Yərhəmukumullah”, yəni Allahın mərhəməti halınıza şamil olsun,” deyin. Qarşı tərəf də dua edib belə deməlidir: “Yəğfirullahə ləkum”, yəni “Allah sizi bağışlasın.”
Amma asqırdıqdan, başqa sözlə, səbir vurduqdan sonra bir qədər gözləmək, tək səbir, cüt səbir deyə dayanmaq əfsanədən başqa bir şey deyil. Agah müsəlmanlar belə əfsanələrdən çəkinməlidirlər. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.603.)

Maide.az - Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

27 Nov, 17:14


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 18:11


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 16:50


Dünya imperializminin müsəlmanlar üçün planı nədir ? - Şeyx Sərdar Hacıhəsənli

#şeyxsərdar #şeyxsərdarhacıhəsənli #Vilayət_məhbusu #şeyx_sərdar_hacıhəsənli
#imperializm #zülm

Maide.Az/MaideTV

21 Nov, 15:36


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-7

اَیهَا الْمُسْلِمُونَ! أَاُغْلَبُ عَلی اِرْثی؟ یابْنَ اَبیقُحافَةَ! اَفی كِتابِ اللَّـهِ تَرِثُ اَباكَ وَ لااَرِثُ اَبی؟ لَقَدْ جِئْتَ شَیئاً فَرِیاً، اَفَعَلی عَمْدٍ تَرَكْتُمْ كِتابَ اللَّـهِ وَ نَبَذْتُمُوهُ وَراءَ ظُهُورِكُمْ، إذْ یقُولُ «وَ وَرِثَ سُلَیمانُ داوُدَ» وَ قالَ فیما اقْتَصَّ مِنْ خَبَرِ زَكَرِیا اِذْ قالَ: «فَهَبْ لی مِنْ لَدُنْكَ وَلِیاً یرِثُنی وَ یرِثُ مِنْ الِیعْقُوبَ»، وَ قالَ: «وَ اوُلُوا الْاَرْحامِ بَعْضُهُمْ اَوْلی بِبَعْضٍ فی كِتابِ اللَّـهِ»،وَ قالَ «یوصیكُمُ اللَّـهُ فی اَوْلادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْاُنْثَیینِ»، وَ قالَ «اِنْ تَرَكَ خَیراً الْوَصِیةَ لِلْوالِدَینِ وَالْاَقْرَبَینِ بِالْمَعْرُوفِ حَقّاً عَلَی الْمُتَّقینَ». وَ زَعَمْتُمْ اَنْ لاحَظْوَةَ لی، وَ لااَرِثُ مِنْ اَبی، وَ لارَحِمَ بَینَنا، اَفَخَصَّكُمُ اللَّـهُ بِایةٍ اَخْرَجَ اَبی مِنْها؟ اَمْ هَلْ تَقُولُونَ: اِنَّ اَهْلَ مِلَّتَینِ لایتَوارَثانِ؟ اَوَ لَسْتُ اَنَا وَ اَبی مِنْ اَهْلِ مِلَّةٍ واحِدَةٍ؟ اَمْ اَنْتُمْ اَعْلَمُ بِخُصُوصِ الْقُرْانِ وَ عُمُومِهِ مِنْ اَبی وَابْنِ عَمّی؟ فَدُونَكَها مَخْطُومَةً مَرْحُولَةً تَلْقاكَ یوْمَ حَشْرِكَ. فَنِعْمَ الْحَكَمُ اللَّـهُ، وَ الزَّعیمُ مُحَمَّدٌ، وَ الْمَوْعِدُ الْقِیامَةُ، وَ عِنْدَ السَّاعَةِ یخْسِرُ الْمُبْطِلُونَ، وَ لاینْفَعُكُمْ اِذْ تَنْدِمُونَ، وَ لِكُلِّ نَبَأٍ مُسْتَقَرٌّ، وَ لَسَوْفَ تَعْلَمُونَ مَنْ یأْتیهِ عَذابٌ یخْزیهِ، وَ یحِلُّ عَلَیهِ عَذابٌ مُقیمٌ.

Ey müsəlmanlar! Heç məni öz irsimdən məhrum etmək rəvadırmı? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr)! Allahın kitabında yazılıbmı ki, sən öz atandan irs apara bilərsən, mənim atam isə özündən sonra irs qoya bilməz? Nalayiq və pis bir işə əl atdın. Allahın kitabını bilə-biləmi tərk edib, ona arxa çevirdinizmi? Məgər Allah-Taala buyurmayıbmı?: “Süleyman Davuddan irs apardı.” (”Nəhl”, 16.)
Zəkəriyya haqqında xəbər verdikdə, onun dilindən buyurur: “Mənə Öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun.” (Məryəm”, 5-6.)
Yenə buyurur: “Qohumlar Allahın kitabında (irs, varislik baxımından) bir-birinə daha yaxındırlar.” (”Ənfal”, 75.)
Başqa bir ayədə belə buyurur: “Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür.” (”Nisa”, 11.)
Həmçinin buyurur: “(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub gedəcəyiniz maldan valideynlərinizə və yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.” (”Bəqərə”, 180.)
Siz elə güman edirsiniz ki, mənim heç bir payım yoxdur, atamdan mənə heç bir irs çatmır və aramızda qohumluq əlaqəsi də yoxdur. Məgər Allah-Taala Quranda sizə bir ayə nazil edibmi ki, atamı ondan istisna etsin? Yoxsa demək istəyirsiniz ki, iki dinin daşıyıcısı bir-birindən irs aparmır? Məgər mən və atam bir dinin daşıyıcısı deyilikmi? Yoxsa siz Quran ayələrinin ümumi və xüsusi hökmlərini atam və əmim oğlundan daha yaxşı bilirsiniz?
(Sonra Əbu Bəkrə xitabən buyurdu:) İndi ki belədir, bu irsi məndən al, apar ki, minmək üçün ram olub və istifadəyə hazırdır. (Amma bil ki,) Qiyamət günü səninlə görüşəcək. Allahın (aramızda) hakim, Muhəmmədin (s) rəhbər və Qiyamətin vədə yeri olması necə də gözəldir. Qiyamət günü batil əhli xəsarətə uğrayacaq. Peşmançılığınız sizə heç bir fayda verməyəcək. “Hər bir xəbərin müəyyən bir vaxtı vardır.” (“Ənam”, 67.)
“O zaman rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (“Hud”, 39.)

Ardı var...

Maide.Az - Maarif  bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 12:44


QURANİ-KƏRİMDƏ GÖSTƏRİLƏN İKİ ŞӘRQ VӘ İKİ QӘRB HАRАDАDIR?

SUАL: Qurаni-Kәrimin “Ər-rəhman” surəsinin 17-ci ayəsində oxuyuruq:

رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ

“О (Аllаh) iki şәrq vә iki qәrbin Аllаhıdır.” İki şәrq vә iki qәrb dеdikdә, nә nәzәrdә tutulur?

CАVАB: Qurаni-Kərimdə şәrq vә qәrb hәm “cüt”(tәsniyә), hәm dә cәm fоrmаdа qeyd еdilmişdir. Mәsәlәn, “Məaric” surəsinin 40-cı ayəsində buyurulur:

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ

“İki mәşriqin vә iki mәğribin Rәbbinә аnd оlsun ki, biz hәqiqәtәn, qаdirik.”

“Əraf” surəsinin 137-ci ayəsində də belə buyurulur:

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُواْ يُسْتَضْعَفُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا

“Zәif sаlınmışlаrı yеr üzünün bәrәkәtli şәrq vә qәrb tәrәflәrinә vаris еtdik...”

Dеmәk, şәrq vә qәrb hәm tәsniyә, hәm dә cәm fоrmаsındа хаtırlаdılmışdır. Tәfsirçilәr bu bаrәdә yazırlar: “İki şәrq vә iki qәrb ifаdәlәri yеrin iki yаrımkürәsinә аiddir. Yәni bu sözlәrlә şimаl vә cәnub yаrımkürәlәrindәn söhbәt аçılır. Dоğrudаn dа, yеrin istәnilәn bir nöqtәsi digәr bir nöqtәyә nәzәrәn hәm şәrqdә, hәm dә qәrbdә оlа bilәr. Bаşqа sözlә, yәni iki nöqtәdәn biri о birinin şәrqindәdirsә, ikinci nöqtә birinci nöqtәnin qәrbindә yеrlәşir.

İkinci bахışа görә, şәrqlәr vә qәrblәr ifаdәlәri günәşin çохsаylı doğma vә qürubetmə nöqtәlәrini bildirir. Çünki günәş hеç vахt еyni bir nöqtәdәn doğmur. Yәni günәş fәrqli nöqtәlәrdәn doğur vә fәrqli nöqtәlәrdә bаtır. Оlsun ki, еlә bu mәqsәdlә dә “şәrqlәr vә qәrblәr” ifаdәsi işlәdilmişdir. Әgәr günәşin şimаldа әn böyük mеyil nöqtәsini vә cәnubdа sоn mеyil nöqtәsini nәzәrә аlsаq, “iki şәrq vә iki qәrb” ifаdәlәrinin işlәdilmәsi yеrli görünәr.

Bәli, Qurаn bu sаyаq tәbirlәrlә хаlqın diqqәtini vаrlıq аlәmindәki incәliklәrә yönәldir. Şübhәsiz ki, günәşin doğması vә qürub etməsinin dәyişmәsi tәbiәt аlәminә әhәmiyyәtli tәsir göstәrir. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.489-490.)

Maide.az - Maarif bölümü

#quran #qurani_kərim #şərq #qərb

https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 12:41


QURANİ-KƏRİMDƏ GÖSTƏRİLƏN İKİ ŞӘRQ VӘ İKİ QӘRB HАRАDАDIR?

Maide.Az/MaideTV

21 Nov, 09:02


Həzrət Zəhranın (s) dualarından:

اللَّهُمَّ اسْتَعْمِلْنِی لِمَا خَلَقْتَنِی لَهُ
İlahi, məni nə üçün yaratmısansa, onun üçün də yaşat!

#dua #həzrətzəhra #xanımfatimə #dualar

https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 07:23


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan
مَوْلايَ يا مَوْلايَ اَنْتَ الْمَوْلى وَاَنَا الْعَبْدُ وَهَلْ يَرْحَمُ الْعَبْدَ اِلاَّ الْمَوْلى

Mənim mövlam! Ey mənim mövlam! Sənsən ağa, mən isə qul. Bəs, qula ağadan başqa kim rəhm edər?!

#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Nov, 04:43


Peyğəmbəri-Əkrəm (s):
إِنَّ أَقْرَبَكُمْ مِنِّى غَداً وَ أَوْجَبَكُمْ عَلَىَّ شَفَاعَةً أَصْدَقُكُمْ لِسَاناً وَ آدَاكُمْ لِلأَمَانَةِ.
"Həqiqətən, sizin içərinizdən Qiyamət günü mənə ən yaxın və şəfaətimə ən layiq olanınız düz danışan və əmanətdar olanınızdır."
"Əmali", Şeyx Səduq, səh.508.

#hədis #gününhədisi #qiyamət #düzdanışmaq #əməanətdar
https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 17:18


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 16:25


Biz isə (bu haqsızlıqlara görə) boğazı bıçaqla kəsilmiş və bətninə nizə batırılmış şəxs kimi səbir etmək məcburiyyətindəyik. Siz indi elə güman edirsiniz ki, bizim irs haqqımız yoxdur? “Cahiliyyət dövrünün hökmünümü istəyirsiniz? Yəqin əhli olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?” (“Maidə”, 50.) Bilmirsinizmi? Əksinə, bilirsiniz və mənim onun qızı olmağım sizə gün kimi aydındır.”

Ardı var...

Maide.Az - Maarif  bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 16:25


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-6

فَلَمَّا اِختارَ اللَّـهُ لِنَبِیهِ‌دار اَنْبِیائِهِ وَ مَأْوی اَصْفِیائِهِ، ظَهَرَ فیكُمْ حَسْكَةُ النِّفاقِ، وَ سَمَلَ جِلْبابُ الدّینِ، وَ نَطَقَ كاظِمُ الْغاوینَ، وَ نَبَغَ خامِلُ الْاَقَلّینَ، وَ هَدَرَ فَنیقُ الْمُبْطِلینَ، فَخَطَرَ فی عَرَصاتِكُمْ، وَ اَطْلَعَ الشَّیطانُ رَأْسَهُ مِنْ مَغْرَزِهِ، هاتِفاً بِكُمْ، فَأَلْفاكُمْ لِدَعْوَتِهِ مُسْتَجیبینَ، وَ لِلْغِرَّةِ فیهِ مُلاحِظینَ، ثُمَّ اسْتَنْهَضَكُمْ فَوَجَدَكُمْ خِفافاً، وَ اَحْمَشَكُمْ فَاَلْفاكُمْ غِضاباً، فَوَسَمْتُمْ غَیرَ اِبِلِكُمْ، وَ وَرَدْتُمْ غَیرَ مَشْرَبِكُمْ هذا، وَ الْعَهْدُ قَریبٌ، وَالْكَلْمُ رَحیبٌ، وَ الْجُرْحُ لَمَّا ینْدَمِلُ، وَ الرَّسُولُ لَمَّا یقْبَرُ، اِبْتِداراً زَعَمْتُمْ خَوْفَ الْفِتْنَةِ، اَلا فِی الْفِتْنَةِ سَقَطُوا، وَ اِنَّ جَهَنَّمَ لَمُحیطَةٌ بِالْكافِرینَ. فَهَیهاتَ مِنْكُمْ، وَ كَیفَ بِكُمْ، وَ اَنَّی تُؤْفَكُونَ، وَ كِتابُ اللَّـهِ بَینَ اَظْهُرِكُمْ، اُمُورُهُ ظاهِرَةٌ، وَ اَحْكامُهُ زاهِرَةٌ، وَ اَعْلامُهُ باهِرَةٌ، و زَواجِرُهُ لائِحَةٌ، وَ اَوامِرُهُ واضِحَةٌ، وَ قَدْ خَلَّفْتُمُوهُ وَراءَ ظُهُورِكُمْ، أَرَغْبَةً عَنْهُ تُریدُونَ؟ اَمْ بِغَیرِهِ تَحْكُمُونَ؟ بِئْسَ لِلظَّالمینَ بَدَلاً، وَ مَنْ یبْتَغِ غَیرَ الْاِسْلامِ دیناً فَلَنْ یقْبَلَ مِنْهُ، وَ هُوَ فِی الْاخِرَةِ مِنَ الْخاسِرینِ. ثُمَّ لَمْ تَلْبَثُوا اِلی رَیثَ اَنْ تَسْكُنَ نَفْرَتَها، وَ یسْلَسَ قِیادَها،ثُمَّ اَخَذْتُمْ تُورُونَ وَ قْدَتَها، وَ تُهَیجُونَ جَمْرَتَها، وَ تَسْتَجیبُونَ لِهِتافِ الشَّیطانِ الْغَوِی، وَ اِطْفاءِ اَنْوارِالدّینِ الْجَلِی، وَ اِهْمالِ سُنَنِ النَّبِی الصَّفِی، تُسِرُّونَ حَسْواً فِی ارْتِغاءٍ، وَ تَمْشُونَ لِاَهْلِهِ وَ وَلَدِهِ فِی الْخَمَرِ وَ الضَّرَّاءِ، وَ نَصْبِرُ مِنْكُمْ عَلی مِثْلِ حَزِّ الْمَدی، وَ وَخْزِ السنان فی الحشا. وَ اَنْتُمُ الانَ تَزْعُمُونَ اَنْ لااِرْثَ لَنا أَفَحُكْمَ الْجاهِلِیةِ تَبْغُونَ، وَ مَنْ اَحْسَنُ مِنَ اللَّـهِ حُكْماً لِقَومٍ یوقِنُونَ، أَفَلاتَعْلَمُونَ؟ بَلی، قَدْ تَجَلَّی لَكُمْ كَالشَّمْسِ الضَّاحِیةِ أَنّی اِبْنَتُهُ
“Lakin Allah-Taala Öz Peyğəmbəri üçün peyğəmbərlər yurdunu və bəyənilmişlər məqamını seçdikdə (o Həzrətin pak ruhunu aldıqda), nagahan, içinizdəki ikiüzlülük aşkara çıxdı. Din paltarını yırtdınız. Daxili azğınlığınız danışmağa başladı, cəmiyyətin dəyərsizləri baş qaldırdı, batil əhlinin başçıları səslərini ucaltdı və sizin meydanınızda fəaliyyətə başladı. Şeytan öz yuvasından başını çıxarıb sizi səslədi və sizin onun dəvətini qəbul edib aldanacağınızı gözlədi. Sonra sizi öz itaətinə çağırdı, sizin də ağılsızlıqla ona tərəf hərəkət etdiyinizi gördü. O, sizin qəlbinizdə qəzəb odunu qaladı və sizdə qəzəb təsirləri görünməyə başladı. Sahibi olmadığınız dəvəyə nişan vurdunuz və içməyə haqqınız olmayan bulaqdan su içdiniz (xilafəti qəsb etdiniz). Halbuki Peyğəmbər (s) təzə vəfat etmiş, dərdimiz artmış, ürəyimizin yanğısı sönməmiş və yaramız sağalmamışdı. Hələ Peyğəmbərin (s) cənazəsi dəfn olunmamışdı ki, fitnənin baş qaldıracağından qorxub, onun qarşısını almağı bəhanə gətirdiniz. “Bilin ki, onlar (özləri) fitnəyə düşdülər. Şübhəsiz ki, Cəhənnəm kafirləri əhatə edəcəkdir!” (“Tövbə”, 49.) Bu iş sizə yaraşmır. Onu necə yerinə yetirdiniz?! Hara üz tutursunuz?! Halbuki Allahın Kitabı (Quran) sizin aranızdadır. Onun mövzuları işıqlı, hökmləri aşkar, (hidayət) əlamətləri gözqamaşdıran, qadağaları və əmrləri aydındır. Siz isə həmin kitaba arxa çevirdiniz. Ondan üz çevirməkmi istəyirsiniz? Yoxsa onun əksinəmi hökm edirsiniz? “Zülmkarlar üçün bu necə də pis bir mübadilədir.” (“Kəhf”, 50.) “Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar.” (“Ali-İmran”, 85.) Heç olmasa, onun aram olmasını gözləmədiniz. Dərhal fitnə ocağını qaladınız, onu daha da alovlandırdınız və şeytanın dəvətini qəbul edib yolunuzu azdınız. Aşkar dinin nurunu söndürmək və Peyğəmbərin sünnəsini aradan qaldırmaq üçün hərəkətə keçdiniz. Südün köpüyünü götürmək bəhanəsi ilə onu dibinə qədər gizlicə içdiniz. Onun Əhli-beyti və övladlarını təcrid etmək üçün təpələrin və ağacların arxasında pusqu qurub hərəkətə keçdiniz.

Maide.Az/MaideTV

20 Nov, 14:23


Ayətullah Misbah Yəzdi:
Əgər doğru və xətasız bir yolda getmək istəyiriksə, bir gün peşman olmaq istəmiriksə, bir gün bizə «Rədd olub gedin, öncə orada özünüzü islah etməliydiniz!» – deyiləcəyini istəmiriksə, burada düşüncə və əqidələrimizi düzəltməliyik.
Öncə bilməliyik ki, nə üçün yaradılmışıq? Nə etməliyik? Hansı işlərin faydası daha çoxdur?
Nə etməli olduğumuzu Allahdan daha yaxşı bilən varmı?
Bir anlıq özümüzə gələk; oturaq, görək ki, nə etmişik? İndi nə edirik? Hansı yolla gedirik? Nəyin arxasınca gedirik?
Bəzən insan həyatını bir neçə saat ərzində dəyişə bilər.


#maideaz #islam #xütbə #ayətullah #MisbahYəzdi #düşünmək #peşiman #maidetv

https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 12:29


Mаlik Əştər və bir bazar uşağı


Mаlik Əştər güclü və qüvvətli bir şəxs və Əmirəlmöminin Əlinin (ə) sərkərdəsi idi. Bir dəfə o, Kufə bаzаrındаn kеçirdi. Оrаdа bir bаzаr uşаğı оturmuşdu və оnu tаnımırdı. Yаzırlаr ki, həmin uşаğın əlində nə isə yumru bir şеy vаr idi. O, götürüb onu Mаlik Əştərə atdı. Mаlik Əştər еtinаsızlıqlа kеçdi. О, kеçəndən sоnrа bir şəxs bаzаr uşаğınа dеdi: “Bu masqaraya qоyub hаqsızlıq еtdiyin şəхsi tаnıdınmı?”

Dеdi: “Kim idi?”

Dedi: “İmam Əmirəlmöminin Əlinin (ə) qоşun sərkərdəsi.”

Uşаğın bədəninə üşütmə düşdü: «Mənim bаrəmdə bir şеy fikirləşməmiş gеdim оndаn üzr istəyim.» Оnun ardınca gedib, gördü ki, Mаlik məscidə daxil olub nаmаza bаşlаdı. İki rükət nаmаz qıldı və sаlаmlаrı vеrdi. Uşаq Malik Əştərə yаlvаrmаğа başladı ki, mən sizə hörmətsizlik еdən həmin ədəbsiz və tərbiyəsiz uşağam, bağışlayın, sizi tаnımаdım. Bu sözlərdən sоnrа Mаlik Əştər dеdi: «Аllаhа аnd оlsun ki, mən hеç məscidə gəlmək istəmirdim. Bаşqа yеrə gеdirdim. Məscidə gəldim ki, iki rükət nаmаz qılıb, səni duа еdim. Аllаh sənin günаhındаn kеçsin, səni hidаyət еtsin.»

Görəsən, bu əməlin аdı nədir? Böyük əхlаq! (Əxlaq fəlsəfəsi, Ayətullah Şəhid Mürtəzа Mütəhhəri, səh. 10.)

Maide.az -Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 08:52


Bəqərə surəsi, ayə 83
وَقُولُواْ لِلنَّاسِ حُسْنا
İnsanlarla xoş dillə danışın

#quran #qurani_kərim #ayə #insan

https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Nov, 05:43


İmam Baqir (ə):
إنّي لَأَعلَمُ أنَّ هذَا الحُبَّ الَّذي تُحِبّونّا لَيسَ بِشَيءٍ صَنَعتُمُوهُ، ولكِنَّ اللّه‏ صَنَعَهُ
"Mən əminəm ki, sizin bizə olan bu sevginiz öz işiniz deyil, əksinə, Allahın işidir."
"Əl-məhasin", c.1, səh.246, hədis 457.

#hədis #gününhədisi #imambaqir
https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Nov, 16:57


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Nov, 14:31


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-5

وَ فُهْتُمْ بِكَلِمَةِ الْاِخْلاصِ فی نَفَرٍ مِنَ الْبیضِ الْخِماصِ. وَ كُنْتُمْ عَلی شَفا حُفْرَةٍ مِنَ النَّارِ، مُذْقَةَ الشَّارِبِ، وَ نُهْزَةَ الطَّامِعِ، وَ قُبْسَةَ الْعِجْلانِ، وَ مَوْطِیءَ الْاَقْدامِ، تَشْرَبُونَ الطَّرْقَ، وَ تَقْتاتُونَ الْوَرَقَ، اَذِلَّةً خاسِئینَ، تَخافُونَ اَنْ یتَخَطَّفَكُمُ النَّاسُ مِنْ حَوْلِكُمْ، فَاَنْقَذَكُمُ اللَّـهُ تَبارَكَ وَ تَعالی بِمُحَمَّدٍ صَلَّی اللَّـهُ عَلَیهِ وَ الِهِ بَعْدَ اللَّـتَیا وَ الَّتی، وَ بَعْدَ اَنْ مُنِی بِبُهَمِ الرِّجالِ، وَ ذُؤْبانِ الْعَرَبِ، وَ مَرَدَةِ اَهْلِ الْكِتابِ. كُلَّما اَوْقَدُوا ناراً لِلْحَرْبِ اَطْفَأَهَا اللَّـهُ، اَوْ نَجَمَ قَرْنُ الشَّیطانِ، اَوْ فَغَرَتْ فاغِرَةٌ مِنَ الْمُشْرِكینَ، قَذَفَ اَخاهُ فی لَهَواتِها، فَلاینْكَفِیءُ حَتَّی یطَأَ جِناحَها بِأَخْمَصِهِ، وَ یخْمِدَ لَهَبَها بِسَیفِهِ، مَكْدُوداً فی ذاتِ اللَّـهِ، مُجْتَهِداً فی اَمْرِ اللَّـهِ، قَریباً مِنْ رَسُولِاللَّـهِ، سَیداً فی اَوْلِیاءِ اللَّـهِ، مُشَمِّراً ناصِحاً مُجِدّاً كادِحاً، لاتَأْخُذُهُ فِی اللَّـهِ لَوْمَةَ لائِمٍ وَ اَنْتُمَ فی رَفاهِیةٍ مِنَ الْعَیشِ، و ادِعُونَ فاكِهُونَ آمِنُونَ، تَتَرَبَّصُونَ بِنَا الدَّوائِرَ، وَ تَتَوَكَّفُونَ الْاَخْبارَ، وَ تَنْكُصُونَ عِنْدَ النِّزالِ، وَ تَفِرُّونَ مِنَ الْقِتالِ

Siz (hər növ çirkinlikdən təmizlənən) pak və nurani bir zümrənin (Əhli-beytin) vasitəsilə “tovhid” (Lə iləhə illəllah) kəlməsini dilinizə gətirdiniz. Halbuki bundan öncə Cəhənnəm çuxurunun kənarında idiniz. Acizliyinizdən və sayınızın azlığından susuzun içdiyi bir qurtum sudan, acın yediyi bir tikədən və oda doğru tələsən şəxs üçün od şöləsindən artıq bir şey deyildiniz. Ayaqlar altında əzilir, çirkli su içir, yarpaq yeyir, xar və zəlil olmuşdunuz. Ətrafdakı insanların (düşmənlərin) sizi aradan aparacağından qorxurdunuz. Bu zaman Allah-Taala Muhəmmədin (s) vasitəsilə sizi bu alçaqlıqlardan xilas etdi. O, o qədər zəhmət və əziyyətlərə sinə gərib, cəngavərlər, ərəb canavarları və kitab əhlinin azğınları ilə savaşdıqdan sonra sizi azğınlıqdan qurtardı. Hər dəfə onlar döyüş tonqalını alovlandırırdısa, Allah-Taala onu söndürdü. Haçan şeytan öz buynuzunu çıxardırdısa, yaxud müşriklərdən hansısa biri fitnə və ədavət yaratmq üçün dil açırdısa, Peyğəmbərin (s) qardaşını (İmam Əli (ə)) onun üzərinə göndərirdi və o da düşmənlərin başını ayağı altında əzməyincə və onların burnunu yerə sürtməyincə, döyüş meydandan geri dönməzdi. O, Allaha xatir bütün əziyyətlərə dözür və Allahın əmrini yerinə yetirmək üçün daim çalışırdı. Peyğəmbərə (s) çox yaxın və Allah dostlarının ağası idi. Həmişə hazır, çalışqan və xeyirxah idi. Siz tam rifah, rahatlıq və əmin-amanlıq içində ikən, o, Allah yolunda heç bir danlaqçınınn danlağı onu işindən saxlamırdı. Daim gözləyirdiniz ki, biz Əhli-beytin başına bədbəxt hadisələr gəlsin və bizmlə bağlı pis xəbərlər eşidəsiniz. Döyüş zaman geri çəklilir və döyüş meydanından qaçırdınız.

Ardı var...

Maide.Az - Maarif  bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Nov, 11:31


Nəml surəsi, ayə 62
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ

Darda qalan bir kimsə Onu çağırıb dua etdiyi zaman ona cavab verən, onun çətinliyi və qəm-qüssəsini aradan qaldıran (Allah)!.

#ayə #qurani_kərim #dua

https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Nov, 07:23


Sual:
🔸Bir kəndin şəhərə iki gediş-gəliş yolu var ki, onlardan biri 19 km, digəri isə 22 km-dir. Əgər bir şəxs şəhərə 19 km olan yol ilə getsə, amma qayıdarkən 22 km olan yol ilə qayıtsa, onun namazı tamdır, yoxsa qəsrdir?

Cavab:
🔸 Nəzərə alsaq ki, şəri məsafənin reallaşması üçün gediş yolu 4 fərsəxdən (yəni 20,5 km-dən) az olmamalıdır, onun namazı tamdır.

#hökmlər #əhkam #müsafir  #səfər
https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Nov, 06:03


İmam Sadiq (ə):
مَن ساءَ خُلُقُهُ عَذَّبَ نَفسَهُ
"Əxlqı pis olan özünə işgəncə verir."
"Tuhəful-uqul" (seçmələr), hədis 196.

#hədis #gününhədisi #əxlaq #işgəncə

@MaideTV

Maide.Az/MaideTV

18 Nov, 16:32


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

18 Nov, 13:51


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan

اَسْاَلُكَ الْاَمانَ يَوْمَ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدي مِنْ عَذابِ يَوْمَئِذٍ بِبَنيهِ وَصاحِبَتِهِ وَاَخيهِ وَفَصيلَتِهِ الَّتي تُؤْويهِ وَمَنْ فِي الْاَرْضِ جَميعاً ثُمَّ يُنْجيهِ كَلاّ اِنَّها لَظى نَزّاعَةً لِلشَّوى،

İlahi, mən «əzabın şiddətindən günahkar bəndənin öz oğullarını, zövcəsini və qardaşını, ona sığınacaq verən qohum-əqrəbasını və yer üzündə olanların hamısını fəda etməyə razı olub, (Allahın əzabından) qurtulmaq istədiyi və xeyr (bunun mümkün olmadığı), artıq (Cəhənnəmin) alovlandığı və başların dərisini sıyırıb ayırdığı gün» – Səndən aman diləyirəm!

#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

https://t.me/MaideTV

Maide.Az/MaideTV

18 Nov, 10:14


SABAHA ARXAYIN OLMA!

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

یَا اباذر! هَلْ یَنْتَظِرُ أَحَدٌ إِلَّا غِنًی مُطْغِیاً، أَوْ فَقْراً مُنْسِیاً أَوْ مَرَضاً مُفْسِداً أَوْ هَرَماً مُفْنِداً أَوْ مَوْتاً مُجْهِزاً، أَوِ الدَّجَّالَ فَإِنَّهُ شَرُّ غَائِبٍ یُنْتَظَرُ، أَوِ السَّاعَةَ فَالسَّاعَةُ أَدْهی وَ أَمَرُّ،

“Ey Əbuzər! Məgər sizlərdən hər hansı biriniz sonu tüğyana aparıb çıxaran sərvət, Allahı yaddan çıxarmağa səbəb olan kasıbçılıq, insanın canını əldən salan xəstəlik, onu fəaliyyətdən saxlayan qocalıq, tələsik gəlib çatan ölüm, fitnələr törədəcək Dəccal, yaxud qorxulu və acı olan qiyamət gününün yetişməsindən başqa bir şeyin intizarındasınızmı?” (“Əl-əmali”, Şeyx Tusi, səh.527.)

Bu cümlələr ‒ “Hələlik vaxt çoxdur, sonra görərəm” kimi xam xəyallarla yaşayanlara xəbərdarlıqdır. Əgər insan ixtiyarında olan imkan və qüdrətdən vəzifələrini yerinə yetirmək üçün istifadə etmirsə, bu vəzifələri həyata keçirmək üçün daha hansı fürsətin əlinə düşməsini gözləyir? Hal-hazırda tənbəllik edir, işlərini sonraya saxlayır və ya bihudə işlərlə məşğul olur. Allah eləməmiş, başı günaha qatışıbsa, bütün bunları düzəltmək və ya vəzifələrini yerinə yetirmək üçün daha hansı günü gözləyir? Məsələn, kasıb olanda deyir ki, inşallah problemlərim düzələr, əlimə yaxşı pul düşər varlanaram, onda vəzifələrimə də əməl edərəm. Amma, bəlkə elə varlanmağın özü insana kasıbçılıqdan daha artıq dərd gətirsin və onu tüğyana vadar etsin. Çünki insan özünü ehtiyacsız görəndə üsyan edir, özündən çıxır. Necə ki, “Ələq” surəsinin 6-7-ci ayələrində buyurulur:

َلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى. أَن رَّآهُ اسْتَغْنَى

Doğurdan da, insan özünü ehtiyacsız (və dövlətli) gördüyü zaman Allaha üsyan edər.”
Deməli, varlanıb ehtiyacsız olanda da deyəcək: “Gözləyirəm pullarımı yerbəyer edim, başım bu işlərdən açılsın və kasıblığın dövranı gəlsin. Onda vəzifələrimə əməl edərəm.” Elə xəyal edir ki, pulun əlindən çıxandan sonra problemləri də azalacaq və rahatlıqla təklifinə əməl edəcək? Haradan biləsən ki, kasıbçılığın da öz problemləri var, kasıbçılıq da insanın başını başqa cür qatır və əsas hədəfin yaddan çıxarılmasına səbəb olur. Kasıbçılıq insanı elə giriftar edir ki, insan mənəviyyatı da yaddan çıxarır.
Eləcə də, sağlam birisi düşünür ki, insan xəstə olanda daha çox Allahı yad edir. Əlbəttə, bu əsassız bir fikirdir. Bu o demək deyil ki, hər adam xəstələnəndə daha çox dua, zikr edir. Bəzən insan elə dərdə mübtəla olur ki, ibadət etməyə halı belə olmur.

Gənclik zamanında öz-özünə deyir: “Qoy gənclik dövrünü, onun çılğınlığını, qürurunu, əyləncələrini başa vurum, yaşlaşandan sonra ibadətə başlayaram. Daha xəbəri yoxdur ki, qocalıq onun belini elə bükəcək ki, nə gücü qalacaq, nə yerindən tərpənməyə halı, nə də ibadət etməyə qüdrəti! Bəs nə vaxt vəzifələrini yerinə yetirəcək? Ölüm gəlib çatanda? Ya fitnələr törədən Dəccal gələndə?

Maide.Az/MaideTV

18 Nov, 10:14


Əlbəttə, “Dəccal” sözünün mənası, lüğətdə “qızıl suyu” mənasındadır və həmçinin həddindən artıq yalan danışan adama da “dəccal” deyirlər. Qızıl suyu həqiqi qızıl olmadığı kimi, yəni əşyaların üstünə çəkildikdə onları zahirdə qızıla oxşatdığı kimi, yalançı insan da zahirdə cəzbedici və hiyləgər olur və başqalarını öz zahiri görkəmi ilə özünə cəlb edir.
Rəvayətlərdə”dəcca” şər və fitnə törədən adam kimi göstərilir. Hər halda, həzrət Peyğəmbərin (s) bu sözü işlətməkdə məqsədi, aşağıdakı iki mənadan biri olmalıdır:
1. Axır zamanda zühur edib fitnələr törədəcək Dəccal adlı bir şəxs;
2. Məqsəd konkret şəxs olmayıb, hər cür hoqqa və hiyləgərlik simvolu.
Zahirini zinətləndirib gözəl qiyafəyə bürünərək başqalarını bu yolla özünə cəzb edərək onları aldadan hər kəsə dəccal demək olar. Həmçinin batilə haqq don geyindirməklə xalqı yoldan çıxaran adamlar da dəccal adlandırılır. Dəccal haqq və batili bir-birinə elə qarışdırar ki, onları seçib ayırmaq çox çətin olur. Nə qədər ki, haqq və batil bir-birinə qarışmayıb və haqq insan üçün aydındır, fürsəti qənimət bilməli və haqqa əməl etməlidir. İnsanın haqq yoldan azması və hidayət yollarının üzünə bağlanması onundüşə biləcəyi ən pis vəziyyətdir. Bu vəziyyətə düşən insan üçün bundan da çətin və acı olanı isə, qiyamətin gəlib çatmasıdır.
Bununla, Peyğəmbər (s) verilən hədisdə insanı qarşıdan gələn təhlükələrdən agah edib, bu xətərləri onun gözü qarşısında canlandırmağa çalışır və gələcəkdə üzləşə biləcəyimiz problemlərin hazırkı problemlərdən daha çətin olmaq ehtimalını açıqlayır. Buna görə də, heç kəs bu günü qoyub sabaha arxayın olmamalıdır. (Tuşeye-axirət” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 45-47.)

Maide.Az - Maarif bölümü

@MaideTV

Maide.Az/MaideTV

10 Nov, 17:11


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

09 Nov, 17:53


Fəcr - İmam Hüseyn (ə) surəsi - Şeyx Sərdar Hacıhəsənli

#şeyx_sərdar_hacıhəsənli #şeyxsərdar #şeyxsərdarhacısənli #fəcrsurəsi #imamhüseyn #imam

Maide.Az/MaideTV

09 Nov, 17:49


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

09 Nov, 14:04


💠 HƏQİQİ TÖVBƏ

🔹 Bəzən insan günahlarından tövbə edib Allahdan bağışlanma diləyir və günah fikrindən daşınır. Bu məsələ nə qədər mühüm olsa da, ondan mühüm günahdan peşman olmağın və peşmançılıq hissinin davam olmasıdır. Allah-Taala: تُوبُوا إِلَی اللَّهِ جَمِیعاً ("Hamılıqla Allaha tövbə edin.") – deyə buyurursa, məqsəd odur ki, günahdan peşmançılıq hissini davam etdirin. ("Nur" / 31.)
🔹 Əgər insan günah etdikdən sonra tövbə edib Allahdan bağışlanma diləyirsə, günah fikrindən danışınırsa və tutduğu işdən peşman olursa, bağışlanma istəyi ilkin mərhələdə kifayət etsə də, peşmançılıq hissi davamlı olmalıdır. Əgər tövbə etdikdən sonra, yenə günaha meyilli olarsa və onu qəlbindən çıxarmazsa, bunun tövbə ilə heç də uyğunluğu olmayacaq.
🔹 Beləliklə, tövbə məhdud bir feil olduğu halda, naməhdud bir vəsfdir. Bağışlanma diləmək və günahı tərk etmək məhdud feil, peşmançılıq hissi isə naməhdud və davamlı olmalıdır. (esra.ir)

Maide.Az - Maarif bölümü

@MaideTV

Maide.Az/MaideTV

09 Nov, 10:54


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ لا يَنْفَعُ الظّالِمينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدّارِ،

İlahi, mən «zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəyi, onların lənətlənəcəyi və axirət yurdunun pis əzabına düçar olacağı gün» – Səndən aman diləyirəm!


#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

https://t.me/MaideTV

Maide.Az/MaideTV

09 Nov, 04:52


İmam Əli (ə):

لَيْسَ عَمَلٌ اَحَبَّ اِلَى اللّه‏ عَزَّوَجَلَّ مِنَ الصَّلاةِ، فَلا يَشْغَلَـنَّـكُمْ عَنْ اَوقاتِها شَىْ‏ءٌ مِنْ اُمورِ الدُّنيا
"
Allah-Taalanın yanında heç bir əməl namazdan sevimli deyil. Elə isə, namaz vaxtı heç bir dünya işi sizi məşğul etməsin."
"Xisal", səh.621, hədis 10.
#hədis #gününhədisi #namaz #dünya
@MaideTV

Maide.Az/MaideTV

08 Nov, 18:54


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

08 Nov, 15:37


“NƏBƏ” SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:
مَن قَرَأَ سورَةَ عَمَّ یَتَساءَلُونَ سَقاهُ اللّهُ بَردَ الشَّرابِ یَومَ القِیامَةِ
“Kim “Əmmə yətəsaəlun” surəsini oxusa, Allah Qiyamət günü onu (Behiştin) sərin içkiləri ilə sirab edər.” (“Məcməul-bəyan”, c.10, səh.420.)
İmam Sadiq (ə) buyurmuşdur:
مَن قَرَأَ عَمَّ یَتَساءَلُونَ لَم یَخرُج سَنَتُهُ إذا کانَ یُدمِنُها فی کُلِّ یَوم حَتّى یَزُورَ البَیتَ الحَرامِ
“Kim “Əmmə yətəsaəlun” surəsini hər gün oxusa, il tamam olmamış Allah Evini ziyarət edər (Həcc ziyarəti həmin şəxsə nəsib olar).” (“Məcməul-bəyan”, c.10, səh.420.)
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
مَن قَرَأَها وَحَفِظَها کانَ حِسابُهُ یَومَ القِیامَةِ بِمِقدارِ صَلاة واحِدَة
“Kim bu surəni oxusa və əzbərləsə, Qiyamət günü sorğu-sualı bir namaz qədər vaxt aparar.” (“Təfsiri-Burhan”, c.4, səh.419; “Təfsiri-nümunə”, c.26, “Nəbə” surəsinin təfsiri.)

Maide.az - Maarif bölümü

#Qurani_Kərim #surə #ayə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

08 Nov, 15:36


SURƏLƏR GÜLÜSTANI

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NƏBƏ” SURƏSİ


“Nəbə’” surəsi Məkkədə nazil olub və 40 ayədən ibarətdir.
Bir çox alimlərin fikrinə görə, Quranın sonuncu cüzlərinin surələri Məkkədə nazil olmuşdur. Hər şeydən öncə, Məkkədə nazil olmuş surələrdə “xilqət”, “yaradılış”, “məad”, “ümid” və “qorxu” mövzuları sərt şəkildə ifadə olunmuşdur. Bu surələrin, demək olar ki, bütün ayələri insanı qəflətdən oyadır və ruhu titrədəcək mənalarla əhatə olunur. Məhz bu səbəbdən, bu surələr hər bir şəxsə təsir etmək, qəflətdə olanları ayıltmaq və laqeyd insanlara məsuliyyət hissini dərk etdirmək gücünə malikdir.
“Nəbə” surəsi də bu mövzuları özündə əhatə edən surələrdən biridir. Bu surə insanı düşündürəcək sual ilə başlayır və ibrət dolu məna ilə tamamlanır.
Bu surəsinin ümumi məzmununu bir neçə hissədə xülasələşdirmək olar:
1. Surə böyük və əhəmiyyətli xəbər olan “Qiyamət” mövzusu ilə başlayır. Kаfirlәrin Qiyаmәtlə bağlı suаllаrı irəli sürülür vә оnlаra hәdәlәyici cаvаblаr verilir. 1-5-ci ayələr bu mövzuya həsr olunur.
2. Allahın göylərdə və yerlərdə əzəmətli qüdrətinə işarə edilir, yеr üzünü insаnа yаtаq kimi yаrаtmаsı hаqqındа mәlumаt verilir vә оnun üçün yеr üzündә münаsib hәyаt şәrаitinin yаrаdılmаsı haqqında хәbәr verilir, insan həyatından və bu həyatın ayrılmaz tərkib hissəsi olan mǝad və ölümdən sonrakı həyatdan bəhs edilir.6-16-cı ayələrdə bu barədə söz açılır.
3. Qiyamət və məadın əlamətləri açıq şəkildə bəyan olunur. «Yәvmul-fәsl», yәni hәmin оyаnış günü оlаn аyrılıq günü hаqqındа danışılır və tәqvаlı insаnlаrın zаlımlаrdаn sеçilmәsi önə çəkilir. 17-20-ci ayələrdə bu barədə söhbət olunur.
4. Cәhәnnәmdən, mәаdı, ölümdәn sоnrаkı hәyаtı inkаr еdәn аzğınlаrın аqibәtindənvə nəfsləri tüğyan etmiş günahkara veriləcək məşəqqətli əzablardan danışılır. 21-30-cu ayələr bu hissəyə aiddir.
5. Behişt nemətlərindən bir qismi və tәqvа әhlinin аqibәti bu hissədə danışlır və 31-36-cı ayələr bu mövzuya həsr olunur.
6. Nəhayət, bu surə kafirlərə vədə verilmiş əzabın və ağrılı-acılı həyatın başlanması mövzusu ilə sona yetir. 37-40-cı ayələrdə bu barədə söz açılır.
Bu sura ikinci ayədəki النبا العظيم (ən-nəbəul-əzim – böyük xəbər) – ifadəsinə görə “Nəbə” (Xəbər) adlandırılıb. Surənin birinci ayəsi olan عَمَّ يَتَسَاءلُونَ (Əmmə yətəsaəlun) – ayəsinə əsasən, bəzi yerlərdə bu surə “Əmmə” adlandırılmışdır. (“Təfsiri-nümunə”, c.26, “Nəbə” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.203.)

Maide.Az/MaideTV

08 Nov, 08:37


Allah şəhidlərimizə rəhmət eləsin!
Zəfər Günü münasibətilə hər birinizi təbrik edirik!

#şəhidqanı #qarabağ #şuşa

Maide.Az/MaideTV

08 Nov, 07:43


Sual:
Əgər hansısa bir hadisə ucbatından sürücünün maşını müəyyən bir müddət işləməsə və sürücü maşının təmiri və ehtiyat hissələrini almaq üçün başqa bir şəhərə səfər etsə, öz maşını ilə səfər etmədiyini nəzərə alaraq, bu səfərdə o, namazını bütöv qılmalıdır, yoxsa qəsr?
Cavab:
Sualda deyilənlərə əsasən, bu səfər “peşə səfəri” hesab olunur və namaz bütöv qılınmalıdır.

#hökmlər #əhkam #müsafir  #səfər
https://t.me/MaideTV

Maide.Az/MaideTV

08 Nov, 06:01


İmam Həsən (ə):
عَـجِبْتُ لِمَنْ يَتَفَكَّـرُ فى مَـأْكُولِهِ كَيْـفَ لا يَتَفَـكَّـرُ فى مَعْـقُـولِهِ، فَيُجَنِّبُ بَطْنَهُ ما يُؤْذيهِ، وَ يُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ
"Təəccüb edirəm o kəsə ki, yeməyi haqda düşünür, fikri (və əqli) ehtiyacları haqda isə düşünmür; qarnını (və mədəsini) ağrıdan şeylərdən çəkinir, qəlbini isə çirkinliklərlə doldurur."
"Biharul-ənvar", c.1, səh.218.

#hədis #gününhədisi #yemək #qəlb
https://t.me/MaideTV

Maide.Az/MaideTV

08 Nov, 02:21


Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" yaxınlaşır.

Maide.Az xəbər verir ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2024-cü il noyabr ayının 15-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2024-cü il dekabr ayının 5-i -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).

Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.

#əyyamifatimiyyə #əzadarlıq #həzrətfatimə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

07 Nov, 18:05


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

07 Nov, 15:56


Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində "İran işi"ylə əlaqədar narkotik ittihamı ilə şərlənərək həbs edilən inanclı Nəsrəddin Nəsirova hökm oxunub.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə şərlənərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil Elçin Sadıqovun açıqlamasını təqdim edirik:

Maide.Az/MaideTV

07 Nov, 15:43


NÜDBƏ DUASINDAN-12

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى مُحَمَّدٍ جَدِّهِ [وَ] رَسُولِكَ السَّيِّدِ الْأَكْبَرِ وَ عَلَى [عَلِيٍ‏] أَبِيهِ السَّيِّدِ الْأَصْغَرِ وَ جَدَّتِهِ الصِّدِّيقَةِ الْكُبْرَى فَاطِمَةَ بِنْتِ مُحَمَّدٍ وَ عَلَى مَنِ اصْطَفَيْتَ مِنْ آبَائِهِ الْبَرَرَةِ وَ عَلَيْهِ أَفْضَلَ وَ أَكْمَلَ وَ أَتَمَّ وَ أَدْوَمَ وَ أَكْثَرَ وَ أَوْفَرَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَصْفِيَائِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ وَ صَلِّ عَلَيْهِ صَلاةً لا غَايَةَ لِعَدَدِهَا وَ لا نِهَايَةَ لِمَدَدِهَا وَ لا نَفَادَ لِأَمَدِهَا اللَّهُمَّ وَ أَقِمْ بِهِ الْحَقَّ وَ أَدْحِضْ بِهِ الْبَاطِلَ وَ أَدِلْ بِهِ أَوْلِيَاءَكَ وَ أَذْلِلْ بِهِ أَعْدَاءَكَ وَ صِلِ اللَّهُمَّ بَيْنَنَا وَ بَيْنَهُ وُصْلَةً تُؤَدِّي إِلَى مُرَافَقَةِ سَلَفِهِ وَ اجْعَلْنَا مِمَّنْ يَأْخُذُ بِحُجْزَتِهِمْ وَ يَمْكُثُ فِي ظِلِّهِمْ وَ أَعِنَّا عَلَى تَأْدِيَةِ حُقُوقِهِ إِلَيْهِ وَ الاجْتِهَادِ فِي طَاعَتِهِ وَ اجْتِنَابِ مَعْصِيَتِهِ وَ امْنُنْ عَلَيْنَا بِرِضَاهُ وَ هَبْ لَنَا رَأْفَتَهُ وَ رَحْمَتَهُ وَ دُعَاءَهُ وَ خَيْرَهُ مَا نَنَالُ بِهِ سَعَةً مِنْ رَحْمَتِكَ وَ فَوْزا عِنْدَكَ وَ اجْعَلْ صَلاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَاءَنَا بِهِ مُسْتَجَابا وَ اجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ هُمُومَنَا بِهِ مَكْفِيَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِيَّةً وَ أَقْبِلْ إِلَيْنَا بِوَجْهِكَ الْكَرِيمِ وَ اقْبَلْ تَقَرُّبَنَا إِلَيْكَ وَ انْظُرْ إِلَيْنَا نَظْرَةً رَحِيمَةً نَسْتَكْمِلْ بِهَا الْكَرَامَةَ عِنْدَكَ ثُمَّ لا تَصْرِفْهَا عَنَّا بِجُودِكَ وَ اسْقِنَا مِنْ حَوْضِ جَدِّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ بِكَأْسِهِ وَ بِيَدِهِ رَيّا رَوِيّا هَنِيئا سَائِغا لا ظَمَأَ بَعْدَهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

İlahi, Peyğəmbər və onun Əhli-beytinə salam-salavat yetir! Onun (İmam Zamanın (ə.f.)) babası, Sənin isə peyğəmbərin – böyük sərvər Muhəmmədə, atası – kiçik sərvərə (İmam Əliyə (ə)), anası – Siddiqeyi-Kübra Fatimə binti Muhəmmədə, sayıb-seçdiyin xeyirxah ata-babalarına və onun özünə salam-salavat göndər! Yaratdıqlarının içərisindən sayıb-seçdiyin ən xeyirxah bir insana ən fəzilətli, ən kamil, ən dolğun, ən davamlı, ən çox və ən geniş salam-salavat göndər! Ona salam-salavat göndər; elə bir salam-salavat ki, saya-hesaba gəlməsin, bitib-tükənməsin və zamana sığmasın! İlahi! Onun sayəsində haqqı bərqərar, batili isə məhv et. Onun vasitəsilə dostlarını qalib, düşmənlərini isə zəlil et. İlahi! Onunla aramızda elə bağlar yarat ki, sələfləri (ata-babaları) ilə də yoldaş olmağa aparıb çıxarsın. Bizi onun kəmərindən yapışıb kölgəsində yerləşənlər sırasına qat. Bizə yardım et ki, onun haqqını əda edək, ona canla-başla itaət edək və ona qarşı çıxmayaq. Onu bizdən razı salmaqla bizi məmnun et. Onun mehribanlığı, rəhməti, duası və yaxşılığı ilə bizi Öz geniş rəhmət və feyzinə qovuşdur. Ona xatir namazlarımızı qəbul et, günahlarımızı bağışla, dualarımızı qəbul et, ruzimizi artır, qəmlərimizi dağıt və hacətlərimizi rəva et. Öz kərim üzünlə bizə üz tut, Sənə yaxınlaşmağımızı qəbul et. Öz rəhmətinlə bizə nəzarət et ki, Sənin dərgahındakı kəramət sayəsində kamilliyə çataq. Sonra da, Öz səxavətinlə verdiklərini əlimizdən alma! Qoy o, öz kasasını babasının (Allahın salam-salavatı olsun ona və Əhli-beytinə) (Kövsər) bulağından ləzzət və firəvanlıq suyu ilə doldurub öz əli ilə bizi elə sirab etsin ki, bir daha susamayaq. Ey rəhmlilərin ən rəhmlisi!

SON

Maide.Az- Maarif bölümü

https://t.me/MaideTV

#nüdbədyası #dua #imamzaman #cümə

Maide.Az/MaideTV

07 Nov, 13:00


İmam Xomeyni:
Qəlblərinizi o güc mənbəyinə bağlayın.
Düşünməyin ki, bizim özümüz bir şeyik!
Bu dünyəvi bağlılıqlardan çıxın və özünüzü o güc mənbəyinə bağlayın.
Damlalar! Özünüzü dəryaya çatdırın.
Biz damlayıq, damladan da azıq!

#imamxomeyni #dünya #mənəviyyat #qəlb
https://t.me/MaideTV

Maide.Az/MaideTV

07 Nov, 09:44


Kamil insanın beş mənəvi qüvvəsi

İnsanın beş maddi qüvvə və duyğusu sağlam maddi qəlbə (ürəyə) sahib olduqda, öz funksiyasını düzgün şəkildə icra etdiyi kimi, beş mənəvi qüvvəsi də mənəvi qəlbi və ruhu sağlam olduğu zaman öz funksiyasını düzgün şəkildə icra edə bilir. Qurani-Kərimdə buyurulur: “O gün (Qiyamət günü) nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” (“Şüəra” / 88-89.)
1. Mənəvi görmə qüvvəsi. (“Yusuf”/108; “Sad”/45.)
2. Mənəvi eşitmə qüvvəsi. (“Haqqə”/12; “Qaf”/37.)
3. Mənəvi iybilmə qüvvəsi. (“Yusuf”/94.)
4. Mənəvi toxunma qüvvəsi. (“Əraf”/201.)
5. Mənəvi dadbilmə qüvvəsi. (“Mühibbin (sevənlərin) münacatı”.)

#mənəvi #kamilinsan #insan #qurani_kərim #qiyamət

https://t.me/MaideTV

Maide.Az/MaideTV

07 Nov, 07:41


Zeynəb - Səmavi ad


“Zeynəb” atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan xanım Zeynəb (s.ə.) öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri olur. Onun adqoyma mərasimi haqda tarixdə belə göstərilir:
Xanım Zeynəbin (s.ə.) təvəllüdü zamanı Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən qabağa keçmərəm. Səbir edək Peyğəmbər (s) səfərdən gəlsin və hansı adı məsləhət bilsə, o adı da uşağa qoysun.”
Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) xanım Zəhranın uşağı olması xəbərini Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”
Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”
Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpüb buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.55.)

Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın da İslam yolunda dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) uşağı qucağına aldıqdan sonra üzünü onun üzünə qoyub ağlamağa başlayır. Xanım Fatimeyi-Zəhra (s.ə.) atası Peyğəmbərdən (s) ağlamasının səbəbini soruşduqda, Peyğəmbər (s) buyurur: “Qızım Fatimə! Bil ki, məndən və səndən sonra bu qız müxtəlif ağır bəla və müsibətlərə düçar olacaq.” Xanım Fatimeyi-Zəhra (s.ə.) da ağlayaraq soruşur: “Atacan! Ona və onun başına gələcək müsibətlərə görə ağlayanın savabı nədir?” Həzrət buyurur: “Ey ciyərparəm və gözümün nuru! Ona və onun müsibətlərinə ağlayan hər bir kəsin savabı onun iki qardaşına (Həsən və Hüseynə) ağlayanın savabı kimidir!” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.53.)

Maide.Az -Maarif bölümü

https://t.me/MaideTV

Maide.Az/MaideTV

07 Nov, 05:46


İmam Sadiq (ə):
دَاوُوا مَرْضَاكُمْ بِالصَّدَقَةِ وَ اِدْفَعُوا اَلْبَلاَءَ بِالدُّعَاءِ وَ اِسْتَنْزِلُوا اَلرِّزْقَ بِالصَّدَقَةِ
"Xəstələrinizi sədəqə ilə müalicə edin, bəlanı dua ilə dəf edin və ruzini sədəqə ilə endirin."
"Kəşful-ğita", səh.344.

#hədis #gününhədisi #xəstə #dua #bəla #ruzi
@MaideTV

Maide.Az/MaideTV

07 Nov, 03:35


Həzrət Zeynəbin (s.ə) mövludu- Şeyx Sərdar Hacıhısənli


7 noyabr - 5 Cəmadiül - əvvəl – Həzrət Zeynəbin (s) mövlud günüdür.

#sheyxserdaraazadliq #şeyxsərdaraazadlıq #SərdarımızıTənhaQoymayaq #vilayətməhbusu #sheyx_serdar_hacihesenli
#shehid #shehidanasi #veten #mexbus #shehidqani #maideaz

Maide.Az/MaideTV

06 Nov, 18:27


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

06 Nov, 16:42


Həzrət Zeynəbin (s) mövludu münasibətilə Əhli-beyt (ə) aşiqlərini təbrik edirik!

Maide.Az/MaideTV

06 Nov, 15:38


BİLDİRİŞLƏR
1. İşıqlı yola arxa çevirib uçuruma üz tutanı boşla, qoy süqut edib cəzasını görsün.
2. İmansız qafillər nə əvvəlki kafirlərin aqibətindən ibrət götürür, nə də möcüzə və dəlillərdən nəticə çıxarır.
3. Kafir çıxılmaz vəziyyətdədir.
4. Təbliğdə əqli həqiqətləri göz qabağında olan işləri misal çəkməklə aydınlaşdırın. (“Nur təfsiri”, Ustad Qəraəti, “Ya-Sin” surəsinin təfsiri.)
Maide.Az- Maarif bölümü
#quran #yasin #ayə #təfsir #ya_sin #qurani_kərim
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Nov, 16:19


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Nov, 14:19


“MURSƏLAT” SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:
مَن قَرَأَ سورَةَ وَالمُرسَلاتِ کُتِبَ أنَّهُ لَیسَ مِنَ المُشرِکِینَ
“Mursǝlat” surəsini oxuyan şəxs barəsində: “O, müşriklərdən deyil”, – yazılar.” (“Məcməul-bəyan”, c.10, səh.414.)
İmam Sadiqdən (ə) də belə nəql olunur:
مَن قَرَأَها عَرَّفَ اللّهُ بَینَهُ وَبَینَ مُحَمَّد(صلى الله علیه وآله)
“Allah bu surəni oxuyan şəxsi Peyğəmbərlə tanış (qonşu) edər.” (“Məcməul-bəyan”, c.10, səh.414.)
Şübhəsiz, bu savablar onu oxuyub üzərində düşünən və məzmununa əməl edən şəxsə aiddir. Buna görə də hədislərin birində belə nəql edilir: “Səhabələrdən bəziləri Peyğəmbər (s) dedilər:
أسرَعُ الشَّیبُ اِلَیکَ یا رَسولَ اللّهِ
“Ya Peyğəmbər, qocalıq əlamətləri sizdə özünü nə tez büruzə verib?”
Peyğəmbər (s) buyurdu:
شَیَّبَتنی هُودُ وَالواقِعَةُ وَالمُرسَلاتُ وَعَمَّ یَتساءَلُونَ
“Məni “Hud”, “Vaqiə”, “Mursǝlat” və “Nəbə” surələri qocaltdı.” (“Xisal”, Şeyx Səduq, c.1, səh.199, 4-cü bölüm, hədis 10.)
Qeyd etmək lazımdır ki, bu surələrin hamısında Qiyamət və o böyük ilahi məhkəmənin qorxulu hadisələrindən danışılır. Peyğəmbərin (s) müqəddəs ruhuna təsir edən də bunlar olub. Şübhəsiz, bunlar təfəkkür və əməl olmadan belə bir təsirə malik ola bilməz. (“Təfsiri-nümunə”, c.25, “Mursəlat” surəsinin təfsiri.)

Maide.az - Maarif bölümü

#Qurani_Kərim #surə #ayə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Nov, 14:19


SURƏLƏR GÜLÜSTANI

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MURSƏLAT” SURƏSİ


“Mursəlat” surəsi Məkkədə nazil olub və 50 ayədən ibarətdir.
Bu surənin Məkkədə nazil olması fikri daha məşhurdur. Amma bəziləri onun 48-ci ayəsinin (“Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər”) Mədinədə nazil olduğunu demişlər. Əlbəttə, onlar bu ayənin Mədinədə nazil olması iddiasına aydın bir dəlil gətirməyiblər. Əgər onların bununla bağlı dəlili ayədə rüku və namazdan söhbət getməsidirsə, bu, düz deyil. Çünki müsəlmanlar Məkkədə uzun müddət namaz qılıb rüku etmişlər.
Bu surənin adı onun ilk ayəsi ilə əlaqəlidir. “Mursәlаt” göndәrilmişlәr dеmәkdir. Söhbәt Pеyğәmbәrә (s) ilаhi vәhyi gәtirәnlәrdәn gеdir. Surәnin bаşlаnğıcındа müхtәlif ifаdәlәrlә Pеyğәmbәrә (s) vәhy gәtirmiş mәlәklәrә аnd içilir. Аndlаrın sоnundа nәyә аnd içildiyi bildirilir. İnsаnlаr inаndırılır ki, оnlаrа vеrilәn vәd, yәni Qiyаmәt hökmәn оlаcaqdır. Аyәlәrin müхtәsәr tәrcümәsi bеlәdir: “Аnd оlsun bir-birinin аrdıncа göndәrilәnlәrә; аnd оlsun şiddәtlә әsәnlәrә; and оlsun yаyаnlаrа; аnd оlsun аyırаnlаrа; аnd оlsun vәhyi çаtdırаnlаrа; üzr dilәmәk vә kаfirlәri qоrхutmаq üçün оlаn vәhy çаtdırаnlаrа ki, sizә vәd еdilәn mütlәq vаqе оlаcаqdır.”
Surәnin әsаs mövzusu diqqәtin Qiyаmәt mәsәlәsinә yönәldilmәsi vә Qiyаmәti tәkzib еdәnlәrin hәdәlәnmәsidir. Оnа görә dә surәdә «Vаy hәmin günü inkаr еdәnlәrin hаlınа!» – ifаdәsi surәdә оn dәfә tәkrаrlаnmışdır. Surәnin bеşdә birini hәmin bu ifаdәlәr tәşkil еdir. Аyәlәrdә mәlum оlur ki, bu surә nаzil оlduğu vахt Qiyаmәt mәsәlәsi müşriklәr tәrәfindәn qәti şәkildә rәdd еdilirmiş. İnsаnlаrın çохu Qiyаmәti әfsаnә sаyır vә оnu tәkzib еdirmişlәr. (“Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.202.)
Hər halda, bu surədə ən çox toxunulan məsələ Qiyamətə aid məsələlər və onu yalan sayıb inkar edənlərin təhdid edilməsidir.
Növbəti mərhələdə keçmiş günahkar qövmlərin aqibətinə toxunulur.
Üçüncü mərhələdə insanın yaradılışının bəzi cəhətlərinə işarə edilir.
Dördüncü mərhələdə Allahın yer üzündəki bəzi nemətləri sadalanır.
Beşinci mərhələdə isə yalan sayanların əzabının bəzi cəhətləri vurğulanır.
Beləcə hər mərhələdə insanın qəflətdən oyanmasına səbəb olan bir məsələyə toxunulur və onun ardınca bu ayə təkrar edilir. Hətta onun bir hissəsində təqvalılara nəsib olan bəzi Cənnət nemətlərinə işarə edilir ki, xəbərdarlığı müjdə, təhdidi təşviqlə qarışdırsın.
Bir sözlə, bu təkrar “Rəhman” surəsindəki məlum təkrar xatırlanır. Sadəcə onların arasındakı fərq budur ki, “Rəhman” surəsində nemətlərdən, burada isə daha çox haqqı yalan sayanların əzabından söhbət gedir. (“Təfsiri-nümunə”, c.25, “Mursəlat” surəsinin təfsiri.)

Maide.Az/MaideTV

04 Nov, 11:14


Sual. Müsafir şəxs yalnız “Məscidul-həram”da (Kəbəni əhatə edən məscid) və “Məscidun-Nəbi”də (Peyğəmbər (s) məscidi) namazı qəsr və ya tam qılmaqda seçim edə bilər, yoxsa bu hökm Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində icra olunur? Məkkə və Mədinə şəhərlərinin genişləndiyini nəzərə alaraq, yeni məntəqələrin hökmü nədir?

Cavab: Müsafir şəxs Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində namazı qəsr və ya tam qılmaqda seçim edə bilər və bu hökm yalnız Məscidul-həram və Məscidun-Nəbiyə aid deyil. Amma sözügedən iki məscidin ərazisi ilə kifayətlənmək ehtiyat-müstəhəbə müvafiqdir. Məkkə və Mədinə şəhərləri dedikdə, qədim Məkkə və Mədinə şəhərlərinin ərazisi deyil, indiki əraziləri nəzərdə tutulur.
#hökmlər #əhkam #müsafir #səfər
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Nov, 06:52


Cəmadiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Maide.Az Cəmadiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir:

5 Cəmadiül - əvvəl – 7 noyabr - Həzrət Zeynəbin (s) mövludu

10 Cəmadiül -əvvəl – 12 noyabr - Cəməl döyüşü

13 Cəmadiül- əvvəl – 15 noyabr - Həzrət Fatimeyi –Zəhranın (s) şəhadəti (bir rəvayətə görə)

27 Cəmadiül-əvvəl – 29 noyabr - Peyğəmbərin (s) babası Əbdülmüttəlibin vəfatı

Maide.Az – Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

04 Nov, 04:56


Şeytanın insanları aldatmaq üçün 12 taktikası

Quran ayələrinə əsasən

#şeytan #Quran
@MaideTV

Maide.Az/MaideTV

02 Nov, 16:16


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

02 Nov, 13:51


NÜDBƏ DUASINDAN-11

مَتَى نَرِدُ مَنَاهِلَكَ الرَّوِيَّةَ فَنَرْوَى مَتَى نَنْتَقِعُ مِنْ عَذْبِ مَائِكَ فَقَدْ طَالَ الصَّدَى مَتَى نُغَادِيكَ وَ نُرَاوِحُكَ فَنَقِرَّ عَيْنا [فَتَقَرَّ عُيُونُنَا] مَتَى تَرَانَا [وَ] نَرَاكَ وَ قَدْ نَشَرْتَ لِوَاءَ النَّصْرِ تُرَى أَ تَرَانَا نَحُفُّ بِكَ وَ أَنْتَ تَؤُمُّ الْمَلَأَ وَ قَدْ مَلَأْتَ الْأَرْضَ عَدْلا وَ أَذَقْتَ أَعْدَاءَكَ هَوَانا وَ عِقَابا وَ أَبَرْتَ الْعُتَاةَ وَ جَحَدَةَ الْحَقِّ وَ قَطَعْتَ دَابِرَ الْمُتَكَبِّرِينَ وَ اجْتَثَثْتَ أُصُولَ الظَّالِمِينَ وَ نَحْنُ نَقُولُ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ اللَّهُمَّ أَنْتَ كَشَّافُ الْكُرَبِ وَ الْبَلْوَى وَ إِلَيْكَ أَسْتَعْدِي فَعِنْدَكَ الْعَدْوَى وَ أَنْتَ رَبُّ الْآخِرَةِ وَ الدُّنْيَا [الْأُولَى‏] فَأَغِثْ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ عُبَيْدَكَ الْمُبْتَلَى وَ أَرِهِ سَيِّدَهُ يَا شَدِيدَ الْقُوَى وَ أَزِلْ عَنْهُ بِهِ الْأَسَى وَ الْجَوَى وَ بَرِّدْ غَلِيلَهُ يَا مَنْ عَلَى الْعَرْشِ اسْتَوَى وَ مَنْ إِلَيْهِ الرُّجْعَى وَ الْمُنْتَهَى اللَّهُمَّ وَ نَحْنُ عَبِيدُكَ التَّائِقُونَ [الشَّائِقُونَ‏] إِلَى وَلِيِّكَ الْمُذَكِّرِ بِكَ وَ بِنَبِيِّكَ خَلَقْتَهُ لَنَا عِصْمَةً وَ مَلاذا وَ أَقَمْتَهُ لَنَا قِوَاما وَ مَعَاذا وَ جَعَلْتَهُ لِلْمُؤْمِنِينَ مِنَّا إِمَاما فَبَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلاما وَ زِدْنَا بِذَلِكَ يَا رَبِّ إِكْرَاما وَ اجْعَلْ مُسْتَقَرَّهُ لَنَا مُسْتَقَرّا وَ مُقَاما وَ أَتْمِمْ نِعْمَتَكَ بِتَقْدِيمِكَ إِيَّاهُ أَمَامَنَا حَتَّى تُورِدَنَا جِنَانَكَ [جَنَّاتِكَ‏] وَ مُرَافَقَةَ الشُّهَدَاءِ مِنْ خُلَصَائِكَ

Haçan sənin su ilə dolu bulaqlarına daxil olub sirab olacağıq? Haçan uzun çəkən susuzluğumuza son qoyularaq sirab olacağıq? Haçan səhər-axşam başına dolanmaqla gözümüzə işıq gələcək? Haçan zəfər bayrağını dalğalandıranda sən bizi, biz də səni görəcəyik? O günü görəcəyik ki, hamılıqla ətrafına toplaşaq, sən də xalqa rəhbər olasan, yer üzünü ədalətlə doldurasan, öz düşmənlərini xar edib cəzalandırasan, haqq ilə savaşan inadkarları aradan qaldırasan, zülmkarların kökünü kəsəsən və zülmün dayaqlarını dağıdasan, biz də aləmlərin rəbbi olan Allaha həmd edək?! İlahi, çətinlikləri və bəlaları aradan qaldıran Sənsən! Səndən kömək istəyirəm, çünki kömək yalnız Səndəndir. Dünyanın da, axirətin də Rəbbi Sənsən. Elə isə, dərdi olan kiçik bəndənin dadına yet, ey fəryad edənlərin dadına yetən! Öz ağasını ona göstər, ey böyük qüdrət sahib! Onu ağasına qovuşdurmaqla qəm-qüssəsini apar və ürək yanğısını söndür, ey ərşi hökmü altına alan, ey qayıdış yerimiz və son məqsədimiz! İlahi, biz Səni və Peyğəmbərini (insanlara) xatırladan vəlini arzulayan bəndələrik! Sən onu bizə gözətçi və pənahgah yaratmısan, onu bizə qayğıkeş bir rəhbər təyin etmisən və aramızdakı möminlərə imam seçmisən. Elə isə, salamımızı və xeyir-duamızı ona çatdırmaqla Öz kərəmini bizə artır, ey Rəbbim! O harada olsa, bizi də orada yerləşdir. Onu başımızın üstündə ucaldıb nemətini tamamlamaqla bizi Öz cənnətlərinə apar və şəhid olmuş xalis bəndələrinlə birgə et!

Ardı var ...

Maide.Az- Maarif bölümü

https://t.me/MaideTV

#nüdbədyası #dua #imamzaman #cümə

Maide.Az/MaideTV

02 Nov, 11:22


"Əmirəlmöminin Əlinin (ə) münacatı"ndan

وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبيلاً،
İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!

#dua #əmirəlmöminin #imaməli #ilahi #aman_diləyirəm

https://t.me/MaideTV

Maide.Az/MaideTV

02 Nov, 06:28


Peyğəmbər (s):

«قَالَ رَسُولُ اللَّهِ ص‏ قُسِمَ الْعَقْلُ عَلَى ثَلَاثَةِ أَجْزَاءٍ فَمَنْ كَانَتْ فِيهِ كَمَلَ عَقْلُهُ وَ مَنْ لَمْ تَكُنْ فِيهِ فَلَا عَقَلَ لَهُ: حُسْنُ الْمَعْرِفَةِ بِاللَّهِ عَزَّ وَ جَلَّ وَ حُسْنُ الطَّاعَةِ لَهُ وَ حُسْنُ الصَّبْرِ عَلَى أَمْرِه‏»


"Ağıl üç hissəyə bölünmüşdür. Hər kimdə bu üç hissə olarsa, ağılı kamildir, hər kəsdə də olmazsa, ağılı yoxdur:

1). Allahı yaxşı tanımaq (hüsnül-mərifət),
2) Ona gözəl itaət etmək (hüsnüt-taət) və
3) Onun əmrlərinə gözəl səbir etmək (hüsnüs-səbr)."

Əllamə Məclisi, "Biharul-Ənvar", c.1, s.106, bab:4.

#hədis #gününhədisi #ağıl #itaət #səbir
https://t.me/MaideTV

Maide.Az/MaideTV

02 Nov, 05:20


Ənam surəsi , 141

وَلَا تُسْرِفُوٓا۟  إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ


(Yeməkdə və verməkdə) İsraf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.

#quran #ayə #ənamsurəsi #israf
https://t.me/MaideTV

Maide.Az/MaideTV

01 Nov, 17:35


Ali Rəhbər Ayətullah Xamenei - yaxşı və faydalı kitablar mütaliə edin!

Bu gün gənclərimiz həm fiziki, həm mənəvi, həm də fikri sağlamlığa sahib olmalı və bunu özləri üçün qoruyub-saxlamalıdırlar.
Fiziki sağlamlığı idman və düzgün qidalanma ilə, mənəvi və ruhi sağlamlığı Allaha diqqət, namaz, dua, təvəssül və şəhidləri xatırlamaqla – mənəvi sağlamlığı bu işlərlə – təmin edin.
Fikir və düşüncə sağlamlığını isə kitab oxumaqla – yaxşı və faydalı kitablar mütaliə etməklə təmin edin.

#ayətulahxamenei #kitab #gənc #AliRəhbər
@MaideTV

Maide.Az/MaideTV

01 Nov, 16:40


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

01 Nov, 14:47


ƏN ÇOX SEVDİYİN ŞƏXSƏ PİSLİK ETMƏ!

Əbuzər Qifarinin əlinə bir məktub çatdı. Məktubu açıb oxudu. Məktub sahibi ondan elm və nəsihət istəmişdi. Həmin şəxs Əbuzəri tanıyırdı və bilirdi ki, Peyğəmbərin nəzərində hörmət sahibidir və o həzrət çoxlu hikmətli sözləri Əbuzərə təlim verib. Əbuzər məktubu qısa bir cümlə ilə cavablandırdı:

أنَّ العِلمَ كَثيرٌ و لكنْ إن قَدَرتَ أن لا تُسِيءَ إلى مَن تُحِبُّهُ فَافعَلْ

“Elm çoxdur, lakin bacarırsansa, hamıdan çox sevdiyin şəxsə pislik etmə.”

Məktubu göndərdi. Həmin şəxs Əbuzərin məktubunu açıb oxudu, amma bir şey başa düşmədi. Öz-özünə dedi: “Bu cümlələrdə məqsəd nədir? “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” sözü ilə Əbuzər nə demək istəyir?” Bu, aydın bir məsələdir. Heç insan sevdiyi bir şəxsə pislik edərmi? Nəinki pislik etməz, hətta onun üçün malı, canı, olan-qalanını da fəda etməyə hazır olar. Digər tərəfdən, öz-özünə fikirləşdi ki, bu sözü deyənin şəxsiyyətini gərək nəzərdən qaçırmayasan. Bu cümləni deyən Əbuzərdir. Əbuzər ümmətin Loğmanıdır. Çarə yoxdur, izahı onun özündən soruşmalıyam. Yenidən Əbuzərə məktub yazıb bir qədər izah etməsini xahiş etdi. Əbuzər cavabında yazdı:

نَعَم، نفسُكَ أحَبُّ الأنفُسِ إلَيكَ، فإذا أنتَ عَصَيتَ اللّه َ فقد أسَأتَ إلَيها؛

“Hamıdan çox sevdiyin şəxs dedikdə, məqsədim elə sən özünsən, başqası deyil. İnsan özünü hamıdan çox sevir. “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” deyərkən sənin özünlə düşməncəsinə rəftar etməməyini nəzərdə tutmuşam. İnsan hansısa bir günaha mürtəkib olduqda, Allaha asi olduqda, özünə pislik etmiş olur, zərəri elə onun özünə dəyir?!” (“Əl-kafi”, 2-ci cild, səh.458, hədis 20.)

Bu da “Casiyə” surəsinin 15-ci ayəsi:

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا

“Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar!...”

#ibrətlihekayələr #əbuzərqəffari #pislik #yaxşılıq
Maide.Az - Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

01 Nov, 11:29


Noyabr ayı üçün gündəlik namazların azan cədvəli

#azan #cədvəl #namaz #vaxt #gündəliknamaz #azancədvəli

https://t.me/MaideTV

Maide.Az/MaideTV

01 Nov, 06:40


İmam Kazim (ə):
ثَلاثَةٌ يَسْتَظِلُّونَ بِظِلِّ عَرْشِ اللّه يـَوْمَ لاظـِلَّ اِلاّ ظـِلُّـهُ: رَجُلٌ زَوَّجَ اَخاهُ الْمُسْلِمَ، اَوْ اَخْـدَمـَهُ، اَوْكَتَمَ لَهُ سِرّا
“Allahın ərşinin kölgəsindən başqa, heç bir kölgənin olmadığı Qiyamət günü üç şəxs Allahın ərşinin kölgəsinə sığınar:
1. Öz din qardaşını evləndirən;
2.Ona xidmət edən;
3. Onun sirrini saxlayan.”
“Biharul-ənvar”, c.72, səh.70.

https://t.me/MaideTV

Maide.Az/MaideTV

31 Oct, 16:49


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

26 Oct, 04:07


İmam Əli (ə):
عـَلَيـْكـُمْ بـِكـِتـابِ اللّهِ، فـَاِنَّهُ الْحـَبـْلُ الْمـَتينُ وَالنُّورُ الْمُبينُ، وَالشِّفاءُ النّافِعُ وَالرِّىُّ النّاقِعُ وَالْعِصْمَةُ لِلْمُتَمَسِّكِ وَالنَّجاةُ لِلْمُتَعَلِّقِ
"Allahın kitabını unutmayın; çünki o, möhkəm kəndir, aydın nur, faydalı şəfa, sirabedici bulaq, ondan yapışanın qoruyucusu və ondan asılan üçün qurtuluşdur."
"Nəhcül-bəlağə", xütbə 155.

#hədis #gününhədisi #qurani_kərim #nur #şəfa #qurtuluş
https://t.me/MaideTV

Maide.Az/MaideTV

25 Oct, 16:10


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

25 Oct, 14:38


“QİYAMƏT” SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:
مَن قَرَأَ سورَةَ القِیامَةِ شَهِدتُ أنَا وَجَبرَئِیلُ لَهُ یَومَ القِیامَةِ أنَّهُ کانَ مُؤمِناً بِیَومِ القِیامَةِ، وَجاءَ وَوَجهُهُ مُسفِرٌ عَلى وُجُوهِ الخَلائِقِ یَومَ القِیامَةِ
“Mən və Cəbrail Qiyamət günü “Qiyamət” surəsini oxuyan şəxsin Qiyamət gününə imanının olmasına şəhadət verəcəyik. Həmin gün onun üzü başqa insanların üzündən daha nurlu olacaq.” (“Məcməul-bəyan”, c.10, səh.393.)
İmam Sadiq (ə) buyurmuşdur:
مَن أدمَنَ قِرائَةَ «لاَ أُقْسِمُ» وَکانَ یَعمَلُ بِها، بَعَثَهَا اللّهُ یَومَ القِیامَةِ مَعَهُ فی قَبرِهِ فی أحسَنِ صُورَة تُبَشِّرُهُ وَتَضحَکُ فی وَجهِهِ حَتّى یَجُوزَ الصِّراطَ وَالمِیزانَ
“Kim davamlı şəkildə “Lə uqsimu” (“Qiyamət”) surəsini oxusa və ona əməl etsə, Allah-Taala Qiyamət günü bu surəni ən gözəl şəkildə onunla birlikdə onun qəbrindən çıxarar. O, “Sirat” körpüsünü və tərəzini keçənə kimi, həmin şəxsə davamlı olaraq müjdə verər və üzünə gülər.” (“Məcməul-bəyan”, c.10, səh.393.)
Qeyd etmək lazımdır ki, Quran surələrini oxumağın fəziləti barədə bizim kontekslərdən çıxardığımız nəticə bu hədisin mətnində aydın şəkildə qeyd edilib. Çünki hədisdə əməl etmək məsələsi xüsusi vurğulanıb. Buna görə də, bu oxunuşların hamısı surələrin məzmununa əməl etmək üçün müqəddimədir. (“Təfsiri-nümunə”, c.25, “Qiyamət” surəsinin təfsiri.)

Maide.az - Maarif bölümü

#Qurani_Kərim #surə #ayə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

25 Oct, 14:38


SURƏLƏR GÜLÜSTANI

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “QIYAMƏT” SURƏSİ


“Qiyamət” surəsi Məkkədə nazil olub və 40 ayədən ibarətdir.
Bu surənin adından da göründüyü kimi, onun mövzusu məad və Qiyamət gününə aid məsələlərdir. Yalnız bir neçə ayəsi istisnadır ki, onlarda Qurandan və onu təkzib edənlərdən söz açılıb.
Surә Qiyаmәtә аndlа bаşlаdığındаn bеlә dә аdlаndırılmışdır. Surәnin әvvәlindә охuyuruq: «Аnd оlsun Qiyаmәt gününә; Özünü dаnlаyаn nәfsә...»
Özünü dаnlаyаn nәfs dеdikdә mö’min insаnın оyаq vicdаnı nәzәrdә tutulur. Özünü dаnlаyаn nәfs dаim insаnı günаhdаn çәkindirir, Аllаhа itаәtsizliyә görә оnu mәzәmmәt еdir. İnsаnа qiyаmәt günü fаydа vеrәn dә mәhz bu nәfsdir. Özünü dаnlаyаn nәfs sәbәbindәn insаn nicаt tаpır. Bütün bunlаr insаnlаrın bir gün yеnidәn аyаğа qаldırılıb, sоrğu-suаlа çәkilәcәyini tәsdiqlәyir.
3-15-ci аyәlәrdә Qiyаmәt hаqqındа охuyuruq: «Аnd оlsun Qiyаmәt gününә; Аnd оlsun özünü dаnlаyаn nәfsә; Mәgәr insаn еlә gümаn еdir ki, оnun sümüklәrini bir yеrә yığа bilmәyәcәyik?! Bәli, biz оnun bаrmаqlаrının bәndlәrini dә düzәltmәyә qаdirik; Lаkin insаn bundаn sоnrа dа günаh еtmәk, pis iş görmәk istәyir; Qiyаmәt günü nә vахt оlаcаqdır-dеyә sоruşur; Göz bәrәlәcәyi; Аy tutulаcаğı; Günәşlә Ay birlәşәcәyi zаmаn; Mәhz о gün insаn dеyәcәk: «Qаçıb qurtаrmаğа yеr hаradаdır?! Хеyr, hеç bir sığınаcаq оlmаyаcаqdır; О gün durаcаq yеr, аncаq Аllаhın hüzurudur; Hәmin gün insаnа bütün ömrü bоyu еtdiyi әmәllәr хәbәr vеrilәcәk; Dоğrusu, insаn özü-özünә şаhiddir; О istәnilәn cür üzrхаhlıq еtsә dә, qәbul оlunmuz.»
20-30-cu аyәlәrdә dünyаyа qul оlаnlаr vә ахirәti unudаnlаr hаqqındа, оnlаrın ölümü bаrәsindә buyurulur: «Siz tеz ötüb-gеdәni sеvirsiniz; Ахirәti isә tәrk еdirsiniz; О gün nеçә-nеçә üzlәr tutulub qаrаlаcаq; bеl sümüklәrinin dәhşәtli bir әzаblа qırılаcаğını dәrk еdәcәklәr; Хеyr, cаn bоğаzа gәlib yеtişәcәyi; kim хilаs еdә bilәr dеyilәcәyi; Аyrılıq dәminin gәlib çаtаcаğını аnlаyаcаğı; Qıçı-qıçınа dоlаşаcаğı zаmаn аpаrıldığı yеr Rәbbinin hüzuru оlаcаq.»
Surәnin sоnundа bir dаhа nәzәrә çаtdırılır ki, insаnı hеçdәn, nütfәdәn yаrаdаn Аllаh оnu yеnidәn diriltmәkdә аciz qаlаsı dеyil. (“Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.197-198.)
Bu surədə, ümumiyyətlə, Qiyamətlə bağlı bəhsləri dörd hissəyə bölmək olar:
1. Bu dünyanın sonu və Qiyamətin əvvəlində baş verəcək qeyri-adi və qorxulu hadisələrə aid məsələlər;
2. Yaxşı və pis əməl sahiblərinin həmin gündəki vəziyyəti;
3. Ölümün iztirablı anlarına və bu dünyadan o biri dünyaya köçməyə aid məsələlər;
4. İnsanın yaradılışının məqsədinə aid məsələlər və onun məadla əlaqəsi. (“Təfsiri-nümunə”, c.25, “Qiyamət” surəsinin təfsiri.)

Maide.Az/MaideTV

25 Oct, 09:30


Qurani-Kərimdə möminlərin xüsusiyyətləri - 3

- İlahi ayələr tilavət olunduqda, imanlarını artırarlar
- İnfaq edərlər (Allah yolunda xərcləyərlər)
- Allaha təvəkkül edərlər
“Ənfal”, 2-4
- İlahi ayələri eşidərkən səcdə edərlər
- Allaha təsbih və həmd edərlər
- Təvazökarlıq edərlər
- Gecələri yataqdan qalxıb ibadətlə məşğul olarlar (“Səcdə”, 15-18.)
- Döyüşdə və ictimai-siyasi məsələlərdə İslam rəhbərini tək-tənha qoymazlar. (“Nur”, 62.)

Maide.az - Maarif bölümü

#Qurani_Kərim #mömin #ilahirəhbər #ibadət #iman #səcdə #infaq
https://t.me/MaideTV

Maide.Az/MaideTV

25 Oct, 06:56


Sual:
Əgər doğum evi atanın vətənindən kənarda olsa və doğum üçün ana bir neçə günlük doğum evinə getməli olsa, övladı dünyaya gəldikdən sonra isə geri dönsə, bu uşağın vətəni haradır?
Cavab:
Başqa bir şəhərdə dünyaya gəlmək həmin şəhərin uşağın vətəni olmasına səbəb olmur. Uşağın vətəni ata və ananın vətənidir; belə ki, dünyaya gəldikdən sonra uşaq həmin şəhərə gətirilir, ata-ana ilə birlikdə orada yaşayır və böyüyüb boya-başa çatır.

#hökmlər #əhkam #ayətullahxamenei #alirəhbər #qadın #ailə #səfər #vətən
https://t.me/MaideTV

Maide.Az/MaideTV

25 Oct, 04:40


Peyğəmbəri-Əkrəm (s):
زُورُوا مَوْتَاكُمْ وَ صَلُّوا عَلَیهِمْ وَ سَلِّمُوا عَلَیهِمْ، فَإِنَّ لَكُمْ فِیهِمْ عِبْرَة
“Ölənlərinizi ziyarət edin, onlara salavat və salam göndərin; çünki onlar sizin üçün ibrət dərsidir.”
“Tənbihul-xəvatir”, c.1, səh.288.
#hədis #gününhədisi #ziyarət #salavat #ibrət

https://t.me/MaideTV

Maide.Az/MaideTV

24 Oct, 18:10


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

24 Oct, 15:07


💠 TƏQVA QALASI

🔹 İmam Həsən Əskəridən (ə) nəql olunan bir hədisə əsasən, peyğəmbərlər və övliyaların ən yaxşı tövsiyəsii təqvadır. O Həzrət öz şiələrinə yazdığı məktubda təqvadan danışır və şiələrini təqvalı olmağa əmr edir. Buyurur:
أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاِْجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر
“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis."

👉 11-ci İmamın (ə) tövsiyəsi budur ki, ilahi təqvanı unutmayaq, yalan danışmayaq və əmanətdar olaq.

🔹Həzrət buyurmuşdur:
أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ
“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun!” (“Biharul-ənvar”, c.75, səh.372, bölüm 29.)

Bunlar qəlbin çirklənməsi və qübar bağlamasının qarşısını alan əməllərdir.

Təmiz və saf qəlbə sahib insan:
- həm ilahi sirləri yaxşı dərk edir;
- həm insanların ehtiyaclarını yaxşı anlayır;
- həm də öz ruhunu saflaşdırmaqda yaxşı çalışır. (esra.ir)

Maide.Az-Maarif bölümü
https://t.me/MaideTV

Maide.Az/MaideTV

24 Oct, 11:49


İmam Xomeyni - Sözün təsiri

Özü fasid olan şəxs xalqı islah edə biləcək həddə söz sahibi ola bilməz. Çünki (sözünün) təsiri yoxdur.
Söz pak və eyibsiz qəlbdən çıxdıqda, öz təsirini göstərir.
#imamxomeyni #söz #pak #xalq #qəlb
@MaideTV

Maide.Az/MaideTV

24 Oct, 05:57


İmam Sadiq (ə):

مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ حِینَ یُصْبِحُ أَذْهَبَ اَللَّهُ عَنْهُ نَحْسَ ذَلِکَ اَلْیَوْم
“Hər kəs sübh çağı sədəqə verərsə, Allah-Taala həmin günün nəhsliyini (xoşagəlməz hadisələri) ondan uzaqlaşdırar.”
“Əl-kafi”, c.4, səh.6, hədis 7.

#hədis #gününhədisi #qonşu #pislik #bəla

https://t.me/MaideTV

Maide.Az/MaideTV

23 Oct, 18:25


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

23 Oct, 14:04


“Quranın qəlbi” – “Ya-Sin” surəsinin təfsiri

7-ci ayənin təfsiri


بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ (7)

Rəhman və Rəhim Allahın adı ilə!
7-“Şübhəsiz, (əzabla bağlı) bu əmrə onların çoxu layiqdir, çünki iman gətirmirlər.”

Bu ayədə küfr və şirk başçılarının aqibəti barədə əvvəlcədən xəbər verilərək buyurulur: “Əmr onların əksəriyyəti haqqında gerçəkləşdi. Buna görə də, iman gətirmirlər.”
Ayənin ərəbcə orijinalında işlənmiş (əl-qəvl) sözü barədə təfsirçilər müxtəlif etimallar veriblər. Lakin zahirən görünür ki, bu ifadə ilə şeytanın ardıcıllarına Cəhənnəm əzabı vədi verilir. “Səcdə” surəsinin 13-cü ayəsində buyurulur:
وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ
“Lakin sözüm və vədim haqdır: “Cəhənnəmi bütün günahkar cin və insanlarla dolduracağam!”
“Zumǝr” surəsinin 71-ci ayəsində isə belə buyurulur:
وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَـٰفِرِينَ
“Lakin əzab əmri kafirlər barəsində qətiləşib.”
Hər halda, bu, Allahla bütün əlaqələrini kəsmiş, bütün hidayət qapılarını öz üzünə bağlamış, tərslik, inadkarlıq və özbaşınalığı ən yüksək həddə çatdırmış şəxslər barəsindədir. Bəli, onlar heç vaxt iman gətirməyəcəklər və geri qayıtmağa yolları olmayacaq. Çünki onlar arxalarındakı bütün körpüləri uçurublar.
İnsanın islah olunması və doğru yola gəlməsi o vaxt mümkün olur ki, o, öz tövhid fitrətini çirkin əməl, eləcə də, nalayiq davranışı ilə tamamilə məhv etməmiş olsun. Əks-təqdirdə, onun qəlbini mütləq qaranlıq bürüyəcək, bütün ümid qapıları bağlanacaqdır.
Həmçinin buradan belə məlum olur ki, iman gətirməyəcək həmin çoxluqda məqsəd şirk və küfr yolunun başçılarıdır. Məhz o cür də oldu. Onların bir dəstəsi islami müharibələrdə müşrik və bütpərəst olaraq öldürüldü, yerdə qalan bir dəstə isə "İnsanlar dəstə-dəstə Allahın dininə daxil olurlar." – ayəsinə əsasən, Məkkənin fəthində ərəb müşriklərinin əksəriyyətinin iman gətirməsinə baxmayaraq, sona kimi qəlbən iman gətirmədi.
Onların ön və arxalarından sədd çəkildiyini, gözlərinin kor olduğunu, qorxudulub-qorxudulmamalarının bir fərqinin olmadığını buyuran sonrakı ayələr də bu mənanı təsdiqləyir. (“Təfsiri-nümunə”, “Ya-Sin” surəsinin təfsiri)

Bildirişlər
1. Xalqın əksəri qəflətdədir və haqqa maraq göstərmir.
2. Müxaliflərin çoxluğu təbliğatçı və rəhbəri həvəsdən salmamalıdır.
3. Qəflət küfr üçün zəminədir. (“Nur təfsiri”, Ustad Qəraəti, “Ya-Sin” surəsinin təfsiri.)

Maide.Az- Maarif bölümü
#quran #yasin #ayə #təfsir #ya_sin #qurani_kərim
https://t.me/MaideTV

Maide.Az/MaideTV

23 Oct, 12:54


Bu gün "İran işi" ilə bağlı şərlənərək həbs edilən  Ruhani Hacı İlqar Rəcəva hökm oxunub.

Maide.az xəbər verir ki, məhkəmədə ifadələr dinlənilib. Ruhanin vəkili Elçin Sadıqov saxta ittihamın sübuta yetirilmədiyini və buna baxmayaraq ruhaniyə 4 il azadlıqdan məhrumetmə cəzası verildiyini bildirib.

Elçin Sadıqovun açıqlamasını təqdim edirik:

Maide.Az/MaideTV

23 Oct, 08:27


Sual:
Bir şəxsin iki vətəni vardır, buna görə də, hər iki yerdə namazını tam qılır və oruc da tutur. Onun həyat yoldaşı və öhdəsində olan övladları bu məsələdə ailə başçısına tabe olmalıdırlarmı? Yoxsa, ailə başçısından müstəqil surətdə əməl edə bilərlər?
Cavab:
Qadın ərinin yeni vətənini öz vətəni qərar verməyə bilər. Amma övladlar əgər azyaşlı olsalar və qərar vermək və qazanc əldə etməkdə müstəqil olmasalar, yaxud bu məsələdə atanın istəyinə tabe olsalar, atanın yeni vətəni onların da vətəni hesab olunur.

#hökmlər #əhkam #ayətullahxamenei #alirəhbər #qadın #ailə #səfər #vətən
https://t.me/MaideTV

Maide.Az/MaideTV

23 Oct, 06:20


İmam Həsən Əskəri (ə):
مِنَ الْفَوَاقِرِ الَّتِي تَقْصِمُ الظَّهْرَ جَارٌ إِنْ رَأَى حَسَنَةً أَطْفَأَهَا وَ إِنْ رَأَى سَيِّئَةً أَفْشَاهَا.
“Yaxşılığı gördükdə gizlədən, pisliyi gördükdə isə ifşa edən qonşu beli sındıran bəlalardandır.”
“Tuhəful-uqul”, səh.487

#hədis #gününhədisi #qonşu #pislik #bəla

https://t.me/MaideTV

Maide.Az/MaideTV

22 Oct, 16:46


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

22 Oct, 15:51


NÜDBƏ DUASINDAN-9
يَا ابْنَ النَّبَإِ الْعَظِيمِ يَا ابْنَ مَنْ هُوَ فِي أُمِّ الْكِتَابِ لَدَى اللَّهِ عَلِيٌّ حَكِيمٌ يَا ابْنَ الْآيَاتِ وَ الْبَيِّنَاتِ يَا ابْنَ الدَّلائِلِ الظَّاهِرَاتِ يَا ابْنَ الْبَرَاهِينِ الْوَاضِحَاتِ الْبَاهِرَاتِ يَا ابْنَ الْحُجَجِ الْبَالِغَاتِ يَا ابْنَ النِّعَمِ السَّابِغَاتِ يَا ابْنَ طه وَ الْمُحْكَمَاتِ يَا ابْنَ يس وَ الذَّارِيَاتِ يَا ابْنَ الطُّورِ وَ الْعَادِيَاتِ يَا ابْنَ مَنْ دَنَا فَتَدَلَّى فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى دُنُوّا وَ اقْتِرَابا مِنَ الْعَلِيِّ الْأَعْلَى لَيْتَ شِعْرِي أَيْنَ اسْتَقَرَّتْ بِكَ النَّوَى بَلْ أَيُّ أَرْضٍ تُقِلُّكَ أَوْ ثَرَى أَ بِرَضْوَى أَوْ غَيْرِهَا أَمْ ذِي طُوًى عَزِيزٌ عَلَيَّ أَنْ أَرَى الْخَلْقَ وَ لا تُرَى وَ لا أَسْمَعَ [أَسْمَعُ‏] لَكَ حَسِيسا وَ لا نَجْوَى عَزِيزٌ عَلَيَّ أَنْ تُحِيطَ بِكَ دُونِيَ [لا تُحِيطَ بِي دُونَكَ‏] الْبَلْوَى وَ لا يَنَالَكَ مِنِّي ضَجِيجٌ وَ لا شَكْوَى
Ey böyük xəbərin oğlu! Ey uca və hikmətli Allahın yanındakı “Ana kitab“da göstərilən şəxsin oğlu! Ey ayə və nişanələrin oğlu! Ey açıq-aşkar sübutların oğlu! Ey aydınlıq gətirən dəlillərin oğlu! Ey aydın hüccətlərin olğu! Ey kamil nemətlərin oğlu! Ey “Ta-ha” və “möhkəm ayələr”in oğlu! Ey “Ya-Sin” və “Zariyat”ın oğlu! Ey “Tur” və “Adiyat”ın oğlu! Ey ucalıb (meracda) Ucalar Ucası Allaha iki ox və yaxud ondan da yaxın məsafəyə yaxınlaşanın oğlu! Kaş biləydim ki, harada məskunlaşıbsan? Hansı yerdə gəzib-dolaşırsan və izin hansı torpaqda qalıb? Görəsən, “Rəzva” dağındasan, yoxsa başqa yerdə? Yaxud da “Zi-Tuva”da məskunlaşıbsan? Mənə çox ağır gəlir ki, hamını görəm, amma səni görüməyəm, sənin uzaq səsini və gizli pıçıltını eşitməyəm! Mənə çox ağır gəlir ki, sən mənsiz bəlalara düçar olasan və mənim fəryadım, şikayətim sənə çatmasın!
Ardı var ...

Maide.Az- Maarif bölümü

https://t.me/MaideTV

#nüdbədyası #dua #imamzaman #cümə

Maide.Az/MaideTV

22 Oct, 09:20


İmam Xomeyni: Nə qədər ki gəncsiniz...
İnsanın ömrün sonunda şeytanın ondan əl çəkəcəyini güman etməsi onun üçün təhlükəli bir məsələdir.
Mənim kimi qocaldığınız zaman, artıq, heç nə edə bilməyəcəksiniz.
Nə qədər ki gəncsiniz və gənclik gücləriniz qorunub-saxlanılır, nəfsinizdən nəfs istəklərinizi çıxarmaqda ciddi olun.
Bütün giriftarlıqlar həmin nəfs istəklərinin ucbatındandır.
#imamxomeyni #nəfs #mübarizə
@MaideTV

Maide.Az/MaideTV

22 Oct, 06:19


İmam Kazim (ə):
جاهِدْ نَفْسَكَ لِتَرُدَّها عَن‏ هَواها، فإنَّهُ واجِبٌ علَيكَ كجِهادِ عَدُوِّكَ.
“Nəfsini istəklərindən çəkindirmək üçün onunla mübarizə apar; çünki nəfsinlə mübarizə düşməninlə mübarizə aparmaq kimi sənə vacibdir.”
“Tuhəful-uqul”, səh.399.

#hədis #gününhədisi #nəfs #düşmən #mübarizə

https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Oct, 19:59


“İsra” surəsi, ayə 82

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا
Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan ayələri nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.


#qurani_kərim #quran #məkr #ayə
@MaideTV

Maide.Az/MaideTV

21 Oct, 18:23


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Oct, 12:48


“MUDDƏSSİR” SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:
مَن قَرَأَ سورَةَ المُدَّثِّرِ اُعْطِىَ مِنَ الأجرِ عَشرَ حَسَنات بِعَدَدِ مَن صَدَّقَ بِمُحَمَّد وَکَذَّبَ بِهِ بِمَکَّةَ
“Kim “Muddəssir” surəsini oxusa, ona İslam Peyğəmbərini (s) Məkkədə təsdiq, ya təkzib edənlərin sayının on qatı qədər savab verilər.” (“Məcməul-bəyan”, c.10, səh.383.)
Başqa bir hədisdə İmam Baqir (ə) buyurmuşdur:
مَن قَرَأَ فِى الفَریضَةِ سورَةَ المُدَّثِّرِ کانَ حَقّاً عَلَى اللّهِ عَزَّ وَجَلَّ أن یَجعَلَهُ مَعَ مُحَمَّد(صلى الله علیه وآله) فی دَرَجَتِهِ وَلا یُدرِکُهُ فِى الحَیاةِ الدُّنیا شَقاءٌ أبَداً
“Kim “Muddəssir” surəsini vacib namazda oxusa, Allah-Taaala Onu Peyğəmbəri-Əkrəmlə (s) birlikdə, o Həzrətin qonşuluğunda və dərəcəsində yerləşdirməyi özünə vacib bilər və o, dünya həyatında heç vaxt bədbəxtliyə düçar olmaz.” (“Məcməul-bəyan”, c.10, səh.383.)
Şübhəsiz, bu böyük şərəf bu surənin ancaq sözlərinin oxunması ilə əldə edilə bilməz. Onu oxumaqdan əlavə, mənasına da diqqət etmək və göstərişlərini bir-bir yerinə yetirmək lazımdır. (“Təfsiri-nümunə”, c.25, “Muddəssir” surəsinin təfsiri.)

Maide.az - Maarif bölümü

#Qurani_Kərim #surə #ayə
https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Oct, 12:48


SURƏLƏR GÜLÜSTANI

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MUDDƏSSİR” SURƏSİ


“Muddəssir” surəsi Məkkədə nazil olub və 56 ayədən ibarətdir.
“Muddәssir” yаtаn zаmаn libаsınа bürünmüş аdаmа dеyilir. Аlt pаltаrın üstündәn gеyilәn libаs “disаr” аdlаnır. Hәzrәt Pеyğәmbәrә uyğun surә bеlә bir hаldа nаzil оlduğundаn оnа “yа әyyuhәl muddәssir” dеyә mürаciәt оlunur. Bеlә bir mürаciәt lütf nişаnәsidir. 1-7-ci аyәlәrdә buyurulur: “Еy (libаsınа) bürünmüş Pеyğәmbәr; qаlх; öz Rәbbini ucа tut; libаsını pаk еt; әzаbа sәbәb оlаn pis işlәrdәn uzаqlаş; еtdiyini çох bilib minnәt qоymа; Rәbbinin rаzılığını qаzаnmаq üçün sәbr еt.” (“Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.196.)
Bu surənin Məkkə surələrindən olması qətidir. Onun haqqında mübahisə doğuran əsas məsələ Peyğəmbəri-Əkrəmə (s) nazil olmuş ilk surənin bu, yoxsa “Ələq” surəsi olmasıdır.
“Ələq” və “Muddəssir” surələrinin məzmununa diqqət etdikdə, aydın olur ki, “Ələq” surəsi dəvətin əvvəlində, “Muddəssir” surəsi isə Peyğəmbəri-Əkrəmə (s) aşkar dəvətlə məşğul olması əmr edildikdə və gizli dəvət dövrü sona çatdıqda nazil olub.
Buna görə də alimlərin çoxunun nəzərincə, “Ələq” surəsi Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyinin başlanğıcında nazil olub, “Muddəssir” surəsi isə aşkar dəvətdən sonra nazil olmuş ilk surədir. Əslində bu, yaranmış fikirayrılığının ən yaxşı həll yoludur.
Hər halda, bu surədə Məkkə surələrinin xüsusiyyətlərini – diqqətin yaradılışın başlanğıcı və məada yönəldilməsi, şirklə mübarizə, müxaliflərin ilahi əzabla təhdid edilməsi və bu kimi məsələləri tam aydın görmək mümkündür. Bu surənin ehtiva etdiyi mövzuları yeddi hissədə ümumiləşdirmək olar:
1. Peyğəmbəri-Əkrəmin (s) ayağa qalxmağa, müxalifləri qorxutmağa, Allahın tapşırıqlarını aşkar şəkildə çatdırmağa, bu yolda səbirli və dözümlü olmağa və bunun üçün lazımi hazırlığı əldə etməyə dəvət edilməsi;
2. Qiyamətə, Cəhənnəm əhlinin – Qurana qarşı çıxan və haqqa rişxənd edənlərin xüsusiyyətlərinə işarə edilməsi;
3. Kafirlərin təhdid edilməsi ilə yanaşı, Cəhənnəmin bəzi xüsusiyyətləri;
4. Təkrar andlarla Qiyamətin bərqərar olacağının vurğulanması;
5. Hər bir insanın taleyinin onun əməllərilə bağlılığı və bununla bağlı bütün qeyri-məntiqi fikirlərin rədd edilməsi;
6. Cənnət və Cəhənnəm əhlinin hər birinin bəzi xüsusiyyətlərinə və onların hər birinin aqibətinə işarə;
7. Nadan, xəbərsiz, lovğa və eqoist insanların haqdan necə üz döndərməsinə işarə. (“Təfsiri-nümunə”, c.25, “Muddəssir” surəsinin təfsiri.)

Maide.Az/MaideTV

21 Oct, 09:26


Sual:
İnsanın doğulduğu yer orada yaşamamasına baxmayaraq, vətən hesab olunurmu?
Cavab:
Əgər doğulduğu yerdə bir müddət (yəni uşaqlıq və yeniyetməlik dövrünü) qalıb boya-başa çatıbsa, oranı vətənlikdən çıxarmayanadək vətən hökmündədir. Əks təqdirdə, vətən hökmündə deyildir.

#hökmlər #əhkam #ayətullahxamenei #alirəhbər #qadın #ailə #səfər #vətən
https://t.me/MaideTV

Maide.Az/MaideTV

21 Oct, 05:32


İmam Sadiq (ə):
لا يَنْبَغى لِلْمَراَةِ اَنْ تُجَمِّرَ ثَوْبَها اِذا خَرَجَتْ مِنْ بَيْتِها.
“Müsəlman qadına yaraşmaz ki, evindən çölə çıxarkən paltarından başqalarının diqqətini cəlb etmək üçün istifadə etsin.”
“Kafi”, c.5, səh.519, hədis 3.
#hədis #gününhədisi #müsəlman #qadın #hicab

https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Oct, 18:14


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

20 Oct, 13:48


Allahın hakimiyyət haqqını qorumaq - Şeyx Sərdar Hacıhəsənli

#hakimiyyət #qanun #şeyxsərdar #şeyxsərdarhacıhəsənli #vilayətməhbusu #namazməhbusu

Maide.Az/MaideTV

19 Oct, 18:26


🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr
https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Oct, 12:32


Qurani-Kərimdə möminlərin xüsusiyyətləri - 2
Canları və mallarını Allaha satarlar. (“Tövbə”, 111.)
Tövbə edərlər.
12. İbadət edərlər.
13. Həmd-səna deyər və ilahi nemətlər müqabilində şükür edərlər.
14. Oruc tutarlar.
15. Rüku edərlər.
16. Səcdə edərlər.
17. İlahi sərhədləri qoruyarlar.
(“Tövbə”, 112.)
19. Allah zikr edildikdə, qəlbləri qorxar.

#Qurani_Kərim #mömin #oruc #namaz #zikr #səcdə #rüku
https://t.me/MaideTV

Maide.Az/MaideTV

19 Oct, 10:33


Şərlənərək 17 il azadlıqdan məhrum edilən siyasi məhbus Şeyx Sərdar Hacihəsənlinin həbsindən 3 il ötür.
Şeyx Sərdar Hacıhəsənli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında şərlənərək həbs olunub. Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirib. Özünü təqsirli bilməyib və ittihamları qətiyyən qəbul etməyib, İfadə verməkdən də imtina edib. Şeyx Sərdar həbs olunduğu gündən 1 il 6 ay müddətində DTX-nin həbsxanasında saxlanılıb. 2023-cü ilin mart ayında onun işi məhkəməyə göndərildiyi üçün Şeyx Sərdar Bakı İstintaq Təcridxanasına köçürülüb. 2023-cü ilin mart ayından başlayaraq sentyabr ayına kimi davam edən 8 qapalı məhkəmə iclasında ittiham tərəfinin təqdim etdiyi şahidlərin heç biri Şeyx Sərdar Hacıhəsənli əleyhinə ittihamı təsdiqləyən ifadə verməyib, əksinə istintaqın təqdim etdiyi iddialar şahidlər tərəfindən təkzib olunub.
Prokurorluq tərəfindən onun barəsində irəli sürülən ittiham öz təsdiqini tapmayıb. Vəkillər tərəfindən verilən əsaslı dəlillər də məhkəmə tərəfindən qəbul edilməyib. Ədalətsizliyə məruz qalmış din xadimi saxlanıldığı müddət ərzində həbsinin siyasi motivlərə əsaslanmasına, iki ölkə arasında yaranan gərginliyin acı nəticəsi olduğuna təkid etməsinə rəğmən 2023-cü ilin 28 sentyabr tarixində Şeyx Sərdar Hacıhəsənliyə 17 il həbs cəzası verilib.
2024-cü ilin yanvar ayının 24-də Bakı İstintaq Təcridxanasından 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Şeyx Sərdar elə həmin gündən (24 yanvar 2024-cü il) qayda pozuntusu bəhanəsi ilə 3 ay 7 saylı Cəzaçəkmə Müəssisəsində"kars"da (cərimə təcridxanasında) saxlanılıb. 4 mart 2024-cü ildə vəkil və ailəsinə xəbər vermədən və vəkilin iştirakı olamdan xətayi Rayon Məhkəməsi online məhkəmə təşkil edilərək Şeyx Sərdar haqqında 1 il müddətində həbsxana, qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə (sabiq Qobustan həbsxanasına) köçürülməsi ilə bağlı qərar qəbul edilib. Şeyx Sərdar Hacıhəsənli hazırda qayda pozuntusu bəhanəsi ilə 1 il müddətinə (çıxarılmış qondarma qərara əsasən - 4 mart 2025-ci ilədək) Umbakı qəsəbəsində yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində saxlanılır.
#şeyxsərdar #şeyxsərdarhacıhəsənli #Vilayət_məhbusu #namazməhbusu
@MaideTV

Maide.Az/MaideTV

19 Oct, 10:32


Şərlənərək 17 il azadlıqdan məhrum edilən siyasi məhbus Şeyx Sərdar Hacihəsənlinin həbsindən 3 il ötür.

Maide.Az/MaideTV

19 Oct, 08:12


Əraf, 99

Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.



افَأمِنوا مكرَاللهَ فلا يأ منُ مكْراللهِ الا الْقومُ الْخاسِرون

#qurani_kərim #quran #məkr #ayə
@MaideTV

Maide.Az/MaideTV

19 Oct, 05:17


İmam Sadiq (ə):

مَنْ قَضى حاجَةَ الْمُؤْمِنِ مِنْ غَيْرِ اسْتِخْفافٍ مِنْهُ اُسْكِنَ الْفِرْدَوْسَ

“Kim möminin ehtiyacını aşağılamadan ödəyərsə, Cənnətdə yerləşdirilər.”
“Səvabul-əmal”, bölüm 752, hədis 22.

#hədis #gününhədisi #cənnət #mömin

https://t.me/MaideTV