Quran Oxu @quran_oxu_azerbaycanca Channel on Telegram

Quran Oxu

@quran_oxu_azerbaycanca


Gündə 5 ayə oxu inşəALLAH
Ruhuna qida olacaq
Qəlbinə huzur dolacaq
Oxuyub əməl etsən
Əməlin səni Cənnətə
Yola Salacaq
█▀█─█──█──█▀█─█─█ █▄█─█──█──█▄█─█▄█ █─█─█▄─█▄─█─█─█─█

Quran Oxu (Azerbaijani)

Quran Oxu adlı Telegram kanalına xoş gəlmisiniz! Bu kanal, gündə 5 ayə oxumağı təşviq edən bir ictimai platformadır. Quran Oxu, içində Qurani-Kərimin möhtəşəm mesajlarını oxuyan və onlardan ilham alan insanların bir araya gəldiyi bir məkandır. Kanala qoşulmaq, ruhunuza qida verəcək və qəlbinizi huzur içində dolacaq yeni bir mərkəz yaratmaq üçün əla bir yol olacaq. Ayələri oxuyub onlardan ilhamlanaraq əməllər etmək, sizi Cənnətə aparan bir yola salacaq. Quran Oxu kanalına qoşulun və Qurani-Kərimin büyüklüyünü hiss edin!📖✨

Quran Oxu

12 Jan, 08:59


Salamun Aleykum hörmətli izləyicilər bu kanal üçün adminka axtarılır gözəl paylaşımlar etməyə istəyən yazsın bu profilə

         👇👇👇
@Kanal_admin313

Quran Oxu

08 Jan, 07:39


Ağamız Hüseyn (ə) mın şəkli olmasada biz bilirik ki ağamız bunnanda gözəldi.Nuranidi.bu şəkildə sadece bənzədiblər.Çaş ağamızı görə bilsəydiy,axiretdə bir yerdə ola bilsəydiy.heç olmasa ağamızın ziyarətnaməsini oxuyub,və ya ona salam verib(əssəlamu ələykə ya əba Əbdillah va Rahmətillahi va bəraketuh),yada salavat göndərəy.bəlkə bu əməlimizlə axirətdə ağamızla birgə olduq.Allahın rəhməti sonsuzdur.Ümid edəy heç bir əməli kiçik görməyək

Quran Oxu

08 Jan, 07:17


Məhəmməd peyğambərdən(ə) sonrakı rəhbər Ya Əli (ə) Əli ibn Əbu Talib

Quran Oxu

08 Jan, 07:03


Əhli-Beytsiz (ə) xuruc edən (qiyam edən) dəccaldır!!!

İmam Sadiq (ə) İmam Əlidən (ə) belə nəql edir: "Biz Əhli-Beyt (ə) Peyğəmbərlik ağacı, risalətin ünvanıyıq, rəhmət mədəniyik və mələklərin baş çəkdikləriyik və bu ümmətdə biz Əhli-Beytin (ə) misalı Nuhun (ə) gəmisinin misalı kimidir ki, hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs minməzsə həlak olar . (Biz Əhli-beytin ə.s misalı) Bəni-İsraildə olan Hittə qapısı kimdir ki, hər kəs o qapıdan daxil olsa, bağışlanmış olar. Həqiqətən o bayraq ki, mənim Əhli-Beytimdən (ə) olmayıb xüruc etsə (qiyam etsə), bəs o bayraq Dəccala aiddir. Həqiqətən Allah öz dini üçün elə bir qövm seçmişdir ki, onları öz dinində qiyam və onun köməyi üçün seçmiş olsun (yəni, Əhli-Beyt ə.s qiyam üçün seçilmişdir)."

Əllamə Məclisi, "Biharul-Ənvar", cild-30, bab-16, səhifə-18, hədis-2.

Quran Oxu

08 Jan, 07:02


Həzrət İmam Əli (ə) buyurub:

Allah-taala günahdan ləzzət alan kimsəni zəlil edər.

Quran Oxu

08 Jan, 07:00


İmam Sadiq (ə) buyurdu: Üç şeyin əta edildiyi kəs üç şeydən məhrum olmaz:
Dua əta edilən kəs, onun qəbul edilməsindən məhrum olmaz, çünki Allah-taala Qurani Kərimdə belə buyurur:

“Məni çağırın ki, Mən də duanızı qəbul edim. Əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar”
(“Ğafir” surəsi, 60-cı ayə);

Şükür əta edilən kəs, nemətinin çoxalmasından məhrum olmaz, çünki Allah-taala Qurani-Kərimdə belə buyurur:

“Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram, əgər kafir olsanız və ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir”
(“İbrahim” surəsi, 7-ci ayə).

Təvəkkül əta edilən kəs təvəkkül edilənin (Allahın) ona yetərli olmasından məhrum olmaz, çünki Allah-taala Qurani-Kərimdə belə
buyurur:
“Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; Şübhəsiz ki, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir☺️

(“Talaq” surəsi, 3-cü ayə)

Quran Oxu

08 Jan, 06:59


Peyğəmbərdən (s) rəvayət olunur:

"Yağış yağdığı zaman dua mömin üçün rəhmət və bərəkət gətirər."

Yağış yağanda göyün üzü açılar və dua tez qəbul olar

"Biharül-Ənvar", c. 90, səh. 333

Quran Oxu

08 Jan, 06:58


Cəfər ibn Muhəmməddən,Nəsr Xudrinin Amir ibn Vailə istinad etdiyi hədisdə deyilir: "İmam Əli(ə) bu məkanda mənə belə buyurmuşdur:" Ey Əbu Tüfeyl, Allaha and olsun, əgər mömini bununla və ya burda vursam, Mənə nifrət bəsləməz, əgər münafiqi qızıla qərq etsəm,heç vaxt Məni sevməz".

"Şərhul Nəhcil-bəlağə",ibn Əbul-Hədid,4/83
Şeyx Şazan, Əl-Fəzail,səh 60

Quran Oxu

08 Jan, 06:58


Sədəqə vermək:
İmam Sadiq (ə) buyurur:
“Sədəqə bəlanı uzaqlaşdırar, əcəli təxirə salar və insanın həyatını genişləndirər.”

Kafi, Şeyx Kuleyni, Cild 4, "Sədəqənin Fəzilətləri" bölməsi.


Əhli-Beytə (ə) salavat göndərmək:
“Allahummə salli alə Muhəmmədin və ali Muhəmməd” zikrini çoxlu sayda demək.
İmam Rza (ə) buyurmuşdur:
“Bizə çox salavat göndərin, çünki bu, sizin əməllərinizin qəbuluna səbəb olur.”
Məfatih əl-Cinan, Şeyx Abbas Qumi, "Salavatın Fəzilətləri" bölməsi.


Quran tilavəti – Yasin surəsi:
İmam Baqir (ə) buyurmuşdur:
“Yasin surəsini oxuyan şəxsə Allah dünya və axirət işlərində yardım edər.”

Məfatih əl-Cinan, "Hər Günün Duaları" bölməsi

Quran Oxu

08 Jan, 06:52


İmam Sadiq (a.s) buyurub:

din qardaşı, dindarlıqda yaxşı həyat yoldaşı və layiqli övlad. Bunlardan birinə sahib olan insan dünya və axirət xeyirinə, dünyanın böyük qazancına nail olar.

(“Biharul-ənvar”, c. 74, s. 282)

Çalışın sizi Allaha yaxınlaşdıracaq dostlar, həyat yoldaşı seçin.və övladlarınıza balacalığdan əvvəlcə əxlaq sonra djn öyrədin.əhli beyt məhəbbəti ilə böyüdün.Körpəlikdən uşağın yanında quran səsi,azan səsi qoyun.Çalısıb onun yanında ibadət edin,yeməkdən sonra uşağın yanında yüksəy səslə şükr edin.Uşağın mənəviyyatına təsiri var..

Quran Oxu

08 Jan, 06:46


Möminlərin əmiri Əli ع buyurdu :

Peyğəmbərə ص göndərilən salavat günahları suyun odu söndürdüyündən yaxşı silir. Peyğəmbəri ص salamlamaq qul azad etməkdən daha yaxşıdır. Peyğəmbərə ص olan sevgi isə qəlblərin qanından daha yaxşıdır – və yaxud İmam buyurdu: Allah yolunda vuran qılınclardan daha yaxşıdır.

Səvabul-əmal və iqabul-əmal, səh 205, hədis 586.

Quran Oxu

08 Jan, 06:46


İmam Məhdi (əccələllahu fəracəh) buyurur:

"Mən cəddim şəhid Hüseynin (ə) müsibətini yad edib sonra mənə gəlişimin tezləşməsi və təsdiqi üçün dua edən hər bir mömin üçün dua edirəm".


"Mikyalul-məkarim", c.2 səh.46

Quran Oxu

08 Jan, 06:45


Salam olsun sənə! Ey,Əba Əbdillah ( Huseyin ع)
Salam olsun sənə! Ey, Allah Rəsulunun ص oğlu
Salam olsun sənə! Ey, Vəsilərin Seyyidinin və Möminlərin Əmirinin oğlu ( Əli ع)
Salam olsun sənə! Ey, aləmlərin xanımlarının Seyyidəsi (xanımı),Fatimətuz-Zəhranın س oğlu
Salam olsun sənə və sənin babana ( Muhəmməd ص) və sənin atana (Əli ع) və sənin anana ( Fatimə س) və sənin qardaşına ( Həsən ع) və sənin zürriyənnən gələn doqquz Məsumlara ع məxsusən Ağamız Bəqiyyətullaha ع! ( İmam Zamana ع)

Ey,mənim Allahım! Əməllərimizi qəbul elə və hacətlərimizi rəva elə.Xəstələrimizə şəfa ver. Ölənlərimizə rəhmət elə.Muhəmməd və Ali-Muhəmmədin ع ehtiramına.

Ey,mənim Rəbbim! Muhəmməd və Ali-Muhəmmədə ع salavat göndər.

Ey,mənim Rəbbim! Öz Vəlinin ع fərəcini ( zühurunu) tezləşdir.

Quran Oxu

08 Jan, 06:44


Möminlərin Əmiri Əli (ə) buyurub:

“Muhəmməd (s) və Onun ailəsinə salavat göndərilmədiyi halda səmalar bütün dualar üçün bağlıdır."

Səvabul əmal və iqabul əmal səh.207

Quran Oxu

25 Dec, 15:13


https://t.me/zikirler313

Quran Oxu

24 Dec, 17:22


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Quran Oxu

23 Dec, 16:53


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Quran Oxu

23 Dec, 02:10


Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.

Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.

📖 "Muminun" surəsi,ayə 15,16.

Quran Oxu

21 Dec, 07:06


Əbülcarud İmam Baqirin (ə) belə buyurduğunu rəvayət edir: "Quran dörd qisimlə nazil olub: bir qismi bizim, bir qismi düşmənlərimizin, bir qismi vaciblər və əhkam, bir qismi də sünnə və məsəllər barədədir. Quranın ən dəyərli qismi – inciləri bizə aiddir".
عن أبي الجارود قال: سمعت أبا جعفر عليه السلام: يقول نزل القرآن على أربعة أرباع ربع فينا، وربع في عدونا، وربع في فرايض واحكام، وربع سنن وأمثال ولنا كرائم القرآن.
(Şeyx Muhəmməd ibn Məsud (r), "Təfsir əl-Əyyaşi", cild 1, səh 9)

Qurani-Kərimin mübarək ayələrinin ən dəyərli və ən mühüm hissəsi Əhli-Beyt imamları (ə) haqqında nazil olmuşdur, çünki onların vilayəti ibadət və əməllərin qəbul şərti və bəndəçiliyə aparan yoldur.

Quran Oxu

20 Dec, 07:49


⭐️TƏTHİR AYƏSİ PEYĞƏMBƏRİN (S) QADINLARINA ŞAMİL DEYİL!
ƏHLİ-XİLAF MƏNBƏSİNDƏ

TƏTHİR AYƏSİ :

"Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir". (Əhzab surəsi, ayə 33)

🔴Əhl-Xilafın böyük alimlərindən olan əl-Mavərdi əl-Bəsri, nəql edir ki, Ümmü Sələmə, Əbu Səid Xudri, Ənəs ibn Malik və Aişə Təthir ayəsinin yalnız Əli, Fatimə, Həsən və Huseyn haqqında nazil olduğunu deyirdilər.

📚Əhli-Xilaf mənbəsi : Ən-Nukətu vəl-Uyun Təfsirul-Mavərdi, cüz 4, səh 401.

Quran Oxu

16 Dec, 07:44


Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. (Bəqərə surəsi -269)

İnsanın əqidəvi inancları onun fərdi və ictimai həyatında əhəmiyyətli olub, bütövlükdə həyat tərzinə istiqamət verir, dəyərlər sistemini qurur. Necə ki, Qurani-Kərim də buyurur: "Hər kəs öz (əqidəvi) quruluşuna uyğun olaraq rəftar edir" (İsra, 84).

Bu cəhətdən inanclar insanın daxili şəxsiyyətini, həqiqi varlığını formalaşdırır. İnanclar insanı əmələ tərəf sövq edir. Əqidə sağlam olduqda insanın xoşbəxtliyini təmin edir, nadürüst olduqda isə, onu uçuruma aparır.

Odur ki əqidənin möhkəmləndirilməsi, sağlamlaşdırılmasına İslam dini kimi önəm verən ikinci bir məktəb, din tapmaq olmaz.

İslamda "əqidə" bütövlükdə rəftarların, hətta yaxşı əməllərin belə meyarı hesab edilir. Belə ki, yaxşı əməllər belə sağlam əqidədən qaynaqlanmadığı surətdə dəyər hesab edilmir.

İmam Baqir (ə) buyurur: "Tərəddüd və inkarçılıqla edilən əməl, faydasızdır" (Müsnədi İmam Baqir (ə), c. 2, səh. 287).

Hədisin mənası budur ki, əməlin düzgünlüyü, faydası, insan təkamülündəki rolu, əməli yerinə yetirən şəxsin əqidəsinin düzgünlüyündən asılıdır. Odur ki, insanda sağlam əqidə formalaşmayıbsa, həqiqətə şəkk-şübhə ilə yanaşır yaxud həqiqəti inkar edirsə, belə bir insan ümumiyyətlə sağlam, düzgün, faydalı əməl yerinə yetirə bilməz. Çünki əqidə əməlin niyyətini yaradır, əmələ istiqamət verir və beləliklə niyyət (maraq) və istiqamətdir ki, əməlin ləyaqətli olub-olmamasını təyin edir. Məhz bu cəhətdəndir ki, insan ölümdən sonra növbəti aləmə daxil olduqda, ilk olaraq "hansı Allaha inanırdın", "necə bir dinə iman gətirmişdin", "arxasınca getdiyin imam kim idi" kimi əqidəvi suallarla qarşılaşır. Odur ki, islamda əqidələr sahəsində olan araşdırmalar birinci yerdə durur.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

15 Dec, 02:28


Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

📖 "Qəmər" surəsi,ayə22.

Quran Oxu

14 Dec, 08:47


- Quran hər dərdə dərmandır🌹

Quran Oxu

14 Dec, 07:21


🌹Bismilləhir Rahmənir Rahiim🌹

Nur surəsi, ayə 3⃣1⃣

Mömin qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar) ; öz özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və.s naməhrəmə) göstərməsinlər ; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin) ; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahibi olduqları (müşrik) cariyələrindən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərindən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər ; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö'minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!

📖Qur'an'i Kərim 📖

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

13 Dec, 07:20


🌹Bismilləhir Rahmənir Rahiim🌹

📖Nur surəsi 31ci ayənin nazil olma səbəbi 📖

Örpəyin necəliyini müəyyənləşdirən bu ayə ilə əlaqədar olaraq, nəql olunur ki, bir gün Mədinənin qızmar havasında bir gözəl qadın adəti üzrə örpəyini başına atıb uclarını arxa tərəfdən bir yerə yığmışdı, boynu və qulaqlarının ardı görünürdü. O küçədən gedəndə Peyğəmbər (s)-in səhabələrindən biri onunla rastlaşdı. Bu gözəl mənzərə onun diqqətini o qədər cəlb etdi ki, hər şeyi unudub heyrətlə qadına baxmağa başladı, özündən və ətrafdakılardan qafil oldu. O qadın bir küçəyə daxil oldu, cavan oğlan da onu izləyərək ardınca getdi. Birdən divardakı sümük qırığı onun üzünə ilişdi və üzündən qan axmağa başladı. O, üz-gözü qana bulaşdığı halda sanki qəflət yuxusundan ayıldı. Həmin vəziyyətdə Peyğəmbər (s)-in hüzuruna gəlib hadisəni ona xəbər verdi.
Elə bu zaman Nur surəsi 31ci ayə nazil oldu.

📚Islamda örpək məsələsi, səh. 146📚

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

12 Dec, 05:16


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

188)


وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ

Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.


🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

06 Dec, 19:01


İxlas sürəsində "Əhəd" Kəliməsində möhtəşəm incəlik


🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

05 Dec, 08:03


Surə: Rum
Ayə: 20
Onun ayələrindəndir (möcüzələrindəndir) ki, sizi torpaqdan yaratdı. Sonra siz insan halına gəldiyiniz zaman (çoxalıb yer üzündə) yayılırsınız.

Quran Oxu

04 Dec, 07:41


Qurana əməl etmək

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Quran müsabiqəsinin yekunundakı çıxışı

Quran yalnız küncdə-bucaqda oxumaq üçün yox, əksinə, ona əməl edib mərifət əldə etmək üçündür. Quran İslam cəmiyyətinin öz vəzifəsini anlayıb heyrət və zülmətdən xilas olması üçündür. Quran məclisi, tilavəti və avazı onun anlayışlarına mərifət əldə etməyə müqəddimədir. Biz müsəlmanların və İslam ümmətinin işindəki böyük qüsur Qurandan dəm vurub ona əməl etməməkdir. Biz Allaha olan sevgidən danışır, amma Onun dininə tabeçilik göstərmirik. (Quran buyurur:) "De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin". Allahı sevən kəsin sədaqəti onun peyğəmbəri və Quranına tabe olmaqdadır

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

28 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Quran Oxu

28 Nov, 09:28


Qurani Kərimdə ən qorxulu ayə. Allah Qiyamət günündə günahkarlara buyurar:
لاتُکَلِمونِ
"Mənimlə danışmayın".

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

26 Nov, 09:27


Sinən daralarkən, SƏCDƏ ET.
Fikrini toplaya bilməyərkən, SƏCDƏ ET.
Qəlbin haldan-hala düşərkən, SƏCDƏ ET.

{ وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ (٩٧) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ (٩٨) } (الحجر)

{ Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik. (97) Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol! (98) } (Hicr)

Qur'anı oxuyanlardan olun. Əlbəttə ki, Qur'anı mənalarına diqqət etməklə oxuyun. Çünki Qur'an oxuyan kimsə qəm-kədərdən, qəlb sıxıntısından və usanmaqdan şikayət etməz.

🕋
@Quran_oxu_azerbaycanca

Quran Oxu

25 Nov, 10:09


🕊Bismilləhir rahmənir rahim 🕊

الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ وَعِنْدَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ

Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.

Ğafir sürəsi , ayə -35

Quran Oxu

25 Nov, 07:26


Ayətullah Bəşir Nəcəfi buyurur:

"Neçə il idi ki, "Zümər" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi.
"Və siyqəlləzinət-təqau rabbəhum iləl-cənnəti zuməra"(Zümər: 73).
Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər!!
Özümdən soruşdum. Niyə "behiştə tərəf çəkib sürüyərlər" deyilib?
(Qurana aid) bütün təfsir kitablarına baxdım amma cavab tapa bilmirdim.
Nəhayət bir gün Biharul-Ənvar kitabında İmam Sadiq (ə) nəql olunmuş bu rəvayətlə üzləşdim.
İmam Sadiq (ə) buyurur:
İmam Hüseyn( ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, behiştə girməzdən öncə mövlaları Hüseynlə (ə) görüşsünlər.İmam (ə) öz sevərlərinin görüşünə gələr. Bu görüş çox uzanar. İmam Sadiq (ə) buyurur: Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüşşühədanın dostları öz mövlalarından könül üzərlər.Görüş o qədər uzanar ki, Allah behişt məmurlarına buyurar: Bu görüşə son qoymaq üçün bu Hüseyn aşiqlərini behiştə tərəf çəkib sürüyün

🕋
@Quran_oxu_azerbaycanca

Quran Oxu

25 Nov, 06:59


"(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!".


"Vaqiə" surəsi, ayələr:83-8
5


🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

21 Nov, 11:02


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

Quran Oxu

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Quran Oxu

19 Nov, 06:54


Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız. (Ənbiya, 35 ayə)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Quran Oxu

14 Nov, 06:58


📸 Ey iman gətirənlər!
Allahdan qorxun və doğru söz danışın ..


© Əhzab surəsi , 70-ci ayə.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

13 Nov, 03:57


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

160)


إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.


🕋
@Quran_oxu_azerbaycanca

Quran Oxu

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Quran Oxu

12 Nov, 06:02


YA MƏHDİ (ə.f) !!

Qurani-Kərimdə İmam Məhdi (ə.f) haqqında 3 ayə
Həzrət Peğəmbər (s) buyurur:

Quranın zahiri və batini vardır.
Quranda elə ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) işarə edir, baxmayaraq ki, İmamın (ə.f) adını birbaşa çəkməsə belə.
Bu ayələr ilə tanış olaq:

1-Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.
(Qəsəs 5).

Bu ayədə buyurulur ki, Allahın əzəli iradəsi belədir ki, insanlara hegemonluq edənlərin kökü kəsilməlidir və zəif salınmışlar, saleh bəndələr gərək Yer üzündə imam və varis olsunlar.
Baxmayaraq ki, bu ayə Həzrət Musa (ə) və Bəni-İsrayil üçün nazil olmuşdur, ancaq bütün zamanlara aid edilir.
Çünki hər bir əsrdə Allahın əzəli iradəsi zalımları məhv edib, zəifləri müdafiə etmək olmuşdur.
Bu İlahi iradə istər Həzrət Musanın (ə) zamanında olsun, istərsə də Peyğəmbərin (s) – hər bir zamanda həyata keçmişdir və hər bir dövrə aid edilir.

İndiki zamanda isə bu iradə ancaq İmam Zaman ağanın (ə.f) mübarək varlığı ilə həyata keçə bilər.

İmam Əli (ə) buyurur:

Bu dünya ki, indi bizdən üz döndərmişdir, bir gün bizə üz çevirəcəkdir, necə ki, ana dəvə əlaqəsinə görə övladına tərəf üz çevirər.

Sonra Həzrət (ə) bu ayəni tilavət edir
(Qəsəs 5).

İbni Əbi Hədid bu xütbənin şərhində yazır:
Bu ayə mütləq Həzrət Zəhranın (s.ə) övladlarının biri tərəfindən həyata keçəcəkdir.
Bütün Yer üzünə şamil olacaqdır.
Bütün zalımları məhv edəcəkdir və salehlər yerin varisləri olacaqlar”.

2-Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən
Musanın Tövratından sonra Davudun Zəburunda və bu kitabların hamısından sonra Qur’anda yazdıq və qərara aldıq ki, bu yerin varisi sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən Mənim saleh bəndələrim olacaqlar və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər.
(Ənibya 105).

Bu ayə buyurur ki, Zəburda Davud (ə) bu mövzunu yazmışdır, yenə də əvvəlki ayəyə işarə edir və Allahın əzəli iradəsinin həyata keçəcəyini bəyan edir. Buyurur ki, hər bir halda yerin varisləri Allahın saleh bəndələri olacaqlar.
Bəs bu zaman nə vaxt olacaqdır ?
Davudun (ə) bəyan etdiyi ayə belədir:

Allahın yanında sakit ol və Onu gözlə.
Ancaq müti insanlar yer üzündə varis olacaqlar.

3-Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları
(Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə
(Öz) canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini
(İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir.
Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar.
Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.
(Nur 55).

İbni Həcər Hisəmi bu ayənin təfsirində yazır ki, İmam Zaman ağanın (ə.f) haqqında nazil olmuşdur və bir çox ayələr məs imam Zaman (ə.f) haqında nazil olunmuş ... !!!

Quran Oxu

11 Nov, 06:37


İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu:
“Əgər mö'min gənc Qur' an oxuyarsa, o zaman Qur' anı ətinə və qanına çəkər və Gözəl və Böyük Allah onu xeyirxah və sadiq mələklərlə birlikdə yerləşdirər. Əlavə olaraq Qur'an onun üçün sədd (onunla Cəhənnəm arasında) rolunu oynayar”.
(Savabul Əməl, səh,226)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

10 Nov, 07:45


(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) “Heç bir günahkar başqasının günahına yüklənməz! İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!

(Nəcm surəsi, ayə 38-39)

Quran Oxu

10 Nov, 06:39


(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!

(Sad surəsi, ayə 29)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

01 Nov, 06:34


▪️ Mücahidlərin mükafatı - 3

🌸 Bildirişlər 🌸

11. Behişt bağları nemətlə doludur.

12. Fani nemətləri Allaha xatir boşlasaq, əbədi nemətlərə çatarıq.

13. Fəna və zaval dünya nemətlərinə məxsus böyük bəlalardandır. Qiyamətdə bu sayaq bəlalar yoxdur.

14. Böyük mükafat yalnız Allahın əlindədir. Başqalarının mükafatı istənilən bir halda kiçikdir.

15. Bütün dünyanı “qəlil” (az) adlandıran Allah mücahidlərin mükafatını “əzim” (böyük) kimi təqdim edir.

16. Allah əlimizdəki az və fani nemətləri ən yuxarı qiymətə alır. Halbuki elə bu cüzi nemətləri də Özü verib.

📚“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 5-ci cild, “Tövbə” surəsi, 20-22-ci ayələrin təfsiri.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

31 Oct, 06:34


▪️ Mücahidlərin mükafatı - 2

🌸 Bildirişlər 🌸

4. Əgər xalq üçün dəyər ölçüsü qohumluq əlaqələridirsə, Allah hesabında bu ölçü iman, hicrət və cihaddır. (Əgər bütün müsəlmanlar və Peyğəmbər (s) səhabələri bir cərgədə düzülsələr, İmam Əlinin (ə) ilkin iman gətirməsi, cəbhədə daha çox olub, daha çox zərbə alması aşkar olar.)

5. Qurtuluş yalnız iman, hicrət və cihad sayəsində əldə olunur.

6. Allah hicrət etmiş mücahid möminləri Behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.)

7. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir.

8. Müjdə və mükafat Allah-Taalanın rübubiyyətinin şənindəndir.

9. İlahi rəhmət və Behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir.

10. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir.

Ardı var...

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

30 Oct, 07:33


▪️ Mücahidlərin mükafatı - 1

🔹 Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 20-22-ci ayələrində buyurur:

الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ. يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ. خَالِدِينَ فِيهَا أَبَدًا إِنَّ اللّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ
.
“İman gətirib hicrət edənlər, malları və canları ilə Allah yolunda cihad edənlər Allah yanında ən böyük dərəcəyə malikdirlər. Onlar həmin nicat tapanlardır. Rəbbi onları Öz tərəfindən bir rəhmət, razılıq və cənnətlərlə (Behişt bağları) müjdələyər. Orada onlar üçün həmişəlik nemətlər var. Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat vardır.”

🌸 Bildirişlər 🌸

1. İman, hicrət, cihad və təqva bütün dəyərlərin başında dayanır.

2. İman digər kamilliklər üçün şərtdir.

3. Bütün müqəddəs işlərin dəyəri insanın niyyətindən asılıdır.


Ardı var...

🕋
@Quran_oxu_azerbaycanca

Quran Oxu

30 Oct, 04:50


O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.

(Bəqərə surəsi, ayə 3-5)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

28 Oct, 06:23


#təfsir

💢 Quranda “azğınlar” (“zallin”)

🔸Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın zikr olunmuşdur. Bu, söz bəzən çaşqınlıq (“Maidə, 77), bəzən puçaçıxma (“Zuha”, 7), adətən isə “azğınlıq” mənasında işlədilmişdir.
Qur’anda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri (“Bəqərə”, 108), müşrikləri (“Nisa”, 116), kafirləri (“Nisa”, 136), üsyankarları (“Əhzab”, 36), kafirləri dost tutan müsəlmanları (“Mümtəhinə”, 1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.

🔸Quranda bəziləri, “azdıran” kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri göstərmək olar.

🔸Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vilayətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

27 Oct, 08:03


Kimləri nifrin etmək olar?

Quran və hədislərimizin nəzərinə görə, həqiqi mömin gərək əfv əhli olsun və bağışlamağı bacarsın. Çünki bu, İlahi sifələrdən biridir. Allah Təala bağışlayan və güzəşt edəndir.

Ancaq bəzən insan bir başqası tərəfindən elə zülmlərə məruz qalır ki, onu nifrin edir. (Beytutə)

Bəs Quranın nəzərinə görə kimləri nifrin etmək olar?

1. O kəslər ki, haqqı gizlədirlər. (“Bəqərə” 159).

2. O kəslər ki, dünyadan küfr halında gedərlər. (“Bəqərə” 161)

3. Həzrət Davud (ə) və İsanın (ə) dilindən lənətlənmiş Bəni-İsrayil. (“Maidə” 78).

4. Əbu Ləhəb. (“Məsəd” 1).

5. Riba yeyənlər.

6. Şərabxorlar və şərab istehsal edənlər.

7. Rüşvətxorlar.

8. İnsan öldürənlər.

9. O kişilər ki, özlərini qadınlara bənzədirlər və əksinə.

10. Zina əhli və zinaya şərait yaradanlar.

Bunu qeyd etmək lazımdır ki, duanın qəbul olmasının şərtləri olduğu kimi, nifrinin qəbul olmasının da şərtləri vardır. Yəni, əgər kiminsə bir başqasından ürəyi sınıbdırsa və əziyyətə məruz qalıbdırsa, nifrin edən kimi onun qəbul olması mütləq deyildir. Quranda buyurulur: “Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar”. (“Yunus” 11).

İnsanlara əziyyət vermək haqqun-nasdır ki, Allah onun cəzasını özü verər. Əgər insan ona zülm edən şəxsi bağışlasa, Allah da bağışlayar. “Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir”. (“İbrahim” 42).

Necə də yaxşı olardı ki, insanlar bir-birinə əziyyət verəndən sonra səhvlərini başa düşərək, tərəf müqabilindən üzr istəsin və onlar üçün xeyir duası etsin. Bu əməl həm mələklərin və həm də Allahın rəhmətinə səbəb olar.(deyerler)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

26 Oct, 06:43


İMAM SADİQİN (ƏLEYHİSSƏLAM) NƏZƏRİNDƏ SÖZLƏRİN ƏN ÜSTÜNÜ

Əbu Bəsir belə nəql edir: "İmam Sadiqdən (əleyhissəlam) Allahın "sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!" (Zümər, 18) sözü haqqında soruşdum".
İmam buyurdu: "Onlar Ali-Muhəmmədə təslim olanlardır. Onlar hədisi eşidəndə ona nə bir şey əlavə edər, nə də bir şey əksik etməzlər. Necə eşidiblərsə, elədə (insanlara) çatdırarlar".
أحمد بن مهران رحمه الله، عن عبد العظيم الحسني، عن علي بن أسباط، عن علي بن عقبة، عن الحكم بن أيمن، عن أبي بصير قال: سألت أبا عبد الله عليه السلام عن قول الله عز وجل: " الذين يستمعون القول فيتبعون أحسنه " إلى آخر الآية قال: هم المسلمون لآل محمد، الذين إذا سمعوا الحديث لم يزيدوا فيه ولم ينقصوا منه جاؤوا به كما سمعوه.
(Şeyx Kuleyni (r.ə), "Üsuli-kafi", cild 1, səh 391, hədis 8)

Qeyd: Bu mübarək hədisdə İmam Sadiq (əleyhissəlam) Zümər surəsinin 18-ci ayəsində qeyd olunan "ən yaxşı söz"ü Əhli-beytin hədislərinə təfsir edir. Çünki Əhli-beytin kəlamları Allahın kəlamlarıdır. Ona görə də Allahın kəlamından sonra heç bir kəlamı Əhli-beytin kəlamından üstün tutmağa haqqımız yoxdur.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Quran Oxu

25 Oct, 06:51


(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!

(Maidə surəsi, ayə 27)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

25 Oct, 02:35


ƏHLİ-BEYTİ (Ə) QURANDAN TANIYAQ
1. Əhli-beyti sevmək vacibdir, dəlil Şura-23
2. Əhli-beytə itaət vacibdir, dəlil Nisa-59
3. Əhli-beyt bütün günahlardan uzaqdır, dəlil Əhzab-33
4. Əhli-beytin vilayəti hamıya vacibdir, dəlil Maidə-55
5. Əhli-beytin vilayəti dinin kamilliyidir, dəlil Maidə-3
6. Əhli-beytin vilayəti olmadan əməllər batildir, dəlil Maidə-67
7. Əhli-beytdən soruşub öyrənmək vacibdir, dəlil Nəhl-43
8. Əhli-beyt Quranın həqiqi müfəssiridir, dəlil Ali-İmran-7
İmam Sadiq (ə) buyurub: "Biz Əhli-beyti Qurandan tanımayan fitnələrdən amanda qalmaz". (Təfsiri-Əyyaşi, 1 ci cild)

Quran Oxu

24 Oct, 08:50


إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ

{ Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir mə'bud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl !
Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm. }

(Taha surəsi/ 14-15)

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Quran Oxu

22 Oct, 14:00


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Quran Oxu

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Quran Oxu

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Quran Oxu

20 Oct, 08:17


“Qədr” surəsinin fəziləti


1-İmam Sadiq (ə) buyurdu: Bir kəs "İnna ənzəlnahu fi ləylətil qədr" surəsini ucadan avazla oxusa, Allah yolunda qılınc vurmuş kəs kimi olar. Əgər bir kəs onu yavaş oxusa, Allah yolunda öz qanına bulaşmış mücahid kimi olar. Bir kəs bu surəni on dəfə oxusa, Allah onun əməl dəftərindən min günahını silər.
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacib namazlarının birində "İnna ənzəlna" surəsini oxusa, haqq munadi nida edərək deyər ki, ey mənim bəndəm Allah sənin keçmiş günahlarını bağışladı, əməlini yenidən başla.
Ruzinin çoxalması üçün hər gün sübh namazından sonra on dəfə İnna ənzəlna surəsini oxusa, Allahın qüdrətini müşahidə edər. (Minhacul-arifin).
Hər kəs bu surəni oxusa, elə bilki, mübarək ramazan ayının hamısını oruc tutmuş və Qədr gecələrini də əhya saxlamışdır.
Hər kim bu surəni evə daxil və evdən xaric olan zaman oxusa, Şeytan ondan uşaqlaşıb, ona zərər yetirə bilməz.
Hər kim bu surəni əzbərləsə və onu daim oxusa, elə bil ki, bütün elmləri əzbər etmişdir.
Hər kəs bu surəni sübh namazından sonra, günorta vaxtı, və əsr namazından sonra, on dəfə oxusa, əməlləri yazan mələklərdən minini otuz ilə qədər zəhmətə salar.
Hər kimi dan yeri söküləndə (günəş çıxmamış) yeddi dəfə Qədr surəsini oxusa, y etmiş sıra mələklər onayetmiş salavat göndərər və yetmiş dəfə ona rəhm edərlər.
Allah-taala min mələyi xəlq edər ki, otuz altı min il bu surəni oxuyana savab yazsınlar. Əgər belə etsə; yəni gündə yetmiş altı dəfə bu surəni oxusun. Sübh namazından qabaq yeddi dəfə, sübh namazından sonra, on dəfə günorta vaxtı nafilə namazlarını qılmazdan əvvəl on dəfə, Zöhr namazının nafilələrini qılandan sonra iyirmi dəfə, əsr namazından sonra yeddi dəfə, İşa namazından sonra yeddi dəfə və yatan zaman on bir dəfə oxusun.
Hər bir mömin şəxs dəstəmaz alanda bu surəni oxusa, günahları silinər anadan təzə doğulduğu gün kimi olar.
Yatan zaman Qədr surəsini on bir dəfə oxusa, Allah-taala on bir mələyi onu sübhə qədər Şeytanın şərrindən qorumaq üçün göndərər.
Hər hansı hacətin qəbul olunmasına xatir hər gün bu surəni üç yüz altımış dəfə oxusa, hər bir hacəti qəbul olar. Bu surəni deyilən qədər oxusan, fəqirliyi, ehtiyaclılığı aradan qaldırmaq, və rizq-ruzinin çoxalması, qüdrətli olmaq üçün təcrübə olunmuşdur.

🕋 @Quran_oxu_azerbaycanca

Quran Oxu

18 Oct, 06:48


Qəlbin ən dərinliklərindəki hüznünü aparan ayə...

•"Rəbbin unudan deyildir”.

> Məryəm, 64

Quran Oxu

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Quran Oxu

17 Oct, 11:00


İshaq (ə) peyğəmbər İsmayıl (ə) peyğəmbərin nəyi idi?

@toplu_admini

Quran Oxu

17 Oct, 07:21


Qur'ani-Kərimdə nəfsin neçə növünün adı çəkilir ?

Cavab:

1) "Əmmarə nəfs" (əmr edən nəfs);
Bu nəfs insanı pisliklərə əmr edir:
{ Nəfs daim pisliyə əmr edəndir. } (Yusif/ 53)

2) "Ləvvamə nəfs" (məzəmmət edən nəfs);
Bu nəfs insan günah edəndən sonra peşman olur və özünü danlamağa başlayır:
{ Və and içirəm özünü məzəmmət edən nəfsə ! } (Qiyamət/ 2)

3) "Mutməinnə nəfs" (arxayın olmuş nəfs);
Bu növ nəfs bütün ilahi əmrləri yerinə yetirmiş, öz Rəbbinə itaət etmiş və ilahi razılığı qazanmışdır.
Elə ona görə də bu cür nəfs amandadır və rahatlığa qovuşmuşdur, nə qorxu, nə də ki, qəmlənmək ona yaxın durmaz:
{ Ey arxayın olmuş nəfs ! } (Fəcr/ 27)

4) "Raziyə nəfs" (razı qalmış nəfs);
Bu nəfs ona verilənlə razı qalmış nəfsdir:
{ Dön Rəbbinə, sən Ondan ... razı olaraq ! } (Fəcr/ 28)

5) "Mərziyyə nəfs" (razı qalınmış nəfs);
Uca Allah bu cür nəfsdən razıdır:
{ Dön Rəbbinə, ... O səndən razı olaraq ! } (Fəcr/ 28)

6) { "Mulhəmə nəfs" (ilham olunmuş nəfs);
Allah təala bu nəfsə ilham edir:
{ ... günahlarını və təqvalı olmağını ona (nəfsə) ilham etmişdir ... } (Şəms/ 8)

https://telegram.me/Senedlihedisler

Quran Oxu

17 Oct, 01:05


(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!

(Rum surəsi, ayə 30)

Quran Oxu

13 Oct, 07:33


HƏZRƏT SAHİBƏZZAMAN ƏLEYHİSSALAMIN QEYBDƏ OLMASININ SƏBƏBLƏRİNDƏN:

Allah Taala Qurani-Kərimin İsra surəsinin 76-cı ayəsində buyurur:

وَ إِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا وَ إِذًا لَّا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلا

"Və həqiqətən az qalmışdı ki, sənin əleyhinə hiylə quraraq səni yer üzündən çıxarsınlar, Onlar əgər bunu edə bilsəydilər azacıq müddət sonra məhv olacaqdılar."

Bu ayə Məkkə camaatının həzrət Muhəmmədi (səllAllahu əleyhi və alihi və səlləm) qətlə yetirmək fikrinə düşdükləri zaman nazil olmuşdur. Ayənin mənası budur ki, Əgər Allahın höccəti yer üzündə olmazsa Allah Taala yer üzündə həyatı dayandırar. Çünki yaradılışın ən şərəflisi olmayandan sonra
günəş kimin üzünə saçacaq?!
Yağış kimə xatir yağacaq?!
Ağaclar kimə görə dadlı meyvələr yetirəcək?!
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
"Əgər yer üzündə Allahın höccəti olmazsa yer üzü öz əhli ilə birlikdə məhv olar."
Bəli, həzrət Mehdi Sahibəzzaman əleyhissalamın qeybdə olmasının fəlsəfələrindən biri də budur ki, Ona xatir yer üzündə həyat davam etsin, gecələr ay, gündüzlər isə günəş yer üzünü nurlandırsın...
- Evə qonaqlar gələndə hamı yeyib qurtararkən əgər bir qonaq hələ yeməyini yeyib qurtarmayıbsa ev sahibi süfrəni yığışdırmır...
- Ziyarətgahda xidmətçi namaz qılınan yeri bağlamaq istədikdə orada hələ bir nəfərin namaz qıldığını gördükdə oranı bağlayıb getmir, o namaz qılanın namazını qılb qurtarmasını gözləyir...
Bizim hər gün fərəc duasını oxumağımızın səbələrindən, yəni başqa sözlə həzrət Mehdi Sahibəzzaman əleyhissalamın salamatlığına dua etməyimizin səbəblərindən biri də budur ki, İmamımız salamat olsa deməli biz də salamat olacağıq, həyatımızı davam etdirərək hədəflərimizə çatmaq üçün çalışa biləcəyik...
Allah Taala bizlərin islah olunmağımızda, elmimizin çoxalmasında, əxlaqımızın gözəlləşməsində, imanımızın kamilləşməsində və əməl əhli olmağımız üçün bizim köməyimiz olsun.
Biz düzəlsək İMAM əleyhissalam biz düzələcəyimiz gün ZÜHUR edəcək, inşaAllah Taala.

Quran Oxu

12 Oct, 07:32


Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

(Bəqərə surəsi, ayə 268)

🕋
@Quran_oxu_azerbaycanca