Şiə Təqvimi @shia_teqvimi Channel on Telegram

Şiə Təqvimi

@shia_teqvimi


Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı.
@Talibi_qomnam

Şiə Təqvimi (Azerbaijani)

Əgər Siz də Cəfəri məzhəbinin tarixini daha yaxından tanımaq, ənənələrini öyrənmək və məzhəbin həssas məqamlarını öyrənmək istəyirsinizsə, Şiə Təqvimi kanalı tam da Sizə görədir. Bu kanalda Cəfəri məzhəbinin tarixindəki əsas hadisələr və məna dolu anlar barəsində ətraflı məlumatlar paylaşılır. @Talibi_qomnam tərəfindən idarə olunan kanal, istifadəçilərə məzhəbin zəngin mirasını daha yaxından tanımaq və öyrənmək imkanı verir. Şiə Təqvimi kanalına abunə olaraq özünüzü məzhəbin ənənələrinə daha da yaxın hiss edə bilərsiniz. Əgər məzhəb tədqiqatı və Tarixi ilmində marağınız varsa, Şiə Təqvimi kanalı Sizə ən doğru hədəf olacaq.

Şiə Təqvimi

14 Feb, 13:56


🌙15 Şaban.
🖇İmam Zaman عج naibi Əli ibn Məhəmməd səmurinin vəfatı.

🔰İmam Zamanın عج xas naibi olan Əli ibn Məhəmməd Səmuri bu gün vəfat etmişdir və kiçik qeyb dövrü [qeybəti suğra] sona çatmış və böyük qeyb dövrü [qeybəti kübra] başlamışdır.İmam Zaman عج ona demişdir ki,özün üçün canişin təyin etmə çünki qeybəti kübra dövrü başlamışdır.¹

📚Mənbə;
1.Kafi,cild 1,səh 337.
T.me/mahdavi_yyat

Şiə Təqvimi

14 Feb, 10:54


İmam Baqir ع və İmam Sadiqdən ع rəvayət olunmuşdur ki:
"Nimeyi şaban gecəsi olduqda,üfiqi əla nidaçısı nida edər: Ey Hüseyn ibn Əlinin ع zəvvarları qayıdın o halda ki,sizin günahlarınız bağışlanmış və sizin əcriniz Allah və Məhəmmədlədir."³
Lakin əgər bir kəsin İmam Hüseynin ع qəbrini ziyarət etmək imkanı olmasa,digər İmamların qəbrini ziyarət etsin və əgər buda mümkün olmasa qəbri tərəfə işarə ilə salam göndərsin.⁴
Əziz Atası Həsən Əskəri ibni Əli və Anası Xanım Nərcis Xatundur.
Həzrətin adı əxbar və əshabın ittifaqına əsasən babası Həzrəti Peyğəmbərin adındandır.⁵

🔰←Viladət gecəsi macərası:
İmam Həsən Əskəri ع viladət gecəsində bibisi Xanım Həkiməyə xəbər yollayaraq buyurdu:
"Bu axşam bizim yanımızda iftar et ki,nimeyi şaban gecəsidir və Allah öz höccətini aşkar edəcəkdir."
İmam Zamanın عج viladəti samirra şəhərində olmuş və Həzrətin sağ çiynində yazılmışdır:
«ﺟﺎﺀَ ﺍﻟﺤَﻖُّ ﻭَ ﺯَﻫَﻖَ ﺍﻟﺒﺎﻃِﻞُ إﻥَّ ﺍﻟﺒﺎﻃِﻞَ ﻛﺎﻥَ ﺯَﻫُﻮقاً»
"Haqq gəldi və batil məhv oldu,batil məhvə məhkumdur."⁶
Təvəllüddən sonra o,Həzrəti atasının yanına apardılar və danışmağa başladı:
«ﺃﺷﻬَﺪُ ﺃﻥ ﻟﺎ إﻟﻪَ إﻟﺎَّ اللهُ ﻭَ ﺃﺷﻬَﺪُ ﺃﻥَّ ﻣُﺤَﻤَّﺪﺍً ﺭَﺳُﻮﻝُ الله ﻭَ ﺃﻥَّ ﻋَﻠِﻴّﺎً ﺃﻣﻴﺮَ ﺍﻟﻤُﺆﻣِﻨﻴﻦَ ﻭَﻟِﻰُّ ﺍﻟﻠﻪِ»
və bir-bir İmamların adlarını dedi və öz adına çatanda fərəcini istəyənlər üçün dua etdi.

🔰←İmam Zaman عج atasının qucağında:
İmam Həsən Əskərinin ع göstərişi ilə Həkimə xatun O,həzrəti anası Nərcis xatunun yanına apardı və buyurdu:
7-ci gün İmam Həsənin xidmətinə getdim.
Həzrət buyurdu: Mənim oğlumu gətirin.
O,mübarək balanı İmamın yanına apardıq.Həzrət dilini onun ağzına qoydu və buyurdu: Oğlum,danış.
Gördüm ki,ilk günündə O,Allahın təkliyinə və həmdinə,Babası Peyğəmbər və İmam Əli və digər İmamları və Atasını iqrar etdi və bu ayəni tilavət etdi:
«ﺑِﺴﻢِ ﺍﻟﻠﻪِ ﺍﻟﺮَّﺣﻤﻦِ ﺍﻟﺮَّﺣﻴﻢِ وَ نُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِی الْأَرْضِ وَ نَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوَارِثِينَ وَ نُمَكِّنَ لَهُمْ فِی الْأَرْضِ وَ نُرِیَ فِرْعَوْنَ وَ هَامَانَ وَ جُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ».⁷
Sonra Atası buyurdu: Oxu o şeyi ki,Allah onu öz peyğəmbərinə nazil etmişdir.
Həzrət Adəmin suhufunu süryani lüğətində oxudu sinra İdris,Nuh,Saleh,İbrahimin suhufunu,Musanın tövratını,İsanın incilini,Davudun zəburunu və Məhəmmədin ص furqanını qiraət etdi.Sonra ənbiya və mürsəllərin qissələrini bəyan etməyə başladı.
Həkimə Xatun deyir: 40 gündən sonra yenidən qardaşım oğlunun ziyarətinə getdim və həzrəti Sahib Zamanı gördüm ki,yol gedir.
İmam Həsən Əskəri ع buyurdu: Ey bibi,Allah yanında yeni doğulan əziz budur.
Dedim: Ey mənim mövlam,onun 40 gündə inkişafını digərlərindən tez görürəm,həzrət buyurdu:
Ey bibi,Biz övsiyalar digərlərinin bir həftəlik inkişafını 1 gündə,və digərlərinin bir ilinin inkişafını bir cümədə görürük.
Mən qalxdım və o körpənin başından öpdüm və mənzilimə qayıtdım.⁸
#davamı_var

📚Mənbə;
1.Kafi,cild 1,səh 514.
2.Təqvimul vaizin,səh 136.
3.Kafi,cild 4,səh 589.
4.Misarul şiə,səh 38.
5.İrşad,cild 2,səh 339.
6.İsra surəsi 81.
7.Qəsəs surəsi 5-6.
8.Bihar,cild 51,səh 20.
T.me/Shia_teqvimi

🔰←İmam Zamanın عج ləqəbləri:
"Höccətullah"
"Höccətullahi Ali Məhəmməd ع"
"Sahib-Zaman ع" yəni öz əsrinin əmr verəni.
"Məhdi ع" məxluqlar Onun vasitəsilə hidayət taparlar və müqəddəs vücudu ilə zəlalətdən hidayətə dönərlər.
"Qaim ع" İmam Sadiq ع buyurub:
"Bu cəhətdən ki,haqq ilə qiyam edər,Ona Qaim deyərlər."
"Müntəzər" -Onun üçün uzun qeyb olacaqdır və ixlaslı olanlar Onun intizarını çəkərlər və şəkk edənlər Onu inkar edərlər.¹

🔰←İmam Zamanın عج sifətləri:
Həzrətin zahiri sifəti ən çox sonuncu Peyğəmbərə bənzəyir.
Mübarək üzü ulduz kimi parlayır.
Əmirəl-möminin buyurub:
O,bir cavandır ki,gözəl üzlü,nur üzlü,mübarək üzündə qara saqqal və başının tükü parlaqdır."²

🔰←İmam Zamanın عج anası:
Həzrətin anası Nərcis Xatunun digər ad və ləqəbləri; Məlikə,Reyhanə,Seyqəl və Süsəndir.

Şiə Təqvimi

14 Feb, 10:54


Bir nəqlə görə 261-ci hicri ilində samirrada vəfat etmiş və İmam Hadi və İmam Həsən Əskərin yanında dəfn edilmişdir.³
Digər nəqlə görə 260-cı ildə vəfat etmişdir.⁴
Həzrətin bibisi Həzrəti Həkimə Xatun isə 4 İmamı görmüş⁵ və hicri 274cü ildə Samirrada vəfat etmişdir.⁶
Bu xanım Əhli-beytin sirlərini bilirdi və İmam Zamanın viladətində hazır idi və bir neçə dəfə Həzrətin xidmətinə çatmışdır.İmam Həsən Əskərinin şəhadətindən sonra bu xanım səfirlərdən biri idi ki,insanlar onun vasitəsilə öz hacətlərini İmam Zamana çatdırırdılar.⁷

📚Mənbə;
1.Kifayətul muvəhhidin,cild 3,səh 343.
2.Əl Ğeybə,Tusi,səh 470.
3.Reyhaneyi şəriə,cild 3,səh 25.
4.Tarixi samirra,cild 1,səh 243.
5.Bihar,cild 50,səh 8.
6.Tarixi samirra,cild 1,səh 239.
7.Reyhaneyi şəriət,cild 4,səh 150.
T.me/mahdavi_yyat

🔰←Qeybəti suğra [kiçik qeyb dövrü]:
Kiçik qeyb dövründə Həzrətin 4 xas səfiri,naibi vardır.Onlar vasitəsilə Həzrəti Məhdinin عج cavabları insanlara çatırdı.
Əlbəttə bu naiblərdən əlavə digər şəhərlərədə İmamın vəkilləri yerləşdirilmişdir ki,onlar da bu 4 naib vasitəsilə xəbərləri İmama çatdırırdılar.
🔰4 xas naibin adları;
1⃣Osman ibn Səid.
2⃣Əbu Cəfər Məhəmməd ibn Osman.
3⃣Əbul Qasim Hüseyn ibn Ruh Nobəxti.
4⃣Əli ibn Məhəmməd Səmuri.

🔰←Qeybəti kübra zamanının vəzifələri;
[Böyük qeyb dövrünün vəzifələri]

Böyük qeyb dövründə Həzrəti Məhdinin عج şiələri və dostlarının vəzifələri aşağıdakılardır;
1⃣Cümə,Fitr,Qurban və Qədir-xum bayramında Nüdbə duasını oxumaq.
2⃣Cümə günü O,Həzrəti ziyarət etmək.
3⃣Əqidə və etiqadda sabit və möhkəm qalmaq üçün bu duanı oxumaq:
«یا اللهُ، یا رَحمنُ، یا رَحیمُ، یا مُقَلَّبَ القُلُوبِ، ثَبَّت قَلبی عَلی دینِکَ»
"Ya Allahu Ya Rahmənu Ya Rahim Ya Muqəlləbəl qulub,səbbit qalbi ələ dinik."
4⃣Həzrətin "Qaim" adını eşidəndə ayağa qalxmaq.
5⃣Müşkül və giriftarçılıqlarda O,Həzrətə təvəssül etmək.
6⃣Həzrətin fərəci və salamatçılığına sədəqə vermək.
7⃣Aşağıdakı duanı oxuyaraq Allahdan o,Həzrəti bizə tanıtmağını istəmək:
"Allahummə ərrifni nəfsəkə,fə innəkə in ləm tuərrifni nəfsəkə,ləm ərif nəbiyyəkə,Allahummə ərrifni nəbiyyəkə,fə innəkə in ləm tuərrifni nəbiyyəkə,ləm ərif huccətəkə,Allahummə ərrifni huccətəkə,fə innəkə in ləm tuərrifni huccətəkə,zaləltu ən dini"
«اللّهُمَّ عَرَّفنی نَفسَکَ فَاِنَّکَ اِن لَم تُعَرَّفنی نَفسَکَ لَم اَعرِف نَبِیَّکَ، اللّهُمَّ عَرَّفنی رَسُولَکَ فَاِنَّکَ اِن لَم تُعَرَّفنی رَسُولَکَ لَم اَعرِف حُجَّتَکَ، اللّهُمَّ عَرَّفنی حُجَّتَکَ فَاِنَّکَ اِن لَم تُعَرَّفنی حُجَّتَکَ ضَلَلتُ عَن دینی».
8⃣O,Həzrətə bağlı olan məclislərdə iştirak etmək xüsusən İmam Hüseynin əza məclislərində.
9⃣Saleh əməlləri o,Həzrətə hədiyyə etmək misal üçün məsum imamların ziyarət savabını,Quran qiraəti,həcc,ümrə və təvaf.
🔟Günahlardan həqiqi tövbə etmək.
1⃣1⃣İmam Məhdini عج insanlara tanıtmaq.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Feb, 10:54


🌙15 Şaban.
🖇Həzrəti Bəqiyyətullahil əl əzəm,İmam Məhdinin عج viladəti.

🔰Hicri 255-ci ildə cümə gecəsi şaban ayının ortasında (nimeyi şaban) Xatəmul-övsiya,Ali-Məhəmmədin ص müntəqimi,Allah təalanın mütləq haqq və vəlisi sonuncu İmam Həzrəti Bəqiyyətullah,Höccət ibnil Həsənin عج viladətidir.¹

🔰Bu gecədə zəm-zəmin suyu çoxalar o həddə ki,hamı onu görər.²Lakin indi onun üzəri örtülmüşdür.Bu gecədə atəşə atılası bir çox insana bəraət yazılar və bu gecəyə "bəraət gecəsi",Mübarək gecə" və "rəhmət gecəsi"də deyərlər.

Şiə Təqvimi

12 Feb, 13:22


📌Məhdəviyyətlə bağlı 123 şübhənin cavabı bu kanaldadır.

https://t.me/shubhelere_cavablar/1943

Şiə Təqvimi

09 Feb, 18:07


📌İmam Xomeyni Gəncliyindən Qurani-kərim şüarını "De: «Mən sizə yalnız bir nəsihət verirəm ki, Allaha xatir iki-iki, bir-bir ayağa qalxın..." [Səba 46] şüarını öz işinin mərkəzinə çevirmiş və dünyanı Allah üçün ayağa qalxmağın yeganə yolunu hesab edən o, 26 oktyabr 1964-cü ildə ABŞ-ın İranın müdafiəsi ilə bağlı tələblərinə cavab olaraq, Qumun Əzəm Məscidində həlledici çıxış etdişdir; Mən kapitulyasiyanı İranın əsarətinə,ölkənin natamam müstəqilliyinin səbəbi və Pəhləvi rejimi üçün rüsvayçılıq bilirəm.
📌Hərəkat rəhbərinin çıxışlarından yorulan zalım Pəhləvi rejimi çarəni onun sürgündə görüb və beləliklə, İmamı 4 noyabr 1964-cü ildə Türkiyəyə sürgün ediblər.1965-ci il oktyabrın 5-də İmam,oğlu Ayətullah Seyid Mustafa Xomeyni ilə birlikdə Nəcəf şəhərinə köçürüldü.1970-ci ilin fevralında İmam Xomeyni,əslində İslam hökumətinin nəzəri əsasları olan vilayəti fəqihə dair dərsinə başladı.
📌İslam İnqilabı,Ayətullah Seyid Mustafa Xomeyninin Nəcəf Əşrəfdə rejim agentləri tərəfindən şübhəli şəkildə şəhadət edilməsi ilə xalq arasında hiddət dalğaları yaradaraq yeni mərhələyə qədəm qoydu.
📌1979-cu ilin 1 fevralında İmam 15 illik sürgündən sonra İrana qayıtdı.İmamın vətənə gəlişi Tehrandan və ölkənin digər bölgələrindən milyonlarla insan tərəfindən qarşılanıb.
📌Fevral ayının 8-i səhəri İran Hərbi Hava Qüvvələrinin şəxsi heyəti İmamın hüzuruna gələrək ona beyət etdilər.Fevralın 10-na keçən gecə Tehran Hərbi Hava Qüvvələrində bu qüvvələrin bir neçə üzvü ilə İmperator Qvardiyasında silahlı toqquşma baş verib, camaatın müdaxiləsi ilə kazarmaların qapıları xalqın üzünə açılıb və silahlar xalqın əlinə keçib.
📌Fevralın 11-də insanlar hökumət, hərbi, hüquq-mühafizə orqanları, radio və televiziya mərkəzlərinə basqın edərək onları zəbt etdilər. Bəxtiyarın İrandan qaçması və ordunun 1979-cu ilin 11 fevralında tərəfsizliyini elan etməsi ilə İran İslam İnqilabı İlahi riza yolunda uzun illər davam edən mübarizə, fədakarlıq və müqavimətdən sonra İmam Xomenin (ə) misilsiz rəhbərliyi və İran xalqının səyləri ilə yekun qələbəyə nail oldu.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

09 Feb, 18:06


🖇İran İslam İnqilabının Qələbəsi
🌙Şəmsi ili 1357,Bəhmən ayının 22-si.
🌙Miladi ili 11 fevral 1979-ci il

🔰1979-cu il fevralın 11-də İmam Xomeyninin (r.ə) başçılıq etdiyi İran xalqının İslam hərəkatının tarixi dönüş nöqtəsinə çatdı.Bu gün müsəlman xalqının mübarizəsi nəhayət öz bəhrəsini verdi və İranda 2500 illik monarxiya və Pəhləvi rejiminin 50 ildən çox davam edən zülmü aradan qaldırıldı və ilahi iradə ilə İslam Respublikası hökuməti quruldu.

Şiə Təqvimi

09 Feb, 16:53


🌙11 Şaban.
🖇Həzrəti Əli Əkbərin ع viladəti.

🔰Hicri 33-cü ildə Allah Rəsuluna ص ən çox oxşayan şəxs Həzrəti Əli Əkbər ع dünyaya gəlmişdir¹.
Həzrətin adı "Əli",atası Həzrəti Seyyiduş şuhəda,Anası Leyla binti murət səqəfidir.Həzrətin künyəsi Həzrəti İmam Sadiqin ع buyuruğuna əsasən "Əbəl Həsən" dir.²
"Bəzənti" rəvayətinə əsasən o,Həzrət izdivac etmişdir.
Həzrəti İmam Sadiqdən ع olan ziyarətə əsasən hətta 2-dən çox övladıda var idi.
«ﺻﻠّﻰ الله عَلَیکَ ﻭَ ﻋَﻠﻰ ﻋِﺘﺮَتِکَ ﻭَ ﺍﻫﻞِ بَیتِکَ ﻭَ ﺁﺑﺎئِکَ ﻭَ أﺑﻨﺎئِکَ ﻭَ ﺍُﻣَّﻬﺎتِکَ ﺍلأﺧﻴﺎﺭِ ﺍﻟَّﺬﻳﻦَ ﺃَﺫﻫَﺐَ ﻋَﻨﻬُﻢُ ﺍﻟﺮِّﺟﺲَ ﻭَ ﻃَﻬِّﺮﻫُﻢ ﺗَﻄﻬﻴﺮﺍً»
³
Kərbəla hadisəsində Həzrətin mübarək ömründən 27 il keçirdi.⁴

📚Mənbə;
1.Əli Əkbər ع,səh 15.
2.Kamiluz ziyarət,səh 240.
3.Həmin.
4.Əli Əkbər ع،səh 16.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

08 Feb, 19:46


🌙10 Şaban.
🖇İmam Zamanın عج şiələr üçün Toqii (yazısı).

🔰Bu gündə Əbu Cəfər Səmuri rehlətindən 6 gün qabaq,Həzrəti Sahib Zamanın عج tərəfindən şiələr üçün bir yazı gətirdi.¹

📚Mənbə;
1.Kəmalud din,səh 516.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

07 Feb, 18:27


🌙9 Şaban.
🖇İmam Hüseyn ع üçün əqiqə.

🔰İmam Hüseynin ع viladətinin 7-ci günündə yəni bu günü Həzrəti Rəsuləllah ص övladı üçün əqiqə qurbanı etdi.
Sonra Həzrətin başını qırxıb və saçının çəkisi qədər gümüş sədəqə verdi.¹

📚Mənbə;
1.Həyatul İmam Hüseyn ع,cild 1,səh 43.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

07 Feb, 15:30


✔️Doğum tarixi: 7 fevral 1988
✔️Doğum yeri: Əliabad,Puşkin rayonu.
✔️Vəfat yeri:Çaylı, Tərtər rayonu,Azərbaycan
✔️Vəfat səbəbi:döyüşdə şəhadət
✔️Dəfn yeri: II Fəxri Xiyaban

🔰Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır.
Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq,xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır.
O,Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur.Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 45, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

04 Feb, 09:55


🌹İmamət səmasının dördüncü ulduzu Həzrəti Əli ibni Hüseyn (ə) mübarək mövludu sizlərə mübarək olsun.
🌹Həzrəti Zeynul-Abidin (ə) barədə bəzi şübhələrə cavablar.


#Şübhə_262
İmam Səccad muxtara qiyam etməyə icazə verməmişdir?!

#Şübhə_452
Yezid nə üçün İmam Səccadı kərbəlada öldürtmədi?İmam yezidlə beyət etmişdir?!

#Şübhə_453
İmam Səccad (ə)-ın məqamı əhli-sünnə və səhabələrin yanında işarə olunub?!

#Şübhə_558
Məgər əhli sünnə Həzrəti Səccadın (İmam Əli ibn Hüseyn) üstünlüyü barəsində nəsə nəql etmişlər ki....

#Şübhə_692
Məgər İmam Hüseyn yezidlə beyət etməmək üçün şəhid olmadı?Bəs nə üçün İmam Səccad yezidlə beyət etdi?!

#Şübhə_887
Şiələr deyir İmam Hüseyn əmr be məruf üçün qiyam etdi.Bəs İmam Səccad niyə qiyam etmədi?Məgər yezid əvəz olmuşdur ya İmam Hüseyn səhv etmişdir?!

T.me/shubhelere_cavablar

Şiə Təqvimi

04 Feb, 06:20


🌙5-28 Şaban.
🖇Həzrəti Rüqəyyanın س viladəti.

🔰Həzrətin viladəti Mədineyi Münəvvərdə olub.Müxtəlif kitablarda o,Həzrətin yaşı 3,3 yaş 6 ay,4 və bəzi kitablarda 5 və hətta 7 yaşda zikr olunmuşdur.¹
Əlbəttə Bəhayinin kamilində 4 yaşı bəyan olunmuşdur.
Buna görə Həzrətin məşhur yaşı 3 yaş bir neçə aylıqdır.
Buna görə Həzrətin yaşı barədə olan nəqllərə hörə Həzrətin viladəti 5 və 28 Şaban arası ehtimal olunur.Qəti nəql isə yoxdur.Buna görə viladət illəri 54,55,56 ya 57 qəməridir.
Amma qədimi kitablara əsasən məşhuru 3 yaş bir neçə aylıq və Şabanın 5-i 57-ci hicri qəməri ilidir.

📚Mənbə;
1.Dairətul məarifi təşəyyö,cild 1,səh 77.
2.Kamili bəhai,səh 179.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

03 Feb, 15:15


🌙5 Şaban.
🖇İmam Zeynul-Abidinin ع viladəti.

🔰Hicri 38-ci ilin bu günündə Həzrəti Əmirəl-möminin ع zamanında mövlamız Həzrəti Seyyidus Sacidin,Zeynul-abidin ع dünyaya gəlmişdir.¹
O,Həzrət şənbə günü Xanım Zəhranın س evində dünyaya gəlmişdir.¹

Şiə Təqvimi

02 Feb, 16:03


🔰Atası Həzrəti Əmirəl-möminin Əli ibni əbi Talib ع və anası Ümmül-Bənin Fatimə binti Həzzam kəlabiyyədir.
O,Həzrət xoş və gözəl sima idi və buna görə Bəni haşimin qəməri ləqəbi almışdır.
Qaməti uca,qolları güclü və at belində əyləşəndə ayaqları yerə çatardı və dizi,atın boğazına çatardı.Həsənəyndən sonra ən şücaətli idi.³
Bir gün İmam Səccad ع Həzrəti Abbasın ع övladı ubeydullaha nəzər etdi və mübarək gözlərindən yaş gəldi və buyurdu:
"Allah Rəsulu üçün çətin gün əmisi Həmzənin şəhid olduğu Uhud gün və ondan sonra "Mutə" idi ki,əmisi oğlu Cəfər ibn Əbi Talib şəhid oldu.Sonra dedi:
"وَ لا یَومٌ کَیَومِ الحُسَینِ علیه السلام ..."
"Hüseynin günündən [çətin] gün yoxdur." ki,30 min insan güman etdilər ki,bu ümmətdəndirlər,Onun ətrafını aldılar və Onu öldürmək üçün hər biri Allaha yaxınlaşmaq istədi lakin O,onlara Allahı yada salırdı amma ibrət götürmürdülər və onu zülm və düşməncəsinə öldürdülər.
Bu vaxt dedi:
"Allah Abbasa rəhmət eləsin ki,qəhrəmanlıq etdi və imtahanı yaxşı verdi və qardaşı yolunda özünü çətinliyə saldı və 2 qolu kəsilənə qədər özünü qardaşına fəda etdi.Allah bunun əvəzində ona 2 qanaq verdi Cəfər ibn əbi Talib kimi behiştdə mələklərlə pərvaz etsin."
Həzrəti Abbas ع Allah təala yanında bir məqamı var ki,əvvəldə və axırda bütün şəhidlər qiyamət günü məqamına qibtə edərlər.⁴

«سَلامُ اللهِ وَ سَلامُ مَلائِكَتِهِ الْمُقَرَّبينَ، وَ اَنْبِيائِهِ الْمُرْسَلينَ، وَ عِبادِهِ الصّالِحينَ، وَ جَميعِ الشُّهَداءِ وَ الصِّدّيقينَ ... عَلَيْكَ يَا بْنَ أميرِ الْمُؤْمِنينَ ... وَ لَعَنَ اللهُ مَنْ جَهِلَ حَقَّکَ، وَ اسْتَخَفَّ بِحُرْمَتِکَ، وَ لَعَنَ اللهُ مَنْ حالَ بَيْنَکَ وَ بَيْنَ ماءِ الْفُراتِ ...»⁵

📚Mənbə;
1.Xəsaisul Abbasiyyə,səh 66.
2.Abbas Qəməri bəni haşim,səh 164.
3.Bihar,cild 45,səh 39.
4.Səduq,Əmali,səh 547.
5.Kamiluz ziyarət,səh 440.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

02 Feb, 16:00


🌙4 Şaban.
🖇Həzrəti Əbəlfəzl Abbasın ع viladəti.

🔰Hicri 26-cı ilin bu günündə Kərbəlanın ələmdarı,neynəva səqqası,Həzrəti Qəməri-munir Bəni Haşim,Əbəlfəzlil Abbas ع dünyaya gəlmişdir.¹
Məşhur adı Həzrəti Abbasdır.Ona,Həzrəti Əbəlfəzl,Əbul-Qurbə,Qəməri Bəni Haşim,Babul-həvaic,Əbdu Saleh və Səqqa da deyilir.²

Şiə Təqvimi

02 Feb, 05:33


🌙3 Şaban.
🖇İmam Hüseynin ع Məkkəyə daxil olması.

🔰Hicri 60-cı ilin Şabanın 3-ü cümə axşamı İmam Hüseyn ع Məkkəyə daxil oldu və zil-hiccəyə qədər orada qaldı.¹

📚Mənbə;
1.İrşad,cild 2,səh 35.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Feb, 16:03


🔰←İmam Hüseynin ع ləqəbləri:
Həzrətin mübarək adı tövratda Şübeyr və incildə is Tab-dır.
Atası Möminlərin əmiri və mövlası Əli ibni Əbi Talib ع və anası Həzrəti Vəliyyətullah və Həbibətuh,iki aləmin xanımı Siddiqey Kübra,Fatimeyi Zəhradır.
Həzrətin künyəsi Əbu Əbdillah və xas künyəsi Əbu Əlidir.
Həzrətin ləqəbləri: Şəhid,Səid,Sibtul sani,İmamus salis,Rəşid,Təyyib,Vəfiy,Seyyid,Zəkiy,Mübarək,Tabeul limərzatullah-dır.⁷

🔰←İmam Hüseynin ع viladətində Peyğəmbər:
Həzrətin doğum xəbəri Peyğəmbəri-Əkrəmə ص çatdıqda Əmirəl-möminin ع evinə gəldilər və Əsmadan körpəni gətirməsini istədilər.Əsma Həzrəti ağ parçaya bükərək Həzrət Peyğəmbərin ص xidmətinə gətirdi.Peyğəmbər ص sağ qulağına azan,sol qulağına isə iqamə dedi.
Viladətin 1-ci ya 7-ci günündə İlahi vəhyçi Həzrəti Cəbrail nazil oldu və ərz etdi:
"Allahın Salamı sənə olsun ey Peyğəmbər,Bu körpənin adını,Harunun kiçik oğlunun adını "Şübeyr" qoy ki,ərəbdə Hüseyn deyilir.Həzrəti Əli ع,Harunun Musaya olan nisbətində,Sənə nisbəti var bu fərqlə ki,Sən Peyğəmbərlərin Xatəmisən.⁸
Bu tərtiblə Həzrəti Fatimənin 2-ci övladının adı Allah tərəfindən seçildi.
Bu gündə Göyün Mələkləri Peyğəmbərə təbrik deməyə və O,Həzrətin qəbrinin torpağını Peyğəmbər üçün verməyə nazil oldular.
Həzrətin viladət günündə olan möcüzələrdən biri Futrus mələyinin⁹ ya Dərdayilin¹⁰ bu məzlum İmama pənah aparması və Allahın onu bağışlaması və əvvəlki məqamına qaytarmasıdır.

🔰←İmam Hüseynin ع uşaqlıq dövrü:
Həzrət 6 il bir neçə ayını əziz İslam Peyğəmbəri ilə bahəm olmuşdur.
30 il ömrünü Atası müttəqilərin mövlası İmam Əliylə yaşamış və Cəməldə,Siffeyndə və Nəhrəvanda (döyüşlərdə) iştirak etmişdir.¹¹
Ömərin qəsbkar dövründə İmam Hüseyn 10 yaşında idi və məscidə daxil olub 2-ci xəlifəni Peyğəmbər minbərində gördü ki,söhbət edir.
Minbərin yuxarısına getdi və fəryad etdi:
"Ey yalançı!Atam Rəsuləllahın minbərindən düş,atanın minbəri deyil.!¹²
Əmirəl-mömininin şəhadətindən sonra o,Həzrəti İmam Həsənə ع və onun dərdlərinə şərik idi və şahid idi ki,müaviyə,münafiqlər və digər kafirlər necə Atasına və qardaşına pis cəsarətlər edirdilər.
İmam Həsənin ع məzlumanə şəhadətindən sonra İmamət Həzrəti İmam Hüseynə ع çatdı və olmazın zülmlərdən sonra Həzrətidə Kərbəlada Aşura günü şəhid etdilər.

📚Mənbə;
1.İlamul vəra,cild 1,səh 420.
2.İrşad,cild 2,səh 27.
3.Bihar,cild 44,səh 202.
4.Təhzibul əhkam,cild 6,səh 41.
5.Dəlailul imamət,səh 235.
6.Ərbəin mahuzi,səh 368.
7.Bihar,cild 43,səh 237.
8.Şeyx Tusi,Əmali,cild 1,səh 367.
9.Bəsairut dərəcat,səh 88.
10.Kəmalud din,səh 283.
11.İsabə,cild 2,səh 69.
12.Kələmatul İmam Hüseyn,səh 120.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Feb, 16:03


🌙3 Şaban.
🖇İmam Hüseynin ع viladəti.

🔰Hicri 4-cü ilin bu günündə şəhidlər sərvəri,hər möminin göz yaşı,Zahid və abid İmam,Qərib şəhid,Neynəva ətşanı Həzrəti Əba Əbdillahil Hüseynin ع aləmi öz nuru ilə münəvvər edərək dünyaya gəlmişdir.¹
O,Həzrətin mövludu barədə digər nəqllər şabanın 5-i²,Ramazan ayının axırı³,Hicri 3-ün Rəbiul əvvəlin axırı⁴,Cəmadiul əvvəlin 5-i⁵ və Rəcəbin 12-idir.⁶

Şiə Təqvimi

31 Jan, 17:20


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Şiə Təqvimi

31 Jan, 17:03


Onun adı zübeyr ya məhəmməd idi ki,əmisi oğlu müstəindən sonra xilafətə keçdi.
Onun ən böyük cinayətlərindən biri bu idi ki,İmam Hadini ع şəhadətə çatdırmışdır və qorxurdu ki,qardaşı muəyyəd onun əleyhinə qiyam etsin,ona görə zəhərli ədyala bükmüş və hər iki tərəfini bağlatmışdır və 23 Rəcəb ölmüşdür.
Və o,türklərin başçılarını davamlı öldürürdü,o vaxta qədər ki,hicri 255-ci ilin Məbəs günü bir neçə nəfər Saleh ibn Vasif mötəzin ətrafını aldılar və onu məzəmmət etdilər və malını tələb etdilər və onu hücrədən çıxartdılar.Günəş altında istidən tək ayağına söykənərək taxtdan əl çəkənə qədər yəni Rəcəbin 27-nə kimi onu davamlı döydülər.
Sonra ona 3 gün ölənə qədər su və yemək vermədilər;
Bir nəqlə görə onu qaynayan suya atdılar.
Bəziləri demişdir:
Onu 5 gün istidə susuz və yeməksiz həbs etdilər və axır gün ona duzlu su ya buzlu su verdiklərinə görə ölməyinə səbəb olmuşdur.¹
📚Mənbə;
1.Tozihul məqasid,s 19.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Jan, 17:03


🌙2 Şaban.
🖇Mötəz əbbasinin ölümü.

🔰Hicri 255-ci ilin bu günündə mötəz billah cəhənnəmə daxil olmuşdur.

Şiə Təqvimi

31 Jan, 16:05


🌙2 Şaban.
🖇Orucun vacib olmasının başlanğıcı.

🔰Hicri 2-ci ilin bu günündə Mübarək Ramazan ayının orucu vacib oldu.¹

📚Mənbə;
1.Misarul şiə,səh 37.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Jan, 10:07


💠Şaban ayının müştərək əməlləri:

◽️Oruc tutmaq
◽️Salavat zikrini demək
◽️Sədəqə vermək
◽️Şabaniyyə münacatını oxumaq

◽️Hər gün istiğfar zikrini 70 dəfə demək:
«اَسْتَغْفِرُاللهَ وَ اَسْئَلُهُ التَّوْبَةَ»
"Əstəğfirullahə və əsəluhut təvbə"

◽️Hər gün 70 dəfə bu zikri demək:
«اَسْتَغْفِرُاللهَ الَّذى لااِلهَ اِلاّ هُوَ الرَّحْمنُ الرَّحیمُ الْحَىُّ الْقَیّوُمُ وَ اَتُوبُ اِلَیْهِ»
"Əstəğfirullahəlləzi lə iləhə illə huvər rahmənur rahimul həyyul qayyumu və ətubu iləyh."

◽️Bütün ay boyu bu zikri min dəfə demək:
«لا اِلهَ اِلا اللهُ وَلا نَعْبُدُ اِلاّ اِیّاهُ مُخْلِصینَ لَهُ الدّینَ وَ لَوُ کَرِهَ الْمُشْرِکُونَ»
"Lə iləhə illəlahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhud dinə və ləv kərihəl muşrikin."

◽️Hər cümə axşamı günü iki rükət namaz qılmaq;
Hər rükətdə həmddən sonra 100 dəfə ixlas surəsi və salamdan sonra 100 dəfə salavat demək lazımdır.

◽️Zöhr vaxtında və gecə yarısında Şabaniyyə salavatını [İmam Səccaddan (ə) rəvayət olunmuş) oxunmalıdır.
T.me/gundelik_ehkamlar

Şiə Təqvimi

30 Jan, 17:12


🌸Şaban ayından qəflət etməməliyik.
🌸Şaban ayı əvvəlindən axırına qədər bayramdır,Mübarək Ramazan ayı kimi ki,əvvəlindən axırına qədər bayramdır.(bəndələr üçün)
🌸Övliyaların bayramıdır.

🌷Şaban ayının gəlişi hər kəsə mübarək olsun.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

30 Jan, 07:33


Şərafətli qəbri Qulzumdadır ki,balaca qünbəd və otağı vardır.²
Malik Əştər Siffeyn döyüşündə Əmirəlmöminin ع sərkərdələrindən idi.O böyük şəxsiyyət Əmirəlmöminin yanında çox hörmətli idi və bu,onun böyüklüyü üçün kifayətdir ki,Əmirəlmöminin ع Malik haqqında verdiyi açıqlamada belə deyir:
"Mən Allah Rəsuluna ص necəyəmsə,Malik də mənim üçün belə idi.³
Və başqa bir kəlamında Əmirəlmöminin ع öz səhabələrinə xitab edərək deyir:
"Kaş aranızda Malik kimi iki nəfər olaydı,bəlkə ey kaş aranızda Malik kimi bir nəfər olaydı."⁴
Həzrətin,Malik Əştərlə əhd-peymanı həzrətin ən uzun əhdlərindəndir ki,özündə çoxlu lütf və fəzilətlər,vəlilər və başçılar üçün saysız-hesabsız tövsiyə və hikmətlər vardır.
Malik,Əmirəlmöminin ع tərəfindən Mosul,Nusaybin,Dara,Sincar,Hit və Anat əmiri idi və axırıncı əmrində Maliki Misirə göndərib Misir xalqına məktub yazmışdır ki,o məktubda Maliki çox tərifləmiş və onları ona itaət etməyi əmr etmişdir,lakin müaviyə Malikin gəlişini eşidəndə üreyşin kəndxudasına yazdı ki,əgər Maliki zəhərləsə,ömürlük ərazisinin xəracını ona verəcək.
kəndxuda üreyş,Malikin balı çox sevdiyini anlayanda zəhərli bal şərbəti hazırlayıb Malikə gətirdi və onun xüsusiyyətlərini və faydalarını izah etdi.
Malik balı yedi və dərhal zəhərin şiddətli təsirindən öldü və Qulzamda dəfn edildi.
Malik Əştərin şəhadəti müaviyənin qulamı nafinin əliylə olmasıda nəql olunmuşdur.
müaviyə Malikin şəhadət xəbərini eşidəndə sevincindən az qala uçacaqdı.o,şam yeməyində xütbə oxudu və dedi:
Əli bin Əbi Talibin iki əli var idi;Biri Siffeyndə qət oldu (Əmmar bin Yasir),biri isə bu gün (Malik).⁵

📚Mənbə;
1.Tarixi dəməşq,cild 56,səh 378.
2.Məraqidul məarif,cild 2,səh 223.
3.Xülasətul əqval,səh 277.
4.Bihar,cild 32,səh 547.
5.İxtisas,səh 81.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

30 Jan, 07:32


🌙Rəcəb ayının tamam olması.
🖇Malik Əştər Nəxəinin şəhadəti.

🔰37 ya 38-ci hicri ilinin bu ayında uca məqamlı səhabə,Əmirəl-möminin ordusunun böyük komandiri əbu İbrahim Malik Əştər Nəxəi misirin qulzum məntəqəsində müaviyənin əmrilə zəhərlənmiş və şəhadətə çatmışdır.¹

Şiə Təqvimi

30 Jan, 06:30


🌙Rəcəb ayının tamam olması.
🖇Həbəşə padşahı Nəccaşinin vəfatı.

🔰Hicri 9-cu ilin bu ayında həbəşə padşahı dünyasını dəyişmişdir.¹
O,gün Peyğəmbər ص buyurmuşdur:
"Bu gün bir saleh kişi dünyadan köçmüşdür.Qalxın ona namaz qılın."
Bu anda Nəccaşinin cənazəsi Peyğəmbərə zahir oldu və o,Həzrət ona namaz qıldı.²

📚Mənbə;
1.Bihar,cild 21,səh 369.
2.Məkatibul Rəsul ص,cild 2,səh 438.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

30 Jan, 05:34


🌙Rəcəb ayının tamam olması.
🖇Müsəlmanların Həbəşəyə hicrəti.

🔰Besətdən 5 il sonra Rəcəb ayında Rəsuləllahın ص əmri ilə müsəlmanlar Cəfər ibn əbi Talibin ع başçılığı ilə həbəşəyə hicrət etmişdilər.¹

📚Mənbə;
1.Bihar,cild 18,səh 412.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Jan, 16:03


🌙Rəcəbin axırı.
🖇Nəxlə qəzvəsi.

🔰Hicrətin 2-ci ilinin Rəcəb ayının axırında Nəxlə qəzvəsi (döyüşü) baş vermişdir.¹

📚Mənbə;
1.Bihar,cild 19,səh 174.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Jan, 15:31


🌙Rəcəbin axırı.
🖇Şafeinin ölümü.

🔰Hicri 204-cü ilin Rəcəb ayının axırıncı günündə məhəmməd ibn idris şafei misirdə öldü.¹
O,əbu hənifənin dünyaya gəldiyi gün vəfat etmişdir² və 4 il müddətində anasının qarnında qalmışdır.Təəccüb yeri budur ki,şafeinin atası 4 il onun viladətindən qabaq ölmüşdür və o,viladəti əbu hənifənin həyatına ehtiram olaraq təxirə salmışdır.²

📚Mənbə;
1.Rozətul cənnat,cild 7,səh 259.
2.Tətəmmətul muntəha,səh 286.
3.Ənvarul nömaniyyə,cild 2,səh 177.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Jan, 15:15


🌙Rəcəbin axırı.
🖇əbu hənifənin ölümü.

🔰Hicri 150-ci ilin¹ bu günündə Nöman ibn haris,əbu hənifə ləqəbi ilə məşhur olan hənəfi məzhəbinin rəisi bağdad da öldü və həmin şəhərdə də dəfn olundu.

📚Mənbə;
1.Vəqaiyul məşhur,səh 132.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

28 Jan, 16:39


Bu səfərdə o,Həzrətlə Bəni-haşimin əqiləsi Həzrəti Zeynəb س,qardaşı Həzrəti Əbəlfəzl Abbas ع,Ümmü gülsüm,Əli Əkbər və digər Əhli-beyt ع üzvləri olmuşdur.
Seyyiduş Şuhədanın ع bacıları bəni-haşimin əqiləsi və ümmü-Gülsümlə bahəm 13 nəfər idilər.Həzrətə başqa cəhətdən qohum olan Həzrəti Zeynəbin س qızı Ulya Ummu-Gülsümi suğra yoldaşı ilə Kərbəlaya gəlmiş və Həzrəti Əmirəl-mömininin bacısı,Əbu Talibin qızı Cumanədə onlarla bahəm idi.
Həmçinin Həzrətlə bahəm 9 kəniz Mədinədən xaric olmuşlar və 10 nəfər qulamda var idi.İmam Həsənin ع bir neçə həyat yoldaşı və İmami Müctəbanın 16 nəfər qız və oğlan övladı və Müslim ibn Əqilin ailəsi və Həzrətin başqa qohumları və səhabələri də onunla bahəm idilər.
📌Həzrətin bu səfərdə yanında olan ləvazimatları:
250 at,250 dəvə.Bu saydan 70 dəvə yükləri aparmaq üçün,40 dəvə digər yükləri daşımaq üçün,30 dəvə su məşqlərinin daşınması üçün,12 dəvə pul və paltar daşıması üçün,50 dəvə kənizləri və digər əşyaları və 50 dəvədə başqa yükləri daşımaq üçün götürülmüşdür.³

📚Mənbə;
1.İrşad,cild 2,səh 34.
2.Feyzul ilam,səh 329.
3.Mədinədən Mədinəyə,səh 77.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

28 Jan, 16:36


🌙28 Rəcəb.
🖇İmam Hüseynin ع Mədinədən Məkkəyə tərəf xaric olması.

🔰Hicri 60-cı ilin bu günündə İmam Hüseyn ع Mədinədən Məkkəyə getmişdir.¹Bir nəqlə görə 29 Rəcəb o,Həzrət Mədinədən xaric olmuşdur.²

Şiə Təqvimi

28 Jan, 15:34


🌙28 Rəcəb.
🖇İslamda ilk dəfə namazın qılınması.

🔰Bu gündə,Peyğəmbərin ص besətindən sonra ilk dəfə peyğəmbərlə namaz qılan Əmirəl-möminin İmam Əlidir ع.
Rəcəbin 27-si Peyğəmbər məbus oldu və 28 Rəcəbdə Həzrəti Əmirəl-möminin O,Həzrətlə bahəm namaz qıldı.¹

📚Mənbə;
1.Mənaqibi ali əbi Talib,cild 2,səh 21.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

28 Jan, 09:57


🔰Salam olsun Əziz kanal üzvlərinə.
Sizlərin hər birinizi bu gözəl və böyük bayram olan 🌹"Məbəs"🌹 bayramı münasibətilə təbrik edirəm.Allah etdiyiniz hər bir ibadətləri və tutduğunuz orucları qəbul etsin.🤲Allahdan istəyirik sonuncu İmamın عج zühuru təcil olsun və zindanda olan alim və möminlərimiz tezliklə azadlığa qovuşsunlar.🤲
#Məbəs günü barədə olan şübhələr⤵️;

#Şübhə_443
🟢Məbəs gününü bayram kimi qeyd etmək bidətdir...

#Şübhə_444
🟢Rəcəb ayının 27-si məbəs günü deyil,bəlkə o gündə Quran nazil olub...

#Şübhə_687
🟢Həzrəti Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?!

🔗Kanalımızın linkini paylaşmaqla bizə dəstək ola bilərsiz.🔗
T.me/shubhelere_cavablar

Şiə Təqvimi

28 Jan, 09:42


https://youtube.com/shorts/jTEyu5ytWvI?si=qmEgqGmDlIATERg-

Şiə Təqvimi

27 Jan, 14:59


Bu gün böyük bayramlardan biridir və Həzrəti Peyğəmbərin ص risalətə seçildiyi gündür və Cəbrail ع o,Həzrətin peyğəmbərliyi üçün nazil olmuşdur.
Qeyri-şiələr məbəsi 17 ya 18 ya 24 Ramazan və bəziləri 12 Rəbiul-əvvəldə bilirlər.
Bu gündə Peyğəmbərə ص çoxlu salavat göndərmək O,Həzrəti və İmam Əlinin ع ziyarət etmək buyurulmuşdur.²
Peyğəmbərlərin ع besətindən illər keçmişdir və qövm və qəbilə özlərinin müxtəlif əqidələri ilə yaşayırdılar və Hicaz və Məkkədə də o illər çoxları bütlərə pərəstiş edirdilər:
Daşdan,dəmirdən,taxtadan və bəzəndə xurmadan olan bütlərə.Qızlarıda diri diri torpağa basdırırdılar.
Peyğəmbərin ص mübarək ömründən 40 il keçməsinə baxmayaraq əksər qəbilələr döyüş və qantökmək halında idilər və dünya azğınlıq və zəlalətə qərq olmuşdur.
Allah təala o,Həzrəti Peyğəmbərliyə seçdi və Cəbrail ع o,Həzrətə nazil oldu və ilahi vəhyləri öz ədəb və xüsusi mərasimlə O,Həzrətə çatdırdı ki,bu rəvayi kitablarda müxtəlif sənədlərlə zikr olunub.
Bəzi rəvayətlərə əsasən³ o,Həzrət Hira dağından qayıdanda cəlal və əzəmətli nurlar onu bürümüşdür o həddə ki,heç kəsin o,Həzrətə nəzər etməyə qüdrəti yox idi.
O,Həzrət ki,hər daşın və ağacın yanından keçəndə ona əyilirdilər və fəsih və aşkar dillə deyirdilər:

«ﺍﻟﺴّﻠﺎﻡ علیک ﻳﺎ ﻧﺒﻰّ الله، ﺍﻟﺴّﻠﺎﻡ علیک ﻳﺎ ﺭﺳﻮﻝ الله».
"Salam olsun sənə Ey Allahın nəbisi,salam olsun sənə ey Rəsuləllah."
Həzrət Peyğəmbər ص Həzrəti Xədicənin evinə daxil olduğu zaman Həzrətin cəmalının nurları evi işıqlandırmışdır.
Xanım Xədicə س ərz etdi: Ya Məhəmməd,bu nə nurdur ki,sizdə müşahidə edirəm?
O,Həzrət buyurmuşdur: Bu peyğəmbərlik nurudur.Sonra Həzrəti Xədicəyə س xitab edərək buyurdu: De:
«ﻟﺎ ﺍﻟﻪ إﻟﺎ الله ﻣﺤﻤّﺪ ﺭﺳﻮﻝ الله».
"Allahdan başqa ilah yoxdur,Məhəmməd Allahın Rəsuludur."
Xanım Xədicə س ərz etdi: İllərdir ki,Mən Sizin peyğəmbərliyinizi bilirəm.Sonra Allahın təkliyinə və Peyğəmbərin risalətinə şəhadət verdi.
Bu anda Həzrət buyurdu: Ey Xədicə!Soyuqluq hiss edirəm,üstümə örtünü ört.
Həzrət örtünü özünə çəkdi və yatdı.Allah təaladan nida gəldi:
«ﻳﺎ أﻳُّﻬَﺎ ﺍﻟﻤُﺪَّﺛِّﺮ، ﻗُﻢ ﻓَﺎَﻧﺬِﺭ ﻭَ رَبَّکَ ﻓَﻜَﺒِّﺮ ...»
"Ey örtüyə bürünmüş,qalx və insanları Allahının əzabından qorxut,və təkbir de və Allahını böyüklüklə yad et."⁴
O,Həzrət qalxdı və mübarək barmağını qulağına qoyub buyurdu:
«الله ﺍﻛﺒﺮ، الله ﺍﻛﺒﺮ»
"Allahu Əkbər,Allahu Əkbər."
O,Həzrətin səsi bütün mövcudlara çatdı və hamı onunla müvafiqlik etdilər.⁵
Peyğəmbər ص 3 il insanları gizlində Allahın təkliyinə dəvət etmişdir və 3 ildən sonra Cəbrail ع gəldi və ərz etdi:
"Allah təala əmr etmişdir ki,öz dəvətini aşkar edəsən."
Sonra o,Həzrət Səfa dağının yuxarısına getdi və insanları qorxudaraq öz dəvətini aşkarca etməyə başladı.⁶

📚Mənbə;
1.Kafi,cild 4,səh 149.
2.Zadul məad,səh 36.
3.Muntahaul amal,cild 1,səh 47.
4.Müddəsir 1 və 3.
5.Bihar,cild 18,səh 197.
6.Həmin,cild 18,səh 174-186.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

27 Jan, 14:59


🌙27 Rəcəb.
🖇Həzrəti Məhəmmədin ص peyğəmbərliyə seçilməsi.

🔰Peyğəmbərin ص məbəsi (seçilməsi) 40 yaşında və Quranın Peyğəmbərə nazil olması bu gündən başlamışdır.¹

Şiə Təqvimi

22 Jan, 17:06


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Şiə Təqvimi

22 Jan, 16:57


🌙22 Rəcəb.
əbu bəkrin Xeybər döyüşündən qaçması.

🔰Bu gündə¹ Xeybər döyüşü günlərində bayraq əbu bəkrə verilmişdir və o düşməni görməklə qaçdı və özü ilə olan dəstənidə qaçmağa təşviq etdi.²
🔰Əbu bəkrin Xeybər döyüşündən qaçması və fərari olması əhli sünnə mənbəsində⤵️

☑️Hakim nişaburi öz kitabında yazır:
Əli ibni Əbu Talib ع əbu luluya dedi: Xeybər döyüşündə Mənimlə bahəm deyildin?Dedi: Bəli,And olsun Allaha Sizinlə bahəm idi.Həzrət buyurdu: Bəs şəhadət verirsən ki,Allah Rəsulu ص əbu bəkri Xeybər tərəfə göndərdi və o,camaatla bahəm getdi və məğlub olub qaçmağı seçdi.!"³
____

📚Mənbə;
1.Vəqaiyul əyyam,cild 1,səh 211.
2.Əl Qədir,cild 7,səh 199.
3.əl mustədrəkul ələl səhihəyn,hakim nişaburi,cild 3,səh 39-40,hədis 4338.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

22 Jan, 14:04


Əziz izləyicilər, sizi Öyrədici və Maarifləndirici Təhsil, Xəbər, Dini kanallara abunə olmağa dəvət edirəm.

1K TOPLU ÜÇÜN: ▶️ @t0plu1k

Şiə Təqvimi

21 Jan, 16:23


🌙21 Rəcəb.
🖇Həzrəti Zəhranın س bir nəqlə görə şəhadət günü.

🔰İbn Əyyaşın nəqlinə görə Həzrəti Zəhranın س şəhadəti bu gün baş vermişdir.¹

📚Mənbə:
1.Misbahul müctəhid,səh 748;Zadul məad,səh 35.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

19 Jan, 16:15


🌙19 Rəcəb.
🖇Motəmid əbbasinin ölümü.

🔰Hicri 279-cu ilin bu günündə motəmid ələllah əhməd bn mutəvvəkil "mötəmid" ləqəbli əbbasi xəlifəsi cəhənnəmə vasil olmuşdur.¹
Onun ölüm səbəbi bu idi ki,bir çayın kənarında eyş-işrət halında idi və çox şərab içdiyinə görə ya qardaşı oğlunun şəraba qatdığı zəhərə görə qarnı yırtılmışdır.²
Bir nəqlə görə o Rəcəbin 18-i ölmüşdür.
mötəmid 23 il xilafət olmuş və
mötəmidin ən böyük cinayətlərindən biri İmam Həsən Əskərini ع zəhərləməsidir.O,bir neçə dəfə İmam Həsən Əskərini ع həbs etdirmişdir.
📌İmam Həsən Əskərinin ع qatilləri:
O,23 illik hakimiyyəti dövründə çoxlu vəhşiliklər törətmişdir ki,bunlardan ən mühümü İmamın şəhadəti olmuşdur. Qısaca İmam ilə rəftarı:
1⃣İmam Həsən Əskərinin imamətinin dörd ili mötəmidlə olmuşdur.
2⃣İmamı həbs etmək və təqib etmək
3⃣İmamın səhabələrini həbs etmək
4⃣Həzrətin şiələri arasında casusları tutmaq,İmamı şəhadətə çatdırmaq.
📚Mənbə;
1.Əl hidayətul kubra,səh367.
2.Fəlaidul nuhur,səh142.
3.tətəmmətul muntəha,səh360.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

19 Jan, 06:15


🌙18 Rəcəb.
🖇yezidin fitnə xilafətinin əvvəli.

🔰Bu gündə yezid lənətlik qəsb olunmuş xilafəti ələ keçirdi.müaviyənin ölümündən 3 gün sonra,rəcəbin 15də dəfn olunandan sonra yezid dəməşqə gəldi və onun qəbrinin kənarında ağladı.
Ondan sonra saraya getdi və 3 gün çölə çıxmadı.Sonra Rəcəbin 21-də məscidə gəldi və minbərə qalxdı,xütbə oxudu.¹

📚Mənbə:
1.Vəqayul əyyam,cild 1,səh 208.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

19 Jan, 04:15


🌙18 Rəcəb.
🖇Həzrəti Rəsuləllahın ص övladı İbrahimin vəfatı.

🔰Hicri 10-cu ildə Həzrəti Rəsuləllahın ص övladı İbrahim dünyadan köçdü.¹İbrahimin anası Mariya qibtiyyə ع idi.²
İbrahim 8-ci hicri ilinin zil-hiccə ayında dünyaya gəlmişdir.³
İbrahim vəfatında bir nəqlə görə 18 aylıq idi⁴ və bir nəqlə görə 1 yaş 10 ay 8 günlük idi⁵ və bir nəqlə görə isə 2 yaş bir neçə aylıq idi.⁶

📚Mənbə;
1.Misbahul müctəhid,səh 748.
2.Bu barədə Məhərrəm ayının tamamında ətraflı bəyan olunub.
3.Bihar,cild 21,səh 45.
4.Tacul məvalid,səh 9.
5.Bihar,cild 22,səh 152.
6.Tacul məvalid,səh 9.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

17 Jan, 16:02


🌙17 Rəcəb.
🖇məmunun ölümü.

🔰Hicri 218-ci ilin cümə axşamı günü Rəcəbin 17-si¹,ya bir nəqlə görə 8 Rəcəb²,ya 9 Rəcəb³,ya 18 Rəcəb⁴ lənətlik məmun 48 yaşında cəhənnəmdə əcdadlarına qovuşdu.
Onun xilafət müddəti 21 il idi.⁵

📚Mənbə;
1.Tətəmmətul muntəha,səh 297.
2.mustədrəkul səfinətul bihar,cild 4,səh 78.
3.Tozihul məqasid,səh 17.
4.Tarixul xuləfa,səh 313.
5.tətəmmətul muntəha,səh 297.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

16 Jan, 16:04


🌙16 Rəcəb.
🖇Fatimə binti Əsədin س Kəbənin içərisindən xaric olması.

🔰Bu günün başlanğıcında Həzrəti Fatimə binti Əsəd س övladı Əmirəl-möminin ع ilə Kəbənin içindən xaric oldu.¹

📚Mənbə;
1.Biharul-ənvar,cild 35,səh 18.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

16 Jan, 07:33


🌙15 Rəcəb.
🖇İmam Sadiqin ع şəhadəti.
📌[bir rəvayətə görə]

🔰Bir rəvayətə görə hicri 148-in bu günündə Həzrəti İmam Sadiq ع şəhadətə çatmışdır.¹

📚Mənbə;
1.İlamul vəra,cild 1,səh 514.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

16 Jan, 06:30


🌙15 Rəcəb.
🖇Şə'bi Əbi Talibdən ع çıxış.

🔰Bu gündə Həzrəti Rəsuləllah ص və yanındakılar şə'bi əbi Talib ع dərəsindəki kafirlər tərəfindən mühasirə olunmuşdular,xaric oldular.¹

📚Mənbə;
1.Misbahul müctəhid,səh 741.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

16 Jan, 05:30


🌙15 Rəcəb.
🖇Qiblənin dəyişilməsi.

🔰2-ci Hicri ilinin Rəcəb ayının 15-i qiblə beytul-meqəddəsdən Kəbəyə tərəf dəyişildi.Bu iş zöhr namazında Mədinənin Bəni Salim məscidində baş verdi və bu məscid bundan sonra zil-qiblətəyn (ikiqibləli) adlandırıldı.¹


📖"Şübhəsiz, Biz sənin üzünün göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk.Odur ki,üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin.Həqiqətən, kitab verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır.Allah onların etdiklərindən qafil deyildir."

📖Bəqərə 144.
📚Mənbə;
1.Misarul şiə,səh 35.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Jan, 16:03


🌙15 Rəcəb.
🖇Həzrəti Zeynəbin س vəfatı.

🔰Həzrəti Fatimeyi suğra,Bəni haşimin əqiləsi,Ummul-məsaib (müsibətlər anası) Həzrəti Zeynəbi kübra hicri 62-ci ildə Rəcəbin 15-i bazar günü məzlumanə və qəribanə dünyadan köçmüşdür.¹

Şiə Təqvimi

15 Jan, 16:03


Kərbəla hadisəsindən bir il bir neçə ay sonra O Həzrətin həyatı göz yaşları,ah-nalə,əsarət və Kərbəla xatirələri ilə keçdi.Bu Xanımın böyüklüyünə bu kifayətdir ki,onun İmam Hüseyn əleyhissəlam tərəfindən xüsusi bir naibliyi və bu naiblik İmam Zeynul-Abdin əleyhissalamın xəstəliyi bitənə qədər davam etdi.²
📌←Həzrətin ad qoyulması:
Həzrət dünyaya gələndə Cəbrail Allah-təaladan Peyğəmbərə ص nazil oldu və buyurdu:
“Ey Allahın Rəsulu,bu qızın adını Zeynəb qoy”.
Sonra Cəbrayıl ağladı.Peyğəmbər ص soruşdu:
"Bu ağlamağın səbəbi nədir?"
Ərz etdi:
"Doğrudan da,bu qız ömrünün əvvəlindən ömrünün sonuna kimi bu dünyada iztirab və ağrı ilə yaşayacaq.Gah sənin və ya Rəsulullahın dərdinə,gah anasının matəminə,gah atasının müsibətinə,gah da qardaşı Həsənin ayrılığının dərdinə düçar olar."
Hamısından böyük isə Kərbəla və neynəva səhrası müsibətidir ki,saçını ağartdı və qamətini bükdü.
Əhli-Beyt ع bu xəbəri eşidib kədərləndilər və ağladılar.Peyğəmbər ص  üzünü Həzrət Zeynəbin üzünə qoyub ağladı.Həzrət Siddiqeyi Tahirə س buyurur:
"Ey ata bu ağlamaq nə üçündür?Allah səni ağlatmasın."
Buyurdu:
"Ey Fatimə,Məndən sonra sənin bu qızın bəla və müsibətlərə düçar olar."
Həzrəti Siddiqey Tahirə buyurdu:
"Qızım Zeynəbə ağlayanın nə savabı vardır?"
O,Həzrət buyurdu:
“Ey bədənim parçası və gözümün nuru,ona və onun müsibətlərinə ağlayanın savabı,qardaşları İmam Həsən və İmam Hüseyn ع üçün ağlayanın savabı kimidir”.Sonra onun adını “Zeynəb” qoydu.³
Kərbəla hadisəsindən bir il bir neçə ay sonra o Həzrət öz evində Kərbəla əzablarından kədər dolu qəlblə dünyadan köçdü və həmin evdə dəfn edildi. Xanımın vəfatını Ramazan ayının onuncu günlərində də qeyd etmişlər.⁴

📚Mənbə;
1.Zeynəbi kübra,səh 114.
2.Kəmalud din,səh 501.
3.əl tərazul məzhəb,səh 22.
4.Əl vəqayə vəl həvadis,cild 1,səh 113.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Jan, 15:31


🌙15 Rəcəb.
🖇İmam Hüseynin ع Ziyarəti.

🔰Rəcəb ayının 15-i gecəsi və gündüzündə İmam Hüseyni¹ ع və həmçinin digər Məsumları² ziyarət etmək müstəhəbdir.

📚Mənbə;
1.Misbahul müctəhid,səh 743.
2.Misarul şiə,səh 35.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Jan, 13:59


🔴 Çox insanın seçimi olan kanallara abunə olaraq, sizdə faydalana bilərsiniz.
Tələsin‼️ Vaxt azdı günün sonunda toplu bitir.

Hazırladı: @t0plu1k

Şiə Təqvimi

14 Jan, 07:03


🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Əzizlər Hər birinizi təbrik edirəm
Allaha şükr edək ki,bizi Əmirəl-mömininin vilayətində qərar verib.
Şükr edin bu nemətə.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Jan, 03:04


🔰←Əmirəl-mömininin ləqəbləri:
Şərafətli adı Əlidir ع.Əl ənvar kitabının sahibi deyir:
Əli ibni əbi Talibin Allahın kitabında 300 adı var.O Həzrətin məşhur ləqəbi Əmirəl-möminindir ki,o həzrətə məxsus ləqəbdir və ibn şəhr aşub 850dən çox o Həzrətə ləqəb zikr etmişdir.²
📌Həzrətin məşhur künyəsi Əbul-Həsəndir.
📌Bundan əlavə Həzrətin digər səmavi kitablarda müxtəlif dillərdə ad və ləqəbləri vardır...
məşhur budur ki,Həzrətin göy əhli yanında ləqəbi "Şəmsatil"dir.Yerdə "Cəmhail",lövhdə "Qənsum",qələmdə "Mənsum",Huril-eynin yanında "Əsəb",Rizvanın yanında "Əmin",ərşdə "Muin",İbrahimin ع suhufunda "Həzbil",ibranidə "Bilqiyatis",Səryanidə "Şəruhil",Tövratda "İliya",Zəburda "İrya",İncildə "Bərya",Həcərin suhufunda "Əyn",Quranda "Əli"dir.³
Bu ləqəblərdən başqa bu adlarda var:
Əbu əl-əimmə,Xəlil ən-Nubuvvə,məxsusu biluxfə,yəsubul iman,yəsubud din,mizanul əmal,seyfi zil cəlal,salehil muminin,varisi elmi nəbiyyin,hakimi fil yəumiddin,şəcərətut təqva,Höccətullahi baliğə,Nemətullahi sabiqə,Siratul vazih,İmamul nasih Əl Vəsi,Əl birr,Əl təqi,Nəbəil əzim,Siddiqil rəşid,Əl zəki,əbu nurullahi tam,seyyidul vəsiyyin,kəlmətul rəhman,baqirul ulumi ədyan,əl tali suvəril quran və başqa..

🔰←Əmirəl-möminin valideynləri:
Atası uca məqamlı Əbu Talib ع⁴,Anası Fatimə binti Əsəddir.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

13 Jan, 17:17


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Şiə Təqvimi

11 Jan, 03:32


🌙10 Rəcəb.
🖇İmam Cavadın ع viladəti.

🔰Həzrəti Cəvadul-əimmə ع məşhura əsasən 195-ci hicrinin Rəcəb ayının 10-u dünyaya gəlmişdir.¹
Həzrətin viladəti barəsində digər nəqllər belədir:
Ramazan ayının 15²,Ramazan ayının 17³,Zil-qədənin axırı,Rəcəbin 13⁴.
Həzrətin atası İmam Rzadır ع və anası Səbikə ya Dürrədir ki,İmam Rza ع onun adını "Xəyrizan" qoymuşdur.⁵
Həzrətin adı Məhəmməd
Künyəsi Əbu Cəfər
Məşhur Ləqəbi Təqi və Cavaddır.
Həzrəti İmam Rza ع O Həzrəti künyəylə yad edərək buyurmuşdur:
“Əbu Cəfər mənə məktub yazmışdır”
və o Həzrətdən aldığı məktublar əzəmətli və gözəl idi və İmam Rza ع İmam Cavada ع məktub yazmaq istəyəndə O,Həzrətin ehtiramını böyük tutaraq belə xitab edirdi:
"Əbu Cəfər Mənim ailəmdə Məndən sonra vəsim və canişinimdir."⁶

Şiə Təqvimi

10 Jan, 18:54


🌙10 Rəcəb.
🖇Həzrəti Əli Əsğərin ع viladəti.

🔰Bu gün hacətlər qapısı Həzrəti Əli Əsğərin səadətli mövlududur.¹
Həzrətin Kərbəlada 6 aylıq şəhadətə çatmasını nəzərə alaraq bilmək olar ki,bu gündə Onun viladət günüdür.Bəziləri Həzrətin viladətini bu ayın 8 ya 9-na qeyd etmişlər.²
Həzrətin mübarək adı Abdullahdır.Əli Əsğər adı ilə məşhurdur.
Mübarək ləqəbi Babul-həvaicdir.
Atası Həzrəti İmam Hüseyndir ع.
Anası uca məqamlı İmrə əlqeys qızı Rübabdır.
Həzrətin qatili hərmələ ibn kahil əsədi məlundur ki,o bu əməli ilə İmam Hüseynin ع,Əhli-beytin,Şiələrin və bəlkədə bütün bu müsibəti eşidənlərin qəlbini yandırmışdır.

📚Mənbə;
1.Təqvimul əimmə,səh 73.
2.Kələmatul imamul Hüseyn,səh 478.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

10 Jan, 17:03


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:‼️▶️ @seherfilm

Şiə Təqvimi

08 Jan, 04:30


🌙7 Rəcəb.
🖇İmam Rzanın ع vəliəhdliyə tələb edilməsi.

🔰Hicri 200-cü ilin Rəcəbin 7-də məmun lənətlik İmam Rza ع üçün məktub yazdı və o məktubda İmamı Mərvə vəliəhdlik üçün çağırdı.¹

📌İmam Rzanın ع məmunun vəliəhdliyini qəbul etməyinin 6 dəlili:

1⃣Məmunun fitnəsini aradan aparmaq.
2⃣Münazirələrdə Şiənin haqq olmasını isbat etmək.
3⃣Peyğəmbər ailəsinin əsasını gücləndirmək.
4⃣İranlıların Əhli-beytə eşq və əlaqəsi.
5⃣Məmunun batini çöhrəsini ifşa etmək.
6⃣Daxili ixtilafların qarşısını almaq.

📚Mənbə:
1.Fəlaidul nuhur,səh 63.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

05 Jan, 16:02


İbn Sikkit Əhvaz ətrafından Dəvrəq kəndlərindən olan Xuzistanlı idi.¹
Çox sakit olduğu üçün ona İbn Sikkit deyirdilər.²
📌Nəcaşi deyir:
Yaqub bin İshaq əs-Sikkit Əbu Yusif İmam Cavad və İmam Hadi əleyhissalamın yaxın dostu idi və İmam Cavad əleyhissalamdan rəvayət və məsələlər nəql edirdi.O,ərəb və lüğət elminin böyüklərindən və doğru danışanlardan idi və kitabları var.³
←Şəhadət səbəbi:
Mütəvəkkil Abbasi İbn Sikkiti məcbur etmişdi ki,iki övladı Mötəz və Müəyyidin tərbiyəsini öhdəliyinə götürsün.
📌Bir gün ona dedi:
Mənim iki övladım sənə daha sevimlidir, yoxsa İmam Həsən və İmam Hüseyn (əleyhissalam)?
✔️İbn Sikkit dedi:
Allaha and olsun ki,Həzrət Əmirəlmöminin Əlinin (ə) qulu səndən və iki övladından daha xeyirlidir.
Mütəvəkkil onun dilini başının arxasından çıxarmağı əmr etdi və bu cinayətlə şəhid oldu.⁴
Bəziləri demişlər ki,o əzəmətli kişinin qarnını şəhid olana qədər vurmuşdular.⁵

📚Mənbə;
1.Tarixi samirra,cild 2,səh 226.
2.Hidayətul əhbab,səh 89.
3.Ricali nəccaşu,səh 449.
4.Künyə və əlqab,cild 1,səh 314.
5.Həmin.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

05 Jan, 16:01


🌙5 Rəcəb.
🖇İbn Sikkitin şəhadəti.

🔰İmamiyyənin böyüklərindən İbn Sikkit ləqəbi ilə tanınan Yaqub bin İshaq hicri 244-cü ilin rəcəb ayının 5-i bazar ertəsi gecəsi Mütəvəkkil Abbasinin əmri ilə şiəlik uğrunda şəhid olmuş,58 yaşında Samirrada dəfn edilmişdir.

Şiə Təqvimi

03 Jan, 15:09


Mərhum Kuleyni O,Həzrətin şəhadətini 26 Cəmadiul axırda nəql etmişdir.²Cəmadiul axırın 25-də nəql vardır.³
Məşhur budur ki,O,Həzrət 6 ya 8 il 5 ay idi ki,Atası Cəvadul-əimmə ع şəhadətə çatmışdır və böyük əzəmətli imamət və xilafət məqamına yetişmişdir və imamət müddəti 33 il idi.⁴
İmam Hadinin ع həyatı dönəmin nahaqq xilafətdə olan məmun,mötəsim,vasiq,mütəvəkkil,muntəsir,mustəin,mötəl lənətullahlar idi və mötəz lənətlik ömrünün axırlarında O,Həzrəti zəhərlə şəhid etmişdir.Mübarək ömrü 41 il idi.
13 il Mədinədə yaşamış və imamətin digər günlərində mütəvəkkilin məcburluğu ilə samirraya aparılmışdır.Mədinə hakimi mütəvəkkilə yazmışdır ki,əgər sən Məkkə və Mədinə hacətindəsənsə Əli ibni Məhəmmədi ع bu diyardan çölə çıxart ki,hamını özünə müti etmişdir.
O,Həzrətə Mədinədə mütəvəkkil vasitəsi ilə çox əziyyət edildi o zamana kimi ki,Həzrəti Samirraya apardılar və mötəsimdə Həzrəti şəhid etdi.
İmam Həsən Əskəri ع O,Həzrətə qüsl,kəfən və namazını yerinə yetirdi və sonradan bu işləri zahirdə başqası etdi və Həzrəti öz evində indiki Hərəmində dəfn etdilər.⁵

📚Mənbə;
1.Tozihul məqasid,səh 16.
2.Üsuli kafi,cild 2,səh 497.
3.Tarixul əimmə,səh 13.
4.İrşad,cild 2,səh 297.
5.Həmin,cild 2,səh 297.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

03 Jan, 15:09


🌙3 Rəcəb.
🖇İmam Hadinin ع şəhadəti.

🔰Hicri 254-cü ildə məşhur nəqlə əsasən İmam Əliyyən Nəqi (ə) 41 yaşında şəhadətə çatmışdır.¹

Şiə Təqvimi

03 Jan, 11:19


❤️Hacı Qasim və ❤️Əllamə Misbah Yəzdinin görüşü🌹

🌹Allah hər ikisinin ruhunu bizə şəfaətçi qərar versin.🌹
T.me/Shia_teqvimi

Şiə Təqvimi

03 Jan, 10:49


🌙2 Rəcəb.
🖇İmam Əliyyən Nəqinin ع viladəti.
[Bir nəqlə görə]

🔰Bir nəqlə görə bu gün İmam Əliyyən Nəqinin ع viladət günüdür.¹
Həzrətin viladəti barədə olan digər nəqllər isə zil hiccənin 15-i,Rəcəbin 5-i,Cəmadiul axırım 27-si,Rəcəbin 13-ü.
📌[İmamın viladəti ilə bağlı biz zil hiccənin 15-i olan paylaşımda məlumat qeyd etmişik]

📚Mənbə;
1.Misbahul-müctehid,səh 741.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

02 Jan, 19:48


🔷Rəğaib arzu mənasında deyil!
🔹Bəlkə rəğbətlər gecəsidir,
🔷Yəni Allahdan istəyin ki,sizin bir illik rəğbətlərinizi hidayət və islah etsin.
🔹Xeyir əməllər edək,
🔷Ən böyük xeyir əməl Mövlamızın zühuruna zəmin yaratmaqdır ki,gərək Ona doğru gedək.
🖊Ayətullah Cəvadi Amuli.
T.me/mahdavi_yyat

Şiə Təqvimi

01 Jan, 16:45


🌹Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi

🔰İmam Sadiq (ə ) və İmam Kazım (ə) buyurublar:

🌹"Nuh (ə) Rəcəb ayının 1-ci günü gəmiyə mindi və onunla yola çıxanlara əmr etdi ki,bu gün oruc tutsunlar".

T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Jan, 16:13


🌟*أین الرّجبیون*🌟
🌙Rəcəb ayı yetişdi,Rəcəb bir aydır ki,
1⃣Əvvəl Günü Baqiri,🌹
3⃣Üçüncü günü Nəqəvi,🌹
🔟Onuncu günü Təqəvi,🌹
1⃣3⃣On Üçüncü günü Ələvi,🌹
1⃣5⃣Yarısı Zeynəbi,🌹
2⃣5⃣İyirmi beşinci günü Kazimi,🌹
2⃣7⃣İyirmi Yeddinci günü Muhəmmədidir.🌹
🌹Mübarək olsun hər kəsə.🌹
ـــــــــــــــــــــــ
T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Jan, 16:07


🌿🌿🍀🌼🌺🌼🍀🌿🌿
🌙Rəcəb ayınız və İmam Muhəmməd Baqirin (ə) mövludu mübarək olsun sizlərə🌹
🌐Bizləri aşağıdakı kanallarda izləyə bilərsiz.
🖇Kanala üzv olub paylaşmağı unutmayın🤲

1⃣T.me/mahdavi_yyat
2⃣T.me/Shia_teqvimi
3⃣T.me/gundelik_ehkamlar
4⃣T.me/shubhelere_cavablar
5⃣T.me/muqeddes_kelam
6⃣T.me/heremi_mesume
7⃣T.me/numune_tefsiri
8⃣T.me/kelam_ve_eqide
9⃣T.me/hirzi_imam
🔷🔸💠🔸🔷
T.me/heremi_mesume

Şiə Təqvimi

01 Jan, 16:06


Həzrətin mövlud günü 3 səfər²,6 səfər,5 və 22 Rəcəbdə də zikr olunmuşdur.
Həzrətin mübarək adı Məhəmməd
künyəsi Əbu Cəfər,
ləqəbləri baqirul-ulum,Şakirullah,Hadi,Əmin və Şəbihdir.
Axırıncı ləqəbi Həzrəti Rəsuləllaha oxşadığına görədir.³
Atası İmam Zeynul-abidin Əli ibn Hüseyndir ع və anası Ummu Abdullah İmam Həsəni Müctəbanın ع qızı Fatimədir.
İmam Baqir ع ilk ələvidir ki,ana və atası Peyğəmbərə və Əmirəl-möminin və Həzrəti Zəhraya nisbəti çatır.⁴
İmam Sadiq ع Ummu Abdullah barədə buyurmuşdur:
"Anası Ummu Siddiqə idi və İmam Həsənin övladları arasında bir qadın onun məqamına çatmamışdır."⁵
Bu xanımın əzəmət və şərafəti haqqında bu bəsdir ki,İmam Səccad və İmam Baqirlə Kərbəlada var idi və O,həzrətlərlə və digər Əhli-beyt üzvləri,Xanım Zeynəblə əsir olmuş və kufə və şam hadislərini görmüşdür.

📚Mənbə;
1.Dəlailul imamət,səh 215.
2.Mənaqibi Əbi Talib,cild 4,səh 227.
3.Dəlailul imamət,səh 216.
4.Təhzibul əhkam,cild 6,səh 77.
5.Kafi,cild 1,səh 469.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Jan, 16:05


🌙1 Rəcəb.
🖇İmam Baqirin ع mövludu.

🔰Həzrəti İmam Məhəmməd ibn Əli Baqirul-ulum ع hicri 57-ci ilin Rəcəb ayının əvvəli,cümə günündə dünyaya gəlmişdir.¹

Şiə Təqvimi

01 Jan, 15:05


🌙1 Rəcəb.
🖇İmam Hüseynin ع ziyarəti.

🔰Bu ayın əvvəl gecəsi və gündüzündə Şəhidlər ağası Əba Əbdillahil Hüseyni ع ziyarət etmək müstəhəbdir.
Həzrəti İmam Sadiqdən ع rəvayət olunub ki,buyurub:
"Rəcəb ayının əvvəlində İmam Hüseyni ziyarət edən kəsi Allah təala günahlarını bağışlayar."¹
Əgər bir kəsə bu mümkün olmasa,digər məsumların hərəmlərini ziyarət etsin və əgər buda mümkün olmasa uzaqdan Qəbrinə tərəf Salam göndərsin.²

"اَلسَّلامُ عَلَيْكَ يا اَبا عَبْدِاللهِ، اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ رَسُولِ اللهِ"
"Əssəlamu ələykə Ya Əba Əbdillah,əssəlamu ələykə yəbnə Rəsuləllah"

📚Mənbə:
1.Təhzibul əhkam,cild 6,səh 48.
2.Misaruş şiə,səh 34.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Dec, 11:24


🌙Cəmadius saninin axırı.
🖇İbrahim ibn Malik Əştərin şəhadəti.

🔰Hicri 71-ci ilin bu ayında Malik Əştər Nəxəinin oğlu İbrahim şəhadətə çatmışdır.¹

📚Mənbə;
1.Məraqidul məarif,cild 1,səh 37.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Dec, 10:24


🌙Cəmadius saninin axırı.
🖇"Təthir"ayəsinin nazil olması.

🔰Bu ayda Rəsuləllahın şəhadətindən 9² ya 6 ya 8³ ay şəhadətindən qabaq,O Həzrət hər namaz vaxtında ya Sübh namazı zamanı⁴ Əli ibni əbi Talib ع və Fatimeyi Zəhranın س qapısına gedər,qapının 2 tərəfini tutar və buyurardı:

«السلام علیکم و رحمة الله و برکاته؛ أهل البیت، الصلاة رحمکم الله ! إنَّما یُرِیدُ اللهَ لِیُذهِبَ عَنکُم الرِّجسَ أهلَ البَیت وَ یُطَهِّرَکُم تَطهِیراً

"Əssəlamu aleykum və rahmətullahi və bərakətuh.Ey Əhli beyt,Allah sizə rəhm etsin namazdır⁵!Həqiqətən Allah siz Əhli beyti bütün çirkinliklərdən təmizləməyə iradə etmiş və sizi paklığın bütün cəhətlərində pak etmək istəyir."⁶

📚Mənbə;
1.Bihar,cild 25,səh 223.
2.Həmin,cild 43,səh 53.
3.Əl təraif,səh 128.
4.Tusi,əmali,səh 565.
5.Əhzab surəsi,ayə 33.Uyunu əxbar əl Rza,cild 2,səh 217.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Dec, 08:22


🌙Cəmadius saninin axırı.
🖇Zatus-səlasil döyüşü.

🔰Hicri 8-ci ilin bu ayında zatus-səlasil döyüşü baş vermişdir.¹

📚Mənbə:
1.Tənbih vəl işraf,səh 231.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

31 Dec, 08:22


🌙29 Cəmadius sani.
🖇İmam Hadinin ع övladı Seyyid Məhəmmədin vəfatı.¹

🔰İmam Hadinin ع övladı Seyyid Məhəmməd 252-ci hicri ilində samirrada dünyadan köçmüşdür.²
Həzrətə Əbu Cəfər,Əbu Əli və Seyyid Məhəmməddə deyirdilər.
Onun məqamı o qədər uca idi ki,bəzi şiələr İmam Hadidən ع sonra Onun imam olmağını güman edirdilər.
Amma Atasının zamanında rehlətilə məlum oldu ki,İmam Hadidən sonra İmam Həsən Əskəridir.
İmam Həsən Əskəri ع Seyyid Məhəmmədə əlaqəsi çox idi,o həddə ki,Seyyid dünyasını dəyişəndə Həzrət paltarının yaxasını paralamışdır.³
Həzrəti Samirranın 6 fərsəx məsafəsində olan məntəqədə dəfn etmişlər.
O,Həzrətdən çoxlu kəramətlər görülmüşdür və Əhli-beyt sevənlər halhazırda da Onun qəbrini ziyarət edirlər.

📚Mənbə;
1.Bu tarix şiələr yanında məşhurdur və hərəmində də yazılıb.
2.Məraqidul məarif,cild 2,səh 262.
3.Kafi,cild 1,səh 327.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

30 Dec, 16:02


Onun atası Əmirəl-möminin ع,anası isə Həzrət Zəhra Mərziyədir.²
Riyahəyni əş-Şəriənin müəllifi şiə əyanlarından nəql gətirərək deyir:
Əmirəl-möminin ع həmin xanımı Övn bin Cəfər Təyyarla evləndirdi.³
Ümmü Gülsüm ع Övn ibn Cəfərdən başqası ilə evlənməsi haqqında rəvayət edilənlər müxaliflərdən qaynaqlanmışdır.O,Kərbəla hadisəsində iştirak etmiş,İmam Hüseyn (ə) və onun ailəsi və səhabələrinin şəhadətindən sonra bacısı Həzrət Zeynəb (ə) ilə birlikdə qadınları və yetimləri himayə etmişdir,qardaşının ayrılığına dair şeirləri vardır.
Aşuradan sonra qadınlar Kufə və Şamda əsarətə getdikdə,Həzrətin Kufə şəhərində xütbəsi və İbn Ziyadın məclisi,Həzrətin Qədisiyyə və Qənsrində oxuduğu şeirlər,Sibur və Baəlbəkdə həzrətin duaları,Həzrətin şam darvazasında Şimrə dediyi sözlər.Ərbəin və Mədinəyə qayıtması o xanımın əzəmətindən,cəsarətindən və səbrindən xəbər verir.
Mədinəyə daxil olduqdan sonra dörd ayın sonunda qəlbi Kərbəla hüznü ilə dolu,xüsusən də Seyyiduş Şühəda əleyhissalamın şəhadəti ilə vəfat etdi və Mədinədə dəfn edildi.Bir nəqlə görə,onun vəfatı Cəmadis sani ayının 21-də olub.⁴

📚Mənbə;
1.Riyahəyni şəriə,cild 3,səh 244.
2.Bihar,cild 42,səh 74.
3.Əyanuş şiə,cild 3,səh 484.
4.Vəqaiuş şuhur,səh 110.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

30 Dec, 16:01


🌙29 Cəmadius Sani.
🖇Həzrəti Ummul-Gülsümün vəfatı.

🔰Ümmü Gülsüm ع Kərbəladan Mədinəyə qayıtdıqdan dörd ay sonra vəfat etdi.¹

Şiə Təqvimi

29 Dec, 16:02


🌙28 Cəmadius sani.
🖇Rəsuləllahın Həlimə sədiyyəyə tapşırılması.

🔰Bu gündə Həzrəti Əbdul Müttəlib ع gözünün nuru olan Peyğəmbəri Kəbənin ətrafında təfav etdirdi və O,Həzrəti süd verməyi üçün Həlimə sədiyyəyə tapşırdı.¹

📚Mənbə;
1.Vəqaiyul şuhur,səh 113.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Dec, 06:51


🔰Çəhl Hisaran və Fin Kaşan əhlindən olan Əhli-beyt əleyhiməs-səlamın dostlarından bəziləri İmam Baqir əleyhissalama məktubu yazdılar ki,biz sizin hüzurunuzdan uzaq olduğumuz üçün qohumlarınızdan bizə yol göstərməsi,öyrətməsi üçün bizə tərəf göndərin.
📌O,Həzrət öz övladını,Əli ibn Məhəmmədi ع elçilər ilə birlikdə Kaşana göndərdi.Səyahət vasitələrini isə qardaşı İmam Sadiq əleyhissalam hazırlamışdır.
📌O gələndə altı minə yaxın adam onu ​​qarşılamağa gəldi.Həzrət bir müddət Casib və Xavəda insanları hidayət etməklə məşğul oldu və daha çox isə Kaşanın Came məscidində - hazırda köhnə meydanda yerləşir - ibadətlə məşğul idi və şiələr cümə namazını qılmaq üçün ora gedirdilər və Ondan bir çox kəramətlər müşahidə etmişdilər.
📌O,Həzrət Özünün və oradakı şiələrin halını bəyan etmək üçün Mədinəyə,Atasına məktublar göndərirdi,114-cü hicri ilində Atasının şəhadət xəbərini Ona çatdı və atasının şəhadətindən 3 il sonra 116-cı ildə Həzrətin müxalifləri O,həzrətə mənsub olan bir dəstə insanlarla bahəm şəhid etdilər.
📌İndinin özündədə O,Həzrətin müqəddəs zərihinin altındakı sərdabədə Onun və onunla bahəm şəhid olanların mübarək bədənləri (təxminən 100 nəfər) təzə kimi qalır.Bunu Mərhum Ayətullah seyyid Şəhabəddin mərəşi nəcəfi müşahidə etmişdir.²

📚Mənbə;
1.Həzrəti Sultanəlinin həyatı,səh 62.
2.Nuri bahər.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Dec, 06:51


🌙27 Cəmadius sani.
🖇İmam Baqirin ع övladının şəhadəti.

🔰Hicri 116-cı ilin bu günü İmam Baqir əleyhissalamın oğlu cənab Əbu Əl-Həsən Sultan Əli,Ərdəhal Kaşanda şəhid olmuşdur.¹

Şiə Təqvimi

27 Dec, 16:02


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto:‼️ @dahilerden_kelamlar

Şiə Təqvimi

24 Dec, 16:00


🌙25 Dekabr 2023.
🖇Ömrünü islam dini və əhli-beyt məktəbinin məariflərinin tətbiqi və yayılmasına sərf edən və bu yolda çətin mübarizə aparan tanınmış ruhani höccətul-islam seyyid Fəramiz Abbasov dünyasını dəyişib.
2002-ci ilin May ayında Azərbaycan təhsilində ilk dəfə baş örtüyünə qoyulan qadağaya etiraza qalxan Seyid Fəramiz bunun yolverilməz olduğunu söyləyir və bu səbəbə görə də ilk dəfə o, həbs olunur.
2010-cu ildə o,məktəblərdə hicab qadağasına etiraz etdiyinə görə hökumət tərəfindən 11 il həbs cəzasına məhkum edilib və ömrünün bir hissəsini həbsdə keçirmişdi.
2020 ci il noyabr ayında dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar həbsdən azad edilir.
2023 cü il Dekabrın 25də dünyadan köçmüşdür.
🏴Allah rəhmət eləsin!
T.me/Shia_teqvimi

Şiə Təqvimi

23 Dec, 16:02


Digər nəqlə görə o 27 cəmadius sani ayında ölmüşdür.²
O, 2 il 22 gün xilafəti qəsb etmiş və ilk şəxs idi ki,Peyğəmbərin şəhadətindən sonra bəni saidənin səqifə üzvləri tərəfindən xəlifə seçilmişdir.
əbu bəkrin xəlifə seçilməsi elə hesabsız idi ki,ömər ki,səqifəni quran idi belə deyir:
"əbu bəkrlə beyət etmək tədbirsiz,məşvərətsiz və diqqətsizliklə olmuşdur,cahiliyyət zamanındakı kimi ki,Allah müsəlmanları onun şərrindən mühafizə etmişdir.Hər kəs belə işi təkrar etsə,onu öldürün."³
əhli sünnə əbu bəkrin ölüm səbəbi barədə yazıblar:
əbu bəkr cəmadiul axırın 7də qüsl etmiş və o gün hava soyuq idi.Bu səbəblə soyuqladı və qızdırması oldu.15 gün bu davam etdi və namaza getmədi,ayın 22si axşamı xilafəti ömərə tapşırdı və öldü.⁴
ölümündən qabaq,osmanı,ondan sonra xilafəti ömərə tapşırması vəsiyyətini yazmaq üçün çağırdı.o bir kəlmə dedi və sonra bihuş oldu və osman davamını özü yazdı ki,xilafət ömərlədi.əbu bəkrin huşu özünə gələndə osmana dua etdi ki,onun istədiyini yazmışdır.⁵
⁉️Gərək soruşaq:
Nə üçün Peyğəmbər ömrünün axırında kağız və qələm istəyəndə ki,özündən sonra Allahın müəyyən etdiyi şəxsi təyin etsin,Allah Rəsuluna sayıqlama ittihamı verdilər?!
‼️əbu bəkr ölüm anında bu kəlmələri demişdir:
"kaş,Əli və Fatimənin evinə hücumu etməyəydim."⁶
🚫Həmin hücum ki,Peyğəmbərin canının parçası şəhadətə çatdı...

📚Mənbə;
1.Bihar,cild 29,səh 517.
2.Misarul şiə,səh 32.
3.Əl Qədir,cild 3,səh 241.
4.Tarixul xuləfa,səh 81.
5.Bihar,cild 30,səh 519.
6.Murucul zəhəb,cild 2,səh 308.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

23 Dec, 16:02


🌙22 Cəmadius sani.
🖇əbu bəkrin ölümü.

🔰13cü hicri ilinin cəmadius sani ayının 22si axşamı abdullah ibn osman,əbu bəkr ibn əbi quhafə ilə məşhur olan,67 yaşında ölmüşdür.¹

Şiə Təqvimi

22 Dec, 13:02


🌹Analar Gününüz Mübarək olsun əzizlər🌹

🌹Allah Rəsulunun (s) gözlərinin nuru olan,Allahın Quranda kövsər adlandırığı,11 İmam anası Xanım Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edirəm sizləri🌹

https://t.me/gundelik_ehkamlar/1456

Şiə Təqvimi

20 Dec, 17:30


🌙19 Cəmadiul sani.
🖇Həzrəti Abdullah və Həzrəti Aminənin izdivacı.

🔰Həzrəti Abdullah və Həzrəti Aminənin izdivac gecəsi və Xanımın Həzrəti Rəsuləllaha hamilə qalması günüdür.¹Möminlər bu gecədə ehtiram və təzim olaraq ibadət üçün oyaq qalmaları tövsiyə olunur.²
Digər nəql ərəfə gecəsi³ ya ərəfə gününün əsr vaxtıdır.⁴

📚Mənbə;
1.Bihar,cild 97,səh 168.
2.İqbal,cild 3,səh 162.
3.Vəqaiul şuhur,səh 226.
4.Mənaqibi Ali əbi Talib,cild 1,səh 53.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

20 Dec, 12:56


🎙Ayətullahil üzma Cəvadi Amuli:

🌹"Pak İmamlarımız (ə) cəmiyyətin qəlbi və insanların ruhudur... Biz hərəkətə keçməmişdən əvvəl verdiyimiz hər bir qərar,zamanın İmamı (Allah onun zühurunu tezləşdirsin) bundan xəbərdardır.
T.me/mahdavi_yyat

Şiə Təqvimi

18 Dec, 10:28


📌Salavatla - Bərəkətli dua:

🔰İmam Sadiq (ə) buyurub:
🌹"Uca Allaha edilən hər duanın səmaya getməsində,Muhəmməd və Ali-Muhəmmədə salavat göndərilənə qədər hicab vardır."

📚Kuleyni,Əl-Kafi,2-ci cild,s 491-493.
👇👇
🌻 T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Dec, 11:49


⛔️Şübhə
Nə üçün ayağa qalxanda "Ya Əli" deyirik?!

Cavab
📌Əbu nəim isfəhani və ibn əsakir rəvayət etmişlər ki:

كَانَ لَا يَقُومُ أَحَدٌ مِنْ بَنِي أُمَيَّةَ إِلَّا سَبَّ عَلِيًّا؛

"Bəni üməyyədən olan hər bir fərd hər vaxt öz yerindən qalxanda,Əliyə (ə) lənət edərdi."

📚Əbu nəim isfahani,hilyətul övliya və təbəqatul əsfiya,c 5,s 322.
📚ibn əsakir,tarixi mədineyi dəməşq,c 50,s 96.

📣Şiələrdə düşmənin bu alçaq hərəkətinə qarşı mübarizədə,yerlərindən qalxanda "Ya Əli" deyirlər.
T.me/shubhelere_cavablar

Şiə Təqvimi

14 Dec, 15:11


🔰O,həzrətin mübarək adı Fatimə,
künyəsi Ummul-bənin və Həzrət bu künyə ilə məşhurdur.
Həzrətin atasının adı Hizam ibn Xalid,
anası şəhid ibn əbi Amirin qızı Leyladır.

Əmirəl-möminin o,Həzrəti həyat yoldaşı seçmiş və Allah təala onlara 4 oğlan övladı inayət etmişdir.
Həzrəti Abbas ع,Abdullah,Cəfər və Osman ki,hər biri Kərbəlada şəhid edilmişdir.
Kərbəladan Mədinəyə qayıdan xanımlar Ummul-bəninin evində əzadarlıq etmişlər.O,Həzrət Kərbəlada olmasada nalə və ağlamaqdan qərar tapa bilmirdi.
Qadınlar ona Ummul bənin xitab edərək təsliyyət verəndə buyurmuşdu:
"Daha mənə ummul bənin deməyin."²
✔️İmam Baqir ع buyurub:
"O,Həzrət bəqiyə gedərdi və o qədər qəmli mərsiyə oxuyardı ki,mərvanın qəlbi qəsavətli olsada,onuda ağladardı."
Həzrət dünyadan köçənə qədər ağlamağa davam etmişdir.³
✔️Əllamə Mamaqani yazır:
Ummul-bəninin uca məqamına bu bəs edər ki,bəşir ibn cəzləm övladlarının şəhadət xəbərini ona deyəndə,buyurmuşdur:
"Ürəyimin damarlarını kəsdin!Övladlarım və hər o şey ki,asimanın altında qərar tutub,Əba Əbdillahil Hüseynə fəda olsun."⁴

📚Mənbə;
1.UmmulBənin seyyidəti nisail aləmin,səh 84.
2.Riyahəyni şəriət,cild 3,səh 294.
3.Bihar,cild 45,səh 40.
4.Tənqihul məqal,cild 3,səh 70.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Dec, 15:11


🌙13 Cəmadius Sani.
🖇Həzrəti Ummul-Bəninin vəfatı.

🔰64cü hicri ilinin bu günündə Həzrəti Ummul-bənin س,Qəməri bəni haşimin anası dünyadan köçmüşdür.¹

Şiə Təqvimi

13 Dec, 18:23


🌙12 Cəmadius Sani.
🖇Xeybərə tərəf hərəkət.

🔰7ci hicri ilinin bu günündə Rəsuləllah 400 nəfərlə bahəm Xeybər tərəfə hərəkət etmiş və 2 gün sonra ora çatmışdırlar.¹

📚Mənbə;
1.Vəqayuş şuhur,səh 107.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

13 Dec, 11:42


🖇22 Azər 1339 cu şəmsi ili.
🌷Ayətullah Şəhid İbrahim Rəisinin təvəllüdü.

🔰Bu gün doktor Seyyid İbrahim Rəisinin dünyaya gəldiyi gündür.
Şəhid Seyyid İbrahim 1339 cu il azər ayında (şəmsi ili ilə) Məşhəddə dünyaya göz açıb.
Şəhid Seyyid 1403-cü ildə Vərzeqan bölgəsində vertolyot qəzasında (yada terror) nəticəsində şəhidlik məqamına yüksəlmişdir.
🌹Seyyid idi və İbrahim idi.
🌹İnsanlarla bahəm olmağı,İslam müdafiəsində dayanmağı,Quran və müsəlmanları müdafiə etməsi ilə möminlərin qəlbində sevgiyə səbəb olmuşdur.
Həyatının tək tək anı bir dünya sözlə müqabildir.
🌹Allah məqamın uca etsin.

❤️Seyyidcan təvəllüdün mübarək.
🌺Salavat və Fatihə oxuyaq.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

11 Dec, 06:30


🌙11 Dekabr.
🖇Ayətullah Dəstğeybin şəhadəti.

🔰Ayətullah Seyyid Əbdul Hüseyn Dəstğeyb 1909-cu miladi ilində,İranın şiraz əyalətində elm və fəzilət və ruhani əhli olan ailədə dünyaya gəlmişdir.Ayətullah Dəstğeyb aşuraya yaxın vaxtda dünyaya gəldiyi üçün adını Əbdul Hüseyn qoymuşdurlar.
Ayətullah Dəstğeyb şiraz şəhərində imam cümə vəzifəsində idi və 1988-ci ilin Dekabrın 11-i cümə günündə münafiqlər tərəfindən şəhid edilmişdir
11 Dekabr Ayətullah Dəstğeybin şəhadət günüdür.

🌷Şəhid Ayətullah Dəstğeyb:
İnsanın əsas vəzifəsi axirət səfərinə hazırlaşmaqdır.Həyat insana bir dəfədən artıq verilmir,getdikdən sonra geriyə dönüş yoxdur.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

08 Dec, 16:49


⚠️Tarixin təkrarı

🔘İmam Səccaddan (ə) soruşdular:

📌Kərbəlaya səfəriniz zamanı ən çətin müsibət harada olub?

Cavabında 3 dəfə buyurdu:
الشّام، الشّام، الشّام...
Şam,Şam,Şam..
Şamdan aman!Şamda başımıza yeddi müsibət gəldi,əsirlik başlayandan axıra qədər başımıza belə bir bəla gəlməmişdi:
Zalımlar şamda bizi qılıncla mühasirəyə alıb hücuma keçdilər və çoxlu camaatın içində saxlayıb saz və nağara çaldılar.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

08 Dec, 13:21


🏴Tarixdə bir daha yazıldı əsirlik....

🏴Ümidsizlik olmasın,tarixdə Zeynəbin (s.ə) kim olması əsirlikdə bilindi...
🌹İlahi İmam Zamanına xatir Pak hərəmi mundar xislətli insanlardan qoru.Necəki Kərbəlada Əli qızı Zeynəbə izzət verdin,indidə Xanımın hərəmini izzətli qərar ver.🤲🤲🤲
T.me/Shia_teqvimi

Şiə Təqvimi

06 Dec, 10:37


🌙4 Cəmadiul sani.
🖇harun ər rəşidin ölümü.

🔰193cü ilin cəmadius saninin 4cü gecəsində harun ərrəşid məlun,45 yaşında cəhənnəmə daxil olmuşdur.¹
Digər tarixə görə cəmadius saninin əvvəlidir.²
o,23 il xilafətdə oldu və qəbri İmam Rzanın ع qəbrinin arxa tərəfindədir.(başının).Ziyarətçilərdə orda ona lənət deməyinin yeri vardır.

📚Mənbə;
1.Tozihul məqasid,səh 13.
2.Tarixi xəlifə bn xəyyat,səh 377.Tarixi yəqubi,cild 2,səh 430.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

05 Dec, 09:10


🔰ömər od gətirdi ki,evi Əhli-beytlə bahəm yandırsın;və istədi evin içinə daxil olsun amma Xanım Zəhra mane oldu.O,qapını Xanımın böyrünə vurdu ki,Xanımın qabırğası sındı və Peyğəmbərin Möhsin adı verdiyi övladı siqt oldu.Bundan sonra Fatimə xəstələndi və bu xəstəliklə dünyadan köçdü.¹
📌Xanımın evinə od vurulması barədə ağaşıdakı mənbələrə müraciət edə bilərsiz:
Əvalim,cild 11,səh 400;İsbatul huda,səh 143;Əl ğədir,cild 6,səh 391;İrşadul qulub,kəşful murad,səh 402.
📌Həzrətin qabırğasının necə sınması barəsində isə bu mənbələrə müraciət edə bilərsiz:
Əmali,Səduq,səh 99;İsbatul huda,cild 1,səh 280.bələdul əmin,səh 551;təriqul irşad,səh 465.
📌Həzrəti Zəhranın döyülməsi barəsində bu mənbələrə müraciət edə bilərsiz
İsbatul huda,cild 1,səh 280:təfsiri burhan,cild 2,səh 434;ilamul nisa,cild 4,səh 124.Süleymin kitabı,cild 2,səh 585.
📌Həzrətə sillə dəyməsinin mənbələri:
Sirətul əimmətil isna əşər,cild 1,səh 132:Kamil bəhai,cild 1,səh 114
📌Həzrəti Möhsinin şəhadət səbəbi bu mənbələrdə qeyd olunub:
İsbatul vəsiy,səh 143:Əl vafi bil vəfiyyat,cild 6,səh 17:Bəşarətul Mustafa,səh 197:rozətul muttəqin,cild 5,səh 342.
📌Həzrətin şəhid olması dəlilləri aşağıdakı mənbələrdədir:
Mizar,şeyx mufid,səh 156:məqnei,şeyx mufid,səh 459;bihar,cild 25,səh 373:misbahul zair,səh 25:misbahul muctəhid,səh 654:mən la yəhzurul fəqih,cild 2,səh 574:təhzibul əhkam,cild 6,səh 10;cameul əhadis şiə,cild 12,səh 264:muratul uqul,cild 5,səh 315.

📚Mənbə:
1.Muratul uqul,cild 5,səh 318.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

01 Dec, 17:01


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı: https://t.me/seherfilm

Şiə Təqvimi

30 Nov, 16:30


🌙Cəmadiul-Əvvəlin axırı.
🖇Məhəmməd ibn Osman Əmrin vəfatı.

🔰İmam Zamanın (ə.c) ikinci xas naibi,əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri 304 ya 305-ci ilin bu günündə vəfat etmişdir.¹

📚Mənbə:
1.Əl Ğeybə,Tusi,səh 366.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

29 Nov, 14:40


https://t.me/shubhelere_cavablar/1855

📌Süfyani xüruc edib?
🔰Kanalımıza üzv olmağı unutmayın🌹
T.me/shubhelere_cavablar

Şiə Təqvimi

29 Nov, 05:30


🌙27 Cəmadiul-Əvvəl.
🖇"Əskəreyn" (ə) hərəmlərinin minarələrinin dağıdılması.


🔰1428ci ilin Cəmadiul-Əvvəlin 27si sübhü saat 9da bir neçə partlayışdan sonra Həzrəti İmam Hadi ع və Həzrəti İmam Əskərinin (ə) hərəminin 2 minarəsi dağıdılmışdır.
Nasibilər (Əhli-beyt (ə) düşmənləri) sübhə yaxın saat 3-də Həzrətlərin pak hərəminə daxil oldular və hərəm mühafizlərilə döyüşdükdən sonra hərəmənin hər yerinə bomba qoydular.
16 ay bundan qabaq 1427ci ilin 23 Məhərrəmində olan hadisəyə görə bu hərəmlərdə ziyarət dayandırıldığına görə bu partlayışda tələfat olmamışdır.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

28 Nov, 16:00


🌙27 Cəmadiul-Əvvəl.
🖇Əbdul Muttəlibin vəfatı.¹

🔰Rəsuləllahın viladətinin 8ci ilində Həzrəti Əbdul Muttəlib dünyadan köçmüşdür.²
Əllamə Məclisinin Muratul-uqulda buyurduğuna əsasən 8 il 2 ay və 10 gün Rəsuləllahın mübarək yaşından keçmişdir ki,Əbdul Muttəlib dünyadan köçdü.Əgər qəməri ilə olsa rehlət günü Cəmadiul-Əvvəlin 27sidir və əgər şəmsi ili olsa təqribən şabanın 27si olar.³
Həzrətin vəfatında olan digər nəql rəbiul əvvəlin 10dur.⁴
📌İmam Sadiq ع buyurmuşdur:
Qiyamət günü Əbdul Muttəlib ع bir ümmət kimi ənbiya simasında və sultanların heyyəti ilə məhşur olar.⁵

📚Mənbə;
1.Ələdədu qəviyyə,səh 127.
2.Kafi,cild 1,səh 439.
3.Muntəxəbul Təvarix,səh 36.
4.Məsarul şiə,səh 29.
5.Kafi,cild 1,səh 447.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

26 Nov, 09:34


📌26 Noyabr.
🖇Bu gün bu qanlı hadisədən 9 il ötür.
🤲Allahdan dünyasını dəyişən şəhidlərə uca məqam və həbsdə olanlara tezliklə azadlıq istəyirik.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

24 Nov, 10:21


🟢Ayətullah Sədr şiə təqlid müctəhidlərindən biridir,üsul və fiqhdən başqa,fəlsəfə,siyasət və mərifətşenasi kimi elmlərdə yeni nəzəriyyələr irəli sürmüş və bir çox kitablar yazmışdır.

🟠Ayətullah Sədr İslam elmlərinin əksər sahələrində mahir idi.O etiqadlı idi ki,hövzə dərslərində dəyişiklik olmalı və tələbələr və din xadimləri adi dərslərlə məhdudlaşmamalı,yeni məsələlərlə tanış olmalıdırlar.Onun fikrincə,dərsliklər tamamilə köhnəlmiş,tərk edilmiş və bu kontekstdə bəzi əsərlər yazmışdır ki,o,köhnə kitabların məzmununu yeniləşdirməklə yanaşı,onları yeni planla,yeni üsulla tələbələr üçün qələmə almışdır və hövzə elmiyyələrində böyük dəyişikliklərə səbəb olmuşdur.

🔹Ayətullah Sədr 1979-cu ilin 12 Fevralda Nəcəfdəki Cəvahiri məscidində sevinclə xütbə söyləyərək İranda baş verən inqilabdan şad olub və İmam Xomeyninin əmrlərinə əməl etdiyini vurğulayıb.

❇️19 Cəmadiul-əvvəl 1400-ci ildə Ayətullah Sədr Nəcəf Əşrəf şəhərində həbs edilərək Bağdada köçürüldü.Bağdadda ondan İran İslam İnqilabı və İmam Xomeyni əleyhinə bir neçə kəlmə yazmasını istədilər,lakin o,bu tələbi açıq şəkildə rədd etdi,nəticədə üç günlük amansız işgəncələrdən sonra hicri 1400-cü ilin 22 Cəmadiul-əvvəlində şəhid oldu və Nəcəfi Əşrəfdə dəfn olunub.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

24 Nov, 10:21


🌙22 Cəmadiul-Əvvəl
🖇Ayətullah Seyyid MəhəmmədBaqir Sədrin şəhadəti.

🔵Seyid Məhəmməd Baqir Sədr 25 Zil-qədə 1353 tarixində Kazimeyn şəhərində anadan olmuşdur.O,üç yaşında atasını itirmiş,anası və qardaşı Seyyid İsmail Sədrin himayəsində olmuşdur.Bintul-Huda Sədr onun bacısı,şair və yazıçı idi.

Şiə Təqvimi

24 Nov, 04:32


Musa ibn Cəfərin şəhadətindən sonra seyyidlərin qətli və zindan olunmasında Qasim Mədinədən xaric oldu və Hillə şəhəri ətrafındakı baxmarada şeyx qəbiləsi Süleyman şeyx gildə qonaq oldu və orada işlədi və sonra izdivac etdi və baxmarada vəfat edib orada dəfn olundu.²
Həzrəti Kazimin bu seyyidə çox əlaqəsi vardır.Kuleyni buyurur:
İmam Kazimin övladlarından birinə ölüm halı üz gətirdi və o Həzrət Qasimə buyurdu:
Övladım,qalx qardaşının başı üstündə saffat surəsini oxu.Qasim surəni oxumağa başladı və bu ayəyə çatanda:
«أهُم اَشَدُّ خَلقاً اَم مَن خَلَقنا»
qardaşının ölüm halı rahatlaşdı və rahat can verdi.³
Şərafətli məzarı hillənin 8 fərsəxliyində insanların ziyarətgahıdı və alimlər və digər şəxslər onun ziyarətinə xas inayətləri vardır.⁴
📚Mənbə:
1.Həyatul Qasim,s 99.
2.Şəcərətu tuba,s 171.
3.Kafi,c 3,s 126.
4.Muntahaul amal,c 2,s 231.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

24 Nov, 04:30


🌙22 Cəmadiul-əvvəl
🖇Qasim ibn Musa ibn Cəfərin vəfatı.

🔰Bu gündə kəramət sahibi olan seyyid Qasim ibn imam Kazim vəfat etmişdir.Digər nəqlə görə o həzrətin vəfatı zil hiccənin əvvəlində idi.¹

Şiə Təqvimi

19 Nov, 11:59


📌Nə üçün Əmirəl-möminin Əli (ə) Həzrəti Zəhranın (s.ə) şəhadət səbəbini yaymamışdır?

☑️Şeyx Mufidin (hicri 413-cü il) İmam Hüseyndən (ə) nəql etdiyi xəbərə görə,Həzrət Zəhra (s.ə) vəsiyyət etmişdir ki,Əmirəl-möminin Əli (ə) onun şəhadətini və xəstəliyinin səbəbini insanlara bildirməsin.

📚Şeyx Mufid,Əmali,s 281.

عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَنْ أَبِيهِ الْحُسَيْنِ ع قَالَ لَمَّا مَرِضَتْ فَاطِمَةُ بِنْتُ النَّبِيِّ ص وَصَّتْ إِلَى عَلِيٍّ ص أَنْ يَكْتُمَ أَمْرَهَا وَ يُخْفِيَ خَبَرَهَا وَ لَا يُؤْذِنَ أَحَداً بِمَرَضِهَا

👇👇
🌻 T.me/Shia_teqvimi

Şiə Təqvimi

18 Nov, 04:16


📌Əgər 40 nəfər iradəli dostum olsa idi...

♦️Əli ibn Əbu Talib (ə) buyurub:
"Əgər 40 nəfər iradəli kişi olsaydı qiyam edərdim və Özümün -və- Yoldaşımın haqqını bu insanlardan tələb edərdim."

📚Nəsr ibn Məzahim Munqəri,Vəqiətu Siffeyn,s 163.
👇👇
🌻 T.me/Shia_teqvimi

Şiə Təqvimi

17 Nov, 06:44


💢Həzrəti Fatiməyə سلام‌الله‌علیها məhəbbətin təsirləri:

🚩Həzrəti Fatiməyə س məhəbbət behiştdə Peyğəmbərlə bahəm olmağa səbəb olar.¹
🚩Həzrəti Zəhranı س sevmək,insanı cəhənnəm odundan uzaqlaşdırar.²
🚩Həzrəti Siddiqeyi Kübranın س məhəbbəti və fəzilətini iqrar etməyən heç bir peyğəmbər seçilməmiş və təkamulə çatmamışdır.³
🚩Ən üstün əməl,Həzrəti Zəhranı س sevmək və Ona və Onun övladlarına yaxşılıq etməkdir.⁴


📚Mənbə;
1⃣İrşadul qulub,cild 2,səh 294.
2⃣Kəşful yəqin,səh 352.
3⃣Əvalimul ulum,cild 11,səh 833.
4⃣Əl mənaqib,cild 3,səh 326.

📎 #Fatimiyyə
📎 #Əyyami_Fatimiyyə
📎 #Həzrəti_Zəhra

T.me/Shia_teqvimi

Şiə Təqvimi

17 Nov, 05:03


Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi,özü hərəkət edə,düz otura bilmirdi.
Doğum tarixi;1883
Doğum yeri;Bakı,Bakı quberniyası
Vəfat tarixi;1950
Vəfat yeri;Bakı,Azərbaycan SSR,SSRİ
Vətəndaşlığı;SSRİ
Atası;Seyid Mir Talıb ağa
Anası;Xədicə xanım
1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da,hələ kiçik yaşlarından həm ailə üzvləri,həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər;məsələn,onlar iddia edirdlər ki,Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir.Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi,amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi.Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb.Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb.1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi.Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

17 Nov, 05:01


🌙17 Noyabr.
🖇Mir Mövsüm Ağanın vəfat günü.

🔰Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə;1883,Bakı – 17 noyabr 1950, Bakı).

Şiə Təqvimi

16 Nov, 13:15


💔Bu xəbər bizi sarsıltdı...
💔Allah hacını qorusun.
❤️Dəyərlərimizi müdafiə edək əzizlər.
🤲Cəmi məhbus olan əzizlərimiz üçün Zəhrayi salavat zikr edək...
T.me/Shia_teqvimi

Şiə Təqvimi

16 Nov, 05:46


♦️Əyyami Fatimiyyə günləri hansı tarixdən başlayıb və nə vaxt bitir?

🔸Həzrəti Zəhranın ع şəhadət tarixi barəsində müxtəlif rəvayətlər vardır.Peyğəmbərin ص şəhadətindən 40 gündən 6 aya qədər olan tarixlərdə bəyan olunmuşdur.
Lakin şiə alimləri arasında 2 ehtimal vardır: Peyğəmbər ص şəhadətindən 75 gün sonra ya 95 gün sonra.
Buna görə Peyğəmbərin şəhaadəti səfər ayının 28də olduğu rəvayətə əsasən 75 gün,cəmadiul-əvvəl 13dən 15nə kimi Həzrəti Zəhranın ع şəhadət günüdür və bu günlər Əyyami Fatimiyyə adlanır.
Amma 95 gün olan rəvayətə əsasən Həzrəti Zəhranın ع şəhadəti cəmadius saninin 3dən 5dir ki,bu günlərdə Əyyami Fatimiyyə adlanır.
Buna görə; Əyyami Fatimiyyə 6 gün olar,3 gün Cəmadiul əvvəl ayında və 3 gündə Cəmadius sani ayında.
Amma bu aylarda 3 gün Həzrətin şəhadəti ünvanında qeyd olunması bu dəlilə görədir ki,ehtimal var ki,qəməri aylar Peyğəmbər şəhadətindən Xanımın şəhadətinə qədər 29 gün olmuş olsunlar.Əgər əvvəlki aylar kamil olsa şəhadət günü 13 cəmadiul əvvəl və ya 3 cəmadius sani olacaq.Təqvimə görə qəməri ayların 3ü dalbadal 29 gündən və 4dü isə 30 gündən ola bilər.
Lakin ürfdə cəmadiul əvvəlin 2ci 10 günlüyü,10dan 20nə qədər 75 gün rəvayətinə əsasən Həzrətin şəhadəti keçirilir.Amma 95 günə görə isə cəmadius saninin 1dən 10na qədər keçirilir.
Bu ara günlərdə əgər Xanıma hörmətsizlik kimi sayılmazsa şad günlər qeyd etmək olar amma möminlərə layiq deyildir ki,bu günlərdə şadlıq qeyd etsinlər.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Nov, 10:42


💠 Həzrəti Fatimeyi Zəhranın سلام‌الله‌علیها salavatı:

🤲🏻اللَّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ أَبیها وَ بَعلِها وَ بَنیها وَالسِّرِّ المُستَودَعِ فیها بَعَدَدِ ما أَحاطَ بهِ عِلمُکَ

🤲"Allahummə salli əla Fatimətə və əbiha və bə'liha və bəniha vəs sirril mustəvdə'i fiha bi ədədi ma əhatə bihi ilmukə."

"İlahi,Salamın olsun Fatiməyə və Atasına və Yoldaşına və övladlarına və onun vücudunda vəd qoyduğun sirrə,Elminin əhatə etdiyi qədər."

T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Nov, 09:20


Allahın Salamı olsun əzizlərə.Cümə gününüz mübarək.Rəsuləllahın dürdanəsi və vilayət yolunun ilk şəhidəsi Xanım Zəhranın (s.ə) şəhadəti münasibəti ilə başda İmam Zaman olmaqla hər bir sevəninə təsliyyət ərz edirik.
Əyyami Fatimiyyə günləri ilə bağlı şübhələrə cavablar kitabının ilk cildini siz əzizlərə təqdim edirik.Bu kitab kanalımızın (t.me/shubhelere_cavablar) ilk əsəridir ki,illərlə bu kanalda qeyd edilmiş və bir kitabda cəm olunmuşdur.
Siz əzizlərdən,Ustadlardan və elm sahiblərindən xahiş edirik bu kitabda olacaq səhvləri,yalnışlıqları bizə nəqd edərək bildirmənizi xahiş və tələb edirik.(@Talibi_qomnam)⤵️⤵️⤵️

Şiə Təqvimi

14 Nov, 19:08


https://youtu.be/RKuniHnf9xw?si=63Rn5_PiYOv-p8WU

🏴Youtube kanalımıza abunə olmağı unutmayın.🤲

Şiə Təqvimi

14 Nov, 15:02


🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
13 Cəmadiul-Əvvəl.
Həzrəti Zəhranın (s.ə) şəhadəti.

🔰Həzrəti Siddiqeyi Tahirə,Xanım Zəhranın (ع) məzlumanə şəhadəti Mədinədə Peyğəmbərin şəhadətindən 75 gün sonra baş vermişdir.¹
Digər nəqllər isə Xanımın şəhadətini Cəmadius-saninin 3 də qeyd etmişlər.
14-cü gecədə İmam Əli (ع) az bir dəstə əsl səhabələr ilə bahəm Xanım Siddeqeyi Tahirənin pak bədənini torpağa taşırmışdır.
Səhih sənədə görə Həzrəti İmam Sadiqdən (ع) rəvayət olunmuşdur ki,Həzrəti Fatimə (ع) Peyğəmbərdən 75 gün sonra həyatda idi.
Məşhura əsasən O,Həzrətin şəhadəti (Peyğəmbərin) 28 Səfərdə olsa,Həzrəti Fatimənin (ع) şəhadəti 13 ya 14 yada 15 Cəmadiul-əvvəldə olar.
Bu 3 gündə o,Həzrəti ziyarət etmək münasibdir.²
__
📚Mənbə;
1.Kafi,cild 1,səh 241.
2.Feyzul ilam,səh 248.
🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Nov, 12:07


🏴Bu əzalı günlərdə qardaşımıza acilən şifa istəyirik və tezliklə haqqı olan azadlığa qovuşması üçün salavat zikr edək.
🏴Zindanda olan alim və möminlərimizin tezliklə azadlığına salavat zikr edək.
🏴Xanım Zəhranın (s.ə) şəhid olmasına olan səbəblərdən biridə susqunluq idi...

Şiə Təqvimi

14 Nov, 10:33


🌕24 Aban.
🖇Əllamə Təbatəbainin vəfat günü.

🔰Şəmsi ili 1360,Aban ayının 24-də yəni 1981-ci Miladi ilinin Noyabrın 15-də Ayətullah Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai,İslam dininin və şiə məzhəbinin böyük alimi,filosof və Qurani kərimin təfsirçisi,80 yaşında dünyadan köçmüşdür.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Nov, 09:52


🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
🏴✍️Yaradılış:
🌹Həzrəti Zəhra (s.ə) buyurub:
🏴"İlahi məni o yolda xərclə ki,məni onun üçün yaratmısan"
🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
🏴📚Muhəcul dəəvat,1/39.
🏴İlahi bizləridə Xanım Zəhra (s.ə) kimi zamanının İmamı yolunda xərclə...
🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Nov, 09:29


🏴🏴🏴🏴🏴🏴🏴🏴
🔴Şübhə
Nə üçün "Əyyami Fatimiyyə" üçün iki tarix zikr olunub,75 və 95 gün?!
🏴🏴🏴🏴🏴🏴🏴🏴
🔵Cavab
Tarixdə Həzrəti Zəhranın (سلام‌الله‌علیها) şəhadəti nəqli şiənin qədim bir rəvayəti ki,İslamın əvvələrində kufə xətti ilə nöqtəsizdir,qeyd olunmuşdur ki:👇

«عاشت بعد أبيها خمسة و سبعین (تسعين) يوما»

"Həzrəti Zəhra سلام‌الله‌علیها Peyğəmbərdən sonra,75 ya 95 gün həyatda qaldı) ki,bu ibarətlərdə
«خمسة و سبعین»¹ (75 gün) və
«خمسة و تسعین»² (95 gün)
rəqəmlərini müəyyən etmək dəqiq olmadığı üçün mühəddislər buna görə hər iki tarixi nəql etmişlər;
☑️Bu,tarixi cəhətdən olan bir mahiyyətdir ki,nəqllərdə ixtilafa səbəb olmuş və şiələrdə "Əyyami Fatimiyyə"ni iki tarixdə qeyd edirlər.
__
📚Mənbə;
1.Şeyx Kuleyni,Kafi,cild 1,səh 458.
2.Xəzzaz Qumi,Kifayətul əsər,səh 65.

T.me/shubhelere_cavablar

📌Dini dəyərlərimizə olunan şübhələrə cavabları bizim kanaldan öyrənin və abunə olaraq linki paylaşın zəhmət olmasa.🤲

Şiə Təqvimi

13 Nov, 13:45


Kanala abunə olmağı unutmayın⤵️

Şiə Təqvimi

13 Nov, 13:45


🔷🔸💠🔸🔷
🏴Əyyami Fatimiyyə günləri münasibətilə Qumdakı Həzrəti Məsumənin (s.ə) hərəmi qara bayraqlara büründü.
Allah təala istəyən hər kəsə bu ziyarəti nəsib eləsin.
🔷🔸💠🔸🔷
T.me/heremi_mesume

Şiə Təqvimi

12 Nov, 05:00


🌙10 Cəmadiul-Əvvəl.
🖇İmam Hüseynin (ع) köynəyinin Həzrəti Zeynəbə (ع) təhvil verilməsi.

🔰Bu gündə Həzrəti Zəhra (ع) İbrahim Xəlil (ع) köynəyini Zeynəbi Kübraya (ع) verdi və buyurdu:
☑️"Qardaşın İmam Hüseyn (ع) səndən bu köynəyi istəyən zaman bilki,sənə daha çox saat qonaq deyil və ən pis zina övladının əli ilə öldürüləcək."
Bu hadisə Xanım Zəhranın şəhadətindən 3 gün qabaq idi.¹
Bu köynəyi Allah təala behiştdə xəlq edib və onu Həzrəti Adəmin yanında əmanət qoymuş və ondan sonra peyğəmbərlər bu əmanəti hifz etmişlər və müşküllərdə Allaha vasitə bilərək təvəssül etmişlər o zaman qədər ki,Xatəm Peyğəmbərin əlinə çatmış və O Həzrətdən sonra bu köynək Həzrəti Zəhranın yanında idi.
✔️O,Həzrət 3 gün şəhadətinə qalmış onu Həzrəti Zeynəbə tapşırdı ki,Aşura gününün axırında onu İmam Hüseynə (ع) təhvil versin.

📚Mənbə;
1.Vəqaiyul şuhur,səh 95,Bəhrul məsaib,cild 3,səh 45.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

11 Nov, 16:30


💐 السَّلامُ علیکِ یا بِنتَ أَمیرِ المؤمِنین
🌹Əssəlamu Əleyki Ya Bintə Əmirəl-möminin

🌹Kanalımız yenidir zəhmət olmasa üzv olub paylaşaraq bizə kömək edin🤲
🔷🔸💠🔸🔷
T.me/heremi_mesume

Şiə Təqvimi

11 Nov, 16:02


Bu hadisənin başlanğıcı o zaman başladı ki,camaat Əmirəlmöminin əleyhissalamla beyət etdikdən sonra Təlhə və Zübeyr ümrə bəhanəsi ilə Mədinədən çıxıb Aişəyə qovuşdular.Əvvəllər Osmanın Bəsrədə məmuru olan və Əmirəl-möminin əleyhissalam tərəfindən işdən çıxarılan Abdullah ibn Amir Məkkəyə gəldi və Aişə üçün iki yüz dinara aldığı bir dəvəni gətirdi və onlar Bəsrə tərəfə hərəkət etdilər,bu şəhərə çatana qədər.
İmam Əli (ع) onlarla qarşılaşmaq üçün Bəsrəyə hərəkət etdi.Bu döyüşdə İmam Əliylə (ع)،İmam Həsən və İmam Hüseyn (ع) və həmçinin Məhəmməd Hənifə,Abdullah ibn Cəfər,Əqilin övladı və Bəni-haşim cavanalarından bir iddə,Əmmar,Əbu Əyyub Ənsari və bir dəstə Mühacir və ənsarla birlikdə idilər.
Bədr əshabından 80 nəfər,Peyğəmbərlə "şəcərə beyətində" olan 250 nəfər və Peyğəmbərin 2500 digər səhabələri bu döyüşdə İmamın yanında iştirak edirdilər.⁵
Müslim Muşaciini bir Quranla bəsrəlilər tərəfə göndərdilər ki,Quran hökmünü onlara oxusun,amma onlar Müslimi oxla şəhid etdilər.
Əmmarın xütbələrindən və Əmir əl-Möminin İmam Əlinin əmrlərindən sonra,Camadiul-əvvəl ayının 10da,Aişə müharibəni başlatmış və davam etdirmiş və İmam Əlidə onlarla müqabilə gəldi.Bu döyüşdə 20.000 nəfər olan İmam Əlinin (ə) ordusundan 5.000 adam şəhid oldu və 30.000 olan Aişə ordusundan 13.000 nəfər öldürüldü.⁶
Nəhayətdə İmamın qoşunu qalib oldu və Həzrət hudəc kənarında aişə ilə görüşdü və buyurdu:
🖇"Ey humeyra,Peyğəmbər sənə əmr etmişdir ki,mənimlə döyüşə qalxasan?Məgər sənə əmr etməmişdir ki,evində oturub,çölə çıxmayasan?And olsun Allaha insaf etmədilər onlar ki,öz qadınlarını pərdə arxasında saxladılar amma səni çölə çıxardılar."
Məhəmməd ibn əbi bəkr bacısını hudəcdən çölə çıxartdı.İmam Əli (ع) əmr etdi ki,onu haris ibn təlhənin qızı səfiyyənin evinə aparsınlar və sonra onu Məkkəyə və sonrada Mədinəyə göndərsinlər.
Bu döyüşdə Zeyd ibn Suhan ki,İmam Əlinin qoşunu və şiələrin başçısı idi şəhid oldu və Həzrət onun başı üstündə buyurmuşdur:
🖇"Ey Zeyd Allah sənə rəhmət eləsin ki,dünyaya bağlılığın az və dinə köməyin çox idi."

📚Mənbə;
1.Mənaqibi Ali əbi Talib,cild 3,səh 181.
2.Məsarul şiə,səh 31.
3.Əl ədədu qəviy,səh 54.
4.Muntəxəbul təvarix,səh 160.
5.Mənaqibi Ali əbi Talib,cild 3,səh 190.
6.Bihar,cild 32,səh 174.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

11 Nov, 16:01


10 Cəmadiul-Əvvəl.
"CƏMƏL" döyüşü.

🔰36-cı Hicri ilinin bu günündə cəməl döyüşü baş vermişdir¹ və bu ayın 15-i Bəsrə fəth olundu və Allahdan İmam Əli üçün (ع) nəsr (kömək)nazil oldu.²Bir nəqlə görə bu ayın 5-də bu hadisə baş vermişdir.³ və digər nəqlə görə bu ayın 19-u baş vermişdir.⁴

Şiə Təqvimi

08 Nov, 16:57


https://t.me/Heremi_Mesume/8

🔰Yeddinci İmamımızın qızı Həzrəti Məsumənin (s.ə) adına olan kanala siz əzizləri dəvət edirəm.
🌹Abunə olaraq linki paylaşmağınızı xahiş edirik.🤲
https://t.me/Heremi_Mesume

Şiə Təqvimi

07 Nov, 18:42


Bu müharibə Peyğəmbərin (ص) Roma qeysərinə göndərdiyi məktubu daşıyan Haris ibn Əmir Əzdinin mutə məntəqəsində rum qoşununun başçısı şurəhbil ibn əmrin tərəfindən həbs edilib,əlləri bağlanaraq boynunu vurulmasında başlamışdır.
Peyğəmbər bu xəbəri eşitdi və çox narahat oldu və mutəyə tərəf bir ordu göndərdi.
Bu döyüşdə Peyğəmbər və İmam Əli iştirak etməmişdilər və o Həzrət qoşuna 3 başçı sıra ilə qərar vermiş və buyurmuşdur:
✔️"Hər hansı biri şəhid olsa,digəri ordu başçısı olsun.Cəfər ibn əbi Talib (ع),Zeyd ibn Haris,Abdullah ibn Rəvahə."
🖇←Üç başçının şəhadəti:
Bu 3 şəxsiyyət şəhid oldular.Əvvəl Cəfər meydana getdi və qəhrəmancasına mübarizə apardıqdan sonra Həzrətin 2 qolunu kəsdilər və Onun bu yaralarına baxmayaraq,heybət və şücaətinin qorxusundan onun başını bədənindən ayırmağa cürət etmirdilər.
Lakin düşmən bir yerdə hücum etdi və Həzrətin bədənini nizəylə yerdən qaldırdılar.Bu anları Peyğəmbır Mədinədə minbər üstündə bu macəranı camaata bəyan edirdi.
Birdən mübarək üzünü göyə qaldırdı və buyurdu:
✔️"İlahi,Cəfərə 2 qanad əta et ki,behiştdə mələklərlə pərvaz etsin."
Üç başçının şəhadəti təyin olandan sonra Peyğəmbər tərəfindən bir qəbrdə dəfn olundular.
Cəfərin şəhadət xəbərində Peyğəmbər çox ağlamış və onun evinə 3 gün yemək göndərilməsini buyurmuşdur.
🖇←Cəfərin keçmişi:
İmam Əlidən (ع) sonra Əbu Talibin (ع) əmri ilə Peyğəmbərin (ص) arxasında namaz qılan ilk şəxs Cəfərdir.O,qardaşı Əmirəlmöminindən on yaş böyük idi.
Həbəşədə əmr as və digərləri qəsd etdilər ki,Nəccaşini razı salsınlar ki,Cəfər və ətrafındakıları təhvil versinlər,O İlahi kitabdan ayələr tilavət etdi ki,Nəccaşi və ətrafındakıları ağlatdı.
əmr as bir neçə dəfə istəmişdir ki,Cəfər və müsəlmanları Nəccaşinin yanında pis insanlar kimi cilvələndirsin amma nəticə əksinə oldu və Nəccaşinin yanında onların ehtiramı daha çoxaldı.Məxsusən İsa (ع) barəsində olan ayələr tilavət oxunan zaman.
Axırda əmr as zəhərli yemək hazırladı və Cəfər üçün göndərdi ki,O Həzrəti şəhid etsin amma pişik gəldi və o xörəyi yedi və qalanını tulladılar və pişikdə öldü.əmr asın fitnəsi faş oldu.
Xeybərin fəth günündə Cəfər həyat yoldaşı və digər müsəlmanlarla bahəm Mədinəyə gəldilər və Peyğəmbər onların gəlişindən çox xoşhal oldu və buyurdu:
🖇"Bilmirəm hansı üçün daha xoşhal olum,Xeybərin fəthinə ya Cəfərin gəlməsinə?!"³

📚Mənbə;
1.Bihar,cild 21,səh 50.
2.Vəqaiyul şuhur,səh 94.
3.Muntəxəbul təvarix,səh 57.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

07 Nov, 18:42


🌙6 Cəmadiul-Əvvəl.
🖇Mutə döyüşü.

🔰7 ya 8ci hicri¹ ilinin bu günündə Mutə döyüşü baş vermişdir və Cəfər ibn əbi Talib (ع) 41 yaşında şəhadətə çatmışdır.²Bu döyüşdə müsəlmanların sayı 3 min nəfər və kafirlərin sayı 100 min nəfər idi.

Şiə Təqvimi

07 Nov, 08:30


🤲🏼 اللّهم عجّل لوليّک الفرج بحقّ زينب کبری سلام الله عليها
🤲Allahummə əccil livəliyyikəl fərəc bihəqqi Zeynəbi Kubra (s.ə)
☑️Şeyx Hüseyn Samirrayi ki,İraqda mömin minbər əhlindən idi,nəql olunub:

▫️Mən Samirrada olduğum o günlərdə cümə axşamı müqəddəs sərdaba getdim;Gördüm ki,məndən başqa heç kim yoxdur və mən hal taparaq Həzrət Vəli Əsrə (ə.c) üz tutaraq təvəssül etdim,sonra arxamdan bir səs eşitdim ki,farsca deyir:

🔸Bizim Şiələrə və dostlarımıza de ki,Bibim Zeynəbin (s.ə) haqqına Allaha and versinlər ki,Mənim fərəcimi yaxınlaşdırsın”.

⬅️Şiyəfteqane Həzrəti Məhdi,c 1,s 251.

🌹XANIM ZEYNƏBİN (s.ə) MÜBARƏK MÖVLUDU MÜNASİBƏTİLƏ TƏBRİK DEYİRƏM HƏR BİR ÜZVÜMÜZƏ.🌹
🏷 #امام_زمان_عجل_الله_فرجه
T.me/mahdavi_yyat

Şiə Təqvimi

06 Nov, 17:32


Həzrətin viladəti barəsində digər nəqllər isə şabanın əvvəlləri 6cı hicridə²,şabanın əvvəli³,şabanın 30-u⁴,Ramazan ayı 6cı hicri,Rəbius saninin axırıncı 10 günlüyü 5 ya 6 ya 7ci hicri ilində.⁵
Həzrətin atası möminlərin əmiri İmam Əlidir (ع) və əziz anası Həzrəti Fatimə binti Rəsuləllahdır.
Həyat yoldaşı Abdullah ibn Cəfər ibn əbi Talib və O,Həzrətin övladları Əli,Ovn,Abbas,Məhəmməd və Ummu Gülsümdür ki,Ovn və Məhəmməd Kərbəlada şəhid olmuşdurlar.
Xanımın künyəsi Ummu Gülsüm,Ummu Abdullah və Ummu Həsəndir ki,xas künyəsi Ummul məsaib,ummul Rizaya və Ummul nəvaibdir.
Xanımın ləqəbləri çoxdur o cümlədən;
Əqileyi Bəni-haşim,Əqilətul Talibin,Siddiqeyi Suğra,İsməti suğra,Vəliyyətullah və başqa...
Həzrəti Zeynəbin övladı Əlinin nəslindən çoxlu övladlar dünyaya gəlmişdir ki,zeynəbi adı ilə məşhurdular ki,Siyuti Zeynəbiyyə Risaləsini onlar barəsində yazmışdır.⁶
☑️←Həzrətin viladət macərası:
Həzrət dünyaya gəldiyi zaman Peyğəmbər səfərdə idi.İmam Əli (ع) adqoyma barəsində belə buyurdu:
"Peyğəmbərdən önə keçmərəm."
Həzrəti Peyğəmbərə gələnə qədər gözlədilər və Həzrət gəldi və vəhyi gözlədilər.Cəbrail nazil oldu və buyurdu:
"Allah təala Salam göndərir və buyurur: Bu qıza Zeynəb adı qoyun ki,bu adı lövhi-məhfuzda yazmışam."
Peyğəmbər xanım Zeynəbi istədi,öpdü və buyurdu:
"Vəsiyyət edirəm hazır olanlara və burda olmayanlara ki,bu qızı Mənə xatir ehtiram edin ki,həqiqətən o,Xanım Xədicəyə taydır."
İbn həcər "isabə"də və ibn əsir "əsədul-ğalibə"fə O,Həzrət haqqında yazmışdılar:
"Lənətullah yezidin məclisində Həzrəti Zeynəb (ع) bir kəlmələr buyurdu ki,O,Həzrətin qəlbinin qüdrətinə dəlil idi."⁷
Xanım Zeynəb,kərəmdə,bəsirətdə,helmdə bəni-haşim və ərəbin məşhuru idi və bütün fəzilətlər onda cəm olmuşdur.
Gecələr ibadətdə olardı və gündüzlər oruc tutardı və təqva əhlindən tanınardı.⁸

📚Mənbə;
1.Əqilətul bəni haşim,səh 5.
2.Riyahinul şəriə,cild 3,səh 33.
3.Mustədrəkul səfinətul bihar,cild 5,səh 413.
4.Təqvimul əyyam,səh 79.
5.Riyahinul şəriə,cild 3,səh 33.
6.Həmin.səh 46.
7.Əsədul ğalibə,cild 5,səh 469.Əl isabə,cild 8,səh 166.
8.vəfiyyatul əimmə,səh 440.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

06 Nov, 17:30


🌙5 Cəmadiul-Əvvəl.
🖇Həzrəti Zeynəbin (s.ə) viladəti.

🔰Həzrəti Zeynəbin viladəti Mədinədə 5-ci ya 6-cı hicri ilinin cəmadiul əvvəl ayının 5-də olmuşdur.¹

Şiə Təqvimi

02 Nov, 05:33


o,Peyğəmbərin besətindən 20 il sonra Həzrətin ömrünün axırlarında əmr asla bahəm İslam dinini zahirdə qəbul etmişdir.
əbu bəkr onu şama hakim etmişdir və ömər onu bu vəzifədən kənarlaşdırmışdır.Bir müddət sonra o,hums şəhərində ölmüşdür və elə oradaca basdırılmışdır.²
xalid və əmr as o kəslərdən idilər ki,ləylətul-məbit gecəsində Peyğəmbəri öldürmək qəsdləri vardır.³
Peyğəmbər bir sıra məsələlərdə xalidin işlərindən bezarlıq etmişdir.
O,Peyğəmbərdən icazəsi bəni-cuzəyməni (ya cəzimə) qətlə yetirmişdir.Onlar öldürülməmişdən qabaq demişdilər biz müsəlmanıq və namaz qılırıq və Allah Rəsulunu təsdiq edirik və məscid tikmiş və onda azan deyirik...
xalid dedi: "Hər kəsin əlində əsir var,onu öldürsün"
Bəni-səlimin bütün əsirlərini öldürdülər amma mühacir və ənsar,əsirlərini Peyğəmbər yanına göndərdilər və O,Həzrət mübarək əllərini qibləyə tərəf qaldırıb 3 dəfə buyurdu:
"İlahi,mən xalidin etdiyi işdən Sənə bezarlıq edirəm."
Bir müddət sonra Peyğəmbərin əlinə bir miqdar qızıl və mal çatdı.O,Həzrət Əmirəl-möminin İmam Əliyə buyurdu:
Bəni-cuzəymə tərəfə get və onları xalidin etdiyinə görə razılıq al...
İmam Əli onların yanına getdi və Allah hökmünə əsasən; hər qanının diyəsini verdi,və hər cənin üçün (bətndə olan uşaq) yüksək qiymət hesabladı və hər malın əvəzini ödədi və itlərinin suyu və çobanlarının iplərinin də əlavəsini verdi və yenədə qadınların və uşaqların bildiyi və bilmədiyi qorxusuna görə verdi.Və axır işində isə əlavə olaraqda mal verdi ki,Allah Rəsulunun bundan təqsirsiz olmasına razı olsunlar.⁴
xalid,Əmmara pis söz dedi.
✔️Peyğəmbər buyurdu:
"Kər kəs Əmmara pis deyərsə,Allah ona pis deyər."⁵
O,əbu bəkrdən istədi ki,İmam Əlini şəhadətə çatdırsın.Amma onun hər atdığı addımdan qabaq Həzrət bunu bilirdi və 2 barmağı ilə xalidin boğazını sıxıb nərə çəkdi və camaat qaçdılar və xalid paltarını nəcis etdi.
O an dedi: əbu bəkr və ömər məni bu işə əmr etmişlər.Hər kəs istədi vasitə olsun ki,Həzrət xalidi buraxsın,olmadı.əbu bəkr öməri göndərdi və ibn Abbası gətirdi.İbn Abbas Həzrəti Peyğəmbərin və Həzrətin Siddiqənin qəbrinə and verdi və Həzrətdə onu buraxdı.
əbu bəkr ömərə dedi: "buda sənin məşvərətinin nəticəsidir."
Çünki,ömər xalidi bu iş üçün seçmişdir.⁶
Həmçinin xalid ibn vəlid,Malik İbn Nuvəyrəni əbu bəkrlə beyət etmədiyinə görə bir çoxları ilə bahəm öldürmüş və həmin gecə Malikin yoldaşı ilə zina etmişdir.⁷
ömər bu qəziyyəni eşidən zaman dedi:
"səni daşqalaq edəcəm."Amma bu işi etmədi.Buna görə ki,səd ibn ubadəni onlar üçün öldürmüşdür.Burada idiki ömər onu sinəsinə yapışdırmış və demişdir:
Sən Allah və Rəsulunun qılıncısan!?⁸
Digər məsələdə isə əbu bəkr onu bəni-səlim tayfasına göndərmişdir və tayfanın kişilərini cəm etmiş və yandırmışdır.⁹

📚Mənbə;
1.İxtiyarat,səh 35.
2.Əsədul ğalibə,cild 3,səh 96.təbəqatul kubra,cild 7,səh 397.
3.səhih minəs sirə,cild 4,səh 9.
4.iləluş şərayə,cild 2,səh 474.
5.səbi minəs sələf,səh 342.
6.İhticac,cild 1,səh 118.
7.Əl ğədir,cild 5,səh 264.
8.Əl istiğasə,cild 1,səh 7.
9.əl ğədir,cild 1,səh 155.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

02 Nov, 05:31


🌙Rəbius-Saninin axırı.
📌xalid ibn vəlidin ölümü.

🔰Rəbius saninin axır günündə xalid ibn vəlid ibn muğəyrə məxzumi cəhənnəmə daxil olmuşdur.¹

Şiə Təqvimi

29 Oct, 05:30


🌙25 Rəbius-Sani.
♻️Müaviyə bin Yezidin xilafətdən kənarlaşdırılması.

🔰Yezid ibn Müaviyə 64-cü hicri Rəbius-Saninin 14də cəhənnəmə daxil oldu və övladı müaviyə onun yerinə oturdu.
O,40 gün sonra Rəbius-Saninin 25də minbərə qalxmış və xütbə oxumuşdur və öz atalarının əməllərini yad etdi və öz cəddi və atasına lənət etdi.Onların əməllərindən uzaq olduğunu bildirərək,şiddətli ağladı və özünü xilafətdən uzaqlaşdırdı.
Mərvan ibn həkəm lənətullah minbərin aşağısından qalxdı və dedi:
İndi ki,sən xilafət talibi deyilsən,onda xilafət məsələsini kənara at.
Müaviyə ibn yezid dedi:
Mən xilafətin şirinliyini dadmamışam,necə razı olum ki,onun ağırlığını dadım.
Hər halda evdə oturdu və ağlamaqla məşğul oldu və bu hadisədən 25 ya 30 ya 40 gündən sonra vəfat etdi və bir nəqlə görə onu zəhərləmişdilər.
Ondan sonra əbu sufyan övladlarının xilafəti tamam oldu və mərvan və onun nəslinə keçdi.¹

📚Mənbə;
1.Tozihul məqasid,səh 12-13.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

28 Oct, 17:00


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Video:‼️ https://t.me/seherxeber/704

Şiə Təqvimi

25 Oct, 16:32


Bir nəqlə görə O,8 Rəbius-Sani² və digər nəqlə görə 14 Rəbius sani vəfat etmişdir³ və qəbri Qum şəhərində "Xiyabani Azər" dədir.
Adı: Musa, Künyəsi: Əbu Cəfər, Ləqəbi: Mubərqəə, Atası: İmam Cavad (ع) və anası kəniz idi.
O,256cı ildə Quma daxil olan ilk rəzəvi seyidlərdəndir və daima üzünə niqab taxardı.Qumun ərəb sakinləri Onu qumdan xaric etmişdir və O,kaşana getmiş və ehtirama layiq görülmüşdür.
Qumun başçılarından olan Əbul sədim Huseyn ibn Əli ibn Adəm quma gəldikdən sonra ərəblər Musanın kim olmasını anlamış və Onu Quma geri qaytarmışlar və Onun üçün ev hazır etmişlər.
Həmçinin Onun üçün çoxlu yerlər və bağlar almışlar və Onun bacıları yəni İmam Cavadın (ع) qızları Zeynəb,Ummu Muhəmməd və Məymunədə,Onun yanına,Quma gəlmişlər.
Cənab Musa Mubərqəə vəfat edən zaman Qumun əmiri Abbas ibn Əmr Ğənəvi Onun üçün namaz qılmış və Məhəmməd ibn Huseyn ibn əbi Xalidin evində yəni indiki məkanda dəfn olunmuşdur.⁴
Kuleyni (رَحِمَهُ الله) mötəbər sənədlə nəql etmişdir ki,Cənab Musa Mubərqəənin yanında İmam Cavaddan (ع) olan vəqflər vardır.⁵

📚Mənbə;
1.Tarixi qum,səh 216.
2.Bihar,cild 57,səh 220.
3.Fəlaidul nuhur,səh 226.
4.Bihar,cild 50,səh 160.
5.Kafi,cild 1,səh 325.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

25 Oct, 16:30


🌙22 Rəbius Sani.
Musa Mubərqənin (ع) vəfatı.

🔰Musa Mubərqə (ع) İmam Cavadın (ع) oğlu,296 ci ildə Qum şəhərində vəfat etmişdir.¹

Şiə Təqvimi

21 Oct, 08:24


https://youtube.com/shorts/sybfoMq77pA?feature=share

Şəhid Yahya Sinvar - "İmam Əlinin (ə) bu sözünü..."

Kanala abunə olmağı unutmayın.

Şiə Təqvimi

17 Oct, 16:32


Muxtar hicrətin əvvəlinci ilində Taifədə dünyaya gəlmiş və 67ci hicri ilində kufədə museyb ibn zubeyrin əli ilə şəhadətə çatmışdır.
Onun künyəsi Əbu İshaq idi.
Atası Əbu Ubeydə böyük səhabələrdən idi ki,farslarla döyüşdə şəhid olmuşdur.Atasından sonra iki qardaşı Həkəm və Cubeyr şəhid olmuşdur.
Muxtar 18 aylıq hökümətində Seyyiduş Şuhədanın 18 min qatilini cəhənnəmə göndərmişdir.Bunlar,onun səhabələri və tərəfdarları və İbrahim ibn Malik Əştərin kufədən kənarda və xariz nəhrinin kənarında öldürdüklərindən əlavə idi.
Muxtarın əmisi Səd İmam Əli (ع) və İmam Həsən (ع) tərəfindən Mədainə Vali təyin edilmişdir.Hər vaxt bir yerə getsə,Muxtarıda özü ilə aparardı.
İmam Əli (ع) ona fəth və zəfər xəbəri vermiş və Meysam Təmmar ona zindanda bəşarət vermişdir.
Qurban bayramı günündə Muxtarın oğlu Həkəm İmam Baqirin (ع) hüzuruna çatdı.Özünü tanıtmamışdan əvvəl İmam onu yanına çağırdı və o dedi:
Mənim ağam,camaat atam barəsində pis deyirlər.And olsun Allaha düzgün söz sizin kəlamınızdır.
İmam Buyurdu: Camaat nə deyir?
Muxtarın oğlu dedi: deyirlər atam yalançı idi.İndi Siz nə desəniz qəbul edəcəm.
İmam buyurdu: Sübhanallah,Atam xəbər vermişdir ki,Anamın mehriyyəsi Muxtarın Atama göndərdiyi pul idi.
Muxtar Bizim xaraba evlərimizi abad etmiş və düşmənlərimizi öldürmüşdür və Bizim haqqımızı tələb etmişdir.Sonra 3 dəfə buyurdu:
"Allah atana rəhm etsin." Bizim haqqımızı bir nəfərin yanında saxlamadı.
Uşaqlıqda İmam Əli (ع) onu dizi üstdə oturtmuş və ona lütf və mərhəmət etmiş və əlini onun başına çəkmiş və buyurmuşdur:
"Ey böyük!Ey böyük!
İmam Baqir (ع) buyurub:
And olsun Allaha atam mənə xəbər vermişdir ki,muxtar Fatimə binti Əmirəl mömininin (ع) yanına gəldi və o Xanım ona xalça sərdi və arxalıq verdi sonra buyurdu:
Harda Bizim haqqımız var idisə,tələb etdin.Bizim qatillərimizi öldürüb və bizim üçün qanımızı tələb etdin.²
Digər rəvayətdə gəlmişdir:
Muxtar ubeydullahın mundar başını İmam Zeynulabidinə göndərəndə,o Həzrət süfrə başında idi,xoşhal oldu və Muxtar üçün dua etdi.³
Digər nəqlə görə Muxtarın qiyamı Rəbiul Əvvəlin 14cü axşamı 66cı hicridə⁴ və digər nəqlə görə Rəbius saninin 16⁵sı idi.

📚Mənbə;
1.Zubun nizar/səh 101.
2.Bihar/cild 45/səh 343.
3.İxtiyarul mərifətil rical/cild 1/səh 341.
4.Məqtəlul Huseyn/səh 326.
5.Şeyx Tusi/Əmali/səh 240.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

17 Oct, 16:30


🌙14 Rəbius-Sani.
Muxtarın (رَحِمَهُ الله) qiyamı.

🔰Bu gündə¹ Muxtar kufədə Əhli-beytin (ع) qəlbini "Ya ləsarətəl Hüseyn" şüarı ilə sevindirərək qiyam etmişdir.

Şiə Təqvimi

16 Oct, 16:27


🌙13 Rəbius-Sani.
Həzrəti Zəhranın (ع) şəhadəti.
(Başqa rəvayətə görə)

🔰İbn Şəhr Aşub "mənaqib"də və Qərmani "əxbarul duvəl" kitabında Ummu Əbiha Fatimeyi Zəhranın (ع) şəhadətini bu günə nəql etmişdir.¹

📚Mənbə;
1.Mənaqibi Ali Əbi Talib/cild 3/səh 406.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

15 Oct, 18:20


🌙12 Rəbius-Sani.
Namazın vacib olma hökmünün başlanması.

🔰Hicrətin əvvəl ilinin bu günündə Namaz hər halda (səfərdə və vətəndə) vacib oldu.¹
Bir nəqlə görə bu hökm 10 Rəbius sanidə idi.²

📚Mənbə;
1.Misarul şiə/səh 30.
2.Təqvimul mohsənəyn/səh 16.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

14 Oct, 13:40


🏴Xanım Məsumənin (s.ə) vəfatı münasibətilə təsliyyət ərz edirik.🏴

https://t.me/shubhelere_cavablar/1804

Şiə Təqvimi

14 Oct, 07:00


🌙10 Rəbius-Sani.
Rusların İmam Rzanın (ع) hərəminə hücumu.

🔰1330cu hicri qəməri ilinin,Rəbius saninin 10u Həzrəti İmam Rzanın (ع) hərəminin günbədi ruslar tərəfindən top atəşinə tutulmuşdur və bu hücumda 17 top gülləsi pak günbədə dəymiş və digər 45 top gülləsi isə qızıl eyvana,came məscidə,qapılara,xadimlərə və qeyrilərinə dəymişdir.
Bu hücumda çoxlu insanlar və hətta mübarək zərihin ətrafında olanlar şəhadətə çatmışdırlar.¹

📚Mənbə;
1.Muntəxəbul təvarix.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

13 Oct, 16:21


O,Həzrət Qum şəhərinə daxil olandan 17 gün sonra atasından və qardaşından ayrılığa görə qəlbi qırıq və qüssəli halda dünyasını dəyişmişdir.Qum şəhəri O,Həzrətin matəmində qaraya bürünmüşdür.
Həzrətin mübarək bədəninə qüsl verdilər və Musa ibn Xəzrəc bağı,indiki Pak Hərəmi olan yerə gətirdilər.
Şəhərin xaricindən 2 niqablı atlı gəldi və Həzrətə namaz qıldılar.Sərdaba daxil olub pak bədəni dəfn etdilər və getdilər və bir kəs onları tanımadı.
Musa ibn Xəzrəc o bağı Həzrəti Məsuməyə (ع) vəqf etdi.
Musa ibn Məhəmməd ibn Əliyyul Rzanın (ع) qızı Ummu Məhəmməd vəfat etdiyi zaman,onuda Həzrəti Məsumənin kənarında dəfn etmişlər,Ondan sonra Ummu Məhəmmədin bacısı Məymunə vəfat etdi və Onuda Ummu Məhəmmədin kənarında dəfn etdilər.
Bu iki qəbrin üstündə ayrı bir günbəd tikdilər və 2 günbəd bir-birinə yapışıq halda Həzrəti Məsumənin (ع),Ummu Məhəmmədin və Məymunənin qəbrinin üstündə oldu.
Məsumların qızlarından əlavə 2 kənizdə dəfn olunmuşdur³.
Bu sərdaba nəsirəddin şah zamanında salehə qadınlar daxil olmuş və Məymunə və 2 kənizin bədənini təzə halda müşahidə etmişlər.Bu sərdab Həzrəti Məsumənin (ع) sərdabının cənubunda yerləşir.⁴
Mərhum Nəmazi,Həzrəti Məsumənin (ع) şəhadətini 12 Rəbius sani,201ci hicri ilində nəql etmişdir.⁵
Şeyx Hürrə mənsub olan nəqldə isə Şabanın8i 201ci hicridədir.⁶
İmam Sadiq (ع) buyurur:
✔️Allah təala üçün hərəm vardır,o Məkkədədir,və Allah Rəsulu (ص) üçün hərəm vardır,o Mədinədədir,İmam Əli (ع) üçün hərəm vardır,o Kufədədir və Qum,balaca kufədir və behiştin 8 qapısı vardır ki,3 qapısı Qumdur.O,şəhərdə Mənim övladlarımdan olan bir xanım dünyadan köçəcək ki,adı Fatimədir və o Musa ibn Cəfərin (ع) qızıdır ki,Onun şəfaəti ilə bütün şiələr behiştdə daxil olacaq."⁷

📚Mənbə;
1.Muntəxəbi dəryayi soxən/səh 34.
2.Əl həyatus siyasətul İmamul Rza/səh 428.
3.Tarixi qum/səh 213.
4.Əcsadi cavidan/səh 105.
5.Mustədrəkul səfinətul bihar/cild 8/səh 262.
6.Həyatus sətt/səh 11.
7.Məcalisul muminin/cild 1/səh 83.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

13 Oct, 16:20


🌙10 Rəbius Sani.
Həzrəti Məsumənin (ع) şəhadəti.

🔰201ci Hicri ilinin bu günündə¹ məşhura əsasən² Həzrəti Fatimeyi Məsumə (ع) İmam Kazimin (ع) qızının şəhadət günüdür.

Şiə Təqvimi

13 Oct, 05:59


🌙9 Rəbius Sani.
Həzrəti Siddiqeyi Tahirə Fatimətuz Zəhranın (ع) şəhadəti.
🖇[Başqa rəvayətə əsasən]

🔰Bir rəvayətə¹ görə Həzrəti Peyğəmbərin şəhadətindən 40 gün sonra Həzrəti Fatimənin şəhadət günüdür,yəni Rəbius saninin 9su.²

📚Mənbə:
1.Biharul ənvar/cild 43/səh 212.
2.Çox ehtimala əsasən o ildə Rəbius sani 29 gündən olmuşdur.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

12 Oct, 11:23


🌷Ayətullah Meşkini :

🖌Nəbadə bir imamın şəhadət ya viladəti olsa,imamı ziyarət etməmiş olmayın.

🖌Əminullah ziyarətnaməsi bizim ən mühüm dolu dualarımızdan biridir ki,bu ziyarətnamə barədə təəccüblü rəvayətlər nəql olunmuşdur və İmamları ziyarət etmək üçün oxumaq olar.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

11 Oct, 15:18


🌙8 Rəbius-Sani.
İmam Həsən Əskərinin (ع) viladəti.

🔰232ci Hicri ilinin bu günündə İmam Həsən Əskəri (ع) dünyaya gəlmişdir.¹Misbah,təqvimul möhsinəyn,ixtiyarat və drus şəhiddəki rəvayətə görə isə Həzrətin mövludu bu ayın 4dədir.²
Həzrətin viladəti barəsində digər nəqllərdə vardır ki,8 rəbiul-əvvəl³,10 rəbius-sanidədir.⁴
Həzrətin atası İmam Hadi (ع) və anasının mübarək adı Hədis ya Mühəddisə ya Süsən ya Səlil idi.⁵
Həzrətin anadan olduğu yer Mədinə,məşhur ləqəbi Zəki,Nəqi və künyəsi Əbu Məhəmməd idi.
O,Həzrəti nəzarətdə saxlamaq,get-gəlini bilmək üçün Abbasi sarayının türk qoşunlarının iqamətgahında ona məskən verilmişdir.Ona görə də ona “Əskəri” deyirlər.⁶

📚Mənbə;
1.Bihar/cild 50/səh 235.
2.Həmin/səh 238.
3.Tacul məvalid/səh 57.
4.Misarul şiə/cild 3/səh 24.
5.Riyahəyni şəriə/cild 3/səh 24.
6.Bihar/cild 50/səh 113.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

10 Oct, 07:08


🌙6 Rəbius-Sani.
hişam ibn əbdul məlikin ölümü.

🔰Rəbius saninin 6cı günü 125ci hicri ilində rusafədə hişam ibn əbdul məlik cəhənnəmə daxil olmuşdur.¹
O,çirkin,qəmgin,xəsis və tamahkar biri idi.Zeyd ibn Əli ibn Hüseynin (ə) öldürülməsini əmr etmiş və İmam Baqir və İmam Sadiqi (ə) Şama çağırıb onlara hörmətsizlik etmişdir.Və axırda İmam Baqiri (ə) şəhadətə çatdırmışdır.
19 il 9 ay və 10 gün xilafətdə olmuş və 53 yaşında cəhənnəmə vasil olmuşdur.
Səffah zamanında ki,bəni üməyyənin qətli başlanmışdır və onların qəbirləri qazılıb tapılanları yanıdırılırdı,vəlidin qəbrinə çatanda,ondan bir şey qalmamışdır.
hişamın qəbrini qazdıqları zaman onun bədəni hələ dağılmamışdır və onun bədəninə 80 şallaq vurdular və yandırdılar və külünü küləyə verdilər.
Bəziləri deyir ki,ona görə ona şallaq vurulmuşdur ki,Cənab Zeyd ibn Əli ibn Hüseynin anasına töhmət vurmuşdur.²

📚Mənbə;
1.Tətəmmətul muntaha/səh 128.
2.Muratul uqul/cild 26/ssəh 227.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

09 Oct, 08:08


📌Cihadı tərk etməyin nəticəsi:

🔰Rəsuləllah (صلی‌الله‌علیه‌و‌اله) buyurub:

📌"Hər kəs cihadı tərk etsə Allah ona xarlıq və zillət libası geyindirər və onu ehtiyaclı və əliboş qərar verər və onun dinini aradan aparar (dinsiz dünyadan gedər) çünki Allah mənim ümmətimi atların nalları (mücahidlərin) və onların nizələrinə xatir əziz və başı uca edir."

📚Şeyx Səduq,Səvabul əmal,c 1,s 189.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

08 Oct, 05:01


🌙4 Rəbius-Sani.
Həzrəti Əbdul-Əzimin viladəti.

🔰Hicri 173-cü ilin bu günündə Həzrəti Əbdul-Əzim dünyaya gəlmişdir.¹

📚Mənbə;
Mustədrəkul elmi ricalil hədis/cild 4/səh 450.


T.me/Shia_teqvimi

Şiə Təqvimi

06 Oct, 15:43


Cəfər ibn Şərif deyir:
Həccə getmək qəsdim olduğu ildə,İmam Həsən Əskərini (ع) həccdən qabaq ziyarətə getdim.Şiələrin əmanətləridə yanımda var idi ki,İmama verməliydim.
Həzrətə əmanətləri kimə verəcəyimi soruşmaq istəyəndə Həzrət məndən qabaq buyurdu: Xadimə ver;
Cəfər ibn Şərif deyir: Verdim vəHəzrətə dedim:
Corcandan olan Sizin şiələriniz Sizə salam çatdırırlar.
İmam Buyurdu: Məgər həcdən sonra corcana qayıtmayacaqsan?
Dedim: qayıdacam.
Buyurdu: 170 gündən sonra Rəbius saninin 3-ü,cümə günü corcana daxil olacaqsan.O zaman camaata elan et ki,Mən həmin günün axırı corcana gələcəm,salamat get.
Allah təala,sənin və əhlinin olanını sənə çatdıracaq.Oğlunun oğlu dünyaya gələcək,adını Səlt qoyarsan ki,Allah təala tezliklə onu kamal həddinə çatdırıb bizim alimlərdən olacaq.
Dedim: Ey Rəsuləllahın övladı,İbrahim ibn İsmail corcani sizin şiələrinizdəndir və sizin dostlarınıza hər il yüz min dirhəm ehsan edir və corcanda ilahi nemətlərdən olanlardandır.
İmam buyurdu: Allah təala əbu İshaq İbrahim ibn İsmailə şiələrimizə etdiyi ehsanları müqabilində xeyir versin və günahlarını bağışlasın və ona imanlı oğul versin.İbrahimə denən,Həsən İbn Əli deyir oğlunun adını Əhməd qoysun.
Ravi deyir: Həzrətin yanından çıxdım və həccə getdim və qayıtdım və Həzrət buyurduğu gündə corcana çatdım.Dostlarım görüşə gələndə onlara dedim:
İmam mənə vədə verdi ki,bu günün axırında bura gələcək.Bəs hazırlaşın Həzrətlə görüşə.
İmam Buyurduğu zamanda orda oldu.Biz imamı qarşıladıq və Həzrət buyurdu:
Mən Cəfər ibn Şərifə vədə vermişdim ki,bu günün axırında sizə gələm.Mən zöhr və əsr namazını Samirrada qılmışam və sizin yanınıza vədimə vəfa etmək üçün gəldim.Hacətlərinizi məndən soruşun.
İlk öncə Nəzr ibn Cabir sual etdi:
Yəbnə Rəsuləllah,mənim oğlumun 2 gözüdə görmür,dua edin Allah onun gözlərini açsın.
Həzrət buyurdu: Onu hazır et.Həzrət mübarək əllərilə onun gözlərinə sürtdü və onun gözləri açıldı.
Sonra hamı bir-bir gəldi və hacətlərini dedilər,Həzrətdə hacətlərini rəva etdi.Və onların məsələlərini həll edəndən sonra Həzrət samirraya qayıtdı.

📚Mənbə;
1.Xəraicul cərail/cild 1/səh 425.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

06 Oct, 15:43


🌙3 Rəbius-Sani.
İmam Həsən Əskərinin (ع) corcana (qorqana) səfəri.

🔰Bu gündə İmam Həsən Əskəri (ع) öz vədəsinə vəfa üçün və möcüzə aşkara çıxartmağına görə "Təyyul-ərz" etməklə samirradan corcana getmişdir.¹

Şiə Təqvimi

05 Oct, 17:46


🌙1 Rəbius-Sani.
İmam Baqirin (ع) şəhadəti.(başqa rəvayətə görə)

🔰Bir rəvayətə görə İmam Baqirin (ع) şəhadət günüdür.¹

📚Mənbə;
1.Qəlaidul nuhur/səh 177.

T.me/Shia_teqvimi

Şiə Təqvimi

04 Oct, 16:10


Rəbius saninin 2ci günündə,kufənin nuxəyləsindən ibn ziyadla döyüş üçün hərəkət etmişlər.Şamda rəbius saninin 5i cümə günü kufədən xaric oldular və sonrakı gün Həzrəti Əba Əbdillahın qəbrinə getdilər.
1 ya 3 gün Kərbəlada qaldılar və ağladılar,istiğfar etdilər,bunu elə etdilər ki,o günə qədər o vadi belə nalə eşitməmişdir.
Vida əsnasında,Həzrətin qəbrinin kənarı Həcərul əsvədin kənarı kimi izdihamlı idi.Hər kəs öz halında nalə edirdi və Həzrətlə vidalaşırdı və özünü döyüşə hazırlaşdırırdı.
Süleyman Həzrət Əlinin,Həzrət Həsənin və Həzrət Hüseynin şiələrindən idi və İmam Əlinin yanında çox döyüşlərdə olmuşdur.Axırda ibn ziyad qoşunuyla üzbəüz olmuşdur; və onlardan bir çoxunun mübarizəsindən və öldürülməsindən sonra Süleyman 93 yaşında "əynul vərd"də şəhadətə çatmışdır.
Süleymanın səhabələrindən həm 27 nəfər ki,yaralı və yorğun idilər,özlərini diri saxlaya bildilər amma qoşunun digərləri şəhadətə çatmışdır.²
Husəyn ibn numeyr məlun - ki,Kərbəlada Əhli-beytin qəlbini yandırmışdır - "əynul vərd"də 67ci hicri ilində Malik Əştərin oğlu İbrahimin əlilə cəhənnəmə vasil olmuşdur.³

📚Mənbə;
1.Bihar/cild 45/səh 358.
2.Həmin.
3.Qəlaidul nuhur/səh 191.
T.me/Shia_teqvimi

Şiə Təqvimi

04 Oct, 16:10


🌙1.Rəbius-sani.
"Təvvabin" qiyamı.

🔰65ci hicri ilinin bu günündə süleyman ibn surəd bir qrup təvvabinlə ki,onların 16 mininin adı süleymanın dəftərində qeyd olunmuşdur,İmam Hüseynin (ع) qanının intiqamı üçün qiyam etmişdilər.¹